Rəhman və Rəhim olan Allahın adı ilə;
1 . "Günəş sarınacağı zaman,"
2 . "ulduzlar soluxub sönəcəyi zaman,"
3 . "dağlar hərəkətə gətiriləcəyi zaman,"
4 . "boğaz dəvələr başlı-başına qalacaqları zaman,"
5 . "vəhşi heyvanlar bir yerə toplanılacağı zaman,"
6 . "dənizlər alovlanacağı zaman,"
7 . "hər kəs öz tayına qovuşdurulacağı zaman,"
8 . diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman –
9 . hansı günaha görə öldürülmüşdür;
10 . "səhifələr açılacağı zaman,"
11 . "göy qopardılacağı zaman,"
12 . Cəhənnəm alovlandırılacağı zaman
13 . "və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman,"
14 . hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir.
15 . "And içirəm gecə çıxıb gündüz batan ulduzlara,"
16 . "seyrə çıxıb gizlənən səyyarələrə,"
17 . "qaralmaqda olan gecəyə,"
18 . və açılmaqda olan səhərə!
19 . "Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür."
20 . "O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir,"
21 . "orada itaət ediləndir, etibarlıdır."
22 . Sizin dostunuz Muhəmməd divanə deyildir.
23 . "O, Cəbraili aydın üfüqdə gördü."
24 . "O, qeybdən də xəsislik edən deyildir."
25 . Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir.
26 . Elə isə ondan üz döndərib hara gedirsiniz?
27 . "Bu, aləmlərə yalnız bir nəsihətdir –"
28 . sizlərdən doğru yolda olmaq istəyənlər üçün.
29 . "Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!"
Bu səhifədə Təkvir surəsi Türkcə tərcüməsi, Təkvir surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Təkvir surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Təkvir surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Təkvir surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.