Muddəssir surəsi ( 56 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . Ey libasına bürünüb örtünmüş peyğəmbər!

2 . Qalx və insanları xəbərdar et!

3 . Təkcə Rəbbini uca tut!

4 . Geyimini təmiz saxla!

5 . Pis şeyləri tərk et!

6 . Yaxşılığı təmənna məqsədilə etmə!

7 . Rəbbin üçün səbir et!

8 . Sur üfürülərkən –

9 . Çətin bir gün olacaq.

10 . Həmin gün kafirlərə asan olmayacaqdır.

11 . Məni yaratdığım kimsə ilə tək burax;

12 . "Mən ona bolluca var-dövlət bağışladım,"

13 . qayğısına qalan oğullar verdim

14 . və onu hər cür imkanlarla təmin etdim.

15 . "Bunlara baxmayaraq, o, yenə də əlavə etməyimi arzulayır."

16 . "Xeyr! Çünki o, ayələrimizi inadla inkar edir."

17 . Mən onu sərt bir yoxuşa sürükləyəcəyəm.

18 . "Çünki o, fikirləşərək qərara gəldi."

19 . Ona ölüm olsun! Necə qərara gəldi?

20 . Sonra yenə ona ölüm olsun! Gör nə qərara gəldi?

21 . Sonra o nəzər saldı.

22 . Üz-gözünü turşudub qaşqabağını tökdü.

23 . Sonra da arxasını çevirib təkəbbür göstərdi

24 . "və dedi: “Bu, sehrbazlardan eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir!"

25 . "Bu, adi insan kəlamıdır!"

26 . Mən onu Səqərə salacağam.

27 . "Sən haradan biləsən ki, Səqər nədir?!"

28 . "O, kimsəni sağ-salamat buraxmaz,"

29 . dərini yandırıb-yaxar.

30 . Onun üzərində on doqquz gözətçi mələk vardır.

31 . "Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını on doqquz etdik ki, bu, kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər haqqa şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu məsəllə nə demək istəyir?” – desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunları barədə yalnız Özü bilir. Bu, bəşəriyyət üçün ancaq bir xatırlatmadır."

32 . Xeyr! And olsun aya!

33 . And olsun dönüb uzaqlaşan gecəyə!

34 . And olsun ağarmaqda olan sübh çağına!

35 . "Doğrudan da o Cəhənnəm ən böyük fəlakətdir,"

36 . "həm bəşəriyyət üçün xəbərdarlıqdır,"

37 . həm də sizlərdən yaxşı işlər görüb irəli çıxmaq və ya günah edib geriyə düşmək istəyənlər üçün.

38 . "Hər bir kəs qazandığının girovuna çevrilir,"

39 . sağ tərəf sahiblərindən başqa.

40 . Onlar Cənnət bağlarında bir-birlərindən soruşacaqlar –

41 . günahkarlar barəsində.

42 . Sizi Səqərə salan nədir?

43 . Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.

44 . Kasıbı da yedizdirməzdik.

45 . "Batil sözlər danışanlarla birlikdə biz də danışardıq,"

46 . və Haqq-hesab gününü yalan hesab edərdik –

47 . ölüm yəqinliyi bizə gələnə qədər”.

48 . " Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz."

49 . "Onlara nə olub ki, nəsihətdən üz döndərirlər?"

50 . "Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki,"

51 . ovçulardan (yaxud aslandan) qaçırlar.

52 . "Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin məhz ona verilməsini istəyir."

53 . "Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar."

54 . Xeyr! Bu Quran bir nəsihətdir.

55 . İstəyən onu xatırlayar.

56 . "Bilin ki, Allah istəmədikcə onlar xatırlaya bilməzlər. Mütləq qüdrətindən qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!"

 

 

 

Bu səhifədə Muddəssir surəsi Türkcə tərcüməsi, Muddəssir surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Muddəssir surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Muddəssir surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Muddəssir surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top