ADNANOKTAR.AZhttp://adnanoktar.azadnanoktar.az - Dünyadan əks-sədalar - Ən son əlavələrazCopyright (C) 1994 adnanoktar.az 1ADNANOKTAR.AZhttp://adnanoktar.azhttp://harunyahya.com/assets/images/hy_muhur.png11666Qəbilə mədəniyyətində qadın və əsl İslam 

Nəsil-kök birliyi anlayışına əsaslanan qəbilə quruluşu ictimai və mədəni irsini qədim dövrlərdən müasir mədəniyyətlərə qədər gətirib çıxaran, dərin və güclü təsirini bugünkü müasir dövlət sistemləri içində də davam etdirən ənənədir.

 

Əsrlərdir qəbilə ənənəsinin mənfi təsirləri ilə baş etmək məcburiyyətində qalan cəmiyyətlərdən biri də şübhəsiz ki, İslam dünyasıdır. Bir çox müsəlman cəmiyyət ötən əsrdə müasir dövlət quruluşuna keçsə də, qəbilə quruluşunun təsirindən çıxa bilmədi. Qəbilə mədəniyyətinin qaydaları, adət və ənənələri İslam dünyasının siyasi və ictimai quruluşundakı həlledici rolunu təhsil səviyyəsi aşağı olan müsəlman cəmiyyətlər üzərində dövrümüzə qədər davam etdirib.

 

Bu regionda qəbilə mədəniyyətinin qayda və qanunlarından ən çox zərər çəkənlər isə təəssüf ki, qadınlardır. Qadını aşağı və ikinci dərəcəli insan hesab edən anlayışın həqiqi mənşəyi bəhs etdiyimiz bu qəbilə mədəniyyətidir.

 

Qadının ailə daxili və xarici zorakılığa məruz qalması, ictimai həyatdan təcrid olunması, ərinin və ya ailəsinin mülkü sayılması, zorla evləndirilməsi, təhsil, səyahət və oxşar bir çox insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, namus cinayəti, ya da daşqalaq üsulları ilə qətlə yetirilməsi kimi qeyri-insani, vəhşi və azğın əməllərin hamısı eyni paqanist qəbilə mədəniyyətinin bir hissəsidir.

 

Qadının sosial və iqtisadi həyatdan təcrid edilməsi, əslində, patriarxal qəbilə quruluşundan qalma və bir qisim kişilərin eqo, kompleks və qısqanclıq kimi psixoloji problemlərini aradan qaldırma məqsədi güdən üsuldur. Qadını hər şəraitdə, ailə daxilində belə başdan ayağa kimi örtünməyə  məcbur edən, nəinki küçəyə çıxması, pəncərədən belə sərbəst şəkildə baxmasını, başqaları ilə danışmasını, gülməsini, ərinə etiraz etməsini, hətta boşanmasını qadağan edən despot qaydalar zəncirinin kökündə də bu yanlış psixologiya yatır.

 

Bu despotizmin və qadın düşmənçiliyinin hər bölgəyə məxsus xüsusi fərqli tətbiq formaları var.

 

İndoneziyanın Aceh muxtar bölgəsində küçəyə çadrasız çıxan qadınların cəza olaraq saçları keçəl qırxılır. Dar geyimlər qayçılanır və görkəmsiz paltarlar geyinməyə məcbur edilir. Güclü üləmaların da içində olduğu insanlar sunaminin belə qadınların pis davranışlarına görə başlarına gəldiyini deyir. ("Woman, Man, and God in Modern Islam", Teodore Friend, 2011, p.70)

 

Qadınların "gözünün bayırda" olmasının qarşısını almağa yönələn üsullardan biri də qadın sünnətidir. Bu vəhşi üsul bəzi İslam cəmiyyətlərində Quranda buna dair heç bir hökm olmadığı halda, din adından geniş şəkildə tətbiq olunur:

 

Misirli qızların 80-97%-nin cinsi əməliyyat keçirdiyi güman edilir. Dünya miqyasında bu rəqəm 100 milyon nəfər təşkil edir və hər il onlara 2 milyon daha əlavə olunur. ("A Brief History of Misogyny" – The World's Oldest Prejudice, Jack Holland)

 

Təhsil ictimai həyatın bir hissəsi və informasiya almağın ən mühüm vasitəsi olduğu üçün qadınlar bir çox İslam cəmiyyətində təhsildən xüsusilə uzaq tutulur. Statistikaya görə Əfqanıstanda oxuma-yazma bilməyən qadınların nisbəti 75.8%, Yəməndə 45%, Pakistanda 54.2%, Banqladeşdə isə 41.5%-dir. (Adult literacy rate, population 15+ years (both sexes, female, male) UIS Data Centre. UNESCO. August 2015) Bu uzanıb gedən rüsvayçılıq siyahısında təəssüf ki, bir çox İslam ölkəsi başda gəlir.

 

Banqladeş, Hindistan, Əfqanıstan, Kamboca kimi ölkələrdə kişilərin intiqam üçün qadınların üzünə kislota atması çox geniş yayılmış ənənədir. Küveytdə, Cibutidə, Əlcəzairdə və bir çox İslam ölkəsində qadına qarşı cinsi zorakılığı qadağan edən hər hansı bir qanun yoxdur. İslam dünyasında hər 90 dəqiqədə bir baş verən namus cinayətləri sanki haqlı əməl kimi qəbul edilir və bir çox ölkədə qanunla cəzalandırılmır.

 

Bəzi müsəlmanlar cinayəti haram edən Quran ayələrini namus, şərəf adı altında gözardı edərək namus cinayətini qanuni, hətta müqəddəs görürlər. Məsələn, fələstinli tacir Jibril, "Qəbilə qanunu müqəddəsdir. Bir kişinin şərəfi üçün öldürməyə haqqı var" deyir. ("World and I, Reputation is Everything, Honor Killing Among the Palestinians", James Emery, 2003)

 

Bu azğın anlayış səbəbindən bu gün namus cinayətlərinin ən geniş yayıldığı və sanki qanuni sayıldığı ölkələrdən biri olan Pakistanda hər il törədilən 1000-dən çox namus cinayətinin çoxu ört-basdır edilərək cəzasız qalır. Fanatik qəbilə mədəniyyətində qadının cəmiyyətdən bu dərəcə təcrid olunması kişinin kişi ilə ictimai həyatı və bəzən də cinsi azğınlıqlara səbəb olan iyrənclikləri də özü ilə gətirir.

 

İslam dini buraya qədər bəhs etdiyimiz batil bütpərəst mədəniyyətə aid ənənələrin hamısını 14 əsr əvvəl Quranda pisləyərək qadağan edib. Ancaq qəbilə mədəniyyəti İslam dünyasındakı geridəqalmışlıq və cəhalətdən istifadə edərək bu fanatik anlayış və tətbiqləri din adından ictimai həyata montaj edib. Fanatiklərin xurafatlar, yanlış şərhlər və Peyğəmbər (səv) adına uydurulan əsassız rəvayətlərlə dəstəklədiyi bu azğınlıqlar İslam dininə aid edilir. Hazırda İslam dünyasındakı savadsız və şüursuz böyük bir kütlə bu primitiv paqanist mədəniyyətə "İslamı yaşadığı" zənni ilə böyük bir aldanış içində sahib çıxır.

 

Bu gün İslam aləmi fanatizmin da təsiri ilə qəbilə mədəniyyətinin ağır zülmü altında əzilir. Ən başda da müsəlman qadınlar. Quranda "nəsil-qoruyuculuğu", "əcdadların dini" kimi tanınan bu vəhşi, qaranlıq, ibtidai və fanatik mədəniyyətdən təmizlənmək üçün müsəlmanlar "zəncirləri qıran və ağır yükləri endirən" Quranın özünə qayıtmalıdırlar.

 

Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi:

http://www.nst.com.my/news/2016/08/169225/women-most-affected-tribal-culture-region

 

 

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/233050/qəbilə-mədəniyyətində-qadin-və-əslhttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/233050/qəbilə-mədəniyyətində-qadin-və-əslhttp://imgaws1.fmanager.net/Image/objects/6-makaleler/new_straits_times_adnan_oktar_women_most_affected_by_tribal_culture_inthe_region2.jpgSat, 22 Oct 2016 23:45:11 +0300
ABŞ aqressiv siyasətə təslim olmamalıdırTarixçilər arasında ümumi qəbul edilmiş fikir odur ki, ABŞ-ın dünya siyasətində söz sahibi olması prezident Vilsonun 1918-ci ildə Konqresdə elan etdiyi 14 prinsiplə başlayıb. Bu tarixdən etibarən ABŞ bəzən siyasi üstünlük əldə edərək, bəzən BMT-ni önə çəkərək, bəzən də iqtisadi sanksiyalarla dünya siyasətini formalaşdırdı. Ötən əsrdə ABŞ tərəfindən həyata keçirilən bir çox gizli əməliyyat da qəzet manşetində yer aldı.

 

ABŞ Koreya müharibəsi, Vyetnam müharibəsi, Körfəz müharibələri, Əfqanıstan və İraq işğalları, Latın Amerikasındakı silahlı müdaxilələrlə dünya siyasətini istiqamətləndirməyi planlaşdırdı. Bu müdaxilələrdə beynəlxalq cəmiyyət, müttəfiqləri bəzən də BMT ilə birlikdə hərəkət etdi. Amma bu koalisiyaların aparıcı və hərəkətverici gücü həmişə ABŞ oldu.

 

Gözlənilənin əksinə silahlı müdaxilələrin bir çoxu uğur qazanmadı. Müharibənin üstündən 60 il keçməsinə baxmayaraq, Şimali Koreya hələ də nəzarətsiz gücdür və Koreya yarımadası dünyanın problemli nöqtələrindən biridir. 1991-ci il Körfəz müharibəsi Səddamın şiə və kürd qətliamları ilə nəticələndi. 2003-cü il İraq işğalı isə 2 milyon insanın həyatını itirməsinə baxmayaraq, bəşəriyyət üçün faydalı bir nəticə gətirmədi. Əksinə Əfqanıstan, İraq və Suriya əməliyyatlarından sonra dünya daha təhlükəli yer oldu. Kommunizmin yayılmasını dayandırmaq bəhanəsi ilə müdaxilə edilən Vyetnam, Laos və Kambocada kommunist hakimiyyətlər heç əskik olmadı. ABŞ silah və iqtisadi gücünə və dünya siyasətini “çox yaxşı bilən” nəzəriyyəçilərinə baxmayaraq, həqiqi mənada uğur qazana bilmədi. Demokratiya, sülh və nizam gətirmək naminə etdiyi müdaxilələr Amerika düşmənçiliyini artırdı. Çox yerdə Amerika əsgərləri çiçəklərlə deyil, bombalarla qarşılandı.

 

ABŞ-ın hərbi müdaxilələri geridə ancaq darmadağın olmuş ölkələr qoydu. Amerika əsgərləri bu ölkələri başları aşağı şəkildə tərk etmək məcburiyyətində qaldı. Dünya miqyasında keçirilən sorğular ABŞ-ı etibarlı dost kimi görənlərin sayının getdikcə azaldığını göstərir. Üstəlik amerikalı əsgərlər də bu hərbi müdaxilələrin zərərçəkənidirlər. Bir çoxu ölkəsinə psixoloji problemlərlə qayıdır. İllərlə müalicə görmək məcburiyyətində qalır. Belə ki, ABŞ ictimaiyyətindəki hərbi müdaxilə əleyhdarlığının əsas səbəblərindən birini də psixoloji problemlər yaşayan bu əsgərlər təşkil edir.

 

Hazırkı mərhələdə Vaşinqtonun xarici siyasətdə ciddi dəyişiklik etməsinin zəruri olduğu görünür. Belə ki, bir çox Amerika vətəndaşı da bu siyasətlərə qarşıdır. Bu siyasətdəki əsas yanlış digər ölkələrin həqiqətlərindən uzaq, o xalqların tələblərini, inanclarını, dəyərlərini bilməyən və ya bilərək göz ardı edən bəzi düşüncə mərkəzlərinin, ya da siyasi cərəyanların siyasi xətti ilə gedilməsidir. Bu beyin mərkəzlərində çox vaxt türk, əfqan, iraqlı, ya da suriyalı "mütəxəssislər" fəliyyət göstərir. Ancaq bu insanların mənsubiyyəti həmin regionları yaxşı bildikləri demək deyil. Onsuz da bir çoxu müharibə tərəfdarlarının eşitmək istədiyi sözləri qələmə alır. Bunun nəticəsində Ağ Evdə, Konqres binasında, yaxud da Xarici İşlər Nazirliyinin dəhlizlərində dünyanı silah gücü ilə formalaşdırmaq lazım olduğuna inanan sərtlik tərəfdarı, sevgisiz və mərhəmətsiz insanların səsi daha gur eşidilir.

 

Halbuki sərtlik tərəfdarı olanlar və bəzi neokonlar 15 il ərzində kifayət qədər qan tökülməsinə səbəb oldular. Dik Çeyninin 70-80 milyard dolları keçməyəcəyini iddia etdiyi İraq və Əfqanıstan işğalının xərci 6 trilyon dolları keçdi. Kolin Pauellin BMT-də əlində borucuqlar göstərərək İraqda olduğunu iddia etdiyi kütləvi qırğın silahları isə heç vaxt olmadı. Bu gün həm neokonların böyük qismi, həm də həmin dövrün İngiltərə baş naziri Toni Bleyr İraq müharibəsində səhv etdiklərini qəbul edirlər. Amma həyatını itirmiş milyonlarla insanın, dağıdılan yüzlərlə şəhərin və vətəndaş müharibəsinə tərk edilən 3 ölkənin bədəlini kimin ödəcəyi hələ də məchuldur.

 

Bütün bunlar nəzərə alındıqda Amerikanın yeni prezidentlik dövründə (qalib olan kim olursa-olsun) müharibə və zorakılıq ehtirası geridə qoyulmalıdır. Özlərini "progressive internationalist"lər kimi qələmə verən komanda müharibə tərəfdarı startegiyalarına görə siyasət müəyyən etməməlidir. Bu heyətin bir qismi liberal və hətta sol fikirli olduqlarını müdafiə etsələr də, hərbi məsələlərdə sərtlik tərəfdarı olan bəzi neokonlarla demək olar ki, eyni fikirləri müdafiə edirlər. 15 il ərzində baş verənlərdən heç dərs almamış kimi "ABŞ-ın hər şəraitdə hərbi müdaxilələrdə olmasının zəruriliyini"ni irəli sürürlər.

 

Bu heyət İraq və Əfqanıstan müdaxilələrinə də yaşıl işıq yandırmışdı. Hətta İraqda kimyəvi silahların olmadığının anlaşılmasından sonra belə Paul Berman, Tomas Fridman, Kristofer Hitchens, Corc Packer, Kenneth Pollack, Yakob Weisberg və Fareed Zakaria kimi adlar geridə milyonlarla həyatını itirmiş iraqlı və yüzlərlə intihar edən Amerika əsgəri qoyan İraq işğalının haqlı əsaslara söykəndiyini iddia etdilər.

 

Sərtlik tərəfdarı olanların bir çoxu dünyanın Vaşinqtonda yazılan ssenarilər istiqamətdə yaşaması lazım olduğuna inanır. Bəzilərinin qələminə yuxarıdan baxan, empatiyadan əksik və yalnız özünü qərar vermə yeri kimi görən təkəbbürlü üslub hakimdir. Dünya bu sevgisiz təfəkkürlə hər keçən gün daha təhlükəli bir yer olacaq. Daha çox qan axacaq, daha çox məhv olacaq. Bütün bu fəlakətlərdən şübhəsiz, Amerika da payını alacaq. ABŞ aqressiv siyasətə əmanət edilsə, ölkəni müharibəyə sürükləyib sonradan üzr istəyən kəşfiyyat birliklərini görməyə davam edəcəyik.

 

Bunun qarşısını alacaq, bu gedişə dur deyə biləcək güc yenə sağlam düşüncəli ABŞ cəmiyyətidir. Bu gün vicdan sahibi olanların, sevgi, dostluq, qardaşlıq və sülh tərəfdarı olanların susmaq vaxtı deyil. Zorakılıq meyli Amerika xalqına da əzab verir. ABŞ-da cinayətkarlığın səviyyəsi dünyada orta statistik rəqəmləri ötüb keçir. Hər il törədilən 15.000 cinayət və cəmiyyətin hər təbəqəsinə yayılmış silahlanma hərisliyi bu gözəl ölkənin gözəl insanlarını da təhlükəyə atır. Amerika xalqının özünü sorğu-sual etmə vaxtı gəlib çatıb. Dünyanın ABŞ-ın vicdanla hərəkət etməsinə ehtiyacı var. Bu super gücü idarə edənlər müharibə deyil, sülh mesajlarına qulaq asmalıdırlar.


 

Adnan Oktarın «American Herald Tribune»da dərc edilən məqaləsi:

http://ahtribune.com/opinion/1150-internationalist-policies.html

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/230095/abs-aqressiv-siyasətə-təslim-olmamalidirhttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/230095/abs-aqressiv-siyasətə-təslim-olmamalidirFri, 16 Sep 2016 18:14:01 +0300
Homoseksuallıq klanına diqqət!Quranda Allahın haram etdiyi və lənətlənmiş günah olaraq bəhs etdiyi homoseksuallığı yaymaq naminə narahatlıq yaradan hadisələr baş verir.

 

Ötən ay ilk dəfə ABŞ ordusunun başına homoseksual olduğunu açıq şəkildə etiraf edən (openly gay) nazir gətirildi. Ordu naziri kimi fəaliyyətə başlayan Erik Fenning müdafiə naziri Eşton Karterdən sonra ordu komandanlığında ən yüksək vəzifəli şəxsdir. Yeni dövrdə əsgərlərin homoseksual olduqlarını açıq elan etmələrinə də icazə verilib. ABŞ ordusunda 65.000 homoseksual əsgər olduğu ehtimal edilir.

 

ABŞ-da homoseksuallıqla bağlı bu dəyişiklik təkcə orduda baş vermir. 2015-ci ildə 6 ayrı səfirlik vəzifəsinə homoseksual diplomatlar təyin edildi. Katolik quruluşu ilə tanınan Dominikan Respublikasında kilsə bu təyinatı tənqid etsə də, Amerika Xarici İşlər Nazirliyi geri addım atmadı.

 

Avropada da oxşar hadisələr baş verir. İngiltərədə Baş nazir postu uğrunda mübarizədə homoseksualizmi dəstəkləyən Teresa Mey qalib gəldi. Şotlandiyada bir çox partiya lideri ya homoseksualdır, ya da homoseksuallığı açıq şəkildə dəstəkləyir. Belçika, Lüksemburq və İslandiya homoseksual Baş nazirlər tərəfindən idarə olunur. ABŞ, Böyük Britaniya və Kanada da dövlət idarəçiliyində hər səviyyədə homoseksual rəhbərlər var. Avropa Parlamentində də yüzlərlə nazir, millət vəkili və diplomat homoseksual olduqlarını açıq şəkildə elan ediblər. Ötən günlərdə Niderland Təhsil və Mədəniyyət naziri Bussemaker 2016-cı il Idaho Forumu əsnasında «Avropa Müsəlman Homoseksual Şəbəkəsi»nə dəstəyini açıqladı. Hollandiya hökuməti də layihəyə 2 il ərzində sponsorluq edəcəyini elan etdi.

 

Dünyada son dövrlərdə baş verən bu dəyişiklik müsəlman ölkələrini də təhlükə altına alır. İlk mərhələdə homoseksuallığı dəstəkləmək İslam dünyasına müasirliyin tələbi kimi təqdim edilir. Bu "müsəlmanlar" Quranda homoseksualizmin açıq şəkildə haram edilməsinə baxmayaraq, onu müdafiə edirlər. Bu çirkin qadağanın əleyhinə olanlar isə şovinist, ya da mürtəce kimi səciyyələndirilir.

 

Bu lənətlənmiş əməli müdafiə edənlərin bir başqa iddiası da homoseksualizmin İslam və Quranla ziddiyyət təşkil etməməsi istiqamətindədir. Bu iddia ilə ortaya çıxan "alimlər" qərb dünyasında dərhal dəstək görür. Dünya homoseksual klanı bu insanları həm müdafiə edir, həm də ön plana çıxarır. Bu həyasızlığın müsəlman cəmiyyətlərdə əsas tapması üçün həm daxildən, həm də xaricdən intensiv fəaliyyət davam edir. Buradakı məqsəd isə müsəlman cəmiyyətləri öz içlərində korlanmış və degenerasiya məruz qalmış icmalar halına gətirməkdir.

 

Halbuki homoseksuallıq Quran ayələri ilə lənətlənmiş açıq günahdır. (Əraf surəsi 80-82) (Hicr surəsi 68-75). Qurani-kərimin homoseksualizmi qadağan etmədiyini iddia edənlər bu böhtanlardan Allaha sığınmalıdırlar.

 

Bəzi Qərb mediası homoseksualizmin tarixi İslam dövlətlərində qəbul edildiyini və homoseksual əleyhdarlığının 20-ci əsrdə ortaya çıxdığını iddia edir. Bu insanlar keçmişdə yaşamış milyardlarla dürüst müsəlman içindən bir ovuc azğın şair və yazıçının sözlərini və ya əməllərini nümunə göstərirlər. Halbuki müsəlmanlar üçün İslamın əsas mənbəyi 1400 ildir ancaq Qurani-kərimdir. Biz dinimizi uca Allahın ayələrindən öyrənirik.

 

Homoseksualizmin cəmiyyətlərdə yayılması sosial problemlərin, ictimai zəlzələnin gəlişindən xəbər verir. ABŞ-dakı Xəstəliyə Nəzarət və Qoruma Mərkəzi (CDC)  2009-cu ildə ortaya çıxan QİÇS xəstələrinin 61%-inin homoseksual olduğunu müəyyən edib. ABŞ-da il ərzində intihar edənlərin 50%-i də yenə homoseksuallardır. Halbuki ABŞ əhalisinin təkcə 4%-nin homoseksual olduğu hesab edilir. Homoseksual hüquqlarını qoruyan «NAMBLA» təşkilatı pedofiliyin cinayət hesab edilməsini qanunvericilikdən çıxarmaq üçün çalışır. Bu dəhşətlidir, çünki Los-Anceles polisinin uşaq təcavüzü üzrə apardığı araşdırmaya əsasən, 30.000 uşaq homoseksuallar tərəfindən cinsi istismara məruz qalıb. Bu gün 90.000 uşaq homoseksual «cütlər» tərəfindən övladlığa götürülüb. Qəzetlər bu uşaqların təcavüz xəbərləri ilə doludur.

 

Orlando homoseksual bar qətliamını törədən əfqanlının da homoseksual olduğu və intiqam məqsədi ilə müxtəlif cinayətlər törətdiyi ortaya çıxıb. Bu təkcə bir nümunə deyil. ABŞ-dakı ən qatı 6 seriyalı qatil homoseksualdır. Bu canilər onlarla insana təcavüz və işgəncə edib, sonra isə onları öldürüb, hissələrə bölərək yandırıb. Bu rəqəmlər aysberqin yalnız görünən hissəsidir. Bir çox cinayətkar gizli qalıb, aşkara çıxmayıb. Bu statistikalara gizli homoseksuallar daxil deyil.

 

Homoseksuallıq yayıldıqca və cəmiyyətdə qəbul olunduqca dünya daha dəhşətli bir degenerasiyaya doğru sürüklənəcək və zorakılıq hadisələri daha da artacaq. Homoseksualların böyütdüyü uşaqlar istər-istəməz psixoloji və fiziki problemlərlə qarşılaşacaq və bu vəziyyət problemli nəslin yetişməsinə səbəb olacaq. Homoseksuallığı qanuniləşdirmək məqsədilə yayımlanan filmlər, kitablar və məqalələr yalnız göz boyayıb bu dəhşətli həqiqəti gizlətmək niyyətindədir. Rəngli bayraqlar bu dəhşətli dünyanın arxa planındakı qara dünyanı gizlətmək üçündür. Əlbəttə ki, homoseksual olduğu üçün hər hansı bir insanın zərər görməsi heç bir şəkildə qəbul edəcəyimiz bir şey deyil. Ancaq müsəlman olaraq bu azğınlığa qarşı olmalıyıq və bu barədə xəbərdarlıq etməliyik.

 

Bu gün dəbdə, sənət dünyasında, Hollivudda homoseksual diktatura hökm sürür. Gənc kadrlar yüksəlmək və tanınmaq üçün bəzən zorla homoseksual edilir və ya bu istiqamətdə təşviq edilir. Dəb adı altında, kişilər özlərini qadınlara, qadınlar isə özlərini kişilərə bənzədirlər.

İslam dünyası homoseksuallıq təbliğatının hədəfi mövqeyindədir. Bu gün televiziyalarla, filmlərlə, internetlə, qara piarla homoseksuallıq dünya müsəlmanlarının qapısına söykənib. İslamofobiya sanki müsəlmanların homoseksuallığı qəbul etmələri üçün şantaj vasitəsi kimi istifadə edilir. Bu çirkin planın hədəfi İslam aləmini cinsi azğınlıqla batırıb, əldən salmaq, zaman içində aradan çıxarmaqdır. Halbuki Peyğəmbərimiz (səv) "Ümmətin üçün ən qorxduğum şey Lut qövmünün etdiyidir" sözləri ilə saleh möminlərə istiqamət verib.

 

Quranda haram olan homoseksuallığı ağlabatan göstərməyə çalışan bu çirkin ittifaq homoseksual, anarxist, milli dəyərlərə qiymət verməyən, İslama zidd, İslamdan utanan müsəlman gənclik formalaşdırmağı qarşısına məqsəd qoyub. İslam dünyasını müdafiəsiz qoymaq üçün ağlasığmaz səy göstərir. Müsəlmanların qarşısında planlı, mütəşəkkil, maliyyələşən, qətiyyətli bir quruluş var. Bu quruluş İslam dünyasının müqavimətini qırmağı özünə hədəf seçib. Qərb dünyasını 30 il kimi qısa bir müddətdə təməldən dəyişdiriblər. Əllərində yol xəritəsi var. Hədəfləri məlumdur. Bu səbəbdən müsəlmanların bu təhlükənin fərqinə varması və heç bir şəraitdə, heç bir yalanla İslami dəyərlərindən güzəştə getməmələri çox əhəmiyyətlidir. Müsəlmanların parlaq gələcəyi bu yoldadır.

 

Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi:

http://www.nst.com.my/news/2016/08/167634/homosexual-agenda

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/230093/homoseksualliq-klanina-diqqəthttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/230093/homoseksualliq-klanina-diqqəthttp://imgaws1.fmanager.net/Image/objects/87-dunyadan-yankilar/newsrescue11.jpgFri, 16 Sep 2016 18:10:36 +0300
Qəbilə mədəniyyətində qadın və əsl İslamNəsil-kök birliyi anlayışına əsaslanan qəbilə quruluşu ictimai və mədəni irsini qədim dövrlərdən müasir mədəniyyətlərə qədər gətirib çıxaran, dərin və güclü təsirini bugünkü müasir dövlət sistemləri içində də davam etdirən ənənədir.

 

Əsrlərdir qəbilə ənənəsinin mənfi təsirləri ilə baş etmək məcburiyyətində qalan cəmiyyətlərdən biri də şübhəsiz ki, İslam dünyasıdır. Bir çox müsəlman cəmiyyət ötən əsrdə müasir dövlət quruluşuna keçsə də, qəbilə quruluşunun təsirindən çıxa bilmədi. Qəbilə mədəniyyətinin qaydaları, adət və ənənələri İslam dünyasının siyasi və ictimai quruluşundakı həlledici rolunu təhsil səviyyəsi aşağı olan müsəlman cəmiyyətlər üzərində dövrümüzə qədər davam etdirib.

 

Bu regionda qəbilə mədəniyyətinin qayda və qanunlarından ən çox zərər çəkənlər isə təəssüf ki, qadınlardır. Qadını aşağı və ikinci dərəcəli insan hesab edən anlayışın həqiqi mənşəyi bəhs etdiyimiz bu qəbilə mədəniyyətidir.

 

Qadının ailə daxili və xarici zorakılığa məruz qalması, ictimai həyatdan təcrid olunması, ərinin və ya ailəsinin mülkü sayılması, zorla evləndirilməsi, təhsil, səyahət və oxşar bir çox insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, namus cinayəti, ya da daşqalaq üsulları ilə qətlə yetirilməsi kimi qeyri-insani, vəhşi və azğın əməllərin hamısı eyni paqanist qəbilə mədəniyyətinin bir hissəsidir.

 

Qadının sosial və iqtisadi həyatdan təcrid edilməsi, əslində, patriarxal qəbilə quruluşundan qalma və bir qisim kişilərin eqo, kompleks və qısqanclıq kimi psixoloji problemlərini aradan qaldırma məqsədi güdən üsuldur. Qadını hər şəraitdə, ailə daxilində belə başdan ayağa kimi örtünməyə  məcbur edən, nəinki küçəyə çıxması, pəncərədən belə sərbəst şəkildə baxmasını, başqaları ilə danışmasını, gülməsini, ərinə etiraz etməsini, hətta boşanmasını qadağan edən despot qaydalar zəncirinin kökündə də bu yanlış psixologiya yatır.

 

Bu despotizmin və qadın düşmənçiliyinin hər bölgəyə məxsus xüsusi fərqli tətbiq formaları var.

 

İndoneziyanın Aceh muxtar bölgəsində küçəyə çadrasız çıxan qadınların cəza olaraq saçları keçəl qırxılır. Dar geyimlər qayçılanır və görkəmsiz paltarlar geyinməyə məcbur edilir. Güclü üləmaların da içində olduğu insanlar sunaminin belə qadınların pis davranışlarına görə başlarına gəldiyini deyir. ("Woman, Man, and God in Modern Islam", Teodore Friend, 2011, p.70)

 

Qadınların "gözünün bayırda" olmasının qarşısını almağa yönələn üsullardan biri də qadın sünnətidir. Bu vəhşi üsul bəzi İslam cəmiyyətlərində Quranda buna dair heç bir hökm olmadığı halda, din adından geniş şəkildə tətbiq olunur:

 

Misirli qızların 80-97%-nin cinsi əməliyyat keçirdiyi güman edilir. Dünya miqyasında bu rəqəm 100 milyon nəfər təşkil edir və hər il onlara 2 milyon daha əlavə olunur. ("A Brief History of Misogyny" – The World's Oldest Prejudice, Jack Holland)

 

Təhsil ictimai həyatın bir hissəsi və informasiya almağın ən mühüm vasitəsi olduğu üçün qadınlar bir çox İslam cəmiyyətində təhsildən xüsusilə uzaq tutulur. Statistikaya görə Əfqanıstanda oxuma-yazma bilməyən qadınların nisbəti 75.8%, Yəməndə 45%, Pakistanda 54.2%, Banqladeşdə isə 41.5%-dir. (Adult literacy rate, population 15+ years (both sexes, female, male) UIS Data Centre. UNESCO. August 2015) Bu uzanıb gedən rüsvayçılıq siyahısında təəssüf ki, bir çox İslam ölkəsi başda gəlir.

 

Banqladeş, Hindistan, Əfqanıstan, Kamboca kimi ölkələrdə kişilərin intiqam üçün qadınların üzünə kislota atması çox geniş yayılmış ənənədir. Küveytdə, Cibutidə, Əlcəzairdə və bir çox İslam ölkəsində qadına qarşı cinsi zorakılığı qadağan edən hər hansı bir qanun yoxdur. İslam dünyasında hər 90 dəqiqədə bir baş verən namus cinayətləri sanki haqlı əməl kimi qəbul edilir və bir çox ölkədə qanunla cəzalandırılmır.

 

Bəzi müsəlmanlar cinayəti haram edən Quran ayələrini namus, şərəf adı altında gözardı edərək namus cinayətini qanuni, hətta müqəddəs görürlər. Məsələn, fələstinli tacir Jibril, "Qəbilə qanunu müqəddəsdir. Bir kişinin şərəfi üçün öldürməyə haqqı var" deyir. ("World and I, Reputation is Everything, Honor Killing Among the Palestinians", James Emery, 2003)

 

Bu azğın anlayış səbəbindən bu gün namus cinayətlərinin ən geniş yayıldığı və sanki qanuni sayıldığı ölkələrdən biri olan Pakistanda hər il törədilən 1000-dən çox namus cinayətinin çoxu ört-basdır edilərək cəzasız qalır. Fanatik qəbilə mədəniyyətində qadının cəmiyyətdən bu dərəcə təcrid olunması kişinin kişi ilə ictimai həyatı və bəzən də cinsi azğınlıqlara səbəb olan iyrənclikləri də özü ilə gətirir.

 

İslam dini buraya qədər bəhs etdiyimiz batil bütpərəst mədəniyyətə aid ənənələrin hamısını 14 əsr əvvəl Quranda pisləyərək qadağan edib. Ancaq qəbilə mədəniyyəti İslam dünyasındakı geridəqalmışlıq və cəhalətdən istifadə edərək bu fanatik anlayış və tətbiqləri din adından ictimai həyata montaj edib. Fanatiklərin xurafatlar, yanlış şərhlər və Peyğəmbər (səv) adına uydurulan əsassız rəvayətlərlə dəstəklədiyi bu azğınlıqlar İslam dininə aid edilir. Hazırda İslam dünyasındakı savadsız və şüursuz böyük bir kütlə bu primitiv paqanist mədəniyyətə "İslamı yaşadığı" zənni ilə böyük bir aldanış içində sahib çıxır.

 

Bu gün İslam aləmi fanatizmin da təsiri ilə qəbilə mədəniyyətinin ağır zülmü altında əzilir. Ən başda da müsəlman qadınlar. Quranda "nəsil-qoruyuculuğu", "əcdadların dini" kimi tanınan bu vəhşi, qaranlıq, ibtidai və fanatik mədəniyyətdən təmizlənmək üçün müsəlmanlar "zəncirləri qıran və ağır yükləri endirən" Quranın özünə qayıtmalıdırlar.

 

Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi:

http://www.nst.com.my/news/2016/08/169225/women-most-affected-tribal-culture-region

 

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/230092/qəbilə-mədəniyyətində-qadin-və-əslhttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/230092/qəbilə-mədəniyyətində-qadin-və-əslhttp://imgaws1.fmanager.net/Image/objects/87-dunyadan-yankilar/new_straits_times_adnan_oktar_women_most_affected_by_tribal_culture_inthe_region.jpgFri, 16 Sep 2016 18:07:13 +0300
ABŞ aqressiv siyasətə təslim olmamalıdır 

Tarixçilər arasında ümumi qəbul edilmiş fikir odur ki, ABŞ-ın dünya siyasətində söz sahibi olması prezident Vilsonun 1918-ci ildə Konqresdə elan etdiyi 14 prinsiplə başlayıb. Bu tarixdən etibarən ABŞ bəzən siyasi üstünlük əldə edərək, bəzən BMT-ni önə çəkərək, bəzən də iqtisadi sanksiyalarla dünya siyasətini formalaşdırdı. Ötən əsrdə ABŞ tərəfindən həyata keçirilən bir çox gizli əməliyyat da qəzet manşetində yer aldı.

 

ABŞ Koreya müharibəsi, Vyetnam müharibəsi, Körfəz müharibələri, Əfqanıstan və İraq işğalları, Latın Amerikasındakı silahlı müdaxilələrlə dünya siyasətini istiqamətləndirməyi planlaşdırdı. Bu müdaxilələrdə beynəlxalq cəmiyyət, müttəfiqləri bəzən də BMT ilə birlikdə hərəkət etdi. Amma bu koalisiyaların aparıcı və hərəkətverici gücü həmişə ABŞ oldu.

 

Gözlənilənin əksinə silahlı müdaxilələrin bir çoxu uğur qazanmadı. Müharibənin üstündən 60 il keçməsinə baxmayaraq, Şimali Koreya hələ də nəzarətsiz gücdür və Koreya yarımadası dünyanın problemli nöqtələrindən biridir. 1991-ci il Körfəz müharibəsi Səddamın şiə və kürd qətliamları ilə nəticələndi. 2003-cü il İraq işğalı isə 2 milyon insanın həyatını itirməsinə baxmayaraq, bəşəriyyət üçün faydalı bir nəticə gətirmədi. Əksinə Əfqanıstan, İraq və Suriya əməliyyatlarından sonra dünya daha təhlükəli yer oldu. Kommunizmin yayılmasını dayandırmaq bəhanəsi ilə müdaxilə edilən Vyetnam, Laos və Kambocada kommunist hakimiyyətlər heç əskik olmadı. ABŞ silah və iqtisadi gücünə və dünya siyasətini “çox yaxşı bilən” nəzəriyyəçilərinə baxmayaraq, həqiqi mənada uğur qazana bilmədi. Demokratiya, sülh və nizam gətirmək naminə etdiyi müdaxilələr Amerika düşmənçiliyini artırdı. Çox yerdə Amerika əsgərləri çiçəklərlə deyil, bombalarla qarşılandı.

 

ABŞ-ın hərbi müdaxilələri geridə ancaq darmadağın olmuş ölkələr qoydu. Amerika əsgərləri bu ölkələri başları aşağı şəkildə tərk etmək məcburiyyətində qaldı. Dünya miqyasında keçirilən sorğular ABŞ-ı etibarlı dost kimi görənlərin sayının getdikcə azaldığını göstərir. Üstəlik amerikalı əsgərlər də bu hərbi müdaxilələrin zərərçəkənidirlər. Bir çoxu ölkəsinə psixoloji problemlərlə qayıdır. İllərlə müalicə görmək məcburiyyətində qalır. Belə ki, ABŞ ictimaiyyətindəki hərbi müdaxilə əleyhdarlığının əsas səbəblərindən birini də psixoloji problemlər yaşayan bu əsgərlər təşkil edir.

 

Hazırkı mərhələdə Vaşinqtonun xarici siyasətdə ciddi dəyişiklik etməsinin zəruri olduğu görünür. Belə ki, bir çox Amerika vətəndaşı da bu siyasətlərə qarşıdır. Bu siyasətdəki əsas yanlış digər ölkələrin həqiqətlərindən uzaq, o xalqların tələblərini, inanclarını, dəyərlərini bilməyən və ya bilərək göz ardı edən bəzi düşüncə mərkəzlərinin, ya da siyasi cərəyanların siyasi xətti ilə gedilməsidir. Bu beyin mərkəzlərində çox vaxt türk, əfqan, iraqlı, ya da suriyalı "mütəxəssislər" fəliyyət göstərir. Ancaq bu insanların mənsubiyyəti həmin regionları yaxşı bildikləri demək deyil. Onsuz da bir çoxu müharibə tərəfdarlarının eşitmək istədiyi sözləri qələmə alır. Bunun nəticəsində Ağ Evdə, Konqres binasında, yaxud da Xarici İşlər Nazirliyinin dəhlizlərində dünyanı silah gücü ilə formalaşdırmaq lazım olduğuna inanan sərtlik tərəfdarı, sevgisiz və mərhəmətsiz insanların səsi daha gur eşidilir.

 

Halbuki sərtlik tərəfdarı olanlar və bəzi neokonlar 15 il ərzində kifayət qədər qan tökülməsinə səbəb oldular. Dik Çeyninin 70-80 milyard dolları keçməyəcəyini iddia etdiyi İraq və Əfqanıstan işğalının xərci 6 trilyon dolları keçdi. Kolin Pauellin BMT-də əlində borucuqlar göstərərək İraqda olduğunu iddia etdiyi kütləvi qırğın silahları isə heç vaxt olmadı. Bu gün həm neokonların böyük qismi, həm də həmin dövrün İngiltərə baş naziri Toni Bleyr İraq müharibəsində səhv etdiklərini qəbul edirlər. Amma həyatını itirmiş milyonlarla insanın, dağıdılan yüzlərlə şəhərin və vətəndaş müharibəsinə tərk edilən 3 ölkənin bədəlini kimin ödəcəyi hələ də məchuldur.

 

Bütün bunlar nəzərə alındıqda Amerikanın yeni prezidentlik dövründə (qalib olan kim olursa-olsun) müharibə və zorakılıq ehtirası geridə qoyulmalıdır. Özlərini "progressive internationalist"lər kimi qələmə verən komanda müharibə tərəfdarı startegiyalarına görə siyasət müəyyən etməməlidir. Bu heyətin bir qismi liberal və hətta sol fikirli olduqlarını müdafiə etsələr də, hərbi məsələlərdə sərtlik tərəfdarı olan bəzi neokonlarla demək olar ki, eyni fikirləri müdafiə edirlər. 15 il ərzində baş verənlərdən heç dərs almamış kimi "ABŞ-ın hər şəraitdə hərbi müdaxilələrdə olmasının zəruriliyini"ni irəli sürürlər.

 

Bu heyət İraq və Əfqanıstan müdaxilələrinə də yaşıl işıq yandırmışdı. Hətta İraqda kimyəvi silahların olmadığının anlaşılmasından sonra belə Paul Berman, Tomas Fridman, Kristofer Hitchens, Corc Packer, Kenneth Pollack, Yakob Weisberg və Fareed Zakaria kimi adlar geridə milyonlarla həyatını itirmiş iraqlı və yüzlərlə intihar edən Amerika əsgəri qoyan İraq işğalının haqlı əsaslara söykəndiyini iddia etdilər.

 

Sərtlik tərəfdarı olanların bir çoxu dünyanın Vaşinqtonda yazılan ssenarilər istiqamətdə yaşaması lazım olduğuna inanır. Bəzilərinin qələminə yuxarıdan baxan, empatiyadan əksik və yalnız özünü qərar vermə yeri kimi görən təkəbbürlü üslub hakimdir. Dünya bu sevgisiz təfəkkürlə hər keçən gün daha təhlükəli bir yer olacaq. Daha çox qan axacaq, daha çox məhv olacaq. Bütün bu fəlakətlərdən şübhəsiz, Amerika da payını alacaq. ABŞ aqressiv siyasətə əmanət edilsə, ölkəni müharibəyə sürükləyib sonradan üzr istəyən kəşfiyyat birliklərini görməyə davam edəcəyik.

 

Bunun qarşısını alacaq, bu gedişə dur deyə biləcək güc yenə sağlam düşüncəli ABŞ cəmiyyətidir. Bu gün vicdan sahibi olanların, sevgi, dostluq, qardaşlıq və sülh tərəfdarı olanların susmaq vaxtı deyil. Zorakılıq meyli Amerika xalqına da əzab verir. ABŞ-da cinayətkarlığın səviyyəsi dünyada orta statistik rəqəmləri ötüb keçir. Hər il törədilən 15.000 cinayət və cəmiyyətin hər təbəqəsinə yayılmış silahlanma hərisliyi bu gözəl ölkənin gözəl insanlarını da təhlükəyə atır. Amerika xalqının özünü sorğu-sual etmə vaxtı gəlib çatıb. Dünyanın ABŞ-ın vicdanla hərəkət etməsinə ehtiyacı var. Bu super gücü idarə edənlər müharibə deyil, sülh mesajlarına qulaq asmalıdırlar.


 

Adnan Oktarın «American Herald Tribune»da dərc edilən məqaləsi:

http://ahtribune.com/opinion/1150-internationalist-policies.html

 

 

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/229394/abs-aqressiv-siyasətə-təslim-olmamalidirhttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/229394/abs-aqressiv-siyasətə-təslim-olmamalidirSat, 10 Sep 2016 12:36:13 +0300
Homoseksuallıq klanına diqqət!

Quranda Allahın haram etdiyi və lənətlənmiş günah olaraq bəhs etdiyi homoseksuallığı yaymaq naminə narahatlıq yaradan hadisələr baş verir.

 

Ötən ay ilk dəfə ABŞ ordusunun başına homoseksual olduğunu açıq şəkildə etiraf edən (openly gay) nazir gətirildi. Ordu naziri kimi fəaliyyətə başlayan Erik Fenning müdafiə naziri Eşton Karterdən sonra ordu komandanlığında ən yüksək vəzifəli şəxsdir. Yeni dövrdə əsgərlərin homoseksual olduqlarını açıq elan etmələrinə də icazə verilib. ABŞ ordusunda 65.000 homoseksual əsgər olduğu ehtimal edilir.

 

ABŞ-da homoseksuallıqla bağlı bu dəyişiklik təkcə orduda baş vermir. 2015-ci ildə 6 ayrı səfirlik vəzifəsinə homoseksual diplomatlar təyin edildi. Katolik quruluşu ilə tanınan Dominikan Respublikasında kilsə bu təyinatı tənqid etsə də, Amerika Xarici İşlər Nazirliyi geri addım atmadı.

 

Avropada da oxşar hadisələr baş verir. İngiltərədə Baş nazir postu uğrunda mübarizədə homoseksualizmi dəstəkləyən Teresa Mey qalib gəldi. Şotlandiyada bir çox partiya lideri ya homoseksualdır, ya da homoseksuallığı açıq şəkildə dəstəkləyir. Belçika, Lüksemburq və İslandiya homoseksual Baş nazirlər tərəfindən idarə olunur. ABŞ, Böyük Britaniya və Kanada da dövlət idarəçiliyində hər səviyyədə homoseksual rəhbərlər var. Avropa Parlamentində də yüzlərlə nazir, millət vəkili və diplomat homoseksual olduqlarını açıq şəkildə elan ediblər. Ötən günlərdə Niderland Təhsil və Mədəniyyət naziri Bussemaker 2016-cı il Idaho Forumu əsnasında «Avropa Müsəlman Homoseksual Şəbəkəsi»nə dəstəyini açıqladı. Hollandiya hökuməti də layihəyə 2 il ərzində sponsorluq edəcəyini elan etdi.

 

Dünyada son dövrlərdə baş verən bu dəyişiklik müsəlman ölkələrini də təhlükə altına alır. İlk mərhələdə homoseksuallığı dəstəkləmək İslam dünyasına müasirliyin tələbi kimi təqdim edilir. Bu "müsəlmanlar" Quranda homoseksualizmin açıq şəkildə haram edilməsinə baxmayaraq, onu müdafiə edirlər. Bu çirkin qadağanın əleyhinə olanlar isə şovinist, ya da mürtəce kimi səciyyələndirilir.

 

Bu lənətlənmiş əməli müdafiə edənlərin bir başqa iddiası da homoseksualizmin İslam və Quranla ziddiyyət təşkil etməməsi istiqamətindədir. Bu iddia ilə ortaya çıxan "alimlər" qərb dünyasında dərhal dəstək görür. Dünya homoseksual klanı bu insanları həm müdafiə edir, həm də ön plana çıxarır. Bu həyasızlığın müsəlman cəmiyyətlərdə əsas tapması üçün həm daxildən, həm də xaricdən intensiv fəaliyyət davam edir. Buradakı məqsəd isə müsəlman cəmiyyətləri öz içlərində korlanmış və degenerasiya məruz qalmış icmalar halına gətirməkdir.

 

Halbuki homoseksuallıq Quran ayələri ilə lənətlənmiş açıq günahdır. (Əraf surəsi 80-82) (Hicr surəsi 68-75). Qurani-kərimin homoseksualizmi qadağan etmədiyini iddia edənlər bu böhtanlardan Allaha sığınmalıdırlar.

 

Bəzi Qərb mediası homoseksualizmin tarixi İslam dövlətlərində qəbul edildiyini və homoseksual əleyhdarlığının 20-ci əsrdə ortaya çıxdığını iddia edir. Bu insanlar keçmişdə yaşamış milyardlarla dürüst müsəlman içindən bir ovuc azğın şair və yazıçının sözlərini və ya əməllərini nümunə göstərirlər. Halbuki müsəlmanlar üçün İslamın əsas mənbəyi 1400 ildir ancaq Qurani-kərimdir. Biz dinimizi uca Allahın ayələrindən öyrənirik.

 

Homoseksualizmin cəmiyyətlərdə yayılması sosial problemlərin, ictimai zəlzələnin gəlişindən xəbər verir. ABŞ-dakı Xəstəliyə Nəzarət və Qoruma Mərkəzi (CDC)  2009-cu ildə ortaya çıxan QİÇS xəstələrinin 61%-inin homoseksual olduğunu müəyyən edib. ABŞ-da il ərzində intihar edənlərin 50%-i də yenə homoseksuallardır. Halbuki ABŞ əhalisinin təkcə 4%-nin homoseksual olduğu hesab edilir. Homoseksual hüquqlarını qoruyan «NAMBLA» təşkilatı pedofiliyin cinayət hesab edilməsini qanunvericilikdən çıxarmaq üçün çalışır. Bu dəhşətlidir, çünki Los-Anceles polisinin uşaq təcavüzü üzrə apardığı araşdırmaya əsasən, 30.000 uşaq homoseksuallar tərəfindən cinsi istismara məruz qalıb. Bu gün 90.000 uşaq homoseksual «cütlər» tərəfindən övladlığa götürülüb. Qəzetlər bu uşaqların təcavüz xəbərləri ilə doludur.

 

Orlando homoseksual bar qətliamını törədən əfqanlının da homoseksual olduğu və intiqam məqsədi ilə müxtəlif cinayətlər törətdiyi ortaya çıxıb. Bu təkcə bir nümunə deyil. ABŞ-dakı ən qatı 6 seriyalı qatil homoseksualdır. Bu canilər onlarla insana təcavüz və işgəncə edib, sonra isə onları öldürüb, hissələrə bölərək yandırıb. Bu rəqəmlər aysberqin yalnız görünən hissəsidir. Bir çox cinayətkar gizli qalıb, aşkara çıxmayıb. Bu statistikalara gizli homoseksuallar daxil deyil.

 

Homoseksuallıq yayıldıqca və cəmiyyətdə qəbul olunduqca dünya daha dəhşətli bir degenerasiyaya doğru sürüklənəcək və zorakılıq hadisələri daha da artacaq. Homoseksualların böyütdüyü uşaqlar istər-istəməz psixoloji və fiziki problemlərlə qarşılaşacaq və bu vəziyyət problemli nəslin yetişməsinə səbəb olacaq. Homoseksuallığı qanuniləşdirmək məqsədilə yayımlanan filmlər, kitablar və məqalələr yalnız göz boyayıb bu dəhşətli həqiqəti gizlətmək niyyətindədir. Rəngli bayraqlar bu dəhşətli dünyanın arxa planındakı qara dünyanı gizlətmək üçündür. Əlbəttə ki, homoseksual olduğu üçün hər hansı bir insanın zərər görməsi heç bir şəkildə qəbul edəcəyimiz bir şey deyil. Ancaq müsəlman olaraq bu azğınlığa qarşı olmalıyıq və bu barədə xəbərdarlıq etməliyik.

 

Bu gün dəbdə, sənət dünyasında, Hollivudda homoseksual diktatura hökm sürür. Gənc kadrlar yüksəlmək və tanınmaq üçün bəzən zorla homoseksual edilir və ya bu istiqamətdə təşviq edilir. Dəb adı altında, kişilər özlərini qadınlara, qadınlar isə özlərini kişilərə bənzədirlər.

İslam dünyası homoseksuallıq təbliğatının hədəfi mövqeyindədir. Bu gün televiziyalarla, filmlərlə, internetlə, qara piarla homoseksuallıq dünya müsəlmanlarının qapısına söykənib. İslamofobiya sanki müsəlmanların homoseksuallığı qəbul etmələri üçün şantaj vasitəsi kimi istifadə edilir. Bu çirkin planın hədəfi İslam aləmini cinsi azğınlıqla batırıb, əldən salmaq, zaman içində aradan çıxarmaqdır. Halbuki Peyğəmbərimiz (səv) "Ümmətin üçün ən qorxduğum şey Lut qövmünün etdiyidir" sözləri ilə saleh möminlərə istiqamət verib.

 

Quranda haram olan homoseksuallığı ağlabatan göstərməyə çalışan bu çirkin ittifaq homoseksual, anarxist, milli dəyərlərə qiymət verməyən, İslama zidd, İslamdan utanan müsəlman gənclik formalaşdırmağı qarşısına məqsəd qoyub. İslam dünyasını müdafiəsiz qoymaq üçün ağlasığmaz səy göstərir. Müsəlmanların qarşısında planlı, mütəşəkkil, maliyyələşən, qətiyyətli bir quruluş var. Bu quruluş İslam dünyasının müqavimətini qırmağı özünə hədəf seçib. Qərb dünyasını 30 il kimi qısa bir müddətdə təməldən dəyişdiriblər. Əllərində yol xəritəsi var. Hədəfləri məlumdur. Bu səbəbdən müsəlmanların bu təhlükənin fərqinə varması və heç bir şəraitdə, heç bir yalanla İslami dəyərlərindən güzəştə getməmələri çox əhəmiyyətlidir. Müsəlmanların parlaq gələcəyi bu yoldadır.

 

Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi:

http://www.nst.com.my/news/2016/08/167634/homosexual-agenda

http://www.harunyahya.org/tr/Makaleler/228414/Homoseksuellik-klanina-dikkat

 

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/229392/homoseksualliq-klanina-diqqəthttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/229392/homoseksualliq-klanina-diqqəthttp://imgaws1.fmanager.net/Image/objects/87-dunyadan-yankilar/new_straits_times_adnan_oktar_homosexual_agenda.jpgSat, 10 Sep 2016 12:16:52 +0300
Köməksiz uşaqlara yardım etmək üçün itirəcək vaxt yoxdur

Bəzi insanlar öz həyatlarına təsir etməyən problemlərə qarşı tamamilə biganə qalmağı üstün tuturlar. Ətraflarında baş verən hadisələr öz ailələrinə və yaxınlarına zərər vermədiyi müddətcə bu məsələlərlə məşğul olmur, bu barədə narahat olmurlar. Yaxınları ilə bağlı hər hansı məsələ olduqda isə hər cür fədakarlığı gözə ala bilirlər. Bunların başında doğma uşaqları gəlir. Bir çox insan öz uşaqlarının üstünə titrəyir. Onların xoşbəxtliyi, sağlamlığı və əmin-amanlığı üçün lazım gələrsə, bütün imkanlarını səfərbər edir. Bu, əlbəttə, gözəl, eyni zamanda da haqlı davranışdır. Təəccüblü olan isə uşaqlarına böyük dəyər verən bu insanların böyük çətinliklər içində yaşayan digər uşaqları tamamilə görməzdən gəlmələridir.

 

Belə ki, siz bu sətirləri oxuyarkən dünyada çox sayda uşaq təhlükə və çətinliklərlə iç-içə, həyatda qalmağa çalışır...

 

Yaxın Şərqdə davam edən münaqişə və müharibələrdə bombaların hədəfi olur.

Qaçqın düşərgələrində təcavüzə və cinsi təcavüzə məruz qalır, yaxud da pul müqabilində fahişəliyə məcbur edilir.

 

Müharibədən qaçıb Avropa sahillərinə çatmağa çalışarkən dənizdə boğulur.

 

Cənubi Asiyanın və ya Afrikanın kasıb ölkələrində  ərzaqdan, təmiz sudan, səhiyyə və təhsil xidmətlərindən məhrum, səfalət içində yaşayır.

 

Kiçik yaşda evləndirilir və ya ağır işlərdə qul kimi işləməyə məcbur edilir.

Ailəsi və ya dostları tərəfindən zorakılığa məruz qalır.

 

Mələk kimi məsum və təmiz uşaqların yaşadığı bu zülm və əziyyət insanın qəlbində böyük iz qoyur. BMT-nin Uşaq Fondunun (UNİCEF) ötən günlərdəki hesabatı isə vəziyyətin ciddiliyini və çözümünün nə qədər təcili olduğunu bir daha xatırladır. UNİCEF-in 70-ci il dönümündə yayımlanan bu hesabata görə bu gün lazımi tədbirlər görülməsə, çox güman ki, 2030-cu ilə qədər 5 yaşdan balaca 69 milyon uşaq öləcək, 167 milyon uşaq yoxsulluq içində yaşayacaq, məktəb yaşındakı 60 milyon uşaq isə məktəbə getməyəcək.

 

Bu rəqəmlər dəhşətvericidir. Bir uşağın belə əzab çəkməsi qəbul edilməzdir. O halda, milyonlarla insanın həyatını itirmə təhlükəsi necə qəbul edilə bilər? Milyonunun aclığa və səfalətə məhkum olma ehtimalı necə gözardı edilə bilər?

 

Vicdanlı, həssas, səmimi, xeyriyyəçi, yaxşı insanlar üçün belə bir kabus qəbul edilməzdir. Bu səbəbdən fərdlərdən dövlətlərə, şirkətlərdən beynəlxalq təşkilatlara, mediadan qeyri-hökumət təşkilatlarına və universitetlərə qədər hər kəsə böyük vəzifə düşür. Üstəlik yardım əlini bir an əvvəl uzatmaq da həyati əhəmiyyət daşıyır.

 

Möhtac vəziyyətdəki uşaqlara yardım məsələsi gündəmə gəldikdə, adətən, ilk olaraq maliyyə problemi dilə gətirilir. Halbuki lazımi maddi dəstək inkişaf etmiş Qərb ölkələri və zəngin İslam dövlətləri tərəfindən asanlıqla təmin edilə bilər. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin silahlanmaya ayırdıqları payın çox cüzi hissəsi belə bu problemi həll etməyə artıqlaması ilə kifayət edir. ABŞ-ın müdafiə xərclərinin yalnız mində beşi ilə belə aclıq sərhədindəki 66 milyon uşağın qidalanma problemi həll edilə bilər.  Yaxud zəngin ölkələrin yalnız 6 günlük hərbi xərci ilə dünyadakı bütün kasıb uşaqlar məktəbə gedə bilər. Digər bir ifadə ilə problemi həll edə biləcək maliyyə mənbəyini tapmaq heç də çətin məsələ deyil əslində.

 

Ancaq ehtiyac sahibi uşaqlar üçün ayrılan fondların sui-istifadə edilmədən, yalnız onlar üçün istifadə edilməsi mühüm məsələdir. Həmçinin qanunların uşaq yönümlü məsələlər də nəzərə alınaraq hazırlanması, onlara pulsuz səhiyyə xidmətləri və ibtidai təhsilin təmin olunması, hüquqlarını qoruyub ehtiyaclarını ödəyəcək tədbirlər alınması hökumətlərin əsas məsuliyyəti olmalıdır. Həmçinin bu tənzimləmələrin koordinasiyasında cəmiyyətdə bütün təbəqələrinin birlik içində, planlı və sistemli fəaliyyəti daha səmərəli nəticələr verəcək. Bütün bunlar isə hökumətlərin ciddi səyini və qətiyyətini tələb edir.

 

Onların xoşbəxtliyinə, sevincinə hər kəs töhfə verməlidir.

 

Dövrümüzün müasir texnologiyaları ilə bir çox mövzuda sürətli və texniki həll yolları gətirmək mümkündür. Əsl problem isə dünyanı bürüyən bərabərsizlik, ədalətsizlik, eqoizm və sevgisizlikdir. Milyonlarla uşağın çəkdiyi əzab-əziyyətin əsl səbəbi eyni zamanda bunlardır. Beləliklə, zəngin və inkişaf etmiş ölkələr vəhşi kapitalizmin azğın və qəddar ruhunu bir kənara qoymalı, müdafiə etdikləri bərabərlik, qardaşlıq, ədalət, sevgi, həmrəylik kimi gözəl dəyərlər əsasında hərəkət etməlidirlər.

 

Şübhəsiz, yardıma möhtac uşaqların sosial, siyasi, iqtisadi və texnoloji dəstəklə birlikdə, mənəvi dəstəyə də ehtiyacı var. Bu çözümün, adətən, ehmal edilən tərəfidir. Onları sevgi ilə qucaqlamaq, şəfqətlə, səmimi və fədakarlıqla qorumaq lazımdır. Həmçinin onlara dəyər vermək və hörmət etmək, ağlı başında, danışılacaq, fikir mübadiləsi aparılacaq insanlar olduqlarını onlara hiss etdirmək lazımdır. Uşaqları və gəncləri vəhşi kapitalizmin, kommunizmin yanlışlığına və digər zərərli ideologiyalara qarşı məlumatlandırmaq, onlara sevgi öyrətmək vacibdir.

 

Ancaq bəzi insanlar yardımı yalnız maddi dəstəkdən ibarət görür. Halbuki uşaqların müsbət və sağlam inkişafı baxımından bütün bu deyilənlər çox böyük əhəmiyyətə malikdir. Buna görə də uşaqların şəxsiyyət kimi formalaşmasında həyati əhamiyyət kəsb edən ailəsinə, müəllimlərinə və yaxın ətrafına böyük məsuliyyət düşür.

 

Uşaqların xoşbəxt, rahat, firavan və sağlam olmadığı bir dünyada sülh, rifah, sabitlik də olmaz. Onların həyatı təhlükə altındadırsa, cəmiyyətin və dünyanın gələcəyi də təhlükə altındadır deməkdir. Xilas edilə biləcəkləri halda, əgər hələ də hər keçən dəqiqə, dünyada məsum uşaqlar həyatını itirirsə, aydındır ki, bu məsələdə hərəkətə keçmək üçün itirəcək bir an belə yoxdur. Gələcəyin təminatı olan uşaqlarımızın yaxşılığına, xoşbəxtliyinə, sevincinə hər kəsin töhfə verməsi və "itkin nəsillər" olaraq yetişməsinin qarşısını almaq üçün bütün gücü ilə işləməsi lazımdır.

 

Adnan Oktarın «Gulf Times»da dərc edilən məqaləsi:

http://www.gulf-times.com/story/505260/The-world-must-rally-together-to-help-children-in-

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/228031/koməksiz-usaqlara-yardim-etmək-ucunhttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/228031/koməksiz-usaqlara-yardim-etmək-ucunhttp://imgaws1.fmanager.net/Image/objects/87-dunyadan-yankilar/jefferson_corner_adnan_oktar_the_world_must_rally_together_to_help_children_in_dire_straits.jpgSun, 21 Aug 2016 22:21:39 +0300
Kommunizm Avropanı heç tərk etmədi ki ...

Çoxları dünyanın ən müasir və ən humanist cəmiyyəti olmasını ümid etdiyi Avropa İttifaqının bəzi ölkələrində getdikcə yayılan eqoist və mənfəətpərəst quruluşu anlamaqda çətinlik çəkir. İstər miqrantlar, istərsə də digər humanitar yardım kimi məsələlərdə baş verənləri heyrətlə izləyir. Əslində bu vəziyyətin çox dəqiq açıqlaması var.

 

Kommunizm çoxları üçün Sovet İttifaqı və Şərqi Avropa ölkələri ilə bütünləşmiş anlayışdır. Daha sonra Çin, Vyetnam, Kamboca kimi Asiya rejimləri yada düşür. Kuba başda olmaqla Venesuela, Boliviya kimi Latın Amerika ölkələri ilə bu eyniləşmə davam edir. Avropa qitəsi ilə kommunizm isə bir çox insanın təfəkküründə uyğunlaşmır. Halbuki kommunizm Qərbi Avropa, yəni Avropa əsaslı ideologiyadır.

 

Kommunizmin sosial-iqtisadi təməli olaraq qəbul edilən marksizm iki alman filosofunun cəmiyyətlərin tarixi və sosial dəyişikliklərini şərh etməsidir. Karl Marks və Fridrix Engels ilk dəfə 19-cu əsrin ikinci yarısında dünya tarixini sinfi mübarizələrlə açıqlamağa başladılar. Kommunist manifestinin hazırlandığı və nəşr olunduğu yer Böyük Britaniya idi. Hər iki filosof Fransa inqilabının radikal liderlərindən Maksimillian Robespyer, ingilis iqtisadçı David Rikardo, həmçinin alman filosofu Hegeldən çox təsirlənmişdilər.1 Lenin və Stalinin kəndli inqilabları, Maonun mədəni inqilabı, Pol Potun Kamboca inqilabı, Kuba partizan hərəkatlarının hamısı Avropa mərkəzli sinfi mübarizə nəzəriyyələri əsasında baş verib. Kommunizmin tətbiqləri dünyanın hər tərəfinə yayılsa da ideoloji əsası Avropada yaranıb inkişaf etdirildi və lazım olduqda zamana görə yenidən işləndi. Kütlələri arxasınca aparan manifestlərin hamısı Avropada yazıldı. Kommunizmin ilk davamçılarından olan Roza Luksemburq, Otto Bauer, Rudolf Hilferdinq, Karl Kautski də Avropa mənşəli ideoloqlar idi.

 

Avropa İttifaqının ilk toxumları da yenə sol mənşəli "Avropa Birləşmiş Ştatları" fikri ilə atıldı. Otto Bauer Avropa kapitalizminin labüd olaraq sosialist Avropa Birləşmiş Ştatları ilə nəticələnəcəyinə inanırdı. Kommunizmin qabaqcıllarından olan Leon Trotski də Avropa dövlətlərinin birləşməsinin kommunist Avropanın ilk mərhələsi olacağını bir çox yerdə ifadə etmişdi.2

 

1968-ci il Paris üsyanı da əslində Avropa qitəsindəki tam təşəkküllü kommunist inqilab sınağı idi. De Qoll Almaniyada fransız ordusu ilə razılıq əldə etməsəydi, bu gün böyük ehtimalla fransız kommunist dövləti ilə qarşı-qarşıya olardıq. Belə ki, bu üsyanın kommunist kadrları on illərlə Avropa siyasətini yönləndirdilər. Daniel Cohn-Bendit və ya Fransadakı Trotçkici hərəkatının lideri Alain Krivin kimi bu hərəkatın öndə gələn liderləri hələ də Avropa İttifaqının təsirli siyasi fiqurları olaraq siyasi fəaliyyətlərini davam edirlər.3

 

Avropa siyasəti marksist ideologiyanın təsiri altında qalan bir çox siyasətçi gördü. Məsələn, Avropa İttifaqını quran Maastrixt müqaviləsinin iki qurucusundan biri olan Fransua Mitteranla yanaşı, İtaliyada 10 il prezidentlik etmiş Giorgio Napolitanonun da marksist keçmişi var idi. Avropa İttifaqının təsisçiləri arasında qəbul edilən Sicco Mansholt, Pol-Henri Spaak və Altiero Spinelli marksist ideologiyanın davamçısı olan texnokratlar idi. Spinellinin Ernesto Rossi ilə həbsdə yazdığı "Ventotene Manifesti" Avropa İttifaqının quruluş sənədi olaraq qəbul edilir. Bu gün də Avropanın federalist quruluşunu qorumaq məqsədi güdən Spinelli Group hərəkəti Cohn-Bandit və Jaoschka Fişer kimi kommunistlər tərəfindən idarə edilir.

 

Məhz bunlar bir çox insan tərəfindən məlum olmayan həqiqətlərdir. Maraqlı olan isə bu gün bir çox dairədə Avropa İttifaqının siyasi quruluşunun və idarəetmə qaydalarının gün keçdikcə Sovet İttifaqına bənzədiyinin səsləndirilməsidir. Sovet İttifaqının əsir düşərgələri və dəlixanalarında 12 ildən artıq qalmış Vladimir Bukovskinin başçılıq etdiyi bir qrup Avropa İttifaqını kommunizmə yaxınlaşmaqda tənqid edir. Belə ki, Bukovski Avropa İttifaqı və Sovet İttifaqı arasındakı fərqin adlarında olduğunu iddia edir. Avropa İttifaqının eynilə SSRİ kimi sosialist hakimiyyətlər altında birləşmiş və bir qrup görkəmli bürokratik elita tərəfindən idarə edilən federal struktur olduğunu bildirir. 4

 

İngilis Müstəqillik Partiyası rəhbərlərindən Piter Riiv də İngiltərənin Avropa İttifaqından çıxmasını müdafiə edərkən, "nə qədər ki, çıxa bilirik çıxaq, çünki səmimi olaraq Avropa İttifaqının totalitar rejim halına gəldiyinə və marksist inqilabın baş verdiyinə inanıram" deyib. 5

 

Avropa İttifaqının Nazirlər Kabineti funksiyasını həyata keçirən Avropa Komissiyasının texnokrat quruluşu bu elit rəhbərlərə nümunə kimi göstərilir. Komissiya Avropa Parlamenti və Avropa Şurasının əksinə, seçilmiş deyil, təyin olunanlardan ibarət qurum kimi hərəkət edir. Komissiyada ən uzun dövr prezidentlik etmiş şəxs olan Joze Manuel Barrozu6 köhnə maoçu kommunistdir. Həmçinin keçmiş sədrlərdən Jak Delors7, Romano Prodi8, Manuel Marin9 sol meyilli siyasətçilərdir.

 

Açıq şəkildə göründüyü kimi, əslində marksizm Avropanı heç vaxt tərk etməmişdi. Sadəcə zaman keçdikcə dünyadakı tətbiqlərdən təsirlənərək ideoloqları tərəfindən yenilənmiş və formasını dəyişdirmişdir. Amma dünyanı mübarizə mühiti kimi görən və inkişaf üçün bu mübarizəyə bel bağlayan ideologiyalar Avropa cəmiyyətlərini hər dövrdə hakimiyyəti altına almışdır.

 

Vəziyyət elə bir hal alıb ki, bir çox avropalı belə öz ölkələrində fərqli mədəniyyətlərə düşmənçilik edilməsinə məna verə bilmir. Halbuki Qərbdə baş verənlər kommunizmin təməlindəki qarşıdurma mədəniyyətinin təbii nəticəsidir. Xüsusilə qeyd etmək lazımdır ki, insanlar hər cür fikrə, inanca və ya inancsızlığa sahib ola bilərlər. Bu mövzuda hər kəs azaddır. Ancaq bu azadlıq heç kimə dünyanı sinfi mübarizələrlə idarə etməyə çalışma və bu səbəbdən müharibələrə, münaqişələrə səbəb olma haqqını vermir.

 

Küçə münaqişələri artıq sona çatmalı, inqilab xülyaları 20-ci əsrdə qalmalıdır. Dünya güclünün həyatda qaldığı deyil, güclü ilə zəifin birlikdə yaşadığı bir yer olmalıdır. Əks halda dünya müharibələrinin, Afrikada acların, dənizdə boğulan miqrantların sayı artmağa davam edəcək. Avropanın gələcəyini axtarmalı olduğu yer küçələr və ya qarşıdurma deyil. Marksist ideologiyalar qoca qitəyə kifayət qədər qarşıdurma gətirib. Avropa cəmiyyəti dünyaya nümunə olmalıdır. Onlara yaraşan kommunizmin qarşıdurma mədəniyyətindən uzaqlaşmaqdır. Dünya belə bir Avropanın həsrətini çəkir.

 

  1. https://en.wikipedia.org/wiki/History_of_communism

  2. http://en.marksist.net/elif_cagli/united_states_europe.htm

  3. https://en.wikipedia.org/wiki/May_1968_events_in_France

  4. http://www.brusselsjournal.com/node/865

  5. http://www.theblaze.com/stories/2012/11/26/i-genuinely-believe-this-is-a-marxist-revolution-british-lawmakers-revolt-against-e-u-and-how-it-relates-to-us/

  6. http://www.cafebabel.co.uk/politics/article/when-barroso-was-a-communist.html

  7. https://en.wikipedia.org/wiki/Jacques_Delors

  8. http://www.thenewamerican.com/world-news/europe/item/14641-italy-on-financial-brink-as-%E2%80%9Cformer%E2%80%9D-communist-tries-to-lead

  9. https://en.wikipedia.org/wiki/Manuel_Mar%C3%ADn

Adnan Oktarın «Arab News»də dərc edilən məqaləsi:

http://www.arabnews.com/node/954416/columns

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/226957/kommunizm-avropani-hec-tərk-etmədihttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/226957/kommunizm-avropani-hec-tərk-etmədihttp://imgaws1.fmanager.net/Image/objects/87-dunyadan-yankilar/arab_news_adnan_oktar_remnants_of_communism_in_Europe.jpgMon, 08 Aug 2016 20:36:45 +0300
İslamofobiya adı altında müsəlmanları dəyərsizləşdirmə layihəsi həyata keçirilir

İslamofobiya deyil, keyfiyyətsizlik problemi...

 

Son illərdə müsəlman olmayan bəzi insanların müsəlmanlara qarşı qorxularını xarakterizə edən yeni söz uydurulub: islamofobiya.

İslam kimi mənası təhlükəsizlik və sülh olan bir sözün qorxu ilə eyni sözdə birləşdirilməsi nə qədər qəribə görünsə də, belə bir sözün niyə ortaya çıxmasını da ətraflı düşünmək lazımdır. İslamofobiyanı təkcə xristian, yəhudi, buddist və ya ateistlərin İslama qarşı çıxmaları ilə əsaslandırmaq səmimi yanaşma olmaz. Müsəlman qardaşlarımız da öz münasibət və davranışlarına baxıb özlərini tənqid etməlidirlər. Müsəlman olmayan cəmiyyətlərin bu mövqeyi dərindən araşdırıldıqda problemin kökündə duran əsas səbəbin fanatizm, yəni Qurandan uzaqlaşma olduğu məlum olur.

Fanatizm müsəlman cəmiyyətlərin böyük hissəsini öz təsiri altına alıb. Xurafatlara, bidətlərə və yanlış hədislərə əməl edilməsi ilə gücünü daha da artırıb. Fanatik təfəkkür həm düşüncə tərzi, həm də həyat tərzi ilə Qərb dövlətlərini dəhşətə gətirir. Çünki fanatik təfəkkürün hakim olduğu dünyada İslam yoxsulluq, sevgisizlik, nəzakətsizlik, keyfiyyətsizlik dini kimi göstərilir. (İslam dinini tənzih edirik) Avropalı, amerikalı və ya avstraliyalı bir insan müsəlman ölkələrin əksəriyyətinə baxdıqda fanatizmin hakim olduğunu görür. İnsanları sırf öz məzhəbindən olmadığı üçün asan, kəsən, qadınlara və qız uşaqlarına yaşamaq haqqı verməyən, pis geyinən, təmiz olmayan, rəssamlığı, heykəltəraşlığı, teatrı, operanı, musiqini haram elan edən, müasirlikdən uzaq insan modeli beynində canlanır. Bu qavrayış da əlbəttə ki, dünya miqyasında böyük narahatlıq və reaksiyaya səbəb olur və bəzi insanları İslama qarşı olmağa yönəldir.

 

Müsəlmanların böyük əksəriyyəti də bu vəziyyətin, İslamı yanlış anlayışla Qurandan uzaq yaşayıb, dünyaya da yanlış tanıdan bəzi müsəlmanlar səbəbindən ortaya çıxdığının fərqinə varmırlar. Xüsusilə Qərbdəki insanları İslama və özlərinə qarşı düşmən olmada günahlandırırlar. Halbuki insanlar əslində İslam dininə deyil, gördükləri yanlış modellərə görə zehinlərində yaranan keyfiyyətsizliyə qarşı olurlar.

Keyfiyyət İslamın əsasıdır, cənnət xüsusiyyətidir və dünya həyatının da ən önəmli gözəlliklərindəndir. Keyfiyyətin olmadığı hər yer yaşanılmayacaq hal alır. Qaranlıq, tutqun evlər, gözəllikdən uzaq məkanlar insanlara xoşbəxtlik gətirmir. Keyfiyyət olmadıqda baxımsız, üzündə sevgi ifadəsi olmayan, əsəbi, mənfi danışan, gözəlliklərdən zövq almayan, xoşbəxt olmayan, hətta bunları yox etməyə çalışan insanlar yayılır. Belə bir cəmiyyətdə isə qardaşlıq, gözəlliklər yox olur, sevgi, dinclik qalmır. Bir sözlə rahatlıq yox olur. Hər kəs bir-birindən uzaqlaşır və hətta bir-birindən çəkinəcək, qorxacaq hala gəlir.

 

Keyfiyyət çatışmazlığı cəmiyyətləri daxilən yeyib bitirən, onların inkişafını, gözəlləşməsini və uzlaşmasını əngəlləyən, davakar, məmnuniyyətsiz və sevgisiz cəmiyyətlərin yaranmasına gətirib çıxaran böyük problemdir.

 

İslam təmizlik, paklıq, keyfiyyətdir. İslam dedikdə dünyanın ən keyfiyyətli və ən mədəni insanları yada düşməlidir. İslam Quranla bizə misilsiz keyfiyyət anlayışını gətirib. Qurana görə müsəlmanın əsas xüsusiyyəti mərhəmətdə, şəfqətdə, nəzakətdə, təmizlikdə ən yüksək səviyyədə olmaqdır. Müsəlman ən təmiz və ən gözəl geyinəndir. Ən gözəl yeyib-içən, sosial ədaləti ən mükəmməl şəkildə tətbiq edəndir. Quran bu təsvirlərlə endirilmiş kitabdır. Bu səbəbdən keyfiyyətsiz həyat tərzi və gözəllikdən uzaq anlayış müsəlmana əsla yaraşmaz.

 

Müsəlman müasir, sənətə, estetikaya dəyər verən, davamlı olaraq həyatı daha asan, daha keyfiyyətli və səmərəli yaşamağın yollarını axtaran, mədəni, savadlı, öyrənməkdən, özünü inkişaf etdirməkdən geri qalmayan, hər kəsin örnək aldığı, hər yeri yaşıllıqlar, ağaclar, çiçəklərlə gözəlləşdirən və daima vicdanına görə hərəkət edən insandır. Ancaq fanatizmin hakim olduğu dünyada keyfiyyətdən heç vaxt bəhs edilə bilməz. Zaman keçdikcə İslam aləmini öz təsiri altına alan keyfiyyətsizlik tarix boyu Qərb cəmiyyətlərində əks reaksiyaya səbəb olmuş, müsəlmanları əhəmiyyətsiz və dəyərsiz görmə problemi baş qaldırmışdır.

 

Bəzən də məhz bu yanlış mənzərəyə görə İslam əleyhdarlığı ön plana çıxmışdır. Müsəlmanlar əzilən, istismar edilən, alçaldılan insanlar olaraq qəbul edilməyə başlamışdır.

 

Bu səbəbdən keyfiyyətsizliyi xoş qarşılamayanlara reaksiya vermək əvəzinə təcili tədbir görmək lazımdır. Keyfiyyət İslam cəmiyyətlərində dövlət siyasəti halına gətirilməlidir. Bu şəkildə fanatiklərin təhlükəli düşüncə tərzinə İslam cəmiyyətləri içindən güclü cavab verilə bilər. Keyfiyyət çatışmazlığı olan bütün dövlətlərdə keyfiyyət nazirlikləri yaradılmalı, xalqın sənətə və elmə yönələcəyi imkanlar təmin edilməli, sənətkarlar və elm insanları dəstəklənməli, keyfiyyətli olan hər fəaliyyət təşviq edilməlidir.

 

Keyfiyyətin müsəlmanlığın mühüm xüsusiyyəti və İslam əxlaqının tələbi olduğu Qurandan dəlillərlə izah edilməlidir. "Bir tikə çörək, bir paltar" məntiqinin yanlışlığı, müsəlmanların hər şeyin ən gözəlinə, ən təmizinə layiq olduqlarının vurğulanması çox əhəmiyyətlidir. Keyfiyyətsizliyin İslamın ruhunu anlamamaqdan irəli gəldiyi də ətraflı şəkildə izah edilməlidir. Beləliklə mədəni olmağın ən mühüm ünsürlərindən birinin keyfiyyət olduğu daim yaddaşlarda olmalı və bu məsələdə aparıcı ölkələr nümunə götürülməlidir.

 

Qərb ölkələrinin bu məsələdə üzərinə düşən vəzifə isə sevgi və sülh tərəfdarı müsəlmanlara inanmaları, onlarla ittifaq etmələridir.

 

Digər tərəfdən, bütün müsəlmanlar fanatizmə qarşı ideoloji mübarizə aparmalı, Qurandakı həqiqi İslamı tanıtmalı və tərəfdarlarını dəstəkləməlidirlər.

 

Allahın izni ilə ancaq bu şəkildə islamofobiya sözü istifadə edilməyəcək və dünyaya hakim olan qəzəb və nifrət getdikcə azalaraq yerini sevgi, hörmət və şəfqətə verəcək.

 

Adnan Oktarın «Ekurd Daily» & «Jefferson Corner»da dərc edilən məqaləsi:

http://ekurd.net/under-name-islamophobia-2016-07-11

http://www.jeffersoncorner.com/under-the-name-of-islamophobia/

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/226955/islamofobiya-adi-altinda-musəlmanlari-dəyərsizləsdirməhttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/226955/islamofobiya-adi-altinda-musəlmanlari-dəyərsizləsdirməhttp://imgaws1.fmanager.net/Image/objects/87-dunyadan-yankilar/ekurd_daily_adnan_oktar_under_the_name_of_islamophobia.jpgMon, 08 Aug 2016 20:32:58 +0300
Cəsur türk xalqı çevrilişi necə dəf etdi

"15 iyul" gecəsi türk millətinin demokratiya və qəhrəmanlıq dastanı yazdığı gecə oldu. Hakimiyyəti ələ keçirməyi hədəf alan hərbi çevriliş cəhdi millətin cəsarəti və igidliyi sayəsində əngəlləndi.

 

Türkiyədə 1960, 1971, 1980-ci illərdə də hərbi  çevriliş olmuşdu. Bundan başqa, Türkiyədə bir sıra memorandumlar hazırlandı və postmodern çevrilişlər də oldu. Bu səbəbdən türk milləti çevrilişlərin necə böyük bəlalar gətirdiyini çox yaxşı bilir. Çevrilişlər təkcə xalqı deyil, çevrilişi edənləri və ailələrini də çətin vəziyyətdə yaşadırdı. Demokratiyanın aradan qaldırılması hər kəsin əleyhinə bir mühit yaradırdı. Heç kim 2016-cı ildə, texnologiyanın bu qədər inkişaf etdiyi və mədəniyyətin hakim olduğu bir dövrdə yeni bir dövlət çevrilişi cəhdinin ola biləcəyinə ehtimal vermirdi.

 

Əvvəlki Türkiyə də yox idi artıq. Demokratiyası inkişaf etmiş, hüquq və azadlıqlarda Avropa standartlarına çatmış, iqtisadiyyatı və sənayesi qibtə ediləcək hala gəlmiş, təhsili gün keçdikcə güclənən, keyfiyyəti ilbəil artan, milli və mənəvi dəyərlərə getdikcə daha çox əhəmiyyət verən bir Türkiyə var idi. Problemlərin çözüm ünvanı olan və millətin iradəsini əks etdirən parlament ara-sıra baş verən fikir ayrılıqlarına baxmayaraq, vəzifəsini yerinə yetirirdi. Hər şeydən əlavə türk xalqı İslam aləminə yardım edən, dünya məzlumlarına dəstək olan, bütün dünyaya sevgini aşılayan demokratik Türkiyənin varlığına çox əhəmiyyət verirdi. Demokratiyanı iflas etdirərək, seçki ilə gələn rəhbərlərin çevrilişlə göndərilməsini Türkiyədə heç kim qəbul edə bilməzdi. Böyük bir bədəl ödənəcək olsa da, bu heç vaxt qəbul edilə bilməzdi və edilmədi də...

 

15 iyul gecəsi məna verilə bilməyən hadisələrlə başladı. Böyük meqapolislərdə tanklar mərkəzi küçələrdə gəzir, əsgərlər meydanlara daxil olur, heç kim hər hansı bir açıqlama vermirdi. İstanbulda Asiya və Avropanı birləşdirən iki körpü tanklarla bağlandıqda saat 22:00-ı göstərirdi. Eyni saatlarda Ankaradan da qeyri-adi canlanma xəbərləri gəlir, türk döyüş təyyarələrinin şəhərdə alçaqdan uçuşlar edərək narahatçılıq yaratdığı xəbərləri yayılırdı.

 

Saatlar 23:00-ı göstərdikdə isə Baş nazir Binəli Yıldırım tərəfindən bütün bunların dövlət çevrilişinə cəhddən irəli gəldiyi xalqa çatdırıldı. Xunta silah yolu ilə 23:25-də ələ keçirdiyi dövlət kanalı TRT-dən bəyanatlarını oxudur və komendant saatının elan edildiyini açıqlayırdı.

 

Prezident Rəcəb Tayyib Ərdoğan televiziya kanalına bağlanıb xalqı meydan və küçələrdə çevrilişə cəhd edənlərə qarşı mübarizəyə çağırdıqda isə saatlar 00:20-ni göstərirdi. Bu əsnada parlamentdə mandatı olan müxalifət partiya liderləri və bəzi komandirlərin nə bahasına olursa-olsun, çevriliş əleyhinə olduqlarını bildirən açıqlamaları qəlblərə rahatlıq gətirmişdi. Hökumətə ən müxalif televiziya kanalları belə çevrilişə qarşı çıxan yayımlar edirdi. Hər kəs, 80 milyonun hamısı sanki bir ürək olmuşdu.

 

Ölkə miqyasında bütün məscidlərdən oxunmağa başlayan dua və təkbirlər də millətin küçələrə çıxmasına səbəb olan ən böyük amillərdən biri idi. Ekranlarda Qəzzada, Sarayevoda, Avropanın hər nöqtəsində insanların Türkiyə üçün küçələrə töküldüyü xəbərləri gəlirdi. Bolqarıstandakı məscidlərdə də toplu dua edilir, Qətərdəki Torç qülləsi türk bayrağının rənginə bürünürdü. Livandan Somaliyə, Azərbaycandan ABŞ-a qədər bir çox ölkədə Türkiyə üçün dualar oxunurdu. Bunların hamısı birləşdikdə insanların şövqü, əzm və qətiyyəti daha da artırdı.

 

Məhz o andan etibarən 7-dən 70-ə qəhrəman türk milləti dualar, təkbirlər və türk bayraqları ilə tankların, hərbi vertolyotların və xuntanın önünə bədənlərini sipər etməyə başladı. Silahlı çevriliş etməyə cəhd edənlərə qarşı insanların əlində təkcə bayraqlar, ürəklərində də inanc vardı. Millətə baxmayaraq, millətə qarşı bir hərəkat heç vaxt uğurlu ola bilməzdi.

 

O gecə dövlətin hər qurumu, xüsusilə, polislər və vətənpərvər əsgərlər böyük igidliklə mübarizə apardı. Xalqın meydanlarda olması dövlətə böyük mənəvi güc verdi. Parlament bütün təhdidlərə baxmayaraq, gecə saatlarında növbədənkənar toplandı. Millət vəkillərinin çevrilişi qınaması əsnasında parlamentin dəfələrlə bombalanması da heç kimi qorxutmadı, siyasətçilər tək vücud oldu və çevriliş cəhdinə meydan oxudu.

 

Türkiyə o gecə yatmadı. Məsələ partiya məsələsi deyildi. Hər kəsin bunu dövlətin mənafeyi olaraq, demokratiyaya sahib çıxma kimi görməsi birlik və bərabərliyi artırdı. Heç kim qorxmadı, çəkinmədi, sabahını düşünərək geri addım atmadı və çevrilişə qarşı çıxdı. Bir neçə arzuolunmaz davranışdan başqa, təmkin, sevgi və şəfqət çərçivəsində hərəkət edildi. Nəticədə, 173-ü mülki, 62-si polis, 5-i çevrilişə qarşı çıxan əsgər olmaqla 246 nəfər şəhid oldu və   çevrilişin qarşısı alındı. Allahın rəhməti demokratiya şəhidlərinin üzərinə olsun.

 

Hərbi çevrilişin ardındakı əsl səbəblər

 

Türkiyə eynilə digər Yaxın Şərq ölkələri kimi, demək olar ki, 150 ildir müəyyən planlar çərçivəsində xaricdən və daxildən müdaxilələrə səhnə olur.

 

Güclü və sabit Türkiyənin Yaxın Şərqdəki müsəlman qardaşları ilə qucaqlaşması arzu olunmur. Qardaşlarımızla sevgi bağlarının yaradılması bu qaranlıq qüvvələri narahat edir. İslam aləmindəki müharibələri dayandırmaq üçün müsəlmanların müttəfiq olmasına qarşı çıxılır. Bu tip çevriliş, işğal və vətəndaş müharibəsi kimi planlarla Türkiyə zəiflədilmək istənilir, Suriya və İraqa bənzədilməsi məqsədi güdülür.

 

Son illərdə, xüsusilə, ingilis və amerikan mətbuatında Türkiyədə çevriliş olmasını dəstəkləyən mahiyyətdə çıxan yazılar, Türkiyənin terror təşkilatı PKK tərəfindən parçalandığını göstərən xəritələr, min ildir Anadoluda sülh içində yaşayan ələvi və sünnilərin toqquşacağını irəli sürən iddialar da bu planların ən bariz dəlillərindəndir. "American Enterprise Institute"un mart ayında prezident Ərdoğanın hərbi çevrilişlə hakimiyyətdən devrilməsi və sonra baş verəcək hadisələrdən bəhs edən "Türkiyədə çevriliş ola bilərmi" başlıqlı yazısı bunlardan ancaq biridir.

 

Çevrilişi təşkil edən dairələrə önəmli mesajlar verildi

 

Türkiyəni bölmək üçün planlanmış oyunlara qətiyyən imkan verilməyəcəyi, Türkiyənin hərbi çevriliş cəhdlərinə bütünlüklə qarşı çıxacağı, ortaya qoyulan son dastanla bir daha nümayiş etdirildi.

 

Türk millətinin hər şeydən əvvəl vətənin mənafeyini güddüyü, Allah eşqilə qorxusuz hərəkət etdiyi, çevriliş və ya işğal qarşısında nə qədər cəsur olduğu bir daha ortaya qoyuldu.

 

Çevrilişin uğursuz olmasının ardından bir-birinə müxalif partiyalar birgə mitinqlər, yürüşlər təşkil etdi. Bir araya gələ bilməz deyilən müxaliflər əl-ələ, demokratiya, vətən üçün bir arada idilər.

 

Nəticə etibarilə, bu hadisə türk milləti üçün bir növ sınaq oldu. Bütün dünyaya cəsarət və gözəl əxlaq dərsi verildi.  Gözəl, imanlı, şüurlu və cəsur gəncliyin yetişmiş olduğu ortaya qoyuldu.

 

Türk milləti Allahın izni ilə bundan sonra da önəmli mesajlar verməyə davam edəcək. Türkiyə qiyamətə qədər qardaşlıqda və fədakarlıqda nümunə olmağı davam etdirərkən, humanitar yardımlarla bağlı əldə etdiyi dünya birinciliyini da qoruyacaq. Keyfiyyətli, müasir, estetika və sənətə böyük əhəmiyyət verən, fərqliliklərə ən gözəl şəkildə sahib çıxan ölkə olaraq dünyaya sevgidə öndərlik edəcək.


 

Adnan Oktarın «News Rescue & Muslim Mirror & Gulf Times»da dərc edilən məqaləsi:

http://www.gulf-times.com/story/504498/How-the-valiant-Turkish-nation-thwarted-a-coup

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/226123/cəsur-turk-xalqi-cevrilisi-necəhttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/226123/cəsur-turk-xalqi-cevrilisi-necəhttp://imgaws1.fmanager.net/Image/objects/87-dunyadan-yankilar/gulf_times_adnan_oktar_how_the_valiant_turkish_nation_thwarted_a_coup.jpgFri, 29 Jul 2016 21:07:38 +0300
Mədəniyyətlər beşiyi Əndəlusdən dövrümüzə dərslər

Hər bir mədəniyyət müəyyən aspektləri ilə tarixə düşüb, hər biri ardında fərqli izlər buraxıb. Əndəlus İslam mədəniyyəti isə tarix səhnəsinə çıxmış bütün mədəniyyətlər arasında çox saylı xüsusiyyəti ilə müstəsna əhəmiyyətə malikdir.

 

Qərb tarixçilərinin qaranlıq dövr kimi səciyyələndirdiyi orta əsrin parıldayan ulduzu Əndəlus Avropa mədəniyyətinin formalaşmasında aparıcı rol oynayıb. Şəhər yenilik, mədəniyyət və sivilizasiya anlayışlarının zirvəyə çatdığı əsas mərkəz idi. Avropa günəşin batması ilə qaranlığa qərq olarkən Əndəlusə bağlı Kordova küçələri 24 saat lampalarla işıqlandırılırdı. Avropa çirk və palçıq içində olarkən, Kordovanın dörd tərəfi səki ilə örtülmüşdü və mindən çox hamamı var idi. Dövrün Paris və London xalqları çay sahillərindəki daxmalarda yaşayarkən Kordova müasir şəhər rahatlığına yaxın xüsusiyyətlərə malik idi. Xəstəxana, kitabxana və məktəbləri ilə şəhər elm və mədəniyyət mərkəzi idi. Kordova kitabxanası 600 min cild əlyazma kitabı ilə dövrümüzün böyük kitabxanaları ilə yarışacaq böyüklükdədir. Avropa əsilzadələri öz adlarını belə yaza bilməzkən, Kordovada uşaqlar məktəbə gedirdilər. [1]

 

İspaniya yarımadası İslam dini ilə hicrətdən yüz il sonra tanış olmuşdu. Tariq ibn Ziyadın Şimali Afrikadan gələrək İspaniyaya ayaq basmasından sonra müsəlmanlar tarixin ən görkəmli mədəniyyətlərindən birini qurmuşdular. Orta əsrin qaranlıq düşüncəsinin hər yerə hakim olduğu, vəba ilə milyonların yox olduğu, yüz illik müharibələri ilə millətlərin bir-birini qırdığı dövrdə İspaniya və Əndəlus mədəniyyəti bəşəriyyətin qüruru idi.

 

Əndəlus 8 əsr İslam mədəniyyətinin Avropadakı mərkəzi oldu. Avropa İslam mədəniyyəti sayəsində inkişaf edən tibb, elm, təhsil və memarlıqdan artıqlaması ilə istifadə etdi. Bir çox tarixçi Avropa İntibahının başlanğıc nöqtəsinin Əndəlus mədəniyyəti olduğunu düşünür və Kordovanı "ən yüksək mədəniyyət səviyyəsinə malik şəhər" kimi göstərir. Orta əsr Avropasında elmin inkişafının İslam alimlərinin əsərləri sayəsində mümkün olduğunu hər kəs qəbul edir. [2]

 

Əndəlus mədəniyyətinin ən gözəl nümunələrindən biri olan Əlhambra sarayı da təbii mühit ilə mükəmməl harmoniyaya malik idi. Çox qarışıq quruluşu və xüsusi bəzəkləri vardı. Əndəlusdə yaşayış sahələrində su və yaşıllıq harmoniya içində idi. Saray, dövrümüzün təbiət dostu yaşıl binaları ilə oxşar xüsusiyyətlərə malik idi.

 

Əndəlusun möhtəşəm şəhər memarlığı da təbiəti qoruyan xüsusiyyətlərə malik idi. Şəhərin hər tərəfinə yayılmış bağ və hovuzlar su dəyirmanları ilə daşınan sularla suvarılırdı. Bu bağlar Qurandakı cənnət təsvirləri nümunə götürülərək salınmışdı. Şəhərin hər nöqtəsinə ehtişam hakim idi.

 

Əndəlus gözəllik və ehtişamla yanaşı, elmin və tibbin də mərkəzinə çevrilmişdi. İslam alimlərinin astronomiya və riyaziyyatda əldə etdikləri yeni kəşflər çox qısa müddətdə Pireney yarımadasına çatırdı. Qərb dünyasının Nyuton, Dekart və ya Fibonaççi kimi mühüm elm adamları əsərlərində müsəlmanların yazdığı kitablara istinad edirdilər. Müsəlman həkimlər dövrümüzün əməliyyatlarına oxşar cərrahi əməliyyatlar edirdilər. Maykl Skot vasitəsilə İtaliyaya köçən İbn Rüşd (Averroes) və İbn Sinanın (Avicenna) əsərlərinin Avropa İntibahının meydana çıxmasında  böyük təsiri olmuşdu.

 

Avropa moda ilə də Əndəlus vasitəsilə tanış olmuşdu. İtalyan dərzilər İslam dünyasından gələn parçaları tikərək məşhur olmağa başlamışdılar. Müsəlman dünyasındakı dəzgahlarda toxunan parçaların keyfiyyəti Avropadakılardan qat-qat yüksək idi. Müsəlman musiqiçi Ziryap müxtəlif mövsümlərə və günün fərqli saatlarına xas geyim mədəniyyətini Əndəlusə gətirdi. Diş məcunu, dezodorant kimi şəxsi gigiyena ləvazimatları Ziryab vasitəsilə əvvəl Pireney yarımadasına, oradan da Avropaya gəldi.

 

Əndəlus dövləti müsəlmanlar, xristianlar və yəhudilərin birlikdə rahatlıq içində yaşadığı sosial dövlət idi. Dövrə aid bir çox əsər 3 dinə mənsub sənətkarların qabiliyyətlərini nümayiş etdirirdi. Dövrün məscidlərində yəhudi bənnaları ilə  yanaşı xristian masonların da əməyi var idi.

 

Əndəlüs İslam mədəniyyəti 800 ildə 80 min saray və malikanə, 80 məktəb, 600 məscid və 600 karvansaray inşa etmişdi. Təəssüf ki, bu böyük əsərlərdən dövrümüzə qalanların sayı onlarla ifadə edilir. Mühüm memarlıq əsərlərindən olan Kordova məscidi kilsəyə çevrilib. Memarlıq şah əsəri Əlkasar sarayı isə kral Ferdinand və kraliça İsabel tərəfindən inkvizisiya məhkəmələrinin əsas mərkəzi olaraq istifadə edilmiş, ərəb hovuzları da işkəncəxanaya çevrilmişdi.

Müsəlmanlardan sonra yarımadaya hakim olan katolik krallıq yəhudiləri həmin bölgədən sürgün edərək onminlərlə yəhudi vətəndaşının mülkünü ələ keçirmişdi. Amerikanın kəşfi ilə də əsgərlər başda inklər və azteklər olmaqla bölgə xalqlarına qarşı qətliam törətmiş, əldə etdikləri qənimətləri İspaniyaya göndərmişdilər.

 

Bir sözlə, müsəlman hakimiyyəti regionu Avropanın ən zəngin, ən inkişaf etmiş əraziləri halına gətirmişdi. Elm, mədəniyyət, incəsənət olduqca inkişaf etmişdi. Digər tərəfdən, Əndəlus müsəlman və Qərb dünyası arasında münasibətlərin İslamın gətirdiyi qardaşlıq, mehribanlıq, sülh, yardımlaşma kimi dəyərlər çərçivəsində sağlam şəkildə addımlaya biləcəyini göstərirdi. Bütün bu aspektləri ilə Əndəlus mədəniyyəti bir çox sahədə dövrümüzə nümunə təşkil edir. Şübhə yoxdur ki, bu gün dünya Əndəlus mədəniyyətinə bənzər mədəniyyətə ehtiyac duyur. Müsəlmanlar bu mövzuda yenə öncüllərdən olub dünyanın bu günə qədər görmədiyi demokratiya, müasirlik və gözəllikdə yeni mədəniyyət qurmalıdırlar. Bu addım üçün lazım olan təməl İslam dinində mövcuddur. Bu ali məqsədə çatmaq üçün dinimizə sonradan əlavə olunan bidətləri çıxarıb Quranın əslinə qayıtmaq kifayətdir. Müsəlman aləmi İslamın ilk illərindəki o ehtişamlı dövrün yeniliyə açıq mədəniyyətini, şövq və həyəcanını nümunə götürməli, 21-ci əsrdə yeni Qızıl Əsr yaratmalıdırlar.     

 

[1] Ahmad Thomson, Endülüs’te Müslümanlar (The Muslims in Andalusia).
[2] (http://www.historyonthenet.com/blog/six-important-islamic-advances-in-medieval-medicine)

Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi:

http://www.nst.com.my/news/2016/07/159048/lessons-al-andalus

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/226121/mədəniyyətlər-besiyi-Əndəlusdən-dovrumuzə-dərslərhttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/226121/mədəniyyətlər-besiyi-Əndəlusdən-dovrumuzə-dərslərhttp://imgaws1.fmanager.net/Image/objects/87-dunyadan-yankilar/new_straits_times_adnan_oktar_lessons_from_al_andalus.jpgFri, 29 Jul 2016 20:59:40 +0300
Sosial medianın dövlət çevrilişi cəhdində gözlənilməz rolu

Türkiyə 15 iyul gecəsi dəhşətli çevriliş cəhdi ilə üz-üzə gəldi.

 

O gecəyə dair ilk əlamət İstanbul Boğazındakı iki körpünün hərbi yük maşınları və tanklarla bağlanması idi. Ardından Milli Təhlükəsizlik Təşkilatı və Baş Qərargah binasının hücuma məruz qaldığı xəbərləri gəldi və Atatürk Hava Limanının girişi də zirehli maşınlarla mühasirəyə alındı.

 

Baş Qərargah rəisi çevrilişə cəhd edənlər tərəfindən girov götürüldü. Türkiyə parlamenti binası, içində 150-yə qədər deputat olduğu halda, döyüş təyyarələri tərəfindən bombalandı.

 

Baş nazir Binəli Yıldırım televiziyaya çıxıb hadisələri əsgərlərin içində yuvalanmış azlığın "fəaliyyəti" olduğunu bildirənə qədər heç kim nə olduğunu tam anlaya bilməmişdi.

 

Hadisələr sürətlə inkişaf edərkən prezident Rəcəb Tayyib Ərdoğan, əsasən, hökumət əleyhinə kanal kimi tanınan "CNN Turk"ə görüntülü zəng vasitəsilə bağlanaraq xuntanın "küçəyə çıxma qadağası əmrinə" baxmayaraq, xalqı meydanlara dəvət etdi.

 

İgid türk xalqı bu çağırışa dərhal cavab verdi və meydanlara axın etdi. Növbəti gün günortaya qədər heç kim evinə geri qayıtmadı. Məqsədləri təkcə etiraz etmək deyil, qəhrəman polislərə və vətənpərvər əsgərlərə bu qanunsuz dövlət çevrilişi cəhdinin qarşısını almaqda kömək etmək idi.

 

O gecə hər kəs etnik mənşəyi nə olursa-olsun, tək vücud olaraq hərəkət etdi.

 

Heç şübhəsiz ki, bu çevriliş cəhdinin qarşısını alan və Baş nazir Binəli Yıldırımın sözləri ilə bu qanunsuz cəhdi demokratiya şənliyinə çevirənlər də, həyatlarını təhlükəyə ataraq ölkəni qoruyanlar da cəsur türk vətandaşları idi.

 

Çevriliş cəhdinin bir sıra qaranlıq mərkəzlərin istədiyi kimi başa çatmamasında sosial medianın rolu böyük oldu. Sosial media profilləri iki saat ərzində blok edilməsinə baxmayaraq, 16 iyulda adi günlərdə yazılan tvitlərin üç misli, yəni cəmi 18.666.000 tvit yazıldı.

 

Çevrilişə cəhd edənlərin harada olduğu, insanların harada toplanıb onlara qarşı qoymalı olduqlarına dair məlumatlar internet vasitəsilə sürətlə paylaşıldı. Məsələn, Türkiyə dövlət televiziyası TRT və CNN Turk çevrilişə cəhd edənlərin işğalına məruz qaldıqda insanlar bu vəziyyəti sosial mediadan öyrənib dərhal bu kanalların olduğu yerlərə yardıma getdilər.

 

Digər çox önəmli bir məqam isə insanların siyasi fikri nə olursa-olsun, tək vücud olaraq hərəkət edərək ölkənin birliyini, bütövlüyünü qorumuş olmaları idi. Türk milləti ehtiyac olan anda ehtiyac olan yerlərə axın etdi və öz bədənlərini sipər edərək vətənini qorudu.

 

Periscope və Facebook Live sayəsində insanlar və media qurumları küçələrdə baş verənləri canlı olaraq yayımlayaraq insanlara anbaan doğru informasiya çatmasını təmin etdilər.

 

Mobil telefon operatoru Türk Telekom ertəsi gün hər bir abonentə hədiyyə olaraq pulsuz əlavə məlumat istifadə xidməti təqdim etdi.

 

Sosial medianın Türkiyədəki çevriliş cəhdinin qarşısının alınmasındakı bu müsbət təsiri bütün dairələr tərəfindən qəbul edildi.

 

Məsələn, Florida Universiteti sosial media bölməsinin başçısı Endryu Selepak bu məsələdə "Twitter və sosial media çevrilişin baş verməsinin qarşısını almış ola bilər" deyərək sosial medianın gücünə diqqət çəkir.

 

Keçmiş Federal Təhqiqat Bürosunun direktor müavini Kris Sveker isə sosial medianın rolu haqqında bunları deyir: "Twitter və oxşar saytlar Ərdoğan və (ordu daxil) tərəfdarlarının əks yumruq atmalarına və təşəbbüsünə təsirli reaksiya göstərmələrinə imkan verdi".

 

Ancaq hadisələrin davam etmə müddəti artdıqca insanlar təxribata daha açıq hala gələ bilir və sosial media da bu cür hadisələri idarə etməyin ən asan yolu kimi görünür.

 

Belə ki, üç il öncə Gəzi Parkı etirazları zamanı baş verən münaqişələrin əsas səbəblərindən biri sosial mediada yayılan yanlış xəbərlər idi.

 

Oxşar şəkildə 16 iyulda, yəni dövlət çevrilişinə cəhdin ertəsi günü Gəzi Parkı etirazlarında olduğu kimi, insanları provokasiya etməyə istiqamətli bir çox yalan xəbər sosial mediada yayıldı.

 

O gecə dinc əhaliyə hücum, çevrilişçilərlə qarşılıqlı yaşanan qarşıdurmalar və yaddaşlardan silinməyəcək səhnələri ilə tarixi bir gecə oldu. Ancaq keçmişdəki təcrübələrə baxmayaraq, sosial mediada yalan xəbərlər yayılmağa davam etdi.

 

Bu yalan xəbərlərə nümunə olaraq, başqa ölkələrdə baş vermiş çevrilişlərə aid köhnə şəkillərin sanki 15 iyulda Türkiyədə baş verən hadisələrə aid şəkillər kimi təqdim olunması idi.

 

Bir daha inkişaf etmiş müasir texnologiyanın müsbət və xeyirli şəkildə istifadə edilməsinin nə qədər vacib olduğunu gördük. Bu hadisələr bir neçə on il əvvəl baş vermiş olsaydı, insanlar nələr olduğundan xəbərdar olmayacaqdı.

 

Ancaq insanlar artıq sosial media sayəsində baş verənlərdən dərhal xəbərdar olub, bildiklərini böyük kütlələrə çatdırırlar.

 

Sosial media istifadəsinin yayılması gələcəkdə bu cür şeytani planlar quranların gözünü qorxudacaq.

 

15 iyul gecəsi Türkiyədə bir daha demokratiyanın qalib gəldiyini gördük.

 

Siyasətçilər, partiya liderləri, QHT-lər və sadə vətəndaşlar dünyagörüşləri nə olursa-olsun, çiyin-çiyinə dayandılar.

 

Bütün dünya Türkiyənin vətənpərvər əsgərlərlə, qorxusuz vətəndaşlarla və ləyaqətli, cəsur polislərlə dolu bir ölkə olduğunu gördü.

 

Heç bir qüvvənin gözəl vətənimizdə bizim üçün çox dəyərli olan demokratiyamıza zərər verməsinə icazə verməyəcəyik.

 

Adnan Oktarın «The Hans India & The Jakarta Post»da dərc edilən məqaləsi:

http://www.thejakartapost.com/news/2016/07/22/social-media-s-unexpected-role-turkey-coup-attempt.html

http://www.thehansindia.com/posts/index/International/2016-07-27/Social-medias-unexpected-role-in-Turkey-coup-attempt/244949

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/226119/sosial-medianin-dovlət-cevrilisi-cəhdindəhttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/226119/sosial-medianin-dovlət-cevrilisi-cəhdindəhttp://imgaws1.fmanager.net/Image/objects/87-dunyadan-yankilar/jakarta_post_adnan_oktar_social_medias_unexpected_role_in_turkey_coup_attempt.jpgFri, 29 Jul 2016 20:52:52 +0300
Müharibə ehtirası hər kəsə zərər verir  

20-ci əsr qarşısı asanlıqla alına biləcək səbəblərlə başlayan iki böyük dünya müharibəsinə səhnə olmuşdur. Bunlardan biri I Dünya Müharibəsinin fitilini alovlandıran Avstriya-Macarıstan vəliəhdi hersoq Ferdinandın Sarayevoda serb millətçisi tərəfindən öldürülməsi idi. 28 iyul 1914-cü ildə Avstriya-Macarıstan imperiyasının Serbiyaya müharibə elan etməsindən sonra cəmi 7 gün ərzində Rusiya, Fransa, İngiltərə, Almaniya, Avstriya-Macarıstanla birlikdə koloniya və müttəfiqləri bütünlüklə müharibəyə daxil oldu. 3 ay ərzində də Osmanlı dövlətinin daxil olması ilə üç qitəyə yayılan dünya müharibəsi başladı. Müharibə 4 il davam etdi. 1918-ci ildə sülh elan edildikdə isə ümumi insan tələfatı 15 milyon oldu.

 

II Dünya Müharibəsi də 1 sentyabr 1939-cu ildə Almaniya və Sovet İttifaqının Polşanı işğal etməsi ilə başladı. İngiltərə və Fransanın müharibəyə daxil olması cəmi 3 gün çəkdi. İngiltərə özü ilə birlikdə Kanadadan Avstraliyaya İngilis Millətlər Birliyinin üzvlərini müharibəyə çəkdi. 6 ay ərzində əvvəlcə İtaliya, sonra da Yaponiya müharibənin iştirakçısı oldu. 6 il ərzində 85 milyon insanın həyatını itirməsinə səbəb olacaq bu müharibə bir neçə ay ərzində əvvəlcə Avropanı, sonra da dünyanı yanğın yerinə çevirdi.

 

Bu gün tarixçilər bu müharibələri qiymətləndirərkən bir çox səbəbdən bəhs edirlər. Ölkələrin rəqabətləri, imperializm və müstəmləkəçilik acgözlüyü, liderlərin şəxsi ambisiyaları, eqoları, komandirlərin müharibə həvəsi arxalarında milyonlarla cəsəd qoyan qorxunc mühitə çevrildi. Bu səbəblərin bəlkə də ən önəmlisi əsrin əvvəlində dünyaya hakim olan müharibə ehtirası idi. Krallar, diplomatlar, merlər, siyasətçilər, akademiklər, yazıçılar, komandirlər sülh əvəzinə müharibəyə üstünlük verən ruh halına düşmüşdülər. 20-ci əsrin I yarısında dünya bu kütləvi isterikanın təsiri altında idi. Diplomatik yollarla asanlıqla həll edilə bilən problemlər döyüş meydanlarına keçdi. Dünyanın hər tərəfində işğallar, sərhəd müharibələri, regional münaqişələr bir-birini təqib etdi. Sülh və diplomatiya yerini müharibəyə vermişdi.

 

Əslində II Dünya Müharibəsinin ağlasığmaz zərərləri bütün dünyada bir oyanışa da səbəb oldu. Avropanın başlıca şəhərləri dağıdılmış, Sovet İttifaqı yerlə bir olmuşdu. Yaponiyada 2 böyük şəhər atom bombaları ilə məhv olmuşdu. Bütün bu fəlakətlərlə yanaşı, dünya çox acı bir dərslə də olsa ən pis sülhün ən yaxşı müharibədən yaxşı olduğunu gördü. Liderlər müharibələri bir daha geri gətirməmək üçün mühüm addımlar atdılar. Beynəlxalq təşkilatlar ard-arda qurulmağa başlandı. Aşağı profilli Millətlər Cəmiyyətinin yerini Birləşmiş Millətlər Təşkilatı aldı. Avropa silahlanmanın əsas xammalı olan kömür və poladı nəzarət altına almaq məqsədilə sonradan Avropa İttifaqına çevriləcək Avropa Kömür Polad Təşkilatını qurdu. Nato, Cento, Varşava Paktı kimi hərbi müqavilələr ölkələri fərqli düşərgələrdə birləşdirdi. Bütün dünya qaynar müharibələrə mane olmağa çalışdı.

 

 20-ci əsrin ikinci yarısı da təbii ki, bir çox müharibəyə səhnə oldu. Amma bu döyüşlər kiçik qığılcımlar olaraq qaldı. Koreya və ya Vyetnam müharibəsi kimi bütün dünyaya yayılma potensialı olan münaqişələr lokal oldular. Pakistanın Hindistandan ayrılması kimi çətin ayrılıqlar beynəlxalq ictimaiyyətin təzyiqi ilə nisbətən kiçik münaqişələrlə baş verdi. Soyuq Müharibənin ən dərin böhranlarında diplomatiya həll yolu gətirə bildi. 1960-cı il U2 təyyarə böhranında, 1962-ci il Kuba raket böhranında, Yaxın Şərq və Latın Amerika inqilabında, Şərqi Avropa işğallarında sülh təmin edilə bildi.

 

1979-cu ildən sonra isə müharibə həyəcanı anidən geri qayıtdı. Sovet İttifaqı Əfqanıstanı işğal etdi. İran və İraq səbəbi qeyri-müəyyən olan müharibəyə başladı. İraqın Küveyti işğalına ABŞ-ın reaksiyası bölgəyə əsgər yığmaq oldu. 2000-ci illərdə bu müharibə ehtirası daha da artdı. ABŞ minlərlə kilometr uzaqlara əsgər yığdı. Ərəb baharları vətəndaş müharibələrinə çevrildi. Azlıqlara qarşı qətliamlar sürətləndi. Balkanlardan Qafqaza, Orta Asiyadan Şimali Afrikaya qədər bütün dünya sonu gəlməyən müharibə şəraitinin içinə düşdü. Təkcə Yaxın Şərqdə 10 ildə 5 milyondan çox müsəlman həyatını itirdi.

 

BMT, Avropa İttifaqı, Rusiya, İslam Əməkdaşlıq Təşkilatı və ya beynəlxalq cəmiyyət bu vəziyyətə mane ola bilmədi. "Diplomatiya əvəzinə müharibə ilə haqq axtarma anlayışı" geri gəldi. Cəmiyyətlər öz ədalətini özləri yerinə yetirməyə qərar verdilər. Güzəştə getmək, orta yol tapmaq, sülh naminə fədakarlıq etmək zəiflik kimi qəbul edildi.

 

Bu gün adı hələ qoyulmamış olsa da, 2-ci Dünya Müharibəsi illəri qədər qanlı dövr yaşanır. Kiçik bir qığılcım hər an yeni dünya müharibəsinə rəvac verə bilər. Ukrayna böhranı, Suriya vətəndaş müharibəsi, sünni-şiə ayrılıqları səbəbindən bəzi ölkələr partlamağa hazır bombalar kimidirlər. Ancaq bu vəziyyətin dərhal dəyişməsi lazımdır.

 

Müharibə vaxtı deyil. Müharibələrin heç vaxt qalibi olmayıb və olmayacaq da. Məsələn, Səddamın müharibə siyasəti İraqı illərlə işğal altında tutmuş, ən sonunda üç yerə parçalanmasına səbəb olmuşdu. Qəddafi və Əsəd həm özlərini, həm də ölkələrini məhvə aparmışdı. Suriyada, Liviyada, İraqda, Yəməndə həyat sona çatmaq üzrədir. Cənubi Afrikada da vəziyyət fərqli deyil və xalq səfalət içindədir. Yamayka, Zimbabve, Sudan, Kolumbiya, Tailand "dünyanın ən təhlükəli ölkələri" elan edilib. Dünyanın artıq müharibələrin öhdəsindən gələ biləcək gücü qalmayıb. Müharibə əvəzinə sülhü seçmək ağlın və vicdanın tələbidir. Müharibə carçıları dərhal bundan imtina etməli və milyonlarla ölümün səbəbkarı olmaqdan Allaha sığınmalıdırlar.

 

Dünya sülhü üçün Qərb aləminə və müsəlman ölkələrə mühüm vəzifələr düşür. Qərb maraqları ilə toqquşan hər vəziyyətə işğal, bombardman, əsgər, gizli həbsxana, işgəncə ilə qarşılıq verməkdən imtina etməlidir. Bəzi müsəlman ölkələr də özlərindən olmayanı "düşmən" görməkdən imtina etməli, İslam dünyasındakı ayrılıqları da bir an əvvəl sona çatdırmalıdırlar. Axan qan ərəbin, kürdün, şiənin, sünninin, xristianın, amerikalının, suriyalının deyil, bütün bəşəriyyətindir. Dünyada istisnasız hər kəsin birinci prioriteti də bu qana mane olmaq olmalıdır.

 

Adnan Oktarın «The China Post»da dərc edilən məqaləsi:

http://www.chinapost.com.tw/commentary/letters-to-the-editor/2016/07/05/471230/Halting-bloodshed.htm

 

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/225197/muharibə-ehtirasi-hər-kəsə-zərərhttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/225197/muharibə-ehtirasi-hər-kəsə-zərərhttp://imgaws1.fmanager.net/Image/objects/87-dunyadan-yankilar/china_post_adnan_oktar_halting_bloodshed_must_be_first_priority_globally.jpgSun, 10 Jul 2016 23:22:50 +0300
Dualarda səmimi olmaq


Dua Allahın Rəhman və Rəhim isminin çox üstün təcəllisi, möminlərə böyük lütfüdür. Çünki insan Allaha dua edərək səmimi imanını, sevgisini və qorxusunu ifadə edə bilər. Yeganə dost və vəli kimi Ona təslim olduğunu, yalnız Ondan mədət umup Ondan kömək istədiyini göstərə bilər. Din əxlaqından uzaq cəmiyyətlərdə Allaha dua etmək müxtəlif batil inanc və xurafatlarla çətinləşdirilmişdir. İnsanlar hər an Allaha üz tutacaqları halda, bunun üçün vaxt müəyyən etmiş və ya araya vasitəçilər qoymuşlar.

 

Allah bu batil inanclara qarşı insanları belə xəbərdar edir: "Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz". (Zümər surəsi, 3)

 

Allaha dua etmək üçün müxtəlif vasitəçilər lazım olduğunu deyən insanlar, əslində dini çətin göstərərək insanları doğru yoldan azdırırlar. Çünki  "İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq" (Qaf surəsi, 16) ayəsində bildirildiyi kimi, insana ən yaxın daima Allahdır. Yəni insan istədiyi zaman Allaha yönələ, dua ilə kömək istəyə bilər. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz səmimi qəlblə dua edən qullarının duasına cavab verəndir. İnsan Allahın varlığını və yaxınlığını hiss edərək dua etməlidir. Çünki ancaq Allahın varlığının fərqində olan insan duanın mənasını və əhəmiyyətini dərk edir. Duanın xüsusiyyəti Allahla qulu arasında səmimi əlaqə qurmasıdır.

 

İnsan bütün çətinliklərini, istəklərini Allaha açar, Ona yalvarar. Allah da qulunun istəyinə cavab verər, duasını qarşılıqsız buraxmaz. Dua etmək üçün xüsusi vaxta, xüsusi dua formalarına ehtiyac yoxdur. Hər an, hər dəqiqə və hər yerdə Allaha dua edilə bilər. İnsan bir yerə gedərkən, pilləkəndən düşərkən, alış-veriş edərkən, yemək hazırlayarkən, televizor seyr edərkən, liftdə, bir yerdə gözləyərkən, gecə yatdığı zaman, səhər qalxdıqda, nahar edərkən, avtomobil sürərkən bir sözlə hər yerdə və hər zaman Allaha dua edərək, Allaha istədiklərini bildirə bilər.

 

Bunun üçün ağlından keçirməsi belə kifayətdir. Çünki Allah insanın qəlbində gizlətdiklərini bilən, hər şeydən xəbərdar olandır. Mömin, Allahın onu eşitdiyini, gördüyünü, düşüncələrini bildiyini bilərək dua edər. Bu səbəbdən mömin içindən keçirdiyi bir anlıq bir fikri də Rəbbimizin bildiyini bilərək bu əhəmiyyətli ibadəti yer, zaman ayırd etmədən istədiyi şəkildə edə bilər. Belə mühüm bir ibadətdə Allahın verdiyi asanlıq mömin üçün lütfdür.

 

Dua dedikdə insanın ağlına Allahı zikr etməsi, Allaha qüsurlarını etiraf etməsi, özünün və möminlərin ehtiyaclarını istəməsi, dilə gətirməsi gəlir. Bunun üçün duada Allaha qarşı səmimi üslub olmalıdır.

 

Dua zamanı əhəmiyyətli olan insanın o andakı ruh halı, içindəki niyyəti, səmimiyyətidir.

 

Dua mömin üçün çox böyük nemətdir. Mömin etdiyi hər işdə Allaha üz tutar. Allaha yalvara-yalvara dua edər. Ən çətin şərtlərdə belə imanlı insan heç vaxt ümidsizliyə qapılmadan, Allahdan güc, qüvvət və səbir diləyər. Allahın hər zaman hər şeyin ən xeyirlisini yaratdığını bilərək ümidlə və qorxuyla yalnız Allaha yalvarar.

 

Allahdan istədiyi hər şeyin ən xeyirli şəkildə nəticələnəcəyini bilər. Bütün güc Allahın əlindədir. Bir şeyin olub-olmaması yalnız Allahın istəyinə bağlıdır. Mömin bunu bilərək Rəbbinə dua etdiyi təqdirdə, Allah o insanın duasını ən xeyirli və ən gözəl şəkildə qəbul edər. Rəhman və Rəhim olan Allah ehtiyac içində olan insanların daim Özünə üz tutduqları təqdirdə işlərini asanlaşdıracağını bu ayə ilə bildirir:

 

"Onlar özlərinin xoşlamadıqları (qızları) Allaha aid edirlər. Dilləri də yalandan ən gözəl aqibətin onların olacağını söyləyir. Şübhəsiz ki, od onlar üçün hazırlanmışdır və onlar (orada) tərk olunacaqlar". (Nəml surəsi, 62)

 

Adnan Oktarın «Gulf Today»də dərc edilən məqaləsi:

http://gulftoday.ae/portal/b0a87dec-2d11-463f-81c1-aaa009200e48.aspx

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/225195/dualarda-səmimi-olmaqhttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/225195/dualarda-səmimi-olmaqhttp://imgaws1.fmanager.net/Image/objects/87-dunyadan-yankilar/gulf_today_adnan_oktar_be_sincere_in_your_prayers.jpgSun, 10 Jul 2016 23:19:10 +0300
Gözlərimizin önündəki itkin nəsil

Balaca Aylanın bədəni Türkiyə sahillərində tapılanda dünya iki mühüm şeyi xatırlamışdı: miqrant faciəsi və bu faciədən ən çox əziyyət çəkən miqrant uşaqları. Bu fəlakəti dünya tez unutdu. Sanki ölkələrdə, dənizlərdə baş verən faciələr sona çatmış kimi Aylanın yasını tutub öz həyatlarına geri qayıtdılar. Aylandan indiyə qədər bir çox insan dənizlərdə həyatını itirən minlərlə miqrantın, bədəni sahilə vuran minlərlə məsum uşağın fərqində belə olmadı.

 

Daha əvvəl də bildirmişdik: bizim sərhədimizdə olmaması  və ya bizim başımıza gəlməməsi dünyada bu faciənin baş vermədiyi demək deyil. Miqrantlar eyni çətinlikləri yaşamağa davam edirlər. Alınan məhdud tədbirlərdən sonra dəyişən bir şey yoxdur. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHRC) tərəfindən verilən açıqlamaya görə 2016-cı ilin əvvəlindən 15 iyun tarixinə qədər 2850 miqrant dənizdə boğularaq həyatını itirib. İyun ayında 700 nəfərlik gəminin batması onsuz da dəhşətli faciə ilə başlamışdı. İyun ayının sonlarında dənizdə həlak olanların sayının daha da artdığına şahid oluruq. İronik olan isə 20 iyun tarixinin Ümumdünya Qaçqınlar Günü olmasıdır.

 

Kifayət qədər qorxunc olan bu mənzərənin detalları isə daha da qorxuncdur. UNHCR-in məlumatlarına görə ilin əvvəlindən 4 iyun tarixinə kimi Avropaya gəlmiş miqrant sayı 206.200-dür. Hər üç qaçqından birini isə uşaqlar təşkil edir. Bir uşaq olaraq bu riskli və sonu bəlli olmayan yola çıxmaq onsuz da kifayət qədər qorxunc olduğu halda, statistika bizə daha da qorxunc mənzərə təqdim edir. Bu ölüm səfərinə çıxan 10 uşaqdan 9-nun yanında heç bir valideyni yoxdur. Tək-tənhadırlar! Bu ilin ilk beş ayında Şimali Afrikadan İtaliyaya getməyə çalışan 7000 uşaq yanında heç kim olmadan yola çıxıb. Bu kimsəsiz uşaqlar yaşları nə qədər kiçik olursa-olsun, bütün səfəri tək başlarına keçirərək sonu bəlli olmayan bir istiqamətə doğru yol alırlar. Əlbəttə ki, ən çox sui-istifadə edilən və ən böyük çətinliklərlə rastlaşanlar da yenə onlardır.

 

UNİCEF-in son açıqlamasına görə "insan taciri şəbəkələrinin qadınları və uşaqları hədəf seçdiyinə dair əlimizdə güclü dəlillər var. İtalyan sosial xidmət mütəxəssislərinə görə, həm qız, həm də oğlan uşaqları cinsi istismara məruz qalır, qızlar Liviyada fahişəliyə məcbur edilirlər. Belə ki, qız uşaqlarının bir qismi İtaliyaya çatdıqda təcavüzə məruz qaldıqları üçün hamilə idi".

 

Kimsəsiz qaçqın uşaqların buna müqavimət göstərmələri isə yenə başqa qorxunc zülmlə qarşılıq görür. 16 yaşlı Aimamo bu zülmü belə açıqlayır: "Əgər qaçmağa cəhd etsəniz, sizi döyürlər və ölə bilərsiniz. Əgər işləməsəniz, sizi döyürlər. Bu, sanki kölə ticarəti kimi bir şeydir".

 

Yenə UNİCEFİN-in rəqəmlərinə görə Şimali Afrikadan İtaliyaya tək gələn uşaqların sayı ötən illə müqayisədə iki qat çoxdur. Bu, miqrantların gəldikləri yerdə vəziyyətin nə qədər acınacaqlı olduğunu ortaya qoyan dəyərləndirmədir, əslində. Ailələrini itirən, tək və kimsəsiz qalan uşaq sayı o qədər çoxdur ki, uşaqlar müdafiəsiz qaldıqları bu torpaqlardan tək də olsa qaçmaq istəyirlər. Tarlalarda dəhşətli şəraitdə işləyib, hər cür istismara məruz qalıb özlərini insan tacirlərinə təslim edir və daha qorxunc macəraya doğru gedirlər. Bu yolda həyatını itirənlər tanınmır, bilinmirlər.

 

Avropaya gələn kimsəsiz uşaqlar üçün isə məskunlaşma yerləri hər zaman təmin edilə bilmir. Müvəqqəti sığınacaqlar və ya idman zalları dünyanı tanımayan bu günahsızlar üçün isti yuva deyil. Ailələri, evləri olmayan, öz ölkələrindən uzaqda olan bu uşaqların psixologiyaları, təhsilləri gündəmdə belə deyil. Yaşadıqları çətinliklər azmış kimi zenofobiklərin hücumları,  məruz qaldıqları nifrət sözləri, təcrid etmə və damğalanma onlar üçün vəziyyəti daha da çətinləşdirir.

 

Gözlərimizin önündəki problem təkcə miqrantlar deyil, bununla birlikdə meydana gələn itkin nəsildir. Bu nəsil daha uşaqlıq nədir bilmədən dünyanın ən dəhşətli əzabları və zalımlıqları ilə qarşı-qarşıya qaldı. Həyatı tanımayan və bütün ailəsini itirən kiçik bir uşağın insan tacirlərinin əlində yaşadığı kabusu, məruz qaldığı sui-istifadə və bunları yaşayarkən düşdüyü dəhşəti gözünüzün qabağına gətirin. Öz uşağını belə bir mənzərə içində xəyal edə bilməyən heç kim başqa bir uşaq üçün bu görüntülərə razı olmamalıdır. Uşaq harada yaşamasından, hansı dildə danışmasından asılı olmayaraq məsumdur və biz -vicdanlı, sağlam düşüncəli insanlar- onlardan məsuluq.

 

Bəzi Avropa ölkələri sərhədlərini miqrantlara bağlayarkən, İsveçrənin zəngin qəsəbələri cəmi 5 qaçqın almaq əvəzinə vergi ödəyərək bu "yükdən" qurtulmağın hesabını apararkən bütün bunlar baş verir. Əlbəttə, bunları seyr etmək istəməyən insanlar da var dünyada. Amma heç kimin təkbaşına bu zülmlə mübarizə aparmağa gücü çatmır. Deməli birliyə ehtiyacımız var. Problemin qığılcım nöqtəsi olan İslam dünyası və zülmü dayandırmağa əzm etmiş vicdanlı insanların tək bir nəfəs kimi hərəkət etməsi bu itkin nəsli xilas etməyə yetəcək. Yaxşıların ittifaqı dünya tarixində hər zaman qalib gəlib. Sayı az olsa belə yaxşılar birlikdə güclü və təsirlidir. Bunun üçün yaxşılar vaxt itirmədən aradakı süni münaqişələrə son verməli, bütün dünyaya "bir yerdəyik və zülmə qarşıyıq" mesajı verə bilməlidirlər. Xüsusilə İslam ölkələrinin bunu etməsi üçün qarşılarında heç bir maneə yoxdur. Böyük İslam dünyasının birlik halındakı nəhəng gücü dünyada uşağa belə zülm etməyi məqbul sayan təfəkkürü yox etməyə yetəcək. Allah bizim sadəcə olaraq hərəkətə keçməyimizi istəyir.

 

Mənbə:

http://www.reuters.com/article/us-europe-migrants-children-idUSKCN0Z00XY

http://www.theguardian.com/global-development/2016/jun/14/thousands-of-migrant-refugee-children-travelling-alone-from-africa-to-europe-says-unicef

 

Adnan Oktarın «Arab News»də dərc edilən məqaləsi:

http://www.arabnews.com/node/944531/columns

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/225019/gozlərimizin-onundəki-itkin-nəsilhttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/225019/gozlərimizin-onundəki-itkin-nəsilhttp://imgaws1.fmanager.net/Image/objects/87-dunyadan-yankilar/arab_news_adnan_oktar_no_change_since_aylans_death2.jpgTue, 05 Jul 2016 23:23:57 +0300
Növbəti Ramazan ayına girərkən İslam dünyası hansı vəziyyətdədir?

Dünya əhalisinin təqribən dörddə birini təşkil edən müsəlmanlar növbəti Ramazan ayını sevinc və həyəcan içində qarşılamağa hazırlaşırlar. Bir ildir həsrətlə gözlədikləri bu rəhmət və bərəkət ayına yenidən qovuşmağın xoşbəxtliyini yaşayırlar. Orucların, iftarların, sahurların mənəvi ləzzətini bir daha dadmağı səbirsizliklə gözləyirlər.

Həqiqətən Ramazan ayı müsəlmanların nöqsanlarından, günahlarından təmizlənib tövbə etmələri, imanlarını dərinləşdirmələri və nəfslərini tərbiyə etmələri üçün dəyərli fürsətdir. Allahın verdiyi nemətləri daha yaxşı dərk edib lazımınca şükür etmələri, bir tərəfdən də bu nemətlərdən məhrum olan, aclıqla, yoxsulluqla, əzab-əziyyətlə imtahan olunan qardaşlarının vəziyyətini bir qədər də olsa hiss edib dərk etmələri üçün mühüm fürsətdir.

Peyğəmbərimiz (səv), "Qonşusu ac olduğu halda, tox yatan kəs bizdən deyil" (Hâkim, II, 15; Heysemî, VIII, 167) deyə buyurur. Halbuki nəinki qapı qonşumuz, demək olar ki, İslam aləminin dörddə üçündə yaşayan qonşularımız növbəti Ramazan ayına aclıq, yoxsulluq, səfalət və pərişanlıq içində girir. Bu qardaşlarımız Liviyadan Suriyaya, Somalidən Yəmənə, İraqdan Şərqi Türküstana və Myanmaya qədər uzanan bir ərazidə müharibə, qarşıdurma, bombalama, işğal, sürgün, işgəncə, zülm, təhqir və haqsızlıqlar içində Ramazan ayını keçirməyə hazırlaşır.

İslam dünyasındakı bu qorxunc mənzərəyə qısaca nəzər salaq:

2011-ci ilin mart ayından etibarən qan dənizinə çevrilən Suriyada indiyə qədər 500 minə yaxın ölü, 2 milyona yaxın yaralı var. 4 milyondan çox suriyalı xarici ölkələrdə qaçqın vəziyyətindədir. Ölkə daxilində də yerindən, yurdundan məhrum edilmiş təqribən 8 milyon suriyalı yaşamaq uğrunda mübarizə aparır. Bu məzlum insanların da gündəlik həyatları bir tərəfdən evlərin, məktəblərin, xəstəxanaların, bazarların üstünə atılan barel bombalarından, raketlərdən qaçmaqla, digər tərəfdən də aclıq, susuzluq və yoluxucu xəstəliklərlə boğuşmaqla keçir.

2003-cü ildə ikinci dəfə 2 milyon insanın ölümü ilə nəticələnən ABŞ bombardmanları ilə alt-üst olan, sonradan 8 illik ABŞ işğalından çıxan İraq bu gün də məzhəb savaşları, intihar və terror hücumlarına qarşı mübarizə aparır. Korrupsiya dövlət sistemini bürüyərkən müsəlman xalq da yoxsulluq, səfalət və qorxu içində yaşayır.

Yəməndəki vətəndaş müharibəsi nəticəsində təqribən 8 min insan öldü, 17.000 yaralandı, 3 milyon əlil oldu. 2.5 milyon müsəlman yurdundan məhrum oldu. Müsəlmanlar vətəndaş müharibəsi, radikal terror, aclıq, susuzluq və yoluxucu xəstəliklərlə əhatə edilmiş vəziyyətdədir. Koalisiya təyyarələri tərəfindən bombalanan mülki yaşayış yerlərində ölən vətəndaşların sayı-hesabı yoxdur. Qida, təmiz su və sağlamlıq imkanları təmin edilə bilmədiyinə görə hər gün yüzlərlə uşaq həyatını itirir.

Liviyada Qəddafinin devrilməsindən sonra ortaya çıxan əks qruplar arasındakı toqquşmaların miqyası və intensivliyi gündən-günə artır. Olan yenə arada qalan məzlum dinc müsəlmanlara olur. Ölkədə 2.5 milyon müsəlman humanitar yardıma möhtacdır.

Əfqanıstanda, Pakistanda, Yəməndə, İraqda və Suriyada pilotsuz uçan aparatların şəhid etdiyi günahsız mülki şəxslərin statistikası belə aparılmır.

Myanmanın Arakan bölgəsində yaşayan Rohinca müsəlmanları buddist rəhbərlik tərəfindən zülmlərə məruz qoyulur. Müsəlmanlar vətəndaş kimi qəbul edilmir. Məktəbə getmək, dinini yaşamaq, evlənmək, səyahət etmək, mülk sahibi olmaq kimi ən fundamental insan hüquqları əllərindən alınır. Evləri yandırılır, təcavüz, işgəncə və zorakılığa məruz qalırlar. Son illərdə getdikcə artan şiddət hadisələri nəticəsində yüzlərlə Rohinca müsəlmanı həyatını itirdi, yüz minlərləsi də evlərini tərk edərək köç etmək məcburiyyətində qaldı. Köç edənlər də Banqladeş kimi bəzi qonşu ölkələrə qəbul edilmədikləri üçün görünməmiş çarəsizlik içindədirlər. Malayziya, Tailand, İndoneziya kimi ölkələrə qəbul edilən rohincaların vəziyyəti isə qeyri-müəyyənliyini qoruyur. Vətənsiz, pasportsuz, müdafiəsiz qalmış bu məzlumların sağlamlığı üçün müsəlman aləminin dərhal hərəkətə keçməsi lazımdır.

Çin hökuməti tərəfindən 1949-cu ildən etibarən işğal və təzyiq altında saxlanılan Uyğur muxtar bölgəsindəki müsəlmanlar başda dil, din və mədəniyyətləri olmaqla sistemli şəkildə assimilyasiyaya məruz qalırlar. Şərqi Türküstandakı məzlum insanlara qarşı qətliamlar, həbs və işgəncələr, adam oğurluqları gündən-günə artır.

İşğal altındakı Fələstin və Qəzzadakı müsəlmanlar BMT qərarlarına baxmayaraq, on illərdir təzyiq, təcavüz, bombalama və embarqolardan əziyyət çəkir.

Qıtlıq və quraqlığın əskik olmadığı Somalidə uzun illər davam edən toqquşmalar nəticəsində 1.1 milyon müsəlman yurdundan məhrum oldu. BMT-nin məlumatlarına görə 1 milyona yaxın insan həyatda qalmaq üçün humanitar yardıma möhtacdır. Aclıq səbəbindən hər gün onlarla körpə və uşaq həyatını itirir. Orta Afrikada 2013-cü ilin mart ayından etibarən baş verən etnik təmizləmə dərəcəsindəki zorakılıq hadisələrində yüz minlərlə müsəlman yurdunu tərk etdi, on minlərlə insan həyatını itirdi.

Təbii zənginliklərinə Qərbin müstəmləkəçi güclərinin əl qoyduğu digər Afrika ölkələrində də müsəlmanlara qarşı zülm və qətliamlar davam edir. Müsəlmanlar idarəçilikdən uzaqlaşdırılır. Terror, şiddət, qarışıqlıq və qeyri-sabitlik mühiti daim qızışdırılaraq müsəlmanların güclənməsinin qarşısı alınır.

Müharibə və qətliamdan qaçaraq Avropa ölkələrinə sığınan qaçqınlar, insanlıqdan uzaq rəftarlara və alçaltmalara məruz qalaraq deportasiya edilir. Rezin qayıqları hərbçilər tərəfindən deşilən qaçqınlar körpə, uşaq, qoca, qadın demədən Aralıq dənizinin qaranlıq sularında boğulur. ABŞ və Avropanın müxtəlif bölgələrində müsəlmanlar terrorist kimi qəbul edilir, məhz müsəlman olduqları üçün nifrət, qəzəb, zorakılıq və qətllərə məruz qalırlar. 

Filippin, Mora, Tailand Patani, Krım, Niger, Kəşmir, Sudan... Dünyanın bir çox bölgəsində müsəlmanlar oxşar əzab-əziyyətlə, fəlakətlərlə boğuşur.

Məhz Ramazan ayı İslam dünyasının şahid olduğu bu ağır mənzərəni bütün müsəlmanların dərin təfəkkür etməsi və hər kəsin nəfsində bunun mühasibəsini aparması və əlindən gələn hər cür səyi göstərməyə qərar verməsi üçün çox önəmli fürsətdir. Dinimizin bizə əmr etdiyi birlik olma ruhunu inkişaf etdirmək, dünyadakı bütün müsəlmanların ən əsas qurtuluş yolu olacaq. Birlik olmağın mənəvi mənada böyük gücü var. Allah Öz yolunda müsəlman aləminin ittifaqını gözəl görür və bərəkətini yayır. Ramazan ayının ruhu müsəlmanlara bu ittifaq duyğusunu verən dərin və mənəviyyatı güclü ruhdur. Bu ruhu daim edib, birliyin əhəmiyyətini unutmayıb, İslamda birləşdiyimiz müddətcə, müsəlman aləmi müsəlman qardaşlarının dərdinə dərman olacaq və sülhsevər, sarsılmaz böyük güc olacaq.

 


Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi: 

http://www.nst.com.my/news/2016/06/150213/harness-spiritual-power-unity

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/223612/novbəti-ramazan-ayina-girərkən-islamhttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/223612/novbəti-ramazan-ayina-girərkən-islamhttp://imgaws1.fmanager.net/Image/objects/87-dunyadan-yankilar/new_straits_times_adnan_oktar_harness_spiritual_power_of_unity1.jpgSat, 18 Jun 2016 21:23:49 +0300
Daha keyfiyyətli siyasət üçün daha çox qadın  

Dünyadakı insanların demək olar ki, yarısı qadınlardan ibarətdir. İlk başda bərabər kimi görünən bu bölgünü qadınlara verilən dəyərdə və cəmiyyətdəki mövqelərində isə görmək mümkün deyil. Demək olar ki, bütün cəmiyyətlərdə qadınların təhsil səviyyəsi kişilərə nisbətən daha aşağıdır. İşləməyən qadınların sayı daha çoxdur. Qadınlar eyni işlərdə birlikdə çalışdıqları kişilərdən daha az əmək haqqı alırlar. Bütün bunlarla yanaşı inkişaf etmiş ölkələrdə belə qadınlar kişilərin zorakılığına məruz qalır. Halbuki qadına dəyər vermək, qadınları önə çıxarmaq və həyatın bir hissəsi olmalarını təmin etmək üstün keyfiyyətdir. Qadına qayğı göstərmək, qadınların gələcəyini düşünmək, şərəfini, namusunu qorumaq da gözəl əxlaqın tələbidir.

 

Qadınların varlığı o cəmiyyətə keyfiyyət gətirir, qadınların iştirakı ilə hər mühit gözəlləşir, daha görkəmli hala gəlir. Siyasət kimi sərt metodların istifadə edildiyi sahələrdə qadınlar iştirak etdikdə nəzakət formalaşır, anormallıqların qarşısı alınır.

 

Düşündürücü olan isə qadınların siyasətdəki yerinin kişilərə görə daha məhdud olmasıdır. Dünyada qadınların parlamentlərdə təmsil olunma nisbəti orta hesabla 20.9%-dir. (1)

 

Demokratiyanın hakim olduğu ölkələrə nəzər saldıqda qadınların siyasətdəki yerinin daha çox olduğu dərhal gözə çarpır. Bu barədə BMT Qadın İşləri və Parlamentlərarası Birlik (Inter-Parliamentary Union: IPU) tərəfindən açıqlanan "2015-ci il siyasətində qadın xəritəsi" çox dəqiq məlumatlar ehtiva edir. (2)

 

Məsələn, Skandinaviya kimi demokratiyaları inkişaf etmiş ölkələrdə millət vəkillərinin demək olar ki, yarısı qadınlardan ibarətdir. Amerika və Avropa ölkələrində isə bu rəqəm dörddə bir, Asiyada isə beşdə birdir. İdarəçiliyi anti-demokratik qəbul edilən Asiya, Yaxın Şərq və Afrikada onda bir və ya daha aşağıdır.

 

UPİ-nin hesabatında nazirliklərin tərkibində də oxşar nisbəti müşahidə etmək mümkündür. (3) Finlandiya, İsveç və Fransada nazirlərin 30%-i qadınlardan ibarət olmasına baxmayaraq, Bosniya, Pakistan, Ərəbistan kimi ölkələrdə heç qadın nazir yoxdur.

 

Bundan başqa, qadınlar səs vermə hüququnu ancaq 20-ci əsrdə qazanıblar. Yunanıstan, İsveçrə, Monako və Portuqaliyada qadınlar ilk dəfə əsrin ikinci yarısında səs vermək hüququ qazanıblar. Səudiyyə Ərəbistanı, Qətər, Oman və Birləşmiş Ərəb Əmirliklərində isə səs vermək üçün qadınlar 2000-ci illəri gözləmək məcburiyyətində qalıblar.

 

Qadınların siyasətdə iştirakını artırmaq üçün BMT nəzdində pozitiv ayrı-seçkilik proqramları həyata keçirilir. Belə ki, son olaraq BMT-nin Qadın İşləri üzrə sədri, Çilinin keçmiş prezidenti Mişel Baçelet dünya liderlərini qadınların siyasətdə iştirakını artırmağa çağıraraq, kvota sisteminin tətbiq edilməsini istəmişdi. (4)

 

Qərbdə vəziyyət bu halda ikən, İslam aləmi qadınların siyasi hüquqları haqqında mənfi mənzərə ortaya qoyur. Bu hal bəzi dairələrin qadınların mövqeyindən İslam dinini məsul tutmasına səbəb olur. Həqiqətən bu böyük yanlışlıqdır. Qadını siyasətdə, dövlət idarəçiliyində, sosial həyatda görmək istəməyən İslam deyil, İslamın təməl dəyərləri ilə zidd olan fanatik mentalitetdir. İslam ölkələrindəki qadınların özlərinin də qəbul etdiyi bu ayrı-seçkiliyin aradan qaldırılması üçün Qurandakı din əxlaqı insanlara  çatdırılmalıdır. Qurandakı qadın Səba hökmdarı nümunəsində gördüyümüz kimi, dövlət başçısıdır. Allah ayələrdə qadınla kişinin cəmiyyətdəki yerinin bərabər olduğunu bildirir.

 

Quranda bildirilənlər bu qədər açıq olduğu halda, bir çox İslam cəmiyyətində bu gün qadının üzərindəki ictimai təzyiq, geydiyi paltarla başlayıb, gülməsinə, baxımlı olmasına, küçəyə çıxmasına qədər davam edir. Fanatik mentalitet tərəfindən qadın bəzən elə təhlükə olaraq görülür ki, var olmaları belə təhdid kimi qəbul edilir. Ona görə evdən bayıra çıxmamaları “ən gözəl həll yolu” olaraq düşünülür. Bəziləri bunu da yetərli görmür, qadının evdən bayırı görə bilməməsi üçün pəncərələrin belə bağlanmasını və xarici mühitlə bütün əlaqəsinin kəsilməsini istəyirlər. Qadınlar dünyadakı ən nəzakətli, ən gözəl, ən zərif varlıqlar olduğu halda, ən çox təzyiq görən hala gəliblər.

 

Qərb dünyasının İslam aləmindən uzaqlaşmasının və müsəlmanlardan qorxmasının əsas səbəbi də qadınlara olan bu təzyiqdir. İslamofobiyanın əsası qadın əleyhdarlığıdır. Bunu aradan qaldırmağın yolu isə qadına Quranda bildirildiyi kimi, hər cəhətdən azadlıq verilməsi, iş və siyasət kimi sahələrdə qadınlara üstünlük verilməsidir.

 

Müsəlman ölkələrində qadınlara qarşı ayrı-seçkiliyin ləğvi, qadına qarşı şiddət tətbiq olunmasının qarşısının alınması və ən əhəmiyyətlisi qadınlara daha çox təhsil imkanının verilməsi çox önəmlidir. Bununla yanaşı, qadınların siyasətdə iştirakını artırmaq üçün də addımlar atılmalıdır. Bütün bunlar sadəcə bir liderin, ya da partiyanın təşəbbüsü olaraq qalmamalı, bütün İslam dünyasının dəstəyi ilə dövlət siyasəti halına gətirilməlidir. Müsəlman ölkələrin parlamentlərində qadınlara verilən mandat hüququnun artırılması bu məsələdə gözəl başlanğıc ola bilər.

 

Belə ki, Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd ibn Salmanın "əslində, İslamda qadınlara verilən hüquqların daha çox olduğunu və bu məsələdə əmək sərf edəcəyini" bəyan etməsi bu yolda atılacaq addımlar baxımından gözəl başlanğıcdır. (5)

 

Bu məsələdə qadınlara da mühüm vəzifələr düşür. İlk növbədə siyasətə atılan qadınlar keyfiyyəti və nəzakəti də olduqları mühitə gətirməlidirlər.  Siyasəti qadınların gözəl xüsusiyyətləri ilə yenidən qurmalıdırlar. Bu gün iş dünyasında və ya siyasətdə qadınların uğurlu olmaları üçün kişiləşməli olduqları kimi yanlış inanc hakimdir. Xüsusilə Qərb dünyasında bəzi siyasətçilər özlərini bu sərt, rəqabətə davamlı üsluba və üstünlük mübarizəsinə həsr ediblər. Doğru olan isə qadınların gözəlliyini, diqqətini, mərhəmətini siyasətə hakim etməkdir.

 

Dünya qadınları ilk növbədə qadın siyasətçilərə əmanətdir. Qadınların ictimai həyatda irəli çıxması, qadına qarşı zorakılığın qarşısının alınması, qadına qarşı ictimai sevgi və hörmətin artırılması qadın siyasətçilərin prioriteti olmalıdır.

 

Dünyadakı sistem dəyişməlidir. Qərbdə nazirlərin 30%-nin qadın olması qələbə deyil. Sayca daha çox qadının olduğu siyasi həyat daha nəzakətli və zəngin olacaq. Bütün dünya qadınların zərifliyindən, incəlikləri görmə qabiliyyətindən və əzmkarlığından istifadə edə biləcək. Cəmiyyətlərin ruhundakı gərginlik və təcavüzkarlıq hisslərini boğan bir güc olacaq. Dünyanın qadınların detal görmə gücünə, incəsənət və estetik qabiliyyətinə ehtiyacı var. Kişinin qadına nə edəcəyini öyrətdiyi bir dünyaya ehtiyac yoxdur. Kişi suverenliyinin hakim olduğu dünyanın hansı hala gəldiyi hər kəsə məlumdur. Qadınlara azadlıq verilməsi dünyanın sağlamlığını qoruyacaq, keyfiyyəti artırıb, ölkələrin güclənməsini təmin edəcək.

 

 

1.     http://kadem.org.tr/kadin-siyaset-ve-demokrasi/

2.     http://www.ipu.org/pdf/publications/wmnmap15_en.pdf

3.     http://www.ipu.org/press-e/pressrelease201503101.htm

4.     http://www.un.org/apps/news/story.asp?newsid=41445&cr=un#.VyI3dvmLSUk

5.     http://english.aawsat.com/2016/04/article55349867/deputy-crown-prince-women-rights-islam-yet-o

 

Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi:

http://www.nst.com.my/news/2016/05/148773/more-women-higher-quality-politics

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/222625/daha-keyfiyyətli-siyasət-ucun-dahahttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/222625/daha-keyfiyyətli-siyasət-ucun-dahahttp://imgaws1.fmanager.net/Image/objects/87-dunyadan-yankilar/new_straits_times_adnan_oktar_more_women_for_higher_quality_in_politics.jpgTue, 07 Jun 2016 21:39:09 +0300
Homoseksuallıq: müsəlman cəmiyyətlərə təlqin edilən böyük təhlükə

Modabazlıq, homoseksuallıq, anarxistlik, milli dəyərlərə əhəmiyyət verməmək, İslam əleyhdarlığı, müsəlman olmaqdan utanmaq, saxta intellektuallıq, özündənrazılıq...

Bunlar bəzi müsəlmanların yaratmağa çalışdığı yeni gənclik modelinin xüsusiyyətləridir. Qəbul olunmaq və müasir görünmək üçün bu xüsusiyyətlərə sahib olmaq lazım olduğuna  inanan insanlar gənclərin bu azğınlıqlara üz tutmaları üçün böyük səy göstərirlər. Bəziləri İslamın əxlaqi dəyərlərinə zərər vermək üçün şüurlu olaraq bu şəkildə hərəkət edir, bir qismi də şüursuz olaraq bu xətaya düşürlər.

Homoseksualizmin bu xüsusiyyətlərin içində ön sıralarda olması və sanki insan hüquqları problemi kimi təqdim edilməsi isə diqqəti çəkir. Unudulmamalıdır ki, homoseksualizm İslam dini də daxil olmaqla bütün (Qurani Kərim, Əraf surəsi 80-82) səmavi dinlərin müqəddəs kitablarında da (İncil, Levililər 18/22, Romalılar 1 / 24-28) haram edilib və bu haramı edənlər Allah tərəfindən ağır şəkildə cəzalandırılacaqlar. (Qurani-Kərim Hicr surəsi / 68-75, İncil, 2 Petrus 2/ 6-10 və Levililər 20/13)

Homoseksuallığa sövq edən edən bəzi müsəlman aktivistlər bu ayələrin həqiqi mənalarını azdıraraq burada homoseksualizmin qınanmadığını, yalnız cinsi zorakılığın qınandığını iddia edərək insanları yanlış istiqamətləndirməyə çalışırlar.

Bu gün bəzi cəmiyyətlərdə homoseksuallığa qarşı olmağı fanatizm zənn edənlər əksəriyyət olduğundan bir çox insan cinsi azğınlıq əleyhinə danışmaqdan çəkinir. Halbuki homoseksualizmin haram olması Quranın vəhylə bildirilməsindən illər sonra ortaya çıxan, yəni fanatiklər tərəfindən uydurulmuş bir şey deyil. Bu azğın əməl Quranın göndərilməsindən etibarən Allah tərəfindən haram edilmiş çirkin hərəkətdir və qətiyyən şərhə açıq mövzu deyil. Ancaq əlbəttə ki, bəzi insanların homoseksuallara qarşı zorakı əməllərinə qəti şəkildə qarşı olduğumuzu qeyd etmək lazımdır. Radikal islamı fikirdə olan bəzi insanlar homoseksualların binalardan aşağı atılması, ya da fiziki hücuma məruz qoyulması lazım olduğunu düşünürlər. Təbii ki, biz bu cür hərəkətlərin də qəti əleyhinəyik.

Burada mənim əsas üzərində dayandığım cinsi əxlaqsızlığın Allahın haram etdiyi bir hərəkət olduğunu və cəmiyyətə, xüsusən də uşaqlara əxlaqi və fiziki yöndə zərər verdiyini anlatmaqdır. Bunu aradan qaldırmaq üçün zorakılığa əl atmaq deyil, maarifləndirmək lazımdır.

Günümüzdə homoseksuallıq elə səviyyədə artıb ki, buna qarşı olanlar cəmiyyətdə təcrid olunur və anormal olduqları düşünülür. Homoseksual aktivistlərdən bəziləri azğın evlilikləri gecə-gündüz TV proqramlarında, köşə yazılarında və sosial mediada təşviq edirlər. Homoseksual evlilik, guya çox normal, sağlam və klassik heteroseksual ailələrdən fərqsiz kimi təqdim edilməyə çalışılır. Ancaq təbii ki, bu ancaq göz boyamadan ibarətdir. Cinsi azğınlıq cəmiyyət əxlaqına, maddi və mənəvi mənada böyük zərər verməyə davam edir.

Əxlaqi nöqteyi-nəzərdən homoseksual evliliklərin qanuni olduğu ölkələrdə ailə anlayışı zərər görür və qeyri-qanuni uşaq sayı da getdikcə daha çox artır. Skandinaviya ölkələrinin bir çoxunda uşaqların 80%-i evlilikdən kənar doğulur. Homoseksuallığı müsbət görmək cəmiyyətləri əxlaqi yöndən korlayır və ailə anlayışını yerlə bir edir. Bunun nəticəsi olaraq cəmiyyətdə namus anlayışından bixəbər uşaqlar yetişir. Digər tərəfdən homoseksual valideynləri tərəfindən cinsi təcavüzə məruz qalan uşaq sayı heç də az deyil. Statistikaya görə, homoseksual valideynləri olan uşaqların 29%-i öz valideynləri tərəfindən cinsi istismara məruz qalır. Bunun təkcə rəsmi  rəqəmlər olduğunu nəzərə alsaq, məsələnin nə qədər əhəmiyyətli olduğunu daha aydın görə bilərik. Təcavüz edilən bir çox uşaq başlarına gələnləri utandıqları, ya da qorxduqları üçün demirlər.

Digər tərəfdən, homoseksualların əqli sağlamlıq baxımından da ciddi problemlər yaşadıqları məlumdur. ABŞ-da aparılan bir səhiyyə araşdırmasının nəticəsinə görə, homoseksuallar heteroseksual insanlara görə 50% daha çox depressiyaya düşməyə meyil göstərir və narkotikdən asılı olurlar. İntihar etmə nisbətləri isə 200%-dən daha çoxdur. Bir homoseksual bir heteroseksuala görə 24 il daha az yaşayır. Homoseksuallar QİÇS səbəbindən həyatlarını 40 yaşlarının sonunda itirdiyi halda, heteroseksual insanlar orta hesabla 70 il yaşayırlar.

Homoseksualların əksəriyyəti QİÇS xəstəliyindən həyatını itirir. 2008-ci ildə aparılan bir araşdırmaya görə ABŞ-ın 21 iri şəhərində yaşayan hər beş homoseksualdan birinə insan immunçatışmazlığı virusu düşür və bu insanların yarısı xəstəliyə yoluxduğunun fərqində olmur. Cinsi yolla keçən digər xəstəliklərə da məruz qalan homoseksuallar çox vaxt özlərinə keçən virusun fərqində olmadan cəmiyyət içində xəstəliyi yayırlar. Bunlar qan vermə zamanı inyeksiya və ya cinsi əlaqə ilə yayılırlar. Aparılan bir araşdırmaya görə, homoseksualların 28%-i 1000-dən çox insanla cinsi əlaqə qurur. Bundan əlavə, QİÇS-lə mübarizə ölkələrə iqtisadi olaraq da mənfi təsir göstərir. Məsələn, ABŞ-da hökumət QİÇS - lə mübarizə aparmaq üçün ildə 24 milyard dollardan çox xərc çəkmək məcburiyyətində qalır.

Bu böyük təhdidlə bağlı siyahılar getdikcə artır. Nəticə olaraq bu böyük təhlükəyə diqqət çəkmək və cəmiyyət şüurunu artıraraq lazımi tədbirlər görmək bir məcburiyyətdir. Əvvəla homoseksuallığa meyil edən insanlara bu anormallığı izah edərək, onları çəkindirməyə cəhd etmək lazımdır. Həmçinin onları homoseksuallığa təhrik edən aktivistlərin təbliğatını dayandırmaq üçün hərəkətə keçilməlidir. Cəmiyyətin bütün fərdləri çox dəyərlidir və bizlər hər kəsin qurtuluşu üçün fəaliyyət göstərməyə hazırıq. Homoseksuallıq hazırda təqdim edildiyi kimi, "azadlıq" olaraq görülməməlidir. İnsanları məlumatlandırmalıyıq və şüurlu fərdlər olaraq daha gec olmadan, xüsusilə, müsəlman cəmiyyətlərə qəbul etdirilməyə çalışılan bu xəstəlikli davranışı müalicə etmək üçün üzərimizə daha çox məsuliyyət götürməliyik.

Adnan Oktarın «The Jakarta Post»da dərc edilən məqaləsi:

http://newsbaku.info/post/9101-homoseksualliq-muselman-cemiyyetlere-telqin-edilen-boyuk-tehluke.html

http://paralel.az/cemiyyet/1503-homoseksualliq-muselman-cemiyyetlere-telqin-edilen-boyuk-tehluke.html

http://seherxeber.org/index.php?option=com_content&view=article&id=24510:homoseksuallq-colorredmueslman-cmiyytlr-tlqin-ediln-boeyuek-thluek&catid=61:cmiyyt&Itemid=61

http://demokratikmusavat.com/index.php/dzaemiyyaet/20870-homoseksuallıq-color-red-müsəlman-cəmiyyətlərə-təlqin-edilən-böyük-təhlükə.html

http://xeberinfo.com/24698-homoseksualliq-muselman-cemiyyetlere-telqin-edilen-boyuk-tehluke.html

http://arenatv.az/medeniyyet/2218-homoseksuallq.html

http://finetv.info/zias/1213-homoseksualliq-muslman-cmiyytlr-tlqin-ediln-boyuk-thluk.html

http://gundelik.info/index.php?newsid=10495

http://respublik.info/gundem/2559-homoseksualliq-muselman-cemiyyetlere-telqin-edilen-boyuk-tehluke.html

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/222247/homoseksualliq-musəlman-cəmiyyətlərə-təlqin-edilənhttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/222247/homoseksualliq-musəlman-cəmiyyətlərə-təlqin-edilənhttp://imgaws1.fmanager.net/Image/objects/87-dunyadan-yankilar/jakarta_post_adnan_oktar_new_cost_imposed_on_muslim_homosexuality.jpgSat, 04 Jun 2016 23:39:05 +0300
Homoseksuallıq (cinsi azğınlıq) haqqında insanlardan gizlədilən önəmli gerçəklər

Ailə cəmiyyətin təməlidir. Valideyn və uşaqlardan ibarət ailələr cəmiyyətin inkişaf etməsi və sağlam qala bilməsi üçün lazımdır. Ancaq hal-hazırda bəzi Qərb ölkələrində normal ailə anlayışı ilə ziddiyyət təşkil edən yeni trend mövcuddur: homoseksual evliliyi. Aydındır ki, bir cəmiyyətin müasir olması o cəmiyyətin azad olması ilə mütənasibdir. Ancaq dəyişən Qərb mədəniyyətləri və dəyərləri homoseksual evliliyinin də guya bir növ azadlıq olduğunu müdafiə edir və bir çox aktivist cinsi əxlaqsızlığı "qorunmalı olan insan hüquqları problemi" kimi qəbul edir. Onları nümunə götürənlər də guya müasir və dəbə uyğun davranmaq naminə onları müdafiə edərək əslində cəmiyyətə, xüsusən də uşaqlara və gənc nəsilə verdikləri zərərin fərqində olmurlar.

 

Nəticə olaraq homoseksual aktivistlər yaşadıqları azğın həyat tərzini həm öz cəmiyyətlərinin daxilində, həm də xaricində genişləndirmək üçün hər cür imkandan istifadə edirlər. Bəzi media orqanları isə homoseksualların bu istiqamətdə fikirlərini yaymaq və haqlı çıxarmaq üçün istifadə etdikləri ən mükəmməl vasitə halına gəlib. Homoseksual hüquqlarını və cinsi azğınlıqlardan ibarət olan həyat tərzini müdafiə edənlər Hollivud filmləri, televiziya şouları, dəb proqramları, informasiya bülletenləri, köşə yazıları, musiqi videoları, kitablar və jurnalların yer verdiyi informasiyalar sayəsində intensiv şəkildə dəstəklənir, azğın fikirlər leqal hala gətirilir.

 

Bəzi media orqanları homoseksuallığı çox normal, sağlam və mədəni mənada dəbə uyğun kimi təqdim edir. Bunu möhkəmləndirmək üçün bəzi aktivistlər əslində cinsi azğınlıq içində olan insanları sağlam, gözəl və yaraşıqlı, müasir və cəmiyyətdə rəhbər vəzifələrdə olan müvəffəqiyyətli şəxslər kimi göstərirlər. Belə ki, bu səylərinin təsiri də görünür. Amerikalıların 20%-i homoseksual evlilik mövzusundakı fikirlərinin televiziya proqramları sayəsində dəyişdiyini açıqlayıb. Xüsusilə kino və moda sənayesində çalışanlar özlərinə daha yaxşı karyera qurmaq üçün homoseksuallığı dəstəkləyirlər. Bunu etməyənlər işlərindən məhrum olur, təzyiq görürlər. Halbuki evlilik qurumunun məzmununu dəyişərək, homoseksualizmi marketinq məsələsi halına gətirmək cəmiyyəti əxlaqi, fiziki və iqtisadi baxımdan təhdid edən ciddi təhlükədir.

 

Gənclərin bu tələyə düşməmələri, mənəvi dəyərlərini qoruyub saxlamaları və şərəfli həyat yaşamaları üçün "insan hüquqları" adı altında qəbul etdirilməyə çalışılan bu "yeni tip" həyat tərzinin azğınlığını ifşa etmək hər kəsin məsuliyyətidir. Burada üzərində dayanılmalı olan ən əhəmiyyətli məsələ isə homoseksualizmin İlahi dinlərin müqəddəs kitablarında Allah tərəfindən qəti şəkildə haram edilmiş olmasıdır (Qurani Kərim, Əraf surəsi 80-82, İncil, Romalılar 1/24-28).

 

Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz?

 

Siz, qadınları qoyub şəhvətlə kişilərin yanına gedirsiniz. Həqiqətən, siz, həddi aşmış adamlarsınız”.

 

Onun qövmünün cavabı: “Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır”– deməkdən başqa bir şey olmamışdı. (Əraf surəsi, 80-82)

 

24  Allah da onların ürəyindəki arzuları görüb, bədənlərini rüsvay etsinlər deyə, onları natəmizliyə təslim etdi. 25  Onlar Allahın həqiqətini yalana dəyişdilər, Xaliqi qoyub xilqətə səcdə qıldılar, xilqətə ibadət etdilər. Xaliqə əbədilik alqış olsun! Amin.26  Elə buna görə də Allah onları azğın şəhvətə təslim etdi, onların qadınları təbii yaxınlığı qeyri-təbii əlaqə ilə əvəz etdilər.27  Kişilər də qadınlarla təbii yaxınlığı qoyub bir-birilərinə şəhvətlə qızışdılar. Kişilər kişilərlə əxlaqsızlıq etdilər və günahlarına görə tamamilə layiqli cəza aldılar.

 

Bu əxlaqsız hərəkətləri edənlərin Allah Qatında böyük cəza ilə qarşılıq görəcəkləri də yenə müqəddəs kitablarda dəqiq şəkildə açıqlanmışdır (Qurani Kərim, Hicr surəsi 68-75, İncil, Petrus 2/6-10).

 

(Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin!

 

Allahdan qorxun və məni hörmətdən salmayın!”

 

Onlar dedilər: “Məgər biz sənə (bura gələn) adamları (qonaq saxlamağı) qadağan etməmişik?”

 

(Lut) dedi: “Bunlar mənim qızlarım! Əgər istəyirsinizsə, (onlarla evlənin)!”

 

Sənin canına and olsun ki, onlar sərxoş halda veyl-veyl gəzirdilər.

 

Günəş doğanda qorxunc səs onları yaxaladı.

 

Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq.

Şübhəsiz ki, bunda, başa düşənlər üçün dəlillər vardır.(Hicr surəsi, 68-75)

 

O, Sodom və Homorra şəhərlərini yandırıb-yaxaraq viran olmağa məhkum etdi və beləliklə, gələcəkdə olan allahsız adamlara nümunə göstərdi. Pozğun insanların əxlaqsız həyat tərzindən əziyyət çəkən saleh Lutu isə qurtardı. Çünki onların arasında yaşayan bu saleh insan günbəgün onların qanunsuz əməllərini görüb-eşidib öz saleh ruhunda iztirab çəkirdi.  Əlbəttə ki, Rəbb möminləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününə kimi cəza altında necə saxlamağı bilir. O, xüsusilə, cismani murdar ehtirasına uyaraq ağalığa xor baxanları belə saxlayır. Belə adamlar həyasız və dikbaşdırlar, ehtişamlı varlıqlara şər atmaqdan qorxmurlar.(Petrusun 2-ci Məktubu, 2:6-10)

 

Allahın lənətlədiyi, iyrənc əməldən ibarət evliliklə qurulan ailələrdə uşaq təcavüzlərinə tez-tez rast gəlinir. Unutmayaq ki, bu müdafiəsiz uşaqların hüquqlarını qorumaq mənəvi olaraq üzərimizə düşən məsuliyyətdir. Aparılan araşdırmalar göstərir ki, homoseksual valideynləri olan uşaqlar yaşadıqları cinsi qarışıqlığa görə homoseksual əməllərə meyilli olur və nəticədə psixi pozğunluqları, narkotik asılılıqları meydana gəlir. Bundan əlavə cinsi təcavüzə və intihara meyilli olduqları kimi QİÇS kimi cinsi yolla yayılan xəstəliklərə də daha tez yoluxurlar. Məsələn, Amerika Birləşmiş Ştatlarında hökumət hər il QİÇS xəstəliyinin müalicəsi üçün 24 milyard dollardan çox pul ayırmaq məcburiyyətində qalır.

 

Homoseksuallar arasında evlilik statistikaları və bu evliliklərin nəticəsində övladlığa götürülən uşaq sayındakı artım araşdırıldıqda bu vəziyyətin nə qədər təhlükəli olduğunu daha aydın görə bilirik. ABŞ-da homoseksual ailələrlə birlikdə yaşayan 94.627 uşaq var. Valideynlərindən birinin homoseksual həyat sürdüyü uşaq sayı isə 6-14 milyon arasında dəyişir. İngiltərədə isə 2015-ci ilin mart ayından etibarən homoseksual valideynlər tərəfindən övladlığa götürülmüş uşaq sayı son 12 ayda sürətlə artaraq rekord səviyyəyə çatıb.

 

Homoseksual valideynləri tərəfindən cinsi təcavüzə məruz qalan oğlan uşaqları ilə bağlı hallar olduqca çoxdur. Bundan başqa başlarına gələnləri utandıqları, ya da qorxduqları üçün açıqlaya bilməyən uşaqlar da var. Rusiya Federasiyası Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Pavel Astaxovun homoseksual cütlər tərəfindən təcavüz edilən uşaqlarla bağlı açıqlaması bu şəkildədir:

 

"Yetim qalan rus uşaqlarla əlaqə yaratmaq asan olduğundan xarici ölkələrdəki pozğun insanların diqqətini çəkirlər. Xaricilər ölkəmizə gəlib asanlıqla pul ödəyərək uşaqlarımızı ala bilirlər".

 

2012-ci ildə Rusiya qanunlarda bəzi dəyişikliklər edərək Amerika vətəndaşlarının rus uşaqlarını övladlığa götürmələrini qadağan edib. Növbəti il isə xarici homoseksual cütlərə rus uşaqlarının övladlığa verilməsini qadağan edən qanun Dumada təsdiq olundu.

 

Digər tərəfdən bu tip travmaların kiçik uşaqların üzərində yaratdığı psixoloji təsirləri də nəzərə almalıyıq. İlk öncə bu məsələdə atılacaq ən mühüm addımlardan biri uşaqları bu tərz bir təhlükəyə qarşı maarifləndirməkdir. 4-5 yaşlarından etibarən bu məsələ izah edilməli, özlərini qorumaları üçün lazımi tədbirləri necə alacaqları uşaqlara öyrədilməlidir. Hər hansı bir cinsi istismar ilə qarşılaşdıqda heç çəkinmədən bunu ifşa etmələri barədə cəsarətləndirmək, başına nə gəlirsə-gəlsin, özlərini günahkar hiss etməmələri, utanmamaları yaxşı izah edilməlidir.

 

Cinsi azğınlıq içində olan insanlar cəmiyyət tərəfindən qəbul edilmək və azğın hərəkətlərini haqlı çıxarmaq üçün  "estrogen hormonlarının yüksək səviyyələrdə olduğunu" və ya "genetik olaraq bu yaradılışda anadan olduqlarını" iddia edirlər. Halbuki bu iddialar elmi cəhətdən qətiyyən doğru deyil. Əvvəla, homoseksual bir kişi ilə normal bir kişi arasındakı estrogen və testosteron hormon səviyyələrində fərq yoxdur. Həmçinin elm adamları homoseksualların genetik olaraq bu fitrətə malik olduqlarını dəstəkləyən heç bir dəlil tapa bilməyiblər. Son 20 ildir ki, Avstraliya, ABŞ və Skandinaviya ölkələrində aparılan səkkiz ayrı araşdırmaya görə homoseksualizmin qətiyyən genetik olmadığı üzə çıxıb. Digər tərəfdən bu hal genetik belə olmuş olsa, bu, əxlaqdan kənar davranışları əsla haqlı çıxarmaz. Anadangəlmə cüt cinsiyyətli olan və ya bunun kimi cinsi inkişaf anomaliyaları yaşayan insanlar ola bilər. Ancaq bu vəziyyət heç kimin azğın davranmasına bəhanə ola bilməz. Bir insan hər bir şəraitdə namusunu və əxlaqını qoruyaraq, şərəfli yaşamaqla məsuldur.

 

Hamımız daha əxlaqlı, daha keyfiyyətli bir mühitdə yaşamaq üçün cəmiyyət şüurunun artırılmasına çalışmalıyıq. Homoseksualizmin həm özlərinə, həm də ətraflarına mənfi istiqamətdə təsir etdiyini insanlara yaxşı çatdırmalıyıq. Bunun xoş həyat tərzi kimi göstərilməsinə heç vaxt imkan verməməliyik. Burada xüsusilə qeyd etmək istəyirəm ki, homoseksuallara qarşı zorakılığı heç vaxt müdafiə etmirəm. Mən homoseksuallar tərəfindən icra edilən anormal və azğın davranışların əleyhinəyəm. Dolayısilə sağlam düşüncəli insanlar cinsi əxlaqsızlığın cəmiyyətə verdiyi və verə biləcəyi ziyanı yaxşı görməli və bir araya gələrək hər kəsi bu barədə məlumatlandırmağın yolunu tapmalıdırlar.


Adnan Oktarın Pravda.ruda dərc edilən məqaləsi:

http://www.pravdareport.com/opinion/columnists/12-05-2016/134394-homosexuality-0/


 

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/222151/homoseksualliq-(cinsi-azginliq)-haqqinda-insanlardanhttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/222151/homoseksualliq-(cinsi-azginliq)-haqqinda-insanlardanhttp://imgaws1.fmanager.net/Image/objects/87-dunyadan-yankilar/jefferson_corner_adnan_oktar_key_facts_about_homosexuality.pngWed, 01 Jun 2016 12:50:01 +0300
Təcili İslam birliyi qurulmalıdır!

1991-ci il Körfəz müharibəsindən etibarən müsəlmanların bölünməsi, münaqişəsi,  ayrı düşməsi  planları qurulur. Elə bir gün olmur ki, qərb mənşəli bir qəzetdə yeni Yaxın Şərq xəritəsi çıxmasın, ya da Şimali Afrika üçün yeni siyasi modellər inkişaf etdirilməsin. Bu xəritələrdə İraq və Liviya 3 hissəyə, İran və Yəmən isə 2 hissəyə, Səudiyyə Ərəbistanı 5 hissəyə bölünür, Türkiyədən qoparılacaq torpaqlarla qurulacaq kommunist kürd dövlətinin sərhədləri çəkilir. Suriyanın neçə hissəyə bölünəcəyi isə xəritədən xəritəyə dəyişir. Bəziləri bölünəcək ölkələr sırasına Misir və Pakistanı da əlavə edirlər. Dünyanın bir qismi də siyasətlərini bu parçalanma planları əsasında qurur.

 

Bu xəritələri dünya neft yatağı xəritələri ilə üst-üstə qoyduqda tam uyğunluq olduğunu görürük. Təkcə neft yataqları deyil, neftin dünyaya çatmasını təmin edən 3 dəniz yolu da bu bölünmə dairəsinin içindədir. Dünyanın ən böyük neft yataqları parçalanması planlaşdırılan ölkələrdədir. Bu neftləri beynəlxalq sulara çatdıran yollar da yenə bölünməsi nəzərdə tutulan ölkələrdən keçir. Bu xəritələri çəkdirənlər müsəlman dünyasını neft maraqları üçün oda atmağa qərarlıdırlar.


 

Bu xəritələrin mənası müsəlman dünyası ilə bağlı qərarları müsəlman olmayanların verməsi deməkdir. Biz birlik olmadığımız müddətcə də onlar qərar verməyə davam edəcəklər. Bu bölgəni bilmədikləri, insanlarını da tanımadıqları üçün dağıdıb-tökərək gedəcəklər və gedirlər. Çözüm təklifləri əsasən hərbi istiqamətdə olduğu üçün problemlər daha da böyüyür. Son 10 ildə müsəlman dünyasındakı mənzərə 6 milyon ölü, 10 milyondan çox məcburi köçkündür.

 

Amma biz müsəlmanların özümüzdən başqa heç kimi günahlandırmağa haqqımız yoxdur. İslam aləmindən öz problemlərinə çözüm gəlmir. Ən həyati məsələlərdə belə bir neçə ölkə bir araya gəlib birgə qərar ala bilmir. İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq birliklər həll təkliflərindən çox uzaqdırlar. Suriya vətəndaş müharibəsi ilə bağlı müsəlmanlar ortaq həll yolu gətirə bilmirlər. İraqda axan qanı dayandıra biləcək bir müsəlman planı ortada yoxdur. Liviyanın gələcəyi ilə bağlı ortaq siyasət həyata keçirilmir. Sünni-şiə münaqişələri məsələsində hər kəsdən fərqli səs çıxır.

 

Müsəlman dünyasının birgə hərəkət etməsini təmin edəcək, birliyin özəyini yarada biləcək bir neçə ölkə var. İran, Səudiyyə Ərəbistanı, Türkiyə ilə birlikdə Misir bu məsuliyyətin altına girməlidir. Bu 4 ölkənin çətin vəziyyətlərin öhdəsindən gələ biləcək tarixi, sosial və iqtisadi keçmişi var. Ayrılıqları bir kənara qoyub ortaq nöqtələrdə birləşmək lazımdır. Əks halda İslam dünyası mənfəət qrupları tərəfindən parçalanacaq.

 

Misir bir çox baxımdan Türkiyə ilə birlikdə İslam dünyasının mərkəzindədir. Türkiyə ilə 500 illik birgə tarixə malikdir. Tarixdə dəfələrlə bir-birinə dəstək olmuş, ortaq düşmənlərə qarşı eyni cərgədə yer alıblar. Napoleon orduları, Çar Rusiyası, ingilis imperializmi ilə bir cərgədə mübarizə aparıblar. Bu iki böyük İslam dövləti birlikdə hərəkət etməlidirlər.

 

Misir dünyanın ən mühüm ticarət yolu mərkəzində yer alır. Süveyş kanalı Aralıq dənizinin 2 qapısından biri və eyni zamanda şərqi və cənub-şərqi Asiyanın və bir çox İslam dövlətinin ticarət yoludur. Süveyş kanalı və Qırmızı dənizin təhlükəsizliyindən Misir cavabdehdir. Dəniz yolunun giriş qapısı olan Ədən Körfəzi bir sahilində Yəmən vətəndaş müharibəsinin, qarşı sahildə isə Efiopiya və Somalidəki daxili iğtişaşlara görə atəş altındadır. Bölgə piratların təsiri altındadır. Bu münaqişələrə təcili olaraq son qoyulmalı olduğu aşkardır. Misir digər İslam ölkələri ilə ittifaq edərək, bu məsələdə aparıcı rol oynamalıdır.

 

Oxşar şəkildə Səudiyyə Ərəbistanı ilə əldə edilən anlaşma və Saudi-Egypt Causeway həccə gedişi asanlaşdıracaq, bütün regionu dəmir yolu ilə bir-birinə bağlayacaq və İslam ordusuna Misirin dəstəyini təmin edəcək bir layihədir. Bu, bölgə sülhünü və müsəlmanların birliyini gücləndirəcəyi üçün həm iki ölkə xalqının, həm də İslam aləminin xeyrinə bir layihədir. Qırmızı dənizin təhlükəsizliyi və yaxın perspektivdə Yəmən vətəndaş müharibəsinin başa çatmasına dəstək verəcək. Bu və bənzər transmilli layihələri artırmaq müsəlmanların ittifaqının inkişafını təmin edəcəkdir.

 

Misir-Türkiyə münasibətlərində bu günə qədər çətin dövrlər olub, ancaq bu bir həqiqətdir ki, İslam birliyinin qurulmasında bu iki ölkə öncül olacaq. Türk xalqı və dövləti Misirin qədim dostudur. Bu dostluğun möhkəmləndirilməsi, əməkdaşlığın artırılması vaxtıdır. İstanbuldakı İslam Əməkdaşlıq Sammitinin Misir Xarici İşlər nazirinin iştirakı ilə gerçəkləşməsi ümidverici bir hadisədir. Amma bu dostluq və qardaşlıq mühitinin sürətlənməsi lazımdır. İslam aləminin gözləntisi güc birliyidir, ittifaqdır. Səudiyyə Ərəbistanının başçılığı altındakı İslam ordusu layihəsi davam edir. Bu ordunun ən əhəmiyyətli iki dəstəkçisi mövqeyində olan ölkələrin başında Türkiyə və Misir gəlir. Bu ordu döyüş məqsədli bir ordu olmayacaq, İslam dünyasında təhlükəsizliyi təmin edən, çəkindirici bir güc olacaq. Müasir dövrdə müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə, fərqli dillərə mənsub olan ölkələr bir araya gəlib ittifaq edərkən yüzlərlə ildir ki, birlikdə yaşamış, eyni dinə mənsub, eyni qibləyə yönələn müsəlmanların ayrı düşməsi hamımızın utancı olmalıdır. Müsəlmanlar bir-birinin vəlisidir. Müsəlmanların təhlükəsizliyi, rifahı bütün qardaşlar bir arada ittifaq halında olduqda ola bilər.

 

Adnan Oktarın «Gulf Times»da dərc edilən məqaləsi:

http://www.gulf-times.com/story/494282/The-Islamic-community-is-in-urgent-need-of-alliance

http://newsrescue.com/the-islamic-community-is-in-urgent-need-of-allia

]]>
http://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/222055/təcili-islam-birliyi-qurulmalidirhttp://adnanoktar.az/az/Dunyadan-əks-sədalar/222055/təcili-islam-birliyi-qurulmalidirhttp://imgaws1.fmanager.net/Image/objects/87-dunyadan-yankilar/gulf_times_adnan_oktar_islamic_community_urgent_need_of_alliance.jpgMon, 30 May 2016 21:14:33 +0300