Sayt haqqında

Harun Yəhyanın bütün kitablarında təkamül nəzəriyyəsinin çöküşünə  xüsusi bir yer ayrılmasının səbəbi, bu nəzəriyyənin hər cür din əleyhinə olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və  Allahın varlığını inkar edən Darvinizm, 140 ildir bir çox insanın imanını itirməsinə və şübhəyə düşməsinə səbəb olmuşdur. Bu səbəbdən, bu nəzəriyyənin bir yalnış olduğunu gözlər önünə sərmək olduqca çox əhəmiyyətli bir imani vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlarımıza çatdırıla bilməsi isə zəruridir.Bəzi oxucularımız bəlkədə tək bir kitabımızı oxuma imkanı tapa bilər. Bu səbəblə hər kitabımızda bu mövzuya xülasə də olsa bir qisim ayrılması uyğun hesab edilmişdir.

İfadə edilməsi lazım olan bir başqa xüsusiyyət, bu kitabların məzmunu ilə əlaqədardır. Yazarın bütün kitablarında imani mövzular, Quran ayələriylə izah edilməkdə, insanlar Allahın ayələrini öyrənməyə və yaşamağa dəvət edilməkdədir. Allahın ayələri ilə əlaqədar bütün mövzular, oxuyanın ağılında heç bir şübhə və ya sual işarəsi buraxmayacaq şəkildə açıqlanmaqdadır.

 Bu izahat əsnasında istifadə edilən səmimi, sadə və axıcı üslub isə kitabların yeddidən yetmişə hər kəs tərəfindən rahatca başa düşülməsini təmin etməkdədir. Bu təsirli və sadə izahat sayəsində, kitablar "bir nəfəsdə oxunan kitablar" deyiminə tam olaraq uyğun gəlməkdədir. Dini rədd etmə mövzusunda qəti bir rəftar sərgiləyən insanlar belə,  bu kitablarda izah edilən  həqiqətlərdən təsirlənib və izah edilənlərin doğruluğunu inkar edə bilməməkdədir.

Yazarın bütün əsərləri, oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı bir söhbət mühiti şəklində də oxuna bilir. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun kitabları bir yerdə oxumaları, mövzuyla əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə köçürmələri baxımından faydalı olacaq.

Yalnız Allah rızası üçün yazılmış olan bu kitabların tanınıb oxunmasında iştirak etmək də böyük bir xidmət olacaq. Çünki yazarın bütün kitablarında isbat və razı salıcı istiqamət son dərəcə güclüdür. Bu səbəbdən, dini izah etmək istəyənlər üçün ən təsirli üsul, bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.

 Kitabların arxasına yazarın digər əsərlərinin təqdimatlarının əlavə olunmasının isə əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı əlinə alan adam, yuxarıda danışdığımız xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib olan daha bir çox əsər olduğunu görəcək. İmani və siyasi mövzulardan faydalana biləcəyi zəngin bir qaynaq təcrübəsinin olduğuna şahid olacaq.

Qeyd etmək lazımdır ki, Harun Yəhyanın siyasi məzmunlu kitab və yazılarında tənqid edilən anlayışlar, Yəhudilik, Yəhudi dini  yaxud Yəhudi mədəniyyəti deyil. Tənqid olunan anlayış, yalnız Sionizmdir ki, bu ideologiya, dünya üzərindəki Yəhudiləri də təhlükəyə atan irqçi bir ideologiyadır.

İsrail və Yəhudilik mövzusundakı təməl yanaşmamız, sionizmi, bu ideologiya adına edilən zülmləri və insanlıq qüruruyla uyğun gəlməyən tətbiqləri tənqid etmək və ictimaiyyəti bu mövzuda işıqlandırmaqdır.

Əlbəttə ki, Sionizmi tənqid etmək, Yəhudilərə qarşı bir pis rəftar olaraq görülə bilməz. Yəhudilər, Allahın Quranda Kitab Əhli olaraq təyin etdiyi bir millətdir və Müsəlmanlara düşən onlarla barış içində yaşamaqdır. Antisemitizm (yəni Yəhudi düşmənliyi) İslamda heç bir yeri olmayan bir irqçilik və zalımlıqdır. Bu şüur sayəsində Osmanlı cəmiyyəti, İspaniyadakı fanatiklərin tətbiq etdikləri zülmdən qaçan Yəhudiləri də təhlükəsizliklə təmin etmişdir. Bütün Avropa ölkələri qapılarını Yəhudilərə bağlayarkən, Müsəlman olan Türklər onları öz vətənlərinə rahatca dəvət edərək təmin etmişdilər.

Bu səbəbdən bilinməlidir ki, Sionist ideologiya ilə əlaqəsi olmayan Yəhudi vətəndaşlarımızın və səmimi dindar Yəhudilərin Harun Yəhyanın əsərlərində Sionizmə olan tənqidlərlə heç bir əlaqələri yoxdur. Yəhudi vətəndaşlarımız, 500 ildən bu yana müsəlman Türk xalqıyla barış içində yaşamaqdadırlar. Bu vətəndaşlarımızın arasında ölkəmizə və dövlətimizə bir çox xidmət etmiş kəslər vardır.

Yalnız Fələstinlilərə həyat haqqı tanımayan (haqsızlıq edən) radikal Sionist ideologiyanı deyil, fanatizmin hər cürünü tənqidçinin və bu azğın düşüncələr çərçivəsində edilən barbarlıqları ortaya qoymanın bir insanlıq vəzifəsi olduğunun  düşüncəsindəyik. Kim tərəfindən tətbiq olunursa tətbiq olunsun fanatizmin insanlığa verdiyi və verəcəyi zərərlərə izləyici olaraq qalmamağın lazım olduğu inancındayıq.

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top