Rəhman və Rəhim olan Allahın adı ilə;
1 . "Göy parçalanacağı zaman,"
2 . "ulduzlar səpələnəcəyi zaman,"
3 . "dənizlər daşıb bir-birinə qarışacağı zaman,"
4 . "qəbirlər çevriləcəyi zaman,"
5 . "hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir."
6 . Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir?
7 . "O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi."
8 . Səni istədiyi şəklə saldı.
9 . "Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz!"
10 . "Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –"
11 . "çox möhtərəm, əməllərinizi yazanlar."
12 . Onlar sizin nə etdiklərinizi bilirlər.
13 . "Həqiqətən, itaətkarlar nemət içində olacaqlar."
14 . "Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar."
15 . Onlar ora Haqq-hesab günü girəcəklər.
16 . Onlar əsla ondan yayına bilməyəcəklər.
17 . "Sən haradan biləydin ki, Haqq-hesab günü nədir?"
18 . "Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir?"
19 . O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!
Bu səhifədə İnfitar surəsi Türkcə tərcüməsi, İnfitar surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç İnfitar surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca İnfitar surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. İnfitar surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.