ADNANOKTAR.AZhttp://adnanoktar.azadnanoktar.az - Ramazan söhbətləri - Ən son əlavələrazCopyright (C) 1994 adnanoktar.az 1ADNANOKTAR.AZhttp://adnanoktar.azhttp://harunyahya.com/assets/images/hy_muhur.png11666PEYĞƏMBƏRİMİZİN (S.Ə.V) ƏHLİ KİTAB İLƏ ƏLAQƏDAR BƏZİ HƏDİSLƏRİ 1. Hz. Peyğəmbər belə buyurmuşdur:

 

"Bir zimmini haqsız yerə öldürən cənnətin qoxusunu hiss edə bilməz. Halbuki onun qoxusu qırx illik yoldan hiss edilər (Buhari, Cizye, 5).

 

2. Peyğəmbərimiz (s.ə.v):

 

"Hər kim zimmiyə zülm edər və ya daşımaqda aciz olduğu yükü yükləyərsə, o kimsənin düşməniyəm".

 

3. "Kim  azad insana zülm edər və ya gücünün çatmadığı yüklə yükləsə, ya da zorla ondan bir şey alsa qiyamət günü mən onun düşməniyəm" (Ebu Davud, Haraç, 31-33).

 

4. "Kim bir zimmiyə əziyyət etsə mən ondan şikayətçiyəm. Mən kimdən (bu dünyada) şikayətçi olsam, qiyamət günündə də şikayətçi olaram" (Aclını, Keşfu'l-Hafa' II, 218).

 

5. Hz. Peyğəmbər buyurur:

 

"Qorxun! Kim belə insanlara (yəni özləri ilə müqavilə bağlanılmış şəxslərə) zalım və sərt münasibət göstərsə, onların haqlarını kəssə və ya gücü çata bilmədiyindən artıq yükləsə və ya icazəsiz onlardan bir şey alsa hökm günü onlardan şikayətçi olacağam"  (Ebu Davud, Cihad; (İslamda Devlet Nizamı, Ebu-l ela El-Mövdudi, Hilal yayınları, 1967, s. 71)

 

6. Hz. Ömər zamanında fəth edilən ölkələrin heç birində ibadət məkanlarına hörmətsizlik edilməmişdir. Əbu Yusuf yazır:

 

"Bütün ibadət yerləri olduğu kimi qaldı. Onlar nə yerlə-yeksan edildi, nə də məğlub edilənlər mallarından məhrum edildilər" (Ebu Yusuf, Kitab-ül Haraç; İslamda Devlet Nizamı, Ebu-l Ela El-Mövdudi, Hilal yayınları, 1967, s. 74).

 

7. Hz. Əli:

 

"Hər kim ki, bizim zimmimizdir, onun qanı bizimki qədər müqəddəsdir, malları bizim mallarımız qədər qorunur", - dedi. Başqa bir mənbədə hz. Əlinin belə dediyi nəql edilir: "Zimmiliyi açıq-açkar qəbul edənlərin malları və həyatları bizimki (yəni müsəlmanlarınkı) kimi müqəddəsdir"  (İslamda Devlet Nizamı, Ebu-l Ela El-Movdudi, Hilal yayınları, 1967, s. 76).

 

8. Hz. Peyğəmbər (s.ə.v) xristian olan İbn Harris b. Kəb və dindaşları ilə bağladığı müqavilənin mətnində:

 

"ŞƏRQDƏ VƏ QƏRBDƏ YAŞAYAN BÜTÜN XRİSTİANLARIN DİNLƏRİ, KİLSƏLƏRİ, CANLARI, İSMƏTLƏRİ VƏ MALLARI ALLAHIN, PEYĞƏMBƏRİN VƏ BÜTÜN MÖMINLƏRİN HİMAYƏSİNDƏDİR. Nəsrani dini üzrə yaşayanlardan heç kim İslamı qəbul etməyə məcbur edilməyəcək. Xristianlardan biri hər hansı bir cinayətə və ya haqsızlığa məruz qalsa, müsəlmanlar ona kömək etmək məcburiyyətindədirlər" maddələrini yazdırdıqdan sonra: "Kitab əhli ilə ancaq ən gözəl üsullarla mübarizə edin. (Ənkəbut, 29/46) ayəsini oxudu.  (İbn Hişam, Ebu Muhammed Abdulmelik, (v. 218/834), es-Siretü'n-Nebeviyye, Daru't-Turasi'l-Arabiyye, Beyrut, 1396/1971, IV/241-242; Hamidullah, el-Vesaik, s. 154-155, say 96-97; Şərq-qərb qaynaqlarında birgə həyat, s. 95)

 

Hz. Muhəmməd (s.ə.v) Evs və Həzrəc qəbilələri ilə bağlanan Mədinə müqaviləsində yəhudilərin də gəlməsinə icazə vermiş, beləliklə də, yəhudilərin müsəlmanların arasında ayrı bir dini qrup kimi yaşamaları təmin etmişdir. Mədinə müqaviləsinin "BƏNİ-ƏVF YƏHUDİLƏRİ İNANANLARLA BİRLİKDƏ BİR XALQ OLDULAR. YƏHUDİLƏRİN DİNİ ÖZLƏRİNƏ, MÜSƏLMANLARIN DİNİ ÖZLƏRİNƏDİR" hökmü ilə müsəlmanların yəhudilərin ənənələrinə və inanclarına göstərdikləri şəfqətin və anlayışın əsası Peyğəmbərimizin (s.ə.v) dövründə qoyulmuşdur.

Şəxsən Peyğəmbərimiz (s.ə.v) tərəfindən Edruh, Makna, Xeybər, Necran və Akabeli Kitab əhlinə verilən bəraətlər müsəlmanların Kitab əhlinin can və mal təhlükəsizliyini zəmanət altına aldıqlarını və onlara inanc və ibadət azadlığı verdiyini  göstərmişdir. Peyğəmbərimizin (s.ə.v) necranlılarla imzaladığı müqavilədə göstərilən maddələr də diqqətəlayiqdir:

 

NECRANLILARIN VƏ MƏİYYƏTİNDƏKİLƏRİN CANLARI, MALLARI, DİNLƏRİ, AİLƏLƏRİ, KİLSƏLƏRİ VƏ SAHİB OLDUQLARI HƏR ŞEY ALLAHIN VƏ ALLAHIN PEYĞƏMBƏRİNİN qoruması altında olacaq.

Heç bir keşiş kilsəsindən, ya da monastırından çıxarılmayacaq və heç bir keşiş keşişlik həyatını tərk etməyə məcbur edilməyəcək. ONLARA HEÇ BİR ƏZAB VERİLMƏYƏCƏK, YA DA ALÇALDILMAYACAQLAR və torpaqları ordumuz tərəfindən işğal edilməyəcək.

 

Bundan əlavə, Rəsulullahın (s.ə.v) Kitab əhlinin toy məclislərinə getdiyinə, xəstələrini ziyarət etdiyinə və onları qonaq qəbul etməsinə dair rəvayətlər var. HƏTTA NECRAN XRİSTİANLARI ONU ZİYARƏT EDƏNDƏ HZ. MUHƏMMƏD (S.Ə.V) ONLAR ÜÇÜN ƏBASINI SƏRMİŞ VƏ OTURMALARINI SÖYLƏMİŞDİR. 

 

Peyğəmbərimizin (s.ə.v) dövründə xristian və yəhudi qəbilələri ilə müxtəlif müqavilələr imzalanmış və bu birliklərə varlıqlarını və haqlarını zəmanət altına alan müxtəlif əmənnamələr verilmişdi. Xristian qəbilələrdən Cerbalılar və Erzuhlulara verilən əmənnamələr buna nümunədir. Bu sənədlər müsəlmanların idarəsi altında olan və ya İslamın hakimiyyətini tanıyan Kitab əhlinin hüquqi, dini və ictimai haqlarını zəmanət altına alan razılaşmalar idi. Yerinə yetirilmə zamanı hər hansı bir problemlə qarşılaşanda bu sənədlərə müraciət edilərək problemlər həllə olunurdu. Məsələn, Dəməşqli xristianlar bir problem olanda onlara verilmiş əmənnaməni dövrün xəlifəsi hz. Ömərə təqdim edərək kömək istəyirdilər. Bu, tarix kitablarında da öz əksini tapıb.

 

Peyğəmbərimizin (s.ə.v) xristian və yəhudi cəmiyyətlərlə imzaladığı Mədinə müqaviləsi də əhəmiyyətli ədalət nümunəsidir. Mədinə müqaviləsinin maddələrindən biri belədir:

 

"Bəni-Əfv yəhudiləri möminlərlə birlikdə eyni ümmətdirlər, YƏHUDİLƏRİN DİNLƏRİ ÖZLƏRİNƏ, MÜSƏLMANLARIN DİNLƏRİ DƏ ÖZLƏRİNƏDİR".

Mədinə müqaviləsinin 16-cı maddəsi belədir: "Bizə tabe olan yəhudilər heç bir haqsızlığa uğramadan və düşmənləri ilə də köməkləşmədən kömək və dəstəyimizi qazanacaqlar".

 

Peyğəmbərimizdən (s.ə.v) sonra səhabələri Peyğəmbərimizin (s.ə.v) bu hökmünə sadiq qalmışlar və eyni hökmü Bərbəri, Buddist, Brahman və s. inanclara mənsib olanlara tətbiq etmişlər.

 

XƏLİFƏLƏR DÖVRÜNDƏ

 

Hz.Əbubəkrin Suriya səfəri zamanı verdiyi təlimat Quran əxlaqının gözəl nümunəsidir:

 

Ey insanlar, ürəklə əməl etməniz üçün on qayda verirəm: Xəyanət etməyin və haqq yoldan ayrılmayın. Uşağı, qadını və yaşlı insanları qətl etməyin. Xurma ağaclarını yandırıb yox etməyin və hər hansı bir meyvə ağacını da kəsməyin. Dəvələrdən, sürülərdən, ya da yığınlardan heç birini qətl etməyin. Özünüz üçün saxlayın. Həyatını ührəviliyə həsr etmiş insanlarla qarşılaşacaqsınız, onları öz halları ilə başbaşa  buraxın. Növbənöv yeməklər təqdim edən insanlarla qarşılaşacaqsınız, yeyin, lakin Allahın adını xatırlamağı unutmayın.

 

Hz. Əbubəkr (ə.s) dövründə sülh yolu ilə fəth edilən Təbərriyə şəhərində yaşayan xristianlara  kilsələrinə toxunulmayacağına dair zəmanət verildiyi tarixi sənədlərdə öz əksini tapıb. Eyni şəkildə, Dəməşqin fəthi zamanı imzalanan müqavilədə kilsələrin dağıdılmayacağı və məskunlaşdırılmayacağı xüsusilə vurğulanmışdır.

 

Hz. Ömərin (ə.s) Qüds xalqına verdiyi əmənnamədə də Kitab əhlinin ibadət yerlərinə toxunulmayacağı bildirilir.

 

Hz. Osman (ə.s) dövründə erməni şəhəri olan Debilin fəthi zamanı şəhərdə yaşayan xristianlar, yəhudilər və atəşpərəstlərə verilən əmənnamədə məbədlərin qorunacağına zəmanət verilmişdir.

 

Mədainin xaricində olan və patriarx Mar Amme tərəfindən yandırılmış St. Sergius monastırı hz. Osman (ə.s) dövründə yenidən tikilmişdir.

 

Suriyanın Şam şəhərindəki Əziz Con kilsəsi bu şəfqətin bir nümunəsidir. Ərazini fəth edən müsəlmanlar cümə namazlarını bu kilsədə qılmağa başladılar, amma kilsə hələ xristianlara aid idi. Onlar da bazar günləri öz dini ibadətlərini rahat  yerinə yetirirdilər. İki dinin mənsubları eyni məbəddən istifadə edirdilər.

 

Müsəlman liderlərin ədalət anlayışı Kitab əhlindən bir çox adamın iddiasının İslam məhkəmələrinə gətirməsinə səbəb olmuşdur. Müəyyən bir dövr İslam məhkəmələrinə müraciət edən xristianların sayının artması Nasturi patriarxı Timasavın xristianları xəbərdar edən bildiriş nəşr etməsi ilə nəticələnmişdir.

 

Bizans ordusu ilə müharibə zamanı İslam orduları xalqı qoruya bilməyəndə, müsəlmanların aldıqları cizyəni xalqa qaytarmaları Peyğəmbərimizin (s.ə.v) müsəlmanlara öyrətdiyi gözəl əxlaqın əhəmiyyətli nümunələrindən biridir.

TÜRKÜN  İDARƏSİ  ALTINDA

 

Antalya patriarxı Makariosun ortodokslara zülm edən katolik polşalıları Osmanlı hakimiyyəti ilə müqayisə etməsi bu gerçəyi göstərən nümunələrdən yalnız biridir: O imansızlar tərəfindən öldürülən minlərlə insana, qadın, qız və kişilərə ağladıq. Lehlilər ortodoks adını dünyadan silmək istəyirlər. Allah türklərin dövlətini əbədi etsin. Çünki türklər vergi alandan sonra xristian və yəhudilərin dinlərinə toxunmurlar.

 

İspaniyadan sürgün edilən və müxtəlif ölkələrə sığınan yəhudilər bu torpaqlarda da böyük çətinliklərlə qarşılaşdılar. Bir çox şəhərlərə girmələrinə icazə verilmədiyi üçün aclıq və susuzluqdan şəhər darvazalarında həyatlarını itirdilər. Cenevrəlilərin gəmilərində səfər edənlər isə gəmi işçiləri tərəfindən ya zülmə uğradılar, ya da əsir kimi satıldılar. İmperiyanın qapılarını yəhudilərə açan Sultan Bəyazid isə yəhudilərə lazım olan şəfqət və diqqətin göstərilməsi üçün bütün əyalətlərə fərman göndərdi. FƏRMANDA İSPANİYA YƏHUDİLƏRİ GERİ ÇEVİRMƏDƏN TAM SƏMİMİYYƏTLƏ QARŞILANMALIDIR. BUNUN ƏKSİNƏ HƏRƏKƏT EDİB İMMİQRANTLARLA PİS DAVRANAN VƏ YA ƏN KİÇİK BİR ZƏRƏRƏ SƏBƏB OLANLAR ÖLÜMLƏ CƏZALANDIRILACAQLAR..., deyə bildirilirdi.

]]>
http://adnanoktar.az/az/Ramazan-sohbətləri/36820/peygƏmbƏrimizin-(sƏv)-Əhli-kitab-ilƏhttp://adnanoktar.az/az/Ramazan-sohbətləri/36820/peygƏmbƏrimizin-(sƏv)-Əhli-kitab-ilƏhttp://imgaws1.fmanager.net/Image/objects/6-makaleler/20618_peygamberimiz_s_a_v_in_ehli_kitap_ile_ilgili_bazi_hadisleri.jpgThu, 06 Jan 2011 13:21:06 +0200