ADNANOKTAR.AZhttp://adnanoktar.azadnanoktar.az - Heç vaxt anlamazlıq etməyin - Ən son əlavələrazCopyright (C) 1994 adnanoktar.az 1ADNANOKTAR.AZhttp://adnanoktar.azhttp://harunyahya.com/assets/images/hy_muhur.png11666Zamanın Dəyişən Hiss Olduğunu və Tale Həqiqətini Anlamazlıqdan GəlməyinZaman; duyğu orqanlarımız tərəfindən bir-birinin ardınca yaranan bəzi hadisələr nəticəsində hiss edilən bir növ hissdir. Zamanı gedişatını, ətrafımızda müşahidə etdiyimiz hərəkət dəyişikliklərini bir-birləri ilə müqayisə edərək anlayarıq. Məsələn; qapının döyüldüyünü eşidərik. On dəqiqə sonra qapı təkrar döyülər. Biz də iki səs arasında müəyyən müddət olduğunu düşünər və bunu "zaman" kimi qəbul edərik. Yaxud stəkan yerə düşər və sınar, kömür yanar və kül olar, yeriyərik və bir an əvvəl otağın bir tərəfindəykən, bir an sonra otağın digər tərəfində olarıq. Məhz bir-birinin səbəb və nəticəsi olan bu hadisələr arasında keçən müddət, ətrafımızda müşahidə etdiyimiz bütün bu hərəkətlilik, bizə zamanın keçdiyinə dair əlamətlər verər. Keçmişdə əldə etdiyimiz təcrübələrimiz nəticəsində də, bu hadisələrin nə qədər zaman davam etdiyi mövzusunda bəzi doğruya yaxın təxminlər edə bilərik. Evimizdən çıxıb küçənin sonuna qədər 10 dəqiqəlik məsafə getdiyimizi daha əvvəl saatımıza baxıb müəyyən etmişsək, daha sonra eyni məsafəni getdiyimiz vaxt, keçən zamanın yenə təqribən 10 dəqiqə olacağını təxmin edə bilərik. Amma eyni yolu daha əvvəl heç getməmiş biri getdikdə, neçə dəqiqəlik məsafə getdiyi sualına bəlkə eyni düzgünlükdə cavab verə bilməz.

Günəş çıxar, batar və ertəsi gün təkrar çıxdıqda "bir gün keçdi" deyərik. Bu hadisə 30-31 dəfə təkrarlandıqda bu dəfə "1 ay keçdi" deyərik; lakin bizdən soruşulduqda bu bir ayla bağlı çox təfərrüat xatırlamadığımızı, keçən zamanın sanki yalnız bir an kimi olduğunu düşündüyümüzü etiraf edirik. Yenə də müşahidə etdiyimiz bütün bu hərəkətlilik və səbəb-nəticə əlaqələri bizə zamanın keçdiyinə dair əlamətlər verər. Əgər gündüz gecəni, gecə də gündüzü izləməsə və əlimizdə zamanın keçdiyini göstərən bir saatımız olmasa, bəlkə də keçən zamanın nə qədər olduğuna, bir günün nə vaxt başlayıb nə vaxt bitəcəyinə dair doğru təxmin yürütməyimiz qeyri-mümkün olardı. Bu baxımdan zaman, bizim üçün müəyyən müqayisə nöqtələri olmadan, hansı sürətlə axdığı mövzusunda qəti mühakimə yürüdə bilməyəcəyimiz bir hissdən ibarətdir.

Zamanın sürətinin qəbul edilməsi də zamanın psixoloji hissdən ibarət olduğunu sübut edər. Belə ki, bir yoldaşınızla görüşmək üçün küçədə gözləyərkən, onun 10 dəqiqəlik gecikməsi, sizə bitmək bilməyən, çox uzun zaman kimi gələ bilər. Yaxud səhər məktəbə və ya işə getmək üçün oyanan yuxusuz bir insana yatacağı əlavə 10 dəqiqə olduqca uzun gələ bilər, hətta bu sayədə yuxusunun bir hissəsini aldığını düşünə bilər. Lakin tam əks vəziyyət olduqda şagirdlik illərindən xatırlayacağınız kimi (45 dəqiqəlik) sanki bir əsr sürən bir dərsin ardınca 5 dəqiqəlik tənəffüs çox tez keçə bilər. Yaxud həsrətlə gözlədiyiniz həftəsonu tətili çox tez keçərkən, həftə daxili iş günləri keçmək bilməz. Şübhəsiz ki, bunlar hər insanın yaşadığı hisslərdir. Həmçinin bu hisslər də zamanın insana və ya hiss edənə görə dəyişdiyinin açıq işarələridir. Siz, öz içinizdə də yaşadığınız bu açıq-aydın həqiqəti anlamazlıqdan gəlməyin.

Zamanın psixoloji hiss olduğu həqiqəti Quranda bir çox ayə ilə xəbər verilmişdir. Bu ayələrdən bir neçəsi belədir:

Dedi: “Yer üzündə neçə il qaldınız?”. Onlar: “Bir gün yaxud bir günün bir hissəsi qədər qaldıq. Sən sayanlardan soruş”. (Muminun surəsi, 112-113)

Sizi çağıracağı gün Ona həmd edərək çağırışına cavab verəcək və (dünyada) çox az müddət qaldığınızı güman edəcəksiniz. (İsra surəsi, 52)

Gündüzün bir saatından başqa sanki heç ömür sürməmişlər kimi onları bir yerə toplayacağı gün, onlar bir-birini tanıyacaqlar. (Yunis surəsi, 45)

Ayələrdə də göründüyü kimi insanlar keçən zamanı çox fərqli şəkildə qəbul edə bilirlər. Yaşadıqları dünya həyatı heç bitməyəcəkmiş kimi görünərkən, bir anda tükənər və geriyə dönüb baxdıqları zaman, ən çoxu beş-on səhifəyə yazıla biləcək qədər təfərrüat xatırlayarlar. Başqa ayələrdə də zamanın fərqli vəziyyətlərdə fərqli şəkildə olduğuna diqqət çəkilmişdir. Bu mövzudakı bir neçə ayə isə belədir:

Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar. (Məaric surəsi, 4)

O, göydən yerə qədər olan bütün işləri idarə edər. Sonra da (bu işlər) sizin saydığınız (illərdən) min ilə bərabər olan bir gündə Ona doğru yüksələr. (Səcdə surəsi, 5)

Zaman hissini Allah xüsusi olaraq yaratmışdır. Həmçinin Allah zamanın Yaradıcısı olaraq zamandan münəzzəhdir, zamandan heç bir şəkildə asılı deyil. Məhz bu çox mühüm həqiqətdir və bir çox insanın maraqlandığı bir sualın cavabını verir: tale nədir? Bəzi insanlar "tale" anlayışının əsil mənasını anlamaqda çətinlik çəkərlər. Halbuki tale, zamandan münəzzəh olan Allahın, zamandan asılı olan varlıqların yaşayacaqları bütün hal və hadisələri zamanın xaricindən görüb bilməsidir. Onsuz da bütün hal və hadisələrin, eyni zamanda da "zaman"ın Yaradıcısı Allahdır. Buna görə də, Allah bizim bir xətkeşin başını, sonunu və ortasını tək bir anda görə bildiyimiz kimi, kainatda baş verən bütün hadisələrin əvvəlini, sonunu, arada keçirəcəyi halları tək bir anda bilər.

Şübhəsiz ki, bu, olduqca qəti həqiqətdir. Zamanın xaricində olan Allah zamanla əlaqədar olan hər şeyi əhatə etmişdir, hər təfərrüatı çox yaxşı görər və bilər. O zaman siz, sonsuz qüdrət sahibi, bütün çatışmazlıqlardan münəzzəh olan Allahın sizi müəyyən tale ilə yaratdığını, keçmişdə yaşadığınız və gələcəkdə yaşayacağınız bütün hadisələrdən xəbərdar olduğunu anlamazlıqdan gəlməyin.

Bu AÇIQ-AYDIN həqiqətə baxmayaraq, bəzi insanlar "yanlış tale anlayış"ına sahibdir. Taledən kənara çıxa biləcəklərini, "taleyi dəyişdirə biləcəklərini", taledən asılı olmayan həyat yaşayacaqlarını zənn edərlər (Allahı tənzih edirik). Halbuki bir qədər əvvəl də söylədiyimiz kimi, tale, Allahın gəlib-keçmiş bütün hadisələri tək bir an olaraq bilməsidir. Zamandan asılı olan insanın isə bu tək anın xaricinə çıxıb hər hansı şeyi dəyişdirməsindən, öz iradəsiylə idarə etməsindən isə söhbət gedə bilməz. Bunun xaricində bir şey iddia etmək isə böyük ağılsızlıq olar. Yenə inkar edilə bilməyəcək bir həqiqətlə qarşı-qarşıyayıq: insanın taleyini dəyişdirməsi, istiqamətləndirməsi kimi bir hadisənin əsla reallaşa bilməyəcəyi, insan həyatının hər anının Allahın yaratmasıyla var olduğu, insanın Onun istəməsi xaricində heç bir şey edə bilməyəcəyi, hətta düşünə bilməyəcəyi həqiqətiylə… O zaman siz əsla bu QƏTİ həqiqəti anlamazlıqdan gəlməyin.

]]>
http://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/246340/zamanin-dəyisən-hiss-oldugunu-vəhttp://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/246340/zamanin-dəyisən-hiss-oldugunu-vəhttp://imgaws1.fmanager.net/Image/objects/39-sakin-anlamazliktan-gelmeyin/11606_ZAMANIN_DEGISKEN_BIR_ALGI_OLDUGUNU_VE_KADER_GERCEGINI__SAKIN_ANLAMAZLIKTA.jpgMon, 17 Apr 2017 09:27:10 +0300
Maddənin Xarici Aləmdəki Əsli Ilə Heç Vaxt Təmasda Ola Bilmədiyinizi Anlamazlıqdan GəlməyinDünyaya gəldikləri gündən etibarən insanlara cəmiyyət tərəfindən verilən bəzi təlqinlər var. Bu təlqinlərdən biri və bəlkə də ən əhəmiyyətlisi, ancaq gözlə görülə bilən şeylərin mövcud olduqları, gözlə görülməyən şeylərin isə mövcud olmadığı şəklindəki yanlış anlayışdır. Bu anlayış cəmiyyətin mühüm hissəsi tərəfindən qəbul edilmiş və nəsildən-nəslə heç sorğulanmadan, bu şəkildə ötürülmüşdür.

Halbuki insan bir an olsun aldığı təlqindən xilas olub tərəfsiz düşünməyə başladığı zaman çox fərqli, çox təsiredici həqiqətlə qarşılaşar. Bu həqiqət budur:

Doğulduğumuz andan etibarən ətrafımızda gördüyümüz hər şey: Dünya, insanlar, heyvanlar, çiçəklər, bu çiçəklərə məxsus rənglər, qoxular, meyvələr, meyvələrdən bizə çatan dadlar, planetlər, ulduzlar, dağlar, daşlar, evlər, kosmos, bir sözlə, hər şeyi bizə beş duyğu orqanımız tanıdar. Bu mövzunun daha da aydınlaşması üçün əvvəlcə xarici aləm haqqında bizə məlumat verən duyğularımızdan bəhs edə bilərik.

Görmə, eşitmə, iyləmə, dadbilmə, toxunma hisslərimizin hamısı bir-birinə bənzər şəkildə fəaliyyət göstərir. Xarici aləmdəki əşyalardan gələn təsirlər (səs, qoxu, dad, görünüş, sərtlik və s.), sinir hüceyrələrimiz vasitəsilə beyindəki hissiyyat mərkəzlərinə göndərilərlər. Beynə gəlib çatan bütün bu təsirlər elektrik siqnallarından ibarətdir. Məsələn, görmə əməliyyatı əsnasında çöldəki bir mənbədən gələn işıq seli (fotonlar) gözün arxa tərəfindəki torlu qişaya çatar və burada bir sıra əməliyyat nəticəsində elektrik siqnallarına çevrilərlər. Bu siqnallar, sinirlər vasitəsilə beyinin görmə mərkəzinə ötürülər. Həmçinin biz də, bir neçə kub santimetrlik görmə mərkəzində rəngarəng, pırıl-pırıl, eni, uzunluğu, dərinliyi olan bir dünya qəbul edərik.

Eyni sistem digər duyğu orqanlarımıza da aiddir. Dadlar dilimizdəki bəzi hüceyrələr tərəfindən, qoxular burnun epitel toxumasındakı hüceyrələr tərəfindən, toxunmağa aid hisslər (sərtlik, yumşaqlıq və s.) dəri altına yerləşdirilmiş xüsusi reseptorlar tərəfindən və səslər qulaqdakı xüsusi mexanizm tərəfindən elektrik siqnallarına çevrilərək beyindəki əlaqədar mərkəzlərə göndərilər və həmin mərkəzlərdə qəbul edilərlər.

Mövzunu daha da dəqiqləşdirmək üçün belə nümunə verə bilərik: Hal-hazırda bir limonad içdiyimizi düşünək. Əlinizdə tutduğunuz stəkanın sərtliyi və soyuqluğu dəri altındakı xüsusi reseptorlar tərəfindən elektrik siqnallarına çevrilərək beyinə ötürülər. Həmçinin limonada məxsus kəskin iy, onu qurtumladığınız anda hiss etdiyiniz şəkərli dad və stəkana baxdığınızda gördüyünüz sarı rəng də əlaqədar duyğu orqanı tərəfindən elektrik cərəyanı olaraq beyinə ötürlər. Dərhal sonra stola qoyarkən stəkanın şüşə ilə toqquşmasıyla çıxan səs də qulağınız tərəfindən qəbul edilib beyinə elektrik siqnalı olaraq göndərilər. Həmçinin bütün bu hisslər beyindəki bir-birindən fərqli, lakin bir-biriylə ortaq çalışan hissiyyat mərkəzləri tərəfindən şərh olunar. Siz də bu şərhin bir nəticəsi olaraq bir stəkan limonad içdiyinizi düşünərsiniz. Yəni əslində hər şey beyindəki hissiyyat mərkəzlərində baş verir, yəni sizin içinizdə gerçəkləşir.

Bura qədər izah edilənlər bu gün elm tərəfindən qəti olaraq isbat edilmiş, AÇIQ-AYDIN həqiqətlərdir. Hansı elm adamından soruşsanız bu sistemlərin fəaliyyətini sizə incəliklərinə qədər söyləyəcək. İngilis fiziki Con Qribin (John Gribbin) beynin etdiyi şərhlərlə əlaqədar belə söyləyir:

...Duyğularımız isə, xarici aləmdən gələn xəbərdarlıqların beynimizdəki şərhi səciyyəsindədir, sanki bağçada bir ağac varmış kimi... Lakin beynim: Duyğularımın süzgəcindən keçən xəbərdarlıqları qəbul edər. Ağac yalnız xəbərdarlıqdır. Onda hansı həqiqətdir? Duyğularımın ortaya çıxardığı ağac, yoxsa bağçadakı ağac? (16)

Gördüyümüz, hiss etdiyimiz hər şey Uca Allahın ruhumuza göstərdiyi və hiss etdirdiyi hisslərin şərh olunmasıdır. Şübhəsiz ki, bu, üzərində ətraflı şəkildə düşünülməsi lazım olan çox mühüm həqiqətdir. Burada qısa şəkildə yekunlaşdırılan şey, həyatınızda dərk edə biləcəyiniz ən böyük həqiqətlərdən biridir; o zaman siz əsla bu açıq-aydın həqiqəti anlamazlıqdan gəlməyin. Həmçinin bu mövzunu daha dərin düşünməyə başlayın.

Bir çox insan üçün həqiqət, əllə tutulan, gözlə görülən şeylərdir. Halbuki yuxuda da "əlinizlə tutar, gözünüzlə görərsiniz", lakin həqiqətdə nə əliniz, nə gözünüz, nə də görülüb tutulacaq bir şey olar. Beyindən kənarda bütün bunları təmin edən heç bir maddi həqiqət yoxdur. Lakin yuxunuzda qəbul etdiklərinizi də maddi həqiqətlər sanıb yanıla bilərsiniz. Məsələn, yatağında dərin yuxuya gedən bir insan, yuxusunda özünü tam fərqli dünyada görə bilər. Bir pilot olduğunu, nəhəng bir sərnişin təyyarəsi idarə etdiyini görə bilər, hətta təyyarəsini idarə etmək üçün böyük diqqət sərf edə bilər. Lakin əslində yatağından bir addım belə ayrılmamışdır. Yuxusunda fərqli məkanlara gedib dostlarıyla görüşə bilər, söhbət edə bilər, yeyib-içə bilər. Bütün bunlar maddi qarşılığı olmayan bir hiss olduğu halda, çox gerçək şəkildə yaşanar. İnsan, gördüklərinin hiss olduğunu, ancaq yuxudan oyandıqda anlayar.

Yuxu əsnasında gerçək olmayan bir dünyada rahatlıqla yaşaya biliriksə, eyni vəziyyət yaşadığımız dünyaya da aiddir.

Yuxudan oyandıqdan sonra gerçək həyat dediyimiz daha uzunmüddətli bir yuxu görməyə başladığımızı düşünməyimizə mane olan heç bir məntiqli səbəb yoxdur. Yuxunu xəyal, dünyanı gerçək hesab etməyimizin səbəbi, yalnız vərdişlərimiz və ön mühakimələrimizdir. Həmçinin bu vəziyyət, hazırda yaşadığımızı sandığımız dünya həyatından, bir gün eynilə yuxudan oyandığımız kimi oyanmağımızın heç də uzaq olmadığını göstərir. Yuxu ilə əlaqədar qarşımıza çıxan bu heyrətamiz həqiqət barəsində tanınmış mütəfəkkir Dekart (Descartes) belə demişdir:

Yuxularımda onu-bunu etdiyimi, ora-bura getdiyimi görürəm; oyananda isə heç nə etməmiş, heç bir yerə getməmiş olduğumu, sakitcə yataqda yatdığımı anlayıram. Kim mənə, hazırda yuxu görmədiyim, hətta bütün həyatımın yuxu olmadığı barədə zəmanət verə bilər? (17)

İnsan yuxusunda da əliylə tutur, gözüylə görür, hətta hər şeyi sanki gerçəkmiş kimi yaşayır. Kədərlənir, qorxur, sevinir, ağrı hiss edir, zövq alır... Amma sonra birdən oyanır və hamısının bir yuxudan ibarət olduğunu anlayır. Dünyadakı həyat da belədir. İnsan bir gün bu dünyadan da eynilə yuxudan oyanan kimi oyanacaq və gerçək həyatıyla qarşılaşacaq.

Əslini əsla görə bilməyəcəyimiz "xarici dünya" (buna öz bədənimiz də daxil olmaqla) Uca Allahın ruhumuza göstərdiyi hisslərdir, beynimizdə izlədiyimiz hisslərdən yaranan təsvirlərdən ibarətdir. Əslinə əsla çata bilməyəcəyimiz şəkildə yaradılan kainat, insanın içindədir və insanı ətraflı əhatə edən maddə deyil, Allahdır. Allah bu həqiqəti "...Biz ona şah damarından yaxınıq" ayəsiylə Quranda bildirmişdir, (Qaf surəsi, 16). Allah tək mütləq varlıqdır. Ağıllı bir insanın öhdəsinə düşən isə, bütün kainatın bu ən böyük həqiqətini vaxt olduğu halda, burada qavramağa çalışmaqdır. Əks halda bütün ömrünü xəyallar ardınca qaçmağa sərf edib sonda böyük məhvə uğrayacaq. Allah, dünyada xəyallar (yaxud “ilğımlar”) ardınca qaçıb Yaradıcımız olan Allahı unudan (Allahı tənzih edirik) bu kimi insanların son vəziyyətlərini belə bildirir:

İnkarçıların əməlləri dümdüz ərazidəki ilğıma bənzəyər, belə ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə heç nə tapa bilməz və öz yanında Allahı tapar. O da onun hesabını tam verər. Allah tez haqq-hesab çəkəndir. (Nur surəsi, 39)

Maddənin və məkanın beynimizdəki hiss olduğunu anlayan insan, digər insanların bilmədiyi çox mühüm bir sirri də başa düşər: Dünyada qüvvədə olan səbəb-nəticə əlaqələri, maddənin fiziki xüsusiyyətləri nəticəsində və ya insanlar arasındakı əlaqələr nəticəsində meydan gəlmir. Hər fiziki təsir, ayrı-ayrı yaradılır. Məsələn, atılan bir daş şüşəni sındırmaz, belə ki, daşın atılması və şüşənin sınması təsvirləri ayrı-ayrı yaradılar. Gəmiləri suda üzdürən "suyun qaldırma qüvvəsi" və ya quşları havada tutan "havanın qaldırma qüvvəsi" də əslində bizim beynimizdə təmasda olduğumuz surət varlıqlara aid anlayışlardır. Dolayısilə, əslində bu kimi "qüvvələr"in hamısı, əslində Allaha aiddir. Bu həqiqət, bir Quran ayəsində belə bildirilir:

Məgər Allahın yerdəkiləri və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyün də Öz icazəsi olmadan yerə düşməsinə mane olar. Həqiqətən, Allah insanlara qarşı Şəfqətlidir, çox Mərhəmətlidir. (Həcc surəsi, 65)

Bütün bu elmi həqiqətlərə görə "bədənimin bu dünyada yaşayan əsli ilə təmasdayam, mən də bədənimdən çölə baxıram" şəklindəki fərziyyə yanlışdır. Belə şey elmi cəhətdən qeyri-mümkündür. Bizə bunu düşündürən tək səbəb, maddənin varlığına olan ön mühakiməmimizdir. Bu ön mühakimədən xilas olduqda isə, dünyanın əslində çox daha fərqli yer olduğunu qavrayarıq. Xarici aləmdə maddə var, lakin biz maddənin əslinə çata bilmərik. Gördüyümüz və hiss etdiyimiz hər şey, Allahın bizim ruhumuza göstərdiyi və hiss etdirdiyi hisslərin qavranılmasıdır. Tək mütləq varlıq isə, hər şeyin Yaradıcısı olan, aləmlərin Rəbbi Uca Allahdır. Bu həqiqət bir ayədə belə bildirilmişdir:

Şərq də, qərb də Allahındır! Hara dönsəniz, Allahın Üzü (qibləsi) orada olar. Həqiqətən, Allah Əhatə edəndir, Biləndir. (Bəqərə surəsi, 115)

Siz də bu həqiqətləri düşünün və hisslərimizin Allahın müəyyənləşdirdiyi səbəb-nəticə əlaqələrindən ibarət olduğunu anlamazlıqdan gəlməyin.

Bütün varlıqları yaradan və yaratdığı varlıqların əslini bilən Allahdır. Bütün varlıqlar, dağlar, düzənliklər, çiçəklər, insanlar, dənizlər, bir sözlə, gördüyümüz hər şey, Allahın Quranda var olduğunu, yoxdan yaratdığını bildirdiyi hər varlıq, yaradılmışdır və vardır. Lakin insanlar bu varlıqların əsillərini duyğu orqanları yoluyla görə bilməz, hiss edə bilməz və ya eşidə bilməzlər. Gördükləri və hiss etdikləri, bu varlıqların beyinlərindəki surətləridir.

Bu elmi həqiqətdir və bu gün başda tibb fakültələri olmaqla, bütün təhsil müəssisələrində tədris olunan elmi mövzudur. Məsələn, indi bu kitabı oxuyan bir insan, bu kitabın əslini görə bilməz, əslinə toxuna bilməz. Bu kitabın əslindən gələn işıq, insanın gözündəki bəzi hüceyrələr tərəfindən elektrik siqnalına çevrilər. Bu elektrik siqnalı, beynin arxasındakı görmə mərkəzinə gedərək, bu mərkəzi xəbərdar edər və insanın beyninin arxasında kitabın görünüşü yaranar. Yəni siz indi gözünüzlə, gözünüzün önündəki bu sətirləri oxumursunuz. Bu kitabın səhifələri sizin beyninizin arxasındakı görmə mərkəzində əmələ gəlir. Sizin oxuduğunuz kitab, beyninizin arxasındakı "surət kitab"dır. Bu kitabın əslini isə Allah görür.

Lakin unudulmamalıdır ki, maddənin beynimizdə yaranan xəyal olması onun "olmaması" demək deyil. Bizə, insanın təmasda olduğu maddənin mahiyyəti barəsində məlumat verər, belə ki, bu da maddənin əsli ilə heç bir insanın təmasda ola bilmədiyi həqiqətidir. Üstəlik, xarici aləmdə maddənin varlığını, bizdən başqa görən varlıqlar da var. Allahın mələkləri, yazıçı olaraq təyin etdiyi elçiləri də bu dünyaya şahidlik edirlər:

Onun sağında və solunda oturan iki yazıçı əməllərini yazarkən. O, nə söyləsə, mütləq yanında hazır dayanan bir nəzarətçi olar. (Qaf surəsi, 17-18)

Hər şeydən əhəmiyyətlisi, əvvəla Allah hər şeyi görür. Bu dünyanı hər cür təfərrüatı ilə Allah yaratmışdır və Allah hər halıyla görür. Quran ayələrində belə xəbər verilir:

...Allahdan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür. (Bəqərə surəsi, 233)

De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, Görəndir”. (İsra surəsi, 96)

Həmçinin unutmamaq lazımdır ki, Allah bütün hadisələri "Lövhi-Məhfuz" adlı kitabda saxlayır. Biz görməsək də, bunların hamısı Lövhi-Məhfuzda mövcuddur. Hər şeyin, Allahın qatında, Lövhi-Məhfuz adlandırılan "Ana Kitab"da saxlandığı belə bildirilir:

Təəccüb doğuran başqa bir vəziyyət də, rənglər, qoxular, dadlar və səslərlə yanaşı, "genişlik" və "uzaqlıq" anlayışlarının da beyində hiss edilməsidir. Bir az əvvəl də danışdığımız kimi, məsələn içində olduğunuz otağa aid bütün hisslər elektrik siqnallarına çevrilərək beyninizə çatır. Və burada birləşdirilən hisslər beyniniz tərəfindən bir otaq görünüşü olaraq qavranılır. Yəni siz bir otağın içində oturduğunuzu düşünərkən əslində otaq sizin içinizdə, beyninizdədir. Otağın beyində olduğu, daha doğrusu hiss edildiyi yer, çox kiçik, qaranlıq, səssiz bir sahədir. Amma bir təhər bu dar sahənin içərisinə,üfüqə baxdıqda gördüyünüz ucsuz-bucaqsız mənzərə sığır. Siz içində oturduğunuz dar otağı da, çox geniş bir üfüq mənzərəsini də eyni yerdə hiss edirsiniz.

Bu da bəlkə də bu günə qədər heç düşünmədiyiniz bir gerçəkdir. Amma indi sizə xatırladıldı.

Əsla genişlik, uzaqlıq dediyiniz anlayışların, ucsuz-bucaqsız bir mənzərənin, çox dar bir otaq dediyiniz yerlərin əslində sizin içinizdə olduğuna etinasızlıq etməyin.

Hər insanın özünə aid bir dünyası vardır. Və digər insanların nə gördüyünü, hətta görüb görmədiklərini belə bilməsi isə mümkün deyil. Çünki hər varlıq kimi digər insanlar da onun öz dünyası (beyni) içində gördüyü qavrayışdan ibarətdir. Bu, həyatınızın çox böyük bir sirridir.

Şübhəsiz ki, o, Bizim qatımızda olan Ana Kitabdadır; çox Ucadır, hökm və hikmət doludur. (Zuxruf surəsi, 4)

...Qatımızda (bütün bunları) qoruyan bir Kitab (Lövhi-Məhfuz) var. (Qaf surəsi, 4)

Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (Lövhi-Məhfuzda) olmasın. (Nəml surəsi, 75)

Maddənin beynimizdə yaranan surətiylə təmasda olmağımızın onu "yox" hökmünə gətirməyəcəyini və maddənin əsli ilə heç bir insanın təmasda ola bilmədiyi həqiqətini əsla anlamazlıqdan gəlməyin.

Allahın Xaliq adı, "hər şeyin varlığını və varlığı boyu keçirəcəyi halları, hadisələri təyin və təsbit edən və ona görə yaradan, yoxluqdan var edən" mənasındadır. Bu da bizə, beynimizdən kənarda, Allahın yaratdığı varlıqlardan ibarət olan maddi kainat olduğunu göstərir. Lakin Allah möcüzə və yaratmasındakı üstünlüyün və sonsuz elminin təcəllisi olaraq, bu maddi kainatı bizə "xəyal", "kölgə" və ya "təsvir" kimi izlətdirir. Allahın yaratmasındakı mükəmməlliyin nəticəsi olaraq, insan beyninin xaricindəki dünyaya əsla çata bilməz.

Bu əsil maddi kainatı bilən yalnız Allahdır.

Allah Xaliq sifətiylə insanları ana bətnində yaratdığı ilk andan etibarən onlar üçün sonsuzluq da başlamışdır. Dolayısilə dünyada Allahın yaratdığı təsvirlər sonsuzluq içində axirətdə yaradılmağa davam edəcək. Lakin aradakı fərq, axirətdə yaradılacaq təsvirlərin dünyadakından olduqca keyfiyyətli olmasıdır. Dünyadakı təsvirlər də axirətdəki təsvirlərə bənzəyər, lakin axirətdəki təsvirlərdən daha aşağı keyfiyyətdədir. Rəbbimiz axirətdə təsvirlərin dəqiqləşəcəyinə bir ayədə belə diqqət çəkir:

"And olsun, sən bundan xəbərsiz idin; məhz Biz də sənin üzərindəki örtünü açıb qaldırdıq. Artıq bu gün görmə gücün kəskindir". (Qaf surəsi, 22)

"And olsun, sən bundan xəbərsiz idin; məhz Biz də sənin üzərindəki örtünü açıb qaldırdıq. Artıq bu gün görmə gücün kəskindir".
(Qaf surəsi, 22)

Ayədə bildirilən dəqiqliklə yanaşı təsvirlər axirətdə Allahın icazəsi ilə mükəmməl hala da gələcək. Rəbbimizdən iman gətirən qullarına rəhmət olaraq mükəmməl və xətasız, pozulmayan, köhnəlməyən, yox olmayan, unudulmayan, istəyimizə görə dəyişən təsvirlər yaradılacaq. Beləliklə də, dünyada gözələ və mükəmmələ olan həsrətimiz, qarşılığını axirətdə tapmış olacaq (doğrusunu Allah bilər).

Allahın dünyada yaratdığı əks (gözəl-çirkin, təmiz-çirkli, saray-daxma kimi) təsvirlər; Onun yaratma sənətinin iki fərqli yönünə və qüdrətinə şahid olmağımıza, Allahın icazəsi ilə cənnətdəki nemətlərin dəyərini daha yaxşı anlamağımıza və şükür etməyimizə vəsilə olacaq. Bütün bunlar isə, qüsurlu dünyada belə bu qədər gözəllik yaradan Rəbbimizin axirətdə iman gətirən qullarına vəd etdiyi sonsuz gözəllikləri yaratmasının nə qədər asan olduğunu anlamağımızı təmin edəcək.

Dünya ilə bağlı qəbul etdiyimiz bütün hisslər, təsvirlər, dadlar və qoxular, əslində eyni vəsaitdən, yəni elektrik siqnallarından əmələ gəlirlər. Elektrik siqnallarını bizim üçün mənalı hala gətirən, bu siqnalları qoxu, dad, təsvir, səs və ya toxunma kimi qavrayan isə beyindir. Beyin kimi islaq ətdən bir maddənin, hansı elektrik siqnalını qoxu, hansını təsvir kimi şərh edəcəyini bilməsinin, eyni vəsaitdən bir-birindən çox fərqli duyğular və hisslər yaratmasının böyük möcüzə olduğunu anlamazlıqdan gəlməyin.

 

Qeydlər

15) Pierre-P Grasse, Evolution of Living Organisms, New York: Academic Press 1977, s. 103

16) Taşkın Tuna, Uzayın Ötesi, s. 194

17) Macit Gökberk, Felsefe Tarihi, s. 263

]]>
http://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/246339/maddənin-xarici-aləmdəki-Əsli-iləhttp://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/246339/maddənin-xarici-aləmdəki-Əsli-iləhttp://imgaws1.fmanager.net/Image/objects/39-sakin-anlamazliktan-gelmeyin/11605_MADDENIN_ASLIYLA_HICBIR_ZAMAN_MUHATAP_OLAMADIGINIZI.jpgMon, 17 Apr 2017 09:03:56 +0300
Cəhənnəmin Sonsuz Əzab Yurdu Olduğunu Anlamazlıqdan GəlməyinBəzi insanlar axirətin varlığını qəbul etdikləri halda cəhənnəmin necə bir yer olduğunu düşünmək istəməzlər. Çünki insan orada görüləcək şiddətli əzabı düşündüyü zaman, qorxub çəkinməsi və həyatını Allahın əmrlərinə görə nizamlamasının vacib olduğunu bilər, əksini tətbiq etdikdə isə vicdanı narahat olar. Bu vicdan əzabından xilas olmaq üçün cəhənnəmin varlığını görməzlikdən gələr. Məhz buna görə də, belə insanlar "cəhənnəmə gedəcəyimi zənn etmirəm", "Allahın qullarını bu qədər şiddətli cəzalandıracağına inanmıram" kimi yalanlar söyləyər, söylədikləri yalana dəlil olaraq da Allahın sonsuz mərhəmətli olmasından istifadə etməyə təşəbbüs edərlər. Halbuki bu insanlar çox yaxşı bildikləri bir həqiqəti anlamazlıqdan gəlirlər.

Hər şeydən əvvəl cəhənnəm Allahın sonsuz ədalətinin təcəlli etdiyi məkandır. Əlbəttə ki, dünya həyatı boyu Allah üçün yaşayan qullar ilə, şeytana tabe olan, yer üzündə fitnə-fəsad törədən və Allahın hökmlərini görməzlikdən gələn zalımlar axirətdə eyni qarşılığı almayacaqlar. Allah saleh qullarını etdiklərinə qarşılıq olaraq içində əbədi qalacaqları cənnətlə mükafatlandırarkən, inkar edənləri cəhənnəmdə cəzalandıracaq.

Əlbəttə ki, Allah sonsuz mərhəmət sahibidir; amma Allahı yalnız Rəhim və Qəffar (bağışlaması çox olan) adları ilə düşünmək Onu lazımınca təqdir edə bilməmək olar. Çünki Allah eyni zamanda Qahhardır (qəhr edən), Müntəqimdir (intiqam sahibi). Cəhənnəm isə onun inkarçıları cəzalandırmaq üçün bu sifətləriylə təcəlli edəcəyi məkandır. Yəni insanlar unutmağa çalışsalar da, cəhənnəm mövcuddur. Həmçinin bütün inkarçıları, Allahın yolundan başqa yol axtaranları içində saxlayacaq.

Siz də cəhənnəmin varlığını anlamazlıqdan gəlməyin. Onu düşünməməyə və ya görməzlikdən gəlməyə çalışmaq heç kimi cəhənnəmə girməkdən qurtarmayacaq, əksinə bu açıq həqiqəti görməzlikdən gələn və buna görə də, nəfsinə uyan insanlar sonsuza qədər cəhənnəmdə qalacaq. Cəhənnəm bütün bu insanların "görüş yeri" olacaq, (Hicr surəsi, 43)

Allah cənnəti iman gətirən qulları üçün yaratmışdır. Belə ki, möminlər həyatları boyu həmişə Allahın rizasını axtaran, cənnəti qazanmaq üçün ciddi səy göstərən insanlardır. Allah cənnəti bu insanlar üçün bir-birindən gözəl nemətlərlə təmin etmişdir. Orada "nəfslərin arzuladığı və gözlərin ləzzət aldığı hər şey" var, (Zuxruf surəsi, 71). Cənnət "növbənöv incəliklərə və gözəlliklərə" malikdir, (Rəhman surəsi, 48). Orada iman gətirənlər üçün böyük mülk var. Allah cənnət əhli üçün gözəl məskənlər, ləl-cəvahiratla bəzənmiş taxtlar, süzmə baldan çaylar, bitib tükənməyən meyvələr, ipəkdən və atlasdan paltarlar və daha bir çox nemət yaratmışdır. Cənnət Allahın iman gətirənlərə verdiyi sonsuz mükafatdır. Həmçinin Allahın ədalətini və yaratma gücünü göstərir. O zaman əsla cənnətin dünyada sahib olduqlarınızla müqayisə edilə bilməyəcək bolluqda və gözəllikdə nemətlərlə dolu olduğunu anlamazlıqdan gəlməyin.

Əlbəttə, Allahın bənzərsiz yaratmasının təcəlli etdiyi bir məkan daha var. Bu məkan inkar edənlər üçün hazırlanmışdır və bu da Allahın sonsuz ədalətinin başqa təcəllisidir. Cəhənnəm, axirət həqiqətini görməzlikdən gələn, dünya üçün yaşayan, Allaha üsyan edən insanlar üçün xüsusi olaraq yaradılmışdır. Həmçinin necə ki, cənnət bənzərsiz nemətlərlə təmin edilmişdirsə, cəhənnəm də şiddətli əzab növləriylə təmin edilmişdir.

İnkar edənlər cəhənnəmdə dünya həyatı boyu etdikləri hər əxlaqsızlığın qarşılığını alacaqlar. Alacaqları qarşılıq isə, əlbəttə, Allahın böyüklüyünə və sonsuz elminə uyğun olaraq yaradılacaq. Orada insanlar hər an əziyyət içində olacaqlar. Cəhənnəm əhlinin dəriləri yanıb qovrulacaq, qaynar su və irindən başqa yeməkləri olmayacaq, oddan köynəklər geyib, oddan yataqlarda yatacaq, bir sözlə, hər saniyə tükənməyən əzabla qarşılıq görəcəklər.

Allah Quranda inkarçıların cəhənnəmdə alacaqları qarşılığı və görəcəkləri əziyyəti müfəssəl şəkildə təsvir etmişdir. Bunları görməzlikdən gəlmək bundan qaçış deyil. Əksinə bu həqiqəti bilmək, bildiyi bu həqiqətlə də Allahdan qorxub çəkinmək və buna uyğun həyat yaşamaq insanın əbədi qurtuluşu üçün tək çarədir.

Allah cəhənnəmlə bağlı olaraq Bəqərə surəsindəki ayələrdə belə xəbər verir:

Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan əhd almışsınızmı? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?” Xeyr! Günah qazanan və günahları özlərini bürüyən kimsələr – məhz onlar Od sakinləridir və orada əbədi qalacaqlar! İman gətirib saleh işlər görənlər isə Cənnət sakinləridir¬. Onlar orada əbədi qalacaqlar! (Bəqərə surəsi, 80-82)

Ayələrdən göründüyü kimi, axirətdə alınan qarşılıqlar əbədidir. Cənnətə layiq olan qullar orada sonsuza qədər qalacaqları kimi, cəhənnəmə gedəcək inkarçılar da Allahın diləməsi xaricində oradan sonsuza qədər çıxmayacaqlar. Allah başqa ayələrdə belə buyurur:

Həqiqətən cəhənnəm müşahidə yeridir. Həddi aşıb azanlar üçün son qayıdış yeridir. Onlar orada bütün zamanlar boyu qalacaqlar. (Nəbə surəsi, 21-23)

Allahın bu mövzudakı hökmü olduqca açıqdır. Buna görə, siz də Qurana tabe olmadıqca cəhənnəmdən qurtuluş olmadığını, Allaha üsyan edib cəhənnəmə layiq olanların isə orada sonsuza qədər qalacaqlarını anlamazlıqdan gəlməyin.

İnsanın çox qısa ömür müddətində göstərdiyi əxlaq onun sonsuza qədər qalacağı məkanı təyin edəcək. Əlbəttə, bu çox mühüm nəticədir. Yalnız 60-70 il kimi ömür müddəti üçün, sonsuz həyatda fasiləsiz cəza almağa razı olmağın təsvir edilə bilməyəcək qədər böyük ağılsızlıq olduğu AÇIQ-AYDIN həqiqətdir. Şübhəsiz ki, bu açıq nəticəni hər insan qəbul edər, lakin insanların bu nöqtədə qavraya bilmədikləri şey "sonsuzluq" anlayışıdır.

"Sonsuz" sözü bitməyəcək zaman kəsiyini ifadə edər. Yəni cəhənnəmə gedən inkarçılar heç vaxt oradan çıxa bilməyəcək, həmişə orada qalacaqlar. On il, min il, yüz min il, trilyon, kvadrilyon illərlə əzab görəcəklər, lakin yenə də gördükləri əzab bitməyəcək. Həmçinin orada keçirdikləri trilyonlarla il, sonsuzluğun yanında "sıfır" kimi qalacaq. Allah heç sonu olmayan bu zaman kəsiyini yuxarıdakı ayələrdə "bütün zamanlar boyu" şəklində ifadə etmişdir, (Nəbə surəsi, 23).

Bununla yanaşı, Allahdan bir rəhmət olaraq Peyğəmbərimiz (s.ə.v)-in belə bir hədisi də var:

Hz. Peyğəmbər (s.ə.v) belə buyurdu: "Qəlbində zərrə qədər iman olan şəxs oddan çıxacaq". Əbu Səid deyir: "Kim (bu xəbərin bildirdiyi həqiqətdən) şübhəyə düşsə bu ayəni oxusun: "Şübhəsiz ki, Allah zərrə qədər haqsızlıq etməz..." (Nisa surəsi, 40) (Tirmizi, Sıfatu Cehennem 10, (2601)

Buna görə də, insanın dünyada qarşılaşdığı çətinliklərlə, axirətdə yaşanacaq sonsuz əzabı bir-birinə qarışdırmaması lazımdır. Dünya həyatında insan ən böyük çətinliyi yaşasa, bədəni ən böyük ağrıları çəksə belə, bunlar ən çoxu 60-70 il ərzində bitər. Ən amansız, ən çətin xəstəliklərin belə mütləq sonu var. Lakin cəhənnəmdəki əzab heç vaxt tükənməyəcək. Buna görə də, siz sonsuzluq anlayışının nəyi ifadə etdiyini anlamazlıqdan gəlməyin. İnsanın dünyada keçirəcəyi qısa müddətlə bu zamanı müqayisə edin. Yüzlərlə altmış-yetmiş il deyil, trilyonlarla altmış-yetmiş il keçməsinə baxmayaraq, bitməyən və bitməyəcək olan bir zamanı anlamağa çalışın. Nəyi nəyin yerinə seçdiyinizi görməzlikdən gəlməyin. Bir daha heç çıxmamaq üzrə cənnətə gedib bütün zamanlar boyu nemətlər içində yaşamaq olduğu halda, sonsuza qədər od əzabını dadacağınız məkandan çəkinin.

]]>
http://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/246338/cəhənnəmin-sonsuz-Əzab-yurdu-oldugunuhttp://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/246338/cəhənnəmin-sonsuz-Əzab-yurdu-oldugunuhttp://imgaws1.fmanager.net/Image/objects/39-sakin-anlamazliktan-gelmeyin/11604_CEHENNEMIN_SONSUZ_BIR_AZAP_YURDU_OLDUGUNU_SAKIN.jpgMon, 17 Apr 2017 08:57:50 +0300
Axirət və Hesab Gününün Varlığını Anlamazlıqdan GəlməyinDünyada yaxşı insanlar, pis insanlar, dürüst insanlar, yalançı insanlar, Allahdan qorxub çəkinənlər, yer üzündə fitnə-fəsad törədənlər həmişə bir yerdə yaşayarlar. Bəzi insanlar Allahın hökmlərinə qəti şəkildə əməl etdiyi halda, bəziləri heç birinə əməl etməz, bəziləri də bir hissəsinə əməl edib qalanlarını görməzlikdən gələr. Əlbəttə ki, bu insanların qarşılaşacaqları son da bir-birindən tam fərqli olacaq. Allah sonsuz ədalətindən ötrü bütün bu insanlara layiq olduqları qarşılığı verəcək. Bu qəti vəd Quranda belə xəbər verilir:

Yoxsa pis əməllərə qərq olub-yara alanlar, özlərini iman gətirib saleh əməllər görənlərlə eyni tutacağımızımı güman etdilər? Həyatları və ölümləri eyni mi olacaq? Nə pis hökm verirlər. Allah göyləri və yeri haqq olaraq yaratdı ki, hər kəs qazandığının əvəzini alsın. Onlara zülm edilməz. (Casiyə surəsi, 21-22)

Məhz Allahın insanlara layiq olduqları qarşılığı verəcəyi yer axirətdir. Bu açıq-aydın bir həqiqətdir. Allah hər şeyi eşidən, görən, edilən hər yaxşılığı və hər pisliyi biləndir. Elə isə, Allahın sonsuz ədalətinin təcəlli edəcəyi, edilən bütün yaxşı və pis rəftarların qarşılığının alınacağı axirətin varlığını anlamazlıqdan gəlməyin. Həmçinin bunu unutmayın ki, bu həqiqəti görməzlikdən gəlmək, "öldükdən sonra torpaq olacağıq" demək insanın haqq-hesab günündə təkrar yaradılmasına və hesaba çəkilməsinə mane olmayacaq.

Bəlkə insan dünya həyatında özünü aldada bilər. Axirət həqiqətini görməzlikdən gələrək, öz ağlınca dünyanın ləzzətini çıxartmağa çalışa bilər. Bəlkə öz-özünə söylədiyi yalanlarla vicdanının səsini susdura bilər. Lakin bu, həmin insanın Allah qatında müəyyən olan vaxtı bitdikdə ölməsinə və yenə Allah qatında müəyyən olunmuş vaxtda təkrar dirildilməsinə mane olmaz. Anlamaq istəsə də, istəməsə də mütləq hər insan haqq-hesab günündə dirildiləcək, Allahın qarşısında dayanıb hesab verəcək, sonra etdiklərinin qarşılığını almaq üçün, qazandığı əbədi yurda aparılacaq. O gün bu açıq-aydın həqiqəti görməzlikdən gələnlərin, özlərini aldadaraq dünya həyatına razı olmağa çalışanların aparılacaqları yer cəhənnəmdir. Eləcə də, etdikləri bu vicdansız rəftardan ötrü cəhənnəmə layiq olan insanlar əbədiyyən oradan çıxa bilməyəcəklər.

Allah Quranda bizə axirətin varlığını anlamazlıqdan gələn, yenidən dirilməni inkar edən insanların yaşadıqları ruh halını, söylədikləri sözləri, düşüncələrini xəbər verir. Həmçinin bunun qarşılığında uğrayacaqları aqibəti də bildirir:

Allah kimi doğru yola yönəltsə, o doğru yoldadır. Kimi də azdırsa, onlara Ondan başqa vəlilər tapa bilməzsən. Qiyamət günü biz onları kor, lal və kar olduqları halda üzüstə bir yerə toplayacağıq. Onların sığınacaqları yer cəhənnəmdir. Onun alovu azaldıqca onlar üçün alovu artıracağıq. Bu, ayələrimizi inkar etdiklərinə və: "Məgər biz sür-sümük və ovuntu olduğumuz halda, yeni yaradılışla dirildiləcəyik?" dediklərinə görə onların cəzasıdır. (İsra surəsi, 97-98)

Ayədə bildirilən sualın cavabı əslində çox aydındır: İçində yaşadığımız kainat Allahın möhtəşəm yaratma sənətinin dəlilləriylə doludur. Şübhəsiz ki, bu möcüzəvi yaradılışın sahibi olan, hər şeyi yoxdan var edən Allah istədiyi anda bənzərlərini də yaratmağa qadirdir. Necə ki, Allah Quranda, necə olacaq?, necə yaradılacaq?, kim yaradacaq? kimi suallarla açıq-aydın göz qabağında olduğu halda, axirət həqiqətini anlamazlıqdan gəlməyə çalışan insanlara belə səslənir:

Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün elə bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zülm edənlər isə, ancaq inkarda israr etdilər. (İsra surəsi, 99)

Sonsuz ədalətin təcəlli edəcəyi axirətdə, insanın etdiyi hər şeyin hesabını verəcəyini və qarşılığını alacağını anlamazlıqdan gəlməyin.

Bəzi insanlar da axirətə inandıqlarını söyləyərlər, lakin axirəti həqiqi mənada düşünməzlər. Dünya həyatında etdikləri hər şeyin orada qarşılarına çıxacağını anlamazlıqdan gələrlər. Axirəti, hesab gününü, cənnəti və cəhənnəmi Allahın Quranda bizə bildirdiyi şəkildə deyil, olmalarını istədiyi şəkildə şərh edərək özlərini aldadarlar.

Halbuki Allah bizə axirət həyatını da, hesab anını da, kimlərin cənnətə və kimlərin cəhənnəmə gedəcəyini də bütün təfsilatı ilə bildirmişdir. Hər kəs haqq-hesab günündə Allahın qarşısında tək-tənha dayanacaq, dünya həyatı boyu yaşadığı hər anın hesabını verəcək. Həyatı boyu hər an Allahın razılığını axtarmış olan qullar cənnətə gedəcək və orada sonsuza qədər Allahın sonsuz nemətləri içində yaşayacaqlar. Axirəti düşünmədən dünya üçün yaşayanlar isə cəhənnəmə gedəcək və orada sonsuza qədər əzab içində qalacaqlar.

"Allah necə olsa məni bağışlayar" deyənlər, "qəlbim təmizdir, məndən nə qədər pis insanlar var" deyə iddia edənlər, heç kimə zərərlərinin toxunmadığını, buna görə də, cənnətə gedəcəklərini düşünənlər, yalnız müəyyən ibadətləri edərək xilas olacaqlarını zənn edənlər əslində həqiqəti bildikləri halda özlərini aldadaraq doğruları görməzlikdən gəlməyə çalışırlar. Necə ki, Allah hər nə qədər bəhanələr irəli sürərək başa düşməməyə çalışsalar da, insanların əslində doğruları bildiklərini belə bildirmişdir:

O gün “sonunda gəlib qərar qılınacaq yer” yalnız Rəbbinin qatıdır. O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcək. Xeyr; insan öz nəfsinə qarşı bəsirətdir. Öz bəhanələrini ortaya atsa belə. (Qiyamət surəsi, 12-15)

Allahın ayədə bildirdiyi kimi hər insan özünə bəsirətdir. Hər insan doğruları bilir. Buna görə də, bəhanələr irəli sürərək həqiqətləri başa düşməməyə çalışmaq mənasızdır. Özündən daha pis insanların olmasının haqq-hesab günündə heç kimə faydası yoxdur. Atasının və ya babasının dindar olması, ehtiyac içindəki insanlara pul vermək və ya Allah rizası üçün heç bir fəaliyyət göstərmədən "mən müsəlmanam" demək də insana fayda verməyəcək… Digər insanlar nə etməyə çalışsa da, hər kəs öz etdiklərindən məsuldur, tək-tənha Allahın qarşısında dayanacaq və bu şəkildə yaşadığı hər anın hesabını verəcək. Öz ağlınca çox işinin olması, öz düşüncəsinə görə yaxşı insan olması, "çörək pulu qazanmaq", uşaqlarına baxmaq məsuliyyətini daşıması, öz ağlınca faydalı peşəyə sahib olması və ya yenə öz düşüncəsinə görə gördüyü işlərin Allah üçün ediləcək ibadətlərdən daha əhəmiyyətli olması da insanı xilas etməz. Çünki nəyin doğru, nəyin yanlış olduğu, nəyin insana axirəti qazandıracağı və ya nəyin onu sonsuz əzaba məhkum edəcəyi Quranda yazılıb.

Qurandan kənar meyarları qəbul edərək cənnətə gedəcəklərini müdafiə edənlər, din əxlaqını yaşamaq üçün qocalmağı gözləyərək vaxt itirənlər, ortaya atdıqları bəhanələrlə həm özlərini aldadıb, həm də digər insanları aldatmağa çalışanlar unutmamalıdırlar ki, burada irəli sürdükləri bəhanələr axirətdə onları qurtarmayacaq. Burada söylədikləri yalanlar Rəhman olan Allahın hüzurunda heç bir fayda verməyəcək, hətta bu insanların haqq-hesab günündə danışmalarına belə icazə verilməyəcək. O gün həqiqətləri görməzlikdən gələrək Allahın sərhədlərini aşan, Allahın əmrlərini yerinə yetirməyən insanlar peşmançılıqlarını bu şəkildə ifadə edəcəklər:

O gün, cəhənnəm də gətirilmişdir. İnsan o gün düşünüb xatırlayar, lakin (bu) xatırlamanın ona nə faydası var? O deyər: "Kaş ki, həyatım üçün, (əvvəlcədən bir şeylər) edə biləsydim". Artıq o gün heç kim (Allahın) verəcəyi əzab kimi əzab verə bilməz. Onun vuracağı buxovu heç kəs vura bilməz. (Fəcr surəsi, 23-26)

O gün baş verəcək hadisələr, başda da bildirdiyimiz kimi, hər şeyi bilən və görən Allahın sonsuz ədalətinin tələbidir. O gün Allah vicdanlarından istifadə edən qulları ilə vicdanlarının səsini susduraraq həqiqətləri görməzlikdən gələn qullarını mütləq bir-birindən ayıracaq. Siz də belə peşmançılıq yaşamamaq üçün, axirət üçün hazırlıq görün, burada gördüyünüz hər hazırlığın qarşınıza çıxacağını unutmayın və əsla bu həqiqətləri anlamazlıqdan gələrək həyatınızı boş və mənasız işlərlə məşğul olaraq keçirməyin.

Bu dünyadakı həyat, axirət yerinə seçilməyəcək qədər müvəqqətidir. Dəniz kənarında düzülmüş yalılar, bəzəkli bağçaların içindəki köşklər, dənizi yara-yara gedən sürətli qayıqlar, yaxtalar, bir-birindən rəngli son model avtomobillər, gecə klubları, əyləncə mərkəzləri, beş ulduzlu otellər, sağlam uşaqlar, gözəl və etibar edəcəkləri həyat yoldaşları… Bu sayılan nemətlər insanlara olduqca cəlbedici gələ bilər. İnsan bütün ömrünü bunlara sahib olmağa çalışmaqla keçirə bilər. Lakin insan nəinki bunların bir neçəsinə, hamısına da sahib olsa Allah qatında özü üçün müəyyənləşdirilmiş müddət başa çatdıqda sahib olduqlarını tərk edərək axirətə gedəcək.

Bəlkə siz də belə insanlar kimi həyatınızı bu nemətlərə sahib olmağın yollarını axtararaq keçirirsiniz. Lakin axirətdə, sahib olduğunuz bu nemətlərin heç birinin sizə fayda verməyəcəyini anlamazlıqdan gəlməyin.

Ölüm mələkləri canınızı almağa gəldikdə, həmin ana qədər sahib olmaq üçün bütün gücünüzü sərf etdiyiniz malınızı, mülkünüzü bir daha görməmək üzrə tərk edərək bu dünyadan ayrılacaqsınız. Təkrar dirildikdə isə artıq tam fərqli məkanda, axirətdə Allahın qarşısında hesab verəcəksiniz. Həmin anda sizə nə malınızın miqdarının, nə neçə uşaq sahibi olduğunuzun, nə mövqeyinizin, nə də təhsilinizin soruşulmayacağını unutmayın. O gün dünyanın ən böyük dövlət adamlarından, tarix boyu yaşamış krallar və kraliçalara qədər heç kimin heç kimdən dünyada maddi mənada sahib olduqlarına görə üstünlüyü olmayacaq, heç bir yaxın dostu, onun vəziyyətini soruşmayacaq, hətta o günün qorxusundan inkar edənlər dünyada sahib olduqlarını fidyə verib xilas olmaq istəyəcəklər:

(Belə gündə) heç bir yaxın dost, öz dostunun vəziyyətini soruşmaz. Onlar bir-birlərinə göstərilərlər. Günahkar o günün əzabına qarşılıq olaraq fidyə vermək istəyər - öz övladlarını, həyat yoldaşını və bacı-qardaşını, ona sığınacaq vermiş əşirətini və yer üzündə olanların hamısını - təki bu onu xilas etsin. Xeyr, (heç biri qəbul edilməz). Doğrusu, o (cəhənnəm) qızğın şəkildə yanan oddur - başın dərisini qovurub soyar. Üz döndərib arxasını dönəni çağırar. (Dayanmadan mal və sərvət) toplayıb bir yerdə (üst-üstə) yığanı da həmçinin. (Məaric surəsi, 10-18)

Siz də ayələrdə bildirilən bu həqiqətləri düşünün və o günün əzabının, bir insanın dünyada sahib olduğu hər şeyi fidyə kimi verib xilas olmaq istəyəcəyi qədər böyük olacağını anlamazlıqdan gəlməyin.

Allah bir ayəsində inkar edənlərin bütün dünyaya sahib olsalar belə, bunu verib, cəhənnəm əzabından xilas olmaq istəyəcəklərini bildirmişdir:

Əgər yer üzündə olanların hamısı və bununla birlikdə bir misli də, zalımlara məxsus olsaydı, qiyamət günü o pis əzabdan (xilas olmaq məqsədiylə) həqiqətən bunları fidyə olaraq verərdilər. Halbuki, onların heç nəzərə almadıqları şeylər, Allahdan özləri üçün ortaya çıxmışdır. (Zumər surəsi, 47)

Əslində insan vicdanıyla bunu bir an düşünsə rahatlıqla doğrunu tapa bilər. Məsələn, bu gün dünyada yaşayan insanlara sahib olduqları hər şeyi vermələri qarşılığında dərhal cənnətə gedəcəkləri deyilsə, bunu qəbul etməyən insan tapılmaz. Hər kəs tərəddüdsüz olaraq malını, mülkünü, övladını, mövqeyini tərk edər və sonsuza qədər qalacağı cənnətə çatmağa çalışar. Əslində insanın məsuliyyəti budur. Malını və canını Allaha satmaq, dünyada lüzumsuz ehtiraslara qapılmamaq, Allah üçün yaşamaq və sonunda mükafat olaraq cənnətə qovuşmaq… Lakin, bəzi insanları yanıldan şey bunun dərhal olmamasıdır. Keçəcək çox qısa müddət bu şəxslərə uzun gələr. Həmçinin buna görə də, ağılsızlıq edərək sonsuza qədər qalacaqları cənnət əvəzinə çox qısa həyatı seçərlər.

Bir tərəfdə 60-70 illik göz açıb-yumana qədər keçəcək zaman, digər tərəfdə isə bitməyən ömür…

Bir tərəfdə bitməyən, tayı-bərabəri olmayan, gözəlliklərlə dolu, insanın istədiyi hər şeyin həmin anda yaradıldığı bir həyat, digər tərəfdə isə qısa, müvəqqəti, əskik, nəyə əlinizi atsanız əlinizdə qalan, gəncliyin, gözəlliyin, sürətlə axıb getdiyi, nə qədər çalışılsa da əldə edilən nemətlərin heç cür insanı məmnun etməyəcəyi bir həyat…

Siz bu həqiqəti görməzlikdən gəlməyin. Cənnətin tayı-bərabəri olmayan nemətlərinə qovuşa bilmək imkanı əlinizdə olduğu halda, əskik və müvəqqəti nemətləri əldə etmək üçün vicdanınızın səsini susdurmayın. Bəzi insanların düşünməyərək, üstündən keçərək, çox qısa həyat üçün nələri tərk etdiyini anlamazlıqdan gəlməyin.

Bəzi insanların axirətin varlığını görməzlikdən gəlmələrinin ən böyük səbəblərindən biri əksəriyyətin bu şəkildə hərəkət etməsidir. Halbuki bu, Allahın imtahanının tələbidir. Allah insanları bu şəkildə sınayır və buna görə də, Quranda qullarını əksəriyyətə tabe olmamaları məsələsində xəbərdar edir:

Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə uyarlar və ancaq “zənn və təxminlə yalan danışarlar”. (Ənam surəsi, 116)

Bəzi şəxslərin yanlış yolda olması isə sizə təsir etməməlidir, çünki hər kəs özünə cavabdehdir. Vicdanlı insanlar üçün bunların heç biri bəhanə deyil, əksinə daha çox qorxub çəkinmək üçün vəsilədir. Buna görə siz də "insanların çoxu belədir" deyib açıq-aydın həqiqətləri anlamazlıqdan gəlməyin. Yalnız da olsanız, etdiyiniz hər şeyə görə məsuliyyət daşıdığınızı unutmadan axirətiniz üçün ciddi hazırlıq görün və səy göstərin.

Axirətdəki qurtuluş üçün dünyada göstərilən səyin nə olmasının lazım olduğu Quranda bizə xəbər verilmişdir. Hesab günü insanlar, Allaha olan bağlılıqları, qorxuları və bu qorxunun gətirdiyi gözəl əxlaqları ilə qiymətləndiriləcək. İnsanların Allaha səmimi bağlılıqları onlara fayda verəcək. Allah Quranda, nə malların, nə də övladların özünə yaxınlaşmaq üçün bir vasitə olmadığını, təkcə iman gətirib saleh əməllər işləyənlərin cənnətə gedə biləcəyini bildirmişdir:

Sizi Bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar uca köşklərində əmin-amanlıq içində yaşayacaqlar. (Səba surəsi, 37)

Allah Öz qatında məqbul olanın və insanı sonsuz əzabdan qurtara biləcək olanın yalnız təqva (Allahın əmrlərinə və tövsiyələrinə əməl etmək, bunun əksi olan düşüncə və davranışlardan çəkinmək) olduğunu xəbər verir:

Ey insanlar, həqiqətən, Biz sizi bir kişi və bir qadından yaratdıq və bir-birinizlə tanış olmağınız üçün, sizi xalqlar və qəbilələr (şəklində) ayırdıq. Şübhəsiz ki, Allah qatında ən üstün (kərim) olanınız, (irq və ya nəsil cəhətdən) təqva cəhətdən ən öndə olanınızdır. Həqiqətən, Allah Biləndir, xəbər tutandır. (Hucurat surəsi, 13)

Buna görə siz də dünyanın müvəqqəti bəzəklərinə aldanaraq, sahib olduğunuz malların və övladların Allah qatında meyar olmayacağını və haqq-hesab günündə sizi qurtaracaq tək şeyin təqvanız olduğunu anlamazlıqdan gəlməyin və bu ayəni heç vaxt unutmayın:

Budur axirət yurdu; Biz onu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətmək istəməyənlərə (hədiyyə) verərik. (Gözəl) nəticə təqva sahiblərinindir. (Qəsas surəsi, 83)

Budur axirət yurdu; Biz onu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətmək istəməyənlərə (hədiyyə) verərik. (Gözəl) nəticə təqva sahiblərinindir. (Qəsas surəsi, 83)

]]>
http://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/246337/axirət-və-hesab-gununun-varliginihttp://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/246337/axirət-və-hesab-gununun-varliginihttp://imgaws1.fmanager.net/Image/objects/39-sakin-anlamazliktan-gelmeyin/11603_AHIRETIN_VE_HESAP_GUNUNUN_VARLIGINI_SAKIN_ANLAMAZLI.jpgMon, 17 Apr 2017 08:50:29 +0300
Bütün Pisliklərin Mənbəyinin Dinsizlik Olduğunu Anlamazlıqdan Gəlməyinİman gətirənlər bütün həyatları boyu, Allahın onlara göstərdiyi yola uyurlar. Onun əmrlərinə, hökmlərinə böyük həssaslıqla yanaşar, ömürlərini Rəbbimizin məmnuniyyətini qazanmaq üçün keçirirlər. Bunun üçün də Allahın insanlar üçün seçib bəyəndiyi din olan İslama görə yaşayar və Quranı özlərinə rəhbər tutarlar. Dərin imanları sayəsində Allahın özlərindən istədiyi və bir çox ayəsində nümunələrini verdiyi gözəl əxlaqı bütün həyatlarında əks etdirərlər. Əsla Rəbbimizin hökmlərindən kənara çıxmaz və qadağalarını görməzlikdən gəlməzlər.

Allahın varlığını inkar etməkdə israr edən, inkar etməsələr də Onun göndərdiyi dinə təslim olmağı qəbul etməyən bəzi insanlar isə, bu gözəl əxlaqı əsla yaşaya bilməzlər. Quran əxlaqının tələb etdiyi yaxşılıqları, gözəllikləri heç vaxt yerinə yetirə bilməzlər. Buna görə də, din əxlaqının yaşanmadığı cəmiyyətlər hər cür əxlaqsızlığı, çirkinliyi qorxmadan, nəticəsini düşünmədən edən insanlardan ibarət olar.

Allah qorxusu olmayan bir insan rahatlıqla yalan danışar, oğurluq edər, rüşvət alar, insan öldürər, intihar edər, qumar oynayar, insanların haqqlarını tapdalayar və ədalətsizlik edər. Bunları ya açıqca edər, ya da öz aləmində qanuni zəminə oturdaraq bütün bu pislikləri edər. Qəzəbini boğa bilməz, kinlidir, qısqanclıq edər, insanları incidə biləcək sözləri rahatlıqla söyləyər, fədakar deyil, öz mənfəətləri hər şeydən əvvəl gələr. Bu insanların arasında "mən dindar deyiləm, lakin pis insan da deyiləm, qəzəbli də…" deyənlər də ola bilər. Lakin elə gün gələr ki, bu insan özünü hövsələdən çıxardacaq bir hadisə ilə qarşılaşar, Allaha təvəkkül etmədiyi üçün qəzəblənər və özünü, boynuna heç götürmədiyi hər cür pisliyi etmə haqqına sahib görə bilər. Hətta zaman gələr, insan öldürər və ardınca da "amma layiq idi" deyə bilər. Bu, Allahdan qorxub çəkinən bir insanda əsla olmayacaq bir nəticədir. Çünki inanclı bir insan səbrlidir və Allahın etmə dediyi bir şeyi etməz. Buna görə də, əsla qəzəbinə təslim olmaz.

İnancsız bir insan "mən dinsizəm, lakin rüşvət almıram, dürüstəm" deyə bilər. Lakin bu, yalnız bir iddiadır. Çünki Allahdan qorxub çəkinməyən bu insan çətin vəziyyətdə qaldıqda hər pisliyi rahatlıqla edə bilər. Məsələn, "uşaqlarımı oxuda bilmək üçün rüşvət aldım" kimi öz ağlınca qanuni bir bəhanə uydura bilər. Halbuki dindar insan heç vaxt belə şey etməz. Axirətdə hesabını verə bilməyəcəyini bildiyi bir hərəkəti Allahdan qorxub çəkinən bir insan əsla etməz.

Oğurluq da bu səmimiyyətsiz rəftara çox gözəl nümunədir. Oğurluq kimi cəmiyyətin əksəriyyəti tərəfindən xoş qarşılanmayan bir cinayət belə bu şəxslər arasında, bəzi şərtlərdə qanuni görülə bilər. Məsələn, otellərdən, restoranlardan dəsmal, çəngəl-bıçaq kimi əşyalar götürmək oğurluq hesab edilməz. Halbuki din əxlaqına görə bu, istənilən halda əxlaqsızlıqdır.

Məhz bütün bunlar Allahdan qorxub çəkinməyən insanların ortaq xarakteridir. Bu xarakteri izah etmək üçün başqa yüzlərlə nümunə verilə bilər. Belə insanlar gözəl əxlaq göstərmək üçün əsla iradələrindən istifadə etməzlər. Lakin özləri üçün mənfəət olduqda bəzi fədakarlıqlar edə bilərlər. Həmçinin bu fədakarlıq həmin mənfəətin bitməsi ilə sona çatar. Halbuki dindar insanın iradəsi olduqca güclüdür. Allah qorxusu bunu tələb edər. Bu qorxu, din əxlaqının cəmiyyət üçün yaratdığı etibarlı mühitlərin də zəmanətidir.

Ailə mühitinin əsasında dayanan vəfa, bağlılıq, sevgi və hörmət kimi dəyərlər də dinsiz cəmiyyətdə ortadan qalxar. Gözəl əxlaqın gətirdiyi bu davranışları heç bir qarşılıq gözləmədən yaşayanlar, yalnız Allahdan qorxan və bütün etdiklərinin hesabını axirətdə verəcəklərini bilən inanclı insanlardır.

Mərhəmət, sevgi və fədakarlıq üzərində qurulan, Quran əxlaqına əsaslanan ailələr cəmiyyətin gələcəyi və dincliyi baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Lakin bu dəyərlərin ortadan qalxdığı dinsiz mühitlərdə, cəmiyyətin təməl dirəyi olan ailə dəyərləri korlandığından həmin cəmiyyət də korlanar.

Qurana tabe olmaqla əldə edilən bu dinc mühitləri yaratmaq, ancaq insanların Allah inancı və qorxusuyla mümkün ola bilər. Bunlar qəti olan AÇIQ-AYDIN həqiqətlərdir.

Dinsizliyin hakim olduğu cəmiyyətlərdə ictimai anarxiya yaranar. Zəngin kasıbı əzər, kasıblar da onlara kin saxlayar, müdir işçiyə, işçi də müdirə qarşı anlayışsız və təcavüzkar münasibət göstərər. Ehtiyac içində olan insanlara mərhəmət yox, tam əksinə qəzəb duyular. Ata uşağı, uşaq da atası ilə təcavüzkar rəftar edər.

Qəzetlərdə bir gün belə əskilməyən cinayət və intihar xəbərlərinin qaynağını həmişə dinsizlik meydana gətirir. Yalnız qəzəbləndiyi, kin bəslədiyi və ya həmin insanın ölümündən mənfəət əldə edə biləcəyi üçün, gözünü belə qırpmadan soyuqqanlılıqla adam öldürən bir insan, əlbəttə ki, axirətdə bu etdiklərinin hesabını verəcəyini düşünmür. Allahdan qorxub çəkinməyən bir insanın rahatlıqla işləyəcəyi bu cinayətlər, bütün cəmiyyətin nizamını pozacaq, dincliyini yox edəcək davranışlardır.

Belə cəmiyyətlərdə köməkləşmə və səxavət kimi anlayışlar yox olmuşdur. İnsanlar bir-birini himayə etməz, bir-birinin sağlamlıqlarını, rahatlıqlarını əsla düşünməz və insanlara toxuna biləcək zərərlərin qarşısını almağa heç çalışmazlar. Məsələn, yolda özündən gedərək yerə yıxılan bir insana lazımi diqqət göstərilməz, insanlar öz başlarının çarəsinə baxmağa buraxılarlar. Hər kəs bir-birindən maksimum faydalanmağa çalışar, buna görə də, bir-birlərinə "fırıldaq gəlməkdən" çəkinməzlər. Benzin satan benzinə su qatar, vaxtı keçmiş bir məhsulu verməkdən çəkinməz… Göstərilən xidmətlər də həmişə məhdud olar, həkim ancaq çox yaxşı xəstədirsə lazımi qayğını göstərər, ancaq yaxşı pul qazanacağını düşünsə yaxşı xidmət edər. Nəticədə bəzi insanlar yalnız dünyəvi mənfəətdən söhbət getdikdə bəzi fədakarlıqlara qatlana bilər.

Göründüyü kimi, din əxlaqının yaşanmadığı hər yerdə ictimai problemlər, əxlaqsızlıqlar bitmək bilməz. O zaman Allahın insanlar üçün seçdiyi və bəyəndiyi din əxlaqına təslim olmağın vacib olduğunu və ancaq bu yolla hüzur və dincliyin əldə edilə biləcəyini əsla anlamazlıqdan gəlməyin. Eləcə də, ancaq Allahın əmrlərinə tabe olaraq keçirdiyiniz bir ömürün axirətdə də hesabını rahat şəkildə verə biləcəyinizi düşünün.

Dinsizliyin gətirdiyi pis əxlaq, əvvəla insanların öz dincliyini pozar, qəlblərində böyük sıxıntı yaradar. Məsələn, qısqanc olan və bununla yanaşı ətrafındakı insanlara pislik edən bir insan üçün yaşadığı qəzəb, çəkdiyi vicdan əzabı və qısqanclığın qəlbində yaratdığı təzyiq çox sıxıntı vericidir. İnsanın bəslədiyi qısqanclıqdan çox vaxt qarşı tərəfin xəbəri belə olmaz, olsa da bundan zərər görməz. Dolayısilə, insanın keçirdiyi qısqanclıq hissindən geriyə yalnız həmin insanda buraxdığı vicdan əzabı və qəzəb qalar. Bu da dinsizliyin insanda yaratdığı sıxıntılı ruh hallarından biridir. Allah bir ayəsində din əxlaqından uzaq insanların sıxıntısına belə diqqət çəkmişdir:

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü islama açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o göyə çıxırmış kimi dar və sıxıntılı edər. Allah iman gətirməyənlərin üstünə belə murdarlıq çökdürər. (Ənam surəsi, 125)

Dindar insanlar isə bir-birlərinin gördüyü gözəl və xeyirli işlərdən məmnun qalar, bir-birlərinin gözəl yönlərindən zövq alarlar. Bir insanın gözəlliyi inanclı bir insana Allahın yaratma gücünü xatırladar və Onu tərifləməsinə səbəb olar. Halbuki din əxlaqından uzaq mühitdə qısqanclıq nəticəsində deyilən incidici sözlər, qoyulan ləqəblər, edilən dedi-qodular, həmişə gərgin mühit yaradır. Məhz dinsizliyin insanlarda yaratdığı təxribatçı, dözülməz və qeyri-sabit xarakter bütün bunları edən şəxslərin özlərinə böyük sıxıntı olaraq geri qayıdar. Yəni bu insanlar açıqca öz-özlərinə zülm edərlər. Rəbbimiz bir ayədə belə buyurmuşdur:

...Lakin insanlar, öz nəfslərinə zülm edirlər. (Yunis surəsi, 44)

Allahdan qorxub çəkinən insan hadisələr qarşısında hər zaman səbrli davranar. Çətinliklər heç vaxt onu ruhdan salmaz, əhvalını korlamaz. Allaha təvəkkül etdiyinə görə, hər cür hadisəni əzmkarlıq və mətanətlə qarşılayar. Dinin insanlara gətirdiyi təvəkküllü və hüzurlu ruh halına sahib olduğu üçün, hadisələri ağılla qiymətləndirər və nəticəyə gələr. Lakin dinsizliyin gətirdiyi təvəkkülsüzlük, çətinlik və batil qorxularla dolu ruh halına sahib insanlar əsla gözəl həyat yaşaya bilməzlər. Nə cəmiyyətlər, nə də cəmiyyətdəki fərdlər dindən uzaq yaşanılan mühitdə “rahat” ruh halına sahib ola bilməzlər. Allahın bir ayədə də bildirdiyi kimi, ...qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar", (Rəd surəsi, 28)

Elə isə, dinsizliyin cəmiyyətlərin bütün gözəl və insani duyğularını yox etməsi həqiqəti üzərində mütləq düşünüb nəsihət qəbul edib və Allahın hökmünə təslim olmayan insanların dünyada da, axirətdə də çətinlik və peşmançılıq içində həyat yaşayacaqlarını anlamazlıqdan gəlməyin.

]]>
http://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/246248/butun-pisliklərin-mənbəyinin-dinsizlik-oldugunuhttp://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/246248/butun-pisliklərin-mənbəyinin-dinsizlik-oldugunuhttp://imgaws1.fmanager.net/Image/objects/39-sakin-anlamazliktan-gelmeyin/11602_BUTUN_KOTULUKLERIN_KAYNAGININ_DINSIZLIK_OLDUGUNU_SAKIN_ANLAMAZLIKTAN_GELMEYIN.jpgSat, 15 Apr 2017 10:51:09 +0300
Allahın Gözəl Əxlaqlı Olmağı Əmr Etdiyini Anlamazlıqdan Gəlməyinİnsanın yaradılışı din əxlaqına uyğundur. Eləcə də, Allah insanlara yaradılışlarına ən uyğun olan əxlaqı öyrətmək üçün Quranı endirmişdir. İnsan ancaq Allahın kitabındakı əmr və tövsiyələri yerinə yetirdikdə və Allahın çəkindirdiyi şeylərdən çəkinib bu sərhədləri aşmadığı zaman rahat, xoşbəxt və dinc olar. Bir ayədə Rəbbimiz belə buyurur:

O zaman, sən üzünü hənif kimi dinə, Allahın o fitrətinə çevir! Belə ki, insanları bunun üçün yaratmışdır. Allahın yaratması üçün heç bir dəyişdirmə yoxdur. Məhz dimdik ayaqda duran din budur. Lakin insanların çoxu bilməz. (Rum surəsi, 30)

Allahın sərhədlərini aşanlar və Quranda öyrədilən əxlaqı görməzlikdən gələnlər isə, təsviredilməz sıxıntı içində yaşayarlar. Çünki cahil cəmiyyətlərdə insanların doğru-yanlış meyarları insandan-insana dəyişər və bir-birindən fərqli milyonlarla düzgünlük meyarı mütəmadi surətdə bir-biri ilə ziddiyyət təşkil edər. Hər kəs "məncə" deyərək öz mənfəətinə ən uyğun fikri irəli sürər və yenə öz mənfəətinə görə hərəkət edər. Halbuki Quran bütün insanları tək bir doğruya, Allahın doğru yoluna yönəldər. Qurandakı yaxşı əməl anlayışı isə belədir:

Yaxşı əməl, üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, mala olan sevgisinə baxmayaraq, onu yaxınlara, yetimlərə, kasıblara, yolda qalanlara, istəyənə və kölələrə (azad edilmələri üçün) sərf edən, dümdüz namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşün qızışdığı vaxtlarda səbr edənlərin (münasibət və davranışlarıdır). Məhz bunlar, düzgün olanlardır və müttəqi olanlar da bunlardır. (Bəqərə surəsi, 177)

Qurana tabe olan insanlar Allahı mümkün qədər ən çox şəkildə razı salmağa və Onun məmnuniyyətini qazanmağa çalışarlar. Bunun üçün də, Rəbbimizin Quranda xəbər verdiyi şəkildə həmişə gözəl əxlaq göstərər, xeyir və gözəllik ardınca gedərlər. Heç bir qarşılıq və təqdir gözləmədən fədakarlıq edər, Allahın əmrinə uyğun olaraq pisliyi yaxşılıqla uzaqlaşdırarlar. Hər sözləri, qərarları, rəftarları, reaksiyaları Allah qorxusuna əsaslandığından həyatlarının hər anında ola biləcək ən gözəl əxlaqı göstərərlər.

Lakin din əxlaqından uzaq yaşayan insanlarda Allah qorxusu olmadığı üçün bu insanları pislikdən əngəlləyən hər hansı səbəb də yoxdur. Bir dəfə dünyaya gəldiyinə və təxminən üç, beş, on il ömür sürüb ardınca ölümlə birlikdə yox olacağına inanan bir insanın fədakar olması, səbrli olması, qarşılıq gözləmədən yaxşılıq etməsi, bir sözlə, gözəl davranışlar göstərməsi üçün, özünə görə bir səbəbi yoxdur. Tam əksinə o, bunların hər birini itki və ya saflıq kimi qiymətləndirəcək. Yenə eynilə öz mənfəətlərinə nail olmaq üçün də heç bir əngəl görməyəcək. Çünki dünyada qarşılıq alacağına inanmadığı kimi axirət inancına da sahib deyil. İnsan, nəticəsində mütləq ziyana uğrayacağı şeydən çəkinər, hələ şiddətli əzabla qarşılıq görəcəyini bilsə, o zaman o hərəkəti etməyə heç cürət etməz. Lakin dindən uzaq yaşayan insanlarda bu çəkinmə hissi yoxdur. Allah qorxusunun olmadığı bir cəmiyyətdə insanlar hər cür pisliyə və degenerasiyaya meyllidir.

Bütün bunların nəticəsində gözəl əxlaqın ancaq Allahın sərhədlərini qorumaqla yaşanacağını, bunun əksi olduqda isə, necə bir mühit yaranacağını əsla anlamazlıqdan gəlməyin. Əgər dünyada da gözəl həyat yaşamaq istəyirsinizsə, mütləq Allahın dininə yönəlmənizin vacib olduğunu görməzlikdən gəlməyin.

Allahın məmnun olacağı əxlaqın ən əsas göstəricilərindən biri, insanın Allaha qarşı olan səmimiyyəti və dürüstlüyüdür. İnsan heç kimə qarşı deyil, yalnız Allaha qarşı məsuldur və axirətdə özünü hesaba çəkəcək olan da Allahdır. O zaman, bəzi dünyəvi mənfəətlər uğruna, Allahı unudub insanların razılığı üçün bəzi yalanlara, səmimiyyətsiz rəftarlara müraciət etmək mənasızdır. Allah hər şeyi gördüyü, eşitdiyi və şahidlik etdiyi halda, əsla səmimi və dürüst olmaqdan başqa yolunuzun olmadığını anlamazlıqdan gəlməyin.

Həmçinin gözəl əxlaqın ən diqqətçəkən göstəricilərindən biri də təvazökarlıqdır. Təkəbbürlə gözəl əxlaqın birlikdə yaşanması qeyri-mümkündür. Təkəbbürlü bir insanın insanlara gözəl söz söyləməsi, sevgi və hörmət bəsləməsi, fədakarlıq etməsi və ya dostcasına rəftar göstərməsi qeyri-mümkündür. Halbuki insan bilməlidir ki, özündə qürurlana biləcəyi heç nəyi yoxdur. Qürurlandığı şey malı isə, göylərdə, yerdə və bu ikisi arasında olan bütün mülk onsuz da Allahındır. Zəka, gözəllik, qabiliyyətdirsə, bunları insana verən də Allahdır və istədiyi zaman dərhal almağa qadirdir. Üstəlik, insan ölümlü varlıqdır. Allah canını aldıqda, o, özünə müvəqqəti olaraq əmanət verilən hər şeyi əsil sahibinə təslim edib tək-tənha Allahın hüzuruna gedəcək. Eləcə də, Quranda bildirildiyi kimi, dünyada təkəbbür göstərənlər axirətdə boyun bükmüş şəxslər olaraq cəhənnəmə girəcəklər.

Həqiqət budur. İnsanın qürurlana biləcəyi heç nə yoxdur. Nə qədər zəngin, nə qədər gözəl, nə qədər məşhur, nə qədər etibar görən bir insan olsanız da bunu əsla anlamazlıqdan gəlməyin... İnsana yalnız Allahın məmnuniyyəti üçün göstərəcəyi gözəl əxlaq və gözəl təslimiyyət fayda qazandıracaq.

Allah Quranda gözəl əxlaqla bağlı bir çox təfərrüat bildirmişdir. Allaha könüldən bağlanan və hesab verəcəyini bilən hər insanın sahib olduğu bu əxlaqın əsas xüsusiyyətlərini belə sıralaya bilərik:

◉ Etibarlıdır,

◉ Pisliyə qarşı ən gözəl qarşılığı verər,

◉ Daim xeyrlərdə və gözəlliklərdə yarışar,

◉ Xoşgörüşlü və bağışlayıcıdır,

◉ Möminlərə qarşı mərhəmətli və mülayimdir,

◉ Qəzəblənməz,

◉ Etdiyi yaxşılıq və köməklər üçün qarşılıq gözləməz,

◉ Etidallı xarakter göstərər,

◉ Lağlağılıq, qısqanclıq, eqoistlik kimi xüsusiyyətlərdən uzaq durar,

◉ İnsanları maddi dəyərlərə görə deyil, yalnız əxlaqlarına və təqvalarına görə qiymətləndirər,

◉ İnsanlara gözəl söz söyləyər,

◉ Sözünə və əmanətlərinə sadiqdir,

◉ Doğru şahidlik edər,

◉ Boş və faydasız şeylərdən üz döndərər,

◉ Lazım gəldikdə hər cür fədakarlıq edər,

◉ Uzlaşdırıcıdır,

◉ Göstəriş etməkdən uzaq durar,

◉ Səbrlidir

◉ Təvazökardır...

Yuxarıda sadaladıqlarımız yalnız müəyyən mömin xüsusiyyətləridir. Allah insanları bütün bunlara görə sorğu-sual edəcək. Dünyada bu üstün əxlaqı yaşayan insanları isə həm dünyada, həm də axirətdə gözəl həyatla mükafatlandıracaq. Allah iman gətirən qullarını belə müjdələyir:

(Allahdan) çəkinənlərə: "Allah nə nazil etmişdir?" deyildikdə, onlar: "Xeyir nazil etmişdir!" dedilər. Bu dünyada gözəl rəftarlar göstərənlər üçün gözəl mükafat hazırlanmışdır, axirət yurdu isə daha xeyirlidir. Təqva sahiblərinin yurdu necə də gözəldir. Ədn bağları; onlar ona girərlər, onun ağacları altından çaylar axar. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Məhz Allah təqva sahiblərini belə mükafatlandırar. (Nəhl surəsi, 30-31)

Xeyr! Kim (gözəl rəftar göstərib və) yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 112)

Hansı şərtlər altında olsanız da, ilk növbədə öz axirətiniz üçün gözəl əxlaq göstərməkdən güzəştə getməməyinizin vacib olduğunu əsla anlamazlıqdan gəlməyin.

]]>
http://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/246245/allahin-gozəl-Əxlaqli-olmagi-Əmrhttp://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/246245/allahin-gozəl-Əxlaqli-olmagi-Əmrhttp://imgaws1.fmanager.net/Image/objects/39-sakin-anlamazliktan-gelmeyin/11601_ALLAH_IN_GUZEL_AHLAKLI_OLMAYI_EMRETTIGINI_SAKIN_ANLAMA.jpgSat, 15 Apr 2017 10:48:19 +0300
Vicdanınızın Səsini Anlamazlıqdan Gəlməyinİnsan dünyada yaşadığı müddət boyu başına gələn hər hadisədə verdiyi reaksiyalarla və içindən keçirdiyi düşüncələrlə sınanar. Bu sınaq zamanı qarşısında hər zaman iki seçim haqqı olar: Ya daim pisliyi əmr edən nəfsinin səsinə, ya da özünü bu pisliklərdən çəkindirən vicdanının səsinə uymalı olar. Allah, insanın içindəki bu iki səsə ayələrdə diqqət çəkir:

Nəfsə və ona “müəyyən nizam içində biçim verənə”, Sonra ona fücurunu (sərhəd tanımaz günah və pisliyini) və ondan çəkinməyi ilham edənə (and olsun). (Şəms surəsi, 7-8)

Ayədə də bildirildiyi kimi, nəfs insanı ən kiçiyindən ən böyüyünə qədər yaşadığı hər hadisədə Allahın sərhədlərini aşmağa, üsyana və pisliyə çağırar. İnsanın öz istək və arzularını ön plana çıxardaraq, Allahın rizasını görməzlikdən gəlməsini istəyər. Həmçinin bunu da çox müxtəlif bəhanələr irəli sürərək hiyləgərcəsinə edər. Belə ki, əgər insan vicdanını dinləməsə, nəfsinin fısıldadıqlarına asanlıqla aldanar.

Halbuki, şərtlər və tələblərin nə olmasından asılı olmayaraq, vicdan insan ömrünün sonuna qədər bir an belə susmaz. Nəfs həmişə bəzi bəhanələr gətirsə belə, vicdan mütəmadi şəkildə insana nəyin doğru, nəyin yanlış olduğunu açıqca söyləyər. Bu, Allahın insan üçün yaratdığı mükəmməl sistem və böyük nemətdir. Hansı hadisə ilə qarşılaşırsa da, dünyanın harasına getsə də, hansı mədəniyyətdən olsa da, hər insan içində daim müraciət edə biləcəyi düzgünlük rəhbərinə sahibdir.

Unutmayın, siz də bu düzgünlük rəhbərinə sahibsiniz. O zaman, əsla içinizdəki bu səsin söylədiklərini anlamazlıqdan gəlməyin.

Üstəlik, vicdan təkcə möminlərə məxsus ilham deyil. Bu səs inkarçılar da daxil olmaqla, hər insanın içində var. Lakin möminlərin fərqi, həyatlarının hər anında vicdanlarından istifadə etmələri və onun səsini dinləmələridir. İnkarçılar isə özlərinə haqqı göstərdiyi halda vicdanlarının səsini dinləməyib nəfslərinin istək və arzularına tabe olarlar. Allah bu mövzuya Quranda hz. İbrahimlə əlaqədar bir hekayədə diqqət çəkmişdir. Hz. İbrahim, qövmünün sitayiş etdiyi bütləri, ən böyükləri istisna olmaqla, parça-parça etdikdən sonra qövmüylə aralarında belə söhbət keçmişdir:

Onlar dedilər: "Ey İbrahim, bunu ilahlarımıza sən etdin?" İbrahim dedi: "Xeyr, bu etmişdir, bu onların ən böyüyüdür. Əgər danışa bilirsə özündən soruşun". Bundan sonra öz vicdanlarına müraciət edib: "Həqiqət budur ki, zalım olan sizlərsiniz (bizik)" dedilər. Sonra yenə öz bildiklərinə qayıdıb dedilər: "And olsun ki, bunların danışa bilməyəcəklərini sən də bilirsən". (Ənbiya surəsi, 62-65)

Bu söhbəti edən insanlar, bir qədər sonra hz. İbrahimi oda atmağa qərar verən insanlardır. Allahın onları hidayət etməsi üçün göndərdiyi peyğəmbərlərini oda atmağa cürət edəcək qədər zalım olan bu insanların da vicdanları, haqqı onlara bu qədər açıq şəkildə söyləyir. Lakin ayədə xəbər verildiyi kimi, bu insanlar vicdanlarının səsini duyduqları halda, “öz bildiklərinə qayıtmış”, eləcə də, həqiqəti görməzlikdən və anlamazlıqdan gəlmişdirlər. Başqa ayədə deyildiyi kimi, "kor və kar" olmuşdurlar. (Maidə surəsi, 71)

Hər insan kimi sizin də içinizdə vicdan və nəfs bir yerdədir. Siz də qarşılaşdığınız hər hadisədə vicdanınızın və nəfsinizin səslərini eşidirisiniz. Əgər Allahı razı salmaq, doğruya nail olmaq istəyirsinizsə, əsla vicdanınızın səsini eşitməzlikdən, anlamazlıqdan gəlməyin.

İnsan içindəki səsləri bir-birinə qarışdırmaqdan, hansının doğrunu, hansının yanlışı söylədiyini anlaya bilməməkdən narahatlıq duya bilər. Lakin bilmək lazımdır ki, vicdan doğrunu gördükdə bir an belə tərəddüd etməz, heç vaxt insanı qərarsızlıq içində buraxmaz və doğrunu dərhal söyləyər. Lakin vicdanın səsindən dərhal sonra nəfs fəaliyyətə başlayar və vicdanın söylədiyini insana etdirməmək üçün, müxtəlif bəhanələr uydurar. Yəni bir insanın qarşılaşdığı bir hadisə qarşısında duyduğu ilk səs vicdanının səsidir. Arxasından gələn bütün bəhanələr, mənfi şeylər isə nəfsdən qaynaqlanır. Siz eşitdiyiniz anda, Allah rizası üçün ən gözələ çağıran o ilk səsin vicdanınıza aid olduğunu anlamazlıqdan gəlməyin.

Əgər insan vicdanından istifadə etməsə və o ilk səsi dinləməsə, bir müddət sonra sanki nəfsinin əsiri olar və hər cür pisliyi etməyə hazır ola bilər. Bu, tamamilə öz seçimi olduğundan imtahanında da məğlub olar, nəfsinin istəkləri və qüruruna görə sonsuza qədər cəhənnəmdə yaşamağa məhkum olar. Çünki insan Allaha qulluq etmək məsuliyyətini daşıyır və qulluq da ancaq vicdana uymaqla mümkündür. Bunu anlamazlıqdan gələnlərin sonunu isə, Allah, yuxarıda göstərdiyimiz nəfslə bağlı ayələrin davamında “məhv olmaq” kimi xarakterizə etmişdir:

Onu təmizləyən həqiqətən nicat tapmışdır. Və onu (üsyanla, günahla, pozulmalara) əhatə edən isə, əlbəttə, məhv olmuşdur. (Şəms surəsi, 9-10)

Hər kəs peşmançılığın nə qədər can yandıran bir duyğu olduğunu bilər. Məhz bu duyğunun təməlində vicdanın sözünün dinlənməməsi dayanar və bu, insan üçün Allahdan olan bir xəbərdarlıq səciyyəsi daşıyar. Bəzən insan yanlış seçimindən imtina edənə qədər də bu peşmançılıq ondan əl çəkməz, mənəvi əzaba çevrilər. Elə isə siz vicdan əzabı çəkdiyiniz zaman bunu anlamazlıqdan gəlməyin. Bu bir yerdə səhv etdiyinizin göstəricisidir və harada, hansı nöqtədə səhv etdiyinizi də sizə söyləyəcək olan yenə vicdanınızdır. Dünyada peşmançılığı yox etmək imkanı olduğu halda, bu fürsəti əldən verməyin. Çünki axirətdəki peşmançılıq dözülməz ölçülərdədir və sonsuza qədər də insanın yaxasını buraxmayacaq.

Nəfsiniz istəməsə də, bəzən sizə çətin göstərməyə çalışsa da, vicdanınızın sizə daim doğrunu söylədiyini əsla anlamazlıqdan gəlməyin. Əgər siz vicdanlı olsanız, bilin ki, Allah sonsuz vicdan sahibidir; nəfsinizdən qorunaraq və vicdanınıza uyaraq etdiyiniz zərrə qədər yaxşılığınızın qarşılığını sizə tam şəkildə verəcək. Lakin vicdanlarının səsini dinləməyənlər, əlbəttə ki, dinləyənlərlə bir tutulmayacaq.

]]>
http://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/246212/vicdaninizin-səsini-anlamazliqdan-gəlməyinhttp://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/246212/vicdaninizin-səsini-anlamazliqdan-gəlməyinhttp://imgaws1.fmanager.net/Image/objects/39-sakin-anlamazliktan-gelmeyin/11600_VICDANINIZIN_SESINI_SAKIN_ANLAMAZLIKTAN_GELMEYIN.jpgSat, 15 Apr 2017 10:21:17 +0300
Quranın Haqq Kitab Olduğunu və Ondan Hesaba Çəkiləcəyinizi Anlamazlıqdan Gəlməyinİman gətirən bir insanın etməli olduğu ilk şey, özünü və hər şeyi yaradan Rəbbimizin qarşısındakı məsuliyyətlərinin nə olduğunu öyrənməkdir. Həmçinin bunu öyrənə biləcəyi mənbə də Qurandır. Allah, seçib bəyəndiyi dininin hökmlərini, sərhədlərini Quranda bütün insanlara bildirmişdir. Peyğəmbərimiz də bu hökmləri bizə açıqlamışdır. İnsanlar ancaq Allahın əmr etdiyi bu hökmlərə tam şəkildə əməl etməklə xilas ola bilərlər. Axirətdə, bu sərhədləri böyük şövqlə qoruyan, bütün həyatı boyu özünü yaradan Allahın razılığını qazanmağa çalışmış bir insan ilə, bu sərhədləri görməzlikdən gəlib, öz istəkləri uğrunda dünya həyatını başa vurmuş bir insanın görəcəyi qarşılığın eyni olmayacağı AÇIQ-AYDIN ortadadır.

Dolayısilə, insanın ən böyük məsuliyyəti Allahın Kitabında bildirilənləri və Peyğəmbərimizin sünnəsini tətbiq etməkdir. Allah hesab günü insanları Qurana uyub-uymadıqları mövzusunda sorğu-suala çəkəcək:

O zaman, özünə vəhy edilənə möhkəm sarıl! Çünki, sən dosdoğru yoldasan. Həmçinin, bu, (Quran) sənin və qövmün üçün həqiqətən bir zikirdir. Siz (ondan) sorğu-suala tutulacaqsınız. (Zuxruf surəsi, 43-44)

Məhz buna görə də, bütün insanların yalnız Allahın çağırışına cavab vermələrinin və bunun üçün də Quranı çox yaxşı bilmələrinin vacib olduğunu əsla anlamazlıqdan gəlməyin.

İnsanın sonsuz həyatını qurtaracaq hər cür çıxış yolunu özündə saxlayan və bəyan edən Quran, xəbərdar edən, xatırladan və nəsihət verən bir kitabdır. Allah Quranın bu xüsusiyyətlərini bir çox ayəsində bildirmişdir:

Məhz bu (Quran), xəbərdar edilib qorxudulsunlar, həqiqətən Onun tək İlah olduğunu bilsinlər və təmiz ağıl sahibləri yaxşı şəkildə nəsihət alıb düşünsünlər deyə bir bildirişdir. (İbrahim surəsi, 52)

Bu, (Quran) insanlar üçün bir bəyan, çəkinənlər üçün isə, hidayət və nəsihətdir. (Ali İmran surəsi, 138)

Həqiqət (budur ki,) o, (Quran), əlbəttə, bir nəsihətdir! Artıq kim istəsə, nəsihət qəbul edib düşünər. (Müddəssir surəsi, 54-55)

Allahın Quranda insanlara verdiyi nəsihətlər, etdiyi xəbərdarlıqlar, şübhəsiz ki, çox böyük əhəmiyyət daşıyar. İnsanlar bunlara görə həyatlarını nizama salmalıdırlar. Əks halda qarışıqlığın yaşandığı, narahatlıqla dolu, harama, halala diqqət yetirilmədiyi üçün etibarsız, bir-birlərinin haqqını tapdalayan insanlardan ibarət olan cəmiyyətlər yaranar. Məhz buna görə də, Allahın ayələrinin hər birinin tətbiq olunması çox böyük əhəmiyyət daşıyar. Allahdan qorxub çəkinən insanlar Qurandakı xəbərdarlıqları, Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini çox böyük diqqətlə icra edər və nəsihət qəbul edib düşünərlər. Quranın bu hökmlərini anlamazlıqdan gələrək davam etdirilən və insanların öz doğrularına görə yaşadıqları bir həyatın, insanı əsla xilas etməyəcəyi isə AÇIQ-AYDINDIR.

Siz bu insanların etdiyi səhvləri təkrarlamayın. Quranı və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini özünüzə rəhbər tutmağınızın vacib olduğunu, Quranın bütün insanlar üçün nəsihət, xəbərdarlıq və xatırlatma olduğunu əsla anlamazlıqdan gəlməyin.

Allahın Quranda bildirdiyi hər ayə olduqca aydın və açıqdır. Bir insan: "Quranı oxudum, lakin anlaya bilmədim" deyərək məsuliyyətdən qaçmağa çalışdıqda, əsla hesabını verə bilməyəcəyi bir hərəkət etdiyini bilməlidir. Quran ayələri, Allaha səmimiyyətlə yönələn hər kəsin rahatlıqla oxuyub anlaya biləcəyi və tətbiq edə biləcəyi şəkildədir. Əlbəttə ki, hökmlərin rahatlıqla başa düşülməsi, özüylə birlikdə bunlara əməl etmə məsuliyyəti də gətirir. Həmçinin bu AÇIQ-AYDIN həqiqəti anlamazlıqdan gəlmək, ayələri anlaya bilmədiyini iddia etmək olduqca vicdansız rəftar olacaq. Allah Quranın olduqca aydın olduğu həqiqətini ayələrində belə xəbər vermişdir:

Allahdan başqa hakim mi axtarım? Halbuki, O, Kitabı sizə açıqlanmış halda nazil etmişdir. Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən haqq olaraq nazil edilmişdir. O zaman, əsla şübhə edənlərdən olma. (Ənam surəsi, 114)

Məhz Biz onu (Quranı) açıq-aydın ayələr kimi nazil etdik; şübhəsiz ki, Allah istədiyi kəsi doğru yola yönəldər. (Həcc surəsi, 16)

Əsla Allahın Quranda bildirdiyi hökmlərin çox aydın və asan olduğunu anlamazlıqdan gələrək, sonradan peşmançılıq duyacağınız bir yolu tutmayın.

Allah Quranı qorumuşdur və Quranın hökmləri 1400 ildir ki, heç bir dəyişikliyə uğramadan dövrümüzə qədər gəlmişdir. Allah bu həqiqəti ayələriylə bizə bildirir:

Şübhəsiz ki, Zikri Biz nazil etdik, Biz, onun qoruyucuları da həqiqətən Bizik. (Hicr surəsi, 9)

Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Biləndir. (Ənam surəsi, 115)

Allahın bu vədləri iman gətirənlər üçün kifayətdir. Lakin Allah bunlardan başqa Qurana bəzi elmi, rəqəmli möcüzələr qoyaraq, onun haqq kitab olduğunu insanlara bir daha göstərmişdir. Quran 1400 il əvvəl vəhy edilmiş olmasına baxmayaraq, 1400 il əvvəl qətiyyən məlum olmayan, dövrümüzdə elmin və texnologiyanın son imkanlarından istifadə edilərək tapılmış bir çox elmi həqiqəti insanlara bildirir. Alimlər bu mövzunu araşdırdıqca hər keçən gün yeni bir möcüzəylə qarşılaşırlar (ətraflı məlumat üçün baxın: “Quran elmə yol göstərir”, Harun Yəhya).

Elmi möcüzələrdən başqa indiyə qədər müəyyən edilən Quran möcüzələrindən biri də 19 ədədinin ayələrə şifrli şəklində yerləşdirilməsidir. Bu mövzudakı bir çox nümunədən bir neçəsi belədir:

◉ Hər surənin başlanğıcında olan "bəsmələ" 19 hərfddən ibarətdir.

◉ Quran 114 surədən ibarətdir və 114 isə 19-un 6 mislidir.

◉ 19 və 19-un misli olan ayələrdə keçən Allah sözlərinin ümumi sayı 133, yəni 19-un 7 mislidir.

◉ İlk vəhy olan surə (96-cı surə) axırdan 19-cu surədir.

◉ Quranın ilk vəhy edilən ayələri 96-cı surənin ilk 5 ayəsidir və bu ayələrdəki ümumi söz sayı 19-dur.

◉ Quranda 114 (19 x 6) bəsmələ var. Bu ədəd də 19-un 6 mislidir.

◉ "Rəhman" sözü isə Quranda 57 (19 x 3) dəfə işlənir.

Quranın başqa bir möcüzəsi isə, bəzi sözlərin təkrar saylarındakı diqqətçəkən yönlərdir. Bu möcüzəyə aid bir nümunə, Qurandakı təkrarlanan bəzi sözlərin verdiyi ortaq ədəddir. Bir-biriylə əlaqədar bəzi sözlər heyrətverici şəkildə eyni sayda təkrarlanır. Bunlardan bir neçəsini belə sıralaya bilərik;

◉ "Yeddi göy" ifadəsi 7 dəfə işlənir. "Göylərin yaradılışı (halku semavat)" ifadəsi də 7 dəfə təkrarlanır.

◉ "Dünya" və "axirət" sözləri 115 dəfə təkrarlanır.

◉ "Gün (yevm)" sözü tək halda 365 dəfə işləndiyi halda, cəm halda, yəni "günlər (eyyam və yevmeyn)" sözləri 30 dəfə təkrarlanır. "Ay" sözü isə 12 dəfə təkrarlanır.

◉ "Bitki" və "ağac" sözləri də eyni sayda təkrarlanır (26 dəfə).

◉ "De" sözlərini saydıqda çıxan nəticə 332-dir, "dedilər" sözünü saydıqda da eyni ədədi görürük.

◉ "Şeytan" sözü 88 dəfə işlənir. "Mələk" sözü də 88 dəfə təkrarlanır.

Quranın bu xüsusiyyətləri, onun Allah qatından endirilmiş olduğunu qəti şəkildə göstərir. Bu AÇIQ-AYDIN həqiqəti anlamazlıqdan gəlməyin.

Allah Quranı Öz qatından endirmişdir. O, bu bütün insanlar üçün bildiriş olma və rəhbərlik etmə xüsusiyyəti olan, eləcə də, insanlara Allahın dinini izah edən ilahi və çox uca kitabdır. Müxtəlif böhtanlar ataraq Qurana qarşı şübhələr yaratmağa çalışanlarla bağlı Allah Quranda belə buyurur:

Yoxsa: “Bunu özündən yalan olaraq uydurdu!” deyirlər. De: “Buna bənzər bir surə gətirin və əgər doğru danışırsınızsa, Allahdan başqa çağıra bildiklərinizi çağırın!” (Yunis surəsi, 38)

De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplansa (və onların bir hissəsi digər hissəsinə kömək etsə də) onun bənzərini gətirə bilməzlər. (İsra surəsi, 88)

Quranın bütün ilahi xüsusiyyətlərinə baxmayaraq, bunu anlamazlıqdan gələn inkarçılar, axirətdə hər şeyi daha yaxşı anlayacaqlar, lakin iş-işdən keçmiş olacaq. Siz əsla bu insanlar kimi şübhəyə qapılanlardan olmayın və Quranın Allahın haqq kitabı olduğunu, bənzərinin qətiyyən yazıla bilməyəcəyini anlamazlıqdan gəlməyin.

]]>
http://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/246209/quranin-haqq-kitab-oldugunu-vəhttp://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/246209/quranin-haqq-kitab-oldugunu-vəhttp://imgaws1.fmanager.net/Image/objects/39-sakin-anlamazliktan-gelmeyin/11599_kuran_in_hak_kitap_oldugunu_ondan_hesaba_cekileceginizi_sakin_anlamazl.jpgSat, 15 Apr 2017 10:19:10 +0300
Ölüm Həqiqətini Anlamazlıqdan GəlməyinÖlüm, istisnasız bu günə qədər yaşamış hər insanın mütləq qarşılaşdığı və bundan sonrakı insanların da qarşılaşacağı bir aqibətdir. Buna görə də dindən uzaq olan insanların düşünməkdən və danışmaqdan qaçdıqları bir mövzudur. Bu insanlar ölümün ardınca dünyada həvəslə bağlandıqları hər şeydən uzaqlaşacaqlarını, Allaha hesab verəcəklərini, cənnətin və cəhənnəmin varlığını ağıllarına gətirmək istəməzlər.

Bəs bu günə qədər ölümü dadmayan tək bir insan da olmamasına baxmayaraq, insanlar necə belə qafil davrana bilirlər? Sanki heç ölümlə qarşılaşmayacaqlarmış kimi, necə yaşaya bilirlər?

İnsanların zehinlərində qurduqları bəzi ssenarilər var. Məsələn, ölümün həmişə müəyyən yaşdan sonra başlarına gələcəyinə və o yaşa çatana qədər də hələ önlərində çox uzun müddət olduğuna özlərini inandırarlar. Halbuki demək olar ki, hər gün qəzetlərdə gənc yaşda ölən şəxslərin xəbərlərini görərlər, ölüm elanlarının tək bir gün belə əskilmədiyini bilərlər. Televiziyalarda və küçələrdə gördükləri cənazə maşınları, yanından keçib getdikləri böyük qəbiristanlıqlar bu insanlara davamlı ölümü xatırlatdığı halda bütün bunları anlamazlıqdan gələrlər.

Halbuki ölüm hər insanın bir addım irəlisindədir. İnsan bir an "yaşayıram" dediyi bir vaxtda, göz açıb yumduğu vaxt qədər qısa müddət sonra qarşısında canını almağa gəlmiş ölüm mələklərini görə bilər. Məhz bu andan etibarən sonsuz həyatını qurtarmaq üçün edə biləcəyi heç nə yoxdur. Qəflət içində keçirdiyi ömrü geri qaytarması da qeyri-mümkündür.

Siz əsla insanların düşdüyü bu dərin qəflətə düşməyin və ölümün təkcə bir anlıq keçid olduğunu, çox yaxın və qəti həqiqət olduğunu anlamazlıqdan gəlməyin.

İnsanlar ölümə qarşı bəzi tədbirlər alaraq ondan qaça biləcəklərini güman edərlər. Lakin bu, mənasız düşüncədir. İnsan harada olsa, nə qədər təhlükəsiz tikilidə yaşasa və yanında kimlər olsa da, ölümdən qaçması qeyri-mümkündür. Allah bu həqiqəti Quranda belə xatırlatmışdır:

De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (Cümə surəsi, 8)

Harada olursunuzsa olun, ölüm sizi haqlar. Hətta yüksək yerlərdə möhkəmləndirilmiş qəsrlərdə olsanız belə. Onlara bir yaxşılıq üz verdikdə: “Bu, Allahdandır!” deyər, bir pislik üz verdikdə isə: “Bu, səndəndir!” deyərlər. De: “Hamısı Allahdandır!” Lakin bu cəmiyyətə nə olur ki, heç bir sözü anlamağa çalışmırlar? (Nisa surəsi, 78)

Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz Bizə qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)

Hər an insanın ətrafında baş verən ölüm hadisələri, yaxınlarının yavaş-yavaş dünyadan ayrılması, ölümdən heç kimin qaça bilmədiyinin AÇIQ-AYDIN dəlilidir. Gənc, yaşlı, varlı, kasıb, gözəl, çirkin demədən ölümün insanı hər vaxt və hər yerdə haqladığını bilmək isə, insanın bu dünyaya bağlanmamasının və ölümdən sonrakı sonsuz axirət həyatı üçün hazırlıq görməsinin lazım olduğunu dərk etməsinə kömək edər.

Ölümün uzaq olduğunu düşünən bir insanın nə qədər böyük aldanış içində olduğunu əsla anlamazlıqdan gəlməyin. Eləcə də, bu açıq-aydın həqiqətin insana verdiyi şüur və vicdanla hər an ölə biləcəkmiş kimi, Allahın məmnun olacağı bir həyat yaşayın.

Gündəlik məşğuliyyətlər içində, hər səhər yuxudan oyanıb yeni bir günə başlaya bilərsiniz. Çox məşğul, həmişə müəyyən şeyləri başa çatdırmağa, müəyyən şeylər yaratmağa çalışan, gələcəklə bağlı yüzlərlə planı olan bir insan da ola bilərsiniz. Lakin bütün planlarınızı reallaşdırmağınızın qətiyyən mümkün ola bilməyəcəyi aydındır. Ölüm hər an qarşılaşıla biləcək, bütün planları alt-üst edə biləcək bir həqiqətdir və insan sanki geri sayırmış kimi, hər keçən saniyə ölüm anına doğru irəliləyir.

Elə isə bu AÇIQ-AYDIN həqiqəti anlamazlıqdan gələrək əsla ölümə qafil şəkildə yaxalanmayın. Ölümlə gözləmədiyiniz bir anda qarşılaşa biləcəyinizi anlamazlıqdan gəlməyin.

Din əxlaqından uzaq insanların hər zaman ölümlə bağlı yanlış düşüncələri olmuşdur. Bu düşüncələrdən biri Quranda belə xəbər verilir:

Və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik? Bizim əcdadlarımız da mı (dirildiləcək)?” De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da, bəlli günün müəyyən vaxtında mütləq toplanacaqlar”. (Vaqiə surəsi, 47-50)

Ayədə də diqqət çəkildiyi kimi ölüm, məzarın içində sonsuza qədər davam etdirilən, əbədi bir yuxunun başlanğıcı deyil. Ölüm, insanların dünyada etdikləri hər şeyin hesabını verib, sonsuz həyatlarını davam etdirmək üçün yerləşəcəkləri məkana keçməyi təmin edən bir qapıdır. İnsanların yalnız bədənləriylə və dünya ilə əlaqələrinin kəsildiyi an olan ölüm əsla hər şeyin sonu deyil, əksinə hər şeyin və əsil həyatın başlanğıcıdır.

Allah insanlara dünyada ölümü davamlı xatırlatmış, dünyanın müvəqqətiliyini göstərmiş, sonsuz həyatın varlığını və bu həyat üçün hazırlıq görməyin zəruri olduğunu bəyan edən elçilərini və hər şeyin açıqlayıcısı olaraq Quranı göndərmişdir. İnsanların da bütün bu xəbərdarlıqlara və xatırlatmalara görə həyatlarını nizamlamalarını istəmişdir. Ölüm anı, bütün bu nəsihətlərin hesabının veriləcəyi bir günün başlanğıcıdır. Elə isə ölümün sonsuz həyatın qapısından girişin bir açarı olduğu həqiqətini əsla anlamazlıqdan gəlməyin və dünya həyatınızı ölüm həqiqətini heç unutmadan yaşayın. Çünki bunu düşünmək hər insanı sonsuz həyatında hesabını rahatlıqla verə biləcəyi hərəkətləri etməyə yönəldər. İnsanın qurtulmasını təmin edəcək olan Allahın razılığı da ancaq bu yolla qazanılar.

Bəzi insanların həyatları boyu əldə etmək üçün səy göstərdikləri mal, mülk, ailə, etibar, mövqe, hakmiyyət kimi dəyərlər əslində yalnız dünya həyatına aiddir. Bütün bunların əllərindən çıxacağı və ya yox olacağı həqiqətinə baxmayaraq, bəzi insanlar özlərini ehtirasla bunlara qapılmaqdan saxlaya bilməzlər. Gün gələndə onsuz da bütün bunları dünyada qoyub gedəcəkləri həqiqəti, tam açıq olduğu halda, yenə də anlamazlıqdan gələr, unutmağa çalışarlar.

Bu ruh halı içərisində bəzi insanların dünyəvi ehtirasları daha da artar. Keçmiş zamanlarda yaşayan hökmdarların, fironların, hakmiyyət sahibi zənginlərin bəziləri mallarının özlərini ölümsüz edəcəyini zənn etmiş, hətta bəziləri öldükdən sonra mallarıyla birlikdə basdırılmaq istəmişdirlər. Bunu edənlər, həqiqətləri anlamazlıqdan gəlib belə dərin qəflətə düşənlər, qapıldıqları böyük yanlış fikirləri öldükdən sonra anlayacaqlar, lakin bu onlara fayda verməyəcək.

Halbuki AÇIQ-AYDIN olan ölüm həqiqətini düşünən insanın dünyəvi ehtirasları sönəcək və həmin insan artıq əsil və sonsuz həyatın olduğu axirət üçün çalışmağa başlayacaq. Siz də bu dünya malının dünyaya aid olduğu həqiqətini əsla anlamazlıqdan gəlməyin və bu səhvə yol verənlərin axirətdə yaşayacağı böyük peşmançılıqdan qorxub çəkinin.

Ömrü boyu ölümü özündən çox uzaq görərək düşünməyən, Allahın həyatı boyu göstərdiyi ibrətverici hadisələrdən lazımi nəticəni çıxartmayan, haqq çağırışlara cavab verməyən, xəbərdarlıqlar qarşısında qulaq tıxayan, beləliklə də, Allaha iman gətirmədən həyatını baş vurmuş bir insan düşünün. Yalnız öz nəfsinin istəklərinə uyaraq yaşayan, axirət üçün heç bir hazırlıq görmədən zamanını itirmiş bu insan, təbbi ki, ölümə də hazırlıqsız yaxalanacaq. O ankı peşmançılığıyla özünə bir haqq da verilməsini istəyəcək, lakin artıq geri dönüşü mümkün olmayan, qapıları bağlanmış bir qapıdan girmiş olacaq.

Siz, dünyada ölümün düşüncəsindən belə qaçan hər kəsin, o gün böyük dəhşətə gələcəyi həqiqətinə əsla anlamazlıqdan gəlməyin. İndi ölməyəcəyinizin zəmanətini sizə nə özünüzün, nə başqasının verə bilməyəcəyini bilən biri olaraq həyatınızı bu qəti həqiqəti unutmadan nizamlayın və Allahın razı olacağı bir insan olmağa çalışın. Peşmançılığın və tövbənin fayda vermədiyi o gün gəlmədən əvvəl...

Sizdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!” deməmişdən əvvəl sizə verdiyim ruzidən infaq edin. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır. (Münafiqun surəsi, 10-11)

Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Belə ki, geridə qoyduğumda (dünya həyatında) saleh əməllər edim”. Əsla! Həqiqətən bu, yalnız bir sözdür, bunu da özü söyləyir. Onların önündə dirildilib qaldırılacaqları günə qədər əngəl (bərzəx) var. (Muminun surəsi, 99-100)

Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrı-acılı əzab hazırlamışıq. (Nisa surəsi, 18)

 

]]>
http://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/245188/olum-həqiqətini-anlamazliqdan-gəlməyinhttp://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/245188/olum-həqiqətini-anlamazliqdan-gəlməyinhttp://imgaws1.fmanager.net/Image/objects/39-sakin-anlamazliktan-gelmeyin/11598_OLUM_GERCEGINI_SAKIN_ANLAMAZLIKTAN_GELMEYIN.jpgThu, 30 Mar 2017 16:27:40 +0300
Bu Dünyada Uzun Müddət Qalmayacağınızı Anlamazlıqdan GəlməyinDünyada gözəl və möhkəm olan hər şey, gün gələndə xarab olar, çürüyər və ya köhnələr. İnsanın da sonu belədir və bundan qaçması qeyri-mümkündür. Hər insan doğulduğu andan etibarən geri dönüşü mümkün olmayan qocalıq və ölümə doğru addımlama prosesinə daxil olar. Bu açıq-aydın həqiqəti hər kəs bilər, lakin buna baxmayaraq, bəzi insanlar özlərini gündəlik həyatın gedişatına qapdırarlar. Dünyanın müvəqqəti bəzəklərinə layiq olduğundan çox dəyər verər, ehtirasla bağlanarlar.

Halbuki bu bağlılıqları mənasızdır. Çünki dünyadakı həyatın sonu var. Sonu olmayan həyat isə, axirət həyatıdır. Sonsuz həyata qarşılıq dünyanın tükənəcək faydasının arxasınca qaçmağın şüurlu hərəkət olmadığı da qətidir. İnsanın bütün bunları anlamazlıqdan gələrək edərək dünyaya dair edəcəyi hər hərəkət, ona axirətdə əbədi peşmançılıq yaşada bilər. Siz bu əbədi peşmançılığı yaşamaqdan şiddətlə qaçın və dünyadakı həyatınızın bir gün mütləq sona çatacağı AÇIQ-AYDIN bir həqiqət olduğu halda, əsla bunu anlamazlıqdan gəlməyin.

Gündəlik işlərinə dalaraq ölümü düşünməyən bəzi insanlar çox mühüm bir həqiqəti də görməzlikdən gəlirlər. Dünyadakı həyat inanılmaz dərəcədə qısadır. Sevdiyiniz və sahib olduğunuz şeyləri belə gözünüzün önünə gətirin. Hamısı qısa müddətdə köhnəlib, çürüyüb, korlanıb və ya yox olub. Sevdiyiniz insanlar bir-bir, iki-iki ölüb, əşyalar qırılıb dağılıb. Evlər, binalar köhnəlib, dağılıb, geyimlər sökülüb, cırılıblar. Bir sözlə, sahib olduğunuz hər şey sürətlə məhv olub.

Dönüb arxanıza baxdığınız zaman, zamanın fövqəladə sürətlə keçdiyinə görə heç nədən tam məmnun ola bilmədiyinizi görərsiniz. Bəlkə müəyyən vaxtadək bu həqiqəti bilməmiş də ola bilərsiniz. Lakin bu qəti həqiqəti anlamağa başlayan bir insan artıq hər şeyi daha şüurlu düşünməli, özünü və hər şeyi yaradan Allahın insanlardan istədiklərini öyrənməli, həyatını da buna əsasən qaydaya salmalıdır. Hər şeydən əvvəl, dünyada özünə hər şeyi verən, axirətdə isə sonsuza qədər verəcək olan Rəbbimizi məmnun etməyə çalışmalıdır. Çünki bu həqiqəti anlamazlıqdan gəlib, qısa dünya həyatlarını məsuliyyətsiz şəkildə başa çatdıran inkarçılar axirətdə böyük heyrətə gələcəklər. Dirildilib Allahın hüzuruna gətirildikləri zaman, dünyada çox qısa müddət qaldıqlarını anlayacaqlar. Bu həqiqəti Allah Quranda belə bildirmişdir:

O dedi: “Yer üzündə neçə il qaldınız?”. Onlar dedilər: “Bir gün yaxud bir günün bir hissəsi qədər qaldıq. Sən sayanlardan soruş”. O dedi: “Siz (orada) çox az qaldınız. Kaş biləydiniz! (Muminun surəsi, 112-114)

Məhz buna görə də, həyatın çox qısa olduğunu anlamazlıqdan gəlib, bu müvəqqəti şeylərə bu qədər bağlanmayın. Bu dünyada çatışmayanların cənnəti arzulamanız üçün verildiyini bilin və əsil həqiqi yurda, sonsuz olan hər şeyin olduğu axirət həyatı üçün hazırlıq görün.

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)

Allah insanı ən gözəl surətdə yaratmışdır. Lakin insanı çox hikmətli şəkildə müxtəlif acizliklərlə birlikdə yaşadır. Belə ki, insan bununla Rəbbimizi qarşısındakı acizliyini anlasın və bu dünyaya ehtirasla bağlanmasın deyə.

Nə qədər gözəl, nə qədər zəngin olsa da, hər insan həyatı boyu bir-birinə bənzər acizliklərlə iç-içədir. Hər insan susayar, acar, yorular. Üstəlik, davamlı təmizlənmək məcburiyyətindədir. Yalnız təmizlik belə insana nə qədər acizlik içində olduğunu göstərən çox önəmli hadisədir. İnsanın etdiyi təmizliyin müvəqqəti olması və bunu da mütəmadi şəkildə təkrarlamaq məcburiyyətində qalması çox xüsusi vəziyyətdir. Məsələn, bir gül düşünün; torpağın içindən çıxıb çöldə yetişdiyi, toz, tüstü, çirk kimi müxtəlif təsirlərə məruz qaldığı halda tərtəmizdir, olduqca gözəl qoxar. Bunun üçün "təmizlik" etməsi lazım deyil. Bu gözəl qoxusunu da heç vaxt itirməz. Halbuki insan üçün vəziyyət heç də belə deyil. Onun müxtəlif tədbirlərlə əldə etdiyi "təmizlik" müvəqqətidir. Müxtəlif səylərlə, bəzi dəstəklərlə əldə etdiyi gözəl qoxular da heç vaxt davamlı deyil.

Xəstəliklər də insana acizliyini göstərməsi baxımından çox əhəmiyyətli nümunələrdir. Allah insan bədənini olduqca mükəmməl sistemlərə sahib şəkildə yaratmışdır. Buna baxmayaraq, bədənimiz çox vaxt kiçicik bir virusa məğlub olmaqdan qurtula bilməz. Tibbin imkanlarından nə qədər geniş istifadə edilsə də, kiçicik bir yaradan bədənə daxil ola biləcək bir mikrob insanı şikəstliyə və ya ölümə aparacaq nəticələr yarada bilər. Yaxud bədənin içində birdən üsyan edən bir hüceyrə xərçəng yarada bilər. Üstəlik, insan bundan xəbər tutduqda gec qalınmış da ola bilər. Bir səhər yuxudan oyandıqda hər insan xilas olmaq imkanı olmayan ciddi bir xərçəng xəstəliyi ilə üz-üzə qala bilər.

Eynilə qəzalar da, insanın hər an başına gələ biləcək hadisələrdir. Nə qədər özündən uzaq görsə də, bir insanın ayağının ilişib nərdivandan yıxılması və nəticədə şikəst qalması, boğazına bir şey ilişib boğulması, çox tez baş verən yol qəzalarından birində özünün də yaralanması kimi hadisələr, sadə səbəblərdən asılı olan, hər an ola biləcək hadisələrdir. Belə həssas vəziyyətdə, müxtəlif acizliklər içində yaşamağa davam edən bir insan, Allaha olan möhtaclığını anlamazlıqdan gəlməməlidir. Bütün bunları yaxşı şəkildə düşünüb dərk edən bir insanın dünyaya bağlılıq göstərməsi də qeyri-mümkündür.

Buna görə siz də düşünən bir insan olaraq bədəninizi Allahın dünyaya bağlanmanıza əngəl olacaq acizliklərlə birlikdə yaratdığını anlamazlıqdan gəlməyin. Hamısı xatırlatma, nəsihət və xəbərdarlıq səciyyəsi daşıyan bu hadisələrdən və vəziyyətlərdən özünüz üçün lazımi nəticəni çıxardın. Eləcə də, heç bir acizliyin, çətinliyin, xəstəliyin, sıxıntının olmadığı cənnət həyatını istəyib, sonsuz gözəlliklərə dolu cənnət üçün çalışın.

Qocalıq insanların heç düşünmək istəmədikləri, xüsusilə gənclik dövründə heç vaxt mövzusunu belə açmadıqları, lakin hər insanın qarşılaşacağı qaçılmaz sondur. Heç kim qocalığın insanlar üzərində yaratdığı fiziki və zehni təsirlərin qarşısını nə etsə də ala bilməmişdir. Zaman sürətlə irəlilədikcə zəngini də, yoxsulu da, gözəli də, çirkini də qocalır. İllərin təsiri insanın güzgüyə baxarkən rahatlıqla görə biləcəyi qədər açıqdır. Gənclikdəki gərgin və parlaq dəri qırışmağa başlamış və əvvəlki parlaqlığını itirərək rəngi də solmuşdur. Göz və ağız kənarlarındakı nəzərə çarpan xətlər qırışmağı ən çox göstərən yerlərdən biridir, əllərin və boynun vəziyyəti ortadadır. Sümüklər də əvvəlki kimi sağlam və möhkəm deyil, həmçinin yaddaş da əvvəlkinə görə zəifləmişdir. Bunlar qocalığın qaçılmaz həqiqətləridir və insan düşünməkdən qaçsa da, onu izləyər. Allah bir ayəsində qocalıq barədə belə söyləyir:

Allah sizi yaratdı, sonra sizi öldürür, sizlərdən bəziləri də vaxtilə bildiyi şeyləri unutsun deyə ömrün ən aşağı ucuna (qocalığa) çatdırılır. Şübhəsiz ki, Allah biləndir, hər şeyə qadirdir. (Nəhl surəsi, 70)

Qocalıq insanların heç düşünmək istəmədikləri, xüsusilə gənclik dövründə heç vaxt mövzusunu belə açmadıqları, lakin hər insanın qarşılaşacağı qaçılmaz sondur. Heç kim qocalığın insanlar üzərində yaratdığı fiziki və zehni təsirlərin qarşısını nə etsə də ala bilməmişdir. Zaman sürətlə irəlilədikcə zəngini də, yoxsulu da, gözəli də, çirkini də qocalır. İllərin təsiri insanın güzgüyə baxarkən rahatlıqla görə biləcəyi qədər açıqdır. Gənclikdəki gərgin və parlaq dəri qırışmağa başlamış və əvvəlki parlaqlığını itirərək rəngi də solmuşdur. Göz və ağız kənarlarındakı nəzərə çarpan xətlər qırışmağı ən çox göstərən yerlərdən biridir, əllərin və boynun vəziyyəti ortadadır. Sümüklər də əvvəlki kimi sağlam və möhkəm deyil, həmçinin yaddaş da əvvəlkinə görə zəifləmişdir. Bunlar qocalığın qaçılmaz həqiqətləridir və insan düşünməkdən qaçsa da, onu izləyər. Allah bir ayəsində qocalıq barədə belə söyləyir:

Allah sizi yaratdı, sonra sizi öldürür, sizlərdən bəziləri də vaxtilə bildiyi şeyləri unutsun deyə ömrün ən aşağı ucuna (qocalığa) çatdırılır. Şübhəsiz ki, Allah biləndir, hər şeyə qadirdir. (Nəhl surəsi, 70)

İnsan qocalıqla birlikdə gənc vaxtında sahib olduğu bütün gücünü və qabiliyyətini itirməyə başlayar. Müəyyən yaşdan sonra yaranan fiziki və zehni zəiflik insanı sanki uşaq vəziyyətinə gətirər. Əslində Allah istəsəydi insana ölümdən əvvəl qocalığı yaşatmayıb olduqca güclü və gənc qalmasını təmin edərdi. Lakin Allah insana dünyanın müvəqqəti olduğunu, qocalığı və bunlarla birlikdə gələn əskiklikləri də yaşadaraq xatırladır. Bu açıq-aydın həqiqətlər qarşısında dünyaya bağlılıq göstərməyən insan, əsil yurd olan axirət üçün hazırlıq görəcək.

Siz də bir gün qocalacağınızı, dərinizin qırışacağını, fiziki funksiyalarınızın zəifləyəcəyini, üstəlik, zehninizin də qocalığın təsirlərinə məruz qalacağını əsla anlamazlıqdan gəlməyin. Eləcə də, yaşınızın irəliləməsini gözləmədən, fiziki və zehni gücə sahib olduğu bir vaxtda, bu həqiqəti dərk edərək axirət üçün hazırlıq görməyə başlayın.

Dünya biz nə qədər hiss etməsək də, çöldən və içəridən bir çox təhlükə ünsürüylə doludur. Kosmosda sürətlə irəliləyərkən qara dəliklər, meteoritlər, kometalar kimi bəzi təhlükələrlə qarşı-qarşıya olan Yer kürəsi, dərinliklərə enildikdə minlərlə dərəcə temperatura malik təbəqəyə sahibdir. Bütün bu təhlükələrdən başqa, atmosferdə fırtınalar, qasırğalar, küləklər kimi böyük zərərlərə səbəb ola bilən hadisələr də reallaşa bilir.

Məhz bu hadisələr hərdənbir Yer kürəsinə öz təsirini göstərdikdə bəzi təbii fəlakətlər baş verər. Bu fəlakətlər böyük can və mal itkisinə səbəb ola bilər. Başda zəlzələlər olmaqla, sellər, vulkan püskürmələri, qasırğalar və fırtınalar bir-birindən fərqli təsirləri olan hadisələrdir. Lakin hər biri qısa müddətdə bir şəhəri yox edə bilər, canlıları məhv edə bilər və çox böyük maddi ziyanlar yarada bilərlər. Heç kim də bu fəlakətlərə mane olmaq gücünə sahib deyil.

Bu həqiqəti bilmələrinə və tez-tez bu cür hadisələrə şahid olmalarına baxmayaraq, bəzi insanlar bu mövzuları anlamazlıqdan gələrlər. Halbuki bu fəlakətlərin hər biri insanların nəsihət qəbul edib düşünə bilməsi üçündür. Allah bu yolla insanların dünyaya olan bağlılıqlarını yox edir. Nəsihət qəbul edə bilənlər də bu hadisələrdən lazımi dərsi çıxarda bilir. Allah Quranda insanlara tez-tez fəlakət göndərdiyini və bu vəsilə ilə onları düşünməyə, ibrət almağa yönəltdiyini belə xəbər vermişdir:

Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, nəsihət qəbul edib (dərs çıxardıb) düşünmürlər. (Tövbə surəsi, 126)

Unutmayın ki, təbii fəlakətlər insanlara dünyanın müvəqqəti və təhlükəli olduğunu xatırladır. Allah bu hadisələri insanlar üçün müəyyən xəbərdarlıq olaraq yaradar. Bu həqiqəti, yəni Allahın insanları hər an xəbərdar edib qorxutduğunu anlamazlıqdan gəlməyin.

Allah Quranda bizə, həm bütün qövmlərə bir xəbərdar edənin gəldiyini, həm də xəbərdar edilmədən heç bir qövmün və ölkənin dağıdılmadığını bildirib. Allahın elçiləri göndərildikləri cəmiyyətlərdə hidayət öndəri olublar, insanlara Allahın qadağalarını bildirərək, onları Allahın dininə dəvət ediblər.

Peyğəmbərlərin etdikləri xatırlatma, xəbərdarlıq, nəsihət və möcüzələrlə qarşılaşan bir çox qövm ya Allaha iman gətirərək peyğəmbərlə birlikdə haqq yolda irəliləmiş, ya da xəbərdarlıqlara qulaq asmayaraq təkəbbür göstərmiş, Allahı inkar etmiş və Allahın dininə təslim olmamışdırlar. Şeytanın təlqinlərinə və dəvətlərinə qulaq asıb, onun yolunda irəliləməyi seçənlər isə cəhənnəmlə müjdələnmiş və dünyada da bir çox əzabla qarşılaşıb məhv olmuşdurlar:

 

Neçə-neçə məmləkətlər öz Rəbbinin və Onun elçilərinin əmrinə asi olub azdılar. Biz də onları sərt haqq-hesab çəkdik və bənzəri görülməmiş əzaba düçar etdik. Artıq o (ölkələrin xalqı), etdiyi əməllərin cəzasını daddı və işi ziyanla nəticələndi. (Talaq surəsi, 8-9)

Quranda Allahın bildirdiyi kimi, peyğəmbərlərin dəvət etdiyi haqq yolla getməyən qövmlər müxtəlif əzablarla qarşılaşıblar. Bu əzablar onlara heç gözləmədikləri anda gəlmişdir. Lakin hamısı bu pis aqibətə və həlaka layiq olan cəmiyyətlər olublar. Bəziləri özlərini yox edən əzab gəlmədən əvvəl elçilər tərəfindən xəbərdar edilmiş, sonra da bəlkə nəsihət qəbul edib düşünərlər deyə müxtəlif çətinliklərə, sıxıntılara uğradılıblar. Bəziləri də etdiklərinə görə qorxunc aqibətlə tarix səhnəsindən silinmişdir. Rəbbimiz Quranda bu qövmlərlə əlaqədar bir çox xəbər verir. Bu ayələrdən bir neçəsi belədir:

Mədyənə də qardaşları Şueybi (göndərdik). Beləliklə dedi: “Ey qövmüm! Allaha qulluq edin, Axirət gününə ümid bəsləyin və yer üzündə fəsad törədənlər olaraq qarışıqlıq çıxartmayın”. Lakin onu yalançı saydılar. Buna görə də onları amansız sarsıntı yaxaladı və beləliklə də, öz yurdlarında səhərə qədər dizüstü çökmüş vəziyyətdə qaldılar. (Ənkəbut surəsi, 36-37)

And olsun ki, Biz də Fironun ailəsini (ətrafını), bəlkə nəsihət qəbul edib düşünərlər deyə quraqlıq illərinə və məhsul qıtlığına məruz qoyduq. (Əraf surəsi, 130)

Biz, çatacaqları müəyyən vaxta qədər əzabı onlardan sovuşdurduqda isə, onlar yenə (əhdlərini) pozdular. Biz də onlardan intiqam aldıq və ayələrimizi inkar etmələri və onlardan qafilmişlər kimi olmalarından ötrü onları suda boğduq. (Əraf surəsi, 135-136)

 

Neçə-neçə şəhərlər olmuşdur ki, (əhalisi) zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyular və neçə-neçə boş qalmış qəsrlər də vardır. Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, (zalımların aqibətini) qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində (maddi) gözlər deyil, kökslərdəki qəlb kor olur. (Həcc surəsi, 45-46)

Allahın əzabı özlərinə gəlmədən əvvəl yer üzündə lovğalanıb azmış olan cəmiyyətlərdən bəziləri, aqibətlərini öz əlləriylə hazırlayıblar. Lakin Allaha qarşı etdikləri bütün günahlara baxmayaraq, yaxınlaşan əzabın özlərinə xeyir gətirəcəyini zənn edəcək qədər kor və bəsirətsiz vəziyyətə düşüblər:

Birdən, onu (əzabı) vadilərinə doğru gələn bir bulud şəklində gördükdə: “Bu bizə yağış yağdıracaq buluddur!” dedilər. Xeyr! Bu sizin tələsdiyiniz şeydir. Bir külək, o özü ilə ağrılı-acılı əzab gətirmişdir! Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edər!” Beləliklə də, məskənlərindən başqa bütün şeyləri görünməz vəziyyətə düşdü. Məhz Biz, günahkar qövmü belə cəzalandırarıq. (Əhqaf surəsi, 24-25)

Məhz siz də keçmişdə yaşamış bu insanların etdiyi yanlışlığı təkrarlaşmayın. Allahın insanlara etdiyi xəbərdarlıqdan təsirlənməyən keçmiş qövmlərin vəziyyətindən dərs çıxartmağın vacib olduğunu əsla anlamazlıqdan gəlməyin. "Səmud xalqına gəldikdə isə; Biz onlara doğru yolu göstərdik, lakin onlar doğru yol əvəzinə korluğu seçdilər…" (Fussilət surəsi, 17) ayəsində Allahın xəbər verdiyi kimi korluğu seçməyin və Rəbbimizin qarşınıza çıxartdığı bütün hadisələrdən ibrət götürməyinizin vacib olduğunu anlamazlıqdan gəlməyin.

(Xalqı) zülm etdiyi zaman dağıtdığımız neçə-neçə ölkələr vardır ki, indi onlar alt-üst olmuş vəziyyətdə tək-tənha dayanır, istifadəyə yararsız quyuları (tərk edilmiş vəziyyətdə durur), uca qəsrləri isə (cingildəyir). (Həcc surəsi, 45)

Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünə biləcək qəlbləri eşidə biləcək qulaqları olsun? Çünki əslində gözlər deyil, kökslərdəki qəlb kor olar. (Həcc surəsi, 46)

 

]]>
http://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/245183/bu-dunyada-uzun-muddət-qalmayacaginizihttp://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/245183/bu-dunyada-uzun-muddət-qalmayacaginizihttp://imgaws1.fmanager.net/Image/objects/39-sakin-anlamazliktan-gelmeyin/11597_BU_DUNYADA_UZUN_SURE_KALMAYACAGINIZI_SAKIN_ANLAMAZLIKTAN_GELMEYIN.jpgThu, 30 Mar 2017 16:04:28 +0300
Sahib Olduğunuz Hər Şeyi Allahın Nemət Olaraq Verdiyini Anlamazlıqdan GəlməyinYaşadığımız dünyada bir çox gözəlliklər və nemətlər var. Hər canlının bütün ehtiyacları ayrı-ayrı düşünülmüş və lazım olan heç bir incəlik əskik buraxılmamışdır.

Əvvəlcə özümüz barədə düşünək. Səhər yuxudan oyandığımız andan etibarən nələr edərik, nələrə ehtiyac duyar, nələrlə qarşılaşarıq, daha doğrusu bizə nə kimi gözəlliklər verilər, gəlin bunları birlikdə düşünək.

Oyanan kimi nəfəs ala bilərik, mükəmməl tənəffüs sistemimiz sayəsində bunu edərkən heç çətinlik çəkmərik, atmosferdəki qazların nisbətlərinin doğru olub-olmadığını düşünmək ağlımıza belə gəlməz.

Gözümüzü açan kimi görə bilərik, gözümüzdəki bənzərsiz yaradılış sayəsində dəqiqlik, rəng və məsafə tənzimləməsi kimi tənzimləmələr aparmaq məcburiyyətində qalmarıq. Yemək yeyərik və ləzzət alarıq. Yediyimiz hər tikədəki vitaminlərin, mineralların, karbohidratların, zülalların hara getməsi lazım olduğunu, nisbətlərini, artığının ehtiyyat halında toplanması və ya atılması kimi əməliyyatları ağlımıza belə gətirmərik. Hətta çox vaxt içimizdə belə əməliyyatların getdiyindən xəbərimiz belə olmaz. Əlimizə götürdüyümüz bir cismin sərt və ya yumşaq olduğunu dərhal anlaya bilərik. Hər hansı bir cismi heç bir zehni səy göstərmədən rahatlıqla tuta bilərik.

Hər saniyə insan bədənində bu nümunələrə bənzər bir çox əməliyyat həyata keçirilir. Bu əməliyyatların hər birinin icra edildiyi orqanlar, bu orqanlarda da mürəkkəb mexanizmlər var. İnsan bədəni sanki bir fabrik kimi işləyər. Bu fabrik insana verilmiş ən böyük nemətlərdən biridir, çünki insan bu fabrik sayəsində mövcuddur və həyatını bu fabrik sayəsində davam etdirər.

Bəs bu fabrikin işləməsi üçün lazım olan xam maddələr necə təmin edilir? Yəni insanı enerji ilə təmin edən yeməklər, su, hava kimi maddələr necə yaranır?

Əvvəlcə meyvə və tərəvəzləri düşünək. Qara torpağa atılan və bir taxta parçası görünüşündəki toxumlardan yaranan qarpızları, qovunları, alçaları, gilasları, portağalları, bibərləri, pomidorları, ananasları, tutları, çiyələkləri, badımcanları və bunlar kimi digər bütün bitki mənşəli qidalarımızı düşünək. Vərdiş etdiyimiz düşünmə tərziylə deyil, fərqli yönlərdən yaxınlaşaraq düşünək. Çiyələyin o möhtəşəm qoxusunu və dadını, qovunun heç dəyişməyən məşhur qoxusunu və ləzzətini ağlımıza gətirək. Bir də insanların laboratoriyalarda eyni qoxuları əldə etmək üçün sərf etdikləri vaxtı və istifadə etdikləri texnologiyanı düşünərək müqayisə aparaq. Laboratoriyalarda əldə edilən nəticə təbiətdəki bənzərlərinin sadəcə pis təqlidi olmaqdan kənara çıxmaz. Allahın insanlar üçün təbiətdə yaratdığı qoxu, ləzzət və rəng müxtəlifliyi bənzərsiz mükəmməlliyə malikdir.

Bütün bitki mənşəli qidaların dadlarının, qoxularının fərqli olması, hamısının özlərinə məxsus rənglərinin olması insan üçün xüsusi olaraq hazırlanmışdır. Bunların hamısı Rəbbimiz tərəfindən nəmətlər kimi verilir.

Eynilə heyvanlar da insanlar üçün xüsusi olaraq yaradılıblar. Onlarda insanların həm qida olaraq faydalanacağı, həm də görünüşlərindən zövq alacağı gözəlliklər var. Dəniz altındakı rəngarəng balıqlar, mərcanlar, dəniz ulduzları, dünyanın müxtəlif bölgələrində yaşayan bir-birindən fərqli bəzəkləri olan bütün quş növləri, çox sevimli pişiklər, itlər, delfinlər, pinqvinlər və digərləri… Bütün bunlar Allahdan gələn nemətdirlər. Allah bu mövzunu bir çox ayəsi ilə qullarına bildirmişdir:

Özündən (nemət olaraq) göylərdə və yerdə olanların hamısını O, sizə ram etmişdir. Şübhəsiz ki, bunda, düşünən qövm üçün dəlillər var. (Casiyə surəsi, 13)

Əgər Allahın nemətlərini saymalı olsanız Onu ümumiləşdirmə edərək də sayıb qurtara bilməzsiniz. Həqiqətən Allah, bağışlayandır, rəhmlidir. (Nəhl surəsi, 18)

Burada bəhs edilənlər Allahın verdiyi nemətlərin və gözəlliklərin çox kiçik hissəsidir. İnsan dünyada gözünü hara çevirsə, Allahın; Bərr (qullarına qarşı yaxşılığı çox olan), Kərim (kərəmi bol, comərd), Lətif (lütf sahibi), Rəzzaq (ruzi verən), Sani (sonsuz gözəlliklər yaradan) kimi sifətlərinin təcəllilərinin nümunələrini görə bilər.

Məhz siz də indicə ətrafınıza nəzər salıb düşünün. "Nemət olaraq sizə çatan nə varsa, Allahdandır…" (Nəhl surəsi, 53) ayəsiylə xəbər verildiyi kimi sizə verilən sonsuz nemətlərin sahibinin Rəbbimiz olduğunu əsla ANLAMAZLIQDAN GƏLMƏYİN.

]]>
http://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/245182/sahib-oldugunuz-hər-seyi-allahinhttp://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/245182/sahib-oldugunuz-hər-seyi-allahinhttp://imgaws1.fmanager.net/Image/objects/39-sakin-anlamazliktan-gelmeyin/11596_SAHIP_OLDUGUNUZ_HERSEYI_ALLAH_IN_NIMET_OLARAK_VERDIGINI_SAKIN_ANLAM.jpgThu, 30 Mar 2017 15:52:32 +0300
Ətrafınızdakı Canlılardakı Möcüzəvi Xüsusiyyətləri və Mükəmməllikləri Anlamazlıqdan GəlməyinBu müxtəlifliyi bir də heyvanlar üçün düşünək. Tanıdığımız bütün heyvanları gözümüzün önünə gətirək. Zürafələri, antilopları, filləri, toyuqları, balıq növlərini, qırğıları, sərçələri, tovuz quşlarını, dəvəquşlarını, dovşanları, kəpənəkləri, növbənöv böcəkləri düşünək. Bu canlıların bədənlərindəki mexanizmləri, yaşadıqları mühitləri, nəsil vermələrini, ovlanmalarını öz daxilində hissələrə ayıraraq düşünək.

Təkcə burada sayılanlar belə yaşadığımız dünyada inanılmaz müxtəlifliyin olduğunu görmək üçün kifayətdir.

Allahın canlılarda yaratdığı müxtəlifliyə nümunə vermək lazımdırsa, təkcə yer üzündə yaşayan kəpənək növlərinin sayı "200.000"-dir. Bu növlərin öz daxilində "1 milyon" kəpənək cinsini ehtiva etdiyi təbiətşünas alimlər tərəfindən müəyyən edilmişdir. Bütün bunların fövqəladə dərəcədə mürəkkəb və bir-birindən fərqli sistemləri var, yaşadıqları mühitdə gizlənmələrini təmin edən çox fərqli kamuflaj üsulları var. Bəzilərinin üzərində düşmənlərini qorxutmağa yarayan saxta göz şəkilləri yerləşdirilib.

Bu fövqəladə müxtəliflikdəki dizaynı göz qabağına gətirərək düşünün. Bu qədər çox npvdəki, üstəlik də, hamısı bir-birindən bu qədər fərqli quruluşdakı milyonlarla canlının, təsadüfən bir-birlərindən əmələ gəlməsinin qeyri-mümkün olduğunu ANLAMAZLIQDAN GƏLMƏYİN.

Ağıl və vicdandan istifadə edərək canlılardakı müxtəlifliyi və möcüzəvi xüsusiyyətləri düşünən bir insan asanlıqla bunların necə meydana gəldiyi sualına bir cavab tapacaq. Aləmlərin Rəbbi olan Allah bütün canlıları bənzərsiz şəkildə yaratmışdır. Allah hər şeyə hakimdir.

Siz də ətrafınızdakı canlılara baxdığınız zaman, rahatlıqla görəcəyiniz bu açıq-aydın həqiqəti ANLAMAZLIQDAN GƏLMƏYİN.

Göyləri və yeri nümunəsiz şəkildə yaradan Odur. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? O, hər şeyi yaratmışdır. O, hər şeyi biləndir. Məhz Rəbbiniz olan Allah budur. Ondan başqa ilah yoxdur. Hər şeyin yaradıcısıdır, elə isə Ona qulluq edin. O, hər şeyin üstündə vəkildir. (Ənam surəsi, 101-102)

Bu müxtəlifliklə yanaşı, təbiətdəki bir çox canlı olduqca heyrətverici sistemlərə və mürəkkəb bədən mexanizmlərinə malikdir. İnsanların necə işlədiklərini öyrənmək üçün uzun illərlə məşğul olduqları bu sistemlərdən, canlılar ilk yaradıldıqları gündən bəri istifadə edirlər. Bu mexanizmlərdəki fövqəladə xüsusiyyətlərin təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təsadüflərlə açıqlanması isə qeyri-mümkündür. Hər canlı olduğu mühitdə rahat yaşaya biləcəyi şəkildə xüsusi olaraq yaradılmışdır. Canlıların, bu sistemləri şüurlu olaraq özlərinin yaratmaları qeyri-mümkündür. Canlılardakı mükəmməl tarazlıqlar onların yaradılışlarındakı mükəmməllikdən qaynaqlanır.

Bu fəsildə təbiətdəki saysız-hesabsız müxtəlifliyə sahib bitkilər və heyvanlardakı mexanizmlərdən bəzi nümunələr veriləcək.

Bunları oxuyarkən yaxşı şəkildə düşünün, heyvanlardakı və bitkilərdəki bu heyrətamiz mexanizmlərin öz-özlərinə əmələ gələ bilmıyəcək qədər mükəmməl olduğunu əsla ANLAMAZLIQDAN GƏLMƏYİN.

"Heyvanlardakı mükəmməl strukturlar" deyildikdə ağla fərqli, adı heç eşidilməmiş canlıların maraqlı xüsusiyyətləri nəzərdə tutulurmuş kimi bir düşüncə gələ bilər. Halbuki insanın çox yaxınlığında olan, hər zaman görməyə alışdığı canlılarda da bu mükəmməl xüsusiyyətlər mövcuddur. Çox vaxt insanın belə bacara bilməyəcəyi qədər mürəkkəb əməliyyatlar icra edən bu canlıların, məsələn, bir milçəyin və ya bir quşun bədənində fövqəladə yaradılış var. Ətrafındakı canlıları diqqətlə müşahidə edən insan bu canlıların üstün ağlın məhsulu olduğunu, yəni bu canlıların yaradıldığını görəcək.

Məsələn hər gün, hər yerdə görməyə alışdığınız milçəklər, uçmaq üçün daha çox enerjiyə ehtiyac duyurlar. Buna görə də, milçəklərin digər canlılardan daha fərqli tənəffüs sistemi var. Havadan aldıqları oksigen bədənlərindəki xüsusi nazik hava borularıyla hüceyrələrə çatdırılır. Məhz bu sayədə, mərhələsiz və fasiləsiz surətdə, çox sürətli və məhsuldar şəkildə oksigenin yanmasını təmin edilir. Bu, milçəyin sahib olduğu möcüzəvi xüsusiyyətlərdən yalnız biridir. Milçəklərdə buna bənzər daha bir çox yaradılış möcüzəsi var. Allah milçəyin yaradılışındakı üstünlüyə bir ayəsində belə diqqət çəkir:

Ey insanlar, sizə bir nümunə verilir; indi onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa tapındıqlarınız həqiqətən bir milçəyi belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də gücsüzdür, istənilən də. (Həcc surəsi, 73)

Başqa bir nümunə olaraq arıları düşünək. Arıların bal hazırladıqlarını, altıbucaqlı gözcüklərdən pətəklər hördüklərini, toplu şəkildə şanda yaşadıqlarını hər kəs bilir. Halbuki arıların sahib olduqları xüsusiyyətlər təkcə bunlarla məhdudlaşmır. Bal arıları üçün yaşadıqları şana qulluq edilməsi çox vacibdir. Şandakı temperaturun sabit saxlanılması, şanın təmizliyi və təhlükəsizliyi kimi ehtiyacların hamısı işçi arılar tərəfindən təmin edilir. Bal arıları çöldəki temperaturun neçə olmasından asılı olmayaraq, şanın temperaturunu hər zaman sabit saxlayar və xüsusilə də kürt otaqlarının temperaturuna çox diqqət yetirərlər. Səhər vaxtlarında hava soyuq olduqda işçilər pətək ətrafında toplaşar və bədən istilikləri ilə yumurtaları isidirlər. Gün irəlilədikcə və hava istiləşməyə başladıqca arılar tərəfindən əmələ gətirilən topa yavaş-yavaş dağılar. Əgər istilik daha çox artmağa davam etsə, işçilərin bir hissəsi qanadlarından yelpik əvəzi istifadə etməyə başlayarlar. Bu havalandırma əməliyyatını şanın girişinə və pətəklərin üzərinə doğru istiqamətləndirərək şanın temperaturunu azaltmağa çalışarlar. Çox isti bir gündə isə, bu əməliyyat kifayət etməyəcəyi üçün arılar daha güclü soyutma üsulundan istifadə etmək məcburiyyətində qalarlar. Belə hallarda, sulandırılmış bal damlalarını boş gözcüklərin ağızlarına yerləşdirərlər. Qanadları ilə yaratdıqları hava axını bu damlaların içərisindəki suyu buxarlandırar. Bu soyutma sistemi sayəsində şanın temperaturu qısa müddətdə əvvəlki halına qayıdar.(4)

Hər an ətrafımızda gördüyümüz bu canlılarda mükəmməl dizayn və şüurlu davranışlar var. Üstəlik, burada danışdığımız xüsusiyyətlər canlılardakı fövqəladə xüsusiyyətlərin çox kiçik hissəsidir. Düşünən insanın bu xüsusiyyətlərdə asanlıqla görə biləcəyi üstün ağıl və plan, bizə bütün təbiətə hakim olan Yaradıcının, yəni Allahın varlığını sübut edən AÇIQ-AYDIN bir dəlildir. Bütün canlılar Allahın ilhamıyla hərəkət edirlər.

Lakin bəzi insanlar bunları heç düşünməzlər və ya düşündükləri zaman, bu canlıların gördükləri işlərdəki möcüzəvi tərəfi görməzlikdən gələrlər. Lakin siz Allahın yaratmasındakı bu üstünlüyü və bənzərsiz sənətini, eləcə də, bu canlıların Allahın ilhamıyla hərəkət etdiklərini ƏSLA ANLAMAZLIQDAN GƏLMƏYİN.

  

Allah, yaratma sənətindəki üstünlüyü və bənzərsizliyi, çox sıx müşahidə edə bilmədiyimiz canlılarda da bizə göstərir. Buna çox heyrətverici bir nümunə olaraq Sibir səməndərlərini göstərə bilərik. Donmuş torpaqların metrlərlə dərinliklərində illərlə qala bilən Sibir səməndərlərinin, hava şəraitinin yaxşılaşmasıyla birlikdə buzları əriyər və normal həyatlarına davam edərlər. Bu canlıların -50 ℃ temperaturda belə yaşaya bildiyi müəyyən olunmuşdur. Sibir səməndərləri bu xüsusiyyətlərini, öz bədənlərində əmələ gətirdikləri və dondurucu soyuqlarda özlərini donmaqdan qoruyan antifirizə bənzəyən bir maddəyə borcludurlar. Antifiriz maddələri səməndərlərin qanındakı hüceyrələrdəki suyu əvəz edərək, toxumaların iti buz kristallarından zərər görməsinin qarşısını alar. (5)

İşıldaquşun verdiyi işığın ən əhəmiyyətli xüsusiyyəti odla və istiliklə heç bir əlaqəsinin olmamasıdır; buna "soyuq işıq" deyilir. Bu, müasir işıqlandırma texnologiyasının nail olmağa çalışdığı hədəfdir. Normal lampa, elektrik enerjisinin ancaq 3-4%-ni işığa, qalanını isə istiliyə çevirər. İşıldaquş isə yalnız işıq meydana gətirər.(6)

Sualtı gəmilərdə olan su çənləri su ilə dolarkən gəmi sudan daha ağır vəziyyətə gələr və dibə dalar. Əgər çəndəki su təzyiqli hava ilə boşaldılsa, sualtı gəmi təkrar su səthinə çıxar. Nautilus (lat. nautilidae) adlandırılan dəniz canlısı da eyni üsuldan istifadə edər. Nautilusun bədənində 19 sm diametrində ilbiz qabığı formasında spiralvarı bir orqan var. Bu orqanda bir-biriylə əlaqəli 28 "dalğıc hüceyrəsi" var. Bəs Nautilus suyu boşaltmaq üçün lazım gələn təzyiqli havanı necə əldə edir? Nautilus, bunun üçün biyokimyəvi yolla xüsusi qaz əmələ gətirər və bu qazı qan dövranı ilə hüceyrələrə çatdıraraq hüceyrələrdən suyun çıxmasını təmin edər. Bu yolla da, ovlanarkən, yaxud düşmənlərindən qaçarkən yüksəlmək və ya dibə batmaq üçün lazımi miqdarda suyu çölə vura bilir. Bir sualtı gəmi yalnız 400 metr dibə bata bildiyi halda, nautilus üçün 4000 metr dərinliyə dalmaq olduqca asandır.(7)

Soyutma sistemlərini ilk dəfə insanlar kəşf etməyiblər. Hər bir istiqanlı canlı, istiliyə nəzarət etmək üçün, bir çox mexanizmə sahibdir. Afrikanın sürətli qaçan ceyranı tez-tez düşmənlərindən qorunmaq üçün qaçmaq məcburiyyətində qalar. Bu sürət qaçışı ceyranın bədən temperaturunu yüksəldər. Lakin ceyranın həyatda qala bilməsi üçün beyninin bədənindən daha sərin saxlanılması lazımdır. Ceyran beynini sərin saxlamaq üçün başının sağ tərəfində, özünəməxsus soyutma sisteminə malikdir. Ceyranların və bənzər heyvanların, tənəffüs kanallarının arxasında uzanan, böyük qan yığınlarının içərisindən keçən yüzlərlə kiçik arteriya var. Sorulmuş hava burna aid bu gölməçəni soyudar və buna görə də, kiçik arteriyalardan keçən qan soyumuş olar. Sonra kiçik arteriyalar qanı beynə daşıyan tək bir qan damarı halında birləşərlər. Beynin soyudulması üçün lazımlı olan bu sistem mövcud olmasaydı ceyran da həyatını davam etdirə bilməzdi.(8)

  

Bayquşlardakı görmə dərinliyi, bütün yırtıcı quşlarda olsa da, heç bir quş bu mövzuda bayquş qədər yaxşı təchizatlı deyil. Bayquşların bəzi növləri, görmə sahələrini genişlətmək üçün, başlarını 180 dərəcə döndərib tam arxalarını görə biləcək bir struktura sahibdirlər. Bu rahatlıq təkcə yırtıcı heyvanlardan qorunmalarını deyil, eyni zamanda ovlarının yerini doğru müəyyənləşdirmələrini təmin edər. Bayquş gözlərinin bəlkə də ən fövqəladə xüsusiyyəti böyüklükləridir. Üzün böyük hissəsini əhatə edən bu böyük gözlər bir-birlərindən çox nazik sümüklə ayrılmışdır. Bunun nəticəsi olaraq, göz boşluğuna yaxşı şəkildə yerləşən gözlər göz əzələləri üçün demək olar ki, heç yer buraxmazlar. Bir çox bayquşun gözü yerindən oynamadığından bu quşlar fərqli istiqamətlərə çevrilmək üçün olduqca elastik olan boyunlarından istifadə edirlər.(9)

Bayquş, ovunun yerini təyin edən kimi, ən səssiz şəkildə onun üzərinə atılmalıdır. Lakin quşların çoxu uçarkən müəyyən səs çıxardarlar. Məsələn, havada uçan bir ququ quşunun qanadının xışıltısı çox uzaqlardan eşidilə bilər. Bir çox böyük quşun qanadları da uçarkən səs çıxardar. Səsli-küy çıxardan qanadlar isə, bir gecə ovçusu üçün ovunun baş tuta biləcək hücumu hiss etməsinə gətirib çıxardacağına görə açıqca əlverişsiz cəhətdir. Lakin bu problem, gecə ovlanan bayquşlarda xüsusi tük quruluşları sayəsində həll edilmişdir. Bayquşun tükləri yumşaqdır, uçmasını təmin edən güclü qanad tüklərinin ucları isə püsküllü quruluşa malikdir. Qanad tüklərinin məxmər yumşaqlığındakı səthləri, səsi effektiv şəkildə boğaraq bayquşun səssiz uçmasını təmin edər.(10)

Zınqırovlu ilanlar istiliyə həssas xüsusi gözləri ilə zülmət qaranlıqda belə siçan, siçovul kimi istiqanlı ovlarını tapa bilirlər. İlanın 15 sm yaxınlığında olan kiçik bir siçan ətrafındakı havada yalnız 0,005 dərəcə kimi olduqca az, hətta hiss edilməyəcək temperatur dəyişikliyi yaratdığı halda, ilan tərəfindən asanlıqla hiss edilir. İlan ovla əlaqədar beyninə çatan informasiyanı saniyənin 1/20 hissəsi qədər qısa müddətdə qəbul edib qiymətləndirərək reaksiya göstərə bilər. 1 saniyənin insan gözünün yavaş şəkildə açılıb-yumulması qədər qısa zaman olduğu təsəvvür edildikdə, ilanın ağlasığmaz sürəti daha aydın anlaşıla bilər. Ovunun yerini heç çaşmadan tapa bilən zınqırovlu ilan, heyrətamiz isabət qabiliyyətiylə hücum edir və zəhərli dişləriylə heyvanı öldürər.(11)

Su samurları kürklərini ayaqlarıyla darayarlar, bununla həm kürklərini təmizləyər, həm də dərilərindəki yağla kürklərinə qulluq etmiş olarlar. Samurlar bu əməliyyatla hava qabarcıqlarını kürklərinə əmdirərlər; bu onların kürklərini havalandırmaq üçün istifadə etdikləri tək üsuldur. Sakit okeanın dondurucu soyuğundan qoruna bilmələrində qalın dərilərinin qabarcıq tutma həcminin artıqlığı çox vacibdir. Dərilərindəki bu su qabarcıqları onları donmaqdan qoruyar. Əgər su samurlarının tükləri keçələşsə (belə ki, çox vaxt neft tullantıları buna səbəb ola bilər) heyvan çox qısa müddətdə donaraq ölər.(12)

Antarktidada yaşayan Uedel növünə aid suitilər, dənizin səkkiz aydan artıq müddətdə buzla örtülü olduğu, hava temperaturunun –56 dərəcəyə, sudakı temperaturun isə -26 dərəcəyə qədər endiyi sərt qışlarda belə bu şərtlərə davam gətirə bilir. Suitilər, çox dərinliyə daldıqları zaman, böyük və ani təzyiq dəyişməsindən ötrü yaranan dekompressiyadan təsirlənməzlər. Çünki uzunmüddətli dalışlarında su altına girmədən əvvəl bir neçə kiçik dalış edərlər. Qabırğa sümüklərini və diafraqmalarını açıb bağlayaraq ciyərlərindəki havanı çölə buraxar və ciyərlərini də bağlayarlar. Bir müddət sonra ciyərlərində heç hava qalmadığı üçün azot həll olaraq qana qarışmaz və beləlliklə də, mühüm təhlükələrin qarşısı alınmış olar. Suitilərin tənəffüs borusu bir çox məməli heyvanlarda olduğu kimi yuvarlaq deyil, yastı oval formalıdır və yüksək təzyiq altında dərhal bağlana bilir. Eynilə qulaqlardakı hava boşluqları da xarici təzyiq müəyyən həddə çatdıqda şişib buranı tıxayan qan damarlarıyla əhatə olunmuşdur. Bu xüsusiyyətlər suitilərə çətin vəziyyətlərdə kömək edən üstünlüklərdir.(13)

Kolibrinin ürəyi gün ərzində saniyədə 500-1200 dəfə döyünər. Gecə isə ürəyinin döyünmə sürəti elə yavaşlayar ki, sanki nəbzi dayanmış və nəfəs almırmış görkəmi yaranar. Bunun bənzərini qış gəldikdə kirpilər də edir. Bu, onların qış yuxusudur. Kolibri isə, hər il 365 dəfə qış yuxusuna getmək məcburiyyətindədir.

Burada verilən nümunələr yer üzündəki canlıların çox az hissəsidir. Lakin təkcə bu nümunələrə baxmaqla belə bütün canlılarda, hər təfərrüatında müəyyən bilik və dizayn olan mexanizmlərin olduğu görünə bilər. Bir canlının donmamasını təmin edəcək antifiriz əmələ gətirən sistemdən, görmə dərinliyi qazandıran göz quruluşuna, canlının yaşadığı mühitlə, çox qısa müddətdə sanki bütün halına gəlməsini təmin edən rəng dəyişdirmə qabiliyyətinə qədər bütün bu mexanizmlərin mənbəyi, əlbəttə ki, təsadüflər deyil. Təsadüflər şüur nümayiş etdirib plan qura bilməzlər. Bu canlılar bir şüur sahibi tərəfindən xüsusi olaraq seçilib, digər bir sözlə, yaradılıblar. Hər şeydən xəbərdar olan, hər şeyə hakim olan Allah bu xüsusiyyətləri onlara vermişdir. Onun yaratmasında sonsuz sənət və elm var. Allah mükəmməl şəkildə yaradandır.

Elə isə siz də bu möcüzəvi sistemlərin ancaq və ancaq Allahın üstün yaratmasının əsəri olduqlarını ANLAMAZLIQDAN GƏLMƏYİN.

Bir bitkini əlinizə alın və yarpaqlarına baxın. Yarpaqlarının düzülüşünü, rəngini, parlaqlığını araşdırın. Metrlərlə hündürlükdəki ağacların təpəsindəki yarpaqların belə, həmişə necə yamyaşıl qala bildiklərini düşünün. Sonra başınızı qaldırıb səmada uçan quşlara baxın, bir tükü əlinizə götürüb müşahidə edin, hətta bu müşahidəni mikroskopla aparın. Quşlara mükəmməl uçma qabiliyyəti verən tükün içindəki yüzlərlə kiçik qarmağı və bu qarmaqları bir-birinə bağlayan yüzlərlə kiçik rəzəni bir də özünüz görün.

 

Bu nümunələrin sayını artıraraq və çox fərqli istiqamətlərdən yanaşaraq daha bir çox canlını araşdıra bilərik. Onlardakı təfərrüatlı yaradılışı görə bilərik. Bəs bu xüsusiyyətlər necə meydan gəlmişdir? Canlılardakı bu təfərrüatlı xüsusiyyətlər təsadüfən baş verən təsadüflər nəticəsində meydana gəlmiş ola bilərmi?

Bu sualların cavabını da yenə suallar soruşaraq verək. Bir təyyarə şüurlu müdaxilə olmadan təsadüfən yarana bilərmi? Bəs bir fabrik kərpiclərin təsadüfən üst-üstə düzülməsiylə meydan gələ bilərmi? Əlbəttə ki, xeyr. Mürəkkəb strukturlara sahib olan bu texnologiya məhsulları ancaq ağıl sahibi insanlar tərəfindən dizayn olunar ve meydana gətirilərlə. Eynilə təbiətdəki bütün canlılarda görə bildiyimiz mükəmməl yaradılış da üstün ağlın məhsuludur. Bu AÇIQ-AYDIN bir həqiqətdir.

Fransa Elmlər Akademiyasının keçmiş direktoru olan tanınmış fransız zooloqu Pier Qrasse (Pierre Grassé), təsadüflərin canlı aləmin yaranmasını izah edə bilməyəcəyi həqiqəti ilə bağlı bunları söyləmişdir:

Tək bir bitki, tək bir heyvan, minlərlə və minlərlə tam olması lazım gələn şəkildə faydalı təsadüflərə məruz qalmalıdır, yəni möcüzələr adi qanuna çevrilməli, baş vermə ehtimalları inanılmaz dərəcədə aşağı olan hadisələr asanlıqla reallaşmalıdır. Xəyal qurmağı qadağan edən qanun yoxdur, lakin elm bu işin içinə daxil edilməməlidir.(15)

Qrassenin də bildirdiyi kimi dünyadakı canlı varlıqların təsadüflər nəticəsində yaranması, ancaq xəyal məhsulu ola bilər.

CANLILAR TƏSADÜFƏN MEYDANA GƏLMƏYİBLƏR. Bütün canlıları üstün güc sahibi bir Yaradıcı, yəni aləmlərin Rəbbi olan Allah yaratmışdır. Artıq bütün dünyanın gördüyü bu açıq-aşkar həqiqəti siz də ƏSLA ANLAMAZLIQDAN GƏLMƏYİN.

Təbiətdəki canlılarda gördüyümüz üstün ağıl, dizayn və nizam bütün kainata hakimdir. Yaşadığımız dünyadan kosmosdakı digər bütün göy cisimlərinə qədər yenə mükəmməl planlamanın şahidi oluruq.

Üzərində yaşadığımız Yer kürəsi iç-içə keçmiş sistemlərin işlədiyi çox xüsusi planetdir. Canlıların yaşaya bilməsi üçün çox həssas tarazlıqlarla birlikdə, xüsusi olaraq yaradılmışdır. Kainatdakı digər planetlərlə Yer arasında müqayisə aparıldıqda, bu həqiqət daha dəqiq aydın olur. Üzərində həyat olan tək planet Yerdir.

Yerin öz oxu ətrafındakı fırlanma sürəti, Günəşə olan uzaqlığı, atmosferindəki tarazlıqlar, xəyali oxunun meylli olması, digər planetlərin əksinə suyun maye halda davamlı mövcud olması və bunlara bənzər bir çox tarazlıq, Yeri digər planetlərdən fərqləndirər. Yerdəki həyatın davamlılığı baxımından bu tarazlıqlar olduqca əhəmiyyətlidir. Məsələn, canlıların yaşaması üçün mütləq vacib olan Yer kürəsi atmosferi yalnız insanın deyil, yer üzündəki bütün canlıların yaşaması üçün lazım olan qazları ən uyğun nisbətlərdə özündə saxlayır. Atmosferin tərkibində 77% azot, 21% oksigen, 1% karbon və digər qazlar var. Bu nisbətlər canlıların ehtiyacları üçün lazım olan ən ideal ölçülərdir. Bu qazlardan birini, məsələn, oksigeni ələ alaq.

Əgər oksigenin atmosferdəki nisbəti 21%-dən çox olsaydı canlı hüceyrələri qısa müddətdə zərər görərdi. Həmçinin canlı aləm üçün lazım olan bitki örtüyü və hidrokarbonat molekulları da zərər görərdi. Əgər bu nisbət daha az olsaydı tənəffüsümüz çətinləşər və yediyimiz qidaların enerjiyə çevrilməsi qeyri-mümkün olardı. Göründüyü kimi 21%-lik oksigen nisbəti canlı aləm üçün təyin olunmuş ən ideal nisbətdir.

Eynilə havadakı karbon nisbətinin hazırkından daha çox olması da, yer üzünün həddən ziyadə isinərək canlı aləmini təhdid edən temperatur səviyyəsinə çatmasına, daha az olması isə günəş istiliyinin ehtiyyat halında toplanıla bilməyib gecə-gündüz arasında çox böyük temperatur fərqlərinin yaranmasına və gecə temperaturun "0" dərəcədən çox aşağı temperaturlara çatan temperatur azalmasına səbəb olardı. Havadakı azotun nisbəti isə oksigenin yandırıcı təsirinin ən mükəmməl şəkildə tarazlandığı və canlı aləmin yaşaması üçün lazım olan ən uyğun qiymətdədir.

Bu nisbətlərin sabit qalması da yenə Yerdəki başqa vacib tarazlıq ünsürü ilə təmin edilir. Yer üzündəki bitki örtüyü, fotosintez yolu ilə karbonu oksigenə çevirərək hər gün təxminən 200 milyard ton oksigen əmələ gətirir. Yerin kütləsi də atmosferin kosmosa dağılıb getməsinə mane olmaq üçün lazım olan ən ideal ölçüyə malikdir.

Atmosferdəki bu tarazlıqlar təmin edilərkən, eyni zamanda Yer səthindəki temperaturun da nəzarət altında saxlanılması lazımdır. Bu nəzarət Yerin Günəş ətrafındakı orbitinin sabit olması, Günəşin böyüklüyü, Yerin fırlanma sürəti, Yerin xəyali oxunun meyilliyinə bağlıdır.

Günəş Sistemində yaşamağa əlverişli yeganə planet Yerdir. Bu planet üzərində həyatın mövcud bilməsi üçün lazım olan hər şərt çox həssas tarazlıqlarla təmin edilmişdir.

Aşağıdakı şəkildə göstərilən Mars planetidir. Şübhəsiz ki, digər planetlərlə Yer müqayisə edildikdə insan nə qədər xüsusi yaradılmış bir məkaanda yaşadığını rahatlıqla anlaya bilir.

Bunlarla birlikdə Yerdəki həyatın davamlılığı üçün lazım olan bir çox tarazlıq da var. Məsələn, cazibə qüvvəsinin hazırkı gücü tam olması lazım olan ölçüyə malikdir. Əgər cazibə qüvvəsi hazırkından daha güclü olsaydı, atmosfer özündə həddən ziyadə ammonyak və metan qazı toplayardı ki, bu da həyatın sonu demək olardı. Əksinə əgər cazibə daha zəif olsaydı, atmosfer daha çox su itirər və canlıların yaşaması qeyri-mümkün olardı.

Yer qabığının və ozon təbəqəsinin qalınlığı, Yer üzündəki su və azot dövranın təmin edilməsi, dağların varlığı, atmosfer təbəqəsinin qoruyucu xüsusiyyətə sahib olması və bunlara bənzər daha bir çox tarazlıq yer üzündəki canlı həyatın davamlılığı baxımından vacib tarazlıqlardır.

Əksər insan isə, atmosferin qaz tərkibindəki, Yerin Günəşə olan uzaqlığındakı və ya planetlərin hərəkətlərindəki həssas tarazlıqların, incə nizamlardan xəbərsiz şəkildə yaşamağa davam edərlər. Bu tarazlıqların və nizamların öz həyatları üçün nə qədər böyük əhəmiyyət daşıdığını bilməzlər. Halbuki bunlardan hər hansı birində yaranacaq çox kiçik bir dəyişiklik belə insanın varlığı və Yerdəki canlı həyatın davamı üçün çox böyük problem yaradacaq. Üstəlik, burada bəhs etdiklərimiz mövcud olan milyonlarla tarazlıqdan yalnız bir neçəsidir. Lakin yalnız bu bir neçə tarazlığın belə üstün ağlın və elmin məhsulu olduğu AÇIQ-AYDIN bir həqiqətdir.

Elə isə bu qədər həssas tarazlıqların təsadüfən yarana bilməyəcəyini, təkcə üstün güc sahibi Allahın bu nizamı qura biləcəyini ƏSLA ANLAMAZLIQDAN GƏLMƏYİN.

 

Qeydlər

4 The Marvels of Animal Behavior, National Geographic Society, 1972, s. 49-64

5 New Scientist, Eugene Potapov, How Salemenders Survive the Deep Freeze, Vol. 139, ıss. 1890, 11 Eylül 1993, s. 15

6 Bilim ve Teknik Dergisi, Ekim 1987, Sayı 239, s. 10

7 Bilim ve Teknik Dergisi, Cilt, 20 Sayı 231, Şubat 1987, s. 11

8 Lawrence O. Richards, It Couldn't Just Happen, s. 108

9 Görsel Bilim ve Teknik Ansiklopedisi, Cilt 3, s. 782

10 Görsel Bilim ve Teknik Ansiklopedisi, Cilt 3, s. 784

11 Görsel Bilim ve Teknik Ansiklopedisi, 7. Cilt, s. 2352

12 National Geography, June 1995, N.6, Vol. 187, s. 50

13 Görsel Bilim ve Teknik, 8. Cilt, s. 2660

14 David Attenborough, The Life of Birds, Princeton, New Jersey: Princeton University Press, 1998, s. 59

]]>
http://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/245177/Ətrafinizdaki-canlilardaki-mocuzəvi-xususiyyətləri-vəhttp://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/245177/Ətrafinizdaki-canlilardaki-mocuzəvi-xususiyyətləri-vəhttp://imgaws1.fmanager.net/Image/objects/39-sakin-anlamazliktan-gelmeyin/11595_CEVRENIZDEKI_CANLILARDAKI_MUCIZEVI_OZELLIKLERI_MUKEMMELLIKLERI_ANLAMAZLIKTAN_GELMEY.jpgThu, 30 Mar 2017 15:05:16 +0300
Təkamülün Saxtakarlıq Olduğunı və Hərşeyi Allahın Yaratdığını Anlamazlıqdan GəlməyinBəzi insanlar Allahın varlığını qəbul etmək istəmədikləri üçün, yer üzündəki canlı aləmin yaranması ilə bağlı tamamilə ağıl və məntiqdən kənar, hər cür elmi həqiqətlə ziddiyyət təşkil edən "təsadüflər nəzəriyyəsi" ortaya atıblar. Təkamül nəzəriyyəsi olaraq adlandırılan bu nəzəriyyə, yer üzündəki bütün canlıların təsadüflər nəticəsində yarandığını iddia edir. Halbuki təkamülçülərin əsassız iddiaları araşdırıldıqda, bu nəzəriyyənin "canlı aləmin necə yarandığı" mövzusunda tək bir məqbul şərh belə gətirə bilmədiyi aydınlaşar.

Ağıl və vicdan gözüylə canlılardakı mükəmməl sistemlər araşdırıldıqda qarşımıza AÇIQ-AYDIN bir həqiqət çıxar: canlılar yaradılıblar. Təkamülçülərin canlıların yaranması ilə bağlı bütün iddiaları əsassızdır. Yer üzərində təkamül adlı bir proses əsla baş verməmişdir. Bütün kainat üstün ağıl sahibi bir Yaradıcı tərəfindən bənzərsiz şəkildə yaradılmışdır və təkamül yalnız bir yanıltmadır. Bu, qəti bir həqiqətdir.

Canlı aləmlə bağlı bütün elmi və məntiqi dəlillərin AÇIQ-AYDIN BİR YARADILIŞI sübut etməsinə baxmayaraq, hələ də israrla təkamülü müdafiə etməyə davam edənlər var. Bu hissədə elmə bağlı olduqlarını iddia edən bəzi insanların, həqiqətləri görməzlikdən gələrək necə ağıldan kənar iddialar etdiklərini görəcəyik. Eləcə də, kor-koranə bağlı olduqları, etibarsızlığını görməzlikdən gəldikləri nəzəriyyənin 20-ci əsrdə inkişaf edən elm vasitəsilə necə kökündən yox olduğuna şahid olacağıq.

Əsla Allahın varlığını rədd etməyə səy göstərən bu insanların qapıldıqları yanlış fikrə qapılmayın və siz də hər şeyin Yaradıcısının Allah olduğunu, təkamül adlı prosesin yer üzündə əsla baş vermədiyini anlamzlıqdan gəlməyin.

◉ Təkamülçülər, canlıların iki təməl mexanizm sayəsində təkamül keçirdiklərini iddia edirlər: "təbii seleksiya" və "mutasiyalar".

Təbii seleksiya fiziki xüsusiyyətləri təbii şəraitə uyğunlaşmayan canlıların bir müddət sonra yox olacağını, uyğunlaşanların isə nəsillərini davam etdirəcəyini iddia edər. Halbuki bu iddianın təkamüllə heç bir əlaqəsi yoxdur. Təbii seleksiya mexanizmi vasitəsilə ancaq mövcud olan bir növ daxilində zəiflər yox edilir, nəticədə isə, güclü fərdlərdən ibarət olan bir populyasiya ortaya çıxır. Yəni təbii seleksiya nəticəsində təbiətdə hər hansı yeni bir canlı növü yarana bilməz.

Təkamülçülər də əslində bu həqiqəti görürlər. Tanınmış bir təkamülçü olan İngiltərə Təbiət Tarixi Muzeyinin baş paleontoloqu Kolin Patterson (Colin Patterson) təbii seleksiyanın mənasızlığını bu ifadələriylə qəbul edir:

Heç kim təbii seleksiya mexanizmləri ilə yeni bir növ yarada bilməmişdir. Heç kim belə bir şeyə yaxınlaşa da bilməmişdir. Bu gün neo-darvinizmin ən çox müzakirə edilən mövzusu budur.

Təkamülçülərə görə təkamüli dəyişikliklərin digər mənbəyi, canlıların genetik sistemində baş verən təsadüfi mutasiyalardır. Ardıcıl baş verən kiçik mutasiyaların yeni növlər yaratdığını iddia edirlər. Halbuki mutasiyalar təkcə hüceyrədəki bütün məlumatların şifrli vəziyyətdə olduğu DNT-ni korlayarlar. Mutasiyaların qəti təsiri hər zaman zərərlidir, yeni bir növ yaratmaları da qətiyyən mümkün deyil. Mutasiyalar nəticəsində yalnız monqolizm, albinizm, cücəlik, xərçəng kimi xəstəliklər və şikəstliklər meydana gələ bilər. Yaxın keçmişdə Naqasaki və Xirosimada istifadə edilən nüvə silahlarının təsiriylə yaranan radiasiyanın canlılarda yaratdığı mutasiyalar bunun qəti nümunəsidirlər.

Bu məlumatlar əsasında təkamülçülərin təkamülləşdirici kimi iddia etdiyi iki mexanizmin də əslində heç bir məna ifadə etmədiyini və yer üzündə canlıları müəyyən zaman içində təsadüfən yarada biləcək bir mexanizmin var olmadığını anlamazlıqdan gəlməyin.

◉ Təkamülçülər yer üzündəki bütün canlı növlərinin, uzun müddət ərzində bir-birlərindən təkamül yolu ilə meydana gəldiyini iddia edirlər. Nəzəriyyənin bu iddiasının etibarlı ola bilməsi üçün, keçmişdə saysız-hesabsız ara növ canlılarının yaşamış olması zəruridir. Yəni bildiyimiz canlılarla yanaşı, yarı balıq-yarı sürünən və ya yarı sürünən-yarı quş canlılar əmələ gəlmiş olmalıdır. Təkamülçülər keçmişdə yaşamış olduqlarına inandıqları bu xəyali varlıqları "ara keçid canlıları" kimi adlandırırlar.

Əgər bu xəyali canlılar keçmişdə həqiqətən yaşayıblarsa, bu canlıların qalıqlarına fosil nümunələrində də rast gəlinməlidir. Çünki indiyə qədər yaşamış olan milyonlarla heyvan növünün fosillərinə dünyanın hər yerində rast gəlinir. Lakin çox maraqlıdır ki, bu günə qədər aparılmış tədqiqatlarda, böyük əksəriyyəti tapılmış fosil nümunələri arasında, təkamülçülərin keçmişdə yaşadıqlarını iddia etdikləri ara keçid canlılarından tək bir nümunə belə yoxdur. Digər canlıların fosil nümunələri çox zəngin ikən, ara keçid canlısı olduğu iddia edilən xəyali canlılara aid tək bir fosil nümunəsi belə yoxdur.

Bu günə qədər tək bir ara keçid canlısının belə tapıla bilməməsinin, təkamülçü iddiaları tamamilə çürütdüyünü anlamazlıqdan gəlməyin.

◉ Təkamülçülərin xəyali ssenarisinə görə, bəzi balıqlar müxtəlif səbəblərlə sudan quruya keçmə ehtiyacı hiss ediblər. Bu ehtiyaca görə də balıqlarda dəyişmələr başlamış və zamanla quruya çıxaraq burada sürünənlərə çevrilmişlər. Bu, təkamülçülərin sudan quruya keçid nağılının qısa xülasəsidir. İndi qısaca düşünək: Bir balıq bir gün quruya çıxmağa qərar versə nə olar? Yavaş-yavaş sahilə yaxınlaşan, sonra qumlara doğru irəliləyən, ən nəhayət də quruya çıxan bir balığın başına nələr gələ bilər? Şübhəsiz ki, bu sualın cavabı aydındır: Bir balıq hansı yolla olursa olsun quruya çıxsa qısa müddət ərzində öləcək. Dərhal sonra başqa bir balıq bunu təkrarlasa, o da öləcək. Bunu milyonlarla il ərzində milyardlarla balıq da etsə nəticə dəyişməyəcək; quruya çatan hər balıq başqa bir şey etməyə fürsət tapmadan qısa müddət ərzində öləcək. Bu AÇIQ-AYDIN bir həqiqətdir.

kaplan

Yuxarıda şəkildə göstərilən dəniz ulduzunun balığa çevrilməsi iddiası, tamamilə təxəyyülün məhsuludur. İlk sırada gördüyünüz dəniz ulduzunun və ən sonda gördüyünüz balığın fosili mövcuddur. Amma yarı dəniz ulduzu-yarı balıq olaraq göstərilən canlılar bir şəkildən ibarətdir. Ara keçid canlısı olduqları iddia edilən bu şəkillərə bənzər tək bir fosilə belə rast gəlinməmişdir. Çünki bunların tək bir nümunəsi də yer üzündə heç yaşamamışdır.

Həmçinin, bu gün elmi cəhətdən də sübut edilmişdir ki, anatomik və fizioloji cəhətdən bir-birindən tam fərqli quruluşlara sahib olan bu canlıların bir-birlərindən törəmiş olmaları qeyri-mümkündür.

"Suda yaşayan canlı niyə quruda yaşayan canlıya çevrilə bilməz?" sualını cavabını xülasə şəklində belə verə bilərik:

1) Ağırlığın daşınması: Quruda yaşayan canlılar enerjilərinin 40%-dən bədənlərini daşımaq üçün istifadə edirlər. Dənizdə yaşayanlar isə ağırlıqlarını daşımaq məcburiyyətində deyillər. Hər iki canlı növünün də bir-birlərindən tam fərqli əzələ və skelet quruluşları var, buna görə də, olduqları mühitlərdə heç çətinlik çəkməzlər.

2) Temperaturun qorunması: Quruda yaşayan canlılarda tez-tez dəyişən hava şəraitinə uyğun maddələr mübadiləsi baş verir. Halbuki dənizlərdə temperatur çox ləng dəyişir. Buna görə də, quruda yaşayan və suda yaşayan canlılarda maddələr mübadiləsi çox fərqli işləyər. Belə böyük dəyişmənin təsadüfən baş verməsi qeyri-mümkündür.

3) Suyun istifadəsi: Su və rütubət quruda az tapıldığı üçün quruda yaşayan canlılar tərəfindən qənaətlə istifadə edilir. Dəriləri sudan qənaətlə istifadə edə biləcəkləri quruluşa malikdir. Həmçinin quruda yaşayan canlılarda susama duyğusu var. Suda yaşayan canlılar isə su mühitində yaşamağa uyğun dəriyə sahibdirlər. Quruluğa dözə bilməzlər, həmçinin susama duyğuları da yoxdur.

4) Böyrəklər: Suda yaşayan canlılar bədənlərindəki artıq maddələri dəriləri vasitəsilə süzərək olduqları mühitə ötürərlər. Halbuki quruda yaşayan canlılar mükəmməl böyrək sisteminə sahibdirlər. Bütün mürəkkəb quruluşuyla bir böyrəyin təsadüfən yaranması isə qeyri-mümkündür.

5) Tənəffüs sistemi: Balıqlar suda həll olmuş vəziyyətdə olan oksigeni qəlsəmələriylə qəbul edərlər. Quruda yaşayan canlılarda isə mükəmməl ağciyər sistemi mövcuddur.

Nəticə etibarilə, balıqlar hər zaman balıqdırlar, sürünənlər isə hər zaman sürünən. Bir balığın əsla bir ilana və ya bir kərtənkələyə çevrilməsinin mümkün olmadığını və bunun təkcə nağıllarda reallaşa biləcəyini əsla təkamülçülər kimi anlamazlıqdan gəlməyin.

Evrimciler bir kuşun tüyündeki kusursuz yapının bile nasıl oluştuğunu açıklayamadıkları halde, kuşların sürüngenlerden evrimleştiklerini iddia ederler. Bu, son derece asılsız bir iddiadır. Sürüngenlerin her zaman sürüngen, kuşların ise kuş oldukları fosil kayıtlarından kolaylıkla anlaşılmaktadır. Ayrıca sürüngenlerle kuşlar arasında da, balıklarla sürüngenlerde olduğu gibi son derece büyük farklılıklar vardır. Pek çok fizyolojik ve anatomik farklılıktan dolayı böyle bir geçiş mümkün değildir. Birkaç örnek vermek gerekirse;

◉ Təkamülçülər bir quşun tükündəki mükəmməl quruluşun belə, necə yarandığını izah edə bilmədikləri halda, quşların sürünənlərdən təkamül yolu ilə meydana gəldiklərini iddia edərlər. Bu, olduqca əsassız iddiadır. Sürünənlərin hər zaman sürünən, quşların isə quş olduqları fosil nümunələrindən asanlıqla aydın olur. Üstəlik, sürünənlərlə quşlar arasında da, balıqlarla sürünənlər arasında olduğu kimi çox böyük fərqlər var. Bir çox fizioloji və anatomik fərqə görə belə keçidin olması qeyri-mümkündür. Bir neçə nümunə vermək lazımdırsa;

- Quşların sürünənlərdən çox fərqli ağciyər quruluşları var.

- Skelet quruluşları sürünənlərdən tamamilə fərqlidir; məsələn, quşların sümükləri, sürünənlərə görə çox yüngüldür.

- Quşların tükləri, sürünənlərin isə tüklərlə heç bir əlaqəsi olmayan, tamamilə fərqli quruluşda olan pulcuqları var.

Bir sözlə, bir sürünənin ön ayaqlarının qanadlara çevrilməsi və sonra da uçmağa başlaması nağılının həqiqətlə heç bir əlaqəsi yoxdur. Əsla bu kimi təkamülçü nağıllara aldanmayın və bir sürünənin heç vaxt bir quşa çevrilə bilməyəcəyini anlamazlıqdan gəlməyin.

◉ Bura qədər izah etdiklərimizdən başqa təkamül nəzəriyyəsini əsil mənada təməlindən çökdürən bir həqiqət də var. Təkamülçülər dünyadakı canlı həyatın necə başladığı mövzusuna heç bir izah gətirə bilmirlər.

Məlum olduğu kimi, bütün canlılar hüceyrələrdən ibarətdirlər. Məsələn, insan bədənində təxminən 100 trilyon hüceyrə var. Hüceyrələrin əsas təməl elementi isə zülallardır. Bir hüceyrənin varlığından danışa bilməyimiz üçün çox sayda zülal olmalıdır. Çünki hər hüceyrədə yüzlərlə fərqli növdə zülal var. Bu zülalların isə əsla təsadüflərlə izah oluna bilməyəcək qədər mürəkkəb quruluşları və çox xüsusi dizaynları var. Zülallar "amin turşusu" adlandırılan daha kiçik molekullardan yaranırlar. 50 amin turşusundan ibarət olan zülallar olduğu kimi, minlərlə amin turşusudan ibarət olan zülallar da var. Ancaq zülalların yaranması üçün amin turşularının təsadüfən bir yerə gəlmələri də kifayət deyil. Əksinə bir zülalı əmələ gətirən amin turşularından hər birinin müəyyən ardıcıllıq əsasında birləşmələri vacibdir. Tək bir amin turşusunun əskik və ya çox olması, yaxud hər hansı birinin yer dəyişdirməsi zülalı yararsız hala gətirər.

Bu həqiqətlər qarşısında, zülalların yaranması ilə bağlı müxtəlif ehtimal hesablamaları aparan elm adamları tək bir zülalın belə təsadüfən yarana bilməyəcəyi həqiqətini qəbul ediblər.

Məsələn, tərkibində 288 amin turşusu olan və 12 fərqli amin turşusu növündən ibarət olan orta böyüklükdəki bir zülal molekulundakı amin turşuları 10300 fərqli şəkildə düzülə bilər (bu, 1-in sağına 300 sıfırın yazılmasıyla əldə olunan astronomik ədəddir). Lakin bu düzülüşlərdən təkcə biri həmin zülalı yaradar. Dolayısilə, bu nümunədə verdiyimiz zülal molekullarından təkcə birinin təsadüfən yaranma ehtimalı 10300'də bir ehtimaldır. Bu ehtimalın praktikada reallaşması isə qeyri-mümkündür.

Hüceyrələrin əsas təməl elementi olan zülallardan təkcə birinin belə təkamülün əsassız iddialarıyla yaranmasının qeyri-mümkün olduğunu, dolayısilə təkamülçü iddialarla canlı aləmin yaranmasının mümkün olmadığını anlamazlıqdan gəlməyin.

◉ Elm adamları təkcə zülalların deyil, hüceyrələrin də yaranmasıyla bağlı müxtəlif ehtimal hesablamaları aparıblar.

Nyu-York Universitetinin kimya professoru və DNT mütəxəssisi olan Robert Şapiro (Robert Shapiro) təkcə sadə bir bakteriya hüceyrəsindəki 2000 növ zülalın (insan hüceyrəsində isə təxminən 200.000 növ zülal var) təsadüfən əmələ gələ bilmə ehtimalını hesablamışdır. Əldə etdiyi rəqəm, 1040.000-də bir ehtimaldır.(1) "1"-in yanına 40 min sıfır yazıldıqda əldə edilən bu ağlasığmaz ədəd, zülalların əsla təsadüfən yarana bilməyəcəyinin çox açıq bir dəlilidir.

Bu ağlasığmaz ədəd qarşısında, Kardiff Universitetindən Tətbiqi Riyaziyyat və Astronomiya professoru Çandra Vikramasinq (Chandra Wickramasinghe) isə belə fikir bildirmişdir:

Bu ədəd (1040.000) Darvini və bütün təkamül nəzəriyyəsini basdırmağa kifayətdir. Bu və ya başqa bir planet üzərində heç vaxt (həyatın yarana biləcəyi) primitiv şorba olmamışdır və həyat təsadüfən başlaya bilməyəcəyinə görə, məqsədli ağlın məhsulu olmalıdır.(2)

Nəinki bir insanı əmələ gətirən hüceyrələrin, tək bir bakteriya hüceyrəsinin belə təsadüfən yarana bilməyəcəyini və bunun təkamül nəzəriyyəsinin çöküşü mənasını verdiyini anlamazlıqdan gəlməyin.

◉ İnsan bədənində 100 trilyon hüceyrə var. Bu hüceyrələrin hər birinin nüvəsində də DNT adlı bir molekul var. Məhz bu molekulda insana aid bütün xüsusiyyətlərin məlumatı (yəni göz, saç və dəri rəngindən daxili orqanların quruluşuna, boy uzunluğundan səs tonuna qədər hər cür məlumat) şifrlənmiş halda mövcuddur. DNT-dəki genetik məlumat kağıza köçürülməyə cəhd edilsə, təxminən hər biri 500 səhifə olan 900 kitabdan ibarət nəhəng kitabxana yaratmaq lazım olar. Bütün bu məlumatlar DNT-nin "gen" adlandırılan hissələrində şifrlənmişdir. Genlər isə, müəyyən ardıcıllıq əsasında düzülmüş nukleotidlərdən əmələ gəlir. Bu nukleotidlərdə meydana gələ biləcək ardıcıllıq səhvi həmin geni yararsız hala gətirər.

Bir Avtomobili Çölə Atıb On İl Sonra Geri Qayitdiqda Onu Necə Görərik?

Fizikanın ən fundamental qanunlarından biri olan Termodinamikanın ikinci qanunu kainatda öz halına, təbii şərtlərə buraxılan bütün sistemlərin, zamanla doğru mütənasib olaraq nizamsızlığa, dağınıqlığa və pozulmağa doğru gedəcəyini söyləyir. Bu gerçək hamımızın yaxından müşahidə etdiyimiz bir vəziyyətdir. Məsələn bir avtomobili çölə aparıb atsanız və aylar sonra vəziyyətini bilmək üçün geri qayıtsanız, əlbəttə ki onun əvvəlkindən daha inkişaf etmiş, daha baxımlı bir hala gəlməsini gözləyə bilməzsiniz. Əksinə şinlərinin partlamış, şüşələrinin qırılmış, kaportasının paslanmış, mühərrikinin çürümüş olduğunu görərsiniz. Təkamül nəzəriyyəsinə görə isə, dağınıq, nizamsız, cansız atomlar və molekullar zamanla öz-özlərinə təsadüflərlə bir yerə gələrək nizamlı və planlı zülalları, DNT, RNT kimi olduqca kompleks molekulyar strukturları, sonra da daha çox inkişaf etmiş nizamlara, dizaynlara sahib milyonlarla canlı növünü ortaya çıxarmışlar. Əlbəttə belə bir ssenarinin reallaşması mümkün deyil. Məhz təkamülün ziddiyyətli və elmi həqiqətlərdən uzaq nöqtələrindən biri də budur.

Bir kitabxanada olan minlərlə kitabın hər birindəki məlumatlar təsadüfən yazılmış ola bilərmi? Əlbəttə bu mümkün deyil. Elə isə canlılarla əlaqədar bütün məlumatların saxlandığı DNT molekulunun təsadüfən yarana bilməyəcəyi də aydındır.

İnsan bədənində 200.000 gen mövcuddur. Bu 200.000 geni əmələ gətirən milyonlarla nukleotidin düzgün ardıcıllığının təsadüfən meydana gəlməsi isə əsla mümkün deyil.

DNT-dəki bu mürəkkəb quruluşun xüsusi dizayn nəticəsində meydana gəldiyini, yəni DNT-ni Allahın yaratmış olduğunu anlamazlıqdan gəlməyin.

◉ Təkamülçülər bütün canlıların ibtidaidən aliyə doğru inkişaf etdiklərini iddia edirlər. Bu əsassız iddiaya görə, insan da digər bütün canlılar kimi təkamülçülərin "ibtidai insan" dedikləri yarı meymun - yarı insan varlıqların zamanla inkişafı ilə əmələ gəlmişdir. Halbuki bu gün ibtidai insan adlı şeyin olmadığını bilirik. İnsanlar hər zaman insan, meymunlar da hər zaman meymun olaraq qalmışdırlar. Bu qəti bir gerçəkdir. İnsanın atası kimi göstərilən fosillər keçmiş insan irqlərinə aiddir. Hətta dövrümüzdə yaşayan bir çox insan cəmiyyəti (piqmeylər, yerli aborigenlər kimi) təkamülçülərin insanın ulu babaları kimi göstərməyə çalışdıqları bu nəsli tükənmiş insan irqləriylə bənzər fiziki görünüş və xüsusiyyətləri daşıyırlar.

İnsanlarla meymunlar arasında çox kəskin anatomik fərqlər var. Bunların təkamüllə izah olunması qeyri-mümkündür. Bu, qətiyyən əksi iddia edilə bilməyəcək, elmi dəlillərlə sübut edilmiş olan AÇIQ-AYDIN bir həqiqətdir.

Bu mövzudakı bir çox dəlildən bir neçəsi bunlardır:

- Təkamülçülərin yarı meymun canlıların yaşadığını iddia etdikləri dövrlərə aid olan 800 min illik bir insan üzü fosili, 1995-ci ildə İspaniyanın Atapuerka bölgəsində tapılmışdır. Bu fosilin əhəmiyyəti müasir insandan fərqlənməyən quruluşa sahib olmasından qaynaqlanır. Belə olan halda, 800 min illik bu fosili görən insanların anlamazlıqdan gələ bilməyəcəyi bir həqiqət ortaya çıxır: 800 min il əvvəlki insanla bugünkü insanın arasında heç bir fərq yoxdur.

- Təkamülçülərin nəsil ağacı ardıcıllığında meymundan insana keçidin ilk mərhələlərində yer alan və erektus (lat. homo erectus) kimi adlandırdıqları insanların bundan 700 min il əvvəl gəmiçiliklə məşğul olduğu müəyyən olunmuşdur. Bu mövzu ilə əlaqədar xəbərlərdən biri 14 mart 1998-ci ildə, “New Scientist” adlı jurnalda, "ilk insanlar düşündüyümüzdən daha çox ağıllı idi…" başlığıyla dərc olunmuşdur. Gəmi inşa edəcək biliyə və texnologiyaya sahib olan bu insanların "ibtidai" olaraq xarakterizə edilməsi isə, şübhəsiz ki, qeyri-mümkündür.

- Keniyadakı Turkana gölü yaxınlığında, şaquli skelet quruluşuna görə müasir insandan heç fərqli olmayan bir uşaq fosili tapılmışdır. Erektus (lat. homo erectus) irqinə aid olan bu fosil barəsində paleoantropoloqların qənaəti eynidir. Amerikalı paleoantropoloq Alan Uolker (Alan Walker) bu uşaq fosili ilə əlaqədar olaraq: "orta səviyyəli patoloqun bu fosilin skeletiylə müasir insan skeletini bir-birindən ayırmasının çox çətin olduğunu" söyləmişdir.(3)

- Bunlardan savayı təkamülçülərin Neandertal insan kimi adlandırdığı insan irqinə məxsus olduğu müəyyən olunmuş 26 min illik tikiş iynəsi fosilləri tapılmışdır. Bu da bizə təkamülçülərin "ibtidai insan" kimi xarakterizə etdiyi neandertalların on minlərlə il əvvəl geyim barəsində məlumat sahib olduqlarını göstərir.

Gəmi inşa edəcək mədəniyyətə sahib olan, geyim sənətini bilən, skeletinin quruluşuna görə bizdən heç bir fərqi olmayan və müasir dövrdən yüz minlərlə il əvvəl yaşamış olan bu insanların təkamülçülər tərəfindən "ibtidai insan" kimi qəbul etdirilməyə çalışılmasının nəticəsiz səy olduğunu əsla anlamazlıqdan gəlməyin.

◉ Təkamülçülər insanın yaranması ilə bağlı meymunabənzər "ara keçid canlı"larından ibarət olan ardıcıllıq təyin edərlər və buna da insanın "nəsil ağacı" deyərlər. Təkamülçülərə görə müasir insan meymundan əmələ gələrək zamanla insana məxsus xüsusiyyətlər qazanmış və bugünki görünüşünə qovuşmuşdur. Bu, tamamilə xəyali ardıcıllıqdır. Bunun xəyali olduğunu daha yaxşı anlamaq üçün təkamülçülərin nəsil ağacındakı ardıcıllığı meydana gətirərkən nələri əsas kimi götürdüklərini araşdırmaq kifayət edəcək.

Bu ardıcıllığı meydana gətirərkən təkamülçülərin ilham mənbəyi bəzən bir kəllə sümüyü, bəzən tək bir çənə sümüyü, bəzən də yalnız bir diş parçası olmuşdur. Bir sümüyə baxaraq və yalnız bu sümüyə əsaslanaraq bir canlının xarici görünüşünü, qohumlarını, nəslini müəyyənləşdirmək isə qeyri-mümkündür. Təkamülçülərin etdiyi məhz budur. Tək bir sümüyə əsaslanaraq canlılar haqqında xəyali, lakin təfərrüatlı iddialar ortaya atar və öz xəyali iddialarından istifadə edərək xəyali nəsil ağacları meydana gətirərlər.

Bu nəsil ağaclarından başqa əllərindəki tək bir sümüyə əsaslanaraq çox əhatəli ssenarilər də yaradarlar. Məsələn, meymunabənzər bir insanı, yenə meymunabənzər həyat yoldaşı və uşaqlarıyla birlikdə yanan bir odun kənarında oturarkən, ibtidai alətlərlə ovladıqları yeməklərini yeyərkən və ya ağacların üstündə birlikdə yaşayarkən təsvir edən şəkillər, illərdir ki, müxtəlif nəşrlərdə dərc olunur. Bütün bu nəşrlər təkamülçülərin tərəfli izahlarının məhsuludur. Bu yolla tarixdə yarı-meymun, yarı-insan canlıların yaşadığı və bunların bizim ulu babamız olduğu təlqini cəmiyyətə qəbul etdirilməyə çalışılır.

Halbuki bütün bu şəkillər yalnız və yalnız təkamülçülərin geniş xəyal güclərinin məhsuludur. Heç bir gerçək tərəfləri yoxdur. Yalnız bir sümük və ya diş parçasına əsaslanaraq bir canlının ailə həyatını əks etdirən şəkillərin çəkilməsi, bu canlıların təfsilatlı maketlərinin hazırlanması, şübhəsiz ki, elmi həqiqətlərin deyil, çox geniş təxəyyülün göstəricisi ola bilər.

Bir sözlə, mediada gördüyünüz yeriyən, yemək yeyən və ya ailəsiylə birlikdə ibtidai həyat yaşayan "ibtidai insanlar" kimi tanıdılmağa çalışılan meymun-insan şəkillərinin əslində tək məqsədi, xalqı yanlış istiqamətləndirmək və aldatmaqdır.

Bura qədər təkamül nəzəriyyəsinin heç bir elmi sahədə etibarlılığı olmadığını araşdırdıq. Lakin bütün bu həqiqətlərdən olduqca açıq bir həqiqət də vardır ki, bunun təkamülçü izahlarla açıqlanması qəti olaraq qeyri-mümkündür. Bu AÇIQ-AYDIN həqiqət budur:

İnsan dediyimiz varlıq əslində, cansız fosfat, karbon, kalsium, maqnezium kimi maddələrin atomlarından yaranmışdır. Bu atomların isə özlərinə məxsus şüurları və iradələri yoxdur. Lakin necə olubsa bu cansız atomlar birləşmiş və canlı bir insanı meydana gətirmişdir. Sonra da bu "atomlar birliyi" oxumağa, universitet bitirməyə qərar vermiş və həmin atomların bir hissəsi professor olmuşdurlar. Atomlardan yaranan professorlar mikrobiyologiya sahəsində mütəxəssisləşməyə qərar vermiş və "elektron mikroskop icad edib özümüzü seyr edək" demişdirlər. Yaxud tibb sahəsində mütəxəssisləşib, atomlardan əmələ gələn virusların səbəb olduğu xəstəlikləri yenə atomlardan əmələ gələn dərmanlarla müalicə ediblər.

Məhz təkamülçülərin iddiaları açıqca budur. Atomun təklikdə şüursuz olduğunu bilirlər, lakin çox sayda atomun birləşdikdə düşünə bilən, darıxan, sevinən, kədərlənən şüurlu insanları meydana gətirdiyini iddia edirlər.

İnsan şüur, iradə sahibi, düşünə bilən, danışa bilən, ağlını işlədə bilən, mühakimə qabiliyyəti olan, qərarlar verə bilən bir varlıqdır. Bu xüsusiyyətləri onu fərqli edər. Məhz bütün bu xüsusiyyətlər, onun sahib olduğu "ruh"un funksiyalarıdır.

Bir insanı əmələ gətirən bütün hissəciklər tək-tək təsadüfən bir yerə toplansa belə, belə bir atom yığınının insan ruhunu meydana gətirə bilməyəcəyini ƏSLA ANLAMAZLIQDAN GƏLMƏYİN.

Qeydlər

1 Robert Shapiro, Origins: A Sceptics Guide to the Creation of Life on Earth, New York: Summit Books, 1986, s. 127)

2 Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from Space, New York: Simon and Schuster, 1984, s. 148)

3 Boyce Rensberger, The Washington Post, 19 Kasım 1984

]]>
http://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/245176/təkamulun-saxtakarliq-olduguni-və-hərseyihttp://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/245176/təkamulun-saxtakarliq-olduguni-və-hərseyihttp://imgaws1.fmanager.net/Image/objects/39-sakin-anlamazliktan-gelmeyin/11594_EVRIMIN_BIR_ALDATMACA_OLDUGUNU_HERSEYI_ALLAH_IN_YARATTIGINI_SAKIN_ANLAMAZLIKTAN_GELMEYIN.jpgThu, 30 Mar 2017 14:54:59 +0300
Allahın Açıq-Aydın Varlığını Anlamazlıqdan Gəlməyinİnsan dünyaya gəldiyi andan etibarən çox nizamlı bir mühitdə yaşayar. Varlığını davam etdirmək üçün oksigenə ehtiyac duyar. Çox maraqlıdır ki, yaşadığı dünyanın atmosferi, onun üçün ehtiyac duyduğu miqdarda oksigeni təmin edər və o da buna görə rahatlıqla nəfəs ala bilər. Yaşadığı planetdə canlı aləmin yarana bilməsi üçün istilik mənbəyinin olması zəruridir, tam da lazımi istilik və enerjini təmin edə biləcək məsafədə Günəş var. Həyatını davam etdirmək üçün qidalanmağa ehtiyacı var. Dünyada hara baxsa, növbənöv yeməklə qarşılaşar. Həmçinin suya ehtiyac duyar, yaşadığı planetin dörddə üç hissəsi su ilə əhatə olunmuşdur. Sığınmağa ehtiyacı var. Ətrafında onu sığınacaqla təmin edə biləcək bir çox məkan və bu məkanları inşa edə biləcəyi hər cür material mövcuddur.

Burada saydıqlarımız insanın varlığından danışmaq üçün lazım olan milyonlarla, milyardlarla incəlikdən yalnız bir neçəsidir. Xülasə, insan tam olaraq həyatını davam etdirə biləcəyi, açıqca "insan üçün yaradılmış" bir məkanda yaşamağa başlayar.

Lakin hər nədənsə insan bütün bunları vərdiş pərdəsinin arxasında qiymətləndirər; onun üçün bütün bu izah edilənlər "adi" şeylərdir. Halbuki insan içində olduğu vəziyyəti sorğulayaraq ətrafına baxa bilsə, vərdişlərin kənarına çıxacaq və düşünməyə başlayacaq:

Necə olur ki, səma dünya üçün qoruyucu tavan funksiyası yerinə yetirir?

Necə olur ki, insan bədənindəki trilyonlarla hüceyrənin hər biri öz görəcəyi işləri bilir?

Necə olur ki, yer üzündə fövqəladə ekoloji tarazlıq var?…

Bunlara bənzər sualları araşdıraraq düşünən insan isə doğru yoldadır. Eləcə də, o, ətrafında hər an baş verənlərə qarşı laqeyd yanaşmır və fövqəladə şeylər olduğunu anlayır. Suallar soruşaraq və bunların cavablarını verərək düşünən insan bir müddət sonra hər şeydə plan və nizam olduğunu dərk edəcək:

Bütün kainatdakı mükəmməl nizam necə meydana gəlmişdir?

Dünyadakı tarazlıqlar kim tərəfindən təmin edilmişdir?

İnanılmaz müxtəlifliyə sahib olan dünyadakı canlılar necə yaranmışdır?

Bu kimi sualların cavablarını araşdıran insan çox aydın bir həqiqətlə qarşılaşar. Kainatdakı hər şey; hər cür nizam, hər canlı, hər mexanizm bir planın parçası, bir dizaynın məhsuludur. Bir böcəyin qanadındakı mükəmməl quruluşdan, bitkilərin torpaqdan aldıqları suyu metrlərlə yuxarıya heç çətinlik çəkmədən çıxartmalarını təmin edən daşıma sistemlərinə, planetlərin orbitlərindəki nizamdan Yerin atmosferindəki qazların nisbətinə qədər hər incəlikdə bənzərsiz mükəmməllik var. Bütün bunların təsadüfən yaranması isə qəti olaraq qeyri-mümkündür. Çünki mükəmməl tarazlıqların, iç-içə keçmiş mexanizmlərin olduğu yerdə, əlbəttə, ağıl və şüurlu tənzimləmə var.

Məhz insan dünyada baxdığı hər yerdə, gördüyü hər incəlikdə Allahı tapar. Hər şeyi Öz nəzarətində saxlayan, hər cür yaratmadan xəbərdar, bütün aləmlərin Rəbbi olan Allah varlığını qullarına bu mükəmməlliklə tanıdar. Ətrafımızdakı hər şey; uçan quşlardan döyünən ürəyimizə, insanın öz doğuşundan səmada günəşin varlığına qədər hər şey Allahın sonsuz gücünü, yaratmada ortağı olmadığını bizə göstərir. Allahın böyüklüyü sərhədsizdir. O hər şeyə qadirdir. İnsana düşənsə bu həqiqəti qavramaqdır.

Elə isə, siz də ətrafınızdakı canlı-cansız bütün varlıqların Allahın varlığını və gücünü göstərdiyini anlamazlıqdan gəlməyin. Ətrafınızda gördüyünüz şeylərə baxın və Rəbbimiz olan Allahın sonsuz qüdrətini təqdir etməyə çalışın.

Allahın varlığı AÇIQ-AYDIN bir həqiqətdir. Bu həqiqəti anlamazlıqdan gəlmək, yalnız insanın özünə verəcəyi böyük zərərlərin başlanğıcı olar. Çünki Allah heç nəyə ehtiyacı olmayandır, ucadır, böyükdür. Allah göydən yerə qədər hər şeyin sahibidir.

Allah Quranda Zatını belə tanıdır:

Allah... Ondan başqa İlah yoxdur, Diridir, Qaimdir. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa hamısı Ona məxsusdur. Onun icazəsi olmadan Onun yanında kim şəfaət edə bilər? O onların gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şeyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, çox ucadır, Uludur. (Bəqərə surəsi, 255)

]]>
http://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/245175/allahin-aciq-aydin-varligini-anlamazliqdanhttp://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/245175/allahin-aciq-aydin-varligini-anlamazliqdanhttp://imgaws1.fmanager.net/Image/objects/39-sakin-anlamazliktan-gelmeyin/11593_ALLAH_IN_APACIK_OLAN_VARLIGINI_SAKIN_ANLAMAZLIKTAN_GELMEYIN.jpgThu, 30 Mar 2017 14:50:14 +0300
Bütün pisliklərin mənbəyinin dinsizlik olduğuna əsla etinasız yanaşmayınİman gətirənlər bütün həyatları boyu Allahın onlara göstərdiyi yola tabe olurlar. Onun əmrlərinə, hökmlərinə diqqətlə yanaşır, ömürlərini Rəbbimizin rizasını qazanmaq üçün keçirirlər. Bunun üçün də Allahın insanlar üçün seçib-bəyəndiyi din olan İslama uyğun yaşayır və Quranı özlərinə rəhbər tuturlar. Yüksək vicdanlarına görə Allahın onlardan istədiyi və bir çox ayəsində nümunə göstərdiyi gözəl əxlaqı bütün həyatlarında əks etdirirlər. Əsla Rəbbimizin hökmlərindən kənara çıxmaz, qadağalarına etinasız yanaşmazlar. 

Allahın varlığını israrla inkar edən, inkar etməsə də, Onun göndərdiyi dinə təslim olmağı qəbul etməyən bəzi insanlar isə əsla bu gözəl əxlaqa uyğun yaşamazlar. Quran əxlaqının tələb etdiyi yaxşılıqları heç vaxt etməzlər. Buna görə, din əxlaqına uyğun yaşamayan insanlar hər cür əxlaqsızlığı, çirkin hərəkəti qorxmadan, sonunu düşünmədən edirlər.

Allah qorxusu olmayan insan rahatlıqla yalan söyləyir, oğurluq edir, rüşvət alır, adam öldürür, özünə qəsd edir, qumar oynayır, insanların hüquqlarını tapdalayır, ədalətsizlik edir. Bunları ya açıq-aşkar, ya da özünə görə əsaslandıraraq edir. Qəzəbini boğmur, kinlidir, həsəd aparır, insanları incidən sözləri rahatlıqla deyir, öz mənfəətlərini hər şeydən üstün tutur. Bu insanların arasından: “Mən dindar deyiləm, ancaq pis insan da deyiləm, qəzəblənmirəm də”, – deyənlər çıxa bilər. Ancaq bu insan gün gələr, onu özündən çıxaran hadisə ilə qarşılaşar, Allaha təvəkkülü olmadığı üçün qəzəblənər və şəxsinə yaraşdırmadığı hər cür pisliyi etmək üçün özünə haqq verə bilər. Hətta adam öldürər, arxasınca: “Buna layiq idi”, – deyə bilər. Bu, Allahdan qoxub-çəkinən insana əsla xas olmayan nəticədir. Çünki inanclı insan səbirlidir və Allah’ın qadağan etdiyi şeyi etməz. Buna görə, qəzəbini cilovlayar.

İnancsız insan: “Mən dinsizəm, ancaq rüşvət almıram, dürüstəm”, – deyə bilər. Ancaq bu, sadəcə bir iddiadır. Çünki Allahdan qorxub çəkinməyən insan çətinliyə düşdükdə hər cür pisliyi asanlıqla edir. Məsələn, “uşaqlarımı oxutmaq üçün rüşvət aldım” kimi özünə görə doğru olan bəhanə uydurur. Halbuki, dindar insan belə bir şeyi əsla etməz. Allahdan qorxub-çəkinən insan axirətdə hesabını verə bilməyəcəyi hərəkətdən çəkinər.

Oğurluq da bu qeyri-səmimi davranışa yaxşı misaldır. Oğurluq kimi cəmiyyətdə cinayət hesab edilən hərəkət belə bu insanlar arasında bəzi şərtlər altında normal görünür. Məsələn, otellərdən, kafelərdən götürülən dəsmal, çəngəl-bıçaq kimi əşyalar oğurluq hesab edilməz. Halbuki, din əxlaqına görə bu, hər cür halda əxlaqsızlıqdır.

Bütün bunların hamısı Allahdan qorxub-çəkinməyən insanların ortaq xarakteridir. Bu xarakteri izah etmək üçün yüzlərlə başqa misal çəkmək olar. Belə insanlar gözəl əxlaqlı davranmaq üçün əsla iradə göstərməzlər. Ancaq mənfəətlərinə uyğun olduqda bəzi fədakarlıqlar edə bilərlər. Bu fədakarlıq mənfəətlərinin aradan qalxması ilə sona çatar. Halbuki, dindar insanın iradəsi çox güclüdür. Allah qorxusu bunu tələb edir. Bu qorxu din əxlaqının cəmiyyətə qazandırdığı təhlükəsiz mühitə də zəmanət verir.

Ailə mühitini meydana gətirən vəfa, sədaqət, sevgi və hörmət kimi dəyərlər də dinsiz cəmiyyətdə aradan qalxır. Gözəl əxlaqın gətirdiyi bu davranışları heç bir qarşılıq gözləmədən edənlər ancaq Allahdan qorxan və bütün etdiklərinə görə axirətdə cavab verəcəklərini bilən inanclı insanlardır.

Mərhəmət, sevgi və fədakarlıq üzərində qurulan, Quran əxlaqına əsaslanan ailələr bir cəmiyyətin gələcəyi və rahatlığı baxımından həyati əhəmiyyət daşıyır. Ancaq bu dəyərlərin aradan qalxdığı dinsiz mühitdə cəmiyyətin əsas dirəyi olan ailə pozularsa, millət də pozular.

Qurana tabe olmaqla əldə edilən bu rahat mühiti təmin etmək ancaq insanların Allah inancı və Allah qorxusu ilə mümkündür. Bunlar qəti, açıq-aşkar həqiqətlərdir.

Dinsizliyin hakim olduğu cəmiyyətdə sosial anarxiya meydana gəlir. Varlı kasıbı əzir, kasıblar da onlara kin bəsləyir, müdir işçiyə, işçi də müdirə qarşı anlayışsız və təcavüzkar münasibət bəsləyir. Ehtiyac içində olan insanlara mərhəmət etmir, əksinə olaraq, qəzəblənirlər. Ata övlada, övlad da ataya qarşı təcavüzkar davranır.

Qəzetlərdə bir gün belə əskik olmayan cinayət və özünəqəsd xəbərlərinin mənbəyini dinsizlik təşkil edir. Sadəcə qəzəbləndiyi, kin bəslədiyi və ya ölümündən fayda əldə edəcəyi üçün gözünü qırpmadan soyuqqanlılıqla adam öldürən bir insan, əlbəttə, axirətdə bu etdiklərinə görə cavab verəcəyini düşünmür. Allahdan qorxub-çəkinməyən insanın rahatlıqla törətdiyi cinayətlər bütün cəmiyyətin nizamını pozan, rahatlığı yox edən davranışlardır.

Bu cür cəmiyyətdə yardımlaşma, comərdlik kimi anlayışlar yox olmuşdur. İnsanlar bir-birlərini müdafiə etməz, sağlamlıqlarını, rahatlıqlarını əsla düşünməz, insanlara dəyəcək ziyanın qarşısını almağa çalışmazlar. Məsələn, yolda huşunu itirib yıxılan insana fikir vermir, lazımi diqqət göstərmirlər. Hər kəs bir-birindən maksimum dərəcədə faydalanmağa çalışır, buna görə, fırıldaqçılıq etməkdən də çəkinmirlər. Benzin satan benzinə su qatır, supermarket istifadə müddəti sona çatmış məhsulu satmaqdan çəkinmir. Xidmətlər də daima məhduddur, həkim ancaq çox yaxşı müştəriyə lazımi diqqəti göstərir, ancaq yaxşı pul qazanacağını düşünərsə, xidmət edir. Nəticədə, bəzi insanlar ancaq dünyəvi mənfəət əldə etdikdə fədakarlıq edirlər.

Göründüyü kimi, din əxlaqına uyğun yaşamadıqda hər yerdə ictimai problemlər, əxlaqsızlıqlar tükənmir. Elə isə Allah’ın insanlar üçün seçib-bəyəndiyi din əxlaqına təslim olmağın zəruri olduğunu, ancaq bu şəkildə təhlükəsizliyin və rahatlığın əldə ediləcəyini unutmayın. Ancaq Allah’ın əmrlərinə tabe olaraq keçirdiyiniz ömrün axirətdə də hesabını rahatlıqla verəcəyinizi bilin.

Dinsizliyin gətirdiyi pis əxlaq, hər şeydən əvvəl, insanların rahatlığını pozur, qəlblərində böyük sıxıntı əmələ gətirir. Məsələn, həsəd aparan və buna görə ətrafına pislik edən insanın qəzəbi, çəkdiyi vicdan əzabı və həsədin qəlbinə mənfi təsiri çox sıxıntı verir. İnsanın həsəd apardığından çox vaxt qarşı tərəfin heç xəbəri olmaz, olsa da, bundan zərər görməz. Ona görə, insan həsəd apardıqda ancaq özü vicdan əzabı çəkir və qəzəblənir. Bu da dinsizliyin insanda meydana gətirdiyi sıxıntılı əhvaldır. Allah bir ayədə din əxlaqından uzaq yaşayan insanların sıxıntısına belə diqqət çəkir:

 “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini sanki o, göyə çıxırmış kimi daraldıb sıxıntıya salar. Allah iman gətirməyənləri beləcə rəzalətə salar” (Ənam surəsi, 125)

 Dindar insanlar isə bir-birlərinin etdiyi yaxşı, xeyirli işlərə sevinir, bir-birlərinin gözəl xüsusiyyətlərindən zövq alırlar. Bir insanın gözəlliyi inanclı şəxsə Allah’ın yaratma gücünü xatırladır və Onu təsbih edib şanını ucaltmasına səbəb olur. Halbuki, din əxlaqından uzaq yaşayan insanların həsəd apardıqlarına görə, dediyi incidici sözlər, qoyulan ləqəblər, edilən dedi-qodular daima gərgin mühit əmələ gətirir. Dinsizliyin insanlarda formalaşdırdığı fitnəkar, səbirsiz, dəyişkən xarakter bütün bunları edən insanların özlərinə böyük sıxıntı kimi geri qayıdır. Yəni insanlar açıq-aşkar özlərinə zülm edirlər. Bir ayədə Rəbbimiz belə buyurur:

 ”… lakin insanlar özləri özlərinə zülm edərlər” (Yunus surəsi, 44)

 Allahdan qorxub-çəkinən insan hər hadisədə daima səbirlə davranır. Çətinliklər heç vaxt onu şövqdən salmır, əhvalını pozmur. Allaha güvəndiyinə görə, hər cür hadisəni qətiyyətlə və mətanətlə qarşılayır. Dinin insanlara bəxş etdiyi təvəkküllü və rahat əhvali-ruhiyyəyə malik olduğuna görə, hadisələri ağılla dəyərləndirir və nəticə əldə edir. Ancaq dinsizliyin gətirdiyi təvəkkülsüzlük, sıxıntı və batil qorxularla dolu əhvala malik insanlar əsla gözəl həyat yaşamazlar. Nə cəmiyyət, nə də cəmiyyətin fərdləri dindən uzaq mühitdə rahatlıq tapmazlar. Allah’ın bir ayədə də bildirdiyi kimi, “… qəlblər yalnız Allahı zikr etməklə aram tapar!” (Rəd surəsi, 28)

Elə isə, dinsilzliyin cəmiyyətin gözəl, insanpərvər duyğularını məhv etdiyini düşünüb bundan dərs çıxarın və Allah’ın hökmünə təslim olmayan insanların dünyada da, axirətdə də çətinlik və peşmançılıq içində yaşayacaqlarına əsla etinasız yanaşmayın.

 

]]>
http://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/177052/butun-pisliklərin-mənbəyinin-dinsizlik-oldugunahttp://adnanoktar.az/az/Hec-vaxt-anlamazliq-etməyin/177052/butun-pisliklərin-mənbəyinin-dinsizlik-oldugunahttp://imgaws1.fmanager.net/Image/objects/39-sakin-anlamazliktan-gelmeyin/11602_BUTUN_KOTULUKLERIN_KAYNAGININ_DINSIZLIK_OLDUGUNU_SAKIN_ANLAMAZLIKTAN_GELMEYIN.jpgMon, 23 Dec 2013 12:19:21 +0200