Rəhman və Rəhim olan Allahın adı ilə;
1 . And olsun dan yerinə!
2 . And olsun on gecəyə!
3 . And olsun cütə və təkə!
4 . And olsun keçib getməkdə olan gecəyə!
5 . Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi?
6 . "Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə,"
7 . sütunlar sahibi İrəm qəbiləsinə –
8 . "halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi."
9 . Habelə vadidə qayaları yonan Səmud qövmünə?
10 . Eləcə də sütunlar sahibi Firona?
11 . "Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış,"
12 . çoxlu fitnə-fəsad törətmişdilər.
13 . Rəbbin də onları əzabla qamçıladı.
14 . "Həqiqətən, sənin Rəbbin nəzarət edir."
15 . "İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!” – deyər."
16 . Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!” – deyər.
17 . "Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz,"
18 . "kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz,"
19 . "mirası hərisliklə yeyirsiniz,"
20 . var-dövləti də hərisliklə sevirsiniz.
21 . "Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,"
22 . sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək
23 . və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası?
24 . O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!” – deyəcəkdir.
25 . O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz
26 . və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz.
27 . O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs!
28 . Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!
29 . Mənim qullarımın cərgəsinə keç!
30 . Cənnətimə daxil ol!
Bu səhifədə Fəcr surəsi Türkcə tərcüməsi, Fəcr surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Fəcr surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Fəcr surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Fəcr surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.