ADNANOKTAR.AZhttp://adnanoktar.azadnanoktar.az - Əsla unutmayın - Ən son əlavələrazCopyright (C) 1994 adnanoktar.az 1ADNANOKTAR.AZhttp://adnanoktar.azhttp://harunyahya.com/assets/images/hy_muhur.png11666Dünyanın keçici bir imtahan yeri olduğunu əsla unutmayın  

Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Ənkəbut surəsi, 64)

Dünyadakı hər şeyin bir məqsədlə yaradıldığını unutmayın. Ətrafınızda gördüyünüz hər şeyin yaranma səbəbi var. Hər şey kimi, sizin və sizinlə bərabər bütün insanların da dünyada var olmasının bir məqsədi var:

 

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır. (Mülk surəsi, 2)

Yuxarıdakı ayədə də görüldüyü kimi, Allah insanları sınamaq üçün həyatı yaratmış və insanları dünyaya müvəqqəti yerləşdirmişdir. Burada qarşımıza çıxan hadisələrlə bizi sınayır. İnkarçıların ortaya çıxması, inanların pisliklərdən arınması və cənnət əxlaqına çatması üçün həyatı davam etdirir. Yəni dünya sadəcə Allahın razılığını qazana bilməyimiz üçün sınaq yeridir.

Allah insanlara qorumaları lazım olan sərhədləri, razı qalacağı davranışları və Onu razı etməyəcək hər şeyi açıq şəkildə bildirmişdir. Buna görə, insan dünyadakı hərəkətlərinə görə əbədi həyatında cəza alacaq və ya mükafata layiq olacaqdır. Yaşadığımız hər saniyə bizi ya cənnətə yaxud da cəhənnəmə yaxınlaşdırır.

Ona görə siz də hazırda sınandığınızı və bu sınağın nəticəsində sonsuz həyatınızı müəyyən edəcəyini və bu nəticənin çox yaxın olduğunu əsla unutmayın. Allah bu həqiqəti qullarına bir çox əyədə xatırladır və o günə qarşı onları bu şəkildə xəbərdar edir:

Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! (Həşr surəsi, 18)

Allah dünyanın keçici və aldadıcı bəzəklərinə ehtirasla bağlanmaqdan insanları çəkindirir. Çünki insanın nə malı, nə gözəlliyi, nə mövqeyi, qısası dünyada sahib olduğu heç bir şey -bunları Allahın razılığına uyğun istifadə etmədiyi müddətcə ona axirətdə fayda verməyəcək. İnsan, bədəni də daxil olmaqla sahib olduğu hər şeyi dünyada buraxıb axirətə gedəcək. Torpağa basdırılan bədəni çürüyüb gedəcək, dünyada ehtirasla sahib olduğu malı, mülkü zaman keçdikcə yerlə bir olacaq. Özü isə tək-tənha, eynilə digər insanlar kimi sorğuya çəkilmək üçün Rəbbimizin hüzuruna gələcək. Bu açıq həqiqətə baxmayaraq, insanların böyük bir hissəsi gündəlik işlərinə dalaraq ölümü, axirəti unudurlar. Bütün həyatlarının bu dünyadakı yaşam olduğunu zənn edirlər. Quranda insanların bu psixologiyası bu şəkildə izah edilir:

(Qiyaməti inkar edənlər) belə deyirlər: “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölürük və dirilirik; bizi öldürən ancaq dəhrdir. Bu barədə onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar! (Casiyə surəsi, 24)

Halbuki insanların göz ardı etdiyi çox önəmli bir gerçək var. Dünyadakı həyat çox qısadır. Hazırda 30 yaşında olan bir insan üçün düşünək. Özündən 30 ilin necə keçdiyini soruşsanız çox guman ki, «elə sürətlə keçdi ki, anlamadım» deyəcək. Etdiklərini danışmasını istəsəniz, ən çox bir neçə saat 30 il boyunca etdiklərini danışacaq. Bu insanın da önündə ən çox 30 il daha ömrü qalıb. Önündəki zaman da keçmişdəki zaman kimi sürətlə keçib gedəcəkdir. Allah dünyada yaşanan bu müddətin qısalığına bir çox ayədə diqqət çəkmiş, insanların axirətdə bunu açıq şəkildə etiraf edəcəklərini bildirmişdir. Bu ayələrdən bəziləri bunlardır:

(Allah müşrikləri) gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı gün... (Yunis surəsi, 45)

Qiyamət qopacağı gün günahkarlar bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar belə döndərilirdilər (yoldan çıxardılırdılar). (Rum surəsi, 55)

Allah insanların dünyaya ehtirasla  bağlanmamaları üçün dünyada gözəlliklərlə yanaşı bir çox əskiklik, çirkinlik də yaratmış və dünyanın keçiciliyini də göz önünə sərmişdir. Ancaq bu, üzərində ətraflı şəkildə düşünülməli bir mövzudur. Belə düşünün. Ən dəyər verdiyiniz, ən gözəl gördüyünüz şeylər qısa müddət ərzində köhnəlir, sevdikləriniz bir-bir ölür, ətrafınızdakı ən gözəl insanlar qocalır, xəstəliklərin biri qutarıb başqası başlayır. İndiyə qədər yaşadığınız ən xoşbəxt anlarınız, gəlməsini səbirsizliklə gözlədiyiniz anlar, çox sıxıntılı olduğunuz anlar da hamısı keçib getdi. Bundan sonra da belə olacaq və siz bir göz qırpımında keçən müddət ərzində hər zaman sınanacaqsız. Bu imtahan ölüm gəlib sizə çatana qədər davam edəcək... Sonra isə yer üzündə tarix boyu yaşamış bütün insanlar kimi etdiklərinizin əvəzini nöqsansız şəkildə görəcək, buna görə sonsuz həyatınız başlayacaq.

Halbuki insan heç bir gözəlliyin, heç bir xoşbəxt anının müvəqqəti olmasını istəməz. Amma çox tez keçən dünyada nə qədər çalışsa da bu mümkün deyil. O zaman bu arzulara necə çatacaq? Məhz cənnət, insanın bütün bu istəklərinə təxmin ediləndən də artıqlaması ilə qovuşacağı yeganə yerdir.

Siz də qəlbinizdəki bu istəkləri yaşaya biləcəyiniz yerin dünya olmadığını, əgər həqiqətən sonsuz nemətləri istəyirsinizsə, dünya həyatının ardınca düşməməyiniz, əksinə, axirət üçün hazırlıq görməli olduğunuzu unutmayın.

Bu həqiqətlərdən qəflət içində olan inkarçılar isə həyatın ölümlə bitdiyinə dair batil inancları səbəbilə istədikləri hər şeyi dünyadakı qısa müddətin içinə sığışdırmağa çalışırlar. Bütün gözəlliklərə və zövqlərə dünyada çatmağa çalışırlar. Ölümlə birlikdə hər şeydən məhrum qalacaqlarından narahat olduqları üçün bu dünyadan mümkün qədər yararlanmağa çalışırlar. Halbuki bu boşa gedən bir cəhddir. Dünya çox əksikdir. Hər şeyin daha gözəli və bitib tükənməyəni axirətdədir. Belə ki, bu nemətlər yalnız Allaha ibadət edən saleh möminlər üçündür. İnkar edənlərin isə görəcəyi nemətlər ancaq bu dünyadakı qədərdir. Bu şəxslərin axirətdə oda atılacaqlarını Allah belə bildirir:

Kafirlər Odun qarşısına gətiriləcəkləri gün (onlara deyiləcəkdir:) “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!” (Əhqaf surəsi, 20)

Göründüyü kimi, dünyadakı heç bir iş cəhənnəmdən xilas olmaq üçün görüləcək işlərdən əhəmiyyətli deyil. Bir tələbə məktəbini bitirə bilmək, bir başqası pul qazanıb sərvət toplamaq, bir başqası isə yaxşı bir mövqeyə gəlmək üçün bütün gücü ilə çalışır. Ancaq heç vaxt unutmamalıdır ki, insan məktəbini bitirəcəyi günü görməyə bilər və ya qazandığı pulu xərcləyəcək qədər yaşayamaya bilər. Amma qəti olaraq yaşayacağı bir həqiqət var ki, o da din günü Allaha hesabat verəcəyidir.

Bizimlə qarşılaşacaqlarına ümid etməyənlərin, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayanların və ayələrimizdən qafil olanların - məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir! (Yunis surəsi, 7-8)

Əslində Allahın insanları tez-tez tövbə etmələrinə, öyüd alıp-düşünmelerine səbəb olacaq xəstəlik, qəza, qocalma kimi hadisələrlə qarşılaşdırması düşünənlər üçün dünyanın əskik yaradılmış və bağlanılacaq bir yer olmadığını açıq şəkildə ortaya qoyur:

Münafiqlər ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmürlərmi? Bununla belə, yenə tövbə edib ibrət almırlar! (Tövbə surəsi,126 )

«…Siz dünya mənfəətlərini istəyirsiniz, Allah isə axirəti (qazanmağınızı) istəyir…» (Ənfal surəsi, 67) ayəsində də bildirildiyi kimi, Allah qullarının axirətdə ən gözəl məqama nail olmaları üçün dünyanın nöqsanlarla dolu olduğunu daim xatırladır.

Siz də bu xatırlatmaları göz ardı etməyin və sonsuz xoşbəxtlik üçün dünyada Allahı razı etməli olduğunuzu unutmayın. Allah ayəsində qısa olan dünya həyatına bağlananların sonsuz həyatı itirdiklərini bütün açıqlığı ilə belə bildirmişdir:

Biz axirət qazancını (savabını) istəyənin qazancını artırar, dünya mənfəəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur. (Şura surəsi, 20)

(Kafirlərin) bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxma! Rəbbinin ruzisi həm daha xeyirli, həm də daha baqidir (sürəklidir, əbədidir)! (Taha surəsi, 131)

Ancaq bütün bunlarla yanaşı, Allahın Özündən axirəti istəyən saleh iman sahiblərini dünyada da ən gözəl həyat içində yaşadacağını unutmayın. Möminlər həm dünya nemətlərinin, həm də axirət nemətlərinin ən gözəlinə qovuşanlardır.

Onlara dünyada da, axirətdə də müjdə vardır… (Yunis surəsi, 64)

 

]]>
http://adnanoktar.az/az/Əsla-unutmayin/215167/dunyanin-kecici-bir-imtahan-yerihttp://adnanoktar.az/az/Əsla-unutmayin/215167/dunyanin-kecici-bir-imtahan-yerihttp://imgaws1.fmanager.net/Image/objects/33-sakin-unutmayin/11110_DUNYANIN_GECICI_BIR_IMTIHAN_YERI_OLDUGUNU_SAKIN_UNUTMAYIN.jpgThu, 28 Jan 2016 20:53:23 +0200
Yaşadığımız dünyanın bir gün yox olacağını əsla unutmayın Şübhəsiz ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir ... (Muhəmməd surəsi, 36)

• Dünya həyatının uzun kimi görünsə də, əslində bir tanışlıq vaxtı qədər qısa olduğunu,

• Dünyadakı "bər-bəzəyin" hamısının imtahan olduğunu,

• Hər kəsə öyüd alıb özünü düzəldəcəyi qədər vaxt verildiyini,

• Kimin daha gözəl davranacağının yoxlanması üçün həyatın və ölümün var edildiyini,

• Dünya həyatının keçici, axirətlə müqayisədə xeyrinin çox az olduğunu,

• Dünyadakı nemətlərin, cənnətdəki əsl nemətlərin çox əskik bənzəri olduğunu, axirəti xatırlatmaq üçün özəl olaraq yaradıldığını,

• Allahın diləməsi ilə qiyamət günü bütün dünyanın tamamilə yox olacağını,

• Dünya həyatının yalnız əyləncə və oyun olduğunu, əsl yurdun isə axirət olduğunu,

• Dünya nemətlərinin öyünmə vasitəsi olmadığını,

• Əsl möminlərin axirəti dünyaya heç vaxt dəyişdirməyəcəklərini ƏSLA UNUTMAYIN.

]]>
http://adnanoktar.az/az/Əsla-unutmayin/207809/yasadigimiz-dunyanin-bir-gun-yoxhttp://adnanoktar.az/az/Əsla-unutmayin/207809/yasadigimiz-dunyanin-bir-gun-yoxhttp://imgaws1.fmanager.net/Image/objects/33-sakin-unutmayin/11211_YASADIGIMIZ_DUNYANIN_BIR_GUN_YOK_OLACAGINI_SAKIN_UNUTMAYIN.jpgTue, 01 Sep 2015 23:12:49 +0300
Xətalarınıza görə dərhal tövbə edib bağışlanma istəməyi əsla unutmayın Sonra (bil ki) Rəbbin cahillikləri üzündən pis iş görən, ondan sonra tövbə edib özlərini islah edən kimsələri (əfv edər). Həqiqətən, Rəbbin (tövbədən) sonra (bəndələrini) bağışlayandır, rəhm edəndir!  (Nəhl surəsi, 119)

Səmimiyyətin Allahın qatındakı əhəmiyyətini anlayan insan necə bir xəta edərsə-etsin, Allaha yönəlib bağışlanma istəmə və tövbə etmə imkanı olduğunu bilir. Bu Allahın sonsuz mərhəmətinin göstəricisidir. Allah sonsuz bağışlayıcı olduğunu ayələrdə bu şəkildə xəbər verir:

Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını diləyərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər. (Nisa surəsi, 110)

Allah qullarına hər cür xəta üçün geri dönüş imkanı verib. Allah Qatında məqbul olan edilən xətanın böyüklüyü və ya kiçikliyi deyil, insanın səmimiyyətidir. Bu şübhəsiz ki, möminlər üçün çox böyük rəhmətdir.

O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar. (Ali İmran surəsi, 135)

Bilinməlidir ki, edilən xəta hər nə olursa-olsun, insanların zehinlərində böyütdükləri ən böyük günah belə olsa, ardından gələn səmimi peşmançılıqla bağışlanma istəyib Allaha səmimi yönəlmək insanı bu yükdən xilas edəcək.

Bir insan bu ana qədər dinsiz olaraq yaşamış ola bilər, bütün ömrünü Allahın razı olmayacağı şəkildə keçirmiş ola bilər. Amma bir anda səmimi və qəti şəkildə aldığı bir qərarla tövbə edərək  Allahın bağışlamasını və tövbəsini qəbul etməsini uma bilər. Unutmayın Allaha qarşı edilən günahlardan səmimi tövbə ilə xilas olmaq bir anlıq qərara bağlıdır və tək qurtuluş yoludur. Lakin önəmli olan Allaha verilən sözün tutulması və Allahın tövsiyə etdiyi səmimiyyəti göstərməsidir. Allah tövbə ilə bağlı olaraq bir ayədə bu şəkildə bildirir:

Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq! (Nisa surəsi, 17-18)

Siz də etdiyiniz xəta nə olursa-olsun, dərhal tövbə etməyi və Allahdan bağışlanma istəməyi əsla unutmayın. Hər an ölümün sizə gələ biləcəyini və bunun üçün bəlkə də bir daha fürsətinizin olmayacağını düşünərək dərhal indi tövbə edin.

Şübhəsiz bu, Allaha həqiqətən iman gətirənlərdən başqasına ağır gəlir. (Bəqərə surəsi, 45) Amma bunu da unutmayın ki, o insanlar cəhənnəmə zəlil olaraq (Ğafir surəsi, 60), üzüstə sürüklənərək girəcəklər. (Kamer surəsi, 48) Ayələrdə xəbər verildiyi kimi, artıq onlar orada Rəbbimizdən məhrumdurlar, Allah onlarla danışmaz və onları arındırmaz:

Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir! Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər. (Furqan surəsi, 70-71)

]]>
http://adnanoktar.az/az/Əsla-unutmayin/207808/xətalariniza-gorə-dərhal-tovbə-edibhttp://adnanoktar.az/az/Əsla-unutmayin/207808/xətalariniza-gorə-dərhal-tovbə-edibhttp://imgaws1.fmanager.net/Image/objects/33-sakin-unutmayin/11123_HATALARINIZDAN_DOLAYI_BIR_AN_EVVEL_TEVBE_EDIP_BAGISLANMA_DILEMEYI_SAKIN_UNUTMAYIN.jpgTue, 01 Sep 2015 23:11:08 +0300
Qiyamət gününün sürətlə yaxınlaşdığını əsla unutmayın Camaat səndən o saat (qiyamətin nə vaxt qopacağı) barədə soruşar. De: “Onu ancaq Allah bilər!” Nə bilirsən, bəlkə də, o saat (qiyamət) yaxındır). (Əhzab surəsi,63)

• Qiyamət saatına hər an bir az daha yaxınlaşdığımızı,

• O gün indiyə kimi heç görünməmiş və eşidilməmiş hadisələrin baş verəcəyini,

• Hiç kim şüurunda deyilkən anidən gələcəyini,

• Heç bir yerə qaçışın olmayacağını,

• O gün hər kəsin Allaha hesab verəcəyini, verilən hər nemətdən sorğuya çəkiləcəyini,

• Bu günə kimi yaradılmış bütün insanların olduqları yerdən qalxıb Rəbbimizə tərəf süzülərək gedəcəklərini,

• O gün yer üzünün və dağların yerindən oynadılıb parça-parça olacağını,

• Göyün yarılıb çatlayacağını,

• Ulduzların örtülüb, silinəcəyini,

• Dağların kökündən qoparılacağını,

• Dağların yeridilib, bir sərab halına gələcəyini,

• Toz duman halında dağılıb sovrulacağını,

• Göyün ərimiş filiz kimi olacağını,

• Dağların ətrafa uçuşmuş rəngarəng yun kimi olacağını,

• Yerlərinin bomboş qalacağını,

• Əmizdirən qadınların uşaqlarını tərk edəcək qədər qorxulu gün olacağını,

• Tək-tənha Rəbbimizin dərgahına çıxacağımızı,

• O gün Allahın dilədiklərindən başqa göydə və yerdə olan hər kəsin qorxuya qapılacağını,

• Günahkarların simalarından tanınıb, alınlarından və ayaqlarından yaxalanacağını,

• Allahın izin verdiklərindən başqa heç kimin danışa bilməyəcəyini,

• İnanmayanların o gün bədbəxt olacaqlarını,

• O gün Allaha qarşı yalan söyləyənlərin üzlərinin qapqara olacağını,

• Rəhmana qarşı bütün səslərin qısılacağını, xırıltıdan başqa bir şeyin eşidilməyəcəyini,

• Heç bir yaxın dostun bir yaxın dostu soruşa bilməyəcəyini -anası, atası, qardaşı da daxil olmaqla-,

• O gün günahkarların bir-birlərini təqsirləndirəcəklərini,

• Hər kəsin etdiyi yaxşılıqların yanında olacağını, pisliklərlə arasında uzaq məsafə olmasını istəyəcəyini,

• Kafir olanların üzlərindən tanınacaqlarını,

• Alınlarından və ayaqlarından yaxalanacaqlarını,

• Möminlərin üzlərinin aydınlıq olacağını, gülər üzlü və sevinc içində olacaqlarını,

• Hesab günündəki son peşmançılığın fayda verməyəcəyini,

• Heç bir şey üçün geri dönüşün əsla olmayacağını,

• Təkcə səmimi möminlər üçün qorxu və kədər olmayacağını ƏSLA UNUTMAYIN.

]]>
http://adnanoktar.az/az/Əsla-unutmayin/207806/qiyamət-gununun-surətlə-yaxinlasdigini-əslahttp://adnanoktar.az/az/Əsla-unutmayin/207806/qiyamət-gununun-surətlə-yaxinlasdigini-əslahttp://imgaws1.fmanager.net/Image/objects/33-sakin-unutmayin/11212_KIYAMET_GUNUNUN_HIZLA_YAKLASTIGINI_SAKIN_UNUTMAYIN.jpgTue, 01 Sep 2015 23:06:36 +0300
Allahı çox zikr etməyi əsla unutmayın Ey iman gətirənlər, Allahı çox zikr edin (Əhzab surəsi, 41)

• Rəbbimizi hər an zikr etməyi,

• Hər an, ayaq üstə, yatarkən, oturarkən düşünərək Allahın adını anmağı,

• Üzərimizdəki sıxıntıların, işlərimizdəki qarışıqlıqların aradan qaldırılıb, üzərimizə qəlb fərahlığının gəlməsinin təkcə Allahın zikri ilə olacağını,

• Heç bir şeyin (alış-verişin, ticarətin) Allahı zikr etməyimizə əngəl ola bilməyəcəyini,

• Allahı zikr etməyin gördüyümüz hər şeydən daha böyük bir iş olduğunu,

• Şeytanın Allahın zikrini unutdurmağa çalışdığını və buna nail olmaq üçün hər fürsəti dəyərləndirəcəyini,

• Bir topluluqla qarşı-qarşıya qaldığımızda bizə asanlıq yaradacaq olanın Allahı zikr etmək olduğunu ƏSLA UNUTMAYIN.

]]>
http://adnanoktar.az/az/Əsla-unutmayin/207805/allahi-cox-zikr-etməyi-əslahttp://adnanoktar.az/az/Əsla-unutmayin/207805/allahi-cox-zikr-etməyi-əslahttp://imgaws1.fmanager.net/Image/objects/33-sakin-unutmayin/11209_ALLAH_I_COK_ZIKRETMEYI_SAKIN_UNUTMAYIN.jpgTue, 01 Sep 2015 23:04:24 +0300
Hər an ölə biləcəyinizi əsla unutmayın  

De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!  (Cumuə surəsi, 8)

Ətrafınıza bir baxın. Gördüyünüz bütün insanlar, dostlarınız, qohumlarınız bir sözlə dünyada var olan hər bir insan, daha əvvəl yaşamış milyardlarla insan kimi mütləq öləcək. Allah bu həqiqəti, "Hər kəs ölümü dadacaqdır" (Ənbiya surəsi, 35) ayəsi ilə bildirmişdir. Bu həqiqəti unutmaq insanın düşə biləcəyi ən böyük qəflətlərdən biridir. Halbuki ölümü uzaqlaşdırmağa əsla gücü çatmayan insan bilmədiyi bir zamanda və yerdə hər hansı bir səbəblə mütləq öləcək. Peyğəmbərimiz (səv) ölümlə bağlı bir hədisində bu şəkildə buyurmuşdur:

Ölümü ən çox zikr edən və ölüm gəlmədən öncə onun üçün ən yaxşı hazırlığı görənlərdir. Ağıllı olanlar onlardır". (Hz. Enes r.a.: Ibnu Mace, Zuhd 31, Kütüb-i Sitte, 16-cı cild , Səh. 330)

Unutmayın ki,  nə gənc, nə yaşlı, nə gözəl, nə çirkin, nə varlı, nə də kasıb olmaları, nə şöhrətləri, nə də mövqeləri bu günə qədər yaşayan insanları ölümdən qoruya bilməmişdir.

Bütün bunları çox yaxşı bilmələrinə baxmayaraq, insanların əksəriyyəti ölümü çox düşünməməyə, hətta mümkün qədər unutmağa çalışaraq bu həqiqəti gözardı edirlər. Halbuki bu, insanın özünü aldatmasından başqa bir şey deyil. O düşünsə də, düşünməsə də bu hadisələri heç bir mərhələsi əskik olmadan bilavasitə  yaşayacaqdır:

Ölüm (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir! (Qaf surəsi, 19)

Siz hazırda bu sətirləri oxuyarkən ölümün yaxın olduğunu düşünmüş ola bilərsiniz. Amma mütləq reallaşacaq olan bu həqiqəti bir az daha dərindən düşünün. Kim bilir bəlkə də əlinizdəki kitabı qurtarmadan ölüm sizə gələcəkdir. O halda, əsla ölümün sizə də, bütün digər insanlara da çox yaxın olduğunu unutmayın.

Ölümlə qarşılaşmağınız üçün bir sıra hadisələrin ard-arda baş verməsi lazım deyil. Allah ölüm vaxtı gələn insana gözləmədiyi bir zamanda ölüm mələyini göndərir və bir anda canını alır. Bu, hal-hazırda oturduğunuz kreslodan qalxmadan da baş verə bilər. Oturduğunuz otaqda qəfildən ölüm mələyini qarşınızda görə bilərsiniz. Yanınızda dostlarınızın, ailənizin olması da bir şeyi dəyişdirmir, onlar sizi ölümdən qoruya bilməz. Elə isə hər bir insanın Allahın vəzifələndirdiyi ölüm mələyi tərəfindən həyatına son veriləcəyini və beləliklə Allaha qaytarılacağını əsla unutmayın.

Bəlkə də siz bu sətirləri oxuduqdan qısa bir müddət sonra ölə biləcəyinizə ehtimal verməyəcəksiniz. Daha görüləcək işlərin olduğunu düşünməyiniz bəlkə də ölümün sizin üçün hələ tez və vaxtsız olduğu hissini verir. Halbuki ölümün vaxtını müəyyən edən Allahdır və əcəli gələn şəxs özü üçün qədərində (taleyində) müəyyən edilmiş ən xeyirli vaxtda, bir saniyə belə təxirə salınmadan bu aqibətlə üzləşir:

 

Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır! (Münafiqun surəsi, 11)

Bəs öldükdən sonra bədəninizin nə hala düşəcəyini heç düşünmüsünüz?

Nə gözəllik, nə də var-dövlətinizdən asılı olmayaraq, bədəniniz evin bir otağında və ya bir xəstəxana morqunda saxlanılacaq, sonra kəfənə bükülərək dar bir tabutun içində cənazə maşınına yerləşdirilib qəbiristanlığa aparılacaq. Sonra bədəniniz sizin üçün qazılmış çuxurun dibinə qoyulacaq, üstünüz torpaqla örtüləcək. Bir ət və sümük yığını olan bədəniniz qısa bir müddət ərzində çürüməyə, iylənməyə başlayacaq, geriyə yalnız sümük yığınından ibarət skeletiniz qalacaq. Unutmayın! Bu günlə mütləq qarşılaşacaqsınız. Bir gün bədəniniz torpağın altında tək-tənha qalacaq. İnsan bədəninin ölümdən sonra aldığı hal sübhəsiz ki, ibrət vericidir. Belə bir görüntü ilə bir neçə dəqiqə, hətta bir neçə saniyə qarşılaşmaq belə bir insan üçün dözülməzdir. Fiziki olaraq çox gözəl  insan bədəninin ölümdən sonra niyə bu hala

gəldiyini heç düşünmüsünüz? Əlbəttə ki, bu, üzərində düşünülməli bir mövzudur. Çünkü öz bədəninizin də, dəyər verdiyiniz bütün insanların bədəninin də bir gün çürüyüb iylənəcəyi gerçəyi sizin dünyaya bağlanmağınızın, axirəti unutmağınızın qarşısını alacaq.

Bütün bu həqiqətlərə baxmayaraq, insanların bir çoxu dünya ilə bağlı hər məsələdə öz maraq və mənafelərini ən incə təfərrüatlarına qədər hesablayarkən, onlarla bağlı ən böyük həqiqət olan ölümü hesaba qatmırlar. Amma bu böyük yanlışdır. Bu səbəbdən ölümdən sonrası üçün hazırlıq görməmələri onlar üçün sonsuz əzaba səbəb olur. Ona görə insan öləcəyini əsla unutmamalı  və dünyada Allahı razı edəcək işlər görməlidir. Sonsuz ədalətli və şəfqətli olan Rəbbimiz hər kəsə öyüd ala biləcəyi qədər möhlət vermişdir. Ancaq bu möhlət dünya həyatı ilə məhduddur. Yəni səhvləri düzəltmək, ancaq dünyada mümkündür. Ölümlə birlikdə isə artıq bu imkan aradan qalxacaq, sonsuz peşmançılıq başlayacaq:

Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!” (Onlara belə deyəcəyik:) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! Hələ sizə qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!”(Fatir surəsi, 37)

Unutmayın ki, ölüm yox olma deyil. Ölümlə güman edildiyi kimi hər şey bitmir. Cahiliyyə insanlarının bir çoxunun düşündüyü kimi əbədi davam edəcək şirin yuxu da deyil. Ölümlə insanın əsl və əbədi həyatı başlayır ki, bu da dünyadakı həyatını necə keçirdiyinə görə formalaşan və heç vaxt dəyişdirilə bilməyəcək bir həyatdır. Ölüm, həyatını Allahın razılığına uyğun olaraq dəyərləndirənlər üçün xoşbəxtlik və qurtuluşa açılır. Allahdan üz çevirmiş insanlar üçün isə fəlakətin başlanğıcıdır.

Allah insanın qarşısına dünyada ölümü və axirəti düşündürəcək bir çox hadisə çıxarır. Öyüd ala bilən insan üçün bu xatırlatmalar həyatını, ətrafındakı hadisələri ciddi düşünməsinə, dünyagörüşünü nəzərdən keçirməsinə səbəb olacaq. Amma Allahın bu xəbərdarlıqlarına məhəl qoymayan böyük ziyandadır. Unutmamalıdır ki, özündən əvvəl ölənlər də, eynilə indi bütün insanların etdiyi kimi, bəlkə bir az sonra yeyəcəyi yeməyi və ya ertəsi gün gedəcəyi yeri planlaşdırarkən heç gözləmədikləri bir vaxtda ölümlə qarşılaşıblar.

Elə isə ölüm anı gəlmədən öncə bacardığınız qədər axirətiniz üçün səy göstərməyi unutmayın.

Allah Quranda ölümün təxirə salınmayacağını və ölüm vaxtı çatan insanın keçirdiyi peşmançılığı bizə belə bildirir:

Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin. Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır! (Münafiqun surəsi, 10-11)

 

 

]]>
http://adnanoktar.az/az/Əsla-unutmayin/206653/hər-an-olə-biləcəyinizi-əslahttp://adnanoktar.az/az/Əsla-unutmayin/206653/hər-an-olə-biləcəyinizi-əslahttp://imgaws1.fmanager.net/Image/objects/33-sakin-unutmayin/11111_HER_AN_OLEBILECEGINIZI_SAKIN_UNUTMAYIN.jpgTue, 28 Jul 2015 16:49:37 +0300
Tək ilahın "Allah" olduğunu əsla unutmayın 2  

Odur Allah. Ondan başqa heç bir tanrı yoxdur. Dünyada da, axirətdə də həmd-səna Ona məxsusdur. Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız! (Qasas surəsi, 70)

• Yaşama məqsədimizin Allaha qulluq etmək olduğunu,

• Şərqdən qərbə Allahın hər yeri əhatə etdiyini,

• Bütün təbiət hadisələrinin Onun nəzarətində baş verdiyini, göydən yerə qədər hər işi həyata keçirənin Allah olduğunu,

• Anamız, atamız, məktəb və iş yoldaşımızın, qısası bütün insanların Allahın nəzarətində olduğunu,

• Əsl dost və yardımcının yalnız Allah olduğunu,

• Heç bir şəkildə və heç bir yolla məğlub edilməsinin mümkün olmadığını, daima qalib gələcəyini,

• Qarşımıza çıxan hər bir çətinliyi aradan qaldıracaq olanın təkcə O olduğunu,

• Hər hadisənin iç üzündən, gizli tərəflərindən hər təfərrüatına qədər xəbərdar olduğunu,

• Hər kəsin həyatı boyunca bütün etdiklərinin hesabını bütün incəliyi ilə bildiyini,

• İstədiyini istədiyi kimi etməyə gücü çatan olduğunu,

• Hər mövzuda bütün incəlikləri bildiyini, bilinməyən vasitələrlə ixlaslı qullarına müxtəlif faydalar verdiyini,

• Özünə sığınanları qoruyan, rahatlıq verən olduğunu,

• Çətinlikləri yüngülləşdirən, asanlaşdıran olduğunu,

• Başımıza gələn hər bir hadisənin Onun bilgisi daxilində baş verdiyini,

• Sahib olduğumuz bütün nemətləri verənin O olduğunu,

• Bütün mülkün (yaxtaların, evlərin, maşınların, mebellərin, geyimlərin, zinyət əşyalarının...) və pulun əsl sahibinin O olduğunu,

• Bütün canlıların ruzisini, istədiyi qədər yalnız Allahın verdiyini,

• İstədiyinə nemətlərini artıracağını,

• Etdiyimiz hər bir işi təkcə Onun rizasını qazanmaq üçün etməli olduğumuzu,

• Onun rizasını axtararaq edilən işlərə qat-qat qarşılığını verəcəyini,

• Bildiyimiz hər şeyi Onun öyrətdiyini,

• Bizə hidayət verənin O olduğunu, hər birimizin mömin olmasını Onun istədiyini,

• Biz insanların sahib olduğu hər cür nöqsandan Onun uzaq olduğunu, heç bir şeyə ehtiyacı olmadığını,

• Dünyadakı hər varlığın, hər sahədə Allaha möhtac olduğunu,

• Sonsuz vicdan sahibi olduğunu,

• İçimizdə gizlətdiyimiz və ya gizlətmədiyimiz hər şeyi ən incə təfərrüatına qədər bildiyini,

• Dininə yardım edənə mütləq kömək edəcəyini,

• Gördüyümüz iş və olduğumuz mühit nə olursa-olsun, harda olursaq-olaq, Allahın bizə şahid olduğunu,

• Sonsuz ədalətli olduğunu, zərrə qədər belə olan hər şeyin qarşılığını verəcəyini,

• Allahın insanlara zülm etməyəcəyini,

• Yaratdığı hər şeyi nümunə götürmədən, yoxdan və «Ol» deməsi ilə var etdiyini,

• Bizim bilə bilməyəcəyimiz bütün bilgilərin sahibi olduğunu,

• Allahın bizim üçün istədiklərindən başqa başımıza heç nəyin gələ bilməyəcəyini,

• Bunları (Allahın bizim üçün istədiklərini) heç kimin dəyişdirə bilməyəcəyini, müsibət  və ya yaxşılıq verdiyində bunlara heç kimin mane ola bilməyəcəyini,

• Həm öz nəfsimizdə, həm də ətrafımızda bizə göstərməkdə olduğu ayələrini görməyi və üzərində düşünməyi,

• Göydəki və yerdəki hər şeyin, təkəbbür göstərmədən Allahı zikr etdiyini,

• Təkcə Allahın tərifə layiq olduğunu,

• Qəti şəkildə heç nəyi unutmadığını,

• Daima diri olduğunu, Allahı əsla yuxu tutmadığını,

• Yardımı ilə möminlərin qəlbini şəfaya qovuşdurduğunu,

• Möminlərin hər anında dəstəkçi olduğunu,

• Çok bağışlayan və tövbələri qəbul edən olduğunu,

• Cinayətlərin cəzasını dərhal vermədiyini, tövbə etmə və bağışlanma istəmək üçün vaxt verdiyini,

• Qullarına qarşı çox mərhəmətli olduğunu,

• Mömin qulları üçün cənnəti istədiyini,

• Müminlərin etdiklərinin qarşılığını həm dünyada, həm də axirətdə nöqsansız olaraq Öz fəzlindən də artıraraq verəcəyini,

• Səbir edənlərin qarşılığını ən gözəli ilə verəcəyini,

• Həyatımızı bəxş edən, sağlamlığımızı verən olduğunu,

• Xəstələndiyimizdə bizə şəfa verdiyini,

• Bizi əsl imana çatdırmaq üçün daima xəbərdar edib qorxutduğunu və müxtəlif vasitələrlə Özünü xatırlatdığını,

• İmanı bizə sevdirənin və küfrü də çirkin göstərənin Rəbbimiz olduğunu,

• Dinindən kim dönərsə, onun yerinə ondan daha xeyirlisini gətirəcəyini,

• Möminlərin etdikləri pislikləri örtdüyünü,

• Özündən qorxub çəkinənlərə doğrunu yanlışdan ayırma anlayışı vərəcəyini,

• Bizə hər kəsdən və hər şeydən daha yaxın olduğunu,

• Sonsuza qədər Rəbbimizlə dost ola bilmək üçün dua etməyi ƏSLA UNUTMAYIN.

 

 

]]>
http://adnanoktar.az/az/Əsla-unutmayin/206646/tək-ilahin-allah-oldugunu-əslahttp://adnanoktar.az/az/Əsla-unutmayin/206646/tək-ilahin-allah-oldugunu-əslahttp://imgaws1.fmanager.net/Image/objects/33-sakin-unutmayin/11206_TEK_ILAH_IN_.jpgTue, 28 Jul 2015 16:26:46 +0300
Hər anımızda Quran əxlaqına görə hərəkət etməyi əsla unutmayın  

Əlif, Lam, Ra! (Bu) elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura – yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükürə) layiq olan Allahın yoluna çıxartmaq üçün nazil etmişik.(İbrahim surəsi, 1)

• Daima vicdanınızın səsini dinləyərək hərəkət etməyi,

• Özünüz, ananız, atanız, yaxınlarınız əleyhində də olsa daima ədalətli olmağı,

• Tolerant və bağışlayan olmağı,

• Möminlərə qarşı şəfqətli və mərhəmətli olmağı,

• Təkəbbürdən uzaq olmağı,

• Əmanət əhli olmağı,

• Salama ən gözəl şəkildə qarşılıq verməyi,

• Qəzəbinizə hakim olmağı,

• Bilmədiyiniz məsələlərdə mübahisə etməməyi,

• İnsanlara göstəriş etməkdən çəkinməyi,

• Üstünlükdəki tək meyarın təqva olduğunu,

• Nəfsin hər zaman pisliyi əmr etdiyini,

• Hər an xeyir iş görməyə çalışmağı,

• Allahdan gücümüzün çatdığı qədər qorxmağı,

• Allahın rizasını və məmnuniyyətini hər şeydən önəmli görməyi,

• Ancaq Allahdan qorxub çəkinməyimiz lazım olduğunu,

• Yaxşılığı əmr edib pis işlərdən çəkindirməyi,

• Heç kimin başqasının günahını yüklənə bilməyəcəyini,

• Özündən razıları Allahın sevmədiyini,

• Namazlara həssas olmağı,

• Lağ etməməyi,

• Qeybət etməməyi və edilməsinə izin verməməyi,

• Allaha qəlbən bağlı olmağı,

• Allah üçün səbir etməyi,

• Sağ və sol tərəfimizdəki yazıcıların hər şeyi yazdığını,

• Süizəndən çəkinməyi, zənn və təxminlə hərəkət etməməyi,

• Hər zaman Quranı əsas alaraq düşünməyi,

• Möminlər üçün kədərlənəcək, ümidsizliyə, sıxıntıya düşəcək heç bir şeyin olmadığını,

• Nemətlərlə öyünməməyi,

• Hər biləndən daha yaxşı bir bilən olduğunu və bilənlərdən soruşmağı,

• Ayrılığa düşməməyi, möminlər arasındakı birliyin çox önəmli olduğunu,

• Dində məcburiyyət olmadığını, möminlərin işinin təkcə öyüdlə xatırlatma olduğunu,

• Mühit və şəraitdən asılı olmayaraq, nə olursa olsun, əxlaqınızdan, dinə və ibadətlərinizə olan həssaslığınızdan güzəştə getməməyi,

• Hər işinizdə Allaha yönəlib dönməyi,

• Sahibinizin Allah olduğunu, bütün bunları Onu razı etmək üçün etdiyinizi, ücrətinizin yalnız Allaha aid olduğunu

SİZ ƏSLA UNUTMAYIN.

 

 

]]>
http://adnanoktar.az/az/Əsla-unutmayin/206645/hər-animizda-quran-əxlaqina-gorəhttp://adnanoktar.az/az/Əsla-unutmayin/206645/hər-animizda-quran-əxlaqina-gorəhttp://imgaws1.fmanager.net/Image/objects/33-sakin-unutmayin/11215_HER_ANIMIZDA_KURAN_AHLAKINA_GORE_HAREKET_ETMEYI_SAKIN_UNUTMAYIN.jpgTue, 28 Jul 2015 16:24:16 +0300
Cənnətə ancaq salih möminlərin girəcəyini əsla unutmayın  

İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar. (Bəqərə surəsi, 82)

• Allahın möminlər üçün xüsusi olaraq cənnəti yaratdığını,

• Canlarını və mallarını Allah yolunda satmış olanlara qarşılıq olaraq cənnətin veriləcəyini,

• Cənnət üçün sevinib müjdələşməyi,

• Möminlərin cənnətdə əbədi qalacaqlarını,

• Cənnətdə mələklərin möminləri ən gözəl şəkildə qarşılayacaqlarını,

• Əmin-amanlıq içində və təhlükəsiz şəkildə cənnətə giriləcəyini,

• Tərtəmiz həyat yoldaşlarının var olduğunu,

• Hansı tərəfə baxılsa, böyük nemət

və mülk görüləcəyini,

• Möminlərin cənnətdə ağır işlənmiş atlasdan taxtlar üzərində söhbət edəcəklərini,

• Meyvələrin möminlərin ixtiyarında olduğunu,

• Nə isti, nə soyuq kölgəli bir yer olduğunu,

• Ləl-cavahiratla bəzənmiş taxtlar üstündə qarşılıqlı oturulacağını,

• Ətraflarında qızıl teştlər və qədəhlərlə dolanılacağını,

• Orada nəfslərin arzu etdiyi və gözlərin ləzzət aldığı hər şeyin olduğunu,

• Heç kimin heç bir şeylə zülmə məruz qalmayacağını,

• Rəbbimizin  mükafat olaraq parıltılı aydınlıq və sevinc verəcəyini,

• Günaha girmə qorxusunun da olmayacağını,

• Qəlblərdəki kinin çəkilib alınacağını,

• Möminlərin cənnətdə Rəbbimizə həmd etdiklərini,

• Cənnətdə olmağın Allahın lütfü ilə olduğunu,

• Cənnətdə heç bir yorğunluq olmadığını,

• Möminlər üçün cənnətdə heç bir qorxunun olmadığını və qəmli olmayacaqlarını,

• Allahın kədəri alıb yox etdiyini,

• Cənnətdə yeni biçimdə yenidən yaradılacağımızı,

• Bütün nemətlər içində ən önəmlisi Onun rizası və məmnunluğu olduğunu ƏSLA UNUTMAYIN.

 

]]>
http://adnanoktar.az/az/Əsla-unutmayin/206644/cənnətə-ancaq-salih-mominlərin-girəcəyinihttp://adnanoktar.az/az/Əsla-unutmayin/206644/cənnətə-ancaq-salih-mominlərin-girəcəyinihttp://imgaws1.fmanager.net/Image/objects/33-sakin-unutmayin/11213_CENNETE_YALNIZCA_SALIH_MUMINLERIN_GIRECEGINI_SAKIN_UNUTMAYIN.jpgTue, 28 Jul 2015 16:22:15 +0300
Bütün canlıları Allahın yaratdığını əsla unutmayın  

Bir çox insan elm adamlarından eşitdiyi hər sözün mütləq doğru olduğunu zənn edir. Elm adamlarının bəzi fəlsəfi və ya ideoloji ön mühakimələrə qapılmış ola biləcəyini ağlına gətirmir.

Halbuki bu bir aldanışdır. Çünki elm adamlarının bir hissəsi sahib olduqları bəzi ön mühakimələri və ya bağlı olduqları fəlsəfi fikirləri elmi görüntü adı altında cəmiyyətə sirayət etdirirlər. Məsələn, təsadüflərin qarışıqlıq və nizamsızlıqdan başqa bir şey meydana gətirmədiyini gözləri ilə gördükləri halda, kainatdakı və canlılardakı nizamın təsadüfən ortaya çıxdığını müdafiə edirlər.

Məsələn, ateist bioloq bir zülal molekulunun quruluşunun çox qarışıq olduğunu gözləri ilə görür. Bu qarışıqlığın içində inanılmaz nizam olduğunu və bu nizamın təsadüflərlə öz-özünə meydana gəlmə ehtimalının olmadığını çox yaxşı bilir. Amma buna baxmayaraq, canlıların əsası olan zülalın milyardlarla il öncə primitiv dünya şərtlərində ehtimallar nəticəsində meydana gəldiyini iddia edir. Həmin insan bununla da kifayətlənmir. Yalnız bir deyil, milyonlarla zülalın təsadüflər nəticəsində yaranıb, sonra inanılmaz plan və nizam içində bir araya gələrək ilk canlı hüceyrəsini meydana gətirdiklərini də çəkinmədən iddialarına əlavə edir. Hətta bu iddiasını gözü bağlı bir inadkarlıqla müdafiə edir. Bəhs etdiyimiz insan «təkamülçü» elm adamıdır.

Halbuki eyni elm adamı boş bir sahədə gəzən zaman üst-üstə düzülmüş üç kərpic görsə, bunların təsadüfən meydana gəlib sonra yenə təsadüfən üst-üstə düzüldüklərinə əsla ehtimal vermir. Hətta belə bir iddiaya sahib bir insanın ağlından şübhə edər. Bəs, adi hadisələri normal dəyərləndirə bilən bu insanlar, necə olur ki, mövzu özlərinin və ətrafdakıların varlığını araşdırmağa gəldiyi zaman bu cür ağılsız davrana bilirlər?

Bu davranışın elm adına olduğunu söyləmək mümkün deyil. Çünki elm ehtimalları bərabər olan bir hadisədə belə hər iki ehtimal üzərində düşünməyi, hər ikisindən də şübhələnməyi tələb edir. Halbuki nəinki canlı bir hüceyrənin, onun milyonlarla zülalından birinin belə təbii şərtlərdə təsadüflərlə meydana gəlməsinə imkan və ehtimal yoxdur.

Bu halda geriyə bir ehtimal qalır. Canlılar təsadüfən meydana gəlməmiş, yəni «yaradılmışdır». Bütün canlı varlıqlar üstün güc, bilgi və ağıl sahibi Yaradıcımız olan Allahın sonsuz elmi ilə var olmuşdur.

Bu gerçək təkcə bir inanc forması deyil. Ağıl, məntiq və elmin gəldiyi ortaq nəticədir.

O halda hər şeyin Yaradıcısının Rəbbimiz olan Allah olduğunu və dünyadakı hər şeyi nizamlayanın yalnız O olduğunu əsla unutmayın.

 

]]>
http://adnanoktar.az/az/Əsla-unutmayin/206643/butun-canlilari-allahin-yaratdigini-əslahttp://adnanoktar.az/az/Əsla-unutmayin/206643/butun-canlilari-allahin-yaratdigini-əslahttp://imgaws1.fmanager.net/Image/objects/33-sakin-unutmayin/11126_TUM_CANLILARI_ALLAH_IN_YARATTIGINI_SAKIN_UNUTMAYIN.jpgTue, 28 Jul 2015 16:14:14 +0300
Allaha dua etməyi əsla unutmayın Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz! Yer üzü düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!  (Əraf surəsi, 55-56)

Allahın bütün insanların Rəbbi olduğu kimi, sizin də Rəbbiniz olduğunu, həyatdakı ən böyük dostunuzun və dayağınızın Allah olduğunu, hər şeyi ilk öncə Allahdan istəməli olduğunuzu unutmayın.

Dua insanı Allaha səmimi olaraq yaxınlaşdıran vacib ibadətlərdən biridir. Bütün insanlar duaya möhtacdır. Dua möminlərin həyatlarının ayrılmaz bir parçası olduğu halda, digər insanlar üçün ancaq çətinliklər vaxtı, təhlükələrlə qarşı-qarşıya qaldıqları zaman yada düşür. Təbii ki, yalnız müəyyən mənfəəti əldə etmək üçün edilən dua Allah Qatında məqbul qarşılanmaya bilər. Çünki əsas olan həm rahatlıq zamanı, həm də darda olan zaman Allahdan yardım istəməkdir. Çünki dua edən insan Allaha qarşı acızliyini, Allah istəmədən heç bir şeyə gücü çatmadığını anlayan insandır.

Dua özü ilə birlikdə Allaha təslimiyyəti də gətirir. Dua edən insan qarşısına çıxa biləcək çətin və ya asan hər bir hadisədə kainatın yaradıcısı və hakimi olan Allahı vəkil edib. Bir problemi həll etməyin və ya qarşısını almağın bütün yollarının kainatdakı bütün qüdrətin sahibi Allaha bağlı olduğunu bilmək, bütün işlərində Allahı vəkil etmək, sadəcə Ona dua etmək mömin üçün fərahlıq və güvən mənbəyidir.

Amma əlbəttə burada yanlış bir anlayışı da vurğulamaq lazımdır. Bir insanın bütün işləri üçün Allaha dua etməsi demək, heç bir şey etmədən oturub gözləməsi mənasına gəlmir. İnsan qarşılaşdığı hər şeyin Allahın nəzarətində olduğunu bilib bunun rahatlığını yaşamalı, amma eyni zamanda Allahın ona həll yolu olaraq göstərdiyi səbəbləri də ən gözəl şəkildə tətbiq etməlidir. Allaha həqiqətən səmimi dua edən bir insan Onun qoyduğu qaydalara görə əməli duasını da etməlidir. Əməli dua insanın hər hansı bir arzusuna çatmaq üçün əlindən gələn hər şeyi etməsidir. Məsələn, xəstə olan bir insanın həkimə getməsi, dərman içməsi, özünə diqqət etməsi, sağalmaq üçün gördüyü işlər əməli duadır. Bütün bunlarla yanaşı Allahın ona şəfa verməsini istəməsi sözlü duadır. Buna görə də əməli dua sözlü dua ilə birlikdə edilməli olan əsas ibadətlərdəndir.

Dua edərkən səmimi olmağı unutmayın. Çünki Allah insana şah damarından daha yaxın olan, hər şeyi bilən və eşidəndir. Dua Allaha çatmağın ən asan yoludur. İnsanın içindən keçirdiyi heç bir fikir Allahdan gizli qalmır. Ancaq insanların çoxu Allahın bütün dualara, istəklərə şahid olduğunun fərqində deyil. Onlar zənn edirlər ki, dua etdikdə Allah bəzilərini eşidir, bəzilərini eşitmir və ya eşitsə də cavab vermir. Bu çox yanlış fikirdir. İnsanın içindən keçən hər fikrə, dili ilə ifadə etdiyi hər istəyə Allah şahiddir və qarşılıq verir. Quranda bu həqiqətə bu şəkildə diqqət çəkilib:

Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (Bəqərə surəsi, 186)

Unutmayın ki, səmimi olaraq Allahdan bir şey istəmək üçün insanın yalnız düşünməsi kifayətdir. Allaha çatmaq bu qədər asandır.

İnsan çox tələskən varlıqdır. Belə ki, bu səbəbdən Quranda Allah "İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Ayələrimi sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!" (Ənbiya surəsi, 37) ayəsi ilə insanın bu cəhətini bildirir. İnsanın bu tələskənliyi bəzən dualarına da yansıyır. Dua etdiyi zaman dərhal duasına qarşılıq verilməsini istəyir. Halbuki sizin üçün nəyin xeyirli olduğunu bilən Allahdır. «Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz» ayəsi bunu insana xəbər verir. Ona görə Allahdan bir şey istəyən zaman Ondan hər şərtdə razı olmaq, səbirlə gözləmək lazımdır. Bəlkə dua edərək tələb etdiyiniz şey sizə xeyir verməyəcək. Ona görə Allah onu sizə vermir. Bəlkə də o xeyirə nail olmağınız üçün müəyyən bir kamilliyə çatmağınız, bunun üçün də müəyyən vaxtın keçməsi  lazımdır. Bəlkə Allah sizə daha da xeyirli bir başqa nemət verəcək, amma səbrinizi və sədaqətinizi sınayır. Duada səbir etməyin lazım olduğunu Allah «Bəqərə» surəsində xəbər verir:

Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir. (Bəqərə surəsi, 45)

Unutmayın ki, duada səbir göstərmək mömini kamilləşdirir, güclü iradə və xarakter qazandırır. Duasının qarşılığını isə dərin mənəvi ruh əldə edərək alır ki, bu ruh istədiyi şeylərin bir çoxunu əldə etməsindən daha dəyərlidir.

Allahı lazımınca təqdir etməyən insanlar Allahın dualarına cavab verəcəyinə şübhə edirlər. Mömin dua etdiyi zaman Allahın onu eşitdiyini və hər duasına necə olursa-olsun cavab verəcəyini bilir. Çünki hadisələrin nəzarətsiz və təsadüfi şəkildə deyil, Allahın təyin etdiyi qədərə görə baş verdiyinin fərqindədir. Ona görə duasına qarşılıq görməməsi kimi bir şübhəsi yoxdur. Siz Allahın köməyindən əsla şübhəyə düşmədən, qəbul olacağına qəti iman edərək Allaha dua etməyi unutmayın və mütləq surətdə Allaha güvənin. Çünki Allah qullarının Özünə yaxın olmasını istəyir. Sizi yalnız bir su damcısından yaradan, kainatı yoxdan var edən Allah üçün sizin duanıza qarşılıq vermək çox asandır. Elə isə etməniz lazım olan tək şey inanaraq və səbirlə istəməkdir.

Duanın xüsusiyyəti Allah ilə qulu arasında xüsusi bir bağlılıq olmasıdır. İnsan bütün dərdini və istəklərini Allaha açır, Ona yalvarır, Allah isə duanı eşidir və duaya qarşılıq verir. Bu səbəbdən Quranda dua heç bir qəlibə salınmamışdır. "…ayaq üstə olanda da, uzananda da Allahı zikr edin…" (Nisa surəsi, 103) ayəsi insanın hər vəziyyətdə və hər şəraitdə hər hansı fiziki bir qəlibə girmədən Allahı anıb, Ona dua edə biləcəyini göstərir. Önəmli olan forma deyil, insanın səmimiyyətdir.

Dua üçün müəyyən bir məkan da yoxdur. Bazarda, küçədə, maşının içində, məktəbdə, iş yerində, qısası, hər yerdə dua edə biləcəyinizi unutmayın. Ancaq önəmli olan dua əsnasında zehninizi bütün boş düşüncələrdən təmizləməniz və Allahın yaxınlığını hiss etməyinizdir.

Duasız bir həyatın Allah Qatında hər hansı bir dəyəri olmayacağını da unutmayın. Belə ki, «Furqan» surəsinin 77-ci ayəsində insanlar "Sizin duanız olmasaydı, Rəbbim sizə dəyər verərdimi?" ifadəsiilə xəbərdar edilirlər. İnsan qulluq şüurunda olduğu müddətcə Allah Qatında bir dəyər qazana bilər. Buna görə insan Allaha yönəlməli, xətalarını Allaha etiraf etməli və sadəcə Allahdan kömək istəməlidir. Bundan başqa bir davranış forması Allaha qarşı təkəbbürlənməkdir ki, Allah Quranda bunun cəzasının sonsuz cəhənnəm olduğunu bildirir.

Allahın mərhəmətlilərin ən mərhəmətlisi olduğunu əsla unutmayın. Allah Quranda xəta edənin Özündən bağışlanma diləməsi halında, heç bir günah ayırımı etmədən insanı əfv edəcəyini bildirir (Nisa surəsi, 110). Bu səbəbdən siz də dua edərkən Allahın əsirgəyən və bağışlayan isimlərini düşünün və ümidlə Ona dua edin.

Etmiş olduğunuz xəta və bu səbəbdən çəkdiyiniz vicdan əzabı nə qədər böyük olsa da, bu Allahın bağışlamasından ümid kəsməyiniz üçün bir səbəb deyil. Buna paralel olaraq insanın xəta və günah etdiyi üçün düşdüyü ruh halı onun ümidlə dua etməsinə əngəl olmamalıdır. Çünki Quranda təkcə kafirlərin Allahın rəhmətindən ümid kəsəcəyi bildirilir:

... Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər! (Yusif surəsi, 87)

Bundan əlavə heç kimin "cənnətlik olma" kimi bir qarantiyasının olmadığını da unutmayın. Heç kim Allahın əzabından əmin ola bilməz. Bu səbəbdən insan duasında, bir yandan Allahın rəhmətini ümid edərkən, bir yandan da Onun razılığını itirməkdən qorxmalıdır. Cənnətə qovuşmaq üçün nə qədər istəkli şəkildə dua edirsə, cəhənnəmdən xilas olmaq üçün də o qədər istəkli dua etməlidir. Yəni cəhənnəmdən qorxub, cənnətə qovuşmağı ümid etməlidir. Allahın böyüklüyünü hiss edən, onun əzabından qorxan və rizasını qazanmaq istəyən insan üzrəyindən gələn səmimi sözlərlə Allaha yönəlir. Eyni şəkildə özünü Allah təslim etmiş, dost və yardımcı olaraq Allaha etibar edən insan, hər bir sıxıntısını və dərdini Rəbbimizə açar. " …Mən dərd-sərimi yalnız Allaha ərz edirəm…" (Yusuf surəsi, 86) deyən hz. Yaqub kimi, bütün sıxıntılarını və tələblərini Allaha bildirər, hər kömək və xeyri Allahdan istəyər.

Təkcə dünya nemətləri istəyərək edilən duanın Allaha qarşı böyük səmimiyyətsizlik olduğunu da unutmayın. Möminlərin əsas məqsədi cənnətdir. Allah ancaq dünyanı istəyənə dünyanı verir, amma axirətdə bu insanlar ümid etdikləri qarşılığı görməyə bilərlər. Allah bunu ayələrində bu şəkildə xəbər verir:

 … İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!” – deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur! Bəziləri isə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru!” deyirlər. Belə şəxslərin qazandıqlarına görə  mükafat gözləyir. Allah tezliklə haqq-hesab çəkəndir! (Bəqərə surəsi, 200-202)

Cahiliyyə insanlarının ən bariz xüsusiyyətlərindən biri özlərinə bir sıxıntı gəldiyi zaman hər şeyi bir kənara buraxıb Allaha dua etmələri, sıxıntıları keçdiyi zaman da sanki dua edən onlar deyilmiş kimi Allahı unutmalarıdır. Yəni Allaha "son çarə" olaraq yönəlmələridir. Bu nankor davranış Quranda bu şəkildə bildirilir:

İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi. (Yunus surəsi, 12)

 

Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!” Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik. (Yunus surəsi, 22-23)

Halbuki insanın həyatında Allaha möhtac olmadığı bir an belə yoxdur... Bu səbəbdən siz Allahın bir ayəsində bildirdiyi kimi "Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində" (Əraf surəsi, 205) dua etməyi əsla unutmayın və Allaha dua etməyənlərin sonunun əbədi cəhənnəm əzabı olduğunu da əsla yaddan çıxarmayın. Bu həqiqət bir ayədə bu şəkildə xəbər verilir:


Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər! (Ğafir surəsi, 60)

 

]]>
http://adnanoktar.az/az/Əsla-unutmayin/206642/allaha-dua-etməyi-əsla-unutmayinhttp://adnanoktar.az/az/Əsla-unutmayin/206642/allaha-dua-etməyi-əsla-unutmayinhttp://imgaws1.fmanager.net/Image/objects/33-sakin-unutmayin/11118_ALLAH_A_DUA_ETMEYI_SAKIN_UNUTMAYIN.jpgTue, 28 Jul 2015 16:12:38 +0300
Allaha qarşı daima səmimi və dürüst olmağı əsla unutmayın
“…Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdə (sizə günah) var. Allah Bağışlayandır, Rəhmlidir”. (“Əhzab” surəsi, 5)

Din Allah qorxusu əsasında qurulmuşdur. Ancaq Allahdan lazımi qədər qorxanlar dində səmimi ola bilərlər. Çünki Qurana baxdığımız zaman səmimiyyətin Allahdan qəlbi titrəyərək qorxu duyan və sadəcə Allahın razı olduğu davranışa yönələn insana məxsus olduğunu anlayırıq. Heç bir şey səmimi mömini əsl məqsədindən döndərə bilməz; qiyamət günü haqq-hesabını verə bilməyəcəyi bir şeyə yanaşdırmaz. Allah ayəsində ən xeyirli rəftarın bunun olduğuna belə diqqət çəkmişdir:


“Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz”. (Tövbə surəsi, 109)

Qurana baxdığımız zaman möminlərin əsla səhvə yol verməyən insanlar deyil, əksinə, səhv edən, amma dərhal tövbə edərək bağışlanma diləyən insanlar olduqlarını görərik. Allaha qarşı qəlbi titrəyərək qorxu duyan mömin yaşadığı hər an istənilən davranışın ən gözəlini etmək üçün səy göstərir. Bunu edərkən unudub yanıla bilər, ya da səhvə yol verə bilər ki, Quranda möminlərin böyük və ya kiçik bir çox səhvlərindən bəhs edilir. Lakin mühüm olan edilən səhvdən səmimiyyətlə, bir daha əsla təkrar etməməyə qərar verərək vaz keçməkdir. İnsanın bir dəfə iman edib sonra bütün həyatını nöqsansızlıq içində keçirməsi kimi bir hal onsuz da mümkün deyildir; dünya bir imtahan və tərbiyə yeridir. Bundan əlavə, mömin səhv etdiyi zaman hər dəfə Allaha qarşı acizliyinin fərqinə varır. Buna müvafiq olaraq, Allah Quranda hər cür səhvi etsə belə, peşmançılıqla, səmimi və dürüst olaraq tövbə edən, davranışlarını düzəldənləri bağışlayacağını vəd etmişdir. 

İslam dini insanların ən azad və rahat şəkildə yaşamalarını təmin edir. Halbuki, bugünkü cəmiyyətlərdə səhvlərə qarşı göstərilən reaksiyalara görə, insanların çoxu davranışlarını cəmiyyətin meyarlarına görə müəyyənləşdirir. Səhv edən özünü nə qədər dəyişdirirsə dəyişdirsin, cəmiyyətin ona baxış bucağı o qədər də dəyişməz. İnsan etdiyi yanlış rəftarla az qala damğalanır. Bu da cahil insanı səmimiyyətsizliyə aparır. İnsan hiyləgər üsullarla özünü insanların gözündə böyütməyə çalışır. Daima insanların özü haqqında nə fikirləşəcəklərini hesablayır. Halbuki, bu cür zülmdən qurtulmağın ən əsas şərti Allaha qarşı səmimiyyət və dürüstlükdür. Çünki din “insanlar nə deyər” mövzusunu tamamilə aradan qaldırır və möminləri səmimiyyəti azaldan, dürüstlüyün qarşısını alan hər cür hərəkətdən uzaqlaşdırır.

 “O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb dərhal günahlarının bağışlanmasını diləyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar etdikləri (pis əməllərdə) bilə-bilə israr etməyənlərdir”. (Ali-İmran  surəsi, 135)

Səmimiyyət ancaq vicdanla düşünərkən və Allahın hər zaman özünü izlədiyinin şüurunda olarkən üzə çıxar. İnsanların düşüncə və istəklərinə görə hərəkətlərinizi müəyyənləşdirməyin sizi səmimiyyətdən uzaqlaşdıracağını əsla unutmayın. Allahı unudub insanların razılığını nəzərdə tutaraq edilən bütün hərəkətlər səmimiyyəti zədələyəcəkdir. Allahın öz qullarını hər an gördüyünü, bildiyini və hərəkətlərinə şahid olduğunu heç vaxt yaddan çıxarmadan Qurana görə hərəkət etmək isə səmimiyyəti gətirəcəkdir. Səhv edilən şey nə olursa olsun, dürüstlükdən əsla dönməməyi təmin edən şeyin Allahdan başqa heç kimdən qorxmamaq olduğunu əsla unutmayın. Şeytan daha çox insanlar arasında alçalma, ədalətsizliyə məruz qalma, zərər gəlmə kimi düşüncələrlə insanları səmimiyyətsizliyə sürükləyir. Halbuki, bu, boş və əsassız qorxudur. Çünki ən mühüm olan Allahın razı olması və bağışlamasıdır ki, dünyada da, axirətdə də cəza və mükafat yalnız Allahdandır. Hər kəs səhvə yol verə bilər. Mühüm olan xatırladıqdan və fərqinə vardıqdan sonra bu səhvinə görə Allaha tövbə edib səhvindən vaz keçməkdir. Əskikliyini və rəftarını düzəltməsindəki həssaslıq o insanın səmimiyyətini göstərəcəkdir. Heç bir səhvə yol verməyən insan olmadığına görə, Allaha qarşı ən səmimi və dürüst davranan ən üstün olacaqdır. Allah bir ayəsində belə buyurur:

“Rəbbiniz ürəklərinizdə olanları daha yaxşı bilir. Əgər siz əməlisaleh olsanız, bilin ki, həqiqətən də, O da (Özünə) yönəlib dönənləri Bağışlayandır”. (İsra surəsi, 25)

 Səmimi insan etdiyi hər səhvdə Allaha qarşı acizliyini bir daha xatırlayaraq Allaha yönəlib dönər. Çünki səhvləri bağışlayacaq olan yalnız Allahdır, insanlar deyil. Başqa bir deyişlə, insan səhvinə görə Allaha səmimi olaraq tövbə etdikdən sonra artıq onun üçün insanların nə fikirləşdiklərinin heç bir əhəmiyyəti yoxdur. İnsanların haqqında nə fikirləşdiklərinə əhəmiyyət verən, onların razılığının ardınca düşən kəslər yanlışlarını örtmək uğrunda yalanlar söyləyərək daha bir çox yanlışlara sürüklənirlər. Halbuki, əslində, insanları aldatmış olsalar belə, Allah hər şeyi bilir. Siz dürüst olmayan, səmimiyyətsiz insanların ən çox özlərinə zülm etdiklərini əsla unutmayın. Allah heç kəsə gücünün yetdiyindən artıq bir şey yükləməmiş, səmimi olan insanların unutduğu və ya yanıldığı zaman etdikləri xətaları isə bağışlayacağını vəd etmişdir. Bu, inananlara Rəbbimizin  böyük  müjdəsidir. Allah bir ayəsində belə buyurur:

“Allah heç kəsə qüvvəsi çatacağından başqasını yükləməz. (Hər kəsin öz nəfsinin) Qazandığı (xeyir) lehinə, qazandırdıqları (şər işlər də) əleyhinədir. “Rəbbimiz, unutduqlarımıza və yanıldıqlarımıza görə bizi məsul tutma! Rəbbimiz, bizə bizdən əvvəlkilərə yüklədiyin kimi ağır yük yükləmə! Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Mövlamızsan! Kafirlərə qarşı bizə yardım et!” (Bəqərə surəsi, 286) 

Həmçinin unutmayın ki, insanın həqiqi bir səmimiyyətlə bağlanmalı olduğu yalnız Allahdır. Bir insan cahil ola bilər, Allahı razı etmək üçün yerinə yetirməli olduğu bəzi şeyləri də bilməyə bilər. Amma Allah səmimi olaraq Özünə yönələn qullarına mütləq doğrunu göstərər, onları hidayətə çatdırar. Mühüm olan insanın səmimi qəlblə Allaha bağlanmasıdır. Allah Özünə təslim olanların əsla ziyana uğramayacaqlarını bu cür müjdələmişdir:


“Kim yaxşı əməl sahibi olaraq üzünü (özünü) Allaha təslim edərsə, artıq, həqiqətən, o, qopmayan bir dəstəkdən yapışmışdır. Bütün işlərin sonu Allaha qayıdır”. (Loğman surəsi, 22)

Elə isə siz də qarşınıza çıxan saysız xatırlatmaları görməzlikdən gəlməyin və Allaha səmimi bir qəlblə yönəlməyin dünyada və axirətdə tək qurtuluşunuz olduğunu unutmayın.

]]>
http://adnanoktar.az/az/Əsla-unutmayin/176811/allaha-qarsi-daima-səmimi-vəhttp://adnanoktar.az/az/Əsla-unutmayin/176811/allaha-qarsi-daima-səmimi-vəhttp://imgaws1.fmanager.net/Image/objects/33-sakin-unutmayin/11120_ALLAH_A_KARSI_DAIMA_SAMIMI_VE_DURUST_OLMAYI_SAKIN_UNUTMAYIN.jpgFri, 20 Dec 2013 20:14:55 +0200
Cəhənnəmin varlığını əsla unutmayın! Allahın Ona şirk qoşanlara Cənnəti haram etdiyini, onların yerinin Cəhənnəm olduğunu,

İnkar edənlər üçün Cəhənnəm odunun Allah istəmədikcə əbədi olduğunu,

Cəhənnəmdəkilər üçün oddan paltarlar biçildiyini, geyimlərinin qətrandan olduğunu,

Üzlərini alov bürüyəcəyini,

Başlarından qaynar su töküləcəyini,

Alınlarının, böyürlərinin və kürəklərinin dağlanacağını,

Allahın ayələrinə qarşı təkəbbür göstərənlərin əsla (kəndir iynə dəliyindən keçmədikcə) Cənnətə girməyəcəklərini,

Allaha ibadət etməkdən üz çevirib lovğalananların Cəhənnəmə boynu bükük girəcəklərini,

Cəhənnəm oduna alçaldıcı tərzdə sürüklənərək atılacaqlarını,

Oradakı əzabın kafirlər üçün davamlı olduğunu,

Cəhənnəmdəkilərin boyunlarındakı dəmir halqalar və zəncirlərlə sürüklənəcəklərini,

Qaynar sudan və irindən başqa içkilərinin olmayacağını,

Günahkarların yeməyi olan zəqqum ağacının gil kimi qarınlarında qaynayacağını,

Dəmirdən qamçıların olduğunu,

Kafirlər üçün hazırlanmış Cəhənnəmin odununun insanlar və daşlar olduğunu,

Cəhənnəmin uğultusunun uzaqdan eşidiləcəyini,

Orada sümükləri çatladan iniltilər olduğunu,

Həddi aşıb lovğalananların son mənzilinin Cəhənnəm olduğunu,

Kafirlərin əlləri boyunlarına bağlı Cəhənnəmin dar yerinə atılacağını,

Oradakıların əzabı gördükdə yox olmağı, ölümlə hər şeyin bitməsini istəyəcəklərini,

Ancaq insanın orada nə öləcəyini, nə də diriləcəyini,

Hər tərəfdən ölüm gələcəyini, amma ölməyəcəyini,

Cəhənnəmin qapqara, dumanlı və tutqun yer olduğunu,

Əzabın yüngülləşməyəcəyini və Cəhənnəmdəki kafirlərin qayğısına qalınmayacağını,

Qovurucu əzabla dəriləri yanıb töküldükcə əzablarının artması üçün yanan dərinin başqa dəri ilə əvəz olunacağını,

Quranda bildirildiyinə görə, Cəhənnəm xalqının: “… Əgər biz qulaq asıb ağlımızı başımıza yığsaydıq, Cəhənnəm əhli içində olmazdıq! (Mulk surəsi, 10)” – deyəcəklərini,

Peşmançılıq və çarəsizlik içində qovrulacaqlarını,

Allahın kafirlərlə danışmayacağını  ƏSLA UNUTMAYIN!

 

 

]]>
http://adnanoktar.az/az/Əsla-unutmayin/176400/cəhənnəmin-varligini-əsla-unutmayinhttp://adnanoktar.az/az/Əsla-unutmayin/176400/cəhənnəmin-varligini-əsla-unutmayinhttp://imgaws1.fmanager.net/Image/objects/33-sakin-unutmayin/11214_CEHENNEMIN_VARLIGINI_SAKIN_UNUTMAYIN.jpgWed, 18 Dec 2013 16:02:14 +0200