Mursəlat surəsi ( 50 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . And olsun xeyirlə göndərilənlərə

2 . və şiddətlə əsənlərə!

3 . "And olsun Allahın əmrini yaydıqca yayanlara,"

4 . haqqı nahaqdan ayırdıqca ayıranlara

5 . və zikri çatdıranlara –

6 . üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara!

7 . Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaqdır.

8 . Ulduzlar sönəcəyi zaman;

9 . Göy yarılacağı zaman;

10 . Dağlar dağılacağı zaman;

11 . Elçilərə vaxt təyin olunacağı zaman –

12 . deyiləcəkdir: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?”

13 . Deyiləcəkdir: “Ayırd etmə gününədək!”

14 . Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi?

15 . Qiyaməti yalan sayanların o Gün vay halına!

16 . Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi?!

17 . Sonrakıları da onlara qatacağıq.

18 . Biz günah sahibləri ilə belə davranırıq.

19 . Qiyaməti yalan sayanların o gün vay halına!

20 . Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?

21 . Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –

22 . məlum bir vaxta kimi?

23 . Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!

24 . Qiyaməti yalan sayanların o gün vay halına!

25 . Məgər Biz yeri məskən etmədikmi –

26 . dirilər və ölülərə?

27 . Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi?

28 . Qiyaməti yalan sayanların o gün vay halına!

29 . Onlara belə deyiləcək: “Gedin yalan hesab etdiyiniz Cəhənnəmə!

30 . Üç qola ayrılan kölgəliyə gedin!”

31 . "Ora nə kölgə salır, nə də alovdan qoruyur."

32 . Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür.

33 . Onlar sanki sarı dəvələrdir.

34 . Qiyaməti yalan sayanların o gün vay halına!

35 . "Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür."

36 . Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.

37 . Qiyaməti yalan sayanların o gün vay halına!

38 . "Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik!"

39 . "Əgər hiyləniz varsa, Mənə qarşı işlədin!"

40 . Qiyaməti yalan sayanların o gün vay halına!

41 . "Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında"

42 . və istədikləri meyvələr içində olacaqlar.

43 . Onlara deyiləcək: “Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için!

44 . "Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”"

45 . Qiyaməti yalan sayanların o gün vay halına!

46 . "Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!"

47 . O gün Qiyaməti yalan sayanların vay halına!

48 . Onlara: “Rüku edin!” – deyildiyi zaman rüku etməzlər.

49 . O gün haqqı yalan sayanların vay halına!

50 . Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar?

 

 

 

Bu səhifədə Mursəlat surəsi Türkcə tərcüməsi, Mursəlat surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Mursəlat surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Mursəlat surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Mursəlat surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top