İmani Tez Anlamaq 3

< <
1 / total: 4

01-20: Sorular ve Cevaplar

1. Allaha Yaxınlaşmaq Nə Deməkdir?

Bir insanın Allaha yaxınlaşması, Allaha olan sevgisinin, bağlılığının, Allah qorxusunun, imanının və inancının artması deməkdir. Heç bir insan üçün Allaha yaxınlaşmağın bir sərhədi yoxdur. İnsanlar axirətdə Allaha olan yaxınlıqları ölçüsündə cavab alacaqlar və yenə bu ölçüdə sonsuz bir cənnət həyatına qovuşacaqlar. Bu səbəblə, hər insanın dünyadakı əsil yaşayış məqsədi Allahın bildirdiyi şəkildə bu mövzuda səmimi cəhd edərək olmalıdır. Quranda möminlərin bu mövzuda göstərdikləri səyə belə diqqət çəkilmişdir:

Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. (Tövbə surəsi, 99)

Belə bir səy nəticəsində Allaha yaxınlaşan bir insanın Allaha olan sevgisi və bağlılığı daha da şiddətlənər, ürəyində Rəbbimizə qarşı daha böyük bir coşğu hiss edər, Allahın razı olmayacağı bir rəftar göstərməkdən daha çox qorxar və bu ölçüdə də Allahdan çəkinər. Din əxlaqına qarşı bağlılığı, şövqü və dinə xidmət etmə istəyi qüvvətlənər. Allaha olan yaxınlığın gücü artdıqca bütün bu sayılan xüsusiyyətlər də həmişə artmağa davam edər.

2. Bir Möminin Allaha Yaxınlıqda Hədəfi Nə Olmalıdır?

Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız (Maidə surəsi, 35) ayəsiylə insanları Özünə yaxınlaşmaq üçün yollar axtarmağa çağırmışdır. Bu səbəblə, bir möminin həyatının ən böyük hədəfi, Allahın bu çağırışı istiqamətində səy sərf edərək və gəlib-keçmiş bütün insanlar arasında Allaha ən yaxın qul olmağa çalışmaqdır. Bu mövzuda möminlərin özlərinə nümunə götürdükləri kəslər isə peyğəmbərlərdir. Peyğəmbərlərin Allaha olan yaxınlıqları, onların Allahdan çox qorxan və Allahı çox sevən, təqva sahibi, gözəl əxlaqlı və səmimi insanlar olmaları səbəbiylədir.

Biz bunu ona bağışladıq. Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır (Sad surəsi, 25) ayəsiylə hz. Davudun Allaha olan yaxınlığı bütün möminlərə nümunə verilmişdir. Özünə peyğəmbər əxlaqını və səmimiyyətini nümunə alan hər bir şəxs, eyni şəkildə Allahdan qorxub çəkinərək, Quranın hökmlərini dəqiqliklə yerinə yetirərək və həyatını Allahın razılığını qazanmağa həsr edərək peyğəmbərlərin Allaha olan yaxınlıqlarını əldə etməyi ümid edə bilər. Ancaq burada əhəmiyyətli bir nöqtə daha vardır: Bir insanın Allaha yaxınlıq mövzusunda təkmilləşməsi yalnız səmimi bir istəklə bir neçə saniyə içində ola bilər. Çünki Allah insanlara çox yaxındır və qullarının dualarına cavab verəndir. Buna görə bir insanın Allah ilə yaxınlaşması yalnız səmimi və qəti niyyətinə bağlıdır.

3. Qurana Görə Peyğəmbərlərə Qarşı Hörmət Necə Olmalıdır?

İsmayılı, Əlyəsəni, Yunisi və Lutu da. Hamısını aləmlərdən üstün etdik. (Ənam surəsi, 86) ayəsiylə bildirildiyi kimi, peyğəmbərlər Allahın seçdiyi və bütün insanlar arasında üstün etdiyini bildirdiyi kəslərdir. Allah, peyğəmbərlərinə Öz Qatından xüsusi bir elm vermiş, onları mələklərlə dəstəkləmiş və cənnətiylə müjdələmişdir. Peyğəmbərlər hər dövrdə Allahın dinini təbliğ etməklə vəzifələndirilmiş, insanlara Allahın vəhyini çatdırmış və onları haqq dini yaşamağa dəvət etmişlər. Hər nə çətinliklə qarşılaşırlarsa qarşılaşsınlar bu mövzudakı qərarlılıqlarından heç bir şəkildə güzəştə getməmiş, şövqlə və səbirlə mübarizəyə davam etmişlər. Allahın seçdiyi və göstərdikləri üstün iman və əxlaq anlayışlarıyla diqqət çəkən peyğəmbərlər şübhəsiz ki, bütün möminlərin səmimi hörmət və sevgiylə bağlandığı kəslərdir. Quranda Allaha olan sədaqətindən təriflə bəhs edilən Peyğəmbərimiz (s.ə.v) Allahın ayədə bildirdiyi kimi möminlər üçün "öz nəfslərindən daha yaxın" dır. (Əhzab surəsi, 6)

Bu səbəblə, bütün möminlər peyğəmbərlərə qarşı ürəklərində böyük bir hörmət və sevgi bəsləyərlər. Ürəklərindəki bu hörməti necə ifadə edəcəkləri isə Quranda belə təsvir edilir:

Biz belə etdik ki, siz Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və gecə-gündüz Allahı tərifləyəsiniz. (Fəth surəsi, 9)

Peyğəmbərlərə qarşı göstərilən bu hörmətin gündəlik həyatda necə yaşanacağı Quranın Hucurat surəsində müxtəlif nümunələrlə izah edilir. Möminlərin Peyğəmbərimiz (s.ə.v)-in yaşadığı yerdə "yemək saatını gözləməmələri", "qapıların ardından peyğəmbərə səslənməmələri", "səslərini peyğəmbərin səsindən yüksək çıxarmamaları" və "bir-birlərinə bağırdıqları kimi peyğəmbərə bağırmamaları" ya da söhbət zamanı "elçinin hüzurunda önə keçməməli" kimi mövzulara diqqət etmələrini xatırladılaraq bu hörmətin necə olacağı haqqında məlumat verilmişdir.

Bununla yanaşı, Peyğəmbər (s.ə.v) dövründə yaşayanlar qədər, ondan sonra yaşayan bütün möminlər də eyni hörmət anlayışını ürəklərində daşımağa davam edərlər. Peyğəmbərimiz (s.ə.v)-ə olan dərin hörmətlərini, "And olsun ki, sizin üçün, Allahı və axirət gününü ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün Allahın Rəsulunda gözəl bir nümunə vardır." (Əhzab surəsi, 21) ayəsiylə də xatırladıldığı kimi bütün rəftarlarında onu nümunə götürərək və bütün danışıqlarında onu tərif dolu sözlərlə və hörmətlə ucaldaraq ifadə etməyə çalışarlar.

Digər peyğəmbərlər üçün də Allah belə əmr etmişdir:

Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136)

Ayədən də aydın olduğu kimi, digər peyğəmbərlərə də bənzər bir hörmət göstərməliyik. Necə ki, Allah bir başqa ayəsində də belə buyurur:

İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” Yalnız İbrahimin öz atasına: “Mən sənin üçün mütləq bağışlanma diləyəcəyəm. Fəqət Allahdan sənə gələn əzabı dəf edə bilmərəm!” – deməsi istisnadır. Onlar dedilər: “Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir. (Mumtəhənə surəsi, 4)

4. Vəhy Nə Deməkdir?

Vəhy Allahın, insanın qəlbinə dilədiyi bir mövzuda, dilədiyi bir məlumatı ilham etməsidir. Quranda vəhy mövzusunda verilən nümunələrdən, bu vəhyin bəzən mələklər vasitəsiylə, bəzən "bir pərdə arxasından" çatdırıldığı, bəzən də Allahın heç bir vasitəsi olmadan birbaşa insanın ürəyinə verdiyi görülür. Allah Quranda bu mövzunu belə açıqlamışdır:

Allah insanla ancaq vəhylə və ya pərdə arxasından danışır, yaxud bir elçi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir. Həqiqətən, O, Ucadır, Müdrikdir. (Şura surəsi, 51)

Bu mövzuda Quranda bir çox nümunəyə rast gəlmək mümkündür. Məsələn, ayələrdə hz. Musanın bir atəş gördüyü və nə olduğunu anlamaq üçün getdiyi yerdə vəhy aldığı bildirilir:

Oda yaxınlaşdıqda bir səda gəldi: “Ey Musa! Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən! Mən səni seçmişəm. Sənə vəhy olunanı dinlə! Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl! (Taha surəsi, 11-14)

Bir başqa ayədə isə hz. Məhəmməd (s.ə.v)-ə Quranın Cəbrayıl vasitəsiylə vəhy edildiyindən bəhs edilir:

Bunu ona çox qüvvətli olan öyrətdi – gözəl görünüşlü Cəbrayıl. O, yüksəlib öz surətində göründü. O, ən uca üfüqdə idi. Sonra Məhəmmədə yaxınlaşıb aşağı endi. O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi. (Nəcm surəsi, 5-10)

Allah bəzən də, ortada görünən heç bir şey olmadan, yalnız bir səsin xitab etməsi şəklində də vəhy edə bilər. Ayələrdə bu mövzunun bir nümunəsi hz. Musa üçün verilmişdir:

Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: “Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım”. O dedi: “Sən məni görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!” (Əraf surəsi, 143)

Hz. Məryəmə isə, Allah bir su arxının altından gələn bir səs ilə vəhy etmişdir:

Məryəmin aşağı tərəfindən (İsa və ya Cəbrayıl) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı. Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün. Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: “Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”. (Məryəm surəsi, 24-26)

Hz. Musanın anasının isə qəlbinə vəhy edilmişdi:

Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərdən edəcəyik” – deyə vəhy etdik."(Qəsas surəsi, 7)

5. Bir Başqasının Dua Etməsi Insana Fayda Gətirərmi?

Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”. (Mömin surəsi, 60) ayəsiylə bütün insanları dua etməyə çağırmış və bunun qarşılığında da dualarını qəbul edəcəyini bildirmişdir. Bu səbəblə, bir insanın digər insanlar üçün etdiyi bir dua da Allahın diləməsiylə əlbəttə fayda gətirə bilər. Bir ayədə Allah Peyğəmbərimiz (s.ə.v)-ə digər inananlar üçün dua etməsini bildirmişdir:

... Onlara dua et. Doğrusu, sənin duan onlar üçün “bir sükunət və dinclikdir.” Allah Eşidəndir, Biləndir. (Tövbə surəsi, 103)

İman edən bir insan, özü qədər bütün digər inananların da Allahın razılığını ala bilməsini və cənnətinə qovuşmasını istəyər. Bu səbəblə də, ən az özü qədər digər mömin qardaşları üçün də dua edər. Ancaq bu duanın qəbul edilməsi mövzusunda təqdir Allaha aiddir. Allah istəsə, istədiyi adamın istəyini dilədiyi şəkildə yerinə yetirər. İstəsə də bir xeyir və hikmət istiqamətində bu duaya fərqli bir şəkildə razılıq verər.

6. Qorxu Ilə Ümid Arasında Dua Etmək Nə Deməkdir?

Allah insanlara bütün həyatları boyunca Özünə itaət etmələrini, gözəl əxlaq göstərmələrini, xeyirli işlərdə yarışmalarını və Öz razılığını qazanmaq məqsədiylə saleh əməllər etmələrini əmr etmişdir. Ancaq heç kim bu etdikləri nəticəsində qəti olaraq cənnətə girəcəyindən əmin deyil. Bu səbəblə, insan imanı nə qədər güclü, Allaha nə qədər bağlı olursa olsun, hər an ümid və qorxu hissləri arasında yaşayar. Bir tərəfdən cəhənnəm əzabından qorxaraq, qul olaraq etdiyi səhvlərdən ötrü bağışlanma diləyər. Bir tərəfdən də Allaha səmimi olaraq iman etdiyi üçün Allahın səhvlərini bağışlayacağına qəti olaraq ümid edər. Allahın mərhəmətinə və bağışlayıcılığına sığınır, əskikliklərini aradan qaldırması üçün səmimiyyətlə dua edər. Hesab günü Allahın haqqındakı təqdirini öyrənənə qədər də, həm cəhənnəmə getmə qorxusunu, həm də cənnətə getmə ümidini daima bir yerdə yaşayır. Quranda peyğəmbərlərin də bu şəkildə qorxu və ümid dolu olaraq Allaha dua etdiklərindən bəhs edilir:

Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona uşaq doğmağa qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər. (Ənbiya surəsi, 90)

7. Quranda Peyğəmbərlərin Və Möminlərin Hansı Mövzularda Dua Etdiklərindən Bəhs Edilir?

Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər” (Mömin surəsi, 60) deyərək ehtiyac duyduqları hər mövzuda Özünə sığınıb kömək istəməyə çağırmışdır. Quranda peyğəmbərlərin və möminlərin Allahdan nələr istədikləri mövzusunda verilən nümunələrdən bəziləri isə bu cürdür:

Bizi doğru yola yönəlt – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna yox! (Fatihə surəsi, 1-7)

  • yaşadıqları şəhəri təhlükəsiz bir yer etməsi (Bəqərə surəsi, 126)

  • yaşadıqları şəhərin əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür ruzilərlə təmin etməsi (Bəqərə surəsi, 126)

  • özlərini Allaha təslim olmuş müsəlmanlar qılması və nəsillərindən Allaha təslim olmuş (müsəlman) bir ümmət verməsi (Bəqərə surəsi, 127-129)

  • İbadət üsullarını göstərməsi (Bəqərə surəsi, 127-129)

  • tövbələrini qəbul etməsi (Bəqərə surəsi, 127-129)

  • içlərindən ayələri oxuyan, kitabı və hikməti öyrədən və onları təmizləyən bir elçi göndərməsi (Bəqərə surəsi, 127-129)

  • dünyada və axirətdə yaxşılıq verməsi (Bəqərə surəsi, 201-202)

  • odun əzabından qoruması (Bəqərə surəsi, 201-202)

  • üzərlərinə səbir yağdırması, addımlarını sabit qılması və kafirlərə qələbə çalmaqda kömək etməsi (Bəqərə surəsi, 250)

  • unutduqlarından və yanıldıqlarından ötrü məsul tutmaması (Bəqərə surəsi, 286)

  • Əvvəlki nəsillərə yüklədiyi kimi ağır yük yükləməməsi və güc çatdıra bilməyəcəkləri şeyləri yükləməməsi (Bəqərə surəsi, 286)

  • əfv etməsi, bağışlaması, rəhm etməsi (Bəqərə surəsi, 286)

  • hidayət yoluna yönəltdikdən sonra qəlbləri azdırmaması və bizə Öz tərəfindən mərhəmət bəxş etməsi (Ali İmran surəsi, 8-9)

  • günahları bağışlaması, pisliklərini örtməsi (Ali İmran surəsi, 193)

  • elçilərə vəd etdiklərini özlərinə də verməsi (Ai İmran surəsi, 194)

  • Qiyamət günündə özlərini xor və alçaq qılmaması (Ali İmran surəsi, 194)

  • aralarında haqq ilə hökm verməsi (Əraf surəsi, 89)

  • canlarının müsəlman olaraq alınması (Əraf surəsi, 126)

  • kafirlər birliyindən onları rəhmətiylə qurtarması (Yunis surəsi, 86)

  • qatından köməkçi bir qüvvə verməsi (İsra surəsi, 80)

  • namazlarında davamlı olması və dualarını qəbul etməsi (İbrahim surəsi, 40-41)

  • hesap günündə, özünü, anasını və atasını bağışlaması (İbrahim surəsi, 40-41)

  • köksünü açması, işlərini asanlaşdırması (Taha surəsi, 25-26)

  • şeytanın vəsvəsələrindən qoruması (Muminun surəsi, 97-98)

  • özlərini təqva sahiblərinə rəhbərlər qılması (Furqan surəsi, 74)

  • qatından hökm və hikmət bağışlaması (Şuəra surəsi, 83)

  • nemətlərlə təchiz edilmiş cənnətlərinin varislərindən etməsi və insanların diriləcəkləri gündə özlərini alçaltmaması (Şuəra surəsi, 85-87)

  • özünə, ana və atasına verdiyi nemətlərə şükür etməyi və razı olacağı saleh bir əməldə olmağı ilham etməsi və rəhmətiylə özünü saleh qullarının arasına qatması (Nəml surəsi, 19)

  • Qatından özləri üçün xeyir endirməsi (Qəsas surəsi, 24)

  • özlərini və özlərindən əvvəl yaşamış olan möminləri bağışlaması və iman edənlərə qarşı bir kin buraxmaması (Həşr surəsi, 10)

  • Qatından mülk verməsi (Sad surəsi, 35)

  • Qatından ifadə səlistliyi verməsi (Taha surəsi, 27-28)

8. Dünyada Ikən, Insanlar Üçün "Cənnətlik, Ya Da Cəhənnəmlik" Demək Doğrudurmu?

İnsanların axirətdə necə bir qarşılıq görəcəkləri mövzusunda hər hansı bir şərh etmək səhv olar. Çünki hansı insanın cənnətə, hansı insanın cəhənnəmə gedəcəyini yalnız Allah bilir; insanlar isə bunu ancaq Allahın diləməsi xaricində axirətdə öyrənə bilərlər. Bu, eyni zamanda insanın özü üçün də keçərlidir. İman edənlər özləri üçün cənnəti ümid edirlər; ancaq heç bir zaman cənnətə gedəcəklərinə, ya da cəhənnəmə getməyəcəklərinə əmin ola bilməzlər. Quranda hz. Davudun, canını müsəlman olaraq alması üçün Allaha etdiyi dua bu mövzuya gözəl bir nümunədir:

... Göylərin və yerin yaradıcısı, dünyada və axirətdə mənim Himayədarımsan. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur. (Yusif surəsi, 101)

9. Quranda Keçən "Oda Çağıran Öndər" Ifadəsinin Mənası Nədir?

İman edənlərin olduğu kimi, inkar edənlərin də liderləri vardır. Mömin birliyinin liderləri, onları din əxlaqını yaşamağa, gözəl rəftarlara və xeyirli işlər etməyə çağırırlar. Onlara Allahın varlığını izah edər, dinin hökmlərini və gözəl əxlaqın necə yaşanmalı olduğunu anladar, doğru, ya da səhv olduqları istiqamətləri göstərərək özlərini təkmilləşdirmələrini təmin edərlər.

Eyni şəkildə küfrün də liderləri vardır. Ancaq lider deyincə, ağıla yalnız bir birliyin başında olan insanlar gəlməməlidir. Allahı inkar edən kimsələr düşüncələri, davranışları və yaşadıqları həyat şəkli ilə yanındakı insanları atəşə, yəni cəhənnəmə çağırır və beləcə, inkarın liderliyini etmiş olurlar. İnsanları Allaha iman etməyə deyil, inkar etməyə yönəldirlər. Qurana və vicdanlarına deyil, şeytana və özlərinə tabe olmağa təşviq edirlər. Dünya həyatında inkarın liderliyini edən bu öndərlər, beləliklə özlərinə uyanları atəşə və Allahın əzabına sövq etmiş olurlar:

... Zalımların aqibəti necə bir bax. Biz onları oda çağıran rəhbərlər etdik; qiyamət günü onlara kömək edilməyəcəkdir. (Qəsas surəsi, 40- 41)

10. Quranda Axirətdə Hesab Verərkən Insanların Dərilərinin, Eşitmə Və Görmə Orqanlarının Danışacağı Bildirilmişdirmi?

Quranda, hesab günündə inkar edənlərin eşitmə, görmə orqanlarının və dərilərinin öz əleyhinə şahidlik edəcəyi xəbər verilir. Dünya həyatında ikən bəlkə də gizlədiklərini, ya da kimsənin bilmədiyini sandıqları bütün əməlləri, eşitmə, görmə orqanlarının və dərilərinin dilə gəlməsiylə ortaya çıxacaq. Şübhəsiz, onların dünyada ikən etdikləri gizli, ya da açıq bütün rəftarlara Allah şahiddir, ancaq o gün Allah bütün bu həqiqətləri onlara şəxsən təsdiq etdirərək, öz etdikləri cinayətlərə özlərini şahid tutacaq. Bu, Allah üçün son dərəcə asandır. Çünki dünyada ikən insanın dilinə nitq verən Allah, o gün də insanın dərisinə, gözlərinə və qulaqlarına nitq verəcək. Quranda bu hadisə belə bildirilmişdir:

Allaha yağı kəsilənlər Cəhənnəmə sürüklənib toplanılacaqları günə qədər bir yerdə saxlanacaqlar. Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?” – deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”. Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir. (Fussilət surəsi, 19-22)

11. Qeyb Nə Deməkdir?

Məlumatını əldə edə bilmədiyimiz, görmədiyimiz, duymadığımız hər şey qeyb məlumatıdır. İnsanlar bu məlumatın ancaq Allahın özlərinə bildirdiyi qədərini bilərlər. Qeyb məlumatının tək sahibi isə Allahdır. Allah zamandan və məkandan münəzzəhdir. Bu səbəblə də, keçmişin, indinin və gələcəyin məlumatına sahib olan tək gücdür. Allah "Sən ucadan danışsan da, danışmasan da, fərqi yoxdur. Çünki Allah sirri də, bundan daha gizli olanı da bilir. (Taha surəsi, 7) ayəsiylə də bildirdiyi kimi, insanların əsla çata bilməyəcəyi ən gizli olan şeyləri də biləndir. İnsanların ürəklərindən keçəni, şüur altında saxladıqlarını, heç kimə söyləmədikləri ən gizli düşüncələrini də biləndir. Quranda qeybə dair bu məlumatın yalnız Allaha aid olduğundan belə bəhs edilir:

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

12. Hər Hansı Bir Insanın Gələcəklə Əlaqədar Məlumat Verə Bilməsi Mümkündürmü?

Yaşadığımız andan bir saniyə, ya da bir saat sonrası da daxil olmaq üzrə gələcəyə dair məlumatlarını ancaq qeyb məlumatının tək sahibi olan Allah bilə bilər. Bu səbəblə, insanların gələcəyə dair hər hansı bir xəbər verə bilmə imkanı yoxdur. Ancaq Allah Quranda istəsə elçilərindən dilədiklərinə gələcək haqqında məlumat verə biləcəyini bildirmişdir:

O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz; razı qaldığı elçidən başqa. Həqiqətən, Allah onların önündə və arxasında gözətçilər qoyur. (Cin surəsi, 26-27)

13. Gələcəklə Əlaqədar Qəti Danışıqlar Etmək Doğru Olarmı?

Gələcəkdə reallaşacağı umulan bir hadisə haqqında heç bir zaman üçün qəti bir ifadə istifadə etmək doğru olmaz, çünki gələcəkdə nə olacağını yalnız Allah bilir. İnsanın başına bir həftə, bir dəqiqə hətta bir saniyə sonra nə gələcəyi tamamilə Allahın təqdiri altındadır. İnsan bir gün sonrası üçün belə qəti bir plan qurmaq imkanına sahib deyil. Çünki Allah bir gün içində bir insanın həyatına tam fərqli bir istiqamət verə bilər. Bir gün əvvəl evində sakit bir gün keçirən və sabahısı gün nələr edəcəyini planlaşdıran bir insan, bir gün sonra həyatını itirmiş ola bilər, çox böyük bir qəza keçirə bilər, ölümcül bir xəstəliyə tutula bilər, yaşadığı şəhər bir zəlzələ nəticəsində yerlə bir ola bilər, ya da bunlar kimi heç gözlənilməz bir çox hadisərlə qarşılaşa bilər. İnsan Allahın özü üçün təyin etdiyi qədəri heç bir zaman əvvəldən bilmək imkanına sahib deyil. Bu səbəblə, heç kimin bir saniyə sonrası üçün qəti danışıqlar etdiyi bir planı reallaşdıra biləcəyinə dair zəmanəti yoxdur. Reallaşacaq bütün hadisələrin təqdiri Allaha aiddir. Bu səbəblə, Allah Quranda heç bir şey üçün qəti danışmamaq, ancaq "Allah istəsə", ya da "İnşaAllah" deyərək danışmaq lazım olduğunu bildirmişdir:

Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” – demə! Ancaq: “Əgər Allah istəsə!” (“inşaAllah” – de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin” – de. (Kəhf surəsi, 23-24)

14. Qurana Görə Iltifat Və Tərif Necə Olmalıdır?

Bir insana gözəlliyindən, gözəl əxlaqından, ya da nümunəvi rəftarlarından ötrü iltifat edilər. Gördüyümüz bütün bu gözəl xüsusiyyətlərin tək və əsil sahibi isə Allahdır. Bu səbəblə də, bütün iltifatlarımızı hər şeyi ən gözəl şəkildə, qüsursuz şəkildə var edən Allaha yönəldərlər. Əgər iltifat edilən xüsusiyyət insani bir gözəllik isə bu gözəlliyi o adama lütf olaraq verən Allahdır. Ağıl, zəka və ya hər hansı bir xüsusiyyət də yenə Allahın o adama vermiş olduğu bir nemətdir. Bu səbəbdən, bütün təriflər ancaq Allaha tərif niyyəti ilə edilərsə doğru olar. Tərifin əsil sahibinin Allah olduğu Quranda belə bildirilmişdir:

De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə kömək edəcək heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək uca tut. (İsra surəsi, 111)

Bu səbəblə, bir gözəlliyi tərifləyərkən, bunu yaradanın Allah olduğunu və görünən gözəlliyin də yenə Allaha aid olduğunu və Allahın istədiyi zaman bu neməti geri ala biləcəyini unutmamaq lazımdır.

15. Ölüm Anındakı Tövbə Allah Qatında Qəbul Edilərmi?

Allah ayələrində insanların tövbəsini qəbul edəcəyini, ancaq ölüm anında edilən tövbənin qəbul edilməyəcəyini bildirir. Ancaq insan etdiyi bütün səhvlər üçün ömrünün sonuna qədər tövbə etmə imkanına malikdir. Allah tövbə ediləcək mövzulara bir sərhəd də qoymamışdır. Bir insan oluqca ən pis günahı işləmiş ola bilər, ya da o ana qədər dinsiz yaşamış ola bilər. Hər nə olursa olsun, əgər səmimi olaraq peşman olub, Allahdan bağışlanma diləyər və iman edərsə, o zaman Allah istəsə bu insanın tövbəsinin qəbul edə biləcəyini bildirmişdir. Ancaq iman etmədən yaşadığı uzun bir ömür üçün tövbə etməyə və özünü düzəltməyə ehtiyac duymayıb, son anda ölüm qorxusuyla peşmanlığını dilə gətirən bir insanın vəziyyəti fərqlidir. Bu vəziyyətdə tövbə etdiyini söyləyən kəslər üçün Quranda bildirilən hökm belədir:

Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı bir əzab hazırlamışıq. (Nisa surəsi, 18)

16. İnsanın Bir Başqası Adına Bağışlanma Diləməsi Mümkündürmü?

İnsanın hər zaman və hər cür səhv qarşısında digər möminlər üçün bağışlanma diləməsi mümkündür. Quranda möminlərin, Allahın, bütün inananların günahlarını bağışlaması, onları əfv etməsi və rəhm etməsi üçün dua etdiklərindən bəhs edilir. Ancaq Allahın razı olduğu insanların cəhənnəm əzabından xilas edilib, cənnəti qazana biləcəkləri üçün, Allahın özləri kimi digər möminlərin səhvlərini də əfv edib bağışlamasını istəyərlər. Quranda Allahın bu əmri belə ifadə edilir:

Bil ki, Allahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə. Allah gəzib-dolaşdığınız yeri də, gecələyəcəyiniz məskəni də bilir. (Məhəmməd surəsi, 19)

Möminlər həyatlarının sonuna qədər inananlar üçün Allahdan bağışlanma diləyərlər, ancaq bu istəklərinin qəbul edilib-edilməməsi tamamilə Allahın təqdiri altındadır. Quranda möminlərin bir-birləri üçün bağışlanma dilədiklərinə bir ayədə belə nümunə verilmişdir:

Səhabələrdən sonra gələnlər deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!” (Həşr surəsi, 10)

17. Qiyamət Saatının Vaxtını Bilmək Mümkündürmü?

Qiyamət saatının vaxtını yalnız Allah bilir. İnsanlardan heç kim Allahın diləməsi xaricində qiyamətin nə zaman qopacağını bilə bilməz. Bu mövzuda tək bilinən isə qiyamət saatının yaxınlaşaraq gəldiyidir. Quranda bu mövzu belə xəbər verilmişdir:

İnsanlar, sənə qiyamət-saatını soruşarlar; də ki: "Onun məlumatı yalnız Allahın yanındadır." Nə bilirsən; bəlkə qiyamət saatı çox yaxındır. (Əhzab surəsi, 63)

Allahın ayədə bildirdiyi kimi, qiyamətin saatı Allahın diləməsi xaricində kimsə tərəfindən bilinməz, ancaq Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə və Quranda mövcud olan işarələrə baxılıb əsr kimi qiyamətin hansı dövrdə ola biləcəyinə dair təxmin oluna bilər. "İman edən heç kimin qalmadığı, inkar edənlərin hakim olduğu bir dövrdə qiyamət qopa bilər" deyilə bilər. Necə ki, böyük Əhli-Sünnə alimi Bərzənci həzrətləri və Suyuti həzrətləri, Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə əsaslanaraq ümmətin ömrünün hicri 1500-ü keçməyəcəyini, yəni 1600-ə çatmayacağını söyləyirlər. Bədiüzzaman Səid Nursi Həzrətləri də, yenə hədislərdəki məlumatlara görə, müsəlmanların hicri 1506-cı illərə qədər Allahın haqq üzərində qalibanə olaraq davam edəcəklərini, hicri 1545 (miladi 2120) tarixində isə qiyamətin qopmasının mümkün olacağını ifadə edir. (Doğrusunu Allah bilir.) (Mövzuyla əlaqədar ətraflı məlumat üçün baxın. www.hazretimehdi.com)

18. Quranda Bəhs Edilən "Qəlbində Xəstəlik Olan Kəslər" Kimlərdir?

Quranda keçən bu ifadə Allaha, dinə və möminlərə qarşı səmimiyyətində əskiklik olan, imanı zəif olan insanlar üçün istifadə edilir. Bəhs edilən bu xəstəlik, fiziki mənada deyil, mənəvi mənada ürək xəstəliyi, bir başqa ifadəylə iman zəifliyidir.

Ürəklərində xəstəlik olan insanlar ümumiyyətlə, özlərini bəzi rəftar pozuqluqları ilə müəyyən edərlər. Quranda bu kəslərin, Allahı az anmaları, Quran əxlaqını yaşamamaları, dinə xidmət mövzusunda şövqsüz və sərbəst olmaları, ibadətlərdə istəksiz və tənbəl olmaları, möminlərə qarşı sevgisiz və soyuq davranmaları, qorxaq olmaları, bir çətinliklə qarşılaşdıqlarında din əxlaqından güzəştə getmələri kimi əlamətlərlə tanındıqlarından bəhs edilmişdir. Allah bir ayəsində bu əlamətlərin dilədiyi qulları tərəfindən aydın ola biləcəyini bildirmişdir:

Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq? Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir. (Məhəmməd surəsi, 29-30)

19. İbadətlərdə Davamlılıq Necə Olmalıdır?

Allah "Göylərin, yerin və onların arasında olan hər şeyin Rəbbidir; bu halda Ona ibadət et və Ona ibadətdə qərarlı ol. Heç Ona oxşarını tanıyırsanmı??" (Məryəm surəsi, 65) ayəsiylə insanlara etdikləri ibadətlərdə qərarlılıq göstərmələrini əmr etmişdir. Quranda Allahın razılığını qazanmaq üçün edilən hər cür saleh əməlin Allah qatında cavab alacağı ifadə edilmişdir. Ancaq Allah bu mövzuda qərarlı davranmaq lazım olduğunu bildirərək, əsil məqbul olanın ibadətlərdə davamlılıq göstərmək olduğuna diqqət çəkmişdir:

Mal və uşaq, dünya bər-bəzəyidir; Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirlidir, ümid etmək baxımından da daha xeyirlidir. (Kəhf surəsi, 46)

20. Qurana Görə Ana Və Ataya Qarşı Göstərilməli Olan Rəftar Necə Olmalıdır?

Allah Quranda ana-ataya qarşı gözəlliklə davranılmasını əmr etmişdir. Ana-ataya qarşı gözəl söz söyləmək, hörmət və sevgi göstərmək, mərhəmətli davranmaq Quran əxlaqının bir gərəyidir. Allah bu mövzuda ölçü olaraq ana-ataya "uf" belə deyilməməli olduğunu xatırlatmışdır. Hətta ana və ata, uşaqlarının inancını paylaşmayıb, iman etməyi qəbul etməsələr belə, möminlər onlara qarşı nəzakətli rəftarlarını dəyişdirməzlər.

Din əxlaqına müxalif olan tövsiyələrində onlara uymaları isə mümkün deyildir:

Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dönüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm (Ənkəbut surəsi, 8)

 

1 / total 4
"Harun Yəhyanın İmani Tez Anlamaq 3 kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net