Rəhman və Rəhim olan Allahın adı ilə;
1 . Göy yarılacağı
2 . və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
3 . "Yer dümdüz ediləcəyi,"
4 . içindəkiləri kənara atıb boşalacağı
5 . və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
6 . "Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!"
7 . "Kimin kitabı sağ əlinə veriləcəksə,"
8 . " o, yüngül sorğu-suala tutulacaq"
9 . və sevincək öz ailəsinə qayıdacaqdır!
10 . "Kimin kitabı arxa tərəfindən veriləcəksə,"
11 . o özünə ölüm diləyəcək
12 . və alovlu oda atılacaqdır!
13 . "Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi"
14 . "və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır."
15 . "Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü."
16 . "And içirəm şəfəqə,"
17 . "gecəyə və onun ağuşuna aldıqlarına,"
18 . bədirlənmiş on dörd gecəlik aya!
19 . Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz.
20 . "Onlara nə olub ki, iman gətirmirlər"
21 . və onlara Quran oxunduqda səcdə etmirlər?
22 . "Əksinə, küfr edənlər haqqı yalan sayırlar."
23 . Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir!
24 . "Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ,"
25 . iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.
Bu səhifədə İnşiqaq surəsi Türkcə tərcüməsi, İnşiqaq surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç İnşiqaq surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca İnşiqaq surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. İnşiqaq surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.