< <
1 / total: 12

Giriş

Çox əhatəli bir təyyarə maketi satın aldığınızı düşünün. Yüzlərlə kiçik hissədən ibarət olan bu maketi əldə etmək üçün necə bir “yol” qət edərdiniz? Şübhəsiz ki, bunun üçün edəcəyiniz ilk şey qutunun üzərindəki şəkillərə baxmaq və içindəki montaj məlumatlarından faydalanmaq olacaq. Çünki bir maketi hazırlarkən montaj təlimatlarını izləmək, görüləcək işin müddətini qısaldır, o maketin ən səhvsiz və mükəmməl şəkildə edilməsini təmin edir.

sinek

Təyyarənin montajı ilə əlaqədar məlumatınız olmasa da, əgər əlinizdə bənzər bir model varsa, maketi yenə edə bilərsiniz. Çünki daha əvvəl gördüyünüz təyyarə modelinin dizaynı, onun bənzərinin istehsalında sizə əhəmiyyətli bir rəhbər olacaq. Eyni məntiqdə təbiətdə mövcud qüsursuz bir dizaynı nümunə götürmək, oxşar funksiyalara sahib bir texnologiya cihazının dizayn və montajının ən qısa yoldan və ən mükəmməl şəkildə reallaşdırılmasını təmin edir. Bunun fərqində olan bir çox elm adamı və araşdırma-inkişaf etdirmə (ARGE) mütəxəssisi də görəcəkləri hər yeni işdən əvvəl, bunun canlılardakı nümunələrini araşdırır, bunlardakı sistem və dizaynı nümunə götürərək onları təqlid edirlər. Başqa sözlə elm adamları, Allahın təbiətdə yaratdığı canlıları görüb araşdırır və bunlardan faydalanaraq yeni texnologiyalar yaradırlar.

Bu istiqamətlənmə yeni bir elm sahəsi əmələ gətirmişdir: "Biomimetika". “Təbiətdəki canlılardan təqlid” mənasını verən və xüsusilə son dövrlərdə texnologiya dünyasında adından tez-tez bəhs olunan bu elm sahəsi, insanlara əhəmiyyətli üfüqlər açmışdır.

Canlılarda olan sistemlərin quruluşunu təqlid etmə elmi olaraq bilinən biomimetiyin ortaya çıxması, bu gün təkamül nəzəriyyəsini müdafiə edən elm adamları üçün də çox böyük bir məğlubiyyət olmuşdur. Çünki təkamül pilləsinin ən inkişaf etmiş canlısı kimi qəbul etdikləri insanın guya özündən daha primitiv olması lazım olan canlıları təqlid etməyə çalışması, onlardan ilham alması təkamülçülər baxımından qəbul edilə bilməz bir vəziyyətdir.

Primitiv sayılan canlıların xüsusiyyətləri daha inkişaf edənlərdən nümunə götürülürsə bu, gələcəkdə mövcud olan texnologiyaların böyük bir hissəsinin guya primitiv canlıların dizaynları üzərində qurulması deməkdir. Bu isə ətraflarına uyğunlaşmayan primitiv canlıların yox olub qalanların inkişafını müdafiə edən təkamül nəzəriyyəsinin məntiqinə tamamilə əks bir vəziyyətdir.

Təkamül nəzəriyyəsini müdafiə edənləri çətinliyə salan bu elm sahəsi gün keçdikcə inkişaf edir və texnologiya dünyasına hakim olur. Bu istiqamətdə "biometrik" adlandırılan və “canlıların davranışlarını təqlid etmə elmi" mənasını verən yeni bir elm sahəsi də ortaya çıxmışdır.

Bu kitabda Biomimetika və biyomimikrinin təbiətdə mövcud olan qüsursuz sistemləri nümunə götürərək əldə etdiyi nailiyyətlərin nəticələri qələmə alınır. Daha əvvəl diqqəti cəlb etməyən, ancaq canlılığın yaradılmasından bu yana təbiətdə mövcud unikal dizaynlar araşdırılır. Eyni zamanda təkamül nəzəriyyəsini müdafiə edənlərə söyləyəcək tək bir söz belə buraxmayan təbiətdəki ağıl dolu mexanizmlərin hamısının aləmlərin Rəbbi olan Allahın nümunəsiz yaratmasının əsəri olduğu izah edilir.

Ağilli Dizayn, Yəni Yaradiliş

Allahın Yaratmaq Üçün Dizayn Etməyə Ehtiyacı Yoxdur

“Dizayn” ifadəsinin doğru başa düşülməsi vacibdir. Allahın qüsursuz bir dizayn yaratması, Rəbbimizin əvvəl planlaşdırdığı daha sonra yaratdığı mənasını vermir. Məlum olsun ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir dizayn etməyə ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda olur. Allah bu cür pakdır, müqəddəsdir.

Allahın bir şeyin və ya bir işin olmasını dilədikdə onun olması üçün yalnız "Ol!" deməsi kifayətdir. Ayələrdə belə buyurulur:

Bir şeyi istədiyi zaman Onun əmri ona ancaq: "Ol!" Deməsidir, o da dərhal olar. (Yasin surəsi, 82)

Göyləri və yeri (yoxdan) yaradan da Odur. O, bir işin olmasına qərar versə, ona yalnız: "Ol" deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117)

Biomimetika Nədir?

biomimicry kitap

"Biomimicry" isimli kitap.

İstər Biomimetika, istərsə də biomimikri təbiətdəki modelləri araşdıran, sonra da bu dizaynları təqlid edərək və ya bunlardan ilham alaraq insanların problemlərini həll etməyi məqsəd qoyan yeni elm budaqlarıdır.

Biomimetika, insanların təbiətdə olan sistemləri təqlid edərək düzəltdikləri maddələrin, alətlərin, mexanizm və sistemlərin hamısını ifadə edən bir termindir. Təbiətdəki dizaynları nümunə götürülərək düzəldilən alətlərə, xüsusilə nanotexnologiya, 1 robot texnologiyası, süni intellekt (AI), tibbi sənaye və hərbi təchizat kimi sahələrdə istifadə üçün ehtiyac duyulur.

Biomimetika ilk dəfə montanalı bir yazar və elm tədqiqatçısı olan Janine M. Benyus tərəfindən ortaya atılmış bir anlayışdır. Türkcə qarşılığı "biotəqlid" olan bu anlayışını daha sonra bir çoxları şərh etmiş və tətbiq etməyə başlanmışdır. Biomimikri haqqında söylənilən şərhlərdən biri belədir:

Biomimikrinin əsas təması təbiətdən model, ölçü və ağıl olaraq öyrənəcək çox şeyimiz olduğudur. Bu tədqiqatçıların ortaq nöqtəsi təbiətdəki dizayna hörmət göstərmələri və insanların qarşılaşdıqları problemlərin həllində bunları istifadə edərək ilham almalarıdır. (2)

Məhsul keyfiyyətini və səmərəsini artırmada təbiətdən faydalanan şirkətlərdən biri olan Interfacenin məhsul stratejisti David Oakley də biotəqlid mövzusunda bunları söyləyir :

“Təbiət mənim iş və dizayn mövzularında ağıl müəllimim, həyat tərzim üçün bir modeldir. Təbiətin sistemi milyonlarla ildir ki, çalışır... Biotəqlid, təbiətdən öyrənmənin bir yoludur.” (3)

kus

Necə ki, elm adamları sürətlə yayılan bu fikri mənimsəmiş, önlərindəki unikal və qüsursuz modelləri nümunə götürərək işlərinə sürət qazandırmışlar. Xüsusilə, sənaye sahəsində təbiətdəki kimi uyğun xammallar və iqtisadi sistemlər inkişaf etdirməyi məqsəd qoyan elm adamları və tədqiqatçılar, indi əl birliyiylə təbiəti necə təqlid edəcəklərinin yollarını araşdırırlar.

Təbiətdəki dizaynlar ən az vəsait və enerji ilə ən çox səmərə almaları, özlərini bərpa etmə xüsusiyyətləri, geri-çevrilməli və təbiət dostu olmaları, səssiz işləri, estetik, dözümlü və uzun ömürlü olmaları baxımından texnologiya işlərinə nümunə təşkil edirlər. High Country News adlı bir qəzetdə biomimetik elmi bir hərəkət olaraq təyin olunmuş və belə bir şərh edilmişdir :

Təbii sistemləri model alaraq, bu gün istifadə etdiyimizdə daha davamlı texnologiyalar əldə edə bilərsiniz. (4)

Biomimicry adlı kitabın yazıçısı Janine M. Benyus isə təbiətdə gördüyü mükəmməlliklər üzərində düşünərək, təbiətdəki modellərin təqlid edilməsi lazım olduğuna inanmışdır. Onu belə bir yanaşmanı müdafiə etməyə sövq edən nümunələrdən bəziləri bunlardır:

-Arı quşlarının 10 qramdan daha az bir yanacaqla Meksika körfəzini keçə bilmələri,
-Dragonflies ən yaxşı vertolyotların belə daha yaxşı manevr edə bilmələri,
-Termit qüllələrinə olan iqlimləndirmə və havalandırma sistemlərinin, təchizat və enerji sərfi baxımından insanların etdiklərindən daha üstün olmaları,
-Yarasanın çox sürətli ötürücüsünün, insanların etdiyi radarlarda daha məhsuldar və həssas çalışması,
-İşıq saçan dəniz yosunlarının bədən fənərlərini işıqlandırmaq üçün müxtəlif kimyəvi elementləri bir yerə gətirmələri,
-Qütb balıqları və qurbağaların donduqdan sonra yenidən həyata dönmələri və orqanlarının buza görə ziyana uğramaması,
-Buqələmunun və mürəkkəb balığının, olduqları şəraitlə tam bir uyğunlaşma içində olacaqları şəkildə dərilərinin rənglərini, naxışlarını dərhal dəyişdirmələri,
-Arıların tısbağaların və quşların xəritələri olmadan uzun məsafəli səfərlər edə bilmələri,
-Balinaların və pinqvinlərin oksigen balonu istifadə etmədən dalmaları,
-DNT lentinin məlumat yığma tutumu,
-Yarpaqların fotosintez əməliyyatı ilə ildə 300 milyard ton şəkər istehsalı edərək dünyanın ən böyük kimyəvi əməliyyatını reallaşdırması...

balina

Yuxarıda yalnız bir neçə nümunəsinə yer verdiyimiz təbiətdəki heyranlıq oyandıran bu kimi mexanizm və dizaynlar texnologiyanın bir çox sahəsini zənginləşdirmə potensialına malikdir. Məlumat ehtiyatımızın artması və texnologiya imkanlarının inkişafı ilə birlikdə bu potensial hər keçən gün daha da ortaya çıxır.

Məsələn, XIX əsrdə təbiətin təqlidi yalnız estetik baxımdan tətbiq sahəsinə sahib idi. Dövrün rəssam və memarları təbiətdəki gözəlliklərdən təsirləndikləri əsərlərində bu strukturların xarici görünüşlərini nümunə götürmüşdülər. Amma təbiətdəki dizaynların fövqəladəliyini və bunların təqlidinin insanlar üçün faydalı olacağının başa düşülməsi ancaq təbii mexanizmlərin molekulyar səviyyədə araşdırılmasıyla başlamışdır. Çünki təbiətdəki qüsursuz nizam, təfərrüata girdikcə daha da təəccüblü bir ölçü qazanır.

Biomimetika ilə ortaya çıxan material və alətlər gələcəkdə də istifadə ediləcək quruluşdadır: Yeni günəşlə bağlı hüceyrələr, inkişaf etmiş robotlar və kosmos gəmilərinin vəsaitləri kimi... Bu baxımdan təbiətdəki dizaynlar çox irəli bir texnologiyaya üfüq açır.

Biomimetika Həyatımızı Hansı Istiqamətdə Dəyişdirəcək ?

biyomimetri

Təbiətdəki mükəmməl dizaynlar Rəbbimizin bizə verdiyi çox böyük nemətlərdir. Bu dizaynları təqlid etmək və nümunə götürmək insan övladını davamlı olaraq yaxşıya doğru yönəldəcək bir inqilabdır. Çox təəssüf ki, elm dünyası təbiətdəki dizaynların çox böyük qaynaq olduğunun və gündəlik həyata keçirilməsi lazım olduğunun ancaq son bir neçə il ərzində fərqinə varmışdır.

Elm nüfuzu olaraq qəbul edilən bir çox nəşr orqanı da təbiətdəki üstün strukturların ehtiva dizaynların insanlara yol göstərməsi baxımından çox böyük bir qaynaq olduğunu qəbul edir. Məsələn, Nature jurnalı bu həqiqəti belə ifadə edir:

Təbiətdəki mexanizmlər üzərində aparılan işlər göstərir ki, fildən zülala qədər bir çox quruluş, dizaynerlər və mühəndislər üçün zəngin bir fikir hovuzu meydana gətirir. Üstəlik, bu hovuzun dərinliyi artırma potensialı də çox yüksəkdir. (5)

Şübhəsiz ki, bu qaynağı doğru istiqamətdə istifadə etmək və texnologiyaya keçirmək insan övladını çox sürətli inkişaf prosesinə daxil edəcəkdir. Biomimetika sahəsində mütəxəssis kimi göstərilən Janine M. Benyus da təbiəti təqlid etdiyimiz təqdirdə yemək və enerji istehsalı, informasiya saxlama, səhiyyə kimi bir çox sahədə özümüzü rahatlıqla təkminləşdirə biləcəyimizi ifadə etmişdir. Janine Benyus yarpaqlardan ilhamlanaraq və Günəş sistemi ilə çalışan mexanizmləri, hüceyrələr kimi siqnal verən kompüterlərin istehsalını, incini təqlid etməklə qırılmağa dözümlü keramikaları bu inkişafa nümunə vermək olar. (6)

Göründüyü kimi, biomimetika inqilabı gündəlik həyatımıza və yaşayışımıza dərindən təsir edəcək, insanların daha rahat və komfortlu yaşamasını təmin edəcək.

Bu gün görürük ki, inkişaf edən texnologiya yaradılış möcüzələrini bir-bir kəşf edir və "biomimetika" elmində olduğu kimi canlılardakı möhtəşəm dizaynları nümunə götürərək insanlığa xidmət edir. Bu mövzuların qələmə alındığı bir çox elmi məqalədən bir neçəsinin başlıqlarını belə sıralaya bilərik:

◉ Həyatın möhtəşəm dizaynlarında nümunə almaq (7)

◉ Biomimetika daha yaxşı bir dünya vəd edir (8)

◉ Elm təbiəti təqlid edir (9)

◉ Təbiətdəki dizaynlardan öyrənmək (10)

◉ Həyatın dizayndakı dərsləri (11)

◉ Biomimetika: gözümüzün qarşısında gizlənən sirrlər (12)

◉ Biomimetika: Təbiətin ilham verdiyi ixtiralar (13)

◉ Biomimetika: Bizi əhatə edən üstün qabiliyyətlər (14)

◉ Biomimetika: Təbiətdən yaxşı dizaynlar əldə etmək (15)

◉ Biomimetika: Təbiətdəki dizaynlardan alətlər yaratmaq (16)

◉ Mühəndislər dizayn üçün təbiətdən nümunə alırlar (17)

Bu məqalələr oxunduqda da görünür ki, elmi araşdırmaların nəticələri Allahın varlığının dəlillərini təkrar-təkrar göstərir.

 

Qeydlər

1 Nanoteknoloji, teknolojinin, büyüklüğü metrenin 100 milyon ile 1 milyarda biri arasında değişen malzemelerin üretimi, montajı ve kullanımı ile ilglinen bir koludur.

2 http://www. biomimicry. org/reviews_text. html

3 http://www.bfi.org/trimtab/spring01/TrimtabSpring01.pdf

4 http://www. biomimicry. org/reviews_text. html; Michelle Nijhuis, Hidgh Country News, July 06, 1998, Vol.30, No.13

5 Nature. 18 0cak 2001

6 http://www. biomimicry. org/faq. html

7 http://www. jehovantodistajat. fi/library/g/2000/1/22/article_01. htm

8 http://www. jehovantodistajat. fi/library/g/2000/1/22/article_01. htm)

9 Bilim ve Teknik Dergisi, Ağustos 1994, s.43

10 http://www. watchtower. org/library/g/2000/1/22/article_02. htm

11 http://www. nature. com/cgi-taf/DynaPage. taf?file=/nature/journal/v409/n6818/full/409413a0_fs. html&_UserReference=C0A804EF46B465AFF2C953AE40623B641423

12 http://www. natlogic. com/resorces/nbl/v06/n22. html

13 http://www. biomimicry. org/reviews_text. html

14 http://www. biomimicry. org/reviews_text. html

15 http://www. rdg. ac. uk/AcaDepts/cb/96vincent. html

16 http://www. the-scientist. com/yr1991/july/research_910708. html

17 NewYork Tımes,11 Aralık 2001

1 / total 12
"Harun Yəhyanın Biomimetik Texnologiya Təbiəti Təqlid Edir kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net