Məaric surəsi ( 44 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . İstəyən kimsə baş verəcək əzabı istədi –

2 . bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq.

3 . "O, dərəcələr sahibi olan Allahdandır."

4 . Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.

5 . Sən təmkinlə səbir et!

6 . "Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər."

7 . Biz isə onun yaxın olduğunu görürük.

8 . O gün göy əridilmiş metal kimi olacaqdır.

9 . Dağlar da didilmiş yuna bənzəyəcəklər.

10 . Dost dostunun halını xəbər almayacaq.

11 . "Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,"

12 . "həyat yoldaşını və qardaşını,"

13 . ona sığınacaq vermiş nəslini

14 . və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin.

15 . "Xeyr! Bu, alovu şölələnən Oddur –"

16 . başın dərisini sıyırıb çıxaran bir od.

17 . "O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni"

18 . və mal-dövlət yığıb saxlayanı.

19 . "Həqiqətən, insan kəmhövsələ yaradılmışdır."

20 . "Ona bir pislik toxunduqda özündən çıxır,"

21 . bir xeyir nəsib olduqda isə xəsislik edir.

22 . Namaz qılanlar istisnadır.

23 . "O kəslər ki, namazlarını həmişə qılırlar."

24 . "O kəslər ki, onların mallarında məlum bir haqq vardır-"

25 . dilənən və həya edib dilənməyən miskinlər üçün.

26 . "O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər."

27 . "O kəslər ki, Rəbbinin əzabından qorxurlar."

28 . Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil.

29 . "O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar –"

30 . zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar.

31 . Bundan artığını istəyənlər isə həddi aşanlardır.

32 . "O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar."

33 . "O kəslər ki, şahidliklərində mətindirlər."

34 . "Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar."

35 . Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır.

36 . Sənə doğru tələsən kafirlərə nə olub belə –

37 . sağdan-soldan dəstələrlə ətrafına yığışırlar?

38 . Deyəsən onların hamısı Nəim cənnətinə bir təhər girə biləcəklərini düşünürlər?

39 . Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq etmişik.

40 . "And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, elə bir qüdrətə malikik ki, –"

41 . onları daha yaxşıları ilə əvəz edə bilərik. Bunda qarşımıza çıxa bilən tapılmaz.

42 . "Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər."

43 . "O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar."

44 . "O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri Gün!"

 

 

 

Bu səhifədə Məaric surəsi Türkcə tərcüməsi, Məaric surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Məaric surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Məaric surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Məaric surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top