Rəhman və Rəhim olan Allahın adı ilə;
1 . And olsun günəşə və onun saçdığı şəfəqə!
2 . And olsun ondan sonra zühur edən aya!
3 . And olsun günəşi açıqlığa çıxardan gündüzə!
4 . And olsun günəşi bürüyən gecəyə!
5 . And olsun göyə və onu qurana!
6 . And olsun yerə və onu döşəyənə!
7 . "And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,"
8 . ona günahları və Allahdan qorxmağı təlqin edənə!
9 . Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.
10 . Onu günaha batıran isə ziyana uğramışdır.
11 . Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi.
12 . Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda
13 . Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”
14 . "Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi."
15 . Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz!
Bu səhifədə Şəms surəsi Türkcə tərcüməsi, Şəms surəsi Quran tərcüməsini səsli dinləyə bilər və Əli Bulaç Şəms surəsi Türkcə tərcüməsini oxuya bilər və ya yükləyə bilərsiniz. Ayrıca Şəms surəsi tərcüməsini endirə bilər, Quran surələrinin Türkcə şərhləri haqqında məlumatlar ala bilər, bütün surələrin Türkcə mənasına və Türkcə tərcümələrini .pdf olaraq baxa bilərsiniz. Şəms surəsi Türkcə tərcüməsini səsli dinləyə bilər, oxuya bilər və ya kompüterinizə endirə bilərsiniz. İstərsəniz Türkcə Quran tərcüməsi surələrini, paylaş düyməsindən istifadə edərək, Facebook və Twitter kimi ictimai sayatlarda da paylaşa bilərsiniz.