< <
1 / total: 12

Giriş

Həyatınız boyu bir çox insanla qarşılaşmısınız. Ailəniz, yoldaşlarınız, məktəb və iş həyatınızda qarşılaşdığınız insanlarla yanaşı, hər gün qəzet səhifələrində dünyanın müxtəlif yerlərindən olan yüzlərlə insan görmüş, televiziya ekranlarında yüzlərlə insanın rəftarını izləmisiniz. Bir anlıq yaddaşınızdakı bu görüntüləri gözünüzün qarşısından keçirin. Uşaqlığınızdan bəri görməyə alışdığınız üz ifadələrini, danışıqları xatırlamağa çalışın; bəzi insanların həyata dair verdikləri açıqlamaları, sıxıntılarını, dərdlərini dilə gətirdikləri hallarını; iş yoldaşlarınızın hər gün təkrarlanan gündəlik danışıqlarını, ailəvi problemlərindən, maddi sıxıntılarından, insanlarla aralarındakı problemlərindən bəhs etmələrini; küçədə gördüyünüz insanları, avtobus dayanacaqlarında gözləyən, tıxacda qalıb evinə qayıtmağa çalışanları, keçən avtomobillərin su sıçratdığı insanların üz ifadələrini, öz özlərinə deyinmələrini gözünüzdə canlandırın.

Əyləncə proqramlarından ekranlara əks olunan insan görüntülərini xatırlayın; kameraların qarşısında əylənirmiş kimi görünməyə çalışıb xoşbəxtlik oyunu oynayan, bir-birləriylə dost olduqlarını söyləyən, amma hər fürsətdə bir-birlərinin arxasınca heç gözlənilməyən pis sözlər danışan, qısqanclıq, kin və ya rəqabət kimi duyğulardan ötrü narahatlıqdan qurtula bilməyən bəzi insanların və ya peşələrinin tələbindən ötrü başqalarını əyləndirməyə çalışdıqları halda, öz bədbəxtlikləri hər hallarından bəlli olan bəzi insanların ruh hallarının necə olduğunu bir düşünün.

Bir də dünya şəraitində ola biləcək ən yüksək həyat səviyyəsini yaşayan, istədiyi anda istədiyi hər şeyi əldə edə biləcək qədər çox pulu olan, ən gözəl evlərdə oturub ən son model avtomobillərlə gəzən, ən bahalı geyimləri geyən, kariyeralarıyla, nüfuzlarıyla cəmiyyətdə ən hörmət edilən, ən sözü dinlənilən insanların həyatlarına bir nəzər salın.

Bütün bunları diqqətlə düşündüyünüzdə çox mühüm bir həqiqəti öyrəndiyinizi görəcəksiniz. Hansı şərait altında olsalar belə, bu insanları ortaq məxrəcdə birləşdirən mühüm bənzərlik var; insanların böyük hissəsi bədbəxt həyat yaşayır.

Nə sahib olduqları mal-mülk, nə işlədikləri işlər, nə də sevdikləri insanlar, bu insanları əsl mənada xoşbəxt etməyə kifayət etmir. Xoşbəxtlik, dinclik, sevinc kimi xüsusiyyətlərin yerinə, bu insanların həyatına hakim olan daimi hüzn, pessimizm, ümidsizlik kimi mənfiliklərdir. Əksər insanın həyatının böyük hissəsini bu ruh halı içində yaşayar. Bu insanların xoşbəxt ola bildikləri anlarsa, həm müvəqqətidir, həm də real xoşbəxtliklə müqayisədə olduqca səthidir. Hətta bəzi hallarda, həm özlərini, həm də ətraflarındakı insanları aldatmaq məqsədli təqlidlərdən ibarətdir. Heç kəsə bəlli etmədən, ətraflarındakı gözəlliklərdən zövq almalarına mane olan gizli bir əzab yaşayarlar.

Bəs onda bu insanlar niyə bədbəxtdir? Niyə daxili aləmlərində əzab çəkər, niyə sıxıntılı bir həyat yaşayarlar?

Bu insanların, ən gözəl nemətlərin içərisində belə əzab çəkmələrinin və bədbəxt olmalarının səbəbi, Allahdan uzaq bir həyat yaşamalarıdır. Allah insanlara xoşbəxtliyi, ancaq imanla verər, həyatın gözəlliklərindən əsl mənada zövq ala bilmələrini, ancaq bu yolla mümkün edər. Qurana uyğun səmimi iman olmadığı müddətcə, insanların heç bir yol və heç bir üsulla həqiqi xoşbəxtliyi əldə etmələri qeyri-mümkündür.

Məhz bu kitabda bu əhəmiyyətli həqiqətə diqqət çəkəcək və insanları həqiqi və səmimi imanı yaşamağa dəvət edəcəyik. İnsanların, xoşbəxt ola bilmələrinə, nemətlərdən zövq ala bilmələrinə maneə törədən və özlərini əzaba sürükləyən bu sistemi, əslində öz əlləriylə meydana gətirdiklərini izah edəcəyik. Bədbəxtlikdən və gizli əzablardan qurtulmağın yeganə yolunun, Allaha səmimi-qəlbdən iman etmək olduğunu göstərəcəyik. Allaha qarşı bu mütləq səmimiyyət əldə edilmədiyi müddətcə, insanların heç bir yolla əsl mənada xoşbəxtliyi yaşaya bilməyəcəklərini və dünyadakı bu gizli əzabların axirətdə sonsuz bir əzaba çevrilə biləcəyini xatırladacağıq.

Allah bir ayədə; "möminlər həqiqətən nicat tapmışdır" (Muminun surəsi, 1) deyə buyuraraq, xoşbəxtlik və nicat tapanların möminlər olduqlarını bildirmişdir.

 

1 / total 12
"Harun Yəhyanın Gizli Əzabların Həlli kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net