< <
1 / total: 8

Giriş

Kitabın adını oxuduğunuz vaxt bəlkə də öz özünüzə, görəsən “dinsizliyin dini” nədir? kimi sual verə bilərsiniz. Çünki bir çox insana görə din anlayışı yalnız Allahın vəhyinə əsaslanan müqəddəs dinlərdən ibarətdir. Və ya “batil” din olaraq məlum olan bir qisim inanclar vardır ki, bunlar da Buddizm, Hinduizm kimi təlimlərdir. Dinsizlik isə adından da göründüyü kimi, din əxlaqını tamamilə rədd edən, Allahın varlığını inkar edən bir anlayışdır.

Lakin hal-hazırda dünyada “din” olaraq adlandırılmış, amma əslində sanki bir din kimi mənimsənilmiş başqa inanc sistemləri də mövcuddur. Məhz biz bu kitabda dünyada hakim olan materializm, kommunizm kimi ideologiyaları, bunların özlərinə guya elmi dayaq kimi gördükləri darvinizmi və bunlardan başqa dinsizliyə əsaslanan bütün sistemləri “dinsizliyin dinləri” olaraq adlandırdıq. Çünki bu ideologiyalar, inanclarıyla, praktikasıyla, gündəlik həyata istiqamətli normalarıyla dinsiz bir din halına gəlmişlər. Hər birinin sanki məbud kimi gördükləri liderləri, hər bir sözünü əzbərdən bildikləri və heç vaxt dəyişdirilməyəcək bir həqiqət kimi qəbul etdikləri kitabları vardır. Bu saxta dinlər çox böyük bir sürətlə yayılır, sitayiş edənlərin sayı gündən günə artır. Çünki bunların ardınca gedənlər “dinsizliyin dini”ni dünyaya hakim etmək üçün çox ciddi səy göstərirlər. Kitablar yazaraq, məqalələr nəşr edərək, həmişə bu batil dinləri təbliğ etməklə haqq dinə qarşı mübarizə aparırlar.

Dinsizlik dinini müdafiə edənlərin qarşılarındakı ən böyük maneələr isə Allahın inanan qullarına bir rəhbər kimi endirdiyi vəhyi, yəni Qurani-Kərim və Peyğəmbər (s.ə.v)-in sünnəsidir. Quranda haqqında danışdığımız batil dinlərlə aparılacaq mübarizə təsvir edilir və bu şərəfli vəzifə inananlara verilir. Allahın vəhyinə tabe olan səmimi müsəlmanların üstünə çox böyük məsuliyyət düşür. Bu batil dinlərin əsassızlığını izah etmək vəzifəsini öhdəsinə götürəcək, bu yolda ciddi bir şəkildə çalışacaqdır, əlindəki bütün imkanlardan bu yolda istifadə edəcək inanclı şəxslərə ehtiyac vardır.

20-ci əsrdə və hal-hazırda yaşadığımız dövrdə, dinsizlik dini bəlkə də tarixdə ilk dəfə bu qədər çox yayılmağa imkan tapmış və bu dinin tərəfdarları da Allahın Quranda bildirdiyi kimi “…haqqı batil ilə aradan qaldırmaq üçün…” (Kəhf surəsi, 56) mübarizə aparırlar. Buna görə də xüsusilə bu dövrdə, Quranda təsvir edilən bu şərəfli mübarizədə iştirak etmək, dinsizliyin dininin bütün əsaslarını fikri olaraq qüvvədən salmaq çox böyük əhəmiyyətə malikdir.

Allah bu şərəfli vəzifəni boynuna götürən qullarına çox əhəmiyyətli bir müjdə də vermişdir. Quranda, “Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza!” (Ənbiya surəsi, 18) ayəsində xəbər verildiyi kimi, batil mütləq yox olacaq.

 

1 / total 8
"Harun Yəhyanın Dinsizliyin Dini ilə Mübarizə kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.org adnanoktarhaber.com adnanoktarhukuk.com adnanoktargercekleri.com