Rəhman və Rəhim olan Allahın adı ilə;
1 . And içirəm bu şəhərə (Məkkəyə)!
2 . Sən də o şəhərin sakinisən.
3 . And olsun valideynə və onun törəməsinə!
4 . Biz insanı çətinlik içində xəlq etdik.
5 . "O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?"
6 . O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”
7 . "O, heç kəsin onu görməyəcəyinimi zənn edir?"
8 . Məgər ona iki gözü Biz verməmişikmi?
9 . Bir dillə iki dodaq verməmişikmi?
10 . Onu iki yoxuşlu yola yönəltmədikmi?
11 . O isə sərt yoxuşu aşmağa can atmadı.
12 . "Sən nə bilirsən ki, sərt yoxuş nədir?"
13 . "O, bir kölə azad etməkdir"
14 . və ya aclıq günündə möhtaca yemək verməkdir –
15 . "qohumluq əlaqəsi çatan bir yetimə,"
16 . yaxud aclıqdan yerə uzanmış kasıba!
17 . "Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır."
18 . Onlar sağ tərəf sahibləridir.
19 . Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.
20 . Od onların üzərində qapanacaqdır.
Bu səhifədə Bələd surəsi Türkcə tərcüməsi, Bələd surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Bələd surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Bələd surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Bələd surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.