< <
1 / total: 14

Giriş

Zülmə məruz qalan, işgəncəylə öldürülən insanlar, günahsız körpələr, bir çörək alacaq pulu belə olmayanlar, soyuq havada, bezdən çadırlarda az qala küçədə yatanlar, xəstəliklərini müalicə etdirməyə pul tapa bilməyənlər və ya qoca və gücsüz olmalarına baxmayaraq xəstəxanalarda saatlarla hətta günlərlə müalicə növbəsi gözləyənlər, yalnız müəyyən bir qəbiləyə mənsub olduqları üçün qətl edilənlər, dinlərindən ötrü evlərindən, yurdlarından çıxardılan qadınlar, uşaqlar və yaşlılar, bir tərəfdən hələ də davam edən israfçılıq, digər tərəfdən isə aclıqdan və baxımsızlıqdan məhv olan, ölümə tərk edilən yazıq insanlar, küçəyə atılan, öz başının çarəsinə baxa bilməyəcək qədər kiçik və müdafiəsiz uşaqlar, ailəsini dolandırmaq üçün kiçik yaşda məktəbə getməyib, oyun oynamayıb işləyən və ya dilənən uşaqlar, hər an düşmənləri tərəfindən öldürülmə qorxusu ilə yaşayan insanlar...

 

"Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” – deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?"
(Nisa surəsi, 75)

Zavallı insanlar

Burada adları çəkilən insanların varlığından hər kəs xəbərdardır. Demək olar ki, hər gün, qəzetlərdə, televizorda bu çarəsiz, yazıq, kimsəsiz və möhtac insanların görünüşlərinə rast gəlmək mümkündür. Bir çox kimsə bu insanların içində olduqları vəziyyəti görər, onlara yazığı gələr. Ancaq bir müddət sonra danışdığı mövzunu ya da baxdığı kanalı dəyişdirdikdə və ya oxuduğu qəzetin səhifələrini çevirdikdə bu insanların varlığını unudar. Bir çox adam bu insanları olduqları vəziyyətdən xilas etmək üçün bir səy göstərməsinin lazım olduğunu düşünməz. Və “məgər dünyada o qədər zəngin və güc sahibi insan olduğu halda, o insanları mənmi xilas etməliyəm” deyərək məsuliyyəti başqalarının boynuna atar.

Halbuki bu insanları xilas etmək, bütün dünyanın ədalət, hüzur, etimad və zənginlik içində yaşanan, rifah dolu bir yer olmasını təmin etmək üçün zənginlik və güc tək başına kifayət deyil. Məsələn, dünyada çox sayda zəngin və inkişaf etmiş ölkə olmasına baxmayaraq, Efiopiyada hələ də insanlar aclıqdan ölürlər. Bu qədər inkişaf etmiş texnologiyaya və dünyanın zəngin mənbələrinə baxmayaraq, insanların bir qab yeməyə möhtac olmaları, zənginliyin və gücün tək başına kifayət etmədiyinin ən aydın göstəricilərindəndir.

Zənginliyin və gücün, bu yazıq və möhtac insanların xeyrinə istifadə edilməsi üçün əvvəlcə insanların vicdan sahibi olmaları lazımdır. Vicdan sahibi olmağın yeganə yolu isə imandır. Ancaq imanlı insanlar həmişə vicdanlarından istifadə etməklə hərəkət edirlər.

Nəticə etibarilə, dünyadakı ədalətsizliyin, iğtişaşların, terrorun, qırğınların, aclığın, səfalətin və zülmün tək bir həlli vardır: Quran əxlaqı.

Dünyada mövcud olan problemlərə ümumi olaraq baxdıqda, bütün bu hadisələrə sevgisizlik, nifrət, kin, düşmənçilik, mənfəətçilik, eqoizm, laqeydlik, mərhəmətsizlik kimi duyğuların və ağılsızlığın səbəb olduğu görünər. Bu hadisələri həll etməyin və tamamilə aradan qaldırmağın yolları isə sevgi, şəfqət, mərhəmət, yazığı gəlmək, qarşılıq gözləmədən xidmət etmə şövqü, həssas olmaq, fədakarlıq, dostluq, tolerantlıq, sağlam düşüncə və ağıldır. Bu xüsusiyyətlər isə ancaq Quran əxlaqını nöqsansız olaraq yaşayan insanlara aiddir. Allah ayələrində Quranın insanları zülmətlərdən nura çıxarma xüsusiyyətini belə bildirir:

>…Artıq sizə Allahdan bir nur (Məhəmməd) və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 15-16)

Allah başqa bir ayəsində isə Qurana tabe olmadıqda yer üzündə mövcud olan hər şeyin fəsada uğrayacağını xəbər verir:

Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər. (Müminun surəsi, 71)

Hal-hazırda, siz bu yazını oxuyarkən belə, milyonlarla yazıq insan ya əziyyət çəkir, ya da aclıqdan və ya soyuqdan ölməmək üçün səbir etməyə çalışır. Və ya evindən, ailəsindən və uşaqlarından ayrı düşür, yurdundan sürgün olunur. Buna görə də vicdan sahibi insanlar bütün bunları düşünməli, bütün bu əzablar, fəlakətlər, sıxıntı və çətinliklər özlərinə və sevdiklərinə üz vermiş kimi həssas davranmalıdırlar. Və kömək istəyən insanlara maddi-mənəvi hər cəhətdən kömək edə bilməyin yollarını axtarmalıdırlar. Allah iman edən, vicdan və sağlam düşüncə sahibi olan insanların bu məsuliyyəti boyunlarına götürmələrini bir ayəsində belə əmr edir:

Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” – deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)

İndiki vaxtda bu xidmətin necə ediləcəyi isə Quran ayələri göz qabağına gətirildikdə açıqca ortaya çıxır. Edilməli olan ən əhəmiyyətli şey, Quran əxlaqının dinsizliyin qarşısında üstün gəlməsi üçün, müsəlmanların fikrən mübarizə aparmalarıdır. Çünki aciz qalan, çarəsiz, kimsəsiz və qorunmağa möhtac olan insanların yeganə xilas yolu Quran əxlaqının bütün dünya insanları arasında yayılıb yaşanmasıdır. Elə isə bütün insanlara Quran əxlaqını başa salmaq, dini təbliğ etmək hər müsəlman üçün çox əhəmiyyətli və təcili bir ibadətdir.

Vicdanlarından istifadə etməyənlər, yetimlərə, yoxsullara, yazıq günahsızlara qarşı laqeyd və biganə davrananlar, dünya həyatında onlara verilən malları boş yerə sərf edənlər, zülm görən qadınları, uşaqları, yaşlıları əhəmiyyət vermədən seyr edənlər, hər cür əxlaqsızlığın və çirkinliyin yer üzündə yayılmasından həzz alanlar və bu dünyagörüşünü təşviq edən insanlar axirətdə bunların hesabını mütləq verəcəklər:

Dini yalan sayan o kimsəni gördünmü? O elə adamdır ki, yetimi qovar və heç kəsi kasıba əl tutmağa sövq etməz. Vay halına namaz qılanların, o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar və az bir şey verməkdən belə imtina edirlər. (Maun surəsi, 1-7)

 

1 / total 14
"Harun Yəhyanın Həll Yolu Quran Əxlaqı kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top