ADNANOKTAR.AZhttp://adnanoktar.azadnanoktar.az - Quranın bəzı sirləri - Ən son əlavələrazCopyright (C) 1994 adnanoktar.az 1ADNANOKTAR.AZhttp://adnanoktar.azhttp://harunyahya.com/assets/images/hy_muhur.png11666Allah hər insanın duasını qəbul edərSonsuz mərhəmət, şəfqət və güc sahibi olan Allah Quranda insanlara çox yaxın olduğunu, Ona dua edərək bir şey istədiklərində onların dualarını qəbul edəcəyini bildirir. Bu mövzuyla əlaqədar ayələrdən biri belədir:

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər. (Bəqərə surəsi, 186)

Allah ayəsində də bildirdiyi kimi hər insana çox yaxındır, hər insanın diləyini, içindən keçirdiklərini, düşündüklərini, bir dostuna söylədiklərini, pıçıldaşaraq danışdıqlarına, hətta şüuraltında daşıdıqlarına qədər bilər. Buna görə Allah Ona yönəlib dua edən, Özündən istəyən hər kəsi eşidər və bilər. Bu, insanlar üçün çox böyük bir nemət və Allahın rəhmətinin, mərhəmətinin və sonsuz gücünün bir göstəricisidir.

Allah sonsuz bir güc və elmə malikdir. Allah bütün kainatda mövcud olan hər şeyin sahibidir. Ən güclü kimi görünən insanlardan ən böyük zənginliklərə, ən ehtişamlı göy cisimlərindən torpağın dərinliklərində yaşayan kiçik bir heyvana qədər canlı-cansız hər varlıq Allaha aiddir və Allahın iradə və idarəsi altındadır.

Bu həqiqətə iman edən bir insan, Allahdan hər şeyi istəyə bilər və Allahın duasını qəbul etməsini ümid edə bilər. Məsələn, amansız kimi görünən bir xəstəliyə tutulan bir insan, əlbəttə ki, bütün tibbi tədbirlərə müraciət edəcək, ancaq şəfanı verənin Allah olduğunu bilərək, Allaha sağlamlığı üçün dua edər. Və ya içində bir növ qorxu, ya da narahatlıq duyan bir insan Allahın ürəyinə fərahlıq verməsi və onu bütün qorxularından qurtarması üçün dua edə bilər. İşində qarşısına çətinliklər çıxan bir insan Allahın işlərini asanlaşdırması, çətinliklərini aradan qaldırması üçün Allaha yönələ bilər. İnsan bunlar kimi saymaqla bitməyəcək qədər çox mövzuda Allahdan istəyə bilər. Allahın hidayətini artırması, onu cənnətdə salehlərlə birlikdə sonsuza qədər qonaq etməsi, cənnəti, cəhənnəmi, Allahın gücünü daha yaxşı qavrayıb anlamaq üçün qavrayışını artırması, zənginliyinin artması kimi...

Ancaq bu nöqtədə vacib olan və Quranda bildirilən bir sirr də vardır. Allah bir ayədə, "İnsan xeyirə dua etdiyi kimi, şərə də dua etməkdədir. İnsan çox tələsəndir". (İsra surəsi, 11) şəklində bildirir. Məsələn, bir insan uşaqlarının gələcəyi üçün Allahdan böyük bir mülk və zənginlik istəyə bilər. Ancaq Allah onun bu istəyində bir xeyir görməyə bilər. Bəlkə də, zənginlik uşaqlarının azğınlaşıb azmasına səbəb olacaq. Allah bu insanın duasını eşidər və onun duasına ən xeyirli şəkildə cavab verər. Və ya bir insan bir yerə bir an əvvəl çatmaq üçün dua edər. Amma, bəlkə də, özü üçün oraya daha gec getməsi və biriylə qarşılaşaraq ondan axirətinə fayda gətirəcək şeylər öyrənməsi daha xeyirlidir; Allah bunu bilir və bu adamın da duasına yenə ən xeyirli olacaq şəkildə razılıq verər. Yəni Allah o insanı eşidər, amma duasında onun üçün bir xeyir görmürsə, onun üçün ən xeyirli olanı yaradar. Bu, çox əhəmiyyətli bir sirdir.

Bu sirri bilməyənlər Allaha dua etdikdən sonra duaları reallaşmadığında, Allahın onları eşitmədiyini zənn edərlər. Bu, çox azğın və cahil bir inancdır. Çünki Allah insana şah damarından daha yaxındır. (Qaf surəsi, 16) O, insanın hər danışığından, hər düşüncəsindən, həyatının hər anından xəbərdardır. İnsan yatarkən belə Allah onun hər halını, yuxusunda gördüklərinə qədər bilər. Bunların hamısını yaradan Allahdır. Buna görə insan Allaha hər dua etdiyində Allahın duasını bir ibadət olaraq qəbul etdiyini bilməli və duasına özü üçün ən xeyirli zamanda və ən xeyirli şəkildə cavab veriləcəyinə iman etməlidir.

Dua hər insan üçün çox qiymətli bir ibadət və böyük bir nemətdir. Çünki Allah insana dua vasitəsi ilə Allahın xeyirli və gözəl gördüyü hər şeyə çatma imkanı vermişdir. Allah, "De ki: Sizin duanız olmasaydı, Rəbbim sizə dəyər verərdimi?…" (Furqan surəsi, 77) ayəsiylə duanın insanlar üçün əhəmiyyətini bildirir.

 

Allah çətinlik və ehtiyac içində olanın duasını qəbul edər

Dua edilən zamanlar insanın Allaha olan yaxınlığının, dostluğunun və Allaha nə qədər möhtac olduğunun aydın olduğu anlardır. Çünki insan dua edərkən, həm Allahın qarşısında nə qədər aciz və gücsüz olduğunu anlayar, həm də özünə Allahdan başqa heç bir gücün kömək edə bilməyəcəyinin fərqinə varar. İnsanın duasının səmimiliyi isə, Allahdan istədiyi şeyə nə qədər ehtiyac duyduğunu hiss etməsi ilə əlaqədardır. Məsələn, hər insan dünyaya sülh və hüzur gəlməsi üçün dua edə bilər. Ancaq döyüşün ortasındakı bir insanın bu mövzudakı duası, digərlərinə görə daha çətinlik və ehtiyac içində olacaq, buna görə bu insan bu mövzuda Allaha daha çox yalvararaq və möhtac olaraq dua edəcək. Və ya dənizin ortasında fırtınaya tutulmuş bir gəmidəki, ya da qəzaya düşmək üzrə olan bir təyyarədəki insanların hamısı, Allaha yalvara-yalvara dua edərlər. Dualarında son dərəcə içdən və boyun əyici olarlar. Allah bir ayədə bunu belə bildirir:

De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq” – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” (Ənam surəsi, 63)

Allahın Quranda insanlara bildirdiyi məqbul dua, "yalvara yalvara" olan duadır:

Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir. (Əraf surəsi, 55)

Allah bir başqa ayədə isə, çətinlik və ehtiyac içində olanın duasını qəbul etdiyini bildirir:

Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml surəsi, 62)

Əlbəttə ki, bir insanın istəkləri üçün Allaha yalvarması, çətinlik və ehtiyac içində dua etməsi üçün, ölüm təhlükəsində olması şərt deyil. Bu nümunələr insanların, duanın səmimi və içdən olması üçün necə ruh halı lazım olduğunu, qəflətdən xilas olduqları ölümə yaxın anlarında necə Allaha yönəldiklərini müqayisə edə bilmələri baxımından verilir. Allaha könüldən bağlı olan möminlər isə ölümü görməsələr də, Rəbbimizə həmişə səmimiyyətlə və acizliklərini bilərək möhtac bir halda yönələrlər. Bu, onları inkar edənlərdən və imanı zəif olanlardan ayıran əhəmiyyətli bir xüsusiyyətdir.

 

Duada sərhəd tanımamaq

İnsan halal-haram sərhədləri içində Allahdan hər şeyi istəyə bilər. Çünki daha əvvəl də ifadə edildiyi kimi, Allah bütün kainatın tək hakimi və tək sahibidir və əgər diləsə, insana hər dilədiyini verər. Dua ilə Allaha yönələn hər insan, Allahın hər şeyə gücünün çatdığına, hər istəyinin Allah üçün çox asan olduğuna, duası özü üçün xeyirlə nəticələnəcəksə, Allahın istəyini reallaşdıracağına iman etməlidir. Quranda nümunələri verilən peyğəmbərlərin və saleh möminlərin duaları, möminlərin Allahdan nələri istədiklərinə dair bir nümunədir. Məsələn, hz.Zəkəriyya Allahdan xeyirli bir soy istəmişdir və arvadı sonsuz olmasına baxmayaraq Allah onun duasına cavab vermişdir:

Bir zaman Zəkəriyya Rəbbinə gizlicə dua edib (Məryəm surəsi, 3)

demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam. (Məryəm surəsi, 4)

Mən özümdən sonra gələn qohumlarımdan dinə etinasız yanaşacaqlarından qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki, (Məryəm surəsi, 5)

o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin razılığını qazanmış olsun!” (Məryəm surəsi, 6)

Allah hz.Zəkəriyyanın duasını qəbul etmiş və onu hz.Yəhya ilə müjdələmişdir. Hz.Zəkəriyya isə bir oğlu olacağı müjdəsini aldığında arvadı sonsuz olduğu üçün buna çaşmışdır. Allahın hz.Zəkəriyyaya verdiyi cavab möminlərin dualarında unutmamalı olduğu bir sirri ehtiva edir:

O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda necə mənim övladım ola bilər?” (Məryəm surəsi, 8)

Mələk dedi: “Bu, belədir, lakin Rəbbin buyurdu: “Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”” (Məryəm surəsi, 9)

Quranda duasına razılıq olunan daha bir çox peyğəmbərin xəbəri verilir. Məsələn, hz.Nuh hidayət tapmaları üçün hər yolu sınadığı, ancaq buna baxmayaraq, azğınlığı gedərək artan qövmü üçün Allahdan əzab istəmiş və Allah duasına qarşılıq qövmünə, tarixə keçəcək qədər böyük və şiddətli bir əzab vermişdir.

Bir çətinlik səbəbindən hz. Əyyub də Allahı çağıraraq "... Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (Ənbiya surəsi, 83) demişdir. Allah hz. Əyyubun duasının qarşılığını Quranda belə bildirir:

Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik. (Ənbiya surəsi, 84)

Hz. Süleymanın Quranda xəbər verilən, "Rəbbim məni bağışla və məndən sonra heç kimə nəsib olmayan bir mülkü mənə hədiyyə et. Şübhəsiz, sən qarşılıqsız hədiyyə edənsən" (Sad surəsi, 35) şəklindəki duasına qarşılıq Allah ona çox böyük bir iqtidar və zənginlik vermişdir.

Buna görə dua edənlər Allahın gücünün hər şeyə çatdığını və Allahın "Ol" əmriylə hər şeyin bir anda ola biləcəyini bilməli və bunlara iman edərək Allahdan istəməlidirlər. Allahın ayəsində də bildirdiyi kimi, Allah üçün hər şey asandır və Allah hər duanı eşidir və bilir.

 

Allah, dünyanı istəyənlərə verər, ancaq onlar axirətdə böyük bir itki içində olarlar

Allahdan lazımi kimi qorxub çəkinməyən, axirətə də qəti bir məlumatla iman etməyən insanların istəkləri yalnız dünyaya istiqamətli olar. Onlar zənginliyi, mülkü, etibarı həmişə bu dünyadakı həyatları üçün istəyərlər. Allah yalnız dünya üçün istəyənlərin axirətdə bir qazancları olmayacağını bildirir. Möminlər isə həm dünya həyatları, həm də axirətləri üçün Allahdan istəyərlər, çünki axirətin dünya həyatı qədər qəti və yaxın bir həyat olduğuna iman edərlər. Allah bunu Quranda belə bildirir:

İnsanlar arasında: “Ey Rəbbimiz! Bizə verəcəyini elə bu dünyada ver!” – deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. (Bəqərə surəsi, 200)

Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” – deyənləri də vardır. (Bəqərə surəsi, 201)

Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir. (Bəqərə surəsi, 202)

... Möminlər də dualarında Allahdan sağlamlıq, zənginlik, elm və gözəllik istəyərlər. Ancaq onların hər dualarında Allahın məmnuniyyəti və dinə uyğun bir niyyət vardır. Məsələn, zənginliyi, Allah yolunda istifadə etmək üçün istəyərlər. Bu mövzuyla əlaqədar olaraq Allahın Quranda nümunə verdiyi peyğəmbərlərdən biri hz.Süleymandır.

Hz.Süleyman Allahdan özünə kimsənin çata bilməyəcəyi qədər böyük bir mülk verməsini istəyərkən bunu dünyaya istiqamətli bir ehtiras olaraq deyil, Allah yolunda istifadə etmək, insanları Allahın dininə çağırmaq və Allahı zikr etmək üçün istəmişdir. Hz.Süleymanın Quranda bildirilən sözləri onun səmimi niyyətinin bir göstəricisidir: Ayədə belə buyurulur:

"... Həqiqətən, mən mal sevgisini Allahı zikr etməkdən ötəri seçdim". (Sad surəsi, 32)

Allah Hz.Süleymanın bu duasını qəbul etmiş, ona həm dünyada böyük bir mülk vermiş, həm də onu axirət nemətləriylə mükafatlandırmışdır. Bunun yanında, yalnız dünya həyatını istəyən, axirəti düşünməyənlərə də Allah dünyada istəklərini verər, ancaq onlara axirətdə əzab dolu bir həyat vardır. Dünya həyatında sahib olduqları heç bir nemətə axirətdə çata bilməzlər.

Allah bu əhəmiyyətli məlumatı Quranda bu ayələriylə insanlara bildirir:

Biz axirət savabını istəyənin savabın artırar, dünya qazancını istəyənə də ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz. (Şura surəsi, 20)

Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allahın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq. (İsra surəsi, 18)

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/244756/allah-hər-insanin-duasini-qəbulhttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/244756/allah-hər-insanin-duasini-qəbulhttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11448ALLAH,_HER_INSANIN_DUASINI_KABUL_EDER.jpgFri, 17 Mar 2017 19:43:05 +0200
Qədərə təslimiyyət və təvəkküldəki sirlərTəvəkkül, yalnız güclü bir imana sahib, Allahın gücünü təqdir edə bilən və Ona yaxın olan möminlərə aid bir xüsusiyyətdir. Qavraya bilənlər üçün təvəkküldə əhəmiyyətli sirlər və böyük nemətlər vardır. Təvəkkül Allaha və yaratdığı qədərə qəti bir təslimiyyət və güvəndir. Allah insanlar da daxil olmaqla, canlı-cansız bütün varlıqları bir qədərlə yaratmışdır. Məsələn, günəşin, ayın, dənizlərin, göllərin, ağacların, çiçəklərin, kiçik bir qarışqanın, budaqdan düşən tək bir yarpağın, masanızın üzərindəki tək bir toz zərrəsinin, yolda gedərkən ayağınıza ilişən bir daşın, on il əvvəl aldığınız paltarınızın, soyuducunuzdakı şaftalının, ananasın, atanızın, qohumlarınızın, ibtidai məktəb yoldaşlarınızın, sizin, qısacası hər kəsin və hər şeyin Allah qatında milyonlarla il əvvəl təyin olunmuş bir qədəri vardır. Və hər varlığın qədəri Allahın qatında Lövhü-Məhfuz adlı bir kitabda yazılıdır. Kimin nə vaxt öləcəyi, hansı yarpağın nə vaxt hansı sürətlə yerə düşəcəyi, soyuducunuzdakı şaftalının nə vaxt, hansı nöqtəsindən çürüməyə başlayacağı, daşın ayağınıza ilişənə qədər keçirəcəyi mərhələlər, qısacası kiçik-böyük hər hadisə bu kitabda qeyd edilmişdir.

Möminlər qədərə iman edərlər və Allahın yaratdığı qədərin ən xeyirlisi və ən gözəli olduğunu bilirlər. Buna görə də həyatlarının hər anında təvəkküllüdürlər. Yəni hadisələri Allahın müəyyən bir hikmətlə yaratdığını və şahid olduqları hadisə nə olursa olsun, Allahın bunda bir xeyir dilədiyini bilirlər. Məsələn, ölümcül bir xəstəliyə tutulmaq, çox çətin və mərhəmətsiz bir düşmən ordusu ilə qarşılaşmaq, günahsız olmasına baxmayaraq, böhtanlara məruz qalmaq və ya insanın ağlına gələ biləcək ən ürküdücü hadisələr də möminləri təlaşa və ya qorxuya salmaz. Onlar Allahın özləri üçün yaratdığını səbir və mətanətlə gözləyirlər. İman etməyən bir insanın dəhşətə və ümidsizliyə qapılacağı hadisələr qarşısında onlar böyük bir zövq alarlar. Çünki ən ürküdücü görünüş və danışıq da Allah qatında əvvəldən planlanmış və insanın imtahanı üçün yaradılmışdır. Bunlara səbir və təvəkküllə cavab verənlər, Allaha və Onun yaratdığı qədərə təslim olub güvənənlər Allahın məmnuniyyətini və sevgisini qazanacaqlar, qarşılığında sonsuza qədər cənnətdə yaşayacaqlar. Buna görə, möminlər həyatları boyunca təvəkkülün rahatlığını və imani sevincini yaşayarlar. Bu, Allahın möminlərə verdiyi bir sirr və gözəllikdir və Allah Quranda təvəkkül edənləri sevdiyini bildirir. (Ali İmran surəsi, 159)

Təvəkkül haqqında Quranda bildirilən bir başqa mövzu isə, tədbirdir. Quranın bir çox ayəsində möminlərin müxtəlif mövqelərdə ala biləcəkləri tədbirlər bildirilir. Bununla birlikdə Allah tədbirlərin öz təqdirini dəyişdirməyəcəyini, ancaq bunların bir ibadət olaraq qəbul ediləcəyini də fərqli ayələrində insanlara bir sirr olaraq verir. Hz. Yaqubun oğullarına şəhərə girərkən tövsiyə etdiyi tədbirlər və bunun ardınca təvəkkülü xatırlatması bunun bir nümunəsidir. Mövzuyla əlaqədar ayə belədir:

O dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər”. (Yusif surəsi, 67)

Hz. Yaqubun sözlərindən də göründüyü kimi, möminlər mütləq hər mövzuda tədbir görərlər. Ancaq Allahın qədərlərində özləri üçün dilədiklərini dəyişdirə bilməyəcəklərini bilərlər. Məsələn, bir insan trafik qaydalarına çox diqqət yetirməli, avtomobilini təhlükəli bir şəkildə sürməməlidir. Bu, özünün və digər insanların həyatı üçün əhəmiyyətli bir tədbir və ibadətdir. Ancaq əgər Allah bu insan üçün bir yol qəzasında ölməyi yazmışdırsa, alacağı heç bir tədbir onun ölümünə mane ola bilməz. Bəzən bir insanın gördüyü tədbir və ya etdiyi bir hərəkət onu ölümdən qaytarmış kimi görünə bilər. Və ya bir insan həyatında ani bir qərar alaraq, həyatının axışını tamamilə dəyişdirə bilər, bir başqası ölümcül bir xəstəliyə tutulmuşkən, güc və iradə göstərərək xəstəliyinə qalib gəlmiş ola bilər. Ancaq bütün bunlar o kəslərin qədərlərində olduğu üçün belədir. Bəzi insanlar bu cür hadisələri "qədərini məğlub etdi", "qədərini dəyişdirdi" kimi son dərəcə məntiqsiz və səhv bir şəkildə izah edərlər. Halbuki heç bir insan ən güclü və əzmli görünəni belə, Allahın onun və başqaları üçün yazdığı qədəri dəyişdirə bilməz. Heç bir insan belə bir gücə sahib deyil. Əksinə hər varlıq, Allahın yaratdığı qədər qarşısında acizdir və əslində təbii olaraq qədərinə təslimdir. Yalnız bir çoxu bunu qəbul etmək istəməz. Qədərin varlığını inkar etmək də əslində onun qədərindədir. Buna görə xəstəlikdən və ya ölümdən xilas olan, ya da həyatının axını tamamilə dəyişən insanlar, hamısı qədərlərində olduğu üçün bunları yaşayarlar. Allah bu vəziyyəti ayələrində belə bildirir:

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Hədid surəsi, 22)

Allah bunu əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə həddindən artıq sevinməyəsiniz deyə belə izah edir. Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Hədid surəsi, 23)

Allahın ayəsində də bildirdiyi kimi, insanın qarşılaşdığı hər hadisə Allah qatındakı bir kitabda əvvəldən təsbit edilərək yazılmışdır. Və Allah buna görə insanın əlindən çıxana kədərlənməməsi lazım olduğunu söyləyir. Məsələn, böyük bir yanğında və ya girdiyi ticarət həyatında bütün malını-mülkünü itirən bir insan bunu qədərində olduğu üçün yaşayar. Buna maneə törətməsi və ya qarşısını alması mümkün deyil. O zaman bunun üçün kədərlənməsi də mənasız olacaq. Allah insanları qədərlərində təyin etdiyi bir çox hadisə ilə sınayır. Bu hadisələrə təvəkkül edənlər Allahın məmnuniyyətini və sevgisini qazanarlar. Təvəkkülsüz davrananlar isə, həm dünyada çətinlik, narahatlıq və bədbəxtlik yaşayarlar, həm də axirətdə sonsuz bir əzabla qarşılıq görərlər. Təvəkkülün insan üçün həm dünyada, həm də axirətdə böyük bir qazanc və asanlıq olduğu çox açıq həqiqətdir. Allah təvəkküllə əlaqədar sirləri möminlərə verərək onların üzərindən çətinlikləri götürmüş və onlar üçün dünya həyatındakı imtahanı asan hala gətirmişdir.

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/244755/qədərə-təslimiyyət-və-təvəkkuldəki-sirlərhttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/244755/qədərə-təslimiyyət-və-təvəkkuldəki-sirlərhttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11450KADERE_TESLIMIYET_VE_TEVEKKULDEKI_SIRLAR.jpgFri, 17 Mar 2017 19:40:01 +0200
Hər hadisədə bir xeyir vardırMöminlərin təvəkküllərini asanlaşdıran və sağlamlaşdıran bir başqa sirr isə, Allahın hər hadisəni bir xeyirlə yaratdığını bildirməsidir. Allah Quranda şər kimi görünən hadisələrdə də bir xeyir olduğunu insanlara belə xəbər verir:

"…Xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun. (Nisa surəsi, 19)

"… Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz. (Bəqərə surəsi, 216)

Möminlər bu sirri bildikləri üçün, qarşılaşdıqları hər hadisədə xeyir və gözəllik axtararlar. Çatışmazlıq, çətinlik və ya əskiklik kimi görünən heç bir hadisə onları üzməz, sıxmaz, həyacanlandırmaz. Bu halları böyük-kiçik hər hadisədə özünü göstərər. Səmimi bir müsəlmanın illər boyu çalışaraq sahib olduğu bütün mallar əlindən getsə belə, bunda bir xeyir və hikmət axtarar. Məsələn, Allahın həyatını bağışlamasına şükür edər. Allahın özünü bir pislikdən, harama girməkdən və ya mal və pul ehtirası Allahın yolundan çaşıb azmaqdan qorumuş ola biləcəyini düşünər. Buna da şükür edər. Çünki insan dünya həyatında nə itirirsə itirsin, bu itkisi axirətdəki itkisiylə bir olmaz. Axirətdəki itkilər, insanın sonsuza qədər (Allahın diləməsindən başqa) dözülməz bir əzab içində qalması deməkdir. Axirəti düşünərək yaşayan bir insan üçün dünya həyatındakı hadisələrin hər biri axirətə istiqamətli bir xeyir və gözəllikdir. Belə bir hadisə yaşayan insan acizliyini və möhtaclığını daha da yaxşı anlayaraq, Allaha dua və təfəkkürlə daha çox yönələcək və yaxınlaşacaq. Bu da insanın axirəti üçün çox əhəmiyyətli bir xeyir və gözəllik deməkdir. Həm də belə bir hadisəyə təvəkkül edib səbir göstərərək Allahın məmnuniyyətini qazanmış olacaq. Allahın məmnuniyyəti isə hər şeyin üzərindədir.

İnsanın yalnız böyük və əhəmiyyətli hadisələrdə deyil, gündəlik həyatının hər anında reallaşan hadisələrdə xeyir və gözəllik axtarması lazımdır. Məsələn, böyük bir diqqətlə hazırladığı yeməyi yandıran biri üçün, yeməyinin yanması bir çox tədbir görməsinə vəsilə olar və irəlidəki daha böyük bir qəzaya bu tədbirlər sayəsində qarşısını almış olar. Gənc biri istədiyi və uğrunda çox çalışdığı məktəbə daxil olmaya bilər. Bunda da xeyir olduğunu bilməli, bəlkə də, Allahın onu o məktəbdəki bəzi təhlükələrdən, həyatına mənfi təsir edə biləcək kəslərdən və ya ətraflardan qoruduğunu düşünə bilməli, bu nəticəyə sevinə bilməlidir. Və ya Allahın hər hadisədə özlərinin bilmədiyi, hətta xəyal da edə bilmədiyi daha bir çox xeyir yaradacağını düşünərək Allaha təslimiyyətin gözəlliyini yaşamalıdır.

İnsan hər vaxt hər hadisənin ardındakı xeyir və hikməti görməyə bilər. Ancaq görməsə belə, mütləq bir xeyir olduğunu bilər və Allahın ona hadisələrin arxasında gizlənən xeyir və hikmətləri göstərməsi üçün dua edər.

Hər hadisənin xeyirlə meydana gəldiyini bilən insanlar "kaş ki", "vah-vah" kimi ifadələr də istifadə etməzlər. Səhvlərin, əskikliklərin, unutqanlıqların, tərs kimi görünən hadisələrin hamısında böyük xeyirlər vardır və hamısı insan üçün qədərin bir dərsidir. Allah hər kəs üçün ayrı-ayrı yaratdığı qədərdə insanlara çox əhəmiyyətli dərslər və xatırlatmalar göstərir. Bunları ağıl və hikmət gözüylə qiymətləndirən insanlar üçün ortada əskikliklər, unutqanlıqlar, tərsliklər deyil, Allah qatından bir dərs, öyrənmə, xəbərdarlıqlar və hikmətlər vardır. Məsələn, bir az əvvəl nümunəsini verdiyimiz- dükanı yanan müsəlman vicdanıyla dərhal nəfs sorğulaması edər və, bəlkə də, Allahın onu dünya malına və ehtirasına qarşı xəbərdar etdiyini və sınadığını düşünərək, daha da ixlaslı və səmimi olar.

İnsan dünyada hansı hadisə ilə qarşılaşarsa qarşılaşsın, o hadisə keçər bitər. Hər insan həyatındakı ən çətin və ya ən təhlükəli günü düşünsə, bunun zehnində yalnız bir an olaraq qalmış və bitmiş bir xəyal olduğunu görəcək. İnsanlar izlədikləri film səhnələrini də eyni şəkildə xatırlayarlar. Buna görə insan üçün ən əhəmiyyətli və ya ən "sarsıdıcı" gün də bir gün gələcək və izlənilən bir film kadrı kimi bir an, bir xəyal olaraq ağılda qalacaq. Ancaq bu xatirədən geriyə tək bir şey qalar və o sonsuza qədər davam edər: o da, bu adamın o çətin anda göstərdiyi rəftar və Allahın o adamdan məmnun olub olmamasıdır. İnsan yaşadıqlarından deyil, yaşadıqları əsnasında göstərdiyi rəftar, düşüncə və səmimiyyətindən sorğu-sual olunacaq. Buna görə, hər hadisədə Allahın yaratdığı xeyir və hikmətləri görməyə çalışmaq və ona görə davranmaq möminlərə dünyada və axirətdə böyük bir qazanc təmin edər. Bu sirri bilən möminlər üçün dünyada və axirətdə qorxu və hüzn olmaz. Heç bir insan, heç bir güc və heç bir hadisə möminlərə qorxu, bədbəxtlik, ümidsizlik kimi mənfi hallar verməz. Allah bu sirri də Quranda belə bildirir:

Biz dedik: “Hamınız oradan yerə enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”. (Bəqərə surəsi, 38)

Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.

Onlar iman gətirmiş və Allahdan qorxmuşlar.

Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur. (Yunis surəsi, 62-64)

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/244753/hər-hadisədə-bir-xeyir-vardirhttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/244753/hər-hadisədə-bir-xeyir-vardirhttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11451HER_OLAYDA_BIR_HAYIR_VARDIR.jpgFri, 17 Mar 2017 19:36:09 +0200
Hər çətinliklə birlikdə bir asanlıq vardırAllah dünyanı insanları sınamaq üçün yaratmışdır. Və imtahanın gərəyi olaraq hər insana bəzən bolluq və gözəllik verərək, bəzən də şiddətli çətinliklərə uğradaraq sınayar. Hadisələri Quranda bildirilən həqiqətlərə görə qiymətləndirməyən insanlar qarşılaşdıqları çətinliklər qarşısında nə edəcəklərini bilməz, pessimizmə qapılar, ümidsizliyə düşərlər. Halbuki Quranda Allahın bu mövzu ilə əlaqədar olaraq bildirdiyi və ancaq səmimi bir imana və təslimiyyətə sahib olan qulların görə bildiyi əhəmiyyətli bir sirr vardır. Bu sirri Allah belə bildirmişdir:

Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah surəsi, 5)

Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah surəsi, 6)

Allahın ayələrdə bildirdiyi kimi yaşanan vəziyyət nə qədər çətin və həll edilməsi çətin kimi görünürsə də, Allah möminlər üçün mütləq o vəziyyətdən çıxmağı asanlaşdıracaq, mövcud çətinliyi yüngülləşdirəcək bir səbəb yaratmışdır. Mömin gözəl bir səbirlə səbir etdiyində və səbrində dayanıqlılıq göstərdiyində, bütün çətinliklərlə birlikdə Allahın asanlıq verdiyini görəcək. Necə ki Allah başqa ayələrində də Özündən qorxub çəkinən qullarına yol göstərəcəyini, onları nemətləndirəcəyini ayələrdə belə müjdələmişdir:

…  Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)

Allah heç kimə güc çatdıracağından çox yükləməz

Allah sonsuz mərhəməti, şəfqəti və ədaləti ilə, yaratdığı hər hadisədə həm bir asanlıq verər, həm də hər insanı gücünə görə sınaqlardan keçirər. Allahın insanlara əmr etdiyi ibadətlər, onları sınamaq üçün yaratdığı çətinliklər, insanlara yüklədiyi məsuliyyətliklərin hamısı insanların gücü nisbətindədir. Bu, iman edənlər üçün bir müjdə və rahatlıq, Allahın rəhmətinin bir göstəricisidir. Allah bu sirri Quranda belə bildirir:

Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız. (Ənam surəsi, 152)

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. (Əraf surəsi, 42)

Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz. (Muminun surəsi, 62)

Allahın dininə uymaq asandır

Insanların böyük əksəriyyəti dinin həyatlarını çətinləşdirəcəyini, onlara bəzi ağır məsuliyyətlər yükləyəcəyini zənn edərlər. Bu, şeytanın dindən azdırmaq üçün insanlara verdiyi bir vəsvəsə və böyük yanılmaqdır. Əvvəlki mövzularda da toxunulduğu kimi, din asanlıqdır. Allah iman edən insanlara çətinliklərin ardınca asanlıq dilədiyini bildirir. Ayrıca təvəkkül və qədərə iman kimi dinin təməl mövzuları insanın üzərindəki bütün ağırlıqları, çətinlikləri, çətinlik və hüzn verən bütün hadisələri qaldırar. Din əxlaqını yaşayan bir insan üçün çətin, hüzn və ya ümidsizlik verən heç bir mövzu qalmaz. Allah bir çox ayəsində Ona uyanları və dininə kömək edənləri köməyiylə dəstəkləyəcəyini və onları həm dünyada, həm də axirətdə gözəl bir həyatla yaşadacağını vəd edər. Vədindən əsla dönməyən Rəbbimizin bu mövzu haqqındakı sözləri belədir:

Müttəqilərə: “Allah nə nazil etmişdir?” – deyildikdə, onlar: “Xeyir nazil etmişdir!” – deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)

Allah bununla yanaşı dininə uyanları bu asan yolda müvəffəqiyyətli edəcəyi sirrini də möminlərə Quranda belə müjdələyər:

Kim haqqını verir və Allahdan qorxursa, (Leyl surəsi, 5)

və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə, (Leyl surəsi, 6)

Biz onu ən asan olana nail edəcəyik. (Leyl surəsi, 7)

Quranda bildirilən bu sirlərdən aydın olduğu kimi, Allahın dininə səmimi olaraq yönələn insan ən başından müvəffəqiyyətli olacağı, dünyada da, axirətdə də qazanc əldə edəcəyi bir yolu seçmişdir. İnkar edənlər üçün isə, tam əksi söz mövzusudur. Onlar da ən başından itirilmiş, hüzn, bədbəxtlik və itkin dolu bir dünya və axirət həyatına sahib olarlar. Onlar inkara qərar verdikləri anda həm dünyalarını, həm də axirətlərini itirərlər. Allah bunu ayələrində belə bildirir:

Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə (Leyl surəsi, 8)

və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə, (Leyl surəsi, 9)

Biz onun üstünə ən çətin olanı yükləyəcəyik. (Leyl surəsi, 10)

Allah hər şeyin sahibi və yaradıcısıdır. Əlbəttə ki, Allahın dostluğunu, köməyini, dəstəyini qazanmaq bir insan üçün bütün güclərin və dəstəklərin üzərindədir. Kim Allahı dost tutsa və Ona təslim olsa, o insanın dünyada və axirətdə çox böyük bir qazanc və gözəllik içində yaşayacağı, heç bir hadisədən və heç bir insandan zərər görməyəcəyi qəti bir gerçəkdir. Elə isə ağıl və vicdan sahibi hər insanın, Allahın Quranda bildirdiyi bu sirləri qavrayıb, ağıllı və doğru olanı seçməsi lazımdır. İnkarçıların bu açıq həqiqətləri anlaya bilməmələri isə ayrı bir sirdir. Onlar nə qədər ağıllı və ya mədəni olurlarsa olsunlar, Allah onların ağıllarını almışdır və bu həqiqətləri görmələrinə maneə törədilmişdir.

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/244752/hər-cətinliklə-birlikdə-bir-asanliqhttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/244752/hər-cətinliklə-birlikdə-bir-asanliqhttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11452HER_ZORLUKLA_BERABER_BIR_KOLAYLIK_VARDIR.jpgFri, 17 Mar 2017 19:29:56 +0200
Allah inkar edənlərin anlayışlarını bağlayarBizə Allahın Quranda bildirdiyi sirlərin ən əhəmiyyətlilərindən biri bəzi insanların Quranı anlaya bilməmələridir. Bu, əslində çox böyük bir sirdir. Çünki Quran çox açıq, çox aydın olar bir kitabdır. Diləyən hər insan Quranı oxuya bilər, Allahın əmrlərini, bəyəndiyi əxlaqı, cənnət və cəhənnəmin xüsusiyyətlərini və əlinizdəki bu kitabın mövzusu olan bir çox sirri Qurandan öyrənə bilər. Ancaq Allahın yaratdığı bir hikmət olaraq insanların bir qismi çox açıq olmasına baxmayaraq, Quranı anlaya bilməz. Üstəlik bu insanlar atom mühəndisi, biologiya professoru ola bilər, fizika, kimya, riyaziyyat kimi ən çətin elm sahələrini çox yaxşı anlaya bilər, üstəlik buddizmi, hinduizmi, şintoizmi, materializmi, kommunizmi qavrayar, amma Quranı anlaya bilməzlər. Quran xarici sistemlərin kompleks strukturlarını həyatlarına keçirən insanlar Allahın açıq-aşkar və asan dinini heç cür qavraya bilmir, ən açıq mövzuları belə həll edə bilməzlər.

Beləcə ən asan olanı anlaya bilməməsi ilə onların üzərində əhəmiyyətli bir möcüzə təcəlli edir. Allah onların bu qədər şiddətli bir anlayış və qavrayış əskikliyinə sahib olduqlarını göstərərək, bəzi insanların fərqli bir yaradılışda olduğunu açıqlayır. Digər tərəfdən bu, bütün insanların ürəklərinin, ağıl və anlayışlarının hamısının Allahın idarəsində olduğunun bir dəlilidir. Çünki Allah təkəbbürlü, yəni Allaha boyun əyməyən kəslərin ürəklərini, qavrayışlarını bağlayacağını söyləyir. Qurandan başqa hər şeyi anlayıb, sırf Quranı anlaya bilməmələri Allahın onları ayələrindən uzaqlaşdırdığını, səmimiyyətsizliklərinə görə onları Qurandan uzaq tutduğunu göstərməkdədir. Allahın Quranda bu mövzuyla əlaqədar olaraq bildirdiyi ayələrdən bəziləri belədir:

Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkdik. (İsra surəsi, 45)

Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər. (İsra surəsi, 46)

Aralarında səni dinləyənlər də vardır. Quranı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edirlər. Kafir olanlar: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir” – deyərlər. (Ənam surəsi, 25)

Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər. (Kəhf surəsi, 57)

Ayələrdə də göründüyü kimi, inkar edənlərin ayələri anlaya bilməmələrinin sirri Allahın qavrayışlarını bağlamasıdır. Allah inkar etdiklərinə görə bu insanların ürəklərini möhürləmişdir; beləcə Quranı anlaya bilməzlər. Bu eyni zamanda Allahın böyüklüyünü, hər insanın ürəyinin, düşüncələrinin hakimi olduğunu göstərən böyük bir möcüzədir.

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/244751/allah-inkar-edənlərin-anlayislarini-baglayarhttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/244751/allah-inkar-edənlərin-anlayislarini-baglayarhttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11453ALLAH_INKAR_EDENLERIN_ANLAYISLARINI_KAPATIR.jpgFri, 17 Mar 2017 19:27:30 +0200
Allah özündən qorxub çəkinənlərə anlayış verərDoğrunu səhvdən ayıran bir anlayış, Allahın Özündən qorxanlara, Quran ayələrində müjdələdiyi bir sirrdir ki bu anlayışın adı "ağıl"dır. Allah bunu Ənfal surəsində belə bildirir:

"Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O, sizə haqqı nahaqdan ayırma anlayışı verər, günahlarınızı örtər və sizi bağışlayar. Allah böyük fəzl sahibidir." (Ənfal surəsi, 29)

Bir əvvəlki mövzuda danışıldığı kimi, Allah inkar edənlərin ağıllarını və anlayışlarını bağlayar. Bu insanlar nə qədər ağıllı olursa olsunlar, ağıldan məhrum olarlar və dinlə əlaqədar ən açıq mövzuları da qavrayıb anlaya bilməzlər. Ağıl yalnız möminlərə xas bir xüsusiyyətdir. Cəmiyyət içində bir çox insan zəka ilə ağılın eyni şey olduğunu zənn edər. Halbuki zəka hər insanın sahib olduğu zehni bir qabiliyyətdir. Məsələn, bir insanın atom mühəndisi olması və ya riyaziyyatda müvəffəqiyyətli olması onun zəkalı olduğunu göstərir. Ağıl isə adamın Allahdan qorxması və vicdanını istifadə etməsi ilə artan bir xüsusiyyətdir, zəka ilə bir əlaqəsi yoxdur. Bir insan çox zəkalı ola bilər, amma Allah qorxusu yoxdursa, ağıllı deyil.

Buna görə ağıl inananlara verilən çox böyük bir nemətdir. Belə bir anlayışdan məhrum olan insan düşdüyü pis vəziyyətin də fərqinə çata bilməyəcək haldadır. Məsələn, sahib olduğu gücü və imkanı özünə aid olduğunu zənn edən bir insan bununla lovğalanar, qürurlanar və insanlara nümayiş edər. Bu o insanın ağılsızlığının bir göstəricisidir. Çünki ağıl sahibi olsa, Allah diləmədikcə heç bir şeyə güc çatdıra bilməyən aciz bir insan olduğunu bilər və ona görə təvazökarlıqla davranar. Allahın diləməsi ilə bir neçə saniyə içində əlindəki bütün mülkün yerlə-yeksan ola biləcəyini və ya özünün ölümlə qarşılaşaraq hər şeyini dünyada buraxıb hesab verməklə cəhənnəmin kənarında dayandırıla biləcəyini düşünməz. Bunlar ağlına belə gəlməz. Halbuki bütün bunlar onun sahib olduqlarından daha qəti və həqiqidirlər. Ancaq Allahdan qorxub çəkinən möminlər bu anlayışa sahibdirlər və onlar dünya həyatının aldadıcı yönünə qapılmaz, hər şeyin iç üzünü və həqiqi istiqamətini bilərək yaşayarlar. Allah imanlarına görə möminlərə anlayış verər və Allaha olan yaxınlıqları artdıqca, anlayış və qavrayışdakı dərinlikləri də artar, Allahın yaratmasındakı sirlərə daha çox vaqif olarlar.

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/244750/allah-ozundən-qorxub-cəkinənlərə-anlayishttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/244750/allah-ozundən-qorxub-cəkinənlərə-anlayishttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11454ALLAH_KENDISI_NDEN_KORKUP_SAKINANLARA_ANLAYIS_VERIR.jpgFri, 17 Mar 2017 19:25:36 +0200
Yaxşılıq edən yaxşılıq taparYaxşılıq edənlərin dünyada və axirətdə mütləq yaxşılıqla qarşılıq görəcəkləri Allahın Quranda bildirdiyi sirlərdən bir başqasıdır. Bu mövzuyla əlaqədar ayələrdən biri belədir:

De ki: "Ey iman edən qullarım, Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir". (Zumər surəsi, 10)

Ancaq bunun üçün həqiqi yaxşılığın nə olduğunun bilinməsi lazımdır. Hər cəmiyyətdə məşhur olan bir yaxşılıq anlayışı vardır; gülərüzlü olmaq, dilənçilərə pul vermək və ya hər şeyi anlayışla qarşılamaq kimi. Halbuki həqiqi yaxşılıq Quranda bildirildiyi kimidir. Allah bir ayədə həqiqi yaxşılığın nə olduğunu belə açıqlayır:

Yaxşı əməl üzlərinizi şərqə və qərbə çevirmək deyil. Amma yaxşı əməl sahibləri Allaha, axirət gününə, mələklərə, Kitaba və peyğəmbərlərə iman edən; mala olan sevgisinə baxmayaraq, onu qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yolda qalmışa, dilənənə və kölələrə azad edilməsinə sərf edən; namaz qılıb zəkat verən və əhd bağladıqlarında əhdlərinə vəfa göstərənlər ilə çətində, xəstəlikdə və döyüşün qızışdığı zamanlarda səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır və müttəqi olanlar da onlardır. (Bəqərə surəsi, 177)

Ayədə də diqqət çəkildiyi kimi, bir adamın yaxşılıq etməsi, Allahdan qorxub çəkinərək, axirətdəki hesabını düşünməsi və vicdanını dinləyərək hər an Allahı ən çox məmnun edəcək davranışı seçməsidir. Allah imanlarından, Allah qorxularından və Allaha duyduqları sevgidən həmişə yaxşılıq edənləri sevəcəyini və onlara yaxşılıqla cavab verəcəyini bildirməkdədir:

Beləliklə Allah onlara həm dünya mükafatını, həm də axirət savabının gözəlliyini verdi. Allah yaxşı iş görənləri sevir. (Ali- İmran surəsi, 148)

... Bu dünyada xeyir iş görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. (Nəhl surəsi, 30)

Bu, yaxşılıqda edərək fədakarlıq edənlərə, Allahın məmnuniyyətini qazanmaq üçün ciddi bir səy göstərənlərə Allahın Quranda bildirdiyi bir müjdədir. Allah həm dünyada, həm də axirətdə belə insanları gözəl bir həyatla yaşadacağını müjdələyir. Bu, həm maddi, həm də mənəvi nemətlərdə bir artımdır. Quranda kimsənin çata bilməyəcəyi qədər böyük bir mülkə qovuşan hz. Süleyman, Misir xəzinələrinin rəhbərliyinə keçən hz. Yusif bu mövzuda nümunədirlər. Allah hz. Məhəmməd (s.ə.v) üçün də "Bir yoxsul ikən səni tapıb zəngin etmədimi?" (Zuha surəsi, 8) ayəsiylə Peyğəmbərimiz (s.ə.v)-in üzərinə yaydığı nemətini bildirir.

Unutmaq olmaz ki, dünyada gözəl və ehtişamlı bir həyat yalnız keçmişdə yaşamış möminlərə verilmiş bir nemət deyil. Allah hər dövrdə iman edən qullarını gözəl bir həyatla yaşadacağını da vəd etmişdir:

 Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 97)

İman edənlər heç bir zaman dünyanın arxasınca qaçmazlar. Dünya malının, etibarının və gücünün ehtirasını etməzlər. Allahın ayəsində də bildirdiyi kimi, onlar axirəti satın almaq üçün canlarını və mallarını satarlar. Nə alverləri, nə ticarətləri onların ibadətlərinə, Allahı xatırlamalarına, din üçün xidmət göstərmələrinə maneə törətməz. Hətta aclıq və yoxsulluqla sınandıqlarında da son dərəcə təslimiyyətli və səbirli olarlar və əsla şikayət etməzlər.

Peyğəmbərimiz (s.ə.v)-in dövründə hicrət edən möminlər bunun bir nümunəsidir. Onlar Allah yolunda evlərini, işlərini, ticarətlərini, bütün mallarını, bağlarını, bağçalarını arxalarında buraxaraq, başqa bir şəhərə getmişlər və çox azla kifayətlənməyi bilmişlər. Bunların qarşılığında isə yalnız Allahın özlərindən məmnun olmasını diləmişlər.

Allah möminlərin bu səmimi axirət yurdunu düşünən qənaətkarlıqlarına qarşılıq olaraq onlara daim ruzi vermiş və gözəl, təmiz nemətlər içində yaşatmışdır. Bu nemətlər və zənginliklər isə onların dünyaya bağlanmalarına deyil, əksinə Allaha şükür edib Onu xatırlamalarına vəsilə olmuşdur. Allahın vədinin bir nəticəsi olaraq, bu əxlaqlarına qarşılıq hər mömin dünyada gözəl bir həyatla yaşayar.

 Hər yaxşılığın qat-qat artırılaraq sahibinə dönməsi

Allah yaxşılıq edən qullarına verdiyi qarşılığı qat-qat artıracağını da vəd etmişdir. Allahın Quranda bu mövzu ilə əlaqədar olaraq bildirdiyi ayələrdən bəziləri belədir:

Kim bir yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim bir pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz. (Ənam surəsi, 160)

Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa surəsi, 40)

Allahın yaxşılığın qarşılığını qat-qat artıtmasının ən gözəl göstəricisi dünya həyatı və axirət həyatı arasındakı fərqdir. Dünya həyatı orta hesabla 60 il davam edən çox qısa bir zaman müddətidir. Halbuki bu dünyada saleh olan, yaxşılıq edən insanlar, qısa bir ömürdə etdikləri yaxşılıqlara görə axirətdə sonsuz bir gözəlliklə qarşılıq görəcəklər. Allah bu vədini bir ayəsində belə bildirmişdir:

Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır… (Yunis surəsi, 26)

Bunun nə qədər böyük bir mükafat olduğunu anlaya bilmək üçün "sonsuz" anlayışı üzərində bir az düşünmək lazımdır. Dünya üzərində bu günə qədər yaşamış və bundan sonra yaşayacaq olan bütün insanların, həyatlarının hər saniyəsini sayaraq keçirdiklərini düşünək. Şübhəsiz, bu insanların hamsının saydıqları ədədlər ard-arda əlavə olunaraq bir ədəd əldə edilsə, burada tələffüz edilə bilməyəcək böyüklükdə bir ədəd çıxar. Amma bu fövqəladə ədəd də "sonsuz" anlayışının yanında sıfırdan fərqsizdir. Çünki "sonsuz" demək əsla bitməyən və tükənməyən bir müddət deməkdir. Dünyada Allah üçün yaşayan insanların axirətdə yurdları cənnət olacaq və orada müddətsiz qalacaq, sərhədsiz olaraq nəfslərinin istədiyi və ruhlarının zövq aldığı hər şeyə sahib olacaqlar. Şübhəsiz, bu, Allahın rəhmətinin genişliyini qavraya bilmək üçün üzərində düşünülməli bir nümunədir.

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/244749/yaxsiliq-edən-yaxsiliq-taparhttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/244749/yaxsiliq-edən-yaxsiliq-taparhttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11455_IYILIK_YAPAN_IYILIK_BULUR.jpgFri, 17 Mar 2017 19:22:56 +0200
Möminlərin üzündə nur, inkar edənlərin üzündə zillət olarİmanın və inkarın insanların üzlərinə və dərilərinə əks olunması Allahın Quranda bildirdiyi sirlərdən başqa biridir. Allah bir çox ayəsində iman edənlərin üzlərində bir nur, inkarçıların üzlərində isə qaranlıq bir zillət olduğunu bildirir:

Onları görərsən; zillətdən başları önlərinə düşmüş bir halda, ona (atəşə) təqdim edilərlərkən göz ucuyla sezdirmədən baxarlar... (Şura surəsi, 45)

Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır.Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. Pis iş görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar. ( Yunis surəsi, 26-27)

Allahın bu ayələrdə bildirdiyi kimi, inkarçıların üzündə zillət və bir qaraltı vardır. Möminlərin üzləri isə nurludur. Allah onların üzlərindəki səcdə izindən tanındıqlarını bildirir:

Muhəmməd Allahın elçisidir. Və onunla birlikdə olanlar da kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir... (Fəth surəsi, 29)

Allah başqa ayələrində də inkarçıların və günahkarların simalarından tanındıqlarını bildirir:

(Çünki o gün) Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar. (Rəhman surəsi, 41)

Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən  tanıyardın. And olsun, sən onları danışıq tərzlərindən də tanıyarsan. Allah sizin əməllərinizi bilir. (Məhəmməd surəsi, 30)

Bir insanın imanına və ya günahkar biri olmasına görə üzündə fiziki dəyişikliklər meydana gəlməsi Allahın böyük bir möcüzəsi və Quranda bildirdiyi əhəmiyyətli bir sirdir. Mənəvi hisslər, fiziki olaraq bədəndə təsir meydana gətirməkdə, o insanın bütün xətləri eyni qalmasına baxmayaraq, üzündəki ifadəsi dəyişməkdə, üzünə bir işıqlıq və ya qaranlıq gəlməkdədir. Ətrafına iman gözüylə baxan bir insan Allahın insanlarda meydana gətirdiyi bu möcüzəni Allah diləsə, görə bilər.

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/244748/mominlərin-uzundə-nur-inkar-edənlərinhttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/244748/mominlərin-uzundə-nur-inkar-edənlərinhttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11456MUMINLERIN_YUZUNDE_NUR,_INKARCILARIN_YUZUNDE_ZILLET_OLUR.jpgFri, 17 Mar 2017 19:20:36 +0200
Allahın pislikləri örtməsinin sirriMöminlərin hədəfi Allahın məmnuniyyətini, rəhmətini və cənnətini qazanmaqdır. Ancaq, insan zəif və unutqan yaradılmışdır; bu səbəblə bir çox səhvi və ya əskiyi ola bilər. Qullarını ən yaxşı bilən, sonsuz mərhəmət və şəfqət sahibi olan Allah, səmimi qullarının pisliklərini örtəcəyini və onları asan bir hesab ilə sorğuya çəkəcəyini bildirmişdir:

Artıq kimin kitabı sağ əlinə verilsə, o, asan bir hesab (sorğu) ilə sorğuya çəkiləcək və öz yaxınlarına sevinc içində dönmüş olacaq". (İnşiqaq surəsi, 7-9)

Allah, əlbəttə ki, hər insanın pisliklərini yaxşılığa çevirməz. Allahın pisliklərini örtərək bağışladığı möminlərin xüsusiyyətləri də Quranda bildirilmişdir:

Böyük günahlardan qaçanlar

Allah bir ayədə "Sizə qadağan edilən böyük günahlardan qaçsanız, sizin qüsurlarınızı örtərik və sizi "şərəfli-üstün" bir mövqeyə daxil edərik". (Nisa surəsi, 31) deyə bildirir. Bunu bilən möminlər Allahın çəkdiyi sərhədlərə çox diqqət yetirər, bunların xaricinə çıxmaqdan və harama girməkdən çəkinərlər. Əgər unudaraq, yanılaraq və ya qəflətə qapılaraq bir səhvləri olsa, dərhal Allaha yönələr və tövbə edərək, Ondan bağışlanma diləyərlər.

Allah hansı qulların tövbəsini qəbul edəcəyini isə yenə Quranda bildirmişdir. Buna görə bir insanın "Allah necə olsa bağışlayar" deyə düşünərək həmişə səhv etməsi böyük bir yanılmadır. Çünki Allah ancaq cəhalət səbəbiylə pislik edən və etdiyini anladığı anda müqavimət göstərmədən və vaxt itirmədən tövbə edən və davranışlarını düzəldən qullarının tövbələrini qəbul edir. (Nisa surəsi, 17-18)

Ayələrdən də aydın olduğu kimi, bir insanın qüsurlarının örtülməsi və din günündə peşman olmaması üçün etməsi lazım olan şeylərdən biri günaha girməkdən şiddətlə qaçmasıdır. Günaha girən bir möminin isə etməli olduğu dərhal Allaha qətiyyətli tövbə ilə tövbə etməkdir.

Saleh əməllər görənlər

Allah başqa ayələrində isə, saleh əməllər edənlərin pisliklərini örtəcəyini bildirir. Bu ayələrdən bəziləri belədir:

O gün Allah sizi Toplanma gününə cəm edəcək. Həmin gün qarşılıqlı aldanma günüdür. Hər kəs Allaha iman gətirib yaxşı işlər görsə, Allah onun günahlarını bağışlayar və onu ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük müvəffəqiyyətdir. (Təğabun surəsi, 9)

Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! (Furqan surəsi, 70)

Bir insanın, yalnız Allahın məmnuniyyətini qazanmaq üçün etdiyi hər hərəkət və davranış saleh bir əməldir. Məsələn, bir insanın din əxlaqını insanlara izah etməsi, təvəkkülsüz birinə qədəri xatırlatması, dedi-qodu edənə maneə olması, evini və bədənini təmiz saxlaması, elmini və mədəniyyətini artırması, gözəl söz söyləməsi, insanlara axirəti xatırlatması, xəstə olan birinə qulluq etməsi, yaşlı birinə sevgi və şəfqət göstərməsi, xeyir üçün istifadə edəcəyi pulu qazanmaq üçün çalışması, pis sözə yaxşılıq və səbirlə cavab verməsi kimi insanın hər rəftarı Allahın məmnuniyyəti üçün edildiyində saleh əməl olar.

Axirətdə Allahın pisliklərini örtərək yaxşılıqlara çevirməsini diləyənlər, daim Allahın ən məmnun olacağı rəftarı seçməlidirlər. Bunun üçün insanın axirət günü verəcəyi hesabı düşünməsi lazımdır. Məsələn, axirət günündə cəhənnəm atəşinin yanında dayandırılan bir insana dünya həyatında işlədiyi pisliklər göstərilsə və ona, bu pisliklərinin bağışlanması üçün saleh əməllər etməsi lazım olduğu deyilsə, bu insanın rəftarının necə olacağı açıqdır.

Cəhənnəm atəşini yaxınlığında görən, cəhənnəmdəki insanların ümidsizliklərini, peşmanlıqlarını, əzabdan çıxardıqları iztirab dolu inləmələri eşidən, cəhənnəmdəki əzabın necə olacağına gözləriylə şahid olan bir insan, Allahı ən məmnun edəcək davranışları seçəcək və vargücüylə səy göstərəcək. Bu vəziyyətdəki bir insan, saleh əməllər etmək mövzusunda zəiflik göstərə bilməz, əsla tənbəllik edə bilməz, Allahı məmnun edəcək bir rəftar varkən, başqa bir rəftar göstərməz, laqeydlik edə bilməz və ya əsla qəflətə düşə bilməz. Çünki cəhənnəm hər an yanındadır və ona sonsuz həyatını və Allahın əzabını hər an xatırlatmaqdadır. Bu vəziyyətdəki bir insan edəcəyi əməlləri gecikdirib təxirə salmaz da. Vicdanının əmr etdiyi hər şeyi dərhal və əskiksiz edər. İbadətlərində çox vasvası və davamlı olar.

Allah dünya həyatında da, sanki cəhənnəmi görüb- gəlmiş, ya da cəhənnəmi hər an yanında görən biri kimi saleh əməllərdə olan, Allahdan və axirətdən qorxub çəkinərək davrananların pisliklərini yaxşılığa çevirəcək. Bu möminlər axirətə qəti  iman edərlər və Allahın əzabından şiddətlə qorxub çəkinərlər.

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243934/allahin-pislikləri-ortməsinin-sirrihttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243934/allahin-pislikləri-ortməsinin-sirrihttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11457ALLAH_IN_KOTULUKLERI_ORTMESININ_SIRRI.jpgFri, 10 Mar 2017 01:29:00 +0200
Allah yolunda xərc edilmələrdəki hikmətlərİnsanı maddi və mənəvi pisliklərdən təmizləyən, nəfsini öyrədərək Allahın məmnun olduğu bir əxlaqa çatmasına vəsilə olan ən əhəmiyyətli ibadətlərdən biri də Allah yolunda və xeyir üçün edilən xərcləmələrdir. Allah peyğəmbərə möminlərin mallarından sədəqə alaraq bu şəkildə onları təmizləməsini bildirmişdir. Ayədə belə hökm edilir:

Onların mallarından sədəqə al, bununla onları təmizləmiş olarsan… (Tövbə surəsi, 103)

Ancaq insanların təmizlənmələrinə vəsilə olan xərcləmələr Quranda bildirildiyi şəkildə edilən xərcləmələrdir. İnsanlar yolda gördükləri dilənçilərə qəpik-quruşdan  bir az verdiklərində, ya da köhnə paltarlarını kasıb gördükləri bir-iki adama payladıqlarında və ya ac gördükləri birini doyurduqlarında, üzərlərinə düşən məsuliyyəti artıqlamasıyla yerinə yetirdiklərinə inanarlar. Bunların hamısı, əlbəttə, Allahın məmnuniyyətini qazanmaq üçün edildiyində Allah qatında savabı olan davranışlardır. Ancaq, Allahın Quranda bildirdiyi sərhədlər vardır. Məsələn, Allah ehtiyaclardan artıq qalanın infaq edilməsini bildirir:

... Və səndən nəyi infaq edəcəklərini soruşarlar. De ki: "Ehtiyacdan artıq qalanını. Beləcə, Allah sizə ayələrini açıqlayar; bəlkə, düşünəsiniz;" (Bəqərə surəsi, 219)

İnsanın dünya həyatında yaşaması üçün lazım olan ehtiyacları çox azdır. İnsanın ehtiyacları üçün istifadə etdiyi miqdar xaricində sahib olduğu mal ehtiyacdan artıq qalan deməkdir. Əhəmiyyətli olan nəyin xərcləndiyi deyil, adamın səmimi olaraq verə biləcəyi nədirsə onu verməsidir. Allah hər şeyin doğrusunu bilir və insanların ehtiyaclarından artıq qalan miqdarın nə qədər olduğunu tamamilə insanın ağlına və vicdana buraxmışdır. Dünya ehtirası olmayan, dünyalarını axirətlərinə qarşılıq olaraq satanlar üçün infaq çox asan bir ibadətdir. Allah dünya ehtirası olanların və ya içində bir az belə dünyaya bağlılığı olanların da mallarından infaq edərək təmizlənmələrini və dünya ehtirasını buraxmalarını istəmişdir. Şübhəsiz, bu, möminlərin axirətləri üçün çox əhəmiyyətli bir ibadətdir.

 

İnsan sevdiyi şeylərdən də ehtiyac içində olanlara verməlidir

İnsanlar başqalarına bir yaxşılıq etdikləri zaman bu edilən yaxşılığın özlərinə heç toxunmamasını istəyərlər. Məsələn, ehtiyac içindəki birinə əşyalar verəcək biri öz sevmədiyi, bəlkə, heç istifadə etmədiyi şeyləri verər.

Allah adamın özünə uyğun hesab etmədiyi, köhnə gördüyü, istifadə edilməyəcəyinə qərara gəldiyi mallarından çox, sevdiyi bəyəndiyi əşyalarından infaq etməsinin məqbul olduğunu əmr etmişdir. İnsana sevdiyi şeyləri infaq etmək çətin gələ bilər, ancaq insanın təmizlənməsi və yaxşılığa çata bilməsi üçün belə bir fədakarlıq etməsi lazımdır. Bu, Allahın bizə bildirdiyi əhəmiyyətli bir sirrdir. Allah bundan başqa insanın əsla yaxşılığa çata bilməyəcəyini bildirmişdir:

Sevdiyiniz şeylərdən infaq edənə qədər əsla yaxşılığa çata bilməzsiniz. Hər nə infaq etsəniz, şübhəsiz Allah onu bilər. (Ali İmran surəsi, 92)

Ey iman edənlər, qazandıqlarınızın yaxşı olanından və sizin üçün yerdən bitirdiklərimizdən infaq edin. Özünüzün göz yummadan ala bilməyəcəyiniz şeyləri verməyə cəhd etməyin və bilin ki, şübhəsiz, Allah heç bir şeyə ehtiyacı olmayandır, təriflənməyə layiq olandır. (Bəqərə surəsi, 267)

 

Allah yolunda sərf olunanlar Allaha yaxınlaşmaq üçün bir yoldur

Bir müsəlman üçün heç bir şey Allahın məmnuniyyətindən və Onun sevgisini qazanmaqdan daha üstün deyil. Mömin həyatı boyunca özünü Allaha yaxınlaşdıracaq vəsilələr axtarar. Allah bir ayəsində möminlərə bunu belə bildirir:

Ey iman edənlər, Allahdan qorxub çəkinin və (sizi) Ona (yaxınlaşdıracaq) vəsilə axtarın; Onun yolunda cəhd edin (səy göstərin), bəlkə, qurtuluşa çatarsınız. (Maidə surəsi, 35)

Allah Quranda möminlərə bir sirr və bir müjdə olaraq etdikləri infaqların Ona yaxınlaşmağa səbəb olduğunu bildirmişdir. Bu səbəblə sevdiyi şeylərdən və ehtiyaclarından artıq qalanını infaq etmək müsəlmanlar üçün bir çətinlik deyil, əksinə Allaha olan bağlılıqlarını və sevgilərini göstərəcəkləri çox qiymətli bir fürsətdir. Mövzu ilə əlaqədar ayə belədir:

"Bədəvilərdən elələri də vardır ki, onlar Allaha və axirət gününə iman edər və infaq etdiyini Allah qatında bir yaxınlaşmağa və elçinin dua və bağışlama diləklərinə (bir yol) sayar. Xəbəriniz olsun, bu, həqiqətən, onlar üçün bir yaxınlaşmadır. Allah da onları Öz rəhmətinə daxil edəcək. Şübhəsiz, Allah bağışlayandır, əsirgəyəndir". (Tövbə surəsi, 99)

Allah üçün hər sərf olunanın gözəl bir qarşılığı vardır

Allahın infaq mövzusu ilə əlaqədar olaraq bildirdiyi bir başqa sirr isə adamın əslində bir fədakarlıq edərək infaq etdiyi şeyin mütləq özünə geri dönəcəyidir. Bu, Allahın əhəmiyyətli bir vədidir. Yoxsulluq qorxusu yaşamadan Allah yolunda mallarını infaq edən insanlara həyatları boyunca heç gözləmədikləri nemətlərlə ruzi verilər. Xeyir olaraq infaq etdikləri hər şey xeyir olaraq özlərinə dönər. Allahın bu vədinin bildirildiyi ayələrdən bəziləri belədir:

Onların hidayətə çatması, sənin üzərində (bir öhdəçilik) deyil. Ancaq Allah dilədiyini hidayətə çatdırar. Xeyir olaraq hər nə infaq etsəniz, özünüz üçündür. Onsuz da siz ancaq Allahın məmnuniyyətini istəməkdən başqa (bir məqsədlə) infaq etməzsiniz. Xeyirdən hər nə infaq etsəniz -haqsızlığa (zülmə) məruz qalmadan- sizə əskiksiz ödənəcək. (Bəqərə surəsi, 272)

… Allah yolunda hər nə infaq etsəniz, sizə "əskiksiz olaraq ödənər" və siz haqsızlığa məruz qalmazsınız. (Ənfal surəsi, 60)

De ki: "Şübhəsiz, mənim Rəbbim qullarından dilədiyinin ruzisini artırar da, azaldar da. Hər nə infaq etsəniz, O (Allah), yerinə bir başqasını verər; O, ruzi verənlərin ən xeyirlisidir. (Səba surəsi, 39)

Möminlər mallarını və canlarını infaq edərkən yalnız Allahın razılığını və cənnətini istəyərlər, ancaq ayələrdə görüldüyü kimi, Allahdan bir sirr olaraq hər nə infaq etsələr, özlərinə geri ödənər. Ayədə bildirildiyi kimi Allah yerinə başqasını verər. Bunlar həm dünyadakı nemətlər, həm də hamısının üzərində Allahın cənnətdə möminlər üçün hazırladığı nemətlərdir. İnfaq edənlərin əksinə, mallarını xəsisliklə tutan və ya Allahın sərhədlərini tapdalayaraq mallarını artırmağa çalışanların isə Allah bərəkətlərini azaldar. Bununla əlaqədar ayələrdən biri faiz alanların vəziyyətini bildirir:

Allah faizi yox edər, sədəqələri artırar. Allah günahkar kafirlərin heç birini sevməz. (Bəqərə surəsi, 276)

Allah mallarını infaq edənlərin Allah qatından qovuşdurulduqları bərəkəti başqa ayələrində belə bildirir:

Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi əhatə edəndir, biləndir. (Bəqərə surəsi, 261)

Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. (Bəqərə surəsi, 264)

 

Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da bəs edər. Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 265)

Bu ayələrin hər biri Allahın Quranda iman edənlərə bildirdiyi sirlərdir. İman edənlər yalnız Allahın məmnuniyyətini, rəhmətini və cənnətini qazanmaq üçün infaq edərlər. Ancaq Allahın ayələrlə bildirdiyi bu sirləri də bildikləri üçün, Allahın bərəkətini və rəhmətini ümid edərlər. Onlar Allah yolunda mallarını və canlarını xərclədikcə, halala-harama diqqət yetirdikcə, Allah onların zənginliklərini artırar, işlərini asanlaşdırar, Allah yolunda xərcləyəcəkləri daha çox imkan yaradar. Bu sirri, heç bir narahatlıq və gələcək qayğısı duymadan, Allahdan qorxub çəkinərək Allahın sərhədlərini qoruyan hər mömin öz həyatında yaşayar.

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243932/allah-yolunda-xərc-edilmələrdəki-hikmətlərhttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243932/allah-yolunda-xərc-edilmələrdəki-hikmətlərhttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11458ALLAH_YOLUNDA_YAPILAN_HARCAMALARDAKI_HIKMETLER.jpgFri, 10 Mar 2017 01:25:42 +0200
Yaxşılığın və gözəl sözün təsiriİnsanlar həmişə dinc, güvən içində yaşadıqları, dostluq və sevincin olduğu mühit istəyərlər. Ancaq bunu istəyərkən belə mühitin meydana gəlməsi üçün bir səy göstərməz, hətta şəxsən özləri hüzuru və rahatı qaçırarlar. Hüzur, dostluq və təhlükəsizlik yaratmağı isə hər kəs qarşı tərəfdən gözləyər. Bu ailə içi əlaqələrdən, bir şirkət işçilərinə, ictimai hüzurdan  ölkələrarası əlaqələrə qədər belədir. Halbuki gözəlliklər, dostluqlar, hüzur və güvən fədakarlıq istəyər. Əgər hər kəs öz istəyinin olmasını istəsə, hər kəs danışıqda və qərarlarda özünün üstün gəlməsi üçün səy göstərsə, hər kəs öz rahatını düşünər, fədakarlıq etməzsə, əlbəttə ki, insanlar arasında qarşıdurmalar və narahatlıqlar olacaq. Ancaq Allahdan qorxan möminlər fərqli davranarlar. Onlar həm fədakar, həm bağışlayıcı, həm də səbirlidirlər. Özlərinə haqsızlıq edildiyində də haqlarından keçərək, cəmiyyətin hüzur və təhlükəsizliyini, insanların sevincini öz nəfslərindən üstün tutar, ən gözəl rəftarı göstərərlər. Bu, Allahın möminlərə əmr etdiyi üstün bir əxlaq xüsusiyyətidir:

Yaxşılıqla pislik bərabər olmaz. Sən ən gözəl olan bir tərzdə (pisliyi) uzaqlaşdır; o zaman, (görərsən ki) səninlə onun arasında düşmənlik olan kimsə, sanki yaxın bir dost(un) olmuşdur. "Buna da, səbr edənlərdən başqası qovuşdurula bilməz. Və buna, böyük bir pay sahibi olanlardan başqası da qovuşdurula bilməz. (Fussilət surəsi, 34-35)

Rəbbinin yoluna hikmətlə və gözəl sözlə çağır və onlarla ən gözəl bir şəkildə mübarizə et. Şübhəsiz, sənin Rəbbin yolundan azanı biləndir və hidayətə çatanı da biləndir. (Nəhl surəsi, 125)

Ayədə də bildirildiyi kimi, Allah belə üstün bir rəftara qarşılıq, möminlərin düşmənlərini "yaxın bir dost"a çevirər. Bu, Allahın sirlərindən biridir. Nəticədə bütün insanların ürəyi Allahın əlindədir. Allah kimi istəsə, onun ürəyini və düşüncəsini dəyişdirə bilər.

Allah gözəl və yumşaq sözün təsirini başqa ayələrdə də xəbər verir. Allah, hz. Musa və hz. Haruna Firona getmələrini və ona yumşaq söz söyləmələrini əmr edir. Firon son dərəcə azğın, mərhəmətsiz və zalımdır. Ancaq Allah buna baxmayaraq, elçilərinə ona yumşaq söz söyləmələrini əmr etmişdir. Allah bunun səbəbini də ayələrində açıqlamışdır:

"İkiniz Firona gedin, çünki o azmışdır. Ona yumşaq söz söyləyin, bəlkə, öyüd alıb-düşünər və ya içi titrəyərək-qorxar". (Taha surəsi, 43-44)

Bu ayələr möminlərin inanmayanlara, düşmənlərinə və azğın insanlara qarşı necə bir davranış içində olmaları lazım olduğunu bildirir. Bunlar, əlbəttə ki, səbir, güc, təvazökarlıq və ağıl tələb edən davranışlardır. Allah möminlərin əmrlərinə uyaraq gözəl əxlaq göstərmələrinin qarşılığında davranışlarını təsirli edəcəyini və düşmənlərini dosta çevirəcəyini bir sirr olaraq bildirmişdir.

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243931/yaxsiligin-və-gozəl-sozun-təsirihttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243931/yaxsiligin-və-gozəl-sozun-təsirihttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11459IYILIGIN_VE_GUZEL_SOZUN_ETKISI.jpgFri, 10 Mar 2017 01:22:57 +0200
Allahın insanlara genişlik verməsinin sirriİnsanların ən böyük yanılmalarından biri hər şeyi səbəblərə bağlı olaraq düşünmələridir. Məsələn, daha əvvəlki mövzularda da bəhs edildiyi kimi, mallarını Allah yolunda xərclədiklərində pullarının qalmayacağını zənn edərlər. Halbuki, Allahın yaradılışında onların bilmədikləri bir sirr vardır və Allah infaq edənlər üzərində dünyada və axirətdə nemətlərini artıracağını bildirir. Allah bunları, əlbəttə ki, səbəblərə bağlıymış kimi göstərir. Məsələn, infaq etdiyi üçün bərəkəti artan bir insanın işlərinin düz getməsini təmin edər, işlərini asanlaşdırar və qazancını artırar. Ya da bir insan əvvəlki mövzuda da söylənildiyi kimi, azğın bir insanı yumşaq sözlə razı edə bilməyəcəyini zənn edib, ona qarşı tək çarənin güc tətbiq etmək olduğunu düşünə bilər. Halbuki Allahın əmrinə uyan bir insan üçün, Allahın Quranda bildirdiyi sirlər tək həldir.

Quranda bunlara bənzər olaraq verilən sirlərdən biri də Allahın bir başqa əmridir:

 

Ey iman edənlər, sizə məclislərdə "yer verin" deyildiyi zaman, yer verin; Allah sizə genişlik versin. Sizə: "Durun" deyildiyi zaman da durun. Allah, sizdən iman edənləri və özlərinə elm verilənləri dərəcələrlə yüksəltsin. Allah, etdiklərinizdən xəbərdardır". (Mücadilə surəsi, 11)

 

Allah, bir yığıncaqda, yeni gələnlər üçün və ya izdihamın azaldılması üçün yer açılması lazım olduğunda, möminlərin bu çağırışa dərhal uymalarını əmr edər. Bu, həm incə düşüncə, həm fədakarlıq, həm də itaət göstəricisidir. Allah bu davranışın bir qarşılığı olaraq, möminlərə genişlik verəcəyini və onları dərəcələrlə yüksəldəcəyini bildirər. Allah hər insanın niyyətini və ürəyini əlində tutar. Allah bir davranışdan məmnun olduğunda, o insana dilədiyi hər şəkildə nemət və gözəllik verə bilər. Bu səbəblə, möminlər hər şeyin nəticəsini və qarşılığını Allahdan gözləyərlər. Bir yığıncaqda yer açdıqlarında, insanlardan təşəkkür və ya minnətdarlıq deyil, Allahın məmnuniyyətini və Onun ürəklərinə verəcəyi hüzur, genişlik və dərəcələrindəki artımı ümid edərlər.

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243930/allahin-insanlara-genislik-verməsinin-sirrihttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243930/allahin-insanlara-genislik-verməsinin-sirrihttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11460ALLAH_IN_INSANLARA_GENISLIK_VERMESININ_SIRRI.jpgFri, 10 Mar 2017 01:18:55 +0200
Allah dininə kömək edənə mütləq kömək edərAllah möminlərin Quranda müjdələnildikləri sirlərdən birini  belə bildirir:

"Ey iman edənlər, əgər siz Allaha (Allah adına İslama və müsəlmanlara) kömək etsəniz, O da sizə kömək edər və sizin ayaqlarınızı sağlamlaşdırar." (Məhəmməd surəsi, 7)

İman edənlər həyatları boyunca Quran əxlaqını insanlar arasında yaymaq, insanların Allaha iman etmələrinə vəsilə olmaq üçün ciddi bir səy içində olarlar. Onların bu səylərinə qarşılıq, inkar edənlərdən bir qrup isə, tarix boyunca həmişə iman edənlərin qarşısında iştirak etmiş, onlara təzyiq və şiddətlə maneə törətməyə çalışmışlar. Allah Quranda, inkar edənlərə qarşı həmişə möminlərlə birlikdə olduğunu, onların işlərini asanlaşdıracağını, möminlərə kömək və dəstək olacağını bildirir. Allah yolunda səmimi bir səy göstərən möminlər bunları öz həyatlarının hər anında yaşayarlar. Allah hər işlərini asanlıqla nəticələndirər, hər işlərində müvəffəqiyyət və gözəllik verər. Ən çətin və ya kompleks kimi görünən hadisələrdə də möminlərə bir asanlıq verər. Hətta zəif imanlıların "əfsus" dedikləri, ümidsizliyə düşdükləri, heç bir qurtuluş yolunun qalmadığını düşündükləri vəziyyətlərdə də Allah möminlərə Qatından kömək göndərmiş və möminləri müvəffəqiyyətli etmişdir. 

Allahın köməyinin və dəstəyinin özləriylə olduğuna iman edən möminlər heç bir zaman ümidsizliyə qapılmaz, Allahın hadisəni necə nəticələndirəcəyini həyəcanla gözləyərlər. Hz. Musa və qövmü buna bir nümunədir. Hz. Musa İsrailoğullarını Fironun zülmündən qorumaq üçün Misirdən çıxarar. Firon isə ordusuyla birlikdə hz. Musanın və qövmünün arxasınca düşmüşdür. Hz. Musa və İsrailoğulları dəniz sahilinə çatdıqlarında, içlərindən bəzi zəif imanlılar, Firon tərəfindən sıxışdırıldıqlarını düşünərək, çaxnaşmaya düşmüşlər və ümidsizliyə qapılmışlar. Halbuki hz. Musa "...Şübhəsiz, Rəbbim mənimlə bərabərdir; mənə yol göstərəcək". (Şuəra surəsi, 62) deyərək, Allahın möminlərlə birlikdə olduğuna dair inancını göstərmişdir. Həqiqətən də, Allah dənizi ikiyə yararaq, hz. Musanın və qövmünün qarşı sahilə keçməsinə şərait yaratmışdır, ardlarınca dərhal dənizi bağlayaraq Fironu və ordusunu suda boğmuşdur. 

Allahın möminlərlə birlikdə olduğuna iman edən, Allaha dost və yaxın bir mömin, həyatının hər anında bu sirrin təcəllilərini görəcək. Əlbəttə ki, dənizin yarılması kimi möcüzələr Allahın bəzi elçilərinə göstərdiyi hadisələrdir. Ancaq hər mömin, səmimi olaraq düşünüb, yaşadığı hər hadisədə Allahın yaratmasını və Quran ayələrini düşünsə, haradasa möcüzə deyiləcək qədər böyük-kiçik yaşadığı hər hadisədə Allahın dəstəyinin və köməyinin əlamətlərini görəcək.

 

Allah, möminlərə sezilməz yollarla da kömək edər

Allah bir çox ayəsində möminlərə dəstəyinin nə şəkillərdə ola biləcəyini bildirmişdir. Məsələn, bir ayədə Allah möminləri, düşmənlərinin gözündə iki misli göstərdiyini belə bildirir: 

Qarşı-qarşıya gələn iki dəstədə, sizin üçün and olsun bir ayə (ibrət) vardır. Bir birlik, Allah yolunda vuruşurdu, digəri isə kafir idi ki, qarşılarındakını özlərinin iki qatı görürdülər. Allah dilədiyini köməyiylə dəstəkləyər. Şübhəsiz bunda, bəsirət sahibləri üçün həqiqətən bir ibrət vardır. (Ali İmran surəsi, 13)

 

Allah möminlərə qurulan tələləri pozaraq kömək edər

Daha əvvəl də ifadə edildiyi kimi, inkar edənlər möminləri Allahın yolundan maneə törətmək üçün onlara müxtəlif çətinliklər yaradarlar və onların əleyhində tələlər qurarlar. Ancaq Allah Quranda möminlərə qurulan bütün tələlərin pozulacağını, tələ quranların özlərinə qayıdacağını və möminlərə heç bir zərər verə bilməyəcəklərini bildirir. Bu ayələrdən bəziləri belədir:

Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir surəsi, 43)

Sizə bir yaxşılıq toxununca dərdlənərlər, sizə bir pislik toxunduqda isə buna sevinərlər. Əgər siz səbr edər və çəkinsəniz, onların "yaramaz hiylələri" sizə heç bir zərər verə bilməz. Şübhəsiz, Allah etməkdə olduqlarını əhatə edəndir. (Ali İmran surəsi, 120)

Qurulan tələlərin zaman içində mütləq möminlərin lehinə, tələni quranların isə əleyhinə döndüyünü göstərən nümunələrdən biri hz. Yusifə qurulan tələ ilə əlaqədardır. Yusif surəsində bildirildiyinə görə, atalarının sevgisini qısqanan qardaşları hz. Yusifə tələ qurub, onu bir quyuya ataraq ölümlə üz-üzə qoymuşdular. Hz. Yusifin gənc yaşlarında isə, yanında qaldığı vəzirin arvadı tərəfindən bir başqa tələ qurulmuşdur. Ancaq Allahın vədi qurulan bu tələlərin heç biri hz. Yusifə bir zərər verə bilməmişdir. Hz. Yusifə qurulan tələlər və quyuya atılması ilə davam edən hadisələrin nəticəsində hz. Yusif Misir xəzinələrinin başına gətirilmişdir. Hz. Yusif bütün bu hadisələr nəticəsində yaramaz hiylələrin müvəffəqiyyətə çatmayacağını söyləmişdir:

(Yusif vasitəçiyə bunu söylədi:) "Bu, (etiraf vəzirin) yoxluğunda, həqiqətən, ona xəyanət etmədiyimi və həqiqətən, Allahın xəyanət edənlərin yaramaz hiylələrini-nizamlarını müvəffəqiyyətə çatdırmadığını özünün də bilib öyrənməsi üçün idi". (Yusif surəsi, 52)

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243929/allah-dininə-komək-edənə-mutləqhttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243929/allah-dininə-komək-edənə-mutləqhttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11461ALLAH,_DININE_YARDIM_EDENE_MUTLAKA_YARDIM_EDER.jpgFri, 10 Mar 2017 01:15:23 +0200
Çəkişmək zəifləməyə səbəb olarMöminlərə Quranda bildirilən ən əhəmiyyətli sirlərdən birində aralarında çəkişməmələri lazım olduğu, əks halda güclərinin azalacağı, birliklərinin pozulacağı və zəifləyəcəyi xəbər verilir. Bu ayə belədir:

Allaha və Rəsuluna itaət edin və çəkişib bir-birinizə düşməyin, zəifləyərsiniz, gücünüz gedər. Səbr edin. Şübhəsiz Allah səbr edənlərlə bərabərdir. (Ənfal surəsi, 46)

Qurana uyğun olan, təvazökar, heç bir mövzuda ehtirası olmayan, ara düzəldən,  asanlıq gətirən bir əxlaqdır. Bunun əksi olduğunda, insanlar arasında çəkişmələr, ixtilaflar olacaq. Əlbəttə ki, hər insan fərqli düşüncələrə sahib ola bilər. Məsələn, bir mövzunun həlli üçün 20 insan 20 fərqli fikir təklif edə bilər. Bunların hər biri özlüyündə haqlı, doğru və ya tutarlı ola bilər. Ancaq, hər kəs öz istəyinin olması üçün israr etdiyində qarışıqlıq və ixtilaf çıxacağı açıqdır. Bu vəziyyətdə bu 20 adam bir olacağı yerdə, öz fikirini qəbul etdirmək üçün, qardaşlarıyla mübahisəyə girişəcək və əsl lazım olan xeyirlər axsayacaq. Bu səbəbdən bu 20 adamın bütün gücü gedəcək, aralarındakı birlik və qardaşlıq pozulacaq.

Halbuki nəinki möminlər bir-birləriylə çəkişmək, hətta bir-birlərinə qarşı son dərəcə fədakar olmalı, bir-birlərini çox sevməli, çox güclü bir həmrəylik və yardımlaşma içində olmalıdırlar. Xüsusilə, çətinlik zamanlarında, həmişəkindən çox Allahı zikr etməli, bir-birlərinə qarşı həmişəkindən daha çox anlayışlı və yol göstərən olmalıdırlar. Çəkişmək necə güc alarsa, birlik də əksinə möminlərə güc verər. Allah bir başqa ayəsində möminlər dost və köməkçi olmazlarsa, dünyanın fitnə və təxribatçılıq içində olacağını fərqli bir sirr olaraq vermişdir:

"İnkar edənlər bir-birlərinin vəliləridir. Əgər siz bunu etməsəniz, (bir-birinizə kömək etməz və dost olmasanız) yer üzündə bir fitnə və böyük bir təxribatçılıq (fəsad) olar". (Ənfal surəsi, 73)

Bunların hər biri Allahın bir sirr olaraq bildirdiyi və müsəlmanlara yüklədiyi məsuliyyətlərdir. Heç bir müsəlman, bir başqa qardaşıyla arasındakı çəkişmə üçün "bundan nə olar?" deməməlidir. Çünki Allahın bildirdiyinə görə bu, müsəlmanların gücdən düşməsi deməkdir və bunun müsəlman üzərində məsuliyyəti olar. Müsəlmanlar bir-birlərinin səhvlərini, qüsurlarını araşdırmamalı, bir-birlərinə örtü funksiyası yerinə yetirərək, şəfqət və mərhəmətlə bir-birlərini tamamlamalıdırlar. Bunun nəticəsində, bütün güclərini Allahın dinini, Quran əxlaqını insanların arasında yayacaq, insanlara Allahın varlığının dəlillərini izah edəcək elmi işlərə verə bilər və bütün insanlığa böyük xidmət edə bilərlər. Ancaq unutmaq olmaz ki, hər kəs xidməti əsl olaraq öz axirətini qazanmaq, Allahın əzabından qorunmaq üçün edər.

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243928/cəkismək-zəifləməyə-səbəb-olarhttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243928/cəkismək-zəifləməyə-səbəb-olarhttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11462CEKISMEK_GUC_KAYBINA_NEDEN_OLUR.jpgFri, 10 Mar 2017 01:13:13 +0200
Ürəklər yalnız Allahın zikriylə hüzur taparDünyada yaşayan bütün insanlar həqiqi xoşbəxtliyi tapmağın yollarını axtararlar. Hər birinin xoşbəxt olmaq üçün bir hədəfi vardır. Bəzisi zəngin olduğunda, bəzisi yaxşı bir işə girdiyində, bəzisi sevdiyi insanla evlənə bildiyində, kimisi istədiyi estetik əməliyyatını etdirə bildiyində, kimisi universiteti qazandığında xoşbəxt olacağını düşünər. Məqsədinə çatdığında isə axtardığı xoşbəxtliyi ya tapa bilməz, ya da çox qısa davam edən və özünü təmin etməyən bir xoşbəxtlik olduğunu görər. Bu dəfə başqa bir hədəfdən yapışar. Onu əldə etdiyində xoşbəxt ola biləcəyini düşünər. Halbuki bu günə qədər bu yollarla gerçək mənada xoşbəxtliyi tapa bilən bir insan olmamışdır. Ən xoşbəxt olduğunu düşünən insanın belə içini sıxan, düşünməkdən qaçdığı, ona narahatlıq verən saysız mövzusu vardır.

Həqiqi xoşbəxtlik, hüzur, daxili sevinci və rahatlıqsa, yalnız Allahın zikriylə mümkündür. Allah bu həqiqəti bir ayədə belə bildirir:

Bunlar, iman edənlər və ürəkləri Allahın zikriylə mutmain olanlardır. Xəbəriniz olsun; ürəklər yalnız Allahın zikriylə mutmain olar. (Rəd surəsi, 28)

Bu, Allahın Quranda bizə bildirdiyi çox əhəmiyyətli bir sirrdir. Bir çox insan bu həqiqətdən xəbərsiz, yuxarıda danışdığımız şəkildə yaşayar. Dünya nemətləriylə kifayətlənməyə çalışar. Əsla ölməyəcəkmiş kimi, hesab günüylə qarşılaşacağını düşünmədən ehtirasla dünyaya aid dəyərlərə sahib olmaq üçün məşğul olar.

Ancaq bu, böyük bir aldanışdır. Bu insanların sahib olduqları heç bir şey həqiqi hüzur və xoşbəxtlik qazandırmaz. Yalnız Allaha könüldən bağlanan, Onun şəfqətinin, mərhəmətinin, üzərilərindəki qorumasının fərqində olan möminlər mutmain bir həyat yaşaya bilərlər. Gördüyü hər hadisədə, eşitdiyi hər danışıqda Allahı zikr edən, Allahın yaradılış dəlillərini görərək Onu anan bir insanın ürəyinə Allah bu rahatlığı verər. Bu səbəbdən insanların daxili rahatlığını və ya hüzur və xoşbəxtliyi başqa yerlərdə axtarmaları boşunadır.

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243927/urəklər-yalniz-allahin-zikriylə-huzurhttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243927/urəklər-yalniz-allahin-zikriylə-huzurhttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11463KALPLER_SADECE_ALLAH_IN_ZIKRIYLE_HUZUR_BULUR.jpgFri, 10 Mar 2017 01:11:21 +0200
Şeytanın hiyləsi zəifdirHz. Adəmdən bəri insanın dünya üzərindəki ən böyük düşməni şeytandır. Şeytan hz. Adəm yaradıldığında Allaha itaət etməmiş və bütün insanları Allahın yolundan azdırmağa söz vermişdir. Allah Quranda şeytanın insanları doğru yoldan ayırmaq üçün müxtəlif yollar sınadığını, onlara tələlər qurduğunu, dünya həyatını bəzəkli və cazibədar göstərməyə çalışdığını bildirər. Allahın şeytan haqqında bildirdiyi bir başqa məlumat isə onun hiyləsinin zəif olduğu və insanlar üzərində heç bir təşviqedici təsirinin olmadığıdır:

İman edənlər Allah yolunda döyüşərlər; inkar edənlər isə tağut yolunda döyüşərlər, elə isə şeytanın dostlarıyla döyüşün. Heç şübhəsiz, şeytanın hiyləli-nizamı çox zəifdir. (Nisa surəsi, 76)

İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər.

Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi, 20-21)

Əslində şeytanın hiyləsinin zəif olması və təhrikedici bir gücünün olmaması, Allahın insanlar üçün yaratdığı bir asanlıqdır. Çünki din əxlaqını yaşayan bir insanın qarşısında dinə qarşı mənfi bir güc olaraq şeytan vardır. Onun zəif və gücsüz olması isə möminlərin Quran əxlaqını yaşamaq mövzusunda bir çətinlik yaşamayacaqlarının bir göstəricisidir. Ancaq bunun üçün səmimi bir iman lazımdır. Quranda da saleh olanların şeytanın hiylələrindən təsirlənməyəcəyi bildirilir:

İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa”.. (Hicr surəsi, 39-40)

Allah başqa ayələrdə isə, şeytanın iman edənlərin və təvəkkül edənlərin üzərində heç bir təsirinin olmayacağını belə bildirmişdir:

Gerçək budur ki, iman edənlər və Rəblərinə təvəkkül edənlər üzərində onun (şeytanın) heç bir təsiredici-gücü yoxdur. Onun təsiredici-gücü ancaq onu vəli edənlərlə, onunla Ona (Allaha) ortaq qoşanlar üzərindədir. (Nəhl surəsi, 99-100)

 

Şübhələrdən və vəsvəsədən xilas ola bilməyin sirri

İman edən qulların üzərində şeytanın bir təsiri olmamaqla birlikdə, bəzən şeytan iman edənlərə də etdikləri bir işdə, işlədikləri bir əməldə vəsvəsə verməyə çalışa bilər.

Allahın Quranda bildirdiyi əhəmiyyətli bir sirr də insanın özünə gələn vəsvəsədən necə xilas olacağıdır. Bu, Allahdan qorxan və cənnəti ümid edən möminlər üçün çox əhəmiyyətli bir mövzudur. Çünki vəsvəsə şeytanın insanları Allahın yolundan uzaqlaşdırmaq, onları boş və məqsədsiz işlərlə məşğul edərək vaxtlarını almaq məqsədiylə pıçıldadığı yanıldıcı sözlərdir. Şeytan bu yolla insanlara hüzn, qorxu çətinlik verməyə, aralarını açmağa, Allah, Quran, ya da din haqqında şübhəyə salmağa çalışar. Haqq olmayan mövzularda insanları uzun və səbəbsiz vəsvəsələrə salar. Quranda şeytanın vəsvəsə vermə xüsusiyyətini izah edən ayələrdən bəziləri belədir:

"Onları -nə olursa olsun- çaşdırıb-azdıracağam, ən səbəbsiz vəsvəsələrə salacağam və onlara qəti olaraq davarların qulaqlarını kəsmələrini əmr edəcəyəm və Allahın yaratdıqlarını dəyişdirmələrini əmr edəcəyəm". Kim Allahı buraxıb da şeytanı dost (vəli) tutsa, şübhəsiz, o, açıq-aşkar bir hüsrana məruz qalmışdır".

(Şeytan) Onlara vədlər verir, onları ən səbəbsiz vəsvəsələrə salır. Halbuki şeytan, onlara bir aldanışdan başqa bir şey vəd etməz. (Nisa surəsi, 119-120)

Ki o, insanların ürəklərinə vəsvəsə verər. (İçlərinə şübhə, vəsvəsə salar) (Nas surəsi, 5)

Şeytanın möminlərə pıçıldadığı vəsvəsələr nə olursa olsun, Allahın göstərdiyi yola iman gətirdiklərində, şeytan onların başını qata bilməyəcəkdir. Allah şeytana qarşı möminlərə bunu xatırladır:

Əgər sənə şeytandan yana bir qışqırtma (vəsvəsə və ya iğva) gəlirsə, dərhal Allaha sığın. Çünki O eşidəndir, biləndir. (Allahdan) Çəkinənlərə şeytandan bir vəsvəsə çatdığında (əvvəl) yaxşıca düşünərlər (Allahı zikr edib-xatırlayarlar), sonra dərhal baxarsan ki, görüb bilmişlər. (Əraf surəsi, 200-201)

Ayədə göründüyü kimi möminlər şeytandan gələn vəsvəsələrə qarşı çox diqqətlidir. Uzun-uzun oturub ondan gələn vəsvəsələri düşünərək vaxt itirməz, sözü gedən vəsvəsələrlə Allahın razı olmayacağı, bir möminə yaraşmayacaq çətin, hüznlü, qorxulu bir ruh halına girməzlər. Bir çətinlik, Qurana uyğun ola bilməyən bir düşüncə hiss etdiklərində dərhal düşünərlər. Bunun Allahın məmnun olmayacağı şeytandan gələn bir vəsvəsə olduğunu anlayarlar. Dərhal Allahı və Quran ayələrini düşünərək şeytanın pıçıldamalarından xilas olarlar.

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243926/seytanin-hiyləsi-zəifdirhttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243926/seytanin-hiyləsi-zəifdirFri, 10 Mar 2017 01:08:10 +0200
Çoxluğa uymaq insanı doğru yoldan azdırarÇox insanın sahib olduğu ortaq yanılmalarından biri insanların əksəriyyətinin uyduğu və ya inandığı şeyin doğru olduğudur. Hətta çox insan etdiyi bir rəftarın və ya inancının səbəbi soruşulduğunda, insanların çoxunun belə etdiyini səbəb olaraq göstərər. Halbuki Allah Quranda əksəriyyətə uymağın çaşdırıcı olduğunu bildirir:

Yer üzündə olanların əksəriyyətinə uysan, səni Allahın yolundan çaşdırıb-azdırarlar. Onlar ancaq zənnə uyarlar və onlar ancaq zənn və təxminlə yalan danışarlar. (Ənam surəsi, 116)

Allah bir başqa ayəsində isə insanların çoxunun iman etməyəcəyini bildirir:

Sən şiddətlə arzu etsən belə, insanların çoxu iman edəcək deyil. (Yusif surəsi, 103)

Maidə surəsində isə "murdar" olanların çox olacağı bildirilmiş, ağıl sahibi insanlara isə bunlardan çəkinmələri belə əmr edilmişdir.

De ki: "Murdar ilə təmiz -murdarın çoxluğu xoşuna gəlsə də- bir olmaz. Ey təmiz ağıl sahibləri, Allahdan qorxub çəkinin. Bəlkə, qurtulasınız. (Maidə surəsi, 100)

Bu səbəbdən əksər insanların nə etdiyi, nəyə inandığı, nəyi müdafiə etdiyi bir insan üçün heç bir zaman etibarlı bir qaynaq və ölçü ola bilməz. İnsanlar "sürü psixologiyası" ilə əksəriyyətin etdiyini etməyə meyllidirlər. Ancaq Allahın Quranda bildirdiyi bu sirrə uyan möminlər əksəriyyətə deyil, yalnız Allahın əmrlərinə və dininə uyarlar. Tək başlarına qalsalar da inanclarından və yollarından əsla şübhəyə düşməzlər.

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243925/coxluga-uymaq-insani-dogru-yoldanhttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243925/coxluga-uymaq-insani-dogru-yoldanhttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11465COGUNLUGA_UYMAK_INSANI_DOGRU_YOLDAN_SAPTIRIR.jpgFri, 10 Mar 2017 01:05:45 +0200
Nemətin verilməsindəki və alınmasındakı sirlərİnsanlara nemətlər verilməsinin, ya da bu nemətlərin onlardan geri alınmasının bir səbəbini Allah Quran ayələrində belə bildirir:

Səbəbi budur: Bir qövm (cəmiyyət), özündə olanı dəyişdirənə qədər Allah ona nemət olaraq bağışladığını dəyişdirən deyil. Allah, şübhəsiz, eşidəndir, biləndir. (Ənfal surəsi, 53)

Onu (insanı) öndən və arxadan izləyənlər vardır, onu Allahın əmriylə güdüb-qorumaqdadırlar. Həqiqətən, Allah öz nəfs (öz)lərində olanı dəyişdirənə qədər, bir birlikdə olanı dəyişdirməz. Allah bir birliyə pislik istəsə, artıq onu geri çevirməyə heç bir (şəkildə imkan) yoxdur; onlar üçün Ondan başqa bir vəli yoxdur. (Rəd surəsi, 11)

Bu ayələrdə bildirilənlər, insanların çox vaxt xəbərsiz olduğu və ya gözardı etdiyi çox əhəmiyyətli sirlərdir. Allah insanlara gözəl əxlaqları qarşılığında müxtəlif nemətlərini artırarkən, pis əxlaq göstərən insanlara verilən nemətləri isə qısacağını, insanların rəftarlarındakı və səmimiyyətlərindəki dəyişikliklərə görə üzərlərindəki nemətlərdə də dəyişiklik olacağını bildirir.

Bu sirri bilən möminlər, hər qarşılaşdıqları hadisədə Allahın yaratdığı hikmətləri araşdırdıqları kimi, bu mövzuya da diqqət yetirərlər. Əsla özlərini kafi görməz, daim Quran əxlaqını daha çox yaşamağa, əskiklərini, qüsurlarını düzəltməyə cəhd göstərərlər. Heç bir zaman sabit, olduqları halı qəbul edən, özlərini kafi görüb gözəl əxlaqlarından vaz keçən bir anlayış mənimsəməzlər.

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243924/nemətin-verilməsindəki-və-alinmasindaki-sirlərhttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243924/nemətin-verilməsindəki-və-alinmasindaki-sirlərhttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11466NIMETIN_VERILMESINDEKI_VE_ALINMASINDAKI_SIRLAR.jpgFri, 10 Mar 2017 01:03:46 +0200
Elçiyə itaət Allaha itaətdirMöminlərə Quranda bildirilən ən əhəmiyyətli ibadətlərdən biri də Allahın elçilərinə itaətdir. Allah elçilərini onlara itaət edilmələri üçün göndərdiyini bildirmişdir və hər dövrdə iman edənlər elçiyə itaət etməklə sınanmışlar. Elçilər Allahın sözünü, əmrlərini insanlara çatdıran, insanları Allahın ayələri və axirət günü ilə xəbərdar edib qorxudan, Allahın insanlar arasından seçərək digərlərinə görə üstün etdiyi, insanlara təqvaları, rəftarları və əxlaqları ilə ən gözəl nümunə olan, səmimi, Allahın dostu və yaxını olan mübarək insanlardır. Elçilərə itaət Allahın ayəsində də bildirdiyi kimi əslində Allaha olan itaətin bir göstəricisidir.

Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik. (Nisa surəsi, 80)

Elçiyə itaətsizlik isə, o insanın Allaha və dinə qarşı olduğunu, müsəlman olduğunu söyləməsinə baxmayaraq inancında səmimi olmadığını göstərər. Bu Allahın Quranda bildirdiyi əhəmiyyətli sirlərdən biridir. Allah bir ayəsində elçiyə itaət edənlərlə etməyənlərin vəziyyətlərini belə bildirmişdir:

Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha və elçisinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)! Kimsə Allaha və elçisinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir. (Nisa surəsi, 13-14)

Allah Quranda elçiyə olan itaət ilə əlaqədar bir çox xüsusiyyətlər bildirmişdir və bu incəliklər ilə həqiqi itaət və təslimiyyət ruhunun necə olması lazım olduğunu, hansı itaətin Allah Qatında qəbul olacağını insanlara göstərmişdir. Bu ayələrdən də göründüyü kimi, bir insanın dinin bütün hökmlərinə uyur, din üçün çox xidmət edir kimi görünməsi kifayət deyil. Əgər bu insan elçiyə itaət mövzusunda Allahın bildirdiyi əxlaq və tutuma uyğun gəlmir, elçiyə itaətdə Qurana görə qüsur işləyirsə, Allah onun bütün etdiklərini etibarsız edə bilər. Bu mövzuyla əlaqədar ayələrdən bəziləri belədir:

Elçiyə tam bir təslimiyyətlə təslim olmadıqca iman etmiş olmazlar

Allah Nisa surəsində insanlara çox əhəmiyyətli bir sirri bildirir. Bu ayə belədir:

Amma, xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar. (Nisa surəsi, 65)

Bu ayə, bizə peyğəmbərə olan itaətin necə olması lazım olduğu mövzusunda əhəmiyyətli bir sirr verir. İnsanların bir çoxu itaət anlayışını tanıyar və bilər. Ancaq elçiyə itaət, insanın bildiyi bütün itaət şəkillərindən fərqlidir. Allahın bu ayəsində də bildirdiyi kimi, bir mömin elçiyə, könüldən, içində heç bir şübhə və ya tərəddüd olmadan itaət etməlidir. Əgər bir insan elçinin söylədiklərinə qarşı içində bir şübhə edirsə, öz ağlını daha çox bəyənib, öz fikrinin daha doğru və yaxşı olduğunu zənn edirsə, bu o insanın Allahın ayəsində bildirdiyi kimi iman etmədiyini göstərər.

Həqiqi imanda və təslimiyyətdə, möminlər elçinin hər söylədiyinin özləri üçün ən xeyirlisi və ən gözəli olduğunu bilərlər. Deyilənlər mənfəətləri ilə zidd düşsə belə bunları böyük bir şövq və istəklə qəbul edərək tətbiq edərlər. Bu əxlaq həqiqi imanın bir göstəricisidir və Allah bu şəkildə təslimiyyətlə itaət edənlərin qurtuluşa çatacaqlarını müjdələyir. Allahın bu müjdəni verdiyi ayələrdən bəziləri belədir:

Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. (Nisa surəsi, 69)

Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər - məhz belələri uğura çatanlardır (əbədi səadətə - Cənnətə qovuşanlardır). (Nur surəsi, 52)

De: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər üz çevirsəniz, bilin ki, o ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğat aparmaqdır. (Nur surəsi, 54)

Allahın yuxarıdakı ayədə də bildirdiyi kimi, elçiyə itaət edənlər hidayət tapacaqlar. Tarix boyunca bütün insanlar Allahın elçilərinə uyub uymadıqları ilə sınanmışlar. Allah elçilərini həmişə insanların arasından seçmişdir. Bəzi dayaz fikirli və ağılsız kəslər isə öz aralarından çıxan və ya mal tərəfindən digərlərinə görə çox zəngin olmayan bir insana itaət etməyi qavraya bilməmişlər. Halbuki Allah elçilərini seçmiş, Öz Qatından hər istiqamətiylə gücləndirmiş, onlara elm və qüvvət vermişdir. Bu insanların qavraya bilmədikləri mühüm həqiqət isə, seçkinin Allaha aid olduğudur. Səmimi bir mömin, Allahın seçdiyi insana könüldən itaət edər, ona könüldən bağlanar və hörmət edər. Elçinin sözünə hər uyduğunda isə, əslində Allaha uyaraq itaət etdiyini bilər. Allaha və dinə təslim olanlar, Allahın elçisinə də tam bir təslimiyyətlə təslim olarlar. Allah Özünə təslim olanlar üçün ayədə belə bildirir:

Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 112)

 

 

Səsini peyğəmbərin səsindən artıq qaldıranların əməlləri boşa gedər

Allah Quranda belə buyurur:

Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar.

Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizə müraciət etdiyiniz kimi ona da uca səslə müraciət etməyin. Yoxsa, özünüz də hiss etmədən əməlləriniz hədər gedər. Həqiqətən, Allahın Elçisi yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir. (Hucurat surəsi, 2-3)

Allahın elçisi, hər vaxt möminləri haqq yola, ən doğru və ən gözəl olana çağırar. Elçilərin bu çağırışları əlbəttə ki, ətraflarındakı insanların nəfsləri ilə bəzən zidd düşər, ancaq mömin olanlar və elçiyə itaət edənlər, ən çətin şərtlərdə belə nəfslərinə deyil, Allahın elçisinin və Quranın sözünə uyar. İmanı zəif və ya nəfsinə hakim ola bilməyən insanlar isə, elçinin haqqa olan çağırışı qarşısında itaətsiz və ya zəif davranışlar göstərə bilərlər. Ayədə də bildirildiyi kimi, səs tonları, danışma üslubları, seçdikləri sözlər, onların ürəklərindəki xəstəliyi, itaətdəki zəifliklərini ortaya çıxardacaq şəkildə ola bilər. Hörmətsizcə, peyğəmbərin söylədiyinə müxalif çıxaraq, səslərini yüksəltmə ağılsızlığını göstərə bilərlər. Məhz Allah bu insanların əməllərinin boşa gedəcəyini bildirir. Bu insan daha əvvəl də danışdığımız kimi, gecə-gündüz din əxlaqının yayılması üçün çalışsa da, itaətsizliyi səbəbiylə Allah onun bu işlərinin boşa gedəcəyini bildirmişdir.

Bu, Quranda bir çox ayə ilə bildirilən çox əhəmiyyətli bir sirdir. Allah insanlara xeyirli əməllər görmələrini, İslamın mənfəəti üçün qərarlı bir şövq və xidmət göstərmələri, gözəl əxlaq göstərmələrini, fədakar, səbirli, tolerant, doğru sözlü, sadiq insanlar olmalarını əmr etmişdir. Şübhəsiz, bunların hamısı insana axirəti üçün fayda verəcək çox əhəmiyyətli ibadətlərdir. Ancaq yuxarıda ifadə etdiyimiz Hucurat surəsindəki ayədə göründüyü kimi, insanın bütün əməlləri Allahın elçisinə qarşı göstərdiyi hörmətsiz hərəkətlə boşa çıxa bilir. Şübhəsiz, bu da, Allahın elçilərinə göstərilən itaət və hörmətin nə qədər əhəmiyyətli olduğunu bir də xatırladır.

 

Allah, elçiyə itaət etməyənlərin güclərini alar

Allahın Quranda xəbərini bildirdiyi Talut və ordusu ilə əlaqədar hadisə, Allahın elçisinə itaətin əhəmiyyətini göstərən xatırlatmalardan bir başqasıdır. Quranda bildirildiyinə görə, Allahın elçisi olan Talut, ordusu ilə birlikdə düşmən ordusuna doğru gedərkən, ordusundakıları xəbərdar etmiş və irəlidə qarşılaşacaqları çaydan su içməmələrini söyləmişdir. Mövzu ilə əlaqədar ayə belədir.

Talut qoşunla birlikdə döyüşə yola düşdükdə əsgərlərinə dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla hamısı ondan su içdilər. Talut onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra bəziləri dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir. (Bəqərə surəsi, 249)

Ayədədə göründüyü kimi, Talutun əmrinə uymayanlar gücsüz qalmışlar. Taluta uyanlar isə güc qazanmışlar və Allahın icazəsiylə sayları çox az qalmasına baxmayaraq qalib gəlmişlər. Bunlar Allahın Quranda bildirdiyi sirlərdir. İnsanların sandığı kimi güc, zəfər və üstünlük, maddi imkanlarda, sayca üstünlükdə, mövqe-məqamda ya da fiziki xüsusiyyətlərdə deyil. Kim Allahın sərhədlərinə uysa, Allaha və elçisinə itaət etsə, Allah o insanı bütün insanların üzərində güclü edər, o insanı ağıl, sağlamlıq, gözəllik, ruzi, zənginlik kimi saysız nemətlə mükafatlandırar. Onlar üçün axirətdə isə daha gözəl və ehtişamlı sonsuz bir həyat hazırlanmışdır.

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243921/elciyə-itaət-allaha-itaətdirhttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243921/elciyə-itaət-allaha-itaətdirhttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11467ELCIYE_ITAAT_ALLAH_A_ITAATTIR.jpgFri, 10 Mar 2017 00:58:53 +0200
Az sayda mömin, çox sayda inkarçıya üstün gələ bilər

İman edənlər üçün Allahın yaratdığı möcüzələrdən biri də, iman edənlərin az sayda olmalarına baxmayaraq, Allahın icazəsiylə daim üstün gəlmələridir. Bu, Allahın bir çox ayəsiylə bildirdiyi əhəmiyyətli bir sirdir və inkar edənlərin aldanmasına səbəb olan bir xüsusiyyətdir. Əvvəlki səhifələrdə Talut hekayəsində də göründüyü kimi, Allah iman edənləri itaətlərindən ötəri, az sayda olmalarına baxmayaraq üstün mövqeyə gətirmiş onlara zəfər vermişdir. Allahın Talut hekayəsinin sonunda xatırlatdığı ayə belədir:

Nə qədər kiçik birlik, daha çox olan bir birliyə Allahın icazəsiylə qalib gəlmişdir; Allah səbr edənlərlə bərabərdir". (Bəqərə surəsi, 249)

 

Səbir etmək möminlərə böyük bir güc qazandırar

Bu kitabda da tez-tez üzərində dayanıldığı kimi, Allahın Quranda bildirdiyi bir çox ayədə sirlər gizlidir. Bunlardan biri də səbirlə əlaqədardır. Allah səbir edənlərin güclərinin artacağını müjdələyir. Unutmaq olmaz ki, dünyadakı gücün və imkanların hamısı Allaha aiddir. Allaha qarşı olan bir insanın gücü də əslində Allahın gücüdür. Allah o insanı və digərlərini sınamaq üçün o insanda güc yaradar, dilədiyində də o gücü alar. Bu səbəblə, Allah dilədiyinə dilədiyi zaman güc və zəfər verər. Allah ayəsində səbir edənlərin güclü olacağını, yəni o insanlara güc qazandıracağını bildirir. Bununla əlaqədar ayələrdən biri belədir:

Əlbəttə, siz səbir etsəniz, Allahdan qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər. (Ali İmran surəsi, 125)

Yuxarıdakı ayədə də bildirildiyi kimi, Allah insanları diləsə görülməz və sezilməz yollarla dəstəkləyərək zəfərə çatdıra bilər. Məsələn, bir insan Allahın dinini müdafiə edərkən, Allah onu görülməz yollarla dəstəkləyib, ən gözəl və ən hikmətli şəkildə danışdıra bilər, insanların ürəyində o insanın danışmasına qarşı bir təsir və həssaslıq yarada bilər. Nəticədə heç bir müvəffəqiyyət, zəfər və ya təsir, bir insana aid ola bilməz. İnsana düşən, Allahın əmrlərinə uyğun gəlmək, Onun sərhədlərini qorumaqdır. Bütün zəfərlərin, müvəffəqiyyətlərin və ürəklərdəki təsirin sahibi Allahdır. Allah başqa bir ayəsində isə, möminlərə, əslində çox əhəmiyyətli bir gücə sahib olmanın yollarını bildirir:

Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır! 

(Ey möminlər!) İndi Allah (yükünüzü) yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbir edənlərlədir! (Ənfal surəsi, 65-66)

Allahın bu ayələrində də bildirildiyi kimi, əgər möminlər öz içlərində bir zəiflik daşımazlarsa, səbir və təqvada güclü olsalar bir möminin gücü, 10 adama əvəz ola bilər. Bu güc fiziki güc olaraq düşünüləcəyi kimi, daha bir çox mənada da düşünülə bilər. Məsələn, bir möminin insanlara din əxlaqını izah etmə, onları Allahın yoluna çağırma mövzusundakı səyi, on adamın izah etməsinə əvəz ola bilər. Bir möminin elmi, on adamın elminə əvəz ola bilər. Bir möminin Allahın məmnuniyyətini qazanmaq üçün edəcəyi bir xeyir işi, on adamın bir yerə gəlib edəcəyi bir işə əvəz ola bilər. Bir mömin, on kafirin azdırdığı qədər insanı Allahın doğru yoluna çağırıb, islah olmalarına vəsilə ola bilər. Bir mömin, on inkarçının izah etdiyi inkarı pozub yerinə haqqı gətirə bilər.

Allahın Quranda bildirdiyi bu sirr çox əhəmiyyətlidir. Çünki hər müsəlman, Allahın icazəsiylə, əgər təqvada və gözəl əxlaqda üstünlük yarışında olsa, ədədləri nə qədər az olursa olsun fərq etməz, Allah onları hər girişdikləri işdə üstün vəziyyətə gətirəcək. Məsələn, qarşılarında inkar edən bir dünya dolu insan, universitetlər dolu professor olsa və bunlar yenə şəhərlər, qitələr dolusu insanı inkara sürüsə də, Allah çox az sayda müsəlmanı, bütün bu insanlara haqqı və həqiqəti göstərəcək qədər güclü, qabiliyyətli, ağıllı edər, küfrün işlərini çətinləşdirərkən, onların işlərini asanlaşdırıb tezləşdirər. Bu sirri bilən möminlər, "mənim səyimdən və ya mənim kiçik bir əlavəmdən nə olar ki" deməməli, yalnız Allahın məmnuniyyəti üçün səmimi olaraq etdikləri hər əməlin təsirinin çox-çox olacağından əmin olmalıdırlar. Bəlkə, Allahın varlığını izah edən səmimi bir yazı, Allaha çağıran bir söz ya da gözəl əxlaqlı bir rəftar bir çox insanın qurtuluşuna və Allahı sevib Ondan qorxub çəkinmələrinə vəsilə ola bilər. Heç unutmamaq lazımdır ki, dünya həyatında etibarlı olan qaydalar və səbəblər yalnız Allahın Quranda bildirdikləridir. Yalnız Qurana görə düşünən hər insan, Allahın yaratmaısındakı bu sirləri qavrayaraq, Allahın icazəsiylə, bütün insanlardan çox bir gücə və ağıla sahib ola bilər. Allah, həqiqətən, iman edənləri zəiflik göstərmədikləri müddətcə üstün gələcəklərini bir ayəsində belə müjdələyir:

Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki əgər möminsinizsə, ən üstün olan sizlərsiniz. (Ali İmran surəsi, 139)

Ayələrdə göründüyü kimi, Allah üstünlük və zəfər təmin etmək və dünyada və axirətdə qazancda olmaq üçün yalnız səmimi imanı şərt qoymuşdur. Allahın bunun üçün bildirdiyi sirlərdən biri də Allaha şərik qoşmadan iman etməkdir.

]]>
http://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243917/az-sayda-momin-cox-saydahttp://adnanoktar.az/az/Quranin-bəzi-sirləri/243917/az-sayda-momin-cox-saydahttp://imgaws1.fmanager.net/Image/objects/36-Kuran-in-bazi-sirlari/11468AZ_SAYIDA_MUMIN,_COK_SAYIDA_INKARCIYA_USTUN_GELEBILIR.jpgFri, 10 Mar 2017 00:56:04 +0200