ADNANOKTAR.AZhttp://adnanoktar.azadnanoktar.az - Cahil cəmiyyətdəki insan xarakterləri - Ən son əlavələrazCopyright (C) 1994 adnanoktar.az 1ADNANOKTAR.AZhttp://adnanoktar.azhttp://harunyahya.com/assets/images/hy_muhur.png11666Quran əxlaqına görə cəsarət nədir? Əsl cəsarət Quranda bildirildiyi kimi, Allah’ın sərhədlərini qüsursuz şəkildə qoruyaraq, Ondan başqa heç kimdən qorxmadan və çəkinmədən qərarlılıq göstərmək, heç bir mühitdə Quran əxlaqına uyğun olmayan hərəkətlər etməməkdir. Cəsarət sadəcə Allah’dan qorxan, Ona dərindən bağlı olan insanların imanlarından qaynaqlanan təbii ruh halıdır.
 
İnananlar Allah’a olan imanları, Allah qorxuları və axirət istəklərindən qaynaqlanan təbii cəsarət göstərirlər. Hər hərəkətləri çox səmimi və cəsurdur. Allah rizası üçün Allah’ın əmr etdiyi əxlaqı yaşamaq və digər insanların da bu əxlaqı yaşamalarına şərait yaratmaq üçün cəhd edir, ətraflarında baş verən haqsızlıqlara laqeyd yanaşmır, Qurana uyğun hərəkət edirlər. Pisliklərə qarşı fikri mübarizə aparmağı, doğrunu, gözəli, yaxşını insanlara göstərməyi özlərinə borc bilirlər.
 
Möminlərin cəsarətinin təməlində Allah sevgisi, Allah qorxusu və Allah’ın rizasını qazanmağı hədəfləyən səmimi cəhd dayanır, buna görə də gözəl əxlaqı yaşamadakı cəsarətləri müəyyən şərtlərə bağlı deyil. Möminlər hər zaman və hər vəziyyətdə Allah’a duyduqları dərin inam və etibardan qaynaqlanan cəsarətlərini qoruyurlar.
 
İnanmayanların göstərdikləri cəsarət nümunələri
 
İnanmayanların göstərdikləri cəsarətdə isə mənəviyyatın yerini sadəcə mənfəət və dünyəvi ehtiraslar tutur, buna görə də Qurandan uzaq yaşayan insanlar cəsarət anlayışını səhv yerlərdə tətbiq edirlər. Cəsarət tələb olunan yerlərdə isə səssiz qalırlar. Bu insanların göstərdikləri cəsarət əsasən lazımsız, mənasız və axirətləri üçün faydasız olur.
 
Allah’dan qorxan insanlar cəsarət tələb edən bir hadisə gördükləri zaman bu hadisəni görməzlikdən gələrək qaçmağı vicdanlarına sığışdırmırlar. Məsələn, bir nəfər günahsız olduğu halda günahlandırılırsa və o da bu insanın günahsız olduğuna şahid olsa, öz mənfəətlərinə uyğun gəlməsə və özünü riskə atsa da, Allah rizası üçün bu insanı müdafiə edir. Bu həqiqətən çox gözəl cəsarət nümunəsidir. Möminin göstərdiyi bu cəsarətin mənbəyi Allah qorxusudur, çünki Allah Quranda belə əmr edir: 
 
… Şahidliyi gizlətməyin! Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir! (Bəqərə surəsi, 283)
 
Ayədə bildirildiyi kimi, Allah şahidliyi gizlətməyi haram edir. Mömin Allah’ın əmrlərinə itaət etməkdə zəiflik göstərməkdən və ağır davranmaqdan qorxduğu üçün Allah’ın bildirdiyi hədləri qorumaqda çox cəsurdur.
 
Quran əxlaqından uzaq cəmiyyətdə isə vicdanının səsini dinləyib haqqına təcavüz edilən birini müdafiə edənləri "Sən onun vəkilisənmi?", "Sənə qalıb onun haqqını müdafiə etmək?" kimi sözlərlə alçaldıb, bu gözəl əxlaqdan uzaqlaşdırmağa çalışırlar. Halbuki, etdiyi təqdirəlayiq hərəkətdir. Bu situasiya ilə qarşılaşan insan da din əxlaqından uzaqdırsa, ətrafındakı insanların reaksiyalarından təsirlənir, öz mənfəətlərini itirməkdən çəkinir, ancaq bu insan Allah’a iman gətirən, Qurana tabe olan insandırsa, Allah’ın əmr etdiyi əxlaqı tətbiq etməkdə əsla tərəddüd etmir.
 
 
Bu insan vicdanının səsini dinləyib ən çətin anda belə haqqı qorumaqda cəsarətli davranır. Pisliklə qarşılaşdığı zaman ayədə əmr edildiyi kimi, yaxşılıqla cavab vermək üçün çalışır, buna görə də Quran əxlaqını yaşamayan insanlar tərəfindən "avamlıqla" mühakimə edilib alçaldılır. Ətrafındakı insanlar onun bu hərəkətini qiymətləndirməsə də, o, gözəl əxlaqlı olmağa üstünlük verir. Quranda qınayanın qınamasından qorxmamaq, cəsur və qərarlı olmaq gözəl əxlaq xüsusiyyəti kimi göstərilir:
 
Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allah’ı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allah’ın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir! (Maidə surəsi, 54)
 
Gündəlik həyatımızdan bir neçə nümunə göstərərək mövzunu daha da aydınlaşdıra bilərik. Bir nəfər yolda kasıb, köməyə ehtiyacı olan biri ilə rastlaşır. Kömək etmək istəyir, lakin yanındakılar "Fikir vermə", "Sənə qalmayıb ki, kömək etmək" - deyərək kömək etməsinə mane olmağa çalışırlar. O insan burada artıq bir seçim qarşısında qalır.
 
Bəzi insanlar dostlarının qarşısında alçalmaqdan çəkinərək, onları itirməkdən qorxaraq gözəl əxlaq göstərməkdən üz döndərir və həmin insana kömək etmirlər. Müsəlman isə qınaqlardan çəkinmədən o insana kömək edir, çünki köməyə möhtac olan o insanı Allah yaradıb xüsusi olaraq qarşısına çıxarmışdır. Bu hadisə ilə onun gözəl əxlaqlı olub-olmadığını sınayır. İncə düşüncəli mömin bu hadisəni Allah’ın xüsusi olaraq yaratdığını və özünü imtahan etdiyini dərhal anlayır, Allah’ın rizasına uyğun olanı seçir. Dostlarının lağ etməsi onu gözəl əxlaqdan çəkindirmir. Doğru bildiyini etməkdə cəsarətli olur.
 
Gözəl əxlaq göstərməkdə qərarlı olan insanın qarşısına bəzən bu cür insanlar çıxa bilir. Quran ayələrini incələdiyimiz zaman bu cür hadisələrin imtahan üçün yaradıldığını çox açıq görürük. Belə ki, Quranda yaxşıların qarşısında hər zaman pislərin olacağından, bu şəxslərin pisliyi yer üzündə yaymaq istədiklərindən bəhs edilir. Məqsədləri bu olduğu üçün yaxşılıq edənləri də yollarından döndərmək istəyirlər. Allah bir çox ayə ilə bunu bildirmişdir:
 
… Allah’ın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis cəza ilə cəzalandıracağıq! (Ənam surəsi, 157)
Dini yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz. Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər; Onlar (namazlarında) riyakarlıq edər və (xalqa) zəkat verməyi qadağan edərlər.(Maun surəsi, 1-7)
 
Allah Quranda inkar edənlərin yaxşılıqların, xeyirli işlərin qarşısını almaq üçün cəhd edəcəklərinə diqqət çəkir və bunun yaxşılarla pislərin bir-birindən ayrılmasına vəsilə olub inananların xeyrinə nəticələnəcəyini də ayələrdə xəbər verir:
 
Küfr edənlər öz mallarını Allah yolundan döndərmək üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər ki, Allah murdarı pakdan ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir!(Ənfal surəsi, 36-37)
 
Bəzi insanlar pisliyin təsirində qalaraq pislik edirlər. Başqaları yaxşılıq etmək istədikləri zaman sözləri və hərəkətləri ilə onları incidirlər. Şeytanın təsiri ilə pisliyi gözəl, yaxşılığı çirkin göstərirlər. Zəif iradəli, qorxaq və həssas xarakterli insanlar da ətraflarındakı bu insanların təsirinə düşərək gözəl əxlaq göstərməkdən uzaqlaşırlar. Pis əxlaqlı şəxslərə çox asanlıqla uyğunlaşa bilirlər.
 
Ətrafındakılarla uyğunlaşmaq və doğru yolda olmayanların rəğbətini qazanmaq üçün doğru bildiklərindən keçərək pis əxlaqı seçən insan özünə böyük zərər verir. İnsanların qınamasından, onların uzaqlaşmasından çəkinərək səhv yolu seçir, pislərin ardınca gedərək, əslində özünə zülm edir. Dostlarını itirməmək üçün pis əxlaqa göz yuman və əsl dostun sadəcə Allah olduğunu bilməyən bu insanlar Allah’ın hüzurunda alçaldıqlarını və axirətlərini itirdiklərini dərk etmirlər.
 
Halbuki, Allah Özünə tabe olanları və Quranda əmr olunduğu kimi şəfqətli, mərhəmətli, ədalətli, fədakar, təvəkküllü, yaxşılığa dəvət edən, xoş niyyətli, hər şeydə xeyir görən, həlim xasiyyətli olan, qərarlı və cəsur davrananları nəinki ucaldıb cəmiyyətdən təcrid edəcək, əksinə, dünyada və axirətdə haqdan üz döndərənlərin hamısına qalib edəcək.
 
Qurana uyğun olan cəsarət Allah’dan başqa heç nədən və heç kimdən qorxmamağı, Allah’ın rizasına uyğun davranmaqda tərəddüd etməməyi və qərarsızlıq göstərməməyi də tələb edir. İman gətirənlərin ən vacib xüsusiyyətlərindən biri çətinliklər qarşısında acizlik göstərməmələri, Allah’dan başqa heç kimdən və heç nədən qorxmamalarıdır. Bu da onlara hər cür qorxuya qalib gələ biləcək cəsarəti qazandırır. Onlar Allah’dan başqa güc olmadığını bilirlər. Quranda möminlərin bu nümunəvi əxlaqına belə diqqət çəkilir:
 
Onlar Allah’ın risalətini təbliğ edir, Ondan qorxur və Allah’dan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir.(Əhzab surəsi, 39)
 
Pislik etməkdən xoşu gələn, pis işlər görməkdə davam edən və başqalarının da özləri kimi olmasını istəyən insanların yaratdıqları şeytani qruplaşmaları dağıtmaq, yer üzündə yaxşılığın hakim olmasına çalışmaq peyğəmbərlər və saleh möminlər qədər cəsur olmağı tələb edir. Bu cəsarət isə səmimi və şirkdən təmizlənmiş imandan qaynaqlanır.
 
Yaxşılıq edən, başqalarına yaxşılığı tövsiyə edən insan ətrafındakı pis şəxslərin diqqətini cəlb edəcək. Onu yaxşılıqdan uzaqlaşdırmağa çalışacaqlar. Bu hal bu günə qədər bəlkə də, minlərlə dəfə baş vermişdir, tarix boyu yaşamış hər müsəlman gözəl əxlaqı yaşamaqdan və başqalarına tövsiyə etməkdən uzaqlaşdırılmağa çalışılmışdır.
 
Məsələn, Quran əxlaqı yaşanmayan cəmiyyətdə namaz qılmağa başlayan insana mane olmağa çalışırlar. "Hələ cavansan, gələcəkdə qılarsan", "günahın mənim boynuma" deyərək ibadətdən uzaqlaşdırmaq istəyirlər. Halbuki, gündə 5 vaxt fərz olan namaz Allah’ın əmridir. İnsanları bu ibadətdən uzaqlaşdırmaqdansa, tövsiyə etmək lazımdır. Allah insanları bu gözəl ibadətdən uzaqlaşdırmağa çalışanları Quranda belə təsvir edir:
 
Gördünmü o kimsəni ki, mane olur. Bir bəndəyə namaz qıldığı vaxt? Bir de görək, əgər o doğru yoldadırsa, yaxud qorxmağı əmr edirsə. Bir de görək, yalan sayır və üz döndərirsə, məgər bilmir ki, Allah görür?! Yox, yox! Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb sürükləyəcəyik - Özü də yalançı, günahkar kəkilindən! Qoy o özünün bütün tərəfdarlarını çağırsın! Biz də zəbaniləri çağıracağıq! Yox, yox! Sən ona uyma! Sən ancaq səcdə et və yaxınlaş! (Ələq surəsi, 9-19)
 
Şeytan dünya həyatının həqiqi üzünü görən, Quran əxlaqını yaşayan və axirət üçün çalışan bir nəfərin belə olmasını istəmir. Buna görə də Qurana həssas şəkildə tabe olan insanın üzərinə öz tərəfdarlarını göndərir və onu yolundan çəkindirməyə, qorxutmağa və ona mənfi təsir etməyə çalışır. Şeytan bu fəaliyyətini təlqin və vəsvəsə yolu ilə apardığı kimi, insanların arasında öz təsirinə saldığı və dost etdiyi insanlar vasitəsi ilə də davam etdirir. Allah şeytanın bu üsulunun iman gətirənlər üçün təsiri olmadığını belə bildirir:
 
Sizi yalnız o Şeytan öz dostlarından qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun! (Ali-İmran surəsi, 175)
 
Bu ayədən əvvəlki ayələrdə isə Allah’dan qorxan insanların dinlərini yaşamalarında cəsur və qərarlı olmalarından, bunun nəticəsində də Allah’ın verdiyi gözəl qarşılıqdan belə bəhs edilir:
 
O kəslər ki, xalq onlara: "Camaat sizə qarşı toplamışdır, onlardan qorxun!" - dedikdə, onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" – deyə cavab verdilər. Sonra da Allah’ın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri qayıtdılar və Allah’ın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir. (Ali-İmran surəsi, 173-174)
 
Cəsur olan, vicdanının səsini dinləyən və doğruları görüb heç kimdən çəkinmədən haqq yolda irəliləyən insan Allah’ın rəhmətinə, rizasına, nemətinə və cənnətinə qovuşar. Şeytanın fısıltılarına qulaq asan insan isə onun arxasınca cəhənnəmə qədər gedər və daim orada qalar.
 
İman gətirən insanın vəzifəsi Allah’ın əmr etdiyi yaxşılığı, doğru və gözəl olanı insanlara tövsiyə etməkdir. Möminin əsas vəzifəsi budur, ancaq bu da unudulmamalıdır ki, insan bu yolda bir çox çətinliklərlə, daha doğrusu imtahanlarla qarşılaşa bilər. Çünki bu, Allahın Quranda xəbər verdiyi vəddir:
 
Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz? Onları fəlakət və sıxıntı elə bürümüş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və iman gətirənlər birlikdə: "Allah’ın köməyi nə vaxt gələcək?" demişdilər. Bilin ki, Allah’ın köməyi yaxındır! (Bəqərə surəsi, 214)
 
Cənnətə getməyi ümid edən hər mömin bu ayədə Allah’ın vəd etdiyi kimi inananların keçmişdə yaşadıqları çətinliklərlə imtahan olunacaq. Bu zaman insan Allah’a tabe olacaq, Ona güvənəcək, qərarlı və cəsur olub bütün bunların imtahanın bir hissəsi olduğunu biləcək. İnsanın bu zaman hər hansı bir bəhanə gətirərək dinindən, gözəl əxlaqından uzaqlaşması isə çox çirkin və səmimiyyətsiz hərəkətdir.
 
Əgər insan səmimidirsə, qorxub çəkinəcəyi heç nə yoxdur. Allah onu qoruyacaq, işlərini asanlaşdıracaq. Belə ki, Allah ayələrdə hər çətinliklə yanaşı bir asanlığın olduğunu və insanları qaldıra bilməyəcəkləri yüklə yükləməyəcəyini müjdələyir:
 
Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Şərh surəsi, 5-6)
İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar! Biz onların ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların altından çaylar axar. Onlar deyərlər: "Bizi bura gətirib çıxaran Allah’a həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz özümüzə doğru yolu tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!" Onlara: "Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!" – deyə müraciət ediləcəkdir. (Əraf surəsi, 42-43)
]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191179/quran-əxlaqina-gorə-cəsarət-nədirhttp://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191179/quran-əxlaqina-gorə-cəsarət-nədirhttp://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10067-cahiliye_toplumu_icin_cozum_kuran_ahlakini_yasamaya_davet_.jpgTue, 16 Sep 2014 18:46:38 +0300
Quranda təsvir olunan mərhəmət anlayışı cəmiyyətdəki sülh və əmin-amanlığın mənbəyidir Allah’ın qullarından tələb etdiyi əxlaqın ən əhəmiyyətli xüsusiyyətlərindən biri ayədə göründüyü kimi, 'mərhəməti bir-birlərinə tövsiyə edənlərdən olmaq'dır.
 
Həyatlarını Allah’ın razılığını qazanmağa həsr edən möminlər də Rəbbimizin bu hökmünü əskiksiz və qüsursuz olaraq yerinə yetirməyə çalışırlar. Onların mərhəmət anlayışlarının təməlində Allah’a olan səmimi imanları dayanır. Möminlər Allah’ın icazəsi olmadan, heç bir hadisənin reallaşmayacağını və Allah’ın onlara bəxş etdiklərinə nə qədər möhtac olduqlarını bilirlər. Elə buna görə də bu inancdan qaynaqlanan təvazökarlığa sahibdirlər. Bu xüsusiyyətləri də onların mərhəmətlərinin təməlini meydana gətirir.
 
Əks təqdirdə, yəni təvazökar olmayan bir insan mərhəmətli də ola bilməz, çünki yalnız özünü düşünür, özünü sevir və öz mənfəətlərini, öz nəfsi istəklərini hər şeydən üstün tutur. Buna görə də başqalarının ehtiyaclarını, əskikliklərini vacib hesab etmir. Başqalarını əhəmiyyətsiz və dəyərsiz görür. Bunun təbii bir nəticəsi olaraq da heç kimə qarşı şəfqət və mərhəmət göstərmir.
 
"Sonra da iman gətirən və bir-birinə səbir tövsiyə edən,  mərhəmət  tövsiyə edən kimsələrdən olmaqdır! Onlar sağ tərəf sahibləridir!"(Bələd surəsi, 17-18)
 
Mərhəmət, qətiyyət və qərarlılıqla qazanılan xüsusiyyətdir. Quran əxlaqını yaşayan insanların qərarlı olmalarının səbəbi dərin Allah sevgisi və qorxusudur. Allah bir çox ayədə açıqlandığı kimi, mərhəmətlilərin ən mərhəmətlisidir. Buna görə də möminlər çox mərhəmətli olmağa səy göstərirlər.
 
Hər hadisə qarşısında gözəl əxlaq göstərmək üstün mömin xüsusiyyətidir
 
"Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik."(Muminun surəsi, 96)
 
İman gətirənlər həyatları boyu müxtəlif xarakterli insanlarla qarşılaşırlar, lakin davranışlarını qarşılarındakı şəxslərə görə dəyişdirmirlər. Qarşı tərəf lağ edə, çirkin sözlər danışa, hirslənə və pis davrana bilər.
 
Buna baxmayaraq, mömin təvazökar, mərhəmətli və gözəl davranışından əl çəkmir. Özünə deyilən pis sözə qarşılıq vermir, lağ edənə, hirslənənə cavab qaytarmır. Qəzəbli insana qarşı sakit, səbirli və anlayışlı davranır. Qəlb qıran rəftarın qarşılığında o hər kəsi etdiyindən utandıracaq, gözəl əxlaqa sövq edəcək anlayış və mərhəmətlə hərəkət edir. Bu, peyğəmbərimizin (s.ə.v) də bizlərə tövsiyə etdiyi əxlaqdır. Peyğəmbərimiz (s.ə.v) hədisində: 1 mərhəmət göstər ki, sənə də mərhəmət göstərsinlər
 
Heç biriniz: 'Mən insanlar kimi davranıram. Kim mənə yaxşılıq etsə, mən də ona yaxşılıq edirəm, pis davransa mən də pis davranıram' deyən insanlardan olmayın!' Əksinə insanlar yaxşılıq etsələr, siz də edin, pis davransalar, haqsızlıq etməmək üçün nəfsinizi tərbiyə edin. 2
 
Maidə surəsində isə peyğəmbərimizə (s.ə.v) bəzi insanların xəyanətlərinə qarşı bağışlayıcı olması belə bildirilmişdir:
 
'... Onlar (özlərinə) öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.' (Maidə surəsi, 13)
 
Ayədə bildirildiyi kimi, Allah peyğəmbərimizə (s.ə.v) tez-tez xəyanət edən bəzi insanlara qarşı da bağışlayıcı olmasını əmr etmişdir. Bunu da bildirmək lazımdır ki, qarşı tərəfin pis əxlaq göstərməsi insanın özünün də belə davranmasına səbəb deyil. Hər insan etdiklərinə görə yalnız Allah qarşısında məsuliyyət daşıyır. Hətta pis rəftara qarşı şəfqət, mərhəmət və gözəl əxlaq göstərə bilmək Qurana görə üstün əxlaq xüsusiyyətlərindəndir.
 
Mərhəmət olmayan cəmiyyətlərdə amansızlıq hakim olur
 
Əsrlər boyu insanlar sülh və əmin-amanlıq içində sevgi, ədalət, qarşılıqlı inam və etibarın hakim olduğu cəmiyyətin həsrətini çəkiblər.
 
Bunun həll yolunu isə müxtəlif fikri, siyasi və hüquqi mübarizədə axtarıblar . Halbuki, cəmiyyətlərdəki fərdlər mərhəməti, anlayışı, hörmət və sevgini lazım olduğu kimi yaşamadıqları üçün bu axtarış nəticə verməmişdir.
 
Quran əxlaqına uyğun olmayan, Allah qorxusu və sevgisi olmayan, mərhəmətsiz insanlar hər cür pis əməllər edə bilərlər.
 
Mərhəmət duyğusunun olmadığı cəmiyyətdə insanlar bir-birlərinə, hətta uşaqlarına qarşı şiddət tətbiq edirlər, yoxsulluq qorxusu ilə digərlərini öldürür, küçəyə atılır, oğurluq üçün evlərə girirlər. Bunu etməmək üçün bir səbəb görmürlər.
 
Belə cəmiyyətdə isə varlılar kasıblara diqqet etmir və haqsızlığa məruz qalan müdafiə olunmur. Qarşılığında mənfəət əldə edilməyəcəksə, fədakarlıq edilmir. Bir insan küçədə ac yaşayarkən, onun yanındakı insanlar bir çox insanın doya biləcəyi yeməkləri çox rahat zibilliyə ata bilir.
 
İnsanlar bir-birlərinin malını qanunsuz zəbt edərək, saxtakarlıqla pul qazanmaqdan əl çəkmirlər.
 
Onu da qeyd etmək lazımdır ki, belə cəmiyyətdəki insanlar şahid olduqları saxtakarlıqlara, ədalətsizliklərə və haqsızlıqlara qarşı mübarizə aparmırlar və səslərini də çıxarmırlar. Başqaları üçün özlərini yormağın mənasız, hətta rahat yaşayarkən digərlərinin problemlərini boyunlarına götürməyin böyük ağılsızlıq olduğuna inanırlar. Ortaya isə heç kimin digərlərindən məsuliyyət daşımadığı və edilən səhvlərə, haqsızlıqlara qarşı heç kəsin səs çıxarmadığı mühit çıxır.
 
Zalım və mərhəmətsiz insanlar zəif və gücsüz olanları istədikləri kimi əzirlər. Quran əxlaqının və buna əsaslanan mərhəmətin yaşanmadığı mühitdə həmişə narahatlıq, çətinlik və zülm hakim olur.
 
Cəmiyyətdə mərhəməti necə yaymaq olar?
 
Cəmiyyətdə hansısa davranışın yayılması üçün əvvəlcə o insanlar bu hərəkəti və təməlindəki anlayışı qavramalıdırlar. Quran əxlaqından uzaq yaşayan insanların yaxşı davranışlara yönəlmələri isə çətin deyil, əksinə olduqca asandır. Mərhəmətli olmaq insanın öz-özlüyündə verəcəyi qərara və niyyətə bağlıdır. Niyyətini dəyişdikdən sonra həm dünyada, həm də axirətdə gözəl həyat yaşayacaq və insan Quran əxlaqını yaşadığı üçün mükafatını Allah Qatında alacaq. Həm də uca Allah Quran əxlaqını yaşamağa qərar verib zülmü tərk edən şəxsin günahlarını bağışlayacağını da bildirmişdir:
 
'Hər kim haqsızlıq etdikdən sonra tövbə edib (əməllərini) islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.' (Maidə surəsi, 39)
 
Bununla yanaşı, insanlar bir-birlərinə qarşı davranışlarını da düzəltməlidirlər. Bunun sirri isə yaxşılığı əmr etmək və pisliyə gözəl davranışla qarşılıq verməkdir. Allah insanlara, pisliyə ən gözəl davranışla qarşılıq versələr, xeyirli nəticə əldə edəcəklərini vəd etmişdir. Hətta qarşısındakı insanla düşmən olsalar belə, yaxın dost ola biləcəklərini bildirmişdir. (Fussilət surəsi, 34) Pisliyi yaxşılıqla dəf etmək inananların mərhəmət anlayışından qaynaqlanır. Qarşı tərəfin Allah'ın bəyənməyəcəyi pis rəftar içərisində olduğunu gördükləri zaman o insanın axirətini düşündüyü üçün qürurlanmadan, anlayışlı və təvazökar davranır. Uca Allah yaxşılığın Quran əxlaqındakı əhəmiyyətini bir ayədə belə bildirmişdir:
 
'Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar.'(Fussilət surəsi, 34)
 
İctimai sülhün və əmin-amanlığın təmin edilməsi İslam əxlaqının yaşanması ilə reallaşa bilər
 
İslam əxlaqı yalnız sülhün, əmin-amanlığın, qardaşlığın təməlləri üzərində qurulmuş cəmiyyətdə yaşana bilər. Buna görə də İslam əxlaqını yaşamaq istəyən insanlar keçmiş dövrlərin təzyiq edən, zalım, mübahisəçi anlayışlarından sıyrılmış yeni cəmiyyət meydana gətiriblər. Bir çox qərbli tarixçi də bu həqiqəti əsərlərində dilə gətirmiş və İslam əxlaqını yaşayan müxtəlif cəmiyyətlərdə müsbət təsirlər meydana gətirdiyini ifadə etmişdir.
 
Professor Robert Briffault Bəşəriyyətin İnkişafı (The Making of Humanity) adlı əsərində Qərb cəmiyyətinin İslam əxlaqı ilə olan əlaqəsini belə bildirir:
 
Bütün bəşəriyyətin azadlığı, insanların qanun qarşısında bərabərliyi, demokratik hökümət qaydaları, Amerika konstitusiyasının hazırlanmasına liderlik edən və İnsan haqqları bəyannaməsini təşkil edən qaydalar Qərbin yenilikləri deyildi. Bu qaydaların hamısının təməlləri müqəddəs kitab Quranda var. Bu qaydalar orta əsrlərdə Avropadakı ziyalıların İslamdan öyrəndikləridir. 3
 
Yuxarıda izah edilən həqiqətlər İslam əxlaqının bütün dünyaya əsrlər boyu sülh, anlayış və ədalət dərsi verdiyinin ifadəsidir. Hal-hazırda bütün insanlar belə mədəniyyətin həsrətini çəkir və bunun yenidən meydana gəlməməsi üçün heç bir problem yoxdur. Lazım olan tək şey odur ki, əvvəlcə insanlar Quran əxlaqını yaşamağa niyyət etməli, daha sonra da digərləri arasında eyni əxlaqı yaymaq üçün səy göstərməlidirlər. Quranda bildirilən əxlaq yaşananda cəmiyyət içində heç bir ayrı-seçkilik olmadan hər kəs ədalətli, mərhəmətli, anlayışlı, sevgi dolu, bağışlayıcı, səmimi olacaq və Allah'ın iznilə yer üzündə sülh və əmin-amanlıq hakim olacaq. Rəbbimiz bu mövzu ilə bağlı möminlərin sahib olacağı üstün əxlaqı bir ayəsində belə bildirmişdir: 'Qoy sizin içərinizdən xeyrə çağıran,  yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat  Məhz onlar nicata qovuşanlardır.' (Ali-İmran surəsi, 104)
 
'Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allah’ı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və   orada əbədi qalacaqlar.' (Yunus surəsi, 26)
 
Mənbələr:
 
1. Ahmet, I. 248 (El-Camiu's Sağir, I, 34, Abdurrezzak'dan, Ata), Doç. Dr. Talat Sakallı, Hadislerle İslam'da Hoşgörü ve Kolaylık, Çağlayan Yayınları, İzmir, 1996, s. 78
 
2. Tırmizi, Rudani, Büyük Hadis Külliyatı Cem'ul-fevaid, cilt 5, No: 9692, İz Yayıncılık, İstanbul, s.323
 
3. Prof. Robert Briffault, İnsanlığın Gelişimi (The Making of Humanity), http://www.tolueislam.com/Shabbir/SA_WINC_4.htm, Andy Thomas, İslam İnsanlığın Ruhu, Timaş Yayınları, İstanbul, 1997, s.38
]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191178/quranda-təsvir-olunan-mərhəmət-anlayisihttp://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191178/quranda-təsvir-olunan-mərhəmət-anlayisihttp://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10067-cahiliye_toplumu_icin_cozum_kuran_ahlakini_yasamaya_davet_.jpgTue, 16 Sep 2014 18:38:11 +0300
Quranda qadına verilən dəyər Quran əxlaqının yaşanmadığı cahil cəmiyyətlərdə qadın və kişi üçün fərqli qanunlar müəyyən olunmuşdur. Kişinin göstərməli olduğu xüsusiyyətlər qadından tamamilə fərqlidir.
 
Quran əxlaqından xəbərsiz yaşayan bu qadınlar, ümumiyyətlə, cəmiyyət tərəfindən təyin olunan və nəsildən-nəsilə ötürülərək gələn xarakterə sahibdirlər. Quranda bildirilən ideal qadın xarakteri isə tamamilə fərqlidir. Qurana görə qadın və kişi eyni məsuliyyətlərə sahibdirlər.
 
Allah Quranda "ideal müsəlman xarakteri"ndən bəhs etmişdir. Bu xarakterdə kişinin məsulliyyətləri eynilə qadına da aid edilmişdir. Həmin əxlaqı yaşayan müsəlman qadın olduqca güclü və imanlıdır.
 
Dünyanın bir çox ölkəsində şiddətə və pis rəftara məruz qalan, işsiz, qayğıya möhtac, qocalar evində tərk edilmiş nə qədər qadın var və bu vəziyyətlərinə çıxış yolu tapa bilmirlər. Bu problemin əsl həlli Quran əxlaqının yaşanmasındadır. Ancaq burada diqqət edilməli məqam var. Quran əxlaqı Allah'ın rizasını və sevgisini qazana bilmək üçün yaşanmalıdır.
 
Allah Quranın bir çox ayəsində qadınların haqlarını qoruyaraq cahil cəmiyyətlərdə onlara aid edilən səhv düşüncələri aradan qaldırmış, beləliklə, qadınlara cəmiyyətdə dəyər qazandırmışdır. Rəbbimiz insanlara Quranda üstünlüyün cinsiyyətlə deyil, Allah qorxusu, iman, gözəl əxlaq və təqva ilə olduğunu bildirmişdir.
 
İnsanlar arasındaki üstünlük meyarı təqvadır
 
Bəzi insanlar üçün bir şəxsin dərisinin rənginin, danışdığı dilin, hansı millətdən olduğunun da böyük əhəmiyyət daşıdığını görürük. Bu üstünlük müxtəlif cəmiyyətlərə görə fərqli olsa da, ümumiyyətlə, eyni mənaya gəlir.
 
Məsələn, bu insanlar qadınları cəmiyyətin təyin etdiyi qayda-qanunlar əsasında dəyərləndirirlər. Buna görə bəzi qadınları ikinci dərəcəli insan kimi qəbul edir və həyatlarını da bu yanlış düşüncə ilə dəvam etdirirlər. Ancaq Allah Quranda insanlar arasındakı tək üstünlüyün təqva olduğunu bildirmişdir. Allah ayədə "... Sizin etdiyiniz yaxşılıqları Allah bilir. (Özünüzlə) azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!" (Bəqərə surəsi, 197), - deyə buyuraraq insanların qazanacaqları ən gözəl xüsusiyyətin təqva olduğunu xəbər vermişdir. Buna görə də insanların əsl hədəfləri mal-mülk, şan-şöhrət kimi maddi dəyərlər deyil, onlara həm dünyada, həm də Allah Qatında üstünlük qazandıracaq “təqva” olmalıdır.
 
Allah'ın Quranda bildirdiyi ayələrdən aydın olduğu kimi, üstünlüyü qadın və ya kişi olmaqla fiziki gücdə, ya da başqa cahiliyyə xüsusiyyətlərində axtarmaq çox yanlışdır. Üstünlük ancaq Allah'ın bizə Quranda bildirdiyi kimi, “təqva” ilədir.
 
İslam əxlaqında qadın və kişi bərabərdir
 
Qadının cəmiyyətdəki yeri haqqında, dünyanın demək olar ki, hər ölkəsində əsrlərdən bəri mübahisələr davam edir. Qadının cəmiyyətdəki statusu, ailə həyatındakı əhəmiyyəti, işləyib-işləməməsi kimi bəzi ictimai mövzular illərdir dünya gündəmindədir.
 
Halbuki, bir müsəlman üçün qadının cəmiyyətdəki yeri çox açıqdır və gerçək İslam əxlaqının mənimsənildiyi bir cəmiyyətdə belə bir mübahisənin yaranması mümkün deyil. Çünki İslamda qadılan kişi bərabərdir. Qadın və kişi əlbəttə ki, fiziki mənada bir-birlərindən fərqli xüsusiyyətlərə sahibdirlər. Ancaq qadının fiziki olaraq, kişiyə nisbətən daha gücsüz olması, onun cəmiyyət içərisində kişidən daha az dəyər görməsi üçün bir səbəb deyil.
 
İslam əxlaqına görə, əsl əhəmiyyətli olan, insanın qadın, ya da kişi olması deyil, Allah’a dərin iman və Allah qorxusu ilə bağlanmasıdır, Allah’ın əmr və qadağalarını qoruması, Quran əxlaqını ən gözəl tərzdə yaşamasıdır. İnsanın bu xüsusiyyətlərinə Allah Qatında dəyər veriləcək. Allah Quranda qadın və ya kişi olsun, iman gətirən şəxsin sahib olduğu xüsusiyyətləri açıqlamışdır:
 
Quranda qadın və kişiyə eyni cür xitab edilir
 
Quran ayələrinə baxdıqda Allah’ın qadınla kişiyə ortaq xitab etdiyini görürük.
 
Allah Quranda bir insanın gənc, yaşlı, qadın və ya kişi olmasının deyil, səmimi qəlbdən iman gətirməsinin vacib olduğunu bildirir. Buna görə Allah Quran ayələrində qadına və kişiyə birlikdə xitab edir və hər ikisinin öhdəliklərinin eyni olduğunu xatırladır. Quranda bu mövzu ilə bağlı bir çox ayə var. Allah Quranda "Mömin olaraq yaxşı işlər görən kişilər və qadınlar cənnətə daxil olarlar. Onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz!" (Nisa surəsi, 124) ayəsində səmimi iman gətirən insanın qadın və ya kişi olmasının heç bir əhəmiyyəti olmadığını bildirmiş, iman gətirənlərin heç bir haqsızlıq edilmədən mütləq Allah’ın rəhməti və cənnəti ilə mükafatlandırılacağını xəbər vermişdir.
 
Allah Quranda inkar edənlər haqqında məlumat verərkən də, qadınlara və kişilərə eyni tərzdə xitab edir. Allah inkar edən qadınlarla kişilərin, münafiq qadınlarla kişilərin və müşrik qadınlarla müşrik kişilərin də axirətdə eyni cür qarşılıq görəcəyini, cinsiyyətlərinə görə fərqli qarşılıq görməyəcəklərini bildirir. Bu ayələrdən bəziləri belədir: 
 

"Allah münafiq kişiləri və qadınları, müşrik kişiləri və qadınları əzaba uğratsın, mömin kişilərin və qadınların da tövbələrini qəbul buyursun deyə (əmanəti öz razılığı ilə Adəm övladına tapşırdı). Allah (möminləri) bağışlayandır, rəhm edəndir!"(Əhzab surəsi, 73)

 
İslam əxlaqında anaya verilən dəyər
 
Allah Quranda həm qadına qarşı, həm də anaya qarşı göstərilən gözəl əxlaqın əhəmiyyətinə diqqət çəkir. Valideynlər övladlarının gözəl təhsil alıb əxlaqlı olması, özünə və ətrafındakılara faydalı olması üçün böyük səy göstərirlər. İllər boyu bu məqsədlə maddi-mənəvi bir çox fədakarlıq edirlər. İnsan özünə verilən bu əməyi təqdir edə bilməli və bu fədakar əxlaqa hörmət və ehtiramla cavab verməlidir. Allah Quranda möminin bu məsuliyyətini belə bildirir:
 

"Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq..." (Ənkəbut surəsi, 8)

"De: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin.'' (Ənam surəsi, 151)

 
Quranın başqa bir ayəsində isə Allah insana, ana və atasına qarşı gözəl davranmağını, lovğalanmamasını belə bildirir:
 

"Allah’a ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir."(Nisa surəsi, 36) 

 
Bütün bu ayələrdən də aydın olduğu kimi, Allah insanlara ana və ataya qarşı daim anlayışlı, şəfqətli olmağı bildirir. Bununla yanaşı, Allah ananın uşağı dünyaya gətirib böyütmək üçün böyük çətinliklərə sinə gərdiyini xatırladıb onun əməyinə də diqqət çəkir:
 

"Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. "Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir." (Loğman surəsi, 14)  

 
Bununla yanaşı Allah, insanın ana və atasının göstərdiyi bu fədakarlıqlarını unutmamağı, onlara yaşlandıqda da eyni gözəl əxlaqı göstərməyi nəsihət edir:
    

"Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de.(İsra surəsi, 23-24)  

 
İman gətirən hər insan Rəbbimizin yaxınlığını, dostluğunu, sevgisini və razılığnı qazanmağı səmimi qəlbdən istəyir. Ancaq bunun üçün insan Allah’ın peyğəmbərlərini lütfləndirdiyi bu nemətləri özündən qətiyyən uzaq görməməli, Rəbbimizin mərhəmətinin və kərəminin çox geniş olduğunu bilməlidir. Allah insanların Özünə könüldən üz tutaraq istədikləri hər cür neməti verəcəyini bildirmişdir. Buna görə də istər qadın, istərsə də kişi olsun, hər insan peyğəmbərlərin bu yüksək məqamına çata bilməyi qarşısına məqsəd qoymalı və bunun üçün səmimi səy göstərməlidir. Quranda "Öncədən özlərinə ən gözəl nemət yazılmış kəslər – məhz onlar ondan uzaqlaşdırılmış olacaqlar"(Ənbiya surəsi, 101) ayəsində Rəbbimizin dərgahından onlara gözəllik lütf olunan insanlardan bəhs edilmişdir.
 
Allah qadın-kişi ayrı-seçkiliyi etmədən hər kəsin qarşısına bu insanlardan ola bilmək imkanı çıxarmışdır. İnsan Allah’a səmimi qəlblə bağlanmalı, Onu hər şeydən üstün tutmalı, Rəbbimizin razı olacağı həyatı yaşamalıdır. Bu səmimi imanı yaşayan hər insan Allah’ın istəyinə uyğun olaraq Onun dərgahında etdiyinin ən gözəl əvəzini alacaq.
]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191177/quranda-qadina-verilən-dəyərhttp://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191177/quranda-qadina-verilən-dəyərhttp://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10067-cahiliye_toplumu_icin_cozum_kuran_ahlakini_yasamaya_davet_.jpgTue, 16 Sep 2014 18:31:53 +0300
Şövqlü və həyəcanlı olmaq Allah Quranın bir çox ayəsində şövqün əhəmiyyətinə diqqət çəkmiş və möminlərin bir-birlərini təşviq edib gücləndirmələrini tövsiyə etmişdir. "... Möminləri də təşviq et!..." (Nisa surəsi, 84) ayəsi ilə də əmr edildiyi kimi, inananları şövqləndirmək Quran əxlaqını yaşayan insanlar üçün vacib ibadətdir.
 
Ümumi mənası ilə xatırlatsaq, şövq insanın hər hansı bir mövzuya qarşı daxilən ciddi bir maraq və istək duyması və bu məqsədinə çata bilmək üçün səmimi səy göstərməsidir. Böyük-kiçik hər insanın həyatında şövqlə bağlandığı bir çox mövzu var. Bəzən maddi mövzularda yaşanan bu şövq, bəzən də bir çox dünyəvi maraqlarda özünü göstərir... Bəzi insanlar varlı ola bilmək, mövqe, məqam və karyera sahibi ola bilmək üçün çalışarkən, bəziləri də insanlar arasında üstün mövqe əldə etmək, hörmət, etibar və tərif qazana bilmək üçün əmək sərf edirlər. Məsələn, bir şagirdin universitet imtahanından keçmək üçün göstərdiyi oxumaq əzmi, çox istədiyi yeni bir işə başlayan bir insanın işində göstərdiyi şövq və ya yaxşı qazanc gətirəcəyinə inanılan ticarət üçün göstərilən şövq və səy hər kəsə məlumdur. Ancaq bütün bu nümunələrdə qəti olaraq diqqəti cəlb edən ortaq cəhət vardır ki, o da şövqün insana çox fərqli və güclü bir xarakter qazandırmasıdır. Ancaq bir çox insanın şövqü qalıcı deyil. Bunun səbəbi isə heç şübhəsiz ki, bu insanların şövqlərinin möhkəm təmələ söykənməməsidir. Hər nə olursa olsun, şövqlərinə dəstək olan, onlara hər an güc verən qəti məqsədə sahib deyildirlər.
 
Həyatlarının sonuna qədər qəlblərində yaşadıqları şövqü əsla itirməyən yeganə insanlar isə möminlərdir. Çünki möminlərin şövqlərinin qaynağı Allah’a olan imanları və Allah’ın rizasını, rəhmətini və cənnətini qazanmağı qarşılarına məqsəd qoymalarıdır.
 
Möminlərdə şövq və həyəcan
 
Möminlərin yaşadığı şövq və həyəcan cahil cəmiyyətlərdə hakim olan "mənfəətlərə söykənən şövq" anlayışından çox fərqlidir. İnananların şövqü Allah’a olan sevgilərindən və bağlılıqlarından qaynaqlanır. Onlar sevgilərini cahil cəmiyyət kimi ehtirasla dünyaya deyil, özlərini yoxdan var edən, ruzi verən, yaşadan, sonsuz mərhəmətli və şəfqətli olan Allah’a yönəltmişdirlər. Allah’a duyduqları sevgi və bağlılığın nəticəsi olaraq həyatları boyu Allah’ın rizası üçün səy göstərirlər. Allah’ın rizasını qazanmaq istəyi möminlərin ən əhəmiyyətli şövq və sevinc mənbəyidir. Allah’ın rizasını qazanmaq və Allah’ın möminlər üçün hazırladığı cənnətə qovuşa bilmək arzusu onlara bitib-tükənməyən mənəvi güc və şövq qazandırır. Çünki hər nə olursa olsun, bir ömür boyu, həm də heç bir şübhəyə qapılmadan inandıqları dəyərlərə görə səy göstərmələri ancaq imanın qazandırdığı şövqlə mümkün olur. Allah'a olan iman möminin, Rəbbimizin razılığını qazanmaq üçün ciddi səy göstərməsinə səbəb olur. Möminlər Allah'ın razılığını qazanmağı həyatlarının əsl məqsədi hesab edərək bu yolda ciddi səy göstərən şəxslərdir. Allah Quranda onlardan Allah yolunda malları və canları ilə cəhd edən, yəni səy göstərən, çalışan şəxslər kimi bəhs edir. Çünki bütün həyatlarını Allah'a həsr etmiş, Onun razılığına, cənnətinə qarşılıq olaraq sahib olduqları maddi-mənəvi hər şeyi ortaya qoymuşlar.
 
Tək vəkil Allah’dır
 
İnananların Allah’a qarşı güclü və qərarlı təslimiyyət göstərə bilmələrini və hər çətinliklə qarşılaşdıqda ruhdan düşmədən "Allah bizə bəs edər"(Ali-İmran surəsi, 173) deyə biləcək qədər yüksək bir ruha sahib ola bilmələrini təmin edən çox əhəmiyyətli bir xüsusiyyətləri var: Allah rizasını qazanmaq şövqü… İmanın qazandırdığı bu şövq insanın fiziki və zehni gücünü ən yüksək səviyyəyə qaldıran və beləcə, insanın hər zaman ən gözəl və ən dinc şəkildə yaşamasını təmin edən bir qüvvədir. Allah eşqindən qaynaqlanan bu həyəcan inananlara böyük mənəvi qüvvət, dözüm və müqavimət verir. Dəmir kimi bir iradə, cəsur və igid xarakteri qazandırır. Möminlər bu imani güc sayəsində hər çətinliyə ən gözəl şəkildə sinə gərə bilir və istənilən şərtlərdə bütün gücləri ilə Allah’ın rizasını qazanmaq üçün səy göstərməyə davam edirlər. Allah Quranın bir çox ayəsində şövqün əhəmiyyətinə diqqət çəkmiş və möminlərin bir-birlərini təşviq edib gücləndirmələrini tövsiyə etmişdir. "... Möminləri də təşviq et!..." (Nisa surəsi, 84) ayəsi ilə də əmr edildiyi kimi, inananları şövqləndirmək Quran əxlaqını yaşayan insanlar üçün əhəmiyyətli ibadətdir. Möminlər həyatlarının sonuna qədər hər an daha da artan şövqə sahib olmalıdırlar. Bu məqalənin yazılmasındakı məqsəd bütün inananlara şövqün nə qədər böyük bir nemət və möminlərin gücünü necə artıran bir xüsusiyyət olduğunu göstərməkdir. Eyni zamanda şövqün istənilən şərtlərdə möminləri müvəffəqiyyətli edən əhəmiyyətli bir sirr olduğunu açıqlamaq, səbir və təvəkküllə çətinliklərə sinə gərib şövqlərini itirməyənlərə vəd edilən gözəllikləri müjdələməkdir. Allah’ın çağırışına tabe olan möminləri hazırlamaq, təşviq edib cəsarətləndirmək və onlara "genişliyi göylərlə yer üzü qədər olan" (Ali-İmran surəsi, 133) cənnətə qovuşmaq üçün yarışmalarını bir də xatırlatmaqdır. Həmçinin, Allah’ın bildirdiyi kimi, "yarışıb önə keçənlərdən" olmaq var ikən, özlərinə "orta yol" tutan və dinin bu şəkildə yaşanılmasının kifayət etdiyini hesab edənlərə də belə böyük bir nemətin varlığını xatırladaraq hərəkətə keçirməkdir. Aşağıdakı ayə möminlərin yaşadıqları şövqü açıq-aydın göstərir:
 

"Möminlər ancaq Allah’a və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cəhd edənlərdir! (İmanlarında) sadiq olanlar da məhz onlardır."(Hucurat surəsi, 15)

]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191176/sovqlu-və-həyəcanli-olmaqhttp://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191176/sovqlu-və-həyəcanli-olmaqhttp://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10067-cahiliye_toplumu_icin_cozum_kuran_ahlakini_yasamaya_davet_.jpgTue, 16 Sep 2014 18:25:11 +0300
Qardaşlıq və həmrəyliyin möminlərə qazandırdığı güc Allah rizası üçün həmrəy olmaq möminlərin gündəlik həyatda və çətinliklər qarşısında müvəffəqiyyət əldə etməsinin vacib sirridir. Müsəlmanların tarix boyu başlarına gələn hadisələrə baxdıqda da çətinliklərdən həmişə bu tərzdə xilas olduqlarını görürük. Başda insanlara nümunə olan peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) və səhabələri olmaqla bütün müsəlmanlar bu əxlaqı ən gözəl tərzdə yaşayıblar. Göstərdikləri üstün əxlaq və fədakarlıq nümunələri ilə İslamiyyətin və Quran əxlaqının   bütün dünyaya yayılmasına səbəb olublar.
 
Möminlərin vacib xüsusiyyətlərindən biri də qardaşlıq, həmrəylik mənasını verən təsanüddür. Rəbbimiz Quranda bütün möminlərin qardaş olduğunu bildirmişdir. Möminlər Allah rizası üçün yaşayan, Onun rəhmətini və cənnətini ümid edən insanlardır. Buna görə də bir-birilərini çox sevirlər və həmrəydirlər. Allah bu gözəl əxlaq xüsusiyyətindən razı olduğunu  Quranda belə bildirir:
 

''Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.' (Saff surəsi, 4)

 
Möminlər gözəl əxlaqlı, təvazökar və sevgi doludurlar.  Buna görə də möminlər arasında təsanüd çox rahat yaranır. Allah möminlərin bir-birlərinə olan bağlılıqlarının necə olduğunu Quranda belə bildirmişdir:
 

'Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın!   Allah’ın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.' (Ali-İmran surəsi, 103)

 
Möminlər arasındakı həmrəyliyin vacib xüsusiyyətlərindən biri də qısqanclıq, kin və ya mənfəətçilik kimi rəftar pozuqluqlarının olmamasıdır. Başlarına hansı hadisənin gəlməsindən asılı olmayaraq, heç vaxt fədakarlıq, təvazökarlıq və bağışlayıcılıq kimi Quran əxlaqının qazandırdığı rəftarlardan əl çəkmirlər.
 
Uca Rəbbimiz Quranda möminləri təsanüdü pozan rəftarlara qarşı xəbərdar edir. Məsələn, mömin digərinin xoşuna gəlməyən və onu təhqir edən üslubdan qətiyyən istifadə etməməlidir. Allah Quranda bu vəziyyəti belə bildirmişdir:      

''Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.' (İsra surəsi, 53)

]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191175/qardasliq-və-həmrəyliyin-mominlərə-qazandirdigihttp://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191175/qardasliq-və-həmrəyliyin-mominlərə-qazandirdigihttp://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10067-cahiliye_toplumu_icin_cozum_kuran_ahlakini_yasamaya_davet_.jpgTue, 16 Sep 2014 18:15:44 +0300
Gözəl sözün əhəmiyyəti İnsanlar həmişə sülh və əmin-amanlıq içində dostluq və sevginin hakim olduğu mühitlərdə yaşamaq istəyirlər. Lakin bir çox insan məhz belə mühitlərin meydana gəlməsi üçün heç səy göstərmir, hətta bəzən özləri bu narahatlığa və qarışıqlığa səbəb olurlar.
 
Belə insanlar dostluq, sülh və əmin-amanlıq yaratmağı adətən qarşı tərəfdən gözləyirlər. Bu vəziyyət ailədaxili münasibətlərdən dövlətlərarası münasibətlərə qədər eynilə belədir. Halbuki, gözəlliklər və dostluqlar fədakarlıq tələb edir. Əgər hər kəs öz qərarında təkid etsə və fədakarlıq etməsə, əlbəttə ki, insanlar arasında qarşıdurmalar və narahatlıqlar yaranacaq. Ancaq Allah'dan qorxan möminlər fərqli davranırlar. Onlar həm fədakar, həm bağışlayan, həm də səbirlidirlər. Özlərinə haqsızlıq edilsə belə, haqqlarından imtina edərək cəmiyyətin hüzurunu və təhlükəsizliyini üstün tutaraq ən gözəl rəftarı göstərirlər. Bu vəziyyət Allah'ın möminlərə əmr etdiyi üstün əxlaq xüsusiyyətidir və O, bunu ayələrdə belə bildirir:
 

Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur.(Fussilət surəsi, 34-35)

(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır.(Nəhl surəsi, 125)

 
Allah bu üstün davranışların qarşılığı olaraq möminlərə düşmən gözü ilə yaxınlaşanları belə "yaxın dost"a çevirir. Bütün insanların qəlbi Allah'ın nəzarəti altındadır. Allah kimi istəsə, onun qəlbini və düşüncəsini dəyişdirə bilər. Gözəl söz söyləyən insan Allah'ın əmrinə tabe olmaqla yanaşı, qarşıdakı insanın yaxşılığı üçün də dua etmiş olur. Allah Quranda gözəl və məlahətli sözün insan münasibətlərindəki müsbət təsirindən bəhs edir. Bu ayələrdən biri də hz. Musa (ə.s) hekayəsindədir. Allah hz. Musa (ə.s) və hz. Haruna (ə.s) Fironun yanına getmələrini və onunla yumşaq danışmalarını əmr edir. Firon olduqca zalım, mərhəmətsiz və azğındır. Ancaq Allah buna baxmayaraq, elçilərinə onunla yumşaq danışmalarını əmr etmişdir. Allah bunun səbəbini də ayələrində belə açıqlamışdır:
 
"Fironun yanına gedin. Çünki o həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!"(Taha surəsi, 43-44)
 
Həmin ayələr möminlərin inanmayanlarla və qürurlu insanlarla necə danışmalı olduqlarını bildirir. Bu əlbəttə ki, səbir, təvazökarlıq və ağıl tələb edən davranışlardır.
 
Allah möminlərin əmrlərinə tabe olaraq gözəl əxlaq göstərmələrinin qarşılığında davranışlarını təsirli edəcəyini və düşmənlərini dostlara çevirəcəyini bir sirr olaraq bildirmişdir. Möminlərin vəzifəsi isə bu sirrin hikmətlərini düşünüb ən gözəl rəftarı qarşısındakına göstərməkdir.
]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191174/gozəl-sozun-əhəmiyyətihttp://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191174/gozəl-sozun-əhəmiyyətihttp://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10067-cahiliye_toplumu_icin_cozum_kuran_ahlakini_yasamaya_davet_.jpgTue, 16 Sep 2014 18:10:50 +0300
Müsəlmanların sevgisi və təvazökarlığı Quran əxlaqına və peyğəmbərimizin (s.ə.v) sünnətinə tabe olan müsəlmanlar çox üstün əxlaqa sahibdirlər. Rəftarları, hadisələr qarşısındakı reaksiyaları, söhbətləri, estetik zövqləri, incəsənət anlayışları, mədəniyyətləri ilə digər insanlara nümunədirlər. Birlikdə hərəkət edən, insanlara fayda verən, həmişə gözəlliklərə səbəb olan şəxslərdir.  Ən diqqət çəkən xüsusiyyətləri isə sevgi dolu, mülayim xasiyyətli və təvazökar olmalarıdır.
 
Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) üstün əxlaqı, ağılı, fərasəti, təvazökarlığı, sevgisi və mərhəməti ilə bütün möminlərə nümunə olmuşdur. Onun olduğu mühitlərdə şövq, həyəcan, təmizlik, rahatlıq və ən gözəl, hikmətli söhbətlər hakimdir. Bütün müsəlmanlar da bu həqiqətin şüuru ilə elmlərini artırmalı və əxlaqlarını daha da gözəlləşdirmək üçün səy göstərməlidirlər. Olduqları hər mühitdə peyğəmbərimizi (s.ə.v) nümunə götürərək davranmalıdırlar.
 
Mehriban, mərhəmətli və mülayim xasiyyətli olmaq
 
Sevgi, mərhəmət, anlayış və təvazökarlıq imanın vacib əlamətlərindəndir. Bu sevgi bütün insanlar üçün çox böyük nemət və lütfdür. Həqiqi sevgi isə dərin iman və Allah qorxusu ilə yaşanır. Möminlər gördükləri gözəl mənzərələri, rəngarəng çiçəkləri, növbənöv heyvanları, bir-birindən ləzzətli meyvə və tərəvəzləri, ehtişamlı evləri, son model avtomobilləri, estetik incəsənət əsərlərini, gözəl musiqiləri Allah'ın təcəlliləri kimi sevirlər. Buna görə də bu gözəlliklər qarşısındakı duyğuları səmimidir. Sevgiləri Rəbbimizə şükürlərinin saf ifadəsidir. Allah'ın Quranla müsəlmanlara öyrətdiyi sevgi möminlərin xasiyyətlərini gözəlləşdirir və mərhəmətli olmalarına səbəb olur.
 
Möminlərin Allah'ın təcəllisi kimi ən çox sevdikləri insanlar isə imanlı qardaşlarıdır. Rəbbimiz bunu "Möminlər, həqiqətən də qardaşdırlar..." (Hucurat surəsi, 10) ayəsi ilə də bizə bildirmişdir. Buna görə də müsəlmanlar arasındakı münasibət eyni ilə öz qardaşları arasında olduğu kimi dərin sevgiyə, mərhəmətə, şəfqətə əsaslanır. Bütün bu sevgi və bağlılıq həm də cənnətin xüsusiyyətlərindən biridir. Rəbbimiz Quranda belə buyurur:
 

''Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar.' (Hicr surəsi, 47)

 
Müsəlmanlar bir-birlərinin vəlisi, köməkçisi, həqiqi dostlarıdırlar. Hər müsəlman digər qardaşına hörmətlə, sevgi ilə yaxınlaşmalı, onun üçün hər cür fədakarlığı sevərək etməli və vəfalı davranmalıdır. Qardaşlarına mərhəmətlə yaxınlaşmalı, səhvlərinə qarşı səbirli olmalı, qüsurlarını ən gözəl tərzdə örtməyə çalışmalı, onların xətrinə dəyən hər rəftardan çəkinməlidir.
 
Peyğəmbərimizin (s.ə.v) "Mərhəmət edin ki, sizə də mərhəmət olunsun. Bağışlayın ki, sizi də bağışlasınlar..." hədisi ilə müsəlmanlara bildirdiyi əxlaq da budur.
 
Rəbbimiz hz. Muhəmmədin (s.ə.v) gözəl əxlaqını "Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir."(Tövbə surəsi, 128) ayəsi ilə bildirmişdir. Mübarək peyğəmbərimizə (s.ə.v) tabe olan və Ona könüldən itaət edənlər də digər möminlərə qarşı şəfqətli və mərhəmətli davranmalıdırlar. Peyğəmbərimizə (s.ə.v) dəstək olan möminlərin bir-birlərinə olan sevgiləri və fədakarlıqları da bütün müsəlmanlara nümunədir. Allah Quranda Peyğəmbərimizlə (s.ə.v) hicrət edən müsəlmanların Mədinədəki möminlər tərəfindən ən gözəl tərzdə qarşılandıqlarını və fədakarlıqlarını belə bildirmişdir:
 

'(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin 'tamahından qorunan kimsələr nicat tapanlardır.' (Hicr surəsi, 9)

 
Hz. Muhəmməd (s.ə.v) iman gətirənlərə "Bir-birinizə hədiyyə verin və sevin..."  hədisi ilə bir-birlərini sevmələrini və dost olmalarını bildirir. Mübahisə və ixtilaf müsəlmanlara yaraşmayan xüsusiyyətlərdir. Müsəlman cəmiyyətləri arasındakı fərqli anlayışlar və davranışlar mədəniyyət zənginliyi kimi qiymətləndirilməlidir. İman gətirənlər hz. Muhəmmədin (s.ə.v) möminlərə tövsiyə etdiyi əxlaqı yaşamaqla məsuldurlar. Sevimli peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur:
 
"...Bir-birinizə həsəd aparmayın (kin bəsləməyin), düşmən olmayın, yaxşı münasibətləri kəsməyin. Bir-birinizdən üz çevirib küsməyin və ey Allah'ın qulları qardaş olun.'' 
 
Unutmamalıyıq ki, Allah Quranda möminlərə "mübahisə etməmələrini"(Ənfal surəsi, 46) əmr edir və bunun müsəlmanları zəiflədəcəyini bildirir. Müsəlmanlar Rəbbimizin "Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın!..."(Ali-İmran surəsi, 103) əmrinə görə bir olmalı, "Öz yolunda möhkəm divar kimi səf çəkib" (Səff surəsi,4) yaxın münasibətlər qurmalıdırlar. Möminlərin dostluq və qardaşlıq qurmaqdan uzaqlaşıb bir-birlərini vəli hesab etməmələri isə yer üzündə böyük qarışıqlığa səbəb ola bilər. Heç bir müsəlman isə belə böyük günahı öz boynuna götürmək istəməz. Allah bu təhlükəni belə bildirmişdir:
 

''Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.'(Ənfal surəsi, 73)

 
Gülər üzlü və gözəl sözlü olmaq
 
Müsəlmanların sevgilərinin və təvazökarlıqlarının nəticələrindən biri də gülər üzlü və gözəl sözlü insanlar olmalarıdır. Rəbbimiz "Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir."(İsra surəsi, 53) ayəsi ilə iman gətirənlərin üslubunu bildirmişdir. Bu ayə müsəlmanların bütün insanlara və bir-birlərinə qarşı qəlbinə dəyən, söz atan, lağ edən, sərt danışıq üslublarından istifadə etməmələrini göstərir.
 
Allah'ın əmr etdiyi əxlaqı yaşayan insanlar pisliyə də yaxşılıqla qarşılıq verir, Onun rizası üçün səbir edir, mehriban davranır və qəzəblənmirlər. Danışıq tərzləri və davranışları insanlarda arxayınlıq yaradır. Hz. Əli (ə.s) mübarək peyğəmbərimizin (s.ə.v) bu mövzudakı gözəl rəftarını möminlərə belə bildirir:
 
... İnsanları bir-birinə sevdirəcək, yaxınlaşdıracaq mövzular haqqında danışırdı. Onları qorxudub özündən uzaqlaşdırmazdı. Hər qövmün başçısına hörmətlə yaxınlaşardı... 
 
Göründüyü kimi, peyğəmbərimizin (s.ə.v) gözəl sözü və hikmətli davranışları insanların bir-birlərini sevmələrinə, dost olmalarına səbəb olmuş və onlara İslamı sevdirmişdir. Hz. Muhəmmədin (s.ə.v) cəmiyyətlərin rəhbərlərinə hörmət etməsi də möminlər üçün vacib nümunədir. Peyğəmbərimizin (s.ə.v) nəvəsi hz. Həsən (ə.s) də hz. Muhəmmədin (s.ə.v) danışığındakı hikmət və gözəlliyi möminlərə belə izah etmişdir:
 
Çox gözəl sözlərlə (çox məna ifadə edəcək az sözlərlə) və yığcam danışırdı. Nə  çox danışırdı, nə də az.  
 
Bütün bunlar möminlərin danışıq üslublarının necə olduğunu bildirən vacib məlumatlardır. Müsəlmanların danışıqları ilə birlikdə davranışlarındakı nəzakət və zəriflik də olduqca vacibdir. Hər vəziyyətdə gülər üzlü olmaq möminlərin kübarlığının göstəricisidir. Bu mövzuda da həmişə olduğu kimi möminlər Quran əxlaqını və hz. Muhəmmədin (s.ə.v) rəftarını nümunə götürürlər. Peyğəmbərimizlə (s.ə.v) eyni dövrdə yaşayan möminlər onun gülər üzünü, nəzakətini, incə düşüncəsini və xeyirxahlığını çox fərqli nümunələrlə ifadə etmişdirlər:
 
Gülər üzlü olmağı və hamı ilə nəzakətli rəftar etməyi onu xalqın hörmət edilən böyüyü etmişdi. Hamı onun nəzərində eyni mövqedə idi.
 
Allah Elçisi həmişə gülər üzlü, mülayim xasiyyətli idi...  
 
Allah Elçisi... xalqın ən çox gülümsəyən və şən insanı idi.  
 
Peyğəmbərimiz (s.ə.v) səhabələrinə də gülər üzlü olmalarını tövsiyə etmiş və belə demişdir:
 
Siz insanları mallarınızla razı sala bilməzsiniz, onları gülər üz və gözəl xasiyyətlə məmnun edə bilərsiniz.  Allah Təala asanı əmr edən və gülər üzlü olan insanı sevər.
 
Müsəlmanların söhbət məclisləri
 
Müsəlmanların gözəl əxlaqlarını nümayiş etdirdiyi mühitlərdən biri də bərabər olduqları söhbət məclisləridir. Burada daim Allah xatırlanır, Rəbbimizin adı ucaldılır, Onun rizası üçün faydalı və xeyirli işlər danışılır. Bu mühitlər təmizliyi ilə ürəkaçıcı olmaqla yanaşı, müsəlmanların gözəl davranışları ilə də diqqət çəkir. Müsəlmanların bir yerdə olduqları mühitlər sevginin ən gözəl tərzdə təzahür etdiyi, nəzakətin, hörmətin, iltifatın və gözəl sözün hakim olduğu yerlərdir.
 
Müsəlmanların söhbətləri qəlbən və səmimidir. Sünilik, riyakarlıq möminlərin çəkindikləri pis davranışlardır. Möminlər istişarə ilə hərəkət etdiklərinə görə hamının sözü və fikri dəyərlidir. Müsəlmanların söhbət məclisləri qətiyyən mübahisəli deyil. Çünki İslam əxlaqı iman gətirənlərin öz düşüncələrində təkid etməmələrini, vicdana, ədalətə və xeyirə uyğun gələn ən gözəl fikirə tabe olmalarını tələb edir. Möminlər "mənim fikrim qəbul edilsin", "mənim fikrim qəbul edilsin" mənim düşündüyüm ən doğrusudur" kimi qürurlu ifadələrdən uzaq dayanırlar "... Hər bilik sahibindən də üstün bir bilən vardır." (Yusuf surəsi, 76) ayəsi ilə də buyurulduğu kimi, müsəlman həmişə özündən daha yaxşı bilən biri ola biləcəyini, ən məqsədəuyğun duşüncəyə sahib olduğunu iddia etməsinin böyük səhv olduğunu bilir. Özü bir mövzuda xeyli məlumat sahibi olsa da, qarşısındakının da başqa mövzuda dərin biliyə sahib ola biləcəyini düşünür. Buna görə də digər mömin qardaşlarını maraq və nəzakətlə dinləyir. Əvvəlcə onların sözlərindən, təcrübəsindən nəsə öyrənməyə cəhd edir. Müsəlmanların bu gözəl əxlaqı Quran ayələrinə tabe olmağın nəticəsi və peyğəmbərimiz hz. Muhəmmədin (s.ə.v) əxlaqının möminlərdəki təzahürüdür.
 
İmam Qəzali etibarlı hədis qaynaqlarından istifadə edərək peyğəmbərimizin (s.ə.v) söhbət məclislərini belə təsvir etmişdir:
 
... Hüzurunda oturan hər kəsə iltifat edərdi. Buna görə də hüzurundakı hər kəs onun yanında özündən daha dəyərlisi olmadığını düşünərdi. Bəli, onun oturuşu, dinləməsi, sözləri, gözəl lətifələri həmişə yanında oturanlar üçün gözəl nümunə idi. Onun məclisində həmişə həya, təvazökarlıq və təhlükəsizlik hakimdi... Könüllərini xoş tutmaq üçün səhabələrini ləqəbləri ilə çağırar, ləqəbi olmayanlara da ləqəb taparaq onunla xitab edərdi.
 
Hz. Əli (ə.s) isə bu mübarək söhbət məclislərini belə izah edir:
 
(Birlikdə) oturduğu insanların hər biri ilə maraqlanar, qeyri-adi rəftar etdiyi təəssüratı yaranmazdı. Ehtiyacını təmin etməsi üçün yanına gələn və ya onunla ayaqüstü söhbət edən kimsəyə qarşı səbirli olar, o şəxs ayrılmadıqca, özü də getməzdi.   
 
Heç kimin sözünü kəsməz, bitirənə qədər gözləyərdi.
 
Bütün bu məlumatlar müsəlman əxlaqının və həyatının necə olduğunu açıq-aydın göstərir. Müsəlmanlar eyni ilə peyğəmbərimiz (s.ə.v) kimi sevgiləri, təvazökarlıqları, nəzakətləri, təmizlikləri, mülayim xasiyyətləri, gülər üzləri, mərhəmətləri, anlayışlı rəftarları və gözəl sözləri ilə insanlara nümunə olmalıdırlar. Rəftarları ilə Quran əxlaqını və sünnətini ən gözəl tərzdə nümayiş etdirməyə diqqət etməlidirlər. Bu gözəl əxlaqı yaşayanlar davranışları ilə (Allah'ın iznilə) bir çox insanın İslam əxlaqını sevməsinə səbəb ola bilərlər.
 
QAYNAQLAR: ' İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem'ul-fevaid min Cami'il-usul ve Mecma'iz-zevaid, cilt 5, İz Yayıncılık, s. 33... ' İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem'ul-fevaid min Cami'il-usul ve Mecma'iz-zevaid, cilt 5, İz Yayıncılık, s.34... ' Huccetü'l İslam İmam Gazali, İhya'u  Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s.801... ' Bezzar, Ebu Yala, Taberani; Huccetü'l İslam İmam Gazali, İhya'u  Ulum'id-din, 3. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 111... ' Huccetü'l İslam İmam Gazali, İhya'u  Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998,, s.444... ' Tirmizi, Taberani; Huccetü'l İslam İmam Gazali, İhya'u  Ulum'id-din, 2. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 798... ' İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem'ul-fevaid min Cami'il-usul ve Mecma'iz-zevaid, cilt 5, İz Yayıncılık, s. 33... ' İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem'ul-fevaid min Cami'il-usul ve Mecma'iz-zevaid, cilt 5, İz Yayıncılık, s.34... ' İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem'ul-fevaid min Cami'il-usul ve Mecma'iz-zevaid, cilt 5, İz Yayıncılık, s.33... ' İmam Muhammed Bin Muhammed bin Süleyman er-Rudani, Büyük Hadis Külliyatı, Cem'ul-fevaid min Cami'il-usul ve Mecma'iz-zevaid, cilt 5, İz Yayıncılık, s.32... ' G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1. cilt, Gonca Yayınevi,  İstanbul, 1997, 70/10... ' Buhari ve Müslim; Huccetü'l İslam İmam Gazali, İhya'u  Ulum'id-din, 3. cilt, Çeviri: Dr. Sıtkı Gülle, Huzur Yayınevi, İstanbul 1998, s. 152... ' Mace Cilt10, s. 32
]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191173/musəlmanlarin-sevgisi-və-təvazokarligihttp://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191173/musəlmanlarin-sevgisi-və-təvazokarligihttp://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10067-cahiliye_toplumu_icin_cozum_kuran_ahlakini_yasamaya_davet_.jpgTue, 16 Sep 2014 18:06:58 +0300
Quran əxlaqına görə qətiyyət Qətiyyət Allah'ın Quranda bildirdiyi, peyğəmbərlərin və saleh möminlərin ən diqqət çəkən xüsusiyyətlərindən biridir. Möminlərin bu xüsusiyyətlərinin mənbəyi Allah'a olan güclü imanları və həmişə Onun razılığını axtarmalarıdır. Heç bir çətinlik möminləri Allah'ın əmrlərini yerinə yetirməkdən çəkindirə bilməz. Mömin qətiyyəti ilə həyatı boyu şövqlə qulluq vəzifəsini yerinə yetirir və (Allah'ın diləməsindən başqa) Onun əmr etdiyi gözəl əxlaqı yaşayır.
 
Qəti qərarlılıq və güclü iradə imanla, təvəkküllə meydana gələn mömin xüsusiyyətidir. Çünki Allah'a təvəkkül etmiş və qədərə təslim olmuş insan əsla çətinlik qarşısında acizlik göstərmir. Hər şeyi Allah'ın yaratdığını bildiyi üçün şövqlə, həyəcanla qarşısına çıxan hər fürsəti istifadə edir.
 
Möminlər Quranda, ''Möminlərin içərisində Allah’a etdikləri əhdə sadiq qalan kişilər vardır. Onlardan kimisi əhdini yerinə yetirib şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (əhdlərini) əsla dəyişdirməyiblər.' (Əhzab surəsi, 23) ayəsi ilə bildirildiyi kimi,  Allah'ın razılığını qazanmaq üçün ölənə qədər qətiyyət göstərən şəxslərdir.
 
Məsələn, Quranda qərarlı və qətiyyətli olmaları təriflənən kəhf əhlindən ''onların qəlbinə qüvvət verildiyi' (Kəhf surəsi, 14) bəhs edilir. Bildiyimiz kimi, kəhf əhli Allah’a iman gətirdikləri üçün yaşadıqları cəmiyyətin qəddar hökmdarı tərəfindən təzyiqə məruz qalıblar. Bu problemi isə mühitdən uzaqlaşmaqla mağaraya sığınaraq həll ediblər. Gizləndikləri dövrdən sonra ortaya çıxdıqda da Allah'a təvəkkülləri ilə qərarlılıq göstəriblər.  Bu qərarlı davranışları onların səmimi müsəlman olduqlarının əsas dəlillərindəndir. Hər şeyi qədərdə ən gözəl tərzdə Allah yaradır və Allah istəmədikcə heç bir güc möminlərə zərər verməz. Kəhf əhli də bu həqiqəti bildikləri üçün bütün hadisələr qarşısında təvəkküllü və qətiyyətli mövqe tutublar.
 
İnsanın ibadətlərində qərarlı olmağı çox vacibdir. Qurandakı 'sərt yoxuş' (Bələd surəsi, 11) anlayışı qərarlılığın əhəmiyyətini açıqlayır. Qərarlılığın bitməsi isə ölüm deməkdir. Mömin başına gələn hər hadisəyə səbir göstərməlidir. Allah Quranda  belə buyurur:
 
Sənə beyət edənlər Allah’a beyət etmiş olurlar. Allah’ın Əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim də Allah’la bağladığı əhdinə sadiq qalsa, (Allah) ona böyük mükafat verər. (Fəth surəsi, 10)
 
Möminlər qətiyyətlərinə görə imtahan olunurlar
 
Möminlərin qətiyyətini Allah müxtəlif şəkillərdə imtahan edir. Məsələn, Allah möminləri öyrətmək üçün bir müddət çətinlik verə bilər. Quranda bu vəziyyət belə açıqlanır:
 

Bizi sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. (Bəqərə surəsi, 155)

 
Qəti qərarlılığa sahib olan mömin ayədə ifadə edildiyi kimi, özünə verilən bütün bu çətinliklərə səbir edər. Quranda Allah möminlərin bu rəftarını ayələrində belə tərifləyir:
 

Neçə-neçə peyğəmbər (olmuşdur ki,) bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də (düşmənə) boyun əymişlər. Allah səbir edənləri sevir. Onların dedikləri ancaq: 'Ey Rəbbimiz! Günahlarımızı və əməllərimizdə həddi aşmağımızı bizə bağışla; qədəmlərimizi sabit et və kafir qövmə qələbə çalmaqda bizə yardım et!– olmuşdur. (Ali-İmran surəsi, 146-147)

 
Çətinliklərə səbr etməmək isə möminə yaraşan rəftar deyil:
 

Ancaq Allah’a və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər (döyüşə getməmək məqsədilə) səndən izn istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər.(Tövbə surəsi, 45)

 
Nemət verildikdə də qətiyyət göstərmək
 
Çətinliklərlə yanaşı ələ keçən yaxşı imkanların da insan üzərində zəiflədici təsiri var. Rahatlıq çox insanın həyəcanının və şövqünün azalmasına səbəb olur. Ancaq unutmamalıyıq ki, Allahın verdiyi nemətin müqabilində təkəbbürlənmək və Ondan üz çevirmək inkarçıların xüsusiyyətidir. Quranda bu vəziyyət belə təsvir edilir:
 

İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.(Yunus surəsi, 12)

 
Halbuki, bu davranış iman gətirən insana məxsus deyil. Əllərinə yaxşı imkan keçsə də, (var-dövlət, vəzifə kimi) bu onların qətiyyətinin azlamasına təsir etmir. Çünki mömin bütün bunları Allah’ın verdiyini və dilədiyi an geri ala biləcəyini də bilir. Buna görə də əsla təkəbbürlənmir.
 
Şövqlə ciddi səy göstərmək və həddi aşmamaq möminlərin qətiyyətinin göstəricisidir. Bu ayədə axirət üçün ciddi səy göstərənlərdən belə bəhs edilir:
 

Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (İsra surəsi, 19)

 
Axırzaman fitnələrinə qarşı da möminlər qərarlı davranmalıdırlar
 
Qiyamətdən əvvəlki dövrdə məsih dəccalın ortaya çıxıb insanları Quran əxlaqından uzaqlaşdıracağı, yer üzündə qarışıqlıqlara və zülmə səbəb olacağı hədislərdə bildirilmişdir.
 
Peyğəmbərimiz (s.ə.v) hədisində "Allah hz. Adəmi yaradandan bəri dəccalın fitnəsindən daha böyük fitnə olmamışdır." 1 sözləri ilə insanları bu böyük təhlükəyə qarşı xəbərdar etmişdir. Digər hədisdə isə 'Allah'ın göndərdiyi hər peyğəmbər ümmətini dəccal təhlükəsinə qarşı xəbərdarlıq etdi' 2 sözləri ilə bu fitnənin yalnız müsəlmanlar üçün deyil, bütün insanlar üçün böyük təhlükə olduğunu bildirmişdir.
 
Peyğəmbərimizin (s.ə.v) hədislərində dəccalın insanları yaxşılıqlardan uzaqlaşdırmaq üçün hər üsula əl atacağı, müxtəlif hiylələrlə geniş kütlələri təsiri altına alacağı bildirilmişdir. Dəccal bu məqsədinə çata bilmək üçün cahillərlə yanaşı iman sahibi insanları da aldatmağa çalışacaq. Dəccalın təlqinlər və taktikalarla əksər zəif imanlı insanları aldada biləcəyi və bu yolla ətrafına tərəfdar yığacağı hədislərdə belə bildirilir:
 
Kim dəccalın gəldiyini görsə ondan uzaqlaşsın. Allah’a and olsun ki, insan özünü mömin zənn edərək (özünə güvənərək) ona yaxınlaşar və dəccalın izi ilə də gedər. 3
 
Dəccalın peyda olduğunu eşidəndə ondan qaçın. Çünki insan rədd etmək niyyəti ilə yaxınlaşarkən ona tabe olub qalar. Bu ona görədir ki, dəccal ilə yanaşı ürəklərə vəsvəsə verən çox şeylər vardır. 4
 
Axırzamanda səmimi iman sahibi müsəlmanları bu təhlükədən uzaq tutan mühüm xüsusiyyətləri qətiyyətləri olacaq. Quranı və peyğəmbərimizin (s.ə.v) sünnətini rəhbər edən möminlər Allah'ın iznilə əsla yanılmayacaqlar. Bu mövzuda qərarlılıq göstərən və diqqətli olan möminlər dünyada və axirətdə qələbə çalacaqlar. Allah'ın iznilə axırzaman imanında qərarlı olan möminlərin qalib gəldiyi, onların vəsiləsi ilə yer üzündə gözəl əxlaqın, sülh və əmin-amanlığın hakim olduğu gözəl dövr olacaq.
 

Kim Allah’ı, Onun Elçisini və iman gətirənləri (özünə) dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allah’ın firqəsidir.(Maidə surəsi, 56)

De: "Allah’ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allah’a təvəkkül etsinlər!" (Tövbə surəsi, 51)

 
Mənbələr:
 
1 Medineli Allame Muhammed B. Resul El-Hüseyni el Berzenci, Kıyamet Alametleri, Pamuk Yayıncılık, Genişletilmiş 8. Baskı, İstanbul, tarihsiz, s.225 
2 Sahih-i Buhari, Fiten 27
3 (İmam-ı Ahmed. Ebu Davud. Hakim)(Büyük Fitne Mesih-i Deccal, Saim Güngör, s. 99)4 (Ebu Davud, Melahim: 14) (Kıyamet Alametleri, İsmail Mutlu, s. 82)
]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191172/quran-əxlaqina-gorə-qətiyyəthttp://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191172/quran-əxlaqina-gorə-qətiyyəthttp://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10067-cahiliye_toplumu_icin_cozum_kuran_ahlakini_yasamaya_davet_.jpgTue, 16 Sep 2014 17:59:27 +0300
Quran əxlaqının insanlara bəxş etdiyi sadə həll Quran əxlaqı insanlara bütün hadisələrə sadə həll yolları tapmağa və məntiqli davranmağa kömək edir. Bu əxlaqı yaşayan insanın başına hansı hadisənin gəlməsindən asılı olmayaraq, çarəsiz davranmır, bütün problemlərə cəld və məntiqli həll yolları tapır. Bu, Quran əxlaqının insanlara bəxş etdiyi böyük sirrdir. Çarəsizlik dindən uzaq yaşayan cəmiyyətlərdə hamı tərəfindən normal qarşılanır. Bir çox insan məsuliyyətsizliyini, cəsarətsizliyini və şövqsüzlüyünü çarəsizliyinin arxasında gizlədir. Bu isə Quran əxlaqının yaşanmadığı üçün ortaya çıxan problemdir. Ümumiyyətlə, Quran əxlaqını yaşamayan insan möminlərin rahatlıqla həll yolu tapdıqları mövzuları böyük problem kimi görür. Bunun səbəbi ağlından düzgün istifadə etməməsidir. Ağılsızlığın nəticəsində də həyatının hər anında kiçik və ya böyük problemlərlə üzləşir. Bunun ən böyük səbəbi problemlərə həll yollarının axtarılması əvəzinə, onlara gündəlik həyatın normal hadisələri kimi baxılmasıdır.
 
Çarəsizlik dindən uzaq yaşayan insanların həyatlarının hər anında müşahidə olunur. Həmişə ümidsiz və hər şeydən şikayətlənirlər. Problemlərə həll yolları tapmaq ağıllarına gəlmir, gəlsə belə qərarlı olmadıqları üçün həyata keçirə bilmirlər.Adətən iş yerlərində hamı öz etdiyi işi çox çətin və qarışıq göstərir. İnsanlar da buna inanır və beləliklə, etdiyi səhvlərə, laqeydliklərə, müvəffəqiyyətsizliklərə haqq qazandırır. Dindən uzaq yaşayan cəmiyyətlərdə çarəsizliyin ən böyük səbəblərindən biri də insanların öz şəxsi problemlərini belə həll edə bilməməsidir. Din əxlaqı yaşanmadığı müddətcə nəfsinə qulaq asan insan cəmiyyətə də faydalı ola bilməz.
 
Belə şəxslər hər vəziyyətdə öz nəfslərinin mənfəətlərini düşünəcəklər. Buna görə də Quran əxlaqının yaşanması ilə rahatlıqla həll edilən mövzu böyük problemə belə çevrilə bilər.
 
Allah bu üstün davranışların qarşılığı olaraq möminlərə düşmən gözü ilə yaxınlaşanları belə "yaxın dost"a çevirir. Bütün insanların qəlbi Allah'ın nəzarəti altındadır. Allah kimi istəsə, onun qəlbini və düşüncəsini dəyişdirə bilər. Gözəl söz söyləyən insan Allah'ın əmrinə tabe olmaqla yanaşı, qarşıdakı insanın yaxşılığı üçün də dua etmiş olur. Allah Quranda gözəl və məlahətli sözün insan münasibətlərindəki müsbət təsirindən bəhs edir. Bu ayələrdən biri də hz. Musa (ə.s) hekayəsindədir. Allah hz. Musa (ə.s) və hz. Haruna (ə.s) Fironun yanına getmələrini və onunla yumşaq danışmalarını əmr edir. Firon olduqca zalım, mərhəmətsiz və azğındır. Ancaq Allah buna baxmayaraq, elçilərinə onunla yumşaq danışmalarını əmr etmişdir. Allah bunun səbəbini də ayələrində belə açıqlamışdır:
 
"Fironun yanına gedin. Çünki o həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!"(Taha surəsi, 43-44)
 
Həmin ayələr möminlərin inanmayanlarla və qürurlu insanlarla necə danışmalı olduqlarını bildirir. Bu əlbəttə ki, səbir, təvazökarlıq və ağıl tələb edən davranışlardır.
 
Allah möminlərin əmrlərinə tabe olaraq gözəl əxlaq göstərmələrinin qarşılığında davranışlarını təsirli edəcəyini və düşmənlərini dostlara çevirəcəyini bir sirr olaraq bildirmişdir. Möminlərin vəzifəsi isə bu sirrin hikmətlərini düşünüb ən gözəl rəftarı qarşısındakına göstərməkdir.
]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191171/quran-əxlaqinin-insanlara-bəxs-etdiyihttp://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/191171/quran-əxlaqinin-insanlara-bəxs-etdiyihttp://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10067-cahiliye_toplumu_icin_cozum_kuran_ahlakini_yasamaya_davet_.jpgTue, 16 Sep 2014 17:44:11 +0300
Niyə xoşbəxt ola bilmirlər? -3- Dünyanın imtahan yeri olduğunu unutduqları üçün
 
Cahiliyyə xarakterinə sahib olan insanların xoşbəxt ola bilməmələrinin digər səbəbi də yaradılış məqsədlərini unutmalarıdır. Halbuki, insan Allah’ın ağlını, gücünü, sənətini və bütün digər üstün sifətlərini təqdir edə biləcəkmi, Ona gözəl qul ola biləcəkmi, yoxsa bunları və yaradılış məqsədini unudub, dünya həyatına qapılacaqmı deyə sınanır. Allah Quranda dünya həyatının bu həqiqətini belə bildirir:
 
Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır.(Mülk surəsi, 2)
 
İnsanın belə sınanması həyatının hər anında davam edir. Məktəbdə, işdə, evdə, küçədə, tək və ya izdihamlı yerdə olanda, xəstələnəndə və ya sağlam ikən, dünyanın başqa tərəfinə də getsə, orada yenə imtahan olunacaq. Söylədiyi hər söz, göstərdiyi hər rəftar və düşündüyü hər şey əskiksiz olaraq axirətdə qarşısına çıxacaq.
 
İnsanın dünyada olan hər hadisənin yalnız sınaq olduğunu unutması onu təvəkkülsüzlüyə aparır. Belə ki, dindən uzaq yaşayan cəmiyyətlərdə tez-tez eşidilən "niyə belə oldu, kaş belə olmazdı" "heç nə yolunda getmir", "bütün işlər tərs gedir", "elə etməsəydim, belə olmazdı" və bunlar kimi əksər şikayətlərin altında bu həqiqətin unudulması yatır.
 
Qədəri unutmağın və təvəkkülsüzlüyün nəticəsi isə sıxıntı və bədbəxtlikdir. İnsanların böyük əksəriyyəti hadisələrin hikmətlərini düşünmədiklərinə görə şər görünən ən xırda vəziyyətlə qarşılaşanda dərhal şikayət etməyə başlayırlar. Bunun nəticəsində də həmişə narahat, bədbəxt və çətin həyat yaşayırlar.Halbuki, insanın üzərinə düşən məsuliyyət Allah’ın özü üçün yaratdığı hər andan razı olmasıdır. Şər hesab edilən hadisələr meydana gəlsə də, gözəl əxlaqda və Allah’a olan təslimiyyətində qərarlı olmalı və vacib olan yaradılış məqsədini unutmamalıdır. Quranda əmr edilən gözəl əxlaqı yaşayan şəxslər bu cür hadisələrdə göstərəcəkləri səbrin axirətdə və dünyada özlərinə gözəllik kimi geri qayıdacağını bilməyin dincliyini və xoşbəxtliyini yaşayırlar.
]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190607/niyə-xosbəxt-ola-bilmirlər-http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190607/niyə-xosbəxt-ola-bilmirlər-http://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10066NEDEN_MUTLU_OLAMIYORLAR_-3-__.jpgSat, 06 Sep 2014 01:07:19 +0300
Niyə xoşbəxt ola bilmirlər? -2- Allah'ı qoyub insanların razılığını axtardıqları üçün
 
Cahil insanların xoşbəxt ola bilməmələrinin bir səbəbi də Allah üçün deyil, insanlar üçün yaşamalarıdır. Bu o deməkdir ki, əgər bir insan bütün doğrularını və yanlışlarını insanların nə deyəcəyinə görə təyin edirsə, yəni laqeyd davranışlarına kədərlənib, bəyənmələrinə sevinirsə, deməli, onların razılığını qazanmağa çalışır. Həmin şəxslərin yanında özünü alçatmamaq üçün cəhd edirsə, bu şəxs insanlar üçün yaşayır deməkdir.
 
İnsanlar üçün yaşamaq isə çox çətindir. Çünki hər insanın zövqü fərqlidir. Bir şəxsin ətrafında yüzlərlə insan olduğunu düşünsək, onların hər birini razı salmaq üçün ayrı-ayrı səy göstərməli olduğu açıq-aydın görünür. Biri yanında şən xarakterli insan görmək istəyəcəksə, digəri də passiv və ciddi olanını axtaracaq.Yəni bir insanın xoşuna gələn rəftar digərini qane etməyə bilər. Həyatda minlərlə belə uyğunsuzluq və zövq fərqi var. Bu vəziyyətdə "insanların rizası üçün yaşayan" şəxslər "minlərlə fərqli tələbi eyni anda" yerinə yetirməlidirlər. Ancaq bunu etdikdən sonra istədiyi bütün insanlar ondan razı olacaq və ancaq bundan sonra ona dəyər verəcəklər.
 
Allah onların bu sıxıntılarına Quranda belə nümunə vermişdir:
 
Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allah’a məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilmir. (Zumər  surəsi, 29)
 
İnsana yalnız Allah’ın sonsuz ağlına inanmaq və elminə təslim olmaq kömək edəcək. Allah insanı və bütün digər varlıqları yaratmışdır. İnsanı nələrin xoşbəxt edəcəyini də yenə ancaq Allah bilir. Allah insanlara qurtuluş yolunu Quranda bildirmişdir: Yalnız Allah’dan qorxub Onun razılığını axtarmaq.
 
Allah: "İki tanrıya sitayiş etməyin! O, yalnız Tək bir İlahdır. Yalnız Məndən qorxun!" – dedi. (Nəhl surəsi, 51)
 
Bunun əksinə davranmaq insanı bədbəxt etməklə yanaşı, böyük günah qazanmasına səbəb olur. İnsanın Allah’dan başqa varlıqların razılığını qazanmasına çalışması Quranda "şərik qoşmaq" kimi ifadə edilir. Şərik qoşan insan Allah’dan başqa varlığı özünə ilah seçərək bütün həyatını onun üçün yaşayır. Belə insanların axirətdə görəcəkləri qarşılıq isə böyük itki və peşmançılıq olacaq. Buna görə də Allah insanları cəhənnəmlə və geri qayıdış ümidi olmayan peşmançılıqla qarşılaşmadan əvvəl bu mövzuda xəbərdar etmişdir:
 
Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan." "Sən yalnız Allah’a ibadət et və şükür edənlərdən ol!" (Zumər surəsi, 65-66)
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allah’a şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.(Nisa surəsi, 48)
 
Bir şey də unudulmamalıdır ki, insanın dünyada ikən bütün həyatını uğrunda fəda etdiyi və Allah’ı unudaraq onların razılığını qazanmağı hədəflədiyi bütün şəxslər axirət günü onu tək buraxacaqlar. Çünki hər insan yalnız özünün etdiklərindən sorğu-suala çəkiləcək və heç kim bir-birinə kömək edə bilməyəcək. Quranda bu vacib məlumat belə bildirilmişdir:
 
Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək.(Məryəm surəsi, 95)
Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allah’a) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (tanrılar) isə sizdən uzaqlaşmışdır.(Ənam  surəsi, 94)
 
Tək qalmağın qorxu və həyəcanından insanlar o gün dünyada olan ən yaxınlarını, yəni uşaqlarını, həyat yoldaşlarını, dostlarını yalnız cəhənnəm əzabından xilas ola bilmək üçün fidyə vermək istəyəcək. Ancaq bu istəkləri qəbul olunmayacaq. Ayələrdə bu vəziyyət belə xəbər verilir:
 
Dost dostunun halını xəbər almayacaq. Halbuki, onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin. Xeyr! Bu, alovu (şölələnən) Oddur... (Məaric surəsi, 10-15)
 
Bu ayədən aydın olduğu kimi, insanların razılığı üçün qurulan həyat dünyada bədbəxtlik gətirməklə yanaşı, axirətdə də insana zərər verir. Bu vəziyyətdən xilas olmağın yolu isə çox sadədir; Allah’a təslim olub yalnız Onun razılığını axtararaq yaşamaq...
]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190606/niyə-xosbəxt-ola-bilmirlər-http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190606/niyə-xosbəxt-ola-bilmirlər-http://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10065NEDEN_MUTLU_OLAMIYORLAR_-2-__.jpgSat, 06 Sep 2014 01:06:16 +0300
Niyə xoşbəxt ola bilmirlər? -1- Yaş, peşə və vəzifələrindən asılı olmayaraq, cahil cəmiyyətlərdə mənimsənilən xarakterlərin heç biri xoşbəxtlik gətirmir. Bunun əsas səbəblərini isə belə açıqlamaq mümkündür:
 
Həll yollarını Quranda axtarmadıqları üçün
 
Quran əxlaqını yaşamayan, yəni həyatlarını cahilcə davam etdirən insanların ən böyük səhvi budur: həll yollarını Quranda axtarmamaq... Bu insanlar vəziyyətlərinin ürək açmayan olduğunu açıq-aydın görürlər. Yaşadıqları həyat tərzinin, mənimsədikləri xarakterin onlara istədiklərini vermədiyini, özlərini təmin etmədiyini və hətta çətinlik yaratdığını hər an hiss edirlər. Ancaq bunu həll etmək üçün cahiliyyənin digər üsullarına əl atırlar. Bu da onlara fayda vermir. Çünki cahiliyyə xarakterlərinin demək olar ki, bir-birindən fərqi yoxdur. İnsanlar, məkanlar, şərtlər dəyişsə də dərdləri və hədəfləri həmişə sabit qalır. Yəni "inteligent" xarakterinə sahib olan insanın da, elit təbəqənin mədəniyyətini mənimsəyən şəxsin də əsl hədəfi həmişə dünya həyatı ilə bağlı olur.
 
Halbuki, dünya həyatı ehtirasla bağlanmayacaq qədər qısadır. Dünya həyatında qazanılan heç bir şey əbədi deyil. Ölümlə birlikdə dünya həyatındakı hər şey yox olacaq. Buna görə də, yalnız dünyəvi mənfəətlər əldə etmək üçün atılan hər addım insana böyük sıxıntılar gətirir.
Allah insanlara xoşbəxt və rahat yaşamağın yollarını Quranda göstərmişdir. İnsan yalnız Allah’a yönəldiyi, Onu dost tutduğu və bəyəndiyi həyatı yaşayanda çətinliklərdən xilas ola bilər.
 
Allah bir ayəsində bu mühüm sirri belə bildirir:
 
O kəslər ki, Allah’ı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allah’ı zikr etməklə rahatlıq tapar. (Rəd surəsi, 28)
 
Allah ilə dost olan insan isə yol göstərici kimi Rəbbimizin endirdiyi haqq kitaba tabe olur. Qurana görə öz xarakterini və həyat tərzini müəyyən edir. Quranın Allah’ın izni ilə insanları qaranlıqlardan nura çıxaran xüsusiyyəti var:
 
Əlif. Ləm. Ra. (Bu,) insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq (Allah’ın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. (İbrahim  surəsi, 1)
 
Buna görə də Quranın qazandırdığı xarakterdə sıxıntı, narahatlıq və qəm-kədər yoxdur. Mütləq gözəl həyat, sabit xarakter və yaxşı rəftarlar var. Allah bu xarakteri mənimsəyən möminlərə etdiklərinin ən gözəli ilə cavab verəcəyini vəd etmişdir:
 
(Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah dilədiyinə hesabsız ruzi verir. (Nur surəsi, 38)
]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190605/niyə-xosbəxt-ola-bilmirlər-http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190605/niyə-xosbəxt-ola-bilmirlər-http://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10064NEDEN_MUTLU_OLAMIYORLAR_-1-_.jpgSat, 06 Sep 2014 01:04:43 +0300
Quran əxlaqına zidd olan xarakter: Laqeydlik Böyük təhlükələr, fəlakətlər, epidemiya xəstəlikləri, ölüm... Bir çox insana təsir edən, düşünməyə sövq edən belə ibrətverici hadisələr də bəzi şəxslərin vicdanlarını narahat etmir. Bəziləri üçün bunlar yalnız eşidilən xəbər və ya qayda-qanunlara uyğun sözlərlə izah edilən gündəlik hadisələrdir. Belə məsuliyyətsiz yaşayan insanlar vacib hadisələr qarşısında səssiz qalırlar. Hadisələrdən heç təsirlənmədən, üzərində düşünmədən keçə bilir və gündəlik həyatlarına davam edirlər. Əlbəttə ki, hadisələrdən təsirlənmək dedikdə nəzərdə tutulan, çaxnaşma yaratmaq, kədərlənmək, duyğusallıq etmək və ya bunun kimi düşünmədən hərəkət etmək deyil. Nəzərdə tutulan, bəzi şəxslərin mühüm hadisələr qarşısında da laqeyd rəftarlarını davam etdirmələri, bunlardan ibrət almamaları və nəticə çıxarmamalarıdır.
 
Laqeydliyi həyat fəlsəfəsi kimi mənimsəyənlər
 
Laqeydliyi həyat fəlsəfəsinə çevirən insanların özlərinə məxsus kiçik dünyaları var. Bu, dünyadakı heç nəyi düşünmədən yalnız o anı yaşamaqdır. Ovsunlanmış kimi yaşadıqları həyat tərzini dərin düşünərək pozmaq istəmirlər. Düşünəndə həqiqətləri görəcəklərini, Allah’dan qorxacaqlarını bildikləri üçün tamamilə diqqətsiz və laqeyd davranmağı seçirlər. Məsələn, bir çox insana dünya həyatının keçiciliyini, Allah’ın və axirətin varlığını xatırladan ölüm hadisəsi, ya da qəza xəbəri bu şəxslərə hər gün bir çox insanın başına gələn adi hadisə kimi görünür. Hadisələri təfəkkür etmək, ölümün yaxınlaşdığını xatırlayaraq Allah’dan qorxmaq, tövbə etmək əvəzinə, mənasız danışıqlar apardıqları üçün bu mövzular üzərində heç düşünmürlər. Əksinə, bütün diqqətlərini gündəlik işlərinə verərək hadisənin üzərlərindəki təsirini azaltmağa çalışırlar. Halbuki, Allah Quranda belə hadisələrin insanların ibrət alıb düşünmələri üçün olduğunu bildirir: 
 

'Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar.' (Tövbə surəsi, 126)

 
Diqqət etsək, belə insanlar danışıqlarında ümumiyyətlə ölümdən qorxmadıqlarını və bunun da doğum kimi təbii hadisə olduğunu tez-tez vurğulayırlar. Bu insanlar ölümün, hamının dünyada etdiklərinin qarşılığını alacaqları axirət həyatlarının başlanğıcı olduğundan heç bəhs etmirlər. Həmişə başqaları öləcək və özləri sağ qalıb sonsuza qədər dünyada yaşayacaqlarmış kimi düşüncəyə sahibdirlər. Belə şəxslər boş söhbətlər edərək ölümün yaxınlaşdığını, Allah’a hesab verəcəklərini düşünməkdən qaçırlar. Öləndən sonra heç kimin təkrar dünyaya qayıtma ehtimalı olmadığından, burada edilənlərdən peşman olsalar belə, artıq bunun geri qayıdış yolu olmadığından da heç bəhs etmirlər.
 
Allah bu laqeydlik göstərən insanların qəflət hallarını, 'İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində üz çevirirlər. Rəbbindən onlara elə bir yeni xəbərdarlıq gəlməz ki, onu məsxərəyə qoyub dinləməsinlər;' (Ənbiya surəsi, 1-2) ayələri ilə bildirir.
 
Yaşanmış hadisələrdən ibrət almağı bacarmaq     
 
Hər şeyə laqeyd davranan insanlar öz başlarına fəlakətlər gəldikdə belə Allah’a sığınmırlar. Allah insanların düşünmələri, qorxmaları, Özünə yönəlmələri üçün vulkanlar, zəlzələlər, sellər, epidemiyalar kimi fəlakətlər yaradır. Amma bunların nəticəsində belə həmin şəxslər öz yanlış düşüncələrini dəyişdirmirlər. Allah Quranda bu mövzu ilə bağlı dəhşətli dəniz qəzasından xilas olan insanların öz laqeyd rəftarlarından çəkinmədiklərini nümunə kimi göstərir. Quranda bildirildiyinə görə, dənizin ortasında dəhşətli fırtınaya düşmüş, çarəsizlik və acizliklərini açıq-aydın görmüş insanlardan bir çoxu bu hadisədən dərhal sonra yenə əvvəlki laqeyd rəftarlarına geri qayıdırlar. Belə insanlar dünyəvi həvəslərinə, din əxlaqından uzaq həyatlarına qaldıqları yerdən davam edirlər. Heç kimin, hətta özlərinin belə nəfsinin söylədiklərinə güclərinin çatmadığını gördükləri halda, Allah’ın sonsuz qüdrətinə etinasız yanaşaraq laqeyd rəftarlarından əl çəkmirlər.
 
Quranda bu həqiqətə bir çox ayə ilə diqqət çəkilir. Bu ayələrin birində Allah, ''Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız (sizdən) uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur!' (İsra surəsi, 67) buyurur.
 
Beləliklə, nə olursa olsun, diqqətsiz davranışlarını davam etdirən insanlar üçün demək olar ki, hər şey mənasız və dəyərsizdir. Ciddi xəstələnmələrinin, başlarına dəhşətli qəza və ya bəla gəlmələrinin də o qədər mənası yoxdur. Belə hadisələr qarşısında ibrət almayan özlərindən razı insanların vəziyyətləri haqqında Allah Quranda belə buyurur:
 

'Nə üçün əzabımız onlara gəldiyi zaman boyun əymədilər? Onların qəlbləri sərtləşdi, şeytan da onlara etdikləri əməlləri gözəlləşdirdi.' (Ənam surəsi, 43)

 
Demək olar ki, qəflət içində yaşayan bu insanlar fəlakətləri, ölümləri, qəzaları və xəstəlikləri həyatın davam etməsi üçün vacib hesab edirlər. Əslində ibrət vəsiləsi kimi yaradılan hadisələr bu insanlara görə keçmiş zamanlarda olduğu kimi, dövrümüzdə də eynilə 'təbii' və 'qaçınılmaz' olaraq baş verir. Halbuki, Quranda  Allah bəzi insanların sahib olduqları bu səhv anlayışı xəbər verir və onların, ''Atalarımıza da belə qıtlıq və bolluq üz vermişdi' - dedilər... (Əraf surəsi, 95) ifadələri ilə ortaya qoyduqları sadə məntiqi ifadə edir. Ayədəki ifadədən də aydın olduğu kimi, bu insanların ortaq xüsusiyyəti başlarına gələn hadisələrdən ibrət almamaları, bunların üzərində düşünərək Allah’dan qorxub çəkinmək yerinə, laqeyd davranmalarıdır. Ancaq bu davranışların heç biri onlara fayda verməyəcək.
 
Bütün hadisələr qədər çərçivəsində baş verir
 
Qəzalar, xəstəliklər, ölümlər, qısası, hər şey ancaq Allah’ın diləməsi ilə meydana gəlir. Xəstəliyə səbəb olan hər cür virus, ya da mikrobu, qəzaları yaradan vasitələri, hər yeri yox edən sel fəlakətlərini, qasırğaları Allah səbəb olaraq yaradır. Heç kim bunların nə qarşısını ala bilər, nə də dəyişdirə bilər. Həqiqət bu ikən, xəstəlikləri yaradanın virus, qəzaya səbəb olanın da təcrübəsiz sürücü olduğunu düşünmək Allah’ın unudulmasına və düşüncəsiz davranışlara səbəb olur.
 
Allah yaratdığı hadisələrlə insanların düşünərək Özünə yönəlmələrini, qorxub çəkinmələrini və axirət yurdunu xatırlamalarını istəyir. Rəbbimiz bir ayəsində bu həqiqəti ''Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar.' (Səcdə surəsi, 21) deyə bildirir. Başqa ayələrdə də Allah başlarına nə gəlsə də ibrət almayan və qəflət içində yaşamağa davam edən insanların varlığına diqqət çəkir.
 
Laqeyd insanlar gözəlliklər qarşısında da eyni cür davranırlar
 
Laqeyd insanlar yalnız təhlükələrə və ya mühüm hadisələrə deyil, gözəlliklərə də reaksiya vermirlər. Gözəlliklərə dəyər verməmək, təqdir etməmək, bəyəndiyini bildirməmək, sevgi göstərməmək də laqeyd davranışın bir növüdür. Bu, Allah qorxusundan uzaq yaşayan insanların ağıl və vicdana tamamilə zidd olan hərəkətləridir. Belə insanlar bir müddət sonra Allah’ın yaratdığı müxtəlif nemətləri və gözəllikləri görməməyə, sevgidən xoşlanmamağa, hər şeyə qarşı laqeyd olmağa başlayırlar. Sahib olduqları batil inancları onları böyük boşluğa, laqeydliyə və sevgisizliyə aparır.
 
Sevgiyə, mərhəmətə, yaxşı, gözəl və yeni olan bir şeyə qarşı hiss edilən insani duyğuları itirirlər. Əksər insanları həyəcanlandıran, sevindirən və ya çoşduran hadisələr bu şəxslər üzərində eyni təsiri yaratmır. Hadisələr qarşısındakı reaksiyasız və sakit davranışları ilə digər insanlar arasında diqqət çəkirlər. Bu sakitlikləri həm səs tonlarında, həm danışıq tərzlərində, həm də baxışlarında özünü biruzə verir. Quranda buna bənzər insanlar üçün istifadə edilən ''qəlbi sərt olan insanlar' (Həcc surəsi, 53) ifadəsi onların vəziyyətlərini bildirir.
 
Qəlbləri qatılaşmış, vicdanlarını dinləməyən bu insanlar bilərək və ya bilməyərək, özlərinə böyük pislik edirlər. Allah’ın üzərlərindəki saysız-hesabsız rəhmətinə qarşılıq olaraq verdiyi nemətlər üçün Ona şükür etmək, razılığını qazanacaq gözəl işlər görmək, Quran əxlaqına uyğun yaşamaq əvəzinə, tamamilə əksinə davranırlar. Gözəl əxlaqlı, Allah'a təslim olan, hadisələrdəki hikmətləri görərək Onun dərin rəhmətinə sığınan şüurlu mömin xarakteri əvəzinə, laqeyd olmağı seçirlər. Allah bu insanları ayədə belə təsvir edir: 'Bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu.'' (Bəqərə surəsi, 74)
 
Müsəlmanların davranışları
 
Quran əxlaqını yaşayan müsəlmanlar isə olduqca həssas vicdana sahibdirlər. Hər şeyin bir məqsədlə yaradıldığına, şahid olduqları hər hadisədə mütləq xeyir və hikmət olduğuna inandıqları üçün hadisələrə laqeyd yanaşa bilmirlər. Qarşılaşdıqları hər hadisənin hikmətlərini görə bilmək və anlamaq üçün daima səy göstərirlər. Mühüm hadisələr qarşısında yetkin və mülayim reaksiyaları ilə yanaşı olduqca həssasdırlar. Başlarına gələn ən kiçik hadisədə belə bunu Allah’ın xeyir və hikmətlə yaratdığını düşünürlər, Allah’a sığınıb Ondan bağışlanma diləyirlər. Allah Quranda müsəlmanların bu təvəkküllü davranışlarını nümunə kimi göstərir, rəhmət edəcəyini və bağışlayacağını da bildirir:
 
'O kəslər ki, onlara bir müsibət üz verdikdə: 'Biz, Allah’a məxsusuq və Ona da qayıdacağıq!' – deyirlər. 'Onlara öz Rəbbi  tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır. (Bəqərə surəsi, 156-157)
]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190604/quran-əxlaqina-zidd-olan-xarakterhttp://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190604/quran-əxlaqina-zidd-olan-xarakterSat, 06 Sep 2014 00:55:37 +0300
"İnteligent" xarakteri Cəmiyyətdə "inteligent" adlandırılan bu xarakter cahil insanların böyük əksəriyyətini təsiri altına almış dindən kənar xarakterlərdən biridir. Təməl fəlsəfəsi inancsız həyat tərzini və düşüncəsini bütün dünyaya hakim etməkdir. Ancaq bir çox insan, xüsusilə də, gənclər bu yanlış fikirdən xəbərsiz olaraq yalnız cəmiyyətdə hörmət qazana bilmək üçün bu xarakterə sahib olurlar.
 
Bu mədəniyyəti, adətən, universitetlərdə müşahidə etmək mümkündür. Cəmiyyətdə, xüsusilə, incəsənətlə maraqlanan insanların bu xarakterə sahib olması kimi yanlış inanc mövcuddur. Buna görə də, orta məktəbdə fərqli xarakterdəki bir insan incəsənətlə bağlı universitetdə oxumağa başladıqda dərhal bütün xüsusiyyətlərini dəyişir. Geyim tərzindən saç modelinə, zövq və vərdişlərinə qədər bütün stilinə "inteligent" xüsusiyyətlərini qatmağa çalışır. Çünki cahil cəmiyyət ona sənətkarın yalnız belə stillə müvəffəqiyyət qazanacağı təlqinini verir. Bu şəxslər sonrakı həyatlarında bu imicin tələb etdiyi hər şeyi etməyə hazırdırlar. Günlərini "inteligent məkanları" adlanan, siqaret tüstüsünün hakim olduğu qaranlıq yerlərdə, ya da barlarda"söhbətlər " edərək keçirirlər. Özlərini cəmiyyətin ziyalı və qabaqcıl insanları hesab edərək insanlığı xilas etmək üçün həll yolları təklif edirlər. Ancaq bütün bunlar hikmətsiz, uzun və nəticəsi olmayan müzakirələrdən ibarət olur. Düşünmək, məntiqlər irəli sürmək və buna uyğun həyat yaşamaq onlar üçün çox mühümdür. Beləliklə, digər insanlardan fərqli olacaqlarını düşünürlər. Çəkdikləri şəkillərdə, düzəltdikləri heykəllərdə, yazdıqları kitablar və mahnılarda bu xüsusiyyəti göstərməyə çalışırlar. Halbuki, baxdıqda əsərlərinin əksəriyyətinin "inteligentlik" adı altında ruhsuzluğu təmsil etdiyi görünür. Həqiqi və dərin gözəlliklərə aid anlayışları yoxdur, ümumiyyətlə, əsərlərində qaranlıq və pessimist ruh hakimdir.
 
İzlədikləri filmlər, oxuduqları kitablar həmişə inteligent xüsusiyyətlərini əks etdirə bilmək üçündür. Demək olar ki, bunların çoxundan özləri də zövq almırlar. Bəzən də "inteligentliyin" bir qaydası olaraq oxuyan görünmək üçün heç baxmadıqları halda, kitabı əllərində tutur və içindən əzbərlədikləri bir neçə şablon cümlələri söyləyirlər.
 
Filosoflardan eşitdikləri bir neçə sözü əzbərləyib görüşdükləri yerlərdə tez-tez dilə gətirirlər. Soruşanda isə bütün filosofların dediklərini araşdırdıqlarını və hətta bu mövzuda mütəxəssis olduqlarını söyləyirlər. Halbuki, böyük əksəriyyətinin əslində heç bir məlumatı yoxdur.
 
Orijinal olma niyyətləri əxlaqlarında da qəti dəyişikliklər etməyə səbəb olur. Ailə və evlilik anlayışlarının əhəmiyyətsiz, yalnız azad yaşamağın müasirlik və mədəniyyət əlaməti olduğu düşüncəsini müdafiə edirlər. 
 
Daxili aləmləri çox qaranlıqdır. Xarakterlərinə və bütün həyatlarına ruhsuzluq hakimdir. Qəlb qaraldan yerlərdən, boğucu mühitlərdən, qarışıqlıqdan və qanunsuzluqdan xoşlanırlar. Yaşadıqları mühitlər bütün xüsusiyyətləri ilə bu ruh hallarını əks etdirir. Hər yerə içki qutularının atıldığı, geyimlərin, kitabların üst-üstə qoyulduğu dağınıq mühitlərdə, paltarları çirkli halda həyatlarını davam etdirirlər.
 
Ümumiyyətlə, yaşadıqları bu həyatdan heç zövq ala bilmirlər. Çünki Allah dinsizliyi insanın sıxıntı çəkəcəyi və bədbəxt olacağı tərzdə yaratmışdır. Heç kimin qanunlara əməl etmədiyi, buna görə də, hamının bir-birinin haqqlarını tapdaladığı, nizam-intizamın olmadığı, dinin əmr etdiyi insani və əxlaqi xüsusiyyətlərin yaşanmadığı mühitin zərəri ən başda özlərinə toxunur. Beləliklə, hədəflədikləri həyatın kiçik bir hissəsini yaşamaları belə bu zərərlərlə qarşılaşmaları üçün kifayətdir.
 
İnsanlara əsl şan-şərəf qazandıracaq şey isə Allah’ın insanlar üçün endirdiyi haqq dindir. İnsan ancaq bu dinə tabe olduqda rahat yaşaya bilər və həyatdan Quran əxlaqını yaşadığı təqdirdə həqiqi zövq ala bilər.
]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190603/inteligent-xarakterihttp://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190603/inteligent-xarakterihttp://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10062_entelkarakteri.jpgSat, 06 Sep 2014 00:49:07 +0300
"Sonradan görən" xarakteri Cahil cəmiyyətlərdə "sonradan görən" kimi tanınan şəxslər onlara qalan miras, ya da buna bənzər hadisə nəticəsində birdən-birə varlı olan orta təbəqəli insanlardır. Belə şəxslər arasında dindən uzaq yaşayanlar illər sonra əllərinə keçən bu neməti Allah’a şükür etmək üçün deyil, digərlərindən üstün olmaq üçün istifadə edirlər. Danışıqlarında tez-tez nə qədər varlı olduqlarından, necə düşünmədən pul xərclədiklərindən, nələr aldıqlarından, haralarda tətil etdiklərindən bəhs edirlər. Paltar alanda mütləq markası üstündə olanını seçirlər. Getdikləri hər yerin lövhələrinin yanında şəkil çəkdirib evlərinin görünən yerlərində nümayiş edirlər. Zövq alsalar da, almasalar da varlı insanların etdiyi hər şeyə can atırlar və onların həyat tərzini təqlid edirlər. Məsələn, xarici dil bildiyini, ya da hansısa ölkədən yeni gəldiyini bildirmək üçün danışıqlarında mənasını dəqiq bilmədiyi sözlərdən istifadə edirlər. Əksəriyyətinin isə bu sözləri doğru yerdə istifadə edə bilmədikləri üçün varlıları təqlid etdikləri üzə çıxır. Beləliklə, hamıdan üstün görünmək istəyərkən alçalır, ya da son dəb paltarlar geyindiyini bildirmək üçün özlərinə heç yaraşmayan geyimlər geyinirlər.
 
Özlərinə kənardan baxmağı bacarmırlar. Yəni başqasının gözü ilə özlərinə qiymət verə bilmirlər. Nəyin özlərini gülməli vəziyyətə salacağını və ya nəyin yaraşacağını görə bilmirlər. Bütün gücləri ilə varlı insanların hər şeyini təqlid etməyə çalışırlar.
 
Onların bütün imkanlarını yaradan Allah’dır. O ana qədər onlara daha çox mal və mülk verməsi üçün dəfələrlə Allah’a dua etmişlər. Amma bu duaları qəbul olunduqda əvvəlki vəziyyətlərini və Allah’a yalvardıqlarını unutmuşlar. Quranda özlərinə nemət veriləndə azğınlaşan insanlardan belə bəhs edilir:
 

İnsana nemət verdiyimiz zaman üz çevirib (haqdan) uzaq durar. Ona bir pislik toxunduqda isə uzun-uzadı yalvarıb-yaxarar. (Fussilət surəsi, 51)

 
Varlı insanlara özlərini bəyəndirmək üçün müxtəlif üsullardan istifadə edirlər, amma bu yalnız onlarda antipatiya yaradır. Allah'ı razı salmaq üçün yaşamaq yerinə, insanlara özlərini bəyəndirməyə çalışan bu şəxslər ümid etdiklərinin tam əksi ilə qarşılıq görürlər. Beləliklə, həm Allah’ın sevgisini, həm də insanların razılığını itirirlər.
]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190602/sonradan-gorən-xarakterihttp://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190602/sonradan-gorən-xarakterihttp://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10061sonradan_gorme.jpgSat, 06 Sep 2014 00:47:52 +0300
Cahil cəmiyyətdə varlı xarakteri Cahil cəmiyyətlərdə insanların xarakterlərinə təsir edən vacib amillərdən biri də böyüdükləri mühitdir. Hər mühitin xüsusi quruluşu var və insanlar olduqları mühitin xarakterini mənimsəyərək həyatlarının sonuna qədər də bu təsiri üzərlərində saxlayırlar. Bu, şəhərlərə, hətta şəhər içərisindəki səmtlərə görə də dəyişə bilir.
 
Belə ki, cahiliyyə söhbətlərində yeni tanış olmuş insana, adı soruşulduqdan sonra harada anadan olub böyüdüyü, ya da hansı səmtdə yaşadığı kimi suallar verilir. Bununla əsl məqsəd qarşı tərəfin hansı şərtlər daxilində böyüdüyü və xarakteri haqqında ümumi məlumat əldə etməkdir. Çünki cahil insanlar da ətraf mühitin xarakterlərə necə təsir etdiyini bilirlər.
 
Ətraf mühitin təsiri ilə formalaşan xarakterlərdən biri də "VARLI XARAKTERİ"dir. Bu xarakteri, xüsusilə də, kiçik yaşlardan varlı mühitdə böyüyən insanlarda görmək mümkündür. Uşaqlıqlarından etibarən cəmiyyətin digər üzvlərindən daha yaxşı şəraitdə yaşamış və demək olar ki, həyatlarında heç çətinliklə üzləşməmişlər. İstədikləri hər bir şeyi asanlıqla əldə etmişlər. Acanda yeməkləri verilmiş, töküb-dağıtdıqları toplanılmış, istədikləri əşyalar və avtomobillər dərhal alınmış, pulları pulqabılarına qoyulmuşdur. Bunları qazanmaq üçün səy göstərmələrinə ehtiyac olmamışdır. Halbuki, bütün bunların reallaşması üçün bir çox insan maddi-mənəvi böyük əmək sərf etmişdir. Bəziləri işləyib pul qazanmış, bəziləri ehtiyaclarını müəyyənləşdirmiş, bəziləri bunları hazırlamış və beləliklə ən gözəl şəkildə təqdim etmişdir. Ancaq onlar bunu düşünmədikləri üçün əziyyətləri qiymətləndirə bilmirlər.
 
Bu diqqətsiz rəftarlarının formalaşdırdığı xarakter isə "vəziyyəti başa düşməmələri"dir. Özləri əziyyət və sıxıntı çəkmədikləri üçün insanların bu vəziyyətini qiymətləndirə bilmirlər. Məsələn, özləri varlı olduğu halda, məhz düşüncəsizliklərindən maddi imkanı az olan dostlarının pullarından istifadə edib onları çətin vəziyyətdə qoya bilirlər. Demək olar ki, çox vaxt səbəb olduqları bu çətinliyin fərqində belə olmurlar. 
 
Digər diqqət çəkən xüsusiyyətləri də vəfalı olmamalarıdır. Qarşılarındakı insanların gözəl xüsusiyyətlərini və üstün cəhətlərini təqdir edə bilmədikləri üçün onlara vəfa göstərməyə də bir səbəb görə bilmirlər. Belə insanlar, ümumiyyətlə, səmimi dostluğu heç vaxt yaşamırlar. Sahib olduqları maddi gücə həddindən artıq güvəndikləri üçün bir insanın dostluğunu itirsələr belə, bu imkanlarla başqalarını tapa biləcəklərini düşünürlər. Qarşılarındakı şəxsin insani cəhətlərini və Qurana görə gözəl əxlaqlı olmasını deyil, ondan nə qədər dünyəvi mənfəət əldə edəcəklərini hesablayırlar.
 
Dostluqdakı ölçüləri sevgi və gözəlliyə söykənmədiyi üçün heç vaxt həqiqi dostluq qura bilmirlər. Ya pullarından istifadə etmək üçün yanlarına yaxınlaşan insanlarla, ya da özləri kimi varlı olub həqiqi dostluğu bilməyən şəxslərlə dost olurlar.
 
Əlbəttə ki, bu mənfi xüsusiyyətlərinə görə də xoşbəxt ola bilmirlər. İstədikləri hər şeyi artıqlaması ilə əldə etdikləri üçün artıq maddi dəyərlər qarşısında da monotonlaşmış rəftar göstərirlər. Mənəvi gözəlliklərdən isə incəlikləri görə bilmədikləri üçün zövq ala bilmirlər. Bu xüsusiyyətləri digər insanlarla müqayisə etdikdə aydın olur ki, incəlikləri qavraya bilməyən bir insan ona təqdim edilən gözəlliyi adi hadisə kimi dəyərləndirir və qısa müddətdə də unudur. Buna görə də, ortaya heç nədən qane olmayan xarakter çıxır. 
 
Bu şəxslər insanların gözəl xüsusiyyətlərini görə bilmədikləri üçün onlara dərin sevgi və hörmət də göstərmirlər. Hətta qarşı tərəfin sevmək üçün onlarda gözəl xüsusiyyətlər görmək istəyəcəyini ağıllarına belə gətirmirlər. Buna görə də, xoşbəxt ola bilmir, sevgiyə, hörmətə və sədaqətə söykənən dostluqlar da qura bilmirlər.
 
Bütün bu izah edilənlərdən də aydın olur ki, ortaya insani xüsusiyyətlərindən xeyli uzaq xarakter çıxır. Ancaq bunu da bildirmək lazımdır ki, belə şəxslər yaşadıqları mühitdən ayrıldıqda, ya da maddi imkanlarını itirdikdə də öyrəşdikləri bu əxlaqı yaşamağa davam edirlər. Buna görə də, VARLI XARAKTERİ yalnız maddi gücü çox olan insanlara aid deyil. Belə insanların yalnız bu mühitdə və şərtlərdə böyümələri də bəzən VARLI XARAKTERİnə sahib olmaları üçün kifayətdir.
 
Halbuki, varlı olmaq, ya da belə bir mühitdə böyümək gözəl əxlaqlı olmamaq üçün səbəb deyil. Əksinə varlı olmaq Allah’ın insanlara verdiyi gözəl bir nemətdir. Mühüm olan bu neməti Allah’a şükür edərək və Onu təqdir edərək istifadə etməkdir. Buna bənzər nümunələri peyğəmbərlərdə görmək mümkündür. Hz. Süleymanın (ə.s) Allah’ı zikr etmək, Onun nemətlərini xatırlamaq və şükür etmək üçün Allah’dan mal istədiyi Quranda belə bildirilmişdir:
 

''O dedi: "Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən dolayı sevirəm..." (Sad surəsi, 32)

 
Allah’ın verdiyi neməti təqdir edə bilən insan həm də ətrafındakı insanlarda gördüyü gözəllikləri də qiymətləndirə bilir. Buna görə də, bu insan dünyanın ən varlı insanı da olsa, hər şeyi qarşısına hazır da gəlsə, ya da həyatı boyu heç çətinliklə qarşılaşmasa da yenə vəziyyəti başa düşən, vicdanlı xarakterə sahib olur. Əziyyət çəkənin, kasıb olanın vəziyyətini və ehtiyaclarını bilir. Ən dərin sevgini, hörməti, sədaqəti yaşayır. Dostluğu, yoldaşlığı hər kəsdən daha yaxşı bilir. Çünki bu insan mömindir və nə qədər rahat yaşasa da vicdanından və ağlından istifadə etməyi unutmur. Həmişə daha yaxşısını və gözəlini tapmaq, Allah’ın razılığının ən çoxunu qazanmaq üçün çalışır. Buna görə də, rahatlıq onu əxlaq tənbəlliyinə gətirib çıxarmır. Çünki onlar Allah’a yaxınlaşmaq və Onun sevgisini qazana bilmək üçün yarışırlar.
 

Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. (Muminun surəsi, 61)

]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190600/cahil-cəmiyyətdə-varli-xarakterihttp://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190600/cahil-cəmiyyətdə-varli-xarakterihttp://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10060ZENGIN_KARAKTERI.jpgSat, 06 Sep 2014 00:45:13 +0300
Cahil cəmiyyətdə peşələrə görə xarakterlər Cahil cəmiyyətlərdə bütün insan xarakterləri müəyyən meyarların təsiri nəticəsində meydana gəlir. Əsas meyarlardan biri də peşələrdir. Çünki insanın peşəsi cəmiyyətdə onun ictimai şəxsiyyətini və mövqeyini təyin edən çox mühüm amildir. Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdə hər insan peşəsinə, ictimai hörmətinə və sərvətinə görə qiymətləndirilir. Yəni cahil cəmiyyətlərdə bütün peşələr hörmətə görə sıralanır və bu hər kəs tərəfindən bilinir. Məsələn, professorlar həkimlərdən, həkimlər müəllimlərdən, müəllimlər xidmətçilərdən daha çox hörmət görürlər.
 
Buna görə də, cahil cəmiyyətlərdə peşə seçən insan yalnız öz maraq sahəsini və qabiliyyətlərini deyil, həm də əldə edəcəyi ictimai mövqeyi və görəcəyi hörməti də nəzərə almalıdır.
 
Peşə seçimi ilə yanaşı insan o günə qədər göstərdiyi xarakterini də dəyişməlidir. Seçdiyi peşənin xarakterinə uyğun yaşamalıdır, çünki cahiliyyə sistemi ona bu xarakteri uyğun görüb. Əgər həqiqətən də, işində yüksəlmək istəyirsə, xarakterini dəyişdirib bu şəxsiyyətə bürünməlidir. 
 
İnsanın xarakterini belə dəyişməsi isə cəmiyyətin heç bir üzvü tərəfindən qınanmır. Əksinə bu yeni xarakter nə qədər yaxşı mənimsənilsə, o qədər çox bəyənilir. Bu halda insanın geyim tərzindən yeriməsinə, oturmasına, səs tonuna, üslubuna qədər hər şeyi peşəsini təmsil edir.
 
Bunlarla yanaşı, hər peşənin "özünə xas" yanlış qaydaları da var. Beləliklə, seçdiyi peşədə müvəffəqiyyətli olmaq və işində yüksəlmək istəyən hər insan bu "qaydalara" tabe olmaq məcburiyyətindədir.
 
Bunu da bildirmək lazımdır ki, cahiliyyə cəmiyyətində müxtəlif səbəblərə görə bu qaydalara tabe olmayan insanlar da var. Bu insanlar həyat tərzləri və ya prinsiplərinə görə peşələrinin xarakterlərinə təsir etməsinə icazə vermirlər.
 
Lakin bu çox az insana aiddir. Bu xarakterləri göstərmələrində əsl məqsəd də şəxsiyyətlərini bildirmək deyil, Quran əxlaqından uzaq yaşayan cəmiyyətlərdəki insanların böyük əksəriyyətinə hakim olan səhv anlayışları düzəltməkdir.
 
Allah insanlara xoşbəxt və rahat yaşamağın yollarını Quranda göstərmişdir. İnsan yalnız Allah’a yönəldiyi, Onu dost tutduğu və bəyəndiyi həyatı yaşayanda çətinliklərdən xilas ola bilər.
 
Allah bir ayəsində bu mühüm sirri belə bildirir:
 

O kəslər ki, Allah’ı zikr etməklə ürəkləri rahat olduğu halda iman gətirmişlər. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allah’ı zikr etməklə rahatlıq tapar. (Rəd surəsi, 28)

 
Allah ilə dost olan insan isə yol göstərici kimi Rəbbimizin endirdiyi haqq kitaba tabe olur. Qurana görə öz xarakterini və həyat tərzini müəyyən edir. Quranın Allah’ın izni ilə insanları qaranlıqlardan nura çıxaran xüsusiyyəti var:
 

Əlif. Ləm. Ra. (Bu,) insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq (Allah’ın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. (İbrahim surəsi, 1)

 
Buna görə də Quranın qazandırdığı xarakterdə sıxıntı, narahatlıq və qəm-kədər yoxdur. Mütləq gözəl həyat, sabit xarakter və yaxşı rəftarlar var. Allah bu xarakteri mənimsəyən möminlərə etdiklərinin ən gözəli ilə cavab verəcəyini vəd etmişdir:
 

(Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah dilədiyinə hesabsız ruzi verir. (Nur surəsi, 38)

Allah'ı qoyub insanların razılığını axtardıqları üçün
 
Cahil insanların xoşbəxt ola bilməmələrinin bir səbəbi də Allah üçün deyil, insanlar üçün yaşamalarıdır. Bu o deməkdir ki, əgər bir insan bütün doğrularını və yanlışlarını insanların nə deyəcəyinə görə təyin edirsə, yəni laqeyd davranışlarına kədərlənib, bəyənmələrinə sevinirsə, deməli, onların razılığını qazanmağa çalışır. Həmin şəxslərin yanında özünü alçatmamaq üçün cəhd edirsə, bu şəxs insanlar üçün yaşayır deməkdir.
 
İnsanlar üçün yaşamaq isə çox çətindir. Çünki hər insanın zövqü fərqlidir. Bir şəxsin ətrafında yüzlərlə insan olduğunu düşünsək, onların hər birini razı salmaq üçün ayrı-ayrı səy göstərməli olduğu açıq-aydın görünür. Biri yanında şən xarakterli insan görmək istəyəcəksə, digəri də passiv və ciddi olanını axtaracaq. Yəni bir insanın xoşuna gələn rəftar digərini qane etməyə bilər. Həyatda minlərlə belə uyğunsuzluq və zövq fərqi var. Bu vəziyyətdə "insanların rizası üçün yaşayan "şəxslər "minlərlə fərqli tələbi eyni anda" yerinə yetirməlidirlər. Ancaq bunu etdikdən sonra istədiyi bütün insanlar ondan razı olacaq və ancaq bundan sonra ona dəyər verəcəklər.
 
Allah onların bu sıxıntılarına Quranda belə nümunə vermişdir:
 

Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allah’a məxsusdur, lakin onların əksəriyyəti (bunu) bilmir. (Zumər surəsi, 29)

 
İnsana yalnız Allah’ın sonsuz ağlına inanmaq və elminə təslim olmaq kömək edəcək. Allah insanı və bütün digər varlıqları yaratmışdır. İnsanı nələrin xoşbəxt edəcəyini də yenə ancaq Allah bilir. Allah insanlara qurtuluş yolunu Quranda bildirmişdir: Yalnız Allah’dan qorxub Onun razılığını axtarmaq.
 

Allah: "İki tanrıya sitayiş etməyin! O, yalnız Tək bir İlahdır. Yalnız Məndən qorxun!" – dedi. (Nəhl surəsi, 51)

 
Bunun əksinə davranmaq insanı bədbəxt etməklə yanaşı, böyük günah qazanmasına səbəb olur. İnsanın Allah’dan başqa varlıqların razılığını qazanmasına çalışması Quranda "şərik qoşmaq" kimi ifadə edilir. Şərik qoşan insan Allah’dan başqa varlığı özünə ilah seçərək bütün həyatını onun üçün yaşayır. Belə insanların axirətdə görəcəkləri qarşılıq isə böyük itki və peşmançılıq olacaq. Buna görə də Allah insanları cəhənnəmlə və geri qayıdış ümidi olmayan peşmançılıqla qarşılaşmadan əvvəl bu mövzuda xəbərdar etmişdir:
 

Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan." "Sən yalnız Allah’a ibadət et və şükür edənlərdən ol!" (Zumər surəsi, 65-66)

 

Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allah’a şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur. (Nisa surəsi, 48)

 
Bir şey də unudulmamalıdır ki, insanın dünyada ikən bütün həyatını uğrunda fəda etdiyi və Allah’ı unudaraq onların razılığını qazanmağı hədəflədiyi bütün şəxslər axirət günü onu tək buraxacaqlar. Çünki hər insan yalnız özünün etdiklərindən sorğu-suala çəkiləcək və heç kim bir-birinə kömək edə bilməyəcək. Quranda bu vacib məlumat belə bildirilmişdir:
 

Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. (Məryəm surəsi, 95)

 

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allah’a) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, iddia etdiyiniz (tanrılar) isə sizdən uzaqlaşmışdır. (Ənam surəsi, 94)

 
Tək qalmağın qorxu və həyəcanından insanlar o gün dünyada olan ən yaxınlarını, yəni uşaqlarını, həyat yoldaşlarını, dostlarını yalnız cəhənnəm əzabından xilas ola bilmək üçün fidyə vermək istəyəcək. Ancaq bu istəkləri qəbul olunmayacaq. Ayələrdə bu vəziyyət belə xəbər verilir:
 

Dost dostunun halını xəbər almayacaq. Halbuki, onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin. Xeyr! Bu, alovu (şölələnən) Oddur... (Məaric surəsi, 10-15)

 
Bu ayədən aydın olduğu kimi, insanların razılığı üçün qurulan həyat dünyada bədbəxtlik gətirməklə yanaşı, axirətdə də insana zərər verir. Bu vəziyyətdən xilas olmağın yolu isə çox sadədir; Allah’a təslim olub yalnız Onun razılığını axtararaq yaşamaq...
 
Dünyanın imtahan yeri olduğunu unutduqları üçün
 
Cahiliyyə xarakterinə sahib olan insanların xoşbəxt ola bilməmələrinin digər səbəbi də yaradılış məqsədlərini unutmalarıdır. Halbuki, insan Allah’ın ağlını, gücünü, sənətini və bütün digər üstün sifətlərini təqdir edə biləcəkmi, Ona gözəl qul ola biləcəkmi, yoxsa bunları və yaradılış məqsədini unudub, dünya həyatına qapılacaqmı deyə sınanır. Allah Quranda dünya həyatının bu həqiqətini belə bildirir:
 

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır. (Mülk Surəsi, 2)

 
İnsanın belə sınanması həyatının hər anında davam edir. Məktəbdə, işdə, evdə, küçədə, tək və ya izdihamlı yerdə olanda, xəstələnəndə və ya sağlam ikən, dünyanın başqa tərəfinə də getsə, orada yenə imtahan olunacaq. Söylədiyi hər söz, göstərdiyi hər rəftar və düşündüyü hər şey əskiksiz olaraq axirətdə qarşısına çıxacaq.
 
İnsanın dünyada olan hər hadisənin yalnız sınaq olduğunu unutması onu təvəkkülsüzlüyə aparır. Belə ki, dindən uzaq yaşayan cəmiyyətlərdə tez-tez eşidilən "niyə belə oldu, kaş belə olmazdı" "heç nə yolunda getmir", "bütün işlər tərs gedir", "elə etməsəydim, belə olmazdı" və bunlar kimi əksər şikayətlərin altında bu həqiqətin unudulması yatır.
 
Qədəri unutmağın və təvəkkülsüzlüyün nəticəsi isə sıxıntı və bədbəxtlikdir. İnsanların böyük əksəriyyəti hadisələrin hikmətlərini düşünmədiklərinə görə şər görünən ən xırda vəziyyətlə qarşılaşanda dərhal şikayət etməyə başlayırlar. Bunun nəticəsində də həmişə narahat, bədbəxt və çətin həyat yaşayırlar.Halbuki, insanın üzərinə düşən məsuliyyət Allah’ın özü üçün yaratdığı hər andan razı olmasıdır. Şər hesab edilən hadisələr meydana gəlsə də, gözəl əxlaqda və Allah’a olan təslimiyyətində qərarlı olmalı və vacib olan yaradılış məqsədini unutmamalıdır. Quranda əmr edilən gözəl əxlaqı yaşayan şəxslər bu cür hadisələrdə göstərəcəkləri səbrin axirətdə və dünyada özlərinə gözəllik kimi geri qayıdacağını bilməyin dincliyini və xoşbəxtliyini yaşayırlar.
 
]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190375/cahil-cəmiyyətdə-pesələrə-gorə-xarakterlərhttp://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190375/cahil-cəmiyyətdə-pesələrə-gorə-xarakterlərhttp://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10051CAHILIYE_TOPLUMUNDA_MESLEKLERIN_ETKISIYLE_GELISEN_KARAKTERLER_.jpgWed, 27 Aug 2014 21:02:32 +0300
Dünyaya çox bağlı olurlar - Yaşlı insan xarakteri 5  
Cahil insanlar qocalığın səbəb olduğu acizlikləri və çətinlikləri açıq-aydın gördükləri halda, yenə də ibrət almır və dünya həyatına olan bağlılıqlarından əl çəkmirlər. Ölümə bu qədər yaxınlaşdıqları halda, yenə də ölümü özlərinə yaraşdırmırlar. Dostlarının bir-bir öldüklərinə şahid olurlar, amma yenə də heç ölməyəcəkmiş kimi davranırlar. Hələ də gələcəkləri üçün pul yığmağa çalışırlar. Bir gün kimsəsiz və pulsuz qalma düşüncəsi ilə yaşayırlar və həmişə bir kənarda yemək, paltar, ya da pul yığırlar. Dünyada çətin vəziyyətdə qalmaqdan bu qədər qorxduqları halda axirətdə nə edəcəkləri haqqında heç düşünmürlər. Axirət həyatı üçün hazırlaşmağı lazımsız hesab edirlər. Halbuki, insanın əsl hazırlıq görəcəyi yer də ancaq axirət həyatıdır. Quranda bizə bu mövzu belə xəbər verilir:
 
Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız? (Ənam surəsi, 32) 
 
Bu həqiqəti dərk edən möminlərin qocalıq dövrü isə çox fərqli olur. Demək olar ki, onlar bütün həyatlarını Allah’ın rizasını qazanmaq üçün yaşayırlar.
 
Zaman keçdikcə axirətə, Allah'ın icazəsi ilə sonsuz cənnət həyatına yaxınlaşmağı ümid edirlər. Bu ümidlə yaşadıqları üçün olduqca şən, rahat və nikbin olurlar. Ətrafındakı insanlara problem yaratmağa deyil, əksinə onların problemlərini həll etməyə, onlara Quran əxlaqını öyrətməyə, Allah'ın razı olacağı xarakteri mənimsətməyə çalışırlar. Fiziki cəhətdən gücsüz olsalar da, ətraflarındakı insanlara fayda verəcək zehni fəaliyyətdə olurlar.
 
Bu üstün əxlaqlı davranışlarına görə də ətraflarındakı insanlardan böyük sevgi və hörmət qazanırlar. Həm gözəl əxlaqı öyrətdikləri, həm də özləri gözəl əxlaqlı olduqları üçün həmişə hörmət və yaxşı münasibət görürlər. Quranda iman gətirənlərin yaşlı insanlara hörmətlə davranmaları tövsiyə edilmişdir. Allah Quranda belə əmr etmişdir: 
 
Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və:
 
"Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de. (İsra surəsi, 23-24)
Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq.(Ənkəbut surəsi, 8)
Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. "Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir." (Loğman surəsi, 14)
Allah’a ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir.(Nisa surəsi, 36)
]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190316/dunyaya-cox-bagli-olurlar-http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190316/dunyaya-cox-bagli-olurlar-http://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10050DUNYAYA_OLAN_BAGLILIKLARI_-_YASLI_INSAN_KARAKTERI_5.jpgTue, 26 Aug 2014 02:58:33 +0300
Düşüncəsiz davranırlar - Yaşlı insan xarakteri 4  
Bütün həyatlarını din əxlaqından uzaq yaşamış bu insanlar YAŞLI İNSAN XARAKTERİni mənimsəyərək düşüncəsiz davranırlar. Qocalığın onların bəzi əxlaqi pozuqluqlarının üstünü örtəcəyinə inanırlar. Demək olar ki, cəmiyyətin digər üzvləri də bu vəziyyəti qəbul edirlər. Buna görə də, "qocalıb, üzrlü hesab edin, nə danışdığını bilmir" deyərək yola verirlər. Halbuki, qocalar bu əxlaq pozuqluğunu şüurlu halda və qəsdən edirlər. Öz mənfəətlərinə gəldikdə isə hər şeyi ətraflı düşünə bilirlər. Hər cür əskikliklərini və qüsurlarını görə bilən bu insanlar adətən şüurlu halda düşüncəsiz davranırlar.
 
Bütün həyatlarını din əxlaqından uzaq yaşamış bu insanlar YAŞLI İNSAN XARAKTERİni mənimsəyərək düşüncəsiz davranırlar. Qocalığın onların bəzi əxlaqi pozuqluqlarının üstünü örtəcəyinə inanırlar. Demək olar ki, cəmiyyətin digər üzvləri də bu vəziyyəti qəbul edirlər. Buna görə də, "qocalıb, üzrlü hesab edin, nə danışdığını bilmir" deyərək yola verirlər. Halbuki, qocalar bu əxlaq pozuqluğunu şüurlu halda və qəsdən edirlər. Öz mənfəətlərinə gəldikdə isə hər şeyi ətraflı düşünə bilirlər. Hər cür əskikliklərini və qüsurlarını görə bilən bu insanlar adətən şüurlu halda düşüncəsiz davranırlar.
 
Yersiz hərəkətlərini nə vaxt edəcəklərini, hansı sözü söyləyəcəklərini və kimə kinayəli davranacaqlarını çox yaxşı bilirlər. Demək olar ki, bütün danışıqlarında bu üsuldan istifadə edirlər. Doğru və səmimi danışdıqları anlar çox nadirdir. Məsələn, niyə xəstələndikləri soruşulsa "uzun müddətdir ki, ət yemirəm, yəqin buna görədir", "yatdığım otaq çox soyuqdur" və ya "çox yoruluram" kimi kinayəli cavablar verirlər.
 
Bəzən də, qisas alma yolları axtarırlar. Məsələn, qonaq gələndə, xüsusilə də, evdəkiləri alçaldacaq və ətrafındakı insanları ən pis vəziyyətdə qoya biləcək mövzuları hər kəsin içində danışırlar. Bir müddət sonra da qocalığı bəhanə gətirib fərqində olmadıqlarını, buna görə kədərləndiklərini söyləyərək kənara çəkilirlər. Əslində isə bu işin təməli mükəmməl plana söykənir. Onları hirsləndirən insanlardan qisas almağın ən asan yolunun yersiz danışıqları ilə onları alçaltmaq olduğunu bilirlər.
]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190315/dusuncəsiz-davranirlar---yaslihttp://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190315/dusuncəsiz-davranirlar---yaslihttp://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10049DUSUNCESIZ_TAVIRLARI_-_YASLI_INSAN_KARAKTERI_4.jpgTue, 26 Aug 2014 02:55:32 +0300
Sözə baxmırlar - Yaşlı insan xarakteri 3  
Cahil cəmiyyətdəki qoca insanların cəlbedici xüsusiyyətlərindən biri də var. Sözə baxmırlar. Mövzu nə olursa olsun, həmişə öz bildiklərini etmək istəyirlər. Başqa insanların sözlərinə əsla etibar etmirlər, deyilən sözlərdən də fərqli mənalar çıxartmağa çalışırlar. Məsələn, xəstə olduqlarına görə bəzi yeməkləri yeməmələrini söylədikdə yalan danışdıqlarına inanırlar. 
 
Buna görə də, edilən tövsiyələrə qulaq asmırlar, hətta bəzi yeməkləri onlara qıymadıqlarını düşünürlər.
 
Onların xasiyyətləri bütün bunlarla da məhdudlaşmır və bəzən özləri üçün xeyli təhlükəli qərarlar qəbul edirlər. Məsələn, xəstəliklərini özləri həkimə getmədən müalicə etmək istəyir, ya da həkimin verdiyi dərmanları istifadə etməyi rədd edirlər, bunun əvəzinə bildikləri köhnə bir dərman və ya bitki qarışığından istifadə etməyə çalışırlar. Ağıllarına və təcrübələrinə çox inanırlar, gənclərin isə heç bir şey bilmədiklərini düşünürlər.
]]>
http://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190314/sozə-baxmirlar---yaslihttp://adnanoktar.az/az/Cahil-cəmiyyətdəki-insan-xarakterləri/190314/sozə-baxmirlar---yaslihttp://imgaws1.fmanager.net/Image/objects/38-cahiliye-toplumunda-insan-karakterleri/10048SOZ_DINLEMEMELERI_-_YASLI_INSAN_KARAKTERI_3.jpgTue, 26 Aug 2014 02:53:02 +0300