< <
1 / total: 10

Giriş

orman, ağaçlar

İnsan həyatında çox əhəmiyyətli olan bitkilər, 500 mindən çox çeşidilə Allah tərəfindən insanların faydalanacağı şəkildə yaradılmış sərhədsiz bir xəzinədir. Tənəffüs etdiyimiz tərtəmiz havanın, həyatda qalmaq üçün ehtiyacımız olan qidaların, istifadə etdiyimiz enerjinin qaynağı bitkilərdir. Təəccüblü gözəllikdəki mənzərələrin, təsirli qoxuların və gözqamaşdırıcı rənglərin qaynağı da yenə bitkilərdir.

Bitkilər işığı qidaya çevirən fotosintez sistemləri, heç dayanmadan enerji və oksigen verən, təbiəti təmizləyən, ekoloji tarazlığı təmin edən mexanizmləri, dad, qoxu, rəng kimi yalnız insana xitab edən estetik xüsusiyyətləriylə özlərini yaradan Allahın sonsuz elmini, sənətini, insanlara qarşı olan şəfqət və mərhəmətini nümayiş etdirən xüsusi canlılardır. Xüsusi faydalar üçün xüsusi sistemlərə sahib olan bitkilərin bu günə qədər yalnız 10.000 növü araşdırıla bilmiş, bu araşdırmalar nəticəsində hər bitkinin insanı heyrətə salacaq yaradılış xüsusiyyətlərinə sahib olduğu ortaya çıxmışdır.

Allahı tanımaq, Onun sifətlərini görmək, Ona yaxınlaşmaq istəyənlər üçün bitkilərdəki, hətta onların tək bir yarpağındakı yaradılış möcüzələrinə daha yaxından baxmaq, onların möcüzələrlə dolu dünyalarını tanımaq çox faydalı olacaq. Bunun sayəsində, indiyə qədər yalnız elm adamlarına xas olduğunu düşündüyümüz təəccüblü həqiqətlərin qapısının, səmimi və xüsusi maraqla bütün insanlara açıla biləcəyini görə bilərik.

İman edənlər Allahın onlara verdiyi ağıl və anlayış ilə Onun bizə nümayiş etdirdiyi möcüzələri görə bilərlər. Bunun üçün varlıqlara ağıl və hikmət gözüylə baxmaq lazımdır. Ətrafına ağıl və hikmət gözüylə baxmağı öyrənən bir insan, bir çiçəyin rəngində, şəklində və qoxusunda gördüyü sənətin yanında çiçəyi çiçək edən bütün sistemləri də öyrənəcək, Allahın üstün elminə və qüdrətinə daha yaxından şahid olacaq. Allah həm insanın, həm də digər canlıların yaradılışında ayələr, yəni öz varlığının dəlilləri olduğunu belə bildirir:

Sizin yaradılışınızda və törədib-yaydığı canlılarda qəti məlumatla inanan bir qövm üçün ayələr vardır.
(Casiyə surəsi, 4)

Bu kitabda bitkilərin çox əhəmiyyətli bir xüsusiyyəti olan fotosintezi və içində fotosintezin reallaşdığı yarpaqların qüsursuz quruluşunu araşdıraraq Allahın bu canlılarda yaratdığı möcüzələrə şahid olacağıq.

Ağıllı Dizayn, Yəni Yaradılış

Kitabda zaman-zaman qarşınıza Allahın yaratmasındakı mükəmməlliyi vurğulamaq üçün istifadə etdiyimiz "dizayn" sözü çıxacaq. Bu sözün hansı məqsədlə istifadə edildiyinin doğru başa düşülməsi çox əhəmiyyətlidir. Allahın bütün kainatda qüsursuz bir dizayn yaratması, Rəbbimizin əvvəl planlaşdırdığı daha sonra yaratdığı mənasını verməz. Bilinməlidir ki, göylərin və yerin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir “dizayn” etməyə ehtiyacı yoxdur. Allahın hazırlaması və yaratması eyni anda olar. Allah bu cür əskikliklərdən münəzzəhdir. Allahın bir şeyin ya da bir işin olmasını dilədiyində, onun olması üçün yalnız "Ol!" deməsi kifayətdir.

Ayələrdə belə buyurulur:

Bir şeyi dilədiyi zaman, Onun əmri yalnız: "Ol" deməsidir; o da dərhal olar.
(Yasin surəsi, 82)

Göyləri və yeri (bir nümunə əldə etmədən) yaradandır. O, bir işin olmasına qərar versə, ona yalnız "OL" deyər, o da dərhal olar.
(Bəqərə surəsi, 117)

 

1 / total 10
"Harun Yəhyanın Yaşıl Möcüzə: Fotosintez kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net