Rəhman və Rəhim olan Allahın adı ilə;
1 . Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı?
2 . "O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək,"
3 . "üzülüb əldən düşəcək,"
4 . "çox qızmar oda girəcək,"
5 . qaynar çeşmədən içirdiləcəkdir.
6 . Onlara daridən başqa bir yemək verilməyəcəkdir.
7 . "O onları nə doydurar, nə də aclıqdan xilas edər."
8 . "O gün neçəsinin üzündə fərəh görünəcək,"
9 . "dünyadakı səylərindən məmnun qalacaq,"
10 . "uca Cənnətdə olacaq,"
11 . orada faydasız söz eşitməyəcəkdir.
12 . Orada axar çeşmələr vardır;
13 . "Orada hündür taxtlar,"
14 . "düzülmüş piyalələr,"
15 . "yan-yana qoyulmuş yastıqlar,"
16 . və döşəmələrə sərilmiş xalçalar vardır.
17 . Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?
18 . Göyün necə yüksəldiyini görmürlər?
19 . Dağların necə sancıldığını görmürlər?
20 . Yerin necə döşədildiyini görmürlər?
21 . Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən.
22 . Sən onların üstündə hökmdar deyilsən.
23 . "Lakin üz döndərib küfr edəni,"
24 . Allah ən şiddətli əzabla cəzalandırar.
25 . "Şübhəsiz ki, onların dönüşü Bizədir."
26 . Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.
Bu səhifədə Ğaşiyə surəsi Türkcə tərcüməsi, Ğaşiyə surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Ğaşiyə surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Ğaşiyə surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Ğaşiyə surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.