ADNANOKTAR.AZhttp://adnanoktar.azadnanoktar.az - Rəsullarımız deyir ki - Ən son əlavələrazCopyright (C) 1994 adnanoktar.az 1ADNANOKTAR.AZhttp://adnanoktar.azhttp://harunyahya.com/assets/images/hy_muhur.png11666HZ. MƏHƏMMƏD (SƏV) "Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!" ("Əhzab" surəsi, 40)

Allahın yuxarıdakı ayəsində bildirdiyi kimi, Hz. Məhəmməd (s.ə.v.) sonuncu peyğəmbərdir. Qurandakı "de, de ki" ilə başlayan ayələrlə Allah Peyğəmbərinə (s.ə.v.) söylənməsi lazım olan sözləri bildirmiş, Hz. Məhəmməd (s.ə.v.) bu ayələrlə təbliğ etmişdir.

Hz. Məhəmməd (s.ə.v.) Allahdan qorxan və bağışlanmağı istəyən qulların ona uymasının vacibliyini belə təbliğ etmişdir:

"De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!"" ("Ali-İmran" surəsi, 31)

Hz. Məhəmmədin (s.ə.v.) bu çağırışı bu gün yaşayan bütün insanlara da aiddir. Allah dinini təbliğ etmələri üçün göndərdiyi elçilərinə tam itaəti əmr etmiş, bir çox ayədə elçiyə itaətin əslində Allaha itaət olduğunu bildirmişdir. Bu səbəbdən peyğəmbərə itaət dinin ən mühüm və həyati məsələlərindən biridir. Və bu itaətin göstərilməsi də əlbəttə, peyğəmbərin təbliğ etdiyi məsələləri tam bir təslimiyyətlə tətbiq etməklə olur.

Hz. Məhəmməd bütün peyğəmbərlər kimi heç bir əvəz istəmədiyini bildirmişdir

Hz. Məhəmməd (s.ə.v.) digər peyğəmbərlər kimi qövmünə öncə etdiyi təbliğin əvəzində heç bir ücrət istəmədiyini, hər əməlini Allah rizası üçün etdiyini və əvəzini Allahdan gözlədiyini bildirmişdir. Allahın Hz. Məhəmmədə (s.ə.v.) insanlardan heç bir əvəz gözləmədiyini söyləməsini əmr etdiyi ayələrdən bəziləri bu şəkildədir:

"Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: "Mən bunun müqabilində sizdən bir əvəz istəmirəm. Bu aləmlər üçün yalnız bir öyüd-nəsihətdir"" ("Ənam" surəsi, 90)

"De: "Mən sizdən heç bir muzd istəmirəm, o sizin olsun. Mənim mükafatım ancaq Allaha aiddir. O, hər şeyə şahiddir!"" ("Səba" surəsi, 47)

Başqa bir ayədə isə qövmünə heç bir mənfəət gözləmədiyini bildirən Hz. Məhəmməd (s.ə.v.) onlara əsl məqsədini belə bildirmişdir:

"De: "Mən sizdən buna görə heç bir muzd (əvəz) istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm. Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. Onlara de: "Ayələr ancaq Allahın yanındadır. Siz nədən bilirsiniz ki, onlara ayə gəldikdə yenə də iman gətirməyəcəklər?"" ("Furqan" surəsi, 57)

Allaha iman etmək üçün möcüzələr görmək istəyənlərin möcüzə görsələr də iman etməyəcəklərini açıqlamışdır

Allahın varlığının dəlliləri açıq-aydın olduğu halda inkarçılar iman gətirməmək üçün bəhanələr axtarır və Allahın onlara möcüzələr göndərməsini istəyir. Hz. Məhəmmədin (s.ə.v.) qövmü də ona tabe olmamaq üçün onlara bir dəlil göstərməsini istəmişdilər. Ancaq bu insanların Allahdan möcüzələr istəməsinin səbəbi onları gördükləri zaman iman etmək və imanlarını sağlamlaşdırmaq deyil. Söylədikləri sadəcə olaraq ona təslim olmamaq üçün irəli sürdükləri bir bəhanədir. Allah Hz. Məhəmmədə (s.ə.v.) bu insanlara belə söyləməsini əmr etmişdir:

"Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. De: "Ayələr ancaq Allahın yanındadır. Siz nədən bilirsiniz ki, onlara ayə gəldikdə yenə də iman gətirməyəcəklər?"" ("Ənam" surəsi, 109)

Hər insanın Allah dərgahında müəyyən olan bir ölüm vaxtı var. O an yetişəndə Allahın mələkləri insanın canını almağa gəlirlər. Əgər imanlı bir insanın ölümüdürsə, mələklər ona salam verib onu cənnətlə müjdələyir, canını asanlıqla alırlar. İnkarçıların canı isə üzlərinə və arxalarına vurularaq alınır. Mələklər onlara təhqiramiz bir əzaba məruz qalacaqlarını bildirirlər. İman etməyən insanlar gördükləri açıq-aydın həqiqətə o an təslim olurlar. Ancaq bu andan sonra insanın iman etməsi ona bir fayda verməz, çünki artıq ona verilən vaxt sona çatmışdır. Allah bu həqiqəti iman etməmək üçün bəhanə axtaran insanlara bildirmiş və Hz. Məhəmmədə (s.ə.v.) insanlara belə deməsini əmr etmişdir:

"Özlərinə yalnız mələklərin, yoxsa Rəbbinin, yaxud da Rəbbinin bəzi qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi qiyamət əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış şəxsə imanı heç bir fayda verməz. De: "Gözləyin, doğrusu, biz də gözləyirik!"" ("Ənam" surəsi, 158)

Hz. Məhəmməd (s.ə.v.) qövmünə özünün yalnız bir insan olduğunu xatırlatmışdır

Allahdan qorxmayan insanlar sahib olduqları qürura görə vicdanları qəbul etsə belə bir insana tabe olmaq, onun özlərindən üstün olduğunu qəbul etmək istəməzlər. Daha əvvəlki peyğəmbərlərin qövmlərində də gördüyümüz kimi, bu tip insanlar peyğəmbərlərin qeyri-insani xüsusiyyət daşımasının vacibliyini iddia edirlər. Hz. Məhəmmədin (s.ə.v.) qövmü də ona tabe olmamaq üçün bunlar kimi bir çox bəhanələri ortaya atmış, onun bazarlarda gəzən normal bir insan olduğunu söyləyərək peyğəmbər olmadığını iddia etmişdilər.

Hz. Məhəmməd (s.ə.v.) də belə yanlış fikirləri olan qövmünə özünün yalnız bir insan olduğunu və nicat tapmaq istəyənin ancaq Allaha yönəlməsinin vacibliyini təbliğ etmişdir:

"De: "Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız bir olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!"" ("Kəhf" surəsi, 110)
"De: "Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!" De: "Mənimlə sizin aranızda təkcə Allahın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!"" ("İsra" surəsi, 95-96)

Yenə qövmünün bu fikirlərinin müqabilində Hz. Məhəmməd (s.ə.v.) onlara yalnız bir xəbərdaredici olduğunu, sadəcə olaraq Allahın əmrlərini yerinə yetirdiyini, ona tabe olanların isə hidayət tapacağını bildirmişdi:

"De: "Allaha itaət edin, Peyğəmbərə itaət edin. Əgər üz döndərsəniz, bilin ki onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər Ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız açıq-aşkar təbliğ etməkdir" ("Nur" surəsi, 54)

"Mənə ancaq bu şəhərin Rəbbinə ibadət etmək əmr olunmuşdur. Elə bir şəhər ki, onu müqəddəs tutmuşdur. Hər şey yalnız Onundur. Mənə müsəlman olmaq əmr edilmişdir! Və mənə Quran oxumaq buyurulmuşdur!" Hər kəs doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. Hər kəs doğru yoldan çıxsa, de: "Mən yalnız qorxudan peyğəmbərlərdənəm!" Və de: "Həmd olsun Allaha! O Öz ayələrini sizə göstərəcək, siz də onları görüb tanıyacaqsınız. Rəbbin etdiyiniz əməllərdən əsla xəbərsiz deyildir!"" ("Nəml" surəsi, 91-93)

Hz. Məhəmməd (s.ə.v.) qövmünə özünün Allaha təslim olduğunu bildirmişdir

Hər inkarçı qövm kimi Hz. Məhəmmədin (s.ə.v.) qövmü də onunla Allah barədə mübahisə etmişdi. Hz. Məhəmməd (s.ə.v.) bu cür çirkin bir davranış göstərən qövmünə özünün Allaha təslim olduğunu təbliğ etmişdir:

"Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki, O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!" ("Bəqərə" surəsi, 139)

"Əgər onlar səninlə mübahisə edərlərsə, belə de: "Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm". Kitab verilmiş şəxslərə və savadsızlara de: "Siz də təslim oldunuzmu?" Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar, yox, əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!" ("Ali-İmran" surəsi, 20)

Hz. Məhəmməd (s.ə.v.) qövmünə yalnız Allaha iman gətirdiyini və Ona heç kimi şərik qoşmayacağını söyləmişdir

Hz. Məhəmməd (s.ə.v.) qövmünə Allahın tək Tanrı olduğunun dəlillərini izah etmiş və onları iman gətirməyə dəvət etmiş, əks təqdirdə əzabla qarşılaşacaqlarını xəbər vermişdir. Bu barədə ayələrdən bəziləri belədir:

"De: "Bu mənim yolumdur. Mən və mənə tabe olan açıq-aşkar bir dəlillə Allaha çağırırıq. Allah pak və müqəddəsdir. Mən isə müşriklərdən deyiləm!"" ("Yusif" surəsi, 108)
"De: "Mən ancaq öz Rəbbimə ibadət edirəm və heç kəsi Ona şərik qoşmuram!" De: "Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!" De: "Məni Allahdan heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm! Allah dərgahından olanı və Onun göndərdiklərini təbliğ etməkdən başqa heç bir şey gəlməz. Allaha və Onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!"" ("Cin" surəsi, 20-23)
"De: "Mənə dini məhz Allaha məxsus edərək yalnız Ona ibadət etmək əmr olunmuşdur! Mənə ilk müsəlman olmaq buyurulmuşdur!" De: "Əgər Rəbbimə asi olsam, doğrusu, müdhiş günün əzabından qorxuram!" De: "Mən Allaha dinimi yalnız Ona məxsus edərək tapınıram! Siz də Ondan başqa istədiyinizə ibadət edin!" De: "Əsl ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!"" ("Zumər" surəsi, 11-15)

"Yaxud öncə yaradan sonra onu yenidən dirildən, sizə göydən, yerdən ruzi verən kimsə?! Məgər Allahla yanaşı başqa tanrımı var?" De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!"" ("Nəml" surəsi, 64)

Hz. Məhəmməd (s.ə.v.) inkarçılara uymayacağını bildirmişdir

Hz. Məhəmməd (s.ə.v.) onu doğru yoldan döndərməyə çalışan, ona iftiralar ataraq öldürməklə və yurdundan qovmaqla hədələyən qövmünə onların istəyinə uymayacağını belə təbliğ etmişdir:

"De: "Sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir". De: "Mən sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə ola biləcəyi təqdirdə mən azar və doğru yola yönəlmişlərdən olmaram!" De: "Mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz məndə deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O ayırd edənlərin ən yaxşısıdır!"" ("Ənam" surəsi, 56-57)

Hz. Məhəmməd (s.ə.v.) qövmünə Allaha şərik qoşduqları şeylərin heç bir gücə malik olmadığını bildirmişdir

Qövmünə Allahın yeganə Tanrı olduğunu xatırladan Hz. Məhəmməd (s.ə.v.) eyni zamanda qövmünün Allaha şərik qoşduqlarının heç bir şeyi yarada bilməyəcəyini, kimsəyə zərər yaxud fayda verməyə güclərinin çatmayacağını da müxtəlif şəkillərdə təbliğ etmişdir. Bu barədə olan ayələrdən bəziləri belədir:

"De: "Allahdan başqa tanrı güman etdiklərinizi çağırın. Onlar sizi nə möhnətdən qorumağa, nə də onu dəyişməyə qadir deyillər!"" ("İsra" surəsi, 56)

"De: "Mənə bir xəbər verin görüm, sizin Allahdan başqa ibadət etdikləriniz yer üzündə nə yaratmışlar?! Yoxsa onların göylərdə bir şərikliyi var?! Əgər doğru deyirsinizsə, mənə bundan əvvəl bir kitab, yaxud elmdən qalan bir şey gətirin!" ("Əhqaf" surəsi, 4)
"De: "Allahdan başqa tanrı zənn etdiklərinizi çağırın". Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda bir şərikliyi var, nə də onlardan bir köməkçisi var!" ("Səba" surəsi, 22)

"De: "Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr. Yenilməz qüvvət, hikmət sahibi ancaq O Allahdır!"" ("Səba" surəsi, 27)

"De: "Mənə bir göstərin görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərdə bir şərikliyi var? Yaxud onlara bir kitab vermişik və oradakı bir dəlilə istinad edirlər?! Xeyr, o zalimlər bir-birinə ancaq yalan vəd verirlər" ("Fatir" surəsi, 40)

Hz. Məhəmməd (s.ə.v.) Allahın yazdığı taleyə təvəkkül etməyi xatırlatmışdır

Allah hər şeyi bir tale üzərində yaratmışdır. İnsan bütün həyatı boyunca Allahın müəyyən etdiyi bu taleyi yaşayır. Hz. Məhəmməd (s.ə.v.) qövmünə Allahın onlar üçün yazdığından kənar heç bir şeylə qarşılaşmayacağını, bu səbəblə hər an yaşadıqları hadisələrdə Allaha təvəkkül edərək əcir (cavab) qazanmalarını söyləmişdir:

"De: "Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!"" ("Tövbə" surəsi, 51)

Hz. Məhəmməd (s.ə.v.) qeybin bilgisinin ancaq Allah dərgahında olduğunu bildirmişdir

Quranda "qeyb" kəlməsi insan ağlının və elminin dərk etmədiyi, gözə görünməyən hər şeyi ifadə edir. Quranda Allahın varlıqlarından xəbər verdiyi, amma mahiyyətini həqiqi mənada bilmədiyimiz yerlər, varlıqlar, keçmişə aid məlumat və xəbərlər qeyb anlayışına daxildir. Qeyb aləmi haqqında ancaq Allah bilir və Allah ancaq istədiyi insana bu barədə məlumatı verəcəyini bildirmişdir. Hz. Məhəmməd (s.ə.v.) qeybi yalnız Allahın bildiyini bu şəkildə təbliğ etmişdir:

"De: "Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybini bilmək ancaq Ona məxsusdur. O, hər şeyi necə gözəl görür, necə də yaxşı eşidir! Onların Allahdan başqa heç bir hamisi yoxdur. O, heç kəsi Öz hökmünə şərik etməz!"" ("Kəhf" surəsi, 26)

"De: "Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!" ("Nəml" surəsi, 65)

"De: "Rəbbim haqqı nazil edər. O, qeybi ən yaxşı biləndir!"" ("Səba" surəsi, 48)

Hz. Məhəmməd (s.ə.v.) qövmünə Allahın sonsuz gücünü təbliğ etmişdir

İnsanın yer üzündə yaşaya bilməsi üçün lazım olan hər şərti yaradan Allahdır. Yerin Günəş sistemindəki yeri, həyat üçün lazımlı mühiti təmin edən atmosfer, Yer kürəsinin böyük bir hissəsini əhatə edən və həyat üçün zəruri olan su, Yerin hərəkəti ilə hər səhər günəşin doğması, hər axşam təkrar batması və bunlar kimi bir çox hadisə Allahın izni ilə baş verir.

Hz. Məhəmməd (s.ə.v.) qövmünə Allahdan qorxmaları üçün Onun üstün qüdrətini xatırlatmışdır:

"De: "Bir deyin görək, əgər Allah gecəni qiyamətə qədər üstünüzə uzatsaydı, Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilərdi?! Məgər eşitmirsinizmi?" De: "Bir deyin görək, əgər Allah gündüzü qiyamətə qədər üstünüzə uzatsaydı, Allahdan başqa hansı tanrı istirahət etdiyiniz gecəni sizə gətirə bilərdi?! Məgər görmürsünüzmü?"" ("Qəsəs" surəsi, 71-72)

Hz. Məhəmməd (s.ə.v.) axirətə inanmayanlara Allahın dünyadakı yaradılış dəlillərinə baxaraq öyüd almalarının vacibliyini bildirmişdir. Bu qüsursuz yaradılış dəlillərini görən insanların mühüm bir həqiqəti də dərk etməsi lazım gəlir. Bütün bunları yaratmağa qadir olan Allah əlbəttə ki, axirətdə bunların oxşarlarını da yaradacaqdır. Hz. Məhəmməd (s.ə.v.) bu mühüm həqiqəti qövmünə belə bildirmişdir:

"De: "Yer üzünü gəzib məxluqatı nə cür yaratdığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır" ("Ənkəbut" surəsi, 20)

Allahın hər cür qüsur və çatışmazlıqdan münəzzəh (xali) və hər şeyin Yaradıcısı olduğunu bildirmişdir.

İnsan çatışmazlıq və zəifliklərə sahib olan aciz bir varlıqdır. O, öz həyatını yalnız Allahın izni ilə davam etdirir. Halbuki hər şeyin Yaradıcısı olan Allah bütün nöqsanlardan uzaq, bütün qüsurlardan münəzzəhdir. O, heç bir şeyə ehtiyacı olmayandır. Hz. Məhəmməd (s.ə.v.) qövmünə bunu təbliğ etmişdir:

"De: "Mən göyləri və yeri yaradan, hamını bəsləyib Özü bəslənməyən Allahdan başqasını özümə Rəbbmi edərəm?!" De: "Mənə ilk müsəlman olmaq əmr edildi və müşriklərdən olma!" -deyə buyuruldu. De: "Əgər mən Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram"" ("Ənam" surəsi, 14-15)

Yenə Hz. Məhəmməd (s.ə.v.) qövmünə Allahın şərikinin, bənzərinin və tayının-bərabərinin olmadığını, Onun hər şeyin tək sahibi olduğunu belə bildirmişdir:

"De: "Göylərin və yerin Rəbbi kimdir?" De: "Allahdır!" De: "Belə olduqda, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərimi özünüzə dost edirsiniz?!" De: "Heç korla görən və ya zülmətlə nur eyni ola bilərmi?! Yoxsa onlar Allaha Onun yaratdığı kimi yaradan şəriklər qərar verdilər və onların nəzərincə bu yaratma bir-birinə bənzər göründü?!" De: "Allah hər şeyin xaliqidir. O, birdir, qəhr edəndir!"" ("Rəd" surəsi, 16)

Allah istəmədikdən sonra kimsənin kimsəyə bir fayda və ya zərər verməyə gücünün çatmadığını təbliğ etmişdir

Cahil cəmiyyətlərin mühüm xüsusiyyətlərindən biri bu insanların bir çoxunun Allaha iman etməsi, ancaq Onun böyüklüyünü və gücünü qiymətləndirə bilməməsidir. Hz. Məhəmməd (s.ə.v.) onlara "sizi kim yaratdı" deyə soruşanda "Allah" deyə cavab verən, ancaq Onu tanımayan qövmünə hər şeyin Allahın nəzarətində olduğunu və Allaha şərik qoşmalarının onlara heç bir fayda verməyəcəyini bildirmişdir:

"Həqiqətən, əgər onlardan: "Göyləri və yeri kim yaratmışdır?!" - deyə soruşsan, mütləq: "Allah!" - deyə cavab verəcəklər. De: "Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: "Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!" De: "Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!"" ("Zumər" surəsi, 38)
"De: "Əgər Allah sizə bir pislik, yaxud bir yaxşılıq diləsə, Allahın sizin haqqınızda görəcəyi bu işə kim mane ola bilər?! Onlar özləri üçün Allahdan başqa nə bir hami, nə də bir mədədkar tapa bilərlər" ("Əhzab" surəsi, 17)

Allahın böyüklüyünü və Onun hər şeyin sahibi olduğunu bildikləri halda necə qəflət içində olduqlarını soruşmuşdur

Hz. Məhəmməd (s.ə.v.) Allahın varlığını bildikləri halda Onun üstün qüdrətini düşünməyən, buna görə də Onun böyüklüyünü qiymətləndirə bilməyən qövmünə Allahın varlığını və böyüklüyünü qəbul etdirmişdir. Və bundan sonra onları öyüd almağa və qorxub çəkinməyə dəvət etmişdir:

"De: "Əgər bilirsinizsə, bu yer və yer üzündə olanlar kimindir?"  Onlar mütləq: "Allahındır!" - deyə cavab verəcəklər. Sən də de: "Bəs elə isə düşünmürsünüz?" De: "Yeddi göyün Rəbbi, o əzəmətli ərşin Rəbbi kimdir?" Mütləq: "Allahındır!" - deyə cavab verəcəklər. Onda sən də de: "Bəs elə isə qorxmursunuz?" De: "Əgər bilirsinizsə, hər şeyin hökmü əlində olan, himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?" Onlar mütləq: "Allahındır!" - deyə cavab verəcəklər. Sən də de: "Bəs elə isə nə cür döndərilirsiniz?"" ("Muminun" surəsi, 84-89)

Hz. Məhəmməd (s.ə.v.) Allahın tövbə edənlərin günahlarını bağışlayacağını müjdələmişdir

Allah mərhəmətlilərin ən mərhəmətlisidir. Allahın səmimi qulları bir xəta etdikləri zaman bədbinliyə qapılmazlar. Çünki insanlar xəta edərkən kədərlənməməli, dərhal Allaha yönələrək Ondan bağışlanma diləməlidirlər. Allah Hz. Məhəmmədə (s.ə.v.) bu barədə qövmünə belə söyləməsini əmr etmişdir:

"De: "Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!" ("Zumər" surəsi, 53)

Allahın yolunun yeganə doğru yol olduğunu bildirmişdir

İnsanın şərəfli və gözəl bir həyat yaşaya biləcəyi yeganə yol Allahın çağırdığı yoldur. Başqa varlıqların rizasını axtararaq Allaha şərik qoşanlar həm dünyadakı həyatında, həm də ölümdən sonrakı axirət həyatında böyük bir təhqirlə qarşılaşacaqlar. Buna görə də Hz. Məhəmməd (s.ə.v.) qövmünə dünya və axirət nicatını verən əsl yolun Allahın yolu olduğunu təbliğ etmişdir:

"De: "Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən bütlərəmi tapınacaq və Allah bizi düzgün yola yönəltdikdən sonra yer üzündə şaşqın dolaşarkən şeytanların azdırdığı adam kimi geriyəmi döndəriləcəyik? Halbuki dostları onu: "Bizə tərəf gəl!" - deyərək haqq yola çağırırdılar!. De: "Allahın hidayəti doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmişdir" ("Ənam" surəsi, 71)

Allahın gizlinlərin gizlisini bildiyini xəbər vermişdir

Bəzi insanlar gizli bir pislik edərkən bunu heç kimin görmədiyini düşünərək sevinirlər. Lakin Allah göylərdə və yerdə olan hər şeyi bilir. O, insanın hər an etdiyi hər şeyə şahiddir. İnsanlar dünyada etdikləri hər şeyin hesabını hər kəsin toplaşdığı din (qiyamət) günündə Allahın hüzuruna çıxaraq verəcəklər. Hz. Məhəmməd (s.ə.v.) bu mühüm həqiqətə diqqət etmiş, qövmünə Allahın hər şeyi bildiyini, bir şeyi gizləsələr də, açıqlasalar da Allahın bundan onsuz da xəbərdar olduğunu xatırlatmışdır. Bu barədə olan ayələrdən bəziləri belədir:

"De: "Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız, Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa bilir. Allah hər şeyə qadirdir!" ("Ali-İmran" surəsi, 29)
"De: "Mənimlə sizin aranızda təkcə Allahın şahid olması kifayət edir. Şübhəsiz ki, O, bəndələrindən xəbərdardır, görəndir!"" ("İsra" surəsi, 96)
"Əgər onlar üz döndərsələr, de: "Sizə olduğu kimi bildirdim. Sizə vəd olunan şeyin yaxınmı, uzaqmı olduğunu bilmirəm. Şübhəsiz ki, aşkar deyilən sözü də, sizin gizlətdiklərinizi də bilir!" ("Ənbiya" surəsi, 109-110)
"De: "Mənimlə sizin aranızda Allahın şahid olması kifayət edər. O, göylərdə və yerdə nə olduğunu bilir. Batilə inanıb Allahı inkar edənlər, şübhəsiz ki, ziyana uğrayanlardır!"" ("Ənkəbut" surəsi, 52)
"De: "Siz dininizi Allahamı öyrədirsiniz?" Halbuki Allah göylərdə və yerdə nə varsa, bilir. Allah hər şeyi biləndir!" ("Hucurat" surəsi, 16)

Allahdan başqa bir qoruyucunun olmadığını müxtəlif nümunələrlə açıqlamışdır

İnsanın tək dostu və qoruyucusu onu Yaradan Allahdır. Ancaq Allahdan qorxmayan insanlar bunu qəbul etmək istəmirlər. Onlar Allahın varlığına və üstün qüdrətinə əhəmiyyət verməməyə çalışırlar. Ancaq elə anlar vardır ki, insan Allahdan başqa heç bir varlığın ona əsla kömək etməyəcəyi həqiqətini çox yaxşı anlayır.

Hz. Məhəmməd (s.ə.v.) də insanlara bu həqiqəti xatırlatmışdır. Məsələn, insan bir sıxıntıya, bir zərərə uğradığı zaman onun Allahdan başqa çağıracağı heç bir köməkçi yoxdur. İnsan belə bir hadisə ilə qarşılaşarkən Allaha şərik qoşduğu varlıqların ona heç bir faydasının olmayacağını anlayır. O halda insanın hələ fürsət varkən ona xatırladılan bu həqiqət üzərində düşünməsi, Rəbbimizdən başqa heç bir kimsədən kömək görməyəcəyini unutmaması lazımdır. Bu barədə Hz. Məhəmməd (s.ə.v.) qövmünə bu xatırlatmanı etmişdir:

"De: "Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınızmı? Əgər doğru danışanlarsınızsa deyin görək!" Xeyr, yalnız Ona dua edib yalvaracaqsınız. O əgər istəsə, yalvardığınız bəlanı aradan qaldırar, siz də Ona şərik qoşduğunuz bütlərinizi unudarsınız" ("Ənam" surəsi, 40-41)

Müsəlmanlara qəlblərinə iman verdiyi üçün Allaha şükr etmələrini xatırlatmışdır

Allah yer üzündə iman edənlərin sayının həmişə az olacağını, ancaq bu azlığın əbədi olaraq cənnətə qovuşacağını bildirmişdir. Buna görə də iman bir insana həyatında verilən ən böyük lütflərdən (nemətlərdən) biridir. Ancaq Peyğəmbərimizin (s.ə.v.) dövründə bəzi insanlar iman etdikdən sonra sanki Hz. Məhəmmədə (s.ə.v.) bir yaxşılıq edibmişlər kimi ona minnət qoymağa başlamışlar. Son dərəcə yanlış olan bu məntiqi açıqlamaq üçün Hz. Məhəmməd (s.ə.v.) öz qövmünə belə xatırlatma etmişdir:

"Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: "Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər doğru deyirsinizsə, bilin ki sizi imana müvəffəq etməklə əslində Allah sizin boynunuza minnət qoymuş olur!"" ("Hucurat" surəsi, 17)

Quranı Allahın göndərdiyini təbliğ etmişdir

Hz. Məhəmmədə (s.ə.v.) tabe olmaq istəməyən inkarçılar Quranı inkar etmək üçün bir çox bəhanələr irəli sürmüşdülər. Bu iddialardan ən böyüyü Quranın Hz. Məhəmməd (s.ə.v.) tərəfindən yazılması iddiasıdır. Halbuki Quranın içində onun insan yazısı olmadığını təsdiq edən saysız möcüzələr vardır. Hz. Məhəmməd (s.ə.v.) qövmünə bu həqiqəti xatırlatmış və Quranı Allahın göndərdiyini bildirmişdir. Bu barədə olan ayələrdən bəziləri belədir:

"De: "Onu göylərin və yerin sirrini bilən nazil etmişdir. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir!"" ("Furqan" surəsi, 6)
"De: "Bir söyləyin görək, əgər Allah dərgahındandırsa və sonra siz də onu inkar edibsinizsə, uzaq bir nifaq içində olan kəsdən daha çox azmış kim ola bilər?!" ("Fussilət" surəsi, 52)

Quran Allahın öz qullarından (bəndələrindən) istədiklərini, onların yaradılış məqsədini, dünyada və axirətdə necə davranmalarının lazım gəldiyini və insanın öyrənməli olduğu daha bir çox şeyi bildirən bir kitabdır. Hz. Məhəmməd (s.ə.v.) öz qövmünə Allahın kəlamı olan Quran barədə belə söyləmişdir:

"De: "O çox böyük xəbərdir! Siz isə ondan üz döndərirsiniz!" ("Sad" surəsi, 67-68)

Allahdan başqa heç bir varlığın Quranı nazil etməyə gücünün çatmadığını bildirmişdir

Quranın insan tərəfindən yazıldığını iddia edənlər onun sahib olduğu möcüzələrdən, Allahın özündə sonsuz hikməti ehtiva edən sözlərindən xəbərsizdirlər. Halbuki Quran insanın, hətta bütün insanların və cinlərin də birlikdə yaza bilməyəcəkləri bir kitabdır. Və Hz. Məhəmməd (s.ə.v.) bu barədə qövmünə belə bildirmişdir:

"De: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər"" ("İsra" surəsi, 88)

"Yoxsa: "Onu özündən uydurdu!" - deyirlər. De: "Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da çağırın!"" ("Yunus" surəsi, 38)

Quranın müsəlmanlar üçün bir müjdə və hidayət rəhbəri olduğunu bildirmişdir

Bu mövzudakı bir ayə belədir:

"De: "Ruhülqüds onu sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və müjdə vermək üçün haqq olaraq nazil etmişdir!"" ("Nəhl" surəsi, 102)

Yenə Hz. Məhəmməd (s.ə.v.) Quranın insanı hidayətə yönəltdiyini bu şəkildə təbliğ etmişdir:

"De: "Əgər mən azsam, bunun zərəri ancaq mənə olar. Yox, əgər doğru yolla getsəm, bu da Rəbbimin mənə vəhy etdiyi sayəsindədir. Həqiqətən, O eşidəndir, yaxındır" ("Səba" surəsi, 50)

Qövmünə duanın əhəmiyyətini bildirmiş və onları Allaha dua etməyə çağırmışdır

İnsanınAllahayaxınlığınınartmasınasəbəbolanənmühümibadətlərdənbiriduadır. İnsan istədiyi hər şey üçün Allaha dua etməlidir. Və Allah qullarının bütün dualarına əvəz verəcəyini xəbər vermişdir. Buna görə də Allahdan bağışlanmağı uman, dünyada səmimi bir mömin kimi yaşamaq, axirətdə də əbədi bir qurtuluş yurdu olan cənnəti qazanmaq istəyən hər mömin dua ibadətini yerinə yetirir, Quranda əmr edildiyi kimi, Allaha tez-tez dua edir. Hz. Məhəmməd (s.ə.v.) duanın Allah dərgahındakı qiymətini müsəlmanlara belə təbliğ etmişdir:

"De: "Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? Siz təkzib etdiniz. Buna görə də yaxanızdan əl çəkməyəcəkdir!"" ("Furqan" surəsi, 77)

Hesab günü heç kimin başqasının günahlarına görə cavab verməyəcəyini xəbər vermişdir

Dini yaşamaq istəyən bir çox insan yaxın ətrafından etdiyi ibadətlər üçün "bunları etməyə ehtiyac yoxdur, mən sənin günahlarını öz üzərimə götürürəm" kimi sözlər eşidir. Lakin hesab günündə hər kəs Allahın qarşısında dayanıb təkbaşına hesab verəcək. O gün hər kəs yalnız öz əməlinə görə məsuliyyət daşıyacaq. Heç kimdən başqalarının günahları soruşulmayacaq, heç kim də heç kimin günahını öz üzərinə götürməyəcək. Hz. Məhəmməd (s.ə.v.) bu məsələni belə təbliğ etmişdir:

"De: "Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbbmi istərəm? "Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. O zaman sizə aranızda ixtilaf doğuran məsələlər barəsində xəbər verəcəkdir" ("Ənam" surəsi, 164)

Qövmünə dünya həyatının faydasının axirətlə müqayisədə çox az olduğunu bildirmişdir

Allahın Hz. Məhəmmədin (s.ə.v.) qövmünü sınadığı imtahanlardan biri müharibə olmuşdur. Bu insanların bir qismi savaşa çıxmaq lazım olanda insanların onlara bir zərər verməsindən qorxmuş və arxada qalmaq istəmişlər. Əlbəttə, bunun altında ölüm qorxusu və dünya sevgisi var. Halbuki dünya həyatı çox qısadır. İnsan müharibədə və ya başqa bir yerdə mütləq Allahın onun üçün müəyyən etdiyi vaxtda öləcək. Bu səbəblə ölməkdən və ya başqa bir şeydən qorxaraq Allahın rizasını qulaqardına vurmaq insanın axirəti üçün çox böyük bir itkidir. Bu səbəblə Hz. Məhəmməd (s.ə.v.) öz qövmünə dünya həyatının faydasının az olduğunu təbliğ edərək əsl yurdları olan axirət üçün çalışmalarını əmr etmişdir:

"O şəxsləri görmürsənmi ki, onlara: "Əl çəkin, namaz qılın, zəkat verin!" - deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq insanlardan qorxuya düşərək: "Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər yubandıraydın!" - dedilər. Onlara söylə: "Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqi üçün axirət daha xeyirlidir. Sizə xurma çərdəyində olan nazik tel qədər belə zülm olun mayacaq!"" ("Nisa" surəsi, 77)

Eyni şey Allahın əmri olan hər bir məsələyə də aiddir. Allahın bəyəndiyi əxlaqı insanlara izah etmək, müsəlmanlara fayda vermək, dinə xidmət etmək bəzən insanın nəfsinə bəlkə də zidd ola bilər. Müsəlmanın yerində fədakarlıq etməsi lazım ola bilər. Amma Allahın rizasını qazanmaq məqsədilə yaşayan həqiqi bir mömin üçün belə anlar böyük bir fürsətdir. Çünki çox qısa olan dünya həyatında şeytanın itki kimi göstərməyə çalışdığı fədakarlıq axirətdə insana böyük bir fayda gətirəcəkdir.

Dünyada sahib olduqlarına Allahın rizasından daha çox dəyər verən insanlara Allahın əzabını xatırlatmışdır

Dünya Allahın insanları imtahan etdiyi bir yerdir və Allah insanın sahib olduğu hər şeyi insana onu sınamaq üçün vermişdir. İnsanın bu həqiqəti bilərək şükr etməsi və sahib olduğu şeylərlə yalnız Allahın rizasını qazanmağa çalışması lazımdır. Halbuki bir çox insanlar sahib olduqlarını Allaha şərik qoşur. Hz. Məhəmməd (s.ə.v.) bu insanlara Allahın əzabı barədə xəbərdarlıq etmişdir:

"De: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!" ("Tövbə" surəsi, 24)

İnkarçıların mütləq məğlubiyyətə uğrayacağını bildirmişdir

Tarix boyu inkarçılar iman edənlərə qarşı nəticəsi olmayan bir mübarizə aparmışlar. Bu mübarizə iman edənlərin Allaha olan imanını və Allah dərgahındakı dərəcəsini artırdığı halda inkarçılar üçün böyük bir itkiyə çevrilmişdir. Allah heç bir inkarçı cəmiyyətin möminlərə zərər verməsinə izn verməmişdir. Əgər inkarçılar bir uğur qazanmış kimi görünsə də Allah bunu mütləq möminlərin xeyirinə çevirmişdir. Allahın bir çox ayədə də bildirdiyi kimi, hər zaman üstün gələnlər "Maidə" surəsində bildirilən "Allahın tərəfdarları"dır. Bu, inkarçıların dünyada qarşılaşacağı bir məğlubiyyətdir. Axirətdə isə bu insanlar etdiklərinin əvəzini içində əbədi qalacaqları cəhənnəmin əzabı ilə alacaqlar. Allah Hz. Məhəmmədə (s.ə.v.) inkarçılara belə deməsini əmr etmişdir:

"Kafir olanlara de: "Siz məğlub olacaq və cəhənnəmə sürüklənəcəksiniz!" Necə də pis yerdir!" ("Ali-İmran" surəsi, 12)

Xatırlayıb öyüd almaları üçün qövmünə onlardan öncə inkar edən qövmlərin uğradığı aqibəti xatırlatmışdır

Daha öncə bəhs edilən peyğəmbərlərin həyatından da göründüyü kimi, tarix boyu Allahın elçisinə müqavimət göstərmiş bütün qövmlər tövbə edib səhvlərini düzəltmədikləri təqdirdə böyük bir əzabla qarşılaşmışlar. Əlbəttə, digərlərinin bundan düşünüb öyüd alması və onların başına gələnin öz başlarına da gəlməməsi üçün qorxub çəkinməsi lazımdır. Bu səbəblə Hz. Məhəmməd (s.ə.v.) öz qövmünü keçmiş qövmlərin başına gələnləri düşünməyə və bundan öyüd almağa dəvət etmişdir:

"De: "Yer üzünü gəzib dolaşın, günahkarların axırının necə olduğuna bir baxın!"" ("Nəml" surəsi, 69)

"De: "yer üzünü dolaşın və sonra görün ki, yalançı deyənlərin aqibəti necə oldu?"" ("Ənam" surəsi, 11)

"De: "Yer üzünü gəzib dolaşın və əvvəlkilərin axırının necə olduğuna baxın. Onların əksəriyyəti müşrik idi" ("Rum" surəsi, 42)

Qövmünə ölümdən qaçışın qətiyyən mümkün olmadığını xatırlatmışdır

Axirətə inanmayan insanların ən böyük qorxularından biri ölüm qorxusudur. Bu insanlar ölümü özlərindən uzaqlaşdırmaq üçün hər şeydən istifadə edirlər. Halbuki hər insan üçün Allah dərgahında müəyyən olunmuş bir ölüm vaxtı vardır və o an gəldiyi zaman insan bunu heç cürə təxirə sala bilməz. Bu səbəblə Hz. Məhəmməd (s.ə.v.) qövmünə nə qədər çalışırsa çalışsın, harada olursa olsun, mütləq öləcəklərini xatırlatmışdır:

"De: "Əgər ölməkdən, yaxud öldürülməkdən qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz. Ancaq az bir müddət dolanıb-keçinərsiniz" ("Əhzab" surəsi, 16)

"Onlara belə de: "Sizə vəd olunmuş bir gün vardır ki, ondan bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərsiniz!"" ("Səba" surəsi, 30)

Qövmünə ölümün bir son olmadığını, əksinə, Allaha dönüş olduğunu təbliğ etmişdir

Cahil cəmiyyətlərdə bir çox insan ölümlə hər şeyin bitəcəyini zənn edir. Halbuki ölüm insanın həqiqi həyatının başlandığı andır. Zənn edilənlərin əksinə olaraq bir son deyil, bir başlanğıcdır. İnsanlar öləndən sonra Allahın qarşısında hesab verəcək və bu hesab anından sonra əbədi qalacaqları məkana gedəcəklər. Hz. Məhəmməd (s.ə.v.) qövmünə bu həqiqəti belə xatırlatmışdır:

"De: "Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır, sonra da Rəbbinizin hüzuruna qaytarılacaqsınız!"" ("Səcdə" surəsi, 11)

Qiyamətin nə zaman qopacağını Allahdan başqa kimsənin bilmədiyini söyləmişdir

İnsanları düşündürən məsələlərdən biri də qiyamət saatının nə zaman gələcəyi ilə bağlıdır. Lakin Allah qiyamət saatını Özündən başqa heç kimin bilmədiyini bildirmiş və Hz. Məhəmmədə (s.ə.v.) bu mövzuda verilən suallara belə cavab verməsini əmr etmişdir:

"Camaat səndən o saat barədə soruşar. De: "Onu ancaq Allah bilər!" Nə bilirsən, bəlkə də, o saat yaxındır" ("Əhzab" surəsi, 63)

"De: "Məni sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin edəcəyini bilmirəm!" ("Cin" surəsi, 25)

"Əgər onlar üz döndərsələr, de: "Sizə olduğu kimi bildirdim. Sizə vəd olunan şeyin yaxınmı, uzaqmı olduğunu bilmirəm" ("Ənbiya" surəsi, 109)

İnkarçılara yenidən diriləcəklərini təbliğ etmişdir

Əsl həyatın dünyada yaşadıqları həyat olduğunu düşünən inkarçılar Hz. Məhəmmədə (s.ə.v.) təkrar diriləcəklərinə inanmadıqlarını söyləmişdilər. Bu səbəbdən Allah Hz. Məhəmmədə (s.ə.v.) onlara bu şəkildə cavab verməsini əmr etmişdir:

"Onlar: "Biz sür-sümük, çürüyüb ovxalanmış torpaq olduğumuz halda, dirildilib yeni məxluqmu olacağıq?" -deyirlər. De: "İstər daş olun, yaxud dəmir! Və ya ürəyinizdə böyük bir məxluq bilin!". Onlar deyəcəklər: "O halda bizi kim qaytaracaqdır?" De: "İlk dəfə sizi yoxdan yaradan Allah!" Onlar sənə başlarını bulayıb: "Bu nə vaxt olacaqdır?" - deyə soruşacaqlar. De: "Bəlkə də, bu yaxın zamanda!"" ("İsra" surəsi, 49-51)

Allaha və Peyğəmbərinə (s.ə.v.) qarşı təkəbbür göstərib axirəti inkar edənlərin qiyamət günündə Allaha boyun əyərək diriləcəklərini bildirmişdir

İnkarçılar özlərindən başqa bir varlığa boyun əymək qürurlarına ağır gəldiyi üçün Allahın varlığını inkar edər və peyğəmbərə tabe olmazlar. Halbuki onlar qiyamət günündə diriləcək, Allahın böyüklüyünü, gücünü və onlara verəcəyi əzabı görəcəklər. Bu səbəblə Allah Hz. Məhəmmədə (s.ə.v.) "təkrar diriləcəyikmi" deyə soruşan inkarçılara bu şəkildə cavab verməyi buyurmuşdur:

"Məgər biz öldükdən, torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?! Eləcə də əvvəlki atalarımız?!" De: "Bəli, özü də zəlil olaraq" ("Saffat" surəsi, 16-18)

Allahın ayələrinə iman gətirməyənlərə cəhənnəmə gedəcəklərini söyləyərək onlara xəbərdarlıq etmişdir

İnkarçılar Quran əxlaqının onlara təbliğ edilməsinə görə son dərəcə böyük bir kin və qəzəb hiss etmişlər. Quranda bu insanların içlərində iman edənlərə qarşı nə qədər böyük bir kin bəslədikləri xəbər verilir. Allah Hz. Məhəmmədə (s.ə.v.) bu insanlara belə söyləməsini əmr etmişdir:

"Ayələrimiz onlara açıq-aşkar surətdə oxunduğu zaman kafir olanların çöhrəsində bir ikrah sezərsən. Onlar ayələrimizi oxuyanların üstünə az qala hücum çəksinlər. De: "Sizə bundan daha pisini xəbər verimmi? Cəhənnəm! Allah onu kafirlərə vəd etmişdir. O nə pis məskəndir!"" ("Həcc" surəsi, 72)

Ayədən də göründüyü kimi, Hz. Məhəmməd (s.ə.v.) inkarçıların bu kinin müqabilində heç bir nəticə ala bilməyəcəklərini, əksinə, əbədi bir əzabla üzləşəcəklərini bildirmişdir. Bundan başqa, Allaha və Peyğəmbərinə (s.ə.v.) qarşı çıxanların cəhənnəmdə əbədi qalacaqlarını da başqa bir ayədə belə xəbər vermişdir:

"Allah dərgahından olanı və Onun göndərdiklərini təbliğ etməkdən başqa heç bir şey gəlməz. Allaha və Onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!"" ("Cin" surəsi, 23)

Cəhənnəmin əbədi bir əzab yeri olduğunu bildirmişdir

Qövmün inkarçıları bir müddət cəhənnəmdə qalsalar belə sonra cənnətə gedəcəklərini iddia etmişdilər. Hz. Məhəmməd (s.ə.v.) isə cəhənnəmə layiq olan inkarçıların orada əbədi qalacaqlarını belə təbliğ etmişdir:

"Onlar: "Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz" - deyərlər. Onlara söylə: "Siz Allahdan belə bir vəd almısınızmı? Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?" Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar" ("Bəqərə" surəsi, 80-82)

Allahdan qorxub çəkinənlərin cənnətə gedəcəklərini xəbər vermişdir

"Söylə: "Sizə bunlardan daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməldən çəkinənlər üçün Rəbbi yanında altından çaylar axan cənnətlər vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada pak olan zövcələr və Allah rizası vardır. Allah, həqiqətən, bəndələrini görəndir!" ("Ali-İmran" surəsi, 15)

Hz. Məhəmməd (s.ə.v.) qövmünə ədalətli olmağı əmr etmişdir

"De: "Rəbbim ədaləti əmr etdi. Hər səcdədə üzünüzü Ona tərəf tutun. Dini yalnız Ona məxsus edərək ibadət edin. Sizi yaratdığı kimi, yenə Onun hüzuruna qayıdacaqsınız!" ("Əraf" surəsi, 29)

İnsanı hər cür sıxıntıdan qurtaranın Allah olduğunu təbliğ etmişdir

"De: "Gizlində dua edib: "Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükr edənlərdən olarıq" -deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?" De: "Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. Bütün bunlardan sonra siz yenə də şərik qoşursu uz?"" ("Ənam" surəsi, 63-64)

Hz. Məhəmməd (s.ə.v.) Kitab əhlini də şirk qoşmadan yalnız Allaha ibadət etməyə çağırmışdır

"Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!"" ("Ali-İmran" surəsi, 64)

Ən gözəl adların Allahın olduğunu və Allahı bu adları ilə təsbih etməyimizi əmr etmişdir

"De: "İstər Allah, istərsə də Rəhman deyib çağırın. Hansını desəniz, çünki ən gözəl adlar yalnız Ona məxsusdur. Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun arasında orta bir yol tut! Və de: "Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, zəif olmadığı üçün heç bir dosta ehtiyacı olmayan Allaha həmd olsun!" Və Allahı uca tut!" ("İsra" surəsi, 110-111)

 

]]>
http://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37646/hz-mƏhƏmmƏd-(sƏv)http://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37646/hz-mƏhƏmmƏd-(sƏv)http://imgaws1.fmanager.net/Image/objects/37-resullerimiz-diyor-ki/11592_HZ_MUHAMMED_(SAV).jpgThu, 27 Jan 2011 01:55:12 +0200
HZ. İSA "Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiq edən kimi göndərdik. Ona içində haqq yol və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik" ("Maidə" surəsi, 46).

Hz. İsa Allahın kitab verdiyi peyğəmbərlərdən biridir. Hz. İsa atasız dünyaya gəlmişdir. Bu, onun həyatındakı möcüzələrdən biridir. Doğumundan etibarən bütün həyatı boyu bir çox möcüzələr verilən Hz. İsanın yaradılışı Quranda bu şəkildə bildirilir:

"Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona: "Ol!" - dedi, o da oldu. Şübhəsiz ki, sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma!" ("Ali-İmran" surəsi, 59-60).

Hz. İsa hələ beşikdə ikən Allahın qulu və elçisi olduğunu bildirmiş və insanlara Allahın ona verdiyi nemətləri saymışdır

Hz. İsa hələ beşikdə ikən Allahın təqdiri ilə böyük bir möcüzə göstərmiş və danışmağa başlamışdır. Hz. İsa peyğəmbərlik vəzifəsini insanlara bu şəkildə təbliğ etmişdir:

"Dedi: "Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar etdi, zülmkar, asi eləmədi! Doğulduğum gün də, öləçəyim gün də, diriləcəyim gün də mənə salam olsun!" Bu, ixtilafda olduqları Məryəm oğlu İsa haqqında haqq sözdür!" ("Məryəm" surəsi, 30-34).

Hz. İsa gəlişinin məqsədini də qövmünə xəbər vermişdir

Allahdan uzaq yaşayan cəmiyyətlərin mühüm bir xüsusiyyəti də onların bir-biri ilə yola getməməsi, ortaq bir nöqtədə birləşməməsi və tez-tez ixtilaf etməsidir. Yaşadıqları əxlaqın təməli Allah qorxusuna əsaslanmadığı üçün bu ziddiyyət hər mövzuya aiddir. Allah elçilərini bu qövmlərə aralarındakı ixtilafı həll etmək və onları alternativsiz və yeganə doğru olan haqq dinə çağırmaq üçün göndərmişdir. Hz. İsa da qövmünə gəlişinin məqsədinin aralarındakı ixtilafı aradan qaldırmaq olduğunu belə bildirmişdir:

"İsa aşkar möcüzələrlə gəldiyi zaman dedi: "Həqiqətən, mən sizə hikmətlə, həm də ixtilafda olduğunuz bəzi şeyləri izah etmək üçün gəlmişəm. Allahdan qorxun və mənə itaət edin!" ("Zuxruf" surəsi, 63).

Hz. İsa yanında olan həvarilərinə Allahdan qorxub çəkinməyi tövsiyə etmişdir

Hz. İsanın həvariləri Allaha iman gətirdiklərini söyləyən, peyğəmbərlərinin yanında olan adamlar idi. Ancaq daha sonra Hz. İsadan onlara bir möcüzə göstərməsini istəmişdilər. Və "Ya Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə göndərə bilərmi?" ("Maidə" surəsi, 112) demişdilər. Əlbəttə, bir insanın Allaha iman etməsi üçün möcüzə görməsinə lüzum yoxdur. Çünki Onun varlığı açıq-aydın olan bir həqiqətdir. Buna görə də Hz. İsa həvarilərin bu istəyinə belə cavab vermişdir:

"...O: "Əgər möminsinizsə, Allahdan qorxun!" - demişdi" ("Maidə" surəsi, 112).

Ancaq həvarilər Allahdan gələcək bu möcüzəni qəlblərinin əmin olması üçün istədiklərini söyləyincə Hz. İsa da Allaha dua etmək onlara göydən bir süfrə endirilməsini istəmişdi. Bu barədə olan ayələr bu şəkildədir:

"Həvarilər demişdilər: "Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit olsun, sənin bizə doğru dediyini bilək və ona şahidlik edənlərdən olaq. Məryəm oğlu İsa dedi: "Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!"" ("Maidə" surəsi, 113-114).

Məryəm oğlu İsa özündən sonra gələcək elçini qövmünə müjdələmişdir

Bildiyimiz kimi, Hz. İsadan sonra gələn peyğəmbər Hz. Məhəmməddir (s.ə.v.). Hz. Məhəmmədin (s.ə.v.) digər adı Əhməddir. Hz. İsa İsrailoğullarına özündən sonra gələcək peyğəmbəri belə xəbər vermişdir:

"Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən Allahın elçisiyəm!" Sonra onlara aşkar möcüzələrlə gəldikdə onlar: "Bu, açıq-aydın sehrdir!" - dedilər" ("Saf" surəsi, 6).

Hz. İsa qövmünü Allahdan qorxub çəkinməyə və Ona qulluq etməyə çağırmışdır

Hz. İsa da Allahın bütün peyğəmbərləri kimi qövmünə Allahın varlığını, Onun hər şeyin Yaradıcısı olduğunu, hər növ qüsurdan münəzzəh (xali) və ən gözəl sifətlərin sahibi olduğunu, sonsuz qüdrət və ədalət sahibi olduğunu təbliğ etmişdir. Və digər peyğəmbərlər kimi qövmünü Allahdan qorxub çəkinməyə, Ona ibadət etməyə dəvət etmişdir:

"Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin! Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! "Budur doğru yol!"" ("Ali-İmran" surəsi, 50-51).

"Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur"" ("Zuxruf" surəsi, 64).

 

]]>
http://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37645/hz-isahttp://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37645/hz-isahttp://imgaws1.fmanager.net/Image/objects/37-resullerimiz-diyor-ki/11591_HZ_ISA.jpgThu, 27 Jan 2011 01:48:23 +0200
HZ. SÜLEYMAN "Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi. Onun rizasını qazanmaq diləyərdi" ("Sad" surəsi, 30).

"Həqiqətən, o, dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır" ("Sad" surəsi, 40).

"Biz onu dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm və elm verdik..." ("Ənbiya" surəsi, 79).

Hz. Süleyman varisi olduğu Hz. Davud kimi Allahın ona verdiyi maddi və mənəvi nemətlərlə üstün edilmiş bir peyğəmbərdir. Allah yolunda sərf etmək üçün dünyada heç kimsəyə nəsib olmayan bir var-dövlətə sahib olmağı istəmiş və Allah onun bu duasını qəbul etmişdir. Fırtına şəklində əsən külək, ərimiş mis mədəni, cinlər onun əmrinə verilmişdir. Allahın Hz. Süleymana verdiyi nemətləri bildirdiyi ayələrdən bəziləri belədir:

"Süleymana da küləyi ram etdik. O səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi. Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırardıq. Onun üçün nə istəsə - məbədlər, heykəllər, böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz ey Davud ailəsi! Allaha şükranlıqla itaət edin! Bəndələrimdən şükr edəni azdır!" ("Səba" surəsi, 12-13).

Sahib olduğu hər şeyin Allahın ona verdiyi bir nemət olduğunu bilən Hz. Süleyman bunları Allahın rizasını qazanmaq məqsədi ilə istədiyini belə ifadə etmişdir:

"Axşamüstü ona cins, çapar atlar göstərildiyi zaman o dedi: "Mən gözəlliyi Rəbbimin zikrindən dolayı sevirəm. Nəhayət, qeyb olub gizləndi. Dedi: "Onları mənə qaytarın!" Onların qıçlarını və boyunlarını sığallamaca başladı" ("Sad" surəsi, 31-33).

Hz. Süleymanın bu sözləri bütün müsəlmanlar üçün bir örnəkdir. İman gətirən hər insan yer üzündəki hər şeyin tək sahibinin Allah olduğunu və sahib olduqlarını ona Allahın bir nemət olaraq verdiyini bilir. Buna görə gördüyü hər gözəllik qarşısında Hz. Süleyman kimi Allahı zikr edir, Ona şükr edir. Amma dünyada gördüklərinin müvəqqəti bir nemət olduğunu, bunların ən yaxşısının ona əbədi davam edəcək axirət həyatında veriləcəyini də əsla unutmur.

Hz. Süleyman Səba qövmünü Allaha iman gətirməyə dəvət etmişdir

Quranda Hz. Süleymanın günəşə sitayiş edən Səba qövmünün qadın hökmdarına təbliğ edərkən istifadə etdiyi metodlar bildirilmişdir. Hz. Süleymana tabe olan Hüdhüd quşu bu qövm haqqında xəbər gətirdiyi zaman Hz. Süleyman ilk öncə bir məktub göndərərək onları haqq dinə çağırmışdır.

Hz. Süleyman göndərdiyi məktubda bu qövmü Allaha iman gətirməyə və ona təslim olmağa dəvət etmişdir. Məktubu alan Səba məlikəsi Allaha çağıran məktubun məzmununu qövmünün başbilənlərinə bu şəkildə açıqlamışdır:

"Dedi: "Ey əyanlar! Mənə çox hörmətli bir məktub göndərildi. O məktub Süleymandandır və o "bismillahir-rəhmanir-rəhim"lədir. "Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti olaraq gəlin! (Bəlqis) dedi: "Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən deyiləm!" Onlar dedilər: "Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Hökm sənindir. Nə əmr edəcəyini özün bax!"" ("Nəml" surəsi, 29-33).

Hz. Süleymanın gücü və qətiyyəti məktubda işlədilən ifadədən də asanlıqla başa düşülür. Səba qövmünün başçıları dərk etdilər ki, əgər Hz. Süleymanın əmrinə qarşı çıxsalar, böyük ziyana uğrayacaqlar. Ancaq öncə ona bir hədiyyə göndərərək Hz. Süleymanı sınamaq istəmişdilər.

Hz. Süleyman Allahın ona verdiklərinin onlardan gələn hər şeydən daha xeyirli olduğunu bildirmişdir

Güc və şərəf sahibi olan Hz. Süleyman Səba məlikəsinin göndərdiyi hədiyyələri qəbul etməmiş, bu məsələdə son dərəcə qətiyyətli bir davranış göstərmişdir:

"...Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Amma siz öz hədiyyələrinizlə sevinirsiniz" ("Nəml" surəsi, 36).

Hz. Süleyman bu sözləri ilə Allahın rizasını heç bir dünyəvi mənfəətə dəyişmədiyini göstərmişdir. Hz. Süleymanın heç bir şeyə tamah salmayan bu davranışı mühüm bir üstünlükdür. Və möminlərin nümunə götürəcəyi gözəl bir iman xüsusiyyətidir.

Hz. Süleyman insanları Allahın dininə yönəltmək üçün fərqli metodlardan istifadə etmişdir

Hz. Süleyman Səba xalqının müsəlman olmasını istəmişdir. Sarayına gələcək qadın hökmdara Allahın ona verdiyi gücü göstərmək və bununla Səba qövmünün hidayət yoluna gəlməsinə vasitə olmaq üçün fərqli bir üsuldan istifadə etmişdir. Hz. Süleyman köməkçilərindən Səba məlikəsinin taxtını ona gətirmələrini istəmişdir:

"Dedi: "Ey əyanlar! Onlar müti vəziyyətdə yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?"" ("Nəml" surəsi, 38).

Bu barədə Hz. Süleymana verilən cavab belə olmuşdur:

"Kitabdan bir qədər xəbəri olan birisi dedi: "Mən onu sənə bir göz qırpımında gətirərəm!..." ("Nəml" surəsi, 40).

Və Hz. Süleyman bir anda taxtı yanında görmüşdür. Sahib olduğu hər şeyi Allahın onu sınamaq üçün verdiyini bilən Hz. Süleyman taxtı görəndə bunun Allahdan bir sınaq olaraq yaradıldığını belə bildirmişdir:

"...Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, görək şükr edəcəyəm, yoxsa nankor olacağam! Kim şükr etsə, yalnız özü üçün şükr edər; kim nankor olsa, bilsin ki həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir!" ("Nəml" surəsi, 40).

Səba məlikəsi ora gələrkən gördüyü möcüzədən və Hz. Süleymanın sarayının əzəmətindən təsirlənərək tövbə etmiş və imana gəlmişdir. Hz. Süleymanla onun arasındakı söhbətlər Quranda belə bildirilir:

"Dedi: "Taxtını tanınmaz hala salın, görək onu tanıyacaq, ya yox?!" (Bəlqis) gəldikdə ona: "Taxtın bu cürdürmü?" -deyildi. O da: "Sanki odur!" - deyə cavab verdi. "Bizə ondan daha öncə elm verilmiş və biz müti olmuşuq!" Ona Allahdan başqasına ibadət etməyi qadağan etdi. Ona belə deyildi: "Saraya daxil ol!" Sarayı gördükdə onu dərin bir-gölməçə hesab etdi və ətəyini qaldırdı. O: "Bu büllurdan tikilmiş bir saraydır!" - dedi. (Bəlqis) dedi: "Ey Rəbbim! Mən özümə zülm etmişdim. Mən artıq Süleyman sayəsində aləmlərin Rəbbi olan Allaha təslim oldum!"" ("Nəml" surəsi, 41-44).

Hz. Süleymanın Səba qövmünə etdiyi təbliğdən başa düşüldüyü kimi, peyğəmbərlər sahib olduqları bütün güc və imkanlarından insanların bir olan Allaha iman gətirməsinə vasitə olmaq məqsədilə istifadə etmişlər.

 

]]>
http://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37644/hz-suleymanhttp://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37644/hz-suleymanhttp://imgaws1.fmanager.net/Image/objects/37-resullerimiz-diyor-ki/11590HZ._SULEYMAN.jpgThu, 27 Jan 2011 01:46:42 +0200
HZ. DAVUD Allahın kitab verdiyi peyğəmbərlərdən biri də Hz. Davuddur. Hz. Davud həyatının hər anında, qarşılaşdığı bütün hadisələrdə Allahı zikr edən, Ondan istəyən, kömək diləyən, bir ayədə bildirildiyi kimi, "hər rəftar və davranışında Allaha yönələn" bir peyğəmbər idi. Hz. Davud Allahın mülk, hikmət və natiqlik məharəti verərək insanların çoxundan üstün etdiyi bir qul idi. Allah Quranda Hz. Davuda həm maddi, həm də mənəvi cəhətdən böyük bir güc verdiyini bildirmişdir. Belə ki, Hz. Davudla birlikdə zikr etmələri üçün dağları və daşları ona boyun əydirmişdir ("Ənbiyə" surəsi, 79). Bunlardan aydın olur ki, Hz. Davud çox az insanın sahib ola biləcəyi elmlərə sahib idi.

Allah bir çox cəhətdən üstünlük verdiyi Hz. Davudu yer üzərində bir xəlifə etdiyini bir ayədə belə bildirmişdir:

"Ya Davud! Biz səni yer üzündə xəlifə etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!" ("Sad" surəsi, 26).

Hz. Davud insanlara bir-birinin haqqına təcavüz etməməyi əmr etmişdir

Allahın güc və bəsirət verdiyi Hz. Davud bütün peyğəmbərlər kimi qövmünü Allaha iman gətirməyə dəvət etmişdir. Allah Hz. Davudun ədalətini, həqiqəti əsas tutaraq hökm etməsini möminlərə nümunə göstərmişdir. Hz. Davudun aralarından hökm etməyə cəhd edən iki iddiaçı haqqındakı ədalətli hərəkəti möminlərə bir nümunədir:

"Sənə dava edənlərin xəbəri gəlib çatdımı? O zaman onlar məbədə divardan aşıb gəlmişdilər. Onlar Davudun yanına gəldikdə onlardan qorxdu. Onlar dedilər: "Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama və bizə doğru yolu göstər!" "Bu mənim qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır. Belə bir vəziyyətdə: "Onu mənə ver!" - dedi və mübahisədə məni məğlub etdi"" ("Sad" surəsi, 21-23).

Hz. Davudun yanına gələn bu iddiaçılara cavabı belə olmuşdur:

"Dedi: "O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da çox azdırlar... "" ("Sad" surəsi, 24).

Hz. Davud da digər peyğəmbərlər kimi insanları Allahın əmri ilə yaşamağa çağırmışdır. Yuxarıdakı ayə bunun bir nümunəsidir. Hz. Davud yanına gələn iddiaçılara bir-birinin haqqına təcavüz etməməyi tövsiyə etdikdən sonra onlara bunun ancaq həqiqətən iman gətirən qullarının yaşadığı bir əxlaq olduğunu xatırlatmışdır.

Eyni ayənin davamında hər davranışında Allaha yönələn Hz. Davudun burada verdiyi qərardan sonra da Allaha yönəldiyi bu şəkildə bildirilmişdir:

"...Davud Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi. Biz bunu ona bağışladıq. Həqiqətən, o, dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır" ("Sad" surəsi, 24-25).

Allahın onu hər hadisədə sınadığını, etdiyi hər işdə Onun rizasını qazanmaq lazım olduğunu bilən və üstün əxlaq sahibi olan Hz. Davudun bu davranışı möminlər üçün gözəl bir örnəkdir. İman gətirən hər insan Quranda göstərilmiş bu nümunəvi davranışdan ibrət almalı, etdiyi hər şeyə Allahın şahid olduğunu, hesab günü isə bütün əməllərinə görə sorğuya çəkiləcəyini unutmamalıdır.

Quranın Hz. Davudla bağlı digər ayələri

"Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi" ("Sad" surəsi, 17).

"Biz onun mülkünü möhkəmləndirmiş, ona hikmət və düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik" ("Sad" surəsi, 20).

"Biz bunu ona bağışladıq. Həqiqətən, o, dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır" ("Sad" surəsi, 25).

"Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: "Bizi Öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!"" ("Nəml" surəsi, 15).

"Həqiqətən, Biz Davuda Öz dərgahımızdan bir lütf bəxş edib: "Siz ey dağlar, siz ey quşlar! Onunla birlikdə Allahı təqdis edib şəninə təriflər deyin!" - deyə buyurduq və dəmiri onun üçün yumşaltdıq" ("Səba" surəsi, 10).

 

]]>
http://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37643/hz-davudhttp://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37643/hz-davudhttp://imgaws1.fmanager.net/Image/objects/37-resullerimiz-diyor-ki/11589HZ._DAVUD.jpgThu, 27 Jan 2011 01:44:58 +0200
HZ. HARUN Allah Hz. Musaya Fironun yanın gedib onu təbliğ etməsini söylədiyi zaman Hz. Musa Allahdan bir köməkçi istəmişdir. Allah ona Hz. Harunu köməkçi göndərmişdir. Hz. Harun Hz. Musanın öz qövmünə qarşı apardığı mübarizə zamanı ona dəstək olmuşdur. Allah Hz. Musanı ona tabe olanlarla birlikdə Fironun adamlarından xilas etdikdən sonra Hz. Musa bir müddət qövmündən ayrılmış və ayrılarkən də yerinə qardaşı Hz. Harunu qoymuşdur. Ancaq Hz. Musa onlardan ayrıldıqdan sonra qövmü Samiri adlı adamın rəhbərliyi ilə bir buzov heykəli düzəldib ona sitayiş etməyə başlamışdır.

Qövmünü azğınlıqdan xilas etmək üçün Hz. Harun qövmünə həqiqi Tanrının Allah olduğunu xatırlatmışdır

"Harun isə bundan əvvəl onlara belə demişdi: "Ey ümmətim! Siz bununla yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət edin!"" ("Taha" surəsi, 90).

Ancaq qövmü Hz. Musa gələnə qədər buzova sitayiş edəcəklərini söyləyərək inadla inkar etmişdi:

"Onlar: "Musa qayıdıb yanımıza gələnə qədər bu buzova sitayiş etməkdən əl çəkməyəcəyik!" - deyə cavab vermişdilər" ("Taha" surəsi, 91).

Hz. Musa Tur dağında olarkən Allah ona qövmünün halını xəbər vermişdir. Bu səbəbdən qövmünə geri qayıdan Hz. Musa ilə Hz. Harun arasındakı söhbətlər bu şəkildədir:

"Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: "Məndən sonra mənə nə pis xələf oldunuz! Rəbbinizin əmrini tezləşdirməkmi istədiniz?" Musa qəzəbindən lövhələrini yerə atdı, qardaşının başından yapışıb özünə tərəf çəkməyə başladı. Harun dedi: "Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalimlərlə bərabər tutma!" Musa dedi: "Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz mərhəmətin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!"" ("Əraf" surəsi, 150-151).

 

]]>
http://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37642/hz-harunhttp://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37642/hz-harunhttp://imgaws1.fmanager.net/Image/objects/37-resullerimiz-diyor-ki/11588HZ._HARUN.jpgThu, 27 Jan 2011 01:41:46 +0200
HZ. MUSA  

 

Quranda Hz. Musadan bir çox ayədə bəhs edilir. Onun qarşılaşdığı hadisələr, qövmünə etdiyi təbliğ, sahib olduğu üstün əxlaq, Allaha olan iman və təslimiyyəti, səmimiyyəti bir çox ayədə möminlərə bildirilmişdir. Hz. Musa ilə bağlı ayələri oxuyan möminlərin vəzifəsi də Allahın bir çox cəhətdən üstün etdiyi bu rəsulundan nümunə götürmək, onun öz dövründə ətrafındakı insanlara tövsiyə etdiklərini həyata keçirməyə çalışmaqdır.

 

 

Hz. Musa Firona Allahın elçisi olduğunu və ona tabe olarsa, hidayət tapacağını bildirmişdir

Hz. Musa ilk olaraq Allahın əmri ilə qövmünün başında olan Firona təbliğ etmişdir. Firon o dövrdə özünün tanrı olduğunu elan etmiş son dərəcə azğın bir insan idi. Və xalqı da sahib olduğu gücə görə ona bütövlükdə boyun əymiş vəziyyətdə idi. Allah Hz. Musaya Fironun yanına gedib onu haqq yola cağırmasını və belə söyləməsini bildirmişdir:

"Onun yanına gedib deyin: "Biz ikimiz də sənin Rəbbinin peyğəmbəriyik. İsrail oğullarını bizimlə göndər və onlara işgəncə vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Haqq yolu tutub gedənlərə salam olsun! Bizə vəhy olundu ki, yalan hesab edənləri və üz döndərənləri əzab gözləyir!"" ("Taha" surəsi, 47-48).

Başqa bir ayədə Allah Hz. Musaya verdiyi əmri belə bildirmişdir:

"Fironun yanına get. Çünki o, çox azmışdır. Və de: "Təmizlənmək istəyirsənmi? Səni Rəbbinə tərəf gətirimmi ki, qorxasan?"" ("Nazirat" surəsi, 17-19).

Allahın vəhyi ilə Hz. Musa qardaşı Hz. Harunla Fironun yanına getmiş, Allahın əmr etdiklərini Firona təbliğ etmiş və belə demişdir:

"Musa dedi: "Ey Firon! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən Allah barəsində yalnız haqqı deməyə borcluyam. Mən sizə Rəbbinizdən bir möcüzə ilə gəlmişəm. İndi İsrail oğullarını mənimlə bərabər göndər!"" ("Əraf" surəsi, 104-105).

Hz. Musa Firona Allahın hər şeyi Yaratdığını və hər şeyin Onun nəzarətində olduğunu bildirmişdir

Hz. Musa Allahın əmri ilə Fironun yanına getdiyi zaman aralarında belə bir söhbət olmuşdur:

"Firon: "Elədə Rəbbiniz kimdir, ya Musa?" - deyə soruşdu. Musa belə cavab verdi: "Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!" Firon soruşdu: "Bəs əvvəlki nəsillərin halı necədir?" Musa belə cavab verdi: "Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır. Rəbbim xəta etməz və unutmaz!"" ("Taha" surəsi, 49-52).

Yuxarıdakı ayələrdən də göründüyü kimi, Hz. Musa Allahın varlığını bildirdiyi müddətdə ona verilən suallara son dərəcə hikmətli cavablar vermişdir. Öncə hər şeyin Yaradıcısının Allah olduğunu söyləyərək, sonra da Allahın üstün sifətlərini bildirərək qarşısındakı adama Allahın varlığını və böyüklüyünü təbliğ etmişdir.

Hz. Musa Allahın hər şeyin Rəbbi olduğunu təbliğ etmişdir

Hz. Musa Firona qarşı Allahın sonsuz gücünü belə təbliğ etmişdir:

"Firon dedi: "Aləmlərin Rəbbi nədir?" Musa: "Əgər yəqin inanacaqsınızsa, bilin ki O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!" - deyə cavab verdi. Firon ətrafındakılara: "Eşitdinizmi?" - dedi. Musa dedi: "O sizin də, ulu babalarınızın da Rəbbidir!"" ("Şuəra" surəsi, 23-26).

"Əgər ağıllı-başlı düşünə bilirsinizsə, anlayın ki, O şərqin, qərbin və onların ikisinin arasında olan hər şeyin Rəbbidir" ("Şuəra" surəsi, 28).

Hz. Musa Allaha qarşı yalan uyduran Firona və falçılarına Allahın əzabını xatırlatmış və onları qorxutmuşdur

Hz. Musanın onu haqq dininə dəvət etməsi, Allahın tək Tanrı olduğunu bildirməsi üzündən Firon bütün inkarçılar kimi zorakılığıa əl atmağa başlamışdır. Firon Hz. Musanı hədələyərək ondan başqa tanrı qəbul edəcəyi halda onu həbs edəcəyini söyləmişdir. Bu barədə Hz. Musa ilə Firon arasında keçən söhbətlər bu şəkildədir:

"Firon: "Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!" - dedi. Musa dedi: "Əgər sənə bir şey gətirsəm necə?" ("Şuəra" surəsi, 29-30).

Hz. Musanın göstərdiyi möcüzəyə qarşı Firon yenə də inadkarlıqla inkar etmiş və onu bu dəfə falçılıqda günahlandırmışdır. Sonra da falçıları çağırıb əgər Hz. Musaya üstün gələrlərsə, onları mükafatlandıracağını vəd etmişdir. Təyin olunan vaxtda Hz. Musa ilə falçılar qarşı-qarşıya gəlmişdilər. Hz. Musa ilk öncə falçılarla danışmış və onlara əməlləri üzündən Allahın əzabı ilə qarşılaşacaqları barədə xəbərdarlıq etmişdir:

"Musa onlara dedi: "Vay sizin halınıza! Allaha iftira yaxmayın, yoxsa O sizi əzabla məhv edər. İftira yaxan naümid olar"" ("Taha" surəsi, 61).

Hz. Musa sehrbazlara Allahın onların sehrini puça çıxaracağını xəbər vermişdir

Digər peyğəmbərlərin həyatından da göründüyü kimi, Allah iman edən insanları hər zaman qoruyacağını, inkarçıların onlara heç bir zaman zərər verə bilməyəcəyini müjdələmişdir. Sehrbazlarla görüş zamanı gələndə Hz. Musa Allahı inkar edənlərin möminlərə qarşı etdiklərinin sonunculara zərər verməyəcəyini belə bildirmişdir:

"...Sizin etdiyiniz hər şey sehrdir. Allah, sözsüz ki, onu batil edəcəkdir. Allah fitnə-fəsad törədənləri sevməz! Günahkarlar istəməsələr də, Allah sözləri ilə haqqı gerçəkləşdirəcək!" ("Yunus" surəsi, 81-82).

Buna baxmayaraq sehrbazlar əməllərində inadkarlıq edərək Hz. Musaya qarşı mübarizə aparmış və əllərindən gələni əsirgəməmişdilər. Bu barədə olan ayələr belədir:

"Musa onlara dedi: "Nə atacaqsınız, atın!" Onlar iplərini və əsalarını yerə atıb: "Fironun şan-şövkətinə and olsun ki, biz üstün gələcəyik!" - dedilər" ("Şuəra" surəsi, 43-44).

Bunun üzərinə Allah Hz. Musaya belə vəhy etmişdir:

"Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!"" ("Taha" surəsi, 69).

Həqiqətən də Hz. Musa əsasını buraxanda Allahın vədi həyata keçmişdir:

"Bundan sonra Musa da əsasını yerə atdı. Əsa dərhal onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu. Sehrbazlar səcdəyə qapandılar. Və dedilər: "Biz iman gətirdik aləmlərin Rəbbinə!" ("Şuəra" surəsi, 45-47).

Firon Hz. Musanı ölümlə hədələyərkən o, Allaha güvəndiyini söyləmişdir

Əlbəttə, mövcud nizam-intizamın pozulması Fironun öz maraqlarına zidd olduğu üçün onun xoşuna gəlməmişdir. Şəxsi mənfəətlərini itirməmək üçün Hz. Musanı öldürmək istəmiş və "Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram" ("Mumin" surəsi, 26) demişdir.

Fironun onu ölümlə hədələməsinə qarşı Hz. Musa digər peyğəmbərlərdə də gördüyümüz kimi, qəti qərarlılıq göstərmiş və belə cavab vermişdir:

"Musa dedi: "Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha pənah aparıram!"" ("Mumin" surəsi, 27).

Hz. Musa Firona və ətrafındakılara zülmkarların əsla qurtula bilməyəcəyini xəbər vermişdir

Firon və ətrafındakılar Allahın Hz. Musaya verdiyi möcüzələri bir sehr kimi qəbul etmişdilər. Hz. Musa ona sehrbaz iftirası atan və "biz keçmiş əcdadlarımızdan bunu eşitmədik" deyən bu kəslərə "...Rəbbim Öz dərgahından kimin hidayətlə gəldiyini və axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Həqiqətən, zalimlər nicat tapmazlar!" ("Qəsəs" surəsi, 37) deyərək cavab vermişdir.

Allah Quranda vicdanları qəbul etdiyi halda qürur və təkəbbürləri üzündən Allahın ayələrini görməməzliyə vuran insanların varlığını bildirmişdir. Firon da bu insanların ən azğınlarından biridir. Hz. Musa ona açıq-aydın dəlillər gətirdiyi halda o, bunları görməzliyə vurmuşdur.

Hətta Fironun tərəfdarları başlarına fəlakət gələn zaman Hz. Musadan özləri üçün Allaha dua etməsini istəmiş və istəkləri həyata keçərsə, iman gətirəcəklərini söyləmişdilər ("Əraf" surəsi, 130-135).

Hz. Musa boş bir qürur və təkəbbür nəticəsində həqiqətləri qulaqardına vuran Fironu əzaba qarşı belə xəbərdar etmişdir:

"Biz Musaya doqquz aşkar möcüzə verdik. İsrail oğullarından soruş: Musa onların yanına gəldikdə, Firon ona: "Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan" - demişdi. Musa da ona: "Sən bunların məhz göylərin və yerin Rəbbi tərəfindən açıq-aşkar möcüzə olaraq endirildiyini, sözsüz ki, bilirsən. Mən isə, ey Firon, səni artıq məhv olmuş zənn edirəm!" - deyə cavab vermişdi" ("İsra" surəsi, 101-102).

Hz. Musa qövmünə səbri və təvəkkül etməyi tövsiyə etmişdir

Hz. Musa Fironun iftira və hücumlarına qarşı möminlərə səbrli olmağın vacibliyini söyləmiş və Allahın iman edənləri inkarçılar qarşısında mütləq uğura çatdıracağını müjdələmişdir:

"Dedilər: "Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!" Musa onlara vbelə cavab verdi: "Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə baxacaq!"" ("Əraf" surəsi, 129).

Yenə başqa bir ayədə Hz. Musanın öz qövmünə təvəkküllü olmalarını tövsiyə etdiyi belə bildirilmişdir:

"84.  Musa  dedi: "Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!"" ("Yunus" surəsi, 84).

Hz. Musanın tövsiyə etdiyi şəkildə bir çətinliklə  qarşılaşdığı zaman səbrli və təvəkküllü davranmaq, bu etibarlı ruh halı sayəsində ağıllı qərarlar qəbul etmək, mülayim davranışlar göstərmək möminlərə həmişə uğur qazandırır.

Hz. Musa öz təvəkkülü ilə qövmünə nümunə olmuşdur

Hz. Musa ona tabe olan möminlərlə birlikdə Allahın əmri ilə Fironun qövmündən ayrılmışdır. Firon da ordusu ilə birlikdə onları izləmişdir. Dəniz kənarına gəldikləri zaman Hz. Musanın yanındakılar qaçacaq yerləri olmadığını düşünmüş və buna görə "...artıq yaxalandıq..." ("Şuəra" surəsi, 61) demişdilər. Ancaq Hz. Musa bu vəziyyətdə də təvəkkülü ilə örnək olmuşdur. Yanındakı adamlarla Allahın onlara mütləq yardım edəcəyini bildirmişdir:

"Musa dedi: "Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!"" ("Şuəra" surəsi, 62).

Hz. Musanın çətinlik qarşısında göstərdiyi bu davranış əlbəttə ki, bütün müsəlmanlara mühüm bir yol göstərir. Bir insan nə qədər çətin şərtlərlə qarşılaşsa da hər şeyin Allahın nəzarətində olduğunu və Onun dilədiyi şəkildə baş verdiyini unutmamalıdır.

Həmçinin bu dərin imanın əvəzində Allah Hz. Musaya əsası ilə dənizə vurmasını əmr etmişdir. Dəniz ortadan iki yerə ayrılanda insanlar qarşı tərəfə keçmişdilər. Firon da ordusu ilə birlikdə onları izləmək istəmiş, ancaq onlar dənizi keçərkən su yüksəlmiş və hamısı boğulmuşdur. Əlbəttə, bu hadisə Allahın möminlərə olan köməyinin açıq bir nümunəsidir. Hz. Musa Allahdan başqa tanrıya ibadət edən qövmünə Allahın onlara verdiyi nemətləri xatırladaraq qövmünü cahillik etməməsi barədə xəbərdar etmişdir.

İsrailoğulları Hz. Musa ilə birlikdə dənizi keçdikdən sonra bütlərə ibadət edən bir qövmlə rastlaşmışdılar. Bu səbəblə də qövmü Hz. Musaya "sən də bizə bir tanrı düzəlt" deyərək nə cür yanlış bir imana sahib olduğunu göstərmişdi. Hz. Musa qövmünə Allahdan başqa tanrılara sitayiş edənlərin düşdüyü vəziyyəti bildirmiş və nankorluq etməmələri üçün Allahın onlara verdiyi nemətləri xatırlatmışdır:

"...Musa belə cavab verdi: "Siz, doğrudan da, cahil bir tayfasınız! Şübhəsiz ki, bunların tapındıqları bütlər məhvə məhkumdur, etdikləri əməllər isə puçdur!" Musa yenə dedi: "Allah sizi bütün insanlardan üstün tutduğu halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!" Yadınıza salın ki, sizi Firon əhlinin əlindən qurtardıq. Onlar sizə şiddətli əzab verir, oğullarınızı öldürür, qadınlarınızı isə diri saxlayırdılar. Bu sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq idi" ("Əraf" surəsi, 138-141).

Allah insanlara saymaqla bitməyəcək qədər çox nemət vermişdir. İnsanın düşünə bilməsi, danışa bilməsi, görə bilməsi, ətrafındakı gözəlliklər, dünyanın tam onun ehtiyacına uyğun olaraq yaradılması və saymaqla qurtarmayan minlərlə, milyonlarla nemət... Bu nemətlərə şükr etmək möminlər üçün bir ibadətdir. Bunları düşünüb Allahın öz üzərindəki rəhmətini görə bilən insanın Rəbbimizə olan bağlılığı artar. Belə bir adam ona bu nemətləri bəxş edən Allaha qarşı əsla nankorluq edə bilməz. Buna görə də peyğəmbərlər öz qövmlərinə Allahın nemətlərini xatırlatmış və Allahın əmr etdiyi kimi, bu nemətləri yada salmasının vacibliyini bildirmişdir. Hz. Musa da qövmünə Allahın onlara verdiyi nemətləri xatırlamasının vacibliyini söyləmişdir:

"Bir zaman Musa öz camaatına belə demişdi: "Ey camaatım, Allahın sizə olan nemətini xatırlayın ki, sizdən peyğəmbərlər göndərdi, padşahlar təyin etdi və aləmlərdən heç birinə vermədiyini sizə verdi" ("Maidə" surəsi, 20).

Hz. Musa Allahın verdiyi nemətlərə nankorluq edən qövmünü xəbərdar etmişdir

Allah İsrailoğullarını Fironun zülmündən qurtardıqdan sonra onlara maddi və mənəvi yöndən bir çox nemətlər vermişdir. Quranda onlara verilən nemətlər belə bildirilmişdir:

"Üstünüzə buludla kölgə saldıq və: "Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!" - deyərək sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar isə Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular. Xatırlayın ki, sizə: "Bu kəndə girin, bəyəndiyiniz yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin və buranın qapısından səcdə edən halda "hittə!" ("bizi bağışla!") söyləyərək daxil olun. Biz də günahlarınızı bağışlarıq. Biz yaxşı əməl edənlərin savabını artıracağıq", - demişik" ("Bəqərə" surəsi, 57-58).

"Yadınıza salın ki, Musa öz qövmü üçün ac istədikdə, Biz ona: "Əsanı daşa vur!" - dedik. Ondan on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. Sonra onlara: "Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!" - söylədik" ("Bəqərə" surəsi, 60).

Ancaq qövmü nankorluq etmiş, Hz. Musaya bir növ yeməyə qane olmayacaqlarını, buna görə Hz. Musanın Allaha yalvararaq onlar üçün paxla, sarımsaq, mərci və soğan istəməsini söyləmişdir. Hz. Musa qövmünün bu nankor davranışına qarşı belə demişdir:

"...Musa da cavabında: "Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? O halda şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!" - demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu onların Allahın ayələrini inkar etdiklərinə və peyğəmbərləri haqsız yerə öldürdüklərinz görə idi. Bu  onların asi olduqlarına və həddi aşdıqlarına görə idi" ("Bəqərə" surəsi, 61).

Hz. Musa ilə bağlı olan bu ayədən də gördüyümüz kimi, Allahın elçiləri insanlara daim əllərindəki nemətlərə şükr etmələrini, nankorluq edərlərsə, bunun nəticəsində əzabla qarşılaşacaqlarını xatırlatmışdır. Əlbəttə, onların bu xəbərdarlığı hər dövrə aiddir. Allah Rəzzaqdır (ruzi verəndir), insanlara saysız nemətlər verərək bunların əvəzində də onların şükr etməsini əmr edir. Əks hərəkət edənlər isə keçmişdə olan nankor qövmlərin başına gələnlərin bir bənzəri ilə qarşılaşmaqdan çəkinməlidir. Hz. Musa doğru yoldan azan qövmünə Allahın vəd və əzabını xatırlatmış, onları dərhal tövbə etməyə çağırmışdır.

Hz. Musa Allahın əmri ilə Tur dağına getmək üçün qövmündən bir müddət ayrılmış, bu zaman yerinə Hz. Harunu qoymuşdur. Ancaq Hz. Musanın yoxluğu zamanı zəiflik göstərən xalqı öz aralarındakı Samiri adlanan bir adama uymuş və özünə bir buzov heykəli düzəldərək ona sitayiş etməyə başlamışdı. Bu səbəbdən Hz. Musa qövmünə qayıtmış və bunları xatırlatmışdır:

"...Dedi: "Ey ümmətim! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Yoxsa uzun bir müddət keçdi? Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?"" ("Taha" surəsi, 86).

Hz. Musa bu xatırlatmalardan sonra qövmünü təkrarən tövbə etməyə dəvət etmişdir. Etdikləri xətanı onlara izah etmiş, tövbə edərlərsə, bunun onlara daha çox xeyirli olacağını bildirmişdir:

"O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: "Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü öldürün! Belə etməniz yaradınınızın yanında sizin üçün xeyirlidir!" - demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır" ("Bəqərə" surəsi, 54).

Hz. Musa qövmünü şirk azğınlığına düşməyə məcbur edən Samirini və onun bütünü alçaldıb rəzil etmiş, Allahı ucaltmışdır

"Musa dedi: "Çıx get burdan. Həyatın boyu: "Bir kəs mənə toxunmasın!" - deməli olacaqsan. Hələ səni əsla qaçıb canını qurtara bilməyəcəyin daha bir vaxt gözləyir. İndi tapınıb durduğun tanrına bax. Biz onu yandıracaq, sonra da dənizə atacağıq!" ("Taha" surəsi, 97).

Yuxarıdakı ayədən də göründüyü kimi, Hz. Musa insanları azdırmağa çalışan bir adama qarşı kəskin bir tədbir görmüşdür. Samirinin bir daha başqa insanları azdırmasına izn verməyərək onu yaşadığı yerdən uzaqlaşdırmışdır. Və düzəltdiyi bütü yandırıb məhv etmiş, sonra da dənizə atmışdır. Hz. Musanın bu rəftarı bu tipli məsələlərdə necə tədbir görmək lazım olduğuna da işarə edir. Bundan başqa, ona dünyada və axirətdə qarşılaşacağı əzabı da xəbər vermişdir. Bundan sonra Hz. Musa Allahın tək Tanrı olduğunu xatırlatmışdır:

"Sizin tanrınız ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir!" ("Taha" surəsi, 98).

 

]]>
http://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37641/hz-musahttp://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37641/hz-musahttp://imgaws1.fmanager.net/Image/objects/37-resullerimiz-diyor-ki/11587HZ._MUSA.jpgThu, 27 Jan 2011 01:40:34 +0200
HZ. LOĞMAN "Həqiqətən, Loğmana: "Allaha şükr et!" - deyə hikmət verdik. Kim şükr etsə, özü üçün şükr edər. Kim nankor olsa, bilsin ki Allah onun şükrünə möhtac deyildir. Şükrə layiqdir!" ("Loğman" surəsi, 12).

Quranda Hz. Loğmanın ona hikmət verilmiş bir peyğəmbər olduğu bildirilir. Onun oğluna verdiyi öyüdlərin bir hissəsi Quranda da xəbər verilmişdir. Bu öyüdlər möminlərin diqqət verməsi vacib olan əsas məsələləri əhatə edir. Buna görə də bizim üçün çox əhəmiyyətlidir.

Hz. Loğman Allaha şərik qoşmaqdan çəkinməyi tövsiyə etmişdir

Allah Ona şərik qoşmağın əsla bağışlamayacağı bir günah olduğunu "Nisa" surəsinin 48-ci və 116-cı ayələrində bildirmişdir. Hz. Loğman da oğluna öyüd verərkən öncə şirkdən çəkinməsini, şirkin çox böyük zülm olduğunu söyləmişdir:

"Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: "Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!"" ("Loğman" surəsi, 13).

Hz. Loğman Allahın hər şeydən xəbərdar olduğunu, ən kiçik bir əməlin belə əvvəl-axır insanın qarşısına çıxarılacağını bildirmişdir

"Dedi: "Oğlum bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu ortaya gətirər. Həqiqətən, Allah bütün incə işləri biləndir, xəbərdardır!" ("Loğman" surəsi, 16).

Hz. Loğman Allahın əmrlərini yerinə yetirməyi, səbrli və bunlarda qərarlı olmağı tövsiyə etmişdir

"Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu vacib əməllərdəndir!" ("Loğman" surəsi, 17).

Hz. Loğman hər davranışda təkəbbürlənməkdən çəkinməyi tövsiyə etmişdir

"Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! Yerişində müvazinət gözlə və səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!" ("Loğman" surəsi, 18-19).

Hz. Loğman oğluna öyüd verərkən ona təkəbbürə qapılmamaq barədə xəbərdarlıq etmişdir. Çünki bütün güc və qüvvət Allaha məxsusdur. Ağlın, elmin həqiqi sahibi də Odur. Hər şeydə Allaha möhtac olan insan kimi aciz bir varlığın - özündə bir güc və üstünlük varmış kimi - təkəbbür göstərməsi, yerişi ilə, danışığı ilə təkəbbürlü bir davranış sərgiləməsi son dərəcə pis bir əxlaqi xüsusiyyətdir. Belə edən bir adam təkəbbür göstərdikcə Allah qarşısında daha da günahkar olacaq və aşağıdakı ayənin əhatə dairəsinə girəcəkdir:

"Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır" ("Əraf" surəsi, 146).

Təkəbbür göstərən və lovğalanan insanlar hər bir şeydə öz ağlına güvənirlər. Bu adamların öz prinsip və rəyləri hər şeyin önündə gəlir. Onlara təbliğ edən adam bir peyğəmbər belə olsa ona qarşı çıxır, hörmətsizlik edirlər. Həmçinin Quranda qövmlərin peyğəmbərlərlə danışan başbilənlərinin ortaq xüsusiyyətinin təkəbbürlülük olduğu bildirilmişdir.

Hz. Loğman insanlara və ya oğluna təkəbbürlülük barədə öyüd verərkən bu iki cəhəti xüsusilə vurğulamışdır: səs tonu və yeriş forması. Burada diqqəti cəlb edən məqam Allahın Hz. Loğmanın ağzından bir hökmünü bildirməsidir.

 

]]>
http://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37640/hz-logmanhttp://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37640/hz-logmanhttp://imgaws1.fmanager.net/Image/objects/37-resullerimiz-diyor-ki/11586_HZ_LOKMAN.jpgThu, 27 Jan 2011 01:37:29 +0200
HZ. ŞUEYB Allah Hz. Şueybi Mədyənə peyğəmbər kimi göndərmişdi. Quranda bu qövmün də digər qövmlər kimi Allaha iman etmədiyi və yer üzündə fitnə-fəsad törətdiyi bildirilmişdir. Hz. Şuayb Allahı inkar etdiklərinə görə böyük bir əzabla məhv olan bu qövmü son ana qədər tövbə etməyə və Allaha qulluq etməyə çağırmışdır.

Allahdan qorxmayan insanların sahib olduğu pis əxlaq onların həyatının hər anında ortaya çıxır. Bura qədər haqqında bəhs etdiyimiz qövmlərə diqqət etsək görərik ki, Allahdan qorxmayan bu insanlar çirkin azğınlıqlar edən, yol kəsən, başqalarının haqqına təcavüz edən, utanc hissini itirmiş, öz mənfəətlərindən və dünyəvi maraqlarından başqa heç bir şeyi düşünməyən insanlardır. Bu pis əxlaqlı davranış və xüsusiyyətlərin hamısı bugünkü cəmiyyətlərdə son dərəcə geniş yayıldığı üçün Allahın peyğəmbərlərinin öz qövmlərinə verdiyi öyüdlərin hamısı bütün dünyada olan insanlara eynilə şamil edilə bilər. İnsanların bu xatırlatmalardan öyüd alması bu gün də lazımdır.

Məsələn, Hz. Şueybin qövmünün ən mühüm xüsusiyyətlərindən biri onun ticarətdə hiyləyə əl atan bir qövm olmasıdır. Hz. Şuayb öz qövmünü bu barədə xəbərdar etmiş və bu əmri yerinə yetirməyin onlar üçün daha xeyirli olacağını belə xatırlatmışdır:

"...Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini azaltmayın. Yer üzü düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu sizin üçün xeyirlidir!" ("Əraf" surəsi, 85).

Mədyən xalqının bu pis xüsusiyyəti bugünkü dindən uzaq cəmiyyətlərdə tez-tez görünən, hətta bəzən təbii qarşılanan xüsusiyyətlərdəndir. Bu səbəblə Hz. Şueybin öz qövmünə etdiyi çağırışların hər biri bu gün yaşayan insanlara da şamil edilə bilər. Bu gün də insanlar ticarət edərkən heç bir əskiltmə etməməli, dürüst bir davranış göstərməli, yer üzündə nizam-intizamı qorumalı, fitnə-fəsaddan uzaq durmalıdır. Əks təqdirdə keçmişdə yaşayan qövmlərin başına gələn fəlakətlərin bənzəri ilə qarşılaşmaqdan çəkinməlidirlər. Möminlərin vəzifəsi də yaşadıqları cəmiyyətləri Allahın peyğəmbərlərindən nümunə götürərək bu mövzuda xəbərdar etməkdir.

Hz. Şuayb etibarlı bir elçi olduğunu və Allahdan qorxub çəkinməyin vacibliyini təbliğ etmişdir

"O zaman ki, Şüeyb onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itaət edin! Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!" ("Şuəra" surəsi, 177-180).

Qövmünə halal qazancın haram yolla qazanılanlardan daha çox xeyirli olduğunu təbliğ etmişdir

Hz. Şuayb öz qövmünə belə müraciət etmişdir:

"Ey qövmüm! Ölçüdə və çəkidə düz olun. İnsanların heç bir şeydə haqqını əskiltməyin. Yer üzündə gəzib fitnə-fəsad törətməyin! Əgər möminsinizsə, Allahın verdiyi mənfəət sizin üçün daha xeyirlidir. Mən də sizə nəzarətçi deyiləm!"" ("Hud" surəsi, 85-86).

İnsan Allahın haram etdiyi yollardan dünyada bir var-dövlət əldə edə bilər. Ancaq bu yolla qazanılan pul və mal sahibinə heç vaxt fayda verməz. Əksinə, bu adam qazandıqları ilə heç bir zaman xoşbəxt və rahat ola bilməz, əlindəkilərin bərəkəti gedər və onlardan istədiyi kimi faydalana bilməz. Amma bundan daha önəmlisi odur ki, Allahın rizasına əhəmiyyət vermədən harama girən və bu yolla qazanc əldə edən adam bu əməlini ölənə qədər davam etdirdiyi halda əməlinin əvəzini axirətdə də əbədi bir cəhənnəm əzabı ilə alır. Allahın halal bildiyi yollarla əldə edilən qazanc isə hər zaman xeyir gətirir. Çünki Allahın insanlara göstərdiyi yol ən doğru və ən faydalı olandır. Buna görə də Allahın dininə uyğun şəkildə yaşayanlar və qazancı halal yolla əldə edənlər bunun faydasını və bərəkətini həmişə görərlər. Allah dünyada və axirətdə iman edənlərə qorxub-çəkinmələrinin əvəzində qat-qat artıq nemət verir. Allah bir ayəsində halal qazancla haram qazanc arasındakı fərqi belə bildirir:

"Sərvətinizin xalqın mal-dövləti hesabına artması üçün sələmlə verdiyiniz malın Allah yanında heç bir bərəkəti olmaz. Allah rizasını diləyərək  verdiyiniz sədəqə isə belə deyildir. Bunu edənlər qat-qat artıranlardır!" ("Rum" surəsi, 39).

Ona itaət etməyən qövmünə məqsədinin yalnız onları islah etmək olduğunu söyləmişdir

"Onlar dedilər: "Ey Şueyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Sən doğrudan da, həlim xasiyyətlisən, çox ağıllısan!"" ("Hud" surəsi, 87).

Bütün peyğəmbərlər kimi vəzifəsinin yalnız təbliğ etmək olduğunu, ancaq təbliğ etdiyi adamlara Allahın hidayət verəcəyini bilən Hz. Şuayb bu sözlər qarşısında qövmünə belə cavab vermişdir:

"Belə cavab verdi: "Ey qövmüm! Bir deyin görək! Əgər mən Rəbbimdən aşkar bir möcüzə ilə gəlsəm və Rəbbim mənə Öz dərgahından gözəl bir ruzi versə necə? Mən sizə yasaq buyurduğum şeyin əksinə gedib onu özüm etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!" ("Hud" surəsi, 88).

Hz. Şuayb Allahın elçisi olduğunu bir daha xatırlatmışdır. Və gətirdiyi dinin hökmlərinin Allahın hökmləri olduğunu vurğulayaraq yeganə məqsədinin onları doğru yola çağırmaq olduğunu söyləmişdir. Həmçinin Hz. Şuayb öz vəzifəsini haqq ilə yerinə yetirən bir peyğəmbər olaraq uğur qazanmasını da yalnız Allahın istəyi ilə gerçəkləşəcəyini bilir. Qövmünə də bunu xatırladaraq hər şeyin Allahın diləməsi ilə olduğunu təbliğ etmişdir.

Hz. Şueyb da qövmünü əzab barədə xəbərdar etmişdir

Hz. Şueyb haqqında bura qədər bəhs etdiyimiz digər peyğəmbərlər kimi qövmünə onlara verilən nemətləri xatırlatmış və bunlar üçün Allaha şükr etmələrini əmr etmişdir. Bundan başqa, əgər Allahın əmrlərinə qarşı çıxsalar, onlara başlarına bir əzab gələcəyinə dair xəbərdarlıq etmişdir:

"Mədyən əhlinə də qardaşları Şueybi peyğəmbər göndərdik. O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində görürəm. Bununla belə sizi bürüyəcək bir günün əzabından qorxuram!" ("Hud" surəsi, 84).

Bundan başqa, Hz. Şueyb bu insanlara keçmişdə yaşayan qövmlərin inkarçılıqları nəticəsində necə bir cəza gördüklərini də xatırlatmışdır. O qövmlərin də peyğəmbərlərinə qarşı çıxdıqları üçün Allahın əzabı ilə qarşılaşdıqlarını vurğulayaraq qövmünün belə bir xətaya düşməməsi üçün onları xəbərdar edib qorxutmuşdur:

"Ey qövmüm! Mənə qarşı olan ədavətiniz Nuh tayfasının, Hud camaatının və Saleh qövmünün başına gələnləri sizin də başınıza gətirməsin. Lut tayfası da sizdən uzaq deyildir! Rəbbinizdən bağışlanmanızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim rəhm edəndir, sevəndir!"" ("Hud" surəsi, 89-90).

Hz. Şueyb qövmünün zülm və zorakılığını üzünə vurmuş, Allaha olan bağlılığını və qəti qərarlılığını vurğulamışdır

"Şueyb tayfasının özlərinə sığışdırmayan əyanları: "Ey Şueyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!" - dedilər. Şueyb belə cavab verdi: "Dininizə nifrət etdiyim halda beləmi bizi bu işə məcbur edəcəksiniz?" ("Əraf" surəsi, 88).

Tarix boyunca Allahın bütün elçiləri inkarçı qövmləri tərəfindən oxşar hücumlara məruz qalmışlar. Bu qövmlər peyğəmbərləri və yanlarındakı möminləri Allahın dininə uyduqları üçün günahlandırmış, onların öz batil dinlərinə dönməsi üçün səy göstərmiş, hətta onlara zor tətbiq edərək bunu həyata keçirməyə çalışmışdılar. Mədyən xalqının məşhur inkarçıları da Hz. Şueybi və onunla birlikdə olanları dinlərindən döndərmək istəmiş, onlara tabe olmayacaqları təqdirdə onları yurdlarından çıxarmaqla hədələmişdilər. Hz. Şueyb bu hədə-qorxuya belə cavab vermişdir:

"Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz Allah istəməsə, biz əsla sizin dininizə dönə bilmərik. Rəbbimiz elm ilə hər şeyi ehtiva etmişdir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et! Axı Sən hökm verənlərin ən yaxşısısan!"" ("Əraf" surəsi, 89).

Allahın rəsulunun buradakı sözləri qəti qərarlılığın aşkar bir göstəricisidir. Hamıya nümunə olan bu qərarlılıq bütün möminlərdə də olması vacib olan xüsusiyyətdir. Çünki Allaha iman edən insan Hz. Şueybin söylədiyi kimi, Allahın "elm baxımından hər şeyi əhatə etdiyi"ni bilir. Onun istəyi olmadan heç kimsənin özünə bir zərər verə bilməyəcəyinə və ya heç kimsədən bir fayda götürməyəcəyinə qətiyyətlə  inanır. Buna görə də ona qarşı son dərəcə təvəkküllü bir davranış göstərir. Və ən önəmli olanı da budur ki, mömin insan Allahın əmrlərini yerinə yetirməkdə ən kiçik bir güzəştə də getməz.

Hz. Şueyb qövmünə əsl qorxub çəkinmək lazım gələn varlığın Allah olduğunu təbliğ etmişdir

Müşrik qövmlərin ən qabarıq xüsusiyyətlərindən biri də bu insanların başqa insanlardan və ya varlıqlardan Allahdan qorxduqlarından da çox qorxması, bunları Allahdan da çox sevməsi və ya bu varlıqların rizasını Allahın rizasından üstün tutmasıdır. Hz. Şueybin qövmü də Allahın böyüklüyünü qiymətləndirməyən insanlardan ibarət idi. Bu insanların Allahdan qorxuları yox idi, amma insanlardan çəkinirdilər. Həmçinin Hz. Şueybi öldürmək istədiklərini, ancaq onun ətrafında olan yaxınlarından çəkindiklərini söyləmişdilər:

"Onlar dedilər: "Ey Şueyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif görürük. Əgər əşirətin olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz bir adam deyilsən!"" ("Hud" surəsi, 91).

Halbuki mütləq güc sahibi olan yalnız Allahdır. Qorxulacaq tək varlıq da Allahdır. Hər varlıq və hər hadisə Allahın elmi və nəzarəti altındadır. Hz. Şueyb da qövmünün bu hədə-qorxusuna qarşı Allahın hər şeydən üstün olduğunu belə xatırlatmışdır:

"Dedi: "Ey qövmüm! Məgər mənim əşirətim sizə Allahdan da əzizdir ki, Onu unudub saymırsınız? Həqiqətən, Rəbbim nə etdiklərinizi biləndir! Ey qövmüm! Əlinizdən gələni edin. Mən də etdiyimi edəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu biləcəksiniz. Gözləyin. Doğrusu, mən də sizinlə birlikdə gözləyirəm!"" ("Hud" surəsi, 92-93).

Allahın elçisini və ayələrini inkar etməkdə israrla davam edən bütün qövmlər kimi Mədyən xalqının da hələ dünyada ikən aldığı əvəzi Allah belə bildirmişdir:

"Əmriniz gəldikdə Özümüzdən bir mərhəmət olmaqla, Şueybi və onunla birlikdə iman gətirənləri xilas etdik. O zülm edənləri isə, dəhşətli bir səs bürüdü və onlar öz evlərində diz üstə çöküb qaldılar. Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Mədyən tayfası da Səmud qövmü kimi uzaq oldu!" ("Hud" surəsi, 94-95).

 

]]>
http://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37639/hz-sueybhttp://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37639/hz-sueybhttp://imgaws1.fmanager.net/Image/objects/37-resullerimiz-diyor-ki/11585_hz_suayb.jpgThu, 27 Jan 2011 01:36:05 +0200
HZ. YUSİF "...O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!" ("Yusif" surəsi, 24).

"...Ona sözləri yozmağı öyrətdik. Allah Öz işində qalibdir, lakin insanların əksəriyyəti bilməz! Ən yetkin dövrünə çatdıqda ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!" ("Yusif" surəsi, 21-22).

Quranın 12-ci surəsi olan "Yusif" surəsi 111 ayədir və haradasa bütövlükdə Hz. Yusifdən bəhs edilir. Hz. Yusif kiçik yaşlarından etibarən Allahın müxtəlif hadisələrlə imtahan etdiyi, son dərəcə səbrli, ixlaslı, yanındakı insanlara tez-tez Allahın varlığını və üstünlüyünü bildirən bir peyğəmbərdir. Təvəkkülü, Allaha qəlbən bağlılığı, sədaqəti, hadisələr qarşısında təmkinli davranması bütün möminlər üçün çox gözəl bir örnəkdir.

Allah Hz. Yusifə hələ uşaq ikən göstərdiyi bir yuxu ilə gələcəkdə ona böyük bir elm və nemətlər verəcəyini müjdələmişdir. Hz. Yusif gördüyü bu yuxunu atası Hz. Yəquba danışmış, o da yuxunu belə yozmuşdur:

"Bir zaman Yusif atasına demişdi: "Atacan! Mən on bir ulduz və Günəşlə Ayı gördüm. Gördüm ki, onlar mənə səcdə edirlər". Dedi: "Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanın açıq-aşkar düşmənidir. Rəbbin səni seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin biləndir, hikmət sahibidir!"" ("Yusif" surəsi, 4-6).

Hz. Yusif Allahın rizasının hər şeydən vacib olduğunu bildirmişdir

Hz. Yusif çox kiçik yaşda olarkən atası onu çox sevdiyi üçün qardaşları onu qısqanırdı. Ondan qurtulmaq üçün onu bir quyunun içinə atmışdılar. Hz. Yusifi quyunun içində saxlayan qardaşları atalarına "Yusifi qurd yedi" ("Yusif" surəsi, 17) deyərək yalan söyləmişdilər. Sonra bir karvan Hz. Yusifi tapmış və onu Əziz adlı bir misirliyə satmışdı. Hz. Yusif uzun illər bu adamın evində qalmış, ancaq yetkinlik yaşına çatanda Əzizin arvadı onu zina etməyə məcbur etmişdi. Fəqət Allahdan qorxan Hz. Yusif belə bir şeyə qol qoymamış və qadına Allahı xatırladaraq belə cavab vermişdi:

"Evində olduğu qadın tovlayıb yoldan çıxartmaq istədi və qapıları bağlayaraq: "Di gəlsənə!" - dedi. Yusif isə: "Mən Allaha sığınıram. Axı o mənim ağamdır. O mənə yaxşı baxır. Həqiqətən, zülm edənlər nicat tapmazlar!" - deyə cavab verdi" ("Yusif" surəsi, 23).

Məqsədinə nail olmayan qadın isə Hz. Yusifə iftira atmışdır. Şahidlərin sözlərinə və gətirilən dəlillərə görə, Hz. Yusifin günahkar olmaması təsdiqlənsə də o, bir müddət sonra zindana atılmışdır. Hər zaman Allahın onu sınadığını bilərək Rəbbimizi ən çox razı edəcəyi davranışı seçən Hz. Yusif bu hadisədə də zindanda olmağın özü üçün daha münasib olduğunu belə dilə gətirmişdir:

"Yusif dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram"" ("Yusif" surəsi, 33).

Bu hadisədən də gördüyümüz kimi, Allaha qətiyyətlə iman gətirən bir adam qarşısına çıxan heç bir hadisədə təmkinini itirməməli, Allaha təvəkkül etməli və mütləq gözəl bir nəticə ilə qarşılaşacağını unutmamalıdır. Çünki Allah səmimi qullarına dünyada və axirətdə yardım edəcəyini bildirmişdir. Həmçinin Hz. Yusifin həyatı Quranda bu mövzu ilə bağlı verilən mühüm bir örnəkdir.

Hz. Yusif həbsxana yoldaşlarına hər şeyi verənin Allah olduğunu xatırlatmışdır

Hz. Yusiflə birlikdə zindana atılan iki cavan oğlan da var idi. Bunlar Hz. Yusifə gördükləri yuxunu danışmış və bu yuxuların nə məna verdiyini öyrənmək istəmişdilər. Hz. Yusif zindan yoldaşlarına bütün peyğəmbərlər kimi öncə Allahın varlığını izah etmiş, sahib olduğu elmin həqiqi sahibinin Allah olduğunu söyləmişdi:

"Yusif belə cavab verdi: "Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim! Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu Allahın bizə və insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti şükr etməz!" ("Yusif" surəsi, 37-38).

Hz. Yusifin bu xatırlatması diqqəti möminlərin əsla unutmamalı olduğu bir həqiqətə cəlb edir. İnsanın sahib olduğu bütün maddi və mənəvi xüsusiyyətləri Allah verir. Və Allah istədiyi anda bir insana verdiklərini geri almağa və yaxud qat-qat artığını verməyə qadirdir. O halda insanların bunu əsla unutmaması, sahib olduqları heç bir xüsusiyyətlə öyünməməsi son dərəcə mühümdür.

Hz. Yusif zindan yoldaşlarına tək Tanrının Allah olduğunu, yalnız Ona qulluq etməyin vacib olduğunu təbliğ etmişdir

Hz. Yusif daha sonra söhbətinə davam etmiş və Allahdan başqa tanrı olmadığını bildirib yoldaşlarını Allaha qulluq etməyə çağırmışdır:

"Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa bir olan, qadir olan Allah?! Allahdan qeyri ibadət etdikləriniz sizin və atalarınızın qoyduğunuz adlardan başqa bir şey deyildir. Allah isə onlara heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz!" ("Yusif" surəsi, 39-40).

Diqqət etsək, Hz. Yusif Allaha şərik qoşan zindan yoldaşlarının suallarına dərhal cavab verməmişdi. Öncə onları imana çağırmış və şirk qoşmamalarını nəsihət etmişdir. İman sahibi olmayan bir insan düşdüyü pis vəziyyətin fərqinə varmadığından özü üçün nəyin birinci olduğuna qərar verə bilməz, ikinci dərəcəli məsələlərlə kifayətlənər. Bu halda qarşısındakı insanı tanımaq və ona faydalı olan öyüdü vermək möminin borcudur. Bütün insanlara fayda gətirən əsas amil imandır. Hz. Yusif də ilk öncə imanı izah etmişdir.

Hz. Yusifin yaşadığı mühit və şərtlər nə qədər çətin olursa olsun o, öz rəftarında və Allahın hökmlərini yerinə yetirməkdə ən kiçik bir dəyişiklik belə etməmişdir. Hz. Yusif həbsxana mühitində belə təbliğ vəzifəsini icra etməkdə davam etmişdir. Hz. Yusifin bu davranışı müsəlmanlar üçün çox gözəl bir örnəkdir.

Hz. Yusif nəfsin insana pisliyi əmr etdiyini

demişdir

Baş verən hadisələr nəticəsində zindana atılmasına səbəb olan qadın öz əməlini etiraf etmiş, Hz. Yusifin günahsızlığı ortaya çıxmışdır. Hz. Yusif isə günahsızlığı ortaya çıxdıqdan sonra ilk öncə nəfsini təmizə çıxarmağa heç bir zaman cəhd göstərmədiyini vurğulamışdır:

"Yusif dedi: "Bu ona görədir ki, o olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin!

Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!"" ("Yusif" surəsi, 52-53).

Hz. Yusifin nəfsini müdafiə etmək istəməməsinin səbəbini anlamaq üçün "nəfs" sözünün izahı üzərində durmaq lazımdır. Nəfsi insanın içində olan "pisliyi əmr edən güc" kimi izah edə bilərik. Nəfsin istəkləri Allahın rizasına uyğun olan davranışla ziddiyyət təşkil edirsə, möminlər heç bir zaman nəfslərinə tabe olmaz, hər hansı bir məsələdə Allahın rizasını qazanmağa çalışarlar. Hz. Yusif də nəfsin bu cəhətini bildiyi üçün onu müdafiə etməyin xətalı olacağını söyləmişdir.

Hz. Yusif ona verdiyi nemətlər üçün Allaha şükr etmişdir

Hz. Yusif günahsızlığı ortaya çıxdıqdan sonra etibarlı bir adam kimi ölkənin xəzinələrinin başçısı təyin edilmişdir. Bundan sonra ailəsini də yanına aparmışdır. Və onlara da Allaha olan təvəkkülünü, etibarını, hər şeyin Onun nəzarətində olduğunu heç bir zaman unutmadığını bildirmişdir:

"Ata-anasını taxt üstünə qaldırdı. Onlar hamısı ona təzim edib əyildilər. Yusif dedi: "Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı. Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən gətirdi. Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır. O, doğrudan da, biləndir, hikmət sahibidir!"" ("Yusif" surəsi, 100).

Yaşadığı hər sıxıntıda Allaha təvəkkül edən, nemətə qovuşanda da eyni şəkildə Rəbbimizə yönələn Hz. Yusif Allaha belə dua etmişdir:

"Ey Rəbbim! Sən mənə səltənətdən bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!"" ("Yusif" surəsi, 101).

Göründüyü kimi, Quranda Hz. Yusifin uşaqlığından etibarən yaşadığı müxtəlif hadisələrdəki hərəkətləri və davranışı haqqında məlumatlar verilmişdir. Bu məlumatlar bizə Allahın bir peyğəmbəri olan Hz. Yusifin üstün əxlaqını, Allaha olan imanını, təslimiyyətini, sədaqətini açıq göstərir. Qarşılaşdığı şərtlər nə olursa olsun peyğəmbərin üstün əxlaqında və təslimiyyətində ən kiçik bir dəyişiklik də olmamış, bütün həyatı boyu ətrafındakı insanlara Allahın varlığını və sonsuz qüdrətini izah etmişdir.

Hz. Yusif peyğəmbər olsa da onun müsəlman kimi ölməyi və salihlər arasında yer almağı istəməsi də üzərində ciddi düşünülməsi lazım gələn bir mövzudur. Heç kimin mömin kimi ölməyə və cənnətə getməyə qarantiyası yoxdur. Möminlər bunu bilərək Allahdan qorxar və Hz. Yusif kimi müsəlman kimi ölmək üçün dua edərlər.

 

]]>
http://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37638/hz-yusifhttp://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37638/hz-yusifhttp://imgaws1.fmanager.net/Image/objects/37-resullerimiz-diyor-ki/11584-hz_yusuf.jpgThu, 27 Jan 2011 01:33:31 +0200
HZ. YƏQUB "Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et! Biz yurdu anmaq xislətini onlara məxsus elədik. Şübhəsiz ki, onlar dərgahımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər!" ("Sad" surəsi, 45-47).

Hz. Yəqub Hz. İbrahimin soyundandır. Allah Hz. İbrahimi və oğullarını qövmlərini xeyirə çağıran və hidayətə yönəldən bir başçı etmişdir. Və bunu Quranda belə bildirmişdir:

"Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər" ("Ənbiya" surəsi, 73).

Hz. Yəqub oğullarına haqq dinə itaət etməyi və salehlərdən olmağı vəsiyyət etmişdir

Quranda Hz. Yəqubun apardığı təbliğatdan bəhs edən ayələr "Bəqərə" surəsində yer alır. Allah Hz. Yəqubun oğullarına vəsiyyətini belə bildirir:

"İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib: "Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün din seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!"" ("Bəqərə" surəsi, 132).

Müsəlman kimi can vermək Allahdan qorxan insanların ən mühüm dualarından biridir. Çünki bir insan həyatı boyu saleh əməllər etdiyi halda sonradan niyyətini pozub imanından dönərsə, bütün əməlləri boşa gedəcək və cəhənnəm əzabına layiq olacaqdır. Hz. Yəqub oğullarına "müsəlman kimi can verin" deyərkən onlara bu mövzuda xəbərdarlıq etmiş və səmimi niyyətlərini və qərarlarını əsla pozmadan imanlarını qorumalarını tövsiyə etmişdir. Atalarının vəsiyyətinə uyan oğullar Allaha ibadət edəcəklərini və Ona təslim olduqlarını belə dilə gətirmişlər:

"Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" - deyə oğlanlarından soruşduğu zaman, onlar: "Sənin Allahına və ataların - İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq" - dedilər" ("Bəqərə" surəsi, 133).

Hz. Yəqub oğullarına təvəkkül etməyi nəsihət etmişdir

"Dedi: "Oğullarım! Eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!" Onlar ataları əmr etdiyi kimi daxil olduqda Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi, ancaq Yəqubun ürəyindəki bir diləyi yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yəqub onu öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti bilməz!" ("Yusif" surəsi, 67-68).

Hz. Yəqub oğullarına şəhərə girərkən tədbirli olmağı nəsihət edərkən çox mühüm bir həqiqəti də xatırladaraq tədbirə deyil, Allaha güvənməyin vacibliyini vurğulamışdır. Çünki Allah istəməsə, insan özünə zərər və ya fayda vermək gücünə sahib deyil. Başına gələn heç bir şeyin qarşısını ala bilməz, heç bir xeyirə də qovuşa bilməz. Mömin Allah rizasını axtardığı üçün lazım olan bütün tədbirləri görər. Amma nəticənin Allahın izni ilə olduğunu qəti olaraq bilir, yalnız Ona güvənib durur.

 

]]>
http://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37637/hz-yƏqubhttp://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37637/hz-yƏqubhttp://imgaws1.fmanager.net/Image/objects/37-resullerimiz-diyor-ki/11583HZ._YAKUP.jpgThu, 27 Jan 2011 01:31:17 +0200
HZ. LUT "Biz Luta da bir hökm və elm verdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir tayfa idilər. Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi" ("Ənbiya" surəsi, 74-75).

Quranda bəhs edilən ən azğın qövmlərdən biri Hz. Lutun qövmüdür. Bu qövm ayələrdə də bildirildiyi kimi, bir çox cinsi əxlaqsızlıqlar içində olan, yol kəsən və təcavüzkarlıq edən bir qövmdür.

"Lutu da yad et! Bir zaman o öz qövmünə demişdi: "Doğrudanmı siz özünüzdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc bir işi görürsünüz? Həqiqətənmi siz kişilərə yaxınlaşır, yol kəsir və məclislərinizdə çirkin iş görürsünüz?" Tayfasının cavabı ancaq: "Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!" - deməkdən ibarət oldu" ("Ənkəbut" surəsi, 28-29).

"Lutu da peyğəmbər göndərdik. Bir zaman o öz tayfasına demişdi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlığı sizmi edəcəksiniz? Siz qadınları atıb şəhvətlə kişilərin üstünə gəlirsiniz, Siz, doğrudan da, həddi aşmış bir tayfasınız!"" ("Əraf" surəsi, 80-81).

"Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz həddi aşan bir camaatsınız!"" ("Şüəra" surəsi, 165-166).

"Lut o zaman öz tayfasına demişdi: "Gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz? Siz qadınları qoruyub şəhvətlə erkəklərin yanınamı gedirsiniz? Həqiqətən, siz cahil bir tayfasınız!"" ("Nəml" surəsi, 54-55).

Hz. Lut hər cəhətdən böyük bir azğınlıq və əxlaqsızlıq girdabında olan qövmünü Allah üçün yaşamağa və gözəl əxlaqlı olmağa çağırmışdır. Üsyankar rəftarından və çirkin əməllərindən əl çəkmək istəməyən qövm isə Hz. Luta inadla qarşı çıxmışdı. Ancaq qövmünün israrlı inkarına baxmayaraq Allahın bütün peyğəmbərləri kimi Hz. Lut da qövmünü hidayət yoluna yönəltmək üçün ciddi səy göstərmiş, bu azğın insanların hücumlarından və atdığı iftiralardan çəkinmədən onları Allahın yoluna çağırmışdı.

Allahın yuxarıdakı ayələrində də bildirildiyi kimi, Hz. Lut qövmünə etdikləri çirkinlikləri izah etmiş və onları Allahın bəyəndiyi təmiz bir həyata çağırmışdır. Ancaq tarix boyu bir çox inkarçı qövm kimi Hz. Lutun qövmü də öz peyğəmbərinə itaət etməmiş və onu doğru yoldan ayırmaq üçün müxtəlif iftiralar atmağa çalışmışdı.

Böyük bir azğınlıq içində olan Lut qövmü Hz. Lutu yurdlarından qovub çıxarmaqla hədələmiş, peyğəmbərin və yanındakı möminlərin maddi və mənəvi təmizliyinə istehza etmişdi. Hz. Lut onları dəfələrlə haqq yoluna çağırdığı halda onun bu çağırışına cavab verməyən və inadla inkar edən qövmünə reaksiyasını belə dilə gətirmişdir:

"Lut dedi: "Həqiqətən, mən sizin əməlinizə nifrət edənlərdənəm!" ("Şuəra" surəsi, 168).

Bu ayədən də göründüyü kimi, Hz. Lut öz qövmünün bütün inadkarlığına və azğınlığına baxmayaraq Allahın əmrlərinə uymuş, insanları da buna dəvət etmiş və bunda qəti bir qərarlılıq göstərmişdir. Allahın razı olmayacağı hər cür davranışdan özünün də razı olmadığını və buna mane olmaq üçün səy göstərəcəyini dilə gətirmişdir.

Hz. Lut qövmünü Allahdan qorxub çəkinməyə çağırmışdır

Hz. Lut da qövmünə öncə Allahın göndərdiyi etibarlı bir peyğəmbər olduğunu və apardığı təbliğatın əvəzində heç bir şey istəmədiyini bildirərək onları Allahdan qorxub çəkinməyə dəvət etmişdir:

"O zaman ki, qardaşları Lut onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itaət edin! Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!" ("Şuəra" surəsi, 161-164).

İnsanın Allahın bəyəndiyi əxlaqı tam yerinə yetirə bilməsi üçün sözün əsl mənasında bir Allah qorxusuna sahib olması lazımdır. Əgər bir insan Allahdan qorxursa, Allahın bəyənmədiyi bir əxlaqı bilə-bilə özündə saxlamaz. Nisbətən etdiyi səhv bir davranış varsa da doğrunu öyrəndiyi anda xətalı davranışını düzəldər. Allahın razı olacağı bir həyat yaşayar və həm dünyada, həm də axirətdə gözəl bir həyat uma bilər. Bu səbəblə Hz. Lut kimi bütün elçilər öz qövmlərinə Allahdan qorxmalarının lazımlılığı barədə xəbərdarlıq etmişlər.

Hz. Lut qövmünü ağlı başında davranması və etdiyi əməllərə görə utanması barədə xəbərdar etmişdir

Lut qövmünün inkarçılıqda inad etməsinin əvəzində Allah onlara göndərəcəyi əzabı Hz. Luta xəbər vermələri üçün mələklər göndərmişdir. Gələn mələkləri insan zənn edən qövm qaçaraq Hz. Lutun yanına gəlmişdir. Hz. Lutla qövmü arasında olan söhbət belədir:

"Elçilərimiz Lutun yanına gəldikləri zaman əndişəyə düşdü, ürəyi sıxıldı və: "Bu, çox çətin bir gündür!" - dedi. Tayfası tələsik yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. Lut onlara dedi: "Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar (nigah baxımından) sizin üçün daha təmizdirlər. Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda ağlı başında bir adam yoxdur?" Onlar dedilər: "Sənin qızlarına heç bir rəğbətimiz olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!"" ("Hud" surəsi, 77-79).

Göründüyü kimi, Allah qorxusunu bilməyən Lut qövmü öz azğın istəklərini açıq şəkildə dilə gətirə biləcək qədər utancaqlıq hissini itirmiş insanlardan ibarət idi. Əlbəttə, bu, dinsizliyin təbii bir nəticəsidir. Bu azğın hərəkət müasir dövrün dindən uzaq cəmiyyətlərində də olduqca yayılmış və yaddan çıxarılmamış bir nizamdır. Çünki gözəl əxlaqı, doğrunu və yalanı insana öyrədən dindir. Ürəyində Allah qorxusu olmayan və dindən uzaq yaşayan insanların vicdanı isə kor olur. Belə insanların həya və utancaqlıq kimi üstün əxlaqi xüsusiyyətləri ya çox məhduddur, ya da heç yoxdur. Qövmünün etdiyi bir çirkin təklifin dinsizliyin gətirdiyi bir nəticə olduğunu bilən Hz. Lut da qövmünə Allahdan qorxmağın və onu yadların yanında xəcil etməməyin lazımlılığını söyləmişdir.

Hz. Luta elçilər gəldiyi zaman qövmü ilə arasında söhbətləri bildirən ayələrdən bəziləri belədir:

"Şəhər əhli bir-birini muştuluqlayıb gəldi. Lut dedi: "Bunlar mənim qonaqlarımdır. Məni rüsvay etməyin! Allahdan qorxun və məni xar etməyin! Onlar: "Məgər biz sənə adamları qadağan etmədikmi?" - deyə soruşdular. Lut dedi: "Bunlar mənim qızlarımdır. Əgər istədiyinizi edəcəksinizsə (buyurun, onlarla evlənin)!" Canına and olsun ki, onlar məstlikləri içində sərgərdan vəziyyətdə durub qaldılar. Şəfəq doğanda o dəhşətli səs onları bürüdü. Onların altını-üstünu çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq. Bunda düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır! Həqiqətən, o yolun üstündə hələ də durmaqdadır! Bunda möminlər üçün, sözsüz ki, bir ibrət dərsi vardır!" ("Hicr" surəsi, 67-77).

Göründüyü kimi, Hz. Lutun çağırışlarına məhəl qoymayan, azğın əxlaqından əl çəkməyən bir qövm hələ dünya həyatında ikən şiddətli bir əzabla qarşılaşmışdır. Bu, onların yalnız dünya həyatında aldığı cəzadır, axirətdə görəcəkləri əzab isə daha şiddətli olacaqdır.

 

]]>
http://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37636/hz-luthttp://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37636/hz-luthttp://imgaws1.fmanager.net/Image/objects/37-resullerimiz-diyor-ki/11582HZ._LUT.jpgThu, 27 Jan 2011 01:29:39 +0200
HZ. İBRAHİM "Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən, İbrahimin hənif millətinə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi dost tutmuşdur!" ("Nisa" surəsi, 125).

Hz. İbrahim Allahın "dost etdiyi" bir peyğəmbərdir. Allah-Təala bir çox ayədə Hz. İbrahimin üstün əxlaqından bəhs edir. Möminlərə gözəl əxlaqı ilə nümunə olan Hz. İbrahim Allaha ürəkdən yönələn, yumşaq xasiyyətli, Allaha qarşı həssas, cəsur, sözündə doğru bir insandır. Allah bir ayədə Hz. İbrahimin əxlaqını belə tərif edir:

"Həqiqətən, İbrahim Allaha müti, batildən haqqa tapınan bir imam idi. O heç vaxt müşriklərdən olmamışdı. O, nemətlərinə şükr edən idi. Allah da onu seçdi və düz yola yönəltdi. Biz ona dünyada gözəl nemət bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də salehlərdəndir!" ("Nəhl" surəsi, 120-122).

Allahın üstün əxlaqı ilə bəhs etdiyi Hz. İbrahim özlərinin düzəltdiyi bütlərə tapınan və tapınma məsələsində son dərəcə qərarlı və inadkar olan bir qövmə göndərilmişdi. Və onun vəzifəsi qövmünü yalnız Allaha qulluq etməyə çağırmaq idi. Amma qövmünün insanları haqq dinin onların dünyəvi mənfəətləri ilə zidd olduğunu düşündüyü üçün onu qəbul etmək istəməmiş, Hz. İbrahimə bir tələ quraraq onu öldürməyə çalışmışdılar. Ancaq Allah Hz. İbrahimə qurulan tələni pozmuş, onu zalım qövmünün əlindən xilas etmişdi:

"Belə dedilər: "Əgər bir iş görəcəksinizsə, onu yandırın və tanrılarınıza kömək edin!" Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!" - deyə buyurduq. Onlar hiylə qurmaq istədilər, lakin Biz onları daha çox ziyana uğratdıq. Biz onu da, Lutu da aləmlər üçün mübarək etdiyimiz yerə qovuşdurduq. Biz ona İshaqı, üstəlik Yəqubu da bəxş edib onların hamısını saleh kimsələr etdik. Biz onları əmrimizlə doğru yola gətirən imamlar etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər" ("Ənbiyə" surəsi, 68-73).

Bu qissədən də gördüyümüz kimi, Allah Hz. İbrahimin səmimiyyətinin əvəzində qövmünün ona zülm etməsinə mane olmuşdur. Bundan sonra ona tələ qurmaq istəyən qövmünə əzab vermiş, onları süquta uğratmışdır. Hz. İbrahimi və yanındakı möminləri daha yaxşı bir yerə yerləşdirərək onlara bolluq, müxtəlif nemətlər vermiş, üzərlərindəki rəhmətini göstərmişdir.

Hz. İbrahim səmimi bir düşüncə ilə Allaha yönəlmiş və qövmünə müşriklərdən olmadığını söyləmişdir

Hz. İbrahim müşrik bir qövmün içində yaşasa da özü Allahın bir və tək Tanrı olduğunu vicdanla düşünərək dərk etmişdi. Və yalnız Allaha iman etmiş və Ona yönəlmişdi. Quranda Hz. İbrahimin Allaha qəti şəkildə iman etməsinin necə baş verdiyini bildirən ayələr bu şəkildədir:

"Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam qənaətlə inananlardan olsun! Gecə qaranlığı bürüdükdə o, bir ulduz görüb: "Bu mənim Rəbbimdir!" - dedi. Ulduz batdıqda isə: "Mən batanları sevmirəm" - söylədi. Sonra doğan ayı görüb: "Bu mənim Rəbbimdir!" - dedi. Ay batdıqda isə: "Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım" - söylədi. Daha sonra doğan günəşi görüb: "Bu mənim Rəbbimdir, bu daha böyükdür!" - dedi. Günəş batdıqda isə dedi: "Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam!" ("Ənam" surəsi, 75-78).

Əlbəttə, Hz. İbrahimlə bağlı olan bu qissədə möminlər üçün əhəmiyyət kəsb edən bir dərs var. Bir insanın Allahın varlığını qavraması son dərəcə asandır. İnsanın gözünün gördüyü hər yerdə yaradılışın saysız dəlili var. Vicdanlı bir insan heç bir şey bilməsə də, ona heç bir şey izah edilməsə də bir neçə dəqiqəlik səmimi bir düşüncə ilə düşünsə, kainatın bir Yaradıcısının olduğunu asanlıqla görə bilər. Və Allahın gücünü, böyüklüyünü, hər şeyə hakim olduğunu anlaya bilər. Elə bu səbəbdən vicdanla düşünən Hz. İbrahim ona bəlkə də heç izah edilmədiyi halda səmimi bir düşüncə nəticəsində Allahın varlığını və ucalığını görmüşdür. Və qövmünə onların şirk qoşduğu saxta tanrılardan qopub ayrıldığını belə xəbər vermişdir:

"Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən şərik qoşanlardan deyiləm!"" ("Ənam" surəsi, 79).

Hz. İbrahim qövmünü Allaha qulluq etməyə çağırmışdır

Daha irəlidəki fəsillərdə də görəcəyimiz kimi, peyğəmbərlər göndərildikləri qövmü Allahın yoluna salmaq üçün hər yolu sınaqdan keçirirlər. Qövmlərinə çox müxtəlif örnəklərlə təbliğ edən peyğəmbərlər eyni mövzunu bir-birindən fərqli nümunələrlə başa salır, Allahın bəyəndiyi əxlaqı müfəssəl şəkildə izah edir, insanları haqsız davranışlardan uzaqlaşdırır, bu davranışların çirkinliyini və buna görə məruz qalacaqları itkini bildirir, hər yoldan istifadə edərək bu insanlara doğrunu göstərməyə və onların vicdanını oyatmağa çalışırlar.

Hz. İbrahim də öncə qövmünü doğru yola çağırmış və onlara bütlərdən əl çəkməyin və Allaha yönəlməyin vacibliyini söyləmişdir. Quranın bir çox ayəsində Hz. İbrahimin atasına və qövmünə bu barədə etdiyi təbliğ bildirilir. Hz. İbrahim bütlərə tapınan bu insanları bir olan Allaha qulluq etməyə, Ondan qorxub çəkinməyə belə dəvət etmişdir:

"İbrahimi də yad et! Bir zaman o öz tayfasına belə demişdi: "Allaha ibadət edin və Ondan qorxun. Heç bilirsiniz bu sizin üçün nə qədər xeyirlidir?! Siz Allahı qoyub ancaq bütlərə-ibadət edir, yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükr edin. Siz Onun hüzuruna qaytarılacaqsınız!"" ("Ənkəbut" surəsi, 16-17).

Ayələrdən də göründüyü kimi, Hz. İbrahim inkarçı qövmünə Allahın gücünü, üstünlüyünü müxtəlif nümunələrlə bildirmişdir. Onların bu həqiqəti qavraya bilməsi üçün  müqayisələr aparmış, onlara hər şeyi verənin Allah olduğunu xatırlatmış, onları Allahın hüzuruna qaytarılacaqları barədə xəbərdar etmişdi. Hz. İbrahim bütün qövmü kimi yaxınlarını da bu barədə xəbərdar etmişdi. Atası Azərə yanlışlıq içində olduğunu belə bildirmişdir:

"Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: "Sən bütləri tanrılarmı qəbul edirsən? Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!"" ("Ənam" surəsi, 74).

Hz. İbrahim öz qövmünə şeytana uymamaq barədə xəbərdarlıq etmişdir

İnsanın ən böyük düşməni şeytandır. Allah ilk insan olan Hz. Adəmi yaradanda şeytana Hz. Adəmə səcdə etməyi əmr etmişdir. Ancaq şeytan təkəbbür göstərərək Allahın əmrinə qarşı çıxmışdır. Bunun əvəzində Allah şeytanı lənətləmiş və cənnətdən qovmuşdur. Şeytan cənnətdən qovulduqdan sonra insanları doğru yoldan azdırmaq məqsədilə qiyamətə qədər Allahın ona izn verməsini istəmişdir. Şeytanın məqsədi özünün cənnətdən qovulmasına səbəb kimi gördüyü insanları Allahın razı olacağı haqq yoldan uzaqlaşdırmaq və beləcə onların da cəhənnəmə getməsinə səbəb olmaqdır.

Bu səbəblə şeytan Hz. Adəmdən bəri yaradılmış bütün insanlara cürbəcür oyunlarla yaxınlaşaraq onları azdırmağa çalışır. Şeytanın yalnız Allaha qətiyyətlə iman gətirən və təvəkkül edən insanlara təsiri olmaz, belə ki, Allah Quranda bu insanların sayının az olacağını bildirmişdir. Elə bu səbəblə Hz. İbrahim Allahın yolundan uzaqlaşan atasına və qövmünə şeytana uymamaq və ona tabe olmaq barədə xəbərdarlıq etmiş və belə demişdir:

"Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Ardımca gəl ki, səni doğru yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana çox asi olmuşdur! Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə Şeytana yoldaş olasan!"" ("Məryəm" surəsi, 43-45).

Hz. İbrahim qövmünə bir-birini tanrıya çevirməməyi və Allaha şərik qoşmamağı tövsiyə etmişdir

Müşrik cəmiyyətlərin ən qabarıq xüsusiyyətlərindən biri onların Allahdan başqa digər varlıqlara Allahdan daha çox inanması və bu varlıqlardan daha çox qorxmasıdır. Bu insanların inandığı varlıqlar yalnız taxtadan və daşdan düzəldilən heykəllərlə bitmir.

Bir insanın başqa bir insanı Allahdan çox sevməsi, Allahdan çox ona qiymət verməsi, Allahın rizası yerinə onun razılığını üstün tutması və ya Allahdan çox o insandan qorxması da bir müşrik xüsusiyyətidir. Həmçinin Hz. İbrahimin qövmündə də bir çox varlıqları Allahdan çox sevən, onlara Allahdan da çox dəyər verən insanlar vardı. Halbuki qiyamət günü bu insanlar Allahdan başqa bir gücün olmadığını anlayacaq, Allahdan daha çox dəyər verdikləri varlıqların isə əslində heç dəyər verilməyə layiq olmadığını, onların da Allahın gücü qarşısında aciz qullar olduqlarını görəcəkdir. Bu səbəblə Hz. İbrahim öz qövmünə Allahdan başqa digər varlıqları ilahiləşdirməyin yolverilməzliyini, əks halda bu tanrılarla qiyamət günü lənətlənib cəhənnəmə atılacaqlarını xatırlatmışdır:

"Dedi: "Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa görədir. Sonra da qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Məskəniniz cəhənnəm odu olacaq, özünüzə də kömək edən kimsələr tapılmayacaqdır!"" ("Ənkəbut" surəsi, 25).

Hz. İbrahim insanlara Allahın böyüklüyünü və gücünü təbliğ etmişdir

Hz. İbrahim qövmünə Allahın varlığını və böyüklüyünü dərk etməsi üçün müxtəlif nümunələr vermişdir. Məsələn, yalnız zəngin olduğu üçün təkəbbür göstərən və ona sahib olduqlarını verənin Allah olduğunu unudan bir nəfər Hz. İbrahimlə Allah barədə mübahisə etmişdir. Hz. İbrahim bu adama həm öz acizliyini, həm də Allahın gücünü izah etmək üçün belə bir cavab vermişdir:

"Allahın verdiyi hökmranlıq üzündən İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim: "Mənim tanrım həm dirildir, həm də öldürür" - dediyi zaman, o: "Mən də həm dirildir, həm də öldürürəm" - demişdi. İbrahim ona: "Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!" - dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah zülm edənləri düz yola yönəltməz!" ("Bəqərə" surəsi, 258).

Göründüyü kimi, Hz. İbrahimin bu hikmətli və ağıllı izahatı qarşısında inkarçı adamın deməyə bir sözü qalmamışdır. Möminlər də Hz. İbrahimdən nümunə götürməli və dini təbliğ edərkən hər zaman Allahın böyüklüyünü, sonsuz qüdrətini vurğulamalı, inkarçıların məntiqsizliyini onlara izah etməlidir.

Hz. İbrahim güvəniləcək yeganə gücün Allah olduğunu təbliğ etmişdir

Hz. İbrahimin ixlaslı və səmimi təbliğinə baxmayaraq onun bütlərinə ibadət etməkdə israrla davam edən qövmü həm onu doğru yoldan ayırmaq, həm də onlara etdiyi təbliğə mane olmaq üçün Hz. İbrahimlə mübahisə etmişdi. O zaman Hz. İbrahim qövmünə yalnız Allahdan qorxduğunu, əsl təhlükəsizliyin və qurtuluşun Allaha təslim olmaqda olduğunu təbliğ etmişdir:

"...Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz? Allahın sizə heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, bu iki dəstədən hansı əmin olmağa daha layiqdir? İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!" ("Ənam" surəsi, 80-82).

Yer üzərində olan hər şeyin sahibi Allahdır. Allahın izni olmadan bir kimsə kiməsə nə bir yaxşılıq edə, nə də bir zərər verə bilər. İnsanın kömək umaraq istinad edib güvəndiyi güclər ancaq Allah icarə verərsə, bir yarar gətirə bilər. Həqiqi bir qurtuluş və təhlükəsizlik üçün insanın özünü Allaha təslim etməsi lazımdır. Allah Quranda ona yönələn qullarını qoruyacağını bildirir. Elə buna görə də Hz. İbrahim kimi bütün möminlərin də Allaha iman gətirən insanların təhlükəsizlik içində olacağını bilməsi və insanlara da bu həqiqəti izah etməsi vacibdir.

Hz. İbrahim atasının düşmənçiliyi qarşısında ən gözəl şəkildə münasibət göstərmişdir

Hər cür təbliğata baxmayaraq atası Hz. İbrahimə qarşı çıxmış və onunla düşmən kimi rəftar edərək belə demişdir:

"...Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Bir müddət məndən uzaq ol!" ("Məryəm" surəsi, 46).

Ancaq təmkinini heç vaxt pozmayan Hz. İbrahim atasının hədələyici rəftarına qarşı son dərəcə hörmətlə və ağıllı bir cavab vermişdir. Hz. İbrahimin cavabı belədir:

"İbrahim belə cavab verdi: "Sənə salam olsun! Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O mənə qarşı çox mehribandır. Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt olmayım" ("Məryəm" surəsi, 47-48).

Hz. İbrahim qövmünə onun sitayiş etdiyi bütlərin həqiqi bir tanrı ola bilməyəcəyini təbliğ etmişdir

Hz. İbrahim qövmünə onun sitayiş etdiyi tanrılarını müstəqil bir güclərinin ola bilməyəcəyini, tək Tanrının Allah olduğunu başa salmaq üçün ona bütlər barədə müxtəlif suallar vermişdir. Bu təbliğ üsulu inanmayanların sisteminin çürüklüyünə özlərinin də şahid olması baxımından çox əhəmiyyətlidir. Bunun sayəsində Hz. İbrahim öz sistemlərinin nə qədər xarab olduğunu qövmünün üzvlərinin şəxsən özlərinə şifahi olaraq qəbul etdirmişdi. Hz. İbrahimin öz qövmü ilə olan söhbətlərindən biri belədir:

"O zaman ki, o öz atasına və tayfasına demişdi: "Nəyə ibadət edirsiniz?" Onlar: "Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!" - deyə cavab vermişdilər. İbrahim demişdi: "Onları çağırdınız zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya zərər verə bilirlərmi?" Onlar: "Xeyr, ancaq biz öz atalarımızın belə etdiklərini gördük!" - deyə cavab vermişdilər. İbrahim demişdi: "İndi nəyə ibadət etdiyinizi görürsünüzmü? - Sizin və ulu babalarınızın?" ("Şuəra" surəsi, 70-76).

Allah Quranda hər insanın etdiyi səhvi bildiyini, yəni hər nəfsin bəhanə gətirərək düşünmək istəməsə belə əslində ona aydın olduğunu, onun üçün əsl doğrunun və ya yalanın nə olduğunu bildiyini söyləmişdir. Allahdan başqa varlıqlara inanan, onlardan kömək və yardım uman bir insan da əslində vicdanı ilə düşünsə, onların bir fayda verməyəcəyini o an anlayar. Allaha şərik qoşduğu varlıqların dua etdiyi zaman onu eşitmədiyini, ona bir zərər və ya fayda vermək imkanına malik olmadığını o an dərk edər. Ancaq müxtəlif subyektiv səbəblərlə yenə də bu həqiqətləri düşünməyə istəməyə bilər. Lakin bu, çox aydın olan bir həqiqətdir.

Hz. İbrahim isə öz sualları ilə qövmünün insanlarının sitayiş etdiyi varlıqlar üzərində düşünmələrinə və nə dərəcədə səhv bir yolda olduqlarını başa salmağa çalışmışdır.

Yenə Hz. İbrahim qövmünə sitayiş etdiyi bütlərdən əl çəkmək barədə xəbərdarlıq etmiş, onlara bütlərin əslində müstəqil gücləri olmayan "rəmzi bir heykəl" və "özlərinin düzəltdiyi saxta tanrılar" olduğunu xatırlatmışdır. Hz. İbrahimin qövmünə sitayiş etdiyi saxta tanrılarından əl çəkərək həqiqi Tanrı olan Allaha yönəlməsinin vacibliyini bildirən ayələrdən bəziləri belədir:

"İbrahim atasına və tayfasına: "Sizin tapınıb durduğunuz bu heykəllər nədir?" - dediyi zaman. Onlar: "Biz atalarımızı onlara ibadət edən gördük!" - deyə cavab vermişdilər. İbrahim onlara: "And olsun ki, siz də, atalarınız da açıq-aşkar azmısınız!" - demişdi. Onlar: "Sən bizə ciddi deyirsən, yoxsa zarafat edirsən?" - deyə soruşduqda belə cavab vermişdi: "Xeyr, Rəbbiniz göylərin və yerin Rəbbidir ki, onları yaratmışdır. Mən də buna şahidlik edənlərdənəm!" ("Ənbiya" surəsi, 52-56).

"Dedi: "Siz özünüz yonub düzəltdiyiniz şeylərəmi ibadət edirsiniz? Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır!"" ("Səffat" surəsi, 95-96).

Hz. İbrahim bütün varlıqların Allahın nəzarətində olduğunu və bütün hadisələrin Allahın izni ilə baş verdiyini bildirmişdir

Yuxarıdakı ayələrdən də göründüyü kimi, bir çox inkarçı qövmlər kimi Hz. İbrahimin qövmü də əslində doğru olduğunu düşündükləri üçün deyil, ata-babalarından bu cür gördükləri üçün bütlərə sitayiş edirdilər. Yəni bu batil sistem keçmişdə yaşayan insanlardan onlara qalan pis bir miras idi. Hz. İbrahim də onlara davam etdikləri bu sistemin son dərəcə yanlış və özlərinə zərər verən bir sistem olduğunu bütün təfərrüatı ilə izah etmişdi. Və onlara sitayiş etdikləri bütlərin heç bir gücünün olmadığını xatırlatmış, hər şeyin Allahın nəzarətində olduğunu təbliğ etmişdi. Hz. İbrahimin yuxarıdakı ayələrdə bildirilən söhbətinin ardı belədir:

"Aləmlərin Rəbbi istisna olmaqla, onlar mənim düşmənimdir. Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək Odur. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!" ("Şuəra" surəsi, 77-82).

Hz. İbrahim ağıllı üsullarla insanların vicdanını oyatmışdır

Hər cür çağırışına baxmayaraq qövmü bütlərə sitayiş məsələsində inadkarlıq etdiyi halda Hz. İbrahim onları düşünməyə məcbur edəcək və beləliklə də vicdanlarını oyadacaq yeni səylərini həyata keçirmişdir. Bunun üçün qövmünün bütlərin yanından uzaqlaşmasını gözləmiş və onlar gedəndən sonra bütün bütləri sındırıb dağıtmışdı. Ancaq bunu edərkən qövmünün insanlarının nə dərəcədə böyük bir ağılsızlıq etdiklərini onların özünə göstərmək üçün ən böyük bütü sındırmamışdır. Qövmü "Tanrılarımızı sənmi bu günə saldın?" ("Ənbiya" surəsi, 62) deyə soruşduğu zaman isə onlara belə cavab vermişdir:

"Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!" - deyə cavab verdi"  ("Ənbiya" surəsi, 63).

Hz. İbrahimin qövmünü başa salmaq üçün istifadə etdiyi taktikadan sonra qövmünün insanları vicdanları ilə düşünüb böyük bir xəta içində olduqlarını anlamışdılar. Ancaq vicdanlarının qəbul etdiyi həqiqət mənfəətləri, adət-ənənələri və ictimai quruluşları ilə ziddiyyət təşkil etdiyi üçün bu insanlar açıq-aydın gördükləri həqiqəti inkar etmişdilər. Bu barədəki ayələr belədir:

"Bunun nəticəsində onlar öz-özlərinə müraciətlə: "Siz, doğrudan da, zalimlərsiniz" - dedilər. Sonra yenə də öz küfrlərinə qayıdaraq: "Axı sən bilirsən ki, bunlar danışmırlar!" - dedilər. İbrahim dedi: "Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, başa düşmürsünüz?" Belə dedilər: "Əgər bir iş görəcəksinizsə, onu yandırın və tanrılarınıza kömək edin!" Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol!" - deyə buyurduq. Onlar hiylə qurmaq istədilər, lakin Biz onları daha çox ziyana uğratdıq"  ("Ənbiya" surəsi, 64-70).

Hz. İbrahim ən çətin vəziyyətdə belə Allaha olan inamı və təslimiyyəti ilə möminlərə örnək olmuşdur

Hz. İbrahim qövmü ilə təkbaşına apardığı cəsur və ağıllı mübarizə ilə möminlər üçün gözəl bir örnək olmuşdur. Qövmü tərəfindən o da atılmaqla hədələndiyi, ona müxtəlif tələlər qurulduğu belə bir çətin anda da Allaha olan təvəkkül və təslimiyyətində nöqsanlara yol verməyən Hz. İbrahimin qövmünə verdiyi cavab belə olmuşdur:

"Dedi: "Mən Rəbbimə doğru gedirəm. O mənə doğru yolu mütləq göstərəcəkdir!"" ("Saffat" surəsi, 99).

Hz. İbrahimin bu sözləri bütün möminlərə mühüm bir həqiqəti xatırladır. Bütün insanları yaradan Allahdır. Və bütün insanlar Onun təsbit etdiyi bir zamanda ölüb yenə Allaha qayıdacaqlar. "Şübhəsiz, mən Rəbbimə gedəcəyəm" deyən Hz. İbrahim də bu sözü ilə ölümün Allaha dönüş olduğunu bütün qövmünə xatırlatmışdır. O halda müsəlmanlar da qarşılaşdıqları hər hadisədə Allaha olan sarsılmaz inamlarını dilə gətirməli və insanları da buna dəvət etməlidirlər.

Allah Hz. İbrahimi və yanındakı möminləri inananlara gözəl bir örnək olaraq göstərmişdir

Hz. İbrahim həm öz qövmünə, həm də özündən sonra gələn qövmlərə üstün əxlaqı ilə örnək olmuşdur. Allah iman gətirənlər üçün Ona "səmimi bir qəlblə təslim olan" Hz. İbrahimdə və onunla birlikdə olan möminlərdə bir çox gözəl örnəklər olduğunu bildirmişdir:

"İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!" Ancaq İbrahimin öz atasına: "Mən mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəchlə səni Allahdan qurtara bilmərəm!" - deməsi istisnadır. "Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq sənin hüzurunadır"" ("Mumtəhinə" surəsi, 4).

Quranda Hz. İbrahimin üstün əxlaqı və seçilmiş insan olması haqqında ayələr

"Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən, İbrahimin hənif millətinə tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi dost tutmuşdur!" ("Nisa" surəsi, 125).

"...Həqiqətən, İbrahim yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi" ("Tövbə" surəsi, 114).

"İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif müsəlman idi və şərik qoşanlardan deyildi" ("Ali-İmran" surəsi, 67).

"Həqiqətən, İbrahim Allaha müti, batildən haqqa tapınan bir imam idi. O heç vaxt müşriklərdən olmamışdı. O, nemətlərinə şükr edən idi. Allah da onu seçdi və düz yola yönəltdi. Biz ona dünyada gözəl nemət bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də salehlərdəndir!" ("Nəhl" surəsi, 120-122).

"Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən idi. O zaman o öz Rəbbinin hüzuruna tərtəmiz bir qəlblə gəlmişdi" ("Saffat" surəsi, 83-84).

"Kitabda İbrahimi də yad et. Həqiqətən, o, büsbütün doğrudanışan kimsə - bir peyğəmbər idi" ("Məryəm" surəsi, 41).

"Həqiqətən, İbrahim həlim xasiyyətli, yalvarıb-yaxaran və özünü tamamilə təslim etmiş bir zat idi" ("Hud" surəsi, 75).

"Sonradan gələnlər arasında onun üçün yaxşı ad qoyduq. "İbrahimə salam olsun!" Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o Bizim mömin bəndələrimizdən idi!" ("Saffat" surəsi, 108-111).

"Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır. Rəbbi İbrahimə: "Əmrimə təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!" - deyə cavab vermişdi" ("Bəqərə" surəsi, 130-131).

"Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik. Biz onu bilirdik" ("Ənbiya" surəsi, 51).

 

]]>
http://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37635/hz-ibrahimhttp://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37635/hz-ibrahimhttp://imgaws1.fmanager.net/Image/objects/37-resullerimiz-diyor-ki/11581HZ._IBRAHIM.jpgThu, 27 Jan 2011 01:25:31 +0200
HZ. SALEH Allah-Təala Hz. Salehi Səmud qövmünə peyğəmbər göndərmişdi. Quranda Hz. Salehin peyğəmbər kimi gəldiyi qövmə yalnız Allaha qulluq etməyin vacibliyini söylədiyi xəbər verilmişdir:

"Biz Səmud tayfasına - Allaha ibadət edin deyə -qardaşları Salehi göndərdik. Saleh öz tayfasının yanına gələn kimi onlar bir-biri ilə çəkişən iki firqəyə ayrıldılar" ("Nəml" surəsi, 45).

Bütün peyğəmbərlər kimi Hz. Saleh də öncə qövmünə etibarlı bir peyğəmbər olduğunu təbliğ etmiş və qövmünü Allahdan qorxub çəkinməyə çağırmışdı:

"Səmud tayfası da peyğəmbərləri təkzib etdi. O vaxt ki, qardaşları Saleh onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itaət edin!" ("Şuəra" surəsi, 141-144).

Hz. Saleh də bu insanları Allahın dininə çağırarkən onlardan heç bir əvəz gözləmədiyini söyləmişdi.

Hz. Saleh qövmünə Allahın böyüklüyünü izah edib onları bağışlanma diləməyə dəvət etmişdir

Allahın rəsulları öz qövmlərinə etdikləri təbliğ zamanı Allahın varlığının dəlillərinə diqqəti cəlb etmiş, Allahın yaratdığı qüsursuz tarazlıqları, sistemləri, canlılardakı üstün xüsusiyyətləri insanlara xatırlatmışdılar.

Hz. Saleh də yaradılış dəlillərini izah edərək qövmünü Allahı xatırlamağa təşviq edən elçilərdən biridir. Qövmünün Allahın sonsuz elmini, sonsuz ağlını və sonsuz böyüklüyünü dərk etməsi üçün ona insanın ilk yaradılışını xatırlatmışdı:

"Səmud qövmünə də qardaşları Salehi peyğəmbər göndərdik. O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O sizi yerdən yaradıb orada sakin etdi. Bağışlanmanızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, duaları qəbul edəndir!"" ("Hud" surəsi, 61).

Hz. Saleh qövmünü Allahın elçisi olaraq ona itaət etməyə çağırmışdır

Hz. Saleh qövmünə sahib olduqları nemətlərin həqiqi sahibi olan Allahdan qorxub çəkinməyin, yer üzündə fitnə-fəsad törətməməyin və ona itaət etməyin vacibliyini xatırlatmışdı. Əgər bunu etməsələr, Allahın onları yaşadıqları yerdə təhlükəsizlik içində saxlamayacağını bu sözləri ilə təbliğ etmişdi:

"Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? Bağlar və çeşmələr içində, əkinlər və lətif çiçəkli xurmalıqlar içində! Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz? Artıq Allahdan qorxun və mənə itaət edin! Həddi aşanların əmrinə tabe olmayın! O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və islah etməzlər!" ("Şuəra" surəsi, 146-152).

Allah-Təala peyğəmbərləri insanları haqq dinə dəvət etmək və yer üzündə nizam-intizam yaratmaq üçün göndərmişdir. Hz. Salehin yuxarıdakı xəbərdarlıqları da bu vəzifəni yerinə yetirməyə yönələn bir çağırışdır.

Hz. Saleh qövmünə Allahın nemətlərini xatırlamağın və fitnə-fəsad törətməməyin vacibliyini söyləmişdir

"Səmud tayfasına da qardaşları Salehi peyğəmbər göndərdik. O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şid dətli bir əzaba düçar olarsanız!

Allahın sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub evlər düzəltdiyiniz yer üzündə yerləşdiyi vaxtı xatırlayın, Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!"" ("Əraf" surəsi, 73-74).

Hz. Saleh qövmünə Allaha üsyan etməyin ümidsiz nəticəsini xatırlatmışdır

Ancaq Səmud qövmü Hz. Salehə itaət etməmiş və "Onlar dedilər: "Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik" ("Hud" surəsi, 62) deyərək qarşı çıxmışdı. Bunun üzərinə Hz. Saleh qövmünə Allaha qarşı çıxacağı zaman ona kömək edə biləcək heç bir varlığın olmadığını təbliğ etmişdi:

"Saleh onlara belə cavab verdi: "Ey camaatım! Bir deyin görək. Əkər mənim Rəbbimdən aşkar bir möcüzəm olsa, O mənə Özündən bir mərhəmət lütf etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız!" ("Hud" surəsi, 63).

Əlbəttə, Allaha üsyan edən insanları Allahın qəzəbindən qoruya biləcək heç bir güc yoxdur. Və Hz. Salehin yuxarıdakı  sözləri ilə bildirdiyi kimi, Allaha üsyan edən bir insana uyan adam da mütləq bir ziyana uğrayacaq.

Hz. Saleh qövmünə əzabdan çəkinmələri barədə öyüd vermişdir

Peyğəmbərlərin gətirdiyi haqq din inkarçıların mənafeyinə zidd olduğu üçün bu insanlar peyğəmbərlərə iman gətirmək istəməmişdilər. Peyğəmbərlərin onlara Allahı və axirəti xatırlatmasından son dərəcə böyük bir narahatlıq hiss etmişdilər. Bu, tarix boyu bütün inkarçı qövmlərdə tez-tez rast gəldiyimiz xüsusiyyətdir. Əlbəttə, eyni vəziyyət Allahdan qorxmayan Səmud qövmündə də olmuşdu. Bu insanlar Hz. Salehin onlara verdiyi bütün öyüd-nəsihətdən üz çevirmişdi. Hz. Salehin bu barədə qövmünə xitabı belədir:

"Saleh onlardan üz döndərib belə dedi: "Ey camaatım! Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!"" ("Əraf" surəsi, 79).

Hz. Saleh qövmünü haqq yola yönəldə bilmək üçün ciddi mübarizə aparmış, ancaq qövmü inadkarlıq edərək inkarda israr etmişdi. Allah bu qövmü ona bir dişi dəvə göndərməklə sınamış və onlara dəvəni incitməməyi əmr etmişdi. Bu əmrə  uymadıqları təqdirdə onlara böyük bir əzab gələcəyini də bildirmişdi. Allahın əmrinə qarşı çıxan qövm ona göndərilən dəvəni öldürmüş və beləliklə, Allaha qarşı çıxan bir qövm kimi böyük bir əzabla həlak edilmişdi. Bununla bağlı olan ayələrdən bəziləri belədir:

"Əmrimiz gəldikdə Bizdən bir mərhəmət olaraq Salehi və onunla birlikdə iman gətirənləri xilas etdik və o günün rüsvayçılığından qurtardıq. Həqiqətən, Rəbbin yenilməz qüdrət, qüvvət sahibidir! O zülm edənləri qorxunc bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar. Sanki onlar heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası kənar oldu!" ("Hud" surəsi, 66-68).

Bu nümunədən də gördüyümüz kimi, Allahın peyğəmbərləri göndərildikləri cəmiyyətin insanlarına Allahın dinin təbliğ etmiş, dünyanın bir imtahan yeri olduğunu xatırlatmış və ancaq Allahın əmrlərini yerinə yetirən insanların əzabdan qurtula biləcəklərini söyləmişdilər. Əgər inkar etməkdə israrla davam etsələr, Allahın onlara mütləq bir əzab göndərəcəyini bildirmişdilər.

Ancaq peyğəmbərlərin bu böyük cəhdləri yalnız Allaha iman gətirən az bir qrupa təsir etmiş, insanların çoxu öyüd almağa səy göstərməmişdi. Amma əlbəttə, bu israrlı inkarçılığın nəticəsində də itkiyə məruz qalan özləri olmuş, əzabla qarşılaşmışdılar. Axirətdə isə bundan daha böyük cəza ilə qarşılaşacaqlar.

 

]]>
http://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37634/hz-salehhttp://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37634/hz-salehhttp://imgaws1.fmanager.net/Image/objects/37-resullerimiz-diyor-ki/11580HZ._SALIH.jpgThu, 27 Jan 2011 01:23:05 +0200
HZ. HUD Allah-Təala Hz. Hudu Ad qövmünə peyğəmbər kimi göndərmişdi. O da qövmünə Allahın göndərdiyi etibarlı bir elçi olduğunu, apardığı təbliğatın əvəzində heç bir qarşılıq gözləmədiyini bildirdikdən sonra insanları Allahdan qorxub çəkinməyə çağırmışdı.

Hz. Hud qövmünə təbliğ edərkən əvvəlki peyğəmbərlər kimi ona da müxtəlif iftiralar atılmışdı. Məsələn, qövmü Hz. Hudun "ağıldankəm" olduğunu iddia etmişdi. Hz. Hud ona belə çirkin iftira atan qövmünə əxlaqi üstünlüyünün bir göstəricisi olan son dərəcə kamil və şəfqətli bir üslubla cavab vermişdi:

"Hud dedi: "Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm" ("Əraf" surəsi, 67-68).

Hz. Hud qövmünə etdiyi təbliğ üçün heç bir əvəz gözləmədiyini söyləmişdir

"Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatımı vermək yalnız məni yaradana aiddir. Məgər dərk etmirsiniz?" ("Hud" surəsi, 51).

"Mən bunun müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!" ("Şuəra" surəsi, 127).

Bura qədər bildirilən bütün peyğəmbərlərin həyatından gördüyümüz kimi, ömür boyu insanlara dini təbliğ edib onlardan heç bir qarşılıq gözləməmək mühüm bir mömin xüsusiyyətidir. Bir mömin hansı dövrdə yaşayırsa yaşasın, kimlərlə bərabər olursa olsun, insanları Allahın bəyəndiyi əxlaqa çağırmağa, onlara hər an daha da yaxınlaşan hesab gününü xatırlatmağa cavabdehdir. Buna görə də heç kimdən bir qarşılıq gözləməz, yalnız vəzifəsini ən gözəl şəkildə yerinə yetirməyi və Allahın ondan razı olmasını istəyər.

Qövmünü Allaha qulluq etməyə çağırarkən onlara acı bir əzab barədə xəbərdarlıq etmişdir

Digər peyğəmbərlər kimi Hz. Hud da öz qövmünə yalnız Allaha qulluq etməyi tövsiyə etmiş, əks təqdirdə onların əzabla qarşılaşacağından qorxduğunu söyləmişdi:

"Ad qövmünün qardaşını xatırla! Bir zaman o Əhqafda yaşayan qövmünə -ondan əvvəl və sonra da peyğəmbərlər gəlib getmişdilər- belə deişdi: "Allahdan başqasına ibadət etməyin! Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!"" ("Əhqaf" surəsi, 21).

Bundan başqa, onlara dünya həyatında dəyər verdikləri şeylərin müvəqqəti olduğunu da xatırlatmışdı. Hz. Hudun bu mövzuda öz qövmünə etdiyi təbliğ ayədə belə bildirilir:

"Doğrudanmı siz hər təpədə bir köşk qurub əylənirsiniz? Sanki əbədi qalacaqsınız deyə, su hövzələri tikirsiniz!" ("Şuəra" surəsi, 128-129).

Bundan sonra da qövmünə Allahdan qorxmağın, Onun əmr etdiklərini yerinə yetirməyin, insanlara zorakılıq etməməyin vacibliyini xatırlatmışdı. Və əgər belə edərlərsə, bunlara görə də əzaba düçar olacaqlarını söyləyərək onlara xəbərdarlıq etmişdi:

"Və yaxaladıqda da zalimlər kimi yaxalayırsınız! Artıq Allahdan qorxun və mənə itaət edin! Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri sizə əta etdi! Sizə heyvanat, oğul-uşaq, bağlar və çeşmələr verdi! Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!"" ("Şuəra" surəsi, 130-135).

Hz. Hud qövmünə Allahın onlara verdiyi nemətləri xatırlatmışdır

Allahın insanlara verdiyi nemətlər "Nəhl" surəsinin 18-ci ayəsində bildirildiyi kimi, "bir ümumiləşdirmə edilərək" belə sayıla bilməyəcək qədər çoxdur. Ancaq bir çox insanlar bu nemətləri ona verənin Allah olduğunu və bunlar üçün Allaha şükr etməyin vacibliyini ağlına belə gətirmir. Allahın istədiyi anda bunları onlardan geri alacağını da düşünməzlər. Buna görə də peyğəmbərlər getdikləri qövmlərə Allaha yönəlmələrinin, sahib olduqları hər şeyin Allahdan bir nemət olduğunu bilmələrinin və bunun üçün Ona şükr etmələrinin vacibliyini xatırlatmışlar. Hz. Hud da öz qövmünə Allahın verdiyi nemətləri xatırlatmış, onları Allahdan qorxub çəkinməyə çağırmışdı:

"Yoxsa sizi qorxutmaq üçün içərinizdən olan bir adam vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi, sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!"" ("Əraf" surəsi, 69).

Bundan başqa, Hz. Hud qövmünü Allahdan bağışlanma diləməyə də dəvət etmişdi. Və əgər Allaha sığınıb tövbə edərlərsə, bunun əvəzində Allah onlara verdiyi nemətlərini artıracağını xəbər vermişdi:

"Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. Günahkar olaraq üz çevirməyin!"" ("Hud" surəsi, 52).

Hz. Hud öz qövmünü cahillərdən olmamaq barədə xəbərdar etmişdir

Qurandakı anlayışlardan biri olan "cahil" anlayışı özünün ayələrdə istifadə edildiyi mənası ilə dini bilməyən, dindən uzaq yaşayan insanları təsvir edir. Yəni məsələn, bir insan yüksək ali təhsil ala bilər, amma o, əgər Allahı tanımırsa, Allahın kitabını bilmirsə və onu tətbiq etmirsə, həmin şəxs Qurana görə, cahildir. İnsan bəzi məlumatlara sahib olsa da kim olduğunu, nədən yaradıldığını düşünmürsə, onu Yaradanı tanımırsa və buna görə Allahın ondan istədiklərini yerinə yetirmirsə, həmin şəxs cahillər arasındadır.

Bu insanlardan soruşanda çox zaman dinə tabe olduqlarını söyləyirlər. Halbuki onların nəzərdə tutduğu din babalarından gördüyü cahil bir dindən başqa bir şey deyil. Bu dinin Allahın kitabı ilə heç bir əlaqəsi yoxdur.

Allahın Quran qissələrində də bildirildiyi kimi, tarix boyu peyğəmbərlər belə cahil cəmiyyətlərə haqq dini izah etmişlər. Ancaq bu cəmiyyətlərin çoxu həqiqəti vicdanlı şəkildə gördükləri halda yaşadıqları cəhalət səbəbilə təkəbbür göstərmişlər. Onlara edilən bütün xəbərdarlıqlara da baxmayaraq aralarından çox az bir qismi istisna olmaqla öz batil dinlərini müdafiə etməkdə davam etmişlər.

Hz. Hudun qövmü də öyrəşdikləri cahil sistemdən imtina edib peyğəmbərə qulaq asmağı rədd etmişdi. Bu səbəblə Hz. Hud öz qövmünə onun düşdüyü halın aşkar bir cəhalət olduğunu belə xatırlatmışdı:

"Demişdi: "Ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olducunuzu görürəm!"" ("Əhqaf" surəsi, 23).

Hz. Hud qövmünün inkarçılarına onlardan qorxmadığını və Allaha təvəkkül etdiyini bildirmişdir

Bütün çağırışlarına baxmayaraq qövmü Hz. Huda qarşı çıxmış və bu elçinin onları çağırdığı yola tabe olmağı qəbul etməmişdi. Tarix boyu bütün inkarçılar kimi onlar da öz peyğəmbərindən möcüzə istədiklərini, əks təqdirdə iman gətirməyəcəklərini söyləmişdilər:

"Onlar da dedilər: "Ey Hud! Sən bizə aşkar bir möcüzə ilə gəlmədin. Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq!" ("Hud" surəsi, 53).

Bunun əvəzində Hz. Hud onların Allaha şərik qoşmasından uzaq olduğunu və onun üçün quracaqları tələlərdən qorxmadığını belə bildirmişdir:

"...Belə cavab verdi: "Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin qoşduğunuz şəriklərdən uzağam! Bircə Ondan başqa! İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin!" ("Hud" surəsi, 54-55).

Hz. Hud Allahın bir peyğəmbəri olaraq hər şeyi Allahın yaratdığını və Allahın səmimi qullarını qoruyacağını bilirdi. Bu səbəblə ona atılan iftiraların boşa çıxacağına əmin bir tərzdə Allaha olan inam və etibarını belə dilə gətirmişdir:

"Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, onun ixtiyarı əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır!" ("Hud" surəsi, 56).

 

]]>
http://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37633/hz-hudhttp://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37633/hz-hudhttp://imgaws1.fmanager.net/Image/objects/37-resullerimiz-diyor-ki/11579HZ._HUD.jpgThu, 27 Jan 2011 01:19:52 +0200
HZ. NUH Hz. Nuh Quranın bir çox ayəsində haqqında təriflə bəhs edilmiş bir peyğəmbərdir:

"Ey Nuhla birlikdə mindirib apardığımız kəslərin nəsli! Həqiqətən, o çox şükr edən bir bəndə idi!" ("İsra" surəsi, 3).

"Həqiqətən, Nuh Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu! Biz onu və ailəsini böyük fəlakətdən qurtardıq. Məhz onun nəslini baqi etdik. Sonradan gələnlər içərisində onun üçün yaxşı ad qoyduq. "Bütün aləmlər içərisində Nuha salam olsun!"" ("Səffat" surəsi, 75-79).

"Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi" ("Ali-İmran" surəsi, 33).

"Həqiqətən, Biz Nuhu: "Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları qorxut!" - deyə öz tayfasına peyğəmbər göndərdik" ("Nuh" surəsi, 1).

Allah Hz. Nuhu öz qövmünə elçi kimi göndərmişdi. Qövmündən yolunu azıb inkarçılığa düşənlər Hz. Nuhu və ona tabe olanları haqq yolundan döndərmək üçün onlara tələlər qurmuş, müxtəlif iftiralar atmış, onlara istehza etmişdilər. Etdiklərinin əvəzində isə Allah bu qövmü dünya həyatında böyük bir tufanla cəzalandırmışdı.

Hz. Nuh qövmünəetibarlıbirelçiolduğunu

bəyanetmişdi

Qəlbində Allah qorxusu olmayan insanlar bir-birinə həqiqi mənada inanıb etibar etməzlər. Çünki belə insanlardan təşkil olunmuş bir cəmiyyətdə insanın özünə ən yaxın bildiyi adamdan belə hər an bir pislik görmə ehtimalı var. Hər kəs bir-biri ilə son dərəcə ehtiyatla və təmkinlə davranır, izahat verməməyə çalışır. Bu səbəblə insanların ən çox istədiyi və dəyər verdiyi şey etibar edə biləcəkləri əsl dostlara sahib olmaqdır.

Peyğəmbərlər isə Allah qorxusuna görə son dərəcə etibarlı bir xarakterə sahibdir. İnsanların elçilərin etibarlı olmasının fərqinə varması çox əhəmiyyətlidir və buna görə elçilər təbliğat apararkən özlərinin bu xüsusiyyətlərini xüsusilə vurğulayırlar:

"Nuh tayfası peyğəmbərləri təkzib etdi. O zaman ki, qardaşları Nuh onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itaət edin!" ("Şuəra" surəsi, 105-108).

Liderlik həvəsi, mala-mülkə hərislik, etibar gözləmək kimi məsələlər insanların başqalarına inanmaq və etibar etmək məsələsində tərəddüd keçirməsinə səbəb olur. Hətta insanların hər hansı bir mənfəət güdmədən yaxşılıq etməyəcəkləri hesab olunur. Peyğəmbərlər isə əvəzi Allahdan gözləyir, insanlardan heç bir istəklərinin olmadığını da xüsusilə vurğulayırlar. Hz. Nuh öz qövmünə belə demişdir:

"Mən bunun müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!" ("Şuəra" surəsi, 109).

"Əgər siz üz çevirsəniz, bilin ki mən sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir!"" ("Yunus" surəsi, 72).

                    

Hz. Nuh qövmünü yalnız Allaha ibadət etməyə çağırmışdır

Hz. Nuh qövmünü içində olduğu batil inanclardan əl çəkərək Allaha ibadət etməyə dəvət etmişdi. Allahdan başqa ibadətə layiq Tanrı olmadığını, əgər dünyada ikən bunu anlamazlarsa, qarşıda əzabla qarşılaşacaqlarını xatırlatmışdı. Bu şəkildə onlara xəbərdarlıq edib qorxutmuş və iman gətirmələri üçün müxtəlif cür açıqlama və izahatlar vermişdi. Bununla bağlı bəzi ayələr belədir:

"Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Məgər qorxmursunuz?"" ("Muminun" surəsi, 23).

"Həqiqətən, Biz Nuhu öz tayfasına peyğəmbər göndərdik. Nuh dedi: "Mən sizi açıq-aşkar qorxudan bir peyğəmbərəm! Allahdan başqasına ibadət etməyin. Mən şiddətli günün sizə üz verəcək əzabından qorxuram!"" ("Hud" surəsi, 25-26).

Hz. Nuh qövmünü Allaha yönəlməyə və Ondan bağışlanma diləməyə dəvət etmişdi

Hz. Nuh qövmünə Allahın yeganə Tanrı olduğunu xatırladandan sonra onları Allahdan bağışlanma diləməyə dəvət etmiş, Allaha yönəlmələrinin əvəzində Allahın onlara verəcəyi nemətləri bu şəkildə müjdələmişdi:

"Və dedim: "Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır! O sizə göydən bol yağış göndərər; O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar!" ("Nuh" surəsi, 10-12).

Allah Quranın bir çox ayələrində iman edənlərə gözəl bir həyat vəd etmişdir. Bu səbəblə peyğəmbərlər öz qövmlərini Allaha yönəlməyə dəvət edərkən Allahın onlara nemətlər verəcəyini də bildirmişdilər. Digər tərəfdən isə Allahın verdiyi nemətləri sadalayaraq insanların bunları anlamasını, Allahın onlar üzərindəki lütf və mərhəmətini görməsini təmin etməyə çalışmışdılar. Hz. Nuh qövmünə belə xitab etmişdi:

"Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? Halbuki O sizi cürbəcür xəlq etdi. Məgər görmürsünüz ki, Alah yeddi göyü qat-qat necə yaratdı?! Orada ayı bir nur, günəşi də bir çıraq etdi. Və Allah sizi yerdən bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və çıxardacaqdır. Allah yeri sizin üçün xalı etdi ki, onun geniş yollarında gəzəsiniz!"" ("Nuh" surəsi, 13-20).

İman gətirənlərin etməsi vacib olan iş də peyğəmbərlər kimi Allahın nemətlərini xatırlayaraq Ona şükr etmək və ətraflarındakı insanları şükr edənlərdən olmağa çağırmaqdır.

Hz. Nuh ona atılan iftiralara qövmünə Allahı xatırladaraq ən ağıllı cavablar vermişdi

Tarix boyu Allahın göndərdiyi bütün elçilərə bir-birinə oxşayan iftiralar atılmışdır. Bu, Allahın hər dövrdə yaşayan elçilərinin qarşılaşdığı dəyişilməz bir qanunudur.

Hz. Nuhun qövmü də öz peyğəmbərinə itaət etmək məsələsində müqavimət göstərmiş və özlərinə məxsus tərzdə onu qorxutmaq üçün bir çox iftiralar atmışdılar. Bunlardan biri də "çaşmış və azmış" iftirasıdır:

"Tayfasının başçıları ona: "Biz səni açıq- aydın azmış görürük! - deyə cavab verdilər" ("Əraf" surəsi, 60).

Allahın elçilərinin ən qabarıq xüsusiyyətlərindən biri də onların hər yerdə səbrli və qərarlı olmaqda, üstün əxlaqlarını qorumaqda davam etməsidir. Onlar qarşılaşdıqları çətinlik və iftiralar qarşısında daim müdrik və təmkinli bir davranış göstərmişlər. Bu iftiraya qarşı Hz. Nuhun cavabı bütün möminlər üçün örnəkdir:

"Nuh dedi: "Mən heç azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan sizin bilmədiklərinizi bilirəm!" ("Əraf" surəsi, 61-62).

Hz. Nuh onu yalançılıqda günahlandıranlara isə belə cavab vermişdi:

"Nuh tayfasının kafir əyan-əşrafı dedilər: "Biz səni ancaq özümüz kimi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda sizin, bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!" Nuh dedi: "Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət bəxş etsə və o sizə gizli qalsa; istəmədiyiniz halda, biz sizi ona məcburmu edə bilərik?! Ey camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən bir mal, mükafat istəmirəm. Mənim mükafatımı vermək ancaq Allaha aiddir. Mən iman gətirənləri qovan deyiləm. Onlar öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən sizi cahil bir tayfa görürəm!" ("Hud" surəsi, 27-29).

Hz. Nuh iman gətirmək üçün möcüzə gözləyənlərin qeyri-səmimiliyinə diqqət çəkmişdir

Tarix boyu inkar edənlər onlara gələn elçilərə tabe olmamaq üçün bir çox bəhanələr irəli sürmüşlər. Peyğəmbərlərin var-dövlət cəhətdən onlardan üstün olmasını və ya möcüzələr göstərməsinin vacibliyini irəli sürmüş, hətta onların insan deyil, mələk olmasının lazım gəldiyini iddia etmişdilər. Hz. Nuh buna oxşar istəklərə belə cavab vermişdi:

"Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Mən eyni zamanda sizin xor baxdığınız kəslərə Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürəklərində olanı Allah bilir. Onda, şübhəsiz ki, zalimlərdən olaram!"" ("Hud" surəsi, 31).

Allahın göndərdiyi elçilərin mal-dövlət və pul cəhətdən üstün olmasını, möcüzələr göstərməsini gözləmək inkarçıların klassik bir xüsusiyyətidir. Elçilərin üstün olduqları cəhət təqvadır. Bu insanlar həyatlarının hər anında və hər davranışlarında Allaha yönəldikləri, təslimiyyət və təvəkkül göstərdikləri, səbrlərində heç bir zaman qüsura yol vermədikləri üçün üstündürlər. Allah mal-dövləti, mövqeyi, pulu, elmi və dünyaya aid olan hər şeyi bir çox insana verə bilər. Ancaq bunlar bir üstünlük ölçüsü deyil, yalnız imtahan vasitəsidir. Bu cür dünyəvi dəyərləri Allah yanında bir üstünlük əlaməti kimi qiymətləndirmək isə ancaq dindən uzaq yaşayan insanlara xas olan xüsusiyyətdir:

"Məgər səndən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini ağızlarına qoyub: "Biz sizinlə göndərilənlərə inanmırıq və bizi dəvət etdiyiniz barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!" - demişdilər.

Peyğəmbərləri də belə cavab vermişdilər: "Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! Allah günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün imana dəvət edir". Onlar demişdilər: "Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Açıq-aşkar bir dəlil gətirin!" Peyğəmbərləri onlara cavab verərək demişdilər: "Biz də sizin kimi adi bir insanıq, lakin Allah Öz bəndələrindən dilədiyinə nemət bəxş edər. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Möminlər yalnız Allaha təvəkkül etsinlər!" ("İbrahim" surəsi, 9-11).

Hz. Nuh təbliğ üçün hər yolu sınaqdan

keçirmişdir

Hz. Nuh da digər peyğəmbərlər kimi qövmünün iman etməsi üçün hər cür yolu sınaqdan keçirmişdir. Onları açıq dinə dəvət etdiyi kimi onlara fərqli yollarla da yanaşmağa çalışmış, ancaq bütün cəhdlərinə baxmayaraq onun qövmü inkar etməkdə və azğınlıqda inadla davam etmişdi. Hz. Nuh qövmünün ona inad etməsini belə bildirmişdir:

"O dedi: "Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər. Sonra mən onları uca səslə dəvət etdim. Daha sonra onlara aşkar söylədim və gizli bildirdim"" ("Nuh" surəsi, 5-9).

Hz. Nuhun bu sözlərindən bəlli olur ki, peyğəmbərlər dayanmadan insanları Allahın yoluna çağırmış, müxtəlif üsullardan istifadə edərək insanların vicdanını oyatmağa çalışmışdılar. İnsanlardan nə cür reaksiya gəlirsə gəlsin qərarlı davranmaq, Allahın "yaxşılığı əmr edib pislikdən çəkindirmək" əmrini mütləq surətdə yerinə yetirmək peyğəmbərlər kimi əməlisaleh möminlərin də üzərinə düşən mühüm bir məsuliyyətdir:

"İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar, həqiqətən nicat tapmış şəxslərdir" ("Ali-İmran" surəsi, 104).

"Onlar Allaha tövbə, ibadət və şükr-səna edənlər, oruc tutanlar, rüku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini qoruyanlardır. Belə möminləri müjdələ!" ("Tövbə" surəsi, 112).

Hz. Nuhun qövmünə qarşı qərarlı rəftarı

Yer üzərində var olan hər şeyin sahibinin Allah olduğunu, Allah istəməsə kimsənin özünə bir zərər və ya fayda verməyə gücünün çatmayacağını bilən peyğəmbərlər öz qövmlərinin onlara hədə-qorxu gəlməsindən heç bir zaman çəkinməmişlər. Onlar qarşılaşdıqları hər cür çətinlikdə Allaha arxalanıb güvənmişlər. Hz. Nuh da inkarçıların öndə gələnlərinə qarşı qəhrəmancasına mübarizə aparmış, onların iftira və hücumlarından əsla çəkinməyəcəyini belə vurğulamışdı:

"Onlara Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: "Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın, sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin" ("Yunus" surəsi, 71).

Möminlər də peyğəmbərlərdən nümunə götürərək çətinliklər qarşısında səbr edir, düşmənlərinə qarşı əsla qorxaqlıq və zəiflik göstərmirlər. Allahın köməyinin hər an yanlarında olduğunu və mütləq qələbənin hər zaman iman gətirənlərə aid olduğunu bilirlər. Çünki buna zəmanət verilmişdir:

"Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!" ("Ali-İmran" surəsi, 139).

"...Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!" ("Nisa" surəsi, 41).

Hz. Nuh öz qövmünə böyük bir əzab barədə xəbərdarlıq etmişdi

Bəzi qövmlər onlara göndərilən peyğəmbərlərə qarşı çıxdıqları və peyğəmbərlərlə və iman edənlərlə mübarizə apardıqları üçün Allahın göndərdiyi müxtəlif əzablarla həlak edilmişdir. Peyğəmbərlər isə bu əzablar gəlməmişdən əvvəl qövmlərini xəbərdar etmiş və onları Allahı yoluna çağırmışdılar. Hz. Nuh qövmünü bu şəkildə xəbərdar etmişdi:

"Biz Nuhu öz tayfasına göndərdik. O dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bmr tanrınız yoxdur. Mən böyük günün sizə üz verəcək əzabından qorxuram!"" ("Əraf" surəsi, 59).

Hz. Nuhun möminlərə istehza edən qövmünə cavabı

Allah Quranın bir çox ayəsində möminləri ələ salan insanlardan bəhs edir. Ancaq Allah tarix boyu möminlərə istehza edən insanları sonuncular hələ dünyada ikən onlara istehza ediləcək hala salmışdır. Bu insanların axirətdə görəcəyi təhqir isə daha böyük olacaq. Allah Quranda bu insanlar cəhənnəmdə əzab çəkərkən möminlərin də cənnətdən onları seyr edib güləcəklərini bildirmişdir ("Mütəffifin" surəsi, 34).

Hz. Nuhun qövmü də onu və möminləri ələ salmışdı. Hz. Nuhun bununla bağlı öz qövmünə verdiyi cavab isə bu şəkildədir:

"...Nuh onlara deyirdi: "Əgər siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyaçağıq. Onda rüsvayedici əzabın kimə gələcəyini və kimin əbədi əzaba düçar olacağını biləcəksiniz!"" ("Hud" surəsi, 38-39).

Hz. Nuh qövmü inkarçılıqda inadla davam etdiyi üçün Allahdan kömək istəmişdir

İndiyə qədərki ayələrdən də gördüyümüz kimi, Hz. Nuh həyatı boyu qövmünü xəbərdar edib qorxutmuş, onları Allahın əzabından qorunmağa çağırmışdı. Ancaq bütün bunlara baxmayaraq onun azğın qövmü inkar etməkdə inad edincə Allaha belə dua etmişdi:

"Nuh dedi: "Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki sən onları buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir doğub-törədəcəklər" ("Nuh" surəsi, 26-27).

Peyğəmbərlərdən nümunə götürən möminlərin bunları etməsi lazımdır: dini hər cür imkandan istifadə edərək, sözlə və ya yazılı şəkildə izah edib Allahın varlığının hər cür dəlillərini onlara göstərmək, bundan başqa hesab gününün, cənnətin və cəhənnəmin yaxınlığını təbliğ etmək...

Ancaq bütün bunlara baxmayaraq inkar etməkdə inadla davam edən insanlar olarsa, möminlər bu insanları cəzalandırması üçün də Allaha dua edərlər. Və onlar Allahın dünyada və axirətdə sonsuz bir ədalətlə əvəz verəcəyini bilirlər.

Hz. Nuhun oğlunun kafirlərdən olması

Allah inkar etmələri, istehzaları və hücumları ilə əzaba tam layiq olan qövmün üzərinə böyük bir bəla göndərmiş və Hz. Nuhu yalan hesab edənlər həlak olmuşdular. Hz. Nuhla birlikdə olan möminlər isə gəmiyə minib əzabdan xilas olmuşdular. Həlak olanlar arasında Hz. Nuhun oğlu da vardı. Atasının peyğəmbər olması da onu əzabdan qurtarmamışdı.

Bu gün bəzi insanlar özləri dindar olmasa da ailədə olan böyüklərinin, yaxınlarının dindarlığı ilə fəxr edirlər. Onların "atam hacıdır", "babam böyük bir alimdir" kimi sözləri tez-tez eşidilir. Lakin axirətdə insan yalnız öz  etdiklərinə və öz üzərinə düşən vəzifəyə görə məsuliyyət daşıyacaq. Yaxınlarının üstünlükləri, dindarlığı ona heç bir fayda verməyəcək. Bu hal Quranda belə bildirilir:

"Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və onları Allahdan heç vəchlə qurtara bilmədilər. Onlara: "Başqaları ilə birlikdə siz ikiniz də cəhənnəmə girin!" - deyildi" ("Təhrim" surəsi, 10).

Hz. Nuh oğluna kafirlərdən olmaması üçün son ana qədər xəbərdarlıq etmiş, lakin onun xəbərdarlığı heç bir nəticə verməmişdi:

"Gəmi onları dağlar kimi dalğaların içi ilə apardığı zaman Nuh aralı olan oğlunu haraylayıb dedi: "Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!" Belə cavab verdi: "Mən bir dağa sığınaram, o da məni sudan qoruyar". Nuh dedi: "Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruya bilməz!" Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu" ("Hud" surəsi, 42-43).

Hz. Nuh möminlər üçün də dua etmişdir

Hz. Nuh inkarçıların həlak olması üçün dua etdiyi kimi möminlərin günahlarının bağışlanması üçün də dua etmişdir:

"Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq və ancaq həlakını artır!"" ("Nuh" surəsi, 28).

Peyğəmbərin bu duası da bütün möminlərin nümunə götürəcəyi və tətbiq etməsi lazım gələn bir davranışdır. Allaha iman gətirən insanlar bir-birinin yeganə dostları və yardımçılarıdır. Buna görə onların bir-birinin axirətinə yönəlik dua etməsi də bir iman əlamətidir.

 

]]>
http://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37632/hz-nuhhttp://adnanoktar.az/az/Rəsullarimiz-deyir-ki/37632/hz-nuhhttp://imgaws1.fmanager.net/Image/objects/37-resullerimiz-diyor-ki/11578HZ._NUH.jpgThu, 27 Jan 2011 01:17:21 +0200