< <
1 / total: 9

Giriş

Ey iman gətirənlər! Səbir edin və səbirdə yarışın
(Ali-İmran surəsi, 200)

Allah bir ayədə “(Bu) insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – qüdrətli, tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir kitabdır” (İbrahim surəsi, 1) buyuraraq Quranın insanları qaranlıqdan aydınlığa çıxaran xüsusiyyətinin olduğunu bildirmişdir.

Quranda səbir etməyin insanları nura çıxaran yollardan biri olduğu buyurulur. Lakin Quranda bildirilən səbir gündəlik həyatda bir çoxlarının şahid olduğu hərəkətlərdən fərqli və üstün əxlaq xüsusiyyətidir. Quranda insanlara öyrədilən həqiqi səbir təkcə çətinliklər qarşısında deyil, əksinə, həyatın hər anında yaşanan əxlaq xüsusiyyətidir. Həqiqi səbir çətinliklərdə olduğu qədər gözəl olan hər şeydə qərarlı davranmağı və bir an olsun belə bundan üz döndərmədən ömür boyu davam etməyi labüd edir.

Allahın Quranda bildirdiyi səbrin ən əsas xüsusiyyətlərini peyğəmbərlərin həyatında görmək mümkündür. Çünki peyğəmbərlər Allahın dinini təbliğ edərkən səbirli olmuş, Allaha sədaqətdən əsla ayrılmamış və yalnız Allahın razılığını qazanmaq üçün səbir etmişlər. Səbir mövzusunda ən gözəl nümunə isə şübhəsiz ki, mübarək peyğəmbərimiz hz.Muhəmməddir. Peyğəmbərimiz (səv) müsəlmanlara da hər zaman səbirli olmağı əmr etmişdir. Bir hədisdə Peyğəmbərimiz (səv) belə buyurur:

Möminin durumu necə də təəccüblüdür. Çünki hər işi onun üçün xeyirlidir. Bu, yalnız möminə xas özəllikdir, başqasına deyil. Ona razı qalacağı bir şey üz versə, şükür edər; bu, xeyirdir. Zərər gəldikdə də səbir edər; bu da xeyirdir. (Kutubi-sittə müxtəsəri, tərcümə və şərhi, prof. dr. İbrahim Canan, 2-ci cild, “Akçağ” Nəşriyyatı, Ankara, 1992, səh.208)

Odur ki, bu kitabın məqsədi də insanlara bu üstün əxlaq xüsusiyyətini Quranda bildirildiyi şəkildə təsvir etmək və onları həqiqi səbri yaşamağa dəvət etməkdir. Bu məqsədlə, kitabda el arasındakı yanlış səbir anlayışından, Allahın insanlardan hansı səbri istədiyindən, bunun üçün onları hansı olaylarla imtahan edəcəyindən və Rəbbimiz üçün səbirli olanlara hansı mükafatın veriləcəyindən bəhs ediləcək. Bununla yanaşı, peyğəmbərlərin hər şeydə necə səbirli olduqlarına dair Qurandan nümunələr veriləcək və beləliklə, hər kəs həyatının sonuna qədər Rəbbimiz üçün səbirli olmağa dəvət ediləcək.

Kitabın başqa bir məqsədi isə Allahın bu dəvətinə qarşılıq verənlərə “... səbir edənlərə müjdə ver” (Bəqərə surəsi, 155) ayəsində xəbər verilən böyük müjdəni verməkdir. Eyni zamanda, Allahın “səbir edənlərlə bərabər olduğunu” (Bəqərə surəsi, 153) bir daha xatırladıb səbrin möminlər üçün çoxlu gözəlliyin qapısını açan bənzərsiz açar olduğunu vurğulamaqdır.

 

1 / total 9
"Harun Yəhyanın Quranda Səbrin Əhəmiyyəti kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net