ADNANOKTAR.AZhttp://adnanoktar.azadnanoktar.az - Bunları bilirsiniz? - Ən son əlavələrazCopyright (C) 1994 adnanoktar.az 1ADNANOKTAR.AZhttp://adnanoktar.azhttp://harunyahya.com/assets/images/hy_muhur.png11666Bayquşlar başlarını 270 dərəcə necə çevirirlər? Bayquşlar, demək olar ki, başlarını tam dairə şəklində çevirə bilirlər. Əgər biz bunu etməyə cəhd etsək, beynimizə gedən qan axını dayanar və huşumuzu itirərik. Amma ABŞ-da iki alim bayquşların kəllə sümüyündə və boynunda fərqli sümük və damar sisteminin olduğunu müəyyən edib. Bu xüsusiyyət sayəsində bayquşun damarları zədələnmir və bayquş başını 270 dərəcə çevirdikdə belə başına gedən qan axını dayanmır.

ABŞ-dakı Con Xopkins Universitetində Tibb fakultəsindən dr.Filip Qeyllud bayquşların bunu müxtəlif səbəblərə görə bacardığını bildirir.

Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər. Çünki gözləri kəllədəki göz çuxurlarında sabit vəziyyətdə dayanır. Buna görə də görmə bucağını dəyişdirmək üçün başlarını hərəkət etdirməlidirlər.

Bayquşların boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox maraqlı yaradılış möcüzəsidir.

Dr. Qeyllud və elmi dizayner Fabian de Kok-Merkado 12 ölü bayquş üzərində dəqiq anatomik tədqiqatlar aparıb. Tədqiqat nəticəsində məlum olub ki, bayquşlarda böyük arteriya damarı insandakı kimi boyunun yan tərəfində deyil, onurğa sütununun qarşısında, dönmə mərkəzinə yaxın yerdən keçir. Beləliklə, bu damarlar daha az çevrilmə və gərilməyə məruz qalır və zərər çəkmə ehtimalı azalır.

Bu, təkcə bayquşa deyil, digər quşlara da xasdır. Lakin bayquşu digər quşlarından fərqləndirən cəhət boyun fəqərələri arasında əsas arteriya üçün daha geniş boşluq olmasıdır.

Dr. Qeyllud insanda boyun fəqərələri arasındakı boşluğun yalnızca damarın keçə biləcəyi genişlikdə olduğunu, lakin bayquşda bu kanalın damardan 10 dəfə geniş və hava torbacığı ilə örtülü olduğunu deyir.

Bayquşlarda əsas arteriyaya əlavə birləşən və qan üçün alternativ daşıma yolu olan çoxlu sayda kiçik damarlar da var. Beləliklə, başını çevirərkən əsas arteriyadan qan keçməsində mane yaranarsa, əlavə damarlar işə düşür.

Bayquşların boyun arteriyasının kəllənin alt hissəsinə yaxın yerdə böyük bölmələri olduğu və bunların qan rezervuarı funksiyası daşıdığı da müəyyən edilib.

Elmi işini bayquşlar haqqında yazan Kok-Merkado: “Bayquşlarla bağlı hər şeyi bildiyimizi düşünürdük, ancaq texnologiya sayəsində yeni xüsusiyyətlərini kəşf edirik”, - deyib.

Bu elmi tədqiqat “Science” jurnalı ilə ABŞ Milli Elm Fondunun birlikdə təşkil etdiyi “2012-ci il Beynəlxalq Elm və Mühəndislik Əsərləri” sərgisində mükafata layiq görülüb.

 

www.bbc.co.uk

]]>
http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/212544/bayquslar-baslarini-270-dərəcə-necəhttp://adnanoktar.az/az/Bunlari-bilirsiniz/212544/bayquslar-baslarini-270-dərəcə-necəhttp://imgaws1.fmanager.net/Image/objects/30-bunlari-biliyor-musunuz/11288_BAYKUSLAR_BASLARINI_270_DERECE_DONDUREBILIRLER.jpgFri, 04 Dec 2015 11:11:08 +0200
Lider hüceyrələrin təmir qabiliyyəti Hər kəs həyatı boyunca kiçik-böyük xəsarətlər alıb və bəzən bu yaraların kiçik izləri də bədənimizdə qalır. Ən incə təfərrüatına qədər hər kəs yaralanma hadisəsinin necə olduğunu danışa bilər. Ancaq sağlam olan heç kəsin ağlında sağalmayan yara xatirəsi qalmayıb, çünki bədənimiz öz-özünü təmir edən mükəmməl sistemə sahibdir.

Elm adamları uzun illərdir ki, insan bədənindəki mükəmməl təmir mexanizmini araşdırırlar. Xüsusilə də, yaralanmadan sonra digər hüceyrələrin necə təşkil olduqları və o bölgəyə kütləvi halda necə getdikləri açıqlana bilmirdi. Arizona Universitetindəki tədqiqatçılar yaranın sağalması üçün hüceyrələrin möcüzəvi şəkildə əlaqə qurduqlarını kəşf etdilər.

Universitetdə aparılan araşdırma nəticəsində yaraların sağalması uğrunda hüceyrələrin yeni toxumalar və ya orqanlar yaratmaq üçün kütləvi köç etməsinin səbəbləri və bunun necə təşkil edildiyi kəşf edildi. İşə rəhbərlik edən Pak Kin Vonqa (Pak Kin Wong) görə, hüceyrələrin köç etdikləri elmə məlum idi, ancaq bu prosesin necə baş verdiyi bilmirdi. Bu proses hüceyrələrin bir-birinə tətbiq etdiyi biokimyəvi reaksiya və siqnallar nəticəsində baş verir. İndiyə qədər bilinirdir ki, yaralanan sahədəki mexaniki təsir aradan qalxdıqdan və zədələnmiş hissə təmizləndikdən sonra orada boşluq meydana gəlir və DLL4 adlı zülal sayəsində ətrafdakı hüceyrələr oraya köç edir və yeni toxuma meydana gəlir. Yeni kəşf edilib ki, bəzi hüceyrələr bu əməliyyatda lider rolunu üzərinə götürür və digərləri də onları təqib edir.

Bu hadisənin möcüzəvi tərəfi təkcə düşünmə qabiliyyəti olmayan hüceyrənin liderlik etməsi ilə məhdudlaşmır, eyni zamanda lider hüceyrələrin istifadə etdikləri üsullar və digər hüceyrələrin onları müşahidə etməsi bir o qədər diqqətçəkicidir...

Vonqun qrupunun müşahidələrinə görə, lider hüceyrələrin digər hüceyrələrdən elə də fərqi yoxdur, yalnız ehtiyac olduğu üçün liderlik vəzifəsini üzərlərinə götürülər. Digər hüceyrələrin köç etməsini təmin edən DLL4 zülalının məlumatını daşıyan mesajcı RNT-ləri istehsal edirlər. Lider hüceyrələr istehsal etdikləri bu mesajcı RNT-ləri onları təqib edən hüceyrələrə göndərirlər. Yeni toxuma, ya da orqan təmir edilənə qədər bu əməliyyat davam edir.

Toxuma yeniləmə prosesindəki üsul xərçəng hüceyrələri arasında müşahidə edilən əlaqə növüdür

Bəzi lider xərçəng hüceyrələri bənzər üsulla digər xərçəng hüceyrələrinin sağlam toxumalara köç etməsini təmin edir. Elm adamları lider hüceyrələrin və DLL4 zülalının varlığından bir neçə ildir ki, xəbərdardırlar. Ancaq lider hüceyrələrin necə meydana gəldiyi, davranışlarına necə nəzarət edildiyi və genetik olaraq etdikləri əməliyyatlar bilinmirdi.

Tədqiqatçılar konfokal mikroskopu (üç ölçülü görüntülərlə hüceyrədaxili prosesləri aşkar edən mikroskop növü) ilə insanların döş xərçəngi hüceyrələrindəki və siçanların epitel hüceyrələrindəki lider hüceyrələrin meydana gəlməsini araşdırdılar. Lider hüceyrələri dərman, lazer və digər zərərli maddələrə məruz qoyaraq onların necə reaksiya verdiklərini müşahidə etdilər. Lider hüceyrə lazerlə parçalandıqdan sonra dərhal yaxınındakı başqa hüceyrə liderlik vəzifəsini boynuna götürür və onu müşahidə edən hüceyrələr quşların V şəklində uçmaları və ya qarışqaların koloniyalarını izləmələri kimi yeni liderin arxasınca gedirlər. Bu mükəmməl təşkilatlanma toxuma təmir edilənə qədər davam edir. Şübhəsiz ki, bədənimizdəki bu əməliyyatları idarə edən hüceyrələrin liderlik vəzifəsini öhdələrinə götürmək üçün şüura sahib deyillər. İnsanların bir çoxu belə bu mexanizmin varlığından xəbərsiz yaşayır.

Kainatda var olan canlı-cansız bütün varlıqlar kimi bədənimizdəki bütün strukturlar və sistemlər də Allahın əmri ilə hərəkət edirlər. Bütün canlıların bədənlərində – orqanlarından hüceyrələrinə, zülallarından molekullarına qədər hər zərrəsindəki ağıl Allahın yaratmasının əsəridir. Ayədə belə buyurulur:

“O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir” (Həşr surəsi, 24)

Tədqiqatçılar hüceyrələrin təmir etmə xüsusiyyətinə əsaslanaraq sağalmayan yaralı toxumaların bərpası  üçün üsullar tapmağı, ya da xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan dərmanlar istehsal etməyi hədəfləyirlər. Bu da unudulmamalıdır ki, elm adamları bu prosesin sirlərini hələ indi açmağa çalışır, ancaq hər birimiz dünyaya gələndən bəri daxilimizdə bu sistem mükəmməl şəkildə işləyir.

Yaralanma baş verdikdən sonra bədəndə baş verənlər

1. Qanın laxtalanması

Qanda və toxumalarda laxtalanmanın meydana gətirən 40-dan çox maddə var. Bunların bir qismi laxtalanmanı başladır, bir qismi sürətləndirir, bir qismi də laxtalanmanı dayandırır. Qanın laxtalanması laxtalanmanı sürətləndirən amillər və laxtalanmanın qarşısını alan amillər arasındakı tarazlıqdan asılıdır. Normal şərtlərdə laxtalanmanın qarşısını alan amillər onu sürətləndirənlərdən daha çox olur. Beləliklə, bədəndə nəzarətsiz laxtalanma prosesi baş vermir. Sürətləndirici amil ancaq damar zədələndiyi zaman qarşısını alan amildən daha çox olur.

Damar zədələndikdə bədəndə olduqca intensiv hərəkətlənmə başlayır. Bir neçə saniyə ərzində bədəndəki bütün sinirlər və təmir sistemləri xəbərdar edilir. Laxtalanma mexanizmləri itirilən qan miqdarını azaldır. Yaranın olduğu yerdə ifraz olunan kimyəvi maddələr hər hansı infeksiyaya qarşı ağ qan hüceyrələrini hərəkətə keçirir. Əgər yara çox böyükdürsə, həyəcan siqnalı verən beyin və daxili sekresiya vəzləri qana kimyəvi maddə və hormon ordusu ifraz edərək pozulan bədən fəaliyyətlərini tənzimləməyə çalışır. Bu, Uca Allahın bədənimizdə yaratdığı möhtəşəm nəzarət mexanizmidir.

2. Şüur itkisinin qarşısının alınması üçün 30 saniyə...

Ağır yaralanmalarda əsaslı tədbirlər alınmalı və açılan yarada laxtalanma əməliyyatı dərhal başladılmalıdır. Bunu təmin etmək üçün yüksək sürətli əlaqə sisteminin olması vacibdir. Sinirlərin yaralanmanın vəziyyəti (sınırlar) haqqında beynə məlumat göndərməsinin ardından sadəcə 50 millisaniyə keçir. Bu, həqiqətən də, heyranlıq oyandıran sürətdir. İnsan, bəlkə də, bədənində yara olduğunun fərqində deyil.

Əgər qanama dayandırılmasa, bədəndəki qan təzyiqinin düşməsi və maye miqdarının azalması başda beyin olmaq üzrə bütün bədən orqanlarına zərər verəcək. Qan itkisi səbəbindən beyin funksiyaları dayandıqda əvvəl huşunu itirmə, təxminən 30 saniyə içində də şüur itkisi meydana gəlir. Ardından normal qan təzyiqi ilə işləyə bilən böyrəklər qan təzyiqinin düşməsi nəticəsində funksiyalarını yerinə yetirə bilmir. Məhz bu səbəbdən qanamanın dərhal dayanması çox əhəmiyyətlidir.

İlk tədbirlər isə həyati əhəmiyyət daşıyır. Damar kəsildikdən sonra növbəti iki saniyə ərzində damarın divarı ani spazma ilə, yəni refleks hərəkətlə sıxılır. Qalın divarlara sahib olan arteriya isə başqa tədbir alır və avtomatik şəkildə bağlanaraq bədənə qan axışını minimuma endirməyə başlayır. Damarda qanama nə qədər çoxdursa, spazma da o qədər çox olur. Sözü gedən refleks hərəkəti 20-30 dəqiqəyə qədər davam edə bilir. Bu tədbirdən sonra trombositlər işə başlayırlar. Qanama çox güclüdürsə, 10-15 saniyə ərzində; qanama güclü deyilsə, 1 və ya 2 dəqiqə ərzində trombosit laxtası meydana gəlir və qan axışı xeyli dayandırılır.

Artıq yara tamamilə bağlanır və bədən funksiyaları əvvəlki kimi davam edir. Bu səbəbdən növbəti mərhələ laxtalanma prosesidir.

3. Möhtəşəm xüsusiyyətlərə sahib şəbəkə

Fibrinogen laxtalanma mexanizminin ən əhəmiyyətli işçilərindəndir və qan plazmasında həll olmuş vəziyyətdədir. Duzun suda əriməsi kimi o da plazmanın içində ərimiş haldadır. Bədəndə hər hansı yara əmələ gələnə qədər olduqca sakit şəkildə dolaşır.

Bədəndə yara meydana gəldikdə “trombin” adlanan başqa zülal fibrinogen zəncirindəki üç halqadan ikisini kəsir. Artıq bu zülal fibrinogen deyil “fibrin”dir və bu mərhələdən sonra aktiv haldadır. Fibrinin kəsilən səthləri yapışqan hissələrə sahibdir. Fibrinlərin bir-birlərinə yapışaraq meydana gətirdikləri bu kütlə qanın axışını dayandırmaq üçün ilk laxtadır. Birinci mərhələdə bu ilk laxtanın yaradılması üçün səy göstərilir. Buradakı məqsəd qanı dayandırmaq, eyni zamanda da ən az zülaldan istifadə edərək təcili yardım göstərmək, yəni zülala qənaət etməkdir.

Bədəndə yaranın açılması ilə birdən hərəkətə keçən trombin qarşısına çıxan bütün fibrinogenlərin zəncir halqalarını kəsməyə başlayır. Lakin trombin bunu yaranın olduğu yerdə və fasiləsiz şəkildə etməlidir. Çünki sərbəst hərəkət etsə, kəsdiyi bütün fibrinlər bir-birlərinə yapışar və qan dövranında nəzarətsiz laxtalar meydana gələr. Ona görə də trombin nəzarət altında saxlanılmalı və lazımi zamanda hərəkətə keçməsi üçün ultimatum almalıdır.

İnsanların əksəriyyəti tibbi təhsil almadıqca bu məlumatlara sahib olmur. Şüursuz bir neçə atom birləşməsindən ibarət olan molekullar isə bunları bilir və milyonlarla ildir ki, bütün insanların bədənində vəzifəsini qüsursuzca yerinə yetirirlər. Şübhəsiz ki, “atom qrupunun” belə şüur göstərməsi Allahın sonsuz qüdrəti və elmi ilə həyata keçir.

“Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir”. (Ta ha surəsi, 98)

]]>
http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/212542/lider-huceyrələrin-təmir-qabiliyyətihttp://adnanoktar.az/az/Bunlari-bilirsiniz/212542/lider-huceyrələrin-təmir-qabiliyyətiFri, 04 Dec 2015 11:06:56 +0200
İnsan bədəni haqqında bilmədiyiniz 10 maraqlı məlumat
  • Bir adamın ağzında olan bakteriya miqdarı dünya əhalisindən daha çoxdur.

  • Bir körpənin bədənində yetkin insana nisbətən 60 ədəd çox sümük var.

  • Bədənimizdəki bakteriyaların ümumi çəkisi təxminən 1,8 kq-dır.

  • Ayıq olanda beynimiz kiçik lampanı işlədə biləcək qədər elektrik yayır.

  • Barmaq izimiz kimi hər kəsin özünəməxsus dil izi də var.

  • İnsan gözü kamera olsaydı, 576 meqapiksel olardı.

  • İnsan gözü 10 milyon fərqli rəng tonunu ayırd edə bilər.

  • Sadəcə bir addım atmaq üçün bədənimizdəki əzələlərdən təxminən 200-ündən istifadə edirik.

  • Tərləyərkən gələn qoxunun tərdən deyil, bədənimizdəki bakteriyalardan gəldiyini bilirdinizmi?

  • Bədənimizdəki dəmir nisbəti təxminən 7 santimetrlik mismarın dəmir nisbətinə bərabərdir.

  • ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/211383/insan-bədəni-haqqinda-bilmədiyiniz-10http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/211383/insan-bədəni-haqqinda-bilmədiyiniz-10Sun, 08 Nov 2015 19:22:07 +0200
    Günəşdə hər saniyə 616 milyon ton hidrogen 612 milyon ton heliuma çevrilir. Bu zaman ayrılan enerji 500 milyon hidrogen bombasının partlayış gücünə bərabər olur.  Günəşdə hər saniyə 616 milyon ton hidrogen 612 milyon ton heliuma çevrilir. Bu zaman ayrılan enerji 500 milyon hidrogen bombasının partlayış gücünə bərabər olur.

    ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/209091/-gunəsdə-hər-saniyə-616http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/209091/-gunəsdə-hər-saniyə-616http://imgaws1.fmanager.net/Image/objects/30-bunlari-biliyor-musunuz/11372_500_MILYON_HIDROJEN_BOMBASININ_PATLAMASINA_DENK_OLAN_ENERJI_NEDIR.jpgSun, 20 Sep 2015 00:39:50 +0300
    Dünyada hər saniyə 100 şimşək yerə düşür. Hər dəqiqə minlərlə şimşək çaxır və 6000 dəfə göy üzündə bu, müşahidə edilir. Bunların çoxu buluddan buluda keçir. Dünyada hər saniyə 100 şimşək yerə düşür. Hər dəqiqə minlərlə şimşək çaxır və 6000 dəfə göy üzündə bu, müşahidə edilir. Bunların çoxu buluddan buluda keçir.

    ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/209090/dunyada-hər-saniyə-100-simsəkhttp://adnanoktar.az/az/Bunlari-bilirsiniz/209090/dunyada-hər-saniyə-100-simsəkhttp://imgaws1.fmanager.net/Image/objects/30-bunlari-biliyor-musunuz/11375_HERHANGI_BIR_DAKIKADA_DUNYADA_BINLERCE_SIMSEK_CAKAR_VE_6_000_ISIK_FLAS_EDER.jpgSun, 20 Sep 2015 00:39:34 +0300
    Bütün planetləri, qalaktikaları, yaşadığımız dünyanı, ətrafımızda gördüyümüz hər şeyi və bizi təşkil edən atomların 99.95% hissəsi boşluqdur. Qalan 0.05 %-lik hissəsi isə enerjidir. Bütün planetləri, qalaktikaları, yaşadığımız dünyanı, ətrafımızda gördüyümüz hər şeyi və bizi təşkil edən atomların 99.95% hissəsi bluqdur. Qalan 0.05 %-lik hissəsi isə enerjidir.

    ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/209089/butun-planetləri-qalaktikalari-yasadigimiz-dunyanihttp://adnanoktar.az/az/Bunlari-bilirsiniz/209089/butun-planetləri-qalaktikalari-yasadigimiz-dunyanihttp://imgaws1.fmanager.net/Image/objects/30-bunlari-biliyor-musunuz/11373_TUM_GEZEGENLERI_GALAKSILERI_YASADIGIMIZ_DUNYAYI_CEVREMIZDE_GORDUGUMUZ_HER_SEYI_VE_BIZI_OLUSTUR.jpgSun, 20 Sep 2015 00:36:16 +0300
    Yer qabığının orta qalınlığı quru sahələrdə 35-40 km, dənizlərdə isə 8-10 km-dir. Yer qabığının orta qalınlığı quru sahələrdə 35-40 km, dənizlərdə isə 8-10 km-dir.

    ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/207795/yer-qabiginin-orta-qalinligi-quruhttp://adnanoktar.az/az/Bunlari-bilirsiniz/207795/yer-qabiginin-orta-qalinligi-quruTue, 01 Sep 2015 16:34:21 +0300
    Yer kürəsinin nüvəsindəki ağır elementlərin növü, miqdarı və reaksiya sürətləri dünyanın ətrafındakı qoruyucu maqnit sahəsinin meydana gəlməsində mühüm rol oynayır. Yer kürəsinin nüvəsindəki ağır elementlərin növü, miqdarı və reaksiya sürətləri dünyanın ətrafındakı qoruyucu maqnit sahəsinin meydana gəlməsində mühüm rol oynayır.

    ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/207794/yer-kurəsinin-nuvəsindəki-agir-elementlərinhttp://adnanoktar.az/az/Bunlari-bilirsiniz/207794/yer-kurəsinin-nuvəsindəki-agir-elementlərinTue, 01 Sep 2015 16:33:55 +0300
    Bir kubmetr qarda təxminən 350 milyon qar dənəciyi olur. Bu qar dənəciklərinin hamısı altıbucaqlı və kristal formasındadır, lakin hər biri fərqli quruluşa malikdir. Bir kubmetr qarda təxminən 350 milyon qar dənəciyi olur. Bu qar dənəciklərinin hamısı altıbucaqlı və kristal formasındadır, lakin hər biri fərqli quruluşa malikdir.

    ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/207793/bir-kubmetr-qarda-təxminən-350http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/207793/bir-kubmetr-qarda-təxminən-350http://imgaws1.fmanager.net/Image/objects/30-bunlari-biliyor-musunuz/108048-Bir_metrekup_karda_350_milyon_tane_kar_tanecigi_bulundugu_tahmin_edilmektedir__Bunlarin_hepsi_altigen_ve_kristalimsi_bir_yapidadir__ancak_her_biri_farkli_sekillere_sahiptir_.jpgTue, 01 Sep 2015 16:33:18 +0300
    1350-1400 q olan insan beyninin yaddaşı 100 super kompüterin məlumat bazasına bərabərdir. 1350-1400 q olan insan beyninin yaddaşı 100 super kompüterin məlumat bazasına bərabərdir.

    ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/207792/1350-1400-q-olan-insanhttp://adnanoktar.az/az/Bunlari-bilirsiniz/207792/1350-1400-q-olan-insanhttp://imgaws1.fmanager.net/Image/objects/30-bunlari-biliyor-musunuz/108049-Yaklasik_1350-1400_gram_agirliginda_olan_insan_beyni_100_super_bilgisayarin_bilgisini_icerebilecek_kapasitedir_.jpgTue, 01 Sep 2015 16:32:48 +0300
    Virus təbiətdəki ən qəribə üzvi quruluşlardan biridir. Müstəqil şəkildə fəaliyyət göstərən heç bir funksiyası və ya orqanoidi yoxdur. Buna görə təbiətdə milyonlarla il qala bilir. Virus təbiətdəki ən qəribə üzvi quruluşlardan biridir. Müstəqil şəkildə fəaliyyət göstərən heç bir funksiyası və ya orqanoidi yoxdur. Buna görə təbiətdə milyonlarla il qala bilir.

    ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/207791/virus-təbiətdəki-ən-qəribə-uzvihttp://adnanoktar.az/az/Bunlari-bilirsiniz/207791/virus-təbiətdəki-ən-qəribə-uzvihttp://imgaws1.fmanager.net/Image/objects/30-bunlari-biliyor-musunuz/108050-Virus_dogadaki_en_ilginc_organik_yapilardan_biridir__Tek_basina_hayat_belirtisi_gosteren_herhangi_bir_fonksiyonu_veya_organeli_yoktur__Bu_nedenle_dogada_milyonlarca_yil_bozulmadan_kalabilir__.jpgTue, 01 Sep 2015 16:32:23 +0300
    Sinovial maye sümüklərin sürtünməsinin qarşısını alır. İnsan və heyvanların oynaqları ömür boyu hərəkət etdikləri halda heç vaxt qulluq və ya yağlanma tələb etmirlər. Sinovial maye sümüklərin sürtünməsinin qarşısını alır. İnsan və heyvanların oynaqları ömür boyu hərəkət etdikləri halda heç vaxt qulluq və ya yağlanma tələb etmirlər.

    ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/207790/sinovial-maye-sumuklərin-surtunməsinin-qarsisinihttp://adnanoktar.az/az/Bunlari-bilirsiniz/207790/sinovial-maye-sumuklərin-surtunməsinin-qarsisinihttp://imgaws1.fmanager.net/Image/objects/30-bunlari-biliyor-musunuz/108051-Eklem_sivisi__kemiklerin_surtunmesini_engeller__Insanlarin_ve_hayvanlarin_eklem_yerleri_bir_omur_boyunca_hareket_ettikleri_halde_hicbir_sekilde_bakima_ya_da_yaglanmaya_ihtiyac_duymazlar_.jpgTue, 01 Sep 2015 16:31:40 +0300
    Kiçik zəhərli ox qurbağalarının erkəyi yumurtaların yanında dayanaraq onlar çatlayana qədər 10-12 gün keşik çəkir. Kiçik zəhərli ox qurbağalarının erkəyi yumurtaların yanında dayanaraq onlar çatlayana qədər 10-12 gün keşik çəkir.

    ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/207789/kicik-zəhərli-ox-qurbagalarinin-erkəyihttp://adnanoktar.az/az/Bunlari-bilirsiniz/207789/kicik-zəhərli-ox-qurbagalarinin-erkəyihttp://imgaws1.fmanager.net/Image/objects/30-bunlari-biliyor-musunuz/108053-Kucuk_Ok_Zehiri_Kurbagalarinin_erkekleri__yumurtalarin_baslarinda_onlar_catlayana_kadar_10-12_gun_bekcilik_yapar_.jpgTue, 01 Sep 2015 16:31:05 +0300
    Simmetriya kainatdakı uyğunluğu qoruyan əsas meyarlardan biridir. Bütün canlılar simmetrik quruluşa malikdir. Simmetriya kainatdakı uyğunluğu qoruyan əsas meyarlardan biridir. Bütün canlılar simmetrik quruluşa malikdir.

    ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/204024/simmetriya-kainatdaki-uygunlugu-qoruyan-əsashttp://adnanoktar.az/az/Bunlari-bilirsiniz/204024/simmetriya-kainatdaki-uygunlugu-qoruyan-əsashttp://imgaws1.fmanager.net/Image/objects/30-bunlari-biliyor-musunuz/108054-Simetri_evrendeki_uyumu_saglayan_konulardan_biridir__Butun_canlilar_simetrik_bir_yapiya_sahiptirler_.jpgFri, 05 Jun 2015 17:48:11 +0300
    Hazırda okeanın dərinliklərində gözlərimizlə görə bilmədiyimiz, varlıqlarından belə xəbərsiz olduğumuz milyonlarla bakteriya bizim üçün –heç vaxt görmədikəri insanlar üçün çalışırlar.  Hazırda okeanın dərinliklərində gözlərimizlə görə bilmədiyimiz, varlıqlarından belə xəbərsiz olduğumuz milyonlarla bakteriya bizim üçün –heç vaxt görmədikəri insanlar üçün çalışırlar.

    ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/204023/-hazirda-okeanin-dərinliklərində-gozlərimizləhttp://adnanoktar.az/az/Bunlari-bilirsiniz/204023/-hazirda-okeanin-dərinliklərində-gozlərimizləhttp://imgaws1.fmanager.net/Image/objects/30-bunlari-biliyor-musunuz/108055-Su_an_okyanusun_derinliklerinde_gozlerimizle_goremedigimiz_ve_varliklarindan_haberimiz_dahi_olmayan_milyonlarca_bakteri__hayatlarinda_hic_gormedikleri_bizler_icin_calismaktadirlar_.jpgFri, 05 Jun 2015 17:47:44 +0300
    Yağışın damla formasında yerə düşməsinin səbəbi bu damlaların daha yerə enməmiş buludlarda formalaşmasıdır. Damlaların diametri, adətən, 1-10 mikron (1 mikron = 0.001 mm) arasında dəyişir. Yağışın damla formasında yerə düşməsinin səbəbi bu damlaların daha yerə enməmiş buludlarda formalaşmasıdır. Damlaların diametri, adətən, 1-10 mikron (1 mikron = 0.001 mm) arasında dəyişir.

    ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/204022/yagisin-damla-formasinda-yerə-dusməsininhttp://adnanoktar.az/az/Bunlari-bilirsiniz/204022/yagisin-damla-formasinda-yerə-dusməsininhttp://imgaws1.fmanager.net/Image/objects/30-bunlari-biliyor-musunuz/108057-Yagmurun_damlalar_halinde_yagmasinin_sebebi_su_damlaciklarinin_bulutlarda_olusmasidir__Bu_damlaciklarin_caplari_genellikle_1_ila_10_mikron_1_mikron_0_001_milimetredir_arasindadir_.jpgFri, 05 Jun 2015 17:46:48 +0300
    Dünyanın ən böyük çiçəyi Rafflesia Arnoldii adlı çiçəkdir. Tropik meşələrinin iqlim şəraitinə uyğun yaradılmış bu çiçəyin diametri 90 sm-ə çatır. Çiçəyin çəkisi isə 7-11 kq arasında dəyişir.  Dünyanın ən böyük çiçəyi Rafflesia Arnoldii adlı çiçəkdir. Tropik meşələrinin iqlim şəraitinə uyğun yaradılmış bu çiçəyin diametri 90 sm-ə çatır. Çiçəyin çəkisi isə 7-11 kq arasında dəyişir.  

    ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/204021/-dunyanin-ən-boyuk-cicəyihttp://adnanoktar.az/az/Bunlari-bilirsiniz/204021/-dunyanin-ən-boyuk-cicəyihttp://imgaws1.fmanager.net/Image/objects/30-bunlari-biliyor-musunuz/108059-Dunyanin_En_Buyuk_Cicegi_Rafflesia_Arnoldii__Yagmur_ormanlarindaki_iklim_kosullarina_uygun_olarak_yaratilmis_olan_bu_bitkinin_cicegi_90_cm_capindadir_ve_7_ila_11_kg_agirligindadir_.jpgFri, 05 Jun 2015 17:46:08 +0300
    Erkən doğuş edən anaların südündə möcüzəvi şəkildə körpənin ehtiyacına uyğun olaraq daha çox yağ, zülal, natrium, xlorid və dəmir olur. Erkən doğuş edən anaların südündə möcüzəvi şəkildə körpənin ehtiyacına uyğun olaraq daha çox yağ, zülal, natrium, xlorid və dəmir olur.

    ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/204020/erkən-dogus-edən-analarin-sudundəhttp://adnanoktar.az/az/Bunlari-bilirsiniz/204020/erkən-dogus-edən-analarin-sudundəhttp://imgaws1.fmanager.net/Image/objects/30-bunlari-biliyor-musunuz/108060-Erken_dogum_yapan_annelerin_sutunde_mucizevi_bir_sekilde__bebegin_ihtiyacina_yonelik_olarak_daha_fazla_yag__protein__sodyum__klorur_ve_demir_bulunur_.jpgFri, 05 Jun 2015 17:45:38 +0300
    İtin beynindəki qoxulamaq funksiyasını yerinə yetirən hüceyrələr insandakından 40 dəfə çoxdur. Məsələn, tülküyəbənzər çoban itində 147 milyon, alman çoban itində isə 225 milyon qoxu qəbul edən hüceyrə var. İtin beynindəki qoxulamaq funksiyasını yerinə yetirən hüceyrələr insandakından 40 dəfə çoxdur. Məsələn, tülküyəbənzər çoban itində 147 milyon, alman çoban itində isə 225 milyon qoxu qəbul edən hüceyrə var.

    ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/204019/itin-beynindəki-qoxulamaq-funksiyasini-yerinəhttp://adnanoktar.az/az/Bunlari-bilirsiniz/204019/itin-beynindəki-qoxulamaq-funksiyasini-yerinəhttp://imgaws1.fmanager.net/Image/objects/30-bunlari-biliyor-musunuz/108061-Kopegin_beynindeki_koklama_islevini_ustlenen_hucreler_insanlardan_40_kat_daha_fazla_sayidadir__.jpgFri, 05 Jun 2015 17:44:56 +0300
    Saatda 320 km sürətlə uçan şahin quşunun sürəti dünyanın ən sürətli idman avtomobillərindən biri olan Lamborghini Murcielago Convertible avtomobilinin və “Formula 1” yarışları üçün xüsusi istehsal edilmiş idman avtomobillərinin sürətinə bərabərdir. Saatda 320 km sürətlə uçan şahin quşunun sürəti dünyanın ən sürətli idman avtomobillərindən biri olan Lamborghini Murcielago Convertible avtomobilinin və “Formula 1” yarışları üçün xüsusi istehsal edilmiş idman avtomobillərinin sürətinə bərabərdir.

    ]]>
    http://adnanoktar.az/az/Bunlari-bilirsiniz/204018/saatda-320-km-surətlə-ucanhttp://adnanoktar.az/az/Bunlari-bilirsiniz/204018/saatda-320-km-surətlə-ucanhttp://imgaws1.fmanager.net/Image/objects/30-bunlari-biliyor-musunuz/108062-Saatte_320_km_hizla_ucan_alaca_dogan_kusunun_sahip_oldugu_hiz__dunyanin_en_hizli_spor_otomobillerinden_biri_olarak_kabul_edilen.jpgFri, 05 Jun 2015 17:43:55 +0300