ADNANOKTAR.AZhttp://adnanoktar.azadnanoktar.az - Allahın adları - Ən son əlavələrazCopyright (C) 1994 adnanoktar.az 1ADNANOKTAR.AZhttp://adnanoktar.azhttp://harunyahya.com/assets/images/hy_muhur.png11666MÜVƏFFİ (Əhdini yerinə yetirən, tam verən, ödəyən)
 “Onların nəyə ibadət etdiklərinə şübhə etmə. Onlar da atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Şübhəsiz ki, Biz onların cəzasını əskiltmədən tam verəcəyik” (Hud surəsi, 109)

İnsanın ömrü boyu hər etdiyi əməl, hər düşündüyü Allah qatında yazılır. Ən kiçik təfərrüat belə unudulmur. Ayədə belə buyurulur: “…(Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır”. (Loğman surəsi, 16)

Hesab günü gəldiyi zaman hamı öz əməllərini görəcək və buna uyğun da əvəz alacaq. Allah Quranda belə bildirir:

 "O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır"(Zəlzələ surəsi, 6-8)

O gün kitablardakı əməllər hesab günü üçün xüsusi olaraq hazırlanmış həssas tərəzilərdə ölçüləcək.  Allah’ın ədaləti qarşısında heç kimə zərrə qədər haqsızlıq edilməyəcək:

 "Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik" (Ənbiya surəsi, 47)

Dünyada edilən hər kiçik əməllər belə bu tərəziyə qoyulacaq. Veriləcək qarşılıq bu həssas tərəzinin ağır tərəfinə görə olacaq:

 "(O gün) kimin tərəziləri ağır gələrsə, xoşbəxt güzəran sürəcək. Kimin tərəziləri yüngül gələrsə, məskəni Haviyə olacaqdır. Sən haradan biləsən ki, o nədir? O, çox qızmar bir oddur!" (Qariə surəsi, 6-11)

Beləliklə, Allah öz ədaləti ilə hamının gördüyü əməllərin qarşılığını tam olaraq verəcək. Digər tərəfdən Allah insanların dualarına və əməllərinə bu dünyada da qarşılıq verir. Bu, möminlər üçün böyük lütf olduğu halda, inkarçılar üçün isə qorxlu tələdir. Allah ayələrində bu aldanışı belə bildirir:

 "Kim dünya həyatını və onun bərbəzəyini istəyirsə, onlara əməllərinin əvəzini orada tam verərik və onlar orada zərər çəkməzlər. Onlar, axirətdə özləri üçün oddan başqa heç bir şeyi olmayan kimsələrdir. Onların dünyada gördükləri işlər boşa çıxar və tutduqları əməllər puç olar" (Hud surəsi, 15-16)
]]>
http://adnanoktar.az/az/Allahin-adlari/177294/muvƏffi-(Əhdini-yerinə-yetirən-tamhttp://adnanoktar.az/az/Allahin-adlari/177294/muvƏffi-(Əhdini-yerinə-yetirən-tamhttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/10962_Muveffi_Ahdini_Yerine_Getiren_Tastamam_Veren_odeyen.jpgWed, 25 Dec 2013 20:40:10 +0200
ZÜLCƏLAL-İ VƏL İKRAM - Həm böyüklük sahibi, həm kərəm və ikram sahibi olan Cəlal və ikram sahibi olan Rəbbinin adı nə ucadır. (Rəhman surəsi, 78)

 
Dünyada insanın xoşuna gələcək saysız nemət var. Allah qullarının məmnun olacağı müxtəlif detallarla dünyanı bəzəmişdir. Ancaq Allah`ın sonsuz kərəm və lütfkarlığını göstərəcəyi əsl məkan cənnətdir. Quranda təsvir edilən cənnət Onun sonsuz ikramını nümayiş etdirir.
 
Cənnətin Quranda izah edilən ən nəzərə çarpan xüsusiyyətlərindən biri nəfslərin arzuladığı hər şeyin möminlərə verilməsidir. Cənnətin altından çaylar axır, yeməkləri və kölgəlikləri daimidir, nə isti, nə soyuqdur. Allah Özündən bir rəhmət olaraq saleh qullarını cənnət bağçalarındakı kölgəliklərdə və bulaq başlarında saxlayacaq. Növbənöv incəliklərə və gözəlliklərə sahib olan cənnətdə möminlərə arzuladıqları meyvələrdən və ətdən bol-bol veriləcək.
 
Möminlər cənnətə daxil olub saysız-hesabsız ruziyə çatarlar. Həm də cənnətdə inananları bir-birinin üstündə tikilmiş otaqlar gözləyir. Bu köşklərin altından çaylar axır. Qızıl-gümüş, ləl-cavahiratla bəzənmiş taxtlar üstündə oturacaq və ətraflarına tamaşa edəcəklər. Bu zaman edilən ikram da son dərəcə ehtişamlıdır. Məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar. Bu xidmətlər əsnasında möminlərin geyimləri də son dərəcə göz oxşayandır. Quranda belə buyurulur:
 

... Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır. (Həcc surəsi, 23)

 
Şübhəsiz, Qurandakı cənnət təsviri yuxarıda izah edə bildiyimizdən çox üstündür. Aşağıdakı ayələr Allah`ın cənnətdəki sonsuz kərəmini və ikramını açıq şəkildə bildirir:
 
... Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. (Zuxruf surəsi, 71)
 
(Cənnətdə) hara baxsan, nemət və əzəmətli səltənət görərsən. (İnsan surəsi, 20)
 
O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Rəhman surəsi, 10-13)
 
(Allah) iki məşriqin və iki məğribin Rəbbidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maneə vardır, onu keçə bilməzlər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlardan mirvari və mərcan çıxır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Yer) üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli üzü əbədidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Göylərdə və yerdə olan hər kəs  Ondan diləyir. O, hər gün bir işdədir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Rəhman surəsi, 17-30)
]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169873/zulcƏlal-i-vƏl-ikram-http://adnanoktar.az/az/Allahin-adlari/169873/zulcƏlal-i-vƏl-ikram-http://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/11014_Allahin_isimleri_Zulcelali_Vel_ikram_Hem_buyukluk_sahibi_hem_kerem_ve_ikram_sahibi_olan.jpgSat, 21 Sep 2013 08:50:17 +0300
ZAHİR - Aşkar olan O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir. (Hədid surəsi, 3)
 
Allah`ın varlığının dəlilləri düşünən hər insanın rahatlıqla təsbit edə biləcəyi qədər aşkardır, bütün kainata yayılmışdır. İnsanın Allah`ın varlığını qavraya bilməsi üçün heç bir araşdırma etmədən, yalnız içində yaşadığı mühiti diqqətlə araşdırması kifayətdir. Çünki bütün kainat yaradılış dəlillərini nümayiş etdirən detallarla doludur. Ən sadəsindən ən kompleksinə qədər var olan bütün sistemlər son dərəcə kompleks, araşdırdıqca daha çox sirri ortaya çıxaran yaradılış möcüzələri ilə doludur. Allah bu möcüzələrlə əlaqədar Quranda belə nümunələr vermişdir:
 
Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik. (Qaf surəsi, 6-7)
 
Məgər onlar (başları) üzərində dəstə-dəstə pərvazlanıb (uçan), (hərdən də qanadlarını) yığan quşları görmürlərmi? Onları ancaq mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür. (Mülk surəsi, 19)
 

Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də döndərilirsiniz! Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə hesablama (ölçüsü) etdi. Bu, qüdrətli və bilən Allah`ın müəyyən etdiyi hökmdür. Qurunun və dənizin qaranlıqlarında yolu tapa biləsiniz deyə, sizin üçün ulduzları yaradan Odur. Artıq Biz ayələri bilən bir qövmə izah edirik. (Ənam surəsi, 95-97)

 
Şübhəsiz, yuxarıdakı ayələrdə deyilənlər sadəcə bir neçə mövzudur. Allah Quranda verdiyi daha bir çox örnəklə qullarına Öz varlığını xatırladır. Möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də ətraflarında gördükləri hər şey üzərində dərin düşünmələri və nəticədə, Allah`ın varlığını və böyüklüyünü dərk etmələridir. Çünki yuxarıda da ifadə etdiyimiz kimi, içində yaşadığımız kainatdakı hər detal insana özünün yaradılmış olduğunu hiss etdirir.
 
Bütün kainatın yaradıcısı olan Allah`ın böyüklüyünü, ucalığını dərk edən ağıl sahibi insan, əlbəttə ki, axirətdə hesab verəcəyi Allah`a qarşı dərin bir qorxu duyur və bütün həyatını Onu razı etməyə çalışaraq keçirir. Bir ayədə möminlərlə əlaqədar olaraq belə buyurulur:
 

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi odun əzabından qoru! (Ali-İmran surəsi, 191)

 

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah`dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də aciz qalar, istənilən də! Onlar Allah`ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir! (Həcc surəsi, 73-74)

]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169872/zahir---askar-olanhttp://adnanoktar.az/az/Allahin-adlari/169872/zahir---askar-olanhttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/11015_Allahin_isimleri_Zahir_Asikar_Olan.jpgSat, 21 Sep 2013 08:48:38 +0300
VƏKİL - Özünə təvəkkül edənlərin işini düzəldib, onların edə biləcəyindən daha yaxşısını təmin edən Onlar: “İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr  sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə etdiklərini yazır. Onlardan üz döndər və Allah`a təvəkkül et! Qoruyan olaraq Allah yetər. (Nisa surəsi, 81)
 
Allah imanlı, səmimi qullarına qarşılaşdıqları hər cür vəziyyətdə Özünə güvənmələrini söyləyir. Necə ki, bütün peyğəmbərlər Allah`ın dinini izah edərkən bir çox çətinliklə qarşılaşmış, xitab etdikləri birliklər çox vaxt onlara düşmənliklə qarşı çıxmışlar. Ancaq elçilər Allah`ın birliyini, Onun əmr və qadağalarını izah etmə mövzusunda hər zaman cəsur və qərarlı olmuşlar. Həmişə Allah`ı vəkil tutmuş, yalnız Onun məmnuniyyətini axtarmışlar.
 
Allah dininə kömək edənlərə kömək edəcəyini Quranda bizlərə bildirmişdir. Əlbəttə ki, möminlərin qarşısında onlara qarşı mübarizə aparan, şeytanı izləyən birliklər daim olur. Bu birliklər möminlərə mane olmaq üçün geniş əhatəli planlar qura bilirlər. İncidən sözlər və böhtanlarla möminlərin şövqlərini qırmağa çalışırlar. Amma heç bir zaman istədikləri olmur. Onların güvəndiyi şeylər Allah`ın gücü və sonsuz ağlı yanında etibarsızdır. Allah qurduqları hər planı ən incə detalına qədər bilən və görəndir. Allah küfrün tələlərini pozur. Allah Özünü dost etmiş, səbirli və qərarlı möminlərə kömək edir. Ən gözəl nəticə ilə möminləri müvəffəqiyyətə qovuşdurur. Bu, son dərəcə metafizik, əsla inkarçıların anlaya bilməyəcəyi və sahib ola bilməyəcəyi böyük bir gücdür. Mütəvəkkil möminlər bu sayədə maddi və mənəvi cəhətdən böyük qüvvət qazanmış olurlar. Allah Quranda yalnız Özünə yönələn qullarının qazandığı güclə əlaqədar ayələrdə belə buyurur:
 

Yaxşı əməl sahibi olub özünü Allah`a təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allah`a qayıdır. (Loğman surəsi, 22)

 

(Bəzi) adamlar onlara: “Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O, nə gözəl qoruyandır!”– dedilər. (Ali-İmran surəsi, 173)

 
Allah`ı vəkil tutmalarının qarşılığı isə hər zamankı kimi zəfər olmuşdur. Ayələrdə belə buyurulur:
 
Onlar özlərinə heç bir pislik toxunmadan Allah`ın neməti və mərhəməti sayəsində geri döndülər və Allah`ın razılığına tabe oldular. Allah böyük lütf sahibidir. (Ali-İmran surəsi, 174)
 

O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə Onu himayəçi götür! (Müzzəmmil surəsi, 9)

 

De: “Allah`ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy möminlər Allah`a təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169871/vƏkil---ozunə-təvəkkulhttp://adnanoktar.az/az/Allahin-adlari/169871/vƏkil---ozunə-təvəkkulSat, 21 Sep 2013 08:47:10 +0300
VƏHHAB - Hədiyyəsi çox olan, qarşılıqsız hədiyyə edən Yoxsa güclü və üstün olan, qarşılıqsız bağışlayan Rəbbinin xəzinələri onların yanındadırmı? (Sad surəsi, 9)
 
Daha əvvəl də bəhs etdiyimiz kimi, Allah möminlərə cənnətdə sonsuz xoşbəxtlik vəd etmiş və bu sonsuz xoşbəxtliyi dünya həyatları əsnasında da başlatmışdır. Saleh qullarını dünyada da gözəl bir həyatla yaşadacağını vəd etmişdir. Buna görə, səmimi möminlərin Rəbbimizdən istəyəcəkləri heç bir şeyin sərhədi yoxdur. Möminlər özlərini Allah`a yaxınlaşdıracaq, Onu xatırlamalarını, Ona şükür etmələrini təmin edəcək hər şeyi sərhədsiz olaraq istəyə bilərlər. Əlbəttə, Allah bu istəklərə dilədiyi şəkildə qarşılıq verər və möminlər üçün Rəbbimizin razılığı həmişə ən xeyirli şəkildə olar. Bu mövzuda Quranda verilən bir nümunə hz. Süleymanın duasıdır. Bir ayədə hz. Süleymanın: “Həqiqətən, mən mal sevgisini Allah`ı zikr etməkdən ötəri seçdim” (Sad surəsi, 32) - dediyi və daha sonra başqa bir ayədə belə dua etdiyi bildirilmişdir:
 

O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən bəxş edənsən. (Sad surəsi, 35)

 
Yuxarıdakı ayədə göründüyü kimi, hz. Süleyman Allah`dan heç kimə nəsib olmayan səltənət istəmiş və Rəbbimizi Vəhhab sifəti ilə anmışdır. Çünki bilir ki, Allah səmimi qullarına dünyada və axirətdə qarşılıqsız olaraq hədiyyə edən, işlədikləri saleh əməllərin qarşılığını qat-qat artırandır. Bir ayədə belə buyurulur:
 

Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən bəxş edənsən. (Ali-İmran surəsi, 8)

]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169870/vƏhhab---hədiyyəsi-coxhttp://adnanoktar.az/az/Allahin-adlari/169870/vƏhhab---hədiyyəsi-coxhttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/11011_VEHHAB_Bagisi_cok_Olan_Karsiliksiz_Armagan_Eden.jpgSat, 21 Sep 2013 08:44:53 +0300
VƏDUD - Yaxşı qullarını sevən, onları rəhmət və razılığına çatdıran, yaxud sevilməyə və dostluğu qazanılmağa layiq olan O, çox bağışlayandır, çox sevəndir. (Büruc surəsi, 14)

 
Allah insanları Özünə qulluq etmələri üçün yaratmışdır. Lakin buna baxmayaraq, bəziləri Allah`ı inkar edir, bəziləri də ölənə qədər tam səmimiyyətlə Ona sadiq qalır. Allah Özünə vəfa göstərən qullarına çox yaxındır, dua etdikləri zaman onları eşidir və qarşılıq verir, bir çətinliklə qarşılaşdıqları zaman daim onların yanındadır. Allah iman edənləri həyatlarının hər dövründə köməyi ilə dəstəkləyir.
 
İnsanın dünya həyatında qazana biləcəyi ən böyük nemətlərdən biri Allah`ın dostluğudur. Allah`ın sevdiyi qulları son dərəcə şərəfli və seçkin həyat yaşayırlar. Belə insanlar hər zaman heyranlıq və təqdir qazanan üstün əxlaqa sahib olurlar.
 
Allah sevimli qullarını Öz rəhmətinə qovuşdurur, onların cənnətə girmələrinə izn verir. Peyğəmbərlər və saleh möminlər Allah`ın sevgisini qazanmış çox qiymətli insanlardır. Onlar da Allah`ı çox sevir və yalnız Onun məmnuniyyətini qazanmaq üçün həyatlarını davam etdirirlər. Şübhəsiz, Allah`ın bir insanı sevməsi və onu dost olaraq seçməsi insana verilən ən böyük nemətlərdən biridir.
 

Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim rəhmlidir, sevəndir. (Hud surəsi, 90)

]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169869/vƏdud---yaxsi-qullarinihttp://adnanoktar.az/az/Allahin-adlari/169869/vƏdud---yaxsi-qullarinihttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/11010_VEDUD_iyi_Kullarini_Seven_Onlari_Rahmet_Ve_Rizasina_Erdiren_Yahut_Sevilmeye_Ve_Dostlugu_Kazanilmaya_Tek_Layik_Olan.jpgSat, 21 Sep 2013 08:43:21 +0300
VASİ - Hər şeyi əhatə edən, geniş olan Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allah`ın lütfüdür, onu istədiyinə verər. Allah əhatə edəndir, biləndir. (Maidə surəsi, 54)

 
Allah`ın genişliyi bütün kainatı əhatə etmişdir. Yoxluqdan varlığı yaradan Allah məkana tabe deyil, bütün məkanlardan münəzzəhdir. Çünki məkanı da yaradan Allah`dır. Bəzi cəmiyyətlərdə Allah`ın göylərdə olduğu düşüncəsi hakimdir. Allah`a dua etdiklərində insanlar üzlərini göyə çevirərək batil bir inanca yönəlirlər. Həqiqət isə Quranda bildirilmişdir:
 

“Məşriq də, məğrib də Allah`ındır! Hansı səmtə yönəlsəniz, Allah`ın üzü orada olar. Həqiqətən, Allah əhatə edəndir, biləndir”. (Bəqərə surəsi, 115)

 
Halbuki, Allah Quranda göylərin və yerin Rəbbi olduğunu bizlərə bildirir. Bütün genişliyə sahib olanın da Özü olduğunu söyləyir. Allah hər yeri əhatə  etmişdir. Allah`ın mülkü genişdir. Nemətləri tükənməz, rəhmətinin sərhədi yoxdur, bağışlaması da çox geniş olandır. Qullarının bütün ehtiyaclarını onlar heç bir şey etmədən qarşılayan Allah`ın rəhməti və mərhəməti sonsuzdur.
 
“Qəyyum” sifəti xüsusilə möminlər üzərində çox təcəlli edir. Yuxarıda da ifadə etdiyimiz kimi, Allah`ın rəhməti və mərhəməti son dərəcə genişdir. İnanan qullarını rəhməti ilə əhatə etmişdir və dünyada onları bütün düşmənlərdən qoruyur. Məsələn, insanlardan bəziləri dinə zərər vermək qəsdi ilə möminlərə nemətlərin gəlməsinə mane olmağa, onlara çətinlik yaratmağa çalışırlar. Münafiqlər: “Allah`ın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!" (Munafiqun surəsi, 7) - deyərək inananlara zərər verə biləcəklərini zənn edirlər. Halbuki, münafiqlərin görməzlikdən gəldikləri bir gerçək var: Allah dilədiyi qulunu geniş rəhmət xəzinəsindən zəngin edər. Çünki göylərin və yerin xəzinələri Onundur. Allah`ın geniş rəhmət sahibi olduğu bir ayədə belə bildirilir:
 

Yalnız sizin dininizin ardınca gələnlərə inanın ki, kiməsə sizə verilənin bənzəri verilməsin, yaxud Rəbbinizin yanında sizə dəlil gətirməsinlər”. De: “Şübhəsiz ki, doğru yol Allah`ın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf Allah`ın əlindədir və onu istədiyinə verir! Allah əhatə edəndir, biləndir”. (Ali-İmran surəsi, 73)

 

Göylərdə və yerdə nə varsa, Allah`ındır. (Bu, Allah`ın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə  mükafatlandırması üçündür. Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin  qorxduğunu yaxşı bilir. (Nəcm surəsi, 31-32)

]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169868/vasi---hər-seyihttp://adnanoktar.az/az/Allahin-adlari/169868/vasi---hər-seyihttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/11009_Vasi_Genis_Olan.jpgSat, 21 Sep 2013 08:42:00 +0300
VARİS - Sərvətlərin həqiqi sahibi Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa heç kəs sakin olmadı. Onlara Biz varis olduq. (Qəsəs surəsi, 58)

 
İnsanlar dünyadakı həyatları boyunca daima qazanmağa, zənginliklərini, mal və mülklərini artırmağa çalışırlar. Hətta bəzi insanlar həyatı boyunca başqa heç bir məqsəd axtarmadan, varlığının gerçək səbəbini heç düşünmədən səhər-axşam daha çoxunu əldə etmək uğrunda çalışırlar. Ancaq bu insanların qulaqardı etdikləri bir həqiqət var:
 

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında  idilər. (Kəhf surəsi, 103-104)

 
Bəli, bu insanlar həyatları boyu boş bir məqsəd uğrunda səy göstərirlər. Lakin bir gün bəlkə də heç gözləmədikləri bir anda ölüm mələkləri gəlir və Allah`ın əmri ilə onların canlarını alır. Hamının qibtə etdiyi böyük sərvətə sahib olan bu insanlar yalnız bir bezə sarılaraq torpağın bir neçə metr altına basdırılır və axirətə gedərkən ömürləri boyu qazandıqları heç nəyi özləri ilə apara bilmirlər. Torpağın içinə çılpaq bədənlərindən başqa heç nə qoyulmur. Onlar istəsələr də evləri, avtomobilləri, bütün malları, torpaqları və övladları geridə qalır. Axirətdə yanlarında olan isə yalnız təqvaları və Allah`a olan yaxınlıqlarıdır.
 
Onlardan sonra yer üzünə varis olan isə yalnız Allah və Onun zəngin etdiyi səmimi qullarıdır. Yuxarıda da ifadə etdiyimiz kimi, insan nə qədər istəsə belə, mal-mülkünə, dünyadakı etibarına, zənginliyinə sonsuza qədər sahib ola bilməz. Əlindəki hər şey ona qısa bir müddət istifadə etməsi üçün dünyada verilən nemətlərdir. Ancaq bu nemətləri verən Allah dilədiyi zaman adamın canını alar və malı dünyada, bədəni də torpaqda buraxılaraq Allah`ın hüzuruna çıxarılar...
 

Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və varis olan da Bizik. (Hicr surəsi, 23)

 

Zəkəriyyanı da (yada sal!) Bir zaman o, yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!” (Ənbiya surəsi, 89)

 

Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər. Sən onları işin bitmiş olacağı peşmançılıq çəkiləcək günlə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər. Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır. (Məryəm surəsi, 38-40)

 
Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa (orada) heç kəs sakin olmadı. Onlara Biz varis olduq. (Qəsəs surəsi, 58)
]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169867/varis---sərvətlərin-həqiqihttp://adnanoktar.az/az/Allahin-adlari/169867/varis---sərvətlərin-həqiqihttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/11008_Varis_Servetlerin_Gecici_Sahipleri_Elleri_Bos_Olarak_Yokluga_Dondukten_Sonra_Varligi_Devam_Eden_Servetlerin_Hakiki_Sahibi.jpgSat, 21 Sep 2013 08:40:28 +0300
VAHİD - Tək olan, şəxsində, sifətlərində, işlərində, adlarında, hökmlərində, əsla ortağı və ya bənzəri, tayı olmayan Sizin ilahınız tək bir ilahdır; Ondan başqa ilah yoxdur; O, Rəhmandır, Rəhimdir. (Bəqərə surəsi, 163)
 
Allah`ın böyüklüyünü qavramayan insanlar Allah`a bərabər güclər tapmağa çalışmış və bunun nəticəsində gözlərində böyütdükləri şeylərə ibadət etmişlər. Bəzisi çox parlaq və güclü gördüyü üçün Günəşi daha üstün tutmuş və ona ibadət etmiş, bəzisi də ulduzların qarşısında əyilmişdir. Hətta bəziləri bütün acizliklərinə baxmayaraq, özlərinin də güc sahibi olduqlarını iddia etməyə cəsarət etmişlər. Quranda hz. İbrahimlə Allah`ın gücü və birliyi mövzusunda mübahisə edən adam bu mövzuya veriləcək ən əsas nümunədir. Hz. İbrahim isə Allah`a kimsənin ortaq ola bilməyəcəyini belə bir örnəklə isbat etmişdir:
 

Allah`ın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin (əhvalatını) bilmirsənmi? İbrahim: “Mənim Rəbbim həm dirildir, həm də öldürür!”– dedikdə: “Mən də həm dirildir, həm də öldürürəm!”– demişdi. İbrahim: “Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!”– dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz. (Bəqərə surəsi, 258)

 
Allah`dan başqa ilahlar tapmaq yalnız keçmişdə yaşayan insanlara məxsus olan ağılsızlıq deyil. Bu dövrdə də bir çox insan Allah`a ortaq qoşaraq, Onun yoldaşının və bənzərinin ola bilməyəcəyini inkar edir. Bu şəxslər bəlkə ətrafda Günəş, ulduzlar və s. kimi bütlər seçməmişdir, amma onlar da özləri kimi aciz olan digər insanlara və ya dəyər verdikləri əmtəələrə (zənginlik, gözəllik, güc və s.) sitayiş edirlər. Məsələn, bütün həyatlarını zənginlik, mal-mülk əldə etmək üçün keçirir və bu zaman Allah`ın özlərindən razı olub-olmadığını heç düşünmürlər. Allah`ı insanlarla, digər varlıqlarla bərabər tuturlar ki, bu da açıq-aşkar şirkdir.
 
Allah yaradandır. Heç kim Günəşi qərbdən gətirə bilməz, heç kim kosmosda fövqəladə bir sürətlə genişlənən kainatı dayandıra bilməz, heç kim göyü və yeri tuta bilməz və heç kim yoxdan bir insan yarada bilməz. Bunları ancaq kainatda tək olan və tayı-bənzəri olmayan Allah edə bilər. Yaradanla yaradılan isə əsla bənzər deyil. Quranda şirk qoşanların acizliyindən belə bəhs edilir:
 
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah`dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)
 

… Yoxsa onlar Allah`a, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allah`dır. O, təkdir, qalib gələndir”. (Rəd surəsi, 16)

 

... Məryəm oğlu İsa Məsih ancaq Allah`ın elçisi, Onun Məryəmə göndərdiyi kəlməsi və Onun tərəfindən bir ruhdur. Allah`a və Onun elçilərinə iman gətirin və: “(İlah) üçdür!” deməyin. (Batil əqidənizə) son qoyun! (Bu,) sizin üçün xeyirli olar. Həqiqətən, Allah tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər. (Nisa surəsi, 171)

]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169866/vahid---tək-olanhttp://adnanoktar.az/az/Allahin-adlari/169866/vahid---tək-olanhttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/11007_Vahid_Tek_Olan_Zatinda_Sifatlarinda_islerinde_isimlerinde_Hukumlerinde_Asla_Ortagi_Veya_Benzeri_Dengi_Bulunmayan.jpgSat, 21 Sep 2013 08:39:00 +0300
TƏVVAB - Tövbələri qəbul edib günahları bağışlayan Yalnız tövbə edənlər islah edənlər və bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, rəhmliyəm! (Bəqərə surəsi, 160)

 
Allah`ın ayələrində də bildirdiyi kimi, insan cahil və nankor olaraq yaradılmışdır. Hər an səhv edə, günah işləyə, zəiflik göstərə bilər. Həm də özünü daim Allah`a üsyan etməyə sövq edən, vəsvəsə verməyə çalışan düşməni - şeytan - var. Ancaq insana bu mənfi xüsusiyyətlərə görə edəcəyi səhvləri düzəltmək  üçün yol göstərilmişdir: tövbə etmək...
 
Yuxarıda da ifadə etdiyimiz kimi, insan hər an səhv edə, günah işləyə və ya vəsvəsəyə qapıla bilər. Ancaq nə qədər böyük səhv etsə də, özü üçün dönüş yolu var. Allah səmimi olaraq tövbə edən qullarının tövbələrini qəbul edir və onları bağışlayır. Buna görə, insan keçmişində nə qədər qafil olsa belə, ümidsizliyə qapılması doğru olmaz. Allah Quranda belə xəbər verir:
 

De: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allah`ın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, bağışlayandır, rəhmlidir!” (Zumər surəsi, 53)

 
Ancaq bütün bunlarla birlikdə unudulmamalı çox əhəmiyyətli bir həqiqət var:
 

Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah biləndir, müdrikdir. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq. (Nisa surəsi, 17-18)

 
Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, Allah ancaq səmimi qullarının tövbələrini qəbul edir. Çünki tövbə həqiqi peşmanlıq və eyni günahı bir daha təkrar etməmək qərarı ilə məna qazanır. Əks halda, bütün həyatını Allah`ın əmrlərinə üsyan edib, şeytana aldanaraq keçirmiş birinin ölümlə qarşılaşdığı anda gerçəyi anladığından ötrü davranışlarını dəyişdirməsinin mənası olmayacaq. Belə ki, bu haqda Quranda fironun səmimiyyətsiz tövbəsindən bu cür bəhs edilmişdir:
 

Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!” “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun”. (Yunis surəsi, 90-91)

 
Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq, onlara dar gəlmiş, ürəkləri sıxılmış və yəqin bilmişdilər ki, Allah`dan, ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra peşman olsunlar deyə, onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir. (Tövbə surəsi, 118)
 
Əgər Allah`ın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və müdrik olmasaydı, (yalan danışanlar Allah`ın lənətinə gələrdilər). (Nur surəsi, 10)
]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169865/tƏvvab---tovbələri-qəbulhttp://adnanoktar.az/az/Allahin-adlari/169865/tƏvvab---tovbələri-qəbulhttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/11006_Allahin_isimleri_Tevvab_Tevbeleri_kabul_edip_gunahlari_bagislayan.jpgSat, 21 Sep 2013 08:37:45 +0300
ŞƏKUR - Öz razılığı üçün edilən yaxşı işlərə daha gözəli ilə qarşılıq verən Əgər Allah`a gözəl bir borc versəniz, O, bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir. (Təğabun surəsi, 17)
 
Şübhəsiz, Allah yer üzündə insanlara saysız nemət vermiş və bunların qarşılığında da yalnız şükür etmələrini əmr etmişdir. Allah “İbrahim” surəsinin 7-ci ayəsində şükürün əhəmiyyətinə belə diqqət çəkir: “O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”.
 
Əlbəttə, Allah`dan gələn bütün nemətlərə əvəz olaraq şükür etməyən insanın mükafatı axirətdə əskiksiz veriləcək. Bu, Allah`ın sonsuz ədalətinin təcəllisidir. Ancaq Allah qullarına qarşı çox şəfqətli və mərhəmətlidir. Allah başqa bir ayəsində belə hökm etmişdir:
 
Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər  yaxşı əməl olarsa, bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa surəsi, 40)
 
Yuxarıdakı ayədə də göründüyü kimi, Allah nankorluq edəni əzabla cəzalandıracaq, ancaq yaxşılıq edənlərin əcrini də qat-qat artıracaq. Kim Allah üçün xeyir iş görsə, hesab günündə daha gözəli ilə qarşılığını alacaq. Kim Allah üçün savab iş görsə, hesab günündə daha yaxşısı ilə qarşılaşacaq.
 

İman gətirib yaxşı işlər görən qullarına Allah`ın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah bağışlayandır, şükürün əvəzini verəndir. (Şura surəsi, 23)

 

(Allah) onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, bağışlayandır, şükürün əvəzini verəndir. (Fatir surəsi, 30)

 
Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allah`a həmd olsun! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükürün əvəzini verəndir. (Fatir surəsi, 34)
 
De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Lakin insanların çoxu (bunu) bilmir”.  Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar (cənnətdəki) mənzillərində asudə yaşayacaqlar. (Səba surəsi, 36-37)
 

Kimdir o şəxs ki, Allah`a gözəl bir borc versin, O da onun üçün bunu qat-qat artırsın? Onun üçün çox dəyərli bir mükafat da vardır. O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. (Onlara:) “Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!”– (deyiləcək.) Bu, böyük uğurdur. (Hədid surəsi, 11-12)

]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169864/sƏkur---oz-raziligihttp://adnanoktar.az/az/Allahin-adlari/169864/sƏkur---oz-raziligihttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/11005_Sekur_Kendi_Rizasi_icin_Yapilan_iyi__islere_Daha_Guzeliyle_Karsilik_Veren.jpgSat, 21 Sep 2013 08:35:57 +0300
ŞƏFİ - Şəfaətçi Yoxsa onlar Allah`dan qeyrilərinimi özlərinə şəfaətçi etdilər? De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa, bəs necə olsun?” De: “Şəfaət bütünlüklə Allah`a məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”. (Zumər surəsi, 43-44)

 
Allah`a şərik qoşaraq iman edənlər Onun hüzura gətirildikləri zaman mütləq bir şəfaətçinin şəfaətinə sığınacaqlarını və o şəfaətçinin özlərinə kömək edəcəyini  zənn edirlər. İnanclarına görə, bu şəfaətçi bəzən onların günahlarını öz boynuna götürəcək, bəzən də onları müdafiə edəcək. Buna görə, dünya həyatında daima bu şəfaətçini razı etməyə çalışır, daim onu zikr edirlər. Halbuki, bu onların zənnidir və əsla baş verməyəcək. Allah bir çox ayəsində hesab günündə -Allah`ın diləməsi xaricində- heç kimin heç kimə şəfaət edə bilməyəcəyini bildirmişdir. Bu ayələrdən biri belədir:
 

Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allah`dan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O, nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. (Ənam surəsi, 70)

 
O gün heç kim heç kimlə dost deyil, heç kim də bir başqasının günahını yüklənməz. Allah ancaq Özündən məmnun olduğu adamın şəfaət edə biləcəyini söyləyir. Bu adam da yalnız doğrunu söyləyəcək. İnkar edənlər üçün o gün nə köməkçi, nə də şəfaətçi var. Heç kim başqasının əvəzinə heç nə ödəyə bilməz. O gün heç bir dəstək, heç bir alış-veriş və heç bir şəfaət yoxdur. Heç bir insanın Allah`dan başqa vəlisi və şəfaətçisi də yoxdur...
 

Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da ərşə ucalan Allah`dır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz? (Səcdə surəsi, 4)

 

O gün insanlar heç bir yana meyil etmədən carçının arxasınca yeriyəcəklər. Ər-Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən. O gün ər-Rəhmanın izn verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir. Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz! (O gün) üzlər (əbədi) yaşayan, (yaradılanların) Qəyyumu (olan Allah) qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar. Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlıqdan, nə də naqislikdən qorxacaqlar. (Taha surəsi, 108-112)

 

Onun qarşısında, izn verdiyi kəslərdən başqa heç kimin şəfaəti fayda verməz. Nəhayət, (mələklərin) qəlbindən qorxu keçib getdikdə onlar: “Rəbbiniz nə buyurdu?”­– deyə soruşarlar, digərləri isə: “Haqqı (buyurdu)! O, ucadır, böyükdür!”– deyə cavab verərlər. (Səba surəsi, 23)

]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169863/sƏfi---səfaətcihttp://adnanoktar.az/az/Allahin-adlari/169863/sƏfi---səfaətcihttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/11002_Sefi_sefaatci.jpgSat, 21 Sep 2013 08:34:37 +0300
ŞAHİD - Şahid olan, hər zaman və hər yerdə hazır olan De: “Mənimlə sizin aranızda Allah`ın şahid olması yetər. Həqiqətən, O, qullarından xəbərdardır, görəndir”. (İsra surəsi, 96)

 
Allah əzəli və əbədidir. Mütləq olan tək varlıqdır. Zamana və məkana tabe deyil. Buna görə də keçmiş və gələcək anlayışları Allah qatında eynidir. Allah keçmişdə olan bütün hadisələri də, gələcəkdə baş verəcək hadisələri də bilir. Kainatın ilk yaradıldığı andan etibarən, yox olacağı qiyamət gününə qədərki son ana qədər hər şeyə şahiddir.
 
Yaşanan hər hadisəni, söylənən hər sözü bilir. Allah qatında gizli olan heç nə yoxdur. Onun üçün gündüzün işıqlığı da, gecənin qaranlığı da birdir. Allah gecənin qaranlığında gizlənənlərin, bir yerə yığışaraq pıçıldaşanların bütün danışıqlarına da şahiddir. Cahil olan insan gecə qaranlığının günahlarını gizləyəcəyinə, heç kimin görməyəcəyinə və bilməyəcəyinə inanır. Halbuki, Allah insana hər an, hər yerdə şahiddir. Tək olanda da, milyardlarla insanın arasında olanda da insanın vəziyyəti Allah qatında eynidir. Quranda bu vəziyyət belə xəbər verilir:
 

Məgər Allah`ın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, (onların) dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır. Sonra qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir. (Mücadilə surəsi, 7)

 
Allah bütün insanların hər an, hər saniyə ürəklərindəki niyyətə, ağıllarından keçən hər düşüncəyə şahiddir. Dünyada insanların yaşadıqları hər hadisəyə şahid olan Allah hesab günündə onlara əməllərinin tam qarşılığını əskiksiz verəcək. Allah`ın özünü görməyəcəyini, danışıqlarını eşitməyəcəyini zənn edənlər və gizli günahlarının qarşılarına heç vaxt çıxmayacağını düşünənlər qiyamət günündə nə qədər yanıldıqlarını anlayacaqlar. Çünki Allah insanın doğulduğu andan son nəfəsini verdiyi ölüm anına qədər yaşadığı hər hadisəyə bütün detalları ilə şahid olmuşdur. "O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları hesaba almış, onlar isə unutmuşlar. Allah hər şeyə şahiddir" (Mücadilə surəsi, 6) ayəsi ilə bildirdiyi kimi, insanın işlədiyi hər əməl axirətdə tam qarşılığını görəcək. Ayələrdə belə buyurulur:
 

Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın yazıda olmasın. (Yunis surəsi, 61)

 

Fəqət Allah sənə nazil etdiyinə şahiddir. O, bu (Quranı) Öz elmi ilə nazil etmişdir. Mələklər də şahiddirlər. Şahid olaraq Allah kifayətdir. (Nisa surəsi, 166)

 

Onlara vəd etdiyimiz (əzabın) bəzisini sənə göstərsək və yaxud da (göstərmədən öncə) səni öldürsək, yenə də onların dönüşü Bizədir. Həm də Allah onların nə etdiklərinə şahiddir. (Yunis surəsi, 46)

 

(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? (Fussilət surəsi, 53)

]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169862/sahid---sahid-olanhttp://adnanoktar.az/az/Allahin-adlari/169862/sahid---sahid-olanhttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/11004_Sehid_Sahit_Olan_Her_Zaman_Ve_Her_Yerde_Hazir_Ve_Nazir_Olan.jpgSat, 21 Sep 2013 08:33:15 +0300
ŞARİH - Açan Məgər Allah`ın köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? Qəlbi Allah`ın zikrinə qarşı sərt olanların vay halına! Onlar, həqiqətən, azğınlıq içindədirlər. (Zumər surəsi, 22)

 
Allah`ın və axirətin varlığı açıq-aşkardır. Ancaq buna baxmayaraq, insanların çoxu iman etmir. Həqiqi imanın ürəyə yerləşməsi isə ancaq yuxarıdakı ayədə bildirildiyi kimi, Allah`ın insanın köksünü İslam üçün açması  ilə mümkündür. Belə ki, iman Allah`ın insana verdiyi ən böyük nemətdir. Allah`ın səmimi qulları üzərindəki fəzli və rəhməti olmasa, heç birinin qurtulması mümkün olmazdı. Allah insanları yaradarkən onlara pisliyə yönəldən nəfsi vermiş, lakin bununla bərabər, nəfsə də fücurunu (sərhəd tanımaz günah və pisliyi) və ondan çəkinməyi ilham edərək səmimi qullarının doğru yola çatmalarını təmin etmişdir.
 
Adamın vicdanı vasitəsi ilə çatdığı bu doğru yol, əlbəttə, səmimi imana sahib insanlara verilən bir nemətdir. Allah başqa ayələrdə bu neməti belə xəbər verir:
 

Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. Bunlar Allah`ın lütfü və neməti sayəsindədir. (Hucurat surəsi, 7-8)

 
Bütün dəlillərə baxmayaraq, necə yaradıldığını unudaraq inkara sapanların vəziyyəti isə fərqlidir. Allah vicdanından istifadə etməyən, nəfsinə uyan bu insanların ürəklərini İslama açmayacaq. Allah`ın bu şəxslər üçün Quranda verdiyi hökm belədir:
 

Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 6-7)

 

Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allah`dan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? (Casiyə surəsi, 23)

 

Məgər Biz sənin üçün köksünü açmadıqmı? Yükünü səndən götürmədikmi? (Onlar) belini bükürdü. Biz adını sənə görə ucaltmadıqmı? Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Həqiqətən, hər çətinliyin ardınca asanlıq gəlir. (İşlərini) qurtaran kimi (Allah yolunda) çalış! Rəbbinə üz tut! (İnşirah surəsi 1-8)

 

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi, 125)

]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169861/sarih---acanhttp://adnanoktar.az/az/Allahin-adlari/169861/sarih---acanhttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/11003_Sarih_Acan.jpgSat, 21 Sep 2013 08:32:04 +0300
ŞAFİ - Şəfa verən "Xəstələndiyim zaman mənə şəfa verən Odur". (Şüəra surəsi, 80)
 
İnsanın acizliyini qavradığı və nə qədər möhtac olduğunu ən çox anladığı zamanlardan biri də xəstə olduğu vaxtlardır. Allah insana bu duyğunu yaşatmaq üçün bir-birindən fərqli yüzlərlə xəstəlik yaratmışdır. Hər xəstəliyin insan üzərində meydana gətirdiyi fiziki və ruhi təsirlər bir-birindən çox fərqlidir. Ancaq hamısı hikmətli yaradılışın dəlilidir. Gözlə belə görülməyən bir virusun insanı tanınmayacaq hala gətirməsi, bədənə girən bir mikrobun, bəzən diaqnozunun qoyula bilməməsi Allah`ın gücünün ən açıq dəlillərindəndir. Elm adamlarının tək bir virusu ortadan qaldırmaq üçün apardıqları təcrübə və araşdırmalar Allah`ın yaratmadakı üstünlüyünü göstərir.
 
Xəstəliyi verən Allah olduğu üçün bu xəstəliyin keçməsi də ancaq Allah`ın diləməsi ilə olur. Allah dilədiyi təqdirdə Şafi sifəti ilə verdiyi xəstəliyi ortadan qaldırır. Necə ki, Allah diləmədikcə bütün dünyanın həkimləri, ən inkişaf etmiş texnoloji cihazlar, kəşf edilən ən son dərmanlar toplansa, yenə də o adamın xəstəliyinin yaxşılaşması qeyri-mümkündür. İstifadə edilən dərmanların hamısı xəstəliyin yaxşılaşması üçün vəsilədir. Əgər Allah diləyərsə, tətbiq olunan müalicəni vəsilə edərək adamın yaxşılaşmasına izn verər. Necə ki, Allah diləmədikcə çox sadə görünən xəstəlik də adamın ölümünə səbəb ola bilər.
 
Bu vəziyyətdə insanın vəzifəsi öz acizliyinin yanında Rəbbimizin sonsuz gücünü görmək və çətinlik çəkdiyi hər an Ondan kömək diləməkdir. Mömin bilməlidir ki, heç vaxt Allah`dan başqa köməkçi və vəli tapa bilməyəcək. Hz. Əyyub bu mövzuda Quranda nümunə göstərilən, Allah`a təslimiyyəti ilə təriflənən elçidir. Hz. Əyyubun şeytan tərəfindən özünə toxundurulan çətinlik qarşısında göstərdiyi gözəl əxlaq, səbir və təvəkkül bütün möminlərə nümunə olmuşdur. Mövzu ilə əlaqədar ayədə belə buyurulur:
 
Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (Ənbiya surəsi, 83)
 
Bu çağırışın ardından Allah onun duasını eşitmiş və onu bu çətinlikdən qurtarmışdır. Hz. Əyyub isə səbir etmənin və yalnız Allah`a yönəlib dönmənin böyük əcrini almışdır.
 
O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız. Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir. De: “(Bunlar) Allah`ın lütfü və mərhəməti sayəsindədir!” Qoy, onlar sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir. (Yunis surəsi 56-58)
 
Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin  asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)
]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169860/safi---səfa-verənhttp://adnanoktar.az/az/Allahin-adlari/169860/safi---səfa-verənhttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/11001_Allahin_isimleri_Safi_sifa_veren.jpgSat, 21 Sep 2013 08:30:50 +0300
SƏMİ - Eşidən Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allah`ın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allah`a sığın! Həqiqətən, O, eşidəndir, görəndir. (Mömin surəsi, 56)

 
İnsana şah damarından daha yaxın olan Allah həm hər şeyi görən, həm də eşidəndir. Allah kainatdakı hər səsi eşidir. Ucsuz-bucaqsız kosmosda böyük sürətlə irəliləyən qalaktikaların, planetlərin, meteoritlərin səslərini eşitdiyi kimi, mikro aləmdə yaşayan və insanların gözlə əsla görə bilməyəcəyi milyardlarla canlının da səsini eşidir. Çünki Özü bütün bunları yaradandır. Allah torpağın altında yarılan toxumun da, səmada çaxan şimşəyin də, yerə düşən bir yağış damlasının və ya uçan quşun qanad səsini də eşidir. Bu həqiqət "Dedi ki: "Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, eşidəndir, biləndir!" (Ənbiya surəsi, 4) ayəsi ilə bizlərə bildirilmişdir. Şübhəsiz, Allah`ın böyüklüyünün və qüdrətinin dəlillərindən biri bütün kainatdakı canlı və cansız bütün səsləri eyni anda eşitməsidir.
 
Allah yaşayan bütün insanların Özünə gizlicə yönələrək etdikləri bütün duaları eyni anda eşidir və eyni anda qarşılıq verir. Necə ki, bir başqa ayədə: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm..."(Bəqərə surəsi, 186) -deyə bildirmişdir. Allah qatında zaman və məkan olmadığı, Allah hər an hər yerdə olduğu üçün bu, Ona çox asandır. Eyni zamanda, gizli pıçıltıların, danışıqların da hamısını eşidir.
 
Allah ürəkləri ürpərərək Özünə dua edənlərin, gizlicə yönəlib dönənlərin səslərini eşitdiyi kimi, üsyan edənlərin, inkar edənlərin də səslərini, qurduqları planların ən həssas nöqtələrini də eşidərək bilir. Onun elmi hər yeri əhatə etmiş, heç bir canlı Ondan gizli bir söz belə deyə bilməmiş və deyə də bilməyəcək. Axirətdə ağzından çıxan hər sözün qarşısına gətirildiyini görüncə bunu daha yaxşı anlayacaq.
 
De: “Allah`ı qoyub sizə nə bir zərər, nə də bir fayda verə bilməyən şeylərəmi ibadət edirsiniz?” Allah eşidəndir, biləndir. (Maidə surəsi, 76)
 

Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, eşidəndir, biləndir. (Yusif surəsi, 34)

 

Göylərdə və yerdə nə varsa, Allah`a məxsusdur. Allah zəngindir, tərifəlayiqdir. Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allah`ın sözləri qurtarmazdı. Həqiqətən, Allah qüdrətlidir, müdrikdir. Sizi yaratmaq və diriltmək ancaq bir adamı yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah eşidəndir, görəndir. Məgər Allah`ın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı  ram etdiyini, üstəlik, Allah`ın, nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi? (Loğman surəsi, 26-29)

]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169859/sƏmi---esidənhttp://adnanoktar.az/az/Allahin-adlari/169859/sƏmi---esidənhttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/11000_Semi_isiten.jpgSat, 21 Sep 2013 08:29:42 +0300
SALAM - Hər cür təhlükələrdən qullarını salamatlığa çıxaran, cənnətdəki qullarına salam edən O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah şirk qoşduqlarından çox ucadır. (Həşr surəsi, 23)

 
Allah Özünə inananlara sonsuz cənnəti müjdələmişdir. Ancaq nəzərdən qaçırılan bir həqiqət var ki, iman edənlər yalnız axirətdə deyil, dünyada da gözəl bir həyatla mükafatlandırılmışlar. Allah dünyadakı və axirətdəki bu müjdəni Quranda belə bildirmişdir:
 

Sizdə olan nemətlər tükənəcək, Allah`ın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 96-97)

 
Şübhəsiz, dünyadakı və axirətdəki gözəl həyat qulları üzərində sonsuz şəfqət sahibi olan Allah`ın Salam sifətinin təcəllilərindəndir. Dünyada gözəl həyat yaşayan, Rəbbimizə qulluq edib etdiyi saleh əməllərdən əcr qazanan mömin axirətdə də razı salınmış olaraq cənnətə girəcək. Allah səmimi qullarının axirətdə qarşılaşacaqları mühiti Quranda belə xəbər vermişdir:
 

Cənnət müttəqilərə yaxınlaşdırılacaq, uzaqda olmayacaqdır. Budur sizə vəd edilən. O, hər bir üz tutan, (Onun əmrinə) riayət edən mərhəmətli (Allah`dan) (Onu) görmədən qorxan və (Allah`a) yönəlmiş qəlblə gələn kimsələr üçündür. Ora sağ-salamat daxil olun! Bu, əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik, hüzurumuzda bundan da artığı vardır. (Qaf surəsi, 31-35)

 
Allah`ın Salam sifəti, eyni zamanda, cənnətə qəbul etdiyi qullarına salam verməsi mənasına da gəlir. Allah “Yasin” surəsinin 58-ci ayəsində "Üstəlik, Rəhmli Rəbb: “Salam”, - deyəcək" şəklində buyuraraq cənnətə girən insanlara salam verəcəyini bildirir. Şübhəsiz, Allah`ın salamı möminlər üçün ola biləcək ən böyük müjdədir. Ayələrdə belə buyurulur:
 

Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik. (Furqan surəsi, 75)

Kora, çolağa, xəstəyə çətinlik yoxdur. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan  evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdən heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yeməyinizdə də heç bir günah yoxdur. Evlərə daxil olduğunuz zaman özünüzü Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız! (Nur surəsi, 61)

]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169858/salam---hər-curhttp://adnanoktar.az/az/Allahin-adlari/169858/salam---hər-curhttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/10999_Selam_Her_Turlu_Tehlikelerden_Kullarini_Selamete_cikaran_Cennetteki_Kullarina_Selam_Eden.jpgSat, 21 Sep 2013 08:28:26 +0300
SANİ - Sənətçi, sonsuz gözəllikləri sənətinin içində yaradan Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. (Bu,) hər şeyi kamil şəkildə edən Allah`ın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır. (Nəml surəsi, 88)

 
Yer üzündə yaradılan canlı və cansız hər varlıqda üstün ağılın, sonsuz elmin bir çox dəlilinə rast gəlmək mümkündür. Şübhəsiz, bunlar Allah`ın Alim sifətinin təcəllilərindəndir. Ancaq bu varlıqlarda diqqət çəkən çox əhəmiyyətli bir xüsusiyyət daha var: çox incə sənət. Allah`ın Sani sifəti yaratdığı hər şeyə son dərəcə estetik bir görünüş, qüsursuzluq, incə və bənzərsiz bir sənət, uyğunlaşma və dizayn olaraq əks olunur. Məsələn, insan bədənini araşdırsaq, qüsursuz və əskiksiz şəkildə dizayn edildiyini görərik. Bütün orqanlar lazımi yerlərə yerləşdirilmiş, məsələn, gözlərin yeri ilə sinə qəfəsində qorunan ürəyin yeri həm bir çox hikmətə görə təyin olunmuş, həm də gözə ən xoş görünəcək şəkildə yaradılmışdır. İnsan bədəninin xarici görünüşündə simmetriyanı təmin edən qızıl nisbətdən bəhs etmək mümkündür. Necə ki, rəssamlar çəkdikləri şəkillərdə bu qızıl nisbətdən istifadə edirlər. Belə ki, hər insanın ağzı, burnu, gözləri son dərəcə incə nisbətlə lazım olduqları yerə yerləşdirilmişdir. Bədəndəki simmetriya da ilk baxışda hər kəsin diqqətini cəzb edir.
 
Allah bir-birindən fərqli canlılarda Sani sifətini əks etdirən detallar yaratmışdır. Heç birinin xarici görünüşü bir başqasına bənzəmir. Tropik zonaya məxsus quşun qanadlarında, ya da çiçəyin yarpaqlarında fosforlu rənglər istifadə edilərkən kəpənəyin qanadlarında çox fərqli tonlar yaradılmışdır. Eyni şəkildə, sürünənlə quşun və ya dəniz canlısının görüntüsü də bir-birindən tamam fərqlidir.
 
Bitkilər aləmində də Allah`ın sonsuz sənətini müşahidə etmək mümkündür. Belə ki, "Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi)..." (Nəhl surəsi, 13) ayəsində bildirildiyi kimi, Allah bir-birindən fərqli milyonlarla növ bitki və çiçək yaratmışdır. Hamısının qoxusu, forması, rəngi, simmetriyası fərqlidir. Sadəcə bir çiçəyin, məsələn, bir səhləb çiçəyinin belə, bəlkə, yüzlərlə fərqli görünüşdə, fərqli rəngdə növü var. Eyni şəkildə, hər hansı bir gülün bir-birindən fərqli çoxlu rəngi və bu rənglərin də öz içlərində fərqli tonları var. Şübhəsiz, bu rənglər, tonlar, naxışlar açıq-aşkar bir sənətin nümunəsidir.
 
Allah bu qədər fərqli görüntüdə, amma hər biri çox estetik olan növləri göstərərək sənətindəki sonsuzluğu insanlara göstərmişdir. Diləsəydi, hər canlı növündən sadəcə bir növ də yarada bilərdi. Lakin bir neçə növ yaradaraq insanları heyrətləndirən sənət meydana gətirmişdir. Əlbəttə, bu sənəti kitab səhifələrində təsvir etmək, əskiksiz olaraq nümayiş etmək mümkün deyil. Çünki insan dünya üzərində başını çevirdiyi hər yerdə bu sənətin nümunələri ilə qarşılaşacaq. Allah qüsursuz yaradandır.
 

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

 

Məgər Allah`ın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə, O tutub saxlayar. Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir. (Həcc surəsi, 65)

]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169857/sani---sənətci-sonsuzhttp://adnanoktar.az/az/Allahin-adlari/169857/sani---sənətci-sonsuzhttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/10998_Allahin_isimleri_Sani_Sanatci_nihayetsiz_guzellikleri_sanatinin_icinde_yaratan.jpgSat, 21 Sep 2013 08:27:07 +0300
SAİQ - Cəhənnəmə atan Günahkarları isə cəhənnəmə susamış olduqları halda qovub apararıq. (Məryəm surəsi, 86)
 
İnsan Allah`a qul olmaq üçün yaradılmış və bu qulluq vəzifəsini yerinə yetirib yetirməyəcəyinin sınanması üçün dünyaya göndərilmişdir. Dünyada ehtiyacı olan hər şeyi Allah yaratmış, özünə növbənöv nemətlər bəxş etmişdir. Amma insanların bir qismi Allah`ın verdiyi bütün nemətlərə baxmayaraq, yaradılış məqsədini unutmuş və nankorluq etmiş, üsyan etmişlər.
 
Əlbəttə, insanların dünyada etdikləri üsyan qarşılıqsız qalmayacaq, çünki Allah sonsuz ədalət sahibidir. Allah Özünü inkar edən, təkəbbürlənən inkarçıların uğrayacaqları sonu aşağıdakı ayələri ilə bildirmişdir:
 

(Onların əməli) firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir. Kafirlərə de: “Siz tezliklə məğlub olacaq və cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!” (Ali-İmran surəsi, 11-12)

 
Ayələrdə bildirildiyi kimi, alçaldılaraq toplu şəkildə cəhənnəmə atılan inkarçıların oradakı peşmanlıqları da Quranda bildirilmişdir. Dünyada yaşadıqları həyat boyu özlərinə Allah`a qulluq etmək üçün saysız fürsət verilmiş, xatırlatmalar gəlmiş, amma onlar yenə də üz çevirib təkəbbürlənmişlər. Bunun nəticəsi olaraq bu şəxslərin hesab günündə vəziyyətlərinin necə olacağı ayələrdə belə xəbər verilir:
 

... Sən zalımları əzabı gördükləri zaman: “Qayıtmağa bir yol yoxdurmu?”– deyən görəcəksən. (Cəhənnəm) qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar. (Şura surəsi, 44-45)

 
İnkar edənlərin axirətdə qarşılaşacaqları bu vəziyyət Allah`ın insanlar üzərindəki sonsuz ədalətinin bir təcəllisidir. Bir ayədə hər insanın yalnız layiq olduğu ilə qarşılıq görəcəyi belə bildirilmişdir:
 

Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa surəsi, 40)

 
Bu üstün ədalətinin bir gərəyi olaraq Allah iman edənlərə bənzəri olmayan nemətlərlə dolu sonsuz cənnətləri lütf edəcək. Quranda bütün həyatını Rəbbimizin rizasını qazanmaq üçün keçirən möminlərə bu müjdə belə bildirilir:
 

İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü  altından çaylar axan cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə  bizə verilən ruzidir!”– deyəcəklər. Halbuki, onlara oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 25)

]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169856/saiq---cəhənnəmə-atanhttp://adnanoktar.az/az/Allahin-adlari/169856/saiq---cəhənnəmə-atanhttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/10997_Saik_Cehenneme_Suren.jpgSat, 21 Sep 2013 08:26:01 +0300
SADİQ - Vədinə sadiq, doğru sözlü (Budur) Allah`ın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti bilmir. (Rum surəsi, 6)

 
Allah insanları yaratmış, onlara yaxşılığı əmr edib pislikdən çəkindirən  elçilər və bu elçilərlə birlikdə doğru yolu göstərən kitablar göndərmişdir. Bu kitablardan Quran Allah`ın insanları qaranlıqdan işıqlığa, doğru yola çıxarmaq üçün göndərdiyi son haqq kitabıdır.
 
Quranda Allah özünə inananlara da, inanmayanlara da bəzi vədlər vermişdir. Bu vəd inkarçılar üçün dünyada çətin dolanışıq, axirətdə isə sonsuza qədər əzab çəkəcəkləri cəhənnəmdir. Ancaq bu dəqiq həqiqətə ehtimal verməyən inkarçılar Allah`ın vəd etdiyi əzabla qarşılaşmayacaqlarını zənn edirlər. Böyük yanlışlıq içində olan bu insanlara Allah belə buyurur:
 

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz... (Həcc surəsi, 47)

 
İnananlara vəd edilən isə dünyada da, axirətdə də məmnun qalacaqları həyatdır və onlar Allah`ın bu vədini yerinə yetirəcəyinə tam iman edirlər. Allah dünyada saleh qullarına olan vədini Quranda belə bildirmişdir:
 

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir... (Nur surəsi, 55)

 
Möminlərə axirət üçün vəd edilən isə sonsuza qədər məmnun yaşayacaqları həyatdır. Bu həyat Allah`ın açıq vədidir və şübhəsiz, Allah vədindən dönməz. Ayələrdə belə buyurulur:
 

İman gətirib saleh əməllər edənləri isə altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağlarına daxil edəcəyik. (Bu,) Allah`ın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allah`dan daha doğruçu kim ola bilər? (Nisa surəsi, 122)

Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, eşidəndir, görəndir. (Ənam surəsi, 115)

De: “Allah doğru söylədi. Odur ki, İbrahimin hənif dininin ardınca gedin. O, müşriklərdən deyildi”. (Ali-İmran surəsi, 95)

Göy yarılacağı zaman; dağlar dağılacağı zaman; elçilərə vaxt təyin olunacağı zaman (deyiləcəkdir): “Verilmiş möhlət hansı günə qədərdir?” (Deyiləcəkdir): “Ayırd etmə gününədək!” Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi? (Qiyaməti) yalan sayanların o gün vay halına! (Mursəlat surəsi, 9-15)

Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən! (Ali-İmran surəsi, 194)

]]>
http://adnanoktar.az/az/Allahin-adlari/169855/sadiq---vədinə-sadiqhttp://adnanoktar.az/az/Allahin-adlari/169855/sadiq---vədinə-sadiqhttp://imgaws1.fmanager.net/Image/objects/34-Allah-in-isimleri/10996_Sadik_Vaadine_Sadik_Dogru.jpgSat, 21 Sep 2013 08:24:47 +0300