Bundan əvvəl İngiltərənin paytaxtı Londondakı avtobuslarda və Hollandiyanın Rotterdam şəhərindəki tramvaylarda verilən bu elanlarda “ALLAH VAR” cümləsi ilə bərabər Harun Yəhya əsərləri ilə bağlı İpad, İphone və Andreoid proqramlarının reklamı da vardı.
Xatırladaq ki, 2007-ci ildə Fransanın bütün qabaqcıl şəxslərinə göndərilən “Yaradılış atlası” çox böyük əks-səda doğurmuş, qəzetlərdə günlərlə bu böyük əsərin təsirindən bəhs edilmişdi.
18-22 yanvar tarixində Harun Yəhyanın Paris və Rouendə yeni konfransları keçiriləcək. Konfransın mövzuları aşağıdakılardır:
Konfranslara giriş pulsuzdur.
Hörmətli Adnan Oktar istər əsərlərində, istərsə də mətbuata verdiyi reportajlarda tez-tez Türkiyənin çox şanlı gələcəyə doğru getdiyini müjdələyir. Hörmətli Adnan Oktarın ifadələrindən bəziləri belədir:
Adnan Oktar: … inşaAllah bizim qədərimizdə Türk-İslam Birliyinə vasitəçi olmaq var. Millətimizi güclü rifah içində, sevinc içində, bayram sevinci içində görəcəyik. İnşaAllah mən buna ümid edirəm və bunun yüz faiz olacağına inanıram. Yaşadığımız dövrdə bunu hər birimiz görəcəyik. Təxminən 10 il ərzində böyük Türk İslam Birliyi yaranacaq, Türkiyə dünyanın ən böyük dövləti olacaq. Ən böyük super dövlət və tək güc sahibi olacaq. Bunu CIA, Amerikan və rus kəşfiyyatları deyir və bütün dünyada Türkiyənin ən böyük dövlət olacağı söylənilir. Çünki bizim çox böyük mənəvi gücümüz var. Mənəvi şövq böyük gücdür. Allahın izni ilə mənəvi gücün qarşısında heç bir şey dayana bilməz. İnşaAllah biz bu şövqlə, bu imanla və bu dözümlülüklə bu böyük quruluşu meydana gətirəcəyik. Möhtəşəm Türk-İslam Birliyini meydana gətirəcəyik. Türk dövləti bu şərəfli birliyin başında olacaq və insanları xoşbəxtliyə, sevincə və gözəlliyə qərq edəcək inşaAllah.
(Büyükhaber / 12 dekabr 2008-ci il)
Adnan Oktar: Hər kəs səmimi olaraq inansın! Həqiqətən Türkiyə irəliyə doğru gedir və həqiqətən super dövlət olacağıq. Türkiyə tarixdə heç vaxt olmadığı kimi böyük dövlət olacaq. Türk-İslam aləminin lideri olacaq inşaAllah. Bu tarixi missiyanın başlanğıc mərhələlərindəyik və türk milləti bütün dünyanı anarxiyadan, terrordan, çətinlikdən, əzabdan, hər cür ağrıdan qurtaran millətdir. Həqiqətən çox köklü, əfəndi, ağrı-acı ilə yoğrulmuş millətdir və dünyanı idarə etməyə, dünyaya faydalı olmaq üçün mənəvi gücə sahibdir. Allah o vəzifəni bu millətə verib inşaAllah. Çox yaxın zamanda bunu görəcəksiniz inşaAllah.
(Çay TV / 23 İyul 2008-ci il)
Adnan Oktar: Türkiyə çox xeyirli və gözəl yolda getdikcə inkişaf edir, sağlam güc qazanır… Orta Asiya, Balkanların, bütün İslam və türklük aləminin lideri olacaq inşaAllah. Türk-İslam aləmi birləşəcək, böyük Türk-İslam Birliyi meydana gələcək və Türkiyə liderlik edərək böyük qardaş kimi dünyada üçüncü güc olacaq. Amerika və Rusiyanın xaricində sabitlik ünsürü olacaq və dünyaya sülh və salamatlıq dövrü gətirəcək inşaAllah…
(Adana CRT TV, 30 Sentyabr 2008)
Adnan Oktar: Həll yolu olaraq bütün İslam aləminin birləşməsi, Türkiyənin liderliyində böyük Türk-İslam Birliyinin yaradılması, Türkiyənin super dövlət olaraq bölgəyə hakimlik etməsi və bütün İslam aləmini qardaşı olaraq qoruması, onların iqtisadi, siyasi baxımdan güclənmələrini təmin etməsi və bölgədə super dövlət olaraq anarxiyanı, terroru tamamilə yox etməsi, böyük mədəniyyət həmləsi edilməsi… Hz. Süleyman dövründəki kimi olmalıyıq.
(Ali Baghdadi TV, 30 Aprel 2008)
Adnan Oktar: Türkiyənin vəzifəsi Türk-İslam aləminin lideri olmasıdır. Türk millətinə çox böyük vəzifə düşür. Türk-İslam aləminin liderliyi dünya tarixinin ən böyük vəzifələrindən biridir. Türk millətinin ən həyati vəzifələrindən biri budur. Yəni, biz sırf Türkiyəni qurtarmaq üçün deyil, bütün Türk-İslam aləmini qurtarmaqla öhdəçilik daşıyırıq...
(Konya TV, 28 Fevral 2008)
]]>
"Marksist-leninist nəzəriyyə çox yaxşı mənimsənilməlidir. Öndər heyət üzvləri tez-tez marksizmə müraciət etməli, marksizmin tətbiq edilməsi üçün bu təlimi həqiqətən bilməlidirlər. ... Biz sosializmi siyasi problemin təhlil edilməsində vasitəçi etməliyik. Bu təlimin nümayəndəsi, müdafiəçisi olaraq bunun ən mühüm tərəfdarı olan ölkələrin siyasi iqtidar məsələlərinə yeridib mövcud iqtidarı parçalamaqda üzərimizə düşəni edəcəyik."
Hörmətli Adnan Oktar 2007-ci ilin dekabr ayında Vətən TV-yə verdiyi reportajda PKK-nin marksist-leninist yönümlü solçu təşkilat olduğunu belə ifadə edib:
Aparıcı: Mən xüsusilə tamaşaçılarımız tərəfindən ünvanlanan sualları sizə çatdırmaq istəyirəm. Siz son zamanlarda PKK ilə əlaqədar qəzet və televiziyalarda müsahibələr verirsiniz. Mübarizə aparılması lazım olduğunu ifadə edirsiniz? Sizə görə PKK ilə mübarizə necə olmalıdır? Sizin düşüncənizə görə təşkilatın ideoloji quruluşu nədir? Son əməliyyatları necə qiymətləndirirsiniz?
Adnan Oktar: PKK marksist, leninist, stalinist, kommunist təşkilatdır. Fəlsəfi quruluşu vardır. Fəlsəfi propaqanda ilə bunu əldə etmişdir. Buna qarşı da təbii ki, tezisə qarşı anti-tezislə cavab verilməlidir. Anti-kommunist yönümlü təbliğat aparmaq lazımdır. Anti-stalinist, anti-darvinist, anti-marksist fəaliyyət göstərmək lazımdır. Bu isə edilmir. Tək yönümlü edilən təbliğat güclüdür. Yəni, bir şey tək istiqamətdə təqdim edilirsə və əgər qarşısında maneə yoxdursa axıra qədər gedir. Türkiyə belə bir şeyə illərlə tab gətirə bilməz. Anti-kommunist təbliğat aparmaq lazımdır. Bunun edilməsi üçün də könüllü dərnəklər var. Bunlardan biri də bizik.
Vətən TV / 20 dekabr 2007
Hörmətli Adnan Oktarın bu mövzudakı digər ifadələri isə belədir:
Mətbuat: İşlərinizdə PKK-nın marksist-leninist və ateist düşüncələri olduğunu izah edirsiniz, lakin son dövrdəki hərəkətlərində dini motivləri istifadə edirlər. Bunu necə qarşılayırsınız?
Adnan Oktar: PKK kommunist-marksist terror təşkilatı olduğunun deşifrə olunmasından çaxnaşmaya düşdü. Bu çaxnaşmanın üzə çıxmasında mənim izahlarımın PKK üzərindəki təsirinin ən konkret göstəricisi oldu. PKK marksist-leninist təşkilatdır. Marksizm və leninizmin təməlində də terror olduğu üçün marksist-leninist hədəfə ancaq terrorla, şiddətlə gedilər, bunun deşifrə olmasından qaynaqlanan çaxnaşmalar dindar şərq xalqını öz tərəflərinə çəkmək üçün özlərində belə bir taktika seçiblər. Lakin bu inandırıcı deyil. Yəni, dini mövzuları tənzih edirəm. Türk xalqı isə belə bir çirkin siyasətə inanmamalıdır.
Hörmətli Adnan Oktarın 8 Mart 2008 tarixli mətbuat konfransından
Adnan Oktar: … PKK terroru bu gün Türkiyədə və dünyada kommunist qiyamlar törədir. Cümhuriyyət tarixinin ən böyük kommunist qiyamıdır. Marksist, leninist stalinist qiyamdır...
Amasiya TV / 21 İyul 2008
]]>Hörmətli Adnan Oktar reportajlarında həmçinin şərq insanlarının gözəl əxlaqına diqqət yetirmişdir. Məsələn, 2008-ci ilin fevral ayında Şərq TV reportajında şərq xalqının İslam əxlaqından qaynaqlanan gözəl rəftarını belə ifadə etmişdir:
"… Cənub-şərqi Anadolu bölgəsindəki qardaşlarımız İslamı çox gözəl yaşayan, qədimdən bəri gözəl yaşayan, qiymətli alimlərin, elm adamlarının yetişdirdiyi bölgəmizdir. Bizi süni olaraq bölməyə çalışırlar, belə bir oyuna qətiyyən gəlməsinlər. Bütün Türkiyə cənub-şərq xalqını sevir, hər kəs bir-birinə hörmət edir. Oradakı vətəndaşlarımızın tər-təmiz, çox hörmətli insanlar olduqlarına inanıram. Ən yaxşı həyat şərtlərində yaşamaları lazım olduğuna inanıram…"
Adnan Oktar / Şərq TV -27 Fevral 2008
"… Türk İslam Birliyi meydana gəlməli, hər kəs bir-birini sevməli, küçədə insanlar bir-birləri ilə qarşılaşdığında salam verməli, sevgi ilə baxmalı, coşğulu olmalı, dostluq, qardaşlıq olmalıdır. Mən illərdən bəri Türkiyədə gərginlik olduğunu görürəm. Yəni, sevgisizlik, gərginlik hökm sürür... İnsanlar bir-birini ələ verir, bir-birinin ayağından dartıb çəkir. Şübhəsiz yaxşı insanlar çoxdur, amma bu cür qurulmuş sistem də mövcuddur. Mən bu sistemin ortadan qalxmasını, sevginin hakim olmasını istəyirəm. Bunun da ancaq Allah qorxusu və Allah sevgisi ilə olacağını düşünürəm…"
Adnan Oktar / Iğdır TV - 28 Avqust 2008-ci il
"… Sevgi ilə yaxınlaşsan həll edilməyəcək məsələ yoxdur, yəni birinci səmimiyyət, ikinci sevgi lazımdır. Allah inancı, Allahı sevmək, Allahdan qorxmaq gözəl əxlaqın zəminini meydana gətirir…"
Adnan Oktar / Kipr ADA TV - 1 Avqust 2008-ci il
]]>"İllər boyu universitetlərdə genetika elmi haqqında dərslər verdim. Onu gördüm ki... Darvin elm adamı olaraq tanınmır. Şagirdlər Darvinin şarlatan və din düşməni olduğunu düşünür.... Şagirdlər, bu nəzəriyyə ilə əlaqədar verdiyim sualları çox gözəl və yerində cavablandıra bilsələr də, bu cavablara inanmazdılar. Təkamül nəzəriyyəsi ilə əlaqədar hər şeyin cəfəng olduğunu düşünürdülər. Təkamül qaydası ilə əlaqədar hər şeyin axmaqlıq olduğunu deyirdilər. 80-ci illərdən SONRA BELƏ DÜŞÜNƏN ŞAGİRDLƏRİN SAYI ARTDI... KEÇMİŞDƏ TƏHSİL SİSTEMİMİZDƏ DARVİNƏ QARŞI BU QƏDƏR REAKSİYA YOX İDİ. REAKSİYA 1985-Cİ İLDƏN ETİBARƏN ARTIB... Bioloqlardan tutmuş hamilə qadınlara qədər universitetlərdə təkamül nəzəriyyəsini izah edən insanlar var. Ancaq bu insanlar təkamül nəzəriyyəsini kifayət qədər bilmədikləri kimi, qəbul da etmirlər."
dikkathaber.com, 26 İyun 2009