ADNANOKTAR.AZhttp://adnanoktar.azadnanoktar.az - Təkamülçülərin saxtakarlığı - Ən son əlavələrazCopyright (C) 1994 adnanoktar.az 1ADNANOKTAR.AZhttp://adnanoktar.azhttp://harunyahya.com/assets/images/hy_muhur.png11666New York Times-ın süni insan genomu yaratmaq iddiası nə üçün mənasızdır?   

14 May 2016-cı ildə  “New York Times” qəzetində ”sintetik insan genomu istehsal olunacaq” iddialarına yer verilən bir məqalə dərc edildi. Müəllifi Endryu Pollak olan məqalədə insan xromosomlarındakı bütün DNT-lərin istehsal edilə biləcəyinə dair iddia var idi. Bu cavabımızda bəhs olunan iddianın məntiqsizliyini, elmi dəlillərlə uyğunsuzluğunu və yoxdan DNT istehsal edilə bilinməyəcəyini açıqlayacağıq.

Əslində, məqaləni hazırlayanlar da bu həqiqətlərin fərqində idilər ki, “New York Times”dakı yazıda diqqət çəkən bəzi məqamlar var. Məsələn, layihəni hazırlayanlardan Harvard Tibb fakültəsinin genetika professoru Corc Çörç insan yaratmağa çalışmadıqlarını, lakin hüceyrənin DNT sintezləmək qabiliyyətini inkişaf etdirməyi qarşılarına məqsəd qoyduqlarını bildirirdi. Bununla yanaşı, 3 milyard əsas cütdən ibarət olan insan DNT-sini sıfırdan sintez etməyin qeyri-mümkünlüyü hər kəsə məlum olduğuna görə əvvəlcə “HGP2-insan genomu sintezi layihəsi” (Human Genome Synthesis Project, HGP2) deyə elan edilən layihənin adı daha sonra “HGP-Yazısı: Hüceyrələrdə böyük sintetik genomların yoxlanması” (HGP-Write: Testing Large Synthetic Genomes in Cells) olaraq dəyişdirildi. Bütün bu dəyişliklilərə və açıqlamalara baxmayaraq, məqalədə cümlələrin arasına sərpişdirilmiş ifadələrlə, guya, artıq insan yaradıla biləcəyinə dair təəssürat yaradılmağa çalışılırdı. İndi isə DNT-nin hələ də başa düşməyə çalışdığımız üstün yaradılış məhsulu olduğunu və yoxdan canlı yaratmağın qeyri-mümkün olduğunu birlikdə araşdıraq.

DNT-nin şifrə sistemini nə qədər tanıyırıq?

Əvvəlcə bunu qeyd etmək lazımdır ki, DNT-dəki məlumat çox böyükdür və DNT insan bədəninin bankı kimidir. Bu mövzudakı araşdırmalar əsasən təxminlərdən ibarət olur və mövcud məlumatı qiymətləndirib araşdırmağa əsaslanır. “NewYork Times”da toxunulan və hələ başlanmamış bu araşdırma da hal-hazırda planlaşdırılma mərhələsində, yəni müzakirələrlə təkmilləşmə ərəfəsindədir. Araşdırma ilə bağlı “DNT 2.0” adlı genetika şirkətindən Ceremi Minşal da plandakı bu layihə haqqında belə deyir:

“Nəyi inşa edəcəyimizə dair gümanlarımız nə inşa edə biləcəyimizdən çox geridədir”

(www.nytimes.com/2016/05/14/science/synthetic-human-genome.html)

Bəşəriyyət DNT-ni meydana gətirən 3 milyard şifrədən ibarət bənzərsiz məlumatı hələ tanımaq mərhələsindədir. DNT üzərində aparılan tədqiqatlarda müsbət nəticələr əldə olunur, lakin bunlar  kifayət etmir.

Məsələn, bu gün Epigenom tədqiqatları  nəticəsində DNT-dəki bəlli qisimlərin müəyyən genlərin aktiv vəziyyətə gətirilməsində rol oynadığı məlum olmuşdur. DNT-nin bütün kodları ilə bütöv olaraq ancaq genlərdən ibarət olmadığı, lakin genləri idarə edən ayrı kod sisteminə sahib olduğu başa düşülmüşdür. “Epigenom” adlandırılan bu idarə sistemi sayəsində vaxtı təyin olunmuş funksiyalar üçün müəyyən genlər aktivləşdirilir, ya da söndürülür. Epigenomun olması əvvəlcədən planlanmış və müəyyən olunmuş vəzifələrin hazırlığını açıq-aydın ortaya qoyur. DNT beləcə canlının müxtəlif zamanlarda və şəraitlərdə yaşamağı üçün imkan yaradır. İnsanlarda yetkinlik çağında əmələ gələn cinsiyyət hormonları buna misal ola bilər. “Epigenetika” adı ilə davam edən bu tədqiqatlar xüsusilə mikroorqanizmlər üzərində bu gün hələ də davam edir.

Zülalları kodlaşdıran gen sahələri isə bizim məlumatlarımızın fövqündə kompleks bir yaradılışa işarə edir. Genlərə müdaxilə etməkdən, ya da dəyişdirməkdən istənilən halda söhbət gedə bilməz. Zülalların hər biri işləyən mükəmməl nano-fabriklər kimi qarşımıza çıxır. Molekulyar quruluşdakı bu fabriklərin genlərdə yazılmış planına toxunmaq isə hüceyrə üçün faciə ilə nəticələnər.

Aşağıda ətraflı izah etdiyimiz elmi araşdırmalarda da görünəcək ki, genlərin kodları dəyişdirilmədən ancaq bütöv olaraq əlavə edilib-çıxarılaraq, ya da yerləri dəyişdirilərək əldə olunan nəticələr təcrübədən keçirilir.Yəni xeyir və zərərlər sınaqlarla başa düşülür.

Sözügedən xəbərdəki iddia isə DNT kodunun başdan daha yaxşısının yazıla biləcəyi ilə əlaqədardır. Belə ki, bu mövzunun məntiqsizliyi vurğulanmalıdır.

Kompüterdə yazılan kodla  DNT kodlarını  niyə bir tutmaq olmaz?

Kompüter  proqramlaşdırılmasındakı  kodlaşdırma kimi sıfırdan DNT kodları yazıla bilərmi? Bu sualın  dəqiq bir cavabı var: YOX!

Hal-hazırda laboratoriyalarda bir canlının DNT-sinə başqa canlıdan götürülən genləri sadəcə nəql etmək, ya da mövcud DNT-dəki nukleotid cütlərin yerlərini dəyişdirmək gen mühəndisliyi kimi tanınır. Ancaq bu anlayışda hər hansı bir məlumatın yoxdan yazılışı nəzərdə tutulmur.

Bildiyiniz kimi, kompüterin əməliyyat sistemi texniki qurğuların necə işlədiyini yoxlayan riyazi kodlardan təşkil olunur. Bu, 1 və 0 –lardan ibarət texniki dildir və elektrik cərəyanı ilə əlaqəli əmrlərə görə dövrələr arasında hərəkət edir. Hüceyrənin içərisində isə DNT var və DNT-də hüceyrənin işini kimyəvi kod sistemi idarə edir. Hansı zülalların hansı şəraitdə nə qədər istehsalına dair məlumat  DNT-nin gen adlanan zülal kodlaşdıran hissələrində yazılmışdır. İndiki dövrdə müxtəlif canlılarda genlərin yerini təyin etsək də, bu kəşf hələ də davam edir. Xüsusilə mutasiyalarla zədələnən genlər əskik olanda funksiyaları da dəqiqləşir. Xülasə, bəşəriyyət DNT-də tərif edilən məlumatı hələ öyrənməyə çalışır.

Cari sintetik hüceyrə istehsal etmək cəhdləri genlərin üzünü köçürməkdən ibarətdir.

Laboratoriyalarda mikroorqanizmlər üzərində davam edən cari işlərin prinsipi bir canlıdan DNT hissələrinin əldə olunmasına və PCR cihazında kopyalarının çıxarılıb yenidən eyni və ya başqa mikroorqanizm daxilinə köçürülməsinə əsaslanır. Bu metoda görə, genlər sabit qalır, yəni təbiətdəki mövcud və işlək kodların olduğu kimi üzü köçürülür. Lakin sıfırdan yeni DNT kodu yazılmır.

Hal-hazırda bakteriyaların DNT-sinə bəzi genlər əlavə olunaraq onlardan müxtəlif kimyəvi maddələr almaq mümkündür. Bu üsul hələ də bəzi peyvəndlərin istehsalında istifadə olunur.

ABŞ-ın “Exxon” neft şirkəti 600 milyon dollar məbləğində yardım etdiyi “Craig Venter” İnstitutunda bakteriyalarla bioyanacaq istehsalı üzrə tədqiqatları dəstəkləyir. Bu tədqiqatlarda istəyə uyğun kimyəvi maddələrin istehsal olunduğu, DNT-sinin təkrarən təşkil edildiyi minimal hüceyrənin hazırlanması hədəflənmişdir. Bu çərçivədə 2010-cu ildə Kreyq Venter əvvəlcə  bir mikrobun DNT-sindəki xəstə gen üzərində işlədiyini açıqladı. Bu üsula görə, Venter bir bakteriyanın DNT-sini çıxarıb üzünü köçürdükdən sonra ayrı bakteriyaya yerləşdirdi. Bakteriya bütün zülallarını və orqanoidlərini nəql olunan DNT-dəki təfərrüatlı məlumata görə sintez etdi. Bunun üçün Venter keçilərdə infeksiyaya səbəb olan bakteriyanı (mycoplasma mycoides) seçmişdir. DNT-ni digər bakteriyaya nəql etməzdən əvvəl xəstəliyə səbəb olan patogen 14 geni  kəsib atdı, beləcə hədəfdəki yeni bakteriya zərərsizləşdi. (Creation of a Bacterial Cell Controlled by a Chemically Synthesized Genome, Daniel G. Gibson et al.
, Science 329, 52, 2 July 2010; DOI: 10.1126/science.1190719)

Dr.Kreyq Venter aparılan araşdırmanın mahiyyətini ətraflı izah etdi:

“Biz  genom nəqletmə metodunu inkişaf etdirdik, bu, “m.mycoides” genomunu izolə edilmiş  DNT molekulları halında fərqli bir növə -“m.capricolum”a nəql etməyə imkan verdi. Bu prosesdə M.capricolum genomu atıldı, yalnız nəql edilən genomu daşıyan bir hüceyrə əldə olundu. 2010-cu ildə “m.mycoides” JCVI Syn1.0  hüceyrəsinin genomunun tamamilə kimyəvi sintez edildiyini və yerləşdirildiyini eşitmişik. Bu genom bir neçə su nişanı və vektor ardıcıllıqlarının əlavə edilməsi istisna olmaqla, təbiətdə mövcud olan “m.mycoides” genomunun demək olar ki, tam surətidir.

(Design and synthesis of a minimal bacterial genome, Clyde A. Hutchison III et al. Science 351, 25 March 2016; DOI: 10.1126/science.aad6253)

Göründüyü kimi, bu fəaliyyət xəbərlərdə nə qədər sintetik bakteriyanın yaradılması kimi yayılsa da, bu, heçdən süni canlı yaratmaq demək deyildi. “Scripps” Tədqiqat İnstitutundan  professor Cerald Coys yeni canlı yaradıldı kimi iddialara cavab kimi: “Əlbəttə, bu, doğru deyil; əldə edilən mikroorqanizm mövcud bioloji həyat formasına söykənir”, - deyə bildirdi. Boston Universitetindən biomühəndis Cim Kollins də: “Mənim narahatçılığım bəzi adamların süni həyat formulu istehsal edilməsi nəticəsinə gələcəkləri ilə bağlıdır. Halbuki istehsal etdikləri bu orqanizm təbii olaraq sintezlənmiş genoma sahib orqanizmdir. Bu, yoxdan bir canlı yaratmaq və ya yeni həyat formulu yaratmaq mənasını vermir”,-deyirdi. Kreyq Venterin bu layihəsi haqqında Kaliforniya Texnologiya İnstitutundan genetika professoru Baltimor isə: “Həyatı yaratmadı, yalnız təqlid etdi”, -deyirdi.

(NewYorkTimes, May 21, 2010, page A17, Synthetic Bacterial Genome Takes Over a Cell, Researchers Report,http://nyti.ms/18O1A03) 


Bu gün Venter İnstitutunda aparılan işlər irəliləyərək davam edir. Kreyq Venterin rəhbərlik etdiyi digər bir araşdırmanın nəticələri də 25 mart 2016-cı il tarixində “Science” jurnalında dərc edildi. Sonuncu dəfə əldə olunan hüceyrə (JCVİ-syn3.0) 473 genə malik olub, laboratoriya şəraitində böyüdülən ən kiçik genoma sahib orqanizm kimi təyin olunmuşdur.

Bu genlərin 149-nun funksiyasının hələ bilinməməklə yanaşı, bakteriyanın yaşaması üçün mövcudluqlarının həyati vacibliyi məlum olmuş və məcburi olaraq istifədə edilmişdir. Bu, təbii olaraq bəşəriyyətin hələ genlərin funksiyalarını aydınlaşdırma mərhələsində olduğunun göstəricisidir.

Bəşəriyyət DNT-ni və içərisindəki genləri mövcud vəziyyəti ilə istifadə etmək məcburiyyətindədir. Kodlaşdırdığı zülalların amin turşusu zəncirinə aid sıra bu genlərdə yazılmışdır, bundan əlavə, zülalın üçölçülü quruluşunu kodlaşdıran genlər də var. Bu səbəbdən DNT üzərində aparılan işlər yeni zülal istehsal etmək bir yana qalsın, ancaq bu mükəmməl məlumatın nə işə yaradığını başa düşüb eynilə istifadə etməyə çalışmaqdan ibarətdir. Yeni kod yazmaqdan söhbət getmir. Bu barədə aparılan işləri nümunə göstərərək mövzunu bir az da açıqlayaq.

Kənd təsərrüfatında və tibdə gen mühəndisliyi

Gen mühəndisləri genlərin çoxaldılması, müxtəlif canlılardakı genlərin birləşdirilməsi, canlılar arasında genlərin ötürülməsi və buna oxşar işlər görürlər. Bütün bu araşdırmalarda həmişə mövcud olan genetik məlumatın üzərində işlənilir.

Məsələn, genetik olaraq müdaxilə edilə bilən bəzi bakteriyalar və ya göbələk hüceyrələri istifadə edilərək səmərəlilik artırılır. Hansı ki, ictimaiyyət arasında GMO (genetik modifikasiya olunmuş orqanizm) kimi bilinən funksiya yerinə yetirmiş bu mikroorqanizmlər vasitəsilə daha məhsuldar kənd təsərrüfatı məhsulları əldə etmək mümkün olmuşdur. Vektor kimi müəyyənləşdirilən bu mikroorqanizmlər özlərinə yerləşdirilmiş genləri hədəf olan bitkinin DNT-sinə daşıyırlar.

Kənd təsərrüfatından başqa, tibb sahəsində də bu üsul istifadə edilir və sözügedən mikroorqanizmlərdə şəkər xəstələri üçün insulin istehsal edilə bilir.

Göründüyü kimi, genetik fəaliyyətlərdə sıfırdan hansısa bir kod yazılmır və əvvəllər olmayan hər hansı bir gen yoxdan düzəldilmir. Gen mühəndisliyinin gördüyü iş hazır bir genin bir orqanizmdən digərinə köçürülməsindən ibarətdir.

Nəticə: DNT  tənzimlənmə işləri yoxdan DNT yazmaq mənasını vermir

Diqqətlə baxsaq, bəzi media orqanlarında qəsdən “DNT yazılışı” şəklində ifadə edilən araşdırma, əslində, sadəcə olaraq canlıda mövcud olan zülallarla, genlərlə və DNT zəncirləri və ya hissələri ilə mümkün olur. Bu mənada sıfırdan bir material əmələ gətirilməsi nəzərdə tutulmur. “New York Times”dakı məqalədə sözügedən layihə də digər DNT tənzimlənmə işlərindəki mahiyyətə söykənir. Sintetik, yəni insan əli ilə süni insan genomu istehsal etməkdən və bunu yoxdan yaratmaqdan əsla söhbət gedə bilməz.

Genom barədə aparılan işlər bəşəriyyət üçün olduqca önəmli və faydalı nəticələrə səbəb olur. Məsələn, xəstəliklərə həssas şəkildə meyilli olan və ya mutasiyaya məruz qalmış genlərin ayırd edildiyi bir genom əldə etmək, əlbəttə ki, sağlam və  uzun ömür üçün faydalı olacaq. Lakin bu, heç bir formada, heç bir zaman yeni insan, yaxud canlı yaratmaq mənasını verməyəcək. Yaratmaq ancaq molekulları və zülalları  yaradan və hüceyrəyə can verən uca Allaha aiddir.

Mənbə: http://www.nytimes.com/2016/05/14/science/synthetic-human-genome.html

http://yaratilisatlasi.com/tr/Makaleler/222224/new-york-timesin-yapay-insan

https://www.researchgate.net/publication/299416517_Design_and_synthesis_of_a_minimal_bacterial_genome

]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/225473/new-york-times-in-sunihttp://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/225473/new-york-times-in-suniSat, 16 Jul 2016 23:01:58 +0300
“New Scientist” jurnalı nautiluslarla bağlı nələrdə yanılıblar? 16 sentyabr 2015-ci il tarixində “New Scientist” jurnalının internet saytında1, eləcə də bir çox mətbuat orqanında bioloq Piter Vodun (Peter Ward) Sent-Luis Vaşinqton Universitetində apardığı araşdırma ilə bağlı məqaləsi nəşr olunub. Bu məqalədə 500 milyon il əvvəl yaşamış, heç bir dəyişikliyə məruz qalmamış və bu səbəbdən “yaşayan fosil” adlandırılan yeni tapılmış “allonautilus scrobiculatus” adlı nautilusdan bəhs olunur.

Məqalədə bu nautilus növünün 30 il gizləndikdən sonra yenidən ortaya çıxdığı bildirilir. Burada diqqətçəkən məqam budur ki, “bu nautilusda keçmişdə yaşayan nautiluslara nisbətən bəzi fərqlər var, bu fərqlərin də son dövrlərdə qazanılmış xüsusiyyətlər olduğu” iddia edilir. İlk növbədə, bu cümlə sadəcə iddiadan ibarətdir və elmi həqiqətlərlə heç bir əlaqəsi yoxdur.

Məqaləmizdə möcüzəvi dəniz canlısı olan nautilusun bəzi xüsusiyyətlərinə yenidən toxunulacaq və Sent-Luis Vaşinqton Universitetinin internet səhifəsində verilən məqalədəki ziddiyyətlərə və səhvlərə cavab veriləcək2.

Nautilus niyə “yaşayan fosil”dir?

Nautilus bu ada ən çox layiq olan canlılardan biridir. Qızıl nisbətində çox xüsusi quruluşlu xarici qabığı ilə dərhal diqqəti cəlb edir. Kembri dövrünün fosil qalıqlarında rast gəlinən bu canlı günümüzə qədər nəslini eynilə davam etdirib. 500 milyon il yaşındakı nautilus fosilləri dövrümüzdəki nümunələrdən fərqlənmir.

Dərin sularda sirli həyat

Nautilusun maraqlı xüsusiyyətlərindən biri də dənizin dərinliklərində yaşamasıdır. Bu canlı 200-900 metr dərinliklərdə yaşayır. Bilindiyi kimi, 200 metrdən daha dərin sularda yaşayan canlıların sayı olduqca azdır. Qida azlığı, günəş işığının ora düşməməsi və çox yüksək təzyiq kimi səbəblərdən yaşamaq olduqca çətindir. Nautilus bu çətinliklərə dözə bilən xüsusiyyətlərlə birlikdə yaradılıb. İsti suları çox sevmədiyi üçün bu canlılara dayaz sularda rast gəlmək qeyri-mümkündür. Bu səbəbdən nautilus tədqiqatçılar üçün nadir hallarda müşahidə edilən sirli canlıdır.

Yüksək təzyiqə dözümlü bədən quruluşu dərin sularda yaşadığı ilk anda mövcud olmasaydı, nautilus dərhal ölər və nəsli də yox olardı. Reaktiv itələmə sistemi ilə rahat hərəkət edən nautilus bədənindəki xüsusi qaz otaqcıqları endiyi dərinliyi dəyişdirib sabitləyə bilir. Bu xüsusiyyətlərinə görə canlı dövrümüzün sualtı qayıqlarından daha üstün sistemlərə malikdir.

Bir çox canlı üçün ölümcül olan dərinliklərdə nautiluslar möhtəşəm sistemlərlə birlikdə dünyaya gəlirlər. Bunların da o mühitdə təkamül nəticəsində ortaya çıxmadığı aydındır. Hər şeyin məlumatına sahib olan Uca Allahın nautilusu bir anda yaratdığı şübhə doğurmayan həqiqətdir.

Nautilus, həqiqətən, itmişdimi?

Sözü gedən məqalədə nautilusun “30 ildir itdiyi” bildirilir. Əslində, bu canlı itməyib. Sadəcə elm adamları canlını təkrar müşahidə etmək üçün yeni tədqiqat aparmamışdılar. 1986-ci ildə aparılan sonuncu müşahidədən sonra bu il aparılan müşahidələrdə nautilus kameralarda əks olundu. Çünki dərin sularda həyata keçirilən belə iş böyük xərc, xüsusi avadanlıq və uzun zaman tələb edir. Həmçinin nautilusa dünyanın bəlli yerlərində rast gəlindiyi üçün onu hər yerdə müşahidə etmək mümkün olmur. İndiyə qədərki müşahidələr də maddi səbəblərdən dolayı sadəcə müəyyən sahələrdə həyata keçirilə bilmişdi.

“Allonautilus scrobiculatus” digər nautiluslardan fərqlənir?

Nautilusun görünüşə sahib qabığının içində sədəf divarlarla bölünmüş bir çox otaqcıqdan ibarət daxili spiral uzanır. Canlı böyüdükcə spiral qabığı ağız qisimində əvvəlkindən daha böyük otaqcıq inşa edir və arxasındakı qapını sədəf təbəqəsi ilə örtərək daha geniş olan bu yeni hissəyə irəliləyir. Eynilə sualtı qayıqda olduğu kimi, bu qaz otaqcıqlarına çatan xüsusi boru sistemi ilə müəyyən miqdarda maye nasoslanaraq dərinlik tənzimlənməsi edilir. Bir nautilus yumurtadan çıxarkən 7 qaz otaqcığına sahib olur.

Fosil nümunələri bizə qaz otaqcıqlarından ibarət spiral quruluşdakı xarici qabığın milyonlarla ildən bəri dəyişmədən dövrümüzə qədər gəldiyini göstərir. Verilən yazıda bu həqiqət qəbul edilsə də, ona başqa fərziyyə əlavə edilir və canlının yumşaq toxumalarının zaman içində dəyişdiyi iddia edilir. Bunun üçün də “allonautilus scrobiculatus”un qabıq dəliyinin (umblikus) digər nautiluslardan daha geniş və kobud olduğu bildirilərək qabıq üstündəki təbəqədən (periostracum) sallanan incə saçaqlı quruluşun digərlərindən fərqləndiyi iddia edilir. “Bu xüsusiyyətlərin son zamanlarda qazanıldığı” bildirilərək bu fərqliliklər darvinizmə dəlil kimi göstərilməyə çalışılır. Ancaq əldə yumşaq toxumalara aid dəlil olmadan yalnız qabıq araşdırılaraq verilən izahlar fərziyyə kimi qalmağa məhkumdur.

Bu da qeyd edilməlidir ki, iki canlının fərqli növlər olduğu iddiasını sübut etməyin tək yolu var, o da hər iki canlının DNT quruluşunu tam araşdırıb müqayisə edərək fərqlərinin göstərilməsidir. Nə bu işdə, nə də başqa işdə genetik araşdırma aparılmayıb.

Edilən müqayisə isə tamamilə darvinist mühakimələrlə yaradılmış proqnozlar və fərziyyələrə söykənir. Çünki “fenotip” adlanan xarici anatomik fərqlər genetik fərqliliyi göstərmir. Bir nümunə verəsi olsaq, 1 m 50 sm boyundakı  insanla 1 m 90 sm boyundakı insanın, əslində, fərqli növlər olduğunu iddia etmək nə qədər gülüncdürsə, buradakı iddia da o qədər əsassızdır. Eyni növ daxilində fərdlərin xarici görünüşündə fərqliliklər ola bilər, ancaq bunlar həmişə genetik düzülüşün sərhədləri daxilində baş verir. Görünüşdəki bu müxtəliflik “variasiya”dan qaynaqlanır. “Allonautilus scrobiculatus”da iddia edilən bu kiçik fərqlərin səbəbi də variasiyadır.

Bundan əlavə, fosillərdə keçmişdə yaşamış canlıların yumşaq toxumalarına aid çox məhdud məlumat mövcuddur. Bir canlının orqanlarının və yumşaq toxumalarının illər ərzində dəyişdiyini iddia edən insanın sırf qalıqlara baxaraq hər hansı elmi dəlil təqdim etməsi isə qeyri-mümkündür.

Nautilus qalıqlarında da göstərilən yumşaq toxumalara aid izlər yoxdur, bundan yola çıxaraq nəticə çıxarmaq isə real olmayacaq. Belə vəziyyətdə darvinistlərin “nautiluslardakı dəyişmə” iddiaları fərziyyədən kənara çıxmır.

Nəticə

Bu məqalədə də bəhs etdiyimiz kimi, nautilusun təkamül nəticəsində dəyişikliyə məruz qaldığını göstərən heç bir elmi dəlil mövcud deyil. Minlərlə nautilus qalığı (fosili) bu canlının milyonlarla il ərzində hər hansı təkamül prosesi keçirmədiyini, tam əksinə, ortaya çıxdığı ilk andan bəri əskiksiz xüsusiyyətləri ilə Allah tərəfindən yaradıldığını sübut edir. Nautilus fizioloji xüsusiyyətləri ilə birlikdə dövrümüzün yüksək texnologiyasının nümunə almağa çalışdığı canlıdır.

İSTİNAD

1.https://www.newscientist.com/article/mg22730390-100-living-fossil-nautilus-re-emerges-after-30-years-of-hiding/

2. Urton, James (25 August 2015). "Rare nautilus sighted for the first time in three decades". UW Today (University of Washington). Archived from the original on 26 August 2015. Retrieved 1 September 2015.

]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/212217/“new-scientist”-jurnali-nautiluslarla-baglihttp://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/212217/“new-scientist”-jurnali-nautiluslarla-bagliThu, 26 Nov 2015 20:49:17 +0200
Saxta ara keçid forma – Tiktaalik Roseae 2004-cü ildə Şimali Kanada, Elsmir adasındakı Devon çöküntü yataqlarını araşdıran arxeoloqlar yeni bir fosil tapıntısı əldə etdilər. Fosilə yerli xalqın dilində “dayaz su balığı” mənasına gələn “Tiktaalik” adı verildi və 375 milyon illik olduğu deyilən bu fosil təkamülçü çevrələrdə böyük bir həyəcan doğurdu. Bunun səbəblərindən biri də tapılan qalığın lap yerinə düşməsi idi: o, təkamül nəzəriyyəsinə əsasən, “balıqlardan amfibiyalara keçid dövrü”nə rast gəlmişdi… Tiktaalik təbliğatının rəhbərliyini edən Nil Şubin də başda olmaqla, təkamülçülər bu fosili yepyeni bir ara-keçid forma olaraq bir propaqanda alətinə çevirdilər. Tiktaalik üçün şəxsi internet saytı açıldı 1, hətta özlərini itirmiş təkamülçülər Tiktaalikin şərəfinə “tik-tik-tik-tik, Tiktaalik” misraları təkrarlanan bir mahnı belə bəstələdilər 2 (!). Yerli təkamülçü mənbələrdə 3,4,5 də israrla müdafiə edilən bu keçid forma iddiasının böyük bir təkamülçü saxtakarlığın məhsulu olduğu isə gələcəkdə məlum olacaqdı…
 
TİKTAALİK SAXTAKARLIĞI
 
Qazıntı əsnasında tapılan Tiktaalik fosili, şəkildən də göründüyü kimi, yalnız kəllə qutusu sümüyündən ibarət idi. Canlının gövdə sümükləri barədə isə heç bir dəlilə rast gəlinməmişdi. Tapılan kəllə sümüyündən də görünür ki, fosilin aid olduğu canlı eynilə alliqatorlar kimi yastı və bədəndən ayrı hərəkət edə bilən kəllə qutusuna, iti diş cərgələrinə 6, üst tərəfdə (hansı ki, bu, timsahlarda suyun altından şikarı pusmaq üçün xüsusi olaraq yaradılmışdır) bir-birinə yaxın gözlərə və şikarı tutmaq üçün yaxşı inkişaf etmiş çənələrə malikdir 7. Əslində, “Tiktaalik roseae” adı verilən bu canlı bugünkü Çin alliqatorlarından (Alligator sinensis) fərqlənmir, yəni təkamül nəzəriyyəsinin tam əleyhinə, bu timsah növü bir yaşayan fosil nümunəsidir.
 
İşin maraqlı cəhəti isə ondadır ki, mediya vasitəsilə geniş kütlələrə çatdırılan “Tiktaalik” tapılmış orijinal fosildən olduqca fərqli idi. Belə ki, təbliğatı aparılan canlının kəlləsinə bitişmiş gövdəsi, pulcuqları və hətta üzgəcləri belə var idi (!). Təkamülçülər eynilə Piltdaun adamı və Arxeoraptorda etdikləri fosil saxtakarlığını Tiktaalikin də üzərində sınamışdılar! Belə ki, Tiktaaliklə eyni zəngin fosil təbəqəsindən tapılmış müxtəlif növ balıq gövdəsi və üzgəclərini timsah kəlləsinə montaj edərək bunu insanlara “ara-keçid forma kəşfi” kimi təqdim etmişdilər.
 
Gövdənin və üzgəclərin Tiktaalikə aid olmadığı çox açıq idi. Belə ki, gövdənin çəpəki şəkildə yerləşdirilmiş balıq gövdəsi olduğunu həvəskar paleontoloqlar belə ilk baxışda sezə bilərdilər. Üzgəclər haqqında isə, elə Tiktaalikin kaşiflərindən və ən öndə gedən müdafiəçilərindən olan təkamülçü paleontoloq Nil Şubin etiraf edirdi ki, Tiktaalikin (xəyali) qarın üzgəcləri onun çəkisini quru üzərində daşıya bilməzdi 8.
 
Tiktaalikin yalnız tək bir kəllə sümüyü fosilindən ibarət olduğu Çikaqo Universiteti əməkdaşları tərəfindən də açıq şəkildə nümayiş etdirilir. Belə ki, Tiktaalikin kəllə sümüyü 3D formatında tədqiq edilməsinin asanlaşması üzrə virtuallaşdırılmışdır 9.
 
REKONSTRUKSİYA SAXTAKARLIĞI
 
Tiktaalik saxtakarlığının ən rüsvayedici cəhətlərindən biri də fosilin rekonstruksiyası və bu işi aparanın öz diliylə ifadə etdiyi etiraflardır. Çikaqo Universiteti əməkdaşlarından olan və “fosil hazırlayıcı və rekonstruktor” olduğunu deyən Tayler Keyllor sosial şəbəkələrə yerləşdirdiyi videosunda Tiktaaliki necə “hazırladığını” belə etiraf edir:
 
“Nəsli kəsilmiş bir canlıya baxırıqsa və onu birbaşa müqayisə edə biləcəyimiz bir canlı yoxdursa, hal-hazırda yaşayan canlı şkalasına baxaraq və onların xüsusiyyətlərini, əzələlərin sümüklərə necə bağlandığını incələyərək canlını yenidən yaradırıq. Bəzilərini nəmli, bəzilərini donuq göstərir, onların toxumalarını təyin edirik. Başlanğıc nöqtəmiz sadəcə fosil qalığıdır və bunları canlandırmaq olduqca çox spekulyasiya (fantaziya) tələb edir.
 
…Bu kobud formada hazırlanmış bədənin (Tiktaalikin xəyali bədəni) üzərini gil təbəqəsi ilə örtəcəyəm və sonra detalları hazırlayacağam. Gözlərin forması və böyüklüyü daha spekulyativdir, yumşaq toxumadır, amma göz yuvalarına baxaraq, balıqlara və amfibiyalara baxaraq heç olmasa nəyin təbii görünəcəyi haqda bir fikir əldə edə bilərsiniz. Beləliklə insanlar baxdıqları zaman yaşamış ola biləcək bir canlı görəcəklər” 10.
 
https://www.youtube.com/watch?v=l_mpWQqNBIk  bu linkdəki videodan da göründüyü kimi  Tiktaliki hazırlayan T. Keyllor özü  izahlı formada Tiktalikin gövdə hissəsini özünün necə hazırladığını izah edir. Videodan da göründüyü kimi Tiktalik fosili sadəcə kəllə sümüyündən ibarətdir və gövdə hissəsi süni olaraq hazırlanır  və süni gövdənin üzərinə başqa balıqlara məxsus qalıntılar əlavə olunur. Və bu açıq aşkar saxtakarlıqdır.  Bu da o deməkdir ki, kəllə sümüyü heç bir ara forma ifadə etmir hal-hazırda yaşayan bir alligatorun kəlləsi ilə eynidir və incəsənət əsəri gövdə üzərindən çəkilən güya sudan quruya çıxan canlını təmsil edən spekulyativ rəsmlərin heç bir elmi mahiyyəti yoxdur. T. Keyllorun sözlərindən də göründüyü kimi, Tiktaaliklə əlaqədar iddialar elmlə deyil, “incəsənət”lə bağlıdır. Öz heykəltəraşlıq və rəssamlıq qabiliyyətlərini Tiktaalik üzərində nümayiş etdirən Keyllorun dediyi kimi, bu işlər insan fantaziyası, yəni “spekulyasiyalar”la əlaqədardır. Təkamülçülər öz xəyal güclərini elmi-fantastik filmlərdə və ya cizgi filmlərində nümayiş etdirə bilərlər, amma bunların heç bir elmi dəyəri olmaz. XX əsrin ən böyük bioloqlarından sayılan Pier Paul Qrassenin də dediyi kimi, “xəyal qurmağı qadağan edən bir qanun yoxdur, lakin elm bu işin içinə qarışdırılmamalıdır” 11.
 
POLŞA AYAQ İZLƏRİ VƏ TİKTAALİK HEKAYƏSİNİN SONU
 
Tiktaalik barədəki iddiaları kökündən həll edən tapıntı isə 2010-cu ildə, Polşada əldə edildi. Bu tapıntı 397 milyon illik, yəni Tiktaalikdən 18 milyon il daha qədim dövrə aid olan ayaq izləri idi 12. Təkamülçülər Tiktaalikin “ayaqlanmağa başlayan” və üzgəclərə sahib bir canlı olduğunu, yəni balıqlardan amfibiyalara keçid forma olduğunu iddia etdikləri halda, Polşa ayaq izləri açıq şəkildə göstərirdi ki, Tiktaalikdən çox öncələr də tetrapodlar (dördayaqlı canlılar) yaşamışdır. Kvinslend Universitetindən prof. Tes Uolker də eyni nüansı gözdən qaçırmamışdı və belə deyirdi: “Dördayaqlı canlılar 18 milyon il daha əvvəl mövcud olublarsa, Tiktaalik iddia edildiyi kimi ara keçid forma ola bilməz” 13. Polşadakı bu tapıntının elm dünyasını necə sarsdığı elm adamlarının şərhlərində özünü çox açıq şəkildə büruzə verir. Kembric Universitetindən paleontoloq Cennifer Klek bu barədə belə deyir: “Biz dördayaqlıların mənşəyilə bağlı işləri bitirdiyimizi düşünürdük. İndi isə hər şeyi yenidən düşünməli olacağıq” 14. BBC-in hesabatlarından birində də bu mövzuya toxunulmuş və belə yazılmışdı: “…lakin Tiktaalik təqribən 375 milyon il öncə yaşamışdı. Baxmayaraq ki, bir qədər daha qədim keçid formalar var, Zaxelmiya mədəninin (Polşadakı ayaq izlərinin tapıldığı ərazi) tetrapodları nizamlı və sadə zaman qrafikasının (nəsil ağacının) üzərindən xətt çəkir” 15.
 
NƏTİCƏ
 
N. Şubin və əməkdaşları Elsmir adasındakı qazıntılardan çox uzun müddət idi ki, heç bir nəticə əldə etmirdilər. Elə bu ümidsizliyin və müvəffəqiyyətsizliyin doğurduğu hisslərlə işinə davam edən araşdırmaçılar Tiktaaliki tapdıqları zaman “evə əliboş dönməmək” üçün onun kəllə sümüyünə bir də balıq bədəni və üzgəcləri yapışdırıb təkamül nəzəriyyəsinin tarixində yeni bir saxtakarlığa imza atdılar. Bu hiyləgərliyə əl atılmasının digər bir səbəbi də darvinistlərin son zamanlarda İda, Ardi və Australopithecus sediba kimi başqa saxtakarlıqlarının üstünün açılması və daha irəli sürüləcək heç bir gözəçarpan ara keçid forma nümunəsinin qalmaması idi. Lakin Tiktaalik üzərində qurulan bütün ssenarilərin qüvvədən qalxdığı və bu canlının, əslində, yaradılışı sübut edən bir yaşayan fosil olduğu artıq elm dünyasına məlumdur. Dr. Conatan Sarfatti Tiktaalik iddialarını bir zamanlar təkamülçülərin selakant balığı üçün bəslədikləri ümidlərə bənzədir 16 və eynilə selakant balığında olduğu kimi təkamülçülərin bütün ümidləri bir daha sulara qərq olmuşdur.
 
Mənbələr:
 
1. tiktaalik.uchicago.edu
 
2. Tiktaalik (Your Inner Fish), music by the Indoorfins, youtube.com, 2008
 
3. http://tekamulaz.blogspot.com/
 
4. http://www.sekulyarizm.org/
 
5. https://www.facebook.com/heyatintekamulu
 
6. “Fossil Suggests Missing Link From Fish to Land”. NPR (National Public Radio). Retrieved 2006-11-27
 
7. “The fish that crawled out of the water”. Nature. Retrieved 2006-04-06
 
8. Sample, I., Tiktaalik fossils reveal how fish evolved into four-legged land animals, theguardian.com, 13 January 2014
 
9. http://tiktaalik.uchicago.edu/3DTik.html
 
10. “Tiktaalik roseae forgery” (“Tiktaalik roseae saxtakarlığı”) by youtube, 2011, http://www.youtube.com/watch?v=l_mpWQqNBIk
 
11. Pierre-P Grassé, Evolution of Living Organisms, New York: Academic Press, 1977, səh. 103
 
12. Niedzwiedzki G., Szrek P., Narkiewicz K., Narkiewicz M, Ahlberg P. (2010). “Tetrapod trackways from the early Middle Devonian period of Poland” (PDF). Nature 463(7227): 43–48
 
13. Walker, T., Tetrapods from Poland trample the Tiktaalik school of evolution, Journal of Creation 24(1):39–42, April 2010
 
14. Palaeontologist Jennifer Clack, University of Cambridge, UK; in: Curry, M., Ancient four-legged beasts leave their mark, ScienceNOW Daily News, sciencenow.sciencemag.org/cgi/content/full/2010/106/2, 6 January 2010
 
15. Fossil tracks record ‘oldest land-walkers’, news.bbc.co.uk, 6 January 2010
 
16. Sarfati, J., Tiktaalik roseae—a fishy ‘missing link’, 15 April 2006
]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190648/saxta-ara-kecid-forma-–http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190648/saxta-ara-kecid-forma-–http://imgaws1.fmanager.net/Image/objects/31-evrimcilerin-sahtekarliklari/17082_darwinistlerin_sahte_spekulasyon_malzemeleri_soyu_tukenmis_dinozorlar.jpgSat, 06 Sep 2014 19:39:31 +0300
Uydurma əcdadımız Euphanerops Son dövrlərdə təkamülçülər nəzəriyyələri üçün yeni iddia axtarışında ikən 1900-cü ildə tapılmış Euphanerops longaevus adlı bir fosili yenidən araşdırmağı qərara aldılar. Bu fosil Kanadadan tapılmışdır və Üst Devon dövrünə, yəni bundan təxminən 370 milyon il öncəsinə aiddir. Fosili incələdiyimiz zaman nəsli kəsilmiş bir ilanbalığı, yəni minoqa növü olduğunu asanlıqla müşahidə edirik. Lakin təkamülçülər ön mühakimələrinə əsaslanaraq bu fosil üzərində yeni bir ssenari qurdular…
 
Cüt Üzgəc Paradoksu.
 
Tapılmış bu fosilin ən maraqlı xüsusiyyətlərindən biri də anal üzgəcinin tək yox, cüt olması idi. Bu, bugünkü heç bir balıq növündə rast gəlinməyən bir xüsusiyyətdir. Digər bir maraqlı fakt isə, cüt anal üzgəclərə nəinki bugünkü canlılarda, tarix boyu yaşamış digər heç bir canlıda da rast gəlinməmiş olmasıdır. Bu da cüt anal üzgəclərin sadəcə Eufaneropsa xas spesifik bir xüsusiyyət olduğunu göstərir. Çikaqo Universitetindən onurğalılar üzrə paleontoloq Maykl Kouts bu barədə belə deyir:
 
“…Həmçinin bu da mümkündür ki, bunlar (cüt anal üzgəclər) sadəcə Eufaneropsun sahib olduğu xüsusiləşmiş üzvlər olsun və çənəli onurğalıların təkamül tarixini heç bir şəkildə əks etdirməsinlər (1)”.
 
Koutsun da dediyi kimi bu üzgəclər canlının xüsusiləşmiş üzvləridir və onurğalıların təkamülünə dair heç bir dəlil ortaya qoymur. Lakin təkamülçülər öz nəzəriyyələrini müdafiə edə bilmək üçün bu üzgəclərin “olduqca primitiv ayaqlar” olduğunu irəli sürdülər. Halbuki əsas ziddiyyət burada ortaya çıxırdı. Bu “ayağa çevrilməyə hazırlaşan” üzgəclər barəsindəki ziddiyyət isə müasir təkamül modeli ilə uzlaşmaması idi. Çünki təkamül nəzəriyyəsi arxa ayaqların anal üzgəclərdən yox, qarın üzgəclərindən təkmilləşdiyini müdafiə edir! (2,3) Belə ki, tetrapod (dördayaqlı) təkamülü bu əsas üzərində qurulmuşdur. Elə Eufanerops haqqında “yeriməyi bu canlıdan öyrəndik” iddiaları da bu nöqtədə çürüdülmüş olur.
 
Cüt Üzgəclər və Təbii Seleksiya Ziddiyyəti.
 
İngiltərənin Mançester və Leysester Universitetlərindən akademik Robert Sansom bu cüt üzgəclər haqqında belə deyir: “…cüt üzgəclər daha yaxşı bir hərəkət qabiliyyətinə və ovçu-ov əlaqəsinə işarə edir” (4). Buradan da başa düşüldüyü kimi, cüt üzgəclər suda daha çevik və sürətli hərəkət etməyə yarayan üzvlərdir və ovçulardan daha fərasətli şəkildə qaça bilməyə kömək edir. Elə burada bir sual doğur: əgər Eufanerops quruya çıxmağa hazırlaşan bir canlıdırsa niyə bunun əksinə suda yaşamağa daha əlverişli bir orqan qazanıb? Təkamül nəzəriyyəsinin təbii seleksiya “mexanizmi”nə əsasən bir canlı suda yaşamağa daha əlverişli xüsusiyyətlər qazanıbsa, təbii seçmə onun quruya çıxmasına “imkan verə bilməz”. Buradan da görünür ki, Eufanerops quruya çıxmaq bir tərəfə qalsın, suda yaşamağa daha da uyğun şəkildə yaradılmış bir canlıdır.
 
Cüt üzgəclər, Dişlər və Çənələrin “Birgə İnkişafı” İddiası.
 
Təkamülçü mənbələrdə Eufaneropsun cüt üzgəclərinin inkişaf etməsinin balıqlarda alt çənə və diş inkişafı dövrünə rast gəldiyi iddia edilir. Belə ki, balıqlar ovlanma və ovçulardan qaçma ehtiyaclarını bunları “inkişaf etdirərək ödəmişdilər”. Bəs görəsən fosil tapıntıları bu “birgə inkişaf” iddiasını dəstəkləyirmi? Paleontologiya elminin kəşflərinə əsasən, çənəsinə rast gəlinən ilk canlılardan biri Guiyu adlı sümüklü balıqdır. Lakin bu balıq birgə inkişaf iddiasını çürüdəcək şəkildə Eufaneropsdan nə az, nə çox, tam 40 milyon il öncə yaşamışdır. Dişlərə isə Devon dövrü bir tərəfə qalsın, hələ Kembri dövrü canlılarında rast gəlinirdi. 420 milyon illik Andreolepis adlı balıq da dişlərə sahib olması cəhətdən diqqətəlayiqdir. Bütün bunlar da “birgə inkişaf” iddiasının heç bir elmi əsasının olmadığını göstərir.
 
“Yeriyən Balıq” Paradoksu.
 
“Yeriyən balıq” iddiası təkamül nəzəriyyəsinin ən məşhur iddialarından biridir. Belə ki, təkamül nəzəriyyəsinə əsasən, balıqlar sudan quruya çıxaraq amfibilərə, reptililərə və nəticədə də quşlar və məməlilərə təkamül verdilər. İnsanlara bunun sadəcə bir hipotez olmadığını inandırmaq üçün isə təkamülçülər daima “yeriyən balıq” fosilləri axtarışında olublar. Bu səbəbdən də, illərlə Latimeriya və Tiktaalik kimi saxtakarlıqlara əl atıblar. Bəs “yeriyən balıq” tapmaq üçün fosillərə baxmağa ehtiyac varmı? Cavab: Xeyr. Çünki yeriyən balıqlar hal-hazırda dənizlərdə və okeanlarda yaşayırlar! Qurbağa-balıq və yarasa balığı dəniz dibində, lil sıçrağanları adlı balıqlar isə hətta quruda yerimə qabiliyyətinə malikdirlər. Tək məsələ burasıdır ki, bu balıqların heç biri “amfibi olmağa namizəd” deyillər. Lil sıçrağanları xanıyabənzərlər (perciformes) dəstəsinə aid tam balıqlardır. Yarasa balıqları isə dənizin 30 metr və daha dərinində yaşayıb “quruya çıxmağa həvəssiz” canlılardır. Qurbağa-balıqları bu cəhətdən daha diqqətəlayiqdirlər. Çünki Eosen dövründən (təxm. 40 mln. il əvvəl) bu günə qədər heç bir dəyişikliyə uğramayıblar. Təkamül nəzəriyyəsinə əsasən isə, bu balıqların “yeriyən üzgəclər”i 40 milyon il ərzində “yeriyən ayaqlar”a çevrilmiş olmalıydılar. Eufanerops isə “yeriyən balıq” olma cəhətdən ən ümidsiz fosillərdən biridir. Çünki ilk öncə bu canlının iddia edilən anal üzgəcləri, az öncə də bəhs etdiyimiz kimi, təkamül modeli ilə uzlaşmır. Bundan əlavə, birazdan bəhs edəcəyimiz mövzuda- nəsil ağacı mövzusunda da olduqca çarəsiz qalır.
 
Eufanerops və Digər “Çənəsizlər”.
 
Fosil qeydlərindən də məlum olduğu kimi, Eufanerops çənəsiz balıqdır. Bu gün də çənəsiz balıqların nümayəndələri: minoqalar (ilanbalıqları) və miksinlər yaşayırlar. Eufanerops adlı canlı sözügedən minoqalarla olduqca çox bənzərlik təşkil edir. Bu canlı minoqalarla təxminən eyni ölçülərə (10 sm uzunluqdadır) malikdir. Elə bunu nəzərə alaraq, elm adamları Eufaneropsu ilanbalıqları (petromyzontiformes) dəstəsinə daxil etmişlər. İlan balıqları yaşayan fosillərdir, belə ki, Erkən Daş Kömür dövründən bəri 300 milyon ildir ki, heç bir dəyişikliyə uğramamışlar. Eufanerops da, sadəcə olaraq, ilanbalıqlarının nəsli kəsilmiş bir növüdür.
 
Ağciyərli Balıq Hiyləsi.
 
Ağciyərli balıqlar (Dipnoi) iki cür – həm qəlsəmə, həm də ağciyər yoluyla tənəffüs etməyi bacaran canlılardır. Təkamülçülər Eufaneropsun “necə ayaqlandığını” araşdırmaq üçün həmin bu canlıya – ağciyərli balığa müraciət etdilər. İddia bu cürdür ki, ağciyərli balıqlar nazik üzgəcləri ilə sıçramağa və yeriməyə bənzər hərəkətlər etməyi bacarırlar. Beləliklə, bunlar kimi canlılar zaman keçdikcə quruda yeriməyə uyğunlaşmış və ayaqlarla qollar inkişaf etdirmişlər. Bəs görəsən təkamülçülər ağciyərli balıqla müqayisədə “mahir yerimə və sıçrama ustaları” olan qurbağa-balığı, yarasa balığını və lil sıçrayanını qoyub niyə məhz ağciyərli balıqları araşdırmağı üstün tutdular? Cavab çox sadədir: çünki təkamül nəzəriyyəsinə əsasən dördayaqlı canlılar “ağciyərli balıqların qohumlarından” törəyiblər. Buradakı hiylə çox açıqdır. Təkamülçülər öz nəzəriyyələrini dəstəkləyə bilmək üçün təcrübələrini istədikləri tərəfə yönləndirirlər. Çünki əgər ağciyərli balığın əvəzinə yarasa balığını və ya lil sıçrayanını araşdırsaydılar bu balıqlarla quru canlıları arasında “əcdad əlaqəsi” qurmağı heç vaxt bacarmayacaqdılar.
 
Bəs ağciyərli balıqlar və ya onların dırnaqarası qohumları həqiqətən əcdad ola bilərdilərmi? Paleontologiya elmi bu suala “xeyr” cavabını verir. Çünki ətüzgəcli balıqlara daxil olan 418 milyon ildir heç bir dəyişikliyə uğramamış selakant balığı, 400 milyon ildir dəyişilməmiş ağciyərli balıqlar üzərlərindən 100 milyonlarla il belə keçsə də üzgəclərinin “ayaqlar”a çevrilməyəcəyini sübut ediblər.
 
Eufanerops və Nəsil Ağacının “Vaxtından Əvvəl İnkişaf Etmiş Budaqları”.
 
Nəsil ağacına əsasən, onurğalıların təkamülü bu sırayla baş vermişdir: …> Çənəsiz balıqlar> Çənəli balıqlar> “Ayaqlanan balıqlar”> Amfibilər> Sürünənlər və s. Bu sıraya diqqət yetirsək Eufanerops haqqındakı açıq ziddiyyəti müşahidə edə bilərik. Eufanerops çənəsiz balıqdır, yəni hələ ki “çənəli balığa çevrilməyə hazırlaşır”. Təkamülçü iddia isə bu minoqa bənzəri canlının çənəli balığa çevrilmədən birbaşa “ayaqlar” inkişaf etdirdiyini müdafiə edir. Çənəsizlər qrupuna adi bir balığın ayaq inkişaf etdirməsi, təkamülçü məntiqə əsasən, balıqların amfibilərə çevrilmədən birbaşa qanad inkişaf etdirməsi kimi fantastik bir iddiadır.
 
Eufanerops və Həmyaşıd Ayaqlılar.
 
Təkamülçülər Eufaneropsun “ayaq çıxarmağa hazırlaşdığını” iddia edərkən çox mühüm bir gerçəyi gözardı edirlər. Eufaneropsla eyni dövrdə onsuz da mükəmməl ayaqlara sahib canlılar yaşayırdılar! Nəsli kəsilmiş amfibi olan Akantosteqa bundan 370 milyon il öncə yer üzündə gəzirdi və “Eufaneropsun təkmilləşməsini gözləmirdi”. Digər bir nəsli kəsilmiş suda-quruda yaşayan isə yenə Eufaneropsun həmyaşıdı olan 370 milyon illik İxtiosteqa idi. Bunlardan əlavə, Son Devon dövrünə aid 360 milyon illik Hinerpeton və Tulerpeton adlı amfibilər də Devon dövrünün “ayaqsız” keçmədiyini sübut edirdilər.
 
Ümumiyyətlə bu iddianı ətraflı şəkildə araşdırdıqda tamailə əsassız olduğunu müşahidə etdik. Lakin  Euphanerops iddiası ilə bağlı bütün Təkamülçü KİV-lərdə vurğulanan ortaq bir müddəa da bu balığın “cüt üzv” lərinin balığın sudan quruya çıxarkən inkişaf edə biləcəyi iddiası idi. İndi isə gəlin bu iddianı da əsassız edən nüansları vurğulayaq.
 
Balıqların quruda yaşayan canlıların əcdadı olması iddiasının fosil tapıntıları qədər anatomik və fizioloji təhlillər tərəfindən də əsassız olduğu sübut edilmişdir. Dəniz canlıları ilə quru canlıları arasındakı böyük anatomik və fizioloji fərqləri təhlil etdikdə bu fərqlərin təsadüflərə əsaslanan mərhələli təkamül prosesi tərəfindən aradan qaldırılmasının mümkün olmadığını görərik. Sözügedən fərqlərin ən çox nəzərəçarpanlarını belə sadalamaq olar:
 
1. Ağırlığın daşınması: Dənizlərdə yaşayan canlılar öz ağırlıqlarını daşımaq kimi problemlə qarşılaşmırlar. Bədən quruluşları da bu cür funksiyaya uyğun deyil. Lakin quruda yaşayanların böyük əksəriyyəti enerjilərinin 40%-ni bədənlərini daşımaq üçün istifadə edirlər. Quru həyatına keçdiyi iddia edilən bir  su canlısının bu enerji ehtiyacını təmin etmək üçün yeni əzələ və skelet quruluşuna ehtiyac hiss etməsi labüddür, lakin bu kompleks formaların təsadüfi mutasiyalarla əmələ gəlməsi qeyri-mümkündür.
 
Təkamülçülərin selakant və buna bənzər balıqları “quruda yaşayan canlıların əcdadı” kimi təsəvvür etmələrinin əsl səbəbi isə bu balıqların üzgəclərinin sümüklü olmasıdır. Bu sümüklərin zaman ərzində ağırlıq daşıyan ayaqlara çevrildiyini güman edirlər. Ancaq bu balıqların sümükləri ilə quru canlılarının ayaqları arasında çox mühüm fərq var: balıqlardakı sümüklər canlının onurğasına bağlı deyil. Onurğaya bağlı olmadığı üçün də ağırlıq daşıma kimi funksiya yerinə yetirə bilməzlər. Quruda yaşayan canlılarda isə sümüklər birbaşa onurğaya birləşmişdir. Ona görə bu üzgəclərin yavaş-yavaş ayaqlara çevrilməsi iddiası da əsassızdır.
 
2. Temperaturun qorunması: Quruda temperatur çox tez və böyük fərqlərlə dəyişir. Bir quru canlısının orqanizmindəki maddələr mübadiləsi bu yüksək temperatur fərqlərinə uyğunlaşır. Lakin dənizlərdə temperatur çox yavaş dəyişir və bu dəyişiklik qurudakı qədər böyük fərq əmələ gətirmir. Dənizlərdəki sabit temperatura uyğun orqanizmə malik olan bir canlı quruda yaşaya bilmək üçün qurudakı temperatur dəyişikliyinə uyğunlaşacaq tərzdə qorunma sistemi qazanmalıdır. Şübhəsiz, balıqların quruya çıxar-çıxmaz təsadüfi mutasiyalar nəticəsində bu cür sistemə malik olduqlarını irəli sürmək cəfəngiyyatdır.
 
3. Sudan istifadə: Canlılar üçün həyati əhəmiyyəti olan su quruda az tapılır. Bu səbəbdən, suyun, hətta nəmin ölçülü istifadə edilməsi vacibdir. Məsələn, dəri su itirməyin və ya buxarlanmanın qarşısını alacaq formada olmalıdır. Canlı susama hissinə malik olmalıdır. Lakin əslində suda yaşayan canlıların susama hissi yoxdur və dəriləri də susuz mühitə uyğun deyil.
 
4. Böyrəklər: Su canlıları başda ammonyak olmaq üzrə orqanizmlərində toplanan artıq maddələri olduqları mühitdə su bol olduqda dərhal süzərək atırlar. Şirin su hövzələrində yaşayan balıqda tərkibində azot olan artıq maddələrin çoxu (yüksək miqdarda ammonyak (NH3)) qəlsəmələrdən yayılma yolu ilə xaric olur. Böyrəklər ifrazat sisteminin bir hissəsi olmaqdan çox heyvanın su tarazlığını qorumağa yarayır. Dəniz balıqlarının iki növü var. Köpək balıqları, skat və pişik balıqları qanlarında çox yüksək səviyyədə sidik saxlaya bilirlər. Köpək balıqlarının qanı digər onurğalılardakı 0.01-0.03% olan nisbətə qarşılıq 2.5% sidik saxlayır. Başqa növ, məsələn, sümüklü balıqlar daha fərqlidir. Daim su itirirlər, ancaq dəniz suyunu içdikdən sonra duzdan təmizləyərək itirdikləri suyu bərpa edirlər. Orqanizmlərindəki ifrazat maddələrini xaric etmək üçün quruda yaşayan onurğalılarda olandan fərqli sistemlərə malikdirlər. Bu səbəbdən sudan quruya keçidin baş verməsi üçün böyrəyi olmayan canlılar dərhal bir anda böyrək sisteminə malik olmalıdırlar.
 
5. Tənəffüs sistemi: Balıqlar suda həll olmuş oksigeni qəlsəmələriylə qəbul edirlər. Sudan kənarda isə bir neçə dəqiqədən artıq yaşaya bilmirlər. Quruda yaşamaq üçün bir anda qüsursuz ağciyər sisteminə malik olmalıdırlar.Bütün bu fizioloji dəyişikliklərin eyni canlıda təsadüflər nəticəsində və eyni anda meydana gəlməsi isə, əlbəttə, qeyri-mümkündür. Dolayısı ilə nə Eufanerops nə də başqa bir balığın sudan quruya çıxması mümkün deyil. 
 
Nəticə.
 
Bu araşdırmamızın nəticəsindən görürük ki, Eufanerops nəinki təkamül nəzəriyyəsini dəstəkləyən, hətta təkamül nəzəriyyəsinin bəsit bir modeli ilə belə ziddiyyət təşkil edən bir fosildir. Sadəcə olaraq, təkamülçülər bu fosili birtərəfli şərh etmiş, media və KİV vasitəsilə saxta propaqanda alətinə çevirmişlər. Eufanerops nəsli kəsilmiş bir ilanbalığıdır və media propandalarında iddia edilənlərin əksinə “yeriməyi öyrətmək üçün yaxşı bir müəllim deyil”.
 
Mənbə 1:    http://www.livescience.com/28590-bizarre-fish-sported-anal-fins.html
 
Mənbə 2:    Fossil tracks record ‘oldest land-walkers’ BBC News, 6 January 2010.
 
Mənbə 3:    Hall, Brian K (2007) Fins into Limbs: Evolution, Development, and Transformation University of Chicago Press. ISBN 9780226313375.
 
Mənbə 4:    http://www.ntvmsnbc.com/id/25434861/
]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190647/uydurma-əcdadimiz-euphaneropshttp://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190647/uydurma-əcdadimiz-euphaneropsSat, 06 Sep 2014 19:35:32 +0300
Saxta ara keçid forması “Proteroctopus ribeti” Bir sıra təkamülçü və təkamülçülərin təsiri altında olan  qaynaqlarda “Proteroctopus ribeti” adlı fosil nümunəsi ara keçid  forması olaraq təqdim olunur. Lakin heç bir qaynaqda  hansı canlılar arasında keçid təşkil etdiyi və nə üçün ara keçid forma adlandırıldıqları vurğulanmır. Sadəcə bəzi təkamülçü qaynaqlarda  bu fosildəki Osminoqun daha ibtidai formaya sahib olduğu  iddia edilir. 
 
İndi isə  gəlin  bu  “Proteroctopus ribeti” – ilə tanış olaq. “Proteroctopus ribeti”   164 milyon il əvvələ aid bir fosildir. Orta Yura dövrünə aiddir. 1982-ci ildə, Fransanın Vult-sür-Ron bölgəsində yerli paleontologiya muzeyinin direktoru Bernard Riu tərəfindən tapılmışdır. Fosil anatomiyasının anlaşılmasına dair ətraflı araşdırmalara icazə verəcək şəkildə üçölçülü qorunub saxlanmışdı. “Proteroctopus ribeti” haqqında “Fosil Osminoqlar” adlı məqalənin sahibi  Fil Eyden fosil haqqında bunları yazır: “Proteroctopus-un bu cür heyrətverici şəkildə qorunub saxlanması Vult-sür-Rondakı unikal şərait sayəsində idi. Orta Yura dövrü ərzində, Fransa bütövlükdə (Britanny bölgəsi istisna olmaqla) dayaz tropik dənizlə örtülmüşdü və Vult dəniz yatağındakı bir hövzədə yerləşirdi. Sualtı bir cərəyan ətraf bölgələrdəki heyvanları bu oksigeni az olan hövzənin içinə çəkirdi. Belə inanılır ki, bu heyvanlar sonradan tez bir şəkildə gömülüblər, bununla da, sürətli bakteriya çürüməsinin qarşısı alınmış olub. Qəribə bir şəkildə, mineralizasiya (toxumaların minerallarla əvəz olunması) apatit, kalsit, pirit və qalena qarışığından təşkil olundu, minerallar yumşaq toxumaları mərhələ-mərhələ əvəz etdi. Hər mineral ayrı bir fosili əvəz etdi və Vultdakı şəraitdə bu proses molekulyar səviyyə baş verdi. Belə ki, bu yataq inanılmaz şəkildə qorunub saxlanmış balıqlar, qurdlar, dəniz ulduzları, dəniz kirpiləri, xərçənglər və digərlərini üzə çıxarır.” Eyden Proteroctopus-un Osmiqolarla tamamilə oxşar olduğunu vurğulayır: “Bu fosil əsil osminoqlarla tamamilə oxşar və çox yaxından qohumdur. Proteroctopus Yura dövründə yaşamışdı, hansı ki, bu, Dinozavrların Dövrü idi.”
 
“Proteroctopus ribeti” üzərində aparılan araşdırmaların ümumi nəticəsi isə budur. Proteroctopus-un sormac izləri daşıyan 8 qolu var. Kisəşəkilli bədəninin güclü əzələlərə sahib olduğu və başın bədəndən seçilmədiyi görünür. Sifon (molyusklardakı giriş-çıxış sifonu) da həmçinin müəyyənləşdirilib. Bundan əlavə, mantiyanın arxa tərəfindəki güclü ülgücşəkilli üzgəclər bu canlının yaxşı üzücü olduğuna işarə edir. Bir çox yumşaq bədənli ikiqəlsəməlilərin fosili kimi Proteroctopus-un da dəqiq pozisiyası müəyyən deyil. Və əgər diqqət etsək bu nəticə  hal-hazırda yaşayan osminoqların anatomik xüsusiyyətləridir. “Proteroctopus ribeti” fosilindəki Osminoqun da  səkkizqollu olması, kisəşəkilli bədən quruluşu, güclü əzələlərə sahib olması, sifonunun olması  əslində bu fosildəki canlının bir ara keçid forması olmadığını və hal – hazırda yaşayan Osminoqlarla eyni  anatomik quruluşa malik olduğunu göstərir.  Dolayısı ilə də təkamülçülərin  bu fosili  ara keçid kimi təqdim etmək cəhdlərinin heç bir faydası yoxdur. Çünki ideoloji yanaşma və qərəzli münasibət xaricində “Proteroctopus ribeti”- in ara keçid forması olduğunu isbat edəcək heç bir elmi dəlil mövcud deyil.  Çünki bir canlının ara-keçid forması olması üçün  özündən əvvəlki canlı ilə təkamül edəcəyi canlının hər ikisinin xüsusiyyətini daşıyan, asimmetrik, pataloji quruluşa malik olmaldır. Lakin  “Proteroctopus ribeti”  fosilindən də göründüyü kimi bu canlı  pataloji və asimetrik deyil, yəni tamamilə funksional orqanlara sahib bir canlıdır. Və bütün bu elmi faktlar  “Proteroctopus ribeti” –nin ara keçid forması olmadığını və  bu fosildəki Osmiqun hal- hazırda yaşayan Osminoqlarla eyni  olduğunu göstərir.
 
(https://www.facebook.com/media/set/?set=a.518224224892636.1073741854.100001151883993&type=1)
]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190645/saxta-ara-kecid-formasi-“proteroctopushttp://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190645/saxta-ara-kecid-formasi-“proteroctopushttp://imgaws1.fmanager.net/Image/objects/31-evrimcilerin-sahtekarliklari/11379_bilim_dunyasinin_en_buyuk_sahtekarligi_evrim_teorisi.jpgSat, 06 Sep 2014 19:32:20 +0300
Saxta ara keçid forma – Palaeoctopus newboldi Palaeoctopus newboldi (sadəcə Palaeoctopus kimi də bilinir) ən birinci tapılmış fosil osminoqdur və az miqdarda fosil nümunəsi ilə tanınır. İlk əvvəl 1896-cı ildə H. Vudvard tərəfindən təsvir edilmiş və Calais newboldi adı altında nəşrə verilmişdi. Pohlsepia vəProteroctopusdan fərqli olaraq bu canlının fosilləri unikal deyillər, lakin yenə də son dərəcədə nadirdirlər. Vudvardın nümunəsindən başqa Palaeoctopusun Livanın Hacula dağı bölgəsindən tapılmış və Üst Təbaşir dövrünə aid təqribən 89-71 milyon illik bir nümunəsi də mövcuddur. İndi isə gəlin sözügedən fosili incələyək:
 
Təxminən 85 milyon il yaşında olan Palaeoctopus newboldi nazik bir təbəqə şəklində qorunmuşdur. Qısa, enli bədənə sahib, səkkiz ayağı olan və başı tam görünməyən bir osminoqdur. Pohlsepia və Proteroctopusa oxşar olaraq başının hər iki tərəfində bir cüt üçbucaqşəkilli üzgəcə sahibdir, amma bunlar Proteroctopusunkulardan daha kiçikdir. Qolları birləşdirən pərdənin tutqun izi görünür və qollarda sormacların olduğu müəyyənləşdirilib. Fosilləşmiş qladiusu (daxili qığırdaq skeleti) əhəngdaşı daxilində qorunub saxlanmışdır. Bugünkü müasir sirrinlərlə oxşarlığı nəzərə alınaraq təsnifatda Sirrinlər (Cirroctopoda)dəstəsinə daxil edilmişdir.
 
Göründüyü kimi, Palaeoctopus bu gün okeanda üzən hər hansı osminoqla eyni strukturda bir canlıdır. Məhz buna görə də müasir Sirrin osminoqları ilə eyni dəstəyə aid edilmişdir. Tapılmış digər başıayaqlı fosilləri kimi bu fosil də modern, tam simmetrik bədən quruluşuna – səkkiz ayaq və iki üçbucaqşəkilli üzgəcə malikdir, sormaclı qolları və qolları birləşdirən pərdəsi ilə müasir osminoqların eynisidir. Göründüyü kimi, bu canlı heç bir “ara keçid forma” xüsusiyyəti daşımır və sadəcə təkamülçü ön mühakimələr əsasında xəyali “nəsil ağacı”ndakı saysız boşluqlardan birinə sıxışdırılmışdır.
 
Bu ön mühakimələrdən biri – Palaeoctopusun sirrin osminoqlarının təkamülündəki ilkin halqa olması fərziyyəsi idi. Lakin bu fərziyyə də digər bütün təkamülçü ssenarilər kimi yeni fosillərin tapılması ilə əhəmiyyətini itirdi. Təkamülçü arxeoloq Fil Eyden belə yazır: “2009-cu ildə Livandan tapılmış 3 nümunə (Styletoctopus annae, Keuppia hyperbolaris və Keuppia levanter) elm aləminə məlum olana qədər belə inanılırdı ki, Palaeoctopus sirrinlərə təkamül vermiş kök-qrup canlıdır (nəsil ağacındakı ilk budaqdır). Lakin mühitə uyğunlaşmış qladius (daxili qığırdaq skelet) və modern görünüşləri olan bu üç canlının bir az daha erkən dövrə aid olduğunun məlum olması bunun doğru olmadığını ortaya qoydu”. (1)
 
Bu üç yeni fosil tapıntısı digər bir təkamülçü ön mühakiməni də çürüdürdü. Təkamülçülər Palaeoctopusu “primitiv osminoq” adlandıraraq öz nəzəriyyələrinə dəstək verməyə çalışırdılar. Amma bu osminoqların Palaeoctopusdan daha qədim olmalarına baxmayaraq tam funksional qladiuslara malik və “modern görünüşlü” olmaları bu iddianın da yalnış olduğunu sübut etdi.
 
Palaeoctopus pelagicus saxtakarlığı
 
2008-ci ildə təkamülçü paleontoloq Fuks şimal-şərqi Meksikanın Vallesillo bölgəsindən bir fosil tapdı. 93 milyon il yaşında olan bu fosil Palaeoctopus cinsinin ikinci yeni növü kimi şərh edildi. Bu fosil üzərində dərhal təkamülçü ssenarilər qurulmağa başlandı və bu canlının “rudiment qladius”a malik olduğu iddia edildi. Bir təkamülçü mənbədə belə yazılır: “Bu holotipdə (fosil nümunəsində) – məlum olan yeganə nümunədə mənşəcə ikihissəli olmuş qladius rudimentinin yarısı qorunub saxlanmışdır… Qladius rudimenti Livandan tapılmışPaleoctopus newboldininkindən fərqlənir. Bu yeni material modern osminoqlardakı cüt stiletlərin (bərk, nazik orqan) Palaeoctopus kimi bir keçid mərhələsi ilə Teudopsislərinki kimi bir qladiusdan tədrici reduksiya nəticəsində təkamül keçirdiyinə dair öncəki iddiaları dəstəkləyir”. (2) Amma əslində osminoq rudimenti olduğu fərz edilən bu fosil parçasının bir selakant balığına aid olduğu sonradan məlum olacaqdı! 2010-cu ildə dərc edilmiş bir təkamülçü mənbədə bu həqiqət belə etiraf edilir: “2008-ci ildə şimal-şərqi Meksika, Vallesillodan tapılmış və Fuks tərəfindən Palaeoctopus pelagicus adlandırılmış mürəkkəbbalığının rudiment olduğu fərz edilən qladiusunun bir selakant balığının boğaz hissəsinə aid pulcuq olduğu göstərildi. Bu, çox güman ki, Megacoelacanthus cinsindən bir selakant balığıdır”. (3) Fil Eyden də öz “Fosil Osminoqlar” başlıqlı məqaləsində bunu heyrətlə dilə gətirirdi.
 
Göründüyü kimi təkamülçülər adi bir selakant balığına aid fosil parçasını “osminoqların rudimenti” kimi şərh edə biləcək dərəcədə öz nəzəriyyələrinə bağlanıblar. Buna görə də, elm aləmi qəbul etməlidir ki, fanatik darvinizm modern elmi ciddi şəkildə təhdid və təhrif edir və tapılan hər fosil kor-koranə şəkildə “təkamül boşluqları”na sıxışdırılır.
 
İncələdiyimiz bu nümunələr “ara keçid namizədi” kimi təqdim edilən Palaeoctopusun əslində tarixdə yaşamış adi bir osminoq olduğunu və bugünkü osminoqlardan daha “primitiv” deyə biləcəyimiz bir xüsusiyyətinin olmadığını ortaya qoydu. Beləliklə, təkamülçü mənbələrdə verilən “osminoq təkamülü seriyası”nın da heç bir əsasının olmadığı məlum olur.
 
Mənbə 1: http://www.tonmo.com/science/fossils/fossiloctopuses.php
 
Mənbə 2: http://journals.ohiolink.edu/ejc/search.cgi?q=authorExact:%22FUCHS%2C%20DIRK%22
 
Mənbə 3: http://onlinelibrary.wiley.com/doi/10.1111/j.1475-4983.2010.00943.x/abstract
]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190644/saxta-ara-kecid-forma-–http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190644/saxta-ara-kecid-forma-–Sat, 06 Sep 2014 19:29:11 +0300
Ambulocetus natans: pəncələrinə pərdə keçirilən saxta balina Xəyali balina təkamülü sxemində pakicetusdan sonra gələn ikinci fosil ambulocetus natansdır. İlk dəfə 1994-cü ildə “Elm” (Science) jurnalında dərc olunan bir məqalə ilə xəbər verilən bu fosil də təkamülçülərin zorla “balinalaşdırılmaq” istədikləri quruda yaşayan canlıdır. Ambulocetus natans termini latınca ambulate (yerimək), cetus (balina) və natans (üzmək) sözlərinin birləşməsindən əmələ gəlmişdir və “yeriyən və üzən balina” mənasını verir. Canlının yeridiyi aşkardır, çünki bütün digər quru məməliləri kimi, onun da dörd ayağı, hətta bu ayaqlara bağlı geniş pəncələri və arxa pəncələrinin ucunda dırnaqları vardır. Ancaq canlının bir tərəfdən də suda üzdüyü, daha doğrusu həm quruda, həm də suda (amfibiya şəklində) yaşadığı iddiasının təkamülçülərin ön mühakimələrindən başqa heç bir əsası yoxdur. Bu mövzuda elmlə təxəyyül gücü arasındakı sərhədi görmək üçün təkamül nəzəriyyəsinin ən qabaqcıl müdafiəçilərindən biri olan və 2001-ci il, noyabr sayını “Balinaların təkamülü” təbliğatına həsr edən “National geographic”in ambulocetus uydurmasına bir nəzər salaq. Jurnalda dərc edilən ambulocetus rəsmi belədir:
 
Rəsmə diqqətlə baxsanız, quruda yaşayan canlı olan ambulocetusu “balinalaşdırmaq” üçün qurulmuş kiçik hiyləni asanlıqla görə bilərsiniz:
 
• Heyvanın arxa ayaqları yeriməyə yarayan ayaqlar olaraq deyil, üzməyə yarayan üzgəclər kimi təsvir edilmişdir. Əslində isə canlının ayaq sümüklərini tədqiq edən Karol bu canlının“quruda yaxşı yerimə bacarığına malik olduğunu” bildirir.
 
• Heyvanın ön ayaqlarına “fırça” görüntüsü vermək üçün üzməyə yarayan üzgəclər kimi təsvir edilmişdir. Əslində isə əldə olan ambulocetus fosillərindən belə bir nəticəyə gəlmək mümkün deyil. Fosil qeydlərində bu cür yumşaq toxumalar heç vaxt görünmürlər. Ona görə canlının skeletindn başqa xüsusiyyətləri üzərində aparılan bərpa işləri şübhəlidir. Bu da təkamülçülərin əlinə geniş təbliğat materialı verir.
 
Ambulocetusun yuxarıdakı göstərilən rəsmindəki kimi təkamülçülər tərəfindən edilən düzəlişlərlə istənilən canlını başqa canlıya bənzətmək mümkündür. İstəsəniz, meymun skeletini də ayaqlarını arxaya doğru çəkib “üzgəc” kimi göstərmək və barmaqları arasında pərdələr çəkməklə “balinaların əcdadı olan primat” kimi təqdim edə bilərsiniz.
 
Ambulocetus fosili üzərində edilən bu rəsm hiylələrinin əsassızlığı elə “National geographic”in eyni sayında dərc edilən aşağıdakı rəsmdən də məlum olur:
 
“National geographic” canlının skeletinin rəsmini yayımlayarkən istər-istəməz bərpa edilmiş rəsmdəki “balinalaşdırıcı” düzəlişlərdən əl çəkmək məcburiyyətində qalmışdır. Canlının ayaq sümükləri, skeletin açıq şəkildə göstərdiyi kimi, onun quruda daşıya biləcək quruluşdadır. Ayaqlarında isə xəyali “pərdələrdən” əsər-əlamət yoxdur. Yeriyən balina nağılının əsassızlığı
 
Əslində nə pakicetusun, nə də ambulocetusun balinalarla qohumluq əlaqələri olduğuna dair heç bir dəlil yoxdur. Bunlar sadəcə nəzəriyyələrinə əsasən, dəniz məməliləri üçün quruda yaşayan bir əcdad tapmaq məcburiyyətində olan təkamülçülərin bəzi məhdud bənzərliklərə əsaslanaraq müəyyən etdikləri “əcdad namizədləridir”. Bu canlıların özləriylə çox yaxın geoloji dövrdə fosil qeydlərində üzə çıxan dəniz məməliləri ilə əlaqələrinin olduğunu göstərən heç bir dəlil yoxdur.
 
Təkamül sxemində pakicetus və ambulocetusun ardınca sözügedən dəniz məməlilərinə keçilir və procetus, rodhocetus kimi archaeocetea (nəsli kəsilmiş balina) növləri düzülür. Sözügedən canlılar həqiqətən də suda yaşayan nəsli kəsilmiş məməlilərdir (bir az sonra bu mövzuya da toxunacağıq). Ancaq pakicetus və ambulocetus ilə bu dəniz məməliləri arasında çox böyük anatomik fərqlər var. Canlıların fosilləri təhlil edildikdə onları bir-biriləri ilə əlaqələndirən “ara keçid formalar” olmadığı açıq şəkildə görünür:
 
• Quruda yaşayan dördayaqlı məməli olan ambulocetusda onurğa çanaq (pelvis) sümüyündə bitir və bu sümüyə bağlanan güclü ayaq sümükləri uzanır. Bu tipik quru məməlisinin anatomiyasıdır. Balinalarda isə onurğa quyruğa qədər davam edir və onlarda çanaq sümüyü yoxdur. Belə ki, ambulocetusdan 10 milyon il sonra yaşadığı hesab edilən basilosaurus eynilə bu anatomiyaya malikdir. Yəni tipik balinadır. Tipik quru canlısı olan ambulocetus ilə tipik balina olan basilosaurus arasında isə heç bir “ara keçid forma” yoxdur.
 
• Basilosaurusun və kaşalot onurğalarının alt hissəsində onurğadan ayrı kiçik sümüklər yerləşir. Təkamülçülər bunların “rudiment ayaqlar” olduğunu iddia edirlər. Lakin sözügedən sümüklər basilosaurusda “cütləşmə vəziyyətini almağa kömək edir”, kaşalotda isə “çoxalma orqanlarına dəstək olur”. Onsuz da çox mühüm funksiyanı yerinə yetirən skelet hissələrini başqa bir funksiyanın“rudiment orqanı” kimi tərif etmək təkamülçü ön mühakimədən başqa bir şey deyil.
 
Nəticədə dəniz məməlilərinin quru məməliləri ilə aralarında “ara keçid forma” olmadan, özünəməxsus quruluşları ilə ortaya çıxdıqları həqiqəti dəyişmir. Ortada heç bir təkamül zənciri yoxdur. Robert Karol bu həqiqəti istəmədən və təkamülçü dillə də olsa, belə qəbul edir: “Birbaşa balinalara uzanan mesonixid zənciri qurmaq mümkün deyil”. Balinaları öyrənən məşhur mütəxəssis olan rus elm adamı Q.A.Mkedlidze də təkamülçü olmasına baxmayaraq, pakicetus, ambulocetus natans və onlara bənzər dördayaqlı “balina əcdadı namizədləri”nin bu şəkildə tərif edilməsi ilə razı deyil və onları tamamilə ayrı bir qrup kimi tərif edir.
]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190643/ambulocetus-natans-pəncələrinə-pərdə-kecirilənhttp://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190643/ambulocetus-natans-pəncələrinə-pərdə-kecirilənSat, 06 Sep 2014 19:25:40 +0300
Yeriyən balina nağılı Tam adı pakicetus inachus olan bu nəsli kəsilmiş məməliyə aid fosillər ilk dəfə 1983-cü ildə gündəmə gəldi. Fosili tapan P.D.Cinceriç və köməkçiləri canlının sadəcə kəllə sümüyünü tapmalarına baxmayaraq, heç çəkinmədən onun “ibtidai balina”olduğunu iddia etdilər.
 
Halbuki fosilin “balina” ilə heç bir əlaqəsi yox idi. Skeleti bildiyimiz canavarlara bənzəyən dördyaqlı formada idi. Fosilin tapıldığı yer paslanmış dəmir filizinin də tapıldığı və ilbiz, tısbağa və ya timsah kimi quruda yaşayan canlıların da fosillərinin olduğu bir ərazi idi, yəni dəniz yatağı deyil, quru hissəsi idi.
 
Bəs dördayaqlı quru canlısı olan bu fosil nə üçün “ibtidai balina” elan edilmişdi? Sadəcə dişlərindəki və qulaq sümüklərindəki bəzi xüsusiyyətlərə görə! Halbuki bu xüsusiyyətlər pakicetus ilə balinalar arasındakı əlaqəyə dəlil ola bilməz. Canlılar arasında anatomik bənzərliklərə əsaslanaraq qurulan bu cür nəzəri əlaqələrin çoxunun olduqca məntiqsiz olduğunu təkamülçülər də qəbul edirlər. Əgər Avstraliyada yaşayan dimdikli bir məməli olan ördəkburunlar və ördəklər nəsli kəsilmiş canlılar olsaydı, təkamülçülər eyni məntiqlə (dimdik bənzərliyinə əsasən) onları da bir-birlərinin qohumu elan edəcəkdilər. Lakin əslində ördəkburun məməlidir, ördək isə quşdur və aralarında təkamül nəzəriyyəsinə əsasən də qohumluq ola bilməz.
 
Təkamülçülərin “yeriyən balina” elan etdiyi pakicetus da fərqli anatomik xüsusiyyətləri özündə ehtiva edən xüsusi cinsdir. Belə ki, onurğalılar paleontologiyası mütəxəssislərindən Karol pakicetusun da daxil edilməli olduğu mesonixid (Mesonychia) ailəsinin “qəribə xüsusiyyətlərdən ibarət kombinasiyaya malik olduğunu” bildirir. Bu cür “mozaik canlıların” təkamül xarakterli ara keçid forma hesab edilmədiyini Quld kimi qabaqcıl təkamülçülər də qəbul edirlər.
 
Yaradılış həqiqətini müdafiə edən yazıçı Eşbi L.Kemp “balina təkamülünün mübaliğəli təbliğatı” (The overselling of whale evolution) adlı məqaləsində pakicetus kimi quruda yaşayan məməlilərin də daxil olduğu mesonixidlər sinfinin archaeoceteaların, yəni nəsli kəsilmiş balinaların əcdadı olması iddiasının əsassızlığını belə açıqlayır:
 
Təkamülçülərin mesonixidlərin archaeocetealara çevrildiyi ilə bağlı əminliklə davranmalarının səbəbi həqiqi nəsil əlaqəsində yer alan bir növü tərif edə bilməmələrinə baxmayaraq, məlum olan mesonixidlər və archaeocetealar arasında bəzi bənzərliklər olmasıdır. Ancaq bu bənzərliklər, xüsusilə də (iki qrup arasındakı) böyük fərqlər işığında bir əcdad əlaqəsi olduğunu iddia etmək üçün kifayət deyil. Bu cür müqayisələrin çox subyektivliyi indiyə qədər bir çox fərqli məməli və hətta sürünən qrupunun balinaların əcdadı kimi irəli sürülməsindən bəllidir.
]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190641/yeriyən-balina-nagilihttp://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190641/yeriyən-balina-nagiliSat, 06 Sep 2014 19:20:47 +0300
Atın təkamülü saxtakarlıqdır 1879-cu ildə dövrün məşhur təkamülçüləri arasında iki şəxs atın xəyali təkamülü ssenarisinə dəlil kimi göstərilməyə çalışan canlılarla bağlı fəaliyyətləri daha da irəli apararaq darvinistlərin uzun illər gündəmdə saxlayacaqları at sırasını əmələ gətirdilər. Amerikalı fosil tədqiqatçısı O.Ç.Marş ilə T.Haksli (Darvinin buldoqu kimi də tanınır) bəzi dırnaqlı fosilləri arxa və ön ayaqlarındakı dırnaq saylarına və diş quruluşlarına görə düzərək sxem qurdular. Daha əvvəl Sir Riçard Ouen tərəfindən 1841-ci ildə hyrocotherium adlandırdığı kiçik məməli fosili təkamülü xatırladacaq şəkildə yenidən adlandırılmış və “şəfəq atı” mənasını verən eohippus adını almışdı. İddialarını sxemləri ilə birlikdə “American Journal of Science” (Amerika elm jurnalı) adlı jurnalda dərc edilən cütlük bir əsr boyu muzey və dərsliklərdə eohippus-dan dövrümüzün atlarına doğru sıralanan təkamülə dəlil kimi göstəriləcək sıranın əsasını qoymuşdular. Bu xəyali sıranın mərhələləri kimi göstərilən mühüm kateqoriyalar eohippus, orohippus, miohippus, hipparion və nəhayət dövrümüzdəki at equus idi.
 
Bu xəyali formalar sonrakı əsr boyu atın təkamülünə ən böyük dəlil kimi göstərildi. Dırnaq sayındakı azalma, ölçüdə isə kiçikdən böyüyə doğru gedən nizamlı artma təkamülçüləri inandırmağa kifayət idi.
 
Qısa müddət ərzində at sırası öz daxilində ziddiyyətlər yaratdı. Aparılan qazıntı işlərində rast gəlinən və saxta at sırasına daxil edilməyə çalışılan yeni fosillər problem yaratdı. Çünki fosillərin yeri, yaşı, dırnaq sayı kimi xüsusiyyətlər bir-birlərinə ziddiyyət təşkil edərək sıranı pozmağa başlayırdı. At sırası bu yeni tapıntılar qarşısında əsassız və mənasız fosil yığınına çevrildi.
 
Zaman ərzində bir çox darvinist atın təkamülü ssenarisinin həqiqi dəlillərə əsaslanmadığını qəbul etmək məcburiyyətində qaldı. 1980-ci ilin noyabr ayında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin müzakirə edildiyi bir iclas keçirildi. İclasda söz alan təkamülçü B.Rensberqer atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir əsası olmadığını və atın mərhələli təkamülü kimi bir prosesin heç baş vermədiyini belə izah etmişdi:
 
Təqribən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki canlılardan dövrümüzdəki daha böyük tək dırnaqlı ata doğru ardıcıl mərhələli dəyişiklik olduğunu irəli sürən məşhur atın təkamülü nümunəsinin əsassız olduğu uzun zamandan bəri məlumdur. Mərhələli dəyişiklik əvəzinə hər növün fosilləri tamamilə fərqli şəkildə ortaya çıxmış, dəyişilmədən qalmış, daha sonra nəsli kəsilmişdir. Ara keçid formalar yoxdur.
 
Atın xəyali təkamülü və sözügedən saxta atın təkamülü sxemindəki digər əsassızlıq da zaman problemidir. Doktor Nikolas Komninellis bu məsələni belə açıqlayır:
 
Atın təkamülü iddiasındakı digər maneə də zaman uyğunsuzluğudur. Təkamül nəzəriyyəsi bir növün o cür həyata daha yaxşı uyğunlaşdığı üçün təkamüllə başqa növə çevrilməsinə meyilli olması anlayışına əsaslanır. Bu əvvəlki növün yox olmasına gətirib çıxarır. Atlarla bağlı hadisədə 3 dırnaqlı növ tək dırnaqlı növ qədər sağlam olmamalı idi. Təkamül növlər arasındakı keçidin baş verməsi üçün milyonlarla il tələb edir ki, əvvəlki növün yox olması üçün çox vaxt vardır.
 
Lakin bu gün bilirik ki, həm tək dırnaqlı, həm də üç dırnaqlı növlər Şimali Amerikada eyni zamanda yaşamışdır. At növlərinin eyni anda mövcud olması təkamül nəzəriyyəsinin açıqlamasına tamamilə ziddir. Bundan əlavə hyracotherium, miohippus və equus arasındakı itmiş halqalar da tapılmamışdır. Təkamülə dəstək olması bir tərəfə qalsın, atın tarixi daha çox xüsusi yaradılışa uyğun gəlir – dövrümüzdəki canlılar eyni anda yaradılmışdır.
 
Atın təkamülü ssenarisinin əsassızlığının açıq şəkildə üzə çıxmasına və bu vəziyyətin darvinistlər tərəfindən də qəbul edilməsinə baxmayaraq, bu xəyali sıra digər darvinist saxtakarlıqlar kimi hələ də bəzi darvinist KİV və dərsliklərdə verilir. Bu sıra sanki həqiqi kimi təqdim edilir, hətta dünyada məşhur olan paleontoloqların və elm adamlarının rəhbərliyi altında olan təbiət tarixi muzeylərində açıq şəkildə nümayiş etdirilir. Dünyanın ən məşhur muzeylərindən biri olan Amerika Təbiət Tarixi Muzeyinin müdiri təkamülçü paleontoloq dr. N.Eldric şəxsən öz muzeyində nümayiş etdirilən at sıraları ilə bağlı təkamülçü iddiaların sadəcə fantaziyadan ibarət olduğunu təqribən 20 il əvvəl qəbul etmişdi. Eldric bu abstrakt sıranın dərsliklərdə verilərək elmi həqiqət kimi göstərilməsini də tənqid etmişdir:
 
Etiraf edirəm ki, dərsliklərə bir çox artıq şey sanki həqiqət imiş kimi daxil oldu. Məsələn, buna ən yaxşı nümunə 50 il əvvəl hazırlanmış və hələ də aşağı mərtəbədə nümayiş etdirilən atın təkamülü sərgisidir. Bu, saysız-hesabsız dərsliklərdə mübahisəsiz qəbul edilmiş həqiqət kimi göstərilmişdir. Mənim fikrimcə indi bu vicdan əzabı verir, çünki bu cür hekayələri ortaya atan insanların onların (fosillərin) bir hissəsinin abstrakt təbiətindən şəxsən özlərinin xəbərdar olduğunu düşünürəm.
 
Darvinist Eldric tamamilə doğru deyir. Təhrif etmək dəccaliyyətin əsasında olduğu üçün bu sistemə sahib çıxanlar da yalana əl atırlar. Yuxarıda sadalanan bütün misallar darvinizm yalanının tamamilə ifşa olmuş, saxtalığı darvinist elm adamları tərəfindən belə məcburən qəbul edilmiş açıq-aşkar nümunələrdir. Bu nümunələr dəccaliyyət sisteminin iç üzünü göstərmək üçün kifayətdir. Lakin, əslində, bunu yadda saxlamaq lazımdır: təkamül nəzəriyyəsi, yəni darvinizm ideologiyası Allah`ı inkar məqsədi güdən yalan üzərində qurulmuşdur. Ona görə, darvinizmin irəli sürdüyü hər iddia, hər dəlil yalandır. İndiyə qədər eşitdiyiniz bütün “təkamülə dəlil tapıldı” ifadələrinin, “canlılar təkamül keçirib” açıqlamalarının, “insanın şimpanze ilə ortaq əcdadları” sözlərinin hamısı yalandır. Darvinistlər bir yalanı müdafiə edirlər. Bunun səbəbi dəccaliyyət sisteminə olan məntiqsiz itaət və bağlılıqları, sırf Allah inancı ilə mübarizə aparmaq üçün batil darvinizm dininə olan kor-koranə sədaqətləridir.
 
Lakin batil bir inancın, böyük yalanın içindədirlər. Hər şeyin sahibi və yaradıcısı olan uca Allah ayələrində belə buyurur:
 

Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar! (Ali-İmran surəsi, 85)

Bilin ki, göylərdə və yerdə kim varsa, hamısı Allah`ındır. Allah`dan başqasına tapınanlar həqiqətdə Allah`a qoşduqları şəriklərə tabe olmazlar. Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey deməzlər. (Yunis surəsi, 66)

]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190640/atin-təkamulu-saxtakarliqdirhttp://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190640/atin-təkamulu-saxtakarliqdirhttp://imgaws1.fmanager.net/Image/objects/31-evrimcilerin-sahtekarliklari/11385_atin_evrimi_masali.jpgSat, 06 Sep 2014 19:19:53 +0300
Hekelin rüşeym rəsmləri saxtakarlıqdır Ernst Hekel 1868-ci ildə yazdığı “Natürliche Schöpfungsgeschichte” (Təbii yaradılış tarixi) adlı kitabında insan, meymun və it rüşeymlərindən istifadə edərək bəzi müqayisələr apardığını irəli sürdü. Çəkdiyi rəsmlər bir-birləri ilə demək olar ki, tamamilə eyni canlı rüşeymlərindən ibarət idi. Hekel bu rəsmlərə əsaslanaraq sözügedən canlıların ortaq mənşədən gəldiklərini müdafiə etdi.
 
Amma, əslində, məsələ başqa cür idi. Hekel bircə rüşeym rəsmi çəkmiş, sonra da ona qəsdən kiçik dəyişikliklər edərək insan, meymun və it rüşeymi adı altında yan-yana qoymuşdu. Yəni açıq-aşkar saxtakarlıq etmişdi.
 
Elə Darvinin “İnsanın əmələ gəlməsi” kitabında mənbə kimi göstərdiyi “elmi fəaliyyət” (!) bu idi. Əslində, Darvin bu kitabı yazmazdan əvvəl Hekelin rəsmlərinin saxtakarlıq olduğunu başa düşənlər olmuşdu. Hətta Hekelin özü belə saxtakarlığının üzə çıxmasının ardınca etdiyi bu böyük elmi yalanı etiraf etmişdi:
 
Bu etdiyim saxtakarlıq etirafından sonra özümü biabır olmuş və qınanmış görməliyəm. Lakin mənim təsəllim budur ki, günahkar vəziyyətdə yan-yana olduğumuz yüzlərlə həmkar, bir çox etibarlı müşahidəçi və məşhur bioloq vardır ki, onların da nəşr etdirdikləri ən yaxşı biologiya kitablarında, tezislərdə və jurnallarda mənim qədər etdikləri saxtakarlıqlar, qeyri-dəqiq məlumatlar, az-çox təhrif edilmiş, dəyişdirilib yenidən çəkilmiş formalar var.
 
Ancaq darvinistlərə əsasən, darvinizm ehkamının yaşaması üçün əldəki tək-tük saxta dəlillərdən birinin bu və ya digər şəkildə insanlara təkamülə dəlil kimi göstərilməli idi. Öz ağıllarına görə edilən saxtakarlıq və ya onun digər darvinistlər tərəfindən başa düşülməsi mühüm deyildi; darvinistlərə görə mühüm olan saxta da olsa, insanlara təkamülün dəlilini təqdim etmək idi.
 
Elə bu səbəbdən, saxtakarlığın başa düşülməsinə baxmayaraq, Darvin və onu dəstəkləyən bioloqlar Hekelin rəsmlərini istinad kimi qəbul etməkdə davam etdilər. Bu da Hekeli cəsarətləndirdi. Hekel sonrakı illərdə ardıcıl müqayisəli rüşeym şəkli də çəkdi. Balıq, salamandr, tısbağa, toyuq, dovşan və insan rüşeymlərini yan-yana göstərən sxemlər hazırladı. Bu sxemlərdə diqqətçəkən cəhət bu fərqli canlıların rüşeymlərinin əvvəlcə bir-birlərinə çox bənzəmələri, inkişaf prosesi əsnasında yavaş-yavaş bir-birindən fərqlənmələri idi. Xüsusilə insan rüşeyminin balıq rüşeyminə olan bənzərliyi çox diqqətçəkən idi. Belə ki, insan rüşeyminin rəsmlərində eynilə balıqdakı kimi xəyali qəlsəmələr belə görünürdü. Hekel bu rəsmlərin verdiyi “elmi görünüş” ilə “rekapitulyasiya nəzəriyyəsini” elan etdi: ontogenezis filogenezisi təkrar edir. Bu şüarın mənası bu idi: Hekelin fikrinə əsasən, hər canlı yumurtasında və ya ana bətnində keçirdiyi inkişaf əsnasında öz növünün “təkamül tarixini” əvvəldən yaşayırdı. Bu saxta nəzəriyyəyə əsasən, insan rüşeymi ana bətnində əvvəlcə balığa bənzəyir, sonrakı həftələrdə salamandr, sürünən, məməli kimi mərhələlərdən keçdikdən sonra “təkamül keçirərək” insana çevrilirdi.
 
Əslində isə bu, böyük saxtakarlıqdır.
 
1990-cı ildə ingilis embrioloq Maykl Riçardson onurğalı rüşeymlərini mikroskop altında tədqiq etdi və onların Hekelin rəsmlərinə bənzəmədiyini müəyyən etdi. Riçardson və qrupu fəaliyyətlərinin ardınca 1997-ci il avqust ayında “Anatomy and Embryology” (Anatomiya və embriologiya) jurnalında rüşeymlərin həqiqi fotoşəkillərini dərc etdirdi. Göründüyünə görə, Hekel rəsmlərdə müxtəlif qəliblərdən istifadə etmiş və embrionların bir-birlərinə bənzəməsi üçün onların üzərində müxtəlif dəyişikliklər etmişdi. Rüşeymlərə xəyali orqanlar əlavə etmiş, bəzilərindən orqanları çıxarmış, ölçüləri çox fərqli olan rüşeymləri eyni boyda göstərmişdi. Hekelin insan rüşeymində qəlsəmə kimi göstərdiyi yarıqların isə qəlsəmələrlə heç bir əlaqəsi yox idi: onlar, əslində, insanın orta qulaq kanalının, paratiroidlərin və çəngələbənzər vəzin başlanğıcları idi. Rüşeymlər, əslində, bir-birlərinə heç bənzəmirdilər. Hekel çəkdiyi rəsmlərdə hər cür dəyişiklik etmişdi.
 
Uzun zaman saxta təkamül dəlili kimi gündəmdə tutulmağa çalışılan Hekelin rəsmləri 5 iyul 1997-ci il tarixli “Science” (Elm) jurnalında “Hekelin rüşeymləri: saxtakarlıq yenidən kəşf edildi” başlığı altında dərc edildikdə bu saxtakarlıq artıq bütün elm dünyasında qəbul edilmişdi. Bəhs edilən məqalədə bu məlumatlar verilmişdi:
 
Riçardson və qrupunun bildirdiyinə görə, Hekel sadəcə orqanlar əlavə etmək və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda, fərqli növləri bir-birinə oxşar göstərmək üçün ölçülərini də dəyişdirmiş, bəzən rüşeymləri həqiqi ölçülərindən on dəfə fərqli göstərmişdir. Habelə, Hekel fərqləri gizlətmək üçün növləri adlandırmaqdan çəkinmiş və bir növü sanki bütün heyvan qrupunun təmsilçisi kimi göstərmişdir. Riçardson və qrupunun bildirdiyinə görə, əslində, bir-birlərinə çox bənzəyən balıq növlərinin rüşeymlərində belə görünüşləri və inkişaf prosesləri baxımından çox böyük fərqlər mövcuddur. Riçardson: “(Hekelin rəsmləri) biologiyadakı ən böyük saxtakarlıqlardan biridir”, – deyir.
 
2000-ci il mart ayında Harvard Universitetindən təkamülçü paleontoloq S.C.Quld isə bəhs edilən saxtakarlıqdan çoxdan xəbəri olduğunu deyirdi. Amma dəccaliyyətin lazım bildiyi kimi səssiz qalmağı üstün tutmuşdu.96 Rəsmlərin saxtakarlıq olduğunun ictimaiyyət tərəfindən öyrənilməsindən sonra Quld bu rəsmlərdən hələ də istifadə edilməsinin akademik baxımdan cinayət olduğunu bildirir və belə deyirdi:
 
Məncə, müasir dərsliklərin əksəriyyətində olmasa da, böyük hissəsində bu rəsmlərin hələ də qoyulmasına icazə verən ağılsız geri qayıtma dövrünə görə həm təəccüblənməli, həm də utanmalıyıq.
 
Hekelin saxtakarlığı o qədər açıq və o qədər böyük idi ki, Hekel beş professor tərəfindən məsələ ilə bağlı saxtakarlıq etməsi ilə təqsirləndirildi və Cenadakı universitet məhkəməsi tərəfindən təqsirli elan edildi.
 
İngiltərə Təbiət Tarixi Muzeyindən Ser Qavin de Bier isə bu böyük elmi biabırçılığı bu sözlərlə ifadə edir:
 
Asan, nizamlı və inandırıcı, tənqidi tədqiqat aparılmadan geniş kütlələr tərəfindən qəbul edilmiş Hekelin “rekapitulyasiya nəzəriyyəsi” kimi bir çox nadir iddia elmə bu qədər böyük zərər vermişdir.
 
Hekelin bu saxta rəsmləri, əslində, darvinistlərin adına məqsədinə çatmışdır. Bu rəsmlərin elmi saxtakarlıq olduğu açıqlanmasına baxmayaraq, bəzi dairələr bu saxta rəsmləri həqiqi zənn edərək mənfi təsirlənmiş, elmi əsassızlığına baxmayaraq, təhsil müəssisələrində davam edən təhsil insanın canlılara ümumi baxışını mənfi istiqamətdə dəyişdirmişdir. Yaradılış Tədqiqat Cəmiyyəti (Creation Research Society) və Yaradılış Araşdırma İnstitutu (Institute of Creation Research) təşkilatlarının qurucusu Henri M. Morris bu vəziyyəti belə qiymətləndirmişdir:
 
Darvindən – və xüsusilə də Freyddən etibarən psixoloqlar insanın sadəcə təkamül keçirmiş bir heyvan olduğunu güman etmiş və davranış problemlərini heyvanı əsasdan dəyərləndirmişlər. İnsan problemləri ilə maraqlanarkən meymunlarla və digər heyvanlarla (hətta həşəratlarla) aparılan təcrübələr əsas götürülmüşdür.
 
Çox əvvəllər elmi cəhətdən əsassızlığı sübut edilməsinə baxmayaraq, rekapitulyasiya nəzəriyyəsinin acı meyvələri cəmiyyətdə bir çox sahədə yetişməyə başladı…
 
Elmi baxımdan biabırçılıq hesab edilən, bəzi təkamülçülər tərəfindən belə dəlil kimi təqdim edilməsi təəccüblə qarşılanan Hekelin saxta rəsmləri heyrətli də olsa, hələ də müxtəlif dərsliklərdə yerini qoruyur. Bu təəccüblü hal darvinizm yalanının hansı səviyyəyə çatdığını göstərir. Kaliforniya Universitetindən molekulyar bioloq C.Uels bu vəziyyəti belə açıqlayır:
 
Bir çox dərslikdə Hekelin rəsmlərinin çox az fərqlənən yeni versiyaları var. Peter Raven ve Corc Consonun “Biology” kitabının 1999-cu il nəşri buna bir misaldır…
 
Digər nümunə Sesi Star və Ralf Taqartın 1998-ci ildə nəşr edilmiş “The Unity and Diversity of Life” (Həyatın vahidliyi və müxtəlifliyi) kitabıdır. … C.Quld və Uilyam Kitonun “Biological Science” (Biologiya elmi) adlı kitabının son nəşri isə bu ifadəyə yer verir: “Darvini təkamül fikrinə salan embrioloji həqiqət bir çox onurğalının rüşeymlərinin erkən inkişaf dövründə bir-birlərinə yaxından bənzəməsidir”. Burton Qutmanın 1999-cu il nəşrli “Biology” dərsliyi isə Hekelin rüşeym rəsmlərinin yenidən çəkilmiş versiyasını bu başlıq altında verir: “Bir heyvanın embrioloji inkişafı onun əcdadlarının formaları ilə bağlı ipucu verir”.
 
Hekelin saxta rəsmlərinin hələ də biologiya dərsliklərində sanki təkamülə dəlil kimi göstərilməsi, şübhəsiz, adi səhv deyil. Saxta olmalarına baxmayaraq, bu rəsmlər dərsliklərdə qəsdən verilir. Bunun, şübhəsiz, ən mühüm səbəbi sözügedən saxta rəsmlərin darvinizmin əsas cəhətinə, yəni insanın məsuliyyətsiz heyvan olması yalanına mühüm saxta dəlil təşkil etməsidir. C.Uels darvinist elm adamlarının qəsdən müdafiə etdikləri bu yalanla bağlı belə demişdir:
 
Hekelin rüşeymləri Darvin nəzəriyyəsi üçün o qədər güclü “dəlil” idi ki, o rüşeymlərin bir versiyası, demək olar ki, təkamüllə bağlı hər dərslikdə var. Buna baxmayaraq, bioloqlar Hekelin rəsmlərini uydurduğunu bir əsrdən çoxdur ki, bilirlər, onurğalıların rüşeymləri əsla onun göstərdiyi kimi oxşar deyillər. Habelə, Hekelin “ilk” adlandırdığı mərhələ, əslində, inkişafın orta mərhələsidir, onun qabarıq göstərdiyi bənzərliklərdən daha əvvəlki inkişaf mərhələlərində aydın fərqlər görünür. Bunu biologiya dərsliklərini oxuyaraq öyrənə bilməzsiniz: Darvinin “ən güclü birinci sinif dəlili” dəlilin bir nəzəriyyəyə uyğunlaşması üçün necə təhrif edilməsinin klassik nümunəsidir.
 
Dəccalın planlaşdırdığı yalanın saxta nəzəriyyəyə saxta dəlil kimi təqdim edilməsi və təsirsiz olması darvinistlərə qısamüddətli sevinc gətirsə də, əslində, bu darvinistlər üçün ümidsizliyin müjdəçisidir. Hekelin rəsmləri ilə insanlar qocaman elm adamının darvinizm uğrunda necə böyük saxtakarlıqlar edə biləcəyini gördülər. Bu nümunə ilə darvinizmin davamlı olaraq “yalana” ehtiyacı olması bir daha sübut edilmişdir. Təkamülçü elm adamlarının saxtakarlığa necə göz yumduqları açıq şəkildə göründü. Hekelin saxtakarlığı yaradılış qarşısında təkamül nəzəriyyəsinin dəccaliyyət sisteminin məhv olduğunun digər mühüm dəlilidir. XX əsrdə bu saxtakarlığın ifşası səssizliklə qarşılana bilər. Ancaq XXI əsr bu və bunun kimi saxtakarlıqların açıq şəkildə üzə çıxarıldığı və həqiqi elmi dəlillərin nümayiş etdirildiyi əsrdir. Saxtakarlıqlar üzə çıxarıldıqca və həqiqi elmi dəlillər gəldikcə darvinizmin süqutu da, şübhəsiz, daha aydın görünür.
]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190639/hekelin-ruseym-rəsmləri-saxtakarliqdirhttp://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190639/hekelin-ruseym-rəsmləri-saxtakarliqdirSat, 06 Sep 2014 19:17:54 +0300
Sənaye kəpənəkləri iddiası saxtakarlıqdır XIX əsrin ortalarında İngiltərədə sənaye inqilabının başladığı vaxtlarda sənaye bölgələrindəki ağacların qabıqları açıq rəngli idi. Bu səbəbdən, bu ağacların üstünə qonan Biston Betularia növündən olan kəpənəklərin tünd rəngli növləri (melanik kəpənəklər) burada qidalanan quşlar tərəfindən tez görülür və yeyilirdilər. Lakin əlli il sonra sənaye çirklənməsi nəticəsində ağacların gövdələrinə sarmaşan yosun növündən olan şibyələr məhv olur və ağacların gövdələri qaralır. Bu dəfə açıq rəngli kəpənəklər ağac gövdələrində daha aydın göründüyünə görə, quşlar tərəfindən yeyilirlər. Nəticədə, açıq rəngli kəpənəklər sayca azalır, tünd rəngli melanik kəpənəklər yem olmadıqları üçün çoxalırlar.
 
Təkamülçülər bu vəziyyəti təbii seçmə ilə təkamül iddialarına mühüm dəlil kimi göstərdilər. Ardınca da hər zamankı saxtakarlıq üsulundan istifadə edərək açıq rəngli kəpənəklərin zaman ərzində təkamül keçirərək tünd rəngli kəpənəklərə çevrilməsi kimi yalan uydurdular. Bu iddia “iş başındakı təkamül” (evolution in action) adı altında bütün dünyaya tanıdıldı. Lakin həqiqətlər daha fərqli idi, bu kəpənəklər təkamül xarakterli dəyişikliyə məruz qalmadıqları üçün ortada böyük darvinist saxtakarlıq var idi.
 
Darvinist tibb doktoru və həvəskar bioloq olan H.B.D. Ketlvel 1953-cü ildə ardıcıl təcrübələr keçirərək bu hadisəni müşahidə etməyə qərar verdi. İngiltərənin çöllərində bu kəpənəklərin yaşadıqları ərazilərdə müşahidə və təcrübələr apardı. Ketlvel təcrübələri nəticəsində açıq rəngli şibyələrin olduğu ağacların üstündəki tünd rəngli kəpənəklərin daha çox ovlandığını müəyyən etdi və bunu darvinizm adına sanki böyük kəşf kimi “Scientific American” jurnalında “Darvinin itmiş dəlili” (Darvin’s Missing Evidence) başlığı altında xəbər verdi. 1960-cı ildə Ketlvelin hekayəsi artıq bütün dərsliklərdə yer tutmuşdu.
 
İddianın irəli sürülməsindən təqribən bir il sonra 1985-ci ildə isə bu mövzu ilə bağlı qəribəliklər məlum oldu. Kreyq Holdric adlı gənc amerikalı biologiya müəllimi apardığı tədqiqat nəticəsində Ketlvelin yaxın dostu olan və onun təcrübələrində iştirak edən Sir Siril Klarkın qeydlərində maraqlı ifadəyə rast gəldi. Klark belə deyirdi:
 
Müşahidə etdiyimiz tək şey kəpənəklərin günü harada keçirmədikləri oldu. 25 il ərzində ağac gövdələrində və ya bizim qurduğumuz tələlərin yanındakı divarlarda sadəcə iki dənə betularia tapa bildik.
 
Holdric uzun zaman şagirdlərinə ağac gövdələrinə qonmuş kəpənəklərin fotoşəkillərini göstərir və quşların daha çox görünənləri seçib yediklərini danışırdı. Amma indi bu kəpənəyi 25 il ərzində araşdırmış birisi bunları ağac gövdələrinə qonmuş halda, sadəcə 2 dəfə gördüyünü deyirdi. Çox keçmədən bu hekayə qızğın elmi müzakirəyə çevrildi. Nəticədə, aparılan elmi tədqiqatlar bu nəticəni üzə çıxardı:
 
Ketlvelin təcrübələrindən daha sonra aparılan bir çox tədqiqat bəhs edilən kəpənəklərin sadəcə bir növünün ağac gövdəsinə qonduğunu, digər bütün növlərin üfüqi budaqların alt hissələrinə qonduğunu üzə çıxardı. 1980-ci ildən etibarən kəpənəklərin ağac gövdələrinə çox nadir hallarda qonduğu hər kəsə məlum oldu. Bu barədə 25 illik fəaliyyət göstərən Siril Klark və Rori Houlet, Maykl Macerus, Toni Libert, Paul Breykfild kimi bir çox elm adamı Ketlvelin təcrübəsində kəpənəklərin təbii davranışlarından kənar davranmağa məcbur olduqlarını, təcrübə nəticələrinin buna görə elmi cəhətdən qəbul edilə bilməyəcəyini bildirdilər.
 
Ketlvelin təcrübəsini nəzərdən keçirən tədqiqatçılar daha təəccüblü nəticə ilə qarşılaşdılar: İngiltərənin çirklənməmiş bölgələrində açıq rəngli kəpənəklərin daha çox olması ehtimal edilirdi, ancaq tündlərin faizi açıq rənglilərdən dörd dəfə çox idi. Yəni Ketlvelin iddia etdiyi və dərhal hər təkamülçü mənbədə təkrarlandığı kimi kəpənəyin sayındakı nisbətlə ağac qabıqları arasında bir əlaqə yox idi.
 
Amerikalı lepidopterist (kəpənəklər üzərində elmi tədqiqat aparan şəxs) Ted Sarqent və digər tədqiqatçılar sözügedən güvələrin ağac qabıqları üzərinə qonmadıqları, ağacların hündür budaqlarının altında gizləndikləri həqiqətinə diqqət çəkdi. Ancaq təkcə bu deyildi, eyni zamanda, bu güvələr gündüzlər yatır, gecələr uçurdular. Yəni quşlar yatarkən! İşin əsli araşdırıldıqda qalmaqal böyüdü: Ketlvelin fotoşəkillərini çəkdiyi ağac qabığının üstündəki güvə kəpənəkləri, əslində, ölü kəpənəklər idi. Çünki kəpənəklər ağacın gövdəsinə deyil, budaqların alt hissəsinə qonduqları üçün belə bir şəkil əldə etmək imkanı heç yox idi. Ona görə, Ketlvel bu ölü canlıları iynə və yapışqanla ağaca bərkitmiş və o şəkildə fotoşəkillərini çəkmişdi.91 Darvinistlərin təqribən bir əsr boyu qürurla elmi dəlil kimi göstərdikləri kəpənəklərin saxtakarlıq olduğunun öyrənilməsi nəticəsində “New York Times” belə şərh verirdi:
 
İş başındakı təkamülün ən məşhur nümunəsi indi artıq ən böyük biabırçılığa çevrilmiş olmalıdır.
 
Çikaqo Universiteti təkamül bioloqu Cerri Koyn bu böyük saxtakarlığı 1998-ci ildə öyrəndikdə illər boyu tələbələrinə öyrətdiyi sənaye kəpənəkləri hekayəsinin bir yalan olmasına görə utandığını yazmış və bunları demişdi: “Bu, eynilə 6 yaşımda ikən yeni il ərəfəsində hədiyyələri şaxta babanın deyil, atamın gətirdiyini öyrəndiyim zaman hiss etdiyim ümidsizlik kimi idi”.
 
Bütün bu həqiqətlərin üzə çıxması ilə birlikdə Darvinin itmiş dəlili kimi göstərilən sənaye inqilabı kəpənəkləri hekayəsinin böyük yalandan ibarət olduğu başa düşülmüşdür. On illərlə dünyanın hər tərəfində yüz milyonlarla insan ağac qabıqlarına iynələnmiş bir neçə ölü kəpənəyin fotoşəkili və davamlı olaraq təkrarlanan köhnəlmiş hekayə ilə səhv məlumatlandırılmışdır. Əsl həqiqət isə budur: Darvinin ehtiyacı olan dəlillər yoxdur və bunların bir gün tapılması da qeyri-mümkündür. Çünki canlılar təkamül keçirməyiblər.
 
Maraqlısı budur ki, sənaye inqilabı kəpənəkləri hələ də bəzi dərs kitablarında təkamülə dəlil kimi təqdim edilməkdə davam edir. Darvinistlər bu yolla bunun saxtakarlıq olduğunu bilməyən gəncləri aldatmağı qarşılarına məqsəd qoyublar. Lakin açıq şəkildə üzə çıxmasına baxmayaraq, saxtakarlığı hələ də dəlil kimi göstərməyə çalışmaq darvinizmin çarəsizliyinin, dəlildən kasad olmasının və ideoloji saxtakarlıqdan ibarət olmasının sübutudur. Yaradılış gerçəyi açıqdır. Bu açıq həqiqətdən qaçan darvinistlər yalanın və hiyləgərliyin həll yolu olacağını düşünürlər. Lakin Allah hiyləni, batil və saxta dini mütləq aradan qaldıracaqdır.
 
De: “Haqq gəldi, batil yox oldu. Çünki batil yoxluğa məhkumdur!” (İsra surəsi, 81)
]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190638/sənaye-kəpənəkləri-iddiasi-saxtakarliqdirhttp://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190638/sənaye-kəpənəkləri-iddiasi-saxtakarliqdirhttp://imgaws1.fmanager.net/Image/objects/31-evrimcilerin-sahtekarliklari/20267_sanayi_kelebekleri_iddiasi_bir_sahtekarliktir.jpgSat, 06 Sep 2014 19:13:09 +0300
Nebraska adamı saxtakarlıqdır 1922-ci ildə Amerika Təbiət Tarixi Muzeyinin müdiri Henri Feyrfild Osborn Qərbi Nebraskadakı İlan dərəsi yaxınlığındakı “Plieosen” dövrünə aid azı dişi fosili tapdığını açıqladı. Bu diş iddiaya əsasən, insan və meymunların ortaq xüsusiyyətlərini daşıyırdı. Çox keçmədən bu məsələ ilə bağlı çox dərin elmi müzakirələr başladı. Bəziləri bu dişin sahibini pithecanthropus erectus olduğunu söyləyir, bəziləri isə bunun insana daha yaxın olduğunu deyirdilər. Böyük müzakirələrə səbəb olan bu diş fosilinə “Nebraska adamı” adı verildi. “Elmi” adı da dərhal qoyuldu: hesperopithecus haroldcooki.
 
Bu tək dişə əsaslanaraq Nebraska adamının kəlləsi və bədəni bərpa edildi. Hətta daha da irəli gedərək Nebraska adamının ailəsinin təbii mühitdə rəsmləri dərc edildi. Bütün bu ssenarilər bircə dişdən uydurulmuşdu. Təkamülçü kütlələr bu fantastik adamı o qədər mənimsəmişdilər ki, Uilyam Brayen adlı bir tədqiqatçı bircə azı dişinə əsaslanaraq bu qədər erkən hökmlə qərar verilməsinə qarşı çıxdıqda qəzəblə qarşılandı.
 
Ancaq 1927-ci ildə skeletin digər hissələri də tapıldı. Tapılan yeni hissələrə görə, bu diş nə meymuna, nə də insana aid idi. Dişin prosthennops adlandırılan Amerika qabanının nəsli kəsilmiş cinsinə aid olduğu məlum oldu. Uilyam Qreqori bu səhvi xəbər verdiyi “Science” (Elm) jurnalındakı məqaləsinə belə başlıq qoymuşdu: “Göründüyü kimi, hesperopithecus nə meymun, nə də insandır”.
 
Elmi yazıçı Hank Haneqraaf bu məsələ ilə bağlı hadisələri nəql edir: 1922-ci ildə Nebraskada bir diş kəşf edildi. Bir az fantaziya gücü ilə bu diş mifoloji çənə sümüyünə, çənə sümüyü kəlləyə, kəllə də skeletə yerləşdirildi və skeletə bir üz, digər xüsusiyyətlər və tüklər əlavə edildi. Bu hekayə London qəzetlərində əks etdirildikdə təkcə Nebraska adamının deyil, eyni zamanda, Nebraska qadınının da rəsmi vardı. Bunların hamısı yalnız bircə dişdən ortaya çıxmışdı. Bir də skelet tapsalar, nələr olacağını siz düşünün. Bəlkə də bir il KİV-lərdə yayımlayardılar.
 
Bu kəşfdən bir müddət sonra buna bənzər bir diş geoloq Harold Kuk tərəfindən tapıldı. Bu dəfə diş həqiqi kəlləyə yerləşdirildi və kəllə də qaban skeletinə yerləşdirildi. Beləliklə, “elmi” baxımdan hesperopithecus haroldcooki adlandırılan Nebraska adamının mif kimi maskası düşdü.
 
Bu hadisə nəticəsində hesperopithecus haroldcooki və “ailəsi”nin bütün rəsmləri dərhal elmi ədəbiyyatdan çıxarıldı. Nebraska adamı, əslində, darvinistlərin bircə dişi bəhanə edərək necə fantastik təkamül ssenarisi uydura bildiklərinin mühüm göstəricisidir. Diş fosili canlının ümumi anatomiyasına dair, demək olar ki, heç bir məlumat verməməsinə baxmayaraq, qaban dişinə əsaslanaraq Nebraska adamının və ailəsinin rəsmlərinin çəkilməsi və bu saxtakarlığın ifşa edilənə qədər elmi göstərilməyə çalışılması darvinizm adına böyük biabırçılıqdır. Lakin bu nümunə darvinist saxtakarlıqların qarşısını almamış, darvinist yalanlar şüurlu şəkildə davam etmişdir.
]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190637/nebraska-adami-saxtakarliqdirhttp://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190637/nebraska-adami-saxtakarliqdirhttp://imgaws1.fmanager.net/Image/objects/31-evrimcilerin-sahtekarliklari/9930_nebraska_adami_bir_domuz_disi.jpgSat, 06 Sep 2014 19:11:23 +0300
Piltdaun adamı saxtakarlıqdır Məşhur həkim və eyni zamanda həvəskar paleontoloq olan Çarlz Douson 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlığındakı bir çökəklikdə bir çənə sümüyü və kəllə parçası tapdığı iddiası ilə üzə çıxdı. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkına bənzəyirdi. Əldə edilən fosillərə “Piltdaun adamı” adı verildi, 500 min illik tarix təyin edildi və fosil insanın xəyali təkamülünə ən mühüm dəlil kimi İngiltərədəki Britaniya Muzeyində (British Museum) nümayiş etdirilməyə başladı. 40 ildən çox müddət ərzində haqqında bir çox elmi məqalə yazıldı, şərhlər edildi və rəsmlər çəkildi. Dünyanın müxtəlif universitetlərindən 500-dən çox akademik Piltdaun adamı haqqında doktorluq işi müdafiə etdi.
 
Məşhur amerikalı paleontoloq H.F.Osbom da 1935-ci ildə Britaniya Muzeyinə səfərində: “Təbiət sürprizlərlə doludur, bu, bəşəriyyətin tarixdən əvvəlki dövrləri haqqında mühüm tapıntıdır”, – deyirdi.
 
Lakin Piltdaun adamı böyük saxtakarlıq, şüurlu şəkildə qurulmuş böyük hiylə idi.
 
1949-cu ildə isə Britaniya Muzeyinin paleontologiya bölməsindən Kennet Oakley yeni yaş müəyyən etmə üsulu olan “ftor testi” metodunu bəzi qədim fosillər üzərində sınamaq istədi. Bu üsulla Piltdaun adamı fosili üzərində də sınaq keçirildi. Keçirilən testdə Piltdaun adamının çənə sümüyünün tərkibində heç ftor olmadığı məlum oldu. Bu, çənə sümüyünün torpağın altında bir neçə ildən çox qalmadığını göstərirdi. Tərkibində az miqdarda ftor olan kəllə isə sadəcə bir neçə min illik olardı.
 
Ftor metoduna əsaslanaraq aparılan sonrakı xronoloji tədqiqatlar kəllə sümüyünün ancaq bir neçə min illik olduğunu üzə çıxardı. Çənə sümüyündəki dişlərin isə süni şəkildə aşındırıldığı, fosillərin yanındakı ibtidai alətlərin də polad alətlərlə yonularaq düzəldilmiş kobud təqlid olduğu məlum oldu.
 
Veynerin həyata keçirdiyi ətraflı təhlillərlə bu saxtakarlıq 1953-cü ildə qəti şəkildə elan edildi. Kəllə sümüyü 500 il yaşa malik insana, çənə sümüyü də yeni ölmüş oranqutanqa aid idi! Dişlər insana aid olması təsəvvürünü vermək üçün sonradan xüsusi şəkildə əlavə edilmiş və düzülmüş, oynaq yerləri də yonulmuşdu. Daha sonra da bütün parçalar, köhnə görünmələri üçün kalium-dikromat ilə ləkələnildirilmişdi. Bu ləkələr, sümüklər turşuya batırıldığında itirdi. Saxtakarlığı ortaya çıxaran qrupdan Le Qros Klark: “Dişlər üzərində köhnəlmə təəssüratının süni olaraq edildiyi o qədər aydındır ki, necə olub ki, bu izlər diqqətdən yayınmış ola bilər?” -deyərək təəccübünü gizlədə bilmirdi.
 
Bu həqiqəti elmi yazıçı Hank Haneqraaf belə söyləmişdi:
 
Marvin Lubenovun açıqlamalarına əsasən, alt çənədəki oranqutanq dişlərinin üzərindəki yonulma izləri açıq-aydın görünürdü. Azı dişləri səhv düzülmüş və iki fərqli tərəfdən yonulmuşdu. Köpək dişi də iki fərqli tərəfdən yonulmuşdu. Köpək dişi elə dərin yonulmuşdu ki, pulpanın qovuğu üzə çıxmış, sonra içi doldurulmuşdu.
 
Təkamülçü bioloq Keyt Stevard Tomson, Piltdaun adamı ilə bağlı bu böyük yalanı 1912-ci ildəki Piltdaun adamı saxtakarlığı bütün elmi saxtakarlıqların ən uğurlu və xainlərindən biri kimi şərh edirdi.
 
Bu təəccüblü və darvinistlər üçün utandırıcı kəşfin ardınca Piltdaun adamı 40 ildən çox müddət ərzində nümayiş etdirildiyi Britaniya Muzeyindən dərhal çıxarıldı. Darvinist saxtakarlıq o qədər irəli getmişdi ki, bir süni fosil 40 il ərzində bütün elmi kütlələri və bəşəriyyəti aldatmışdı.
 
Şübhəsiz, bu, təkamül tarixinin ən böyük qara ləkələrindən biri kimi yerini tutacaqdı. Təkamülçü antropologiya professoru Pat Şipman bu böyük yalanın təsirini belə tərif edirdi:
 
Kəşfi 1912-ci ildə açıqlanan Piltdaun fosilləri bu qalıqların hiylə ilə yerləşdirilmiş, dəyişdirilmiş saxtakarlıq olduğunun başa düşülməsinə, yəni 1953-cü ilə qədər paleoantropologiyanın ən böyük beyinlərinin çoxunu aldatdı.
 
Jurnalist yazıçı və filosof Malkolm Maqqeric isə Piltdaun adamı fosili kimi saxtakarlıqlarla yaşadılmağa çalışılan darvinizmin bütün bəşəriyyəti saldığı vəziyyəti bu sözlərlə tərif edirdi:
 
Təkamül nəzəriyyəsinin, xüsusilə də onun tətbiq edildiyi sahələrin gələcəkdə tarix kitablarındakı ən böyük məzhəkə mövzularından biri olacağına inandım. Gələcək nəsillər olduqca zəif və şübhəli hipotezin inanılmaz sadəlövhlüklə qəbul edilməsini təəccüblə qarşılayacaqlar…
 
Piltdaun saxtakarlığı öz ağıllarına görə yaradılış inancını zehinlərdən silmək, insanın təsadüfən, özbaşına, nəzarətsiz şəkildə meydana gəlməsi yalanına insanları inandırmaq üçün həyata keçirilmiş dəccali sistem olan masonluğun oyunudur. Lakin Allah`ın möhtəşəm yaratması və bənzərsiz əsərləri o qədər açıq və aydındır ki, dövrümüzdəki elmi səviyyə ilə bunları görməmək mümkün deyil. Dəccalın dünya səviyyəsindəki bu səmərəsiz səyləri onu və tərəfdarlarını alçaldır, darvinizm yalanının böyük uğursuzluq olduğunu açıq şəkildə göstərir. Uca Rəbbimiz olan Allah insanı necə yaratdığını ayələrdə xəbər vermiş və kainatdakı bütün dəlillər bu üstün yaradılışı açıq göstərir:
 

O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan üfürdü. O, sizə göz, qulaq və ürək verdi. Siz az şükür edirsiniz! (Səcdə surəsi, 7-9)

]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190636/piltdaun-adami-saxtakarliqdirhttp://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190636/piltdaun-adami-saxtakarliqdirhttp://imgaws1.fmanager.net/Image/objects/31-evrimcilerin-sahtekarliklari/9929_bilim_tarihinin_en_buyuk_skandali_piltdown_adami.jpgSat, 06 Sep 2014 19:09:52 +0300
“Neandertallar insanın meymunabənzər əcdadıdır” iddiası saxtakarlıqdır Darvinistlər Australopithecus-lar üçün istifadə etdikləri eyni metodu insan soyu olan neandertallar üçün də istifadə etmişdilər. Neandertal adamı 1856-cı ildə Almaniyanın Düsseldorf şəhəri yaxınlığındakı Neander dərəsində tapılan fosillərlə elmi ədəbiyyata daxil oldu. Kəllə və bədənindəki sümüklərdə yerləşən qıvrımlar fosillərin təkamülçülər tərəfindən ibtidai insan növü kimi dəyərləndirilməsinə səbəb oldu.
 
1908-ci ildə Fransanın La Chapelle-aux-Saints ərazisində Neandertal adamına aid olduğu bildirilən, demək olar ki, tam, əskiksiz skelet tapıldı. Sümüklər dövrün məşhur paleontoloq və geoloqu Marsellin Bul tərəfindən birləşdirildi.
 
Bu birləşdirmə nəticəsində ortaya çıxan Neandertal adamı əyri duruşa, irəliyə doğru qabarıq kəlləyə malik idi. Bundan əlavə, ayaqları da oynaq hissədə bitişik idi, tam düz duruşa imkan vermirdi.
 
Bu görünüş sayəsində Neandertal adamı insanların zehinlərində ibtidai canlı kimi qaldı. Neandertal saxta rəsmlərdə də ibtidai meymun adamlar kimi göstərildilər.
 
Neandertal haqqındakı bu səhv fikir 100 ilə qədər davam etdi. Lakin 1950-ci ildə La Chapelle skeleti üzərində aparılan təhlillər skeletin sahibi olan Neandertal adamında bir növ oynaq infeksiyasının olduğunu müəyyən etdi. Əslində, sağlam fərdlər normal insan kimi yeriyə bilirdi. 1985-ci ildə eyni skelet Erik Trinkhaus adlı antropoloq tərəfindən təhlil edildi. Bu təhlil neandertalların dik yeridiyini təsdiqləməklə bərabər, o vaxta qədər gizli qalmış bir həqiqəti də üzə çıxardı: Marsellin Bul Neandertalı qəsdən əyri göstərmişdi.74 1950-ci ildə müəyyən edilən oynaq xəstəliyi canlının dik yeriməsinə mane olmurdu. Beləliklə, darvinist Bul Neandertalın əsl insan kimi dik yeriməsini qəbul etmək istəməmişdi.
 
E. Trinkhaus və V.V.Hauls “Scientific American” jurnalına verdikləri müsahibədə bu barədə belə deyirlər:
 
Bu gün bir çox elm adamı Neandertal insanının tamamilə dik şəkildə ayaq üstə durması və xəstəlik olmadığı şərtlərdə xüsusiyyətlərinin dövrümüzdəki insandan heç bir fərqi olmadığı haqqında həmfikirdir.
 
Digər tərəfdən neandertalların kəllə həcminin böyüklüyü də təkamülçüləri bu məsələdə ziddiyyətli vəziyyətə saldı. Bunun səbəbi isə neandertalların kəllə həcminin 1700 sm3 yaxın olması idi. Bu rəqəm dövrümüzdəki insan kəlləsindən 200 sm3 daha böyükdür. Homo Sapiens-dən böyük kəlləyə malik olan neandertalların təkamül cəhətdən “ibtidai” növ olması nəzəriyyə üçün böyük təzaddır.
 
Neandertal mütəxəssisi Erik Trinkhaus bu növ ilə bağlı həqiqəti belə etiraf etmişdir:
 
Neandertalların anatomiyasında və ya hərəkət, alətdən istifadə, zəka səviyyəsi, danışma qabiliyyəti kimi xüsusiyyətlərində müasir insandan aşağı hesab ediləcək heç bir şey yoxdur.
 
Şübhəsiz, neandertallar bir insan irqi olduqları üçün dövrümüzün irqləri ilə eyni xüsusiyyətlərə malikdirlər. Neandertal insanı bacarıqlı alət hazırlayan və mahir ovçu idi. Hətta musiqi və incəsənətlə də məşğul olurdu. Eynilə dövrümüzdəki cəmiyyətdəki kimi mədəni və sosial səviyyəsi vardı, dini inancları vardı. Beləliklə, neandertalların qurduqları sivilizasiya dövrümüzdəki sivilizasiyalardan çox da fərqli deyildi.
 
Neandertallarla bağlı darvinistləri çıxılmaz vəziyyətdə qoyan digər məsələ isə zaman problemidir. Tapılan fosillər neandertallarla dövrümüzdəki insanın eyni zamanda yaşadığını, hətta fərqli şəraitlərdə daha sonra da yaşadığını göstərir. Kaliforniya Universitetindən təkamülçü bioloq Françisko C. Ayala bu vəziyyəti belə etiraf edir:
 
Neandertalların anatomik cəhətdən müasir insanların əcdadı olduğu hesab edilirdi, amma indi müasir insanların ən azı 100.000 il əvvəl yaşadığını bilirik, Neandertal fosillərinin aradan çıxmasından daha əvvəl Orta Şərqdəki mağaralarda anatomik cəhətdən müasir insanların fosillərinin həm neandertalları təqib etməsi, həm də onlardan əvvəl gəlməsi təəccüblüdür. Bu mağaralardakı bəzi müasir insanlar 120.000-100.000 il əvvələ aiddirlər, neandertallar isə 60.000-70.000 illikdirlər; müasir insanlardan 40.000 il sonra gəlirlər. İki formanın başqa ərazilərdən köçərək yenidən bir-birlərinin yerinə keçdikləri yoxsa birlikdə olduqları və ya hibridləşmənin (mələzləşmənin) olduğu məlum deyil.
 
Beləliklə, insanın meymunabənzər əcdadı kimi göstərilməyə çalışılan neandertallar nəsli kəsilmiş insan irqidir. Dövrümüzdəki insanların öz irqlərinə xas olan fərqli xüsusiyyətlər daşıması kimi bu növ də ancaq fərqli irq xüsusiyyətlərinə malikdir. Bu xüsusiyyətlərin təkamülə dəlil kimi istifadə edilməsi böyük saxtakarlıqdır. Belə ki, Neandertal adamı fosili 1978-ci ildə elmi ədəbiyyatdan çıxarılmışdır. Ancaq neandertallar hələ də təkamülün böyük dəlili kimi darvinist mənbələrdə verilir.
 
Dövrümüzdə Neandertal adamı ilə bağlı fərziyyələrin hələ də bəzi təkamülçü KİV-lərində davam etdirilməsindəki məqsəd neandertallarla bağlı həqiqətləri bilməyən, bu saxta ara keçid formanın elmi baxımdan ləğv olunduğundan xəbəri olmayan insanlara təsir etmək, onları aldatmaqdır. Elə bu səbəbdən, Australopithecus-lar və neandertallarla bağlı həqiqətlərin hər fürsət düşdükdə gündəmə gətirilməsi və darvinist yalana son verilməsi böyük əhəmiyyət daşıyır.
]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190380/“neandertallar-insanin-meymunabənzər-əcdadidir”-iddiasihttp://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190380/“neandertallar-insanin-meymunabənzər-əcdadidir”-iddiasihttp://imgaws1.fmanager.net/Image/objects/31-evrimcilerin-sahtekarliklari/20266_neandertaller_insanin_maymunsu_atasidir__iddiasi_bir_sahtekarliktir.jpgWed, 27 Aug 2014 21:54:45 +0300
“Australopithecus-lar insanın əcdadıdır” iddiası saxtakarlıqdır Darvinistlər üçün insanın təkamülü məsələsi həyati əhəmiyyət daşıyır. İllərlə insanlara insanın təkamül keçirmiş heyvan olduğunu təlqin etməyə çalışırlar. Bu yalanı yaşatmaq üçün var gücləri ilə səy göstərir, heç dayanmadan ən lazımsız məsələlərdə belə insanın heyvan əcdadlarının olması düşüncəsini yeritməyə çalışırlar. Bu mövzuda əl atdıqları yalanlar isə heyrətləndiricidir. Çox vaxt heç bir əlaqəsi olmayan fosil tapıntıları belə formadan-formaya salınaraq insanabənzər varlıq kimi göstərilməyə çalışılır. Belə ki, darvinistlər sonradan qabana aid olduğu başa düşülən bircə diş fosilindən nebraska adamını uydurmuş, bu xəyali insanabənzər məxluqun ailəsi ilə birlikdə sosial həyatını təsvir etməkdən çəkinməmişdilər. Bu təəccüblü cəhdin mühüm nümunələrindən biri də Australopithecus-ların insanın meymunabənzər əcdadı olduğuna dair uzun zaman davam etdirilən iddialardır.
 
Australopithecus-lar nəsli kəsilmiş meymun növüdür. “Cənub meymunu” mənasını verən bu canlılar darvinistlər tərəfindən insanların ilk meymunabənzər əcdadları kimi qəbul etdirilməyə çalışılır. Nəsli kəsilmiş olduqlarına görə, bütün digər nümunələrdə olduğu kimi, bu meymun növü də təkamülçülər tərəfindən fərziyyə məmulatına çevrilmişdir. Lakin darvinistlərin Australopithecus-lar haqqında uydurduqları ssenarilər digər bütün nümunələrdə olduğu kimi, yenə də yalana əsaslanır.
 
Australopithecus-ların ilk dəfə Afrikada 4 milyon il əvvəl üzə çıxdıqları və 1 milyon il əvvələ qədər də yaşadıqları hesab olunur. Burada xüsusi qeyd edilməli həqiqət isə Australopithecus-ların hamısının dövrümüzdəki həmnövlərinə bənzəyən nəsli kəsilmiş meymun olmasıdır. Hamısının beyin həcmi dövrümüzdəki şimpanzelərinki ilə eyni və ya onlarınkından daha kiçikdir. Dörd ayaqları üzərində yeriyirlər. Əllərində və ayaqlarında dövrümüzdəki meymunlardakı kimi ağaclara dırmaşmağa yarayan çıxıntılar mövcuddur və ayaqları budaqlardan yapışmaq üçün xüsusi quruluşa malikdir. Boyları qısadır (ən çox 130 sm) və eynilə dövrümüzdəki meymunlardakı kimi erkək Australopithecus dişisindən daha böyükdür. Kəllələrindəki yüzlərlə təfərrüat, bir-birinə yaxın gözlər, sivri azı dişləri, çənə quruluşu, uzun qollar, qısa ayaqlar kimi bir çox xüsusiyyət bu canlıların dövrümüzdəki meymunlardan fərqli olmadıqlarını göstərən dəlillərdir.
 
Australoppithecus-lar meymun növü olmalarına baxmayaraq, darvinistlər tərəfindən iki ayaq üstündə gəzməyi bacaran canlılar kimi tərif edilir. Bu, yalandır, çünki Australopithecus-lar ilə bağlı əldə edilən fosillərdə bu fantastik ssenarini təsdiq edən bircə nümunə də yoxdur. Ona görə, bu canlılar haqqındakı təkamül ssenarisi heç bir elmi dəlilə əsaslanmır.
 
Darvinistlərə əsasən, Australopithecus cinsinin müxtəlif növləri tapılsa da, sadəcə Australopithecus afarensis (1974-cü ildə tapıldıqda dünyaya insanın təkamülünün sübutu kimi təqdim edilən “Lusi”nin təmsil etdiyi növ) insanın həqiqi əcdadı qəbul edilir. Lakin sözügedən canlının insanın əcdadı olmadığı darvinistlər tərəfindən də qəbul edilmişdir. Məşhur fransız darvinist elmi jurnalı “Science et Vie” 1999-cu il may sayında bu mövzunu üz qabığında əsas mövzu kimi dərc etmişdir. Australopithecus afarensis növünün ən mühüm fosil nümunəsi hesab edilən Lusidən bəhs edən jurnal “Adieu Lucy” (Əlvida, Lusi) başlığı altında Australopithecus növündən olan meymunların insan soyunun əcdadı olmadığını və bu canlıların nəsil ağacından çıxarılmasını yazmışdır.
 
Dünyada məşhur olan təkamülçü paleontoloq Riçard Likey də Lusinin təkamülə dəlil kimi heç bir əsasının olmadığını bu sözlərlə bildirir:
 
Lusinin (Australopithecus afarensis) bir piqme şimpanze qarışığından başqa bir şey olmadığı çox əzabverici və inkaredilməz dərəcədə qətidir. Meymundan insana keçidə dair fərz edilən dəlillər inandırıcılıqdan həddindən artıq uzaqdır.
 
Bütün bunlarla bərabər, Australopithecus-lar üzərindəki tədqiqatlar nəticəsində təkamülçü Lord Zukerman da Australopithecus-ların sadəcə adi meymun növü olduqları və əsla dik yerimədikləri nəticəsinə gəlmişdir.
 
Bu sahədəki tədqiqatları ilə məşhur olan digər təkamülçü anatomist Çarlz E. Oksnard da Australopithecus-ların skelet quruluşlarının dövrümüzdəki oranqutanqlarınkına bənzədiyini açıqlamışdır.70 1994-cü ildə İngiltərədəki Liverpul Universitetindən Fred Spur və qrupu Australopithecus-un skeleti ilə bağlı qəti nəticəyə gəlmək üçün ətraflı tədqiqat həyata keçirmişdir. Skeletlərdə bədənin yerə görə vəziyyətini müəyyən edən “ilbiz” adlı orqan üzərində tədqiqatlar aparılmışdır. Spur Australopithecus-un yerişinin insanlarınkına bənzəməməsi nəticəsinə gəlmişdir.
 
2000-ci ildə B.Q.Riçmond və D.S.Streyt adlı elm adamlarının həyata keçirdiyi və “Nature” (Təbiət) jurnalında dərc olunan bir tədqiqatda isə Australopithecus-ların qabaq ayaq sümükləri tədqiq edilmişdir. Müqayisəli anatomik tədqiqatlar bu növün dövrümüzdə yaşayan və 4 ayaq üstündə yeriyən meymunlarla eyni qabaq ayaq anatomiyasına malik olduğunu göstərmişdir.
 
Bütün bu dəlillər Australopithecus-ların bir meymun növündən başqa bir şey olmadığını açıq şəkildə ortaya qoyur. Belə ki, “Lusi” fosilini kəşf edənlər təkamülçü paleontoloq Donald Yohanson ve T.D.Vayt “Science” (Elm) jurnalına verdikləri açıqlamada bu mövzu ilə bağlı belə deyiblər:
 
Australopithecus fosilləri olduqca hərtərəfli tədqiq edildi: yeriş formaları, qulaqlarının quruluşu, dişlərinin inkişaf nümunələri, uzun və güclü qabaq ayaqlar, qısa arxa ayaqlar, ayaqlarının forması, kiçik beyinlər, meymuna çox bənzəyən kəllələri, çənələri və üzləri. Bunların hamısı Australopithecus-ların meymun olduğunu və insanla heç bir əlaqələrinin olmadığını göstərir. Lusini kəfş edən Donald Yohansonun özü belə bir müddət sonra Australopithecus africanus-un (Lusi) insanlarla heç bir əlaqəsi olmadığı nəticəsinə gəlmişdir.
 
Beləliklə, elmi cəhətdən aparılan fəaliyyətlər Australopithecus-ların insanın xəyali əcdadı olduğuna dair iddiaların hamısını təkzib etmişdir. Australopithecus-lar bir meymun növüdür və insanın əcdadı yaraşdırması yalnız darvinistlərin fantaziya və saxta nəzəriyyələri üçün istifadə etməyə çalışdıqları ssenaridir.
]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190377/“australopithecus-lar-insanin-əcdadidir”-iddiasihttp://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190377/“australopithecus-lar-insanin-əcdadidir”-iddiasihttp://imgaws1.fmanager.net/Image/objects/31-evrimcilerin-sahtekarliklari/20265_australopithecuslar_insanin_atasidir_iddiasi_bir_sahtekarliktir.jpgWed, 27 Aug 2014 21:38:49 +0300
Darvinizmə dəlil göstərilməyə çalışılan bütün kəllə sümüyü fosilləri saxtadır Darvinizm həqiqi elmi təməllərə və dəlillərə əsaslanmadığı üçün uydurma dəlillər təqdim edərək tərəfdar toplamağa çalışır. Bunun üçün darvinistlərin əlində fərziyyə uyduracaqları məmulatların olması kifayətdir. Darvinistlər haqqında fərziyyə uyduracaqları nəsli kəsilmiş canlı fosillərini götürüb formadan-formaya salır və onları ideologiyalarına dəlil kimi istifadə edirlər. İllər boyu nəsli kəsilmiş olduğu üçün dənizdən quruya xəyali keçidin ən məşhur nümunəsi kimi tanıdılmağa çalışılan, lakin canlı nümunəsi dövrümüzdə dənizlərdə mövcud olan Coelacanth bu saxtakarlığı əks etdirən mühüm dəlildir. Darvinistlər eyni taktikadan digər canlılar və insan üzərində də istifadə etməyə çalışırlar. Əllərində olan bütün fosilləri görünüşünə görə təsnifləndirir və öz ağıllarına görə istədiklərinə “ara keçid forma” adı verirlər. Lakin ara keçid forma adlandırdıqları fosillərin hamısı eyni ilə Coelacanth kimi mükəmməl və qüsursuz canlılara aiddir.
 
Belə ki, ara keçid forma kimi təqdim etməyə çalışdıqları bütün fosillərin əsassızlığı sübut edilmiş, onların nəsli kəsilmiş kompleks canlılara aid olduğu elmi cəhətdən əsaslandırılmışdır. Məsələ insanın xəyali təkamülü olduqda isə saxtakarlıq məmulatları, əsasən, nəsli kəsilmiş meymunlar və ya keçmişdə yaşamış bəzi insan qövmləridir. İndiyə qədər irəli sürülmüş bütün ara keçid forma iddiaları bu saxtakarlıq üsuluna əsaslanır. Məsələn, darvinistlərin insanın xəyali təkamülünə misal kimi təqdim etdikləri saysız-hesabsız kəllə sümüyünün nəsli kəsilmiş meymun və ya insan irqlərinə aid olduğu qəti və elmi cəhətdən sübut edilmiş və sözügedən kəllə sümükləri elmi ədəbiyyatdan çıxarılmışdır:
 
- 1891-ci ildə tapılan və “Yava adamı” adlandırılan fosil ilə 1923-cü ildə tapılan və “Pekin adamı” adlandırılan fosilin 1939-cu ildə saxta ara keçid forma olduğu başa düşülmüşdür.
 
- 1922-ci ildə ara keçid forma olduğu iddia edilən, ən böyük dəlil kimi təqdim edilən və “Nebraska adamı” adlandırılan diş fosilinin 1927-ci ildə qabana aid olduğu başa düşülmüşdür.
 
1959-cu ildə tapılan və “Zinjanthropus” adlandırılan fosilin adi meymun olduğu başa düşülmüş və fosil 1970-ci ildə ədəbiyyatdan çıxarılmışdır.
 
1930-cu ildə tapılan və 50 il boyu ara keçid forma kimi nümayiş etdirilən “Ramapithecus”un 1981-ci ildə adi babuin cinsi olduğu başa düşüldüyünə görə ləğv edildi.
 
- 1974-cü ildə Afrikada tapılan “Lusi”nin 1999-2000-ci illərdə aparılan elmi fəaliyyətlər nəticəsində saxta olduğu başa düşülmüş və bu fosil elmi ədəbiyyatdan çıxarılmışdır.
 
1924-cü ildə tapılan və “Taung uşağı” adlandırılan kəllə sümüyü fosilinin gənc qorillaya aid olduğunu başa düşülməsi ilə bu fosil də 1954-cü ildə ləğv edilmişdir.
 
1984-cü ildə tapılan və Homo Erectus növünə aid edilən “Turkana uşağı” fosilinin, əlsində, 12 yaşlı uşağa aid olduğu və böyüdükdə təqribən 1.83 m boyunda olacağı müəyyən edilmişdir. Fosilin dik skelet quruluşu dövrümüzdəki insanınkından fərqi yoxdur. Fosil haqqındakı bütün fərziyyələrin saxta olduğu başa düşülmüşdür.
 
“Reading” Universitetinin geologiya fakültəsindən təkamülçü L.B.Halsted “Nature” jurnalına verdiyi açıqlamada bu günə qədər insanın təkamülünə dəlil kimi göstərilməyə çalışılan fosillərin insanın təkamülünə əsla dəlil olmadığını və bu istiqamətdə darvinistlərin əlində heç bir tapıntı olmadığını bu sözlərlə etiraf etmişdir:
 
Bu vəziyyət cəmiyyətə ilk dəfə olaraq bu həqiqəti göstərir: insanın, həqiqətən, əcdadı olan əsl fosil yoxdur… ki, bu yaradılışa inananların illər boyu müdafiə etdiyi şeydir.
 
Bioloq L.Vatson darvinistlərin əlində insanın təkamülünü sübut edəcək bircə fosilin belə olmadığını bu sözlərlə ifadə edir:
 
Dövrümüzdəki meymunlar heç yoxdan var olmuş kimidirlər. Keçmişləri, fosil izləri yoxdur və dik yeriyən, tüksüz, alət düzəldən və iri beyinli varlıqlar kimi dövrümüzün insanlarının da əsl mənşəyi, əgər özümüzə qarşı səmimi olsaq, eyni şəkildə sirli məsələdir.
 
Nə qədər L.Vatson həqiqətləri açıq şəkildə ifadə etməkdən çəkinərək insanın mənşəyini öz ağlına görə sirli məsələ kimi göstərsə də, insanın mənşəyi çox açıqdır: bütün canlılar kimi insanı da Allah yaratmışdır və bütün konkret elmi tapıntılar da bu həqiqəti təsdiq edir. Bütün bunlarla bərabər darvinistlər üzə çıxan yeni fosillər qarşısında daima zaman problemi ilə üzləşirlər. Təkamül üçün hesabladıqları tarixləri daim geriyə çəkir, fosillərin təkamülü inkar etdiyini gördükcə daima iddialarını dəyişdirməli olurlar. Məsələn, yerin təbəqələrində tapılan 200 milyon illik insan ayaq izləri ilə bərabər Kretase dövrünə (144-65 milyon il) aid təbəqələrdə tapılmış insan sümükləri insanın 100 milyonlarla illik keçmişi olduğunu göstərir.64 Bu tarixlər dövrümüzün insanı üçün təkamülçülər tərəfindən müəyyən edilmiş sadəcə 50.000 illik zaman nəzərə alındıqda, şübhəsiz, böyük fərqə işarə edir. 2007-ci il avqust ayında açıqlanan yeni fosillər isə darvinistlər tərəfindən Homo Erectus və Homo Habilus adlandırılan canlıların eyni dövrdə birlikdə yaşadıqlarını göstərmişdir. Zaman problemi insanın xəyali təkamülü ilə bağlı darvinistləri çıxılmaz vəziyyətdə qoyan mühüm amillərdən biridir.
 
Bütün bu həqiqətlərə baxmayaraq, darvinistlər sözügedən saxta fosilləri elmi dəlil kimi göstərməyə davam edir və insanın təkamülü nağılını öz ağıllarına görə həqiqətə çevirməyə çalışırlar. Elmi cəhətdən əsassızlığı sübut edilməsinə baxmayaraq, bu fosilləri hələ də elmi mənbələrdə və məktəb dərsliklərində göstərməyə davam edir və insanları aldadırlar. Yazıçı H.Haneqraaf bu aldadıcı üsulu belə izah etmişdir: “Yava adamı”nın E. Dubois adlı holland tərəfindən 1891-ci ildə Yava adalarından birində tapıldığı hamıya məlumdur. Məlum olmayan şey isə Yava adamının bir kəllə sümüyü parçası, bir bud sümüyü, üç diş və çox böyük fantaziyadan ibarət olmasıdır. Bundan daha çox narahatlıq verən həqiqət isə bud sümüyünün kəllə sümüyü parçasından 50 fut (15 km) aralıda və bir il sonra tapılmasıdır…
 
… Əsasən, Selenka Expedition (Selenka ekspedisiyası) kimi tanınan və fosil tədqiqatlarının aparıldığı müddət Yava adamı ilə bağlı fərziyyələrin doğruluğunu göstərməyə cəhd edən 19 təkamülçüdən ibarət idi. Ancaq sözügedən təkamülçülər hazırladıqları 342 səhifəlik elmi hesabatda Yava adamının insanın təkamülündə heç bir rolu olmadığını açıq şəkildə bildirmişdir.
 
Bütün bunlara baxmayaraq, “Times” jurnalı təəccüblü şəkildə Yava adamından utanmadan insanın təkamül əcdadı kimi bəhs edən “How Man Began” (İnsan necə əmələ gəldi) başlıqlı məqaləni dərc etmişdir.
 
Darvinist KİV-lər bu şəkildə darvinist yalanın bir hissəsinə çevrilirlər. Qabaqcıl professorların və elm adamlarının yazdıqları darvinist kitablar da həqiqi elmi dəlillər əvəzinə tamamilə yalana əsaslanan bu saxta ssenariləri təkrarlayır. Elmi ədəbiyyatdan çıxarılmış, əsassızlığı elmi cəhətdən sübut edilmiş kəllə sümüklərinin təkamülə dəlil kimi hələ də gündəmdə saxlanmasının səbəbi də bu yalanı davam etdirməkdir. Təkamülçü zooloq Robert Martin bu mövzu ilə bağlı “New Scientist” jurnalına bunları demişdir:
 
Son illərdə müxtəlif yazıçılar insanın mənşəyi ilə bağlı məşhur kitablar yazıblar. Onların hamısı həqiqətlər və obyektivlik əvəzinə fantaziyalar və subyektivlik üzərində qurulmuşdu.
 
Hal-hazırda darvinistlərin insanın təkamülünə dəlil kimi göstərəcəkləri bircə kəllə sümüyü, bircə sümük parçası da tapılmamışdır. Bu həqiqəti qəbul edə bilməyən darvinistlərin çürük metodu isə saxta ara keçid forma fosillərini təqdim edərək yalanla davam etməkdir.
]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190376/darvinizmə-dəlil-gostərilməyə-calisilan-butunhttp://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190376/darvinizmə-dəlil-gostərilməyə-calisilan-butunhttp://imgaws1.fmanager.net/Image/objects/31-evrimcilerin-sahtekarliklari/20264_darwinizme_delil_gosterilmeye_calisilan_tum_kafatasi_fosilleri_sahtedir.jpgWed, 27 Aug 2014 21:28:16 +0300
“Coelacanth dənizdən quruya keçid nümunəsidir” iddiası saxtakarlıqdır Əslində, canlı dinozavr tapılsaydı, bu, daha az təəccüblü olardı. Çünki fosillər Coelacanth-ın dinozavrların üzə çıxmasından 150-200 il əvvəl mövcud olduğunu göstərir. Bir çox elm adamının quruda yaşayan onurğalıların əcdadı kimi göstərdiyi, ən azı 70 milyon il əvvəl məhv olduğu hesab edilən balıq canlı tapılmışdı!
 
“Focus” (Fokus) jurnalının 2003-cü ilin aprel sayındakı bu sözlər illərlə ara keçid forma kimi tanıdılmış Coelacanth-ın (Latimera chalumnae) canlı nümunəsinin dövrümüzdəki dənizlərdə tapılması qarşısındakı təəccüb darvinistlərin dilindən deyilir. Darvinistlər 1938-ci ildən əvvəl Coelacanth fosili haqqında çoxlu iddialar irəli sürmüş, canlının üzgəclərini yeriməyə başlayan ayaqlar, fosilləşmiş yağ kisəsini isə ibtidai ağciyər kimi izah etmişdilər. Fosil üzərindəki bütün spekulyasiyalarla itmiş halqanı tapdıqlarını irəli sürürdülər.
 
Elə bu vaxt canlı nümunəsi ələ keçən Coelacanth darvinistlər üçün böyük ümidsizliyə səbəb oldu. Bu və ən sonuncusu 2007-ci ilin may ayı və daha sonra dövrümüzdə dənizlərdə tapılan 200-dən çox Coelacanth fosillər üzərində aparılan darvinist spekulyasiyaları tamamilə aradan qaldırdı. Başa düşüldü ki, Coelacanth təqribən 150 sm boyunda, olduqca təkmil quruluşa malik kompleks canlıdır. Həm də bu canlıda 450 milyon illik tarixində heç bir dəyişiklik baş verməmişdi. Başqa sözlə, bu gün mövcud olan komplekslik 4500 milyon il əvvəl də eynilə var idi.
 
Bütün bunların elmi cəhətdən başa düşülməsinin ardınca Coelacanth yaşayan fosil nümunələri arasına qatıldı və ara keçid forma olduğuna dair bütün iddialar geri götürüldü. Darvinistlər üzərində fərziyyə qurduqları bir fosili də itirdilər. Əgər bu canlı dövrümüzdə dənizlərdə tapılmasaydı, eynilə Archaeopteryx-də olduğu kimi, bu fosil üzərindəki darvinist fərziyyələr bitməyəcəkdi. Canlı sudan quruya keçidin ən böyük təmsilçisi kimi tanıdılmaqda davam edəcək və ən yaxşı ara keçid forma kimi üzərində minlərlə fərziyyə qurulacaqdı. Bu canlının ara keçid forma deyil, mükəmməl dəniz canlısı olduğuna dair həqiqətləri ifadə edənlər isə darvinistlər tərəfindən eynilə hal-hazırda digər ara keçid forma iddialarındakı kimi susdurulacaqdılar. Lakin heç bir dəlilə əsaslanmadan insanları aldatmaq istəyənlər heç bir nəticə əldə edə bilməyəcəklər. Rəbbimiz bir ayəsində belə buyurur:
 
Bilin ki, göylərdə və yerdə kim varsa, hamısı Allah`ındır. Allah`dan başqasına tapınanlar həqiqətdə Allah`a qoşduqları şəriklərə tabe olmazlar. Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey deməzlər. (Yunis surəsi, 66)
]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190222/“coelacanth-dənizdən-quruya-kecid-numunəsidir”http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190222/“coelacanth-dənizdən-quruya-kecid-numunəsidir”http://imgaws1.fmanager.net/Image/objects/31-evrimcilerin-sahtekarliklari/11383_coelacanth_iddiasi.jpgSun, 24 Aug 2014 03:18:01 +0300
Archaeopteryx-in quşların əcdadı olması iddiası saxtakarlıqdır 1860-cı ildə Almaniyada tapılan Archaeopteryx adlandırılan quş fosili dövrümüzün quşlarından fərqlənən bəzi özünəməxsus xüsusiyyətlər daşıyırdı. Ağzındakı dişlər, qanadlarındakı pəncələr və uzun quyruğu darvinistlər tərəfindən spekulyasiya kimi istifadə edildi və quş heç bir elmi əsas olmamasına baxmayaraq, dərhal sürünənlərə bənzədilərək sürünən quş ara fosili kimi təqdim edildi.
Lakin bu iddia da böyük yalan idi.
 
Archaeopteryx-in darvinistlər tərəfindən saxta ara keçid forma kimi əfsanəyə çevrilməsindən bir müddət sonra fosil sümükləri hərtərəfli şəkildə tədqiq edildi və bu canlının sürünəndən quşa xəyali keçidi göstərən ibtidai quş olmadığı, əksinə, skelet və tük quruluşunun uçuş üçün olduqca əlverişli olduğu, sürünənlərə bənzədilən xüsusiyyətlərin tarixən yaşamış və hətta dövrümüzdə yaşayan digər bəzi quşlarda da mövcud olduğu üzə çıxdı. Darvinizm tərəfdarı “Science” jurnalı bu həqiqəti açıq şəkildə dilə gətirmişdi:
 
Archaeopteryx yəqin ki, ilk quşlarla bağlı tüklərin və uçuşun ən qədim mənşəyi ilə bağlı çox şey deyə bilməz, çünki Archaeopteryx, sözün əsl mənasında, bir quşdur.
 
Archaeopteryx fərqli canlı növlərinin xüsusiyyətlərini daşıyan mozaik canlıdır. Mozaik canlılar elm adamları tərəfindən mürəkkəb quruluşları ilə diqqət cəlb edən və bir neçə növün fərqli xüsusiyyətlərini ehtiva edən canlılar kimi tərif edilir. Darvinistlərin Archaeopteryx-dən istifadə edərək yalan uydurmalarının səbəbi də bu fosilin mozaik canlıya aid olmasından irəli glir. Əslində, mozaik canlılar da dövrümüzdəki bütün digər canlılar kimi mürəkkəb xüsusiyyət daşıyan yaradılış nümunələridir. Fransız biofizik, təkamülçü Pier Lekont du Nuy bu məsələ ilə bağlı bu etirafı edir:
 
Müstəsnalıq təşkil edən Archaeopteryx-i əsl ara forma kimi dəyərləndirmək hüququna malik deyilik. Ara forma deyərkən sürünənlərlə quşlar kimi siniflər və ya daha kiçik qruplar arasındakı lazımi keçid mərhələlərini nəzərdə tuturuq. İki fərqli qrupa aid xüsusiyyətlər nümayiş etdirən bir heyvan, əgər üzərində keçidə dair mərhələlər tapılmamışdırsa və keçidə dair mexanizmlər hələ də məlum deyilsə, əsl ara form kimi qəbul edilə bilməz.
 
Darvinistlər arasında bu cür etiraf edənlərin sayı, əslində, olduqca çoxdur. Sıçrayışlı təkamül yalanını ortaya ataraq gündəmə gələn XX əsrin ən tanınmış darvinistlərindən S.C.Quld və Niles Eldric də Archaeopteryx-in ara forma kimi qəbul edilməməsində həmfikirdirlər. C.Uels: “Dünyanın ən gözəl fosili Ernst Mayrın sürünənlərlə quşlar arasında az qala ən mükəmməl əlaqə olduğu dediyi nümunə səssizcə aradan götürüldü və itmiş halqaların araşdırılması Archaeopteryx heç tapılmamış kimi davam edir”, deyə bildirərkən bu fosilin təkamülə dəlil olmadığını elmi kütlələrin açıq şəkildə qəbul etdiyini dilə gətirir. Lakin maraqlıdır ki, darvinist elm adamları tərəfindən açıq şəkildə etiraf edilməsinə baxmayaraq, darvinist KİV-lərdə Archaeopteryx fosili hələ də ara forma kimi tanıdılmağa çalışılır. C.Uels bunu belə izah edir:
 
Bəzi biologiya dərslikləri Archaeopteryx-i itmiş halqanın klassik nümunəsi kimi göstərməyə davam edir. Maderin 1998-ci ildə nəşr olunmuş “Biology” kitabı onu sürünənlərlə quşlar arasındakı keçid əlaqəsi kimi göstərir. Uilyam Şrayer və Herbert Stoltzenin “Biology: The Study of Life” (Biologiya: həyatın öyrənilməsi) kitabının 1999-cu il nəşrində də şagirdlərə bir çox elm adamının onun sürünənlərlə quşlar arasındakı təkamül əlaqəsini təmsil etdiyinə inandığı deyilir.
 
Şübhəsiz, bu vəziyyət bu böyük saxtakarlığın hələ də davam etdirildiyindən irəli gəlir. Əllərində hər hansı ara keçid forma olmamasına baxmayaraq, darvinistlər nəzəriyyələrindən əl çəkmədiklərinə görə, uydurduqları saxta ara keçid formalarını qorumağa çalışırlar. Archaeopteryx-in saxtakarlıqla hələ də gündəmdə saxlanmağa çalışmalarının səbəbi də elə budur.
]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190221/archaeopteryx-in-quslarin-əcdadi-olmasihttp://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190221/archaeopteryx-in-quslarin-əcdadi-olmasihttp://imgaws1.fmanager.net/Image/objects/31-evrimcilerin-sahtekarliklari/11384_archaeopteryx_iddiasi.jpgSun, 24 Aug 2014 03:16:03 +0300
Kembri fosillərinin 70 il gizlədilməsi saxtakarlıqdır Canlı tarixinin ən qədim dövrlərindən biri olan Kembri dövrü 543-490 milyon il əvvəli təmsil edir. Bu dövrdən əvvəl tək hüceyrəli canlılar və bir neçə çoxhüceyrəli növü hökm sürürkən ani surətdə tam və mükəmməl şəkildə qeyri-adı canlı müxtəlifliyi meydana gəlmişdir. Bu canlıların hamısı əvvəlki canlılardan çox fərqli şəkildə dövrümüzün canlılarına aid qeyri-adi mürəkkəb xüsusiyyətlərə malikdirlər. Bu xüsusiyyəti ilə Kembri dövrü təkamül nəzəriyyəsinə böyük zərbədir.
 
Kembri dövrünə aid fosilləri tapılan canlılar dövrümüzdə mövcud olanlar da daxil olmaqla, 55 şöbənin nümunəsini verir (növ: canlıların əsas bədən quruluşlarına görə təsnif olunduqları “aləmdən” sonrakı ən böyük kateqoriya). Digər sözlə, dövrümüzdəki canlıların hətta çoxunun əsas bədən quruluşu dövrümüzdən təqribən 540 milyon il əvvəl mükəmməl forması ilə mövcud olmuşdur (dövrümüzdə 35 növ canlı var). Kembri dövrünün canlıları dövrümüzdəki mükəmməl kompleksliyə malik canlılardan fərqlənmir. Bu, Darvinin xəyali təkamül ağacına ziddir, xəyali təkamül prosesi üçün müəyyən edilmiş saxta inkişafı alt-üst edir. Darvinin təkamül nəzəriyyəsinə əsasən, təsadüfən əmələ gələn ilk hüceyrənin ardınca tək hüceyrəlilər yer üzündə hökm sürməli, bunun ardından da ibtidai quruluşlu çox hüceyrəlilərlə başlayan hərəkətli həyat suda yaşayan tək növ ilə davam etməlidir. Növün sayı zaman ərzində artmalı, bununla əlaqədar şəkildə də növlər çoxalmalıdır. Lakin Kembri dövrünə aid tapıntıların üzə çıxardığı həqiqət belə deyil.Darvinin təkamül ağacının tamamilə əksinə, dövrümüzdəkindən daha çox sayda müxtəliflik canlı tarixinin hələ lap əvvəllərində tək hüceyrəlilərdən dərhal sonra özünü göstərmişdir (ətraflı məlumat üçün bax: “Darvinin başa düşmədiyi Kembri dövrü”, Harun Yəhya)
 
Darvinist ideologiyaya sıx bağlı olan qatı darvinist üçün bunu kəşf etmək, şübhəsiz, böyük məhvdir. ABŞ-ın ən məşhur muzeylərindən Smitsonian Muzeyində (Smithsonian Institution) rəhbər və paleontoloq olan Çarlz Dulitl Uolkot da bu batil dinin ən sadiq mənsublarından olduğu üçün ilk dəfə 1909-cu ildə kəşf etməyə başladığı Kembri fosillərinin müxtəlifliyi qarşısında dəhşətə gəlmişdi. 1917-ci ilə qədər davam edən fəaliyyətində cəmi 65.000 fosil nümunəsi toplamışdı. Bunların hamısı Kembri dövrünün mürəkkəb canlılarına aid idi.
 
Darvinist saxtakarlıqlar nəzərə alındıqda darvinizmin süqutunun xəbərçisi olan bu fosillərin bir darvinist tərəfindən tapılması və ardından eyni darvinist tərəfindən gizlədilməsi də, şübhəsiz, sürpriz deyil. Uolkot mənsub olduğu batil dini bir növ məhv edən, inanclarına zidd olduğu üçün onu dəhşətə salan bu fosilləri gizlətməyə qərar verdi. Çəkdiyi rəsmləri və sənədləri Smitsonian Muzeyindəki siyirmələrdə kilidlədi. Bu xüsusi və mühüm fosillər ancaq 70 il sonra üzə çıxacaqdı. İsrailli elm adamı Qerald Şröder bununla bağlı belə deyir:
 
Əgər Uolkot istəsəydi, fosillər üzərində işləmək üçün bir orduluq tələbəni toplaya bilərdi. Amma təkamül gəmisini batırmamağı üstün tutdu. Bu gün Kembri dövrünün fosilləri Çində, Afrikada, Britaniya adalarında, İsveçdə, hətta Qrenlandiyada da tapılmışdır. (Kembri dövründəki) partlayış dünya səviyyəsində baş vermiş hadisədir. Amma bu qeyri-adı hadisənin xüsusiyyətini müzakirə etmək mümkün olmazdan əvvəl məlumat gizlənmişdir.
 
Uolkotun tapdığı Burqes Şeyldəki Kembri dövrünün fosilləri Uolkotun ölümündən on illər sonra yenidən tədqiq edildi. “Kembric qrupu” kimi tanınan və Harri B. Vitinqtin, D. Briqqs və Simon K. Morrisdən ibarət mütəxəssis qrupu 1980-ci ildə fosilləri hərtərəfli şəkildə tədqiq etdilər və faunanın Uolkotun müəyyən etdiyindən daha müxtəlif və qeyri-adi olduğu nəticəsinə gəldilər. Fosillərin bir qisminin dövrümüzdə məlum olan canlı kateqoriyaları altında təsnif olunmasının mümkün olmadığını, ona görə, indikindən fərqli canlı şöbələrinə aid olduqlarını bildirdilər. Canlılar 543-490 milyon il əvvəl davam etmiş Kembri dövründə mükəmməl və mürəkkəb formaları ilə ani şəkildə ortaya çıxmışdılar.
 
Əldə edilən nəticə darvinistlər üçün o qədər gözlənilməz idi ki, elm adamları bu ani hadisəni partlayış adlandırdılar. “Kembri partlayışı” elm tarixinin ən bənzərsiz, təkamülçü elm adamları üçün isə ən açıqlamasız hadisələrin önündə gəlirdi. Hər məsələdə çıxılmaz vəziyyətdə olan təkamül nəzəriyyəsi tərəfdarlarının qarşılaşdığı bu tapıntılar nəticəsində təbliğat məqsədli uydurma hekayələrə də son verməli və həyatın başlanğıcını açıqlama probleminə geri dönməli idilər (əlbəttə, bu, həyatın mənşəyinə dair ağıllı və elmi açıqlaması olmayan darvinistlər üçün problemdir. Ağlabatan, elmi və məntiqli hərəkət edənlər kainatın və canlıların uca Allah`ın əsəri olduğunu açıq-aydın görürlər). Darvinin təkamül ağacı tərsinə çevrilmişdi və bu vəziyyət təkamül nəzəriyyəsinin təməl məntiqinə tamamilə zidd idi.
 
Üstün canlı formalarını, Allah`ın möhtəşəm yaratmasını nümayiş etdirən kembri partlayışı darvinistlər tərəfindən hələ də səssizliklə qarşılanır. Darvinistlər əldə edilən bu qeyri-adi tapıntılar qarşısında sanki sükuta gömülüblər və sanki bu tapıntılar heç yox imiş kimi davranırlar. Canlıların tarixi haqqında uydurduqları saysız-hesabsız aldadıcı ssenarini elmi jurnallarda bir-birinin ardınca nəşr edərkən 540 milyon il əvvəlki bu hekayəni xatırlatmamağa, bunun təkamül nəzəriyyəsini tamamilə aradan qaldırdığını hiss etdirməməyə çalışırlar. Bunu açıq şəkildə etmiş və bütün fosilləri gizlətmiş Ç.D.Uolkot darvinizm yalanının nələr edəcəyinin ən böyük dəlil və nümunələrindən biridir.
 
Əgər darvinizm, həqiqətən, elm olsaydı, darvinizmi müdafiə edənlər də əsl elm adamı olsaydılar, şübhəsiz, elmi dəyəri bu qədər böyük olan tapıntılar böyük kəşf kimi ön plana çıxarılar və dərhal elmi sayt, kitab və məqalələrə mövzu olardı. Bunun tam əksinin edilməsinin, konkret elmi tapıntıların qəsdən gizlədilməsinin səbəbi darvinizmin elm deyil, dəccalın oyunu kimi üzə çıxan saxta din olmasıdır… Yalan üzərində qurulmuş bu nəzəriyyə saxtakarlıqlarla həyatda qalmağa çalışır. Kembri fosillərinin gizlədilməsi darvinizm adından edilmiş elmi saxtakarlıqlardan sadəcə biridir.
]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190220/kembri-fosillərinin-70-il-gizlədilməsihttp://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190220/kembri-fosillərinin-70-il-gizlədilməsihttp://imgaws1.fmanager.net/Image/objects/31-evrimcilerin-sahtekarliklari/16843_kambriyen_fosillerinin_70_yil_saklanmasi_bir_aldatmacadir.jpgSun, 24 Aug 2014 03:14:58 +0300
Darvinistlərin yaşayan fosilləri ört-basdır etməyə çalışması saxtakarlıqdır Darvin, tədqiqatları əsnasında ginkgo biloba (yapon gavalısı) ağacının yarpağının fosilini tapdıqda çox təəccüblənmişdi. Dövrümüzdə yaşayan bir canlının eynisi milyonlarla il əvvəlki təbəqələrdə bu günkü forması ilə mövcud idi. Nəzəriyyəsinin əsassızlığını sübut etməyə kifayət edən və Darvini, həqiqətən də təşvişə salan bu fosil elə Darvinin özü tərəfindən “yaşayan fosil” adlandırılacaqdı. 
 
Əgər Darvin indi yaşasaydı, şübhəsiz, bu məsələ ilə bağlı təşvişi daha çox olardı. Çünki ginkgo dövrümüzə qədər gəlib çatan yeganə yaşayan fosil deyil. Yerin təbəqələrindən çıxarılmış 350 milyondan çox fosilin bir qismini tam və mükəmməl nəsli tükənmiş canlılar, böyük əksəriyyətini isə yaşayan fosillər təşkil edir. Hal-hazırda mövcud olan növlərin böyük qisminin milyonlarla illik fosil nümunələri tapılmış və nümayiş etdirilmişdir (ətraflı məlumat üçün bax: http://www.yaratilismuzesi.com/fosiller/http://www.yaratilisatlasi.com/). Dövrümüzdə yaşayan atlar, zürafələr, balıqlar, itlər, quşlar, sürünənlər hal-hazırkı formaları və görünüşləri ilə milyonlarla illik iz qoymuşlar. “Yaradılış atlası” adlı əsərin bütün cildlərində, ölkəmizdə təşkil edilən müxtəlif sərgilərdə və “Yaradılış muzeyi” adlı internet saytında nümayiş etdirilən fosillər haqqında bəhs edilən nümunələrin sadəcə bir hissəsidir. Sözügedən nümunələr o qədər çoxdur ki, demək olar ki, dövrümüzdəki hər canlı milyonlarla illik həmnövü tərəfindən təmsil edilir və bu fosillər dövrümüzün canlıları ilə mükəmməl uyğunluq içindədirlər. Milyonlarla il əvvəlki fosilləri ilə dövrümüzün canlıları arasında heç bir fərq yoxdur. Canlılar dəyişilməyiblər. İlk dəfə yaradıldıqları kimidirlər. Amerika Təbiət Tarixi Muzeyinin müdiri, tanınmış təkamülçü paleontoloq N.Eldric təkamülün ən böyük müəmmalarından biri olan yaşayan fosillər həqiqəti qarşısındakı acizliklərini bu sözlərlə açıqlamışdır: Yaşayan bir orqanizmlə onun uzaq geoloji keçmişdəki fosilləşmiş əcdadları arasında müqayisə edəcəyimiz hər hansı bir hissədə demək olar ki, heç bir dəyişiklik yoxdur. Yaşayan fosillər təkamül xarakterli ətalət fikrinin ən konkret nümunələridir. Yaşayan fosillərin sirrini tam mənada aça bilməmişik.
 
N.Eldric darvinistlərin çarəsizliklərini gizlətməyə çalışaraq “təkamül xarakterli ətalət” ifadəsindən istifadə edərək “sanki keçmişdə təkamül prosesi baş vermiş, amma dayanmışdır” kimi təsəvvür yaratmağa çalışsa da, həqiqət budur: fosillər tarixin heç bir dövründə təkamül prosesinin baş vermədiyini sübut edir. Bütün canlı növləri bu gün malik olduqları xüsusiyyətlərlə birlikdə bir anda üzə çıxmış və on milyon illərlə ən kiçik dəyişikliyə belə uğramamışlar. Balıqlar elə balıq, sürünənlər elə sürünən, məməlilər elə məməli, insan da elə insan kimi mövcud olmuşdur. Darvinin ən böyük ümidi olan fosillər Darvinin nəzəriyyəsini məhv edən ən güclü dəlil olmuşdur.
 
Şübhəsiz, bu vəziyyət heç bir ara fosil ilə dəstəklənməyən təkamül nəzəriyyəsi üçün böyük məğlubiyyətdir. Elə bu səbəbdən, varlıqları darvinist elm adamlarına çox yaxşı məlum olmasına baxmayaraq, yaşayan fosillər heç vaxt gündəmə gətirilmir, ört-basdır edilirlər. Təkamülçü mənbələrə baxan bir insanda sadəcə bir neçə yaşayan fosil olması təsəvvürü yaranacaqdır. Çünki darvinistlər tərəfindən ön plana çəkilən yalnız bir neçə yaşayan fosil var. Eyni mənbələrdə bu bir neçə fosilin möcüzəvi şəkildə heç dəyişilmədən qaldıqları və saysız-hesabsız xəyali təkamül dəlili içində bir istisna olması təsəvvürü verməyə çalışırlar. Lakin bu, yalandır.
 
Amerikalı paleontoloq S.M.Stenli fosillərin üzə çıxardığı həqiqətin elm dünyasına hakim olan darvinist diktatorluq tərəfindən necə görməzlikdən gəlindiyini belə izah edir:
 
Məlum olan fosillər mərhələli təkamülə uyğun deyil və heç bir zaman da uyğun olmamışdır. Diqqəti çəkən nöqtə budur ki, bəzi tarixi şərtlər nəticəsində bu barədəki həqiqət gizlənmişdir… Bir çox paleontoloq əllərindəki sübutların Darvinin kiçik, yavaş və mərhələli dəyişikliklərin yeni növ əmələ gətirməsi fikri ilə ziddiyyət təşkil etdiyini hiss etmişdir… Amma onların bu düşüncəsi susdurulmuşdur. Nə qədər susdurmağa çalışsalar da, ortada açıq həqiqət var: yaşayan fosillər milyonlarladır. Hal-hazırda Darvinin təkamül nəzəriyyəsi fosillərin verdiyi nəticələr qarşısında qəti məğlubiyyətə uğramışdır. Elmi kəşflər darvinizmi məhv etmişdir. Darvinistlər artıq yaradılış həqiqətinin dəlilləri olan bu fosilləri gizlədə bilmirlər. Həqiqətlər üzə çıxmış, darvinizmin məhvi darvinistlərin ən böyük təməli olan fosillər tərəfindən elan edilmişdir.
 
Darvinist tələ pozulmuşdur. Darvinizmə əsasən, nəzəriyyəni dəstəkləyəcəyi gözlənilən fosillər Allah`ın izni və təqdiri ilə darvinizmin sonunu gətirmişdir. İnsanlar canlıların Allah`ın yoxdan yaratdığı həqiqətini qəti şəkildə görmüşdür. Bu dəlil görüldükdən sonra əks iddialarla üzə çıxmağın heç bir dəyəri və təsiri yoxdur. Uca Allah qədərdə dəccalın sistemini başından məhv olmuş, yox olmuş şəkildə yaratmışdır. Bu həqiqəti hər kəs açıq, mübahisəsiz şəkildə görür. Uca Rəbbimiz bütün varlıqları yoxdan yaratdığnı ayələrində bu cür xəbər verir:
 

Allah`ı necə inkar edirsiniz ki, siz ölü idiniz, O, sizi diriltdi. O, sizi yenə öldürəcək, sonra yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız. Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur! O, hər şeyi biləndir! (Bəqərə surəsi, 28-29)

]]>
http://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190219/darvinistlərin-yasayan-fosilləri-ort-basdirhttp://adnanoktar.az/az/Təkamulculərin-saxtakarligi/190219/darvinistlərin-yasayan-fosilləri-ort-basdirhttp://imgaws1.fmanager.net/Image/objects/31-evrimcilerin-sahtekarliklari/16874_darwinistlerin_yasayan_fosilleri_ortbas_etmeye_calismalari_bir_aldatmacadir.jpgSun, 24 Aug 2014 03:13:27 +0300