ADNANOKTAR.AZhttp://adnanoktar.azadnanoktar.az - Aktual şərhlər - Ən son əlavələrazCopyright (C) 1994 adnanoktar.az 1ADNANOKTAR.AZhttp://adnanoktar.azhttp://harunyahya.com/assets/images/hy_muhur.png11666Ülfət necə qırılar? -III-İnsan doğulduğu andan etibarən daima dırnaqları uzanar, kəsilər, təkrar uzanar, təkrar kəsilər. Və ölənə qədər də bu fiziki hadisə davam edər. İnsan alışdığı üçün bunu məqbul qarşılayar. Halbuki, "mənim qaşım da uzanır, amma müəyyən bir boyda dayanır, əslində dırnağımın daima uzanması üçün heç bir səbəb yoxdur. 50, 60, 70 il necə bitməz-tükənməz şəkildə bədənim belə bir qərar alır ki, dırnaqlarımı kəsdiyim halda həmişə uzanır?" deyə düşünməz. Ya da tam tərsinə, insanın qaşı da saçı kimi daima uzana bilərdi və sağlamlıq baxımından da, estetik baxımdan da həmişə qısaldardı. Ancaq belə bir şey olmaz. Hətta dünya üzərindəki 7 milyarda yaxın insanın heç birində -xüsusi xəstəlik vəziyyətləri xaric- alışmış olduğumuz sistemin xaricində bir fərqlilik görülməz.

 

İnsan belə dərin düşündüyündə bunların heç birinin təsadüfən meydana gələ biləcəyini iddia edə bilməz. Ülfətdən xilas olub dünyanı ağıllı bir baxış bucağıyla qiymətləndirdiyində, Allahın varlığına iman etməsi üçün ətrafında milyardlarla dəlil olduğunu görər. Baxdığımız hər nöqtə, Allahın varlığının, ucalığının dəlilləriylə doludur.

 

Bu mövzuda başqa bir nümunə vermək lazım olsa, körpə doğulduqdan müəyyən bir müddət sonra diş çıxarmağa başlayar. Bir müddət sonra o diş tərpənər və düşər. Yerinə insanın bütün həyatı boyunca istifadə edəcəyi daha möhkəm köklərə sahib dişlər çıxar. Ancaq bu, sonra davam etməz. İnsan düşünsə, bunun nə qədər alışılmamış bir vəziyyət olduğunu dərhal görə bilər. Ancaq ülfətin şiddətindən bəlkə də belə bir şeyi həyatı boyunca heç ağlına belə gətirməz.

 

Allah diləsə dünya həyatında heç acizlik yaratmaya bilərdi. Ancaq Allah dünyada bir tərəfdə “acizlik elmini”, bir tərəfdə də acizliyi ortadan qaldıracaq “çarə elmini” yaratmışdır. Məsələn, xəstəlik bir acizlikdir və eyni zamanda təkbaşına möcüzədir. Çünki Allah dilədiyi təqdirdə, insan heç xəstə olmaya bilər. İnsan xəstəlikdən əvvəl necə sağlamdırsa, Allah diləsə, insanın bu vəziyyətini ölənə qədər davam etdirər. Ancaq Allahın adətullahındakı hikmətlər səbəbiylə insanın həyatı bu şəkildə inkişaf etməz. Yer üzündə yüzlərlə xəstəlik növü vardır. İnsanın beyni bu mövzuda da ülfətə açıqdır. "Hər insan xəstələnər" kimi təlqinlə düşünən insanlar, xəstəliklə birlikdə qarşılaşdıqları acizliklərin yaradılmasındakı hikmətləri gərəyi kimi fərq etməzlər. Bunu fərq etməyən bir insan, Allahın, acizliyin qarşılığında yaratdığı çarələrin möcüzəliyini də idrak etməz. Çünki insanın qarşılaşdığı xəstəliklər bir möcüzədir, amma o xəstəliklərin yaxşılaşmasına vəsilə olan dərmanlar daha böyük bir möcüzədir. Kiçik bir həbin insanı yaxşılaşdıra biləcəyinə inanmaq, cəmiyyətdəki düşünməmədən qaynaqlanan məşhur təlqinin bir nəticəsidir. Təbii ki, Allah, insanların yenidən sağlamlıqlarına qovuşa bilmələri üçün dərmanı vəsilə edər. Ancaq insanı xəstəlikdən ayağa qaldıran kiçik bir dərman deyil. İnsana xəstəliyi verən də, yaxşılaşdıran da Allahdır. Şəfanı verənin Allah olduğunu unudub, dərmanlardan mədət ummaq, ülfətdən qaynaqlanar. Doğulduğu andan etibarən, nə vaxt bir yeri ağrısa, bir çətinliyi olsa dərhal "bir dərman alaram, dərhal keçər" təlqiniylə hərəkət edən bir insan, "bu kiçik dərman necə olur ki, 60-70 kiloluq bir insan bədənini yatağa salan bir xəstəliyi yaxşılaşdıra bilər?" deyə düşünməz. Bu səbəbdən də hər an, hər saniyə yaşadığı, açıqca gördüyü iman dəlillərini, Allahın möcüzələrini fərq etməyəcək bir şüur qapalılığı içində yaşayar.

"O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir." (Şuəra surəsi, 78-80)

 

Şübhəsiz ki, ülfətdən qaynaqlanan bu vəziyyət, bəzi insanların iman etmələrinin, bəzi insanların da imanda dərinləşmələrinin önündəki ciddi bir əngəldir. Ülfətdən xilas olmaq Allahın izniylə şüur açıqlığına vəsilə olar. Şüuru açıq, sağlam düşünən bir insan isə, hadisələri hikmətləriylə düşünə biləcək bir ağıla sahib olar. Belə bir insan hara baxsa, Allahın yaratmasındakı gözəllikləri, təfərrüatları, möcüzəvi istiqamətləri görər və bunlardan həm çox zövq alar, həm də imani dərinlik qazanar. Ülfəti qıra bilmənin əhəmiyyətli bir yolu, insanın materialist zehniyyətin illərlə evdə, küçədə, qəzetlərdə, televizorlarda ona aşıladığı səbəblərə bağlı düşünmə təlqinini bir kənara buraxmasıdır. Hər şeyi, sanki dünyada o an yaradılmış və hər şeyi ilk o an tanıyırmış, görürmüş kimi açıq bir şüurla qiymətləndirməsidir. Belə bir insan qarşılaşdığı heç bir incəliyi vərdiş gözüylə qiymətləndirməyəcək və hər şeydən dərin bir həyəcan duyacaq. Quranda möminlərin dünya həyatında özləri üçün yaradılan hər bir tədərrüat üzərində dərin düşündükləri və bu şəkildə Allahın böyüklüyünü, sonsuz gözəllikdəki yaratma sənətini, qulları üzərindəki sonsuz rəhmət və şəfqətini daha yaxşı qavradıqları bildirilir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haq-qında düşünür­ (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!" (Ali- İmran surəsi, 191)

]]>
http://adnanoktar.az/az/Aktual-sərhlər/244764/ulfət-necə-qirilar--iiihttp://adnanoktar.az/az/Aktual-sərhlər/244764/ulfət-necə-qirilar--iiihttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/9105_ulfet_nasil_kirilir_-iii-.jpgFri, 17 Mar 2017 20:15:15 +0200
Ülfət necə qırılar? -II-Sadəcə texniki alətlərin varlığı belə insana Allahın varlığını düşündürməsi baxımından çox əhəmiyyətli bir vəsilədir. Allah insanı, dünyanın bağlanılacaq bir yer olmadığını anlaması; daima axirətə yönəlmə ehtiyacında olması və daha başqa bir çox hikmətlə aciz və ehtiyac içində yaratmışdır. Ancaq hər bir acizlik də, əslində bir möcüzədir. Bu acizliklərlə birlikdə, insanların ehtiyaclarını aradan qaldıran, acizliklərini həll edən vəsaitləri yaradan da Allahdır. İnsan bir körpənin doğumuna şahid olduğunda, Allaha iman etməsə də bunun həqiqətən möcüzəvi bir hadisə olduğunu düşünə bilər. Ancaq bir dırnaq qayçısı, iman etmədiyi üçün bu insanda eyni həyəcanı meydana gətirməz. Hər gün hamamında gördüyü, müəyyən zaman aralıqlarında istifadə etdiyi, dərhal hər əczaxanada satıldığına şahid olduğu, hətta zaman keçdikcə paslanıb köhnəldiyi üçün zibilə atdığı bu cür sadə bir vəsaiti Allahın yaratdığını düşünməyə bilər. Quranda insanların ətraflarındakı iman dəlillərini gördükləri halda, qavramadıqları belə bildirilmişdir:

 "Göylərdə və yerdə neçə-neçə əlamətlər (nişanələr) vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər." (Yusif surəsi, 105)

 

 

Halbuki, dırnağı uzadan, dırnağın kəsilməsi üçün lazımlı aləti yaradan Allahdır. Dünyada insanın dırnağı uzanmasa, dırnaq qayçısının nə olduğunu da bilmərik. Kimsənin də ağılına belə bir vəsaitəyə ehtiyac duyacağı gəlməz. Ancaq Allah dırnağı uzanacaq şəkildə var edər.

 

İnsanlarda dırnağı kəsmək üçün bir alətə ehtiyac yaradar. Sonra bir adama o lazımlı alətin necə olacağını və necə düzələcəyini ilham edər.

 

Allah imtahanın bir gərəyi olaraq səbəblərlə yaratdığı üçün bu mərhələlər olar. Yoxsa Allahın bu mərhələlərə ehtiyacı yoxdur. Allah insanları, hər şeyin Allahdan olduğuna, Allahın hər şeyi yaradan tək güc sahibi olduğuna iman edirlər mi, yoxsa ana bətnindəki körpəni hüceyrələr yaradır, binanı mühəndis tikir, pomidoru toxum meydana gətirir şəklində dayaz düşünüb, səbəblərə ilahlıq verib (Allahı tənzih edirik), ülfətlə qiymətləndirirlər mi deyə insanları sınayar. Allah onsuz da sonsuz elmiylə hər şeyi bilir. Kimin iman edəcəyini, kimin iman etməyəcəyini, hamısını bilir.

 

Bütün bunlar təkcə insanların sınanması üçündür. Uca Rəbbimiz sonsuz rəhmətini, qullarına olan şəfqət, mərhəmət və diqqətini insanın həyatının hər təfərrüatında təcəlli etdirir. Rəbbimizin yaratmasındakı bu gözəllikləri görə bilən möminlər, Allahın izniylə axirətdə bütün bu acizliklərdən təmizlənmiş olaraq yaradılacaqlar.

]]>
http://adnanoktar.az/az/Aktual-sərhlər/244763/ulfət-necə-qirilar--iihttp://adnanoktar.az/az/Aktual-sərhlər/244763/ulfət-necə-qirilar--iihttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/9101_ulfet_nasil_kirilir_-ii-_.jpgFri, 17 Mar 2017 20:12:50 +0200
Ülfət necə qırılar? -I-İnsan vicdanını tam olaraq istifadə etmədiyi təqdirdə, gördüyü hər görünüşə dərhal alışa bilən bir varlıqdır. Allah imtahanın gərəyi olaraq insan ruhunu təlqinə meyilli yaratmışdır. İnsan doğulduğu andan etibarən ətrafından aldığı təlqinlərin təsiriylə hərəkət edər. Hər şeyi yaradanın Allah olduğu və insanın Allahın yaradışındakı üstün hikmətləri düşünüb qavramaqla məsul olduğu xatırladılmadığında, insan bütün həyatını səthi bir baxış bucağı ilə davam etdirə bilər. Bunun yerinə çoxluğa uyğunlaşıb, onların batil inanclarına kor-koranə inanmasının kafi olduğu özünə daima təlqin edildiyi təqdirdə də, sanki ətrafını bir duman örtər. Hər şeyi o duman təbəqəsiylə görər. Uşaqlıq illərindən etibarən bu dumandan kənara çıxmadığı üçün, dəqiq və kəskin baxış bucağının fərqini və rahatlığını çox vaxt ağlına belə gətirməz. Məhz insanın ətrafını saran bu dumanın adı "ülfət"dir. “Ülfət”, “vərdiş” mənasını verir.

 

Allah dünyada hər şeyi adətullaha, yəni müəyyən səbəblərə bağlı yaradar. Bu insanın dünya həyatındakı imtahanının bir parçasıdır. Məsələn, bir insanın dünyaya gəlməsi üçün Allah müəyyən bir zaman yaradar. Bir körpənin meydana gəlməsi üçün spermaların ana bətnində yumurtayla birləşməsi lazımdır. İlk hüceyrə meydana gələr, o hüceyrələr bölünməyə başlayar. Müəyyən bir zaman sonunda, hər bir hüceyrə birliyi sanki şüurlu bir şəkildə öz meydana gətirəcəyi orqanın xüsusiyyətlərini öz DNT-sində yazılı olan məlumat istiqamətində şəkilləndirər. Beləcə, bəzi hüceyrələr gözü, bəziləri burunu, bəziləri beyini əmələ gətirər və bunun sayəsində bir insan meydana gələr. İnsanın bir sperma və yumurtanın birləşməsi nəticəsində, ana bətninə düşdüyü andan, doğum anı da daxil olmaqla, doğumuna qədər keçirdiyi prosesin hər anı çox böyük bir möcüzədir. Burada qısaca yekunlaşdıraraq bəhs etdiyimiz bu prosesdə yaşanan hər inkişaf üçün ayrı bir kitab yazıla bilər. Ancaq insan, bu hər biri möcüzə olan yaradılış möcüzələrini düşünmək yerinə, şeytanın təsiriylə diqqətini boş, hətta dünyada və axirətdə özünə fayda verməyəcək mövzulara yönəldir. Doğum hadisəsində olduğu kimi, kainataki hər bir incəliyin Allahın diləməsiylə və Uca Rəbbimizin yalnız "Ol!" deməsiylə meydana gəldiyini unudub üzərindən keçir.

 

 Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Yasin surəsi, 82)

 "... Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” – deyir, o da olur”. (Ali-İmran surəsi, 47)

 

Allahın hər hadisəni müəyyən səbəblər axışı içərisində yaratması insan üçün çox böyük bir nemətdir. Məsələn, yandakı şəkildə görüldüyü kimi, insan uşaqlıqdakı görünüşündən bir anda yaşlılıqdakı görünüşünə çevrilsəydi, insan belə bir vəziyyətdə həyəcandan nə edəcəyini bilməzdi. Ancaq Uca Rəbbimizin rəhmətiylə hər insan doğulduqdan sonra illər içərisində inkişaf edir, böyüyür, yeriməyə başlayır, dişi çıxır, danışmağa başlayır. Görünüşü, səsi dəyişir, dərhal hər on illik dövrdə fiziki görünüşündə müxtəlikliklər meydana gəlir. Müəyyən bir yaşdan sonra isə yaşlanmağa başlayır.

 

Ancaq bu səbəblər zənciri içərisində məqbul görünən bu vəziyyət insanı yanıltmamalıdır. Hadisələrin zamana yayılmış olması insanı ülfətə aparmamalıdır. Allah anasının qarnından yeni çıxan bir körpəni o an şüurlu bir yetkin kimi danışdırsa, ya da insanın boyunun uzanması üçün illər keçməsi lazım olmasa, Allah insanı yetkinlikdəki boyuna bir anda çatdırsa, şübhəsiz insan hadisələrdəki möcüzəvi istiqamətləri çox açıq görərdi. Bütün bunlar heç alışmadığı hadisələr olduğu üçün şiddətli həyəcana qapılardı. Belə bir vəziyyətdə ülfətə gətirib çıxaran “zaman” ya da “dəfələrlə təkrarçılıq” anlayışları olmadığı üçün insan Allahın üstün yaratma gücünü dərhal qavraya bilərdi. Belə bir vəziyyətdə o insana heç bir təfərrüatı izah etməyə və hadisələrdəki möcüzəvi istiqamətləri görməsi üçün razı salmağa heç gərək qalmazdı.

 

Ancaq Uca Rəbbimiz dünya həyatındakı imtahanın gərəyi olaraq bu möcüzələri, insanların ancaq düşünüb ağıllarını işlətdikləri və vicdanlarını dinlədiklərində təqdir edə biləcəkləri şəkildə yaratmışdır. Bu, həqiqətən səmimi iman edənlərin, inkar edənlərdən ayrılması və axirətdəki sonsuz mükafata ancaq vicdanlarını dinləyən insanların çatdırılması üçündür. Çünki iman edən, ağıl və şüur sahibi olan bir insan üçün gördüyü hər şey, səbəblər içərisində yaradıldığında da Allah (c.c)-in möcüzəvi yaratmasının nümunələridir.

 

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.  (Həşr surəsi, 24)

]]>
http://adnanoktar.az/az/Aktual-sərhlər/244762/ulfət-necə-qirilar--ihttp://adnanoktar.az/az/Aktual-sərhlər/244762/ulfət-necə-qirilar--ihttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/9097_ulfet_nasil_kirilir_-i-.jpgFri, 17 Mar 2017 20:08:09 +0200
İslamda düşüncə azadlığı Üzərində yaşadığımız dünyada çox fərqli inanclara sahib insanlar vardır. Belə bir dünyada yaşayan müsəlmanlar, qarşılarındakı insanın inancı nə olursa olsun xoşrəftarlı olmalı, bağışlamalı, ədalətli davranmalıdır. İnsanları Allahın dininə gözəlliklə, sülh və xoş rəftarla dəvət etmək, iman edənlərin üzərinə düşən məsuliyyətdir.

İnsanların düşüncə və həyat azadlığını təmin edən bir din olan İslam, insanlar arasında gərginliyi, anlaşılmazlığı, bir-birlərinin haqqında mənfi danışmağı və hətta mənfi düşüncəni (zənn) qadağan etmişdir. İslam terror və şiddət qəti olaraq qarşı olduğu kimi, insanların üzərində ən kiçik bir təzyiq göstərilməsini də qadağan etmişdir.

İnsanların bir dinə inanması və ya o dinin ibadətlərinə yerinə yetirməyə məcbur edilməsi, İslamın özünə və ruhuna ziddir. Çünki İslam da səmimi iman, azad iradə və vicdani qəbul ilə mümkündür. Əlbəttə müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar edə bilər, təşviq edə bilərlər. Quran əxlaqının, ən gözəl sözlə insanlara izah edilməsi, bütün iman edənlərin üzərinə düşən məsuliyyətdir. İman edənlər ...Rəbbinin yoluna hikmətlə və gözəl nəsihətlə çağır...” (Nəhl surəsi, 125) bu ayənin əmri ilə din əxlaqının gözəlliklərini izah edir, ancaq “Onların hidayətə çatması, sənin üzərində (bir öhdəçilik) deyil. Ancaq Allah, dilədiyini hidayətə çatdırar.” (Bəqərə surəsi, 272)  əmrinə uyğun davranarlar. Heç vaxt insanlar üzərində maddi ya da mənəvi təzyiq tətbiq etməzlər. Ya da dünyəvi bir imtiyazla kimsəni, adamı din əxlaqının tətbiqinə yönəltməzlər. Təbliğlərinə qarşılıq, mənfi bir cavab aldıqlarında, müsəlmanların verdikləri cavab “Sizin dininiz sizə, mənim dinim mənə.” (Kafirun surəsi, 6)  şəklində olar.

Bu dünyada xristian və yəhudilərlə yanaşı buddist, hindli, ateist, deist, bütpərəst kimi fərqli inanclara sahib insan cəmiyyətləri vardır. Belə bir dünyada yaşayan müsəlmanlar, qarşılarındakı insanın inancı nə olursa olsun xoşrəftarlı olmalı, bağışlamalı, ədalətli davranmalıdırlar. İnsanları Allahın dininə gözəlliklə, sülhlə və xoş rəftarla dəvət etmək iman edənlərin üzərinə düşən məsuliyyətdir. Doğruları yerinə yetirib yetirməmək, iman edib etməmək qərarı isə qarşı tərəfə aiddir. Bir adamı iman etməyə məcbur etmək, bəzi şeyləri məcbur qəbul etdirməyə çalışmaq, Quran əxlaqına zidd bir rəftardır.

İnsanları ibadət etməyə məcbur edən bir cəmiyyət modeli İslam dininə tamamilə ziddir. Çünki inanc və ibadət, yalnız Allaha yönəlir və insanların öz seçimi ilə əlaqəlidir. Əgər bir sistem insanları inanca və ibadətə məcbur edərsə, bu vəziyyətdə insanlar sırf o sistemdən qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul olan isə, vicdanların tamamilə sərbəst buraxıldığı bir mühitdə Allah rizası üçün din əxlaqının yaşanmasıdır.


Allah günahsız insanların öldürülməsini haram buyurmuşdur

Bir insanı günahsız yerə öldürmək, Qurana görə ən böyük günahlardan biridir:

Buna görədə İsrail oğullarına yazıb buyurduq ki, kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar. (Maidə surəsi, 32)

Yuxarıdakı ayədə göründüyü kimi, günahsız insanları haqsız yerə öldürən kəslər, böyük bir əzabla təhdid edilmişlər. Allah tək bir adamı öldürməyin, bütün insanları öldürmək qədər ağır bir günah olduğunu xəbər vermişdir. Allahın sərhədlərini qoruyan bir insanın deyil minlərlə günahsız insanı qətl etmək, tək bir insana belə zərər vermə ehtimalı yoxdur. Dünyada ədalətdən qaçaraq, cəzadan xilas olacağını zənn edənlər, öldükdən sonra, axirətdə Allahın hüzurunda verəcəkləri hesabdan heç vaxt qaça bilməyəcəklər. Bu səbəblə öldükdən sonra Allaha hesab verəcəklərini bilən möminlər, Allahın sərhədlərini qoruyurlar.

 

Allah, möminlərə mərhəmətli olmalarını əmr edər

Ayələrdə müsəlman əxlaqı belə izah edilir:

Sonra isə o, iman gətirən, bir-birinəsə bir və mərhəmət tövsiyə edənlərdən olmaqdır. Onlar sağ tərəf sahibləridir. (Bələd surəsi, 17-18)

Allahın, axirət günü qurtuluşa çatanlardan olmaları, rəhmətinə və cənnətinə qovuşa bilmələri üçün qullarına endirdiyi əxlaqın ən əhəmiyyətli xüsusiyyətlərindən biri, ayədə göründüyü kimi “mərhəməti bir-birlərinə tövsiyə edənlərdən olmaq” dır.

Həqiqi mərhəmətin qaynağı Allah sevgisidir. İnsanın Allaha olan sevgisi, Onun yaratdığı varlıqlara qarşı ürəyində bir istilik hiss etməsinə səbəb olar. Allahı sevən insan, Onun yaratdıqlarına qarşı bir məhəbbət və yaxınlıq hiss edər. Özünü və bütün insanları yaradan Rəbbimizə qarşı hiss etdiyi bu güclü sevgi və bağlılıq səbəbilə, Quranda əmr edildiyi kimi insanlara qarşı gözəl əxlaqlı davranar. Bu gözəl əxlaqı yaşaması sayəsində həqiqi mərhəməti üzə çıxar.
Möminlərin ayələrdə təsvir edilən bu gözəl əxlaqları, Allaha olan dərin sevgilərindən irəli gəlir. Bu bağlılığa görə də Allahın əmr etdiyi Quran əxlaqını tətbiq edərlər. Möminlər, göstərdikləri mərhəmətdən, etdikləri köməyə görə heç kimə minnət etməz və bir təşəkkür qədər belə qarşılıq gözləməzlər. Onların əsl hədəfləri, yaşadıqları gözəl əxlaqla Allahın razılığını qazana bilməkdir. Çünki onlar, axirət günü bu əxlaqlarına görə sorğuya çəkiləcəklərini bilirlər.


Allah xoşsifət və bağışlayıcı olmağı əmr etmişdir

Quran-i Kərimin Əraf surəsinin 199-cu ayəsindəki “Sən bağışlama yolunu tut” sözləri ilə ifadə edilən “bağışlayıcılıq və xoşsifət” anlayışı, İslam dininin təməl qaydalarından birini əmələ gətirir.

İslam tarixinə baxdıqda, müsəlmanların Quran əxlaqının bu əhəmiyyətli xüsusiyyətini ictimai həyata necə keçirdiklərini çox açıq bir şəkildə görərik. Müsəlmanlar çatdıqları hər nöqtədə, azad və xoşsifətli bir mühit meydana gətirmişdir. Din, dil və mədəniyyət baxımından bir-birinə zidd olan xalqların eyni dam altında sülh və əmin-amanlıq içərisində yaşamalarını təmin etmiş, özlərinə qarşı səmimi olanlara sülh və əmin-amanlıq vermişlər. Böyük bir coğrafiyaya yayılmış olan Osmanlı İmperatorluğunun varlığını əsrlər boyu davam etdirə bilməsindəki ən əhəmiyyətli səbəblərdən biri, İslamın gətirdiyi xoşniyyət və anlayış mühitinin yaşanması olmuşdur. Əsrlərdir xoşniyyətli və şəfqətli simaları ilə tanınmış olan müsəlmanlar, hər vaxt dövrlərinin ən mərhəmətli və ən ədalətli şəxsləri olmuşlar. Bu çox millətli quruluş içərisindəki bütün etnik qruplar, mənsubu olduqları dinləri azad şəkildə yaşamışlar, hətta öz dinlərinin hüququna görə haqlarına sahib olmuşlar.

Bütün bunlar, İslamın insanlara tövsiyyə etdiyi əxlaq -dünyaya sülh, dinclik və ədalət gətirəcək xüsusiyyətlər olmuşdur. İndi dünya gündəmində olan və adına “terror” deyilən barbarlıq isə, Quran əxlaqından tamamilə uzaq, cahil insanların, həqiqətdə isə dinlə heç bir əlaqəsi olmayan canilərin əsəridir. İşlədikləri vəhşilikləri nə cür olursa olsun din adı altında icra etməyə çalışan bu adam və qruplara qarşı tətbiq olunacaq mədəni həll, həqiqi İslam əxlaqının insanlara öyrədilməsidir. Başqa bir deyişlə, İslam dini və Quran əxlaqı, terrorizmin və terroristlərin dəstəkləyicisi deyil, yer üzünü terrorizm bəlasından qurtaracaq çarədir.

 

]]>
http://adnanoktar.az/az/Aktual-sərhlər/179877/islamda-dusuncə-azadligihttp://adnanoktar.az/az/Aktual-sərhlər/179877/islamda-dusuncə-azadligihttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/101603_islam_ahlakiyla_gelen_adalet.jpgTue, 28 Jan 2014 17:54:32 +0200
İntihar etmək haramdır İntiharın qarşısı imanla alınar

10 sentyabr bütün dünyada intiharın qarşısının alınması günü kimi qeyd olunur. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, hər 40 saniyədə bir intihar, hər 3 saniyədə isə bir intihar təşəbbüsü baş verir.

Türkiyə Psixiatriya Dərnəyinin rəhbəri Şeref Özer mövzu ilə əlaqədar olaraq verdiyi açıqlamada dünyada intiharların və intihar təşəbbüslərinin son illərdə artdığını bildirib.

Özer: “Başda depressiya ilə spirtli içki və narkotik maddə aludəçiliyi olmaqla, müxtəlif ruhi xəstəliklər, uşaqlıq və yetkinlik dövrünə aid yanlış həyat tərzləri, ailədaxili mənfi hadisələr, sosial cəhətdən təcrid edilmə, ictimai fədakarlığın olmaması, iqtisadi problemlər, itkin düşmə, ümidsizlik, çılğınlıq, köç kimi sosial-iqtisadi amillər intihar riskini artırır”, - deyib.

İntihar və intihar təşəbbüslərinin xüsusilə gənclər arasında daha çox yayıldığını bildirən Özer qeyd edib:

“Dünya Səhiyyə Təşkilatı dünyada hər 40 saniyədə bir intiharın, hər 3 saniyədə bir intihar təşəbbüsünün baş verdiyini, son 45 ildə intiharların 60% artdığını və intiharın bütün dünyada ilk 10 ölüm səbəbi arasında göstərildiyini bildirir. Bu rəqəmlərə görə hər gün 3000 nəfər, hər 30 saniyədə bir nəfər intihar edir. Bütün ölümlərin təqribən 1%-ni intiharlar təşkil edir”.

Dünyanın harasında olur-olsun, problemlərindən asılı olmayaraq, insanların çəkdiyi sıxıntıların yeganə səbəbi var: Allah`ı tanımamaları və ancaq imanla qazanacaqları nemətlərdən məhrum qalmaları…

Allah`a iman gətirmədikcə, Allah`dan qorxmadıqca və iman əxlaqı ilə yaşamadıqca insanların həqiqi mənada xoşbəxt, rahat olmaları, problemləri ağılla, sağlam düşünərək həll etmələri, mütləq mənada sabit xarakterli olmaları mümkün deyil.

Bu, Allah`ın Quranla insanlara bildirdiyi qanunudur. Ən gözəl nemətlərin içində olsalar da, Allah`dan uzaq olduqlarına görə, bu kəslər bədbəxt həyat yaşayırlar. Çünki Allah insanlara xoşbəxtliyi ancaq imanla verir, ancaq imanla həyatın gözəlliklərindən həqiqi mənada zövq ala bilərlər.

Qurana uyğun səmimi iman olmadıqca insanlar heç bir şəkildə həqiqi xoşbəxtliyi əldə edə bilməzlər.

Ən inkişaf etmiş, ən mədəni tanınan ölkələrdə və ya ən yaxşı böyüdülmüş insanlar arasında belə intihar faizinin bu qədər yüksək olmasının səbəbi iman əskikliyidir.

İman gətirən insan dünya həyatında maddi-mənəvi problemlərlə qarşılaşsa da, hamısını iman gözü ilə dəyərləndirərək rahat olur. Məsələn, bir anda bütün mal-mülkünü itirər, külli miqdarda borc altında qalar və bunları ödəmək üçün çıxış yolu olmaya bilər. Yaxud ölümcül xəstəliyə tutulub fiziki cəhətdən çox əziyyət çəkərək yaşamalı olar. Şikəst olar və yaşaması hər cəhətdən çox çətinləşə bilər. Sevdiyi insanlardan uzaq düşər və ya yaxınlarının xain davranışları ilə qarşılaşar. Bu kimi hallar hər insanın başına gələ bilər. Ancaq bundan daha çətin, çıxılmaz vəziyyətlər də olsa, mömin üçün fərq etməz. Müsəlman bütün bunların Allah`ın nəzarəti altında yaradıldığını, onun üçün xeyirli, hikmətli olduğunu və Allah`a təvəkkül edən insan üçün hər şeyin mütləq gözəl şəkildə nəticələnəcəyini bilir. Odur ki, kədər, üzülmək, ümidsizlik, stress, çarəsizlik kimi yanlış hallara yol verməz.

İman gətirməyən insanlar üçün dünyadakı ən adi hadisə belə intihar səbəbi ola bilər. Birindən eşitdikləri pis söz, adi bir tənqid, bir sahədə müvəffəq olmamaları belə onları intihara təşviq edə bilər. Daha böyük problemlərlə qarşılaşdıqda isə əksəriyyəti ciddi depressiyaya düşür və intihara əl atırlar. Mütəxəssislərin verdiyi rəqəmlər bu məsələnin nə qədər ciddi olduğunu göstərir: “… hər 40 saniyədə bir intihar, hər 3 saniyədə bir intihar təşəbbüsü”.

İnsanların problemlərinə həll yolu tapılsa belə, yenə də intihar həll edilməz. Məsələn, iflasa uğrayan birinə itirdiyi pulunun hamısı ödənsə, bəlkə həmin an intihar etməkdən əl çəkə bilər. Ancaq növbəti mərhələdə yeni problemlə qarşılaşacaq. Bu problemi də həll olunsa, yenə də intihara meyilliliyindən əl çəkməz. Çünki məsələnin kökündə həyata yanlış baxışı durur. Allah`a təvəkkül etməməyin sıxıntısını çəkir. Belə bir insan dərhal kədərlənir, stress keçirir, ümidsizliyə düşür. Psixoloji cəhətdən dəstək alması, müalicə alması da həll yolu deyil. Yeganə həll yolu uca Allah`ı tanıması, Rəbbimizin üstün əxlaqını, qullarına sevgisini, rəhmətini, lütfünü, nemətini təqdir etməsi, qədərin mükəmməlliyinə, Allah`dan gələn hər şeyin xeyrinə və hikmətinə, insanların axirətdə mükafat alacaqlarına inanmasıdır.

Bu səbəbdən, xüsusilə son 45 ildə 60% artan intihar hadisələrinin qarşısının alınması üçün yeganə yol insanlara Allah`ı tanıtmaq, Quran əxlaqını öyrətmək, imanı sevdirməkdir.

Cənab Adnan Oktarın 11 oktyabr 2009-cu il tarixli Kanal 35 və Kral Karadeniz TV müsahibəsindən

ADNAN OKTAR: Bir insan intihar edəcək qədər gücünü itiribsə, bu, onun mənəvi cəhətdən nə qədər çökdüyünü göstərir. İnsan nə olur olsun, cinayət törətməz. Heç bir səbəb insanı cinayət törətməyə təşviq edə bilməz. Özünü öldürməsi də cinayətdir və bu, çox böyük haramdır. Bir hadisə olubsa, evdən çıxarsan, gedib parkda oturarsan. Yarım dilim çörək yeyərsən, bir məscidin həyətində yatarsan, ancaq yenə də insan özünü öldürməz. Çox böyük haramdır. Nə olub? Aclıqdan öləcəksən? Allah səni qoruyur. Əgər məsələ qürur məsələsidirsə, niyə qüruruna toxunur? Sən iflasa uğramısansa, hörmətlə qarşılayarıq. Allah səni iflasa məruz qoyub, bir xeyir var. Niyə narahat olursan? Allah deyir, şeytandan Allah`a sığınıram: “Bolluq da verir, darlıq da verir”. Bolluqda azğınlaşmaq, təkəbbürlənmək, darlıqda da kədərlənmək, ümidsizliyə qapılmaq olmaz. Allah`a təvəkkül edib səbirli olacaqsan.

APARICI: Allah`a üsyan etməyib səbirli olmaq lazımdır.

ADNAN OKTAR: Əlbəttə. Bu da çox böyük təhlükədir. Cəmiyyəti xəbərdar edib çəkindirmək lazımdır. Bu intihar edənlər çox dəyərli insanlardır, elə deyilmi? Lakin dini bilikləri əskikdir, imanları zəifdir. Özlərindən çıxırlar, şüurları örtülür və intihar edirlər, Allah qorusun və çox böyük haram edirlər.

]]>
http://adnanoktar.az/az/Aktual-sərhlər/179513/intihar-etmək-haramdirhttp://adnanoktar.az/az/Aktual-sərhlər/179513/intihar-etmək-haramdirhttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/20658_intihar_etmek_haramdir.jpgFri, 24 Jan 2014 23:46:08 +0200
Həşəratlardakı üstün uçma sistemləri
  • Bir həşərat saniyədə 1000 dəfə qanad çırpmağı necə bacarır?

  • Öz boyundan yüz dəfə hündür yerə necə tullana bilir?

  • Aşağı-yuxarı hərəkət edən qanadlarla irəliyə doğru necə uça bilir?

  • Quranda Rəbbimizin sonsuz elmini göstərən canlılardan biri olan milçəkdən bəhs edilir.

    Allah “Həcc” surəsinin 73-cü ayəsində belə buyurur:

     "Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də aciz qalar, istənilən də!"(Həcc surəsi, 73)

     Canlılardakı bir çox möcüzəvi xüsusiyyət dövrümüzdə Allahın bəşəriyyətə bəxş etdiyi bilik və texnologiya ilə tədqiq olunmasına baxmayaraq, hələ də tam aşkar edilməmişdir. Allahın yaratdığı hər şeydə olduğu kimi, milçəyin bədənində də imanlı insanın Allaha olan dərin sevgisini və bağlılığını artıran üstün elm vardır. Elm adamlarının milçəklərin və kiçik həşəratların uçma sistemləri üzərində apardığı araşdırmaların bir qismi aşağıda verilmişdir. Bu araşdırmalardan belə nəticə çıxır ki, Allahdan başqa heç bir varlıq və ya güc bir milçək belə yarada bilməz.

    İynəcə, çəyirtkə, kəpənək və milçək kimi bir çox həşəratın uçmasına dəstək olan əzələlər hər hərəkəti nəzarətdə saxlayan sinirlərin göndərdiyi siqnallar nəticəsində büzülür. Belə ki, bir çəyirtkədə hər sinirin göndərdiyi siqnal uçmanı həyata keçirən əzələnin büzülməsinə səbəb olur. “Qaldırıcı” və “endirici” adlanan iki cüt əks əzələ qrupu bir-birlərinə əks istiqamətdə hərəkət edərək qanadların yuxarı və aşağı hərəkət etməsini təmin edir. Çəyirtkələr qanadlarını saniyədə 12-15 dəfə çırpırlar, kiçik həşəratlar isə uçmaq üçün daha tez-tez qanad çırpmalıdırlar. Məsələn, bal arıları, eşşək arıları və milçəklər saniyədə 200-400 dəfə, ağcaqanadlar və boyu1 mmolan parazitlər 1000 dəfə qanad çırpırlar. İnsan gözünün sezə bilmədiyi qədər sürətlə hərəkət edən qanadlar bu cür fəaliyyət göstərmək üçün xüsusi quruluşda yaradılıblar.

    Bir sinir saniyədə ən çox 200 siqnal göndərə bilir. Elə isə kiçik bir həşərat saniyədə 1000 dəfə necə qanad çırpa bilir? Aparılan araşdırmalarda bu həşəratlarda sinirlərdən gələn siqnallar ilə qanad çırpma sayı arasında əlaqə olmadığı müəyyən edilmişdir. Saniyədə 200 dəfə qanad çırpan qara milçəklər çəyirtkələrdən daha fərqli sinir və əzələ quruluşuna malikdir. Hər 100 qanad çırpması üçün sinirdən sadəcə 1 siqnal gəlir. Bundan əlavə, “lifli əzələlər” adlandırılan bu əzələlər çəyirtkənin əzələlərindən fərqli işləyir. Sinir siqnalları əzələlərin ancaq uçmağa hazırlanmasını tənzimləyir, əzələlər müəyyən həddə qədər gərildikdə isə öz-özlərini büzürlər. Hər həşəratın bədənində fərqli yaradılan bu xüsusi sistemlərdə əsla nizamsızlıq yoxdur. Sinirlər heç vaxt yanlış siqnal göndərmir və həşəratın əzələləri də aldığı bu siqnalları düzgün dəyərləndirir.

    Arılar kimi bəzi həşərat növlərində uçmanı təmin edən əzələlər qanad dibinə bağlı deyil. Qanadlar sinəyə bir növ rəzə funksiyası daşıyan buğumlarla bağlanır və qanadları yuxarı hərəkət etdirən əzələlər də sinənin alt və üst səthinə bağlıdır. Bu əzələlər büzüldükdə sinənin səthi düzləşərək qanad dibini aşağıya dartır, digər tərəfdən sinənin yan səthi də dəstək funksiyasını yerinə yetirərək qanadların yuxarıya qalxmasına kömək edir. Aşağıya hərəkəti təmin edən əzələlər birbaşa qanadlara bağlı deyil, sinə boyu uzununa işləyir. Bu əzələlər büzüldükdə sinə əks istiqamətdə hərəkət edir, beləliklə, qanadlar da aşağıya dartılır.

    Qanad buğumu mükəmməl elastikliyə malik olan “resilin” adlı xüsusi zülaldan ibarətdir. Həm təbii, həm də süni kauçukdan daha üstün xüsusiyyətləri olan bu maddəni kimya mühəndisləri laboratoriyalarda hazırlamağa çalışırlar. Resilin gərilmə və bükülmə ilə bütün enerjini depolayan, bununla da ona təsir edən qüvvəni götürdükdə bu enerjini tamamilə geri qaytaran maddədir.  Bu cəhətdən resilin 96% səmərəliliklə enerji təmin edir. Qanad yuxarı qaldırıldıqda sərf edilən enerjinin təxminən 85%-i depolanır, uçuşdan sonra qaldırma və itələmə gücünü təmin edən aşağı qanad hərəkətində isə bu enerji yenidən istifadə edilir. Sinə divarları və əzələlər də bu enerjinin toplanmasına imkan verən quruluşda yaradılıblar. Ancaq əsl enerji resilindən ibarət buğumlarda depolanır. Bir həşəratın öz səyi ilə uçmaq üçün bədəninində bu cür mexanizm əmələ gətirməsi qeyri-mümkündür. Bu xüsusi maddə Allahın sonsuz ağlı və qüdrətilə həşəratların bədənində yaradılmışdır.

    Uçmaq üçün qanadların təkcə yuxarı və aşağı hərəkəti kifayət deyil. Qanadların qaldırma və itələmə gücünü təmin etmək üçün hər qanad çırpıldıqda onların hərəkət bucağı da dəyişdirilməlidir. Həşəratların növündən asılı olaraq qanadların müəyyən çevrilmə elastikliyi var. Bu elastikliyi uçmaq üçün lazım olan enerjini verən “birbaşa uçma əzələləri” təmin edir. Belə ki, həşəratlar havada daha çox yüksəlmək istədikdə qanad buğumlarının arasında yerləşən bu əzələlər daha da büzülərək qanadla bədənin kəsişmə bucağını böyüdür. Yüksək sürətli fotoqrafçılıq texnikasından istifadə edilərək aparılan tədqiqatlarda qanadların uçma əsnasında elliptik çevrə çəkdiyi və qanadla bədənin kəsişmə bucağının hər qanad çırpıldıqda sistematik şəkildə dəyişdiyi müşahidə edilmişdir. Bu dəyişikliyə əzələlərin dəyişkən hərəkətləri və qanadların gövdəyə bağlanması səbəb olur.

    Bütün bunlardan əlavə, çox kiçik gövdəli həşəratların uçma zamanı qarşılaşdığı ən böyük problem havanın axıcılığı nəticəsində əmələ gələn müqavimətin bu həşəratlara çox təsir etməsidir. Habelə qanadın ətrafındakı məhdudlaşdırıcı təbəqə havanın qanadlara yapışmasına və qanadın fəaliyyətinin zəifləməsinə səbəb olur. Bu səbəbdən forcipomyia kimi qanadının genişliyi 1 mm-dən çox olmayan milçəklər havanın müqavimətinə davam gətirmək üçün qanadlarını saniyədə 1000 dəfə çırpmalıdırlar. Elm adamları bu sürətin həşəratın havaya qalxması üçün kafi olmadığını və həşəratların uçmaq üçün başqa bir sistemdən faydalandığını düşünürlər.

    Belə ki, bir parazit növü olan enersia kimi kiçik həşəratlar “çırpma və silkələmə” adlandırılan metoddan istifadə edir. Bu zaman qanadlar ən yuxarı həddə çatdıqda bir-birinə dəyir və sonra açılır. Açılarkən qanadların bərk damarlı ön hava axını da əvvəlcə qanadların ətrafında hava girdabı əmələ gətirir, qanadlar çırpılarkən qaldırma qüvvəsinə kömək edir.

    Çəyirtkə də daxil olmaqla, bir çox həşərat uçuş zamanı istiqaməti və gedəcəkləri yeri müəyyən etmək üçün üfüqi xətt kimi vizual parametrlərdən istifadə edir. Milçəklər istiqaməti müəyyən etmək üçün mükəmməl quruluşda yaradılıblar. Bu həşəratların sadəcə bir cüt qanadı var. Arxa tərəfdə isə “cilov” adlanan toppuz formasında qanad yerləşir. İtələmə qüvvəsi əmələ gətirməsə də, ön qanadlarla birlikdə titrəşirlər. Uçuş istiqaməti dəyişdikdə isə bu çıxıntılar həşəratın uçuş istiqamətindən ayrılmasının qarşısını alır.

    Burada verilən bütün məlumatlar sadəcə üç-dörd həşərat növünün uçma metodu üzərində aparılan tədqiqatlar nəticəsində əldə edilmiş faktlardır. Dünyada 10 milyona yaxın həşərat növü olduğunu düşündükdə qalan milyonlarla həşərat növünün milyardlarla möcüzəvi xüsusiyyəti Allahın sonsuz qüdrətinə heyranlığımızın artmasına səbəb olur.

    ]]>
    http://adnanoktar.az/az/Aktual-sərhlər/177326/həsəratlardaki-ustun-ucma-sistemlərihttp://adnanoktar.az/az/Aktual-sərhlər/177326/həsəratlardaki-ustun-ucma-sistemlərihttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/38080_bir_bocekten_ilham_almak.jpgThu, 26 Dec 2013 17:49:30 +0200
    Doğru yola yönəlmənin sirləri Kimlərin doğru yolda olduqları Allahın Quranda bildirdiyi sirlərdəndir. İslamda nəzərdə tutulan gözəl əxlaqa əməl edərək Allahın yoluna gələnlər cənnətlə mükafatlanan qullardır.

    Hər bir insanın özünə görə doğruları və səhvləri olur. Hər bir doğrunun təsbit edilmə qaynağı isə fərqlidir. Bəziləri oxuduğu kitabı, bəzisi ətrafında gördüyü insanı, bəzisi hər hansı bir siyasətçini, bəziləri də hər hansı bir filosofu özünə rəhbər edir. Halbuki, Allahın insanlar üçün təyin etdiyi ən doğru və insanı qurtuluşa aparacaq yeganə yol İslamın gətirdiyi gözəl əxlaqdır.

    Möminlər Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün səy göstərirlər. Quranda bildirilən gözəl əxlaqa tabe olmamaq isə insanları dünya və axirətdə sonsuza qədər davam edəcək ümidsizliyə, bədbəxtliyə və əzaba aparır.

     Doğru məlumatlarla iman etmək

    Allahın razılığını, rəhmətini və cənnətini arzulayan insanlardan olmaq Allaha və Quranda vədd etdiklərinə iman etməklə mümkündür. Belə bir insan göylərin, yerin və ikisi arasındakıların tək sahibi və yaradıcısının Allah olduğunu və dünyada var olma məqsədinin Allaha qulluq etmək olduğunu bilir. Əgər bu insan həyatı boyunca Allahın razılığını axtarıb Ona iman edərsə, Allah onu doğru yola yönəldər. Əlbəttə ki, burada nəzərdə tutulan imandır.

    Bəzi insanlar hər nə qədər iman etdiklərini söyləsələr də, imanlarında şübhə və ya zəiflik olur. Belə insanlar inkarçılarla birlikdə olduqlarında onların təsirinə düşüb asanlıqla zəiflik göstərə bilir, hətta bəzən Allaha və Allahın dininə qarşı ola bilirlər. Halbuki, Allah Quranda doğru yola yönəltdiyi qullarının imanının qəti və şübhəsiz olduğunu insanlara bildirmişdir:

    Və elm verilən kəslər də bilsinlər ki, haqq (Quran) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər! (Həcc surəsi, 54)

     Tam təslim olmaqla Allaha yönəlmək

    İman edənlərin tam təslim olaraq Allaha yönəlmələri, Allaha ürəkdən bağlanmaları da doğru yola yönəlmənin sirridir. Allaha iman edən və axirətdən qorxan möminin dünyaya aid hər hansı bir həvəsi yoxdur. Möminin məqsədi Allahı razı etməkdir. Bu səbəbdən, hər davranışında Allaha yönələr, Allahın onu hər an sınadığını bilərək hər hadisədə Allahın onun üçün müəyyən etdiyi qədərə razı olar. Aləmlərin Rəbbi olan uca Allah Özünə təslim olanları doğru yola çatdıracağını bu şəkildə bildirmişdir:

    Sizə Allahın hökmləri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allaha sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəldilmişdir. (Ali-İmran surəsi, 101)

     Verilən öyüdləri yerinə yetirmək

    Allahın doğru yola yönəltmək istədiyi qullarına bir başqa əmri isə bu şəkildədir:

    Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı. O zaman Biz də onlara Öz tərəfimizdən böyük mükafat verərdik və onları düz yola yönəldərdik. (Nisa surəsi, 66-68)

    Allahdan qorxan möminlər həmişə səhvlərini təkrarlamamaq və Allahın ən çox razı olacağı əxlaqa çatmaq üçün çalışırlar. İnsanlar səhvlərini təkrarlamamaq və doğru yola çatmaq üçün təvazökar olmalıdırlar. Təvazökar olmaq və səhvlərini düzəltmək istəyən insan Allahın əmrlərini tam olaraq yerinə yetirər. Bundan əlavə, saleh möminlər bir-birlərinə yaxşılığı əmr edər, pislikdən çəkindirərlər. Bu səbəbdən, mömin hər hansı bir səhvinin mömin qardaşı tərəfindən ona deyilməsindən məmnun olmalı, bunun öz axirəti üçün böyük nemət olduğunu bilməlidir. Allah şeytana tabe olmayan, özünü Qurana və gözəl əxlaqa çağıran şəxslərə tabe olan qullarına belə müjdə verir:

    Tağuta (şeytana, bütlərə) ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. Elə isə qullarıma müjdə ver. O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! ( Zümər surəsi, 17-18)

    ]]>
    http://adnanoktar.az/az/Aktual-sərhlər/176709/dogru-yola-yonəlmənin-sirlərihttp://adnanoktar.az/az/Aktual-sərhlər/176709/dogru-yola-yonəlmənin-sirlərihttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/100125_dogru_yolu_bulmanin_sirlari.jpgFri, 20 Dec 2013 13:20:20 +0200
    Orqanizmimizin fasiləsiz enerji mənbəyi: qlükoza Dəzgahı işlədən yanacaq kimi orqanizmimizi enerji ilə təmin edən qlükozanın suda asanlıqla həll olması hansı xüsusiyyəti sayəsində baş verir?

    Qlükozanın hər mayedə əriməsi nə üçün həyati əhəmiyyət daşıyır?

    Artıq qlükoza molekulu orqanizmdə necə idarə olunur?

    Kifayət qədər qlükoza olmasa, orqanizmdə hansı dəyişikliklər baş verər?

    Şəkər xəstəliyi necə əmələ gəlir?

     Bütün canlıların əsas qida mənbəyi olan qlükoza çox vacib molekuldur. Çünki Allahın səbəb kimi yaratdığı qlükoza sayəsində qolumuzu hərəkət etdirir, yeriyir, çənə əzələlərimizi işlədib yemək yeyirik.

    6 karbon, 12 hidrogen və 6 oksigen atomundan təşkil olunmuş qlükoza molekulu hidrogen atomları sayəsində altıbucaqlı formaya malikdir. Tərkibindəki 6 oksigen atomu qlükozaya çox mühüm xüsusiyyət qazandırır. Bu oksigen atomlarına görə qlükoza suda asanlıqla həll olunur. Oksigen atomları sayəsində bu molekul su molekulları ilə güclü hidrogen rabitələri qurur. Qlükoza suda həll olan bu molekula görə mayenin içində dərhal əriyir. Qlükozanın bu xüsusiyyəti bizim üçün həyati əhəmiyyətə malikdir. Çünki qlükoza hüceyrələrin ən vacib qidasıdır və hüceyrələrə qan vasitəsilə daşınır. Ona görə də mayenin içində əriməlidir.

     Qlükoza orqanizmdə necə hərəkət edir?

     Qlükoza ilə oxşar molekulyar quruluşa malik heksanın bir çox ortaq cəhəti var. Heksan bir yanacaq maddəsi kimi qlükozaya çox bənzəyir. Ancaq heksan oksigen atomu daşımır və buna görə, yandıqda çoxlu yeni güclü karbon-oksigen rabitələri meydana gətirir. Bu, heksanın suda həll olmasına mane olur. Buna görə, heksan qan vasitəsilə hüceyrələrə daşına bilməz. Normal şəraitdə qlükoza heksandan daha az səmərəlidir, ancaq mayenin içində daşına bildiyinə görə, insanlar üçün həyati əhəmiyyətə malikdir.

    Qlükoza molekulları məhlulun tərkibinə daxil olduğu anda enerjisini maddələr mübadiləsi üçün dərhal yanacağa çevirir. Buna görə, qlükoza canlı hüceyrələri üçün əsas enerji mənbəyidir. Daha böyük molekullar, məsələn, daha mürəkkəb şəkər və nişastalar həzm olunduqda asanlıqla yanacağa çevrilməsi və hüceyrələrə çatdırılması üçün qlükoza molekulları şəklində kiçildilirlər. Buna görə, qlükozaya daxil olduğu maddələr mübadiləsindən asılı olaraq qan şəkəri, üzüm şəkəri, nişasta şəkəri kimi müxtəlif adlar verilir.

     Həzm prosesində əmələ gələn qlükoza molekulları necə tarazlanır?

     Yediyimiz qidaların 70%-i bizi karbohidratla təmin edir. Ağızda həzm olunmağa başlayan karbohidratlar tüpürcəyin içindəki karbohidrat parçalayıcı fermentlərlə qarşılaşır. Qismən parçalanan bu molekulların həzmi isə düz bağırsaqda sona çatır. Bu parçalanma nəticəsində əmələ gələn qlükoza molekulları qan təzyiqinin qalxmasına səbəb olur. Ancaq qan təzyiqi qlükoza molekullarına müdaxilə edən fermentlər vasitəsilə normada saxlanılır. Qısaca desək, orqanizm üçün çox mühüm bir molekul Allahın istəyilə xüsusi yaradılmış başqa molekul tərəfindən tənzimlənir.

    Orqanizmdə artıq qlükoza olduqda bir ferment vasitəsilə bu artıq qlükoza qlikogen adlanan başqa formaya çevrilib ehtiyatda saxlanılır. Qlükozanın qlikogenə çevrilməsində rol oynayan fermentin adı qlikokinazdır (glucokinase). Bu fermenti mədəaltı vəzdən ifraz olunan insulin adlı hormonun nəzarəti altında qaraciyər hasil edir. Qlikogen isə orqanizmin enerjiyə ehtiyacı olduqda işə düşür və istifadəyə hazır olur.

     Orqanizmimizdəki mükəmməl iş bölgüsü insan ilk dəfə yaradıldıqdan etibarən mövcuddur

     Bir fabrikdə istehsalçılar, hazır məhsulu lazımi yerə daşıyanlar, onlara nəzarət edənlər, qalığı hesablayanlar və bu qalığı başqa yerlərdə istifadə etmək üçün dəyərləndirən işçilər var. Hər istehsal prosesi mütləq seçilmiş mütəxəssislər tərəfindən idarə olunur. Mümkün xətanın aradan qaldırılması üçün ciddi nəzarət var. Hər şöbədə öz sahəsində peşəkarlaşmış çoxlu insan işləyir. Buna baxmayaraq, qüsursuz nizam-intizam olmur, tez-tez səhvlər olur.

    İnsan orqanizmindəki bu qüsursuz sistem bir növ fabrik kimi işləyir və Allah istəmədikcə əsla səvh etmir. Hər hüceyrə, hər molekul işini bilir və tam yerinə yetirir. Canlıların əsasını təşkil edən amin turşularından atomlara, molekullardan zülallara qədər hər şey Allahın qüdrəti qarşısında boyun əymişdir. Şübhəsiz ki, nə hüceyrənin içindəki molekulların, nə də onunla birlikdə hərəkət edən digər orqanların ağlı, biliyi, bacarığı və ya təhsili var. Bütün bu proses və hasilat üçün müəyyən vaxtın keçməsi üçün gözləməmiş, doğulduğumuz andan etibarən bu mükəmməl sistem hal-hazırki şəkildə yaradılmışdır. Allah bu mükəmməl iş bölgüsünü min illər boyu hələ elm bunun fərqinə varmadan qüsursuz şəkildə yaratmış və hər molekul insanda mükəmməl surətdə funksiyaını yerinə yetirmişdir. Uca Allahın bu üstün yaratma sənəti Quranda belə bildirilir:

    Biz, həqiqətən, insanı süzülmüş palçıqdan yaratdıq. Sonra onu nütfə halında möhkəm bir yerdə yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər ucadır! (Muminun surəsi, 12-14)

     Qlükozanı təşkil edən atomlar müxtəlif formada bir-birinə bağlanarsa…

     Qlükoza müxtəlif rabitələrlə fərqli şəkər molekullarına çevrilə bilir. Bunlardan biri fruktozadır. Fruktoza meyvə şəkəri də adlanır. Çünki fruktoza meyvə və tərəvəzdə çox olur və meyvəyə şirin dad verir. Bundan əlavə, balın tərkibindəki əsas şəkər maddəsidir. Arıların şirə topladığı çiçəklərin nektarı da fruktoza mənbəyidir.

     Diabet xəstəliyi necə əmələ gəlir?

     Karbohidratlar bağırsaqlarda qlükozaya çevrilir və qanla birləşirlər. Qlükozanın miqdarı artarsa, mədəaltı vəz hüceyrələrin qlükozanı sormasına kömək edən insulin hormonunu ifraz edir. İnsulin qlükoza daşıyıcısını aktivləşdirən reseptorla birləşir. Qlükoza hüceyrənin içinə daxil olur və enerjiyə çevrilir. Qandakı qlükozanın miqdarı sabit qalır. Diabet xəstələrində isə insulin reseptora bağlana bilmir və daşıyıcı qeyri-aktiv olur. Qlükoza qan dövranında qalır və qandakı şəkərin miqdarı artır.

    Yetişmiş meyvələrdə, çiçəklərin nektarında, yarpaqların şirəsində və orqanizmdə dövr edən qandakı əsas maddə canlılar üçün xüsusi yaradılmış qlükozadır.

     Qlükoza insan üçün hansı əhəmiyyətə malikdir?

     Qlükoza insan bədənində qanda 60%, yəni 110 mq/dl, toxumalarda isə 0.1 mq/dl olmalıdır. Əgər sistemdə bir çatışmazlıq olarsa və beyinin ən əsas yanacaq maddəsi olan qlükoza beyində lazımi miqdarda olmasa, ciddi problemlər üzə çıxar. Əgər beyinə gedən qlükozanın miqdarı 0.04 mq/dl-dan az olarsa, beyin hüceyrələri həssaslaşar və impuls göndərərək orqanizmdəki bütün əzələlərin müntəzəm gərilməsinə səbəb olar. Nəticədə, qısa müddətdə ölüm baş verər.

    ]]>
    http://adnanoktar.az/az/Aktual-sərhlər/176571/orqanizmimizin-fasiləsiz-enerji-mənbəyi-qlukozahttp://adnanoktar.az/az/Aktual-sərhlər/176571/orqanizmimizin-fasiləsiz-enerji-mənbəyi-qlukozahttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/43904_vucudumuzun_kesintisiz_enerji_kaynagi_glikoz.jpgThu, 19 Dec 2013 16:55:18 +0200
    Susamasaydınız, nə baş verərdi? Allah bütün ehtiyaclarımızı mükəmməl sistemlə var etmişdir. Bu səhifədə oxuyacağınız iki nümunə bunun ən gözəl dəlillərindəndir…

    İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz? (Vaqiə surəsi, 68-70)

    İnsan qidalanmadan 1-2 həftə yaşaya bilər, su içmədən isə 3-4 gündən çox yaşaya bilməz. İnsan bədəninin 75%-i sudan ibarətdir. Tərləmə və tənəffüs vasitəsilə insan gündə 2-3 litr su itirir. İtirilən su susadıqdan sonra içilən su ilə kompensasiya edilir.

     Bəs  susamasaydınız, nə baş verərdi?

     Su bütün canlılar üçün olduğu kimi, insanlar üçün də ən vacib həyat mənbəyidir. Suyun bədən temperaturunun nizamlanmasında, qida maddələri və oksigenin daşınmasında, tullantı maddələrinin hüceyrələrdən uzaqlaşdırılmasında və həzmin asanlaşdırılmasındakı rolu əvəzsizdir. Bundan əlavə, su orqan və toxumaları da qoruyur. Məsələn, hüceyrələrimizi əhatə edən suyun yalnız 2%-ni itirsək, təxminən 20%-lik enerji itirər və yorularıq. Təkcə bu misal suyun insan həyatında nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün kifayətdir.

     

    Su dedektivi hipotalamus

     Gün ərzində insan bədəni üçün vacib olan suyun miqdarında baş verən ən kiçik dəyişikliyi belə qavrayan sistemlər var. Bunlardan birincisi beynimizin bir  noxud dənəsi böyüklüyündə olan hipotalamus mərkəzidir. Qanda su nisbəti azalan kimi hipotalamusun altında yerləşən 1 sm-lik hipofiz vəzi (antidiuretik)  ”ADH” adlı hormon ifraz edir.

     Bu hormon qan dövranı vasitəsilə uzun səfərə çıxır və böyrəklərə çatır. Böyrəklərdə eynilə bir qıfılın açara uyğun gəlməsi kimi, bu hormona uyğun xüsusi qəbuledicilər var. Hormonlar bu qəbuledicilərə çatanda böyrəklər dərhal suya qənaət etməyə başlayır və su itkisini minimuma endirir.

     Əgər hipofiz hormonu və bu hormonun “su istehlakını azaldın” əmrini anlayıb tətbiq edən böyrək hüceyrələri olmasaydı, susuzluqdan ölməmək üçün gündə 15-20 litr su içməli olardıq. Bu suyu daim xaric etməli olduğumuzdan yatmağımız və ya bir yerdə uzun müddət oturmağımız mümkün olmazdı.

     Susama hissi

    Hipotalamus, hipofiz və ADH-dən ibarət olan bu mükəmməl sistemin qüsursuz işləməsi yaşamağımız üçün kifayət deyil. Biz su içməyimizin, üstəlik, nə qədər su içməyimizin lazım olduğunu bilməliyik. Allah bunun üçün insanı susama hissi ilə birlikdə yaratmışdır. Bədənimizdə hər şeyin nöqsansız olduğunu, amma yalnız susamadığımızı fərz edək. Bu halda, anadan olandan bir müddət sonra susuz qalıb ölərdik. Susama hissimiz olmadığı üçün niyə özümüzü pis hiss edib ölümə doğru getdiyimizi də anlamazdıq. Halbuki insan doğulduğu andan etibarən su içməyin nə qədər vacib olduğunu bilir. Qüsursuz şəkildə yaradılmış bu həyati sistem sayəsində bədənimizdəki su tarazlığı qorunur.

    Bununla yanaşı, bədənin bu istəyinə uyğun olaraq yaradılan su da Allahın sonsuz yaratma sənətinin dəlillərindən yalnız biridir.

    Yuxunun yaddaş üzərindəki möcüzəvi təsiri

    Allah yuxunu insanlar üçün bir çox hikmətlə xüsusi olaraq yaratmışdır.

    Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də canlanma vaxtı edən Odur. (Furqan surəsi, 47)

    Çox yaxşı bilinən bir yerin, bir adamın adının ya da bir tarixin ilk anda ağla gəlməməsi dərhal hər insanın qarşılaşdığı bir vəziyyətdir. Bəzən nə qədər düşünsəniz də, heç bir şəkildə unutduğunuz ad ağılınıza gəlməz, başqa şeylərlə məşğul olmağa başlarsınız və birdən sualınızın cavabı ağılınıza gəlir.

    İnsan zehininin sirləri

    Unudulan bir şeyin birdən xatırlanması, sanki uzun müddətdir itkin olan bir görünüşün geri gəlməsi üçün arxiv işçisindən tələb etməyə bənzər. Elm, insan zehininin sirlərini kəşf etdikcə, insan yaddaşının nə qədər geniş bir tutuma sahib olduğu da daha yaxşı aydın olur. Hər alqının ömür boyu gizləndiyini düşünsək, insanın yaddaş tutumunun nə qədər böyük olduğu da ortaya çıxacaq. Elm adamları bu möcüzəvi sistemləri -qismən də olsa- kəşf etməyə başlamışdır.

    Siz yuxudaykən, zehininiz gün içindəki görüntüləri anbara yığmaqla məşğuldur. Buna görə, elm adamlarının da ifadə etdiyi kimi yuxu, zaman itkisi deyil əhəmiyyətli bir müddətdir.

    Dünyanın qabaqda gələn elmi nəşrlərindən biri olan “Science News”də nümayiş olunan bir araşdırmaya görə, yaxşı yatılan bir gecənin ardından bəzi şeylər daha yaxşı xatırlanır. Buna görə; siz yatarkən yaddaş sanki yatmadan əvvəl öyrənilən məlumatları yığmaqla məşğul olur. Yaddaşın sirlərinin yavaş-yavaş işıqlandığı indiki vaxtda, yuxunun passiv bir istirahət etmə olmadığı, bədən içində reallaşan yalnız təmir və yenilənmə fəaliyyətləriylə deyil sıx zehni fəaliyyətlərin varlığı ilə də sübut edir.

    Yuxu və yaddaş arasındakı əlaqə

    McNill universiteti nörobiyoloqları tərəfindən şagirdlər üzərində edilən təcrübələrdə yeni bir mövzu öyrənildikdən dərhal sonra yatan qrupun daha yaxşı performans göstərdiyi isbat edilmişdir. Nature jurnalındakı bu mövzuda məqaləsi dərc olunan Karim Naderə görə yaddaş statik deyil və təkrar-təkrar saxlana bilər (Karim Nader, "Neuroscience: Re-recording human memories," Nature 425, 571 - 572 (09 october 2003); doi:10.1038/425571a.). Nader məqaləsində sözlərinə Fənndən götürdüyü bir alıntıyla belə davam edir: "Təhsilin dərhal ardından edilən təyin etmə performansda əhəmiyyətli bir inkişafa işarə edir. Amma əldə edilən bu irəliləmə gün içində azalır, yuxunun ardından isə köhnə halına gəlir. Yəni yuxu gün ərzində hər hansı bir zamanda yaxşı bir şəkildə öyrənilən məlumatların zehinde qalxmasına kömək edir. Performansın düzəlməsi bizə ümumi məlumatlarla yanaşı verilən, təqdim və xəritələndirmənin də yuxu əsnasında arıdılıb sağlamlaştırıldığını göstərir (Fənn et  al., "Consolidation during sleep of perceptual learning of spoken language," Nature 425, 614 - 616 (09 october 2003); doi:10.1038/nature01951.)."

    Kompüter şəbəkələrində istifadə edilən bənzər prinsip

    Araşdırmaçı Walker, insan yaddaşı və yuxu arasındakı əlaqə ilə əlaqədar olaraq bunları əlavə etməkdədir: "Yataraq yenidən hərəkətə keçmək daha əvvəldən gücləndirilən yaddaşı təkrardan gücləndirmək lazım olan bir vəziyyətə sala bilər (Walker et al., "Dissociable stages of human memory consolidation and reconsolidation," Nature 425, 616 - 620 (09 october 2003); doi:10.1038/nature01930.) ."

    İndiki vaxtda kompüter şəbəkələrində də insan zehinindəkinə bənzər bir prinsip istifadə edilir. İnkişaf etmiş kompüter şəbəkələri artıq məlumatları tək yerdə saxlamırlar. Bunun yerinə bir yerə gətirilmiş qaynaq disk və maqnitofonlarından yaradılmış saxlama sahəsi şəbəkələrini (SAN -Storage Area Network) istifadə edirlər. Bunlar aktiv olaraq görünüşü saxlayan ağıllı proqramlar tərəfindən edilir. Bir görüntü dərhal yaddaşda saxlana bilir amma qalıcı saxlama yerinə sonradan göndərilir. Məsələn gecə kompüterlər yatarkən.

    ]]>
    http://adnanoktar.az/az/Aktual-sərhlər/176327/susamasaydiniz-nə-bas-verərdihttp://adnanoktar.az/az/Aktual-sərhlər/176327/susamasaydiniz-nə-bas-verərdihttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/44696_hic_susamasaydiniz_neler_olurdu.jpgWed, 18 Dec 2013 11:29:44 +0200
    Parkinson XX əsrin əvvəllərindən dünya əhalisinin 4%-ni 60 yaş və daha yaşlı insanlar təşkil edir. Əsrimizdə bu nisbətin 17%-ə qədər yüksələcəyi təxmin edilir. Hal-hazırda insan ömrünün uzanması ilə paralel olaraq yaşlı insanlara xas olan xəstəliklər  – neyrodegenerativ xəstəliklərdə, yəni beyinin spesifik bölgələrindəki neyronların itirilməsi ilə xarakterizə olunan bir qrup patologiyalarda artım müşahidə edilir.

    Bu xəstəliklərin ən mühümünə – parkinson xəstəliyinə qısaca nəzər salaq:

    Yaşlılıq dövründə ortaya çıxan parkinson xəstəliyi hərəkət pozulması, əzələlərdə gərginlik, duruşun pozulması və tarazlığın itməsi şəklində ortaya çıxan xəstəlikdir. Ayaqları sürüyərək, qısa addımlarla xarakterik yeriş və bütün bədəni ilə birlikdə dönmə parkinson xəstəliyinin vacib əlamətlərindəndir. Bu xəstəlik 50 yaşından sonra başlayır və yaş artdıqca kəskinləşir. Parkinsonizm beyində substansiya niqra adlanan sinir hüceyrələrinin funksiyasının pozulması ilə yaranır.

     Beynimiz hərəkətlərimizə necə nəzarət edir?

    Bədənimizi hərəkət etdirərkən bunu necə bacardığımızı heç düşünmürük. Sadəcə, istəyirik və hərəkət reallaşır. Parkinson xəstəliyini daha yaxşı anlamaq üçün beynimizin bədən hərəkətlərinə necə nəzarət etdiyini bilməliyik.

    Beynimizin müxtəlif hissələri fərqli hərəkətlərimizi nizamlayır. Məsələn, beyin getmək üçün bədənin ehtiyacı olan bütün məlumatları toplamalıdır. Bir yerdə oturursunuz, uzanırsınız, yoxsa getməyə hazırlaşırsınız? Ayaqlarınız haradadır? Tarazlığınız normaldırmı? Sonra beyin bu məlumatlara hara gedəcəyiniz məlumatını da əlavə etmək məcburiyyətindədir. Bu məqamda vacib bir sual da cavablandırılmalıdır. Gözləriniz beyninizə nə deyir? Boş yolda gedəcəksiniz, yoxsa nərdivana çıxacaqsınız? Bəs ayaqlarınız beyninizə hansı məlumatları çatdırır? Yeriyəcəyiniz yol düzdür, yoxsa tarazlığınızı itirməyinizə səbəb olan kələ-kötürlər var?

    Bu məlumatlar beyinin korpus stratium adlanan, bədənin hərəkətlərinə nəzarət edən mərkəzdə toplanır. Korpus stratium tarazlıq və uyğunlaşma ilə əlaqədar əmrləri göndərmək üçün beyinin digər hissələri ilə birlikdə hərəkət edir. Beyinin bədənə verdiyi hərəkət əmrləri beyindən bel sümüyünə sinir şəbəkələri sayəsində çatdırılır. Sinir hüceyrələri məlumatları ötürmək üçün hüceyrələrarası mesaj daşıyıcılarından istifadə edir. Beləliklə, düşüncələrimiz hərəkətlərə çevrilir.

    Mesaj daşıyıcılarının ən əhəmiyyətlisi beyində istehsal edilən dopamindir. Dopamin hərəkətlərimizə və tarazlığımıza nəzarət edən maddədir. Əgər xüsusi sinir hüceyrələri zərər görsə və ya azalsa, dopamin istehsal edib yığa bilməz və beyində dopamin miqdarı azalar. Bu, ciddi səviyyəyə çatdıqda parkinsonun əlamətləri meydana çıxmağa başlayır. Beynimizdəki bu hüceyrələrin niyə yaşlanmaqla paralel azalmağa başlaması elm adamları tərəfindən hələ də müəyyən edilməmişdir. Məhz beynimizdəki kiçik bir hüceyrənin vəzifəsini yerinə yetirə bilməməsi bütün hərəkətlərimizə və həyatımıza təsir edən bu əhəmiyyətli xəstəliyin – parkinsonun ortaya çıxmasına səbəb olur.

     Bədənə nəzarət edən möcüzəvi mərkəz: beyin

    İnsan bədəni böyük bir şəhər kimidir: burada nəqliyyat yolları, binalar, fabriklər, infrastruktur sistemləri, ən üstün texnologiyaya sahib cihazlar, şüurlu işçilər, yəni hüceyrələr, hormonlar, ifrazat vəzləri kimi tam təchizatlı əsgərlər mövcuddur. Üstəlik, bu şəhər yalnız ətdən ibarətdir və sinir hüceyrələrindən meydana gəlmiş kiçik bir beyin tərəfindən idarə olunur. Belə ki, beyində, yəni mərkəzdə meydana gələn ən kiçik nöqsan bu böyük şəhəri alt-üst edə bilir.

    Yaş və boz bir ət görüntüsündən başqa bir xüsusiyyəti olmayan sadə zülal və yağ molekullarından ibarət olan beyin, bu möcüzəvi əməliyyatları necə həyata keçirir? Biz, beynimizin kompleks dizaynı haqqında heç nə bilmədiyimiz və hər saniyə reallaşan on minlərlə əməliyyatdan xəbərsiz olduğumuz halda, beynimizdə baş verənlərə necə nəzarət edilir? Beyini meydana gətirən neyronlar şüursuz atomlardan ibarətdir. Şüursuz atomlar bədənin hərəkət etməsi üçün hansı maddənin lazım olduğunu haradan bilirlər?

    Deyək ki, bu maddəni tapdılar, bəs onu necə istehsal edirlər? Bu, yalnız yaradılış möcüzəsinin olduğunu sübut edir. Ətdən ibarət olan bir orqanın belə mükəmməl əməliyyatları reallaşdıra bilməsi çox böyük möcüzədir.

     Xəstəliklər dünya həyatının həqiqətini bizə xatırladır

    Parkinson xəstəliyi kimi xəstəliklər bizə beynimizin möcüzəvi xüsusiyyətlərini düşündürdükləri kimi, yaşlılıqla insanın nə qədər aciz vəziyyətə düşdüyünü də xatırladır.

    İnsan yaradılmış bütün varlıqlar içərisində zehni funksiyasına görə üstünlük təşkil edir. Ancaq bu üstünlüklərə baxmayaraq, insan qorunmağa möhtac olan bir bədənə malikdir.

    Yalnız mikroskop altında görünən bakteriyalar və ya parkinson xəstəliyində olduğu kimi, kiçik bir hüceyrənin istehsal etdiyi maddədəki azalma bədənə böyük zərər verə bilir. İnsan bədəni zaman keçdikcə köhnəlir, yaşlanır və funksiyalarını yavaş-yavaş yerinə yetirməməyə başlayır. Parkinson da yaşlılıqda yaşanan bu acizliyi hiss etdirən bir xəstəlikdir. (Harun Yahya, Dünya həyatının həqiqətləri) 

     Allah insanlara dünya həyatının keçiciliyini göstərmək üçün yaşlılığı və yaşlılıqla birlikdə ortaya çıxan xəstəlikləri xüsusi olaraq yaratmışdır. Hər insan bu dünyada nə edirsə etsin, bir gün mütləq yaşlanacaq. Bunu dərk edən insan öz acizliyi qarşısında yaradıcımız olan Allahın üstünlüyünü və ucalığını qavramalı və həyatını Onu razı edən davranışlarla keçirməlidir.

    Allah isə Qaniyydir (heç nəyə ehtiyacı olmayan), Həmiddir (tərifəlayiqdir). (Fatir surəsi, 15)
    ]]>
    http://adnanoktar.az/az/Aktual-sərhlər/176326/parkinsonhttp://adnanoktar.az/az/Aktual-sərhlər/176326/parkinsonhttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/101877_parkinson.jpgWed, 18 Dec 2013 10:06:20 +0200
    Canlılardakı qüsursuz simmetriya

    Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4)

     Əlinizə bir cüt balıqqulağı götürün və simmetrik şəkildə qarşı-qarşıya qoyun. Xətlərin düzülüşündə, böyükdən kiçiyə doğru sıralanmasında qüsursuz bir nizam və simmetriya görəcəksiniz. Təbiətdəki hansı canlı araşdırılırsa araşdırılsın, hər dəfə fövqəltəbii nizam, qüsursuz simmetriya və bənzərsiz rəng müxtəlifliyi görünəcək.

     Güzgüdə üzünüzə baxın, qüsursuz simmetriya görəcəksiniz. Əlinizə bir jurnal götürüb vərəqləyin. Vərəqlədiyiniz səhifələrdə qarşınıza çıxan insanlar, quşlar, çiçəklər və kəpənəklər də eyni simmetriyaya malikdir.

     Kainatdakı hər şeyin öz-özünə və təsadüfən ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsinin müdafiəçiləri təbiətdəki rəng müxtəlifliyi, nizam və simmetriya qarşısında heç nə deyə bilmirlər. Bu cür qüsursuz bir nizamın özbaşına və təsadüfən ortaya çıxmayacağı aydındır. Təkamülçülərin qarşıya qoyduqları heç bir iddia ilə təbiətdəki canlıların rənglərinin, naxışlarının, simmetriyanın meydana gəlməsini izah etmək mümkün deyil. Bu, hər bir ağıllı insanın dərhal görəcəyi qədər açıqdır. Belə ki, təkamül nəzəriyyəsinin banisi olmasına baxmayaraq, Çarlz Darvin də bu həqiqəti etiraf etmək məcburiyyətində qalmışdır:

     ”Parlaq rənglilik, erkək balıqların kürt yatması, parlaq dişi kəpənəklər – bu gözəlliyin təbii seçmə ilə reallaşdığını düşünə bilmirəm”.

     Əlbəttə ki, ətrafımızda gördüyümüz saysız-hesabsız gözəlliyin, əlvan kəpənəklərin, güllərin, bənövşələrin, çiyələklərin, albalıların, göz oxşayan rəngləri ilə tutuquşuların, tovuzquşlarının, leopardların, qısaca desək, bütün ehtişamı ilə yer üzünün təsadüfən meydana gəldiyini heç bir ağıllı və məntiqli insan iddia edə bilməz.

     Canlılar bu xüsusiyyətlərə sahib olaraq Allah tərəfindən yaradılmışlar. Allahın elmi hər yeri əhatə etmişdir. Ondan başqa ilah yoxdur.

     Kəpənəklərdəki simmetriya

     Kəpənəklərin qanadlarını ilk dəfə görürmüş kimi araşdırın. Qüsursuz estetika və simmetriya, göz oxşayan rənglər və naxışlar qarşısında, şübhəsiz ki, heyran olacaqsınız.

     İndi bir parçanı düşünün. Bu, kəpənək naxışlarından ilhamlanıb toxunmuş, çox estetik və keyfiyyətli bir parçadır. Belə bir parçanı mağaza vitrinlərində gördüyünüz zaman nə düşünürsünüz? Çox güman ki, bu parçanın naxışlarını çəkən, çəkərkən də kəpənək qanadlarındakı naxışları nümunə götürən bir sənətkarın varlığı ağlınıza gəlir və onun sənətini təqdir edirsiniz. Elə isə bu həqiqəti təqdir etməlisiniz: heyranlıq duyduğunuz sənət kəpənəkləri nümunə götürərək parçanı bəzəyənə deyil, kəpənək qanadlarındakı naxışları və rəngləri nümunəsiz olaraq yaradan Allaha aiddir. Kəpənəklərin rəngli və fərqli naxışlara sahib olan qanadları Allahın rəng sənətinin ehtişamlı təcəllisindən biridir. Belə ki, bir parça naxışı özbaşına, təsadüfən ortaya çıxmadığı kimi, qanadlardakı rəng və naxış simmetriyası da qətiyyən təsadüfən meydana gələ bilməz.

     Şəkildə gördüyünüz kəpənəklərin yeganə heyrətamiz xüsusiyyətləri sahib olduqları möhtəşəm qanadlar deyil. Kəpənəklərin bədən dizaynı da qüsursuzdur. Kəpənəklər çiçəklərin nektarı ilə qidalanırlar. Kəpənəklərin bir çoxunda dərində olan nektarı almaq üçün xortumcuq (proboscis) adlandırılan bir orqan var. Proboscis çiçəklərdəki nektar kimi maye qidaları əmmək, ya da su içmək üçün istifadə edilən uzun dildir. Kəpənəklər uzun dillərini istifadə etmədikləri zaman içəriyə doğru sarıyırlar. Bu dil uzanmış halda kəpənəyin boyundan 3 dəfə uzun olur.

     Kəpənəklərin də digər həşəratlarda olduğu kimi, skeletləri var. Bu xarici skelet yumşaq toxumaya sahib olan sərt təbəqələrdən meydana gəlir və zirehli paltara bənzəyir. Bu təbəqə xitin maddəsindən ibarətdir. Bu təbəqənin meydana gəlməsi çox maraqlıdır.

     Məlumdur ki, kəpənək tırtılları metamorfoz prosesi keçirirlər. Tırtıl əvvəlcə pup olur, sonra kəpənəyə çevrilir. Bu dəyişmə ərzində qanadlarda, bığcıqlarda, ayaqlarda və digər orqanlarda kiçik dəyişikliklər meydana gəlir. Uçuş əzələləri, qanadlar kimi müxtəlif mərkəzlərdəki hüceyrələrdə dəyişikliyin hər mərhələsində özlərini yenidən nizamlayır. Bundan başqa, bədəndəki hər sistem də (həzm sistemi, ifrazat sistemi və tənəffüs sistemi) dəyişir.

     Kəpənəklərin sahib olduqları dizayn müxtəlifliyi sonsuz güc sahibi olan Allaha aiddir. Allah hər canlıya ehtiyacı olan xüsusiyyətləri verəndir.

     Allah, Ondan başqa ilah yoxdur. Diridir, Qaimdir. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur. (Bəqərə surəsi, 255)
    ]]>
    http://adnanoktar.az/az/Aktual-sərhlər/176180/canlilardaki-qusursuz-simmetriyahttp://adnanoktar.az/az/Aktual-sərhlər/176180/canlilardaki-qusursuz-simmetriyahttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/101601_canlilardaki_kusursuz_simetri.jpgTue, 17 Dec 2013 13:06:56 +0200
    Bütün canlıları və əşya aləmini yaradan Allahdır Kainatın hər bucağı Allahın yaratdığı saysız-hesabsız gözəlliklərlə doludur. Ətrafımıza nəzər salsaq, qarşılaşdığımız hər şey – yaşıl yarpaqlarla bəzənmiş budaqları göyə yüksələn ağaclar, rəngarəng çiçəklər, insanda şəfqət və mərhəmət hissi oyadan sevimli pişiklər, itlər, dovşanlar, sincablar, quş balaları, tutuquşuları, heybətləri ilə insanları heyran edən pələnglər, aslanlar, atlar, dadı, qoxusu və estetik görünüşləri ilə insanı cəlb edən meyvələr, tərəvəzlər, yeməklər, içkilər, mavi səmada süzən buludlar, Ay və Günəş, gecə parıldayan ulduzlar, ehtişamlı yüksək dağlar, yer üzünün çox hissəsini tutan dənizlər, okeanlar və saymaqla bitməyən hələ bir çox gözəllik… Hər biri Allahın möhtəşəm sənətinin bənzərsiz nümunəsidir.

    Dənizdə sakitcə üzən tonlarla ağırlığı olan gəmilər, havada uçan təyyarələr, evlərimizdəki elektron alətlər və hər cür texnoloji vasitələr, televizorlar, musiqi mərkəzləri, kompyuterlər, işimizi asanlaşdıran cihazlar, yaşadığımız evlər, binalar, nəqliyyat yolları, avtomobillər… Bunların hamısı Allahın sonsuz ağlı və sənəti ilə yaratdığı və insanların xidmətinə verdiyi nemətlərdir.

    Lakin insanların bir qismi canlıları və təbiət amillərini Allahın yaratdığını qəbul edir, insan əli ilə hazırlanan şeylərin, məsələn, körpülərin, göydələnlərin, motorlu qayıqların, paltarların, qısaca desək, əşyaların da Allah tərəfindən yaradılğını qavramır və bunları insanların – Allahı tənzih edirik – müstəqil gücləri ilə düzəltdiklərini düşünürlər. Halbuki heç bir varlığın öz müstəqil gücü yoxdur. Şəhərlər, sivilizasiyalar quran, təyyarələr istehsal edən, gəmilər, tankerlər düzəldən insanlar da Allahın yaratdığı aciz varlıqlardır və Allahın istəyi ilə hərəkət edir, Allah istədiyi üçün düşünüb dərk edir və məhsul hazırlaya bilirlər. Allah istəməsə, onlar da istəyə bilməz və heç nəyə gücləri çatmaz. Allah bir Quran ayəsində bu barədə belə buyurur:

     Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah biləndir, hikmət sahibidir! (İnsan surəsi, 30)

     Bu mövzu ilə bağlı başqa bir Quran ayəsində belə buyurulur:

     … Allah istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur. (Ali-İmran surəsi, 47)

     Allah insanların isinməsi üçün istilik sistemlərini, isti su ilə təmin edilmələri üçün kombiləri, su qızdırıcılarını, gedəcəkləri yerə rahat getmələri üçün yolları, avtomobilləri, qatarları, su nəqliyyatını, yemək ehtiyaclarını təmin etmək üçün cürbəcür yeməkləri və bu yeməklərin bişirildiyi sobaları, plitələri, qazanları, tavaları yaradır, bir sözlə, insanların əmrinə verdiyi əşyalar vasitəsilə onların bu dünya həyatında rahat yaşamasını təmin edir. Eyni şəkildə, soyuqdan qoruyan qalın geyimləri, yayın qızmar günəşindən qoruyan nazik geyimləri yaradan və insanların rahatlığı üçün cürbəcür geyimləri onların xidmətinə verən də Allahdır. Bu geyimlər insanları həm soyuq və istidən qoruyur, həm də onlar üçün bəzəkdir. Allah geyim əşyalarını Özünün yaratdığını bir ayədə belə bildirir:

     Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik… (Əraf surəsi, 26)

     Başqa bir ayədə Allah insanlar üçün geyimlər yaratdığını belə bildirir:

     … Sizi istidən qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək zirehli geyimlər düzəltdi. Beləcə, (Allah) Öz nemətini sizə tamamlayır ki, bəlkə itaət edəsiniz. (Nəhl surəsi, 81)

     Yer üzündəki bütün parçaları və yunları yaradan, ipliyi, yunu əyirməyi və toxumağı, parçanı istehsal edib istifadə qaydasını insana öyrədən və bunun üçün bütün texnikanı yaradan Allahdır. Gözqamaşdırıcı rəngləri olan ipək, satin, atlas və bir çox parça növü və bu parçalardan hazırlanmış geyimlər insanın çox xoşuna gəlir. Bu parçalar və geyimlərlə bərabər dünya həyatındakı bütün əşyalar, eyni zamanda, insanın cənnəti təsəvvür etməsi üçün Allahın xüsusi yaratdığı gözəlliklərdir. Allah cənnətdə dünyada gördüyümüz bütün bu gözəlliklərin qat-qat üstününü yaradacaq. Çünki cənnət dünya ilə müqayisə belə edilməyəcək qədər mükəmməl və sonsuz gözəlliyə malik yerdir. Allah cənnəti və cənnətdəki bənzərsiz nemətləri bu dünya həyatında iman gətirib saleh əməl sahiblərinə nəsib edəcək.

     Gördüyümüz hər şey beynimizdə hiss kimi yaradılır

     Görmə prosesinin necə baş verdiyini məktəbdə öyrəndiklərimizi təkrarlayaraq xatırlaya bilərik: gördüyümüz cisimdən gələn işıq gözün ön hissəsindəki göz büllurundan keçərək tor qişaya düşür və buradakı sinir ucları vasitəsilə elektrik axınına çevrilərək beyindəki görmə mərkəzinə ötürülür. Beyin bu siqnalları şərh edir və görüntü kimi qavrayır. Başqa sözlə, insan gördüyü şeylərin əsli ilə təmasda ola bilmir, onların ancaq surətlərini beynində hiss edir. Bu, elmin sübut etdiyi faktdır.

    Biz bir əşyaya, məsələn, soyuducuya baxdıqda onu ancaq beynimizin arxa tərəfindəki kiçik bölgədə görürük. İşıq gözümüzdəki tor qişaya çatır, tor qişada soyuducunun tərs, ikiölçülü görüntüsü əmələ gəlir, daha sonra bu görüntü elektrik axınına çevrilərək beynimizin arxasındakı görmə mərkəzinə ötürülür. Beləliklə, biz soyuducunun düz, üçölçülü, qüsursuz görüntüsünü beynimizdəki görmə mərkəzində görürük. Əslində isə biz soyuducunun əsli ilə deyil, ancaq surəti ilə təmasda oluruq.

    Ona görə insan gündəlik həyatda qarşılaşdığı hər şeyin – küçələrin, xiyabanların, küçədə gəzən insanların, ətrafda qaçan uşaqların, arxalarında ağ iz qoyaraq uçan təyyarələrin, marketlərin, mağazaların, böyük ticarət mərkəzlərinin, villaların, iş yoldaşlarının, ailəsinin, dostlarının, evinin, evindəki bütün əşyaların, qarderobundakı bütün paltarların, bir sözlə, doğulduğu andan ölənə qədər: “Görürəm”, – dediyi şeylərin ancaq surətləri ilə təmasda olur. Bu açıq həqiqəti bir az düşünən insan Allahın yaratma sənətinin incəliklərini daha yaxşı anlayar. Allah kainatdakı gözəllikləri üstün ağıl və sənətlə yaradır, ancaq bütün bu gözəllikləri bizə beynimizdəki kiçik nöqtənin içində göstərir. Bu da Allahın ən böyük möcüzələrindən və möhtəşəm sənətinin açıq göstəricilərindən biridir.

    Bu böyük və qəti həqiqətə əsasən, əşyaların mənbəyinin də insanlar olmadığı məlum olur. Əşyalar da, əşyaları istehsal edən insanlar da Allahın beynimizdə hiss kimi yaratdığı surət görüntülərindən başqa bir şey deyil. Əşya xarici aləmdə də mövcuddur, lakin biz xarici aləmdəki əşyalarla deyil, onların ancaq surətləri ilə təmasda oluruq. Əşyaları və ya canlılar aləmini bütün detalları ilə eyni yerdə – beynimizdə yaradan Allahdır.

    ]]>
    http://adnanoktar.az/az/Aktual-sərhlər/174275/butun-canlilari-və-əsya-aləminihttp://adnanoktar.az/az/Aktual-sərhlər/174275/butun-canlilari-və-əsya-aləminihttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/14508_tum_canlilari_ve_esya_alemini_yaratan_allah_tir.jpgWed, 27 Nov 2013 20:26:56 +0200
    Peyğəmbərlərimiz necə dua edərdilər? Dua etmək Allaha təslim olmağın bir yoludur və bütün insanlar duaya möhtacdır. Bunun ən hikmətli nümunələri isə Quranda bildirildiyi kimi, bütün peyğəmbərlərin hər işdə Allaha üz tutaraq Ona dua etmələridir. Hz. Muhəmmədin (s.ə.v.) və bütün digər peyğəmbərlərin dualarında həm Allaha olan təslimiyyətlərini, Allahı yeganə dost və yardımçı hesab etdiklərini, həm də Rəbbimizin şanını ən gözəl isimlərilə ucaldıb təqdis etdiklərini görürük.

     Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v.) duaları

    Peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v.) dualarında Allahı isimlərilə zikr etdiyini görürük. Peyğəmbərimizin (s.ə.v.) duaları ayələrdə belə bildirlir: Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir­ və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən” (Ali-İmran surəsi, 26). Rəvayətlərdə də Peyğəmbərimizin (s.ə.v.) Rəbbimizə ona gözəl əxlaq və xüsusiyyətlər bəxş etməsi üçün dua etdiyi bildirilir:

    “Allahım! Yaradılışımı və əxlaqımı gözəlləşdir. İlahi! Məni pis əxlaqdan uzaqlaşdır”. (Tırmizi, İmam Ahmed ve Hakimden; Huccetül İslam İmam Gazali, İhyau Ulumid-din, 2-ci cild. Tərcümə edən: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, səh. 789)

     Hz. Nuhun (ə.s.) duası

    Quranda illər boyu nümunəvi qətiyyətlə qövmünü tövhid inancına dəvət edən hz. Nuhun (ə.s.) səbri təriflənmişdir. Hz. Nuh (ə.s.) ona və yanındakı möminlərə düşmənçilik edən qövmünə qarşı qətiyyətlə mübarizə apamışdır. Hz. Nuhun (ə.s.) düşdüyü hər vəziyyətdə Allaha üz tutması, Onun köməyinə ümid bəsləyərək səmimi dua etməsi möminlərə nümunədir. Bir ayədə hz. Nuhun (ə.s.) vəziyyətini Allaha bildirdiyi və belə dua etdiyi xəbər verilmişdir: O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! (Mənə) kömək et!”– dedi” (Qamər surəsi, 10). Allah hz. Nuhun (ə.s.) bu duasını qəbul etmiş və tezliklə qopacaq tufana hazırlıq görməsini əmr etmişdir. Hz. Nuh (ə.s.) yaxınlıqda hər hansı dəniz və ya göl olmasına baxmayaraq, Allahın əmrilə gəmi düzəltməyə başlamışdır. Gəmini hazırlayarkən qövmü tərəfindən mənəvi təzyiq davam etmişdir. Vaxt tamam olduqda Allahın vədi yerinə yetmiş və tufan qopmuşdur.

     Hz. Yunusun (ə.s.) duası

    Quranda bu dəyərli Peyğəmbərimizin dəvətini qəbul etmədikləri üçün qövmünü tərk edib getdiyi bildirilir (Saffat surəsi, 139-142). Ayələrdə bildirildiyi kimi, daha sonra hz. Yunusun (ə.s.) mindiyi gəmidə sərnişinlər arasında püşk atılmış və nəticədə, onun dənizə atılmasına qərar verilmişdir. Dənizə atılan hz. Yunusu (ə.s.) nəhəng balıq udmuşdur. Bu hadisələrdən sonra hz. Yunus (ə.s.) Allaha sığınıb dua etmişdir. Allah Quranda bu hadisəni belə xəbər vermişdir: Zün-Nunu (balıq sahibi Yunusu) da (yada sal!) Bir zaman o (ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” (Ənbiya surəsi, 87-88). Ayələrdə bildirildiyi kimi, hz. Yunus (ə.s.) duasında öz vəziyyətini səmimi etiraf etmişdir. Allaha dua etmiş, səbirlə yardım etməsini gözləmişdir. Sonsuz mərhəmət sahibi Rəbbimiz hz. Yunusun (ə.s.) tövbəsini qəbul etmiş və duasına qarşılıq verərək onu balığın qarnından xilas etmişdir.

     Hz. Əyyubun (ə.s.) duası

    Quranda hz. Əyyubun (ə.s.) səbri möminlərə nümunədir. Allahdan vəhy alan və seçilmiş qul olan hz. Əyyub (ə.s.) (Nisa surəsi, 163) böyük sıxıntıya düçar olaraq çətin dövr keçirmişdir. Ancaq düşdüyü ağır vəziyyətə baxmayaraq, daima səbirli və Allaha olan təvəkküllü davranışı ilə möminlərə nümunə olmuşdur (Sad surəsi, 44). Bu müqəddəs Peyğəmbərimizin səmimi duası bir ayədə belə bildirilmişdir: Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (Ənbiya surəsi, 83). Allahın əməlisaleh qullarından biri olan hz. Əyyubun (ə.s.) duasını qəbul etdiyi bir Quran ayəsində belə bildirilir: “Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik”. (Ənbiya surəsi, 84)

    ]]>
    http://adnanoktar.az/az/Aktual-sərhlər/174271/peygəmbərlərimiz-necə-dua-edərdilərhttp://adnanoktar.az/az/Aktual-sərhlər/174271/peygəmbərlərimiz-necə-dua-edərdilərhttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/40995_peygamberlerimiz_nasil_dua_ederlerdi.jpgWed, 27 Nov 2013 19:47:30 +0200
    Müasir elmin islami mənşəyi 14 əsr əvvəl Allah bütün insanlara yol göstərici olaraq Quranı endirdiyində ərəblər batil inanclara sahib idilər. Quranın nuru sayəsində batil inanclardan xilas oldular və ağıllı metodlardan istifadə edərək inkişaf etməyə başladılar. İslamla birlikdə mədəniyyəti öyrəndilər. Yalnız ərəblər deyil, İslamı qəbul edən bütün cəmiyyətlər cahiliyyə dövrünün qaranlığından sıyrılıb çıxdılar. Bunun nəticəsində İslamın yayıldığı ilk dövrlərdə dünya tarixində çox sürətli inkişaf baş verdi. Əvvəllər bir şəhəri belə idarə edə bilməyən ərəblər Afrikadan Orta Asiyaya qədər uzanan imperiya qurdular.

    Bu imperiyanın əsas fərqləndirici xüsusiyyətlərindən biri tarixdə o günə qədər misli görünməmiş elmi inkişafa nail olması idi. Avropanın orta əsrlər qaranlığını yaşadığı bir dövrdə İslam dünyası möhtəşəm elmi irs meydana gətirdi. Tibb, cəbr, həndəsə elmləri ilk dəfə sistematik şəkildə İslam mədəniyyətinin tərkibində inkişaf etdi.

    İslam aləmindəki böyük dini təhsil mərkəzləri, həmçinin elmi inkişafın da mərkəzləri idi. Bu cür elmi mərkəzlər, minlərlə məktəb-məscid Abbasilər dövründə (750-1258) tikilməyə başladı. X əsrdə Bağdadda 300-ə yaxın mədrəsə var idi. XIV əsr başlanğıcında təkcə İsgəndəriyyədə 12 min şagird təhsil alırdı. Mədrəsələrdə çoxu qadın müəllimlər dərs keçirdi. Onların bir hissəsi bütün gün, digər hissəsi isə yarım günlük müəllimlik edirdi. Şagirdlər arasında varlı-kasıb ayrı-seçkiliyi edilmədən təhsil verilirdi. Kitabxanaların zənginləşməsinə əhəmiyyət verilir və xarici dilli mənbələr təmin edilirdi.

    Ən məşhur mədrəsələr Bağdaddakı Beytül-hikmət (820) və Qahirədəki Darül-elm (998) idi. Bu gün də varlığını davam etdirən əl-Əzhər (969) kimi universitetlər Avropadakı bənzərlərindən daha əvvəl qurulub. O dövrdə İslam dünyası dünyadakı ilk universitetləri, hətta ilk xəstəxanaları tikmişdi.

    Yaxın Şərqdə elmi intibah

    Bu həqiqətlər zehinlərində fərqli İslam portreti yaradan insanlara təəccüblü gələ bilər. Bu isə İslam mədəniyyətinin tarixini bilməməkdən qaynaqlanır. Bu məlumatsızlıqdan və ön mühakimələrdən xilas olanlar isə İslamın elm dünyasına liderliyini qəbul edirlər. Bunun nümunələrindən biri  məşhur televiziya kanalı PBS tərəfindən çəkilən “İnanc imperiyası: İslam” adlı sənədli filmidir. Sənədli filmin şərhçisi bunları deyir:

    Tarixin axışı içində İslam mədəniyyəti bəşəriyyətin ən böyük müvəffəqiyyətlərindən biri olmuşdur… Qərb üçün İslam tarixi yanlış anlama və qorxu pərdəsinin arxasında qaraldılmışdır. Buna baxmayaraq, İslamın gizli tarixi heyrətamiz şəkildə Qərb mədəniyyəti ilə birlikdə inşa edilmişdir. Leonardo da Vinçinin anadan olmasından 600 il əvvəl İntibahın toxumlarını əkən müsəlman elm adamları idi. Xəstəlikləri müalicə etmə üsullarımızdan, saymaqda istifadə etdiyimiz rəqəmlərə qədər dünyadakı sivilizasiyalar İslam mədəniyyəti tərəfindən qəlibə salınmışdır”. (Jonathan Grupper (series writer), İslam: Empire of Faith, A Documentary by Gardner Films, in association with PBS, 2001)

    Liberal Amerika mediasının tanınmış şəxslərindən biri olan Corc Rafael internetdəki məqaləsində belə yazır:

    “Qərb cəbrdən, qəhvədən tutmuş gitaraya, optikadan universitetə qədər bir çox şeyi Hilalın insanlarına borcludur. Min il əvvəl Qərb zülmətə büründüyü halda, İslam qızıl əsrini yaşayırdı. London barbar bataqlığında yaşayarkən müsəlman şəhəri Kordobanın küçələri işıl-işıl parlayırdı, Yorkdan Vyanaya qədər planlı şəkildə qırğınlar törədildiyi halda, (Əndəlüs rəhbərliyindəki) Toledoda dini dözümlülük vardı. Klassik mirasımızın mühafizəçiləri  olan ərəblər bizim intibahımızın banisi idilər. Onların təsiri nə qədər uzaq görünsə də, daim bizimlə birlikdə olmuşdur. Gah bir fincan isti qəhvə ilə, gah da kompyuter proqramlarındakı loqarifmlə”. (George Rafael “A is for Arabs”, Jan. 8, 2002)

    İslamın açıq fikirliliyi

    Müsəlmanların elmin inkişafına liderlik etmələrinə səbəb Quranın malik olduğu üstün hikmətlərdir. Bu hikmətlər insanlara təbiəti araşdırmağa və onlardakı incə nizamı anlamağa yol göstərir. Allahın Quranda insanlara bildirdiyi digər bir hikmət isə fərdlər və cəmiyyətlər arasındakı maneələri aradan qaldıran xoş münasibət və açıq fikirlilikdir. Bu dünyagörüşü də müsəlmanların bütün mədəni və ictimai maneələri aşaraq dünyaya daha ağıllı baxmalarını təmin edir. Allah Quranda bunu bu şəkildə bildirir:

    Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat surəsi, 13)

    İslam elmlərinin inkişafında bu açıq fikirliliyinin önəmli rolu var. Dövrümüzün ən böyük İslam alimlərindən biri olan Seyid Hüseyn Nəsrə görə: “İslam elmi insanlıq tarixində, həqiqətən, beynəlxalq quruluşda olan ilk elmdir”. (Quoted in Weiss and Green, p. 187)

    Onu da əlavə etmək lazımdır ki, müsəlmanlar yalnız digər sivilizasiyalarla əməkdaşlıq etməklə kifayətlənməmiş, eyni zamanda yüksək xüsusiyyətlər daşıyan Quran əxlaqını da bütün insanlar arasında tanıtmış və izah etmişlər. Elmi sahələrdə saysız inkişafa səbəb olan müsəlman elm adamlarının ortaya atdığı bir çox nəzəriyyə eyni dövrdəki bir çox sivilizasiyanın da ilham qaynağı olmuşdur. Yaxın Şərqin tarixi üzrə tanınmış mütəxəssis olan prof. dr. Bernard Levis bunu belə açıqlayır:

    “İslam elmlərinin orta əsrlərdəki müvəffəqiyyəti nə yunan təlimini mühafizə etməklə məhdudlaşdırıla bilər, nə də daha qədim və daha uzaq olan şərq külliyyatına təmas etməklə. Orta əsrlər İslam alimlərinin müasir dünyaya verdiyi bu miras İslam alimlərinin səyi ilə zənginləşdirilmişdir. Yunan elmi nəzəriyyəyə əlverişli olduğu halda, Yaxın Şərqin orta əsrlər elmi tibb, kimya, astronomiya və əkinçilik kimi daha praktik sahələrdə lider idi”. (Bernard Lewis, The Middle East, 1998, p. 266)

    Bütün bu tarixi həqiqətlər İslamın peyğəmbərimiz hz. Muhəmmədə (s.ə.v.) vəhy edildiyi andan etibarən bəşəriyyəti doğruya və gözəlliyə aparan ən parlaq işıq olduğunu göstərir. Quran əxlaqı ilə şərəflənən müsəlmanlar getdikləri hər yerə ağıl, elm, sənət, estetika, təmizlik və rifah aparmışlar. Avropa qatı fanatizm və barbarlıq içində olarkən, İslam dünyası dünyanın ən müasir sivilizasiyası olmuşdur. Sonradan inkişaf edən Avropa mədəniyyətinin əsasında da İslam dünyasından öyrəndikləri bütün bu dəyərlərin böyük rolu olmuşdur.

    Dövrümüzün müsəlmanları heç vaxt unutmamalıdırlar ki, onlar müqəddəs, şanlı və şərəfli bir inancın nümayəndələridirlər.

    Bu inancın qaynağı olan Qurani-kərim isə bəşəriyyəti qaranlıqlardan nura çıxaran ən böyük yol göstəricidir.

    Əlif. Ləm. Ra. (Bu) insanları öz Rəbbinin iznilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. (İbrahim surəsi, 1)
    ]]>
    http://adnanoktar.az/az/Aktual-sərhlər/174017/muasir-elmin-islami-mənsəyihttp://adnanoktar.az/az/Aktual-sərhlər/174017/muasir-elmin-islami-mənsəyihttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/101203_kuran_temel_basvuru_kaynagidir.jpgMon, 25 Nov 2013 18:51:55 +0200
    Ümidvar olmaq mömin əlamətidir “Bacardığınız qədər özünüzü dünya işlərinə verməyin. İbadət üçün özünüzə vaxt ayırın. Çünki kimin məqsədi sırf dünya olsa, Allah onun işlərini çətinləşdirər, yoxsulluq qorxusu hər zaman onu təqib edər. Kimin məqsədi axirət olsa, Allah işlərini sahmana salar, rahatlığını artırar, zənginliyi qəlbinə yerləşdirər, xeyirli olan hər şeyi sürətlə ona yaxınlaşdırar”. (Hz. Muhəmməd)

    İman gətirən bir şəxs hər şeyini itirsə belə, ümidsizliyə qapılmadan səbir və şövqlə hər şeyə başdan başlaya bilər. Sahib olduğu bu şövq imanından, Allaha olan sevgi və etibarından, Quran əxlaqını mənimsəməsindən və dünya həyatının keçiciliyini qavramasından qaynaqlanır. Gələcəyindən həmişə ümidvar olması, hadisələrin həmişə gözəl tərəflərini görməyi bacarması həyatı boyu qarşılaşdığı bütün hadisələrdə özünü büruzə verər.

    Ümidvar olmaq Quranda möminlərin başlıca xüsusiyyəti kimi qeyd olunur. Ümid etmək eyni zamanda, insanın imanının göstəricisidir. İnsan imanı çərçivəsində Allaha ümid bəsləyər, Onun rəhmətinə və sonsuz nemətlərinə qovuşmağın həsrətini çəkər. Çünki Allah iman gətirənlərə həm bu dünyada, həm də axirətdə böyük nemətlər vəd etmişdir. İnsan da Allaha olan etibarı, yaxınlığı, təslimiyyəti və səmimiyyətinə görə nemətlərə qovuşmağı ümid edər. Hər şeyin yalnız Allahın diləməsilə olduğunu bildiyi üçün heç bir halda kədərə, pessimizmə və ümidsizliyə qapılmaz. Allahın möminlərin dualarına cavab verdiyini bildiyi üçün ən pis görünən hadisənin belə imtahan mühitinin bir hissəsi olduğundan və nəticədə möminlər üçün mütləq xeyirə çevriləcəyindən şübhə etməz.

    Ətrafımızda olan hər şey Allahın: “Ol”, -deməsi ilə olur. Hər an, hər şey, qarşımıza çıxan hər görüntü Allahın diləməsi ilə yaradılır. Heç nə özbaşına buraxılmır. Hər şey Allahın təyin etdiyi qədər üzrə baş verir. Allah hər şeyə güc yetirəndir.

    Bunun şüurunda olan mömin xoşagəlməz şəraitdə, çətin görünən vəziyyətlərdə belə Allahın rəhmətindən və köməyindən ümidini üzməz. Çətinliklərə səbr edən, Allahdan ümidini kəsməyən və heç bir şəraitdə Allahın hökmlərindən dönməyənlər həm dünyada, həm də axirətdə müjdələnmişdir.

    Quranda möminlərin daima Allaha ümid edən bir əhvalda olduqlarını görürük. Həqiqətən də səmimi olaraq iman gətirən bir şəxs Rəbbimizi Quranda təsvir edildiyi kimi tanıyıb təqdir edər və bunun nəticəsində Allahın rəhmətini və nemətini dərk edər. Onun möminlərin dostu və yardımçısı olduğunu, onlara sonsuz şəfqətli və mərhəmətli olduğunu, Allahın saleh qullarına həm bu dünyada, həm də axirətdə böyük mükafat verəcəyini və Allahın qətiyyən vədindən dönməyəcəyini bilər. Onun insan üçün həmişə xeyirli və gözəl olanı dilədiyini, rəhmət və hidayət qapılarını açdığını, saysız-hesabsız mükafat fürsəti verdiyini görər.

    Məhz belə şüura sahib olan mömin Rəbbindən daima ümidvar olar, Ondan dünyada da, axirətdə də hər şeyin ən gözəlini və ən xeyirlisini ümid edər. Çünki Allaha iman gətirib təslim olmuşdur və Allah mömin qullarına sonsuz rəhmətini vəd etmişdir. Quranın bir çox ayəsində Allahın möminlərə gözəl cavab verdiyini, onları mərhəmət, razılıq və tükənməz nemətlərlə müjdələdiyini görürük:

    İman edənlər, hicrət edənlər və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah dərgahında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır. Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnət bağları ilə müjdələyir. (Tövbə surəsi, 20-21)
    ]]>
    http://adnanoktar.az/az/Aktual-sərhlər/174009/umidvar-olmaq-momin-əlamətidirhttp://adnanoktar.az/az/Aktual-sərhlər/174009/umidvar-olmaq-momin-əlamətidirhttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/101494_umitvar_olmak_bir_mumin_vasfidir.jpgMon, 25 Nov 2013 15:50:08 +0200
    Kamil iman sahibinin xüsusiyyətləri Kamil iman sahibinin Allah inancı necədir?

    - Allahdan başqa İlah olmadığını,

    - hər hadisəni yaradanın ancaq Allah olduğunu,

    - hər işi idarə edənin Allah olduğunu,

    - bütün qəlblərin ancaq Allahın idarəsində olduğunu,

    - Allahın hər şeyi ehtiva etdiyini,

    - qədəri (taleyi) müəyyən etdiyini,

    - hər şeyə gücünün yetdiyini və dilədiyini etdiyini,

    - hər hadisədən xəbərdar olduğunu və hər şeyi eşidib gördüyünü,

    - hər şeyi qoruduğunu,

    - qeybi bildiyini,

    - heç nəyə ehtiyacı olmadığını və bütün nöqsan sifətlərdən uzaq olduğunu,

    - doğmadığını və doğulmadığını,

    - yanılmadığını və unutmadığını,

    - mülkün yeganə sahibi olduğunu,

    - hər şeyin yeganə varisi olduğunu,

    - daim diri olduğunu,

    - izzət və şərəfin yeganə sahibi olduğunu,

    - daim üstün və qalib olduğunu,

    - ən gözəl isimlərin sahibi olduğunu,

    - hökm və hikmət sahibi olduğunu,

    - qullarına şah damarlarından daha yaxın olduğunu,

    - ürəklərindən keçirdikləri ən kiçik şeyi də bildiyini,

    - gizlinin gizlisini bildiyini,

    - sonsuz ədalətli olduğunu,

    - mərhəmətlilərin ən mərhəmətlisi olduğunu,

    - qullarına qarşı çox əfvedici olduğunu,

    - qullarını çox sevdiyini,

    - tövbələri qəbul etdiyini,

    - səmimi duaya cavab verdiyini,

    - yaxşılığın və şükrün əvəzini artıqlaması ilə verdiyini,

    - insana hər şeyi öyrətdiyini,

    - xəbərdarlıq edib qorxutduğunu,

    - ölüləri diriltdiyini və hesab gününü yaradan olduğunu,

    - dininə kömək edənlərə dünyada və axirətdə kömək etdiyini,

    - vədinin haqq olduğunu,

    - inkarçılar üçün cəhənnəmi, möminlər üçün isə cənnəti yaratdığını bilən Allah inancına malikdir.

     Kamil iman sahibinin Allah qorxusu

    - Yalnız Allahdan qorxar və yalnız Ondan çəkinər,

    - Allahdan başqa heç nədən qorxmaz,                          

    - Allahdan gücü çatdığı qədər çox qorxar,

    - imanı və Allah qorxusunu qəlbə yerləşdirənin Allah olduğunu bilər,

    - bu qorxunu yalnız çətinlik və çarəsizlik anlarında deyil, hər an yaşayar,

    - Allahın qəlblərdə olanı və gizlinin gizlisini bildiyini unutmaz,

    - heç kimin onu görmədiyi yerdə də Allahın gördüyünü hər an xatırlayar,

    - hesab verəcəyini bilərək hərəkət edər,

    - haram və halallara diqqət edər,

    - gördüyü hər işi bu qorxu üzərində qurar,

    - hər işində Allaha yönələr,

    - yeganə cəzalandıranın Allah olduğunu bilər,

    - Allahın təhdidindən və cəhənnəm əzabından qorxar,

    - daha əvvəl gəlib-keçənlərə Allahın verdiyi əzabları unutmaz,

    - hörmət dolu, içi titrəyən və böyük Allah qorxusuna malikdir.

     Kamil iman sahibinin imanı

    - Allah qorxusuna və Allah sevgisinə əsaslanan,

    - yalnız Allaha ibadət edən,

    - Allahı hər şeydən üstün tutan,

    - Allahdan başqa İlah axtarmayan,

    - Allaha heç nəyi ortaq qoşmayan,

    - hər şeyin Allahdan olduğunu bilən,

    - Allahın həmişə onun yanında olub etdiklərini gördüyünü bilən,

    - həyatının hər anında “Allahın razılığını qazanmağı” hədəfləyən,

    - bütün həyatı Allah üçün yaşamağı tələb edən,

    - Allahın sərhədlərini qorumağı təmin edən,

    - Allah qarşısında acizliyini çox yaxşı bilən,

    - Allahın ayələrinə qəlbən itaət edən,

    - yalnız Allaha güvənən,

    - köməyin ancaq Allahdan olduğunu qavrayan,

    - daim Allahı xatırlayan,

    - Qurana bağlı olan,

    - Allaha əsla nankorluq etməyən,

    - qiyamət gününə tam yəqinliklə iman edən,

    - axirətin varlığına qəti olaraq inanan,

    - dünya həyatına aldanmağa mane olan,

    - gələcək narahatlığını ortadan qaldıran,

    - hər işdə bir xeyir olduğunu hər an hiss etdirən,

    - hər işdə Allaha yönəlməyi təmin edən,

    - sahib olduğu bütün xüsusiyyətlərin Allahdan olduğunu unutmayan,

    - Allaha, hökmlərinə və elçilərinə könüldən itaəti təmin edən,

    - şeytanın təsirinə düşməyən,

    - hər an vicdanın səsilə hərəkət etməyi təmin edən,

    - yalnız Allaha yönəlmiş bir əhvalı olan,

    - yalnız Allahı və inananları dost etməyi təmin edən,

    - Allaha yaxınlaşmaq üçün ciddi səy göstərən,

    - Allaha hər an şükür edici olmağı təmin edən,

    - gizli və açıq zəkat verməyi unutdurmayan,

    - hər çətinliyə səbir edə bilən və qətiyyən qorxmayan,

    - üstün əxlaq qazandıran,

    - göstərilən mömin əlamətlərində qətiyyət təmin edən,

    - təqvada yarışıb önə keçən imana malikdir.

     Kamil iman sahibinin qədər (tale) anlayışı 

    - Hər şeyin bir qədərlə  yaradıldığını,

    - doğumdan ölümə qədər hər hadisəni Allahın xüsusi olaraq planlaşdırdığını,

    - hər hadisənin ancaq Allahın təqdir etdiyi zamanda reallaşacağını,

    - Allaha qəlbən tam güvənərək bağlanmalı olduğunu,

    - qəlbən itaət etmənin məqbul olduğunu,

    - Allahın bütün zamanları bir an içində gördüyünü,

    - yalnız Allaha təslim olmanın vacibliyini,

    - nə edirsə-etsin, nəticəni Allahın təyin edəcəyini,

    - Allaha tam təslim olduğu təqdirdə əsla qəmgin olmayacağını,

    - Allahın yaratdığı hər görüntüdən razı olmalı olduğunu bilər,

    - Başına gələn hər şeyin Allahdan olduğunu bildiyi üçün:

      -həyəcanlanmaz,

      -kədərlənib çətinliyə düşməz,

      -təlaşlanmaz,

      -ümidsizliyə qapılmaz,

      -gərginlik və stress keçirməz,

      -narahat olmaz,

      -qəzəblənməz,

      -”Kaş ki”, -deməz,

      -ani və kəskin reaksiyalar verməz,

      -ölüm qarşısında kədərlənməz,

      -itirdiklərinə görə və başına gələn hadisələrə görə kədərlənməz.

     Kamil iman sahibinin düşüncəsi və ağlı

    - Quran ayələri haqqında lazımi qədər dərindən düşünən,

    - hər şeyi Quran məntiqilə qiymətləndirən,

    - hər hadisədə müsbət düşünən,

    - vicdanın istiqamətləndirdiyi şəkildə hərəkət edən,

    - hər hadisənin qədərdə  Allahın təqdir etdiyi şəkildə meydana gəldiyini bilərək düşünən,

    - hər hadisənin ardında gizlənən xeyir və hikməti görməyə çalışan,

    - ayaq üstə, oturarkən, yatarkən, hər an daim Allahı düşünən,

    - Allahın varlığını və yaratma sənətini dərindən düşünən,

    - Allahın diqqət çəkdiyi mövzuları və iman həqiqətlərini araşdırıb düşünən,

    - suallarının cavablarını yalnız Qurandan tapan,

    - çətinliklərdə həll yolunu həmişə Quranda axtaran,

    - daim dinin lehinə düşünən,

    - vəsvəsə gəldiyində şeytandan olduğunu düşünüb Allaha sığınan,

    - möminlər haqqında hüsnü-zənn edən,

    - başqalarının ehtiyaclarını düşünə bilən,

    - daha təcili işləri müəyyən edib onlara üstünlük verə bilən,

    - haqla batil arasında Qurana uyğun müqayisə edə bilən,

    - təmiz ağılla düşünə bilən,

    - öz yaradılışını düşünən,

    - qiyaməti düşünən,

    - hesab gününü düşünən,

    - cənnəti və xüsusilə də cəhənnəmi düşünüb öyüd alan,

    - özünə verilən öyüdləri ətraflı düşünən,

    - öz nəfs mühakiməsini edə bilən ağıl və düşüncəyə malikdir.

     Kamil iman sahibinin sevgi anlayışı 

    - Allahı hər kəsdən və hər şeydən çox sevər,

    - Peyğəmbərimizə (s.ə.v.) duyduğu sevgi bütün inananlara duyduğu sevgidən üstündür,

    - möminlərə olan sevgisi Allahın rizasına əsaslanan sevgidir,

    - ən çox sevdiyi insanlar Allahın rizasını qazanmağa ən çox səy göstərən, ən təqvalı olduğuna ümid etdiyi şəxslərdir,

    - dünya həyatının bəzəklərinə qarşı həvəsli sevgi duymaz,

    - gördüyü xeyirli işlərin əvəzində Allahın sevgisindən başqa heç bir mükafat istəməz,

    - Allaha və elçisinə qarşı baş qaldıranlara qarşı əsla sevgi duymaz,

     - bir şeyə qarşı duyduğu sevgi və ehtiyac o mövzuda fədakarlıq göstərməsinə mane olmaz,

     Kamil iman sahibi necə və nə haqda danışar?

    - Allahı ən gözəl adları ilə təsbih edər,

    - sözün ən gözəlini söyləyər,

    - gələcəkdə olacaq bir hadisə üçün hər zaman “Allah diləsə” mənasını verən “inşaAllah” sözündən istifadə edər,

    - Allahın sənətini əks etdirən hər gözəlliyi gördüyündə: “MaşaAllah”, -deyərək Allahın şanını ucaldar,

    - Allahın razı olacağına ümid etdiyi sözü söyləyər,

    - danışıqlarında ayələri xatırladaraq danışar,

    - hikmətli danışar,

    - qısa, mənalı və aydın danışar,

    - boş və faydasız söhbətlər etməz,

    - ehtiyaca uyğun danışar,

    - yalan söz söyləməz,

    - ata və anasına qarşı “uf” belə deməyəcək qədər hörmətlə danışar,

    - yumşaq söz söyləyər,

    - danışığı ilə qarşı tərəfə etibarlı olduğunu hiss etdirər,

    - bacardığı qədər səmimi, sadə, içindən gəldiyi kimi danışar,

    - gizli söhbətlərdən çəkinər,

    - söylədiyi sözün nə məna verəcəyini bilərək və yaxşı düşünərək danışar,

    - öyüd verərək danışar,

    - bir evə girdiyində əvvəl Quranda ifadə edildiyi kimi, “salam” sözünü söyləyər,

    - cahillərlə qarşılaşdığında onlarla cahil kimi söhbətə dalmaz, “Salam”, -deyib keçər,

    - böhtan atacaq bir söz söyləməz,

    - bu cür söhbətlərə qatılmayıb şərəflə oradan uzaqlaşar,

    - yaxşı və gözəl rəftarları təşviq edən və pis davranışlardan çəkindirən söhbətlər edər,

    - orta səslə danışar, qışqıraraq danışmaz,

    - ağzından çıxan hər sözdən məsul olduğunu bilər,

    - boş və gərəksiz məqsədlər üçün and içməz,

    - danışığında heç kimi pisləməz,

    - dedi-qodu etməz,

    - vicdanı hərəkətə gətirən təsirli sözlər söyləyər,

    Kamil iman sahibinin duası

    - hər şeydə Allaha yönələrək,

    - yalnız Allaha dua edərək və yalnız Ondan kömək diləyərək,

    - Allahın hər duaya cavab verdiyini bilərək,

    - Allahın ona şah damarından daha yaxın olduğunu və hər düşündüyünü həmin an eşitdiyini bilərək,

    - Allahı ən gözəl adları ilə təsbih edərək və bu adlarının mənalarını dərin-dərin düşünərək,

    - dua edərkən Allahdan istəyinə sərhəd qoymayaraq,

    - duanın qəlibləşmiş forması olmadığını, Allahın rizasını qazanmaq üçün edilən hər hərəkətin bir dua olduğunu bilərək,

    - dua etmək üçün xüsusi bir məkan və yerə gərək olmadığını, hər zaman, hər yerdə dua edə biləcəyini bilərək,

    - Allaha ən hörmətli şəkildə dua edər,

    - yalnız çətinlik və ehtiyac içində olarkən deyil, bolluq və nemət içində olarkən də dua edər,

    - dualarından sonra verilən nemətlərə nankorluq etməz,

    - duası qəlbən və səmimidir,

    - Allaha yalvara-yalvara, için-için dua edər,

    - nümayiş üçün dua etməz,

    - qorxu və ümidlə dua edər,

    - özünə olduğu qədər, hətta özündən daha çox peyğəmbərlər və digər möminlər üçün dua edər,

    - möminlərin sağlamlığı, təhlükəsizliyi, rahatlığı, zənginliyi və gücü üçün dua edər,

    - Allaha yaxınlaşmaq, müvəffəqiyyətli olmaq, din əxlaqını ən yaxşı şəkildə yaşamaq və gözəl əxlaqda səbir göstərmək üçün dua edər,

    - dünya və axirətdə Allahın ən gözəlini verməsi, nemətlərini artırması üçün dua edər,

    - heç kimin möminlərə zərər verməməsi üçün dua edər,

    - düşmənlərinin xor, alçaq olmaları və etdiklərinin əvəzini görmələri üçün dua edər,

    - Quranda yer verilən peyğəmbər dualarını özünə nümunə götürər,

     

    - dualarının sonunda: “Həmd olsun aləmlərin Rəbbi olan Allaha! (Yunus surəsi, 10)”, -deyərək Allahı təsbih edər,

    ]]>
    http://adnanoktar.az/az/Aktual-sərhlər/174001/kamil-iman-sahibinin-xususiyyətlərihttp://adnanoktar.az/az/Aktual-sərhlər/174001/kamil-iman-sahibinin-xususiyyətləriMon, 25 Nov 2013 14:04:22 +0200
    İncə düşüncəli olmaq Quran əxlaqı möminlərin öz haqlarından keçərək digər mömin bacı-qardaşlarını özlərindən üstün tutmağı tələb edir. Həqiqi iman, təslimiyyət və qardaşlıq budur. Möminin digər möminləri özündən üstün tutması təkcə onları daha çox maddi imkanla təmin etməsi ilə məhdudlaşmır. Mömin digər möminlərin ehtiyaclarını da özündən çox düşünməlidir.

     

    Kobud, düşüncəsiz davranışlar insanın imanının kamilləşmədiyini göstərir. Etdiyi hərəkətin digər möminlərə necə təsir edəcəyini düşünməyən, ancaq öz istəklərini və öz bildiyini edən bir insan Allahın tərif etdiyi mömin modelindən uzaqdır. Quranda incə düşüncəyə və düşüncəsizliyə dair nümunələr verilir. İncə düşüncənin əhəmiyyəti bir ayədə belə vurğulanır:

     

    Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu, Peyğəmbəri narahat edir və o, sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır… (Əhzab surəsi, 53)

    Quran əxlaqı ilə tərbiyə almış insanlar çox nəzakətli və incə düşüncəlidirlər. Bu, öz nəfslərindən əvvəl möminlərin nəfsini düşünən, özü çox sevdiyi yeməyi yoxsula, yetimə və əsirə yedirən möminlərin təbii xüsusiyyətləridir.

    İncə düşüncəli olmaq eyni zamanda cənnət əhlinin xüsusiyyətidir.

    İncə düşüncəyə dair nümunələri şəraitə və mühitə görə sadalamaq olar. Bir işlə məşğul olan mömin bacı və ya qardaşını narahat etməmək, əgər dua edirsə, sakitliyi təmin etmək, o istəmədən ona qulluq etmək, rahatlığını təmin etmək, ehtiyacı olub-olmadığını öyrənmək bunlara misaldır. Lakin unutmaq olmaz ki, bunlar ümumi izahlardır. Hər mühitə və şərtə görə bu nümunələri artırmaq olar.

    ]]>
    http://adnanoktar.az/az/Aktual-sərhlər/174000/incə-dusuncəli-olmaqhttp://adnanoktar.az/az/Aktual-sərhlər/174000/incə-dusuncəli-olmaqhttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/99777_ince_dusunceli_olmak.jpgMon, 25 Nov 2013 13:40:37 +0200
    İman Gətirməyənlərin Həyatını Kabusa Çevirən Hiss: Qorxu
    Allah: “İki tanrıya sitayiş etməyin! O, yalnız Tək bir İlahdır. Yalnız Məndən qorxun!”– dedi. (Nəhl Surəsi, 51)

     İman gətirməyən insanlar öz istəklərinə görə yaşayaraq hər şeyin “kortəbii təsadüflər” nəticəsində əmələ gəldiyini düşündükləri üçün daima bəzi şeylərdən qorxaraq narahat olurlar. Dünyada ən mükəmməl şəraitdə yaşasalar belə, bu qorxu və narahatlıqdan xilas ola bilmir, əsl rahatlığı və xoşbəxtliyi tapmırlar. Qəflətdə olan bu insanların qorxularından bəzilərini belə sadalaya bilərik:

     İnsanlardan qorxurlar

     İman gətirməyən insanların digər insanlara qarşı hiss etdikləri qorxu həyatlarının hər anında müşahidə olunur. Qazandığı pulu ona müdirinin verdiyini düşünən insan özünü ondan asılı hesab edir. Səhv etdikdə işdən qovulacağını düşündüyü üçün həmişə narahat olur. Ətrafındakı insanlara da düşmən gözü ilə baxır. Şeytan inkar edənlərin qəlbini hər an həmin insana pislik ediləcəyi, ona yalan deyiləcəyi, zərər veriləcəyi, alçaldılacağı şübhələri ilə sıxır və qorxu içində yaşamalarına nail olur. Amma iman gətirən bir insan Allahı özünə vəkil etdiyi üçün insanlardan əsla qorxmur. Hər şeyin qədərində xeyirlə yaradıldığını, Allah istəmədikcə ona heç kimin nə zərərinin, nə də faydasının toxunmayacağını bildiyi üçün həmişə rahat və razıdır. İman gətirənlər ancaq Allahdan qorxur, ona görə də şeytanın vəsvəsələri möminlərə təsir etmir. Mömin qorxu, narahatlıq, sıxıntı, təşviş kimi hissləri yaşamır.

     Güvəni itirməkdən qorxurlar

     Vəzifə və mövqeyə hədsiz əhəmiyyət verən inkarçıların etibarlarını itirmə qorxusu da var. Ona görə özləri ilə bağlı mənfi xəbərin eşidilməsindən və ətrafa yayılmasından çox narahat olurlar. Nə qədər “məşhur, güvənilən və zəngin” olsalar da, həyatlarında heç nədən zövq almadan yaşayırlar. Xoşbəxt olacaqlarını hesab etdikləri dünya həyatı “iman gətirmədikləri üçün” kabusa çevrilir. Halbuki, iman gətirənlər üçün yeganə üstünlük təqvaya görədir. Yəni, kimin Allah qorxusu daha çoxdursa, ən çox sevilən odur. Vəzifə və mövqedə gözləri yoxdur, ancaq Allah rizasını qazanmaq üçün yaşayırlar. Allah Quranda imanlarına görə möminləri xoşbəxt edəcəyini bildirmişdir.

     Mallarını itirməkdən qorxurlar

     Axirətin varlığına inanmayan və həyatlarının ancaq dünya ilə məhdudlaşdığını düşünən inkarçılar Allahın rizasını qazanmağı qarşılarına məqsəd qoymadıqları üçün pul və mal qazanma ehtirası ilə yaşayırlar. Ona görə, mallarını istədikləri kimi xərcləmirlər. Yığdıqca yığırlar. Nəticədə isə topladıqları yığın-yığın pulu dünyada qoyur, ölüb gedirlər. Həyatları boş məqsəd uğrunda bədbəxtlik içində keçir. Beləliklə, şeytan da “Dedi: “Ey Rəbbim! Məni azdırmağına əvəz olaraq and içirəm ki, mən də onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq bəndələrindən başqa!” (Hicr Surəsi, 39-40)  ayələrindəki sözünü həyata keçirir. Lakin möminlər ayədə bildirilən “sadiq qullardan” olduqları üçün, inşaAllah, şeytanın tələsinə düşmürlər. Ona görə də həm dünyada xoşbəxt yaşayır, həm də axirətdə, Allahın istəyi ilə əbədi nemət içində olacaqlar.

     İnsanları narazı salmaqdan qorxurlar

     İman gətirməyən insanlar Allah sevgisini bilmədikləri üçün bir-birlərinə səmimi sevgidən qaynaqlanan mərhəmət də göstərə bilmirlər. Sevginin ancaq Allahın istəyi ilə qəlbə verilən bir hiss olduğunu dərk etmədikləri üçün süni şəkildə digər insanların “saxta sevgisini” qazanmağa çalışırlar. Lakin bu onlara sıxıntı verir, ürəklərinə qorxu salır və onları yorur. Çünki “sevgisini” qazanmağa çalışdıqları insanlar Allah qorxusu olmayan, ona görə də hər an nankorluq edib onlardan üz çevirəcək əxlaqa malik şəxslərdir. Bunu bildikləri halda yenə də insanları razı salmağa çalışmaları şeytanın hiyləsidir. İnsanları narazı salma qorxusu onların həyatları boyu qeyri-səmimi olmalarına səbəb olur. Beləliklə, iman gətirməyən insanlar şeytana tabe olmalarının cəzasını dünyada da çəkirlər.

     Gələcəyə dair qorxulardan xilas olmağın yeganə yolu Allaha təvəkkül etməkdir

     İman gətirməyən insanların həyatındakı qorxular və şübhələr ancaq yuxarıda sadalananlarla məhdudlaşmır. Bu insanlar dünya həyatını sanki kabus kimi yaşayırlar. Allahın qədərdə hər şeyi xeyirlə yaratdığını düşünmədikləri üçün daima vəsvəsə içində olurlar. Zahirən gözəl şeylə qarşılaşdıqda belə, hər şeyə mənfi gözlə baxdıqları üçün hadisələrin ardında pis niyyət olduğunu düşünür və o anda qarşılaşdıqları gözəlliklərdən zövq ala bilmirlər. Mənfi düşüncələrin qarşısını alan Allah qorxusuna malik olmadıqları üçün bu mənfi auradan da xilas ola bilmirlər. Belə ruhi vəziyyət onların ağıllarını örtür, şeytanın təsiri ilə daha da sıxıntılı vəziyyətə düşürlər və dünyada sanki cəhənnəm həyatı yaşayırlar.

     Bu vəziyyətdən xilas olmağın yeganə yolu isə Allaha təvəkkül etməkdir. Allaha təslim olan möminlərin Allahdan başqa qorxduqları heç nə yoxdur. Özlərini sonsuz güc və ağıl sahibi olan Uca Rəbbimizə təslim edir, ona görə də böyük rahatlıq içində yaşayırlar. Möminlər hər şeyin Allah Qatında müəyyən edilmiş  qədər daxilində olduğunu, bu müəyyən edilmiş an və hadisələri vaxtı gəldikdə yaşadıqlarını bilirlər. Ona görə də həyatlarında heç nəyi dəyişdirməyə güclərinin çatmadığını, Allahın sonsuz ağlı ilə hər şeyi ən gözəl şəkildə yaratdığını bilir və “təvəkküllü” olurlar. Allahın mütləq onları qoruyacağını, möminlərlə onları dəstəkləyəcəyini, tək olsalar belə, Allahın mütləq kömək edəcəyini daima düşünür və Allahdan razı olaraq yaşayırlar. Allah bir ayəsində ancaq möminlərin nicat tapacağını belə bildirir:

     Elə isə binasını Allah qorxusu və rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa uçulmaqda olan bir yerin kənarında qurub onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz! (Tövbə Surəsi, 109)

     İnsanın həyatı boyu qarşılaşdığı hər hadisə, qazandığı və ya itirdiyi hər şey ancaq Allahın yaratması ilə baş verir. Bu həqiqəti bilmək və rahatlığını yaşamaq Allaha imanın qazandırdığı saysız-hesabsız gözəlliklərdən sadəcə biridir. Allahın kainatdakı bütün varlıqlar üzərindəki hakimiyyətini və onun üçün daima ən doğru, ən gözəl və ən xeyirli olanı yaradacağını bilən bir mömin təvəkkül edir və Allaha təslim olur. Buna görə həmişə rahatdır. İman gətirənlərin bu təslimiyyətləri bir ayədə belə bildirilmişdir:

     De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə Surəsi, 51)
    ]]>
    http://adnanoktar.az/az/Aktual-sərhlər/173883/iman-gətirməyənlərin-həyatini-kabusa-cevirənhttp://adnanoktar.az/az/Aktual-sərhlər/173883/iman-gətirməyənlərin-həyatini-kabusa-cevirənhttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/9264_iman_etmeyenlerin_hayatini_kabusa_ceviren_duygu_korku.jpgSat, 23 Nov 2013 19:16:52 +0200
    HƏR MÜSƏLMAN DƏRİN BİR İMAN ÜÇÜN SƏY GÖSTƏRMƏKLƏ MƏSULİYYƏTLİDİR  

    Ürəkdən Allaha yönələn möminlər, “Ey iman edənlər, Allahdan qorxub-çəkinin və (sizi) Ona (yaxınlaşdıracaq) vasitə axtarın...” (Maidə surəsi, 35) ayənin hökmüylə əlaqəli ömrünün sonuna kimi güclü, dərin bir iman sahibi olmaq üçün səy göstərərlər. Möminlər uca Allahın əmrlərini yerinə yetirmək mövzusunda əzmlə hərəkət edərlər və Allah yolunda səy göstərərlər, qəlblərində daim Allah qorxuları olar, bu da qul olaraq Allaha qarşı sevgilərindən və məsuliyyətlərini bilmələrindən irəli gəlir.

     

     

    Allah Quranda insanların müxtəlif iman dərəcələri olduğunu bildirir. Qəlblərinə iman hələ tam yerləşməmiş olanlar, çətinlik qarşısında imanları sarsılananlar, ya da təkcə sıxıntı içində olanda Allaha yönələrlər. Rəbbimiz Quranda, Allahdan hörmətlə qorxan, Allaha dərin bir hörmətlə bağlı olan, sadəcə axirət yurdunu anan saleh möminlərin əxlaqını xəbər verir. Allahdan çox qorxan və Allahı dərin bir sevgiylə sevən bir müsəlmanın hədəfi Allahın ayələrində təriflə bəhs etdiyi bu yüksək və dərin imanı yaşamaq və bu doğru yolda özünü formalaşdırmaqdır. Bu eyni zamanda Allahın möminlərə bir əmridir:

     

    “Elə isə güc çatdıra bildiyiniz qədər Allahdan qorxub-çəkinin, qulaq asın itaət edin”... (Təğabun surəsi, 16)

     

     

    XEYİRLƏRDƏ YARIŞMAQ ALLAHIN ƏMRİDİR

    Allahdan çox qorxan və məqsədi ancaq Onun rizasını qazanmaq olan insanlar, imanın ən üst dərəcələri, ən dərin halı varkən daha aşağı dərəcələrini, daha səthi olanını seçməzlər. Allahın ən sevdiyi qullarından olmaq üçün var gücləri ilə səy göstərərlər və ətraflarındakı insanları da buna təşviq edərlər. Möminlər keçici olan bu dünya həyatından təkcə Allahın məmnun olduğu əxlaqı yaşayaraq, Allahın rizasını və cənnətini qazanmaq üçün çalışır və bu səylərin ömür boyu eyni şövq və qərarlılıqla davam etdirərək ən dərin imana sahib olmağı tələb edirlər.

    Hər müsəlman dərin bir imana sahib olmaq və Allahın ən sevdiyi qullarından olmaq üçün həyatı boyunca səy göstərməlidir. Müsəlmanların bu gözəl səyi təqva ilə yaşamalarına yol açar. Belə ki, təqvada yarışmaq Allahın müsəlmanlara bir əmridir. Rəbbimizin bu mövzuda ayələrindən biri belədir:

     

    “Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə (yarışın) çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir.(Hədid surəsi, 21)

     

     

    DƏRİN, GÜCLÜ BİR İMAN NECƏ ƏLDƏ EDİLƏR?

    Dərin bir iman ancaq; Allaha hər an qarşılıqsız bağlı olmaqla, heç bir halda və mühitdə Rəbbimizin bəyənməyəcəyi bir davranış göstərməməklə, Allahın yaratdığı taleni (alın yazısını), Ondan gələn hər şeyi həmişə gözəl və xeyirli olaraq görməklə, dünyanın keçici həvəslərinə, saxta zövqlərinə, şeytanın saxta vədlərinə aldanmamaqla və bunlar qarşısında bir an belə tərəddüdə düşməməklə qazanıla bilər.

    Bu istiqamətdə bir ömür sürmək əlbəttə ki, çox böyük bir seçimdir. Qarşısına çıxan seçimlərdə həmişə Allahın rizasını seçmək, hər vəziyyətdə Allaha yönəlib, təkcə Ona rəğbət etmək, ancaq Allaha ürəkdən bağlı, Allahı ürəkdən sevən saleh möminlərin göstərdiyi böyük və gözəl hərəkətdir. Allah Quranda ancaq Ona rəğbət etməyi belə buyurur:

     

    “Bu halda boş qaldığın zaman, dayanmadan (dua və ibadətlə) yorulmağa davam et və ancaq Rəbbinə dua et, rəğbət et. (İnşirah Surəsi, 7-8)

     

    Dərin bir imana sahib olmaq üçün göstəriləcək səy çox gözəl bir ibadətdir. Bu qiymətli səy müsəlmanın bütün həyatını əhatə edər. Ürəkdən Allaha yönələn bir müsəlman, gözünü açdığı andan etibarən Allaha yaxınlaşma istəyini və səyini göstərməyə başlayar. Oyanır-oyanmaz Allaha ona can verdiyi üçün və təkrarən oyana bildiyi üçün şükür edər. Gün ərzində həm özü üçün, həm də digər müsəlmanlar üçün Allaha ürəkdən dua edər. Allahın əmr etdiyi gözəl əxlaqın yer üzündə yayılması üçün ciddi qərarlılıqla ruhdan düşmədən və yorulmadan çalışar. Gözəl əxlaqını Allahın icazəsiylə gün ərzində qoruyur, nəfsinə ağır gələn bir mövzuda nəfsinə bağlanmaz və Allahın icazəsinə uyan tərzdə hərəkət edər. Hər an Allaha sadiq qalar. Durmadan Allahı anar, Onun nemətlərini düşünər.

     

     

    Heç şübhə yoxdur ki, müsəlmanın bu səyi, Allaha yaxın olmağı, Onun rizasını qazanmağı hər şeydən çox istədiyini göstərir. Allah bu qulunun duasına cavab verər və onu təqva sahiblərindən edər. Ona qatından böyük bir hikmət, anlayış verər, heybətini, gücünü artırar, onu saleh qullarından edər. Bir ayədə Rəbbimiz iman edən qulları üzərindəki rəhməti belə müjdələmişdir:

     

    “Tağuta (Şeytana, bütlərə) ibadət etməkdən çəkinib, tövbə edərək, cani-dildən Allaha tərəf yönələnlərə müjdə gözləyir. (Ya Peyğəmbər!) Bəndələrimə (Cənnətlə) müjdə ver. (Zümər surəsi, 17)

    ]]>
    http://adnanoktar.az/az/Aktual-sərhlər/160618/hƏr-musƏlman-dƏrin-bir-imanhttp://adnanoktar.az/az/Aktual-sərhlər/160618/hƏr-musƏlman-dƏrin-bir-imanhttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/37308_her_musluman_derin_bir_iman_icin_emek_vermekle_sorumludur.jpgSat, 30 Mar 2013 19:13:08 +0200
    İSLAMDA FİKİR AZADLIĞI Yaşadığımız dünyada müxtəlif inanclara sahib olan birliklər var. Belə bir dünyada yaşayan müsəlmanlar qarşılarındakı insanın inancından asılı olmayaraq mülayim və ədalətli olmalı, bağışlamalı və insani şəkildə davranmalıdırlar. İman gətirənlərin üzərindəki məsuliyyət insanları Allahın dininə gözəl şəkildə, sülh və xoşluqla dəvət etməkdən ibarətdir.

     

    İnsanların fikir, düşüncə və həyat azadlığını təmin edən və zəmanət altına alan dinimiz İslam insanlar arasında anlaşılmazlığı, bir-birləri haqqında xoş olmayan ifadələrdən istifadə etməyi və hətta mənfi düşüncəni (zənn) belə qadağan etmişdir. İslam terror və şiddətə qarşı olmaqla yanaşı, insanların üzərində ən kiçik bir fikri təzyiqin belə olmasını qadağan etmişdir.

     

    İnsanların bir dinə inanmağa və ya həmin dinin ibadətlərini yerinə yetirməyə məcbur edilməsi İslama ziddir. Çünki İslamda səmimi iman azad iradə və vicdani qəbul ilə mümkündür. Əlbəttə, müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunmasına təşviq edə bilərlər. Quran əxlaqının ən gözəl sözlə insanlara izah edilməsi bütün iman gətirənlərin üzərində olan bir məsuliyyətdir. İman gətirənlər "... Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et ..." (Nəhl surəsi, 125) ayəsi ilə din əxlaqının gözəlliklərini izah edər, ancaq "Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir" (Bəqərə surəsi, 272) ayəsini də şüurlarında tutarlar. Əsla məcbur etməz, insanlara maddi, ya da mənəvi təzyiq göstərməzlər. Ya da dünyəvi mənfəət üçün insanı din əxlaqını tətbiq etməyə istiqamətləndirməzlər. Təbliğlərinin əvəzində mənfi cavab alanda müsəlmanların cavabı "Sizin dininiz sizə, mənim dinim mənə" (Kafirun surəsi, 6) deməkdən ibarət olar.

     

    Doğruları tətbiq etmək və ya etməmək, iman gətirmək və ya gətirməmək qərarı qarşı tərəfə aiddir. Bir insanı iman gətirməyə məcbur etmək, bəzi şeyləri məcburiyyətlə qəbul etdirməyə çalışmaq Quran əxlaqına ziddir.

     

    İnsanların ibadət etməyə məcbur edildikləri bir cəmiyyət modeli İslama tamamilə ziddir. Çünki inanc və ibadət yalnız Allaha yönəlmiş və insanın öz seçimi ilə olduğu zaman   dəyər qazanır. Əgər bir sistem insanları inanca və ibadətə məcbur etsə, insanlar həmin sistemdən qorxduqları üçün dindar olarlar. Dini baxımından məqbul olan isə vicdanların tamamilə azad olduğu bir mühitdə Allah rizası üçün din əxlaqının yaşanmasıdır.

     

    Allah günahsız insanların öldürülməsini haram buyurur

     

    Bir insanı günahsız yerə öldürmək Qurana görə ən böyük günahlardan biridir:

     

    "... kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölüm-dən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar." (Maidə surəsi, 32)

     

    Yuxarıdakı ayədən də göründüyü kimi, günahsız insanları haqsız yerə öldürənlər böyük bir əzabla təhdid olunurlar. Allah bir insanı öldürməyin bütün insanları öldürmək qədər ağır cinayət olduğunu xəbər verir. Dünyada ədalətdən qaçaraq cəzadan xilas olacağını sananlar öldükdən sonra axirətdə Allahın hüzurunda verəcəkləri hesabdan əsla qaça bilməyəcəklər. Bu səbəbdən, öləndən sonra Allaha hesab verəcəklərini bilən möminlər Allahın sərhədlərini qorumaq üçün həddən artıq diqqətli olarlar.

     

    Allah möminlərə mərhəmətli olmalarını əmr edir

     

    Ayələrdə müsəlman əxlaqı belə izah edilir:

     

    "Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır. Onlar sağ tərəf sahibləridir.." (Bələd surəsi, 17-18)

     

    Allahın axirət günü qurtulmaları, rəhmətinə və cənnətinə qovuşmaları üçün qullarına endirdiyi əxlaqın vacib xüsusiyyətlərindən biri də, ayədən göründüyü kimi, "mərhəməti bir-birlərinə tövsiyə edənlərdən olmaq"dır.

     

    Həqiqi  mərhəmətin qaynağı Allah sevgisidir. İnsanın Allaha olan sevgisi Onun yaratdığı varlıqlara qarşı qəlbində yaxınlıq hiss etməsinə səbəb olar. Allahı sevən insan Onun yaratdıqlarına qarşı məhəbbət və sevgi hiss edər. Quranda əmr edildiyi kimi, özünü və bütün insanları yaradan Rəbbimizə qarşı hiss etdiyi güclü sevgi və bağlılığa görə insanlarla gözəl davranar. Bu gözəl əxlaqı sayəsində həqiqi mərhəmət ortaya çıxar.

     

    Möminlərin ayələrdə təsvir edilən gözəl əxlaqları Allaha olan dərin sevgilərindən qaynaqlanır. Bu bağlılıqlarına görə də Allahın əmr etdiyi Quran əxlaqını dəqiq və diqqətli şəkildə tətbiq edərlər. Möminlər göstərdikləri mərhəmətdən, etdikləri köməkdən ötrü heç kimə  minnət  etməz və bir təşəkkür belə gözləməzlər. Onların əsl hədəfi yaşadıqları gözəl əxlaqla Allahın razılığını qazanmaqdır. Çünki onlar axirət günü bu əxlaqlarına görə sorğuya çəkiləcəklərini bilirlər.

     

    Allah mülayim olmağı  və əfv etməyi əmr edir

     

    Qurani - Kərimin Əraf surəsinin 199-cu  ayəsindəki "Sən əfv yolunu mənimsə" sözlərilə ifadə edilən əfvedicilik və xoş münasibət anlayışı İslam dininin əsas qaidələrindən birini təşkil edir.

     

    İslam tarixinə baxdığımız zaman müsəlmanların Quran əxlaqının bu əhəmiyyətli xüsusiyyətini ictimai həyatda necə tətbiq etdikləri açıq şəkildə görünür. Müsəlmanlar olduqları hər yerdə sərbəst və mülayim mühit yaratmışdılar. Din, dil və mədəniyyət baxımından bir-birinə tamamilə zidd olan xalqların eyni dam altında sülh şəraitində yaşamalarını təmin etmiş, onlara tabe olanlara rahatlıq vermişlər. Böyük bir əraziyə yayılan Osmanlı İmperiyasının varlığını əsrlərlə davam etdirməsinin əsas səbəblərdən biri İslamın gətirdiyi xoş münasibət və anlayış mühitinin yaşanması olmuşdur. Əsrlərdir mülayim  və şəfqətli olan müsəlmanlar hər zaman dövrlərinin ən mərhəmətli və ən ədalətli insanları olmuşlar. Çoxmillətli cəmiyyət içində bütün etnik qruplar dinlərini azad şəkildə yaşamışlar.

     

    Bunlar İslamın insanlara bildirdiyi əxlaq xüsusiyyətlərinin dünyaya sülh, rahatlıq və ədalət gətirəcəyini göstərir. Hazırda dünya gündəmində olan və terror adlanan barbarlıq isə Quran əxlaqından tamamilə uzaq, cahil və fanatik insanların, dinlə heç bir əlaqəsi olmayan canilərin əsəridir. Vəhşilikləri din adı altında icra etməyə çalışan bu şəxslərə və qruplara qarşı tətbiq olunan mədəni çarə həqiqi İslam əxlaqının insanlara öyrədilməsidir. Başqa sözlə desək, İslam dini və Quran əxlaqı terrorizmin və terroristlərin dəstəkləyicisi deyil, yer üzünü terrorizm bəlasından qurtaran çarədir.

    ]]>
    http://adnanoktar.az/az/Aktual-sərhlər/151448/islamda-fikir-azadligihttp://adnanoktar.az/az/Aktual-sərhlər/151448/islamda-fikir-azadligihttp://imgaws1.fmanager.net/Image/objects/23-guncel-yorumlar/35108_peygamberlerimiz_nasil_dua_ederlerdi.jpgMon, 08 Oct 2012 15:57:42 +0300