Naziat surəsi ( 46 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . And olsun kafirlərin canını zorla alanlara!

2 . And olsun möminlərin canını rahatlıqla alanlara!

3 . And olsun göydə üzdükcə üzənlərə!

4 . And olsun ötdükcə ötənlərə!

5 . And olsun buyruqları yerinə yetirənlərə!

6 . "O gün lərzəyə gələn lərzələnəcək,"

7 . onun ardınca təkrar lərzələnəcək.

8 . Həmən gün qəlblər qorxudan tir-tir əsəcək.

9 . Bu qəlb sahiblərinin gözləri məzlum görkəm alacaq.

10 . Onlar deyirlər: “Yəni biz yenidən bundan qabaqkı halımıza döndəriləcəyik?

11 . Sümüklərimiz çürüdükdən sonra?”

12 . "Onlar dedilər: “Belə olduğu halda bu, zərərli bir qayıdışdır”."

13 . O surun üfürülməsi təkcə qorxunc bir səsdir.

14 . O vaxt onlar ləngimədən qəbirlərindən yerin səthinə çıxacaqlar.

15 . Musanın hadisəsi sənə yetişdimi?

16 . O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi:

17 . "“Fironun yanına yollan! O, həddini çox aşmışdır."

18 . De: “Günahlardan xilas olmaq istəyirsənmi?

19 . "Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?”"

20 . Musa ən böyük möcüzəni Firona göstərdi.

21 . O isə haqqı yalan sayıb üsyankar olduğunu göstərdi.

22 . Sonra da üz döndərib fəsad törətməyə girişdi.

23 . "O, camaatını toplayıb onlara hündür səslə müraciət edərək"

24 . dedi: “Sizin ən uca rəbbiniz mənəm!”

25 . "Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı."

26 . "Həqiqətən, bunda Allahdan qorxanlardan ötrü işarə var."

27 . "Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu,"

28 . "onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi,"

29 . "gecəsini qaranlıq edib, səhərini də nurlandırdı."

30 . "Sonra yeri döşəyib,"

31 . "onda su və otlaq yaratdı,"

32 . dağları da yerə bərkitdi.

33 . Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür.

34 . Ən böyük fəlakətin gəldiyi zaman –

35 . o gün insan törətdiklərini xatırlayacaqdır.

36 . Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir.

37 . "Kim həddi aşmışsa,"

38 . "dünya həyatını axirətdən üstün bilmişsə,"

39 . "həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır."

40 . "Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə,"

41 . "həqiqətən, Cənnət onun məskəni olacaq."

42 . Səndən o Saat barəsində: “O nə vaxt qopacaq?” – deyə soruşurlar.

43 . Axı sən onu haradan biləsən?!

44 . Onu kamil bilmək sənin Rəbbinə aiddir.

45 . Sən yalnız ondan qorxanı xəbərdar edənsən.

46 . Onlar Qiyaməti gördükləri an dünyada yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər!

 

 

 

Bu səhifədə Naziat surəsi Türkcə tərcüməsi, Naziat surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Naziat surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Naziat surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Naziat surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top