Mutaffifin surəsi ( 36 ayə )

Rəhman və Rəhim olan Allahın adı ilə;

1 . Çəkidə və ölçüdə aldadanların vay halına!

2 . "O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər,"

3 . onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar.

4 . Onlar dirildiləcəklərini fikirləşmirlərmi?

5 . Həm də əzəmətli bir gündə.

6 . "O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar."

7 . "Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir."

8 . "Sən haradan biləsən ki, Siccin nədir?!"

9 . "O, yazılı bir kitabdır!"

10 . O gün haqqı yalan hesab edənlərin vay halına!

11 . "O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər."

12 . "Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz."

13 . "Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!” – deyir."

14 . Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür.

15 . "Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!"

16 . Sonra onlar Cəhənnəmə girəcəklər

17 . və onlara deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz Cəhənnəm!”

18 . "Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadir!"

19 . "Sən haradan biləsən ki, İlliyyun nədir?!"

20 . "O, elə bir yazılı kitabdır ki,"

21 . onu yalnız Allaha yaxın olanlar görürlər!

22 . "Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar."

23 . Onlar taxtlar üstündə seyrə dalacaqlar.

24 . Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən.

25 . Onlara möhürlü şərabdan içirdiləcəkdir.

26 . Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər!

27 . Onun qatışığı isə təsnim bulağındandır.

28 . "O təsnim elə bir bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər."

29 . "Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər,"

30 . "onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər,"

31 . "öz ailələrinin yanına fərəhlə qayıdırdılar,"

32 . "möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!”"

33 . Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar.

34 . Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər.

35 . Onlar taxtlar üstündə ətrafa baxacaqlar.

36 . Kafirlər törətdiklərinin cəzasını aldılarmı?!

 

 

 

Bu səhifədə Mutaffifin surəsi Türkcə tərcüməsi, Mutaffifin surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Mutaffifin surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Mutaffifin surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Mutaffifin surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.

 

Quran-i Kərim

Əl-Fatihə Surəsi və Cüz Əmmənin

Surə tərcümələri

1 . Fatihə surəsi 2 . Bəqərə surəsi 3 . Ali İmran surəsi 4 . Nisa surəsi 5 . Maidə surəsi 6 . Ənam surəsi 7 . Əraf surəsi 8 . Ənfal surəsi 9 . Tovbə surəsi 10 . Yunus surəsi 11 . Hud surəsi 12 . Yusuf surəsi 13 . Rad surəsi 14 . İbrahim surəsi 15 . Hicr surəsi 16 . Nəhl surəsi 17 . İsra surəsi 18 . Kəhf surəsi 19 . Məryəm surəsi 20 . Ta ha surəsi 21 . Ənbiya surəsi 22 . Həcc surəsi 23 . Muminun surəsi 24 . Nur surəsi 25 . Furqan surəsi 26 . Şuəra surəsi 27 . Nəml surəsi 28 . Qasas surəsi 29 . Ənkəbut surəsi 30 . Rum surəsi 31 . Loğman surəsi 32 . Səcdə surəsi 33 . Əhzab surəsi 34 . Səba surəsi 35 . Fatir surəsi 36 . Ya sin surəsi 37 . Saffat surəsi 38 . Sad surəsi 39 . Zumər surəsi 40 . Ğafir surəsi 41 . Fussilət surəsi 42 . Şura surəsi 43 . Zuxruf surəsi 44 . Duxan surəsi 45 . Casiyə surəsi 46 . Əhqaf surəsi 47 . Muhəmməd surəsi 48 . Fəth surəsi 49 . Hucurat surəsi 50 . Qaf surəsi 51 . Zəriyət surəsi 52 . Tur surəsi 53 . Nəcm surəsi 54 . Qamər surəsi 55 . Rahmən surəsi 56 . Vaqiə surəsi 57 . Hədid surəsi 58 . Mucadilə surəsi 59 . Həşr surəsi 60 . Mumtəhənə surəsi 61 . Saff surəsi 62 . Cumuə surəsi 63 . Munafiqun surəsi 64 . Təğabun surəsi 65 . Talaq surəsi 66 . Təhrim surəsi 67 . Mulk surəsi 68 . Qaləm surəsi 69 . Haqqə surəsi 70 . Məaric surəsi 71 . Nuh surəsi 72 . Cinn surəsi 73 . Muzzəmmil surəsi 74 . Muddəssir surəsi 75 . Qiyamə surəsi 76 . İnsan surəsi 77 . Mursəlat surəsi 78 . Nəbə surəsi 79 . Naziat surəsi 80 . Əbəsə surəsi 81 . Təkvir surəsi 82 . İnfitar surəsi 83 . Mutaffifin surəsi 84 . İnşiqaq surəsi 85 . Buruc surəsi 86 . Tariq surəsi 87 . Əla surəsi 88 . Ğaşiyə surəsi 89 . Fəcr surəsi 90 . Bələd surəsi 91 . Şəms surəsi 92 . Leyl surəsi 93 . Zuha surəsi 94 . Şərh surəsi 95 . Tin surəsi 96 . Ələq surəsi 97 . Qədr surəsi 98 . Beyyinə surəsi 99 . Zəlzələ surəsi 100 . Adiyat surəsi 101 . Qariə surəsi 102 . Təkasur surəsi 103 . Əsr surəsi 104 . Huməzə surəsi 105 . Fil surəsi 106 . Qureyş surəsi 107 . Maun surəsi 108 . Kovsər surəsi 109 . Kafirun surəsi 110 . Nəsr surəsi 111 . Məsəd surəsi 112 . İxlas surəsi 113 . Fələq surəsi 114 . Nas surəsi
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top