ADNANOKTAR.AZhttp://adnanoktar.azadnanoktar.az - Məqalələr - Ən son əlavələrazCopyright (C) 1994 adnanoktar.az 1ADNANOKTAR.AZhttp://adnanoktar.azhttp://harunyahya.com/assets/images/hy_muhur.png11666  Atmosfer və nəfəsHəyatımızın hər dəqiqəsində nəfəs alırıq. Havanı ciyərlərimizə çəkir və dərhal həmin havanı xaric edirik. Bunu o qədər çox edirik ki, adi proses olduğunu düşünürük. Halbuki, əslində, tənəffüs çox mürəkkəb prosesdir.


Bədənimizdəki sistem elə tənzimlənmişdir ki, tənəffüs zamanı düşünməyimizə ehtiyac qalmır. Yeriyərkən, qaçarkən, kitab oxuyarkən, hətta yatarkən bədən nə qədər nəfəs almalı olduğumuzu hesablayır və buna əsasən ciyərlərimizin fəaliyyətini təmin edir. Nəfəs almağa bu qədər çox ehtiyac duymağımızın səbəbi isə bədənimizdə hər saniyə baş verən milyardlarla əməliyyatın oksigenlə həyata keçən reaksiyalardan enerji əldə etməsidir.


Hal-hazırda gözünüzün torlu qişasındakı milyonlarla hüceyrənin fasiləsiz şəkildə oksigenlə qidalanması sayəsində bu yazını oxuya bilirsiniz. Əgər qanınızdakı oksigen nisbəti azalsa, “gözünüz qaralar”. Həmçinin bədəndəki bütün əzələlərin, onları təşkil edən hüceyrələrin hamısı karbon birləşmələrini "yandıraraq", yəni oksigenlə reaksiyaya daxil edərək enerji əldə edir. Bu proses nəticəsində bədəndən dərhal xaric edilməli olan karbon-dioksid ortaya çıxır.


Tənəffüs etməyimizin səbəbi də məhz budur. Havanı içimizə çəkdiyimiz an ağciyərlərimizdəki təxminən 300 milyon kisəcik oksigenlə dolur. Bu kisəciklərin divarlarını əhatə edən kapillyarlar dərhal oksigeni çəkir, əvvəlcə ürəyə, sonra isə  bütün bədənə daşıyırlar. Kapillyarlar oksigeni qəbul edib, tullantı maddəsi olan karbon-dioksidi xaric edirlər. Yarım saniyə belə çəkməyən bu əməliyyat sayəsində aldığımız təmiz havanı çirkli hava kimi geri veririk.


Ağciyərlərimizdə niyə 300 milyon kisəciyin olduğunu düşünə bilərsiniz. Bunun səbəbi ağciyərlərin hava ilə təmasda olan sahəsini maksimum həddə çatdırmaqdır. Kisəciklər sayəsində sıxışdırılmış bu sahə, əslində, o qədər böyükdür ki, əgər bu sahəni düz bir səthə yaysaq, tennis meydançası qədər yeri əhatə edər.


Burada bir məqama diqqət yetirək: ağciyərlərdəki kisəciklərin və onlara gedən kanalların bu qədər dar olması oksigen tənəffüsünü artırmaq üçün yaradılmış mükəmməl bir sistemdir. Ancaq bu sistem başqa bir şərtdən - havanın sıxlığının, axıcılığının və təzyiqinin dar kanallarda asanlıqla hərəkət edəcək xüsusiyyətdə olmasından asılıdır.


Havanın təzyiqi 760 mm civə sütunudur. Sıxlığı dəniz səviyyəsində hər litrə təqribən 1 qramdır. Dəniz səthindəki axıcılığı isə suyun əlli mislidir. Əhəmiyyətsiz zənn edə biləcəyimiz bu rəqəmlər, əslində, həyatımız üçün çox vacibdir. Çünki “hava ilə tənəffüs edən canlıların mövcud olması üçün atmosferin ümumi xarakteristik xüsusiyyətləri (sıxlığı, axıcılığı, təzyiqi və s.) hazırkı nisbətə xeyli yaxın olmalıdır."(1)


Tənəffüs zamanı ağciyərlərimiz "hava müqaviməti" adlı qüvvəyə qarşı enerji sərf edir. Hava müqaviməti havanın hərəkətə qarşı göstərdiyi durğunluqdur. Lakin atmosferin mövcud xüsusiyyətləri sayəsində bu müqavimət olduqca zəifdir və ağciyərlərimiz asanlıqla havanı içəri çəkib, xaric edə bilir. Bu müqavimətin bir qədər artması isə ciyərlərimizə çətinlik yaradardı. Bunu belə bir nümunə ilə izah etmək olar: şprisin iynəsi ilə su çəkmək asandır, lakin həmin iynə ilə bal çəkmək çox çətindir. Çünki balın axıcılığı sudan daha az, sıxlığı isə daha çoxdur. Belə ki, əgər atmosferin sıxlıq, axıcılıq, təzyiq kimi dəyərləri bir qədər dəyişsə, nəfəs almaq bizim üçün şprislə bal çəkmək kimi çətin olardı. Bu vəziyyətdə "elə isə şprisin iynəsini qalınlaşdırmaq olar" deyə düşünmək, yəni ağciyər kanallarının genişləndirilməsini məsləhət görmək yanlışdır. Çünki bu zaman ağciyərlərin hava ilə təmasda olan sahəsi çox kiçilər və ciyərlər bədən üçün lazımi oksigeni ala biləcək quruluşa sahib olmazlar. Yəni havanın sıxlıq, axıcılıq, təzyiq kimi dəyərləri mütləq müəyyən intervalda olmalıdır ki, tənəffüs etdiyimiz havanın dəyərləri də məhz bu kiçik interval daxilindədir.


Maykl Denton (Michael Denton) bu mövzu ilə bağlı belə deyir:


“Əgər havanın sıxlığı və ya durğunluğu bir qədər artıq olsa idi, hava müqaviməti çox yüksələcək və tənəffüs edən bir canlı üçün ehtiyac duyduğu oksigen nisbətini təmin edən tənəffüs sistemi hazırlamaq qeyri-mümkün olacaqdı... Mümkün atmosfer təzyiqləri ilə mümkün oksigen nisbətlərini müqayisə edərək "həyat üçün əlverişli" bir rəqəm axtardığımız zaman məhdud bir intervalla qarşılaşırıq. Həyat üçün lazım olan bir çox şərtlərin hamısının bu kiçik intervalda həyata keçməsi və atmosferin də bu aralıqda olması, əlbəttə ki, çox fövqəladə uyğunlaşmadır”.(2)


Atmosferin ədədi dəyərləri yalnız bizim tənəffüsümüz üçün yox, mavi planetin "mavi” qalması üçün də vacibdir. Əgər atmosfer təzyiqi hazırkı dəyərinin beşdə biri qədər azalsa, dənizlərdəki buxarlanma nisbəti xeyli artar və atmosferdə çox yüksək səviyyəyə çatan su buxarı Yer kürəsində "istixana təsiri" yaradaraq planetin temperaturunu həddindən artıq yüksəldər. Əgər atmosfer təzyiqi hazırkı dəyərindən bir qat artıq olsa, bu dəfə də atmosferdəki su buxarının miqdarı böyük ölçüdə azalar və quru sahəsinin, demək olar ki, hamısı səhraya çevrilər.


Bu rəqəmlər Yer kürəsinin digər xüsusiyyətləri kimi, atmosferinin də insan həyatı üçün xüsusi yaradıldığını göstərir. Elmin ortaya qoyduğu bu həqiqət kainatın nəzarətsiz maddə yığını olmadığını bir daha sübut edir. Əlbəttə ki, kainata hakim olan, maddəni istədiyi kimi formalaşdıran, qalaktikaları, ulduzları və planetləri qüdrəti altında saxlayan bir Yaradan var. O üstün Yaradan, Quranda bizə öyrətdiyi kimi, bütün kainatın Rəbbi olan Allahdır.


Yaşadığımız mavi planet isə Allah tərəfindən həyat üçün xüsusi yaradılmış və Quranda bildirildiyi kimi,  insan üçün "döşənmişdir" (Naziat surəsi, 30).

Allahın Yeri insan üçün yaratdığını bildirən ayələrdən bəziləri belədir:


Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib, surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır! (Ğafir surəsi, 64)


Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər səthində gəzin və (Allahın) ruzisindən yeyin. Qayıdış da Onadır. (Mülk surəsi, 15)
 
1) Michael Denton, Nature's Destiny, səh. 127
2) Michael Denton, Nature's Destiny, səh. 128


 

]]>
http://adnanoktar.az/az/Məqalələr/276197/- atmosfer-və-nəfəshttp://adnanoktar.az/az/Məqalələr/276197/- atmosfer-və-nəfəsSun, 15 Jul 2018 23:10:28 +0300
Yerin kütləsi və maqnit sahəsiYerin Günəşlə arasındakı məsafə, fırlanma sürəti və ya relyef formaları qədər böyüklüyü də əhəmiyyət daşıyır. Planetimizi kütləsinin cəmi 8%-i qədər kütləyə sahib olan Merkuri ilə və ya 318 dəfə böyük kütləyə sahib Yupiterlə müqayisə etdikdə planetlərin müxtəlif ölçülərdə olduqlarını görürük. Bəs, görəsən, bu qədər müxtəlif ölçülü planetlərin arasında Yerin böyüklüyü təsadüfən müəyyən edilib? Xeyr! 


Yer kürəsinin xüsusiyyətlərini araşdırdıqda planetimizin ən lazımi ölçüdə olduğunu görürük. Amerikalı geoloqlar Frank Pres (Frank Press) və Raymond Siver (Raymond Siever) Yer kürəsinin bu cəhətdən "uyğunluğu" haqqında belə məlumat verirlər:


“Yer kürəsinin böyüklüyü ən lazımi ölçüdədir. Əgər daha kiçik olsa idi, cazibə qüvvəsi çox zəifləyəcək və atmosferi Yerin ətrafında saxlaya bilməyəcəkdi, daha böyük olsa idi, bu dəfə də cazibə qüvvəsi xeyli artacaq və bəzi zəhərli qazları da tutub saxlayaraq atmosferi öldürücü vəziyyətə gətirəcəkdi...” (1)


Yerin kütləsi ilə yanaşı, daxili quruluşu da həyatın mövcudluğu üçün xüsusi nizama sahibdir. Planetimizin maqnit sahəsinə sahib olmasının səbəbi bu daxili təbəqələrdir və maqnit sahəsi həyatın davamı üçün olduqca vacibdir. F.Pres və R.Siver bu mövzunu belə açıqlayırlar:


“Yerin nüvəsi isə çox böyük həssaslıqla nizamlanmış və yüksək radioaktivlikli istilik mühərrikidir... Əgər bu mühərrik daha yavaş işləsə idi, qitələr indiki quruluşa sahib olmazdı... Dəmir heç vaxt əriməz və mərkəzdəki maye nüvəyə enməzdi, beləliklə də, Yerin maqnit sahəsi əmələ gəlməzdi... Əgər Yerin daha çox radioaktiv yanacağı olsa idi və bu səbəbdən də daha sürətli istilik mühərrikinə sahib olsa idi, vulkanik buludlar Günəşi örtəcək qədər qalın olar, atmosferin sıxlığı ifrat həddə çatardı və Yerin səthi də, demək olar ki, hər gün vulkanik partlayışlar və zəlzələlərlə sarsılardı.” (2)


Pres və Siverin bəhs etdiyi maqnit sahə həyatımız üçün böyük əhəmiyyətə malikdir. Bu maqnit sahə, bir az əvvəl qeyd edildiyi kimi, Yerin nüvəsinin quruluşundan qaynaqlanır. Nüvədə dəmir və nikel kimi maqnit xüsusiyyətinə sahib, ağır elementlər mövcuddur. Daxili nüvə qatı, xarici nüvə isə maye haldadır. Nüvənin bu iki təbəqəsi bir-birinin ətrafında hərəkət edir. Bu hərəkət ağır metallarda bir növ maqnit təsiri yaradaraq maqnit sahə əmələ gətirir. Atmosferdən xeyli kənara yayılan bu sahə sayəsində Yer kosmosdan gələn təhlükələrdən qorunur. Günəşdən başqa, digər ulduzlardan gələn öldürücü kosmik şüalar Yer kürəsinin ətrafındakı bu qoruyucu qalxanı keçə bilmirlər. Xüsusilə də, Yerdən on minlərlə kilometr kənarda maqnit halqalar meydana gətirən Van Allen qurşaqları Yeri bu öldürücü enerjidən qoruyur.


Sözügedən plazma buludlarının bəzi hallarda Xirosimaya atılan bombanın 100 milyard mislinə bərabər olduğu hesablanmışdır. Həmçinin kosmik şüalar da çox şiddətli ola bilir. Lakin Yerin maqnit sahəsi bu öldürücü şüaların cəmi 0,1%-ni keçirir, qalan 0,001% də atmosfer tərəfindən udulur. Bu maqnit sahəsini əmələ gətirmək üçün istifadə edilən elektrik enerjisi bir milyard amperlik cərəyan şiddətidir ki, bu da insanların tarix boyu istehsal etdiyi ümumi elektrik enerjisinə yaxındır.


Yerin mərkəzində bir növ “istilik mühərriki” var. Bu, elə qüsursuz şəkildə müəyyən edilmişdir ki, həm Yeri qoruyan maqnit sahəsini əmələ gətirəcək qədər güclü, həm də Yer qabığını lavalara qərq etməyəcək qədər nizamlıdır.


Əgər Yerin maqnit qalxanı olmasa idi, Yer üzündəki həyat tez-tez öldürücü şüalarla təxrib ediləcək, bəlkə də, heç vaxt mövcud olmayacaqdı. Amma Pres və Siverin də  ifadə etdiyi kimi, Yer kürəsinin nüvəsi ən lazımi xüsusiyyətdə olduğu üçün Yer bu cür qorunur.


Başqa sözlə desək, göy üzündə Qurandakı "Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər."(Ənbiya surəsi, 32) ayəsi ilə bildirildiyi kimi, bizlər üçün qurulmuş xüsusi qoruyucu qalxan var.

1) F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4
2) F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4

 

]]>
http://adnanoktar.az/az/Məqalələr/276196/yerin-kutləsi-və-maqnit-sahəsihttp://adnanoktar.az/az/Məqalələr/276196/yerin-kutləsi-və-maqnit-sahəsiSun, 15 Jul 2018 23:08:38 +0300
Pinqvinlər nəyə görə vurguna məruz qalmırlar?

Pinqvinlər bir nəfəsə yüzlərcə metr dərinliyə enə bilirlər. Pinqvinlərin  bu dalışlar əsnasında ani təzyiq dəyişikliyindən təsirlənməmələrinin və zədə görməmələrinin səbəbini tədqiqatçılar aşkar etdi. Elm adamları pinqvinlərin xüsusi dalış texnikası sayəsində təzyiqin təsiri altında yaranan zədələnmədən qorunduqlarını açıqladı.


Dalğıc dərinlərə enərkən yüksələn su təzyiqi bədəninin xırda boşluqlarında yayılan azotu olduğu yerdən çıxararaq qana qarışmağa məcbur edir. Dalğıc suyun səthinə qalxmağa başladıqda qanındakı təhlükəli miqdarda azot bədənində bir çox xoşagəlməz təsirlərə yol aça bilər. Təzyiqin anidən düşməsi və artan azot miqdarı nəticəsində oynaq ağrıları, nəfəs çatışmazlığı və hətta iflic ola bilər.


Pinqvinlərin həmin problemləri necə təsirsiz hala gətirdiyini araşdıran  elm adamları Adeli və kral pinqvinlərinə elektron cihazlar quraşdırdılar.  Katsufumi Sato və yoldaşları  bu cihazlar sayəsində Antartika və Kroze adası sahillərindəki pinqvinlərin 650 suya dalışını uzaqdan izlədilər. Pinqvinlərin dərinliyə dalma sürətləriylə yanaşı, qanad hərəkətlərinin təcilini də ölçən tədqiqatçılar heyvanların ağciyərindəki oksigenlə bağlı bəzi məlumatlar əldə etdilər. Beləliklə, pinqivinlərin enmə və yüksəlmə profillərini çıxardılar.


Pinqvinlər dalış əsnasında davamlı olaraq qanad çırpırlar. Geriyə - yuxarıya qalxdıqda isə yarı məsafəyə çatanda qanad çırpmağı dayandırır və bədənlərinin batmama xüsusiyyətlərindən istifadə edərək yüksəlirlər. Ancaq şaquli vəziyyətdə yüksəlmək yerinə maili üzərək suyun səthinə yaxınlaşırlar. Beləliklə, suyun səthinə çıxma müddətini lazımi qədər artırırlar. Bu müddət qanlarına qarışmış azotun azalan təzyiqlə birlikdə bədən boşluqlarına geri dönməsi üçün kifayət edir.


Bir dalğıcın da eyni üsuldan istifadə edərək təzyiqin təsirlərindən qorunduğunu düşünsək, pinqvinlərin davranışı daha çox heyranlıq oyandırır. Çünki pinqvinlər öz fizioloji quruluşları haqqında heç bir məlumata sahib deyillər. Nə qanlarına azotun qarışdığının, nə də azotun əvvəlki yerinə qayıtması üçün yüksəliş müddətini uzatmalı olduqlarının fərqindədirlər. Bu davranışın üstün ağıl sahibi olan uca Allah tərəfindən pinqivinə ilham edildiyi açıq  . Sonsuz ağıl sahibi Rəbbimiz pinqvini mükkəmməl dalğıc olaraq yaratmışdır. Yer üzündəki bütün canlılar Onun nəzarəti altındadır.                            Allah bir Quran ayəsində belə buyurur:


Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir! (Zümər surəsi, 62)
 

]]>
http://adnanoktar.az/az/Məqalələr/275595/pinqvinlər-nəyə-gorə-vurguna-məruzhttp://adnanoktar.az/az/Məqalələr/275595/pinqvinlər-nəyə-gorə-vurguna-məruzWed, 04 Jul 2018 13:19:02 +0300
Oksigenin insan həyatındakı əhəmiyyətiOksigenin Yer üzündəki qüsursuz dövranı necə baş verir?
Allahın yaratdığı həssas oksigen nisbəti olmasa idi, nələr baş verərdi?
Oksigenin insan həyatında əhəmiyyəti nədən ibarətdir?

Yerin atmosferi həyat üçün lazım olan əsas xüsusiyyətlərə sahib möhtəşəm bir təbəqədir. Yerin atmosfer qatı 77% oksigen, 21% azot və 1% karbon və arqon qazlarının qarışığından ibarətdir. Bu qazlardan ən vacibi oksigendir, çünki insan və heyvan orqanizmində enerji əldə etmək üçün baş verən kimyəvi reaksiyaların çoxunda oksigen iştirak edir. 

Oksigenin qüsursuz dövranı

Atmosferdə oksigen nisbətinin sabit qalması mükəmməl mübadilə sistemi ilə baş verir. İnsanlar və heyvanlar fasiləsiz olaraq oksigeni qəbul edir və onlar üçün zəhərli olan karbon qazını xaric edirlər. Bitkilər isə bu prosesin əksini həyata keçirirlər, karbon qazını həyatverici oksigenə çevirərək canlı aləmin həyatda qalmasında böyük rol oynayırlar. Bu yolla hər gün milyardlarla ton oksigen bitkilər tərəfindən istehsal edilərək atmosferə buraxılır. Əgər bitkilər, heyvanlar və insanlar eyni reaksiyanı həyata keçirsə idilər, dünya çox qısa bir müddətdə yaşanılmaz planetə çevrilərdi.

Allah üzərində yaşadığımız mavi planeti bizim üçün xüsusi olaraq hazırlamış və Quranda bildirdiyi kimi dünyanı canlılar üçün “döşəmişdir” (Naziat surəsi, 30).  Allahın dünyanı canlılar üçün yaratdığını bildirən digər bir ayə isə belədir:

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! (Mömin surəsi, 64).

Oksigenin ideal nisbəti

Tənəffüs etdiyimiz havadakı oksigen nisbətinin çox həssas tarazlıqlara bağlı olması olduqca düşündürücüdür.
Dünyaca məşhur alim Maykl Denton bu mövzuya belə diqqət çəkir:

“Atmosferdə daha çox oksigen ola və buna baxmayaraq həyat davam edə bilərdimi? Xeyr! Oksigen çox reaktiv elementdir. Hal-hazırda atmosferdə mövcud olan oksigenin 21%-lik nisbəti həyatın davam etməsi üçün dəyişilməsi təhlükəli olan ideal nöqtədədir. Bu nisbətin hər 1%-lik artımı ildırımın meşə yanğınına səbəb olma ehtimalını 70% artırır”.

İngilis biokimyaçı Ceyms Lavlok isə bu mühüm tarazlığı belə izah edir:

“Əgər oksigenin miqdarı 25%-dən çox olsa idi, hal-hazırda qida mənbəyi kimi istifadə etdiyimiz bitki növlərinin əksəriyəti, bütün tropik meşələr və arktik tundralar böyük meşə yanğınlarından yox olardı... Atmosferdə hal-hazırkı oksigen təhlükənin və faydanın mükəmməl şəkildə tarazlandığı nisbətdədir”.

Ancaq Allah canlılığın tarazlığını mükəmməl sistemlə qurmuşdur. Buna görə də atmosferdəki həssas oksigen nisbəti canlı həyat üçün ən ideal ölçüdədir. Bu nisbət, məşhur alim Lavlokun deyimi ilə “təhlükənin və faydanın mükəmməl şəkildə tarazlandığı nisbətdədir”.

Əgər oksigenin miqdarı Allahın təyin etdiyi səviyyədən daha az olsa idi:

Oksigen sürətlə tükənər, tənəffüs çətinləşər və bir müddətdən sonra canlılar nəfəs alsalar da boğularaq kütləvi halda ölərdilər.

Ozon qazının yaranması azalardı. Ozon qazının miqdarının dəyişməsi isə canlı aləmə ölümcül təsir edərdi. İndikindən daha az miqdarda olan ozon qazı günəşin ultrabənövşəyi şüalarının dünyaya daha şiddətli çatmasına və canlıların yox olmasına səbəb olardı. Ozon qazı indikindən daha çox miqdarda olsa idi, günəş şüalarının yerə çatmasına mane olacağından öldürücü təsiri olardı.

Çünki dərini günəşin ultrabənövşəyi şüalarından havadakı molekullar arasından ancaq oksigen qoruyur. 

Gündüz də qaranlıq olardı. İşıq zərrəcikləri daha az sınacağı üçün səma demək olar ki, gündüz də qapqara olardı.

Emal olunmamış metallar bir-birilərinə qaynaq olardı. (Metallar oksidləşdikləri üçün bir-birilərinə qaynamadan saxlana bilirlər)

Yer qabığı parçalanardı. (Yer qabığının 45%-i oksigendən ibarətdir.)

Hər kəsin daxili qulağı partlayardı. (Havanın təzyiqi 21% aşağı düşərdi.)

Betondan inşa edilmiş bütün binalar dağılardı. Oksigen beton istehsalında mühüm birləşdiricidir.
Bütün canlıların hüceyrələrində olan hidrogen qazı partlayardı. Suyun 1/3 hissəsi oksigendən ibarətdir. Oksigen olmadıqda hidrogen qaz halına keçir və həcmi genişlənir.

Okeanlarda buxarlanma baş verərdi.

Qısası, dünyada həyat olmayacaqdı.

Əgər oksigenin miqdarı daha çox olsa idi:

Qısa müddətdə atmosfer yanıcı xüsusiyyət qazanar və ən kiçik qıvılcımdan böyük yanğınlar yaranardı. Nəticədə isə dünya “qaz balonunun partlaması” kimi böyük bir partlayışla yanıb kül olardı.

Qayalar və metallar daha tez aşınmağa məruz qalardı. Buna görə də yer səthi sürətlə aşınıb eroziyaya uğrayar və həyat üçün böyük təhlükə yaranardı.

Nəhəng həşəratlar yaranardı. Həşəratların bədənlərinin böyüklüyü atmosferdəki oksigen ilə əlaqəlidir.

Göründüyü kimi oksigenin atmosferdəki nisbəti dünyada baş verən bioloji və tektonik proseslər nəticəsində həmişə tarazlıqda saxlanılır. Bu tarazlığın min illərdir qorunması və canlıların ehtiyac duyduğu şəkildə mühafizə olunması mövcud bir tarazlığı, başqa sözlə, bu tarazlığı qüsursuz şəkildə yaradan Allahın varlığını açıq-aşkar göstərir. Allah Quranda belə buyurmuşdur:
O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)

Oksigenin insan üçün əhəmiyyəti:

İnsan kimi kompleks bədənə sahib digər canlılarda enerji əldə etmək üçün baş verən bir çox kimyəvi reaksiyalar oksigenin iştirakı ilə həyata keçir. Karbon birləşmələri oksigenlə reaksiyaya girirlər. Reaksiya nəticəsində su, karbon qazı və enerji əldə olunur. 

Tənəffüs prosesi oksigen vasitəsilə baş verir

Bu prosesdə iştirak edən ATP (Adenozin Trifosfat) adlı  nukleotidlər hüceyrə daxilindəki biokimyəvi reaksiyalar üçün lazım olan kimyəvi enerjini daşıyırlar. Buna görə də biz davamlı oksigenə ehtiyac duyuruq və bu ehtiyacı qarşılamaq üçün tənəffüs edirik. Daim nəfəs alaraq havanı ağciyərlərimizə daxil edir və nəfəs verərək onu xaric edirik. Bunu o qədər çox təkrarlayırıq ki, nəfəs alıb vermənin normal hal olduğunu düşünürük. Əslində isə tənəffüs olduqca kompleks bir prosesdir.

Orqanizmimiz elə mükəmməl şəkildə tənzimlənmişdir ki, tənəffüs prosesini düşünmədən rahatlıqla yerinə yetiririk. Yeriyərkən, qaçarkən, kitab oxuyarkən, hətta yatarkən belə oqranizmimiz daima nə qədər tənəffüs etməli olduğumuzu hesablayır və ağciyərlərimiz də buna uyğun işləyirlər. Biz hal-hazırda belə tənəffüs etmək üçün tələb olunan əməliyyatların şüurunda olmadan nəfəs alıb-veririk. Tənəffüs prosesinə bu qədər çox ehtiyac duymağımızın səbəbi bədənimizdə hər saniyə baş verən milyardlarla ayrı əməliyyatın oksigenin iştirakı ilə baş vemiş reaksiyalardan ayrılan enerji sayəsində yerinə yetirilməsidir.

Nəfəs aldığımız anda ağciyərlərimizdə olan təxminən 300 milyon kiçik alveollara oksigen daxil olur. Alveolların divarlarını əhatə edən kapillyarlar dərhal oksigeni alır və əvvəlcə ürəyə, sonra isə bədənin hər yerinə daşıyırlar. Kapillyarlar oksigeni alarkən, eyni zamanda, atılacaq karbon qazını verirlər. 0,5 saniyədən də az davam edən bu əməliyyat nəticəsində ağciyərlərimizə daxil olan təmiz havanı kirli hava olaraq xaric edirik.

Ağciyərlərimizdə nə üçün 300 milyon alveol olduğunu düşünə bilərik. Burada əsas məqsəd ağciyərin hava ilə təmas sahəsini maksimum artırmaqdır. Alveollar sayəsində sıxışdırılan bu sahə əslində o qədər kiçikdir ki, əgər bu sahəni ağciyərin içindən çıxarıb düz bir səthə yaysaq tennis meydançası qədər yeri əhatə edər.
Burada əsas nöqtəyə diqqət yetirək. Ağciyərlərin içində çox mürəkkəb və mükəmməl bir sistem var. Ağciyərlərin içindəki alveolların və bu alveollara gedən bronxiolların lazımi ölçüdə olması oksigen mübadiləsini artırmaq üçün yaradılmış bir dizayndır. Ancaq bu sistemin işləməsi havanın sıxlığının, axıcılığınını və təzyiqinin bu qədər dar kanalların içində rahatlıqla hərəkət edəcək ölçülərdə olmasından da asılıdır.

Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər səthində gəzin və (Allahın) ruzisindən yeyin. Qayıdış da Onadır. (Mülk surəsi, 15)

Görmə əməliyyatı üçün oksigen lazımdır

Görmə əməliyyatı gözümüzün torlu qişa təbəqəsindəki milyonlarla hüceyrənin daim oksigenlə qidalanması nəticəsində mümkün olur. Əgər qanımızdakı oksigenin miqdarı azalsa idi, gözümüz qaralardı.

Əzələlərin işləməsi üçün oksigenə ehtiyac var

Bədənimizdəki əzələləri təşkil edən bütün hüceyrələr karbon birləşmələrini yandıraraq, yəni oksigenlə reaksiyaya girərək enerji əldə edirlər. Reaksiyanın nəticəsində isə orqanizmdən atılacaq karbon qazı yaranır. Karbon qazının orqanizmdən uzaqlaşdırılması bizim üzərində elə də düşünmədiyimiz nəfəs alıb-vermə prosesi ilə rahatlıqla yerinə yetirilir və yaşamağımız üçün lazım olan miqdarda heç axsamadan və tam vaxtında xaric edilir.

İnsanın Allahın varlığını və hər şeyin Onun tərəfindən yaradıldığını bildikdən sonra bu həqiqətə qarşı laqeyd davranması onun şüurunun bir növ qapandığını göstərir. Çünki yaşadığımız kainatı və dünyanı bizim üçün qüsursuzca yaradan, sonra isə bizi var edən Allahdır və insan bu həqiqəti həyatının ən vacib mövzusu olaraq qəbul etməlidir. Allah bu həqiqəti bizlərə belə bildirir:

O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbrli ol! Heç Ona oxşarını tanıyırsanmı?! (Məryəm surəsi, 65)

]]>
http://adnanoktar.az/az/Məqalələr/275556/oksigenin-insan-həyatindaki-əhəmiyyətihttp://adnanoktar.az/az/Məqalələr/275556/oksigenin-insan-həyatindaki-əhəmiyyətiMon, 02 Jul 2018 22:44:37 +0300
Kainatda qüvvələrin qüsursuz tarazlığıZəif nüvə qüvvəsi nədir?
Elektromaqnit qüvvəsinin həssas tarazlığı daha çox və ya daha az olsa idi, nə baş verərdi?


Kainat qanunlarını nizamlayan qüvvələr incəliklə tənzimlənmiş ölçülərə sahibdirlər. Bu ölçülər Allahın rəhməti ilə bir-biri arasında çox həssas nisbətlərdə tarazlanıblar.


Elektromaqnit qüvvəsi


Məlum olduğu kimi, canlı-cansız bütün varlıqlar atom adlanan əsas quruluş vahidindən əmələ gəlir. Atom protondan ibarət nüvədən və nüvənin ətrafında orbitləri üzrə dövr edən elektronlardan təşkil olunmuşdur. Bir atomun nüvəsindəki proton sayı həmin atomun növünü müəyyən edir. Məsələn, 1 protonu olan atoma hidrogen atomu, 2 protonu olan atoma helium atomu, 26 protonu olan atoma isə dəmir atomu deyilir. Bu, digər bütün elementlərə də aiddir.


Atomun nüvəsindəki protonlar müsbət, ətrafında dövr edən elektronlar isə mənfi elektrik yüklüdürlər. Proton və elektronun əks elektrik yükü aralarında cazibə əmələ gətirir və bu cazibə elektronları atom nüvəsinin ətrafındakı orbitlərdə saxlayır. Əks elektrik yüklü proton və elektronları bir-birinə bağlayan bu qüvvəyə elektromaqnit qüvvəsi deyilir. 


Atomun daxilində protonları və elektronları bir-birinə bağlayan qüvvə elektromaqnit qüvvəsidir. Atom nüvəsinin ətrafındakı elektron orbitlərinin xüsusiyyətləri atomların öz aralarında hansı rabitələri quraraq hansı molekulları əmələ gətirəcəyini müəyyən edir. Kainatdakı dörd əsas qüvvədən biri olan elektromaqnit qüvvəsi daha az olsa idi, yalnız az miqdarda elektron nüvənin ətrafındakı orbitlərdə qalardı. Bu qüvvə bir az çox olsa idi, onda heç bir atom digər atomlarla birləşmək üçün orbitini paylaşa bilməzdi. Hər iki halda da həyat üçün lazım olan molekullar əmələ gəlməzdi.  
Güclü nüvə qüvvəsi atomun nüvəsindəki proton və neytronları bir arada saxlayan kainatın ən böyük qüvvəsidir. 


Güclü nüvə qüvvəsi


Güclü nüvə qüvvəsi atomun nüvəsindəki proton və neytronları bir arada saxlayan qüvvədir. Daha əvvəl də bəhs etdiyimiz kimi, protonlar müsbət elektrik yüklü zərrəciklərdir. Elektromaqnit qanununa əsasən, əks elektrik yüklü zərrəciklər bir-birilərini cəzb edir, eyni elektrik yüklü zərrəciklər isə bir-birilərini itələyirlər. Yəni elektron və protonlar bir-birilərini cəzb edir, lakin protonlar digər protonları, elektronlar da elektronları itələyirlər.


Bir çox atom növündə nüvəni təşkil edən onlarla proton bir-birinə bitişik vəziyyətdədir. Təbii ki, bu protonlar bir araya gələr-gəlməz böyük enerji ilə bir-birilərini itələməli və uzaqlaşaraq dağılmalı idilər. Ancaq bu, baş vermir. Atomun nüvəsindəki protonlar bir-birinə bitişik halda dururlar. Çünki onları bir-birinə bir növ yapışdıran və elektromaqnit itələmə qüvvəsindən də daha güclü olan bir qüvvə var – güclü nüvə qüvvəsi. Atom bombası və ya hidrogen bombası partlayışları güclü nüvə qüvvəsinin yaratdığı təsirlərdəndir.


Güclü nüvə qüvvəsi kainatdakı ən güclü qüvvədir. Bu qüvvənin gücünü atom bombalarında, hidrogen bombalarında görmək mümkündür. Bu enerjinin mənbəyi Günəşin 4,5 milyard ildən bu günə qədər sərf etdiyi və bundan sonra da sərf edəcəyi 5 milyard illik yanacağa bərabərdir. Bu böyük qüvvənin qarşılığı kainatda qavranılması çətin olan rəqəmlərdən biridir. Güclü nüvə qüvvəsi sabitinin ölçüsündə 0,01 azalma və ya artma olsa idi, həyatın ən əsas elementi olan karbon mövcud olmazdı. Daha ciddi ölçüdə dəyişikliklərin yaranması isə bütün fiziki qanunların dəyişməsinə və kainatdakı tarazlıq və nizamın alt-üst olmasına səbəb olardı. 


Atom nüvəsini bir arada saxlayan bu güclü nüvə qüvvəsi ilə elektromaqnit qüvvəsi arasındakı nisbət də çox həssas ölçülərlə tənzimlənmişdir.  


Güclü nüvə qüvvəsi daha zəif olsa idi...


Güclü nüvə qüvvəsi daha zəif olsa idi, yuxarıda da bildirdiyimiz kimi, atom nüvəsini təşkil edən protonlar bir arada qalmaz və elektromaqnit qüvvəsinin təsiri ilə bir-birlərini itələyərək kosmosa dağılardılar. Belə olduqda isə nüvəsində birdən çox proton olan heç bir atom olmazdı. Bu səbəbdən, kainatdakı yeganə element bir protonlu hidrogen olardı.


Güclü nüvə qüvvəsi elektromaqnit qüvvəsindən daha güclü olsa idi...


Güclü nüvə qüvvəsi elektromaqnit qüvvəsindən daha güclü olsa idi, bu səfər kainatda bir protonlu atomlar, yəni hidrogen atomları mövcud olmazdı. Çünkü nüvə qüvvəsi elektromaqnit qüvvəsindən güclü olduğundan kainatdakı bütün protonlar bir-birinə birləşər və bir protonlu hidrogen atomları əmələ gəlməzdi. Belə halda, ulduzlar və qalaktikalar əmələ gəlsələr belə, indiki quruluşda olmazdılar. Əslində, bu əsas qüvvələr və fiziki dəyişənlər indiki ölçüdə olmasa idilər, heç bir ulduz, ifrat yeni ulduz, planet və atom əmələ gəlməzdi. Nəticədə də həyat olmazdı.


Zəif nüvə qüvvəsi


Kainatdakı digər əsas qüvvə olan zəif nüvvə qüvvəsi də həssas nizamlanmış ölçüdədir. Zəif nüvə qüvvəsi bəzi elementar zərrəciklərin daşıdığı radioaktiv parçalanmaya səbəb olan bir qüvvədir. Zəif nüvə qüvvəsinin səbəb olduğu radioaktiv parçalanmaya misal olaraq neytronların bir proton, bir elektron və bir antineytrinoya ayrılaraq parçalanmasını göstərə bilərik.


Buradan da aydın olduğu kimi, atomun nüvəsindəki əsas zərrəciklərdən biri olan neytron sadaladığımız 3 zərrəciyin birləşməsindən əmələ gəlir. Zəif nüvə qüvvəsi isə neytronların bu zərrəciklərə parçalanmasına səbəb olur. Lakin zəif nüvə qüvvəsinin ölçüsü bu prosesin qarşısını alacaq həssaslıqda nizamlanmışdır.


Elementar zərrəciklərin malik olduğu zəif nüvə qüvvəsi hal-hazırda içində yaşadığımız kainatın meydana gəlməsi üçün olduqca həssas ölçüdə yaradılmışdır.


Zəif nüvə qüvvəsi daha güclü olsa idi...


Zəif nüvə qüvvəsi daha güclü olsa idi, neytronlar daha asan parçalanar və kainatda nadir hallarda mövcud olardılar. Belə olduqda isə Biq Bənqdən etibarən nüvəsində 2 neytron olan çox az sayda helium əmələ gələr və ya heç əmələ gəlməzdi. Məlum olduğu kimi, helium hidrogendən sonra ən yüngül ikinci elementdir. Lazımi miqdarda helium olmadıqda isə həyat üçün zəruri olan ağır elementlər ulduzların nüvəsində hasil edilməzdi. Çünki karbon, oksigen, dəmir kimi ağır elementlər, əvvəlki başlıqlarda da bildirdiyimiz kimi, helium nüvələrinin nəhəng ulduzların mərkəzində bir-biri ilə birləşməsi nəticəsində əmələ gəlirlər. Yəni helium bir növ digər elementlərin quruluş vahididir. Bu səbəbdən, helium olmasa idi, həyat üçün zəruri olan ağır elementlər də əmələ gəlməzdi. 


Əgər elektromaqnit qüvvə daha güclü və ya zəif olsa idi, atomlar bir-biri ilə birləşməzdilər. Nəticədə isə həyat üçün lazımi molekullar əmələ gəlməzdi. Sonsuz hikmət sahibi olan Allah Quranda göylərin və yerin bir məqsədlə yaradıldığını bir çox ayədə xəbər vermişdir:


Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla.  (Hicr surəsi, 85)


Zəif nüvə qüvvəsi daha zəif olsa idi...


Zəif nüvə qüvvəsi daha zəif olsa idi, Biq Bənq hidrogenin çoxunu, hətta hamısını heliuma çevirər və nəticədə ulduzlarda hasil edilən ağır elementlərin miqdarı həddindən çox artardı. Belə olduqda isə, həyat olmazdı. 


Zəif nüvə qüvvəsinin həssas ölçüsünün bu qədər mühüm olmasının bir səbəbi də onun neytrino adlanan elementar zərrəciklərə təsiridir. Neytrinolar ulduzların nüvəsində əmələ gələn və həyat üçün zəruri olan ağır elementlərin ifrat yeni ulduz partlayışları ilə kosmosa atılmasında əsas rol oynayırlar. Kainatda neytrinolara təsir edən yeganə qüvvə zəif nüvə qüvvəsidir.


Əgər zəif nüvə qüvvəsi daha zəif olsa idi, neytrinolar cazibə sahəsinə daxil olmadan sərbəst hərəkət edərdilər. Nəticədə isə, ifrat yeni ulduz partlayışı zamanı ulduzun xarici təbəqələri ilə kifayət qədər reaksiyaya girmədən qaçar, bu da ağır elementlərin kosmosa atılmasının qarşısını alardı. Əgər zəif nüvə qüvvəsi bir az daha güclü olsa idi, neytrinolar ifrat yeni ulduzların mərkəzlərində cəzb olunub qalar və həyatın quruluş vahidi olan ağır elementlər kosmosa atılmazdı. 


Kainatdakı bütün tarazlıqlar təsadüflə əsla açıqlanmayacaq qədər möcüzəvidir 


Kainatda gördüyümüz tarazlıqlarda 1, hətta 2 fazilik belə fərqin olmaması sistemin nə qədər möhtəşəm olduğunu göstərir. Bundan əlavə, bu tarazlıqların dünya yarandığı andan bəri heç dəyişməməsi, həssas nizamın hər zaman eyni ölçülərdə qorunması, əsla səhvin baş verməməsi bu qeyri-adiliyi daha da vurğulayır. Bütün bunlar, kainatın dəqiqliklə nizamlandığını və həssas tarazlıqda qurulduğunu sübut edir. Əlbəttə, belə möcüzəvi tarazlığın təsadüfən əmələ gəldiyini, öz-özünü nizamladığını iddia etmək ağılsızlıq olar. Bu qüsursuz tarazlıq sonsuz elm və qüdrət sahibi olan yaradıcı tərəfindən qurulmuş və nizamlanmışdır. O yaradıcı, göyü üstün qüdrəti ilə var edən Allahdır. Ayədə belə buyurulur:


Göylərin və Yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)

 

]]>
http://adnanoktar.az/az/Məqalələr/275358/kainatda-quvvələrin-qusursuz-tarazligihttp://adnanoktar.az/az/Məqalələr/275358/kainatda-quvvələrin-qusursuz-tarazligiWed, 27 Jun 2018 21:23:01 +0300
Amerika sünbülqıranlarının qış yuxusu tibb dünyasına ilham mənbəyidirAmerika sünbülqıranları hansı fiziki xüsusiyyətləri sayəsində çətin qış şəraitinə dözürlər?

Səkkiz ay boyunca qış yuxusunda olan sünbülqıranlar bədən temperaturlarını necə aşağı salırlar?

Bu zaman istifadə etdikləri hansı üsul tibb dünyasına ilham mənbəyi olur?


Qış fəsli bir çox canlılar üçün həyatın sanki dayandığı mərhələdir. Qış boyu bitkilərin çoxu böyüməni dayandırır. Bu, həyatlarını davam etmələri üçün lazımi mərhələdir. İstiqanlı heyvanlar üçün isə vəziyyət daha fərqlidir. Onlar həyatlarını bir növ dayandırırlar. İstiqanlı canlılar bədən temperaturlarını sabit saxlamalıdırlar. Lakin bunu etmək olduqca çətindir, çünki məməlilərin bədən temperaturu yaşadıqları mühitin temperaturundan yüksəkdir. Bu yüksək temperaturu əldə etmək üçün daha çox enerji lazımdır. Bunu isə ancaq qidalardan əldə edirlər. Lakin heyvanlar qışda çətinliklə yem tapırlar. Buna görə də, bəzi canlılar fərqli metodla- qış yuxusuna gedərək özlərini qoruyurlar.
Qış yuxusu payızın gəlməsi ilə birlikdə iqlim dəyişikliyi nəticəsində ortaya çıxan fizioloji qorunma və müdafiə mexanizmidir. Bu mexanizm sürünənlərdə, amfibiyalarda (suda-quruda yaşayanlar) və bəzi məməlilərdə mövcuddur.


Bu canlılar 2 cür qış yuxusuna gedirlər. Qış yuxusunu yuvalarında keçirən bu canlılardan bir qismi hibernasiya adlandırılan həqiqi qış yuxusuna gedir. Bəziləri isə bu müddəti fərqli şəkildə keçirir. Qış istirahəti olaraq adlandırılan bu müddət ərzində canlı bədənində topladığı yağlardan istifadə edir və yuvasına yığdığı qidaları yeyir. Həqiqi qış yuxusunda olan canlının bədən temperaturu 00C-ə qədər düşür. Maddələr mübadiləsinin bu cür yavaşlaması nəticəsində canlı sanki ölmüş kimi dərin və sakit yuxuya gedir. Həqiqi qış yuxusunda olan canlılardan biri də Şimal qütbündə yaşayan Amerika sünbülqıranıdır (Spermophilus parryii).

Allah Amerika sünbülqıranını yaşadığı yerin şəraitinə uyğun yaradıb


Amerika sünbülqıranları, əsasən, Şimali Kanada, Rusiya Federasiyası və ABŞ kimi  (Alyaska yarımadası) Şimal qütb dairəsinin keçdiyi ölkələrdə yaşayırlar. Məlum olduğu kimi, bu bölgələrdə qış, adətən, çox sərt keçir. Bütün gün boyu qaranlıq və mənfi temperaturda sərt soyuq olur. Bu cür çətin şəraitdə yaşayan Amerika sünbülqıranı Allahın ona bəxş etdiyi üstün xüsusiyyətləri sayəsində həyatını asanlıqla davam etdirir.
Yay və qış fəsillərində fərqli xəzə malik olurlar


Amerika sünbülqıranlarının bel hissəsində ağ xalları olan qəhvəyi rəngli kürkləri olur. Torpağa səpilmiş qar dənəciklərinə bənzəyən bu canlı görünüşü sayəsində kamuflyaj olur. Sünbülqıranın kürkü həmçinin yay və qış fəsillərində dəyişir, beləcə, canlı fərqli iqlim şəraitlərindən qorunur. Yay aylarında yumşaq, sarı, qırmızı, qəhvəyi rəngli kürk qış aylarında boz-qəhvəyi rəngli, bərk və qalın kürkə çevrilir. Tarazlığını qoruyan gur tüklü quyruğu isə canlını həm kamuflyaj edir, həm də qış yuxusuna getdiyi dövrdə sanki yorğan kimi üstünü örtür. 


Bu canlılar qidanı rahatlıqla tapma və daşıma xüsusiyyətləri ilə birlikdə yaradılıblar


Amerika sünbülqıranı ot, qamış, göbələk, bataqlıq otu, qaragilə, söyüd, bitkilərin kökləri, saplaqları, çiçəkləri və toxumları ilə qidalanır. Bu canlı tapdığı qidaları yanaqlarındakı torbalara dolduraraq yuvasına daşıyır. Sünbülqıranın dişləri bitkilərin və köklərin bərk hissələrini kəsəcək qədər itidir. Qazmağa və sürətli hərəkət etməyə uyğun yaradılmış qısa ön ayaqları, eyni zamanda, möhkəm tutma qabiliyyətinə malikdir. Canlının bu quruluşu, ona həm qidalanmasında, həm də qidaları yanaqlarındakı torbalara yerləşdirməsində rahatlıq yaradır. Həmçinin dabanındakı yumşaq yastıqlar sərt və soyuq yerdə rahatlıqla yeriyə bilməsi üçün yastıq təbəqəsi ilə əhatələnib. Rəbbimiz Quranda canlılarda yaratdığı bu möcüzəvi xüsusiyyətləri belə bildirir:


“(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik”. (Fussilət surəsi, 53)


Uzun qış yuxusu əsnasında canlının bədən temperaturu, demək olar ki, yarıbayarı düşür. Ürək, qaraciyər və digər orqanların fəaliyyətinə az enerji lazım olduğu üçün tənəffüs və ürək döyüntüləri yavaşlayır. Ancaq bu tədbirlərə baxmayaraq bəzi heyvanlar çətin qış şəraitində soyuqdan donma təhlükəsi yaşayırlar. Belə halda dərhal oyanaraq bədən temperaturlarını artırır və daha sonra yenidən yuxuya gedirlər.


Allah bala sünbülqıranları sürətlə böyüyəcək şəkildə yaradıb


Amerika sünbülqıranları aprel-may aylarının ortalarında qış yuxusundan oyanır və cütləşirlər. Ana sünbülqıranın hamiləlik müddəti qısamüddətli yaz şəraitinə uyğun olaraq 25 gün çəkir. Tüksüz doğulan balalar 6 həftədən sonra süddən kəsilir və qarşıdan gələn qışa hazırlaşmaq üçün sürətlə böyüyürlər.


Körpə canlının doğulduğu andan etibarən qarşılaşacağı bütün çətin şəraitləri bilərək tədbir alması qeyri-mümkündür. Amma bu canlılar Allahın ilhamı ilə hərəkət etdikləri üçün doğulduqları andan etibarən möcüzəvi şəkildə və qüsursuzca böyüməyə başlayırlar.


Dondurucu qütb soyuqlarını hiss etməmək üçün qış yuxusuna gedirlər


Sünbülqıranlar Şimal qütbünün, demək olar ki, tam qaranlıq, soyuq küləklərin və mənfi 300C-ə çatan temperaturun hökm sürdüyü qış aylarında həyatda qalmaq üçün səkkiz ay boyunca qış yuxusuna gedirlər və bu müddəti bir növ ölü kimi keçirirlər.


ABŞ-ın Alyaska Universitetindən Brayan Barns bu kiçik canlıların şaxtalı havalarda necə həyatda qaldıqlarını araşdırmaq üçün bəzilərinin qarınlarına radio siqnal ötürücüləri yerləşdirmişdir. Beləcə, qış yuxusunu keçirəcəkləri çuxuru qazmazdan əvvəl bədən temperaturlarının 36-370C arasında dəyişdiyini müəyyənləşdirmişdir. Ancaq canlı qış yuxusuna gedəndən sonra bədən temperaturu bugünə qədər bir məməli üçün ola biləcək ən aşağı temperatura, (-3)0C-ə, ürək döyüntüləri isə 1 BPM-ə qədər düşür.


Sünbülqıranlar balıqlarda olan və olduqca aşağı temperaturlu sularda həyatda qalmalarına imkan verən zülallara sahib deyillər. Amma Allahın yaratdığı başqa bir sistemlə dondurucu soyuqdan asanlıqla qorunurlar. Bu sistem sünbülqıranın qanının donmaması üçün su molekullarının buz kristallarına çevrilməsinə səbəb olan bütün molekulları qan dövranından təmizləyir. Sünbülqıran bu sistem vasitəsilə qütb soyuqlarına çox asanlıqla dözə bilir. Barns sünbülqıranın həddindən artıq zəifləyən maddələr mübadiləsi sayəsində bədənində ehtiyatda saxladığı yağlardan ən səmərəli şəkildə istifadə etdiyini müəyyən etmişdir. Yayda oyanan sünbülqıran qısa müddət ərzində bədən temperaturunu yenidən artıra bilir.
Yuxuda ikən canlının bütün bu prosesləri özünün etməsi qeyri-mümkündür. Sünbülqıranlara bütün bu heyranedici davranışları aləmləri yoxdan yaradan, sonsuz mərhəmət sahibi uca Allah ilham edir.


Amerika sünbülqıranlarının özlərini dondurma xüsusiyyəti tibb sahəsində istifadə olunur


Amerika sünbülqıranlarının özlərini dondurma xüsusiyyəti transplantasiya (orqan köçürmə) zamanı istifadə olunan orqanların saxlanma müddətinin uzadılmasında və bu orqanları qorumaq üçün bəzi məhlulların hazırlanmasında ilham mənbəyi oldu. Belə ki, tədqiqatçılar Amerika sünbülqıranının qanında olan və qış yuxusunu başladan molekulun bənzərini laboratoriya şəraitində hazırlamağı bacardılar. DADLE (D-Ala2-D-Leu5 enkefalin) adlandırılan bu sintetik maddə amin turşusu məhsuludur. Məməlilərin beyinlərində doğulduqları andan mövcud olan və narkotik xüsusiyyəti daşıyan enkefalin adlı maddənin laboratoriyalarda eynisi hazırlanır. Buna görə də, həmin maddə orqanizmə daxil edildikdə metabolik quruluş pozulmur. Əldə edilən bu molekulun orqanlarda maddələr mübadiləsini zəiflətdiyi və qan laxtalanmasını azaltdığı öyrənilmişdir. Belə ki, açıq ürək əməliyyatlarında istifadə olunduqda xəstənin Allahın izni ilə sağalmasında, transplantasiyada isə köçürüləcək orqanın köçürülməzdən əvvəl canlı qalma müddətinin uzadılmasında faydalı olduğu müəyyən edilmişdir. Bu molekul tibb sahəsində iki cür istifadə olunur:


Toxuma transplantasiyasında istifadə olunur:


Köçürüləcək toxuma bədəndən çıxarıldıqdan sonra canlı qala bilməsi üçün çox yaxşı qorunmalıdır. Qan hüceyrələri və buynuz qişa kimi insan mənşəli toxumalar soyuq şəraitdə uzun müddət saxlanıla bilir. Ancaq ürək, ağciyər, qaraciyər kimi orqanlar bədəndən kənarda yalnız bir neçə saat canlı qala bilir. Məlum olduğu kimi, orqan transplantasiyalarında donor öldükdən bir neçə saat ərzində toxuma köçürülməlidir. Orqanı qoruyan məhlula əlavə olunan bu molekul vasitəsilə orqanların saxlanma müddəti iki dəfə uzadılır.


Müharibədə yaralanmalar zamanı istifadə olunur:


Bu məhlul ciddi bir yaralanma və ya qəza zamanı tibbi müdaxilə edilənə qədər nəbzi zəiflədərək və qan itkisini azaldaraq vaxt qazanmaq məqsədi ilə xəstəyə vurulur.


Təbiətdəki bir çox canlılar kimi sünbülqıranlar da özlərini qorumaları üçün müxtəlif xüsusiyyətlərlə birlikdə yaradılıblar. Şübhəsiz ki, sünbülqıranlar qanın donmasının qarşısını alan bu sistemi özləri əldə etməyiblər. Hətta bu canlılar sahib olduqları üstün xüsusiyyətlərdən tamamilə xəbərsizdirlər. Onları bütün xüsusiyyətləri ilə birlikdə yaradan Allahdır. Quranda Allahın yaratma sənəti belə bildirilir:


O Allah ki, yaradandır, (ən gözəl şəkildə) qüsursuzca var edəndir, şəkil və surət verəndir. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Əzizdir, Hakimdir. (Həşr surəsi, 24)


Canlıların qış yuxusuna getməzdən əvvəl hazırlıq görmələri uca Rəbbimizin ilhamı ilə baş verir. Sonsuz mərhəmət və elm sahibi olan uca Allah canlılar üzərindəki elmini Quranda belə bildirir:


“Sizin üçün, əlbəttə, heyvanlarda da ibrətlər vardır”. (Nəhl surəsi, 66)
 

]]>
http://adnanoktar.az/az/Məqalələr/275261/amerika-sunbulqiranlarinin-qis-yuxusu-tibbhttp://adnanoktar.az/az/Məqalələr/275261/amerika-sunbulqiranlarinin-qis-yuxusu-tibbMon, 25 Jun 2018 20:17:47 +0300
Kainatın görünməyən hissəsi: Qaranlıq maddə. Qaranlıq enerjiGünəş sistemimiz və Yer kürəsinin də içində olduğu Süd yolu qalaktikası ucsuz-bucaqsız görünsə də, əslində, kainatın çox kiçik bir hissəsidir. Bu nəhəng kainatın indiyədək kəşf edilməmiş, “görünməyən” hissəsi isə bu gün elm dünyasını ən çox maraqlandıran mövzulardandır.   


1970-ci illərin sonlarında bugünədək hələ də tam açıqlana bilməyən bir kəşf edildi. Bu kəşf kainatdakı ümumi kütlənin 90%-ə yaxınının görünməz olduğunu ortaya çıxardı. Bu, o deməkdir ki, kainatda müşahidə edilə bilən hər biri orta hesabla 300 milyard ulduzdan ibarət təqribən 300 milyard qalaktika, Günəş sistemi, göy cisimləri və ulduzlararası qaz buludları kainatımızın 10%-ni belə təşkil etmir. Bəs sirlərlə dolu kainatımızın 90%-ni təşkil edən görünməyən kütləsi haradadır? Bu görünməz maddə kainatda hər an mövcud olan qüsursuz nizam üçün hansı əhəmiyyətə malikdir?


 
 
1970-ci illərin sonlarında bugünədək hələ də tam açıqlana bilməyən bir kəşf edildi. Bu kəşf kainatdakı ümumi kütlənin 90%-ə yaxınının görünməz olduğunu ortaya çıxardı… [şəkil 1]     

Kainatda görünməz maddə olduğu fikrini ilk dəfə isveçrəli astronom Fris Svikki irəli sürdü.  Svikki 1930-cu illərdə 321 milyon işıq ili  uzaqlığındakı Koma topası qalaktikalarının hərəkətini təhlil edirdi. (Koma topası 1000-dən çox qalaktikanın daxil olduğu böyük bir qalaktika topasıdır.) Svikkinin kəşfinə görə, qalaktikalar elə yüksək sürətlə hərəkət edirlər ki, bu sürət səbəbindən partlayaraq topadan ayrılmalı və kosmosa sovrulmalıdırlar. Çünki cazibə qüvvəsi qalaktikaları bir arada saxlayacaq qədər güclü deyil. Lakin kainatda bu cür bir çox qalaktikalar topası olmasına baxmayaraq, heç biri dağılmır. Yəni bir qüvvə qalaktikaları bir arada saxlayır. Svikki qalaktikalarda gizli, əlavə bir cazibə qüvvəsi təmin edən daha artıq maddənin olduğunu müəyyən etdi. [2] Elə isə bu maddə nə idi və harada idi?
 
 
1000-dən çox qalaktikanın daxil olduğu, 321 milyon işıq ili uzaqlığındakı Koma qalaktikalar topası [şəkil 2]     


Fırlanan qalaktikalar və qaranlıq maddənin kəşfi:


Qalaktikanın kosmosda hərəkəti və fırlanma sürəti ilk dəfə 1970-ci illərdə müəyyən edilmişdi. Bununla yanaşı, ulduz topalarının fırlanması hissələrə ayrılıb, qalaktikanın mərkəzinə olan məsafəyə əsasən ulduzların orbitdəki sürəti də hesablanmışdı. Astronomlar qalaktikaların kənarlarındakı ulduzların qalaktikanın mərkəzinə yaxın olanlardan daha yavaş fırlandığını görməyi ümid edirdilər. Çünki İohann Keplerin kəşfinə görə, Günəş sistemindəki planetlərin hərəkəti bu cür idi. Yəni qalaktikanın mərkəzinə olan uzaqlıq artdıqca, cazibə qüvvəsi azaldığı üçün fırlanma sürəti də yavaşımalı idi.  Məsafənin artması ilə cazibə qüvvəsinin azalması gözlənilirdi. (Cazibə qüvvəsi cisimlərin kütlələri ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasibdir.) Təəccüb doğuran isə budur ki, bu müşahidəyə əsasən, ulduzlar ulduz topasının mərkəzindən nə qədər uzaqda yerləşmələrindən asılı olmayaraq, hamısı orbitləri üzrə eyni sürətlə hərəkət edirdilər. Yəni qalaktikadan kənarda qalan ulduzlar qalaktikanın cazibə qüvvəsinin onları saxlaya biləcəyindən daha sürətli hərəkət edirdilər. Bu isə qalaktikada cazibə qüvvəsini təmin edəcək daha çox maddənin olduğu həqiqətini ortaya çıxardı. 
 
 
İohann Keplerin kəşfinə görə, qalaktikadakı ulduzların qalaktikanın mərkəzinə olan uzaqlığı artdıqca, cazibə qüvvəsi azaldığı üçün fırlanma sürəti də yavaşımalıdır. Ancaq 1970-ci illərdə aparılan müşahidəyə əsasən, ulduzlar ulduz topasının mərkəzindən nə qədər uzaqda yerləşsələr də, hamısı orbitləri üzrə eyni sürətlə hərəkət edirdilər. Bu isə qalaktikada cazibə qüvvəsini təmin edəcək daha çox maddənin olduğu həqiqətini ortaya çıxardı. 


Başqa sözlə desək, kainatda ulduzlarla parıldadığını gördüyümüz maddə, metallar, torpaq, su, hətta həyatın struktur vahidi olan karbon və günəş yanacağı hidrogenin cəmi belə qalaktikaları meydana gətirəcək kütləyə sahib deyil. Çünki qalaktikalar milyardlarla ulduzdan və daha çox sayda planet və asteroidlərdən meydana gəlir. Kainatda bu qədər çox maddəni  bir araya gətirmək üçün çox güclü cazibə qüvvəsi lazımdır. Kainatdakı “canlı ulduzların”, qara dəliklərin, digər ölü ulduzların və planetlərin ümumi kütləsi isə bu böyük cazibə qüvvəsini meydana gətirməyə kifayət etmir. [şəkil 3]     

Qalaktikaların içində və ya ətrafında gizlənmiş daha çox maddənin olduğu müəyyən edildi. Bu maddə birbaşa müşahidə edilə bilmədiyi üçün “qaranlıq maddə” adlandırıldı.

 
 
Kainatdakı qaranlıq maddənin üçölçülü modelləşdirilməsi [şəkil 4]     
 
 
 
Elektromaqnit spektr qamma şüalarından radio dalğalarına qədər bilinən bütün elektromaqnit dalğaları ehtiva edən ardıcıllıqdır. [şəkil 5]     


Kainatın yaranmasında qaranlıq maddənin rolu:


Qaranlıq maddə işığı nə udur, nə əks etdirir, nə də yayır, yəni elektromaqnit spektrin heç bir bölgəsində müşahidə edilmir. Elm adamları kainatın mövcud olduğu andan etibarən hər yerə bərabər miqdarda paylanmış qaranlıq maddənin içində üzdüyü fikrini irəli sürürlər. Buna aid bir çox nəzəri və təcrübi sübutlar vardır. Bu sübutlardan biri elm adamları tərəfindən “Qaranlıq Enerjinin Tədqiqi və Araşdırması” (DES) layihəsi çərçivəsində hazırlanan kainatın ən təfərrüatlı qaranlıq maddə xəritəsidir. 
 
 
Qaranlıq maddə xəritəsi [şəkil 6]     


Bu xəritədəki mavi sahələr qaranlıq maddənin az olduğu bölgələri göstərir. Sarı və qırmızı yerlərdə isə çox olduğu bölgələr işarə edilib.  Bu bölgələrdə minlərlə qalaktikadan ibarət superqalaktika topaları yerləşir.
Elektromaqnit qüvvəsi ilə qarşılıqlı təsirə girmədiyi üçün  işıq və istilik yaymayan qaranlıq maddənin kainatın 22%-ni təşkil etdiyi proqnozlaşdırılır. Bizi, dünyanı və ulduzları meydana gətirən normal maddə isə kainatın cəmi 4%-idir. 


Araşdırmalara əsasən, qaranlıq maddə kainatın yarandığı vaxtlarda qaz və toz buludlarını özünə tərəf çəkmiş və sıxılmış qazdan ilk ulduzların yaranmasını təmin etmişdi Eyni zamanda, 10 milyard il əvvəl ulduz topalarını bir araya gətirərək ilk qalaktikaları əmələ gətirmişdi. Süd yolu qalaktikasının diskindəki ulduzlarla planetlərin kosmosa sovrulmasının qarşısını da qaranlıq maddə alır. Qalaktikamızı görünməz bir halqa şəklində əhatə edən qaranlıq maddənin cazibə qüvvəsi qalaktikanı bir arada saxlayır. [4]


Əgər qaranlıq maddə səbəbindən ortaya çıxan cazibə qüvvəsi olmasa idi, nə ulduzlar, nə də qalaktikalar yaranardı. Ya da ən azından ulduzlar bu qədər qısa müddətə, yəni Biq Bənqdən 100 milyon il sonra yaranmazdı Nəticədə isə nə Günəş sistemi, nə qalaktikalar, nə də canlılar meydana gələrdi. 


Qaranlıq maddənin kəşfi ilə kainatın möcüzələrlə dolu olduğu bir daha aydın oldu. İngilis astrofizik və yazıçı Stüart Klark “Kainat” adlı kitabında qaranlıq maddə ilə bağlı: “Qaranlıq maddə  olmasa idi, sözün əsl mənasında, kosmologiyanın (yəni kainatın) böyük hissəsi dağılıb yox olardı.” - deyir. [5]
 
 
Stüart Klark “Kainat” adlı kitabında qaranlıq maddənin varlığının əhəmiyyətini “Qaranlıq maddə  olmasa idi, sözün əsl mənasında, kosmologiyanın (yəni kainatın) böyük hissəsi dağılıb yox olardı.” sözləri ilə ifadə etmişdir. [şəkil 7]     

Kainatın quruluşu və qaranlıq enerjinin kəşfi:


Astronomların uzun çəkən tədqiqatları nəticəsində, göy üzündəki bütün ulduzların, qalaktikaların, göy cisimlərinin kainatın cəmi 4%-ni təşkil etdiyi kəşf edilib. Kainatın qalan görünməz qisminin 22%-i qaranlıq maddədən, 74%-i isə qaranlıq enerjidən ibarətdir.  [6]
 
 Kainatın görünməz hissəsinin 22%-ni qaranlıq maddə, 74%-ni isə qaranlıq enerji təşkil edir. [şəkil 8]     
Qalaktikaların dağılmaması və varlığını davam etdirməsi üçün qalaktikaların içində və ya ətrafında qaranlıq maddə mövcuddur. Qaranlıq enerji isə kainatın genişlənməsinin kəşfi ilə ortaya çıxdı. Bəs fiziki qanunların etibarlılığını itirdiyi bu genişlənmə necə mümkün olur? 


Genişləndikcə yavaşımalı olan kainat, əksinə sürətlənərək genişlənir.  Bu isə əlavə qüvvə tələb edir, yəni sürətlənərək genişlənməsi kainatın bütün kosmik sistemlərdəki enerjinin (müşahidə edilə bilən kainatdakı enerjinin) ən azı üç qatı qədər enerjiyə sahib olması deməkdir. Elm adamları mövcudluğu müəyyən edilən, ancaq müşahidə edilə bilməyən bu enerjini “qaranlıq enerji” adlandırırlar.


Qaranlıq maddənin meydana gətirdiyi cazibə qüvvəsi kainatdakı maddəni bir araya toplayır, qaranlıq enerji isə kainatın genişlənməsinə, qalaktikaların bir-birindən uzaqlaşmasına səbəb olur. Bu iki böyük qüvvənin tarazlığı sayəsində kainatdakı sistem və canlılıq mükəmməl şəkildə varlığını davam etdirir.


Bu məlumatlar təsadüfən yaranma ehtimalını təməldən yox edir. Aydındır ki, bu cür ehtişamlı bir sistem tədricən öz-özünə yarana bilməz. Kainat yarandığı andan etibarən qaranlıq maddənin güclü cazibə qüvvəsinin təsirindədir. Maddəni bir araya toplayan, ulduzların, planetlərin, qalaktikaların, Günəş sisteminin, Yerin yaranmasını təmin edən güc qaranlıq maddədən qaynaqlanır. Qaranlıq maddə maddəni bir araya toplayır, qaranlıq enerji isə bir araya toplanan maddənin içinə çökməsinin qarşısını alaraq, cazibə qüvvəsinə qarşı bir qüvvə meydana gətirərək kainatın genişlənməsini təmin edir. Beləliklə, maddə nə içinə çökür, nə də tamamilə dağılır və kainatdakı heyranedici sistem və canlılıq mövcud olur. 


Quranın bir ayəsində uca Rəbbimiz bu həqiqəti belə xəbər verir:
“Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.” (Zəriyət surəsi, 47)


Kainat yarandığı andan etibarən bütün detalları ilə hesablanmış və planlanmışdır. Əks halda, kainatın nizamındakı kiçik bir dəyişiklik belə onun yaranmamasına səbəb olardı.  


Kainatdakı qüsursuz sistemin mövcud olması üçün saya bilməyəcəyiniz qədər çox tarazlığın qüsursuz fəaliyyəti bütün kainatın hakimi uca Allahın varlığının açıq dəlilidir. Kainat möcüzələrlə doludur. Hər kəşf edilən möcüzə heyranlığımızın  daha da artmasına səbəb olur və bizə uca Yaradanımız olan Allahın sonsuz qüdrətini göstərir. 

MƏNBƏLƏR:
Büyük Sorular / Evren, Stuart Clark, Versus Kitap
http://www.nationalgeographic.com.tr/makale/ocak_2015/sakli-evrene-ilk-bakis/2364
http://khosann.com/evrenin-tutkali-karanlik-madde-galaksileri-bir-arada-tutan-karanlik-maddenin-haritasi-cikarildi/
http://khosann.com/evrenin-tutkali-karanlik-madde-galaksileri-bir-arada-tutan-karanlik-maddenin-haritasi-cikarildi/
Büyük Sorular / Evren, Stuart Clark, Versus Kitap
http://www.biltek.tubitak.gov.tr/etkinlikler/gozlem/presentations/GorunmeyeniAnlamak_II.pdf
ŞƏKİLLƏR:
http://www.blurryphotos.org/episode-96-dark-matter/
https://en.wikipedia.org/wiki/Coma_Cluster
http://apod.nasa.gov/apod/ap070314.html
https://www.bestthinking.com/articles/science/physics/dark-matter-and-the-cosmos
http://www.spacetoday.org/DeepSpace/Telescopes/GreatObservatories/Chandra/ChandraSpectrum.html
http://www.bbc.com/news/science-environment-32284995
Evren isimli kitap
http://maya-gaia.angelfire.com/dark_energy_chronicles.html
2016-10-28 20:47:55 

]]>
http://adnanoktar.az/az/Məqalələr/275203/kainatin-gorunməyən-hissəsi-qaranliq-maddəhttp://adnanoktar.az/az/Məqalələr/275203/kainatin-gorunməyən-hissəsi-qaranliq-maddəSat, 23 Jun 2018 23:29:26 +0300
Səhraların möcüzəvi canlısı olan dəvə elmə ilham verir
  • Dəvə 10 dəqiqədə 130 litr su içməsinə baxmayaraq, necə olur ki, həyati funksiyaları pozulmur?
  • Dəvələrin burnu səhraların yaşıllaşdırılmasına necə ilham mənbəyi olub?
  • Dəvə qanından tibb sahəsində necə istifadə edirlər?
  • Dəvələrin həzm sistemi necə qüsursuz tənzimlənir?
  • Bu canlılar çətin səhra şəraitində balalarını necə qidalandırırlar?
  • Dəvələr haqqındakı Quran möcüzəsi necədir?

  • Ərəb dilində “dəvə”, yəni “إبل – ibil” kəlməsi gözəlləşdirən, gözəllik verən mənalarını ifadə edir. Allah dəvəni insanlara xeyir verməsi və xidmət etməsi üçün yaratmışdır.
    Uca Allahın Quranda “Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?” (Ğaşiyə surəsi, 17) ayəsi ilə diqqət çəkdiyi dəvə Rəbbimizin mükəmməl yaratma sənətini göstərən möcüzəvi xüsusiyyətlərə malikdir.


    Dəvənin burnu Afrikanın ən böyük enerji layihəsinə ilham mənbəyi olub.


    Dəvələrin yaşadığı qızmar səhralarda temperaturun yüksək olmasına baxmayaraq, buxarlanacaq su olmadığına görə rütubət çox azdır. Rütubətin bu qədər az olduğu mühitdə dəvə nəfəs alarkən havadakı rütubəti itirməməlidir. Ona görə Allah dəvələrin burnunu böyük, qırışlı və süngərəbənzər toxuma ilə örtülü yaratmışdır. Bu qüsursuz burun quruluşu sayəsində dəvələr havadakı rütubətin 66%-ini saxlayırlar. Beləliklə, nəfəs aldıqda havanın 40°C-dən yuxarı temperaturunu 20°C-yə qədər azaldaraq ağciyərlər üçün əlverişli vəziyyətə gətirirlər. Hər cəhətdən möcüzəvi xüsusiyyətlərə sahib olan bu səhra canlısı uca Allahın yaratdığı sistemə əsasən havadakı rütubəti hesablayaraq nəfəs alacağı havanı soyudur.


    Dəvələrin burnundakı bu sistemdən ilham alan elm adamları dəvədəki bu sistemi kəşf etməzdən əvvəl təsəvvürlərinə belə gətirmədikləri layihə üzərində hal-hazırda işləyirlər: səhrada meşə salmağı və Sahara səhrasını nəhəng elektrik stansiyasına çevirməyi planlaşdırırlar. Layihəyə əsasən, səhranın 1%-indən bir az böyük sahədə hasil ediləcək enerji bütün dünyadakı elektrik stansiyalarının birlikdə hasil etdiyi enerji miqdarına bərabər olacaq. Səhranın ətrafındakı okean və dənizlərdən götürülən su duzdan təmizlənəcək, güzgülər vasitəsilə əldə edilən günəş enerjisi sayəsində nasos və borularla səhraya gətiriləcək və su bitkilərin köklərinə veriləcək. Əlverişli yerlərdə yerləşdirilən bəndlər isə istixananı sərin saxlayaraq bitkilərin böyüməsi üçün ideal temperatur meydana gətirəcək.  Bu sayədə buxarlanmanın və sızmanın səbəb olduğu su itkisi ən az səviyyəyə endiriləcək və səhranın bəzi sahələri 8°C-yə qədər soyudulacaq. Göründüyü kimi, dəvələrin burnundakı mükəmməl sistemdən ilham alan elm adamları uca Allahın üstün yaratma sənətindən nümunə götürürlər. Ayədə bu həqiqət belə bildirilir:


    … Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır! (Əraf surəsi, 54)


    Dəvə 10 dəqiqədə 130 litr su içməsinə baxmayaraq, necə olur ki, həyati funksiyaları pozulmur?


    Dəvələr qızmar səhrada uzun müddət susuz yaşaya biləcək şəkildə yaradılıblar. 10 dəqiqədə 130 litr su içən dəvələr günlərlə davam edən səfərlərdə ehtiyacları olan mayeni mədələrində toplayırlar. Normal şəraitdə bir çox məməli heyvan temperatur yüksək olduqda soyumaq üçün tərləyir. Bu yolla bədənlərindəki su qısa müddətdə tər şəklində xaric olunur. Ancaq dəvələr tərləmək əvəzinə bədən temperaturlarını normal şəraitdəkinə nisbətən 11°C artırırlar. Beləliklə, bədənlərindəki suyu uzun müddət saxlayaraq sudan maksimum dərəcədə faydalanırlar. Bir insanın normal bədən temperaturu 37°C-dir. Bədən temperaturunda dəyişikliklər baş verdikdə ölümcül nəticələr verə bilər. Lakin uca Allahın mükəmməl yaratması ilə dəvələr bu prosesi problemsiz həyata keçirirlər. Səhra mühitinə uyğun şəkildə yaradılmış dəvələrdəki bu mexanizmdə digər diqqətçəkən cəhət isə dəvənin 130 litr suyu 10 dəqiqədə içdiyi halda, həyati funksiyalarını davam etdirməsidir. Qandakı suyun miqdarı həddindən artıq artmasına baxmayaraq, dəvənin həyatının təhlükəyə girməməsi heyrətamizdir. Üstəlik dəvələr bu qədər çox su içərək qanlarının həcmini 30% azaldırlar. Başqa canlının qan dövranı qanın bu qədər azalmasına tab gətirə bilməz. Çox su içdikdə qandakı su miqdarı digər maddələrlə müqayisədə artır. Qan hüceyrələrinin içində daha az su olduğuna görə, hüceyrə kənardan su sormağa başlayır. Beləliklə, hüceyrələr həddindən artıq şişərək partlayır və bu hal ölümlə nəticələnir. Z. Etzion və R. Yagil adlı bioloqlar dəvələrin bu qədər çox su içməsinə baxmayaraq, necə həyatda qaldıqlarını araşdırmış və susuz dəvənin içdiyi suyu birbaşa qan damarlarına ötürdüyünü, digər bütün orqanların bu dəyişikliyə görə tənzimləndiyini müəyyən etmişlər.


    Dəvənin qanındakı su miqdarı həddindən çox artırdığı halda, hüceyrələrinin partlamasının qarşısını alan amil qan hüceyrələrini örtən xüsusi zülal təbəqəsidir. Bu təbəqə osmotik təzyiq nəticəsində şişən hüceyrələrin divarlarının gərilməsinin qarşısını alır, hüceyrələri parçalanmağa qoymur. Allah dəvənin həyatını davam etdirə bilməsi üçün hüceyrələrini oval formada yaratmışdır. Bu oval forma canlının hüceyrələrinin şişərək partlamasının qarşısını alır. Qurandakı “Məgər Bizim Öz əllərimizlə onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?!” (Yasin surəsi, 71) ayəsi uca Allahın mükəmməl yaratma qüdrətini açıqlayır.
    Yer üzündəki milyonlarla növ canlının bənzərsiz xüsusiyyətlərinin necə yarandığını düşünən insan bunlardan bir xüsusiyyətin belə şüursuz hadisələr nəticəsində formalaşmadığını, bir canlının öz-özünə qüsursuz xüsusiyyətlər qazana bilməyəcəyini, bu canlının bir orqanının belə təsadüfən əmələ gəlmədiyini dərhal anlayar. Bütün heyvanlar, bitkilər, insanlar Allah tərəfindən qüsursuz yaradılmışdır. Ağıl və vicdanla düşünən insanlar üçün bu, açıq-aydın həqiqətdir.


    Bu həqiqəti dərk etmək və bütün həyatını buna əsasən tənzimləmək hər insanın öz xeyrinədir. Çünki insanın dünyadakı vəzifəsi Allahın yaratmasındakı ehtişamı görmək və Allahın sonsuz gücünü, elmini təqdir etməkdir:


    Sizin Tanrınız ancaq O Allahdır ki, Ondan başqa heç bir Tanrı yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir!” (Ta ha surəsi, 98)


    Möcüzəvi şəffaf göz qapağı


    Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Ancaq uca Allahın Alim ismi dəvələrin göz qapaqlarında ən mükəmməl şəkildə təzahür edir. Şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. Rəbbimizin sonsuz elmi və yaratma sənəti dəvələrdə olduğu kimi, bütün canlılarda təzahür edir.


    Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, xəbərdardır! (Ənam surəsi, 103)


    Hər şeyi həzm edə bilən həzm sistemi və sudan maksimum faydalanmanı təmin edən ifrazat sistemi


    Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər. Güclü dişləri, yarıq üst dodaqları və xüsusi ağız quruluşu sayəsində belə maddələri asanlıqla yeyə bilirlər. Əlbəttə, hər şeyi həzm edən güclü mədələri də buna kömək olur. Mədə seliyinin parçalayıcı təsiri ilə ən bərk maddələri də həzm edirlər. Digər məməlilərin mədəsi 1 kameralı olur, dəvələrin isə mədəsinin 800 kamerası var. Qida və su bu kameralarda saxlanılır. Bundan əlavə, dəvələr mədələrindəki həzmə kömək edən bakteriyalar vasitəsilə digər canlıların həzm edə bilmədiyi sellülozanı asanlıqla həzm edirlər. Rəbbimizin yaratdığı bu üstün xüsusiyyətlər sayəsində normal şərtlərdə gündə 30-50 kq qida qəbul edən dəvələr çətin şəraitdə gündə sadəcə 2 kq quru otla bir ay yaşaya bilirlər. 

    Dəvələrin böyrəkləri də yaradılış möcüzəsidir. Dəvələrin böyrəkləri səhra şəraitinə uyğun olaraq az miqdarda maye ilə işləyir. Dəvələr möcüzəvi xüsusiyyətə malik böyrəkləri sayəsində su tapmadıqda duzlu dəniz suyu içə bilir. Suyun geri sorulmasını təmin edən sidik kanalı da digər heyvanlardakından daha uzundur. Beləliklə, daha çox su geri sorulur və su itkisi az olur. Beləcə su qıtlığı zamanı gündəlik 5-10 litrlik sidik ifrazını 90% azalda bilirlər. Normal şərtlərdə məməlilərin böyük hissəsi böyrəklərində yığılmış sidik qana qarışdıqda zəhərlənib ölür. Dəvələrdə isə vəziyyət fərqlidir. Dəvələrin böyrəkləri bədənlərindəki sidiyi təmizləyərək dəfələrlə qaraciyərdən keçirir. Bu yolla sudan və qidalardan maksimum faydalanırlar. Dəvələrin orqanlarındakı hər mükəmməl detal bütün üstün sifətlərin sahibi uca Allahın qüdrətini göstərir.


    Boğazlıq dövrü və balaya süd verilməsi


    Dəvələrin boğazlıq müddəti 13 aydır. Bala dəvələr, əsasən, qış fəslində doğulurlar. Doğuş vaxtı quraq səhranın təzə otlarla örtüldüyü və çoxlu su quyusunun olduğu dövrə düşür. Balalar 1.5 il ərzində ana südü ilə qidalanırlar. Ancaq quraq mühitdə südə də qənaət etmək lazımdır. Allahın dəvədə yaratdığı sistem sayəsində süd ancaq balaya südvermə vaxtlarında gəlir. 


    Məgər onlar Allahın yaradılmışları əvvəlcə necə xəlq etdiyini, sonra da onları yenidən təkrarladığını görmürlərmi? Həqiqətən, bu, Allah üçün asandır. (Ənkəbut surəsi, 19)


    Tibbin yeni ümidi: dəvə qanı və şəfa mənbəyi dəvə südü


    Sonsuz elm sahibi Allahın səhrada insanların xidmətinə vermək üçün yaratdığı dəvələr elm adamlarının fikrincə, tibbin gələcəyini işıqlandırır. Dəvələrin qanında olan “nanobady” adlanan antitellərin müalicəvi xüsusiyyəti kəşf edilib. Dəvə antitellərinin virusları tutub öldürdüyünü öyrənən tədqiqatçılar QİÇS və xərçəng kimi xəstəliklərin müalicəsində antitellərin təsirli olacağını bildirirlər.


    Dəvə qanı ilə yanaşı, əsrlərdir səhradakı köçərilər tərəfindən qida kimi istifadə olunan dəvə südünün faydaları da çoxdur. Allahın möcüzəvi xüsusiyyətlərlə yaratdığı dəvələrin südü insanlar üçün şəfa mənbəyidir. Bu şəfalı süddə inək südündən 10 dəfə çox dəmir və 3 dəfə çox C vitamini var. Vitamin və minerallarla zəngin olan dəvə südü eyni zamanda bir çox xəstəlik üçün müalicəvi əhəmiyyətə malikdir. Aparılan tədqiqatlar nəticəsində bu südün diabet xəstələrinin həyat səviyyəsini qaldırdığını, autist xəstələrə müsbət təsir etdiyini, immun sistemini gücləndirdiyini və bu səbəbdən üzə çıxan xəstəliklərin müalicəsində faydalı olduğu müəyyən edilib. Bütün bunlarla yanaşı, dəvə südü su və qida ehtiyacının çox olduğu səhra şəraitində yaşayan insanlar üçün, əlbəttə, çox əhəmiyyətlidir. 


    Uca Allah dəvələr kimi ətindən, südündən və gücündən faydalandığımız bir çox heyvanı və başqa nemətləri qullarına bəxş etmişdir. Rəbbimizin Quranda xəbər verdiyi kimi, bu canlılar möminləri düşünüb ibrət almağa sövq edir:


    Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik. (Nəhl surəsi, 66)


    Quran möcüzəsi: sapsarı erkək dəvə sürüləri


    Elm adamlarının günəşdə baş verən partlayışları tədqiq etməsi bir Quran möcüzəsini də üzə çıxarıb. Tədqiqatlar nəticəsində günəşdən püskürmə ilə yüksələn alovların yanan bir sarayın ətrafını işıqlandırması kimi 4 milyard km2-ə qədər sahəni işıqlandırdığı müəyyən edilib. Üstəlik bu alovların ikihürgüclü dəvə formasında olduğu görülüb.


    Alovlar dəvə sürülərinə bənzəyir. Elm adamlarının əldə etdiyi bu son məlumatlar Quranda “Mursəlat” surəsinin 32-ci və 33-cü ayələrində belə xəbər verilmişdir:


    Hərəsi hündür imarət həcmində qığılcımlar püskürür. O (qığılcımlar) sanki sarı dəvə sürüləridir. (Mursəlat surəsi, 32-33)


    Elm adamları dövrümüzdə apardıqları tədqiqatlar nəticəsində günəşdən kosmosa püskürən saray kimi nəhəng alovların dəvə sürüsünə bənzədiyini müəyyən ediblər. Lakin bu fakt Qurani-kərimdə əsrlər əvvəl açıqlanmışdır.
     

    ]]>
    http://adnanoktar.az/az/Məqalələr/275170/səhralarin-mocuzəvi-canlisi-olan-dəvəhttp://adnanoktar.az/az/Məqalələr/275170/səhralarin-mocuzəvi-canlisi-olan-dəvəTue, 19 Jun 2018 20:39:50 +0300
    Toxuculuq, müdafiə, elektronika sənayesinə ilham mənbəyi olan canlılarQuş tükləri yol nişanlarının rənglərinin dəyişilməsinə necə ilham mənbəyi olmuşdur?


    Yarasalar yolları necə təhlükəsiz hala gətirirlər?


    Heyvanların hər biri insanları heyrətləndirən bir çox yaradılış xüsusiyyətinə sahibdirlər. Bəziləri suda hərəkət etmələrini təmin edən ən ideal (hidrodinamik) quruluşa sahib olduğu halda, bəziləri də bizim üçün olduqca yad olan hisslərdən istifadə edirlər. Bunların bir çoxu insanların ilk dəfə qarşılaşdıqları, daha doğrusu, yeni öyrəndikləri xüsusiyyətlərdir. Biomimetika elmi sayəsində kəşf etdiyimiz bu heyranedici xüsusiyyətlərin təqlid edilməsi ilə hazırlanan məhsulların gələcəkdə həyatımızda daha çox istifadə ediləcəyinə heç şübhə yoxdur.


    Amerika müdafiə sənayesində əsil gürzələri nümunə götürür


    Pit adlı çuxur orqanları olan, eyni zamanda, “pit viper” adlanan ilanlar “əsil gürzə ilanları” kimi tanınırlar. Ostin Texas Universitetinin Elektrik və Kompüter Mühəndisliyi şöbəsinin professoru dr.Con Pirs pit gürzələri olaraq bilinən çökükbaş ilanları araşdırmışdır.


    Aparılan araşdırmalarda bu ilanların istiqanlı ovların yerlərini müəyyən etmək üçün gözlərinin qarşısında yerləşən və çox sayda sinirdən ibarət olan kiçik çuxurlardan istifadə etdikləri ortaya çıxmışdır. Pit adlanan bu orqanlarda istiliyi müəyyən edən olduqca kompleks sistem mövcuddur. Bu sistem elə həssasdır ki, ilan metrlərlə uzaqdakı bir siçanı zülmət qaranlıqda belə aşkar edir.


    Tədqiqatçılar əsil gürzənin təsbit etmə və məhv etmə mexanizmlərinin sirlərini öyrəndikdə, ilanın istifadə etdiyi üsulların ölkənin düşmən raketlərindən qorunmasında tətbiq oluna biləcəyini düşünürlər. Bununla yanaşı, təhlükəli tapşırıqlar üçün uçuş həyata keçirən pilotların düşmən silahlarından qaçmasına kömək edən sistemlər icad olunacaq. Dr.Con Pirs “Hava Qüvvələri bioloji sistemi təqlid edərək daha yaxşı raket detektoru hazırlaya biləcəkmi?” sualını gündəmə gətirir. Bundan əlavə, bu məqsədlə gördüyü işlərdə ilanın həssaslığına çatmaqda çətinlik çəkdiyini də belə izah edir:


    “Biz əsasən ilanın orqanının həssaslığını nümunə götürürük. Sinir qıcıqlarını ölçə bilərsiniz, lakin problem bu qıcıqların nə məna verdiyidir. Bunu bizə bildirməsi üçün rəqəmsal modeldən istifadə edirik. Orqana çatan infraqırmızı şüa nə qədər çoxdursa, o qədər çox sinir qıcığı olur.


    İlanın pit orqanında qan damarları və sinir düyünləri ilə zəngin olan çox nazik pərdə var. Elm adamları tədqiqat aparmaq üçün pərdənin yaydığı impulsların dayandığı anı tutmalıdırlar. Amma bu pərdə o qədər həssas və reaksiyalarındakı müxtəliflik o qədər qısa müddətlidir ki, impulsları tutub tədqiq etmək olduqca çətindir. Pit orqanının funksiyasını öyrənmək üçün siqnallar dəqiq ölçülməli və mikroqrafik şəkillər üzərində işlənilməlidir.


    Buqələmunlar və istəyə görə rəng dəyişdirən paltarlar


    Buqələmunların olduqları mühitə görə rəng dəyişdirmələri çox təəccüblü və bir  o qədər də estetik hadisədir. Buqələmun elə üstün bir kamuflyaj qabiliyyətinə malikdir ki, bu prosesi etmə sürəti ilə insanı heyrətə salır.


    Buqələmun dərisinin altındakı qırmızı və sarı rəng daşıyıcılarından, mavi və ağ rəngi əks etdirən təbəqədən və ən əhəmiyyətlisi də rəngini tündləşdirən kramatafor hüceyrələrindən böyük məharətlə istifadə edir. Məsələn, bir buqələmun sapsarı bir mühitə qoyulduqda bədəni sürətlə sarı rəngə çevrilir. Üstəlik buqələmun təkcə bir rəngə deyil, eyni anda bir neçə fərqli rənglərə də tam uyğunlaşa bilir. Mahir kamuflyaj ustası bunu dərisinin altındakı rəng hüceyrələrinin ölçüsünün böyüməsi və sürətlə yer dəyişdirərək olduqları yerə uyğunluq göstərməsi ilə bacarır.


    ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun laboratoriyalarında buqələmunlardakı kimi rəng dəyişdirmə xüsusiyyətinə sahib olan paltar, ayaqqabı və çantaların hazırlanması üzərində çalışılır. Düşünülən bu texnologiya xüsusi silikon materiala elektrik verməklə onun istənilən rəngə çevrilməsini təmin edir. Beləcə, parça və ona bənzər materialdan istehsal olunan hər cür geyim və bəzək əşyalarının bir neçə saniyədə rəng və naxış dəyişdirməsi mümkün olacaq. Bunun üçün kiçik elektron cihazdan istifadə edilməlidir.


    İstənilən rəngi seçmək üçün batareya ilə işləyən bu cihazın üzərindəki düymələrlə həmin rəngin kodunu yazmaq kifayətdir. Lakin bu texnologiya bu gün üçün olduqca bahalıdır. Məsələn, bir kişi pencəyinin hazırlanması 10 min dollara başa gəlir.


    Bir nəfər sizə pencək göstərsə və “Bu pencəyin rəng dəyişdirmə xüsusiyyəti var. Amma nə pencəyi, nə də onun rəng dəyişdirmə xüsusiyyətini kimsə hazırlamayıb. Öz-özünə yaranıb.” desə nə fikirləşərdiniz? Çox güman ki, bunu deyən insanın “çox cahil” olduğunu düşünərdiniz. Çünki pencəyi tikən dərzinin və rəng dəyişdirmə xüsusiyyətini hazırlayan elm adamlarının olduğu çox açıqdır.


    Bəs buqələmun bu qədər mükəmməl rəng dəyişkənliyini necə həyata keçirir? Bütün bu prosesləri təmin edən sistemləri özü hazırlaya və bədəninə yerləşdirə bilərmi? Əlbəttə ki, bütün bunları buqələmunun öz iradəsi ilə etdiyini iddia etmək ağıla və məntiqə ziddir. Bir insanın belə bir prosesi reallaşdırması mümkün olmadığı halda, sürünənin öz bədəninin görünüşünü təyin etməsi, hətta görünüşünü dəyişdirəcək bir sistemi bədəninin içinə yerləşdirməsi mümkündürmü? Belə bir üstün qabiliyyətin təsadüfən meydana gəldiyini iddia etmək də tamamilə əsassız və mənasızdır.
    Təbiətdəki heç bir mexanizm belə qüsursuz qabiliyyəti meydana gətirmək və ehtiyacı olan canlıya vermək gücünə malik deyil.


    Buqələmunları Allah yaratmışdır. Allah yaratma sənətindəki bənzərsizliyi bizə bu cür nümunələrlə göstərir. Allah üstün və güclü olandır. Quranda Allahın yaratma sənəti belə bildirilmişdir: 


    Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. (Hədid surəsi, 1-2)


    Çəyirtkələr hansı həll yolu ilə tıxac probleminə son qoyurlar?


    Yol qəzaları hər il milyonlarla insanın həyatına son qoyur. Buna həll yolu tapmağa çalışan elm adamları çəyirtkələrin bu problemi həll edəcəyinə inanırlar. Aparılan araşdırmalarda çəyirtkələrin milyonları aşan sürülər halında gəzdikləri halda bir-birilərinə dəymədikləri müəyyən edilmişdir. Çəyirtkələrin bunu necə bacardıqlarının cavabı isə elm adamlarında yeni fikirlərin yaranmasına səbəb olmuşdur.


    Aparılan təcrübələrdə çəyirtkələrin üzərilərinə gələn cismə elektrik siqnalı göndərdikləri, yerini müəyyən etdikdən sonra isə dərhal istiqamətlərini dəyişdikləri məlum olmuşdur. Çəyirtkələrin bu üsulları insanların illərdir əlacsız qaldıqları tıxac probleminə həll yolu olaraq tətbiq olunmağa çalışılır. Bu canlılar da yaradılışın açıq dəlillərindəndir.


    Quş tükləri və öz-özünə dəyişən yol nişanları


    Quş tüklərindəki keratin zülalı və təbii boya maddəsi olan melanin işığı bizim görə biləcəyimiz şəkildə qırır. Tüklərdə gördüyümüz açıq-tünd rənglərin yaranmasının səbəbi keratin zülalının bir istiqamətdə yerləşməsidir. Quş tüklərinin canlı rəngləri onların bu xüsusiyyətindən qaynaqlanır.
    Quşların bu yaradılış xüsusiyyətindən ilhamlanan bir yapon firması təkrar istifadə edilən yol nişanları istehsal etmişdir. Bu nişanların səthinin görünüşü ultrabənövşəyi şüalar altında dəyişir. Lövhə üzərinə düşən ultrabənövşəyi şüalar materialın kristal düzülüşünü dəyişdirir və istənilən mesajı göstərməsi üçün müəyyən rənglərin aradan qaldırılmasını təmin edir. Bu lövhələr təkrar istifadəyə həmçinin üzərində yeni nişanların əks etdirilməsinə imkan yaradır. Beləliklə, həm yeni lövhələr üçün əlavə xərclər aradan qalxır, həm də onların istehsalında tələb olunan zəhərli boyalardan istifadə edilmir.


    Yolları təhlükəsiz hala gətirən yarasanın üstün yaradılışı


    Edinburq Universitetindəki tədqiqatçılar yarasa kimi sonar sistem ilə yolunu tapan ağıllı qulaqlara sahib robot üzərində işlədilər. Universitetin informasiya texnologiyaları fakültəsindən Hose Karmena və əməkdaşları düzəltdikləri bu robota “RoBat” adını verdilər. “RoBat”a ağız vəzifəsi görən səs mənbəyi və iki sabit səs qəbuledicisi yerləşdirildi. Robotun ağzı eynilə yarasadakı kimi əks səda şəklində yayılacaq səs dalğalarını göndərirdi.
    “RoBat”ın dizaynında səs dalğalarından ən yaxşı şəkildə istifadə etmək üçün yarasanın başqa xüsusiyyətləri də nəzərə alındı. Yarasalar əks olunan səs dalğalarının tezlik aralığını təyin etmək üçün qulaqlarını oynadır və bu şəkildə önlərindəki maneələri rahatlıqla aşaraq ovlarını tuturlar. RoBat da yarasadakı kimi qüsursuz mexanizmə sahib olması üçün radarlarla təchiz edildi.


    Təbiətdəki nümunələrdən ilham alınaraq hazırlanan bu cür səs qəbuledicilərinin sayəsində bir gün yolların daha etibarlı hala gələcəyi düşünülür və bu yöndə işlər görülür.


    Belə ki, istehsalçılar avtomobillərdə yaxınlığı hiss edən radar quraşdırırlar. Şoferlər bunun sayəsində arxasındakı cismə nə qədər yaxınlaşdığını bilirlər.


    Təbiətdəki bütün möhtəşəm quruluş, material və sistemlər Allahın qüsursuz yaratma sənətinin nümunələridir. Yaradılışdakı bu bənzərsizlik və mükəmməlliyə bir çox Quran ayəsində diqqət çəkilmişdir. Allahın insanlara verdiyi bütün nemətlərin sayıla bilməyəcək qədər çox olduğu bir ayədə belə bildirmişdir:


    Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi,18)

    ]]>
    http://adnanoktar.az/az/Məqalələr/275062/-toxuculuq-mudafiə-elektronika-sənayesinəhttp://adnanoktar.az/az/Məqalələr/275062/-toxuculuq-mudafiə-elektronika-sənayesinəSat, 16 Jun 2018 21:40:32 +0300
    360 milyon illik acanthostega təkamülçülərin sudan quruya keçid nağılını bir daha təkzib edir  

    Acanthostega dəniz canlısıdır və qəlsəmələri var. 360 milyon il yaşı olduğu təxmin edilir. Kembric Universitetindən paleontoloq Cenni Klek (Jenny Clack) 1987-ci ildə apardığı tədqiqatlar nəticəsində bu fosilin bir əli və bu əldə səkkiz ədəd barmağı olduğunu, buna görə də balıqlarla tetrapodlar (quruda yaşayan dördayaqlı onurğalılar) arasında keçid forma olduğunu irəli sürmüşdür. Təkamülçülər bu izaha və fosilə istinad edərək balıqların ayaqlarının quruya çıxdıqdan sonra əmələ gəlmədiyini, əvvəlcə ayaqlarının əmələ gəldiyini, sonra quruya çıxdıqlarını iddia edirlər. Lakin bu iddia əsassızdır. Əvvəla, Klek təkamülçü olduğu halda, acanthostega-nın quruya çıxıb-çıxmadığını bilmədiyini deyir. Üzgəclərindəki bəzi sümükvari quruluşlara görə bir dəniz canlısını sudan quruya keçid mərhələsində olan ara forma kimi qəbul etmək böyük səhvdir. Təkamülçülərin bu xətası 65 il əvvəl yaşanan selakant yanılmasını çox tez unutduqlarını göstərir. 
     
    1930-cu illərin sonuna qədər təkamülçülər selakantı keçid forma olaraq göstərirdilər. 200 milyon illik fosilin üzgəclərindəki sümüklərin ayaqlara çevrildiyini və quruya çıxdığı zaman balığı daşıdığını düşünürdülər. Lakin 1938-ci ildə selakantın hələ də yaşadığının ortaya çıxması təkamülçüləri böyük çaşqınlığa saldı. Balıqçıların Madaqaskar sahillərində ovladığı selakantı tədqiq etdikdə 200 milyon ildir heç bir dəyişikliyə məruz qalmadığı üzə çıxdı. Hətta nəinki quruya çıxmadığı, dənizin dibində yaşayan bir balıq növü olduğu məlum oldu. Üstəlik, təkamülçülərin primitiv ağciyər olaraq izah etdikləri orqanlar da yağ kisələri idi. Həmin tarixdən sonra dənizlərdə dəfələrlə selakant tutuldu və təkamülçülər selakantın keçid forma olduğu iddiasından əl çəkməli oldular. 


    Selakant nümunəsindən də göründüyü kimi, acanthostega kimi sümükvari quruluşu olan dəniz canlıları quruda yaşamağa uyğun quruluşa sahib olduqları üçün yox, təkamülçülərin ön mühakimələri səbəbindən keçid forma kimi göstərilir. 


    Acanthostega-nın keçid forma olmadığına dair yeni dəlil: ayaqlardakı qığırdaq quruluş


    Ötən sentyabr ayında “Nature” jurnalında dərc edilən xəbərə görə, İsveçdəki Uppsala Universiteti, Fransadakı Avropa Sinxrotron Radiasiya Mərkəzi (ESRF) və Böyük Britaniyadakı Kembric Universitetlərindən olan tədqiqat qrupu 360 milyon illik dəniz canlısı acanthostega fosillərinin ön ayaq sümüklərini ətraflı şəkildə tədqiq etmək qərarına gəldi. Fosilin ayaq sümükləri yüksək keyfiyyətli sinxrotron (yüklü zərrəciklərin yüksək enerjiyə sürətləndirilməsi üçün istifadə edilən dairəvi sürətləndirici) rentgen cihazı ilə tədqiq edildi. Bunun sayəsində acanthostega fosillərinə heç bir zərər dəymədən ətraflı şəkildə araşdırıldı. Devonian dövrünə (419-359 milyon il əvvəl) aid bu fosillərin sümüklərinin içərisindəki mikroskopik quruluşlar, demək olar ki, mükəmməl şəkildə qorunmuşdu. Tədqiqat zamanı istifadə olunan rentgen şüaları acanthostega adlı dəniz canlısı ilə bağlı mühüm bir həqiqəti ortaya çıxardı: acanthostega-nın ön ayaqları qığırdaq quruluşa sahib idi və bu, acanthostega-nın balıqlarla tetrapodlar arasında keçid forma olmadığının mühüm elmi sübutu idi. Çünki qığırdaq minerallaşmamış toxumadır və elastikdir. Buna görə də canlının bədəninin ağırlığını sudan kənarda daşımasını və quruda yaşamasını təmin edə bilməyəcək qədər gücsüzdür. Belə ki, bu elmi fakt göstərdi ki, acanthostega-nın sudan quruya keçən keçid forma olması fizioloji baxımdan qeyri-mümkündür. 


    Göründüyü kimi, təkamülçü paleontoloqların dünyanın hər yerində apardığı tədqiqatlar uğursuzluqla nəticələnir və axtarılan “itkin həlqələr” heç cür tapılmır.  Bu, təkamül prosesinin heç vaxt yaşanmadığını açıq şəkildə göstərir. 


    Sudan quruya keçidə digər maneələr


    Quruda yaşayan canlılarla dəniz canlıları arasındakı böyük fizioloji fərqlər təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə salan əsas məqamlardandır. Bunlar beş əsas kateqoriya üzrə sadalana bilər:


    1. Ağırlığın daşınması: Dəniz canlıları öz ağırlıqlarını daşımaq məcburiyyətində deyillər. Bədən quruluşları da bu funksiyanı yerinə yetirməyə uyğun deyil. Lakin quruda yaşayan canlıların əksəriyyəti enerjisinin 40%-ni bədənini daşımaq üçün istifadə edir. Belə ki, quruya keçən su canlısı bu enerji ehtiyacını təmin edəcək yeni əzələ və skelet quruluşlarına sahib olmalıdır. Bu mürəkkəb quruluşların isə təsadüfi mutasiyalarla əmələ gəlməsi qeyri-mümkündür. 


    2. Temperaturun qorunması: Quruda temperatur çox tez dəyişir və arada böyük fərqlər olur. Quruda yaşayan canlıların metabolizmi bu yüksək temperatur fərqlərinə uyğunlaşa bilir. Lakin dənizlərdə temperatur çox ağır dəyişir və bu dəyişiklik qurudakı qədər böyük fərq yaratmır. Buna görə də dənizlərdəki sabit temperatura uyğun sistemlə təchiz olunmuş canlı quruda yaşamaq üçün buranın temperatur dəyişikliyinə uyğunlaşan müdafiə sisteminə sahib olmalıdır.  Balıqların quruya çıxan kimi təsadüfi mutasiyalar nəticəsində belə bir sistemə sahib olduqlarını iddia etmək, şübhəsiz ki, böyük ağılsızlıqdır. 


    3. Sudan istifadə: Canlılar üçün həyati əhəmiyyət kəsb edən suya quru mühitində az rast gəlinir.  Bu səbəbdən sudan, hətta rütubətdən belə qənaətlə istifadə edilməlidir. Məsələn, dəri su itkisinin və buxarlanmanın qarşısını alacaq xüsusiyyətdə olmalı və canlı susama hissinə sahib olmalıdır. Lakin suda yaşayan canlılarda susama hissi olmur və dəriləri susuz şəraitə uyğun deyil. 


    4. Böyrəklər: Yaşadıqları mühitdə suyun bol olması səbəbindən suda yaşayan canlılar başda ammonyak olmaqla, artıq maddələri dərhal süzərək bədənlərindən kənarlaşdıra bilirlər. Quru mühitində isə su minimum həddə istifadə edilməlidir. Buna görə də bu canlılarda böyrək sistemi var. Böyrəklər sayəsində ammonyak karbamidə çevrilərək toplanır və bədəndən kənarlaşdırılmasında sudan minimum həddə istifadə olunur. Həmçinin böyrəyin fəaliyyətini təmin edən yeni sistemlərə də ehtiyac var. Nəticə etibarilə, böyrəyi olmayan canlılar sudan quruya keçmək üçün bir anda mürəkkəb böyrək sisteminə sahib olmalıdırlar.


    5. Tənəffüs sistemi: Balıqlar suda həll olmuş oksigeni qəlsəmələri vasitəsilə qəbul edirlər. Sudan kənarda isə bir neçə dəqiqədən artıq yaşaya bilmirlər. Belə ki, quruda yaşamaq üçün bir anda mükəmməl ağciyər sisteminə sahib olmalıdırlar. 


    Bir canlıda bütün bu fizioloji dəyişikliklərin eyni anda, təsadüflər nəticəsində meydana gəlməsi, əlbəttə ki, qeyri-mümkündür. Təkamül nəzəriyyəsinin bunları açıqlaması və elmi dəlil göstərməsi qətiyyən mümkün deyil. Saxta keçid forma iddiaları xəyal gücünə əsaslanan fərziyyələrdən başqa bir şey deyil. 

    MƏNBƏ:
    European Synchrotron Radiation Facility. (2016, September 7), ScienceDaily. www.sciencedaily.com/releases/2016/09/160907135132.htm
    Adnan Oktarın “News Rescue”da yayımlanan məqaləsi:
    http://newsrescue.com/360-million-year-old-acanthostega-fossil-refutes-evolutionary-claims-transition-land/
    2016-12-28 19:00:22 

    ]]>
    http://adnanoktar.az/az/Məqalələr/274741/360-milyon-illik-acanthostega-təkamulculərinhttp://adnanoktar.az/az/Məqalələr/274741/360-milyon-illik-acanthostega-təkamulculərinSun, 10 Jun 2018 14:05:19 +0300
    Adnan Oktarın Mərakeşin beynəlxalq informasiya agentliyi “Hespress”ə verdiyi müsahibə
    1- 30 il boyunca İslamla bağlı əsərlər yazan Harun Yəhya ilə bu gün rəqs edilən və şərab içilən mühitlərdə olan Harun Yəhya eyni adamdır?

    İlk öncə, sualdakı böyük yanlış anlaşılmanı düzəltmək istəyirəm. Nə mən, nə də dostlarım heç birimiz şərab və ya digər spirtli içkidən qətiyyən istifadə etmirik. Müsəlman olaraq bizim inancımıza görə, spirtli içkilər haramdır. Mən hər fürsətdə verilişlərimdə və gündəlik həyatımda spirtli içkilərin haram olduğunu bildirir, zərərlərini də insanlara elmi olaraq açıqlayıram. Bir müddət əvvəl çəkiliş etdiyimiz studiyada dekorasiya məqsədilə masalara gözəl, estetik görünüşlü, keyfiyyətli meyvə suyu şüşələri qoyulmuşdu. Adətən, “dəbdəbəli, gözəl qablaşdırmalı içkilər mütləq şərabdır, spirtli içkidir” deyə yanlış fikir formalaşdığı üçün bəzi insanlar ilk əvvəl bunları spirtli içki hesab etdilər.

    Bu yanlış anlaşılmanı aradan qaldırmaq üçün demək olar ki, hər verilişdə şüşələri yaxından çəkib etiketlərindəki "spirtsiz meyvə suyu" yazılarını dəfələrlə göstərdik. Bunlar onsuz da məlum olan, bir çox marketdə satılan keyfiyyətli meyvə suyu markalarıdır. Müəyyən müddət sonra bununla bağlı heç kimin şübhəsi qalmadı.

    Əsas sualınıza qayıdaq.  Sualdan belə başa düşdüm ki, "İmani sənədli filmlər hazırlamaq, dini kitablar yazmaq, rəqs etmək və şənlənmək ziddiyyətli deyil?" demək istəyirsiniz.  Öncə qeyd etməliyəm ki, mənim üçün dində meyar Allahın kitabı Qurandır. Hamı üçün də belə olmalı olduğuna inanıram. Ona görə bu məsələdə də bir ziddiyyət olub olmadığını anlamaq üçün Qurana müraciət etməliyik. Qurana baxdıqda isə belə bir ziddiyyət və ya qadağanın olmadığını görürük.

    Onsuz da Quranda bildirilən çox az sayda haram və qadağa var. Bunlar istisna olmaqla qalan hər şey halaldır. Məhz bir çox insan bu məsələdə xətaya düşür. İnsanların böyük əksəriyyəti elə düşünür ki, din çətin olmalıdır. Gözəllik, sevinc dində olmadığına görə insana sevinc verən hər şey qadağan edilməlidir. Halbuki Allah Quranda dinin asan olduğunu bildirib. Allah qullarının xoşbəxt və rahat yaşamasını istəyir. Bu səhv məntiqin nəticəsində bu gün İslam dünyasında saysız-hesabsız qadağa və məhdudiyyət var. Fanatizmlə əhatə edilmiş fikirlər, demək olar ki, heç bir mövzuda inkişaf etməyən, Qərb mədəniyyətindən asılı, gizli və ya açıq onların nəzarətində olan İslam aləmi var.

    Müasir dövrümüzdə çox böyük müsəlman kütləsi səmimi olaraq İslam dinini yaşadığını zənn etdiyi halda, əslində, Qurana bir çox cəhətdən uzaq, hətta tamamilə əks din yaşayır. Lakin bunun fərqində deyil. Bu, yanlış adət-ənənələr, xurafatlar, uydurma rəvayətlər, yanlış dini şərhlərlə dolu, bir çox məsələdə ziddiyyətlər, təhriflər olan ortodoks din anlayışıdır.

    Halbuki sonsuz ağıl, hikmət və rəhmət sahibi Rəbbimiz insanları belə mürəkkəb, qarmaqarşıq, tətbiq edilməsi mümkün olmayan dinlə məsul tutmaz və tutmayıb. Quran ayələrindən İslam dininin çox asan və sadə olduğunu, Allahın möminlər üçün çətinlik, qeyri-müəyyənlik, münaqişə, qarışıqlıq deyil, asanlıq və rahatlıq istədiyini açıq şəkildə görürük.

    Bu məsələdə mənimlə eyni fikirdə olan müsəlmanların sayı gündən günə artır. Əsrlərdir tərk edilmiş Qurana, yəni dinin özünə, əslinə yenidən dünya miqyasında sürətli meyillilik var. Əlbəttə, bunda qələmə aldığım yüzlərlə kitabımın da böyük töhfəsi olduğunu qeyd etməliyəm. Sualınız, əslində, böyük bir kitabın mövzusudur. Oxucularımız mənim bu mövzuda yazdığım "Qaranlıq Təhlükə: Xurafat" kitabından onları maraqlandıran bütün sualların cavablarını tapa bilərlər, inşaAllah.

    2- Son illər həyatınızda nələr dəyişib və bu dəyişikliyin səbəbi nədir?
     
    Mən İslam yolunda mübarizəyə başladığım gündən etibarən əsas prinsiplərimə sadiqlikdəki əzm, qətiyyət, şövq və həyəcanımda (gündən günə artması istisna olmaqla) heç bir dəyişiklik olmayıb. Bu əsas prinsiplərim hansılardır? Allahın razılığının ən çoxunu axtarmaq, Onun əmrlərini ciddi şəkildə yerinə yetirmək, Allahın dinini insanlara dəlillərlə, ağıllı və elmi metodlarla təbliğ etmək, İslam dinində yüksək əxlaq və sevgi anlayışını ən gözəl şəkildə yaşamaq, bütün dünyaya da bu gözəllikləri izah edib yaymaq...

    3- Siz özünüzü mütəfəkkür, yaxud vəəz verən hesab edirsiniz, yoxsa necə?


    Mən səmimi, dindar müsəlmanam. Hoca, alim, təriqət lideri deyiləm. Hər hansı təriqətə bağlı deyiləm. Heç ərəbcə də bilmirəm. Dini təhsil almamışam. Ona görə də heç vaxt belə iddialarım olmayıb.


    Bu sualın tez-tez gündəmə gəlməsinin səbəbi 1980-ci illərdə haqqımda çıxan bir xəbərdə “Adnan hoca” ləqəbindən istifadə edilməsidir. Adətən, İslam cəmiyyətlərində dinlə iç-içə olan, dini yaşayan və izah edən insanlar hoca, alim kimi bilinirlər. Media tez-tez bu xitab formasından istifadə etdiyinə görə “Adnan hoca” adı insanlar arasında yayıldı və belə qəbul edildi. Yolda tanımadığım yüzlərlə insan “hocam” deyərək yanıma gəlir, mənimlə tanış olur, söhbət edir, şəkil çəkdirir. Amma dediyim kimi, bu, mənim özümə aid etdiyim xüsusiyyət deyil.


    Dostlarım da məni təriqət və ya camaat lideri yox, çox sevdikləri yaxın dostları, mömin qardaşları kimi görürlər. Mən əylənməyi, sevinci, gözəlliyi, sənəti sevən insanam. Həyatın Allahın Quranda qoyduğu sərhədlər daxilində ən gözəl yönləri ilə Allah eşqi, sevgisi, coşğusu ilə yaşanmasının zəruriliyinə inanıram.  

    4- Əvvəllər fəaliyyətlərinizi izləyən bəzi adamlar bu gün yenə dəlixanada qaldığınız dövrlə bağlı fikirlər söyləyirlər, əvvəllər faydalı məlumatlar verdiyinizi, lakin bu gün şərab içilən mühitlərdə rəqs etdiyinizi söyləyirlər. Buna necə cavab verirsiniz?
     
    Quranda haram edilmiş şərabı qətiyyən mənim və dostlarımın içmədiyini və heç kəsə də tövsiyə etmədiyimizi qeyd etmişdim.

    Peyğəmbərimizə (səv) aid edilən uydurma rəvayətləri, yanlış şərhləri və xurafatları əsas götürən ənənəvi ortodoks İslam anlayışında rəqs etmək və şənlənmək haram qəbul edilir. Gənclik illərimdə mənim də Quranla bağlı kifayət qədər məlumatım və araşdırmam olmadığı üçün eyni fikri müdafiə edirdim və eyni yanlışlıq içində idim. Ancaq məlumatım artdıqca gördüm ki, ənənəvi İslam anlayışında qadağa hesab edilən bir çox məsələ kimi rəqs və əyləncə də Quranın bildirdiyi sərhədlər daxilində yanlış davranışlar deyildir. Bundan başqa, bizi bu barədə tənqid edənlər toy və ya əyləncə mühiti olduqda ilk öncə özləri meydana çıxan, rəqs edən insanlardır. Lakin mövzu mən və dostlarım olduğu zaman bunlar bizə qadağan hesab olunur. "Sən hocasan, alimsən. Rəqs və əyləncə ilə necə əlaqən ola bilər?" deyirlər. Hoca, alim olmadığımı dəfələrlə demişəm. Həm də insan hoca və ya alim olsa belə, hər kəsə halal olan nemətlər nə üçün ona qadağan edilsin.

    “A9 TV” kanalında iştirak etdiyim canlı yayım proqramlarına nəzər yetirsəniz, hər gün onlarla insanın dini, aktual, siyasi, sosial, fərdi və digər çox müxtəlif mövzulardakı suallarına cavab verdiyimi görərsiniz. İnsanlar istər küçə müsahibələri, istərsə də göndərdikləri elektron məktublar vasitəsilə mənə suallarını yönəldirlər. Mən də Quranın rəhbərliyində Allahın icazə verdiyi qədər onlara bildiyim doğruları izah edir, faydalı olmağa çalışıram. Bununla yanaşı, hər gün baş verən siyasi və ictimai məsələlərlə bağlı fikirlərimin qısa müddət keçdikdən sonra reallaşmasından başa düşürük ki, siyasi dairələr və səlahiyyətli şəxslər də fikirlərimi bölüşürlər. Bu da Allahın bir neməti olaraq fikirlərimin təsirini, gücünü və əhəmiyyətini ortaya qoyur.

    Lakin bir qisim insanlar və bəzi qruplar canlı yayımların bu qədər faydalı və müsbət cəhətlərini görməməzliyə vurub verilişlərimin, bəlkə də, onda birini belə əhatə etməyən rəqs görüntülərinə və tamaşaçı kimi iştirak edən xanım dostlarımın geyim tərzlərinə, dekoltelərinə ilişib qalırlar. Tənqidin həddini aşıb qaralama və nifrət kampaniyası aparırlar. Dəfələrlə demişəm ki, "etdiyim hər hansı bir şeyin haram olduğunu sübut edən bir Quran ayəsi gətirin, dərhal dediyinizə tabe olacağam". Bu günə qədər bir ayə belə gətirmədilər, çünki yoxdur. Hamısı önmühakimələri və qulaqdandolma din anlayışını rəhbər tutan, Quran təməli olmayan tənqid və ittihamlardan ibarətdir.

    Təkcə Allahın Kitabını əsas götürməyim və xurafata qarşı olduğuma görə mənə dəli deyilirsə, bunu böyük şərəf olaraq qəbul edirəm. Çünki tarix boyu Allahın göndərdiyi əsl dini yaşamaqda qətiyyətli olan bütün peyğəmbərlər, vəlilər və onlara tabe olan möminlər dəliliklə ittiham edilib. Peyğəmbərimiz (səv): "Bir möminə dəli deyilmədikcə imanı kamil olmaz", - deyə buyurub.

    5- Kitab yazma işiniz davam edirmı? Bu günə qədər neçə kitab yazdınız və hansı dillərə tərcümə edildi?

    Hazırda imani, elmi və siyasi bir çox müxtəlif mövzulardakı kitab, broşür və sənədli filmlər üzərində işlərim sürətlə davam edir. Bu günə qədər 73 dilə tərcümə edilmiş 300-dən çox kitab qələmə aldım. Bu əsərlər 100-dən çox ölkədə kitab mağazalarında var. İndiyə kimi dünyada təqribən 30 milyon kitabım satılıb və bir o qədər kitabım bir çox ölkədə insanlara pulsuz paylanılıb. Bu əsərlər və televiziya proqramlarındakı izahlarımı mənbə kimi istifadə edərək hazırlanan təqribən 1000 internet saytı mövcuddur. Bu saytları 167 ölkədən hər ay 47 milyon insan ziyarət edir. Gündəlik ziyarətçi sayı 1 milyondan çoxdur. Hər ay bu saytlardakı film və sənədli filmlərin izlənmə sayı isə 10 milyondan çoxdur.

    Bundan başqa, məqalələrim 47 ölkədə 216 qəzet, jurnal və internet saytında dərc olunub və dərc olunmağa davam edir. Hər gün etdiyim canlı yayımlar ingilis, ərəb, rus, fransız dillərində milyonlarla insana çatır. Allahın izni ilə bu güclü fəaliyyətlər nəticəsində bu gün darvinizmə inananların sayı çox azalıb. Darvinizmin ən məşhur müdafiəçiləri belə geri addım atıb. Aparılan sorğular da bunu açıq şəkildə göstərir. Quran müsəlmanlığının dünyaya yayılmasında Allaha çox şükür ki, Allah məni və dostlarımı vasitəçi etdi.

    6- Ərəblər və müsəlmanlar son illərdə sizin rəqs edən xanımlarla olan videoları gördükdə çaşqınlığa düşürlər. Bu xanımlar rəqqasədirlər? Onlar sizin nəyinizdir?

    O xanımlar peşəkar rəqqasə deyillər, mənim dostlarımdır. Bir çoxlarımız kimi rəqsi, musiqini, əyləncəni sevən insanlardır. Bəziləri bu mövzuda daha çox qabiliyyətlidir. A9 TV yayımlarında bu gözəl sənətlərini nümayiş etdirməkdən zövq alırlar. Sevdikləri, dəyər verdikləri bir insan kimi mənim onları seyr etməyim, bəzən də jest olaraq müşayiət etməyim çox xoşlarına gəlir. Minlərlə insan da onları bəyənərək seyr edir. Bunu göndərdikləri təbrik və kompliment mesajlarından görürük.

    Mən başa düşə bilmirəm, ərəb dünyası niyə bu görüntülərə təəccüb etsin. Çox qədim dövrlərdən etibarən rəqs, musiqi, əyləncə ərəb dünyası ilə demək olar ki, ayrılmaz anlayışlardır. Dünya miqyasında bir çox məşhur peşəkar ərəb rəqqas, ərəb müğənni var. Hamısı da insanlar tərəfindən çox sevilir, təqdir edilir.
     
    “Belly” (göbək) rəqsinin qaynağı elə ərəb dünyasıdır. Mərakeş, Tunis, Əlcəzair, Misir, Livan, Duba televiziyalarda bu rəqsləri milyonlarla insan sevə-sevə izləyir. Təkcə sənət adamları deyil, xalqdan minlərlə insan əyləncə yerlərində rəqs edir, mahnı oxuyur, musiqi dinləyir, konsertlərdə müğənniləri rəqs edərərək, mahnı söyləyərək müşayiət edirlər. Ərəb kanallarında bir çox proqramda bu görüntüləri hamımız görür və sevə-sevə izləyirik.

    Ona görə bəzi dairələr istisna olmaqla, ərəb aləminin bizim kanalımızdakı görüntülərdən şok olduqlarını güman etmirəm. Əksinə, sevə-sevə, əylənərək, hətta müşayiət edərək izlədiklərini düşünürəm. Ərəblər çox istiqanlı, ağlı başında olan insanlardır. Böyük əksəriyyəti müsəlman və dindardırlar. Ona görə günaha girərək əyləndiklərini, rəqs etdiklərini demək çox məntiqsiz olar. Çünki bunların heç biri Qurana, İslama zidd davranışlar deyil, əksinə, hər biri çox qanuni və halaldır. Bir çox ərəb ölkəsində yüzlərlə sevdiyim ərəb dostum, rəfiqəm var, hamısı da eyni fikirdədir.

    Son dövrlər ərəb dünyası Allahın bir hikməti olaraq sürətlə xurafatdan xilas olma mərhələsinə girmişdir. Xüsusilə qadınlara qarşı çox mürtəce, mühafizəkar qanun və qaydaları ilə tanınan Səudiyyə Ərəbistanında müasirlik və azadlıq, qadınlara qarşı qadağaların, məhdudiyyətlərin tədricən aradan qaldırılması və bunun davam edəcəyinə dair mesajlar verilməsi İslam aləminin yaxın gələcəyə dair çox ümid vəd edən proseslərdir. Eyni şəkildə, Misir, Livan, İordaniya, hətta İrandan son dövrlər bu istiqamətdə sevindirici xəbərlər alırıq.


    7- Qadınlarla bir yerdə oturub eyni mühitdə olursunuz və bəzən də rəqs edirsiniz. Çılpaqlıq İslamda qadağan deyil?
     
    Rəqs, musiqi, əyləncə barəsində fikirlərimi bura qədər ətraflı şəkildə ifadə etdim. Qadınlarla kişilərin eyni mühitdə olmasında Qurana uyğun olmayan bir məqam yoxdur. Bundan başqa, mən yayım zamanı yüz minlərlə insanın gözünün qabağındayam. Etdiklərim, dediklərim saniyəsinə qədər izlənilir. Gizli, müəmmalı, təhlükəli bir hal olması onsuz da mümkün deyil.
     
    Çılpaqlığın nə olduğunu, qadınların geyimi və örtünmələri ilə bağlı ölçünü yenə Qurandan öyrənirik. Quranı tədqiq etdikdə məsələn, "Nur" surəsinin 31-ci ayəsində qadınların çox azad olduğunu görürük. Qurana görə, qadınlar onları narahat edən vəziyyətlə qarşılaşdıqda müvəqqəti olaraq çarşabla başdan aşağı örtünməlidirlər. Əgər özünü güvəndə hiss edirsə, qadının "Nur" surəsinin 31-ci ayəsində bildirilən zinətlərini örtməsi kifayətdir. Bu da sinəsi və cinsi orqanıdır. Ən əsas örtünmə formasının necə olduğunu ayələrdə bildirildiyi kimi, hz.Adəm və hz.Həvvanın böyük yarpaqlarla bədənlərinin müvafiq bölgələrini örtməsindən də açıq şəkildə anlayırıq. Quranda bu təfərrüat xüsusilə verilir.

    Bununla yanaşı, “Əhzab” surəsinin 59-cu ayəsində isə qadının narahat edilmə, təcavüzə məruz qalma, güvənsizlik mühiti kimi bəzi xüsusi vəziyyət və şərtlərdə dekoltelisini bağlamaq üçün öz ağlı və vicdanı ilə qərar verərək çarşab geyinməsi hökmü var.

    Amma diqqət edin, çarşabın hansı şəraitdə geyinilməsinə vicdanı ilə qadın qərar verir. Əgər qadın özünü təhlükəsiz hiss edir, ağlına, imanına, vicdanına güvəndiyi insanlarla birlikdə olduğuna inanırsa, o şəraitdə bikini ilə də gəzə bilər. Bunda Qurana uyğun olmayan bir hal yoxdur. Belə ki, bu gün yalnız Qərb dünyasında deyil, ərəb dünyasında da, digər müsəlman ölkələrində də milyonlarla müsəlman qadın yayda dəniz sahillərində, çimərliklərdə bikini ilə dənizə girir. Narahat edilmədiyi, təhlükəsizliyi, həyatı, namusu təhlükəyə girmədiyi müddətcə bu azadlığını istədiyi kimi istifadə edir. (Bu barədə ətraflı məlumat üçün bu kitabı təhlil edə bilərsiniz: Qaranlıq Təhlükə: Xurafat)

    Qadınlara potensial günahkar gözü ilə baxmaq, onlara nə edəcəklərini diktə etmək, qadağa və məhdudiyyətlərlə onları əhatə etmək xurafatçı qəbilə mədəniyyətindən miras qalan yanlış ənənədir. Halbuki Allah qadınların üzərindən bütün bu təzyiqlərin qalxmasını istəyir. Quranda onlara mümkün olduqca geniş azadlıq verilir. Qurana zidd olaraq qadınları təzyiq altına almaq, azadlıqlarını məhdudlaşdırmaq, ikinci kateqoriya insan kimi görmək, onlara əsir və kölə həyatı yaşatmaq, hətta bəzi yerlərdə olduğu kimi, sanki yaşayan ölülərə çevirmək çox böyük zülm və Allaha qarşı böyük cinayətdir. Quranın hökmlərini tərk etməyin, Allahın göndərdiklərindən fərqli, tamamilə başqa bir din ortaya çıxarmağın qarşılığını əsrlərdir İslam dünyasının yaşadığı fəlakətlərdən anlamaq mümkündür.

    8- Qızıldan istifadə etdiyinizi görürük. İslamda kişilərin qızıldan istifadə etməsi qadağandır. Bu barədə nə düşünürsünüz?

    Qızıl, ipək bunların hamısı Quranda təriflənən cənnət nemətləridir. Quranda bu nemətlərin aksessuar və s. kimi istifadə edilməsinin kişilərə haram olduğuna dair heç bir ayə yoxdur. Ona görə belə bir qadağa İslamda yox, digər minlərlə qadağa kimi Qurandan uzaq ənənəvi İslam anlayışında mövcuddur.

    Peyğəmbərimiz (səv) öz dövrünün əmr sahibi, yəni İslam dövlətinin başçısı idi. Tarixi məlumatlardan anlamaq olur ki, o dövrdə müharibə şəraiti və iqtisadi çətinliklərə görə qızılın iqtisadiyyata daxil edilməsi, bəzəkdə istifadə edilməməsi kimi qərar qəbul olunmuş ola bilər. Ancaq bu qızılın mütləq mənada haram edilməsi demək deyil. Bundan başqa,  Allahın Quranda bildirdiyi halal və haramları Peyğəmbərimizin (səv) dəyişdirmə, aradan qaldırma səlahiyyəti yoxdur. Beləliklə, qızıl məsələsi də müəyyən şərtlər daxilində iqtisadi cəhətdən qəbul edilmiş müvəqqəti qərardır.

    Peyğəmbərimizin dövlət başçısı kimi müəyyən bir dövr üçün əmr etdiyi və ya qadağan etdiyi məsələləri Quranın mütləq hökmləri, halal və haramları ilə bərabər tutmaq, onlarla qarışdırmaq ənənəvi din anlayışının ən böyük səhvlərindən biridir. Məsələn, Quranda bildirildiyi kimi, Talut möminlərin əmri olaraq yürüş zamanı çaydan keçərkən çoxlu su içməyi qadağan etmiş, az miqdarda içməyə icazə vermişdi. Bunun müvəqqəti qadağa və müharibə tədbiri olduğu, bütün dövrlərdə suyun haram olmadığı aydındır. Bu gözlə baxdıqda Peyğəmbərimiz (səv) də eyni məqsədlə bir yerdə müvəqqəti olaraq su içməyi qadağan etmiş olsa, ənənəvi anlayış suyun qiyamətə qədər haram edildiyini iddia edə bilərdi. Bu düşüncənin məqbul olmadığı ortadadır.

    9- Fikirlərinizin türk cəmiyyətində qəbul edildiyini düşünürsünüz?
     
    Bəli, həm də çox sürətlə qəbul edilir. Xüsusən də yeni yetişən gənc nəsildə mənim fikirlərimə çox böyük diqqət və dəstək var. Son bir neçə ildir ki, yüz mindən çox gəncdən götürdüyümüz küçə müsahibələrində bu diqqəti açıq şəkildə görürük. Cəmiyyətin hər bir üzvündən dəstək və təqdir məktubları alırıq.

    Yalnız Qurana əsaslanan fikirlərimiz və həyat tərzimizlə müsəlmanların keyfiyyətli, sənətdən zövq alan, elmə əhəmiyyət verən, şən, həyat dolu yaşayacaqlarını, yalnız Türkiyəyə deyil, bütün dünyaya göstərdik. Allahın izni ilə müsəlmanların aydınlıq üzü olduq. Əvvəllər, İslam deyəndə insanların ağlına musiqidən, rəsmdən, heykəltəraşlıqdan anlamayan, sevinc, gözəllik içində yaşamağa qarşı olan, təmizliyi bilməyən, baxımlı olmayan, ictimai həyatdan uzaq, qapalı yaşayan insanlar ağıla gəlirdi.

    Bunun İslam olmadığını, İslamın Quranda izah edilən və insanların həyatını çox gözəlləşdirən din olduğunu göstərdik. Beləcə, insanları İslamdan soyudaraq ateizmə yönəldən şeytanı sistemin də təsirini ortadan qaldırmış olduq. Əvvəllər önmühakimə və ortodoks ənənəvi din anlayışının təqdim etdiyi modelə görə İslamdan istəmədən uzaq qalmış böyük bir təbəqənin yenidən İslama, dinə rəğbət bəsləməsinə,  yönəlməsinə vasitəçi olduq, Allahın izni ilə.


    10- Fəaliyyətlərinizin maddi mənbəyi haqqında məlumat verə bilərsinizmi? Peyk kanalınız var və qurumunuzun əməkdaşları da var.

    Allahın dinini izah etmək qarşılığında pul almaq Qurana görə haramdır. Allah “Yasin” surəsində "Sizdən heç bir mükafat istəməyənlərin ardınca gedin" deyə buyurur. Bu səbəbdən mən də, dostlarım da İslamı izah etmək müqabilində heç bir pul almırıq və almarıq. Mənim və yoldaşlarımın heç bir kommersiya və maddi qazanc gözləntisi yoxdur. Yeganə məqsədi Quranın rəhbərliyində bütün dünyaya İslam əxlaqını, sevgini, sülhü və qardaşlığı fikirlə, elmlə, gözəl və hikmətli sözlə hakim etməkdir. Dostlarımın böyük hissəsi dünya miqyasında zəngin, tanınmış tacirlər, iş adamlarıdır. Nəşriyyat evi və A9 TV Türkiyədəki bütün başqa oxşar qurumlar kimi rəsmi qeydiyyatdan keçib, dövlətin rəsmi orqanları tərəfindən daim yoxlanılır. Mən öz adımdan yazdığım kitablardan heç bir ödəniş və ya müəlliflik qonorarı almıram, qazanc əldə etmirəm. Bu günə qədər müəlliflik hüquqlarımın qarşılığı olan milyonlarla kitab dünya miqyasında pulsuz paylanılıb. Hələ də davamlı olaraq paylanılmağa davam edir.


    11- Fəaliyyətlərinizdəki əsas məqsəd nədir?
     
    Allahın rizasını qazanmaq, fitnə qalmayana və Quran əxlaqı bütün dünyaya hakim olana qədər elmlə, fikirlə, sevgi ilə gözəl mübarizə aparmaq.
     
    12- Ərəb ölkələrindəki siyasi vəziyyəti izləyirsinizmi?  Müsəlmanlar arasındakı münaqişələri və ayrılıqları necə qiymətləndirirsiniz?
     
    Günbəgün, hətta saatbasaat izləyirəm. Yayımlarımda da İslam dünyasındakı hadisələrlə bağlı daim məlumat verirəm. Bu barədəki fikirlərimi və təkliflərimi bildirirəm. Müsəlmanların faydasına olan, zərər görməsini qarşısını ala biləcək tədbirləri, ediləcək üsul və siyasətləri davamlı olaraq bölüşürəm.

    Müsəlman dünyasındakı ayrılıqlar, münaqişələr və qarşıdurmalar Quranın ətrafında tək bir ümmət olaraq birlik olma fərzinin tərk edilməsindən qaynaqlanır. Müsəlmanların Quranda bildirilən bu ən böyük fərzi gözardı etmədə israrlı olması Allahın qəzəbini və saysız-hesabsız bəlanı İslam dünyasının üzərinə çəkən qəflətdir. Müsəlmanların bir qisminin Quranda olmayan uydurma hökmlərə böyük həssaslıq göstərib məhz bu ən böyük fərzi tərk etmələri, ağıllarına belə gətirməmələri şeytanın çox böyük hiyləsidir. Dəccal müsəlmanları Qurandan və ittifaq olmaqdan uzaqlaşdırmaq istəyir. Onları bir-birinə müxalif yüzlərlə müxtəlif qrup və məzhəbə ayıraraq  bölmək həvəsindədir. Qardaşı qardaşa qırdıraraq İslam aləmini əzməyə, gücsüzləşdirməyə çalışır.

    Dəccaliyyət, yəni İngilis dərin dövləti bu münaqişəni qızışdırmaq üçün İngilis şiəliyi və İngilis sünniliyindən istifadə edir. İngilis şiəliyi sünnilərdən nifrət edir. İngilis sünniliyi isə şiələrə nifrət edir. Bir-birilərinin qətlini vacib hesab edirlər. Halbuki doğma qardaşların bir-birini məhv etməyə çalışması görünməmiş ağılsızlıq, böyük vicdansızlıqdır.

    Sünni də, şiə də, vəhabi də... Hamısı tərtəmiz nur kimi müsəlmanlardır. Kitabı, Peyğəmbəri, qibləsi bir olan insanlardır.
     
    Şeytanın bu təlqinlərindən müsəlmanların oyanmalarının vaxtı çoxdan gəlib.
     
    Lakin Mehdiyyətdən başqa heç bir gücün bu birliyi təmin etməyəcəyini həm hədislərdən, həm də illərdir davam edən həll yolu olmayan gedişatdan anlayırıq. Ancaq çox tezliklə zühur etməsini gözlədiyimiz Mehdi vasitəsilə Allahın izni ilə, müsəlmanlar dünya miqyasında çox böyük İslam birliyi yaradacaqlar. Dəccaliyyət sistemi də məğlubiyyətə uğrayaraq yox olub gedəcək, inşaAllah.


    13- Xaricə səfərləriniz olur? Həccə getmisinizmi?
     
    Bu günə qədər heç vaxt xaricə getməmişəm. Demək olar ki, 40 ildir İstanbuldayam və təbliğ fəaliyyətimi İstanbuldan həyata keçirirəm. Bu 40 il ərzində nəinki xaricə, İstanbuldan kənara çıxdığım günlər sayılıdır. Bütövlükdə bəlkə on günü keçməz.

    Hazırda həm İslam aləmi, həm də Türkiyə olaraq çox kritik dövrdən keçirik. Çox böyük hadisələr, çox mühüm irəliləyişlər gözlənilir. Çox çətin şəraitlə qarşılaşa bilərik. Təkcə biz yox, bütün dünya olaraq. Belə bir şəraitdə ən faydalı olduğum, fikirlərimi, təkliflərimi geniş kütlələrlə bölüşə biləcəyim, ideoloji mübarizəmi ən səmərəli şəkildə davam etdirəcəyim yerin hazırda olduğum yer olduğunu düşünürəm. Gələcəkdə ola bilər, bəlkə, amma bu kritik dövrdə səyahətə ayıracaq vaxtım yoxdur.

    Tez-tez dediyim kimi, mən özümü Mehdinin mənəvi tələbəsi kimi qəbul edirəm. Zühur etdikdə xas tələbəsi olmaq üçün dua edirəm. Axırzaman hədislərində hz. Mehdinin Rum diyarını tərk etməyəcəyi bildirilir. Rum diyarı, yəni o dövrdə Bizans, bugünkü İstanbul və Türkiyənin bir hissəsi deməkdir. Yenə bir başqa hədisdə Mehdinin Konstantiniyə, yəni İstanbuldan çıxacağı xəbər verilir. Hədislərdə bildirilən hz. Mehdinin çıxdığını və fəaliyyətlərini burada davam etdirdiyinə inanıram. Buna görə də mənim onun hazırda olduğu yeri məcbur olmadıqca bir an belə tərk etməyim mümkün deyil.

    Həcc ibadətimi hələ yerinə yetirmək imkanım olmayıb. Ümid edirəm ki, Allah çox yaxında bu gözəl ibadəti də yerinə yetirmək imkanını mənə nəsib edər.

    14- Ərəblərə və müsəlmanlara mesajınız nədir?
     
    Ərəblər bizim nur kimi qardaşlarımızdır. Mübarək, pak, gözəl xalqdır. Çox mübarək, müjdəli dövrün ərəfəsindəyik. Hazırda dünyada, xüsusilə də müsəlman aləmində baş verən əzablar, faciələr də bu mübarək dövrün doğuş sancıları kimidir. Yaxın vaxtlarda bu fəlakətlərin əsas səbəbkarı olan Dəccaliyyət sisteminin sona çatdığını birlikdə görəcəyik. Sonra isə bütün əzabların, sıxıntıların aradan qalxacağı, dünyanın sülh, əmin-amanlıq, xoşbəxtlik, rifah və zənginliyə qovuşacağı bir dövrə, Mehdiyyət dövrünə girəcəyik, inşaAllah.

    Axırzamanla bağlı Peyğəmbərimizin (səv) 1400 il əvvəldən xəbər verdiyi yüzlərlə əlamətin çox böyük hissəsi son 40 ildə bir-birinin ardınca baş verib. Hələ də baş verməyə davam edir. Bütün bu möcüzəvi hadisələr həmin mübarək dövrün astanasında olduğumuzu göstərir.

    Ancaq əvvəlcə yox olma mərhələsinə gəlmiş Dəccaliyyətin son çırpınmaları və hücumları olacaq. Bu səbəbdən qarşıdakı bir neçə il ərzində sonuncu çətin imtahan mərhələsindən keçəcəyimiz anlaşılır. Bu cür gözəl imtahanlar Allahın hər dövrdə müsəlmanlar üzərindəki sünnətidir. Hədislər, Qurandan işarələr, Bədiüzzaman Səid Nursi kimi məşhur alimlərin xəbərləri və bu gün dünyanın möcüzəvi şəkildə bu məlumatlara paralel gedişatı bu mühüm həqiqətə diqqət çəkir. Əlbəttə, ən doğrusunu Allah bilir.

    Bütün mömin qardaşlarımın bu dövrdə səbir, təvəkkül və mətanət içində ümidvar olmalarını arzulayıram. Yalnız Allahdan qorxan, yalnız Ona qulluq edib Ondan yardım diləyən, yalnız Allaha güvənən, təvəkkül edən, səbir edən səmimi möminlər bu imtahandan heç bir zərər görmədən çıxacaq. Allahın izni ilə gözəl günlər çox yaxındadır inşaAllah.
     
    Əziz qardaşlarımız internetdə harunyahya.com saytından axırzaman haqqındakı kitablarımı pulsuz endirə və yuxarıda bəhs etdiyim məsələlərlə bağlı ətraflı məlumat əldə edə bilərlər.


    15-Mehdinin zühurunun yaxın olduğunu və İstanbulda ola biləcəyini demişdiniz. Bu barədə daha çox məlumat verə bilərsinizmi? Mehdi çıxdı, yoxsa hələ çıxmayıb?

    Qurana baxdıqda tarix boyu bütün möminlərin liderləri ilə birlikdə olduğunu görürük. Tarixin heç bir dövründə möminlər başsız olmayıb. Ən kiçik şirkətdən ən geniş icmalara qədər hər kəsin başçısı var. Katoliklərin Papası, pravoslavların Patriarxı, masonların Ustadı, qarışqaların belə kraliçası var. Amma 1,5 milyardlıq İslam aləmi başsızdır. Müsəlmanlar bunu normal qəbul etməməlidirlər. Bir lider ətrafında birləşmək Allahın Quranda bildirdiyi qanundur. Axırzamanda bu sünnəti yerinə yetirəcək, İslam aləminin lideri olacaq şəxsə Mehdi deyirik. İslam aləminin ancaq Mehdi ətrafında birləşəcəyini bizə deyən isə Peyğəmbərimizdir. Hazırda heç bir məzhəb digər məzhəbdən birini, heç bir camaat digər camaatdan birini lider olaraq istəmir. Hər kəsin ittifaqla qəbul edə biləcəyi yeganə şəxs hədislərdə bildirilən hz. Mehdidir.


    Mehdinin xüsusiyyətlərini, fəaliyyətlərini, harada çıxacağını da Peyğəmbərimiz bizə bildirib. Çıxacağı tarixdən o dövrdə baş verəcək hadisələrə, fiziki görünüşündən əxlaqına qədər təfərrüatlı şəkildə Mehdidən bəhs edib. "Mehdi harada olacaq, harada fəaliyyət göstərəcək" deyə hədislərə baxdıqda ancaq bir cavab görürük: İstanbul. Bir çox hədisdə Mehdinin Müqəddəs əmanətlərin olduğu şəhərdən çıxacağı bildirilir. Nədir bu müqəddəs əmanətlər? Peyğəmbərimizin bayrağı, əbası kimi Peyğəmbər dövründən qalan mübarək əşyalar. Bəs hazırda bu müqəddəs əmanətlər haradadır? İstanbulda. Peyğəmbərimiz həmçinin Mehdinin fəaliyyət yeri kimi birmənalı olaraq İstanbulun adını çəkir:

    Hz. İbni Əmrdən rəvayət edilmişdir: Peyğəmbərimiz (səv) buyurdu ki: Ey Ümmət! Altı şey var ki; Onlar olmadan qiyamət qopmaz (altıncısı) MƏDİNƏNİN (ŞƏHƏRİN) FƏTHİ. DEYİLDİ Kİ: HANSI MƏDİNƏ? (HANSI ŞƏHƏR)? BUYURDU Kİ: KONSTANTİNİYYƏ.  (Medineli Allâme Muhammed b. Resul el-Hüseynî el-Berzencî, Kıyamet Alametleri, 204 Ramuz-el Ehadis, 296)

    Hədislərdə bildirilən məlumatlardan, böyük İslam alimlərinin sözlərindən və dünyanın hazırda olduğu sosioloji, siyasi və iqtisadi vəziyyətdən gördüyüm odur ki, Mehdi hazırda fəaliyyətdədir. Hadisələri diqqətlə tədqiq edən hər kəs Mehdiyyətin fəaliyyətdə olduğunu, Dəccaliyyətlə Mehdiyyət arasında tarixi mübarizə getdiyini görür. 3-5 il ərzində nəyi nəzərdə tutduğum daha dəqiq bilinəcək.

    16- Əgər belədirsə, gözlənilən Mehdinin zühuru haqqındakı dəlilləriniz nələrdir?
     
    Peyğəmbərimiz 600-dən çox hədislə bizə sanki Mehdiyyət cədvəli bildirib. Əvvəl bu hadisələr olacaq, sonra ard-arda bunlar baş verəcək, o zaman həmin hadisələri görəcəksiniz. Peyğəmbərimiz deyir ki, bütün bunları gördükdə başa düşün ki, Mehdi zühur edib.
     
    Axırzamandakı bu hadisələrin əsas xüsusiyyətləri təsbeh muncuqları kimi ard-arda meydana gəlmələridir. Bu, çox incə məqamdır. Çünki bu hadisələrin bir neçəsi başqa dövrlərdə hər hansı bir şəkildə baş vermiş ola bilər. Ancaq əhəmiyyətlisi odur ki, hamısı yaşadığımız axırzamanda ilk dəfə olaraq ard-arda baş verir. İndi hədislərdə bildirilən və hicri 1400-cü ildən (yəni miladi təqvimlə 1979-cu il) etibarən baş verən hadisələrdən bəzilərinə baxaq:

    • Fərat çayının suyunun kəsilməsi
    • Əfqanıstanın işğalı
    • Kəbə basqını və Kəbədə qan axıdılması
    • İran-İraq müharibəsi
    • Ramazan ayında ard-arda baş verən Günəş və Ay tutulmaları
    • Halley quyruqlu ulduzunun çıxması
    • Azərbaycanın işğalı
    • Buynuza bənzəyən iki quyruqlu ulduzun çıxması (“Lulin” quyruqlu ulduzu)
    • Bethlehem ulduzunun keçməsi
    • Suriya vətəndaş müharibəsi
    • İraqın işğalı
    • Bağdadın alovlarla yanması
    • Şamda fitnələr
    • Şamın Haresta bölgəsində baş verən hadisələr
    • Şam, İraq, Ərəbistanda qarışıqlıq baş verməsi
    • İraq və Şama embarqo qoyulması
    • Şam və Misir məliklərinin öldürülməsi
    • Anarxiya və terrorun hər yeri əhatə etməsi
    • Böyük iqtisadi böhranların baş verməsi
    • Saxta mehdi və məsih çıxması
    • Yer üzündən sülhün qalxması
    • Müharibələrlə böyük şəhərlərin məhv olması
    • Kufədə qarşıdurmaların olması, Kufə Məscidinin qübbəsinin və divarının dağılması
    • Misirdə fitnə və qarışıqlıqların baş verməsi
    • Qətllərin artması
    • Vətəndaş müharibələrinin və münaqişələrin artması
    • Qardaşın qardaşla vuruşması
    • Günahsız uşaqların öldürülməsi
    • İnsanların səbəbsiz yerə öldürülməsi

    Bunun kimi 600-dən çox hadisə baş verib və baş verməyə davam edir. Bu halda ağlabatan və məntiqli qiymətləndirmə aparan birinin gələcəyi nəticə aydındır: Mehdi hazırda həyatdadır və fəaliyyətdədir. Düşünün ki, bundan 1400 il əvvəl Peyğəmbərimiz bu gün baş verəcək hadisələri gözü ilə görmüş kimi danışır və nə danışıbsa, eynilə olur. Bu, müsəlmanların çox həyəcanlanmalı, Peyğəmbərin möcüzəsinə şahid olduqları üçün çox sevinməli olduqları bir mövzudur. Nostradamusun dediyi bir söz baş verdikdə yer yerindən oynayır. Peyğəmbərimizin dediyi 600-dən çox hadisə baş verir və müsəlmanların bir qisminin bunun dilə gətirilməsinə belə dözümü yoxdur. Qəribə və təəccüblü olan bəzi müsəlmanların bu mövqeyidir. Peyğəmbərin dediklərinin baş verməsi gizlədiləcək mövzu deyil.

    17- Əvvəlki müsahibədə bir çox məsələ haqqında Qurandan dəlil vermiş, Quran ilə danışdığınızı, Peyğəmbərimizə (səv) aid edilən hədislərə inanmadığınızı qeyd etmişdiniz. Amma baxıram ki, Mehdi haqqında gətirdiyiniz bütün dəlillər hədislərdəndir və bunlar bir çox alimin şübhə duyduğu hədislərdir. Bunu nə ilə izah edirsiniz?


    Mən hədisləri inkar edən insan deyiləm. Güman edirəm ki, bu barədə yanlış məlumatlandırma olub. Quran Allahın sözüdür və Allahın sözü qüsursuzdur. Quran kifayətdir, hədislər tamamilə etibarsızdır deyə bir məsələ yoxdur. Bir hədisin etibarlı və ya doğru olub olmadığını anlamağın iki yolu var. Birincisi, hədisin Qurana uyğun olub olmadığına baxmaq lazımdır. Peyğəmbərimiz Qurana uyğun olmayan bir söz deməz, Qurandan kənar hökmü dinə əlavə etməz. Məsələn, qadınların “yarım varlıqlar” olduğunu deyən bir hədis varsa, bu Qurana uyğun deyil və Peyğəmbərimizə böhtandır. Yaxud da Peyğəmbərimiz müvəqqəti olaraq ipək və qızılı müxtəlif səbəblərdən ümmətinə qadağan etmiş ola bilər. Bu, ipək və qızılın haram edildiyi mənasına gəlmir. Quranda haram edilməmiş bir şeyi Peyğəmbərimiz haram etməz. Rəvayətlərin doğruluğunu dərk etməyin bir yolu da həmin hədisdə bildirilən məlumatın baş verib baş verməməsidir. Peyğəmbərimizin dediyi hadisə baş verirsə, məsələn, "Suriyada qarşıdurmalar olacaq" deyir və bu münaqişələr baş verirsə, onda həmin hədisin doğru olduğunu anlayırıq. Peyğəmbərimizin axırzaman və Mehdi haqqında hədisləri də baş verərək doğruluğu isbat edilmiş hədislərdir.

    18- Əgər Quranda Mehdinin çıxacağına dair dəlil varsa, bunu bizə açıqlaya bilərsinizmi?
     
    Quran və Mehdiyyət iç-içədir. Allah Quranın saysız-hesabsız ayəsində Mehdiyyəti bizə bildirib. "Quranda Mehdiyyət yoxdur", "İslamda xilaskar yoxdur" deyə iddia edənlərə ən hikmətli və gözəl cavabı Rəbbimiz verib. Allah “Nisa” surəsinin 75-ci ayəsində çətinlik dövrlərində möminlərin Allahdan xilaskar, yəni Mehdi istədiyini bildirərək, Mehdini gözləməyi və istəməyi müsəlmanlara haqq yol olaraq göstərib:

    Sizə nə olub ki, Allah yolunda və: 'Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!' – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda mübarizə aparmırsınız? (Nisa surəsi, 75)
    Ərəbcə "hdy" kökündən gələn Mehdi sözü yol göstərilmiş olan, doğru yolu izləyən mənalarını verir və ad olaraq qiyamətdən əvvəl gələcək mənəvi lider mənasında istifadə edilir. Quranda isə Mehdiyyətlə eynimənalı olaraq "hadi" (hidayətə sövq edən), "muhtedun" (doğru yol üzərində olan) sözləri tez-tez istifadə edilir. Məsələn, “Yasin” surəsinin 21-ci ayəsində "Sizdən mükafat istəməyənlərin ardınca gedin. Və onlar, mehdilərdi", deyə buyurulur. Bu ayə açıq-aydın Mehdiyyəti izah edən ayədir. Bunun kimi bir çox ayə var. Həmçinin Quranda müsəlmanların birlik olmasının zəruriliyini bildirən, İslam əxlaqının dünyaya hakim olacağını müjdə verən hər bir ayə, əslində, Mehdiyyəti izah edir. Müsəlmanlar birlik olduqda və İslam dünyaya hakim olduqda lider olacaq insan Mehdidir. Hədislərdə xəbər verildiyi kimi, hz. Süleyman hadisəsi, hz. Yusifin həyatı, Kəhf əhlinin yaşadıqları və Zülqərneynin mübarizəsi də Mehdiyyətlə bağlı çox mühüm işari mənalar daşıyır.

    19- Mehdi olduğunuzu söylədiyiniz doğrudurmu? Nə üçün?
     
    Xeyr. Mənim heç vaxt mehdilik iddiam olmadı və heç vaxt olmayacaq. Mehdilik iddiamın heç vaxt olmaması ilə bağlı dəfələrlə Allah adına and içdim. Mən səmimi müsəlmanam. Allahı çox sevirəm. İnsanların da Allahı sevməsini, sülh, gözəllik, qardaşlıq içində yaşamasını istəyirəm. Həyatdan, gözəl insanlardan, gözəlliklərdən, sənətdən və estetik gözəllikdən zövq alıram. Hocalıq, alimlik və mehdilik iddiam yoxdur.
     
    Peyğəmbərimizin hədislərində bildirdiyi əlamətlərin hamısı bir nəfərə uyğun olsa belə, o insanın Mehdilik iddia etməsi mümkün deyil. Bu, dinimizə görə haramdır. Belə bir insan dindən çıxar. Çünki "mən Mehdiyəm" demək "mən günahsız insanam, mənim imtahan olunmağıma ehtiyac yoxdur, mən onsuz da cənnətlik insanam" mənalarına gəlir. Bir müsəlman belə bir ifadəni həyatının sonuna qədər heç vaxt istifadə edə bilməz.

    Bundan başqa, Mehdi iddia məqamı deyil. Bəli, doğrudur, mənim hədislərdə bildirilən Mehdi (əs) ilə bir çox fiziki xüsusiyyətim eynilə uyğun gəlir. Amma bir adamın hədislərdə bildirildiyi kimi, yaşıl və azacıq qıyıq gözlü olması, burnunun kiçik olması, qaşının qövslü olması, fiziki baxımdan geniş olması, başının böyük olması, dişlərinin gözəl olması, yanağında açıq rəngdə xal olması, iki qaşının arasında bir qaş çatma xəttinin olması və daha bunlar kimi onlarla əlamətin bənzəməsi Mehdi üçün əsas məsələ deyil. Biz Mehdini ancaq İslam dünyaya hakim olduqda, İslam Birliyi yarandıqda, hz. İsa gəlib o şəxsin arxasında namaz qıldıqda "Allahualəm, bu şəxs Mehdidir" deyərək tanıya bilərik.

    20- Bir çox insan Mehdi düşüncəsinin batil inanc olduğuna və çarəsiz insanların səy göstərmədən bir gün Mehdinin gələcəyi ümidi ilə təsəlli tapdıqlarına inanır. Bu şəxslərin haqlı olduğunu düşünürsünüzmü?
     
    Bu, adətən, Mehdiyyəti ört-basdır etmək istəyənlərin irəli sürdüyü çox məntiqsiz və ağılsız fikirdir. Mehdini gözləmək riskli və ya yanlış bir şey olsa idi, Peyğəmbərimiz (səv) müjdələyərdimi? Allah bütün axırzamanı Mehdiyyətə görə planlaşdırıb. Ard-arda baş verən hadisələrdə bunu görə bilirik. Hz.Mehdi (əs) üçün Peyğəmbərimiz (səv) yüzlərlə hədis deyib. Allah ulul-əzm peyğəmbər olan hz. İsa Məsihi hz.Mehdinin (səv) yanına yardımçı olması üçün göydən endirir. Mehdiyyət axırzamanın ən həyati məsələsidir. Mehdini gözləməyənlərin çox şövqsüz və miskin olduğunu görürük. Mehdini gözləyənlər isə çox canlı, şövqlü və çalışqandırlar. Əsl ətaləti Mehdini gözləməmək, ona qarşı çıxmaq gətirir.

    Mehdi gözləyən insan onu dəstəkləmək, ona tələbə olmaq üçün çox səy göstərir, bütün gücündən istifadə edir. Çox şövqlü olur. Peyğəmbərimiz "Mehdi ilə müjdlənənin. O, Qureyşdən və Əhli-Beytimdən bir adamdır". (Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 13) - deyə insanlara Mehdinin gələcəyinin müjdəsini verir. Əbdülqadir Gilani, İmam Rəbbani kimi İslam alimləri şövqlə Mehdini gözlədilər və gəlişini müjdə verdilər. Kim bu böyük şəxslərin ətalət içində olduğunu iddia edə bilər? Kim bu şəxslərin müsəlmanları tənbəlliyə sövq etdiyini iddia edə bilər? Əksinə, Mehdini gözləyən və müjdələyən bütün alimlərin böyük xidməti olub. Mehdi gözləntisi möminlərin inkişafına səbəb olub. Mən də, dostlarım da Mehdini gözləyirik, ona tələbə olmaq istəyirik. Ona görə də var-gücümüzlə elmi mübarizə aparırıq. Bunun gözəl nəticəsi olaraq da Allahın dünya miqyasında yaratdığı uğurumuzu görürsünüz.

    21- Əvvəlki müsahibənizdə İngilis şiəliyi üzərində dayanmış, türk xalqına qarşı bir sistem qurduqlarını qeyd etmişdiniz. Ən mühüm şiə dövləti İran olduğu halda, nə üçün yalnız İngiltərədəki şiələr üzərində dayanırsınız?
     
    Güman edirəm burada bir yanlış anlaşılma olub. Mənim tənqidim İngiltərədə yaşayan şiələrlə bağlı deyil. Şiələr tərtəmiz insanlardır, nur kimidirlər. Peyğəmbərimizə və əhli beytə sədaqətləri mükəmməldir. Mənim tənqidim "İngilis şiəliyi" adlı ideologiyaya qarşıdır. Bu düşüncə tərzi İngilis dərin dövlət tərəfindən ortaya atılan, şiələr və sünnilər arasında qarşıdurma yaratmağı qarşısına məqsəd qoyan hiyləgər hərəkətdir. İran da İngilis şiəliyindən narahatdır. Xamneyi bir çox çıxışında mərkəzi Londonda olan bəzi şiə kanalları ilə bağlı xalqı xəbərdar etmişdi. Xamneyi bu kanallardan "sünni-şiə münaqişəsinə daha çox benzin daşıyan bir qrup muzdlu əsgər" kimi bəhs etmişdi.    

    İngilis şiəliyi və sünniliyi anlayışı İngilis dərin dövləti tərəfindən müsəlmanları bölmək üçün inkişaf etdirilmiş ideyalardır. Məqsəd sünni müsəlmanlarla şiə müsəlmanlar arasında nifaq çıxarmaq və Yaxın Şərqi məzhəb savaşları adı altında qana bulayaraq bölməkdir. Məzhəb münaqişəsi İngilis dərin dövlətinin İslam aləmini məhv etmək üçün uydurduğu ən hiyləgər planlardan biridir.

    Bu planı pozmaq müsəlmanların əlindədir. İngilis şiəliyi və İngilis sünniliyi anlayışları adı altında inkişaf etdirilən və İslamla əlaqəsi olmayan düşmənçilik oyunlarına imkan verilməməlidir. Bu oyunun pozulması şiələrlə sünnilərin ittifaqına əsaslanır. Xüsusilə şiə qardaşlarımızla sünni qardaşlarımızın bir araya gəlməsi, şiə və sünni ölkələrin ittifaqı və yeni dostluq müqavilələri bağlamaları, müsəlmanların problemlərinin həllində birgə hərəkət etmələri İngilis dərin dövlətinə böyük zərbə olacaq. Bu ittifaqların güclü şəkildə və göz önündə həyata keçirilməsi əhəmiyyətlidir.

    22- Niyə Amerika və ya başqa bir ölkə üzərində deyil, sadəcə İngiltərə üzərində dayanırsınız?

    Əvvəlcə, bunu bildirmək lazımdır ki, məsələ İngiltərə və ya ingilis xalqı deyil. İngiltərə dövləti də deyil. İngilis dərin dövlətidir. İngilis dərin dövləti İngiltərə dövlətinin özü deyil, İngiltərə dövləti daxilində qurulmuş və əsrlərdir varlığını davam etdirən, dünyadakı xaosunun, müharibələrin, əzabların səbəbi olan gizli quruluşdur. İngiltərə dövləti də, ingilis xalqı da bu qaranlıq quruluşdan zərər çəkir. ABŞ və ya gündəmə gətirəcəyiniz hər hansı bir dövlət də. İngilis dərin dövlətinin istiqamətləndirməsi, təzyiqi və manipulyasiyaları olmadan heç bir yerdə qarışıqlıq, qarşıdurma, zülm və haqsızlıq olmur. Siz xəbərlərə baxarkən “x” ölkənin adını görürsünüz, amma bir az araşdırsanız, o hadisənin arxasında İngilis dərin dövlətinin təşkilatçılığı olduğu görünər. İngilis dərin dövləti, adətən, özünü çox yaxşı gizlətdiyi üçün insanların gözündən bu günə qədər qaçmağı bacarıb. Ancaq biz minlərlə sənədlə hadisələrin həqiqi üzünü  ifşa etdikdən sonra dünya miqyasında bir məlumatlanma oldu. Ona görə, həm İngiltərə xalqını, həm də digər ölkə xalqlarını narahat edən bu hiyləgər quruluşun oyunları daim ifşa edilməlidir. Hiyləgər planlar quran yeraltı mexanizmlərin təsiri bu şəkildə asanlıqla ortadan qalxacaq, dövlətlər və xalqlar arasındakı münaqişələr sona çatacaq, sevgini bərpa etmək daha da asanlaşacaq.

    https://www.hespress.com/interviews/384352.html
    https://www.hespress.com/interviews/385682.html
    https://www.hespress.com/interviews/381439.html

     

    ]]>
    http://adnanoktar.az/az/Məqalələr/274262/adnan-oktarin-mərakesin-beynəlxalq-informasiyahttp://adnanoktar.az/az/Məqalələr/274262/adnan-oktarin-mərakesin-beynəlxalq-informasiyaTue, 29 May 2018 23:28:31 +0300
    Amin turşularının möcüzəvi istehsalıSənaye üçün nəzərdə tutulan istehsal mexanizmləri çox mühüm sistemlərdən təşkil olunub. Məhsulların istehsalı nəzarət altında, keyfiyyətli və davamlı həyata keçir. Bir ədəd məhsulun istehsalı üçün belə çox sayda mexanizm və xammal tələb olunur. Bu mexanizmlərin istehsalında isə mühəndislər, elm adamları və işçilər çalışırlar. Dəqiq hesablamalar və dizaynlar edilərək ən yaxşı nəticə verən sistemlər hazırlanır. Bu iş heç vaxt təsadüflərə yer verilərək görülmür, əksinə hər mərhələsinə ciddi şəkildə nəzarət edilir. Müasir biologiya və genetika elmi eynilə bu nümunələrdə olduğu kimi canlılar aləmində də yüksək texnologiyaya sahib fabrikciklərin və istehsal mexanizmlərinin olduğunu sübut etmişdir. Bunlardan biri də orqanizmin əsas maddələrindən biri olan amin turşularının istehsalı ilə bağlıdır.


    Bir istehsal mexanizmi gördüyünüzdə, əlbəttə ki, bunun təsadüfən yaranmadığını bilirsiniz. Hüceyrələrimizdə də istehsal mexanizmləri mövcuddur. Bunlar, canlılardakı bütün sistemlərin yüksək ağıl tərəfindən idarə olunduğunu göstərir.


    Amin turşusu möcüzəsi 


    Amin turşuları zülalların quruluş vahidləridir. Canlılarda 20 növ amin turşusu mövcuddur. Fermentlər və hüceyrələrdəki kompleks fabriklər amin turşularından istifadə edərək sanki göydələn kimi nəhəng molekulları, yəni zülalları inşa edirlər. Belə ki, amin turşularının miqdarına nəzarət etmək çox mühüm vəzifədir.


    Amin turşuları çox təfərrüatlı istehsal zəncirindən sonra meydana gəlir. Amin turşularının istehsalı üçün diqqətlə işləyən fermentlər fəaliyyət göstərir. Amma burada çox maraqlı bir nüans var. Fermentlərin özləri də zülal quruluşlarından ibarətdir və zülallar da dolayısilə amin turşularından təşkil olunublar. Buna görə də mərhələli təkamülün baş verməsi qeyri-mümkündür. Amin turşuları olmasa, fermentlər, fermentlər olmasa, amin turşuları yaranmazdı.


    Zülal istehsalında 20 növ amin turşularından istifadə olunur. Bu amin turşularının hüceyrələrdəki istehsalı möcüzəvi şəkildə baş verir. Çünki bu prosesdə iştirak edən fermentlər də amin turşularından yaranmışdır. 


    Zülal molekulları eynilə göydələnlər kimi nəhəng quruluşdadırlar. Göydələnlər təsadüfən yarana bilməzlər. Onlar kimi mürəkkəb quruluşa malik zülalların da təsadüfən yaranması qeyri-mümkündür.


    Sistemin incəlikləri


    Canlılarda istifadə olunan amin turşuları karbon, azot, hidrogen və oksigen kimi atomlardan təşkil olunmuşdur. Bu atomlar profesional mütəxəssis kimi işləyən onlarla ferment tərəfindən emal olunurlar. Hər ferment yalnız bir işlə vəzifəlidir: tək bir atomu bəlli bir molekulun bəlli bir hissəsinə birləşdirir. Bu vəzifəni səhvsiz və mükəmməl şəkildə yerinə yetirir. Fermentlər istehsal prosesində ardıcıl fəaliyyət göstərən işçilər kimi işlərini sıra ilə həyata keçirirlər. Hər biri doğru zamanda fəaliyyətə başlayır. Bir fermentin istehsal etdiyi maddəni digəri alaraq emal edir və növbəti fermentə ötürür. Bu fermentlərdən birinin belə olmaması və ya quruluşlarında kiçik bir səhvin yaranması bütün sistemi məhv edir.

     


    Tikinti sektoru dünyanın ən böyük biznes sahələrindən biridir. Tikintidə istifadə olunan materiallar fabrikdə istehsal edilir. Kirəmit və onun kimi müxtəlif tikinti materilları isə fabrik məhsulları sayılır. Hüceyrələrimizdə də vəziyyət buna bənzərdir. Amin turşuları zülalları meydana gətirən kirəmitlər kimidir. Eynilə kirəmit və dəmir-polad fabriklərində olduğu kimi amin turşularının istehsalı üçün də hüceyrə daxilində istehsal zəncirləri yaradılmışdır.


    Canlılarda amin turşularının yaranmasını göstərən şəkil. 


    Hər ox işarəsi amin turşularının yaranması üçün lazım olan kimyəvi reaksiyaları göstərir. Hər kimyəvi reaksiya xüsusi fermentlər tərəfindən həyata keçirilir. Yəni hüceyrələrimizdə onlarla ferment amin turşularının istehsalından məsuldur. Göründüyü kimi amin turşularının istehsalı olduqca nəzarətli şəkildə həyata keçirilən əməliyyatlarla baş verir. Hüceyrədə təsadüfə yer verilmir. Eyni zamanda, bir atomu bir molekulun bəlli bir sahəsinə bağlayan bu fermentlər də amin turşularından yaranır. Bu isə sistemin bir bütün halında yaradıldığını göstərir.


    Məsələn, bakteriyalarda 20 növ amin turşularından yalnız altısını-metionin, treonin, lizin, izoleysin, valin və leysin amin turşularını istehsal etmək üçün 25 ədəd ferment birlikdə işləyir. Bu fermentlərin istifadə etdiyi xammallar da təsadüfi olaraq əldə edilmir. Xammallar çox sayda fermentin birlikdə istehsal etdiyi maddələrdir.  Onların istehsalı da ayrı bir möcüzədir.1 


    Bir fabrikdəki zəncirvarı istehsal prosesində işçilər fədakarlıqla və peşəkarlıqla bir-birinin ardınca işlər görürlər. Hər birinin fərqli vəzifələri olur. Bu işçilərdən birinin vəzifəsini yerinə yetirməməsi və ya iştirak etməməsi məhsulun yararsız olmasına səbəb olur. Hüceyrənin əsas quruluş vahidlərindən olan amin turşularının istehsalı üçün də amin turşularından daha mürəkkəb quruluşa malik fermentlərin olması zəruridir. Həyat təsadüflərin yer almadığı kompleks bir bütündür.


    Amin turşusunun istehsalında təəccüb doğuran gizli xüsusiyyət


    Təkamülçülər əsassız düşüncələrinə əsasən canlıların təsadüflər nəticəsində, mərhələli yolla, sadədən mürəkkəbə doğru inkişaf etdiyini iddia edirlər. Buna görə də bakteriyaları ibtidai canlılar adlandırırlar. Amma bakteriyaları araşdırdıqda onların möhtəşəm, mürəkkəb sistemlərlə təchiz olunduğunu görürük. Bir bakteriya ən son sistemlərlə təchiz olunan müasir şəhərlərdən belə daha mürəkkəb və inkişaf etmiş texnologiyalara sahibdir. Bu faktı bir nümunə ilə belə açıqlayaq:


    İnsan hüceyrələrində zülal istehsalı üçün lazım olan amin turşularının yalnız 10-u istehsal olunur. Ona görə də qida yolu ilə canlılarda istehsal olunan digər amin turşularını əldə edirik. Halbuki bakteriyalar 20 növ amin turşusunun 20-ni də istehsal edir.2 Təkamülçülərin ibtidai hesab etdikləri bu canlılar həyatın təməl mexanizmi olan amin turşusunun istehsalında insanlara nəzərən daha öndədirlər. 


    Amin turşularının istehsalında iştirak edən fermentlərin çatışmazlığı inkişafa deyil, xəstəliklərə və ölümə səbəb olur


    Zülalın quruluş vahidi olan amin turşularının sintezində çox miqdarda fermentin iştirak etdiyini gördük. Ancaq bu fermentlərdəki çatışmazlıq, hətta kiçik bir xəta xəstəliklərə və ölümlərə səbəb olur.  Bununla da olduqca həssas olan bu sistemdə xətanın yolverilməz olduğu və mərhələli yaradılışın olmadığı aydın olur. Sistemin bütün elementləri eyni vaxta və bir arada mövcud olmalıdır. Bu isə ancaq yaradılışla mümkündür.
    Məsələn, tirozin amin turşusunun istehsalında istifadə olunan fenilalanin hidroksilaza fermentində genetik qüsurların yaranması əqli çatızmazlıqlara, qeyri-normal temperatur tənziminə, yerimə pozuntularına, iflicə səbəb olur.3


    Həmçinin amin turşularından əldə edilən dofamin maddəsi də mövcuddur ki, bu maddəni istehsal edən hüceyrələr azaldığında parkinson xəstəliyi baş verir.4


    Hüceyrələrdə amin turşularının hazırlanması ilə yanaşı onların parçalanması da tənzimlənmişdir. Bu vəzifəni yerinə yetirən fermentlərdə belə hər hansı bir çatışmazlığın yaranması xəstəlik və ölümə səbəb olur. Bunlardan alfa-ketoasid dehidrogenaza fermentini kodlayan genlərdə mutasiyaların meydana gəlməsi fiziki və əqli çatışmazlığa və ölümə səbəb olan Leysinoz (Ağcaqayın şirəsi) adlı xəstəliyə gətirib çıxarır.5


    Zülalların və amin turşularının istehsalındakı hər bir incəlik həyatın təsadüflərə yer verilməyəcək şəkildə nizamlandığını göstərir. Bir ədəd zülal belə təsadüfən meydana gələ bilməz. Zülalların əsas quruluş vahidləri olan amin turşuları və onları istehsal edən mürəkkəb sistem də təsadüfən yarana bilməz. Bir məhsulun əldə edilməsi üçün ondan daha mürəkkəb sistem yaradılmışdır. Bu quruluşda yaranan çatışmazlıq canlılarda inkişafa deyil, əksinə müxtəlif xəstəliklərə və ölümə səbəb olur. Həyat bütün incəlikləri ilə birlikdə Allahın açıq-aşkar yaradılış möcüzəsidir.


    Mənbə:
    1. Lehninger Biyokimyanın İlkeleri, David L. Nelson, Michael M. Cox, Palme nəşriyyat, 2005, üçüncü nəşrin tərcüməsi, səhifə, 832, 833
    2. Lehninger Biyokimyanın İlkeleri, David L. Nelson, Michael M. Cox, Palme nəşriyyat, 2005, üçüncü nəşrin tərcüməsi, səhifə 827
    3. Medical Biochemistry Human Metabolism in Health and Disease, Miriam D. Rosenthal, Robert H. Glew, A John Wiley & Sons, Inc., Publication, 2009, səhifə 322-323
    4. Medical Biochemistry Human Metabolism in Health and Disease, Miriam D. Rosenthal, Robert H. Glew, A John Wiley & Sons, Inc., Publication, 2009, səhifə 324
    5. Medical Biochemistry Human Metabolism in Health and Disease, Miriam D. Rosenthal, Robert H. Glew, A John Wiley & Sons, Inc., Publication, 2009, səhifə 322 

     

    ]]>
    http://adnanoktar.az/az/Məqalələr/274081/amin-tursularinin-mocuzəvi-istehsalihttp://adnanoktar.az/az/Məqalələr/274081/amin-tursularinin-mocuzəvi-istehsaliMon, 21 May 2018 23:05:25 +0300
    Osminoqların sormacları niyə öz bədənlərinə yapışmır?Osminoqların bədənlərindəki hərəki funksiyaya nəzarət illərdir tədqiq edilən və elm adamlarının marağına səbəb olan bir mövzudur. Bu canlıların qollarında yüzlərlə sormac olur. Lakin hər yerə asanlıqla yapışan sormaclar osminoqların öz bədəninə yapışmır. Bunun səbəbi osminoqun dərisindəki xüsusi kimyəvi siqnaldır. 


    Əgər Allah osminoqlara bu cür xüsusiyyət verməsə idi, bədənləri çox elastik olan bu heyvanlar hərəkət etdikcə qolları bir-birinə düyünlənərdi. 


    Osminoqlarda olduğu kimi, Rəbbimiz digər bütün canlıları da ehtiyaclarına uyğun xüsusiyyətlərlə yaratmışdır. Quran ayələrinin birində Allah canlıların yaradılması ilə bağlı belə buyurur:


    Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. (Allah) istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir. (Şura surəsi, 29)
     

    ]]>
    http://adnanoktar.az/az/Məqalələr/274001/osminoqlarin-sormaclari-niyə-oz-bədənlərinəhttp://adnanoktar.az/az/Məqalələr/274001/osminoqlarin-sormaclari-niyə-oz-bədənlərinəFri, 18 May 2018 20:52:42 +0300
    Mumiyalama üsulunu bilən eşşək arıları

    Ekvadordakı meşələrdə tırtılları mumiyalayan 24 növ eşşək arısına rast gəlinmişdir.  Bu arılar çox kiçik (4-9 mm) olmalarına baxmayaraq, meşənin ekoloji tarazlığının qorunmasında mühüm rol oynayırlar. 


    Aleiodes növündən olan eşşək arıları meşədəki tırtılların üstündə yaşayırlar. Dişi eşşək arısı münasib tırtıl tapdıqda yumurtalarını onun içinə qoyur. Yumurtalar qoyulan anda tırtılı öldürmür, lakin onlar qidalandıqca tırtıl kiçilir və mumiyalanır. Hələ tam yetkinləşməmiş bala eşşək arısı tırtılın qalan bədənindən istifadə edərək barama hazırlayır və inkişafını tamamlayır. Baramanın inkişaf müddəti tamamlandıqda yetkin arıya çevrilir, tırtılın mumiyalanmış bədənindən dəlik açaraq çıxır və cütləşir. 


    Bu arılar “parazitizm” adlanan bu cür davranışları sayəsində həm nəsillərini davam etdirir, həm də bitkilərlə qidalanan tırtılların sayını nizamlayırlar.


    Aleiodes növündən olan arılara bu xüsusiyyəti verən Allahdır. Bu kiçik canlıların tırtılları tapıb mumiyalaması Allahın mükəmməl yaratma sənətinin bariz nümunəsidir. Allahın qüsursuz yaratmasına bir ayədə belə diqqət çəkilir:  


    O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)

    ]]>
    http://adnanoktar.az/az/Məqalələr/274000/mumiyalama-usulunu-bilən-essək-arilarihttp://adnanoktar.az/az/Məqalələr/274000/mumiyalama-usulunu-bilən-essək-arilariFri, 18 May 2018 20:51:08 +0300
    İşığın dalğa uzunluğundakı nizamGöyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman ona yalnız “Ol” - deyər, o da olar. (Bəqərə surəsi, 117)


    Gözlərimiz kainatdakı yalnız qısa dalğa uzunluğunda olan işıq spektrini qəbul edərək görməyimizi təmin edir. Mikroskop, teleskop kimi bir sıra cihazlar gözlərimizə və qəbul edə bildiyimiz işığın strukturuna uyğun şəkildə işləyir. Əgər işıq fərqli xüsusiyyətlərə malik olsa idi, mikroskop və ya  teleskop kimi cihazları icad etmək qeyri-mümkün olardı. 


    Gözlərimiz planetimizin həyat mənbəyi olan Günəşin yaydığı işığı qəbul edəcək şəkildə yaradılmışdır. Görünən işığın nisbətən qısa dalğa uzunluqlarında hərəkəti gözlərimizin onu qəbul etməsinə bioloji baxımdan imkan yaradır. Əks təqdirdə, gözlərimizin yaxın infraqırmızı şüaları qəbul etməsi də heç bir işə yaramazdı. Belə olduqda isə daim diqqətimiz yayınardı, çünki istilik yayan bütün obyektlər həmin dalğa uzunluqlarında şüalanma hasil edir. 


    Əgər infraqırmızı şüaları görsə idik, olduğumuz otağın içi tamamilə işıldayardı. Çünki gözün özü də isti olduğu üçün infraqırmızı şüalar yayır. Şübhəsiz ki, bu cür vəziyyətdə dünyada yaşamaq qeyri-mümkün olardı. 


    İşığı əmələ gətirən rəngarəng şüalar müxtəlif dalğa uzunluqlarına sahibdir. Bu işıqların dalğa uzunluğu santimetrin milyonda 75-i ilə 39-u arasındadır.  XX-ci əsrin tanınmış elm adamlarından İsaak Asimov işığın dalğa uzunluğundakı bu həssas nizamın əhəmiyyətini belə izah edir:


    “Dalğa uzunluqlarının qısa olması olduqca mühümdür. İşıq dalğalarının düz xətt boyu hərəkət etməsinin və kəskin kölgələr yaratmasının səbəbi ətrafımızdakı cisimlərdən daha kiçik olmalarıdır. Qarşılaşdığı cisim dalğa uzunluğundan daha böyük olmadığı təqdirdə, həmin cisimləri əhatə edib içinə ala bilir. Məsələn, bakteriyalar belə işığın müəyyən dalğa uzunluğundan çox böyükdür. Buna görə də işıq mikroskop altında onları kəskin şəkildə təyin edir.” (İsaak Asimov, Asimov’s Guide to Science, (Türkcə nəşr: Asimov Bilim Rehberi, E. Nəşriyyatı 1986, səh. 485))


    Əgər görünən işığı meydana gətirən işıqların dalğa uzunluğu qısa olmasa idi, nə sahildəki bir qum dənəsini, nə də mikroskopla mikroorqanizmləri görə bilərdik. Hər şeyi qüsursuz xüsusiyyətlərlə yaradan Rəbbimiz işıqların dalğa uzunluğunu da həssas tarazlıqda yaratmışdır. Quran ayələrinin birində göyləri və yeri Rəbbimizin yaratdığı belə bildirilmişdir:


    Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! (Ənam surəsi, 1)
     

    ]]>
    http://adnanoktar.az/az/Məqalələr/273999/isigin-dalga-uzunlugundaki-nizamhttp://adnanoktar.az/az/Məqalələr/273999/isigin-dalga-uzunlugundaki-nizamFri, 18 May 2018 20:49:55 +0300
    Dövrümüzün yoluxucu xəstəliyi: tənhalıq

    Müasir dövrün texnologiyası insanların daha əvvəl heç olmadığı şəkildə bir-biriləri ilə əlaqə qurmalarına imkan verir. Kaliforniyadakı bir fermer İndoneziyadakı bir balıqçı ilə dost ola bilər, Nyu-Yorkdakı gənc qız İstanbuldakı həmyaşıdları ilə ən son moda trendləri barədə fikir mübadiləsi apara bilər. Bu baxımdan dünya bir əsr əvvəlkindən çox fərqli və sosiallıq baxımdan daha aktivdir.

    Tanışlarımız artıq ailəmiz, qonşularımız və ya iş yoldaşlarımızla məhdud deyil. İnternet əsrinin təqdim etdiyi sonsuz imkanlar və kommunikasiya hamını bir-birinə yaxınlaşdırır.
     
    Bu səbəbdən belə bir şəraitdə insanların özlərini daha tənha hiss etdiklərini eşitmək çox təəccüblüdür.

    ABŞ-da aparılan bir araşdırmada iştirak edən 2 min nəfərdən 72%-i özünü tənha hiss etdiyini, bir çoxu da özlərində bu duyğunun tez-tez yarandığını bildirirlər. Bundan başqa “Tənhalığa son vermək üçün Birləşmiş Krallıq kampaniyası” adlı təşəbbüsə görə, insanların 52%-i tənhadırlar. Dünyanın digər yerlərində də vəziyyət fərqli deyil.

    İnternetin təmin etdiyi bu qədər ünsiyyət vasitəsi olduğu halda, necə olur ki, insanlar özlərini heç vaxt olmadığı qədər tənha hiss edirlər? Texnologiyaya olan asılılığımızın hər gün daha da artdığı məlumdur, ancaq sosial texnologiya və virtual ünsiyyət üz-üzə ünsiyyətin yerini heç vaxt vermir. Buna baxmayaraq, insanlar yanlış və daha az yararlı ünsiyyət növlərinə müraciət etməyə davam edirlər.

    Dövrümüzdə bir çox gənc, dostları ilə vaxt keçirmək əvəzinə kompüter ekranı qarşısında virtual dostları ilə birlikdə olmağı daha təhlükəsiz hesab edir. İnsanlar internetdə minlərlə virtual dostları olduğu halda, qapı qonşularını tanımırlar. Həmçinin insanların böyük hissəsi qohumlarını ziyarət etmir, bunun əvəzinə internetdəki dostları və ya ev heyvanları ilə vaxt keçirməyə üstünlük verirlər.

    Lakin bu, çox təhlükəli gedişatdır. Aparılan araşdırmalara görə, tənhalıq ölüm hallarını 26% artırır, uzunmüddətli olduqda isə hər gün 15 siqaret çəkməkdən daha təhlükəli olur. Səhiyyə şöbəsinin müdiri dr. Vivek Murti (Vivek Murthy) bir məqaləsində tənhalığın "ürək-damar xəstəlikləri, əqli qabiliyyətin tədricən itirilməsi, depressiya və qorxu" kimi bir çox xəstəlik riskini artırdığını yazır. “Əqli Sağlamlıq” Cəmiyyəti proqnozlaşdırır ki, insanın özünü tənha hiss etməsi zehnin sağlamlığına mənfi təsir edir və depressiyaya səbəb ola bilər.

    Bu, təəccüblü hal deyil. Elm adamları sosial əzabların fiziki əzablar qədər gerçək olduğunu, fiziki əzab və tənhalığın beyinin eyni bölgələrini hərəkətə keçirdiyinin fərqinə varıblar. Harvard Universitetində aparılan bir araşdırma tənhalığın zəhər təsiri yaratdığını və insanların təcrid olduqca bədbinliklərinin artdığını göstərir.

    Bunu dərhal həll etmək lazımdır. İnsanlar tənha olmaq üçün yaradılmayıblar. Onlar sosiallaşaraq başqaları ilə ünsiyyət qurmalıdırlar. Bu, eyni zamanda gənclərin sağlam inkişaf etməsinin yeganə yoludur. Tənhalıq xəstəliyinə bu gün həll yolu tapılmasa, yaxın on illərdə daha ciddi fəsadlar yaranacaq. Tənhalıq hissi ilə böyüyən gənclər bir müddət sonra bu dünyanı idarə edən adamlar olacaq. Tənhalıq və təcrid olunmağa görə gənclərimizin əqli inkişaf və ruhi müvazinətinin riskə atılmasına icazə verilməməlidir.
    Təbiidir ki, tənhalığın yaşlılar üzərindəki təsiri daha böyükdür. Dünyada milyonlarla insan ailələri və ya cəmiyyətləri tərəfindən tərk edildiyi üçün tənha yaşayır.

    Depressiya və əqli qabiliyyətin tədricən itirilməsi, adətən, təcrid və tənhalıqla bağlı olur. Bir çox yaşlı insan cəmiyyətdə və ailələrində lazımi diqqət və qayğı görmədikləri üçün bu problemlərlə üzləşirlər. Lakin hər problemin həlli olduğu kimi, tənhalığın da həlli var. Əvvəla, eqoist və materialist fikirlərin təsirinin qarşısını almaq lazımdır. İnsanların daha diqqətcil və daha fədakar olması təşviq edilməli, mərhəmət və sevginin sağlamlıq üzərindəki müsbət təsirləri dərk edilməlidir. Tənhalığın cəmiyyətin gələcəyi və insan sağlamlığı baxımından təhlükəsi ilə bağlı ictimai kampaniyalar vasitəsilə insanlar məlumatlandırılmalıdırlar.

    Qocalar evlərinin universitet tədris korpuslarında inşa edilməsi gənc və yaşlıların bir-biriləri ilə qarşılıqlı münasibət qurmasını təmin edəcək. Bu şəkildə gənclər böyüklərin əvəzsiz həyat təcrübələrindən istifadə edəcək, böyüklər də həyatlarının sonunda tənhalıq tələsinə düşməkdən xilas olacaq, ətraflarındakı gənclərin varlığı ilə həyat sevinci tapacaqlar.

    Hazırkı dövrdə bu problemi ən çox yaşayan ölkələrdən olan İngiltərədə tənhalıq və təcridlə mübarizə aparmaq və həll yolu tapmaq məqsədilə Tənhalıq Nazirliyi yaradılmışdır. Tereza Mey İdman və Mülki Cəmiyyət naziri Treysi Krauçun (Tracey Crouch) hər yaş üçün tənhalıq probleminə qarşı milli strategiya üzərində işlədiyini elan etdi. Bundan başqa, nazirliyin tənhalığı ölçmək üçün üsullar inkişaf etdirəcəyi və məsələni həll etmək üçün genişmiqyaslı strategiya müəyyən edən fond qurulacağını bildirildi.

    Başqa sözlə desək, tənhalıq həll edilməsi çətin olmayan, qətiyyən öz halına buraxılmamalı məsələdir.

    Adnan Oktarın “New Straits Times”da (Malayziya) yayımlanan məqaləsi:
    https://www.nst.com.my/opinion/columnists/2018/02/337115/loneliness-modern-epidemic

     

    ]]>
    http://adnanoktar.az/az/Məqalələr/273944/dovrumuzun-yoluxucu-xəstəliyi-tənhaliqhttp://adnanoktar.az/az/Məqalələr/273944/dovrumuzun-yoluxucu-xəstəliyi-tənhaliqTue, 15 May 2018 21:12:55 +0300
    Mağarada yaşayan ibtidai insan yalanı

    "Mağarada yaşayan insanlar"ın olmama ehtimalını heç düşünmüsünüzmü? Bəs insanların heyvanlar kimi yaşadığı, ov etdiyi, xırıldayan səslər çıxardığı, əllərində dəyənəklər, bədənlərinə heyvan kürkləri bağlayaraq gəzdikləri bir dövrün heç olmama ehtimalını düşündünüzmü? Bir çox insan əsl həqiqətin bu ola biləcəyini heç düşünməyib. Düşünməyib, çünki arxeoloji tapıntılar bu yalanı əsassız etsə də, verilən bütün bəyanatlar mağara adamlarının yaşamasında israr edir. Nə üçün?

    Biologiya, genetika və paleontologiya sahəsindəki elmi kəşflərlə tamamilə əsassız olduğu ortaya çıxsa da, təkamül nəzəriyyəsini canlı tutmaq üçün hələ də böyük səylər göstərilir. Sivilizasiya tarixi xəyali təkamül nəzəriyyəsi ilə uyğunluq təşkil etmədikdə bu insanlar cavabsız qalan sualların iki qat artacağının fərqindədirlər. Bu səbəbdən bəşəri sivilizasiyaların da təkamül keçirdiyini iddia edirlər. Bu ssenarini dəstəkləmək üçün insanların mədəni inkişaf prosesində guya tam inkişaf etmədikləri Daş dövrü, Tunc dövrü, Dəmir dövrü kimi xəyali tarixi dövrlər ortaya atılıb.

    Arxeoloji kəşflər artdıqca və keçmiş mədəniyyətlər haqqında daha çox məlumat ortaya çıxdıqca insan sivilizasiyalarının təkamül keçirdiyinə dair materialist düşüncə yerlə bir oldu. 40 min illik fleyta təkamülçülərin insanların ibtidai olduqlarını iddia etdikləri bir dövrdə musiqi ilə məşğul olduqlarını, musiqi alətində çaldıqlarını, əyləndiklərini, sənətlə məşğul olduqlarını və bəzək əşyalarından istifadə etdiklərini göstərdi. Başqa sözlə, onlar eynilə bizim kimi idilər, ibtidai deyildilər. 30 min illik mağara rəsmlərinin kəşf edilməsi ilə elm adamları lap çaş-baş qaldı. Bu rəsmlərdə istifadə olunan boyalar olduqca valehedicidir. Bu, həmin dövrün insanlarının incəsənət qabiliyyətlərinin çox inkişaf etdiyinin bariz nümunədir. Halbuki həmin dövr insanların qırıq-qırıq səslər çıxaran ibtidai insanlar olduqlarının iddia edildiyi dövrdür. Ancaq onlar sənətkarlıqla məşğul idilər. Üstəlik, istifadə etdikləri boyalar o qədər keyfiyyətli idi ki, minlərlə il sonra belə olduğu kimi qalmışdı. Hollandiyanın Leyden Universitetindən ilk insanlar arxeologiyası üzrə mütəxəssis Uil Roubroeks baş verən bu hadisələr qarşısında təəccübünü belə ifadə edir: "... İnsanlar demək olar ki, sənin və mənim kimi idilər". Əslində "demək olar ki" yox, tamamilə bizim kimi idilər. Bu gün bizim çəkdiyimiz rəsmlərin çoxu, bəlkə, min il sonra qalmayacaq. Belə olduğu halda, bizdən sonrakı nəsillər inkişaf etmiş mədəniyyətimizi sübut edəcək heç bir şey qalmadığı üçün ibtidai olduğumuzu düşünə bilərlər. Bu fikri keçmiş mədəniyyətlərə tətbiq etdiyimizdə onların da inkişaf etmiş mədəniyyətə malik olmaları mümkündür. Ancaq nailiyyətlərinin bir çoxu zamanın dağıdıcı təsiri ilə yox olmuşdur.

    Bundan başqa, Smitsonian İnstitutunun haqqında “sivilizasiyanın inkişafı ilə bağlı ənənəvi fikri alt-üst edən”, - deyə bəhs etdiyi Göbəkli Təpə var. Türkiyədə yerləşən bu məbəd 1994-cü ildə alman arxeoloq tərəfindən ortaya çıxarıldıqda dünyanı heyrətə salmışdı. Göbəkli Təpə o dövrün insanlarının əvvəllər düşünüldüyü kimi, ovçuluq və yığıcılıqla məşğul olmadıqlarını, əksinə, astronomik hadisələrə əsaslanan məbədlər inşa edən, təsərrüfatla məşğul olan, daşları oyaraq sənətkarlıq nümunələri ortaya çıxaran, bəzisi 50 ton ağırlıqdakı nəhəng daş blokları daşımaq üçün texniki gücdən istifadə edən intellektual insanlar olduqlarını sübut edən 11 min illik məbəd kompleksidir.

    Vaşinqton Uitman Kollecindən arxeoloq Qari Rollefson (Gary Rollefson) belə deyir: "Göbəkli Təpə ilə bağlı ortaya çıxan hər şey daha əvvəl düşündüklərimizi yerlə bir etdi. Bunları tapmaq gözəldir, amma anlamaq da yaxşı olardı". Digər bir araşdırma həmin sahədə yerləşən nəhəng meqalitik abidələrin "cənub səmasındakı “yeni”, çox parlaq ulduz olan Sirius ulduzunun çıxmasını "qeydə almaq" və izləmək üçün yerləşdirildiyini, hətta xüsusilə bunun üçün inşa edilmiş ola biləcəyini irəli sürür. 

    Materialist anlayışa görə insanların ibtidai olmalı olduqları bir dövrdə bu insanlar çox inkişaf etmişdilər. Astronomiya və təsərrüfatla məşğul olmuş, daşlar üzərində sənətkarlıq nümayiş etdirmişdilər. Bu, təəccüblü haldır. Daşlar minlərlə il ərzində qalan yeganə tikilidirsə, bu insanların daha zərif olan digər obyektlər üzərində istehsal etdikləri incəsənəti ancaq təsəvvür edə bilərik.

    Bundan başqa, Misirin məşhur piramidaları var. Müasir texnologiya və hər növ resurs istifadə edilsə belə, hər gün 10 blok yerləşdirərək təxminən 4000 il əvvəl inşa edilən Böyük Xeops Piramidasının 2,5 milyon daş blokunun 684 il ərzində yerləşdirilə biləcəyini bilirdinizmi? Ancaq elm adamları bu piramidanın 20-30 il ərzində inşa edildiyinə inanırlar. Heç bir texnologiyanın olmadığı bir dövrdə qədim misirlilər bu nəhəng piramidaları necə inşa ediblər?
     
    Hansı güclə, hansı avadanlıqlarla, hansı üsullarla bu daş eyvanlar yüksəldilib? Qaya məzarlar hansı vasitələrlə yonulub? Tikinti zamanı işıqlandırma necə olub (piramidaların və məzar otaqlarının içindəki divarlarda, tavanlarda heç bir ləkə və ya qurum aşkar edilməyib)? Daş karxanalardan daş bloklar necə istehsal edilib və necə hamarlaşdırılıb? Bir neçə ton ağırlıqdakı bu bloklar necə daşınıb, 1/1000 santimetrlik həssaslıqla necə birləşdirilib?

    Bəs açıq şəkildə təyyarələri təsvir edən antik daş oymalar barədə eşitmisiniz? Bu daş oymalar şumerlərdən mayalara qədər bir çox qədim sivilizasiyadan bugünkü günə miras qalıb. Məsələn, 1898-ci ildə Misirdə 2200 illik planer maketi tapıldı. Planerin texniki xüsusiyyətləri möhtəşəm idi. Taxtadan olan maketin qanadlarının forması və ölçüləri dövrümüzün ən inkişaf etmiş texnologiya məhsulu olan Konkordda olduğu kimi təyyarəyə minimum sürət itkisi ilə maksimum qaldırma təmin edəcək şəkildə dizayn edilmişdi. “History” kanalında bir sənədli filmdə maketlə bağlı belə deyilir: "Qədim misirlilərin bu sirli quş oymalarından 2000 il sonra müasir texnologiya onun şübhəyə yer qoymayacaq şəkildə uça bildiyini sübut etdi".

    Bu bir neçə nümunə belə bu həqiqəti açıq və qəti şəkildə bəyan edir: ibtidai insanlar heç vaxt olmayıb. İnsanlar hər zaman insan olublar. Hər zaman insan olaraq yaşamış, sivilizasiyalar qurmuşlar və bunların yalnız bir qismi geridə izlər qoymuşdur. Dünyanın müxtəlif bölgələrində eynilə bu gün olduğu kimi tarixin hər dövründə yüksək mədəniyyətə sahib cəmiyyətlərlə bərabər daha primitiv şərtlər altında yaşayan cəmiyyətlər də mövcud olmuşdur. Bəzi yerlərdə kosmosa insan göndərilərkən Amazon hövzəsi meşələrində müasir dünyadan və onun təqdim etdiyi imkanlardan tamamilə uzaq qəbilələr var. Ancaq bu qətiyyən Amazon qəbilələrindəki insanların bioloji və ya zehni olaraq daha az inkişaf etmiş olduqları mənasını vermir. Bu, yalnız mədəniyyət və sivilizasiya müxtəlifliyinin bir nəticəsidir.

    Adnan Oktarın “BERNAMA” (Malayziya), “OANA”da (Azərbaycan) və “Al Bilad”da (Kanada) yayımlanan məqaləsi:
    http://www.bernama.com/en/features/news.php?id=1444511
    http://www.oananews.org/content/news/featureanalysis/column-did-cavemen-really-exist


     

    ]]>
    http://adnanoktar.az/az/Məqalələr/273943/magarada-yasayan-ibtidai-insan-yalanihttp://adnanoktar.az/az/Məqalələr/273943/magarada-yasayan-ibtidai-insan-yalaniTue, 15 May 2018 21:09:16 +0300
    Boz təbliğat və gizli əməliyyatlar

    Dövrümüzdə müharibələrin, daxili qarşıdurmaların, çevrilişlərin və üsyanların konkret məqsədlər üçün başlandığı artıq sirr deyil. Ərəb Baharı da daxil olmaqla müxtəlif ölkələrdə başlayan və bəzən hakimiyyətlərin dəyişməsi və ya Yuqoslaviyada olduğu kimi ölkələrin bölünməsi ilə nəticələnən küçə üsyanlarının mütəşəkkil gizli rəhbərlər tərəfindən planlaşdırıldığı ortaya çıxmışdır. Bunun, əlbəttə, bir çox səbəbi var: istismar ediləcək resursları olan ölkələrdə sabitliyi pozmaq, arzuolunmayan, yaxud da qaydalara tabe olmayan hakimiyyətləri devirmək və müharibələr meydana gətirmək.

    Bəzi təbəqələr üçün müharibə iqtisadi böhranlar zamanı iqtisadiyyatı canlandırmaq və ya silah bazarını yeniləmək üçün bir növ zərurətdir. Məhz bu məqsədlə məzhəb ayrı-seçkiliyini qızışdırır, daha əvvəl adı çəkilməyən "demokratiya" hərəkatlarını təşkil edir və ya İraqda olduğu kimi kimyəvi silahların olduğuna dair yalanla hərəkətə keçirlər. Daha sonra medianın, xüsusilə sosial şəbəkələri bu məqsəd üçün istifadə edərək dezinformasiya təbliğatına başlayırlar.

    Müharibə, münaqişə və üsyanlarda hər zaman ön planda olan təbliğatdır. Təbliğatları ağ, qara və boz olmaqla üç qrupa bölmək olar. Ağ təbliğatın mənbəyi məlumdur və məzmunu nə olursa olsun, ciddi təhdid deyildir. Qara təbliğat dost mənbədən gələn, lakin düşmən münasibəti göstərərək aparılan təbliğat növüdür. Boz təbliğat isə ən hiyləgəridir. Mənbəyi məlum deyil və adətən, uydurma hekayələrə, yəni dezinformasiyaya əsaslanır. Düşmən mənbələri tərəfindən yaradılır və daxildə də müxtəlif yaltaq insanlardan istifadə edilərək aparılır. Hədəf düşməni qaralamaq, alçaltmaq və cəmiyyətdə maraq oyandıraraq qarşı tərəfi məğlub etməkdir.

    Bunun ən açıq nümunələrindən biri Körfəz müharibəsində qarşımıza çıxdı. Bəzi məşhur beynəlxalq media orqanları tərəfindən tez-tez istifadə edilən neftə bulaşmış qarabatdaq quşu dövrün simvoluna çevrilmişdi. Bu qarabatdaq quşu ilə Səddam neftlərinin dünyanı nə hala salması ilə bağlı uydurma xəbər ortaya atılmış və bu fotoşəkil Amerikanın qalib gələcəyi Körfəz müharibəsinə bir növ zəmin hazırlamışdı.

    Qarabatdaq fotoşəklinin gerçək hekayəsi isə müharibədən sonra ortaya çıxdı. Həmin şəklin Fransa sahillərində neft yüklü tankerin batmasından sonra çəkildiyi məlum oldu. Qarabatdaq Fransa sahillərində tankerdən sızan neftə bulamışdı, Körfəz və ya Səddamla heç bir əlaqəsi yox idi.

    Həmin təbliğatın başqa bir nümunəsi də İraq müharibəsinə səbəb olan dezinformasiyadır. 2016-cı ildə açıqlanan Kilkot hesabatı İraq müharibəsinə səbəb kimi göstərilən kimyəvi silahların İraqda heç vaxt olmadığını ortaya çıxardı. Həmin hücumlardan məsul olan Bleyerin üzrxahlığı 2 milyon günahsız insanın həyatını itirməsinin qarşısını ala bilmədi.

    İraq kimi Liviya müharibəsi də "Yaxın Şərqin yeni dizaynı" layihəsinin bir hissəsi idi. Bu müharibənin də İraqda olduğu kimi tamamilə yalan və uydurma kəşfiyyata əsaslandığı və NATO-nun Liviyadakı müxalifləri silahlandırıb dəstəklədiyi İngiltərə parlamentinin hesabatı ilə təsdiqləndi. Ancaq bu hesabat ortaya çıxana qədər uydurma səbəblər əsasında İngiltərənin Kiprdəki Akrotiri və Dikelya hərbi bazalarından havaya qalxan İngiltərə təyyarələri Liviyada 15.000 mülki şəxsi bombaladı. İngiltərə hökuməti iş işdən keçdikdən sonra hadisənin real olmadığını etiraf etdi. Bu isə 15 min şəhid verilməsinə və heç vaxt sabitliyinə qovuşmayacaq bir Liviya meydana gəlməsinə səbəb oldu.

    İranda Müsəddiq çevrilişi, Qəddafiyə qarşı çevriliş də müxtəlif boz təbliğat nümunələri ilə ön plana çıxmışdı. Əlbəttə, bu nümunələrin verilməsində məqsəd nə Səddam, nə də Qəddafi kimi diktatorları müdafiə etmək deyil. Boz təbliğatın demokratiyaya zidd və yalnız şiddət ehtiva edən qorxunc metodları və bunun mütəşəkkil şəkildə baş verdiyini nümayiş etdirməkdir.

    Türkiyədə baş verən “15 İyul” dövlət çevrilişi cəhdi də FETÖ terror təşkilatını uydurma xəbərlərlə dəstəkləyən boz təbliğata məruz qalmışdı. Bəzi məşhur beynəlxalq media orqanlarında hələ çevriliş təşəbbüsü davam edərkən çevrilişin uğurlu olduğuna dair yalan xəbərlər çıxmağa başlamışdı. Tanınmış şəxslər prezident Ərdoğanın xarici ölkəyə qaçdığına dair məlumat yaymışdılar. Çevriliş cəhdi davam edərkən başda “New York Times”, “The Guardian”, “Time”, “CNN”, “BBC”, “Washington Post”, “The Times” və “Der Spiegel” kimi mətbu orqanlarda çevriliş təşəbbüsünü dəstəkləyən onlarla yayıma yer verilmişdi. Dövlət çevrilişi cəhdinin uğurlu olacağına əmin şəkildə verilən bu xəbərlər türk xalqının böyük reaksiyasına səbəb oldu.

    Son dövrdə Türkiyənin Suriyada həyata keçirdiyi Afrin əməliyyatı çərçivəsində də dezinformasiya və boz təbliğat fəaliyyətləri diqqət çəkir. Xüsusilə sosial şəbəkələrdəki yalan xəbərlər “Gezi Parkı” hadisələrində rast gəlinən mənzərədir. Məşhur media orqanlarında Afrin əməliyyatı və Türkiyə əleyhinə çıxan propaqanda yazıları Türkiyənin haqlı hərbi əməliyyatının əleyhinə hazırlanan mütəşəkkil əməliyyatdır.

    Bu gün olduğu kimi bundan sonra da bəzi təbəqələrin dezinformasiya üsulları ilə qarşı-qarşıya qalacağıq. Bundan sonra ümid edirik ki,bBunlar böyük müharibə və üsyanların səbəbi olmaz. Xüsusilə Yaxın Şərq xalqları yaşadıqlarından dərs çıxarar və bu cür tələlərə düşməzlər. Ancaq dezinformasiya planlarını pozmaq üçün də yollar var. Bunlardan birincisi yalan informasiyaların və baş verən hər cür propaqandanın dərhal ifşa edilməsi, xüsusilə buna məruz qalan dövlətin əli ilə bu işin aparılmasıdır. İkinci və ən vacib üsul isə xalqın qəlbini qazanmaq və milli şüurun formalaşdırılmasıdır.
     
    Dezinformasiya milli şüuru qazanmış türk xalqında “Gəzi parkı” hadisələrində, “15 iyul” dövlət çevrilişi cəhdində, Afrin əməliyyatında da təsirli olmadı. Milli şüurun formalaşdığı millətlərdə dövlətə sədaqət güclüdür. Həmin dövlətlər hər hansı xarici müdaxilə ilə məhv olmaz. Buna görə xaricdən və ya hiyləgər agentlər vasitəsilə daxildən həyata keçirilən hücumlara qarşı mütləq hər bir ölkədə dövlət sisteminin güclü, millətdə milli və mənəvi bağlılığının möhkəm olması əsasdır.

    Adnan Oktarın “The Pioneer”də yayımlanan məqaləsi:
    http://www.dailypioneer.com/columnists/oped/grey-propaganda-and-insidious-operations.html

     

    ]]>
    http://adnanoktar.az/az/Məqalələr/273942/boz-təbligat-və-gizli-əməliyyatlarhttp://adnanoktar.az/az/Məqalələr/273942/boz-təbligat-və-gizli-əməliyyatlarTue, 15 May 2018 21:06:39 +0300
    Tarixin ən böyük insanlıq və sülh əleyhinə cinayəti:  "İraq işğalı"

    15 il bundan əvvəl 20 mart 2003-cü ildə ABŞ və İngiltərənin rəhbərliyi altında çoxmillətli hərbi koalisiya İraqın işğalına başladı. Səbəb isə (guya) ölkədəki kütləvi qırğın silahları ilə əlaqədar idi. Bundan başqa, Səddam Hüseynin diktatura rejiminə son qoyub İraqda demokratiya və insan hüquqlarının bərpa edilməsi də işğalın əsas səbəbləri arasında göstərilirdi. Bu səbəbdən işğal "İraqı azad etmə əməliyyatı" da adlanır.

    Hərbi əməliyyat ərəfəsində ABŞ prezidenti Corc Buş üçün 2001-2003-cü illər arasında Toni Blerin İraqa qarşı müharibə bəhanəsi olaraq istifadə etdiyi Gizli Kəşfiyyat Xidmətinin (“MI6”) saxta kəşfiyyat hesabatlarına əsaslanan sənəd hazırlandı. Bu sənədin hazırlanmasında məqsəd BMT və koalisiya ölkələrini İraqda kütləvi qırğın silahları olduğuna inandırmaq və işğala başlamaq idi.

    ABŞ-ın həmin dövrdəki xarici işlər naziri Kolin Pauell 05 fevral 2003-cü ildə BMT-nin Təhlükəsizlik Şurasındakı çıxışında Gizli Kəşfiyyat Xidmətinin (“MI6”) dezinformasiyası əsasında hazırlanan sənəddəki uydurmanı Şuraya bildirdi.
     
    Prezident Buş da əməliyyatdan 2 gün əvvəl televiziyadakı çıxışında yanlış məlumatlardan ibarət olan həmin hesabata əsaslanaraq ABŞ xalqına belə deyirdi:

    "Təhlükə aşkardır. Terrorçular İraqın köməyi ilə əldə etdikləri kimyəvi, bioloji və ya nüvə silahlarını bir gün istifadə edərək əməllərinə nail olacaqlar. Ölkəmizdə və digər ölkələrdəki minlərlə, yüz minlərlə günahsız insanı öldürəcəklər. Bunun qarşısını almaq üçün hər şeyi edəcəyik... Dəhşətli gün gəlmədən əvvəl hərəkətə keçərək bu təhlükə yox ediləcək...". 

    "MI6"in təqdim etdiyi "dəlillərə" baxmayaraq, Təhlükəsizlik Şurası ortada kifayət qədər və etibarlı dəlil olmadığı üçün hərəkatı qəbul etmədi. İşğal Təhlükəsizlik Şurasının qərarı olmadan, beynəlxalq hüquqa zidd olaraq başladıldı.
     
    Doqquz illik işğal müddətində İraqda heç bir kütləvi qırğın silahının izinə rast gəlinmədi. Belə ki, İngiltərə hökumətinin təyin etdiyi İraq Araşdırma Komissiyasının 7 il ərzində hazırlayıb 06 iyul 2016-cı ildə  nəşr etdirdiyi 12 cildlik İraq (Kilkot) hesabatı bu həqiqəti rəsmi şəkildə ortaya qoydu.

    Şübhəsiz ki, Səddam tarixin gördüyü ən qəddar diktatorlardan biri idi və xalqına amansız zülm edirdi. Ancaq işğaldan sonra İraq xalqı Səddam dövründə olduğundan qat-qat böyük fəlakətlər yaşadı. Çox böyük zülm, işgəncə və haqsızlıqlara məruz qaldı. Dünyanın ən zəngin neft ehtiyatlarına malik dördüncü ölkəsi İraq dünyanın ən yoxsul və səfil cəmiyyəti halına gəldi. Qeyri-sabitlik, güvənsizlik, qorxu və terror bütün ölkəni bürüdü. Hakimiyyətdə korrupsiya, rüşvət, mənimsə, dövləti talama kimi sui-istifadələr inanılmaz həddə çatdı. İraq xalqının yüz milyardlarla dollarlıq sərvəti işğalçı qüvvələr və onların bəzi yerli həmkarlarının cibinə getdi.

    ABŞ-da yaşayan iraqlı yazıçı Sinan Atoonun ötən ay "Nyu York Times" qəzetində nəşr olunan "15 il əvvəl Amerika ölkəmi məhv etdi" başlıqlı məqaləsində "İraqın Səddam idarəçiliyində olduğundan daha pis ola biləcəyini heç düşünməmişdim, amma ABŞ-ın əlindən gələn bu idi" deyilirdi.
     
    İşğal nəticəsində həyatını itirənlərin sayını heç kim dəqiq hesablaya bilmir. Ən real proqnozlara görə, bu rəqəm 1 milyondan çoxdur. İngiltərənin "The Lancet" adlı tibb jurnalı təkcə 2006-cı ilin iyun ayına qədər zorakılıq nəticəsində ölən mülki vətəndaşların sayının 600 minə çatdığını bildirir.

    İraqın işğalı ilə başlayan dağıntı və fəlakət prosesi zəncirvari olaraq bütün bölgəni əhatəyə aldı. Ərəbistan yarımadasından Afrikaya qədər müharibələr, üsyanlar, soyqırımlarla dolu alov və qan gölü meydana gəldi. Radikal terror görülməmiş həddə çatdı. İraqın işğalı üçün səbəb göstərilən əl-Qaidə işğaldan sonra bölgəyə tam olaraq hakim oldu. İşğal dövründə ortaya çıxan "qətliam maşını" İŞİD radikal terroru dünya miqyasında genişləndirdi. Şiə və sünnilər arasında məzhəb ayrı-seçkiliyi, süni münaqişə və düşmənçiliklər ortaya çıxdı, məzhəb və vətəndaş müharibələri qızışdırıldı."Böyük Yaxın Şərq" layihəsinin mühüm addımlarından biri olan İraqın işğalı ilə belə bir mühit arzu edilirdi.

    Nəticə etibarilə, müharibə və hərbi işğal metodları ilə Yaxın Şərqdə sülh, demokratiya, əmin-amanlıq və təhlükəsizlik mühitinin təmin edilməyəcəyi, terrorizmin məhv edilməyəcəyi bir daha məlum oldu. Bu cür müdaxilələrin edildiyi Əfqanıstan, Liviya, Suriya, Yəmən və s. kimi ölkələrdə vəziyyət əvvəlkindən daha da pis oldu.

    Zorakılıq siyasətinin zərəri işğalçı ölkələrə də əks olundu. Rəsmi məlumatlara görə, İraq işğalında ABŞ 4 mindən çox əsgərini itirdi, minlərlə əsgər yaralandı, minlərləsi isə ölkəsinə qayıtdıqda depressiyaya düşdü və intihara əl atdı. İraq və Əfqanıstanın işğalı ABŞ-a 6 trilyon dollara başa gəldi. Yaxın Şərqi nəhəng xarabalıq və kütləvi məzarlığa çevirməkdən başqa işə yaramadı. 

    Mübarizənin terrorun ideologiyası ilə aparılmalı olduğunu bütün dünya gördü. 6 trilyon dollar insanların təhsili, maarifləndirilməsi, iqtisadi inkişafı üçün istifadə edilsə idi, bu gün tamam başqa bir dünyada yaşayardıq.

    Şübhəsiz, bu fəlakətlərin səbəbi haqqında müsəlmanların da düşünməli olduqları məqamlar var. Müsəlman dünyasının böyük hissəsinə hakim olan və Qurana tamamilə zidd xurafatçı din anlayışı fəlakətə səbəb olan ən böyük amildir.

    Müasirliyə qapalı, qadınları ikinci kateqoriya insan hesab edən, onların ən əsas hüquq və azadlıqlarını əlindən alan, keyfiyyət, incəsənət və estetikaya düşmən, elmi, texnologiyanı, inkişafı, tərəqqini rədd edən xurafatçı düşüncə radikalizmin də qidalandığı ən böyük mənbədir. 

    Diqqət etsək, işğala məruz qalan ölkələr, adətən, xurafatın təsiri altında qalan, qadına dəyər verməyən, demokratiya və azadlıqların kök salmadığı ölkələr olur. Xurafatın təsiri altında olan ölkələr öz ayaqları üzərində dayana bilməyən görünüş sərgiləməklə yanaşı, gücsüz və istiqamətləndirilə bilən mənzərə ortaya qoyurlar. Dövlət sistemi heç bir şəkildə güclənmir. Halbuki terrorizm və işğalların hökm sürdüyü ölkələrdə dövlət sistemi və milli quruluş çox güclü olmalıdır. Bunu təmin etmək üçün İslam ölkələri bir-birinə dəstək olmalıdırlar. Xurafat sistemlərini ortadan qaldıran, əsl İslamı yaşayan və bu şəkildə həm dövlət, həm də milli baxımdan inkişaf edən quruluşu meydana gətirməlidirlər.

    Ancaq bu düşüncə ilə mübarizənin yolu heç vaxt havadan bombalama, tanklar, tüfənglər deyil. Tanklarla qan gölünə dönən mühit Quran müsəlmanlığının öyrədilməsi və izah edilməsi ilə çox qısa müddətdə sülhə və əmin-amanlığa qovuşa bilər.
     
    Ayrılmağı, münaqişəni, düşmənçiliyi təşviq edən xurafat yerinə sevgi, mərhəmət, qardaşlıq, demokratiya, söz azadlığı, birlik və bərabərliyi tövsiyə edən Qurana qayıtmaq İslam dünyasının ən təcili və ən əhəmiyyətli ehtiyacıdır. Quranın əmr etdiyi həmrəylik və yardımlaşma ilə hər düşüncədən və inancdan insana azadlıq verilməsi sayəsində ən çarəsiz görünən İslam ölkələri belə ən yüksək rifah, zənginlik, əmin-amanlıq, təhlükəsizlik və xoşbəxtlik səviyyəsinə çata bilər.


    Adnan Oktarın “New Straits Times”da (Malayziya) yayımlanan məqaləsi:
    https://www.nst.com.my/opinion/columnists/2018/04/355815/six-trillion-dollar-grave

    ]]>
    http://adnanoktar.az/az/Məqalələr/273496/tarixin-ən-boyuk-insanliq-vəhttp://adnanoktar.az/az/Məqalələr/273496/tarixin-ən-boyuk-insanliq-vəThu, 03 May 2018 21:49:17 +0300
    Özlərini təcrid olunmuş hiss edən afroamerikalılar

    Hamımız dünyanın müxtəlif yerlərindəki insanların “Amerika xəyalı”nı, yaxud da Amerikaya köçüb daha yaxşı yaşamaqla bağlı arzularını eşitmişik. Dünyanın bir çox yerinə hakim olan bu anlayış Amerika cəmiyyətindəki yüksək maddi rifah və azadlıqlardan irəli gəlir.

    Lakin son illərdə baş verənlər bu xəyalları aradan qaldırır. İrqçiliyə illər öncə son qoyulmalı olduğu halda, bu problemə görə hər il daha çox insan Amerikanı tərk edir. ABŞ illər ərzində çox fərqli formalarda təzahür etmiş, rəsmi irqçilik tarixi olan ölkədir. Uzun illər köləlik formasında təzahür edən irqçilik bir çoxlarına görə dövrümüzdə hələ də davam edir.
     
    Ancaq müasir dünya ayağa qalxdıqda ABŞ irqçilik problemini məharətlə həll etməyi bacardı. Görünüşdə nəticələr çox müsbətdir və irqçilikdən zərər çəkənlərin dövrümüzdəki nəvələri babalarına nisbətən normal yaşayırlar. Lakin bu problem kökündən həll edilməmişdir. Keçmişdə olduğu qədər geniş yayılmasa da, dövrümüzdə fərqli formaya bürünmüşdür. Hazırda daha hiyləgər və pərdələnmiş formada davam edir. Hətta indiki irçqilik gənc afroamerikalıların  ölkəni tərk etmələrinə səbəb olacaq qədər güclüdür.
     
    Gizli şəkildə davam edən bu problemə görə minlərlə gənc insan başqa yerlərdə özünə yeni həyat qurmaq həvəsindədir. Seneqal, Qana kimi müxtəlif Afrika ölkələrində gün keçdikcə daha çox afroamerikalı qrup formalaşır. ABŞ-dan gələn yeni afroamerikalılar ya müəllimlik edir, ya da öz işlərini qururlar. Amerikanı tərk edən bir çox insan rahatlıq və komfort təmin edən imkanlardan daha çox hörmət görməyin önəmli olduğunu vurğulayırlar.

    İnkişaf və müasirliyin mərkəzi hesab edilən ABŞ-ın belə bir imic nümayiş etdirməsi qəribə olsa da, reallıqdır. Qanaya köçməzdən əvvəl Nyu-Yorkda rəqəmsal marketinqlə məşğul olan Məhəmməd əl-Mühacir [1] belə deyir: "Opra Uinfri (Oprah Winfrey) kimi mağazalara daxil olmasına icazə verilməyən və ya müəyyən bölgələrdə mənzil almasına icazə verilməyən Jay-Z kimi zəngin zəncilərin hekayələrini eşidirsiniz. Bu cür şeylər olur. Məşhur olmağınız da sizi ikinci kateqoriya vətəndaş olmaqdan xilas etmir. Mənim üçün ən böyük problem bu idi". Məhəmməd əl-Mühacir kimi bir çoxları nə qədər müvəffəqiyyət əldə etsələr də, ABŞ-da özlərini həmişə təcrid olunmuş hiss etdiklərini və yeni köçdükləri ölkələrdə ABŞ-dakı imkanlara malik olmasalar da, daha xoşbəxt olduqlarını qeyd edirlər. Əl-Mühacir həmçinin belə deyir: "Amerikada hər zaman özünüzü sübut etməyə çalışırsınız. Burada özümü kiməsə sübut etməyimə ehtiyac yoxdur. Universitetə getdim, çempionatda birinci yeri tutdum. Ona görə heç vaxt uğur əldə edə bilməyəcəyim yerdə olmaq istəmirəm".

    Çox haqlıdır. "New York Times" [2] qəzetində çıxan bir xəbərə görə, zəncilərə tolerant yanaşmayan Corciya, Alabama və digər ştatlardan daha çox nifrət Nyu-Yorkda var. 2016-cı ildə törədilən 380 nifrət cinayəti ilə ölkədə ən yüksək göstəriciyə malikdir. Bu, çox narahatlıq vericidir. Çünki Nyu-York ölkənin ən qabaqcıl hesab edilən şəhərlərindən biridir.

    “U.S. News & World Report”da [3] yayımlanan bir xəbərə görə, məktəbəqədər dövrdən ikinci sinfə qədər təhsil alan zənci uşaqların təhsil müəssisələrindən kənarlaşdırılmaları  ağdərili uşaqlara nisbətən 3 dəfə çoxdur. Universitet məzunu olan zəncilər isə iş tapmaq üçün ağdərililərdən iki qat daha çox səy göstərmək məcburiyyətindədirlər.

    Bir araşdırmaya görə, zənci adı olduğu düşünülən adlara malik insanlar digər insanlara görə 50% daha çox iş üçün müraciət etmək məcburiyyətindədirlər.
     
    İrqçilik baxımdan bir bölünmənin mövcudluğu reallıqdır. Ağdərililərin 73%-i ev sahibi olduqları halda, zəncilərin təkcə 43%-nin evi var. Ağdərililərlə (təxminən 91 min dollar) zəncilər (təxminən 7 min dollar) arasındakı uçurum təkcə son 25 ildə [4] üç qat artmışdır.

    Zəncilərin nəqliyyatda polis tərəfindən axtarışa məruz qalma ehtimalı ağdərililərə nisbətən üç qat daha çoxdur. Bu nisbət həbs edilmə ehtimalında altı dəfəyə qədər yüksəlir. Əgər zəncisinizsə, prokurorların hər hansı bir əməlinizi cinayət kimi qəbul etməsi ehtimalı daha yüksəkdir. Andlı iclasçıların seçilmə prosesində yetərli keyfiyyətlərə malik zəncilər, adətən, qanunsuz şəkildə geri qaytarılırlar. Bu nisbət 80% kimi yüksək rəqəmdir.

    Bütün bu narahatlıq verici hadisələri nəzərə aldıqda bir çox afroamerikalının özlərini başqa ölkələrdə daha xoşbəxt hiss edəcəklərini düşünməsi təəccüblü deyil. Bu cür ayrı-seçkilik təbii ki, bütün Amerika cəmiyyətinə aid deyil. Ancaq bu gözəl ölkədə belə çirkin və sevgidən uzaq məntiq heç olmamalıdır.
     
    Məşhur zənci ulduzlardan ibarət yeni nəsil afroamerikalılar aradakı uçurumu getdikcə azaltmaq istiqamətində hərəkət edirlər. Lakin belə bir sual yaranır: Bu səy kifayət qədər dəstəklənirmi?

    [1] https://www.aljazeera.com/indepth/features/african-americans-moving-africa-180116092736345.html
    [2] https://www.nytimes.com/2017/07/08/opinion/sunday/racism-is-everywhere-so-why-not-move-south.html
    [3] https://www.usnews.com/news/blogs/at-the-edge/2015/05/06/institutional-racism-is-our-way-of-life
    [4] https://www.usnews.com/news/blogs/at-the-edge/2015/05/06/institutional-racism-is-our-way-of-life


    Adnan Oktarın “WTX News”də (İngiltərə) yayımlanan məqaləsi:
    https://wtxnews.com/2018/02/21/why-do-african-americans-still-feel-like-outsiders-in-the-usa/

     

    ]]>
    http://adnanoktar.az/az/Məqalələr/273495/ozlərini-təcrid-olunmus-hiss-edənhttp://adnanoktar.az/az/Məqalələr/273495/ozlərini-təcrid-olunmus-hiss-edənThu, 03 May 2018 21:47:30 +0300