ADNANOKTAR.AZhttp://adnanoktar.azadnanoktar.az - Günün gözəl mövzusu - Ən son əlavələrazCopyright (C) 1994 adnanoktar.az 1ADNANOKTAR.AZhttp://adnanoktar.azhttp://harunyahya.com/assets/images/hy_muhur.png11666İbrətamiz hadisələri unutmamaq İnsanın ibrət aldığı, dərs götürdüyü hadisələrin ruhunda əmələ gətirdiyi təsiri unutmaması çox vacibdir.

İnsanların həyatlarında çox nadir baş verən bəzi hadisələr olur. Bu hadisələrin dərin təsiri insanlarda aylarla, hətta illərlə davam edir. Həmin hadisəyə aid görüntü və səslər gözlərinin önündən və qulaqlarından həyatlarının sonuna qədər getməz. Bəzən bir insanın ölümünə şahid olmaq, bəzən zəlzələ, sel, avtomobil qəzası, yanğın kimi hadisələr, bəzən insanın keçirdiyi böyük peşmançılıq, bəzən çox utandığı hadisə, bəzən də vacib tənqid insanın həyatının sonuna qədər unutmayacağı hadisələrdəndir.

İnsanlar, əsasən, başlarına gələn bu hadisələrdə bəzi çox vacib həqiqətləri qavrayır və həyatlarına istiqamət verəcək bəzi qərarlar verirlər. Başlarına gələndən nəticə çıxarır və qəlblərində bütün bunları əsla unutmamağa niyyət edirlər. Başlarına gələnlərdən aldıqları dərs və ibrətlərin həyatlarının sonuna qədər onlara fayda gətirən hadisələr olduğunu dərk edirlər.

Böyük hadisələrlə yanaşı, insanın başına gələn bəzi kiçik, adi hadisələr də insanların  mühüm qərarlar verməsinə səbəb olur. Yediyi acı və ya ədviyyatlı yemək mədəsini ağrıtdıqda, insan: “Bunun mənə verdiyi zərəri unutmayım, bir daha bu cür yemək yeməyim”, – deyə qərar verir. Çünki eyni çətinlikləri bir daha çəkmək istəmir. Ancaq necə olursa, bunu çox tez unudur. Tənbəllik etdiyinə görə, imtahana hazırlaşmayan insanın bir il artıq oxumağa məcbur olması, əslində, onun üçün dərs götürməli hadisədir. Bəlkə o günlərdə: “Tənbəlliyin zərərini əsla unutmayım”, – deyə düşünər, bir daha belə səhv etməməyə niyyət edər. Söylədiyi acı sözdən sonra qarşısındakı ilə arasındakı münasibətin pozulduğunu görən insan çox peşman olur. “Bundan sonra mütləq düşünərək danışacağam, ağlıma gələn ilk sözü əsla düşünmədən deməyəcəyəm”, – deyə səmimi qərar verir.

Bu nümunələrdə olduğu kimi, insanın həyatında bir çox məsələni daha dərindən qavradığı bəzi anlar olur. Öz-özünə “bir daha bunu heç etməyəcəyəm”, “buna çox diqqət edəcəyəm”, “bu sözdən və ya üslubdan heç istifadə etməyəcəyəm”, “bu yanlış düşüncə tərzini tamamilə beynimdən siləcəyəm” kimi qərarlar verir. Ancaq insan çox unutqan varlıqdır. Gün ərzindəki kiçik hadisələrdə də, həyatında mühüm yer tutan böyük hadisələrdə də aldığı dərsləri və verdiyi qərarları çox tez unudur. Ömrünün sonuna qədər unutmamaq qərarı verdiyi bir məsələni bəzən bir-iki gün, bəzən bir-iki saat, bəzən də 5-10 dəqiqədə diqqətinin dağılması ilə dərhal unudur.

Bəzən bu vəziyyət insanın həyatında dəfələrlə təkrar olunur. Mühüm bir hadisə və ya etdiyi səhv hər hansı məsələdə ona ibrət olur və bu insan həmin məsələdə diqqətli olmaq üçün həyati əhəmiyyətli qərar verir. Ancaq gündəlik həyatına geri dönməsilə bunu dərhal unudur. Bir müddət sonra bənzər vəziyyətlə yenə qarşılaşır. “Əvvəl də bu vəziyyətlə qarşılaşmışdım və başıma gələnlərdən dərs götürərək bunu əsla unutmadan davranmaq qərarı vermişdim. Ancaq bu qərarımı unutduğuma görə, yenidən eyni səhvi etdim. Artıq bu dəfə qərarımı əsla unutmayacağam”, – deyə niyyət edir, yenə unudur, yenə əvvəlcə qərar verdiyini xatırlayır və bu unutmalar bənzər hadisələrlə daima davam edir.

Bu vəziyyət, əlbəttə, insanı çaşdırır. Şüurundan, hafizəsindən, ağlından istədiyi kimi istifadə edə bilməməsini, çox yaxşı bildiyi və qəti qərar verdiyi bir məsələdə daima eyni səhvləri təkrarlamasını anlaya bilmir.

Halbuki, burada insan çox mühüm möcüzəni görməlidir. Səmimi niyyət etmədikdə, dəqiq qərar vermədikdə insan çox təsirləndiyi həyati əhəmiyyətli məsələdə belə başına gələnləri dərhal unudur. Burada insan çatışmazlığı niyyətində axtarmalıdır.

Məsələn, bir insan böyük, dərin od çuxurunun başında, taxta çıxıntının üstündə dayanarsa, Allah’ın iznilə, şüuru çox açıq olar. Aşağıda od olduğunu unutmaz. Hər an üstündə dayandığı taxtadan yıxılma ehtimalının olması bu insanın diqqətini maksimum səviyyədə cəmləməsinə səbəb olar. Nə kiminsə ona düşdüyü vəziyyəti xatırlatmasına, nə də eyni hadisənin bir daha başına gəlməsinə ehtiyac var. Təhlükədən qorunmaq, odun içinə düşməmək üçün lazım olan hər şeyi dərk edəcək və həyata keçirəcək qədər şüuru açıq olar.

Deməli, əgər bir insan hər hansı bir məsələdə ona çox təsir edən hadisə ilə qarşılaşdığı və o an çox səmimi qərar verdiyi halda, bu qərarını tətbiq etmirsə, problem bu insanın başqa şeyləri o məsələdən daha mühüm görməsindədir. Diqqətinin başqa məsələlərə yayınması onun həmin məsələlərlə daha çox maraqlanmasındandır.

Ona görə də əgər insan bir səhvi daima təkrarlayırsa və o səhvinə görə dəyən maddi-mənəvi ziyandan kifayət qədər təsirlənmirsə, ya da başına gələn ibrətli hadisələrdən lazımi dərs götürməyib təkrarən eyni vəziyyətə düşürsə, bu təqdirdə, vicdanında xəstəlik olduğunu nəzərə almalı və vicdanını sağaltmağa çalışmalıdır.

Əlbəttə, unutmaq insanın acizliyidir. Bir insan Allah’ın izni olmadan bir şeyi unutmasına mane ola bilməz. Ancaq unutmamaq üçün var gücü ilə səy göstərə bilər. Unutmamaq üçün ağlına gələn maddi-mənəvi hər cür tədbiri görə bilər. “Mən aciz insanam, nə qədər tədbir görsəm də, mütləq unuduram”, – deməməli, çalışdıqda, səy göstərdikdə istədiyi nəticəni Allah’ın onun üçün yaradacağını bilməlidir. Başına gələnlərin təsirini və verdiyi qərarların əhəmiyyətini unutmamalı və diqqətinin dağılmaması və zəiflik göstərməməsi üçün ciddi mübarizə aparmalıdır. Allah rizası üçün gözəl əxlaqlı davranmaqdan ötrü bütün diqqətini toplamalıdır.

Bütün bu cəhdlərdən sonra yenə də unudarsa, Allah insanı unutduğuna görə məsul etməyə bilər və ya unutmasına baxmayaraq, Allah onun yolunu aça bilər.

Quranda bu şəkildə səmimi cəhd göstərən möminlərin unutduqlarına və bilmədiklərinə görə onları cəzalandırmaması üçün Rəbbimizə belə dua etdikləri bildirilmişdir:

 “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir.  “Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Bəqərə surəsi, 286)
]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/177442/ibrətamiz-hadisələri-unutmamaqhttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/177442/ibrətamiz-hadisələri-unutmamaqhttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/28931_INSANIN_IBRET_ALDIGI_DERS_CIKARDIGI_TECRUBELERINI_VE_YASADIGI_ONEMLI_OLAYLARIN_RUHUNDA_OLUSTURDUGU_ETKIYI_UNUTMAMASI_ONEMLIDIR.jpgFri, 27 Dec 2013 08:30:32 +0200
Yaxşı insan hər kəs üçün nemətdir. “ Onsuz da, gözəl əxlaqlıdır, hər zaman yaxşı davranar” deyərək bu cür insanların xoş niyyətlərindən sui-istifadə etmək Quran əxlaqına və vicdana uyğun deyil Cahil cəmiyyətlərdə yaxşı insanlara qarşı çox yanlış və mərhəmətsiz bir baxış tərzi hakimdir. İnsanlar gözəl əxlaqlı şəxslərin öz davranışlarından dönmədiyini bildikləri üçün onların bu xüsusiyyətlərindən sui-istifadə etməyə çalışırlar." Onsuz da, bu insandan mənə zərər gəlməz", "O, buna bir şey deməz", " Onsuz da, nazım keçər", "Mən nə etsəm də, pisliklə cavab verməz", "Səbirli və əfvedici davranar" və ya "Bir şey olsa, mən bu insanı çox asanlıqla idarə edərəm, rahatlıqla istədiyimi etdirə bilərəm" kimi bir düşüncə ilə bu cür insanların yaxşı niyyətlərindən istifadə edirlər.

Bəzi insanların ətraflarında olan bu insanlara qarşı belə zalım mövqedə olmaları dünyanın hər yerində mövcud olan yanlış bir düşüncədir. Qarşı tərəf nə qədər təvazökar, nə qədər xoş niyyətli, əfvedici, güzəştə gedən və səbirli əxlaq göstərirsə, bu insanlar da onların bu xüsusiyyətlərindən o qədər çox istifadə edirlər. Onların yaxşı niyyətlərinin əvəzinə  təkəbbürlü, yüksəkdən baxan, böyüklənən və qarşı tərəfi xor görən bir əxlaq göstərirlər.

Ancaq təəccüblüdür ki, həmin insanlar bu yanlış düşüncələrinin əksinə, özlərinə pis davranan, təkəbbürlü, qürurlu, tərs, zalım, ədalətsiz və qəzəbli şəxslərə qarşı isə səssiz, təslimiyyətli və hörmətcil olurlar. Bu insanlara qarşı ən kiçik bir qüsur etməkdən çox çəkinir, belə bir vəziyyətin olmaması üçün əllərindən gələni edirlər. Demək olar ki, bu insanların bir dediklərini iki etmir, gücləri çatdığı qədər onların gözünə girməyə çalışırlar. Özlərinə nümunə götürdükləri insanlar da elə qarşılarında hörmətlə əyildikləri təkəbbürlü insanlar olur.

Dünyanın hər yerində, hər yaşdan, hər zümrədən olan insanlar arasında rast gəlinən bu vəziyyətin ən qabarıq nümunələrindən birini iş yerlərində görmək mümkündür. Əgər bir iş yerində işləyən insanın müdiri xoş niyyətli, məzlum, təvazökar, gözəl xasiyyətlidirsə, ondan mümkün qədər istifadə edilməyə çalışılır. Çünki istədiyi bir şey edilmədiyində belə , bu insan mülayim davranacaq, həddindən artıq reaksiya verməyəcək, vəziyyəti idarə edəcəkdir. Xoşluqla, təmkinlə qarşılıq verəcəkdir. İstədiyi bir iş başdansovdu edildiyi zaman da mərhəmətli davranacaq, qarşı tərəfi incitməyəcək, mövzunun əhəmiyyətlilik dərəcəsinə baxacaq. Hətta özünə hörmət edilmədiyi zaman da səbirli davranacaq.

Bunları bilən və təcrübədən keçirən bir insan bu əxlaqa sahib olan şəxsə qarşı gözəl əxlaq göstərməyə və ya bu mövzuda daha çox əmək sərf etməyə ehtiyac olmadığına qərar verir. Çünki əmək sərf etməsə də, heç bir itkiyə məruz qalmayacaq, qarşı tərəfin gözəl əxlaqı və yaxşılığı hər şeyi düzəltməyə və tarazlaşdırmağa kifayət edəcək. Bu insan da o şəxsin gözəl əxlaqından istifadə edəcək.

Lakin, bunun əksinə, iş sahibi təkəbbürlü, qəzəbli, dəyişkən xarakterli, tərs insandırsa, ona qarşı olan hörmət də yüksək səviyyədə olur. Belə bir insana qarşı bilərək və ya bilməyərək qüsur etməkdən mütləq çəkinilir. Həm işdə, həm də işdən kənar yerlərdə böyük heyranlıq və hörmət hissi duyulur. Bu insan orada işləyən hər kəs üçün çox mühüm insan olur. Belə bir insandan istifadə etmək yox, onu məmnun etmək, gözünə girmək üçün hər cür üsuldan istifadə edilir. Çünki bu xarakterdəki iş sahibinə qarşı bir xəta edilərsə, xəta edən insan böyük zərər görəcək. Ehtimal ki, dərhal işdən çıxarılacaq və bunun nəticəsində də maddi cəhətdən sıxıntıya düşəcək.

Buna görə də, bu cür insan mənfəəti ilə toqquşan bir vəziyyətə düşməmək üçün özlüyündə haqq-hesab aparar və mənfəətləri üçün belə insana qarşı hörmətcil, gözəl əxlaqlı, itaətkar, mehriban bir davranış nümayiş etdirmək qərarına gələr. İş həyatında tez-tez rast gəlinən bu vəziyyət həyatın digər sahələrində də özünü göstərir. Dostluqlarda, ailə münasibətlərində, qonşuluq əlaqələrində, ortaqlıqlarda eyni qaydalar səssiz şəkildə tətbiq edilir. İnsanlar şüuraltlarında güclü gördükləri insanlara hörmət duyma yönündə sanki kütləvi şəkildə qərar vermiş kimidirlər. Ancaq güc sahibi olduğuna inandıqları insanlar aciz vəziyyətə düşəndə, onları dərhal digər kateqoriyaya aid edir və bir anda o insanlara olan hörmətlərini və heyranlıqlarını da itirirlər. Əgər bu insanlar yenidən əvvəlki işlərinə qayıtsalar, nə qədər riyakarca olduğuna heç məhəl qoymadan yenə hörmətcil davranışlarına geri dönürlər.

İnsanlar arasında geniş yayılmış bu düşüncə tərzinin tamamilə yanlış olduğu, əlbəttə ki, aydındır. İnsanlar mənfəətlərinə uyğun olaraq zehinlərində iki cür əxlaq formalaşdırıblar. Bu iki əxlaqa aid olan qaydaları qarşılarına çıxan hər kəsə standart şəkildə tətbiq edirlər. Kimə yaxşı və itaətkar davranacaqlarını, kimə qarşı isə təkəbbürlü və laqeyd münasibət göstərəcəklərini əzbər bilir və bunları həyata keçirirlər.

Bu yanlış anlayış belə insanlardakı Allah inancının və Allah qorxusunun əskikliyindən qaynaqlanır. Belə insanlar əxlaqlarını sadəcə dünya mənfəətlərinə əsaslanaraq formalaşdırır və bunu da istədikləri vaxt və istədikləri tərzdə dəyişdirirlər.

Ancaq bu da bir həqiqətdir ki, bu insanlar özlərinə bu şəkildə davranılmasını əsla istəməzlər. Yanlarında hər zaman etibarlı, sadiq, dürüst, doğru danışan, xoş niyyətli, səmimi, mənfəət ardınca  düşməyən, gözəl əxlaqlı insanlar axtararlar. Özlərinin isə nə qədər riyakar, ikiüzlü, təhlükəli və güvənilməz bir insan görünüşündə olduqlarını düşünməzlər.

İman gətirən insanlarda isə bu cür əxlaq anlayışına rast gəlmək mümkün deyil. Mömin Allah üçün yaşayar, Allah üçün sevər, Allah üçün gözəl əxlaq nümayiş etdirər. İnsanlara, mənfəətlərə, şərtlərə görə tətbiq etdikləri fərqli əxlaq anlayışları olmaz. Allah'ın Quranda bildirdiyi mükəmməl insan əxlaqı vardır, mömin də yalnız bu əxlaqı yaşayar. Qarşısındakı insan gözəl əxlaq göstərsə də, göstərməsə də, mömin gözəl əxlaqı Allah üçün yaşadığına görə əsla bundan imtina etməz. Bir insana yaxşı davranarkən, digərinə qarşı pis əxlaq göstərməz. Mənfəətləri ilə toqquşsa da, vicdanı əsla belə bir səmimiyyətsizlik etməsinə izin verməz.

Möminin əxlaqındakı bu üstünlüyün aydın olması çox vacibdir. Çünki dünyanın hər tərəfindəki insanların çəkdikləri sıxıntılar, əslində, öz yanlış əxlaqlarından qaynaqlanır. Tətbiq etdikləri yanlış qaydalarla daim özləri kimi yeni insanlar meydana gətirir, bunun nəticəsində də, öz düşüncələrinin hakim olduğu insanlardan ibarət bir dünyada yaşayırlar. Başqasına qarşı göstərdikləri pis əxlaqın əvəzini, onlar da eyni şəkildə özlərinə qarşı göstərilən pis əxlaqla alırlar.

Allah hər mövzuda olduğu kimi, bu mövzuda da insanlara çıxış yolu kimi Quran əxlaqını göstərmişdir. Qurana tabe olan bir insan Allah'ın ayələrdə bildirdiyi sirlərin əksini həyatının hər anında və hər sahəsində çox açıq şəkildə görər. Yaxşılıq üçün verilən heç bir əmək əsla lazımsız deyil. Bu, insana nemətlərin ən gözəlini – Allah'ın razılığını qazandırır.

Bununla yanaşı, yaxşı olan, gözəl əxlaq nümayiş etdirən bir insan ,Allah'ın Quranda bildirdiyi kimi, hər zaman mütləq yaxşılıqla, gözəlliklə və hətta bunların daha çoxu ilə qarşılıq görəcək. Hamısından vacibi isə Allah'ın rəhməti onun üzərində olacaq, həyatının hər anında Rəbbimizin qoruması, şəfqəti altında yaşayacaq.

Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allah'ı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar. (“Yunus” surəsi, 26)
Müttəqilərə: "Allah nə nazil etmişdir?"– deyildikdə, onlar: "Xeyir (nazil etmişdir)!"– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. (“Nəhl” surəsi, 30)
De: "Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allah'ın (yaratdığı) yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir". (“Zumər” surəsi, 10)
...Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir. (“Şura” surəsi, 23)
...yaxşılıq edənləri müjdələ! (“Həcc” surəsi, 37)
]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/158458/yaxsi-insan-hər-kəs-ucunhttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/158458/yaxsi-insan-hər-kəs-ucunhttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/32051_IYI_BIR_INSAN_HERKES_ICIN_BIR_NIMETTIR___NASIL_OLSA_GUZEL_AHLAKLI_HER_HALUKARDA_ZATEN_IYI_DAVRANIR.jpgThu, 14 Feb 2013 14:48:42 +0200
"Həvəslənmək" ilə "həqiqətən istəmək" fərqli hisslərdir Elə insanlar var ki, gördükləri hər gözəl şeyə həvəslənirlər. Bəyəndikləri bir şeylə qarşılaşdıqları zaman həyəcanla o mövzuda dərhal bir addım atırlar. Sonra isə davam edə bilmirlər. Xoşlarına gələn başqa bir mövzu ortaya çıxır. Bu dəfə də o istiqamətə yönəlirlər. Onda da bir-iki gün, bir neçə həftə və ya bir neçə ay bəzi yönlərdən cəhd edirlər, amma yenə  qətiyyət göstərə bilmirlər.

Cəmiyyətdə bu cür dərhal həvəslənən, sonra həvəsini tez itirən insanlara çox rast gəlinir. Həyatın bir çox sahəsində ortaya çıxan bu cür duyğular insanların xarakterlərinin bir hissəsinə çevrilmişdir. Bir çox baxımdan zərərsiz kimi görünən bu xarakter insanların özlərini müsbət yöndən yetişdirib inkişaf etdirmələrinə mane olur.

Allah hər insanı vicdanı ilə birlikdə yaratmışdır. Hər bir insan ətrafında gözəl bir şey gördüyü zaman bunu anlayır. Allah insana gözəl olan hər şeyə qarşı qibtə və istək hissi vermişdir. Gözəl olan bir şeylə qarşılaşanda bu mövzuda lazımi cəhd göstərmək, qibtə edilən gözəlliyə çatana qədər iradə göstərmək çox vacibdir.

Məsələn, hər bir insanın ədalətli şəxsin əxlaqından xoşu gəlir. Bu insana qibtə edir və onun kimi olmaq istəyir. Lakin bu məqsədini həyata keçirəcəyi, lazım olan qətiyyəti və iradəni göstərəcəyi zaman eyni istək və qibtə içərisində olmaz. Bir hadisə zamanı  asanlıqla qəzəblənib, qəzəbinə məğlub ola bilər. Sərt, incidici bir üslubla qarşı tərəfi narahat edən sözlər deyə bilər. Nəfsinə ağır gələn bir mövzu olduğu zaman doğru qərar verməyə bilər. Hadisələri bitərəf mövqe ilə dəyərləndirməz, bunun nəticəsində də, yalnız öz istəklərini düşünərək hərəkət edər.

Başqa  sözlə, insanın hər hansı bir mövzuda həvəsli olması gözəldir, lakin kifayət deyil. İnsan lazımi nəticəni əldə etmək üçün o mövzunu çox istəməlidir. Bu istək də mütləq Allah rizası üçün olmalıdır.

İnsan yalnız həvəslənməklə istədiyi nəticəyə çata bilməz. Bir insana hər cür çətinlik və maneəyə sinə gərən, heç dayanmadan, səbirlə davam edən güc və iradəni ancaq Allah'ın rizasını qazanmaq istəyi verə bilər. İnsan gözəl bir şeyə yalnız Allah'a olan sevgisi, axirətə olan inancı nisbətində cəhd və iradə göstərərək çata bilər.

Məsələn, bir mömin Allah'a iman gətirməzdən əvvəlki həyatında nə ədaləti, nə mərhəməti, nə sevgini, nə hörməti, nə fədakarlığı lazımi kimi göstərən bir əxlaqa sahib olmur. İman gətirdikdən sonra isə Allah'a olan sevgisindən və Allah'ın razılığını qazanmaq istəyindən aldığı güclə bütün mövzularda özünü ən yaxşı şəkildə yetişdirən və həyatının sonuna qədər də bu mövzularda qətiyyət göstərən iradə əldə etmiş olur. Bu, həqiqi istəyin nəticəsidir.

Sadəcə həvəslənən insan belə bir nəticə əldə edə bilməz. İlk çətinlikdə, ilk sıxıntıda, ilk maneədə və ilk xətasında dərhal geri addım atar. Bu, cahil əxlaqı yaşayan  insanlar arasında çox geniş yayılmış bir xarakterdir. Lakin bir möminin bu mövzuda özünü yetişdirməsi çox mühümdür. Çünki Quran əxlaqı ilə bağlı mövzularda irəliləmək üçün insan içində gözəl şeylərə qarşı duyduğu həvəsi Allah rizası üçün qətiyyətlə, həyatının sonuna qədər yaşayan bir xarakterə çevirməlidir. Allah ilə çox yaxın dost olmaq, Allah'ın ən sevdiyi qullarından olmaq, Allah'a təslim olub qədəri ən doğru şəkildə anlamaq, təvəkkülü mükəmməl şəkildə yaşamaq, daha yetkin, daha dərin, daha imanlı bir insan olmaq, daha çox sevmək, daha gözəl əxlaqlı olmaq kimi üstün mömin xüsusiyyətləri ancaq Allah rizası üçün çox istəyib, çox əmək sərf etməklə əldə edilə bilər. Allah qullarının yalnız keçici bir həvəs içində, yoxsa həqiqətən səmimi bir tələb içində olduqlarını bilir. Allah qullarının bu tələbləri nisbətində onların cəhdlərinə qarşılıq verir.

Başqa sözlə, əgər bir insan hər hansı bir mövzuda nə üçün istədiyi nəticəni ala bilmədiyini düşünürsə, əvvəlcə, bu mövzudakı niyyətinə və cəhdinə diqqət yetirməlidir. Niyyətini nəzərdən keçirməli və həqiqətən Allah rizası üçün çox istəyərək və bütün səbəblərə sarılaraq əlindən gələn hər cür cəhdi göstərib-göstərmədiyinə baxmalıdır.

Əlbəttə ki, Allah müxtəlif hikmətlərlə və imtahanın tələbi olaraq çox istəyən bir insanın cəhdinə də onu sınamaq üçün fərqli qarşılıq verə bilər. Bir mömin bu həqiqəti də bilər, amma bu vəziyyətdən əmin olmadığı üçün mütləq daha səmimi olmağa və daha çox cəhd etməyə niyyət edər.

Allah Quranda həqiqətən çox istəyərək Allah rizası üçün səmimi cəhd edənlərin göstərdikləri bu cəhdin qarşılığını mütləq alacaqlarını belə bildirmişdir:

İnsan can atdığı şeyə nail olar. Əlbəttə, onun can atdığı (əməl) ona nəsib olacaqdır. Sonra da ona (bunun) əvəzi tam veriləcəkdir. (“Nəcm” surəsi, 39-41)
Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (“İsra” surəsi, 19)
Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər. (“İnsan” surəsi, 1)
(Onlara deyiləcəkdir): "Həqiqətən, bu, sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir". (“İnsan”  surəsi, 22)
]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/157777/həvəslənmək-ilə-həqiqətən-istəmək-fərqlihttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/157777/həvəslənmək-ilə-həqiqətən-istəmək-fərqlihttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/28500_HEVESLENMEK___ILE___GERCEKTEN_ISTEMEK___FARKLI_SEYLERDIR.jpgSat, 02 Feb 2013 20:05:45 +0200
Ən təhlükəli xəstəliklərdən biri: Ağıl bəyənmə xəstəliyi Hər insan uşaqlıq yaşlarından sonra müəyyən bir tərbiyə mərhələsi keçir. Şəxsiyyəti, bilikləri, bacarığı, qabiliyyətləri də zaman ərzində formalaşmağa başlayır. Müəyyən yaşdan sonra insan artıq ailəsinin, yaxınlarının köməyi olmadan, yavaş-yavaş öz-özünə kiçik və ya  böyük nailiyyətlər əldə etməyə başlayır. Zaman keçdikcə bu kiçik-böyük nailiyyətlər, əldə edilən yaxşı nəticələr bu insanda gözəl bir baza yaradır. Əgər bu insan ağıllı və vicdanlıdırsa, əxlaqını da inkişaf etdirib gözəlləşdirir.
 
Elə bu anda insanın qarşısına yeni bir təhlükə çıxır. Şeytan bu mərhələdə həmin şəxsi ələ keçirmək üçün fəaliyyətə başlayır. Şeytanın insanda meydana gətirmək istədiyi “böyüklük” hissi üçün lazımi şərait və hiyləli şəkildə istifadə edəcəyi bir çox cəhət yaranır. Artıq bu insanı hər etdiyini “öz ağlı, bacarıqları və gücü” ilə etdiyinə inandırıb, bu ruh halını əks etdirən pis əxlaqa yönəltmək qalır. Əgər şeytan bu insanı əldə etdiyi bütün nailiyyətlərin, bacardığı hər şeyin, ağlına gələn hər ağıllı firkin özündən qaynaqlandığına inandıra bilsə, üzərinə götürdüyü vəzifəni yerinə yetirmiş olur.
 
Vicdanı lazımi qədər açıq olmayan bir insan özü də hiss etmədən  şeytanın bu kimi təlqinlərinə təslim olur. İçində gizli şəkildə böyüyən xəstəliyə tutulur. Bu xəstəliyin adı “ağılı bəyənməkdir”.
 
Əvvəlcə, bu xəstəliyi ancaq şeytan bilir. Ancaq zaman keçdikcə xəstəlik yavaş-yavaş üzə çıxmağa başlayır. Ətrafındakı insanlar bu insanda tutulduğu xəstəliyin əlamətlərini görməyə başlayırlar. Təkcə öz ağlına güvənmək, daima haqlı olduğuna inanmaq, sadəcə öz proqnozlarına əsaslanmaq, hamıya öz dediklərini etdirməyə çalışmaq, son sözü deməyə adət etmək, başqalarının fikrinə tabe olmamaq kimi əlamətlər get-gedə formalaşmağa başlayır. Budur, artıq xəstəlik irəliləmiş, xəstəni tamamilə əhatə etmiş və bədənini ələ keçirmişdir.
 
Lakin xəstəliyin əlamətlərinin bu qədər çox görünməsinin müsbət tərəfi ondan ibarətdir ki, o, insanlar tərəfindən açıq-aydın hiss olunur və bu şəkildə xəstəlik aşkar olunaraq müalicə olunmaq imkanı qazanır.
 
Amma unudulmamalıdır ki, ağıl bəyənmə xəstəliyi sadəcə ağıllı, bacarıqlı, qabiliyyətli insanlarda müşahidə edilmir. Dünyanın mədəniyyətdən çox uzaq bir yerində heç bir biliyə, mədəniyyətə sahib olmayan bir insan da, həyatını boş-boş küçədə yataraq keçirən, özünə zərər verən, heç bir mövzuda əziyyət çəkmədən yaşayan insanlar da bu xəstəliyə çox asanlıqla tutula bilərlər. Bu insanlar da bacarıqlı, qabiliyyətli, həyatın hər sahəsində yüksələn insanlarda olduğu kimi, ağıllarından, mədəniyyətlərindən, bilik səviyyələrindən, qərarlarından, inanclarından, adətlərindən çox əmin ola bilər və bu mövzuda heç kimin sözünə etibar etməyəcək qədər özlərindən razı ola bilərlər.
 
Bu mənzərə xəstəliyin necə bir müsibət olduğunun daha yaxşı başa düşülməsi baxımından  çox ibrətamiz və düşündürücüdür.
 
Bu da onu göstərir ki, şeytan insanı hətta həqiqi vəziyyətinin əksinə inandıracaq qədər hiyləgər və qarışıq bir oyun oynayır.
 
Bu vəziyyət dünyanın ən aciz insanında da, ən qürurlu insanında da nəfsin təsirinin eyni olduğunu, nəfsinə aldanan bir insanın necə böyük qəflətə qapıla biləcəyini sübut edir.
 
Çarə isə, hər mövzuda olduğu kimi, ancaq Qurandadır. Quran Allah’ın böyüklüyünü və insanın nə qədər aciz olduğunu açıq şəkildə sübut edir. Quran əxlaqını tam şəkildə yaşayan insan, Allah’ın izni ilə, əsla ağlını bəyənmə xəstəliyinə tutulmaz. Bu mövzuda bir anlıq qəflətə düşsə belə, dərhal Allah’ın qüdrətini xatırlayaraq öz acizliyini və möhtaclığını anlayar, Rəbbimizin gücünə təslim olar.
 
Peyğəmbərlər bu mövzuda möminlər üçün gözəl nümunədir. Peyğəmbərlər Allah’ın lütfü sayəsində dünyanın ən gözəl əxlaqlı insanlarıdır. Ancaq bu gözəl xüsusiyyətlərinə baxmayaraq, əsla Rəbbimizə qarşı acizliklərini unutmayan insanlardır. Bu gözəl əxlaqlarına, üstün cəhətlərinə, ağıllarına, əldə etdikləri nailiyyətlərə baxmayaraq, peyğəmbərlər dünyanın ən təvazökar, ən təslimiyyətli, ən mehriban və ən mülayim insanlarıdır. Onların üstün əxlaqı ağıl bəyənmə xəstəliyindən qorunmaq istəyən bütün müsəlmanlar üçün gözəl nümunədir.
 
İnsanın acizliyini bilməsi Allah’ın böyüklüyünü qavraması ilə mümkündür. Hər şeyi ona verən, lütf edən Allah’dır. Buna görə də, insan sahib olduğunu düşündüyü maddi-mənəvi hər şeyin, əslində, özündən qaynaqlanmadığını unutmamalıdır. Hər şey Allah’ındır, Allah’a aiddir. İnsanın ağıl adlandırdığı, ağlına gələndə bəyəndiyi nəticələr də ancaq Allah’ın yaratmasıdır. Allah’ın sonsuz ağlının insanda təcəlli etməsidir. Elə isə insan ağlını bəyənməkdənsə, acizliyini bilməli və təvazökarlıqla Allah’a olan şükrünü və təslimiyyətini göstərməlidir.
]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/157631/Ən-təhlukəli-xəstəliklərdən-biri-agilhttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/157631/Ən-təhlukəli-xəstəliklərdən-biri-agilhttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/32191_EN_TEHLIKELI_VE_EN_SINSI_HASTALIKLARDAN_BIRI_AKLI_BEGENME_HASTALIGI.jpgThu, 31 Jan 2013 19:29:19 +0200
Cəmiyyətdə kimisə bəyənməmək ilə möminlərin "Allah rizası üçün büğz etməsi" bir-birindən fərqli xüsusiyyətlərdir Cahil cəmiyyətdə insanlar bir çox səbəblərdən bir-birlərini bəyənməzlər. Bəzən bir insanın üzü, ağzı, burnu, səsi, gülüşü, şivəsi, boyunun qısalığı və ya uzunluğu, saç düzümü, rəngi, bədən forması, çəkisi, bəzən yaşadığı yer, gördüyü iş, bəzən maşını, evi, bəzən mimikası, danışıq tərzi, qısası, hər şey buna səbəb ola bilər. Ancaq bu insanların sadaladığımız xüsusiyyətlərində problem olması əsas deyil. Bəzən  qüsursuz və mükəmməl olduğu, bəzən özündən daha yaxşı olduğu, bəzən özünə rəqib gördüyü, bəzən də öz mədəniyyəti, zövqü və ya vərdişləri ilə üst-üstə düşmədiyi üçün o insanı bəyənmirlər.

Hətta bəzən bu insana qarşı bəslədikləri nifrət və narahatlığın heç bir səbəbi olmaya da bilər. Özlərinin də ifadə etdiyi kimi, "Səbəbini bilmirəm, amma bu insandan heç xoşum gəlmir" deyərək düşüncələrini dilə gətirirlər. Səbəbi olsa da, olmasa da, bir insana qarşı olan və öz sözləri ilə "xoşum gəlmir" deyə ifadə etdikləri bu rəftarlarının yeganə səbəbi "şeytanın tələsinə düşmələri"dir.

Bəzən şeytan eyni təlqinləri möminlərə də verməyə çalışır. Möminin sevgisi Qurana əsaslanır. Quran əxlaqından başqa bir insanı sevmək üçün onun fiziki quruluşunun, işinin, evinin, yaşadığı yerin, şivəsinin və buna bənzər xüsusiyyətlərinin heç bir əhəmiyyəti yoxdur. Mühüm olan ruhunun və imanının olması, Quran əxlaqını yaşamasıdır. Bu insan səhvləri, qüsurları, çatışmazlıqları olsa da, mömin olduğu üçün sevilir. Xətaları və qüsurları da özünə göstərilərək düzəldilməyə çalışılır.

Ancaq möminlərin də bir-birlərinin səhvlərindən, çatışmazlıqlarından narahat olmaları mümkündür. Bəzən insanın səhv bir hərəkəti ətrafa maddi-mənəvi zərər verə bilər. Yaxud bir nəfərin hər hansı bir mövzuda Quran əxlaqını tam olaraq yaşamaması o insana qarşı olan etimada, yaxınlığa mənfi təsir edə bilər. Ancaq mömin sevgisində olduğu kimi, narahatlığında da sadəcə Qurana əsaslanar. Mömin Qurana uyğun əxlaq göstərilmədiyi, cahil əxlaqına bənzər əxlaq göstərildiyi zaman narahat olar. Bir insanın gülüşü, boyunun uzunluğu və ya  mədəni səviyyəsi kimi mövzulara görə narahat olmaz.

İman gətirən bir insanın başqa möminə qarşı hiss etdiyi və Qurana uyğun olan bu hissin adı büğzdür. Qarşısındakı insanın Qurana uyğun olmayan bir hərəkətinə (düzəltmədiyi müddət ərzində) büğz edə bilər. Büğz etdiyi müddət ərzində yenə də ona şəfqətlə doğrunu göstərmək, dəstək olmaq, onun çatışmazlığını düzəltmək üçün məmnuniyyətlə əlindən gələni edər. Bundan başqa, büğz etdiyi insan mömin olduğu üçün bu insana olan sevgisi də azalmaz. Çünki dünyada səhv etməyən heç bir insan yoxdur. Allah adətullahına əsasən bu əskikliyi bütün insanlarda yaratmışdır. Allah səhvləri insanların acizliklərini görüb Allah’a sığınmaları, tövbə etmələri, daha yaxşı olmaq üçün cəhd etmələri, bir-birlərinə yaxşılığı əmr edib, pislikdən çəkindirmələri, bir-birlərinə təbliğ edib nəsihət vermələri üçün yaratmışdır. Buna görə də, möminlər bir-birlərindən qüsursuz olmağı tələb etməzlər. Yanlış bir davranış gördükləri zaman bir-birlərinə bunu düzəltməyi məsləhət görərlər.

Eyni zamanda, möminlər şeytanın tələsinə düşərək cahillərin "xoşum gəlmir" deyə göstərdikləri əxlaq çatışmazlığı ilə "Allah rizası üçün büğz etmək" əxlaqını bir-birinə qarışdırmamalıdırlar. Çünki bəzən insanın nəfsi, Quran əxlaqını yaşamayan insanlarda olduğu kimi, səbəbsiz yerə bir insandan narahat olmaq üçün möminləri də təşviq edə bilər. Yaxud Qurana əsaslanan bir səbəb olmadığı halda, bir möminin haqlı, səmimi və təbii davranışlarına qarşı da narahatçılıq hiss edilə bilər. Mömin bu təlqin qarşısında Allah’dan qorxmalı, şeytandan Allah’a sığınmalı, mömin qardaşına şəfqət və mərhəmətlə yanaşaraq şeytanın tələsinə düşməməlidir. Şeytanın möminlərin arasını vurmağa çalışdığını Allah Quranda xəbər vermişdir(“İsra” surəsi, 53). Mömin bu tələyə qarşı həmin mömin qardaşının gözəl cəhətlərini, imandakı qərarlılığını, əxlaqındakı gözəl detalları,  Allah’ın rizasını qazanmaq üçün nə qədər səmimi cəhd etdiyi kimi xüsusiyyətləri düşünərək ona olan sevgisini yeniləməlidir. Buna niyyət etdiyi və cəhd etdiyi anda, Allah’ın izni ilə, Allah şeytanın tələsini pozacaq və o, mömin qardaşına daha güclü bir sevgi ilə bağlanacaqdır. Allah Quranda bu adətullahının mütləq gözəl nəticə verəcəyini belə xəbər vermişdir:

Allah’a tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!"– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər? Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki  O  Eşidəndir, Biləndir. (“Fussilət” surəsi, 33-36)

]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/157327/cəmiyyətdə-kimisə-bəyənməmək-ilə-mominlərinhttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/157327/cəmiyyətdə-kimisə-bəyənməmək-ilə-mominlərinhttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/25401_GICIK_OLMAK_SOZLERIYLE_IFADE_EDILEN_TAVIR_BOZUKLUGU_ILE_MUMINLERIN_ALLAH_RIZASI_ICIN_BIR_KISIYE_BUGZ_ETME_AHLAKI_BIRBIRINDEN_COK_FARKLIDIR.jpgWed, 23 Jan 2013 22:57:21 +0200
Qətiyyətli dua qədərin açarıdır Demək olar ki, hər gün rastlaşdığınız, çox yaxşı bildiyinizi və çox yaxşı anladığınızı düşündüyünüz bəzi mövzular var. Belə ki, çox vaxt bu mövzunu daha yaxşı anlamağınızın mümkün olmadığını zənn edirsiniz. Ancaq bəzən elə bir söz eşidirsiniz, elə fərqli izaha şahid olursunuz ki, çox yaxşı bildiyinizi düşündüyünüz həmin mövzuda əvvəlcə heç düşünmədiyiniz yeni bir pəncərə açılır. Bir anda bütün düşüncələriniz dəyişir. O mövzudakı bütün qaranlıqlar aydınlaşır. Çox yaxşı bildiyinizi düşündüyünüz mövzunu sanki ilk dəfə eşidirmiş kimi yenidən öyrənirsiniz.
 
İnsanın həyatının fərqli mərhələlərində daim yeni və daha ətraflı məlumat əldə edəcəyi mövzulardan biri duadır. İman edən insan Allah’ın bütün dualara qarşılıq verəcəyini bilir və bu həqiqətə tam yəqinliklə inanaraq iman gətirir. Ancaq insanın Allah’a olan yaxınlığı, imani dərinliyi, qədər anlayışı artdıqca, dua mövzusundakı məlumatları da formalaşır. Quran ayələrini çox yaxşı bilməsinə baxmayaraq, həmin ayələri yenidən oxuduğu zaman o ayələri daha yaxşı anlayır. İmanda qətiyyətli olan hər insanın həyatının sonuna qədər bu vəziyyət davam edir.
Dua mövzusunda insanın eşitdiyi zaman ürəyinin açılmasına vəsilə olan məlumatlardan biri də, duanın qədərin açarı olmasıdır. Bu, Allah’ın adətullahının bir hissəsidir. Müsəlmanlar sevgi və şövqlə Allah’dan istədikləri zaman, Allah’ın izni ilə, bu dua reallaşır.
 
Bu, bir çox insanların bilmədiyi bir sistem və Allah’ın sirridir. Dua edildiyi zaman Allah’ın qədəri hərəkətə keçir. Xüsusilə də, birlikdə edilən dua çox təsirlidir. Müsəlmanlar birlikdə, qətiyyətlə və səbəblərə sarılaraq dua etdikdə, insanların reallaşmasına ehtimal etmədikləri hadisələr belə Allah’ın izni ilə reallaşır. Allah dünyanı bu adətullah ilə yaratmışdır.
 
Allah insanların qədərin bu sirrini qavraya bilmələri üçün Quranda bir çox nümunə vermişdir: Hz. Yunus (ə.s) balığın qarnında Allah’ı çox zikr edərək dua etmiş və Allah onu bu vəziyyətdən xilas etmişdir. Hz. Musa (ə.s) və qövmü dənizlə Fironun ordusunun arasında qaldıqları zaman hz. Musa (ə.s) Allah’a tam təslimiyyətlə və güvənərək dua etmiş, Allah onu və qövmünü möcüzəvi bir şəkildə qurtarmışdır. Peyğəmbərimiz (s.ə.v) də dostu ilə birlikdə mağarada ikən Allah’ın sonsuz gücünə könüldən təslim olmuş, Allah onu inkar edənlərin tələlərindən qoruyub qalib etmişdir. Həmçinin, hz. Yusuf (ə.s) quyunun dibinə atıldığı zaman Allah ona sonsuz mərhəməti ilə kömək etmişdir. Hz. İbrahim (ə.s) oda atıldığı zaman da Allah’ın sonsuz lütfü təcəlli etmiş və Allah hz. İbrahim (ə.s) üçün odu sərinlətmişdir. Hz. Zəkəriyya (ə.s) isə Allah’a dua etmiş və yoldaşı da, özü də yaşlı olmalarına baxmayaraq, Allah’ın lütfü ilə hz. Yəhyanın (ə.s) doğulması ilə müjdələnmişdir.
 
Allah peyğəmbərlərinin səmimi dualarına verdiyi qarşılığı Qurandakı bəzi ayələrdə belə xəbər verir:
 
Yunus da, həqiqətən, elçilərdəndir. Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı. Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu. O, qınanmağa layiq olduqda balıq onu uddu. Əgər o, Allah’a tərif deyənlərdən olmasaydı, balığın qarnında Qiyamət gününə qədər qalardı. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq. Onun başı üstündə balqabaq tağı bitirdik. Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik. (“Saffat” surəsi, 139-148) 
İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!”– dedilər. (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mənə doğru yol göstərəcəkdir!”  Biz Musaya: “Əsanla dənizə vur!” (– deyə) vəhy etdik. (Dəniz) dərhal yarıldı və hər biri nəhəng bir dağ kimi oldu. O birilərini də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini isə suya qərq etdik. Şübhəsiz ki, bu (hekayətdə) bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi. (“Şuəra” surəsi, 61-67)
Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allah’ın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir. (“Tövbə” surəsi, 40) 
Bir vaxt (onun qardaşları) dedilər: “Biz bütöv bir dəstə olmağımıza baxmayaraq, Yusuf və onun qardaşı atamıza bizdən daha sevimlidir. Aydın görünür ki, atamız aşkar bir yanlışlıq içindədir. Yusufu ya öldürün, ya da onu (uzaq) bir yerə aparıb atın ki, atanız ancaq sizə məhəbbət bəsləsin və bundan sonra siz əməlisalehlərdən olarsınız”. (“Yusuf” surəsi, 8-9)
(Qardaşları) onu aparıb quyuya atmaq qərarına gəldikdə biz ona belə vəhy etdik: “Sən onlara bu əməlləri barəsində gözləmədikləri bir halda xəbər verəcəksən”. (“Yusuf” surəsi, 15)
(Quyunun yaxınlığına) bir karvan gəldi və suçularını göndərdilər. O, su qabını (quyuya) saldı və: “Şad xəbər! Burada bir oğlan uşağı vardır!”– dedi. (Karvan əhli) onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi. Onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar. Onlar onu çox qiymətləndirmədilər. (“Yusuf” surəsi, 19-20)
Onu alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”– dedi. Beləliklə, Yusufu yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu (bunu) bilmir. (Yusuf) yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək (bacarığı) və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. (“Yusuf” surəsi, 21-22)
Onlar dedilər: “Tanrılarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!” “İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”– dedilər. “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”– dedilər. (“Ənbiya” surəsi, 59-61)
Onlar dedilər: “Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, tanrılarınıza kömək edəsiniz”. Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!”– dedik. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq. (“Ənbiya” surəsi, 68-70)
Zəkəriyyanı da (yada sal!) Bir zaman o yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!” Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona (uşaq doğmağa) qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti (qullar) idilər. (“Ənbiya” surəsi, 89-90) 
Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”. O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, (qövmünün) ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”. O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?” (Allah) dedi: “Allah beləcə istədiyini edər”. (“Ali İmran” surəsi, 38-40)
 
Quranda bəhs edilən bu nümunələrlə öz həyatlarında qarşılaşan bəzi insanlar o ankı şərtlərin dəyişməsinin mümkün olmadığını düşünürlər. Ümidsiz və inancsız olduqları üçün də Allah’ın gücünü lazımi şəkildə təqdir edə bilmir, Allah’a səmimiyyətlə və tam təslimiyyətlə güvənərək dua edə bilmirlər. Bu, insanların qətiyyətli duanın sirrini bilməmələrindən və duanın qədərin açarı olduğundan xəbərsiz olmalarından qaynaqlanır.
 
Halbuki, Allah diləsə, insanların qəflətə qapılaraq qeyri-mümkün dedikləri hər şey bir anda reallaşar. Necə ki keçmişdə Allah elçilərinə, saleh möminlərə kömək etdisə, qeyri-mümkün zənn etdikləri hadisələr reallaşdısa, bu vəziyyət insanların həyatları üçün də etibarlıdır.
 
Belə ki, hər insanın həyatında çox istədiyi, lakin reallaşması çox çətin görünən vəziyyətlər ola bilər. Bu çətin vəziyyətlər insanı əsla aldatmamalıdır. Duanın qədərin açarı olduğunu və dua edildiyi zaman Allah’ın qədərinin hərəkətə keçdiyini əsla unutmamaq və Allah’dan inanaraq istəmək çox mühümdür. Belə ki, Rəbbimiz hz. Musaya (ə.s) yol açdısa, Peyğəmbərimizə (s.ə.v), hz. Yunusa (ə.s), hz. Zəkəriyyaya (ə.s), hz. İbrahimə (ə.s) kömək etdisə, onlar kimi bütün səmimi müsəlmanların da dualarına mütləq rəhməti ilə qarşılıq verəcəkdir.
 
Bir şeyin reallaşmasını çox istəyən mömin də eynilə hz. Yunus (ə.s) kimi Allah’ı çox zikr edəcək, Peyğəmbərimiz hz. Muhammed (s.ə.v) kimi, hz. Musa (ə.s) kimi ən çətin şəraitdə də “Əlbəttə, Allah bizimlə bərabərdir” deyəcək və heç bir şübhəyə qapılmadan Allah’ın gücünə qəti şəkildə iman gətirib güvənəcək. Bu zaman Allah’ın duadakı sirri reallaşacaq və Allah’ın izni ilə, qədər bu istiqamətdə hərəkət etməyə başlayacaq.
 
Böyük İslam alimi İmam Rəbbani bir sözündə möminlərə bu əhəmiyyətli həqiqəti belə xatırladır:
 
“Bir şeyi istəmək, ona nail olmaq (onu əldə etmək) deməkdir; Zira Allahu-Təala qəbul etməyəcəyi duanı quluna etdirməz” (İmam Rabbani)
 
]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/157194/qətiyyətli-dua-qədərin-acaridirhttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/157194/qətiyyətli-dua-qədərin-acaridirhttp://imgaws1.fmanager.net/Image/guncelyorumlar/cennet_2.jpgTue, 22 Jan 2013 15:27:44 +0200
"Düz ağıllı insan" deyil, "ağlından yaxşı istifadə edən insan" olmaq vacibdir Bəzi insanlar var ki, həqiqətən, çox ağıllıdırlar. Çox tez qərar verir, məsələlərin qarışıq yönlərini tez başa düşür, bir hadisə barədə ən kiçik məlumat ilə hadisəni bütövlükdə görə bilirlər. Ağıllı və zəkalı olduqlarını bildikləri üçün bu xüsusiyyətlərini istədikləri yerdə, istədikləri kimi istifadə edirlər.

Halbuki nə qədər ağıllı olsa da, bir insanın “ağlından yaxşı istifadə etməsi” də  “ağıllı olmaq” qədər əhəmiyyətlidir. Ancaq bəzi insanlar bu mühüm əxlaq xüsusiyyətini tam olaraq anlamırlar.

Əgər insan ağlından düzgün istifadə etmək üçün diqqətli davranmasa, “düz ağıl” dediyimiz ağıl ortaya çıxar. Düz ağılda olan insanlar ağıllarından olduğu kimi istifadə edirlər. Məsələn, mühüm bir şeyi hiss edir, bunu tez dilə gətirirlər. Bir risklə qarşı-qarşıya olduqlarını görür, məsələni tez açıqlayırlar. Hamının hiss etmədiyi bir şeyi analiz edir və bunu da heç düşünmədən qarşılarındakı insana çatdırırlar. Bu cür düşünmədən hərəkət etmək və tələskənlik isə  ağıllarına və diaqnozlarına olan etibarlarından qaynaqlanır.

Halbuki ağıl nə qədər gözəl xüsusiyyət olsa da, digər gözəl əxlaq xüsusiyyətləri ilə birlikdə olmalıdır. İnsanın sadəcə doğruları və yanlışları görməsi, problemlərin həllini tapması, düzgün analiz etməsi gözəl əxlaq üçün kifayət deyil. Burada digər insani xüsusiyyətlərin də önə çıxması, hər mövzunun şəfqətlə, mərhəmətlə, hörmətlə, sevgi ilə, gözəl şəkildə həll edilməsi çox vacibdir. İnsan bu xüsusiyyətlərə də əhəmiyyət verərək ağlından istifadə edəndə, həqiqi mənada ağıllı insan kimi  xarakterizə edilə bilər.

Ağıllı insanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri hər gördüyünü, hər bildiyini, hər diaqnozunu və hər doğrunu düşünmədən dilə gətirməməsidir. Ağıllı insan nə vaxt, harada, hansı şəkildə danışacağını bilməlidir. Deyəcəyi hər sözün (nə qədər doğru və əhəmiyyətli olsa da) insanlar üzərindəki təsirini hesablaya bilməlidir.

Məsələn, ağıllı insan tez həyəcanlanan birinin yanında ani və riskli bir hadisəni sensasional şəkildə ifadə etməz. Yaxud həyəcan nəticəsində təzyiqi yüksələn bir insanın yanında mühüm bir xəbəri birbaşa vermək doğru olmaz. Bu insanı ən az həyəcanlandıran, ən az təsir edən sözləri bir-bir seçərək ağıllı şəkildə danışmaq lazımdır. Həmçinin, danışarkən mənfi üslubdan istifadə etməyin insanlarda narahatçılıq yaradacağını düşünmək lazımdır. Danışarkən bir hadisənin müsbət tərəflərini vurğulayaraq danışmaq gözəl əxlaqın və ağılın tələbidir. Bəzən də demək olar ki, hamının gördüyü, lakin nəzakət və gözəl əxlaqın tələbi olduğu üçün dilə gətirmədiyi bəzi həqiqətlər olur. Belə ki, ağlından yaxşı istifadə etməyən bəzi insanlar bu həqiqətləri sanki ilk dəfə özləri kəşf edibmişlər kimi tez dilə gətirirlər. Bunu bilən digər insanların hansı hikmətlərlə bu həqiqətləri dilə gətirmədiklərini isə heç düşünmürlər.

Halbuki çox vaxt bəzi şeyləri həll etməyin yolu bunları necə gəldi açıqlamaq deyil. Bir mövzunu həll edərkən o mövzuya aid olan insanların hamısının psixologiyasını nəzərə alaraq, hər birinə ən müsbət təsir göstərəcək şəkildə hərəkət etmək lazımdır. Bəzən bir problemi dilə gətirməkdənsə, bu mövzudan heç bəhs etməyib birbaşa problemin həllindən danışmaq daha doğru olar. Yaxud eyni çatışmazlıqlardan, səhvlərdən danışmaqdansa, bunları düzəldəcək davranışlara təşviq etmək daha xeyirli olar.

Bununla yanaşı, danışarkən istifadə edilən bir kəlmə belə qarşı tərəfə mənfi təsir edə bilər. Bəzən gözəl bir tərifin və yaxud sevgi bildirən sözün arasında diqqətsizlik edilərək deyilən bir kəlmə söz qarşı tərəfin şübhə və narahatlığına səbəb ola bilər. Buna görə də, insan əgər ağıllıdırsa, hər sözünü düşünüb danışmalıdır. Hər kəlmənin, hər vurğunun, hər səs tonunun insanlarda yaradacağı təsiri hesablayaraq hərəkət etməlidir.

Məsələn, bir həkim mütəxəssisi olduğu bir mövzuda qoyduğu diaqnozlardan arxayındır. Ancaq bu barədə xəstəyə məlumat verərkən o insana qarşı humanist, nəzakətli olmalı, ən ağıllı tərzdə danışmalıdır. Tutaq ki, bu insan xərçəng xəstəliyindən əziyyət çəkir. Ancaq xəstəliyin diaqnozunu qoyan həkim bir çox insani xüsusiyyətlərə sahib olmalı və vəziyyəti ən yumşaq üslubla xəbər verməlidir.

Belə ki, bir şeyi bilmək və ya doğrunu hiss etmək o insana bunu düz və rahat şəkildə ifadə etmək və ağlına gələni danışmaq azadlığı vermir. Humanistlik, mərhəmət, təmkin, sevgi, hörmət kimi xüsusiyyətlərlə birlikdə düşünərək danışmaq əsl ağıl əlamətidir. Həqiqi mənada ağıllı insan da ağlını bu xüsusiyyətlərlə birlikdə istifadə edən insandır.

]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/157193/duz-agilli-insan-deyil-aglindanhttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/157193/duz-agilli-insan-deyil-aglindanhttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/34050_DUZ_AKILLI_INSAN__DEGIL__AKLINI_IYI_KULLANAN_INSAN__OLMAK_ONEMLIDIR.jpgTue, 22 Jan 2013 15:26:56 +0200
Bir hadisəni mənfi düşüncələrlə həll etməyə çalışmaq çox vaxt yaxşı nəticə ilə deyil, pis nəticə ilə sona çatır ... Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır. (“Hud” surəsi, 114)
 
Şeytanın istifadə etdiyi metodlardan biri də insanları müsbət deyil, mənfi danışmağa sövq etməkdir. Şeytanın bu təlqininə qapılan insan bəzən mənfi danışmağın vacib və faydalı olduğuna inanır. Hətta bir çox mövzunu həll etmək üçün hadisələrin mənfi cəhətlərinin də araşdırılmasının zəruri olduğunu düşünür. Ancaq bu, doğru deyil.
 
Hər hansısa bir mövzuda irəliləmək, daha gözəl nəticələr əldə etmək istəyən insanın keçmişdəki və ya hal-hazırkı mənfi cəhətləri, mənfi şərtləri dilə gətirməsi, əksinə, insanlara zərər verib, pis təsir yarada bilər. İnsan bu davranışın həmin anda yaratdığı nəticələri hiss etməyə bilər. Lakin mənfi cəhətləri təkrarlamaqla özünə də ətrafına verdiyi qədər zərər verər. Danışaraq özünə təlqin edər, mənfi hadisələrin vacib olduğuna özünü qəti şəkildə inandırar.
 
Bu cür davranan insanın belə bir düşüncəsi var: “Əgər mənfi cəhətləri düşünməsəm, realist və doğru olmaram. Bu həqiqətdir. Bunu desəm də, deməsəm də var. Bir də əlavə danışmağın nə mənfi təsiri ola bilər ki? Bundan başqa, mövcud olan bir mənfini gizlətsək, sanki heç yox imiş, heç olmamış kimi davransaq, üzərini örtsək, onu necə aradan qaldıra bilərik? Necə həll edərik? Belə olduğu halda, o mənfi hadisə hər zaman mövcud olacaq, gizli-gizli davam edəcək. Buna görə də, mən real və düzgün davranaraq, mənfi də olsa, pis cəhətləri mütləq dilə gətirməliyəm”.
 
Bu isə çox səhv hərəkətdir. Düzgünlük, doğruluq, reallıq daim mənfiliklərdən danışmaq demək deyil. Eyni nəticəni almağın daha gözəl, daha hikmətli, daha faydalı və təsirli yolları var.
 
Məqbul olan davranış isə pis olanı dilə gətirmədən, onun həlli olan müsbət tərəflərini danışmaqdır. Bu, bir məsələni həll edərkən hər iki tərəfə də müsbət təlqin edən, yaxşı nəticəyə çatmasını sürətləndirən və gözəl nəticəni tezləşdirən əxlaqdır. Daim hadisələrin mənfi tərəflərinə baxdıqda isə, sanki ortada çıxılmaz bir vəziyyət varmış kimi görünər. Sanki keçilməsi və unudulması mümkün olmayan, insanların həyatları boyu yaxalarını buraxmayan, üzərlərinə hopmuş kimi hipnoz təsiri yaradar. Halbuki mənfi cəhətlər dilə gətirilmədiyi və qarşısını almaq üçün müsbət tədbirlər görüldüyü  təqdirdə tezliklə yox olub gedər.
 
Allah Quranda “yaxşı işlərin pis əməlləri silib aparacağını” bildirib(“Hud” surəsi, 114). Bu, Allah’ın adətullahıdır. Əsla dəyişməz. Çox qəti həqiqətdir. Mütləq bu şəkildə nəticə verir. Belə ki, hər zaman müsbət danışan, müsbət tədbirlər alan və hadisələri xeyir gözü ilə, müsbət yöndən dəyərləndirən və tətbiq edən insan, Allah’ın izni ilə, ortadakı mənfiliklərdən sürətlə uzaqlaşacaqdır.
 
Bundan başqa, hər zaman müsbət danışmaq, əslində, vəziyyət mənfi kimi görünsə də, mütləq müsbət təlqin edər. Həqiqətən o cür olmasa belə, elə göstərmək insanlara o mövzunu həll etməkdə cəsarət, rahatlıq və müsbət nəticə verən hərəkət gücü yaradar.
 
Bu cür davranmaq doğrulardan uzaqlaşmaq və həqiqətləri gizlətmək deyil. İnsan əskik, qüsurlu və səhv yönlərini özü də bilir. Ancaq bunu daim danışmaq əvəzinə, bütün tədbirlərini görərək bu yönlərini düzəltməyə çalışar və Allah’ın izni ilə, gözəl nəticə əldə edər.
 
Belə bir nümunə ilə bu vəziyyəti açıqlaya bilərik: İnsan çox qorxacağı bir vəziyyət ilə, həqiqətən narahat olacağı şərtlər ilə qarşılaşa bilər və bu hissləri güclü şəkildə yaşaya bilər. Ancaq heç vaxt “Çox qorxdum, narahat oldum” deyərək bu mənfi hissləri dilə gətirməz. Çünki bu sözləri ifadə etməyin nə insanın özünə, nə də qarşısındakına heç bir təsiri olmaz. Əksinə, bu cür üslub insanların narahatlığını artırar. Bunun əvəzinə, cəsarətləndirən, rahatlıq verən, dəstəkləyən sözlər danışmaq çox təsirli, faydalı və hikmətli olar.
 
İnsanın gündəlik həyatda da qarşısına çıxan hadisələri bu prizmadan dəyərləndirib həll etməyə çalışması çox əhəmiyyətlidir. Bu, hər şeydən əvvəl, Quranın bizə bildirdiyi əxlaqın tələbidir. Allah Quranda insanlara “ən gözəl sözləri danışmalarını” əmr etmişdir (“İsra” surəsi, 53). Buna görə də, mənfi olanları danışmayıb, daim müsbət danışmaq, Allah’ın izni ilə, şeytanın oyununu pozan, hadisələrin ən gözəl şəkildə nəticələnməsinə vəsilə olan ən xeyirli, ən təsirli üsullardan biridir.
 

“Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir”. (“İsra” surəsi, 53)

 
]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/156977/bir-hadisəni-mənfi-dusuncələrlə-həllhttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/156977/bir-hadisəni-mənfi-dusuncələrlə-həllhttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/25031_bir_olayi_olumsuzdan_yola_cikarak_halletmeye_calismak_cogu_zaman_yapici_degil_yikici_etki_olu.jpgSat, 19 Jan 2013 00:18:43 +0200
Tənqidə izahat vermək xəstəlikdir, tənqid qarşısında gözəl əxlaq göstərərək onu qəbul etmək lazımdır İnsanlar özləri ilə əlaqədar bir mövzuda ətrafdakı insanlara özlərini sübut etmək istəyirlər. Əgər demək istədikləri bir şey varsa və bunu istədikləri kimi izah edə bilməyiblərsə, böyük sıxıntı keçirirlər. Çox kiçik bir detal da olsa, onu mütləq izah etmək istəyirlər.
 
Demək olar ki, bütün insanlarda olan izah etmək arzusu, əslində, pis vərdiş deyil. Həqiqətən də, insanın mövzu ilə əlaqədər demək istədiyi vacib şeylər ola bilər. Hətta bəzən bunları deməməsi və izah etməməsi bir çox yanlışlara yol aça bilər. Məsələn, cinayət törədildiyi və ya səhv edildiyi zaman günahsız insan özünü müdafiə etmək üçün izah gətirməlidir. Bu davranış Qurana uyğun əxlaq formasıdır. Çünki bu insanın məqsədi öz nəfsini təmizə çıxarmaq deyil, Allah’ın rizasını qazanmaqdır.
 
Digər tərəfdən, sadəcə nəfsi rahatlaşdırmaq və ya nəfsin mənfəətlərini güdmək məqsədilə izah etmək vərdişi var. Nəfslərinin bu təlqininə qapılanlar hər gün qarşılaşdıqları hadisələrdə daim özlərini təmizə çıxarmaq üçün izahlar gətirirlər. Hər hadisədə bunu təkrarladıqları üçün bu, onların normal dialoqlarına çevrilir. Özləri bu vərdişlərinin ətraflarında yaratdığı narahatlığı hiss etmirlər. Lakin ətraflarındakı insanlar onların ən kiçik hadisədə belə bu cür uzun izahat vermələrindən və insanların vaxtını almalarından çox narahat olurlar.
 
Məsələn, qələmi yerə salan insan sadəcə qələmi yerdən götürüb yerinə qoymalıdır. Amma bu tip insanlar ətrafdakı insanlara “əslində, özlərinin çox diqqətli olduqlarını, qələmin yerə düşməməsi üçün əllərindən gələni etdiklərini, o qələmi ora başqasının qoyduğunu və buna görə düşdüyünü” deyərlər. Kiçik bir mövzunu həddən artıq böyütdüklərini hiss etməzlər.
 
Bəzən də heç bir hadisə baş vermədiyi halda, insanların şübhələndikləri mövzulara izah gətirərlər. Məsələn, bu cür insan qarşısındakının onun təmizliyinə şübhə etdiyini düşünər və daim özünün nə qədər təmiz olduğundan bəhs edər. Tənbəl olduğunu düşündüklərindən şübhələnər, hər fürsətdə nə qədər çalışqan olduğundan danışar.
 
Bəzən elə olur ki, bu insanları tənqid edirlər. O zaman belə insanlar özlərinin günahsız olduqlarını sübut edənə qədər rahat olmurlar. Halbuki təndiq həmişə faydalıdır. İnsan ən yaxşı, ən mükəmməl olduğu zaman da tənqidi sevinclə qəbul etməlidir. Çünki mütləq hər yaxşıdan daha yaxşısı vardır. İnsan tənqid vasitəsilə daha mükəmməl olmaq imkanı əldə edir. Lakin bəhs etdiyimiz bu insanlar ən kiçik tənqidi belə böyük mübahisəyə çevirirlər. Böyük ehtirasla özlərinin haqlı olduqlarını, qarşılarındakı insanın haqsız olduğunu sübut etməyə çalışırlar. Nəfslərində olan izah etmə arzusu bəzən bu insanların ağıllarının tamamilə bağlanmasına səbəb olur. Nəfsləri həmin insanların eqoizminə, qüruruna, əsəblərinə də təsir etdiyi üçün olduqları mühit daha da çətinləşir. Belə ki, bu insanlar gözəl tövsiyələrdən yararlana bilmirlər. Həmişə özlərini haqlı bilir, özlərini ön planda saxlayır, özlərinə güvənirlər. Ağıllarını, rəftarlarını, əxlaqlarını çox bəyənən və tövsiyələri dinləməyən bu insanlar xarakterlərini inkişaf etdirə bilmir, irəliləyə bilmirlər.
 
Əlbəttə, bu insanların düşündükləri bəzi məntiqlər var. Məsələn, özlərindən asılı olmayan bir səhvi izah etməsələr, insanların onları düzgün tanımayacağından qorxurlar. Yaxud səhv etdikləri bir məsələdə artıq onlara etibar edilməyəcəyindən çəkinirlər və ya mütləq zərərə uğrayacaqlarını düşünürlər. Bu cür izahat verdikləri zaman özlərini qoruyacaqlarına inanırlar.
 
Halbuki bu narahatlıqları Quran əxlaqına uyğun deyil. Çünki insanları qoruyan yeganə güc Allah’dır. Nəfsinə qarşı Quran əxlaqı ilə rəftar edən insanı Allah qoruyur. Bu insanın zərərə uğraması mümkün deyil. Əgər nəfsini müdafiə etməkdənsə, Allah’a təvəkkül edib  haqqından keçsə, gözəl əxlaqla, təmkinlə davransa, bu, o insanın xeyrinə olacaqdır.
 
Allah bir ayədə Özündən qorxub çəkinən qullarını mütləq xeyirə yönəldəcəyini bu cür bildirmişdir:
 

… Allah’dan qorxana, (Allah) çıxış yolu göstərər; Və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allah’a təvəkkül etsə, (Allah) ona kifayət edər... (“Talaq” surəsi, 2-3)

 
Bəzi insanlar bu həqiqəti bilmələrinə baxmayaraq, nəfslərinin təsirindən özlərini qurtara bilmirlər. Nəfslərinin onları yönləndirməsinə izin verirlər. Bu zaman ağıllarından, vicdanlarından, iradələrindən lazımi şəkildə istifadə etmirlər. Məsələn, bir nəfərin acan kimi yemək yeməsi, yuxusu gələn kimi bütün işlərini yarımçıq qoyub yatması və s. Belə insanlar heç düşünmədən nəfslərinin istəklərinə tabe olurlar.
 
Halbuki möminlərin əsas xüsusiyyəti bütün hadisələrdə ağılla, vicdanla düşünüb Allah’ın rizasına ən uyğun olan rəftarı göstərməkdir. Əllərində əhəmiyyətli və vacib iş var ikən, nəfsləri istədiyi üçün gedib yatmazlar. Vicdanən yatmağa ehtiyacları olduğunu düşündükləri zaman yatarlar.
 
Möminlər içlərindəki izahat vermək hissinə qarşı da bu cür yanaşarlar. Nəfsi izah etmək istəyər, ancaq mömin bunu faydalı görməz və etməz. Yaxud nəfsi özünə edilən tənqidi qəbul etmək istəməz, ancaq mömin bunda xeyir görər və tənqidə müsbət reaksiya verər. Nəfsi möminə istədiyini etdirə bilməz. Nəfs əsl mömini idarə etməz, mömin öz nəfsini idarə edər. Məsələn, yorğundur, ancaq mömin qardaşının bir şeyə ehtiyacı var. Nəfsi mömini öz rahatılığını düşünməyə və istirahət etməyə təşviq edər. Amma mömin bunu qəbul etməz, qalxıb o qardaşına əlindən gəldiyi qədər kömək edər. Bu, nəfsə qarşı göstərilməli olan ən düzgün davranış formasıdır.
 
Bununla yanaşı, nəfsini müdafiə edən insanlar bu həqiqəti hər zaman yadda saxlamalıdırlar. Quranda xəbər verildiyi kimi, “Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs pis işləri əmr edər” (“Yusuf” surəsi, 53). Allah’ın bir ayədə bildirdiyi kimi, “Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır”  (“Şəms” surəsi, 9).
]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/156976/tənqidə-izahat-vermək-xəstəlikdir-tənqidhttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/156976/tənqidə-izahat-vermək-xəstəlikdir-tənqidhttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/25492_ELESTIRI_KARSISINDA_ACIKLAMA_YAPMA_ISTEGI_BIR_HASTALIKTIR_MAKBUL_OLAN_ACIKLAMA_YAPMADAN_GUZEL_AHLAK_GOSTERIP_ELESTIRIYI_KABUL_ETMEKTIR.jpgSat, 19 Jan 2013 00:13:04 +0200
Gözəl davranışı sözlə izah etmək asandır. Onu tətbiq etmək lazım olanda iradə göstərmək isə daha əhəmiyyətlidir Bir çox insana məxsus olan mühüm bir xüsusiyyət var: danışanda ən gözəl sözləri söyləyər, ən doğru, ən ağıllı rəftarı izah edərlər. Özlərinin də məqsədinin doğru, gözəl və mükəmməl davranış olduğunu və bunda çox qətiyyətli olduqlarını izah edərlər. Lakin çox vaxt izah edilənləri tətbiq etmək lazım gəldikdə, həmin insanlar sözlərindəki istək və qətiyyəti nədənsə davranışlarında əks etdirməzlər. Bir anda doğru və mükəmməl olandan asanlıqla imtina edərlər. Qısası, sözləri ilə rəftarları bir-birinə uyğun gəlməz. Bəzən davranışlarında izah etdiklərindən əsər-əlamət belə görünməz.

Əslində, hər bir insan doğru və məqsədəuyğun rəftarın nə olduğunu biləcək şəkildə yaradılmışdır. Allah hər insanın vicdanına ən yaxşı və ən doğru olanı ilham edir. Bu səbəbdən, hər bir insan gözəl rəftarın nə olduğunu bilir və vicdanının ona göstərdiyi doğrunu sözlərində də mükəmməl şəkildə əks etdirir.

Lakin insanın daxilən bildiyi doğruları tətbiq etmək məsələsi vardır. Bu məqamda insan vicdanı ilə baş-başa qalır. Çox yaxşı bildiyi doğrularla nəfsinə və mənfəətinə uyğun olan rəftar arasında seçim etmək məcburiyyətində qalır. Bir çox insan bu məqamda doğrunu deyil, öz istəklərini, rahatlığını və mənfəətini daha üstün tutur. Əvvəl yaxşılıqdan yana nə qədər istəkli, qətiyyətli və şövqlü olsa da, yüksək əxlaqı həyata keçirmək lazım gəldikdə iradə göstərə bilmir.

İnsanlarda nəzərə çarpan bu əxlaq əskiklikliyinə dair gündəlik həyatdan nümunə verək: Hər bir insan çətin vəziyyətdə qalan və möhtac olan birinə kömək etmək lazım olduğunu bilir və bunu bütün detalları ilə vurğulayaraq müdafiə edir. Hətta belə insanlar bu əxlaqı tətbiq etməyənləri ciddi şəkildə qınayırlar. Özləri belə hadisə ilə qarşılaşsalar, mütləq məzluma kömək edəcəklərini bildirirlər. Ancaq belə hadisə ilə qarşılaşanda, bu fəzilətli əxlaqa sahib ola bilmirlər. Məsələn, yolda piyadanı vuranda və ya başqa birinin vurub qaçdığı yaralı şəxsi görəndə, sürətlə nəfs, mənfəət və vicdan mühasibatı aparırlar. Yaralı insana sahib çıxmaqdansa, özlərinə dəyən zərəri və təhlükələri düşünürlər. Vicdanən üzərlərinə düşən məsuliyyətdənsə, qarşılaşacaqları riskləri daha əhəmiyyətli görürlər. Heç tərəddüd etmədən bu adamı küçənin ortasında qoyub gedirlər.

Həmçinin, dürüstlüyün əhəmiyyətindən bəhs edəndə də, hər insan dürüst olmağın vacibliyini vurğulayır. Amma həyatının bir çox mərhələsində bu mövzudan da asanlıqla imtina edir. Məsələn, yaxın bir dostunu qorumaq lazım olanda, tanımadığı bir adamın əzilməsinə düşünmədən göz yuma bilir.

İnsanların gözəl əxlaqdan bəhs edib, sonra isə dəyanət göstərə bilmədikləri mövzuların bir qismi özləri ilə əlaqədardır. Əxlaqlarındakı və davranışlarındakı səhvlər haqqında  dəqiq söhbətlər edərlər. Onların səhvlərini nə qədər yaxşı gördüklərini deyər, özlərini dəyişdirməli olduqlarını izah edərlər. Qüsurlarının yerinə tətbiq edəcəkləri gözəl davranışları xırdalığına qədər açıqlayarlar. İlk fürsətdə tam fərqli bir insan olaraq, ən gözəl əxlaqı göstərəcəklərini izah edərlər. Hətta yaxınlarına bu mövzuda səmimi-qəlbdən söz verərlər. Lakin tətbiq etmək lazım olanda, yenə də bir çox insanlar bunu həyata keçirə bilmirlər. Məsələn, qumar və ya içki vərdişinə görə həyatı pərişan olan, sahib olduğu hər şeyi itirən, borcları olan, ətrafında dostu, yoldaşı qalmayan bir insan böyük peşmanlıqla bu asılılıqlarını tərk edəcəyini bildirər. Ancaq əlinə fürsət düşən kimi verdiyi bütün sözləri unudaraq, yenidən köhnə həyatına qayıdar.

Eyni şəkildə, söylədiyi yalanlar ucbatından başına təhlükəli işlər açan insan da səhvini görərək peşman olduğunu deyər. Bir daha yalan danışmamaq üçün ciddi qərar verər. Ancaq nəfsi ilə zidd düşdüyü və çətinlik çəkdiyi anda yenidən yalan danışar.

Həmçinin, çox əsəbi olan bir insan da, nə qədər pis mühit olsa belə, əsla əsəbləşməməyə cəhd göstərəcəyinə dair söz verər. Yaxud çox qürurlu, mənlikli və özündən başqasının sözünü dinləməyən, hamının ona hörmət etməsini istəyən bir insan da pis xasiyyətlərini qəti şəkildə tərk edəcəyini bildirər. Bunların pisliyini və gözəl əxlaqın əhəmiyyətini dilə gətirər. Buna bənzər şəkildə, mübahisəçi bir insan da qarşısına nə cür vəziyyət və ya necə insanlar çıxarsa çıxsın, heç kimlə mübahisə etməyəcəyinə, sakit əxlaq göstərəcəyinə dair söz verər. Bu nümunələrdəki insanlar səhv rəftarlarından sıyrılıb gözəl əxlaq göstərmək üçün nə qədər şövqlü olduqlarını səmimiyyətlə dilə gətirərlər. Ancaq yenə də tətbiq etmək lazım gəldikdə, öz şəxsiyyətlərini bütün əskiklikləri ilə yenidən ortaya qoyarlar.

Bu nümunələrdə izah edilən insanların tətbiqdə müvəffəqiyyətsiz olmalarının mühüm bir səbəbi vardır: Allah qorxusunun əskikliyi...

Bir insanın pis olanı tərk edib, onun yerinə yaxşı rəftarı sabit və qərarlı şəkildə tətbiq etməsini təmin edən xüsusiyyət yalnız insanın Allah’dan hörmətlə qorxub çəkinməsidir.

İnsanların öz mənfəətlərini seçmələrinin qarşısını alan, öz nəfslərinin istəkləri istiqamətində hərəkət etmələrinə mane olan başqa bir güc yoxdur. Danışmaq hər insan üçün çox asandır. Hətta çox vaxt o adamı insanlar arasında ucaldan bir fürsətdir. Bu səbəbdən, hər bir insan yaxşılığın nə olduğunu izah edə bilər. Amma mühüm olan təkcə danışmaq yox, həm də tətbiq etməkdir.

Allah Quranda qətiyyət göstərməyin daha xeyirli olduğunu belə bildirmişdir:

İtaət etsinlər və xoş söz söyləsinlər. İş qətiləşdiyi zaman Allah’a sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı! (“Muhəmməd” surəsi, 21)
Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar. (“Saff” surəsi, 2-3)

Allah həmişə insana doğrunu ilham edir. Ancaq nəfs və şeytan doğrunu tətbiq etməyə mane olmaq üçün insanı müxtəlif  bəhanələrlə aldatmağa çalışır. İnsanın yaxşı ilə pis arasında qərar verməsini tələb edən qısa bir an vardır. O anda içində bir səs ona "Belə et", - deyə yaxşı olanın nə olduğunu mütləq xatırladır. Nəfsi də, digər tərəfdən, ona "Amma bu daha vacibdir", - deyərək insanı pisliyə çağırır. İnsan o anda sürətlə qərar verib bu səslərdən birini seçir. Allah’dan çox qorxan insan vicdanının səsini eşitməzlikdən gələ bilməz. Nəfsi nə qədər məcbur etsə də, o anda öz mənfəətlərini əzər və canı yansa da, mütləq vicdanının göstərdiyi doğrunu tətbiq edər.

Quranda möminlərin bu güclü Allah qorxuları, bunun nəticəsində, çatdıqları gözəl əxlaq belə xəbər verilmişdir:

Ey iman gətirənlər! Əgər Allah’dan qorxsanız, O, sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (“Ənfal” surəsi, 29)
Sən ancaq Zikrə tabe olub Mərhəmətli (Allah’ı) görmədən (Ondan) çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ. (“Yasin” surəsi, 11)
Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər. (“Ənfal” surəsi, 2)
O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allah’ı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar. (“Nur” surəsi, 37)
]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/156890/gozəl-davranisi-sozlə-izah-etməkhttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/156890/gozəl-davranisi-sozlə-izah-etməkhttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/33007_GUZEL_BIR_ERDEMI_SOZLERLE_ANLATIP_YUCELTMEK_KOLAYDIR._ONEMLI_OLAN_BUNLARI_UYGULAMAK_SOZ_KONUSU_OLDUGUNDA_IRADE_GOSTEREBILMEKTIR.jpgThu, 17 Jan 2013 21:17:31 +0200
Möminin yaşayarkən özünü ölmüş kimi aparması şeytanın bütün oyunlarını pozan mühüm bir üsuldur İnsanın ağlı Qurana uyğun olmadığı zaman qarışıq olmağa meyillidir. Bu halda, insan “ağıllı insan” olmaq xüsusiyyətini itirir. Ağılı təmiz, saf, məqsədəuyğun və faydalı etməyin yeganə yolu şəkksiz iman gətirmək, Allah’ın sonsuz və qüsursuz ağlına, Qurana tam tabe olmaqdır.

İman gətirən bir insanın mükəmməl ağıla sahib olmasını istəməyən varlıq isə şeytandır. Şeytan Allah’ı sevən, Qurana bağlı olan, Allah’ın rizası üçün yaşayan hər bir insanın qarşısındakı mənfi gücdür. Möminlərin Allah’a ixlasla iman gətirmələrinə mane olmaq, ağıllarını qarışdırmaq, doğru davranışlarını azacıq da olsa, pozmaq məqsədi ilə hər yoldan istifadə edir. İnsanların qəlblərinə boş xəyallar, yersiz şübhələr, heç bir dəlili olmayan vəsvəsələr verir. Eyni zamanda, bunlara tamamilə inanmalarına səbəb olur. Hətta o qədər inandırıcı fikirlər irəli sürür ki, insan ardınca getdiyi bu xəyalları qəti şəkildə müdafiə etməyə başlayır.

Əlbəttə ki, şeytanın bu təlqinləri iman gətirən, Allah’a sığınan və Qurana tabe olan insanlara heç bir şəkildə təsir etməz. Ancaq iman gətirdikləri halda, Qurana lazımi şəkildə tabe olmayan insanlar şeytanın təlqinlərinə qapıla bilərlər.

Bəzən bu vəziyyətdəki bir insan şeytanın təlqinlərindən xilas olub təmiz ağıla sahib olmaq və doğru düşünmək istəyər. Lakin yenə də ağlında meydana gələn qarışıqlığa qapılaraq özünə təqdim olunan doğruları qavramaqda çətinlik çəkər. Təmiz ağılla hərəkət etməyən mömin dostlarının məsləhətlərini tətbiq etməkdə qətiyyət göstərə bilməz. Onu bu vəziyyətdən qurtaran Qurana uyğun olan rəftarı göstərməyin nə qədər asan olduğunu görməz. Çarəni öz qarışıq məntiqində axtarıb tapmağa çalışar. Yaxud həm Qurana uyğun, həm də öz qarışıq ağlına uyğun hərəkət edər. Bunun nəticəsində də, Quranın bərəkətindən lazımi şəkildə istifadə edə bilməz və axtardığı nəticəni əldə edə bilməz.

Belə vəziyyətlərdə mömini (Allah dilədiyi təqdirdə) mütləq şəkildə doğru yola sövq edən bir çarə var: Ölümü, axirəti, cənnətin və cəhənnəmin yaxınlığını, ölümlə birlikdə ağlındakı bütün düşüncələrin bir anda yox olacağını, Allah’ın rizasını və rəhmətini qazanmaqdan başqa heç nəyin əhəmiyyətinin qalmayacağını düşünmək… Yaşadığı halda, “tutaq ki, öldüm”, “ətrafımdakı bütün insanlar da öldü”, “bütün hadisələr çoxdan sona çatdı” və “bütün bildiklərimlə birlikdə axirətdəyəm”, deyə düşünərək hərəkət etmək…

Belə ki, insan öldüyü zaman özü haqqında hər hansısa bir haqq iddia etməyəcək, hər hansı bir şeyi həll etməyə çalışmayacaq, hadisələri, insanları analiz etməkdən, özünə qarşı olan davranışları, baxışları, söhbətləri müzakirə etməkdən əl çəkəcək, hadisələrə, insanlara, həyata qarşı şübhə və xəyallarla yaxınlaşmağın mənasızlığını görəcəksə, bu həqiqəti hələ həyatda ikən qavrayan bir insan da (Allah’ın izni ilə)  eyni üstün ağılı və kamil imanı ölməzdən əvvəl də əldə edə biləcəkdir.

Bu cür imanlı insanın üzərindəki bütün mənfi təsirlər aradan qalxacaq, ağlında meydana gələn qarışıqlıq dağılacaq, Qurana uyğun düşünüb hərəkət edə biləcək və Allah’ın razı olacağı əxlaqa çatacaqdır.

Şeytanın bütün oyunları boşa çıxacaqdır. Ondan gələn vəsvəsə və şübhələr bu cür möminin qəlbinə təsir edə bilməyəcəkdir. Əvvəllər şeytanın verdiyi vəsvəsələr nəticəsində böyük problemlərlə qarşı-qarşıya olduğunu düşünən insan bu həqiqəti qavramaqla yanaşı, şeytanın verdiyi vəsvəsələrə güləcəkdir.

“Tutaq ki, mən öldüm”, “tutaq ki, dünya yerlə yeksan oldu” və “tutaq ki, ətrafımdakı yaxşı və pis insanların hamısı öldü”, deyə düşünən insanın hansı əxlaq anlayışına sahib olacağını qavramaq da son dərəcə əhəmiyyətlidir.

Sanki ölmüş kimi dünyadan keçən insan, eyni zamanda, bütün haqlarından da keçmiş olur. Artıq bir bədəni yoxdur ki, bədəninə dair haqq iddia etsin. Yaxud bir nəfsi yoxdur ki, nəfsinə dair haqqının ardınca düşsün. Bu, bir itki deyil, əksinə, qazancların ən böyüyünə, Allah’ın rizasını qazanmaq yoluna açılan bir qapıdır. Kamil imanı yaşamağın bu sirri möminə möhtəşəm mənəvi güc qazandıran xeyirli bir təfəkkür formasıdır.

Bu düşüncə ilə insanın haqlı olduğu, haqqının tapdalandığı və ya haqqının təqdir edilmədiyi barəsindəki bütün fikirləri tamamilə aradan qalxar. Haqlılıq düşüncəsinin səbəb olduğu inciklik, küskünlük və ya əsəbiləşmək kimi bütün davranış pozuntularından xilas olar. Beləliklə, bu barədə əlaqəsi olan bütün insanlara ən mükəmməl əxlaqı göstərən bir qəlb rahatlığı əldə etmiş olar. İçindən çıxa bilmədiyi bütün mövzuların həllinin nə qədər asan olduğunu başa düşər. Çarənin şeytanın üsullarında deyil, Allah’a səmimi təslim olmaqda olduğunu görər.

Allah’a təslim olan mömin isə Allah’ın bənzərsiz qoruması, rəhməti və köməyini qazanar. Belə insan dünyada heç nə ilə əldə edilməsi mümkün olmayan güc əldə etmiş olar. Allah’ın rizasına uyğun olan əxlaqı göstərməyin çox möhtəşəm müsbət təsiri var. Mömin insan bu müsbət təsirin altına düşər. Üzərindəki imani xoşbəxtlik, sevinc, rahatlıq hər an, hər mövzuda ən gözəl, ən aktiv və ən çox cəhdi göstərməsinə səbəb olar. Bu cür insan ətrafındakı hər insanın sevdiyi, hörmət etdiyi, yanında olmaq, söhbət etmək, dostluq etmək istədiyi, hamının etibar etdiyi, sevgi dolu, dünyagörüşlü, ağıllı insan olar. Beləliklə, dünya şərtlərinə görə ən yüksək səviyyədə sevgini yaşayan, güclü sevməyi və  sevilməyi bacaran əxlaqa yiyələnər.

]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/156888/mominin-yasayarkən-ozunu-olmus-kimihttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/156888/mominin-yasayarkən-ozunu-olmus-kimihttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/24912_MUMININ_YASARKEN_KENDISINI___OLDU___KABUL_EDEREK_HAREKET_ETMESI_SEYTANIN_TUM_OYUNLARINI_BOZACAK_ONEMLI_BIR_YOLDUR.jpgThu, 17 Jan 2013 21:05:43 +0200
İnsan ibrət aldığı, dərs çıxardığı təcrübələrini və həyatında baş verən hadisələrin ruhunda yaratdığı təsiri unutmamalıdır… İnsanların həyatlarında çox nadir hallarda baş verən hadisələr olur. Bu hadisələrin güclü  təsiri aylarla, hətta illərlə davam edir. O hadisəyə aid görüntülər, səslər insanların gözlərinin önündən və qulaqlarından həyatlarının sonuna qədər getmir. Bəzən bir insanın ölümünə şahid olmaq, bəzən zəlzələ, avtomobil qəzası, yanğın kimi hadisələr, bəzən çox mühüm və həyati bir tənqid insanın həyatının sonuna qədər unutmayacağı hadisələrdəndir.
 
İnsanlar çox vaxt bu vəziyyətlərdə bəzi həqiqətləri dərk edir və həyatlarına yön verən çox mühüm qərarlar verirlər. Yaşadıqlarından çıxardıqları nəticəni çox əhəmiyyətli sayır və öz içlərində bunları əsla unutmamağı niyyət edirlər. Baş verən hadisələrdən çıxardıqları dərs və ibrətlərin həyatlarının sonuna qədər özlərinə fayda verən çox dəyərli təcrübələr olduğunu dərk edirlər. 
 
Böyük hadisələrlə yanaşı, insanın yaşadığı bəzi kiçik və gündəlik hadisələr də  vacib qərarlar verməsinə səbəb ola bilər. Yediyi acı və ya ədviyyatlı bir yemək mədəsini narahat etdiyi üçün “Bunun mənə verdiyi zərəri unutmayım və bir daha bu cür yemək yeməyim”, deyə qərar verər. Çünki eyni çətinlikləri bir daha yaşamaq istəməz. Buna baxmayaraq, bu təcrübəsini qısa zamanda unudar. Yaxud tənbəllik etdiyi üçün imtahana hazırlaşmayan bir insanın bir il daha oxumaq məcburiyyətində qalması kimi hadisələr həmin insanın dərs çıxarmalı olduğu əsas hadisələrdəndir. Bəlkə, o günlərdə “Tənbəllik etməyin zərərini əsla unutmayım”, - deyə ağlından keçirər və bir daha bu cür səhv etməməyə niyyət edər. Yaxud  incidici söz deyəndən sonra qarşısındakı insanla münasibətinin pozulduğunu görən bir insan çox peşman olar. “Bir daha ağlımdan keçən sözü düşünmədən söyləməyəcəyəm, mütləq düşünərək danışacağam”, deyə çox səmimi bir qərar verər. 
 
İnsanın həyatında, bu nümunələrdə olduğu kimi, bir neçə mövzunu dərindən qavradığı bəzi anlar olur. Öz-özünə “Bir daha bunu etməyəcəyəm”, “Buna çox diqqət edəcəyəm”, “Bu sözdən və üslubdan bir daha istifadə etməyəcəyəm”, “Bu səhv düşüncəni beynimdən tamamilə çıxardacağam”, deyə qərarlar verir. Ancaq insan çox unutqan varlıqdır. Gün ərzində qarşılaşdığı kiçik hadisələrdən də, həyatında mühüm rol oynayan böyük hadisələrdən də çıxardığı nəticələri, əldə etdiyi təcrübələri və verdiyi qərarları çox tez unudur. Ömrünün sonuna qədər unutmayacağına dair verdiyi qərarı bəzən bir-iki gün, bəzən bir-iki saat, bəzən də 5-10 dəqiqə ərzində diqqətinin dağılması ilə tezliklə unudur. Ta ki eyni səhvi yenidən edənə qədər. 
 
Bəzən bu hal insanın həyatında dəfələrlə təkrarlanar. Mühüm bir hadisə və ya etdiyi səhv bir mövzuda ibrət vəsiləsi olar və insan bu mövzuda diqqətli olmaq üçün qərar verər. Amma gündəlik həyatına qayıtdığı an bu qərarını unudar. Bir müddətdən sonra buna bənzər hadisə ilə yenidən üzləşər. “Əvvəl bu hadisə ilə qarşılaşmışdım və yaşadıqlarımdan əldə etdiyim təcrübəni əsla unutmadan hərəkət etmək qərarını vermişdim. Ancaq bu qərarı unutduğum üçün yenidən eyni səhvi etdim. Artıq bu dəfə qərarımı unutmayacağam”, - deyə niyyət edər. Amma yenə unudar. Yenə eyni vəziyyətdə düşər. Yenidən əvvəl verdiyi qərarı xatırlayar. Bu unutqanlıqlar, bənzər hadisələr daim təkrarlanar.  Bu vəziyyət belə bir təcrübəni yaşayan insanı da heyrətləndirər. Şüurunu, hafizəsini, ağlını istədiyi kimi istifadə etməməyinə, çox yaxşı bildiyi və dəqiq qərar verdiyi bir mövzuda daim eyni səhvləri təkrarlamağına bir məna verə bilməz. 
 
Halbuki insan burada çox mühüm bir mövzunu görməlidir: Səmimi niyyət edilmədikdə, çox güclü bir qərar verilmədikdə, insan çox təsirləndiyi həyati bir mövzuda belə yaşadıqlarını tezliklə unuda bilər. Belə bir vəziyyətdə insan çatışmazlığı öz niyyətində axtarmalıdır. 
 
Məsələn, bir insan böyük və dərin bir alov çuxurundan yuxarıda, taxta çıxıntısının üzərində dursa, (Allah’ın diləməsi ilə) şüuru çox açıq olar. Aşağıdakı alovu unutması mümkün olmaz. Hər an üzərində dayandığı taxtadan aşağı düşmək ehtimalı bu insanın daha diqqətli olmasına səbəb olar. Nə kiminsə ona olduğu bu vəziyyəti xatırlatmasına, nə də eyni təcrübəni bir daha yaşamasına ehtiyac qalmaz. Özünü təhlükədən qorumaq, alovun içinə düşməmək üçün lazım olan hər şeyi düşünəcək və tətbiq edəcək dərəcədə şüuru açıq olar. 
 
Əgər insan çox təsirləndiyi bir hadisə yaşadığı və o an çox səmimi bir qərar verdiyi halda, bu qərarını tətbiq edə bilmirsə, problem onun başqa şeyləri o mövzudan daha vacib hesab etməsindədir. Diqqətini başqa mövzulara verməsi, onlara daha çox maraq göstərməsindəndir. 
 
Belə ki, insan bir səhvi daim təkrarlayırsa, o səhvin meydana gətirdiyi maddi-mənəvi zərər və təxribatdan lazımi qədər təsirlənmirsə və ya başına gələn ibrətamiz hadisələrdən dərs çıxarmırsa, yenidən eyni hadisələrin içinə girirsə, bu vəziyyətdə vicdanında bir xəstəlik ola biləcəyini nəzərə almalı və vicdanını sağlamlaşdırmağa çalışmalıdır. 
 
Ancaq, əlbəttə ki, unutmaq insanın əsas acizliyidir. İnsan Allah’ın izni olmadan bir şeyi unutmağın qarşısını ala bilməz. Unutmamaq üçün maddi-mənəvi hər cür tədbir görə bilər. “Mən aciz bir insanam, nə qədər tədbir görsəm də, mütləq unudaram” deməməli, çalışdığı təqdirdə gözlədiyi nəticəni onun üçün yaradanın Allah olduğunu bilməlidir. Təcrübələrinin təsirini və verdiyi qərarların əhəmiyyətini unutmamaq üçün, diqqətinin yayınmaması üçün və zəiflik göstərməmək üçün bütün gücü ilə mübarizə aparmalıdır. Allah rizası üçün bütün diqqətini gözəl əxlaqa verməlidir. 
 
Bütün bunları etdiyi təqdirdə yenə də unudarsa, Allah insanı unutduğu üçün məsul tutmaya bilər. Unutmasına baxmayaraq, Allah bu insanın yolunu aça bilər. 
 
Allah Quranda səmimi olaraq cəhd edən möminlərin “unutduqlarından və xətalarından məsul tutmaması üçün Ona bu cür dua etdiklərini” bildirmişdir: 
 
Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. “Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi  bizi ağır yükləmə Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (“Bəqərə” surəsi, 286)
]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/156887/insan-ibrət-aldigi-dərs-cixardigihttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/156887/insan-ibrət-aldigi-dərs-cixardigihttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/28931_INSANIN_IBRET_ALDIGI_DERS_CIKARDIGI_TECRUBELERINI_VE_YASADIGI_ONEMLI_OLAYLARIN_RUHUNDA_OLUSTURDUGU_ETKIYI_UNUTMAMASI_ONEMLIDIR.jpgThu, 17 Jan 2013 21:04:00 +0200
Səthi və dayaz düşünən insanlar varlığından belə xəbərdar olmadıqları böyük nemətlərdən və zövqlərdən məhrum qaldıqlarını bilirlərmi? Allah insana möhtəşəm düşüncə gücü və qavrama bacarığı vermişdir. Ancaq bir çox insanlar bu həyati bacarıqlardan lazımi şəkildə istifadə etmirlər. Sadəcə həyatlarını davam etdirəcək qədər və işlərini həll edə biləcək qədər səthi düşünmək bu insanlara kifayət edir. Onlar bu həyat tərzinin verdiyi itkinin və məhrum qaldıqları gözəlliklərin  şüurunda deyillər. 
 
Halbuki Allah bir çox gözəllikləri dərin düşüncənin içində gizlətmişdir. Çox dərin düşünən insanların dünya həyatından aldıqları həzz, bu vasitə ilə əldə etdikləri nemətlər və yaşadıqları rahatlıq düşünməklə özlərini yormayan və səthi ağılla yaşayan insanların vəziyyətindən çox fərqlidir. 
 
Düşünməmək bəzi insanlara rahatlıq və mövcud çətinlikdən qurtuluş yolu kimi gələ bilər. Bu cür insanlar nə qədər az düşünsələr, o qədər az yorulacaqlarına, başlarını o qədər az ağrıdacaqlarına və daha rahat yaşayacaqlarına inanırlar. Halbuki düşünmək, ağıldan istifadə etmək insanı rahatlaşdırır. Bunlar yorğunluq vermir, əksinə, insana enerji verir, daha aktiv olmasına və canlanmasına səbəb olur. 
 
Lakin bəzi insanlar bu mühüm həqiqətdən xəbərsizdirlər. Adətən bir sıxıntı və ya çətinliklə qarşılaşdıqları zaman onların əvəzinə başqalarının düşünüb tədbir görməsini və problemlərini onların həll etməsini istəyirlər. Yaxud əvvəlcədən əzbərlədikləri vasitələri tətbiq edərək düşünməkdən qaçmağa çalışırlar. Düşünməklə vaxt itirəcəkləri qənaətində olan bu insanlar həmin vaxtı dünya nemətlərindən istifadə edərək yaşamağa çalışırlar. Halbuki dünya həyatının nemətlərindən ən mükəmməl şəkildə istifadə etmək ancaq düşünməklə mümkündür.
 
Allah dünya hayatındakı hər cür gözəlliyi insanların istifadə etməsi üçün yaratmışdır. Ancaq O, kimin hansı nemətdən nə qədər zövq alacağını insanların imanlarına və nə dərəcədə dərin düşünmələrinə bağlı şəkildə yaratmışdır. Bu mühüm həqiqət dünyadakı bütün maddi və mənəvi nemətlər üçün etibarlıdır. Tamamilə eyni nemətlərə sahib olan iki nəfərin bu nemətlərdən aldıqları zövqlər də fərqlidir. Məsələn, bir insan avtomobilini onu sadəcə bir yerdən başqa yerə aparan, ətrafındakı insanlara özünü göstərməyinə səbəb olan və ya sərmayə vasitəsi kimi görər. Eyni şərtlərə sahib olan başqa bir insan isə avtomobilinin ona verdiyi komfortu bir-bir düşünərək, onların hər birinin varlığına görə Allah’a şükür edər. Allah bu imkanları yaratmasaydı, çəkəcəyi sıxıntıları, yaranacaq gecikmələri düşünərək Allah’ın bu lütfünün sevincini yaşayar.
 
Həmçinin, bir insan evinin bir-birindən gözəl çiçəklərlə bəzədilmiş bağçasını sadəcə zənginliyin gətirdiyi bir rahatlıq və ya səs-küydən uzaqda oturub dincələcəyi sakit bir yer kimi dəyərləndirə bilər. Eyni bağçaya sahib olan başqa  insan isə bu bağçanın hər hissəsinə baxmaqdan, hər bir gülü qoxulamaqdan, yeni tumurcuqlanan hər bir çiçəyi ayrı-ayrı seyr etməkdən, hər gün daha da gözəlləşmələrini, böyümələrini görməkdən dərin zövq alar. Hər birinin, hətta hər yarpağın, hər budağın varlığı da onun üçün böyük bir həyəcan vəsiləsi olar. Bu çiçəklərə, ağaclara və ya onların üzərində yaşayan canlılara baxdıqca Allah’ın sonsuz qüdrətini, elmini və hakimiyyətini çox yaxşı qavrayaraq, hörmətlə Allah’a boyun əyər. Bu nemətlərin hər birini ona lütf edənin Rəbbimiz olduğunu bilməyin sevinci və həyəcanı bütün ruhunu bürüyər. Allah’ın bu möhtəşəm təcəllilərini görüb, Allah’ın sonsuz və qüsursuz yaratmasının nə qədər fövqəladə və bənzərsiz olduğunu düşünməyin verdiyi səmimi heyranlığı bütün mənliyinə əsk olunar. 
 
Ağlından istifadə edən və düşünərək bütün detalları görən insanın bu cür bağça ilə qarşılaşanda ruhunda yaranan təsir də qavrayışına əsasən daha ətraflı və güclü olur.  Halbuki bağçasını sadəcə sakit istirahət məkanı kimi görən və düşünərək özünü yormaq istəməyən bir insanın bağçadan bu qədər çox zövq almağın mümkün olduğundan heç xəbəri də yoxdur. Onun  bu nemətdən aldığı həzz çox səthi, boş və dayaz olur. 
 
Bu vəziyyət dünyadakı bütün nemətlər üçün etibarlıdır. Yaxşı insandan, gözəl bir mənzərədən, çox gözəl bəzədilmiş sənət əsərindən, gözəl musiqidən, təsirli dizayndan, sevimli heyvandan, qidalardakı bənzərsiz dadlardan, göz oxşayan, ehtişamlı süfrədən alınan zövqlər də insanların düşüncə gücü ilə birbaşa əlaqədardır. 
 
İnsanlar mənəvi nemətlərdən də fərqli həzz alırlar. Sevgidən, hörmətdən, vəfa və sədaqət duyğularından, şəfqətdən, mərhəmətdən, dostluqdan, sirdaşlıqdan, insanın sevdiyi üçün səbir etməsindən, sevdiyinin fədakarlığından, bağlılığından, xoş rəftarından, təvazökarlığından, bağışlamasından, dürüstlüyündən, qarşı tərəfi dəstəkləməsindən, güvənməsindən qaynaqlanan çox güclü hisslər vardır. Lakin  səthi düşünən insanlar bu duyğuları vərdiş kimi dəyərləndirir və bunların ruhda meydana gətirdiyi güclü həyəcanın mövcud olduğunu belə dərk etmirlər. Hətta bu cür səbirli, dözümlü, mərhəmətli, fədakar bir insanla qarşılaşanda bu insanın varlığından eqoistcəsinə öz mənfəətləri üçün istifadə etməyə çalışırlar. 
 
Halbuki ağlından istifadə edən, düşünərək insanların sahib olduğu bu xüsusiyyətlərindəki dərinliyi, gözəlliyi və dəyəri qavraya bilən insanlar dostlarındakı bu vəsflərin hər birini Allah’ın çox böyük lütfü olaraq görürlər. Bu cür xüsusiyyətlər ilə hər dəfə qarşılaşanda bu nemətlərin sevinc və həyəcanını yaşayırlar. 
 
Əgər burada yazılanlardan tamamilə xəbərsiz olan bir insan bu yazını oxuyursa, o zaman mütləq özünə bu sualları verməlidir: “Görəsən, bu dünyadakı hər nemətdən ən çox zövqü alırammı? Mənim xəbərim olmayan həzzlər, heç yaşamadığım güclü duyğular, dərin zövqlər varmı? Üzərindən ötüb keçdiyim və həyatımda olduğu halda, hiss etmədiyim gözəlliklər varmı? Məni sanki tamamilə başqa bir dünyada yaşadacaq fərqli düşüncə ilə həyata baxsam, nə itirərəm və ya nə qazanaram? Yaxud səthi düşünərək, özümü yormadan, hər şeyə səthi baxaraq yaşamaq mənə nə qazandırdı? Sahib olduğum nemətlərdən heç dadmadığım zövqlər ala biləcəyəmsə, niyə bunu qazanmaq üçün cəhd etməyim?”
 
İnsanın maddi və ya mənəvi nemətlərdən maksimum həzz alması ancaq imanla mümkündür. İman gətirən insan düşünən insan deməkdir. Hər an, hər yerdə qarşılaşdığı hər bir mövzunu düşünərək, vicdanla və ağılla dəyərləndirər. Hər gözəlliyin, hər nemətin haqqını vermək üçün cəhd edər. Allah da iman gətirən insanın bu səmimi cəhdinə görə ona həyatının hər mərhələsində dərin həzzlər yaşadar. Bu insanlara görə, sevmək, sevilmək, dost olmaq, sirdaş olmaq, hörmət etmək, qarşılıqlı etibar hissi, Allah’ın insanlar üçün yaratdığı gözəlliklərdən, dünya həyatının hər cür nemətindən istifadə etmək sonuna çatılması mümkün olmayan xəzinə kimi dərin həzzlərlə doludur. Allah’ın iman gətirənlərin ruhlarında yaratdığı bu həyəcan və duyğularda yaşanan dərinlik digər insanların nemətlərdən aldıqları zövqlərlə müqayisə edilməyəcək qədər bənzərsizdir.
 
Allah’ın Quranda “dünya həyatına razı olan və bununla kifayətlənən”lər olaraq xəbər verdiyi bu insanlar isə imanda gizlənən bütün gözəlliklərdən üz çevirib, imansızlığın gətirdiyi soyuq dünyaya, ruhsuz həyata səthi, boş və dayaz baxaraq yaşamağa razı olmuşdurlar.
 

Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb, onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanlar... (“Yunus” surəsi, 7)

 
Halbuki Allah bu nemətlərin qapısını hər insan üçün sonuna qədər açmışdır. Allah’ın sonsuz rəhmətini istəyərək, ağlından, vicdanından ən yaxşı səkildə istifadə edən hər kəs üçün dünyada bənzərsiz nemətlər var. Allah axirətdə də bu qulları üçün dünyadakılarla müqayisə edilməyəcək dərəcədə gözəlliklər yaradacaq. Cənnət nemətlərindən alınan həzzi, həyəcan və xoşbəxtliyi insan ağlının qavraması mümkün deyil.
]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/155366/səthi-və-dayaz-dusunən-insanlarhttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/155366/səthi-və-dayaz-dusunən-insanlarhttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/31164_SATHI_VE_YUZEYSEL_DUSUNEREK_YASAYAN_INSANLAR_HABERDAR_OLMADIKLARI_NIMETLERDEN_MAHRUM_KALDIKLARINI_BILIYORLAR_MI.jpgSun, 23 Dec 2012 21:33:06 +0200
Qəsdən etməmək çox mühümdür, bu vəziyyətdə əsəbiləşməyib, xoş rəftar göstərmək lazımdır... İnsanların çoxu ətraflarındakı insanların bir səhvini və ya çatışmazlığını gördükləri zaman refleks olaraq əsəbiləşirlər. Mövzunu ətraflı araşdırmaq əvəzinə, maraqlanmadan qarşı tərəfi haqsız hesab edirlər. Balaca uşaq istəmədən bir qabı sındıranda da böyüklər günahı uşaqda görüb, onu danlamağa başlayırlar. Yetkin bir insan səhv edəndə isə bu insana əsəbiləşməkdə özlərini haqlı sayırlar. Halbuki səhv edən insanın içində olduğu şərait araşdırılsa, çox vaxt bu səhvi qəsdən etmədiyi məlum olar. Nə qədər böyük səhv etsə də, qəsdən etməməsi ona əsəbiləşməmək üçün mühüm səbəbdir.
 
Əlbəttə, səhvlər xatırladılmalı və düzəldilməyə çalışılmalıdır. Əgər insanın bu səhvi ehtiyatsızlığından, düşüncəsizliyindən, iradəsizliyindən, məsuliyyətsiz davranmasından və ya əhəmiyyət verməməsindən qaynaqlanırsa, bir daha təkrarlanmaması üçün bu mövzuda bütün tədbirlər görülməlidir. Ancaq bu həqiqətlər heç vaxt unudulmamalıdır:
 
- Əvvəla, bir insana səhv etdirən Allah’dır. Allah dilədiyi üçün o insan səhv hərəkət edir. O insan həmin an qədərində təqdir edilənə tabedir. Bu, kimliyindən asılı olmayaraq, səhv qarşısında əsəbiləşməmək üçün kifayətdir.
 
- İkincisi, Allah insanı səhv edəcək şəkildə yaratmışdır. Bunu unudub görməməzlikdən gəlmək doğru olmaz. Əlbəttə, hər insan həyatında mütləq kiçik və ya böyük bir çox səhvlər edəcəkdir. İnsan nə qədər tədbirli davransa da, nə qədər iradə göstərsə də, Allah’ın təqdir etdiyi reallığın qarşısını ala bilməz. Buna görə də, səhv edən insana əsəbiləşməmək vacibdir.
 
- Üçüncüsü, birində səhv gördüyü zaman əsəbiləşən insan özünün də tez-tez səhv etdiyini unutmamalıdır. Onun səhvləri də başqalarını narahat edir. Ancaq insan heç vaxt ona kiminsə əsəbiləşməsini istəmir. Əgər insan özünə qarşı belə rəftar edilməsini istəmirsə, özünü incidən, narahat edən davranışı başqalarına qarşı da etməməlidir. Özü belə vəziyyətdə olanda səbəblərinin olduğunu düşünür və ətrafındakıların ona şəfqətlə, sevgi və anlayışla yanaşmalarını istəyirsə, o da başqalarına eyni münasibəti göstərməlidir.
 
- Dördüncüsü, Allah insana bağışlamağı, mülayim, şəfqətli və mərhəmətli olmağı əmr etmişdir. Deməli, həyatda hər insanın qarşısına bu əxlaqı göstərməli olduğu insanlar və hadisələr çıxacaq. Əgər insanın ətrafındakı hər kəs mükəmməl və qüsursuz olsaydı, onun bu əxlaqı göstərmək kimi bir məsuliyyəti də olmazdı. Lakin  Allah insanları qüsurlu yaratmış və bir-birlərinə qarşı bu əxlaqı göstərərək bir-birlərinin qüsurlarını örtmələrini əmr etmişdir.
 
İndiyə qədər sadaladıqlarımız səhv edən insana qarşı göstərilməli olan əxlaqi xüsusiyyətlərdir. Digər tərəfdən, səhv edən, ancaq bunu qəsdən və pis niyyətlə etməyən insanı dəyərləndirən zaman bəzi həqiqətlər unudulmamalıdır.
 
Bir səhvi səhv olduğunu bilə-bilə, qəsdən etmək Quran əxlaqına uyğun olmayan və Allah’ın bəyənmədiyi bir əxlaqdır. Əgər insan vicdanının ona doğrunu göstərməsinə baxmayaraq, şüurlu şəkildə yanlış qərar verirsə, bu, Allah qatında o insana çox böyük məsuliyyət yükləyən bir davranışdır. Belə bir vəziyyətdə insanlar bu şəxsə acıqlanmasalar belə, Allah bu əxlaqın əvəzini ona verəcək. Ancaq, əlbəttə, möminlər də Allah’ın bəyənmədiyi bir davranışa qarşı “Qurani büğz hissi” keçirərlər. Bu da onların imanlarını və Quran əxlaqını yaşadıqlarını göstərər.
 
- Əgər insan düşünmədiyi, ağlına gəlmədiyi, unutduğu üçün və ya təcrübəsizliyindən, məlumatsızlığından, anlaşılmazlıqdan səhv edərsə, bu halda o  insana şəfqətlə, mərhəmətlə və gözəl əxlaqla doğrunu göstərmək lazımdır.
 
- İnsan səhv edirsə, lakin bu vəziyyətə aydınlıq gətirmək istəyirsə, bu insanı dinləmədən haqqında tez qərar vermək və acıqlanmaq doğru olmaz. Göstərdiyi səbəblər bu insanın səhvinin bağışlanması üçün vacib ola bilər. Bu vəziyyətdə insanın sırf nəfsi təşfiq etdiyi üçün ürəyində həmin insana acıqlanması Quran əxlaqına uyğun olmaz.
 
- Eyni zamanda, insan qarşısındakı şəxsin sözlərinə əsasən bir qənaətə gələ bilər. Ancaq, əlbəttə ki, qəlbində həqiqətən qəsd olub-olmadığını bilməz. Bu vəziyyətdə də insan Quran əxlaqına uyğun düşünməli, hüsnü-zənn etməlidir. Çünki mömin üçün əsas olan qarşı tərəfin sözü və hərəkətləridir. İnsanların qəlbində olanı isə yalnız Allah bilir. Buna görə də, əgər mömin qarşısındakı insanın səhvinə görə açıqladığı səbəblərdə səmimiyyət və haqlılıq görürsə, ona mütləq etimad göstərməlidir. Bunun nəticəsində də, qəsdən edilməyən səhv olanda o insanı bağışlamaq və mərhəmətlə yanaşmaq lazımdır. Mömin bu vəziyyətə acıqlanmaqdan Allah’a sığınmalıdır.
 
Lakin hər səhv kimi qəsdən edilməyən yanlış bir hərəkətin də səbəb olacağı maddi-mənəvi zərərlər vardır. Mömin bu vəziyyətdə diqqətini həmin mövzuya yönəltməlidir. Əgər bir insan, qəsdən olmasa da, istəməyərək ətrafına zərər verən bir hərəkət edirsə, mömin bu vəziyyətdə tədbir görməlidir. Bu insanın düşünməməsi, ağlına gəlməməsi, unutması, səhv anlaması kimi halların bir daha yaranmaması üçün lazım olan bütün tədbirlər görülməlidir. Buna baxmayaraq, həmin insan yenə də eyni xarakterdə qalırsa,  yaranan təxribatın qarşısını almaq üçün bu insanla daha təmkinli davranmaq lazımdır. Ancaq bu təmkinin səbəbi sadəcə Allah rizası olmalıdır. Mömin bu insanın etdiyi səhvlər ilə ətrafına zərər verməsinin qarşısını almaq üçün (Allah rizası üçün) təmkinli və tədbirli davranar. Ancaq bu acıqla göstərilən bir münasibət olmaz. Müsəlman istəmədən səhv edən insanın acizliyini gördüyü üçün ona qarşı şəfqətlə və qoruma hissi ilə yanaşar.
 
Həm şəfqət göstərmək, həm də tədbirli davranaraq zərərin qarşısını almaq mömin üçün Quranın verdiyi məsuliyyətdir. Mömin bu əxlaqı, həyatının hər anında göstərdiyi bütün hərəkətlər kimi, ibadət olaraq yerinə yetirər.
]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/155236/qəsdən-etməmək-cox-muhumdur-buhttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/155236/qəsdən-etməmək-cox-muhumdur-buhttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/30742_KASTEN_YAPMAMAK_ONEMLI_BIR_MAZERETTIR;_BOYLE_BIR_DURUMDA_KIZGINLIGA_KAPILMAK_DEGIL_HOSGORUYLE_YAKLASMAK_ESASTIR.jpgThu, 20 Dec 2012 01:00:46 +0200
Danışarkən mövzuları uzatmaq vərdişindən qurtulmaq insan üçün böyük zaman qazancıdır... İnsanlar arasında geniş yayılmış xüsusiyyətlərdən biri də lazımsız yerə uzadılan və hikməti olmayan söhbətlərdir. Bəzi insanlar gün ərzində, demək olar ki, qarşılaşdıqları hər mövzu haqqında (hər hansı bir məqsəd olmadan) ətraflı analizlər aparmağı və bu mövzular üzərində uzun-uzadı danışmağı sevirlər. Bir neçə cümlə ilə həll edilə bilən mövzunu qəsdən uzadırlar. Bu, xüsusilə, cahiliyyə insanlarında  nəzərə çarpan bir vərdişdir. Ancaq cahiliyyə insanlarının dünya həyatına, ölümə, axirətə olan baxışları fərqli olduğu üçün onlar bu vərdişi zərərli görməzlər. Maddi mənfəət əldə etmək, rütbə və vəzifə qazanmaq kimi dünyəvi idealları xaricində təqdirəlayiq və dəyərli bir hədəfləri olmaz. Bu səbəbdən, həyatlarının çox hissəsini başlarını qatmaqla və ya öz sözləri ilə desək, “vaxt öldürməklə” keçirərlər. Başqa sözlə, boş söhbətlərdə iştirak etmək onları narahat etməz. Çünki bu insanların axtardıqları da elə “vaxt keçirməkdir”.
 
Möminlərin həyatı isə çox fərqlidir. İman gətirən bir insanın həyatının hər anında edəcəyi çox iş vardır. Mömin çox yüksək hədəflərə sahib olan insandır. Müsəlman dünyada özünə verilən məhdud vaxta xeyirli söz, davranış və fəaliyyətin ən çoxunu  sığdırmağa çalışar. Yuxu, yemək, fiziki təmizlik kimi zəruri ehtiyaclarına vicdani qənaətinə görə, ən az vaxt sərf edərək, həyatının digər hissəsini Allah’ın razılığını qazana biləcəyi fəaliyyətlərə ayırar. Buna görə də, möminin boş vaxtı olmaz. Allah Quranda möminin bu mövzudakı ölçüsünün necə olduğunu belə bildirir:
 
(İşlərini) qurtaran kimi qalx (dua et, Allah yolunda) çalış.(“Şərh” surəsi, 7)
 
Buna görə də, müsəlman bir mövzudan bəhs edərkən mövzunu ən qısa və ən hikmətli şəkildə həll etməyə çalışar. O mövzu həll edildikdən sonra sırf vaxt keçirmək üçün lazımsız detallarla, məqsədi olmayan izahlarla və ya təkrarlarla məsələni uzatmaz.
 
Bəzi cahiliyyə insanları içlərindəki məqsədsiz vaxt keçirmə arzusu səbəbindən açılan hər mövzu haqqında özlərinə heç bir fayda verməyən detalları araşdırırlar. Sadəcə nəticəsi vacib olan və çoxdan olub-bitmiş bir hadisənin anbaan necə baş verdiyini qarşı tərəfə danışdırırlar. Əvvəllər dəfələrlə dinlədikləri bir mövzunu sanki ilk dəfə öyrənirmiş kimi bu insana təkrar-təkrar danışdırırlar. Qarşı tərəf də eyni hadisələri bütün detalları ilə yenidən söyləməkdə heç bir qüsur görmür. Bəzən qəzetdə oxuduqları və ya televizorda seyr etdikləri bir hadisə barədə, heç bir məlumatları olmamasına və onları maraqlandırmamasına baxmayaraq, “birdən belə olsa idi, necə olardı? Belə olarsa necə olar, elə olarsa necə olar?” kimi suallarla uzun müddət mübahisə edirlər. Özləri ilə heç bir əlaqəsi olmayan bir xəbəri tamamilə sahiblənir və o mövzu haqqında getdikləri hər yerdə, gördükləri hər insanla danışırlar. Onlara bir sual veriləndə o suala birbaşa cavab vermək əvəzinə, əvvəlcə müxtəlif girişlər ilə əlavə mövzulardan bəhs edirlər. O nəticə meydana gələnə qədər hansı mərhələlər yaşandığını da dedikdən sonra, nəhayət, qarşı tərəfin gözlədiyi məlumatı verirlər. Yaşadıqları mühüm bir hadisəni bir-birlərinə danışarkən  mövzunun birbaşa əsas hissələrindən bəhs etmək əvəzinə, cümlə-cümlə o anda olan qarşılıqlı söhbətləri də bir-bir sayırlar.
 
Bu cür boş danışıqlarla yanaşı, əlbəttə, bu insanların özləri üçün vacib olan mövzular da vardır. Ancaq böyük ideallarının olmaması və mövzuları lazımsız yerə uzatmaq vərdişi ucbatından vacib mövzularda da əsas məqsəddən uzaqlaşaraq  yenidən boş söhbətlərə dalırlar.
 
Allah’a, axirətə, hesab gününə iman gətirən bir insanın bu mövzudakı davranışı isə, əlbəttə ki, çox fərqlidir. Lakin bu vərdişin cəmiyyətin, demək olar ki, hər təbəqəsində geniş şəkildə yayılması və nəfsin insanı boş işlərə sürükləməyə cəhd etməsi səbəbindən mömin bu mövzuda çox diqqətli olmalıdır.
 
İnsan bəzən yanılaraq bir mövzunun bütün detallarının həqiqətən çox vacib  olduğunu və bunları qarşı tərəfin mütləq bilməli olduğunu düşünə bilər. Yaxud  bilmədən bir söhbət mühitində mövzuları lazımsız yerə uzada bilər. Nəfs və şeytan insanı əsas mövzudan uzaqlaşdırıb, detallarda boğmaq istəyə bilər. Söhbətin məqsədindən uzaqlaşması, vaxtını boş keçirməsi üçün insanın diqqətini dağıda bilər. Xeyirli bir məqsəd üçün danışılan bir mövzunu məqsədindən uzaqlaşdırıb dedi-qodu mühiti yaratmaq istəyə bilər. Mömin şeytandan və ya nəfsindən gələn  bu cür yönləndirmələrə qarşı çox diqqətli olmalıdır. İman gətirən bir insan üçün həm özünün, həm də qarşısındakı insanın vaxtı çox mühüm və dəyərlidir.  Hər hansı bir mövzuda lazımsız yerə əlavə edilən bir hikmətsiz cümlə də möminin dəyərli vaxtını ala bilər. Müsəlman bu zamanı boş danışıqlarla keçirmək əvəzinə  ağlını, vicdanını çox xeyirli bir düşüncə, söz və ya davranış üçün istifadə edə bilər.
 
Bu səbəbdən, möminlərin mövzuları lazımsız yerə uzatmamaları, hikmətsiz və məqsədsiz təkrarlarla vaxt itirməmələri, boş sözlərə qapılmamaları çox vacibdir. Hər mövzunu ən qısa və ən ağıllı şəkildə həll etmək əsasdır. Mömin bu yüksək ağıla və vicdana sahib olan insandır.
 
Hər davranış, hər düşüncə kimi hər söz də hesab günü insanın önünə çıxarılacaq. Deyilən hər faydalı və hikmətli söz insanı axirətdə qazanclı edəcək, Allah’ın razılığını, cənnətini və rəhmətini qazanmasına vəsilə olacaq.
 
Allah Quranda möminin bu mövzuda göstərəcəyi əxlaqı belə bildirir:
 
Onlar boş bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. (Hərə öz əməlinə cavabdehdir) Sizə salam olsun. Biz cahilləri istəmirik” deyirlər.(“Qəsəs” surəsi, 55)
O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları zaman  onlardan üz çevirib vüqarla keçər.(“Furqan” surəsi, 72)
]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/155235/danisarkən-movzulari-uzatmaq-vərdisindən-qurtulmaqhttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/155235/danisarkən-movzulari-uzatmaq-vərdisindən-qurtulmaqhttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/30289_KONUSULAN_KONULARI_UZATMA_ALISKANLIGINDAN_KURTULMAK_INSAN_ICIN_BUYUK_BIR_ZAMAN_KAZANCIDIR.jpgThu, 20 Dec 2012 00:59:20 +0200
"Gizli çirklərə" və "zəncirvari çirklənməyə" qarşı təmizlik tədbirləri Çirkin insanlara verə biləcəyi zərəri və sıxıntıları başa düşən hər insana görə təmizlik çox əhəmiyyətlidir. Buna baxmayaraq, hər bir insanın özünəməxsus təmizlik anlayışı var. Buna görə də, imkanlarının olub-olmamasından asılı olmayaraq, bu insanlar sadəcə öz anlayışları çərçivəsində təmizlik edərlər.
 
Lakin insanın həyatındakı hər şey kimi, təmizlik də ancaq ağılla qavraya biləcəyi və tətbiq edəcəyi bir işdir. İnsan sadəcə ağlına, vicdanına və diqqətinə əsasən nəyin təmiz, nəyin çirkli olduğunu anlaya bilər. Eynilə, insanın çirkdən narahat olub-olmaması da ağıldan və vicdandan qaynaqlanır.
 
Belə ki, dərin düşünməyən, ağlını, vicdanını dinləməyən və diqqətsiz insanın təmiz dediyi bir şey ağıllı, vicdanlı və diqqətli insana görə çox çirkli ola bilər. Bu isə  insanların ağılla, vicdanla düşündükdə çox geniş və dərin təmizlik anlayışına yiyələnə biləcəklərini göstərir.
 
Bundan başqa, təmizlik haqqında bilinməyən bir çox cəhətlər var. Bunlardan biri açıq, biri isə gizli çirklilikdir. Məsələn, hamı bilir ki, yerə zibil töküləndə onu təmizləmək lazımdır. Ancaq bəzi çirklər var ki, gözlə görünmür. Lakin təmiz olduğu düşünülən yerlər, bəlkə də, çirkli görünən yerlərdən daha natəmizdir. Ağıllı, vicdanlı və diqqqətli bir insan görünməyən çirklərin də olduğunu bilər, bunlardan narahat olar və bunlara qarşı ciddi tədbirlər görər.
 
Təmizlik barəsində insanların diqqət etməli olduqları digər xüsusiyyət isə gigiyenadır. Məsələn, evin çöl qapısı tozlu və ya palçıqlı olmaya bilər. Baxanda çox təmiz, cilalı və parlaq görünə bilər. Halbuki hər gün təmizlik anlayışları fərqli olan minlərlə insanın çöl qapısına əl vurub, bu çirki evin təmiz yerlərinə yayması düzgün deyil.
 
Bundan başqa, xüsusi təmizlik adlandırdığımız təmizlik anlayışı var. İnsanların bəziləri çirklərə xüsusi əhəmiyyət vermirlər. Xüsusi təmizlik deyəndə, sadəcə künc-bucaqdakı tozları almaq nəzərdə tutulmur.
 
Bəzi insanların təmizlik haqqında bilmədikləri mövzulardan biri də zəncirvari çirkdir. İnsan çirkli bir yerə toxunandan sonra bu çirki başqa yerlərə yaymadan əvvəl əllərini yumalıdır. Ancaq laqeydlik etsə, həmin çirk evin başqa yerlərinə də yayılacaq. Məsələn, çox çirkli bir yerdən gəlib, həmin paltarlarla evin müxtəlif yerlərində oturanda zəncirvari çirklilik yaranır.
 
Dünyanın bir çox yerlərində təmizliyə əhəmiyyət verməyən, natəmizlikdən narahat olmayan xeyli insan var. Bu barədə heç düşünməyən insanlar görünməyən çirklərə etinasız yanaşırlar. Həmçinin, təmiz olmaqdan, təmiz yerlərdə, təmiz əşyalarla yaşamaqdan heç zövq almırlar. Bir sözlə, onların təmizlik barədə tələbləri yoxdur. Onlar üçün bu mövzu beyini yoran bir mövzudur. Əsas olan həyatlarına davam etmələridir. Ancaq həyatlarını hansı şərtlərlə davam etdirdikləri onlar üçün vacib deyil. Lakin çox maraqlıdır ki, əllərində imkan olan insanlar üçün də bu vəziyyət dəyişməzdir. Bəzən dünyanın ən varlı, ən imkanlı insanı da əlindəki imkanlarla çox təmiz şəraitdə yaşaya biləcəyi halda, bu nemətə qarşı məsuliyyətsiz yanaşır.
 
Bu vəziyyətin bir açıqlaması var, o da təmizliyin iman əlaməti olmasıdır. Təmizlik Allah’ın iman gətirənlərə bildirdiyi əmrdir. Allah möminləri ruhən  təmizlikdən, təmiz nemətlərdən, təmiz yerlərdən və təmiz həyatdan zövq alacaq şəkildə yaratmışdır. İnsanlardakı ağıl, vicdan və diqqətin də imanla birlikdə inkişaf etməsi müsəlmanların bu mövzuda həssas anlayış qazanmalarına vəsilə olur.
 
İmandan qaynaqlanan təmizlik anlayışı möminlər üçün vaxt itkisi deyil, əksinə, ibadətdir. Eyni zamanda, dünya həyatının çox gözəl nemətidir. Allah’ın insanlara təmizlənmələri üçün su, sabun kimi imkanlar yaratması, inkişaf edən texnologiya ilə təmizliyin keyfiyyətini daha da artıran müxtəlif elektron cihazların geniş yayılması Allah’ın möminlərin üzərindəki çox böyük rəhmətidir.
]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/154587/gizli-cirklərə-və-zəncirvari-cirklənməyəhttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/154587/gizli-cirklərə-və-zəncirvari-cirklənməyəhttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/32114_GIZLI_KIRLERE__VE__ZINCIRLEME_KIRLENME_YE_KARSI_ALINMASI_GEREKEN_TEMIZLIK_ONLEMLERI.jpgFri, 07 Dec 2012 02:08:54 +0200
Həqiqi sevgi ancaq hörmətlə yaşana bilər Sevgi hər bir insanın istədiyi, Allah’ın çox böyük nemətidir. Əxlaqından, şəxsiyyətindən, inancından, mədəniyyətindən, həyat tərzindən asılı olmayaraq, bütün insanlar ətrafındakı insanlarda sevgini axtarırlar.
 
Lakin sevgiyə dəyər verən insanların çox az qismi bilir ki, hörmət də sevgi qədər mühümdür. Sevgi nə qədər gözəl nemət olsa da, hörmət olmadan bu hiss tam mənada və daim yaşana bilməz. Bir insana duyulan sevginin həqiqi sevgi olması üçün bu insana hörmət etmək vacibdir.
 
İnsan həyatda çox şeyi sevə bilər. Pişiklərə, itlərə, çiçəklərə, yeməklərə, evlərə, maşınlara və bir çox şeylərə qarşı coşğun sevgi bəsləyə bilər. Ancaq bunlar bir insana qarşı duyulan sevginin dərinliyinin və bu dərinliyin insanın ruhunda yaratdığı gözəlliyin həzzi ilə müqayisə edilə bilməz.
 
Allah insanı digər varlıqlardan fərqli olaraq ruh ilə yaratmışdır. Buna görə də, hər bir insan ruhundakı zənginliklə qarşı tərəfdə müxtəlif təsir meydana gətirir. Hər bir insan ruhunun gözəlliyi nisbətində sevgini yaşayır. Onda nə qədər çox seviləcək və hörmət ediləcək xüsusiyyət varsa, insanlar onu bu nisbətdə sevirlər. Eyni şəkildə, öz ruhunda sevilib hörmət ediləcək xüsusiyyətlərə qarşı nə qədər həssaslıq varsa, insanlardakı gözəllikləri də o nisbətdə görüb, onları o nisbətdə sevə və hörmət edə bilər.
 
İnsan dünyadakı bütün varlıqlara qarşı sevgi bəsləyə bilər, amma dərin sevgini və ondan qaynaqlanan hörməti ancaq ruh sahibi olan insana duya bilər.
 
Sevilən insana verilən dəyərin ifadəsi hörmətdir. O, insana nə qədər dəyər və  əhəmiyyət verildiyinin sübutudur. İnsanlar həyatları boyu bir çox insanlara müxtəlif cəhətdən sevgi və heyranlıq duya bilərlər. Amma bunların çoxu müvəqqətidir. Məsələn, bir insan iş yerindəki yoldaşını dost kimi görər və müəyyən nisbətdə sevgi bəsləyə bilər. Yaxud eyni məhəllədə yaşayan qonşusu ilə də dostluq edər və onu müəyyən dərəcədə sevər. Amma çox hörmət etdiyi, dəyər və əhəmiyyət verdiyi bir insana bəslədiyi sevgi tamamilə fərqlidir. Bu cür sevgidə çox böyük bir hörmət var. Sarsılmaz sədaqət var. Ölənə qədər davam edən bir sirdaşlıq var. O insana qarşı güclü etibar var. Bu sevgini yaşayan insan qarşısındakı insanı ona zərər verə bilən bütün şeylərdən qoruyar. Allah rizası üçün ona qarşı diqqətli olar. Ən çətin vəziyyətdə olsa belə, hər zaman onu qoruyub mühafizə edər. Allah rizası üçün heç düşünmədən öz nəfsini əzib, üstünlüyü o insana verər.
 
Ancaq, əlbəttə ki, bu hörmət insanlar arasında rəsmiyyət və uzaqlıqdan  qaynaqlanan  bir hörmət deyil. Bu hörmət anlayışında insanlar bir-birləri ilə çox səmimi və yaxın olurlar. Eyni zamanda da, qarşılıqlı olaraq bir-birlərinə ciddi şəkildə dəyər verdikləri üçün atdıqları hər addımı, söylədikləri hər sözü, hər hərəkətlərini düşünürlər. Buna görə də, bu hörmət anlayışı insanların sevgidəki coşğularını, dərinliklərini, yaxınlıqlarını və bir-birlərinə olan etibarlarını artıran gözəllik şəklində olur.
 
Bu mövzu üzərində də düşünmək vacibdir: “Bir insana sevgi ilə yanaşı hörmət edilməsə, nə olar?”
 
Bu sualın cavabı hörmətin nə üçün bu qədər əhəmiyyətli və lazımlı olduğunu açıqlayır.
 
Hörmət olmasa, insan qarşısındakı insanı çox sevməsinə baxmayaraq, hər hansı bir vəziyyət qarşısında öz nəfsini ondan üstün tutar. Öz qürurunu və etibarını qorumaq üçün onu asanlıqla gözardı edər. Öz düşüncələrini, qərarlarını, həyata baxışını onunkundan üstün tutar. Özü ona inanmaqdansa, onun özünə inanmasını gözləyər. Özü o insanın fikirlərini qəbul etməkdənsə, onun özünün fikirlərini qəbul etməsini istəyər. Özü ona haqq verməkdənsə, qarşısındakının həmişə və mütləq özünə haqq verməli olduğuna inanar. Özü səbirli, mülayim, anlayışlı olmaqdansa, bunları həmişə qarşı tərəfdən gözləyər. Hər zaman öz rahatlığının və istəklərinin öndə gəlməsini istəyər. “Onsuz da, sevirəm, o da bunu bilir”, - deyə düşünərək  qarşısındakı insanla öz istədiyi kimi rəftar etməkdən çəkinməz. Bir sözlə, o insana dəyər verdiyini bütün hərəkətlərində göstərməkdənsə, bütün bunları qarşı tərəfdən gözləyər.
 
Halbuki insanlar arasındakı sevgi çox güclü olsa belə, hörmət olmasa, qısa zamanda bu sevgi tükənər. Bu insanlar sevgini yaşaya biləcəkləri halda, onu öz əlləri ilə məhv edərlər. Bunun nəticəsində də, insanlar bir-birlərinə sadəcə dözməyə başlayar, bir müddətdən sonra aralarındakı dostluğu itirərlər.
 
Sevgi Allah’ın insanlar üçün yaratdığı, nəfsin həm dünyada, həm də axirətdə xoşuna gələn nemətlərdən sadəcə biridir. Sevgini axtaran və bunu ən gözəl şəkildə yaşamaq istəyən hər insan hörmətin də əhəmiyyətini başa düşməlidir. Hörmət olmadan dostluq, yoldaşlıq, sirdaşlıq, sədaqət, etibar kimi xüsusiyyətlərdən bəhs etmək olmaz. Bu cür sevgi və hörməti insanlara qazandıran xüsusiyyət isə sadəcə imandır. Güclü Allah sevgisi, Allah qorxusu Quran əxlaqını yaşamaqdakı qətiyyət insanların bir-birlərinə həqiqi sevgi və hörmət bəsləmələrinə səbəb olar. İman olmadan insanların bir-birlərinə göstərəcəkləri hörmət və sevgi sadəcə fiziki xüsusiyyətlərinə, maddi imkanlarına və dünyəvi mövqelərinə əsaslanar. Bunlardan hər hansı birində əskiklik olsa, sevgi və hörmət hissləri də aradan qalxar. İmandan qaynaqlanan sevgi və hörmətdə isə, Allah’ın izni ilə, insanların həyatlarının sonuna qədər davam edəcək bir nemətin qapısı açılar.
 
Allah Quranda sevgi nemətini iman gətirənlər üçün yaratdığını bu cür açıqlayır:
 
İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq. (“Məryəm” surəsi, 96)
]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/154586/həqiqi-sevgi-ancaq-hormətlə-yasanahttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/154586/həqiqi-sevgi-ancaq-hormətlə-yasanahttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/29297_GERCEK_SEVGI_ANCAK_SAYGI_ILE_YASANABILIR.jpgFri, 07 Dec 2012 02:07:03 +0200
Allah'dan nemət istəyərkən o neməti təqdir edən əxlaqı da istəmək lazımdır Hətta dünyada ən çətin şəraitdə yaşayan insan da saymaqla bitməyəcək qədər çox nemətə malikdir. Ancaq bir çox insanlar bu nemətləri görməkdənsə, çatışmazlıqları görməyə meyil edirlər. Onları əhatə edən yüzlərlə gözəlliyi unudub sahib olmadıqları nemətlərə görə kədərlənirlər. Çox pis vəziyyətdə olduqlarını və dünyadakı gözəlliklərdən məhrum qaldıqlarını düşünürlər. Bütün həyatlarını bu çatışmazlıqları və nemətlərdən məhrum qaldıqlarını düşünərək keçirirlər. Onlar  bütün diqqətlərini bunlara yönəldərkən, əslində, hər an özləri üçün nə qədər nemət yaradıldığını bilmirlər.
 
Əlbəttə ki, dünyadakı hər insan eyni şəraitdə yaşamır. Birində olan nemət  digərində olmaya bilər. Biri ağır xəstə ikən, digəri sağlam ola bilər. Biri çox varlı ikən, digəri çox kasıb ola bilər. Bir-biri ilə müqayisə edildiyi zaman insanların sahib olduqları nemətlər çox fərqlidir. Bütün bunlarda hamı üçün böyük xeyir və hikmətlər var. Ancaq bunları nəzərə almasaq da, insanların sahib olduqları nemətlər o qədər çoxdur ki, insan Allah’ın bu böyük lütfü sayəsində çox sevinməli və xoşbəxt olmalıdır. Uca Rəbbimiz insanlara bəxş etdiyi nemətləri saymaqla bitirə bilməyəcəklərini Quranda xəbər vermişdir:
 

Əgər Allah’ın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.(“Nəhl” surəsi, 18)

O, sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allah’ın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.(“İbrahim” surəsi, 34)

 
Bütün bu nemətlərin içərisində Allah’ın yaratdığı çox böyük bir sirr var. İnsan sahib olduğu gözəllikləri görməsə, Allah’ın onun üzərindəki lütfünü təqdir etməsə və sadəcə çatışmazlıqları düşünsə, xoşbəxt ola bilməz. Çünki Allah ona daha çox nemət nəsib etsə, hətta çatışmadığını düşündüyü nemətləri də istədiyi şəkildə versə, bu insan (sahib olduğu əxlaqa görə) yenə başqa çatışmazlıqlar görəcək və yenə əlindəkilər ilə qane olmaq əvəzinə, kədərlənəcək. Çünki bu insanın əsl çatışmazlığı sahib olmadığı nemətlər deyil, Allah’ın rəhmətini, sevgisini, lütfünü təqdir etməməkdir. Buna görə də dərin əxlaqa yiyələnmədikcə, bütün dünya nemətləri ona verilsə də, yenə nemətin sevincini yaşaya bilməyəcək.
 
Neməti təqdir edən, gördüyü hər gözəllikdə Allah’ın sevgisini hiss edən, Allah sevgisindən içi sevinclə coşan bir insan isə hətta dünyanın ən pis şəraitində yaşasa da, çox xoşbəxt olar. Yaşadığı bu xoşbəxtlik heç bir dünyəvi nemətlə müqayisə edilə bilməz. Bu insanın yaşadığı sevinc, rahatlıq heç vaxt tükənməz. Çox çətin vəziyyətdə və sıxıntı içərisində olsa da, sadəcə bir nemətin varlığının mənəvi həyəcanını ömrünün sonuna kimi yaşayar. Ona bu neməti bəxş etdiyi üçün Allah’a sevgi ilə, səmimi şəkildə, dərindən şükür edər. Sadəcə o nemətin varlığı ilə Allah’ın sevgisini, sonsuz lütfünü, rəhmətini, dostluğunu, yaxınlığını, qoruyuculuğunu hiss etməyin sevincini yaşayar. Ən çətin anlarda da  Allah’ın onunla birlikdə olduğunu, ona şah damarından daha yaxın olduğunu, səmimi olduğu müddət ərzində ona ən yaxın dost olduğunu və köməyini əsla əsirgəməyəcəyini bilməyin xoşbəxtliyini yaşayar. Sadəcə bu mənəvi həzzin varlığının belə dünyada özü üçün yaradılmış ən böyük nemətlərdən biri olduğunu düşünərək Allah’a dərindən və səmimi şəkildə şükür edər. 
 
Belə ki, insanı xoşbəxt edən nemətlər və ya nemətlərin çoxluğu deyil, neməti təqdir edən əxlaqıdır. İnsanın bu əxlaqı əldə etmədən nemətlərin varlığı ilə həqiqi mənada xoşbəxt olması mümkün deyil. Allah’ın Quranda “O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir” (“İbrahim” surəsi, 7) ayəsi ilə xəbər verdiyi sirr də elə budur. Nemətə şükür etmək neməti təqdir edən əxlaqı yaşamaqdır. Yoxsa iman gətirməyən bir insan da nemətə sevinə bilər. Ağlı zəif olan bir insana da hədiyyə verəndə sevinər. Amma bu sevinc düşünmədən əldə edilən, sadəcə sahib olunan maldan və mənfəət qazanmaqdan qaynaqlanan refleksdir. Həqiqi sevinc Allah sevgisi ilə, ağılla, iman şüuru ilə yaşanan sevincdir. Belə ki, mömin əlindəki nemətlər ilə bu sevinci yaşayıb-yaşamadığını nəzərdən keçirməlidir. Əgər insan nemətin sadəcə maddi sevincini yaşayırsa, deməli, düzəltməli olduğu çox böyük bir problemi var və həyatını təcili şəkildə nəzərdən keçirməlidir. Çünki bu, Allah’a layiqincə şükür etməmək, neməti haqqı ilə təqdir etməmək və nemətə nankorluq etmək mənasını verə bilər (doğrusunu Allah bilir). İnsan əlindəki saysız-hesabsız nemətlər ilə xoşbəxt olmayıb, sadəcə çatışmazlıqları görüb bunlara kədərlənirsə, bu nankorluğuna görə  Allah ona bu cür qarşılıq verə bilər. Allah Quranda bu haqda insanları xəbərdarlıq etmişdir: 
 

Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!(“Bəqərə” surəsi, 152)

... Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən.(“Şura” surəsi, 48)

Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı? “Səba” surəsi, 17)

Qoy ölsün (kafir) insan! O, necə də nankordur!(“Əbəsə” surəsi, 17)

Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur. Özü də bunun şahididir.(“Adiyat” surəsi, 6-7)

Onların bağışlanması üçün dua etsən də, etməsən də, onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allah’ı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları hidayət yoluna yönəltməz.(“Tövbə” surəsi, 80) 

 
Belə ki, insan gün ərzində ancaq müəyyən miqdarda yemək yeyə bilər. Gündə 3-4 qabdan çox yemək istəsə də, yeyə bilməz. Yüzlərlə paltarı olsa, daim dəyişdirsə, yenə gün ərzində ancaq müəyyən sayda paltar geyinə bilər. Yüzlərlə evi, maşını olsa, eyni anda bunlardan sadəcə birindən istifadə edə bilər. İstədiyi yerə tətilə getmək imkanı olsa, eyni anda sadəcə bir məkanda ola bilər. Heç yatmasa belə (bu qeyri-mümkündür) gün ərzində sadəcə 24 saat bu nemətlərdən faydalana bilər. İnsan dünya həyatında maddi nemətlərlə xoşbəxt olacaq şəkildə yaradılmamışdır.
 
Allah sevgisindən qaynaqlanan nemət sevinci isə hər an, hər şəraitdə və sonsuza qədər yaşanan böyük lütfdür. İnsanın ətrafında Allah sevgisinin nümunələrini görməsi bu əxlaqı yaşayan insan üçün çox böyük bir lütfdür. Çünki bu, böyük sevinc və xoşbəxtlik qaynağıdır. Ona görə də insan nemətin varlığını və ya çatışmazlığını deyil, bu əxlaqa yiyələnib-yiyələnmədiyini düşünməlidir.
]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/154536/allahdan-nemət-istəyərkən-o-nemətihttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/154536/allahdan-nemət-istəyərkən-o-nemətihttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/27807_ALLAH_TAN_BIR_NIMET_ISTERKEN_O_NIMETLERI_TAKDIR_EDEBILECEK_BIR_AHLAKI_DA_ALLAH_TAN_ISTEMEK_GEREKIR.jpgWed, 05 Dec 2012 12:44:19 +0200
“Ancaq bu şəraitdə bunu edə bilərəm” məntiqi yanlışdır. Mömin Allah’a güvənməli, gücü və nəticəni Allah’dan istəyərək əlindən gələn cəhdin ən çoxunu etməlidir İnsanın ağlına batmayan bir mövzu olanda nəfsi buna bəhanə tapır. Nəfsin əsas bəhanələrindən biri də “Əgər şərait olsaydı, mən də belə olardım” deməsidir. Bununla o, boynuna düşən vəzifəni yerinə yetirməməyinin səbəbini vəziyyətlə əlaqələndirib özünü müdafiə edir.
 
İnsan özünü bu bəhanəyə tam inandırır və həmişə istədiyi “o şəraitin” meydana gəlməsini gözləyir. Hədəfə yönəlib o mövzunu həll etmək əvəzinə, bütün diqqətini əvvəlcə öz istədiyi şəraitin yaranıb-yaranmadığına yönəldir. Bu səhv düşüncəsinin nəticəsində göstərməli olduğu cəhdi yerinə yetirmək üçün özündə güc tapa bilmir. Bu şəkildə aylarla, illərlə vaxtını itirir.
 
Şübhəsiz ki, bu, çox yanlış bir məntiqdir. Əvvəla, insanın ağlı çox məhduddur. İnsan bir mövzu barəsində çox məhdud dünyagörüşü ilə düşünür. Allah isə sonsuz ağıl sahibidir. Allah hadisələri hərtərəfli (gizlisi, aşkarı, əvvəli və axırı ilə), ən yaxşı şəkildə biləndir. Buna görə də Allah bir hadisəni müəyyən şərtlərlə yaradırsa, bunda çox böyük hikmətlər vardır. Çünki bu şərtlər sonsuz ağılın təcəllisidir. Deməli, insan təxirə saldığı cəhdi o ankı mövcud şəraitdə göstərməlidir. Allah bunda xeyir görür və insanı bu şəraitdə sınayır.
 
Bundan başqa, əgər şərtlər uyğun olmasa, Allah o şəxsdən o rəftarı göstərməsini onsuz da istəməz. Çünki Allah Quranda bir insana qüvvəsi çatdığından çoxunu yükləməyəcəyini bildirmişdir. Bu səbəbdən, insanın “Ancaq belə olsa, mən bunları edə bilərəm” şəklində düşünməsi tamamilə yanlışdır. Quranda bu həqiqət insanlara belə bildirilmişdir:
 
…İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. (“Əraf” surəsi, 42)
…Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Dərgahımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz. (“Müminun” surəsi, 62)
 
Eyni zamanda, insanın gözlədiyi şərtlər ona həqiqətən vacib görünsə belə, sırf buna görə etməli olduğu bir şeyi gələcək zamana saxlaması doğru deyil. Əgər Allah’ın razılığı insanın bir mövzuda səy göstərməsini tələb edirsə, o zaman möminin bunu təxirə salması vicdana uyğun olmaz.
 
Möminin xüsusiyyətlərindən biri də heç vaxt “şərtlər uyğun deyil” deyə səy göstərməkdən çəkinməməsidir. Məsələn, dünyadakı inkar edənlərin sayı və fəaliyyəti həddən artıq çoxdur. Amma mömin heç vaxt “Onsuz da vəziyyət belədir” deyərək İslam əxlaqını bütün dünyaya hakim etmək üçün cəhd etməkdə zəiflik göstərməz. Yaxud ətrafdakılardan təzyiq gördüyünə görə “hal-hazırda bunun üçün şərait uyğun deyil” deyərək insanlara Quran əxlaqını təbliğ etməkdən imtina etməz.
 
Bu məntiq möminin həyatındakı hər mövzu üçün etibarlıdır. İnsan gündəlik həyatda qarşısına çıxan bir mövzunu həll edərkən də, nəfsindəki bir pisliyi məğlub edərkən də“bəhanə tapmağın” və “o ankı şərtləri bəhanə göstərməyin” Qurana uyğun olmayacağını unutmamalıdır. Quranda insanın bəhanə irəli sürsə belə, əslində, hər şəraitdə nə etməli olduğunu bildiyi belə xəbər verilmişdir:
 

…Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir; üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da. (“Qiyamət” surəsi, 14-15)

 
Bu mühüm həqiqətlərlə yanaşı insan unutmamalıdır ki, ölüm yaxındır. Bir insan “Şərtlər uyğun deyil”, “Mən bunu ancaq bu şəraitdə edə bilərəm” kimi məntiqlərlə özünü aldadıb, o şərtlərin meydana gəlməsini gözləyərkən bir anda özünü ölümün astanasında tapa bilər. Bir anda fiziki mənada bütün gücünü itirəcəyi bir xəstəliklə üzləşə gələ bilər. Yaxud içərisində olduğu şərtlər daha da çətinləşər və istəmədiyi hala gələ bilər. O zaman onun məntiqinə görə, “Şərtlər meydana gəlmədiyi üçün edə bilmirəm” dediyi bir şeyi etməyə heç güc tapa bilməyəcəyi bir vəziyyət meydana gələr. Halbuki şərtlər mövcud olandan daha çətin hala gəlsə də, mömin, Allah’ın izni və yardımı ilə, mütləq doğru olanı etməyə gücünün çatacağına inanmalı və bu inancla əlindən gələni etməyə çalışmalıdır. Bir nəticə əldə etsə də, etməsə də Allah onun niyyətini və səyini görəcək, inşaAllah, onu əxlaqına görə mükafatlandıracaq. Quranda Allah’ın bu sonsuz ədaləti belə xəbər verilmişdir:
 

…Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar. (“İsra” surəsi, 19)

]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/154393/“ancaq-bu-səraitdə-bunu-edəhttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/154393/“ancaq-bu-səraitdə-bunu-edəhttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/28378___ANCAK_SU_SARTLAR_OLUSURSA_BUNU_YAPABILIRIM___MANTIGI_YANLISTIR.jpgMon, 03 Dec 2012 00:37:02 +0200
Zehninizdə ətrafınızdakı insanlarda görmək istədiyiniz ideal insan xarakteri təsəvvür edin. Özünüz də o cür olun. Hər insanın zehnində ideal insan modeli var. Sevdiyi, birlikdə vaxt keçirdiyi, dostluq etdiyi bütün insanlarda bu modeli görmək istəyir. Ancaq ətrafındakı insanların da onda eyni insan modelini axtara biləcəklərini heç düşünmür.
 
Hər insan qarşısındakının çox düşüncəli, kamil, stabil və möhkəm xarakterli, vəfalı və dürüst olmasını istəyir. İstəyir ki, o, heç qəzəblənməsin, əsəbiləşməsin, incidici sözlər söyləməsin, güzəştə getsin, səbirli olsun, bağışlasın. Çətin vaxtlarında, problemi olanda onu tək qoymasın, əlindən gələn köməyi etsin, amma əsla minnət etməsin, çox fədakar olsun, lazım gəlsə, düşünmədən öz haqqından keçsin. Olduqca ağıllı, vicdanlı, ədalətli, mərhəmətli, həlim, gözəl sözlü, gözəl üslublu olsun, xırdalıqları görə bilsin, özünü qarşı tərəfin yerinə qoyub düşünə bilsin, halını anlasın. Üstünlüyü özünə deyil, sevdiyinə versin, sevdiyi insanların xoşbəxtliyini, rahatlığını, arzu və istəklərini özününkündən vacib saysın. Özünü haqlı çıxarmaqdansa, sevdiklərinin haqlı çıxmasına çalışsın, öz qürurunu, mənliyini qorumağa çalışmasın, bunun əvəzinə hər zaman qarşı tərəfi önə çıxarmağa, ucaltmağa çalışsın.
 
İman gətirən və ya iman gətirməyən hər bir insanın ruhunda mükəmməl insan axtarışı var. Lakin insan çox vaxt yanılaraq sadəcə özünün bu cür insan axtardığını düşünür. Digər insanların da bu cür insan axtardığını düşünmür. Halbuki özü qarşısındakı insanlardan nə gözləyirsə, qarşısındakı insanlar da ondan eyni əxlaqı gözləyirlər.
 
Lakin nəfsindəki eqoizm səbəbindən Quran əxlaqını lazımi şəkildə düşünməyən insanlar sadəcə öz mənfəətlərinə üstünlük verirlər. İnsanlarla aralarında qarşılıqlı sevgi, hörmət, dostluq, yaxınlıq, inam, sədaqət kimi dəyərlər olmadığı üçün hər iki tərəfin də bu əxlaqı göstərməli olduğunu düşünmürlər. “Mənə qarşı düşüncəli  olsun”, “Mənə olan sevgisində, hörmətində, inamında qüsuru olmasın”, “Mənə qarşı mülayim, səbirli və bağışlayan olsun” -  kimi istəklərə çox əhəmiyyət verirlər. Ancaq özlərindən bunlar tələb ediləndə bunların lazımsız və şişirdilmiş tələblər olduğunu, onsuz da lazımi qədər müsbət rəftar etdiklərini bildirirlər. Yaxud qarşılarındakı insanların bu cür tələblərini haqlı saysalar belə,“Əvvəlcə o, mənə qarşı bu cür rəftar etsin, sonra mən də onunla elə rəftar edərəm” - deyirlər.
 
Bu, insanlarda eqoizmdən qaynaqlanan davranış formasıdır. Halbuki insan  necə insan axtarırsa, özü də həmin modeli yaşamalıdır. Əgər öz yaşadığının düzgün olduğunu qəbul edirsə, qarşısındakının davranışından da narahat olmamalıdır. Məsələn, özü düşüncəsiz, danışığını bilməyən, əsəbi, eqoist, qəddar, sərt xarakterlidirsə və bu davranış formasında heç bir problem görmürsə, o zaman  dost olacağı insanın da bu əxlaqa sahib olmasında bir problem görməməlidir. Amma heç kim qarşısındakı insanın bu  xüsusiyyətlərə sahib olmasını əsla istəməz. Əksinə, əgər mülayim olmağı, mərhəməti, nəzakəti, düşüncəli və səbirli olmağı gözəl sayan insandırsa, o zaman bunları əvvəlcə özü tətbiq etməlidir.
 
Bu mövzu ilə əlaqədar nümunələrə cəmiyyətdə çox rast gəlinir. Lakin cahil cəmiyyətdə hərənin özünəməxsus qaydaları, əxlaq anlayışı, doğruları və yanlışları  olduğu üçün ortaq məxrəcə gəlmələri və bunun nəticəsində də insanların axtardıqları ideal insan modelinə nail olmaq mümkün olmur.
 
Ancaq müsəlmanlarda bu vəziyyət çox fərqlidir. Bütün müsəlmanların yeganə və ortaq ölçüləri var, o da Qurandır. İnsanın nəfsindəki ideal insan modeli Quranda bəhs edilən müsəlman əxlaqıdır. Belə ki, möminlərin axtardıqları insan Quranda bəhs edilən “ən təqvalı insan” modelidir. Bir insan qarşısındakından bu xüsusiyyətləri tələb etdikdə qarşı tərəfin bu istəklərə etiraz etməsi, biganə qalması və ya bu tələbləri lazımsız hesab etməsi ehtimalı olmaz. Çünki bunlar Quran əxlaqının tələbləridir. Belə ki, əgər mömin Qurana tam tabe olsa, Allah’ın izni ilə, zehnindəki ideal insan xarakterinə və əxlaqa sahib ola bilər. Həmçinin, qarşısındakı insanlarda axtardığı gözəl əxlaqı da möminlərdə çox asanlıqla tapar.
 
Möminlər əsla özlərini yetərli görməməli və nə qədər gözəl əxlaq göstərsələr də, hər zaman, hər mövzuda hər şeyin daha yaxşısının ola biləcəyini unutmamalıdırlar. Bir insan həqiqətən çox mərhəmətli, çox dürüst, çox çalışqan və sevgi dolu ola bilər. Amma hər zaman bundan daha mərhəmətli, daha dürüst, daha çalışqan və sevgi dolu ola biləcəyini unutmamalıdır. Çünki özü də, qarşısındakı insan nə qədər yaxşı olursa olsun, bir çox mövzularda o insanın daha yaxşı olmasını tələb edəcəkdir. Buna görə də müsəlman özü kimi ətrafındakı möminlərin də bu cür tələblərinin olmasını normal qarşılamalıdır.
 
Möminlərin unutmamalı olduqları mühüm mövzulardan biri də bu ideal əxlaqı başqalarından gözləməkdənsə, əvvəlcə özünün göstərməsidir. Bunun özü üçün olduğu qədər başqaları üçün də əhəmiyyətli olduğunu qavramasıdır. İnsan bu ideal əxlaqı bütün detalları ilə bilirsə və bunu bir insanla dost olmaq üçün əsas hesab edirsə, eyni şəkildə, qarşısındakı insanların da onunla dost olmaq, ona inanmaq, onu dərin sevgi ilə sevmək üçün onda bu xüsusiyyətləri axtaracaqlarını bilməlidir. Bunun nə qədər haqlı və lazımlı bir tələb olduğunu anlayaraq (Allah rizası üçün) tez bir zamanda bütün insanlara nümunə olacaq şəkildə bu ideal insan əxlaqını əvvəlcə özü yaşamalıdır.
 
Allah’ın izni ilə, bir insan Allah rizası üçün Quranda xəbər verilən bütün gözəl əxlaq xüsusiyyətlərini yaşadığı zaman, inşaAllah, Allah ona ətrafındakı insanlarda da gözəllik, yaxşılıq və nemət yaradaraq lütfünü göstərəcəkdir.
 
Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir (nazil etmişdir)!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət  yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir.(“Nəhl” surəsi, 30)
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.(“Nəhl” surəsi, 97)
]]>
http://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/154340/zehninizdə-ətrafinizdaki-insanlarda-gormək-istədiyinizhttp://adnanoktar.az/az/Gunun-gozəl-movzusu/154340/zehninizdə-ətrafinizdaki-insanlarda-gormək-istədiyinizhttp://imgaws1.fmanager.net/Image/objects/61-guzel-konular/29202_ZIHNINIZDE_CEVRENIZDEKI_INSANLARDA_GORMEK_ISTEDIGINIZ__COK_IYI_VE_IDEAL_BIR_INSAN__HAYAL_EDIN_ISTE_SIZ_DE_TAM_OLARAK_O_SEKILDE_OLUN.jpgSat, 01 Dec 2012 21:32:48 +0200