Nəsihətlər

·         "Bir insanın əsl zənginliyi, onun bu dünyada etdiyi yaxşılıqlardır."

Hz. Məhəmməd (s.ə.v)

 

·         "Elm alçaqda qalanları yüksəldər, məlumatsızlıq isə yüksəkdəkiləri alçaldar."

Hz. Əli (ə.s)

 

·         "Dua etməkdən bezməyin. Çünki dua edən kimsə həlak olmamışdır."

Hz. Məhəmməd (s.ə.v)

 

·         "Dua və ibadət, Allahla bərabər olmaqdır. Allah ilə olanlar üçün ölüm də, ömür də xoşdur."

Mövlana (ə.s)

 

·         "Səbir edin, hər şeyin başında səbir durur."

Hz. Əbubəkr (ə.s)

 

·         "Keçmişdən ibrət götürün və xeyirlərdə yarışın."

Hz. Osman (ə.s)

 

·         Allah (c.c.)-dən başqası ilə birlikdə olduğun müddətcə, davamlı qəm, kədər və şirk içində olarsan və günah yükündən xilas ola bilməzsən.

Əbdülqadir Gilani (r.ə.)

 

·         Öz gördüyü iş ilə qürurlanan təvazökar deyil, təvazökar insan gördüyü iş ilə lovğalanmayandır.

İbn Ataullah İskəndəri (r.ə.)

 

·         Siz bir-birinizi ALLAH (c.c.) üçün sevsəniz, gayretullah zühur edər, Allah (c.c.) də hamınızı sevər.

İsmayıl Haqqı Torpaq (r.ə.)

 

·         Dünyaya dəyər verməmək (zühd), insanlara həddindən artıq dəyər verməmək deməkdir. İnsanlara dəyər verməmək isə, özünə həddindən artıq əhəmiyyət verməməkdən qaynaqlanar.

Süfyanı Sevri (r.ə.)

 

·         Təfəkkür, rəhmətin qapısını açan açardır. Görmürsünüzmü, əvvəl düşünülür, sonra tövbə edilir!

Süfyan ibn Uyeynə (r.ə.)

 

·         Məlumatın xeyirlisi, Allah (c.c.)-ə qarşı hörmət ilə qorxu oyandırandır.

İbn Ataullah İskəndəri (r.ə.)

 

·         Əsl təvazökarlıq Onun böyüklüyünün müşahidəsindən və sifətlərinin təcəllisindən yaranandır.

İbn Ataullah İskəndəri (r.ə.)

 

·         Üç şey vardır ki, insanoğlunun ucalığını göstərər: Müsibətdən şikayətçi olmamaq, ağrıdan ötəri sızlanmamaq və dili ilə özünü tərifləməmək.

Əbu Dərda (r.ə.)

 

·         İstədiyiniz  qədər öyrənin! Amma bunu yaxşı bilin ki, bildiklərinizə əməl etmədikcə, Allah (c.c.) sizə elminizdən ötəri mükafat verməyəcək.

Muaz ibn Cəbəl (r.ə.)

 

·         Ey Dost! Məxluqatın səbəblərə sarıldığını görərsən, arif olan isə səbəblərin sahibinə sarılar. Arif qulun bütün sözləri Allah (c.c.)-nin ucalığı, qüdrəti, kərəmi və rəhmətinin mənbəyindədir, zamanını belə keçirər, qəbrinə də belə girər.

Yəhya ibn Muaz (r.ə.)

 

·         Məhəmməd (s.ə.v.)-ə ən yaxın olanlar, Onu (s.ə.v.) dinləyənlərdir. Düşmənləri də Allah (c.c.)-ə qarşı gələnlərdir.

Hz. Əli (ə.s)

 

·         İman edən, Rəbbinin onu müşahidə etdiyinin fərqində olan insandır. Belə bir qul nəfsini hesaba çəkər və axirət üçün azuqəsini hazırlayar. Hicrət, qiyamətə qədər sürəcək bir fərzdir. Hicrət, cəhalətdən elmə, Allah (c.c.)-ni unutmaqdan Onu xatırlamağa, günahdan itaətə və isrardan tövbəyə gedən yoldur.

Səhl ibn Abdullah ət-Tüstəri (r.ə.)

 

·         Qullara lağ edən insan Rəbbini tanımayan insandır. Yaradanı sevən isə, Onun sənətindən meydana gələn varlıqları da sevər.

Hz. Aişə (r.ə.)

 

·         Əldə edə bilmədiyinə təvəkkül, əldə etdiyinə razı, itirdiyinə səbir göstərən adam təqva əhlindəndir.

İmam Qəzali (r.ə.)

 

·         Sevən sevdiyini məmnun etməyi, başqalarını məmnun etməkdən üstün tutar.

İmam Qəzali (r.ə.)

 

·         Mümin bir inciyə bənzəyər. Harada olursa olsun, orada gözəldir.

Malik ibn Dinar (r.ə.)

 

·         Yalnız Allah (c.c.)-ə güvənən qul, qüvvətli bir quldur.

Səid ən-Nəbaci (r.ə.)

 

·         Ürəyin qurtuluşu dörd xüsusiyyətlə təmin edilə bilər. Yalnız Allah (c.c.) üçün təvazökar olmaq, yalnız Allah (c.c.)-ə möhtac olduğunu hiss etmək, yalnız Allah (c.c.)-dən qorxmaq və yalnız Allah (c.c.)-dən ummaq.

Səid əl-Hırı (r.ə.)

 

·         Ürəyin öldüyünün əlamətlərindən biri də, insanın qaçırdığı yaxşılıqlara kədərlənməməsi, etdiyi pisliklərdən peşmançılıq keçirməməsidir.

İbn Ataullah İskəndəri (r.ə.)

 

·         Öz yaxşılıqlarından davamlı danışanları etdikləri bir səhv susdurar. Halbuki, ALLAH (c.c.)-nin hədiyyələrindən danışanları heç bir səhv susdura bilməz.

İbn Ataullah İskəndəri (r.ə.)

 

·         Alim, Allah (c.c.)-dən qorxandır.

Əmir ibn Şərahil (r.ə.)

 

·         Müttəqilərdən olun! Şirk xaricdə də olar, daxildə də. Xaricdəki şirk bütlərə tapınmaqdır. Daxildəki şirk isə Allah (c.c.)-ə deyil, insanlara etimad etmək, güvənmək, zərəri də, faydanı da onlardan bilməkdir.

Əbdülqadir Gilani (r.ə.)

 

·         Dünya, kim tərəfindən axtarılır və sevilirsə onun padşahı olar. Kim də dünyanı tərk edər və xor görərsə, dünya onun xidmətçisi olar. Dünya həm tələb edən, həm də tələb edilən, axtarılandır. Kim dünyanı tələb edərsə, dünya onu rədd edər. Kim dünyanı rədd edərsə, dünya onun arxasından gedər. Dünya, axirətə gedərkən yol üzərindəki bir körpüdür. Bu körpüdən keçin, amma orada davamlı qalacaqmış kimi davranmayın. Körpülər üzərində saraylar tikmək çox da ağlabatan bir şey deyil. Dünyadan səni axirətə çatdıracaq qədərini al, axirətdən səni məhrum edəcək olan tərəfini burax.

Yəhya ibn Muaz (r.ə.)

 

·         Allahım (c.c.)! Səndən sənə aid olanı istəyirəm. Allahım (c.c.)! Sənin xoşuna gəlməyəcək işləri etməkdən sənə sığınıram. Allahım (c.c.)! Özün özünü, təmizin təmizini, sənin verəcəyin şərəfi istəyirəm. Allahım (c.c.)! Səni unudanların unutmasına yol açan məşğuliyyəti vermə mənə! Allahım (c.c.)! Səndən razılığına uyğun olanı istəyirəm. Allahım (c.c.)! Məni  yalnız səni sevdiyi üçün anan, ibadətlə heç bir mənfəət ummayan qullarından et! Allahım (c.c.)! Qəlbimi səndən gələn bir sevinclə doldur, dilimi sənin zikrinlə təmizlə, üzvlərimi sənin yaxşı bildiyin, məmnun olduğun işlərdə işlət. Allahım (c.c.)! Ürəyimdə sənin xatirindən qeyri bütün izləri, xatirə, zikr və təəssüratları yox et!

Cüneydi Bağdadi (r.ə.)

 

·         Saleh əməl tərif və əcrini yalnız Allah (c.c.)-dən gözlədiyin əməldir.

Hz. Əli (ə.s)

 

·         Rəbbi sevib, Onun sevgisini yaysan, yerdəkilər və göydəkilər sənə sevgi bəsləyər. Yalnız Allah (c.c.)-ə itaət et ki, yerdəkilər və göydəkilər də sənə itaət etsin.

İbrahim Dessuki (r.ə.)

 

·         Allahım (c.c.)! Susqunluğumu təfəkkür et. Baxdığımdan ibrət götürüm. Zikr edərək, həmişə səni anım.

Talha ibn Musarrif (r.ə.)

 

·         Kim könlünü yalnız Allaha təslim edər, bu işdə diqqətini cəmləşdirərsə, hikmət parıltıları ürəyindən fışqırar və dilindən tökülər.

Yəhya ibn Muaz (r.ə.)

 

·         Ümid  qapılarının açılmasını istədiyin zaman Allah (c.c.)-dən sənə gələn nemətləri xatırla. Qorxu qapılarının açılmasını istədiyin zaman isə, səndən Ona gedənlərə bax.

İbn Ataullah İskəndəri (r.ə.)

 

·         Ey dost! Yalnız Allah (c.c.)-ə yönəl! Ondan başqasına tam güvənmə! Hər şey Onun diləməsi və izni ilə olar. Heç bir qulun və məxluqun razılığını Allah (c.c.)-nin razılığından üstün tutma!

Əbdülqadir Destuti (r.ə.)

 

·         “Qəlb Allah (c.c.)-nin evidir” sözünün mənası belədir: Qul ürəyinə ancaq Allah (c.c.)-nin sevdiyi şeyləri salmalı, Onun sevmədiyi çirkin şeyləri ürəyindən uzaq tutmalıdır.

Əbul Həsən Əli ibn Vəfa (r.ə.)

 

·         Dünya mənfəəti bir leşə bənzəyər. Onu istəyənlər, itlərlə dalaşmağa hazır olmalıdır.

Hz. Əli (ə.s)

 

·         İşin başlanğıcında Allah (c.c.)-ə yönəlmək, işin sonunda müvəffəqiyyətə çatmağın əlamətidir.

İbn Ataullah İskəndəri (r.ə.)

 

·         İnsanlar haqqında Allah (c.c.)-dən qorx. Lakin Allah (c.c.) haqqında insanlardan qorxma.

Səid ibn Komandir (r.ə.)

 

·         Bunu yaxşı bilin ki, ən gözəl ibadət, fərzləri yerinə yetirmək və haramlardan çəkinməkdir.

Hz. Ömər (r.ə.)

 

·         Nə qəribədir o insanlar ki, yerin altında atəş qaynayarkən, yer üzərində Allaha üsyan edir.

Almalılı Həmdi Yazır (r.ə.)

 

·         Şükür Allah (c.c.)-nin nemətləri ilə Allah (c.c.)-ə üsyan etməməkdir.

Cüneydi Bağdadi (r.ə.)

 

·         Kim nemətlərin özü üçün daimi olmasını istəsə, Rəbbinə şükür etsin; Nemətin sahibi O, verən O, yaxşılıq edən Odur desin.

Əbul Həsən Əli ibn Vəfa (r.ə.)

 

·         Əgər elminizlə hərəkət etməsəniz, Allah (c.c.) sizi elminizlə savab qazandırmaz.

Muaz ibn Cəbəl (r.ə.)

 

·         Peyğəmbər olan və olmayan kəslər, xeyirin ən böyüyünü yalnız səbirlə əldə etmişlər.

Meymun ibn Mihran (r.ə.)

 

·         Kim Allah (c.c.)-dən üz çevirənlərlə dost olsa, Allah (c.c.) onu qullarının gözündə kiçildər.

Əbul Həsən Əli ibn Vəfa (r.ə)

 

·         Allah (c.c.) bir quluna bir çox nemət verdikdən sonra, bu nemətləri alıb əvəzinə səbri versə, bu əvəz, aldığı nemətdən daha xeyirlidir dedi və sonra bu ayəni oxudu: Yalnız səbir edənlərə əcrləri sonsuz olaraq veriləcəkdir.

Hz. Ömər ibn Əbdüləziz (r.ə.)

 

·         -“Kiminlə dost olum”

          -Səni necə bilirsə, bax, elə o halını gizlədə bilməyəcəyin birinə, yəni Allah (c.c.)-ə

Əbu Yezid əl-Bəstami (r.ə.)

 

·         Müvəffəqiyyət Allahdandır. Asanlıq da Ondan gəlir.

Seyid Qütb (r.ə.)

 

·         Yerinə yetirəcəyin vəzifələrini boş bir vaxta təxirə salmaq nəfsin axmaqlığındandır.

İbn Ataullah İskəndəri (r.ə.)

 

·         Allah (c.c.)-ni söyləyən söz gözəldir. Allah (c.c.)-nin nemətlərini düşünmək isə ən üstün ibadətdir.

Ömər ibn Əbdüləziz (r.ə.)

 

·         Haqq uğruna xərclənməyən hər şeyin iki qatı, batil yolda gedər.

İ. Haqqı Bursəvi (r.ə.)

 

·         Allah (c.c.)-nin baxışları səni əhatə edərkən, xalqın baxışına necə əhəmiyyət verirsən. Xalqın baxışlarını bir tərəfə burax. Haqqın yönünü görməyə çalış.

İbn Ataullah İskəndəri (r.ə.)

 

·         Haqqın aradan qaldıracağı bir ehtiyacını başqasından istəmə. Onun sənin üçün vermədiyini başqası necə verə bilər. Öz ehtiyaclarını aradan qaldırmaqda aciz olan, başqası üçün necə güc yetirə bilər.

İbn Ataullah İskəndəri (r.ə.)

 

·         Kamil insan, nəfsini əzib keçən adamdır ki, Rəbbi onu qullarının diliylə tərifləyər, ucaldar.

Əbul Həsən Əli ibn Vəfa (r.ə)

 

·         Allah (c.c.) sizə dünyanı, onunla axirəti axtarasınız deyə vermişdir. Ona meyil edəsiniz deyə deyil!

Hz. Osman (r.ə.)

 

·         1- Dilin zikri: qəlbdən pisliklərin və dünyəvi istəklərin çıxarılması üçün Allah (c.c.)-ni anmaqdır.

          2- Qəlbin zikri: Allah (c.c.)-ni ürəkdən təfəkkür edərək, Allah (c.c.)-nin ürəyinə nəzər yetirdiyinin şüurunda olmaqdır.

          3- Nəfsin zikri: Hərf və səs yerinə, hiss və xəyal ilə səmimiliklə və ürəkdən Allah (c.c.)-ni xatırlamaqdır.

          4- Ruhun zikri: Allah (c.c.)-nin kainatda təcəlli edən gözəl sifətlərinin nəticəsinə baxaraq, Onu təfəkkür etmək, düşünməkdir.

Əhməd Cahidi Əfəndi (r.ə.)

 

·         İsrarla istədiyin halda bağışlayanın gecikməsi səni ümidsizliyə salmamalıdır. Çünki Allah (c.c.) duaların qəbul olunacağına söz vermişdir. Ancaq qəbul edəcəyi istək sənin özün üçün bəyəndiyin deyil, Onun sənin üçün bəyənəcəyi olacaq. Və qəbul, sənin istədiyin zaman deyil, Onun istədiyi zaman olacaq.

İbn Ataullah İskəndəri (r.ə.)

 

·         Zühdün (dünyaya və maddi mənfəətə dəyər verməmək, qənaətkar olmaq) böyük bir qismi insanların içindəykən olar. Yəni tərifləmələrini istəməz, qınamalarına əhəmiyyət verməzsən.

Fudayl ibn Iyad (r.ə.)

 

·         Sən Allah (c.c.)-dən razı olmazsansa, Allah (c.c.)-nin razılığını necə istəyə bilərsən?

Yəhya ibn Muaz (r.ə.)

 

·         Kim hikmət axtarırsa, Allah (c.c.)-ə üsyan etməsin!

Bişr-i Hafi (r.ə.)

 

·         İnsanın Allah (c.c.)-nin köməyindən məhrum olunmasının əlaməti nədir?

         - “Gözəl və xeyirli şeyləri çirkin görməsi, çirkin şeyləri isə gözəl və xeyirli görməsidir”.

Məhəmməd ibn Kab əl-Karazi (r.ə.)

 

·         Allah (c.c.)-nin səndən daha üstün yaratdığı kəslərə pis gözlə baxma! Yoxsa eynilə İblisin mələk surətindən şeytan surətinə çevrilməsi kimi sən də pis hala düşərsən.

Əbul Həsən Əli ibn Vəfa (r.ə.)

 

·         Üç şeyi etmədən, digər üç şeyi iddia edən yalançıdır; Allah (c.c.)-nin haram etdiklərindən çəkinmədiyi halda Allah (c.c.)-ni çox sevdiyini söyləyən, malını xeyirə xərcləmədiyi halda cənnəti arzuladığını söyləyən, kasıbları sevmədiyi halda Peyğəmbər (s.ə.v.)-i sevdiyini iddia edən. Bax, bunlar yalançıdırlar.

Hatim əl-Asamm (r.ə.)

 

·         - “Münafiq kimdir?”

         - “İslamı izah edib, amma əməl etməyəndir”.

Huzeyfə (r.ə.)

 

·         Nəfsini tərbiyə etməmiş insanların etdiyi xidmətlərin əksəriyyəti, Allah (c.c.) üçün deyil, nəfsləri üçündür.

İmam Qəzali (r.ə.)

 

·         Allah (c.c.) zalımlara meyl edilməsinin nəticəsinin atəş olacağını buyurur. (Hud: 113) Bir düşün, zalım olmayanın zalıma yaxınlıq göstərməsi insanı cəhənnəmə aparırsa, şəxsən zülm işləyənin vəziyyəti necə olar?

İmam Qəzali (r.ə.)

 

·         Həqiqi sevgi üç şəkildə təcəlli edir, daha doğrusu varlığını göstərir:

         1- Sevən, sevdiyinin sözünü, başqalarının sözündən üstün tutar.

         2- Sevən, sevdiyinin söhbətini, başqalarının söhbətlərindən üstün tutar.

         3- Sevən sevdiyini məmnun etməyi, başqalarını məmnun etməkdən üstün tutar.

İmam Qəzali (r.ə.)

 

·         Həqiqətən ağıllı olan bir qul, əməli ilə necə öyünə bilir? Etdiyi əməllər Allah (c.c.)-nin bir nemətidir. Bu fürsəti ona nəsib etdiyi üçün şükür və təvazökarlıq hissləri içində olmalıdır.

Əbu Süleyman ət-Daranı (r.ə)

 

·         Sözü Allah (c.c.)-nin yolunu göstərməyən, vəziyyəti Allah (c.c.)-ə çatdırmayan kimsə ilə yoldaşlıq etmə.

İbn Ataullah İskəndəri (r.ə.)

 

·         - “Bir insan öz dostunu nə üçün sevməlidir?”

         - “Onun Rəbbinə olan gözəl xidmətini gördüyü üçün.”

Əbu Safvan ibn Avanə (r.ə.)

 

·         Yalan, səhv, boş və faydasız şeyləri uzun müddət dinləmək, ürəkdəki ibadət ləzzətini qırıb atar. Kim həyatını canlı olaraq davam etdirmək istəyirsə, ürəyindən hər cür tamahı və ehtirası atsın.

Abdullah ibn Hubayk (r.ə.)

 

·         Səni Allah (c.c.)-ə yaxınlaşdıracaq şey- yalnız Allah (c.c.)-dən istəməyin və yalnız Ona yalvarmağındır. Səni insanlara yaxın və onların nəzərində etibarlı edəcək şey isə, onlardan heç bir şey istəməməyindir.

Əbu Bəkr əl-Varrak (r.ə.)

 

·         Bədənin xəstəliyi ağrı və sızıltıları ilə bəlli olar. Ürəyin xəstəliyi isə günahlarla ortaya çıxar. Bədən xəstə olan zaman yeməyin dadını necə ala bilmirsə, ürək də günah bataqlığında olanda ibadətin ləzzətini hiss edə bilmir.

Zünnun əl-Mısri (r.ə.)

 

·         "Əcəl yetişməmiş xeyirli işlər üçün tələsin."

Hz. Osman (r.ə)

 

·         "Allah (c.c) bütün işlərdə mülayimliyi sevər."

Hz. Məhəmməd (s.ə.v)

 

·         "Sizdən hər biriniz öz nəfsi üçün istədiyini mömin qardaşı üçün də istəmədikcə kamil mömin ola bilməz."

Hz. Məhəmməd (s.ə.v)

 

·         "Başqasını islah etməyə cəhd etməzdən əvvəl özünü islah etməyə bax."

Hz. Ömər (r.ə)

 

·         "Allahı anın, Onu xatırlamaq şəfadır."

Hz. Ömər (r.ə)

 

·         "Üsyanınız nəfsinizə, itaətiniz Rəbbinizə olsun."

Əbdülqadir Gilani (r.ə)

 

·         "Nemətləri, Allaha şükür edərək əldə saxlayın."

A. Arvasi (r.ə)

 

·         "Pis işin ən gizli şahidi vicdanımızdır."

Hz. Ömər (r.ə)

 

·         "Heç bir şey ürəkdən çıxanlar qədər ürəyə fayda verməz. Ürək nə qədər saf və Allaha həsr edilmiş olarsa, o qədər böyük faydaya çatar."

Hz. Ömər (r.ə)

 

·         "Daşı deşən suyun qüvvəsi deyil, damlaların fasiləsizliyidir."

Atalar sözü

 

·         İnsanların ən cahili, axirətini başqasının dünyası üçün satandır.

Hz. Ömər (r.ə)

 

·         "Boş zaman yoxdur. Boşa keçən zaman vardır."

Atalar sözü

 

·         İmanın üstünü: Harada olursan ol, Allah (c.c)-nin səninlə olduğunu bilməyindir.

Hz. Məhəmməd (s.ə.v)

 

·         "İki şey axmaqlıq əlamətidir, danışacaq yerdə susmaq, susacaq yerdə danışmaq."

Atalar sözü

 

·         Toprağa hər cür pis şey atılar. Lakin torpaqdan həmişə gözəl şeylər bitər..."

Ağşəmsəddin (r.ə)

 

·         Başqasında görüb xoşlanmadığın eyibin özündə olduğunu görməməkdən böyük eyib olmaz.

Hz. Ömər (r.ə)

 

·         Bağışlamaq zəfərin zəkatıdır.

Hz. Məhəmməd (s.ə.v)

 

·         Hiç kim qədərini dəyişdirə bilməz və qədərindən qaça bilməz.

Goethe

 

 

·         Atəş odunu necə udarsa, həsəd etmək də eləcə yaxşılıqları yeyib udar, məhv edər.

Hz. Məhəmməd (s.ə.v)

 

·         Ədalət mülkün təməlidir.

Hz. Ömər (r.ə)

 

·         Yalan elə zəhərli bir oxdur ki, hədəfini deyil, atanı yaralayar.

Ərəb atalar sözü

 

·         Ağcaqanadın gözünü xəlq edən, Günəşi də xəlq etmişdir.

Bədiüzzaman Səid Nursi (r.ə)

 

·         Həqiqi azadlıq - Haqqa köləlikdir.

Hz. Əli (ə.s)

 

·         İnsanlar əvvəlcə pul qazanmaq üçün sağlamlıqlarını itirirlər, sonra da sağlamlıqlarını qazanmaq üçün pullarını xərcləyirlər.

Goethe

 

·         Dünyanızı islah edin. Sabah öləcəkmiş kimi də axirət üçün cəhd edin.

Hz. Məhəmməd (s.ə.v)

 

·         Allah (c.c)-ni zikr etmək, ürəklərin şəfasıdır.

Hz. Məhəmməd (s.ə.v)

 

İsmayıl Haqqı Torpaq/Nəqşibəndi təriqətinin Halidiyyə qolu mürşidlərindən.

 

  • "Bizi sevənlər, Yəməndə də olsa dizimizin dibindədir. Sevməyən isə, dizimizin dibində də olsa Yəməndədir. "

İsmayıl Haqqı Torpaq (r.ə)

 

  • "Əhlullah (Allahın dostlarının, övliyaların) nəzər (baxış) və himməti (kömək, lütf) dağları, daşları əridər və ihya edər (canlandırar)."

İsmayıl Haqqı Torpaq (r.ə)

 

 

  • "Qardaşlarım, bu aləm xəyaldır. Bu fotoşəkil də, xəyalın xəyalıdır"

İsmayıl Haqqı Torpaq (r.ə)

 

  • "Hər işdə birlikdən Allah razı olar və yardım edər."

İsmayıl Haqqı Torpaq (r.ə)

 

  • "Hər şeyin cilası və qidası vardır. Qəlbinki isə zikrdir. Bunun qiyməti isə, sonra aydın olar."

İsmayıl Haqqı Torpaq (r.ə)

 

  • "İdarə elmini öyrənin. İnsan qəzəblənəndə, şeytanın oyuncağı olur."

İsmayıl Haqqı Torpaq (r.ə)

 

  • "La ilahə illəllah (Allahdan başqa ilah yoxdur), nəhayət “La məvcudə İllallah” (Allahdan başqa varlıq yoxdur). Allah-Təaladan başqası yoxdur."

İsmayıl Haqqı Torpaq (r.ə)

 

  • "Məhəbbəti olan səhv görməz, görsə də göz yumar."

İsmayıl Haqqı Torpaq (r.ə)

 

  • "Nəyi sevsən, onunla qalarsan, nə ilə məşğulsansa, eləsən."

İsmayıl Haqqı Torpaq (r.ə)

 

  • "Hüsnü-zənn (yaxşı-gözəl düşünmək) vəlayətdir (yardım etməkdir). Su-i zənn (pis düşünmək) cinayətdir."

İsmayıl Haqqı Torpaq (r.ə)

 

  • "Edən Allah, etdirən Allah."

İsmayıl Haqqı Torpaq (r.ə)

 

  • "İnsanın öz səhvini görməsi qədər gözəl mədəniyyət olmaz."

İsmayıl Haqqı Torpaq (r.ə)

 

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top