ADNANOKTAR.AZhttp://adnanoktar.azadnanoktar.az - Kitablar - Ən son əlavələrazCopyright (C) 1994 adnanoktar.az 1ADNANOKTAR.AZhttp://adnanoktar.azhttp://harunyahya.com/assets/images/hy_muhur.png11666Tövratda Qurana Uyğun Sevgi SözləriOxuyacağınız bu kitabda Tövratın dəyişmədən qalmış hissələrində yer alan, Quran ilə eyni olan müxtəlif Tövrat fəsillərindən faydalanma imkanı tapacaqsınız. Bilindiyi kimi Tövratın bəzi hissələri, heç dəyişmədən günümüzə qədər gəlmişdir və Allahın sözü olması səbəbiylə Quran ilə olduqca oxşar hissələr ehtiva etməkdədir. Bu səbəbdən oxuyacağınız bu hissələr, ehtiva etdiyi hikmət və zənginlikdən də aydın olacağı kimi, Uca Rəbbimizin sözüdür.

Vicdanını istifadə edən yaxşı insanlar, bu sözlərin göstərdiyi mənanı düşünməli və sevgini yaşamaq və həmişə ayaqda tuta bilmək üçün yaxşılarla daima ittifaq içində olmalıdırlar. Dəccalın oyununu pozmalı, dəccal nifrəti körüklədikcə, sevginin tərəfdarı olaraq ön plana çıxmalıdırlar. Allahı sevmənin gözəlliyini qavramalı və səhv inanc sistemlərini elmi olaraq yox edərək, Allah aşiqi birliklər meydana gətirməlidirlər. Unudulmamalıdır ki, həqiqi Allah sevgisini yaşayan az sayda insan belə, dünyanı dəyişdirməyə kifayətdir. Şübhəsiz bütün güc, Uca Allaha aiddir.

]]>
http://adnanoktar.az/az/Kitablar/275671/tovratda-qurana-uygun-sevgi-sozlərihttp://adnanoktar.az/az/Kitablar/275671/tovratda-qurana-uygun-sevgi-sozləriFri, 06 Jul 2018 11:10:35 +0300
Hörümçəkdəki MöcüzəBəzi insanlar bu kitabı gördüklərində, kitabın mövzusunun onları çox maraqlandırmadığını düşünə bilərlər. Öz-özlərinə, kiçik bir böcək haqqında yazılmış kitabın, həm onlara çox şey ifadə etməyəcəyini, həm də içində olduqları "böyük temp" səbəbiylə bu cür kitaba ayıracaq zamanları olmadığını söyləyə bilərlər.

Buna qarşı, eyni kəslər, bəlkə də iqtisadiyyatla ya da siyasətlə əlaqədar araşdırma kitabını ya da bir romanı daha cazibədar və daha "faydalı" görə bilərlər. Ya da "həyatda müvəffəqiyyətli olma sənəti" növündən kitabların onlara daha çox faydalı olacağını düşünərlər.

Halbuki həqiqət bu ki, hal-hazırda əlinizdə tutduğunuz kitab onu oxuyan şəxslərə, indiyə qədər oxuduğunuz bir çox kitabdan daha çox "faydalı" olacaq, ona daha çox qatqı təmin edəcək. Çünki bu kitab, hörümçək deyilən kiçik heyvanın xüsusiyyətlərini sadalamaq üçün yazılmış biologiya kitabı deyil. Kitab, kiçik bir canlı olan hörümçəyi mövzu edər lakin yönəltdiyi gerçək və verdiyi mesaj çox böyükdür. Çünki hörümçək mövzusu, bir böcək cinsi haqqında kitab yazmış olmaq üçün deyil, daha çox böyük və həyati həqiqətə işarə etmək üçün ələ alınmışdır.

Bir açar kimi... Açar tək başına əhəmiyyətsiz kimi görünən alətdir. Onu daha əvvəl heç açar görməmiş, açar ilə kilid arasındakı əlaqədən xəbəri olmayan bir insana versəniz, əlindəki şeyi mənasız və işə yaramaz metal parçası olaraq görəcəkdir. Halbuki bəzən bir açar, açdığı kilidin arxasındakı şeyə görə, dünyanın ən əhəmiyyətli şeylərdən biri ola bilər.

Bu kitab da, hörümçəyi tək başına mövzu olaraq ələ almaq məqsədi ilə deyil, onu bir "açar" olaraq istifadə etmək üçün yazılmışdır. Bu açarın açdığı kilidin arxasındakı gerçək isə, bir insan üçün bütün həyatı boyunca qarşılaşa biləcəyi ən böyük həqiqətdir.

Həqiqət budur; insan və içində yaşadığı kainat, ən incə nöqtəsinə qədər Allah tərəfindən yaradılmışdır və Onun varlığını göstərmək, Onu ucaltmaq üçün vardırlar. Bundan ötəri da, bu kainatın içindən çəkilib alınacaq tək bir parça, məsələn tək bir bitki ya da tək bir heyvan haqqında düşünmək, insanı bütün bir kainatın mənasını qavramağa yaxınlaşdıra bilər. Tək bir canlı, kainatın mənasını qavramağa yarayan bir "açar" ola bilər.

Hörümçəklərin çox az kimsə tərəfindən bilinən təəccüblü və heyranlıq verici xüsusiyyətlərini izah edən və bunu edərkən həmişə "necə" və "nə üçün" suallarını soruşan kitab, bu məqsəd üçün yazılmışdır. Və sırf bu məqsəd səbəbiylə də, indiyə qədər oxuduğunuz bir çox kitabdan daha əhəmiyyətlidir.

]]>
http://adnanoktar.az/az/Kitablar/275670/horumcəkdəki-mocuzəhttp://adnanoktar.az/az/Kitablar/275670/horumcəkdəki-mocuzəFri, 06 Jul 2018 11:07:36 +0300
Qurandan Ümumi Məlumatlarhttp://adnanoktar.az/az/Kitablar/275625/qurandan-umumi-məlumatlarhttp://adnanoktar.az/az/Kitablar/275625/qurandan-umumi-məlumatlarThu, 05 Jul 2018 08:26:17 +0300Möminlerin XoşbəxtliyiZəmanəmizdə bir çox insan heç cürə həqiqi hüzuru əldə edə bilmir, o qədər səyə, işə və yorğunluğa baxmayaraq heç cürə xoşbəxt ola bilmədiyindən şikayət edir. Bu kəslərin axtardıqları və tapa bilmədikləri ən əhəmiyyətli şey xoşbəxtlikdir. Bu cür nəticə ilə qarşılaşmalarının səbəbi isə, xoşbəxtliyi səhv yerdə, səhv insanlarda tapa biləcəklərinə inanmış olmalarıdır.

Kimisi üçün xoşbəxtlik, əldə edəcəyi maddi zənginlikdir. Kimi insan üçünsə xoşbəxtlik, hər kəs tərəfindən tanınmaq, hər kəsin sevdiyi, bəyəndiyi, arxasından qaçdığı bir adam olmaqdır. Kimiləri üçünsə xoşbəxtlik, yaşadığı çətin və monoton həyatdan bir az olsun xilas olmaq, problemlərini unutmaqdır. Ancaq bütün bu insanların əldə etdikləri xoşbəxtliklər saxta və keçicidir. Sadəcə yaşanılan həmin zamana məxsusdur; bu zaman bitəndə duyulan xoşbəxtlik də sona çatar və insan yenə əvvəlki çətin həyatına geri dönər.

Bütün insanların axtardığı həqiqi xoşbəxtliyi tapa bilmək isə əslində çox asandır. Nə var ki, insanların bir çoxu özlərini əsl xoşbəxtliyə çatdıracaq yolu göz ardı edirlər. Bu kitabda həqiqi xoşbəxtliyin qaynağının Allaha təslim olmaq, Onun Quranda əmr etdiyi gözəl əxlaqı yaşamaq və yaşatmaq olduğu izah edilir.

]]>
http://adnanoktar.az/az/Kitablar/275624/mominlerin-xosbəxtliyihttp://adnanoktar.az/az/Kitablar/275624/mominlerin-xosbəxtliyiThu, 05 Jul 2018 08:22:56 +0300
Mikro Dünya MöcüzəsiEvinizdə tək başınıza oturursunuz. Görəsən həqiqətən təksinizmi? “Tək başımayam” dediyiniz bir anda belə əslində olduqca çox sayda canlı ilə bərabərsiniz. Orqanizminizdə sizinlə birlikdə yaşayan və sizi həmişə qoruyan, bəzən də xəstələnmənizə səbəb olan bakteriyalar; oturduğunuz kreslodan xalçanıza, tənəffüs etdiyiniz havaya qədər hər yerə yayılmış vəziyyətdəki gənələr; mətbəxinizdə bir neçə gündür çölə qoyduğunuz yeməklərdə törəməyə başlayan kif və göbələklər… Bunların hamısı öz həyat şəkilləri, bəslənmə sistemləri və müxtəlif xüsusiyyətləri ilə tamam ayrı bir aləm meydana gətirirlər.

Bəlkə də, indiyə qədər ətrafınızdakı insan-heyvan-bitki üçlüyünün canlıları meydana gətirən yeganə birliklər olduğunu düşünürdünüz. Ancaq yer üzünün hər tərəfinə yayılmış bu gizli dünyanın üzvləri, mikroorqanizmlər, digər canlılardan daha çox geniş populyasiyaya sahibdirlər.

İnsanların bir qismi gözlə görülməyən bu canlıların son dərəcə sadə varlıqlar olduqlarını zənn edirlər. Bu səbəblə də bunların qabiliyyət və güclərinin fərqində belə deyildirlər. Tamamilə aldatmaya əsaslanan təkamül nəzəriyyəsinin təqibçiləri də insanların bu məlumat azlığından faydalanar və bu canlıların kompleks xüsusiyyətlərini çox dilə gətirməzlər. Bakteriyaların reallaşdırdığı son dərəcə ağıllı işləri görməməzdən gələr, bir virusun insan orqanizmini şüurlu zəbt etməsini izah etməyə ehtiyac duymazlar.

Bu kitabda, mikro dünyadakı canlıların Allahın yaratmasındakı üstün ağıl, sənət və qüdrəti necə əks etdirdiyini, canlıları şüursuz təsadüflərlə şərh etməyə çalışan təkamül tərəfdarlarını isə necə böyük çıxılmaz vəziyyətə saldığını təəccüblü nümunələriylə araşdıracağıq.

]]>
http://adnanoktar.az/az/Kitablar/275623/mikro-dunya-mocuzəsihttp://adnanoktar.az/az/Kitablar/275623/mikro-dunya-mocuzəsiThu, 05 Jul 2018 08:16:01 +0300
İncildən Gözəl SözlərAllah Quranda müsəlmanların Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-ə və ondan əvvəl göndərilmiş bütün peyğəmbərlərə və bu peyğəmbərlərə endirilənlərə iman etdiklərini bildirir. Bəqərə surəsinin 4-cü ayəsində Rəbbimiz müsəlmanlar üçün; “və onlar, sənə endirilənə, səndən əvvəl endirilənlərə iman edərlər...” buyurur.

Quranda bildirildiyi kimi İncil, Tövrat, Zəbur və hz. İbrahim (ə.s)-ın səhifələri keçmişdə yaşamış peyğəmbərlərə endirilmiş olan kitablardır. Bu kitabların bir qismi yox olmuş, bir qismi də təhrif olmuş və ya dəyişdirilmişdir. Lakin buna baxmayaraq içlərində, haqq dinə aid bir çox doğru izah da yer alır. Müsəlmanlar, bu kitabları Qurana və sünnəyə görə qiymətləndirib, ayələrə və hədislərə uyğun izahların doğru olduğuna hüsnü zənn edərlər. Bu səbəbdən, Qurana uyğun, sünnəyə uyğun Tövrat və İncil şərhləri müsəlmanların istifadə edə biləcəkləri izahlardır. Ancaq təməl şərt, bu izahların Quran ayələrinə və hədislərə uyğun olmalarıdır. Oxuduğunuz bu kitabda da, İncildən yalnız Qurana və Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə uyğun izahlar yer alır.

]]>
http://adnanoktar.az/az/Kitablar/275622/incildən-gozəl-sozlərhttp://adnanoktar.az/az/Kitablar/275622/incildən-gozəl-sozlərThu, 05 Jul 2018 08:11:10 +0300
Quranın Nuru Satanizmi Yox EtdiBu kitabda satanizm bütün istiqamətləriylə araşdırılmış, şiddəti və vəhşiliyi dini ritual halına gətirən və qanlı cinayətləri ibadət olaraq görən bu fəlsəfənin bu qədər yayılmasının səbəbləri vurğulanmışdır.

Kitab boyunca da gördüyümüz kimi satanizmin çıxış nöqtəsi din əxlaqına qarşı olmasıdır, bu səbəbdən bu azğınlığın tərəfdarları din əxlaqından uzaq yetişmiş və materialist cərəyanların təsiri altında qalmış kəslərdir. Satanizmin yayıldığı və xüsusilə də gənc insanlar üzərində təsirli olduğu gerçəkdir. Ancaq satanizmin həlli olmayan cərəyan kimi göstərilməsi də çox böyük səhvdir. Əslində bu azğın cərəyanla mübarizə aparmaq çox asandır və Quran əxlaqı gəncləri satanizmin əlindən xilas etməyin tək yoludur. Quranın nuru satanizmi yox edəcək və Allahın izni ilə işıqlı, sevgi və sülh dolu dünya quracaq.

 

İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır.(İbrahim surəsi, 22)

]]>
http://adnanoktar.az/az/Kitablar/273434/quranin-nuru-satanizmi-yox-etdihttp://adnanoktar.az/az/Kitablar/273434/quranin-nuru-satanizmi-yox-etdiTue, 01 May 2018 15:34:18 +0300
Rəsulların MübarizəsiAllah, tarix boyunca yaşamış olan bütün cəmiyyətlərə Öz ilahi mesajını çatdıracaq rəsullar göndərmişdir. Quranda da diqqət çəkildiyi kimi, bu peyğəmbərlərin bütün davranışları, əxlaqi xüsusiyyətləri, möminlər üçün nümunədir. Bu səbəblə hər mömin rəsulların yaşadıqlarını diqqətlə araşdırmalı və öyrənməlidir.

Rəsulların Quranda izah edilən mübarizələri də şübhəsiz bütün möminlər üçün işıqlandırıcı və yol göstəricidir. Bu kitabda verilən nümunələrlə peyğəmbərlərin gözəl əxlaqları və səmimi səyləri bir daha xatırladılır. Peyğəmbər hekayələrində iman edənlər üçün əhəmiyyətli dərslər olduğu Quranda belə bildirilir:

 

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir.(Yusif surəsi, 111)

]]>
http://adnanoktar.az/az/Kitablar/273433/rəsullarin-mubarizəsihttp://adnanoktar.az/az/Kitablar/273433/rəsullarin-mubarizəsiTue, 01 May 2018 15:30:09 +0300
Ağcaqanad Möcüzəsihttp://adnanoktar.az/az/Kitablar/273432/agcaqanad-mocuzəsihttp://adnanoktar.az/az/Kitablar/273432/agcaqanad-mocuzəsiTue, 01 May 2018 15:25:34 +0300İmanı Tez Anlamaq 2http://adnanoktar.az/az/Kitablar/273431/imani-tez-anlamaq-2http://adnanoktar.az/az/Kitablar/273431/imani-tez-anlamaq-2Tue, 01 May 2018 15:21:30 +0300Həyatı Quran ilə Necə Yaşamaq OlarTelevizor seyr edərkən, qəzet oxuyarkən ya da hər hansı yerdən keçərkən görmək və ya eşitmək istəmədiyiniz bir çox şeylə qarşılaşarsanız. Kasıb insanlar, cinayətlər, qırğınlar, açıqca haqsızlığa düçar olan amma haqlarını axtarmayan kəslər, döyüşlər, sataşmalar, pis sözlər, incidici və alçaldıcı sözlər, çəkişmələr, hər cür mənfəət üçün çıxan narahatlıqlar, zorbalıqlar və daha bir çoxları ...

Əlbəttə siz də, hər kəs kimi hüzur və təhlükəsizlik dolu, heç kimin başqasına zərər və ya narahatlıq vermədiyi, insanların sülh və dostluq içində yaşadıqları, bir-birlərindən həmişə gözəl, tərifləyici, hörmət və sevgi dolu sözlər eşitdikləri cəmiyyətdə yaşamaq istəyərsiniz. Əlbəttə çox insan kimi siz də televiziya kanallarını dəyişəndə, qəzetin səhifələrini çevirdiyinizdə və ya işinizdə, evinizdə, həmişə gözəl əxlaqa sahib, şən, cana yaxın, dürüst, hörmətli, sevgi dolu, xoşsöhbət insanlar görmək, həmişə müjdəli və gözəl xəbərlər eşitmək istəyərsiniz. Ancaq bu gözəl mühitin bir gün gəlib də özbaşına meydana gəlməsini gözləmək yetərli deyil. Bu səbəblə də sülhün, əmin-amanlığın və təhlükəsizliyin hakim olduğu cəmiyyətdə yaşamağı səmimi olaraq istəyənlər bir an əvvəl qərar verməli və Quran əxlaqını yer üzünə hakim etmək üçün faydalı işlər görməlidir.

Bu kitab, yaxşılığın hakim olmasını istəyənlərə, yaxşılıq etmələri və digər yaxşılarla ittifaq etmələri üçün yazılmış çağırış xüsusiyyətindədir. Ancaq bu çağırış hər hansı birinə və ya bəzilərinə deyil, birbaşa sizə edilməkdədir.

]]>
http://adnanoktar.az/az/Kitablar/273430/həyati-quran-ilə-necə-yasamaqhttp://adnanoktar.az/az/Kitablar/273430/həyati-quran-ilə-necə-yasamaqTue, 01 May 2018 15:17:25 +0300
Kainatdaki MöcüzələrSevimli uşaqlar, ucsuz-bucaqsız kainatın necə əmələ gəldiyini, Yerin, Günəşin, Ayın və ulduzların necə meydana gəldiyini heç düşünübsünüz? Kainatda çoxlu həssas tarazlığın mövcudluğundan xəbəriniz varmı?

Bu kitabda həyəcanlı bir səyahətə çıxacağıq və Allahın kainatdakı hər şeyi bizim həyatımız üçün ən uyğun mühiti təmin edəcək formada yaratdığını görəcəksiniz. 

]]>
http://adnanoktar.az/az/Kitablar/272645/kainatdaki-mocuzələrhttp://adnanoktar.az/az/Kitablar/272645/kainatdaki-mocuzələrTue, 03 Apr 2018 18:41:08 +0300
Quranın Həyata Təqdim Etdiyi GözəlliklərQuranın insan həyatına təqdim etdiyi gözəlliklərdən xəbərdarsınızmı? Allahın bütün insanlara göndərdiyi Kitabı nə qədər tanıyırsınız?

Quranda insanlara, niyə yaradıldıqları, hansı məqsədə görə var edildikləri, bu məqsəd istiqamətində necə yaşamaları lazım olduğu, qulluq vəzifəsini nə şəkildə yerinə yetirəcəkləri və bunu etdikləri ya da etmədikləri təqdirdə özlərini necə sonun gözlədiyi bildirilir. İnsanlar, gözələ, doğruya, təmizə və əbədi xoşbəxtliyə çağırılır. Quran, Allahın qullarına rəhmət, hidayət, rəhbər olaraq göndərdiyi haqq kitabdır. Allah Quranın bu xüsusiyyətlərini bir çox ayəsində bildirir:

 

Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)

]]>
http://adnanoktar.az/az/Kitablar/272071/quranin-həyata-təqdim-etdiyi-gozəlliklərhttp://adnanoktar.az/az/Kitablar/272071/quranin-həyata-təqdim-etdiyi-gozəlliklərSun, 18 Mar 2018 14:10:44 +0200
Quranda Vicdanın ƏhəmiyyətiVicdan kəlməsini hər kəs çox yaxşı bilir və çox tez-tez istifadə edir. Lakin əsl mənasının nə demək olduğu, bu anlayışın din baxımından əhəmiyyəti ümumiyyətlə bilinmir.

Bəzi cəmiyyətlərdə geniş yayılmış anlayışa görə, yerə zibil atmayanlar, dilənçiyə pul verənlər, küçə heyvanlarını qoruyub bəsləyənlər vicdanlı insanlara nümunədir. Bunlar əlbəttə ki, gözəl davranışlardır ancaq vicdanın bunlardan çox uzaq mənası və əhəmiyyəti vardır. Bu kitabın məqsədi, Quranda nümunələri verilən əsl vicdanı tanıtmaq və vicdanlı insanın necə düşündüyünə, vicdanı ilə necə ağıla və anlayışa sahib olduğuna və vicdanın insanların ölümdən sonrakı həyatları üçün daşıdığı əhəmiyyətə diqqət çəkməkdir.

Bu kitab, vicdanınızın səsini tanımaq və onu, düşüncələrinizdəki digər səs və təlqinlərdən ayıra bilməyinizə köməkçi olacaq.

]]>
http://adnanoktar.az/az/Kitablar/272070/quranda-vicdanin-Əhəmiyyətihttp://adnanoktar.az/az/Kitablar/272070/quranda-vicdanin-ƏhəmiyyətiSun, 18 Mar 2018 13:59:05 +0200
Quran FihristiBu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik. (Sad surəsi, 29)

]]>
http://adnanoktar.az/az/Kitablar/272069/quran-fihristihttp://adnanoktar.az/az/Kitablar/272069/quran-fihristiSun, 18 Mar 2018 13:53:48 +0200
Müsəlman Kimi Danışmaqİnsanın ağzından çıxan hər söz Quranın “Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq. Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir.” (Məryəm surəsi, 79-80) ayəsiylə bildirildiyi kimi, Allah Qatında yazılır. Bu səbəbdən insanlar inandıqları hər fikirdən, ağıllarından keçirdikləri hər fikirdən, göstərdikləri hər davranışdan məsul olduqları kimi, söylədikləri hər sözdən də məsul tutulacaq və axirətdə buna görə qarşılıq alacaqlar.

Bu əhəmiyyətli həqiqəti açıq şəkildə dərk edən və bu əxlaqı ən gözəl şəkildə yaşayan kəslər isə şübhəsiz ki, möminlərdir. Möminlər dünya həyatında Rəbbimizə könüldən iman edərək müsəlman kimi yaşayan və bunun bir vacibiyyəti olaraq da “müsəlman kimi danışan” kəslərdir.

Müsəlman kimi danışa bilmək, ancaq Allaha və Qurana təslim olmaqla mümkün ola bilər. Ürəyində imanı, səmimiyyəti və təslimiyyəti yaşadıqdan sonra, insana “nitqi verib danışdıracaq” olan Allahdır. Allah ona müsəlman kimi danışmağı ilham edəcək, onu ən səmimi, ən hikmətli, ən təsirli və ən doğru şəkildə danışdıracaq. Ürəyində səmimi iman olmadığı müddətcə, bir insan yalnız sözlərinə diqqət yetirərək bu səmimi üslubu qazana bilməz. Həyatın hər anında müsəlman kimi danışa bilmək üçün, səmimi imanı və Allah qorxusunu ürəkdə hər an yaşamaq lazımdır.

]]>
http://adnanoktar.az/az/Kitablar/272068/musəlman-kimi-danismaqhttp://adnanoktar.az/az/Kitablar/272068/musəlman-kimi-danismaqSun, 18 Mar 2018 13:46:13 +0200
Kəhf Surəsindən Dövrümüzə İşarələrPeyğəmbərlərin Quranda çatdırılan həyatları və qövmlərinə etdikləri məruzələr iman edənlər üçün bir nümunədir. Bununla yanaşı, Quranda gələcəyə dair işarələr və üzərində düşünülməli olan bəzi sirlərdən də bəhs edilir. Bu sirlərdən bəziləri isə Kəhf surəsindədir.

Kəhf surəsi, Peyğəmbərimiz (s.ə.v)-in və bir çox İslam aliminin diqqət çəkdiyi bir surədir. Bu surədə çatdırılan Kəhf və Rəqim əhlində, hz. Musa və elm sahibi biri ilə əlaqədar hadisələrdə və hz. Zülqərneyn hekayəsində bir çox sirlər və Axırzamana işarələr var. Peyğəmbərimiz (s.ə.v) də, Kəhf surəsinin Axırzamanla əlaqəli olduğunu bildirmişdir. Bir hədisdə "... kim onun (Dəccalın) cəhənnəminin bəlasına uğrasa Allahdan kömək diləsin və Kəhf surəsinin ilk ayələrini oxusun ki, atəş İbrahimə olduğu kimi, bu atəş də o kimsəyə soyuq və salamatlıq olsun. " şəklində bildirilmişdir.

Kəhf surəsində, Axırzamanda çıxacaq olan dəccaldan və onun yer üzünə yaymaq istədiyi dinsizlik axınlarından qorunmaq və insanlığa bəla gətirəcək olan bu fitnəyə qarşı mübarizə apara bilmək üçün lazımlı işarələr, həmçinin müsəlmanların almalı olduğu dərslər var. Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanda bu surəni oxumağı tövsiyə etməsi, bu vəziyyətə açıq bir işarədir.

Bu kitabın yazılmasındakı məqsəd isə, ayələrində dövrümüzə aid əhəmiyyətli işarələr olan Kəhf surəsi üzərində düşünmək, dərin bir təfəkkürlə bu sirlərə yiyələnmək üçün səy sərf etmək və Peyğəmbərimiz (s.ə.v)-in tövsiyəsinə əməl etməkdir. Diqqətlə oxuyanlar görəcəklər ki, bu surədə qiyamətə yaxın bir dövr olan Axırzamana, Axırzamanda yayılacaq olan inkarçı sistemlərin tətbiqlərinə və Allahın bu batil sistemləri, haqqı göndərərək darmadağın etməsinə istiqamətli çox əhəmiyyətli işarələr var.

Bəhs etdiyimiz etdiyimiz bu dövr Allahın izni ilə çox yaxındır. Bu səbəblə, bütün müsəlmanların Kəhf surəsi üzərində diqqətlə düşünmələri, hər bir ayəni digər Quran ayələri əsasında araşdırmaları və yaddaşda saxlamaları son dərəcə əhəmiyyətlidir. 

]]>
http://adnanoktar.az/az/Kitablar/258104/kəhf-surəsindən-dovrumuzə-isarələrhttp://adnanoktar.az/az/Kitablar/258104/kəhf-surəsindən-dovrumuzə-isarələrSun, 24 Sep 2017 13:47:20 +0300
Qüllədəki Kiçik AdamNecə bir dünyada yaşayırsınız?

Sərt bir yerin üzərində uzanan, içində insanların, ağacların, dənizlərin və ya binaların olduğu, üzərində buludların gəzişdiyi, daha yuxarıda nəhəng bir kosmos boşluğunun uzandığı bir dünyadırmı bura?

Siz də bu dünyanın içindəki milyardlarla insandan birimisiniz?

Əgər bu suallara "bəli" cavabı versəniz, yanılmış olarsınız.

Əgər bu suallara "bəli" cavabı verirsinizsə, sizin üçün çox əhəmiyyətli olan bir həqiqəti bəlkə həyatınız boyunca gözardı etmisiniz deməkdir.

Çünki siz yuxarıda təsvir edildiyi kimi bir dünyada yaşamırsınız. Əslində dünyanız çox daha kiçikdir. Bu dünyanın içində, nəinki milyardlarla kilometrlik məsafələr, ya da işıq ili uzaqlığındakı qalaktikalar, bir neçə metrlik məsafə belə yoxdur. Siz əslində çox kiçik və qapalı bir məkanda yaşayırsınız: Nəhəng bir qüllənin təpəsindəki kiçik, qapısı möhürlənmiş bir otaqda. Bu otaqdan həyatınız boyunca heç çıxmadınız. Bu otağı tərk edib heç bir yerə gedə bilmədiniz. Sadəcə, otağın divarlarına əks etdirilən müxtəlif formalı, insanlar, məkanlar gördünüz. Otağın içindəki gizli spikerlərdən çıxan səsləri eşitmisiniz. Həqiqətdə qüllənin təpəsindəki bu kiçik otaqda sizdən başqa heç kim yoxdur. Tək-tənhasınız!

Bəhs etdiyimiz qüllə sizin bədəniniz, bu qüllənin təpəsindəki kiçik otaq (yəni sizin dünyanız) isə beyninizdir.

Bu kitabda sizə bu həqiqət izah edilir. Kitab boyunca oxuduqlarınız, indiyə qədər vərdiş etdiyiniz bir çox düşüncə və qavrayışla böyük ehtimalla uyğun gəlməyəcək. Ancaq burada izah edilənlər, fəlsəfi bir fikir ya da fərqli bir şərh forması deyil, elmin ortaya qoyduğu dəlillərə əsaslanan konkret bir həqiqətdir. Bu səbəblə, vərdişlərə əsaslanmadan, ağıl və məntiqlə düşünüldüyündə bu həqiqətin rədd edilməsi mümkün deyil.

]]>
http://adnanoktar.az/az/Kitablar/256278/qullədəki-kicik-adamhttp://adnanoktar.az/az/Kitablar/256278/qullədəki-kicik-adamSat, 26 Aug 2017 00:32:28 +0300
Münafiqin Dərin Qaranlığıİnsan oğlunun ilk yaradıldığı gündən bu yana, münafiqlik edən hər insan, “əxlaqsızlıqları ilə və alçaqlıqları ilə” tarixə keçmişdir. Nəsildən nəsilə, həyatları boyu inananlara qarşı verdikləri xain mübarizə ilə xatırlanmış və hər dövrdə “xor qarşılanıb alçaldılmış” kəslər olaraq tanınmışlar. Kiçik böyük etdikləri hər alçaqlıq, tarixin bir parçası olaraq yaddaşlara həkk olunmuşdur.

Fironlar, Nəmrudlar, Qarun, Samiri, Hz. Lut (ə.s) və Hz. Nuh (ə.s)-ın həyat yoldaşları kimi tarixdəki məşhur münafiqlər necə kitablara ya da tarixi qeydlərə keçdisə, günümüz münafiqləri da eyni şəkildə kitablara mövzu olacaqlar. O dövrlərin münafiqləri necə əxlaqsızlıqları ilə bilinirdilərsə, Axırzamanın münafiqləri da eyni şəkildə etdikləri şeytanlıqlarla tanınacaqlardır. Onların adları da nəsildən nəsilə köçürüləcək, onların xainlikləri və əxlaqsızlıqları da digərləri kimi tarixə keçəcəkdir.

Və bu alçaldılma yalnız dünya həyatı ilə məhdud qalmayacaq. Qiyamətə qədər hər biri “dövrünün məşhur münafiqi” olaraq tanınacaq olan bu şeytani varlıqlar, axirətdə də yenə əxlaqsızlıqları ilə bilinəcək və sonsuza qədər yenə həmişə alçaldılaraq yaşayacaqlar.

Ancaq bu kitabın məqsədi, “hələ tövbə etmə imkanı varkən, bütün münafiqlərə və münafiq əxlaqına bənzər rəftarlar göstərən insanlara münafiqliyin təhlükəsini izah edib, bu acı sondan xilas olmaları üçün onları doğru yola çağırmaq”dır. “Axirətdə geri dönüşü olmayan bir əzabla qarşılaşmadan əvvəl, düşünüb öyüd-nəsihət almalarına və səmimi bir qəlblə iman etmələrinə vəsilə ola bilmək”dir. Əxlaqsızlıqda, hiyləgər oyunlarla, şeytani əlaqələrlə və alçaqca tələlərlə bir şey əldə edə bilməyəcəklərini; sonunda qarşılaşacaqları tək həqiqətin cəhənnəm əzabı olacağını izah edərək onları xəbərdar etməkdir. Və “əgər tövbə edib Allahı çox dərin bir eşqlə sevib gözəl əxlaqı yaşayarlarsa; dünyada və axirətdə, arzuladıqları, həsrət duyduqları hər şeyin ən gözəlini tapacaqlarını onlara xatırlatmaq”dır.

Lakin münafiqlikdə dirənib qərarlılıq göstərən; öyüd-nəsihət qəbul edib tövbə edərək doğru yola dönmək istəməyən kəslər də, bunu heç vaxt unutmamalıdırlar: Onların bilmədikləri ya da anlamaq istəmədikləri qəti bir həqiqət vardır. Rəbbimiz bu həqiqəti Quranda “... Allah kafirlərə möminlərin əleyhinə qəti olaraq yol verməz.” (Nisa surəsi, 141) sözləriylə xəbər vermişdir. Küfr ya da münafiq, hər kim müsəlmanların əleyhinə bir yol axtarsa; onlara qarşı alçaqca oyunlar oynamaq istəsə, Allah o kəslərə heç vaxt başarı verməyəcəkdir. Bu, Allahın qəti və dəyişməz vədidir. Və Allah, vədindən heç vaxt dönməyəndir.

Gec-tez mütləq “qalib gələcək olanlar Allahın tərəfdarları olan səmimi müsəlmanlar”dır. Çünki Allahın Quranda bildirdiyi kimi, “... Şübhəsiz ki, “izzət və gücün” hamısı Allahındır.” (Yunis surəsi, 65)

]]>
http://adnanoktar.az/az/Kitablar/256277/munafiqin-dərin-qaranligihttp://adnanoktar.az/az/Kitablar/256277/munafiqin-dərin-qaranligiSat, 26 Aug 2017 00:29:23 +0300
Möminlərin MərhəmətiƏtrafınızdakı insanlara "mərhəmət nədir?" deyə soruşduğunuzda və ya "mərhəməti mənə təsvir edər bilərsənmi?" dediyinizdə bir çox fərqli cavab və nümunə ilə qarşılaşarsınız. Bəzisi küçədəki ac itləri doyuran qonşusunun həyatında gördüyü ən mərhəmətli insan olduğunu söyləyər. Bəzisi mərhəməti, özünə xəstə olarkən baxan bir yaxının göstərdiyi maraq və yaxınlığı nümunə verərək təsvir edər. Ümumiyyətlə təsvirlər bu şəkildə bir-birinə bənzər. Halbuki bunların heç biri həqiqi mərhəməti tam mənasıyla ifadə edə bilməz.

Həqiqi mərhəmətin qaynağı Allah sevgisidir. Allahı sevən bir insan, Onun yaratdığı bəndələrə və varlıqlara qarşı, onları acizlik içində yaratmış olmasından ötrü acıma və mərhəmət hiss edər. Başqalarının da bundan ötrü ona mərhəmət duyduğunu bilər. Onu yaradan Allaha qarşı duyduğu güclü sevgi və bağlılıqdan ötrü Quranda əmr edilən istiqamətdə insanlara qarşı gözəl əxlaqlı davranar.

Bu kitabda, möminlərin Allah sevgisinə əsaslanan mərhəmət anlayışlarının necə olduğu, Quranın əmrləri və Peyğəmbərimiz (s.ə.v)-in sünnəti istiqamətində bu əxlaqı həyatlarının hər anında necə yaşadıqları və kimlərə qarşı mərhəmət göstərdikləri izah edilir.

]]>
http://adnanoktar.az/az/Kitablar/256276/mominlərin-mərhəmətihttp://adnanoktar.az/az/Kitablar/256276/mominlərin-mərhəmətiSat, 26 Aug 2017 00:25:33 +0300