Rəhman və Rəhim olan Allahın adı ilə;
1 . O qaşqabağını sallayıb üzünü yana çevirdi –
2 . yanına bir korun gəlməsinə görə.
3 . "Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi"
4 . və yaxud nəsihət dinləyib faydalanacaqdı.
5 . Nəsihətə ehtiyacı olmayana gəlincə isə –
6 . sən ona diqqət yetirirsən.
7 . Onun təmizlənməməyinin sənə bir dəxli yoxdur.
8 . "Səy göstərib sənin yanına gələn,"
9 . "Allahdan qorxan kimsəyə gəlincə,"
10 . ona məhəl qoymursan!
11 . "Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir."
12 . "Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın."
13 . "Bu Quran kəramətli səhifələrdədir,"
14 . yüksək və pak səhifələrdədir.
15 . Bu səhifələr elçilərin əllərində –
16 . möhtərəm və müti olanların əllərindədir.
17 . Qoy ölsün kafir insan! O necə də nankordur!
18 . Qoy baxıb görsün Allah onu nədən yaradıb?
19 . Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı.
20 . Sonra da onun yolunu asanlaşdırdı.
21 . Sonra onu öldürüb qəbirə yerləşdirdi.
22 . İstədiyi bir zaman onu dirildəcəkdir.
23 . "Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir."
24 . Qoy insan yediyinə diqqət yetirsin bir az!
25 . "Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq."
26 . Sonra da yeri çat-çat yarıb
27 . orada taxıl yetişdiririk.
28 . "Habelə üzüm və yonca,"
29 . "zeytun və xurma ağacları,"
30 . "sıx-sıx bağlar,"
31 . meyvələr və otlar da bitiririk.
32 . Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür.
33 . Qulaqbatırıcı bir səs gələndə –
34 . "o gün insan qaçacaq öz qardaşından,"
35 . "anasından, atasından,"
36 . arvadından və övladlarından!
37 . O gün onlardan hər birinin yetərincə işi olacaqdır.
38 . "O gün neçə-neçə üzlər parlayacaq,"
39 . güləcək və fərəhlənəcəkdir.
40 . "O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq,"
41 . onları zülmət bürüyəcəkdir.
42 . "Məhz onlar kafirlər, günahkarlardır!"
Bu səhifədə Əbəsə surəsi Türkcə tərcüməsi, Əbəsə surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Əbəsə surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Əbəsə surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Əbəsə surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.