< <
1 / total: 3

I Hissə: Peyğəmbərimiz (s.ə.v)-ın Dilindən Cənnət

Giriş

İnsan, dünyada nəfsinin pisliklərinə qalib gəlib ömrünü Allahın razı olacağı şəkildə keçirməklə məsuldur. Bunun üçünsə ona təxminən 60-70 il kimi çox az müddət verilmişdir. Allah, rizasını qazanan qulları üçün dünyadakı bu qısa həyatın ardınca əbədi və bənzərsiz bir həyat yaratmışdır. Dünyadakı bu ömür göz açıb yumana qədər sürətlə tükənib keçir. Bu müddət ərzində səbirli, həmişə gözəl əxlaqlı və Allahın səmimi bir qulu olan kəslər, axirətdə çox böyük mükafatla, yəni əbədi cənnət həyatı ilə qarşılaşacaqlar. Şübhəsiz ki, bu Rəbbimizin qullarına olan lütfkarlığının, rəhmətinin və sevgisinin çox mühüm təcəllasıdır.

Allah hər insanı, hər şeyin ən gözəlindən, ən mükəmməlindən zövq alacaq və bunları çox arzulayacaq ruh ilə yaratmışdır. Bu səbəblə də insan, həyatı dərk etməyə başladığı andan etibarən bu mükəmməlliyə nail olmağı həmişə çox istəyər. Həmişə gözəllik və nemət axtarar. Lakin bunu nə qədər çox istəsə və bunun üçün nə qədər çox səy göstərsə də, dünyada heç vaxt axtardığı mükəmməlliklə qarşılaşa bilməz. Çünki Allah dünya həyatını xüsusi olaraq qüsurlu və əskik şəkildə yaratmışdır.

Əlbəttə ki, Allahın belə yaratmasında bir çox hikmət var. Çünki; "o Allah ki, yaradandır, (ən gözəl şəkildə) qüsursuzca var edəndir, “forma və surət” verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edir. O, Əzizdir, Hakimdir" (Həşr surəsi, 24), ayəsiylə bildirildiyi kimi, Allah mükəmməl yaradır. Rəbbimiz hər şeyə və hər istədiyini yaratmağa qadirdir. Dolayısilə dünyadakı bu çatışmazlıqların bir məqsədi var. Rəbbimizin bu cür yaratmasının hikmətlərindən biri, insanın cənnətin varlığını qavraması və bunun üçün səmimi səy göstərməsini təmin etməkdir.

Allah insanın fitrətini təkcə cənnətdə rahatlıq tapa biləcəyi və nəfsinin istəklərini təkcə burada təmin edə biləcəyi şəkildə yaratmışdır. Quranın bir çox ayəsində bu həqiqət insana bildirilmişdir. Əsil həyatını cənnətdə yaşayacağını, buna görə də, bütün səyini sonsuz gözəlliklər yurdu olan cənnətə qovuşmağa yönəltməsini xatırlatmışdır. Bu mövzudakı Quran ayələrindən bəziləri belədir:

Bu dünya həyatı əyləncə və oyundan başqa şey deyildir. Axirət yurdu isə əsil həyatdır. Kaş ki, biləydilər! (Ənkəbut surəsi, 64)

Həqiqət budur ki, əbrar olanlar (yaxşılar, dürüst olanlar), əlbəttə, nemətlər içində olacaqlar. Onlar taxtlar üstündə seyrə dalacaqlar. Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən. Onlara möhürlü, xalis şərabdan içirdiləcəkdir. Onun sonu müşkdür. Buna görə də yarışmaq istəyənlər, bunun üçün yarışsınlar! (Mutaffifin surəsi, 22-26)

Allah istədiyinin ruzisini artırar və azaldar. Onlar dünya həyatı ilə sevindilər. Halbuki dünya həyatı axirətdəki əbədi xoşbəxtliklə müqayisədə müvəqqəti faydadır. (Rad surəsi, 26)

Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik, hüzurumuzda bundan da artığı var. (Qaf surəsi, 35)

Peyğəmbərimiz (s.ə.v) də bir hədisində dünya həyatı ilə müqayisədə cənnətin insan üçün necə böyük nemət olduğunu belə bir nümunə ilə açıqlamışdır:

Cənnətdə, yay qədər bir yer, Günəşin üstündə doğduğu və ya batdığı şeydən (dünyadan) daha xeyirlidir.[Kütüb-i Sitte-14, səh. 429/2]

İnsan, bu mövzuda heç bir məlumata sahib olmasa belə, dünyanın əskikliklərini və nəfsindəki, nemətlərə qarşı olan arzu hissini bir qədər düşündüyü təqdirdə, bu həqiqəti asanlıqla dərk edə biləcək. Çünki Allah, dünya həyatının həqiqi həyat olmadığının başa düşülməsindən ötrü insan üçün bir çox dəlil yaradır. İnsan demək olar ki, hər gün ilk növbədə öz vücudunda olmaqla, dünya həyatının əskiklikləriylə qarşılaşır. Təkcə həyatda qala bilmək üçün belə, çox sayda tədbir görmək məcburiyyətindədir. Ən kiçik etinasızlıq etdikdə xəstəliklər, yaralanma halları və hətta ölümlə də üzləşə bilir. Ömrünün böyük hissəsini vücudunun acizliklərini aradan qaldırmağa ayırar. Lakin bütün bu səyə baxmayaraq, keçən illərlə birlikdə vücudu xeyli korlanar. İnsan vücudu kimi, ən gözəl çiçəklər belə vaxt keçdikcə solar; ən gözəl rəngli, ən xoş qoxulu çiçəklər, lalələr, bənövşələr çürüyüb məhv olar. Ən ləzzətli və ən təzə görünən meyvələr, tərəvəzlər qısa müddətdə çürüyüb yeyilə bilməyəcək hala gələr. Ən ehtişamlı evlər, əşyalar, avtomobillər vaxt keçdikcə köhnələr, dağılıb gedər.

Bu sayılanlar insanın dünyada təmasda milyonlarla əskiklikdən yalnız bir neçəsidir. Lakin təkcə bunlar belə, insanın arzuladığı əsil yerin dünya olmadığını başa düşməsi üçün kifayətdir.

manzara deniz havuz papagan

İnsan, bütün bu əskikliklər qarşısında daxilən, həmişə mükəmməl olan, bu əskikliklərin heç birinin olmadığı bir dünyada yaşamaq istəyər. Xəstəliklərin, ölümlərin, müharibələrin, döyüşlərin, pisliklərin, əskikliklərin, çətinliklərin heç yaşanmadığı bir dünyada yaşamağı arzulayar. Bu məqsədlə də, heç bir problemin yaşanmadığı xoşbəxt bir həyatı, dünya şərtlərində meydana gətirə bilməyin yollarını axtarar. Halbuki, Allah Quranda insanlara bu həyatı təkcə cənnətdə yaşaya biləcəklərini bildirmişdir. İnsanın bunun üçün etməsi lazım olan şey isə olduqca asandır: Rəbbimizin rizasına uyğun bir həyat yaşamaq. Bundan sonra da (Allahın təqdiriylə) arzuladığından və xəyal edə bildiyindən xeyli üstün, mükəmməl və əbədi xoşbəxtliklə dolu bir həyatla qarşılaşacaq.

İnsanın axtardığı, arzuladığı, sevdiyi hər şeyin yalnız cənnətdə olduğunu başa düşməsi üçün, Allah Quranda cənnət nemətləri haqqında bir çox məlumat vermişdir. Kitabın sonrakı hissələrində Quran ayələri və Peyğəmbərimiz (s.ə.v)-in hədisləri istiqamətində Rəbbimizin bizim üçün hazırladığı bu bənzərsiz nemətləri bir-bir sadalayacağıq.

Həmçinin İncildəki, Quran ayələri və Peyğəmbərimiz (s.ə.v)-in hədisləri ilə uyğunlaşan sözlərə də yer verəcəyik. Quran ayələrində bizə İncilin zaman keçdikcə təhrif edildiyi, buna görə də, içində müxtəlif yanlış inancların olduğu bildirilir. İndiki vaxtda mövcud olan İncildə haqq hissələr ola biləcəyi kimi insanlar tərəfindən əlavə olunmuş səhv məlumatlar da vardır. Bu səbəblə də İncildə olan açıqlamaları Quran ayələriylə və Peyğəmbərimiz (s.ə.v)-in hədisləriylə uyğun olduqları ölçüdə qiymətləndirmək lazımdır.

Bu kitabda da bu meyar nəzərə alınmış və İslami mənbələrə uyğun olan İncildəki bəzi açıqlamalara yer verilmişdir. Bu kitabın qarşıya qoyduğu məqsədlərdən biri, insanlara əsil həyatın dünyada deyil, cənnətdə yaşanacağını, nəfslərinin arzuladığı gözəlliklərin dünyada deyil, cənnətdə olduğunu xatırlatmaqdır. Daha əvvəl heç düşünməsələr belə, ruhlarında mükəmməlliyə qarşı olan arzuları təmin edə biləcək yeganə həyatın cənnətdə olduğunu qavramalarına kömək etməkdir.

manzara_papatya_dere_bulut

Digər bir məqsəd isə insanların cənnətin bənzərsiz gözəlliklərini, əbədiyyən davam edəcək zövqlərini dərindən düşünmələrini təmin etməkdir. Çünki həm Quran ayələri, həm də Peyğəmbərimiz (s.ə.v)-in hədisləri, bizə bir çox insanın daha əvvəl heç düşünməmiş ola biləcəyi cənnət nemətləri barədə xəbər verir. Cənnətdəki ehtişamın, tükənməz nemətin və yaşanılacaq gözəl həyatın başa düşülməsi, insanların cənnətə qovuşma arzularını və bu həyatı qazanmaq üçün göstərəcəkləri səyi artıracaq. Allahın sonsuz rəhmətinə və bənzərsiz nemətlərinə layiq ola bilmək üçün böyük şövq və əzmlə xeyrlərdə yarışmalarına vəsilə ola biləcək.

Əlbəttə ki, kitab boyunca təsvir ediləcək cənnət, insan ağlının və məlumatının qavrayışıyla məhdudlaşır. Əslində Allahın Quranda bildirdiyi və Peyğəmbərimiz (s.ə.v)-in hədisləriylə təsvir etdiyi cənnətin mükəmməlliyi və gözəlliyi, insanın dünyada özünə verilən ağılla qavraya biləcəyindən və düşünə biləcəyindən xeyli üstün və bənzərsizdir. İnsan cənnətə aid gözəllikləri, təkcə dünya həyatında bildiyi nemətlərlə müqayisə edib, bunlarla eyniləşdirərək başa düşə bilir. Lakin Rəbbimizin orada saleh bəndələri üçün hazırladığı nemətlərin gözəlliyi, həqiqi halı ilə yalnız axirətdə qavranıb yaşanıla biləcək. İnsanın ruhu təkcə orada bunlardan zövq ala biləcək. Bunun bir hikməti isə Rəbbimizin bütün bu nemətləri və gözəllikləri yalnız iman gətirən qullarına verməsidir. Allah inkar edənləri cənnət nemətlərindən məhrum etmişdir. Ayələrdə cənnətə girə bilməyən kəslərin axirətdə hədsiz dərəcədə cənnətə daxil olmağı arzulayacaqlarından və yaşayacaqları böyük peşmanlıqdan bəhs edilir. Bu kəslər həsrətlə cənnəti xatırlayacaq, əbədiyyən böyük peşmanlıqla cənnətə girməyi arzulayacaqlar. Əlbəttə ki, onlar da dünya həyatında cənnətin varlığından, oradakı gözəlliklərdən xəbərdar olmuş lakin bu həqiqəti görməzlikdən gəlmişlər. Nəfslərindəki bu istəyi dünya həyatında təmin edə biləcəklərini düşünərək var gücləriylə dünyaya yönəlmişlər.

Ümid edilir ki, bu kitabda izah edilənlər, belə böyük yanılmaya qapılan insanların həqiqi həyatın axirətdə yaşanacağını başa düşmələrinə və həyatlarını, Rəbbimizin rizasını qazanaraq keçirmələrinə vəsilə olar. İman gətirənlərin isə cənnətə qovuşma arzularını, şövq və əzmlərini artıraraq Allahın ən sevdiyi qullarından ola bilmək üçün xeyirlərdə yarışmalarını təmin edər.

manzara sütun

Allahın Cənnət Əhli Üçün Hazırladığı Nemətlər

İnsanlar olmasını istədikləri, lakin, dünya şərtlərində mümkün olmayan şeyləri bəzən filmlər və romanlar üçün mövzu olaraq ələ alarlar. Bu cür fikirləri fantastik, qeyri-real kimi sifətlərlə xarakterizə edərək həqiqət olmadıqlarını vurğulayarlar. Əksər insanlar bu xəyal məhsulu mükəmməlliklərin real olmasını istəyər və bunları əldə etmək üçün yarışarlar. Lakin dünya şərtlərində bunların reallaşmasının qeyri-mümkün olduğunu bilmək və bu gözəllikləri yalnızca xəyal etmək onların ruhunda dərin zövq meydana gətirməz. Əksinə yaşadıqları mühitdəki əskiklikləri bir qədər də görərək dünyanın həqiqi üzünü görmələrinə, bu da öz deyimləriylə "keflərinin qaçmasına" səbəb olar. Əlbəttə ki, təsvir etdiyimiz bu ruh halı iman etməyən kəslər üçündür.

Axirətin varlığına yəqinliklə iman edən möminlər isə təxəyyülün sərhədlərini aşan bütün ehtimalların Allahın "ol" deməsiylə reallaşa biləcəyini, axirətdə cənnət neməti olaraq qarşılarına çıxa biləcəyini bilərlər. O zaman insan, dünyada "olsa nə gözəl olar" deyə düşündüyü hər gözəllik və nemətə, cənnətdə qovuşa bilməyi ümid edə bilər. Bunu ümid edən insan, istədiyi hər şeyə qovuşa biləcəyi cənnətə layiq ola bilmək üçün ciddi səy göstərməyə başlayar.

Peyğəmbərimiz (s.ə.v) bir hədisdə, Allahın saleh bəndələri üçün axirətdə "heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın ağlına gəlməyən bəzi nemətlər" olacağından bəhs etmişdir. [Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 306/497]

Allah cənnəti təsvir edib tanıtdığı ayələrlə insanlara dünyadakılarla müqayisə edilməyəcək bir nemət üfüqü açır. “Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik, hüzurumuzda bundan da artığı var” (Qaf surəsi, 35) ayəsiylə cənnətdəki bu nemət bolluğu xəbər verilir. Peyğəmbərimiz (s.ə.v) bir hədisində möminlərə özlərini gözləyən cənnət nemətləri haqqında bu ayəni xatırlatmışdır:

Artıq heç bir insan, etdiklərinə əvəz olaraq özləri üçün göz aydınlığı olaraq (saysız-hesabsız nemətlərin) olduğunu bilməz. (Səcdə surəsi, 17) [Tezkireti'l Kurtubi, səh. 306/498]

Allahın cənnətdə bəxş edəcəyi nemətlər düşünülərkən unudulmaması lazım olan mühüm bir xüsus da, insan ağlının çox məhdud olmasıdır. Bundan ötrü də insan, özünə vəd edilən nemətlərin bolluğunu, müxtəlifliyini, bənzərsiz gözəlliklərini zehnində tam şəkildə canlandırmaya bilər. Quranda və hədislərdə bildirilən nemətlər, edilən təsvirlər insanların cənnət nemətlərini anlamaları üçün, dünyadakı gözəlliklərin bəhs olunduğu bənzətmələrlə təsvir edilir. Lakin bunlar cənnətdə olduqca mükəmməl hallarıyla mövcud olacaqlar. Çünki, Allah, sonsuz ağlının təcəllası olaraq cənnəti bütün çatışmazlıqlardan uzaq mükəmməl məkan kimi yaratmışdır.

İnsanın məhdud düşünmə çərçivəsini belə bir nümunə ilə izah edə bilərik: insan, görmə duyğusuna sahib olmayıb, yalnız dadbilmə, iyləmə, eşitmə və toxunma duyğularıyla yaradılmış olsaydı; gözə xitab edən nemətlər özünə nə qədər təsvir edilib izah edilsə belə bunların nə olduğunu qavraya bilməzdi. Rəngdən, işıqlıqdan, estetikadan, simmetriyadan, ehtişamdan bəhs edildikdə, bu insan bütün bunları başa düşməyə bilərdi. Eynilə hal-hazırda bizim bilmədiyimiz, lakin Allahın cənnətdə yaradacağı və bizə yeni üfüqlər qazandıracaq başqa duyğular da ola bilər. Dolayısilə təkcə beş duyğuya malik olduğumuz bu dünyada nə cür nemətlərdən xəbərsiz olduğumuzu tam şəkildə qavramaya da bilərik.

Fikir, düşüncə və xəyal üfüqümüzdəki məhdudluğu, pəncərəsiz bir evin içindən heç çölə çıxmadığını fərz etdiyimiz bir kimsənin vəziyyətinə də bənzədə bilərik. Evin xaricindəki gözəlliklərdən (dağların, çayların, ağacların görünüşündən, bir-birindən estetik çiçəklərdən, sevimli heyvanlardan, aydın səmadan, Günəş şüasının parlaqlığından və sairədən) xəbərsiz olan bu insan, hansı nemətlərdən məhrum olduğunu da dərk edə bilməz. Üstəlik, bu müqayisə dünyadakı gözəlliklər əsasında apardığımız bir müqayisədir. Dünyanın nemət və gözəllikləri isə cənnət nemətləriylə müqayisədə olduqca əskik və qüsurludur. Bu baxımdan iman gətirən bir insan cənnəti də sahib olduğu məhdud məlumatlar çərçivəsində, məhdud baxış prizmasıyla qiymətləndirməkdən çəkinməli və belə səhvliyə yol verməməlidir. Çünki, insan Rəbbimizin bildirdiklərindən başqa, cənnətlə əlaqədar incəliklərin, cənnət əhli üçün hazırlanmış sürprizlərin nələr ola biləcəyi haqqında fikir sahibi belə deyil. Quranda bu vəziyyətə diqqət çəkilən ayələrdən birində Allah: "Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik, hüzurumuzda bundan da artığı var" (Qaf surəsi, 35) deyə buyurur.

Bir rəvayətə görə isə Peyğəmbərimiz (s.ə.v) cənnət nemətlərini belə təsvir etmişdir:

Cənnətə qaçan yoxdurmu? Çünki, cənnətdə ağla, xəyala gəlməyən nemət var. [Tezkireti'l Kurtubi, səh. 306-307/499]

Cənnətdəki Zənginlik Və Bolluq

Din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə zənginlik hər dövrdə güc və etibarın simvolu olmuş və insanların həyatları boyu adətən birinci dərəcəli hədəflərindən biri olmuşdur. Bunun səbəblərindən biri iman etməyən insanların çox vaxt, təkcə zəngin olduqları təqdirdə həqiqi mənada xoşbəxt ola biləcəklərini düşünmələridir. Bu kəslər sahib olduqları şeyləri təkcə bu yolla zəmanət altına ala biləcəklərini, rahatlığı, hüzuru və xoşladıqları gözəl şeyləri də bu yolla əldə edə biləcəklərini zənn edərlər. Dolayısilə bütün ömürləri boyu mal-mülk əldə etmək, pul yığmaq və məqsədəuyğun sərmayələr qoymaq üçün səy göstərərlər. Eyni zamanda da bir gün bitəcəyi, tükənəcəyi narahatlığından ötrü sahib olduqları bu malları, əşyaları istifadə etməkdən, pulları xərcləməkdən mümkün qədər çəkinər, sərvətlərinin daimi olması üçün hər üsulu tətbiq edərlər.

Lakin dünya şərtlərində nə qədər çalışılsa da, sahib olunan zənginlik insanın ruhunda gözlənildiyi kimi zövq meydana gətirməz. Bəzi sahələrdə insana rahatlıq versə də, qüsurlarla, əskiklərlə dolu dünya şərtlərində yaşanan zənginlik də təkcə buna uyğun ölçüdədir. Necə ki, "dünya" sözü ərəbcədəki "deniy" sözündən meydana gəlmişdir. Bu söz isə alçaq, dəyərsizləşmiş, bəsit, dəyərsiz kimi mənalara gəlir.

Allahın dünyanı belə əskik, qüsurlu və müvəqqəti kimi sifətlərlə yaratmasının bir hikməti də, insanların cənnətdəki gözəlliklərin dəyərini daha yaxşı təqdir edə bilmələrini təmin etmək ola bilər. Bunu belə bir nümunə üzərində düşünə bilərik: uşaqlığından etibarən yoxsulluq içində yaşayan bir insan, olduqca ehtişamlı əşyaların olduğu, dəyəri ölçülə bilməyəcək qədər çox gözəl incəsənət əsərlərinin olduğu, aztapılan qidalardan ibarət olan nemətlərin təqdim edildiyi, qiymətli daşlarla bəzənmiş bir məkana dəvət edilsə, qarşılaşdığı bu mühitin gözəlliyi ona çox təsir edəcək və xeyli coşacaq. Şübhəsiz ki, insanın aldığı bu zövq və keçirdiyi həyəcan hissi uşaqlığından etibarən bu mühitdə yaşayan bir insana nəzərən xeyli çox olacaq. Bizim dünyadakı mövqeyimiz də müəyyən mənada bu yoxluq və yoxsulluq içindəki insanın vəziyyətinə bənzədilə bilər. Lakin burada ifadə etmək lazımdır ki, dünyadakı ən zəngin insan belə, cənnət şərtləri nəzərə alındıqda kasıb insandır. Üstəlik, insan dünya şərtlərində bu zənginliyə də həqiqi mənada heç vaxt sahib ola bilməz. Çünki dünyanın ən zəngin insanı da olsa sonunda bir neçə metr bezə sarılaraq torpağa basdırılacaq, beləliklə də, sahib olduğu hər şeyi, bütün sərvətini geridə qoyacaq. Allah bir ayədə dünyadakı nemətlərin müvəqqəti olduğunu belə bildirir:

Dünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışır. Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona qadir olduqlarını güman etdikləri vaxt, gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məhsulu olmamışdı. Biz ayələri düşünən insanlar üçün beləcə bir-bir izah edirik. (Yunis surəsi, 24)

Cənnət mühitində bəxş edilən zənginlik dünya şərtlərinin əksinə insanların ürəklərinin istədiyi kimi yaşayacaqları, heç vaxt bitmə, tükənmə narahatlığı keçirməyəcəkləri əbədi zənginlikdir. Necə ki, Quranda bildirilən; "hara baxsan, nemət və böyük mülk görərsən" (İnsan surəsi, 20) ayəsiylə cənnətdəki bu zənginliyə diqqət çəkilmişdir.

İncildə də cənnət xüsusiyyəti olaraq bolluq təsvir edilir:

Sizdə olanı verin, sizə veriləcəkdir. Yaxşı şəkildə basdırılmış, silkələnmiş və daşmış, dolu bir qabla qucağınıza boşaldılacaq. Hansı qabla versəniz, eyni qabla alacaqsınız. (Luka, 6-cı hissə, 38)

Cənnətdəki zənginlik, Allahın sonsuz gözəllikdəki sənətinin təcəllalarını və göz qamaşdıran böyük ehtişamı əhatə edən, ən yaxşı estetik xüsusiyyətləri və uyğunluğu təqdim edən zənginlikdir. Həmçinin də bütün bu gözəlliklər möminlərin istək və arzularına ən çox xitab edən halı ilə bəxş edilir. Çünki zənginlik, təkcə bu yolla gözəlliklərə çevrildiyi təqdirdə insan ruhuna zövq verən məna qazanar.

Sonrakı səhifələrdə "cənnətdəki məkanlarının gözəlliyi" başlığı altında verilən bir çox hədis, eyni zamanda cənnətdəki zənginliyi də vurğulayır. Çünki, bu məkanların gözəlliyi, estetik olmalarıyla yanaşı bəzədilmələri üçün istifadə edilən vəsaitlərin çox qiymətli olmalarından da irəli gəlir. Peyğəmbərimiz (s.ə.v) bir hədisdə, cənnətin tikilməsində hansı vəsaitlərdən istifadə olunduğunu soruşan bir insana belə cavab vermişdir:

Gümüş kərpicdən və qızıl kərpicdən! Qarışığı da qoxulu müşkdən. Cənnətin çınqılları inci və yaqut, torpağı isə zəfərandandır... [(Tirmizi), Kutubu Sitte-14, səh. 451/6]

Yadda saxlanılması lazım olan başqa şey isə; cənnət əhli üçün vəd edilən zənginliyin həddi-hüdudu olmayan, bitmə, tükənmə narahatlığının yaşanmadığı bolluqda olmasıdır.

Cənnət Xəzinələri:

Hədislərdə bəhs olunan xəzinələr də cənnətdəki möhtəşəm zənginliyi vurğulayar. Bu zənginliyi düşünərkən bunun çox qüdrətli, mülkünün sonu olmayan Allahın əsəri və təcəllası olduğu, Rəbbimizin istədiyi bəndələrinə bu nemətləri verdiyi unudulmamalıdır. Peyğəmbərimiz (s.ə.v) bu həqiqəti bu sözləriylə xatırlatmışdır:

Sənə ərşin altından, cənnət xəzinələrindən bir sözə dəlalət edimmi? Belə deyərsən: "La havlə vəla qüvvətə İlla Billah" (Allahdan başqa nə məhrum edəcək, nə də verəcək bir güc var) Onda Allah buyurar ki: "Qulum təslim oldu və nicat tapdı". [Ramuz el-Ehadis-1, səh. 166/3]

Dünyadakı zənginlik eynilə insanın sahib olduğu digər hər şey kimi əbədi və daimi deyil. Bir insan nə qədər zəngin olsa da, bu zənginliyi təkcə bir neçə on il davam edəcək. Bundan daha artığına hər şeydən əvvəl insanın öz ömrü çatmaz. Buna görə də iman etməyən kəslərin dünyadakı ən böyük hədəflərindən birini təşkil edən, onların həris xarakterə bürünmələrinə səbəb olan varlanma hərisliyi çox qısa müddət davam edər. İncildə də dünya sərvətinin müvəqqəti olduğu, əsil əbədi olanın isə cənnətdəki xəzinələr olduğu və bu səbəblə də iman edənlərin axirət üçün səy göstərmələrinin lazım olduğu yazılmışdır:

Yer üzündə özünüzə xəzinələr toplamayın. Burada güvə və pas onları yeyib yox edər, oğrular da girib oğurlayarlar. Bunun əvəzinə özünüzə göydə xəzinələr toplayın. Orada nə güvə, nə pas onları yeyib yox edər, nə də oğrular girib oğurlayar. Xəzinəniz haradadırsa, ürəyiniz də orada olacaq. (Matta, 6-cı hissə, 19-21)

Eyni zamanda nə qədər böyük zənginlikdən söhbət getsə belə, lazım gəldikdə buna müəyyən dəyər biçə bilmək, nəticəni rəqəmlərlə ifadə edə bilmək mümkündür. Halbuki cənnət nemətləri dəyəri ölçülə bilməyəcək qədər böyük gözəlliyə və xüsusiyyətlərə malikdir və Allahın razı olduğu qullarına hesabsız şəkildə verilər. Allah Quranda; "bəli, bu Bizim verdiyimiz nemətdir. O, tükənməzdir" (Sad surəsi, 54) ayəsiylə cənnət nemətlərinin bu xüsusiyyətlərini bildirmişdir. Başqa bir ayədə isə Allah; "tükənib azalmayan və qadağan edilməyən (meyvələr)" (Vaqiə surəsi, 33) deyə buyuraraq cənnətdəki qidaların da eyni xüsusiyyətə sahib olduqlarını bildirir. Allahın bildirdiyi kimi cənnət nemətləri tükənməz, azalmaz və yox olmaz. Bu nemətlər cənnət əhlinə həmişə verilər. Cənnət xəzinələri, şübhəsiz ki, Allahın iman edən qullarına cənnətdə təqdim edəcəyi nemətlərdəndir. Bütün mülkün sahibi olan Allah, cənnəti üçün seçdiyi qullarına bu xəzinələri hesabsız şəkildə, sonsuza qədər verəcək.

Cənnətdəki Mülkün Bolluğu:

Mülkün, zənginliyin hesabsız şəkildə bol olması cənnətə məxsus xüsusiyyətdir. Peyğəmbərimiz (s.ə.v) hədislərində, cənnətdəki mülkün bolluğu ilə əlaqədar belə buyurmuşdur:

Cənnətdə ən aşağı dərəcəyə sahib olan kimsənin cənnətdəki mülkünün tamaşası (seyr etməsi, gəzməsi) iki min il çəkər və bu mülkün ən uzaq qismini ən yaxın kimi görər... [Ramuz el-Ehadis-1, səh. 113/8]

Əgər cənnətdə olan şeylərdən bir dırnaq ölçüsündə hər hansı şey görünsəydi yerlə göy arasını başdan-başa bəzəyərdi. Əgər cənnət əhlindən biri görünüb bilərziklərini göstərsəydi, Günəşin ulduzların işığını kölgədə qoyduğu kimi Günəşin işığını kölgədə qoyardı. [(Tirmizi), Büyük Hadis Külliyatı-5, səh. 409/10096]

Hədisdə də diqqət çəkildiyi kimi cənnətdəki nemətlərin çox az hissəsi belə dünya ölçüləri ilə müqayisə edildikdə çox möhtəşəm böyüklüyü əks etdirir. Yuxarıdakı hədislərdən birində bilərziklərin ulduzlardan daha parlaq olduqları ifadə edilərək göz qamaşdırıcı olduqlarına diqqət çəkildiyi halda, başqa bir hədisdə isə cənnət əhlinin zinətlərinin dirsəklərə qədər gəlib çıxmasına diqqət çəkilərək, yenə buradakı bolluq vurğulanır:

Cənnət əhlinin zinətləri, dəstəmaz suyunun çatdığı yerlərə kimi çatar. [Ramuz el-Ehadis-1, səh. 247/7]

Qiymətli Daşların və Filizlərin Bolluğu:

Allah, Quranda bildirdiyi; "onlar diqqətlə bəzənmiş ləl-cəvahiratlı taxtlar üstündədirlər" (Vaqiə surəsi, 15)"Ədn cənnətləri (onlarındır); oraya girərlər, orada qızıldan bilərziklərlə və incilərlə bəzənərlər..." (Fatir surəsi, 33) ayələriylə cənnətdə müxtəlif ləl-cəvahiratlar və qiymətli daşların olmasına diqqət çəkir. Cənnətlə əlaqədar Quranda və hədislərdə bəhs olunan ləl-cəvahiratlar, bəşəriyyət tarixində həmişə zənginlik və ehtişamın simvolu olmuşdur. Çox qiymətli olan bu ləl-cəvahiratlar az hallarda rast gəlinən gözəlliyə sahibdirlər. Almaz, mirvari, yaqut, qızıl, gümüş kimi zinətlər bütün insanların bəyəndikləri, bunlarla bəzənmiş əşyaları görməkdən zövq aldıqları gözəlliklərdir.

Cənnət neməti olaraq mirvaridən bəhs edilən hədislərdən bir neçəsi belədir:

...Behiştliklərin başında tac var. Tacdakı tək bir mirvari belə, məşriq (şərq) ilə məğrib (qərb) arasını işıqlandırar. [(Tirmizi), Kutubu Sitte-14, səh. 451/6]

Qadının boynundakı mirvarilərdən biri qərblə şərq arasını işıqlandırar... Başında olan tacların ən kiçik mirvarisi də yenə şərqlə qərb arasını işıqlandırar. [Ramuz el-Ehadis-1, səh. 99/8]

Mirvari, cənnətdəki nemətlərin görülməmiş dəyərlərini vurğulamaq baxımından mühüm nümunədir. Mirvarinin çıxarıla bilməsi üçün, təhlükəli dənizlərdə bir çox dəfə dərinliklərə daxil olmaq lazımdır. Üstəlik, çox sayda toplanan istiridyənin az hissəsində bu qiymətli zinətə rast gəlinər. Bu kiçik daşın gözəlliyi ilə yanaşı onu dəyərli edən başqa xüsusiyyət də yuxarıda bəhs etdiyimiz kimi böyük zəhmətlər nəticəsində əldə edilməsidir.

Dünyada əldə etmək üçün xeyli vaxt, zəhmət və xərc tələb edən bu qiymətli daş axirətdə bol miqdarda olacaq. Olduqca qiymətli, aztapılan bir gözəlliyin bol olması, şübhəsiz ki, insan ruhunda fərqli həyəcan meydana gətirəcək. Həmçinin ayələrdə bildirilən cənnət nemətləri bizim təsəvvür etdiyimizdən çox fərqli gözəlliklərdə ola bilər. Hədislərdə də; "şərqlə qərb arasını işıqlandıracaq parlaqlıqda olan bir mirvari"dən bəhs edilərkən, bizim belə bir mirvarinin parlaqlığını, valehedici xüsusiyyətini təsəvvür etməyimiz qeyri-mümkün ola bilər.

Cənnət Məkanlarının Gözəlliyi

Dünyanın ən gözəl məkanları arasında saraylar, köşklər həmişə qabaqcıl yerləri tutar. Bu məkanların möhtəşəm gözəllikləri təsvir edilərkən də həmişə gözəl mənzərəyə sahib olmalarından, əşyalarının çox qiymətli olmasından, dekorasiyanın gözəl olmasından, sütunların, qızıl zərli taxtların, mebellərin ehtişamından bəhs edilər.

Allahın Quranda bildirdiyi cənnətlə əlaqədar ayələrdə də insanların xoşladıqları məkanlardan (köşklərdən, saraylardan, bağçalardan, otaqlardan) tez-tez bəhs edilər. Dünyada məhdud sayda olan bu məkanlar, cənnətdə mükəmməl və ən möhtəşəm hallarıyla Allahın sevdiyi bəndələrinin yaşadığı məkanlar olaraq sonsuza qədər mövcud olacaqlar.

Cənnət məkanlarındakı zənginlik və bolluğun təsvir edildiyi hədislərdən bir neçəsi belədir:

Bir kərpici gümüş, bir kərpici qızıl, qarışığı kəskin qoxulu müşk, döşəməsi mirvari və yaqut, torpağı isə zəfərandandır, oraya girən xoşbəxt olar, ümidsiz olmaz, əbədi olar, ölməz... [Büyük Hadis Külliyyatı-5, səh. 408/10088]

...Cənnətin çınqılları mirvari və yaqutdan, torpağı isə zəfərandandır... [(Tirmizi); Kutubu Sitte-14, səh. 451/6]

Hədislərdə cənnət məkanlarının hər vəsaitinin çox qiymətli olduğuna diqqət çəkilmiş və çınqıl kimi geniş yayılmış daş parçalarının əvəzinə inci və yaqut olacağı bildirilmişdir.

Cənnətdəki Köşklər

Dünyadakı gözəlliklər dünya şərtlərində nə qədər mükəmməl olsalar da, yenə də mütləq bir çox qüsurlara sahibdirlər. Dolayısilə dünyadakı ən gözəl köşk belə cənnət köşklərinin yanında olduqca sadə qalar. Hər şeydən əvvəl zamanın, dünyada sahib olunan bir çox gözəllik üzərində korlayan və köhnəldən təsiri var. Məsələn, hər hansı bir köşk heç istifadə edilməsə belə, qulluq göstərilmədiyi təqdirdə zaman keçdikcə tamamilə köhnəlib xarab olar. İçindəki əşyalar köhnələr, nəm və rütubətin təsirindən kiflənər, beləcə də, çürüməyə başlayar. Döşəmələrin dayanıqlığı zaman keçdikcə azalmağa, parçaların rəngləri də solmağa başlayar. Həmçinin əşyaların üstünü qalın toz təbəqəsi örtər və ətrafı hörümçək torları bürüyər. Beləliklə də, bu möhtəşəm məkan zaman keçdikcə yaşana bilməyəcək hala gələr. Cənnətdəki məkanlar isə bütün bu əskikliklərdən, zamanın köhnəldən təsirlərindən uzaqdır. Quranda cənnət köşklərindən bəhs edilərkən bu köşklərin altından çaylar axdığı, yüksək və təhlükəsiz yerlər olduqları bildirilir:

İman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnətdəki hündür köşklərdə yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir! (Ənkəbut surəsi, 58)

Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onlar üçün etdikləri əməllərə görə qat-qat artırılmış mükafat vardır və onlar cənnətdəki hündür köşklərində əmin-amanlıq içindədirlər. (Səba surəsi, 37)

Peyğəmbərimiz (s.ə.v)-in bir hədisində isə cənnət köşkləri belə təsvir edilir:

Qurfələr (cənnət köşkləri) qırmızı yaqut, yaşıl zəbərcəd (zümrüdə bənzəyən, parlaq, yaşıl rəngli qiymətli daş) və ağ mirvaridəndir. Onlarda heç bir qüsur və nöqsan yoxdur. Cənnət əhli bunlara, sizin göyün şərq və qərb tərəfindəki parlaq ulduzlara baxdığınız kimi baxar... [Ramuz el-Ehadis-1, səh. 225/6]

İncildə də Allahın axirət yurdunda hazırladığı məkanlardan belə bəhs edilir:

Bilirik ki, içində yaşadığımız bu dünyəvi çadır dağılsa, göylərdə Allahın bizə verdiyi bir iqamətgah, əllə hazırlanmamış və sonsuza qədər qalacaq bir evimiz vardır. (Korintlilərə İkinci Məktubu, 5-ci hissə, 1)

Cənnət təsvirlərindəki zənginliyə dair bütün incəliklər, hər dövrə xitab edən, hər kəsin bəyənəcəyi gözəlliklərdir. Zənginlik və ehtişamın simvolu sayılan yaqut, zümrüd, mirvari kimi ləl-cəvahiratlar hər kəsin sahib olmaq istəyəcəyi çox qiymətli və nadir tapılan daş-qaşlardır. Buna görə də cənnət köşklərinin bu daş-qaşlardan hazırlanmış olması, onların ölçüyəgəlməz dəyərlərini vurğulamaq baxımından olduqca əhəmiyyətlidir.

Bunlardan qırmızı rəngin çalarlarındakı şəffaf daş olan yaqut, yer üzündəki dörd qiymətli daşdan ən az rast tapılanıdır. Mirvari isə parlaq, sədəf rəngi, hamarlığı və yumru formasıyla fövqəladə estetikaya malikdir. Böyük zəhmətlər nəticəsində əldə edilən bu kiçik parça da olduqca xüsusi yolla əmələ gəlir. İstiridiyə içindəki kiçik bir qum dənəsinin ətrafının zaman keçdikcə kalsium karbonatla örtülməsi nəticəsində belə gözoxşayan gözəllik əmələ gəlir. Şübhəsiz ki, cənnətlə əlaqədar edilən bu cür bənzətmələr, verilən təriflər yenə dünya şərtlərinə görə verilən nümunələrdir. Bu, insanların baxış prizmasının genişlənməsinə, cənnəti düşünmələrinə vəsilə olması baxımından zəruridir. Lakin cənnətdəki bu gözəlliklər olduqca mükəmməl şəkildə olacaq.

Cənnətdəki hər incəlik ən xoşa gələcək gözəlliklərlə yaradılmışdır. Peyğəmbərimiz (s.ə.v) cənnət köşkləri ilə əlaqədar olan digər bir hədisində belə buyurub:

Cənnətdə bir köşk vardır ki, ətrafı bürclər (kiçik qala, qüllə), otluq, bol sulu yerlərlə əhatələnmişdir. Beş min də qapısı var... [Ramuz el-Ehadis-1, səh. 125/5]

Bəhs edilən köşklərin gözəlliyinə gözəllik qatan digər xüsusiyyət isə bu köşklərin olduqca möhtəşəm məkanlar içində yerləşmələridir. Məsələn, yuxarıdakı hədisdə də təsvir edildiyi kimi bəzi köşklərin yaşıllıqlarla əhatələnməsi və su kənarında yerləşmələri ayrı gözəllikdir. Bu köşklər dəniz sahillərində, okeanların qumlu sahillərində, göl sahillərində, çay kənarlarında, çağlayan bir şəlalənin qarşısında və bunlar kimi heyranlıq oyandıran yerlərdə inşa edilmiş ola bilərlər.

Həmçinin hədislərdə cənnət köşkləriylə əlaqədar belə bir xüsusiyyətə daha diqqət çəkilir:

Cənnətdə elə köşklər vardır ki, içindəki çöldəkini, çöldəki içindəkini görər... [Ramuz el-Ehadis-1, səh. 125/9]

Cənnətdə köşklər vardır ki, içlərindən çölləri, çöllərindən içləri görünər. [Kutubu Sitte-14, səh. 447/2]

Yuxarıdakı hədislərdən anladığımıza görə cənnətdəki bəzi köşklər, insanların həm içərini, həm də çölü görə bilmələrinə imkan verən şüşə və ya başqa şəffaf vəsaitdən yaradılmış ola bilərlər. Döşəmə, divarlar və tavanın bu şəkildə şəffaf olması isə içində yaşayan kəslərə rahatlıq və zövq verməsi baxımından çox gözəl xüsusiyyətdir.

Bu hədislə işarə edilən şey, insanların cənnətdə həm içərini, həm də çölü eyni anda görə bilmələrinə imkan verən ayrı baxış prizmasının mövcud olduğu da ola bilər. Yəni cənnətdə dünyada yaşadığımızdan fərqli ölçülərdə baxış prizmasına sahib olma imkanımız da ola bilər. Çünki, insan bəzən olduğu yerdən başqa yerdə olanları görmək istəyə bilər.

Məsələn, istədiyimiz zaman səmaya baxdığımızda planetləri, ulduzları heç bir texnoloji alətə ehtiyac duymadan bütün incəliklərinə qədər görə bilməyi arzulayarıq. Lakin, təkcə parlaq nöqtələri görərik. Bir əşyaya baxdığımızda bunun atom səviyyəsindəki görünüşünü də çılpaq gözlə görməyimiz mümkün deyil. Dolayısilə görüş sahəmiz, içində olduğumuz məkanla və gözümüzün görüş sahəsiylə məhdudlaşmışdır. Məhz cənnətdə gözün iti görməsi, istəyə əsasən hər hansı yerə fokuslanıb incəlikləri görə bilməsi, divar bənzəri heç nəyin görüşə mane olmaması da mümkün ola bilər. Çünki, cənnətdə hər şey insanın istəyinə əsasən yaradılır və cənnət əhlinin görmək istədiyi hər hansı şey gözlərindən gizli qalmayacaqdır. Allah bu həqiqəti Quranda: "...orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey var..." (Zuxruf surəsi, 71) ayəsiylə müjdələyir.

Yenə Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən birində cənnət köşklərinin heç bir dəstək və dayaq olmadan dayandıqlarından bəhs edilir. Şübhəsiz ki, bu vəziyyət də bənzərsiz və həyəcan verici bir gözəlliyə işarə edir:

Bir gün Rəsulullah (s.ə.v): "Cənnətdə elə köşklər vardır ki, nə yuxarıdan asılacaq qarmaqları və nə də altlarında dirəkləri vardır" deyə buyurdu. Bunu dinləyən səhabələr, "ey Allahın elçisi, o köşklərin əhli oraya necə girəcək?" deyə soruşdu. Rəsulullah (s.ə.v): "Onlar quşlar kimi uçaraq girəcəklər" deyə buyurdu. [Dünya Sonrası Safer, səh. 294]

 

Cənnətdəki Şəhərlər:

Cənnətdə "Rəyyan" deyilən bir çay var. Üstündə mərcanlardan ibarət bir şəhər salınmışdır. Onun qızıl və gümüşdən yetmiş min qapısı var. Bax bu, Quran əhlinə məxsusdur. [Ramuz el-Ehadis-2, səh. 326/4]

Yuxarıdakı hədisdə Peyğəmbərimiz (s.ə.v)-in diqqət çəkdiyi qızıl və gümüş, ehtişamın, zənginliyin və incəsənətin simvolu olmuş filizlərdir. Hər ikisi də parlaq, möhkəm, forması asanlıqla dəyişən və çətin əldə edilən metallar olub tarix boyu çox mühüm yerə sahib olmuşdurlar. Yer üzündə hər tona 0,004 qram qədər qızıl düşür. Qızıl şaxtalarında isə hər tondan 6-12 qram qızıl əldə olunur. Dolayısilə qızıldan bir qab əldə etmək üçün tonlarla ağırlıqdakı bir qaya emal prosesindən keçirilməlidir. Onun istər çətinliklə əldə edilməsi, istərsə də yer üzündə digər filizlərə görə daha az nisbətdə tapılması dəyərini qat-qat artırır. Parlaq, möhkəm, forması asanlıqla dəyişən bu qiymətli filiz insanların zövqlərinə xitab etməsi baxımından çox mühüm yerə malikdir.

Bu da estetik və sənət dəyəri olduqca yüksək əsərlərin hazırlanmasında seçilməsini təmin edər. Bizə gözəl gələn, bol və gözoxşayan bir çox şey, ya qızıldan hazırlanmışdır ya da qızılla bəzənmişdir. Həmçinin qızıl, əşyaların bəzədilməsində, cildçilik, xəttatlıq, miniatür, illüstrasiya kimi bir çox sənət sahəsində də əvəzolunmaz bir vəsaitdir. Bu baxımdan hədislərdə diqqət çəkilən məkanlarda qızıldan bol miqdarda istifadə olunması da, insanların xoşladığı qiymətli bir nemətin nişanəsidir. İnsanlar qızılı dünya həyatında ən çox külçələr halında görərlər. Nadir hallarda bəzi əşya və aksesuarlara, bəlkə də, bir sarayda qızılla örtülmüş sütunlara rast gələrlər. Bütün bu saydıqlarımız qızılı yalnızca bəzi kiçik zinət əşyalarında görməyə alışmış insanlarda böyük təəccüb hissi oyadar. Vəziyyət belə olduqda isə saf qızıldan tikilmiş bir göydələnin və ya bir köşkün, villanın xəyalını belə qurmaqda çətinlik çəkərlər. Bunun həqiqət olduğunu düşünmək belə insan ruhunu xeyli həyəcanlandırar və ona zövq verər. Aşağıdakı hədisdə isə cənnətdəki binaların kərpiclərinin qızıldan və gümüşdən olduğu bildirilir. Bu, onsuz da çox gözəl olan cənnət evlərinin ehtişamını daha da artırır və onları daha möhtəşəm hala gətirir:

Cənnət binalarının bir kərpici qızıl, bir kərpici gümüş, qarışığı müşk, çınqılı mirvari və yaqut, torpağı isə zəfərandandır... [Ramuz el-Ehadis-1, səh. 200/6]

Necə ki, aşağıdakı hədisdə də qızıl bir dirəkdən bəhs edilərək cənnətdəki zənginlik və ehtişam digər bir cəhətdən daha vurğulanır:

Cənnətdə qızıldan bir dirək və üzərində zəbərcəddən (zümrüdə bənzəyən, parlaq, yaşıl rəngli qiymətli daş) şəhərlər vardır ki, onlar cənnətə ulduzlar kimi işıq saçarlar... [Ramuz el-Ehadis-1, səh. 125/6]

Yuxarıdakı hədisdə diqqət çəkilən digər bir cəhət də şəhərlərin yüksəkliyi ola bilər. Şübhəsiz ki, dünya şərtlərində mənzərəsi və verəcəyi rahatlıq baxımından yüksək bir şəhərə üstünlük verilər. Bu şəhərlərin cənnətdəki mükəmməl mənzərələr içində yerləşdiyi düşünülsə, bu məkanların insan ruhuna nə qədər çox zövq verəcəyi daha yaxşı aydın ola bilər. Hədislərdəki bu məkanlar (dirəklər üzərindəki şəhərlər) Quranda bildirilən yüksək köşklərlə əlaqədar ayələrlə eynilik təşkil edir:

Lakin Rəbbindən qorxub-çəkinənləri, altından çaylar axan yüksək köşklər gözləyir. Bu, Allahın vədidir. Allah vədinə xilaf çıxmaz. (Zumər surəsi, 20)

Şəhər həyatı təsəvvürümüz etdikdə ilk öncə bir çox mövzuda yaşanan problemlər canlanır. Yol hərəkəti, səhiyyə, nəqliyyat, hava çirkliliyi, infrastruktur, su, elektrik, telefon, təhlükəsizlik kimi daha bir çox mövzudakı çatışmazlıqlar insanların ömürləri boyu məşğul olduqları problemlərə çevrilmişdir. Hətta insanların daha rahat, daha sistemli həyat yaşamalarını təmin etmək və bu problemləri aradan qaldırmaq üçün bir çox peşə meydana gəlmişdir.

Halbuki cənnət şəhərlərində əsla belə vəziyyət yaşanmadığı kimi bu problemlərə səbəb olan amillər də aradan qalxmış olacaq. Həmçinin Allahın; "...orada nə (yandırıcı) günəş, nə də dondurucu soyuq görərlər" (İnsan surəsi, 13) ayəsində bildirdiyi kimi, cənnətdəki hava, insan ruhunun və bədəninin ən zövq alacağı və ən rahatlayacağı istilikdə olacaq. Bu səbəblə də xüsusi istilətmə və ya sərinlətmə sisteminə də ehtiyac qalmayacaq. Bənzər şəkildə sonrakı hissələrdə yer verəcəyimiz kimi cənnətdə nəqliyyat çətinliyi də olmayacaq (doğrusunu Allah bilər).

Hədisdə cənnətdəki binalardan bəhs edilərkən bunların qarışığının müşk, yəni çox gözəl qoxulu bir maddə olacağı ifadə edilir. Göründüyü kimi Allahın cənnətdə yaratdığı nemətlər bütün duyğularımıza da xitab edəcək şəkildə yaradılır. Gözəl qoxu insanlar üçün çox böyük nemətdir. Qızılgülün, qərənfilin, zanbağın, sünbülün, yasəmənin, akasiya və şam ağaclarının qoxuları insanlar üçün çox böyük lütfdür. Bunlarla yanaşı bir-birindən fərqli qoxular da insan ruhunda çox xoş təsir yaradar. Cənnətdəki gözəl qoxular dünyadakılarla müqayisə edilə bilməyəcək gözəllikdə olduqları kimi insanların heç gözləmədikləri incəliklərdə qarşılarına çıxacaq. Peyğəmbərimiz (s.ə.v)-in hədisində bildirdiyi kimi binaların qarışığının müşk olması bunun ən gözəl nümunələrindən biridir. Şübhəsiz ki, qarışığı müşk olan gözəl qoxulu bir bina, Allahın cənnətdə möminlər üçün hazırladığı gözəlliklərindən təkcə biridir.

Cənnətdəki Saraylar:

Bir hədisdə cənnətdəki saraylardan belə bəhs edilir:

Cənnətdə mirvaridən bir saray vardır. Bu sarayın içində qırmızı yaqutdan yetmiş ev vardır. Hər evin içində yaşıl zəbərcəddən (zümrüdə bənzəyən, parlaq, yaşıl rəngli qiymətli daş) yetmiş ev vardır. Hər evin içində yetmiş taxt, hər taxtın üzərində də hər rəngdən yetmiş döşək vardır. Hər evin içində yetmiş süfrə, hər süfrədə də yetmiş növ yemək vardır. Həmçinin hər evin içində yetmiş nəfər xidmətçi vardır... [Tezkireti'l Kurtubi, səh. 323/554]

Bu mövzuyla əlaqədar başqa bir hədis isə belədir:

Şübhəsiz ki, cənnət saraylarından birinin içində yetmiş mənzil (yer, dünya, ev) vardır. Hər mənzilin girmək üçün yetmiş qapısı vardır, hər qapıdan da digər qapıdan daxil olan qoxudan başqa cənnət qoxularından bir qoxu daxil olar... [Tezkireti'l Kurtubi, səh. 323-324/555]

Hədislərdə cənnət saraylarının ən qiymətli daşlardan inşa edildiyinə, ən gözəl və ən rahatlıq verəcək şəkildə dekorasiya edildiklərinə, içlərində nemət bolluğu olduğuna diqqət çəkilir. Dünya həyatına razı olmayan və bu həyatın müvəqqəti bəzəklərinə aldanmayan möminlər, axirətdə hər nemətin əsli, ən mükəmməli və əbədi olanı ilə mükafatlandırılarlar. Axirət yurdunu istəyərək ciddi səy göstərmələrindən ötrü, həqiqi zövq və sevinci bir-birindən gözəl bu cənnət məkanlarında sonsuza qədər yaşayarlar. Buradakı mühit hər cür dəbdəbəyə, əzəmətə, zənginliyə sahib olmaqla yanaşı, cənnət əhlinin həmişə Allahı zikr etdikləri və Ona qəlbən şükür etdikləri nəcib və təmiz mühitdir. Allah bir ayədə cənnət əhlinin şükür etdiklərini və xoşbəxt olduqlarını belə bildirir:

(Onlar) dedilər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun ki, biz cənnətin istədiyimiz yerində sakin ola bilərik. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” (Zumər surəsi, 74)

Cənnətdəki Otaqlar:

Cənnət məkanlarıyla əlaqədar olaraq bir çox hədisdə çadırlar da təsvir edilmişdir. Bu hədislərdən bir neçəsi belədir:

Şübhəsiz ki, cənnətdə (mömin üçün) içi boşaldılmış tək bir mirvaridən bir çadır vardır. Bu çadırın eni 60 mil (təxminən 100 km) uzunluğundadır. Bunun hər yerində (möminə məxsus) bəzi ev camaatlı vardır ki, onlar başqalarını (yəni bir-birlərini) görə bilməzlər. (Lakin) Mömin onları ziyarət edib gəzər. [Tezkireti'l Kurtubi, səh. 325/560]

Möminin cənnətdə hündürlüyü 60 mil (təxminən 100 km) olan mirvari bir çadırı vardır. [Büyük Hadis Külliyyatı-5, səh. 408/10091]

Genişliyi də elədir. (Yəni, altmış mildir). Orada möminin ailələri olacaq. Mömin onları bir-bir ziyarət edəcək... [(Buhari, Müslim ve Tirmizi); Büyük Hadis Külliyatı-5, səh. 408/10092]

Cənnət əhlindən dərəcəsi ən aşağı olanın səksən min xidmətçisi vardır. Onun üçün mirvaridən, zəbərcəddən (zümrüdə bənzəyən, parlaq, yaşıl rəngli qiymətli daş) və yaqutdan bir çadır qurular. Bu çadır, Cabiyədən Səna şəhərinə qədər uzanan böyüklükdədir. [(Tirmizi), Büyük Hadis Külliyyatı- 5, səh. 412/10114]

Hər şeyin ən mükəmməl halıyla yaradıldığı cənnətdə çadırlar da mümkün ola biləcək ən böyük rahatlıqda möminlərə zövq verəcək, rahatlıqlarına, arzularına xitab edəcək şəkildə yaradılacaqdır. Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi kimi qiymətli cövhərlərdən hazırlanılan bu çadırlar görünməmiş böyüklüyə sahibdirlər. Hədislərdə cənnət əhlinin, çox böyük və hündür olan mirvari dənələrinin içində, ailələri və yaxınlarıyla birlikdə mükəmməl həyat yaşadıqları xəbər verilir. Şübhəsiz ki, bu Rəbbimizin bənzərsiz yaratma gücünün və sənətinin təcəllasıdır. Dünya həyatında bir çox çatışmazlıq, qüsur və acizlik içində yaşayan insanın belə gözəlliyi zehnində canlandırması belə həyəcan vericidir. Gözəlliyi və ehtişamıyla yanaşı, zümrüd və yaqutdan hazırlanmış olan cənnət çadırlarının içində bir insan xidmət edənlərin sayı da dünyada Allahın rizasını, rəhmətini və cənnətini ümid edərək çalışıb yorulan hər kəs üçün böyük müjdədir.

Cənnətdəki Bazarlar:

Bazarlar insanların ehtiyaclarını ödəmələri üçün onlara bir çox seçim təqdim edən alış-veriş məkanlarıdır. Bu alış-veriş mərkəzlərində bütün qida məhsulları və əşyalar müxtəlif çeşidləriylə, fərqli paketlərdə qablaşdırılmış şəkildə mövcud olur. İnsanlar, yaxşı qidalanmaq, fərqli dadları sınamaq, qəşəng və gözəl geyinmək, işlərini asanlaşdıracağını düşündükləri vəsaitləri satın almaq, bəyəndikləri və rahat olacaqlarını düşündükləri əşyaları əldə etmək istəyi ilə bu yerlərə gedərlər. Məhz insanların dünya şərtlərində xoşladıqları bu neməti Allah cənnətdə də ən gözəl halıyla yaradacaq. Cənnətdəki bazarlar saysız növdəki nemətlə, bolluq sevinci meydana gətirən görünüşləriylə cənnət əhlinin qəlblərindəki bu arzuya xitab edəcək. Üstəlik cənnətdə, dünyada bu nemətlə yanaşı mövcud olan bir çox çatışmazlıq da aradan qalxmış olacaq. Məsələn, insanlar dünyada alış-veriş məkanlarını gəzməkdən zövq almalarına baxmayaraq, bundan yorularlar. Bir çox insanın bu yerləri rahatlıqla gəzə biləcək qədər çox vaxtı da yoxdur. Bundan başqa alver etmə imkanına sahib insanlarla yanaşı, bundan zövq almasına baxmayaraq, istədiyini satın alma imkanına sahib olmayan insanlar da vardır. İnsanlar pulunu ödədikləri təqdirdə bu cür bolluq içərisindən istədikləri məhsulu seçə bilərlər. Lakin əgər bu imkana sahib deyillərsə, təkcə bu məkanları gəzməklə kifayətlənməlidirlər. Halbuki Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə xəbər verdiyinə görə insanlar cənnət bazarlarında istədikləri hər şeydən istədikləri qədər ala biləcəklər. Orada alış-veriş deyə bir şey olmayacaq, hər kəs bəyəndiyi hər şeyə sahib ola biləcək. Bu məkanlardakı nemətlər isə insanların daha əvvəl heç görmədikləri və xəyalını belə qurmadıqları növdə olacaq. Allah bol lütfkarlığıyla hər kəsə bəyənib istədikləri bütün şeyləri verəcək və heç kimin heç nəyi əskik olmayacaq.

Hədislərdə bu vəziyyətdən belə bəhs edilir:

Şübhəsiz ki, cənnətdə bir bazar vardır ki, mələklər oranı ziyarət edərlər. Orada gözlərin bənzərini görmədiyi, qulaqların eşitmədiyi və ağla gəlməyən nemətlər vardır. Ürəyimizin istədiyi hər şey bizə gətirilər. Lakin orada hər hansı şeyi satmaq və satın almaq yoxdur. O bazarda cənnət xalqının bir hissəsi digər hissəsiylə qarşılaşar. Hündür imarət və mövqe sahibi sərmayəçi də mövqe baxımından özündən aşağı dərəcədə olan kimsə ilə qarşılaşar. Onların içində hər hansı şeyi əskik olan bir nəfər yoxdur ki, qarşılaşdığı insanın əynində gördüyü bəzəkli paltarlardan ötrü narahat olsun. Sözünü bitirmədən əyni daha gözəl paltara bürünər. Şübhəsiz ki, cənnətdə heç kəs kədərlənməz. [Tezkireti'l Kurtubi, səh. 325-326/563]

Şübhəsiz ki, cənnətdə bir bazar vardır. Lakin orada hər hansı şeyi satmaq və satın almaq yoxdur. Təkcə kişilər və qadınlar, surət və görünüşləri vardır. Buna görə də orada hansı surətə düşmək istəsə, həmin surətə də düşəcəkdir. [Tezkireti'l Kurtubi, səh. 326/564]

Hədisdə ayrı bir nemət olaraq kişi və qadın surətlərinin varlığından da bəhs edilir. İstənilən vaxt istənilən surətdə ola bilmək, beləliklə bir-birindən çox fərqli gözəl görünüşlərdə ola bilmək, bir çox insanın dünyada xəyalını qurduğu bir fikirdir. Hər insan sağlam və mükəmməl üz və fiziki gözəlliyə sahib olmağı arzulayar. Saç rəngi, göz rəngi, üz xətləri, dəri rəngi, boyu, bədən quruluşu kimi daha bir çox fiziki xüsusiyyət insanlara anadangəlmə verilmişdir. Cənnətdə, dünyada tək növ gözəllikdən duyulan monotonluq hissinin olmaması, gözəlliyin insanın istədiyi qədər, istədiyi şəkildə dəyişə bilməsi də insan ruhuna zövq verəcək ayrı bir nemətdir.

Digər bir hədisdə isə cənnətdəki bazarlarda möminlərin oturacaqları gözəl qoxulu, rahat yerlər olduğuna, cənnət əhlinin bu yerlərdə tanış olub söhbət etdiklərinə, bir sözlə, insanın xoşlayacağı ictimai həyatın mövcudluğuna diqqət çəkilir:

Şübhəsiz ki, cənnətdə elə bazarlar vardır ki, orada alış-veriş yoxdur. Lakin cənnət əhli oraya çatdığı vaxt təzə və parlaq mirvari və müşk torpağa sərilərək oturar. Dünyada olduqları kimi, o cənnətlərdə də bir-birləriylə tanış olarlar. Dünyada necə bir insan olduqlarını və özlərinin Rəbbinə necə ibadət etdiklərini, gecələri necə əhya etdiklərini, gündüzləri necə oruc tutduqlarını, dünyanın zənginliyi ilə kasıblığının necə olduğunu, ölümün necə olduğunu... və nəhayət hansı yolla cənnət əhlindən olduqlarını danışıb müzakirə (və söhbət) edərlər. [Tezkireti'l Kurtubi, səh. 326/565]

Cənnətdəki Qidalar

Cənnətdə insanların nəfslərinin xoşuna gələcək, ürəklərinin istədiyi və arzuladıqları olduqca ləzzətli bir çox qida olduğu Quranda və Peyğəmbərimiz (s.ə.v)-in hədislərində bildirilir. Xüsusən də dünyada bəyənilən qidalar arasında olan ət və meyvənin hər növü cənnət əhlinə veriləcək. Allah ayələrində cənnət əhlinə verilən bu nemətlərin gözəlliyini belə xəbər verir:

Arzulayıb seçəcəkləri meyvələr və istədikləri quş əti. (Vaqiə surəsi, 20-21)

Bu etdikləri əməllərə görə (onlara verilər). (Vaqiə surəsi, 24)

Həm Quran ayələrində, həm də hədislərdə cənnət əhlinə təqdim edilən bəzi nemətlərin dünyadakılarla bənzər olduğuna diqqət çəkilir. Allah bu həqiqəti bir ayədə belə bildirir:

(Ey Məhəmməd) İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, həqiqətən onlar üçün ağacları altından çaylar axan cənnətlər vardır. Onlara ruzi olaraq, hər dəfə onun məhsullarından yedirildikdə: “Bu ki, əvvəlcə bizə verilən ruzidir!” deyəcəklər. Halbuki onlara (dünyadakının) oxşarı verilmişdir. Onlar üçün orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 25)

Cənnət neməti olaraq verilən qidaların hər biri, həm estetik cəhətdən gözəl, həm də olduqca ləzzətlidir. Bunlardan xüsusən meyvələr, görünüşləri, rəngləri, qoxuları və özlərinə məxsus dadları ilə bir-birlərindən mükəmməldirlər.

Məsələn, çiyələk bir çox insanın sevərək yediyi, qoxusunu və ləzzətini çox xoşladığı bir meyvədir. Lakin bütün gözəlliyinə baxmayaraq, çox yeyildiyi təqdirdə bəzi insanların orqanizmində allergik reaksiyalara səbəb ola bilər. Bu, dünya həyatına məxsus əskiklikdir. Dünyadakı bütün nemətlər kimi meyvələrin də bir çox baxımdan qüsurlu tərəfləri vardır. Yetişdirilmələrindən başlayaraq, satın alınmalarına, yuyulmalarına, ayırd edilmələrinə qədər bir çox zəhmətli mərhələdən keçərlər. Çəkilən bütün zəhmətlərə baxmayaraq, bəzən çürüyər, bəzən də dadları əskik olar. Bir sözlə insanlar bir şeylər yeyərkən əslində bir çox çatışmazlığın, çətinliyin də öhdəsindən gəlməyə çalışarlar. Dünya həyatına məxsus olaraq qidaların hamısı müəyyən qüsurla yaradılır ki, bu da insanların bu nemətlərin əsillərinə qovuşmağı arzulamalarına səbəb olur. Üstəlik, nə qədər sevilən bir qida olsa da, həmişə yeyildiyi təqdirdə bu qidadan alınan zövq əvvəlki kimi çox olmaz.

Cənnətdəki qidalar və meyvələr cənnət əhlinin önünə qüsursuz və zəhmətsiz şəkildə gələrlər. Allah Quranda; "(meyvələrin) kölgələri onlara çox yaxındır və yığılmaları xeyli asanlaşdırılmışdır" (İnsan surəsi, 14) ayəsiylə bu meyvələri əldə etməyin olduqca asan olduğunu bildirmişdir. Cənnətdə ağacın qolundan qoparılan bu meyvələrdə toz və çirk yoxdur, tərtəmizdirlər və xeyli ləzzətlidirlər. Başqa ayələrdə isə Allah cənnət meyvələri ilə əlaqədar olaraq belə buyurur:

Əməllərinizin nəticəsi kimi varis olduğunuz cənnət budur. Orada sizin üçün bir çox meyvələr vardır, onlardan yeyəcəksiniz. (Zuxruf surəsi, 72-73)

Peyğəmbərimiz (s.ə.v) isə bir hədisdə cənnətə girəcək möminlərə; "onu meyvələri aşağıya doğru sallanan uca cənnətə qoyun!" deyildiyindən bəhs edir. [Büyük Hadis Külliyyatı-5, səh. 413/10120]

Cənnətdə qida ehtiyacdan ötrü deyil, Allahdan bir nemət və hədiyyə olaraq zövq üçün yeyilir. Orada iman edənlər acmaq və susamaq kimi dünyaya məxsus acizliklərdən xilas olmuşdurlar. Təhrif olunmuş İncildə isə cənnətə layiq kəslərdən bəhs edilərkən; "artıq acmayacaqlar, artıq susamayacaqlar..." ifadəsi keçir. (Yuhannaya Gelen Esinleme, 7-ci hissə, 16)

Cənnət nemətlərinin ayə və hədislərdə vurğulanan digər bir xüsusiyyəti də çox bol olmalarıdır. Allah axirət yurdunda saysız-hesabsız ruzi olduğunu və tükənməcəyini Sad surəsindəki ayələrdə belə bildirir:

Haqq-hesab günü üçün sizə vəd edilən budur. Bəli, bu Bizim verdiyimiz nemətdir. O, tükənməzdir. (Sad surəsi, 53-54)

İncildə də qidaların tükənməyəcəyinə işarə edən bir məlumat belə qeyd olunur:

Müvəqqəti olan qida üçün deyil, sonsuz həyat boyu qalan qida üçün çalışın... (Yuhanna, 6-cı hissə, 27)

Meyvələrin Bolluğu:

Meyvələr bədəni zəhərli maddələrdən təmizləyən, xəstəliklərə qarşı bədəndə immunitet yaradan, vitamin və mineral baxımından çox zəngin, insana rahatlıq verən, sağlamlıq və gözəllik qazandıran tərtəmiz qidalardır. Peyğəmbərimiz (s.ə.v) bu cənnət nemətiylə əlaqəli olaraq bir hədisində belə buyurur:

Sidrətül Müntəha ağacının hər bir meyvəsi yarıldıqda içindən yetmiş iki rəngdə və növdə qida çıxar ki, orada o birisinə bənzəyən heç bir rəng və növ yoxdur. [Tezkireti'l Kurtubi, səh. 312/517]

Peyğəmbərimiz (s.ə.v) bu hədisində cənnətdəki meyvələrin rənglərinə və növlərinə diqqət çəkmişdir. Nemətlərin bu şəkildə bir-birlərindən fərqli olmaları insanların çox xoşlayacaqları bir gözəllikdir. Bir şeyin həmişə eyni şəkildə, eyni qoxuda, ləzzətdə və ya rəngdə olmasındansa, hər dəfə birinci dəfə görülürmüş kimi həyəcan oyandıracaq şəkildə dəyişikliklərlə yaradılması çox böyük bir sürprizdir. Həmçinin bu, Allahın sonsuz yaratma gücünün və sənətinin dəlillərindən yalnızca biridir. Bu müxtəliflik cənnətdə hədsiz-hüdudsuz ola bilər. Cənnətdəki meyvələrin müxtəlifliyinə diqqət çəkilən digər bir hədis isə belədir:

Cənnət əhlinin ən aşağı dərəcəyə sahib olanının 10000 xidmətçisi, hər xidmətçinin əlində fərqli rəngdə qızıl və gümüşdən 2 dayaz tava və içlərində ayrı-ayrı meyvələr vardır. Ən son yediyini də ilk dəfə yediyi iştahla yeyər... [Ramuz el-Ehadis-1, səh. 71/5]

Hədisdən aydın olduğu kimi cənnətdəki nemətlər cənnət əhlinin ən zövq alacaqları şəkildə özlərinə bəxş ediləcək. Özlərinə xidmət etmələri məqsədiylə yaradılmış və bu xidməti zövqlə və diqqətlə yerinə yetirən xidmətçilərin qızıl və gümüş qablarda təqdim etdikləri növbənöv meyvələr cənnət əhlinə Allahdan verilən bir ziyafətdir. Allah ayələrdə belə buyurur:

...Orada nəfsinizin çəkə biləcəyi və istədiyiniz hər şey sizindir. Çox bağışlayan və çox Rəhmli Allah tərəfindən verilən ziyafət kimi”. (Fussilət surəsi, 31-32)

Bununla yanaşı Peyğəmbərimiz (s.ə.v) cənnətdə ağacın qolundan bir meyvə qoparıldığı zaman bu meyvənin yerinə yenisinin gəldiyini xəbər vermişdir:

...Cənnətin meyvəsindən qopardıqda, yerinə yenisi gələr. [Ramuz el-Ehadis-1, səh. 98/9]

Digər bir rəvayətdə isə Peyğəmbərimiz (s.ə.v)-in bu sözlərinə yer verilir:

Kəndli bir ərəb, "ey Allahın elçisi cənnətdə meyvə vardırmı?" deyə soruşdu.
Rəsulullah (s.ə.v): "Bəli Tuba deyilən bir ağac vardır" deyə buyurdu. O şəxs:
"Ey Rəsulullah bizim ərazimizdəki hansı ağac ona bənzəyir?" dedi.
Rəsulullah (s.ə.v): "Sənin ərazindəki ağaclardan heç biri ona bənzəməz. Lakin sən heç Şama getdinmi? Çünki orada qoz deyilən bir ağac vardır ki, gövdə üzərində bitərək yuxarı (yəni qolları) göyə uzanar. Məhz bu ağac Tuba ağacına bənzəyər" deyə buyurdu.
O şəxs: "Ey Rəsulullah, o ağacın dib gövdəsinin qalınlığı nə qədərdir?" dedi.
Allahın elçisi: "Sənin kül-külfətinin dəvələrindən beş yaşına çatan gənc bir dəvə yola düşsə dibini gəzib qurtara bilməz və nəhayət qocalığından boynu sınar" deyə buyurdu.
Kəndli ərəb: "Cənnətdə üzüm vardırmı?" deyə təkrar soruşdu.
Rəsulullah (s.ə.v): "Bəli vardır" deyə buyurdu.
O şəxs: "O üzümün salxımının böyüklüyü nə qədərdir?" dedi.
Rəsulu Əkrəm: "Alaca qarğanın heç dayanmadan bir aylıq uçub gedəcəyi məsafə qədər" deyə buyurdu.
O şəxs: "O üzümün dənələri(nin böyüklüyü) nə qədərdir?" dedi.
Allahın elçisi: "Böyük vedrə kimidir" deyə buyurdu.
O şəxs: >"Ey Allahın Rəsulu, o üzüm dənəsi məni və kül-külfətimi mütləq doyurar" dedi.
Rəsulullah (s.ə.v):
"Bəli səni və kül-külfətini və qohumlarının əksəriyyətini doyurar… Cənnətin xurması ağacın dibindən qollarına doğru müntəzəm şəkildə üst-üstə yığılıb düzülmüşdür. Meyvələri böyük küplər kimidir. Nə vaxt bir meyvə qoparılsa yerinə başqası gələr. Cənnətin suyu çuxursuz yerlərdən axar. Cənnət üzümünün hər bir salxımı on iki arşındır". [Tezkireti'l Kurtubi, səh. 312-313/518]

Cənnət meyvələri düşünülərkən, dünyadakı meyvələrlə məhdudlaşdırılaraq düşünülməməlidir. Peyğəmbərimiz (s.ə.v)-in yuxarıdakı hədisində təkcə bir neçə meyvənin fərqli yaradılışı nümunə olaraq verilmişdir. Lakin cənnət istənilən hər şeyin ən gözəl halı ilə mövcud olacağı, ağlımıza gəlməyən, lakin çox xoşlayacağımız daha bir çox nemətin olduğu bir məkandır.

Quranda cənnət meyvələrindən bəhs edilən ayələrdən bir neçəsi belədir:

Yüklü qolları bükülmüş albalı (ağacları), üst-üstə yerləşən meyvələri sallanmış banan ağacları (Vaqiə surəsi, 28-29)

İçlərində (hər növ) meyvə, bənzərsiz xurma və bənzərsiz nar vardır. (Rəhman surəsi, 68)

Və (daha) bir çox meyvələr arasında, tükənib azalmayan və qadağan edilməyən (meyvələr). (Vaqiə surəsi, 32-33)

Məhz onlar üçün müəyyən ruzi vardır. Müxtəlif meyvələr. Onlar hörmət görənlərdir. Nemətlərlə dolu olan (Nəim) cənnətlərində. (Saffat surəsi, 41-43)

Cənnətdəki Qidalardan Nümunələr:

Xurma

Bir hədisdə xurma ilə əlaqədar olaraq belə rəvayət edilmişdir:

Bir nəfər: "Ey Rəsulullah cənnətdə xurma vardırmı? Çünki mən xurmanı sevirəm" deyə sula verdi. Rəsulullah (s.ə.v):
"Bəli vardır. ...cənnət xurmalarının qolları qızıldandır. Budaqlarının başları qızıldandır. Qızıldan budaqları vardır. Aləmlərdən hər hansı bir kəsin gördüyü paltarların ən gözəli kimi yarpaqları vardır. Qızıldan xurma salxımları vardır. Xurma salxımlarının saplağı da qızıldandır. Qızıldan xurma dənəsinin dibində yapışqanlı marka kağızı kimi şeylər vardır. Böyük küplər kimi meyvələr vardır ki, (onlar) köpükdən yumşaq, baldan şirindir". [Tezkireti'l Kurtubi, səh. 315/522]

Xurmanın təsvir edildiyi digər bir hədis də belədir:

Cənnətdəki xurma ağacının qolları qırmızı qızıldır. Saplaqları yaşıl zümrüddür. Yarpaqları ipək kimidir. Meyvəsi qüllə kimi iri dənəli, qaymaqdan yumşaq və çəyirdəksizdir. [Ramuz el-Ehadis-2, səh. 451/4]

Diqqət yetirilsə cənnətdəki hər incəlik bizə tanış gələn, bildiyimiz ən gözoxşayan və qiymətli şeylərlə müqayisə edilərək görünüşləri və ləzzətləri ilə nə qədər qiymətli nemət olduqları vurğulanılır. Məsələn, cənnətdəki xurma ağacının qolları qızıla, yarpaqları çox gözəl və qiymətli bir parça olan ipəyə bənzədilmişdir.

Cənnətdəki xurma dənələrinin böyüklüyünə diqqət çəkilən digər bir hədis isə belədir:

Cənnətdəki xurma ağaclarının qolları yaşıl zümrüddür. Budaqları qırmızı qızıldır. Yarpaqları cənnət əhli üçün geyiləcək paltarlardır. Onun bir qismi qısa (alt), bir qismi də içi astarlı üst paltarlarıdır. Cənnət xurması böyük küplər və vedrələr kimidir. Süddən daha ağ, baldan şirin, köpükdən yumşaqdır. İçində də çəyirdək yoxdur. [Tezkireti'l Kurtubi, səh. 314]

Yuxarıdakı hədisdə ləl-cəvahiratlarla təsvir edilən xurmanın, görünüşüylə yanaşı ləzzətinin də Allahın istəməsi ilə çox mükəmməl olacağı vurğulanılır.

Qarpız

Peyğəmbərimiz (s.ə.v)-in bir hədisində qarpız haqqında belə söylədiyi rəvayət edilmişdir:

Qarpızdan istifadə edin və ona təzim (hörmət) edin. Çünki onun suyu cənnətdən, dadı da cənnətdəki daddandır... Qarpız cənnət (meyvələrin)dəndir. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 313)

Əncir

Bir rəvayətə görə Peyğəmbərimiz (s.ə.v) əncirlə əlaqədar bunları demişdir:

Peyğəmbərimiz (s.ə.v) bir qab əncir hədiyyə alıb ondan yedi və səhabələrinə: "Bundan yeyin. Əgər mən bir meyvənin cənnətdən endiyini söyləsəm, məhz cənnətdən enən bu meyvə əncirdir" deyə buyurdu. (Ölüm-Kiyamet-Ahiret ve Ahirzaman alametleri, səh. 313)

Əncir Quranda adı keçən və diqqət çəkilən meyvələrdən biridir (Tin surəsi, 1). Meyvələr arasında çoxlu minerallara sahib olması və enerji verən qida olması baxımından da xüsusi yerə sahibdir.

Banan

Hədislərdə keçən digər bir cənnət meyvəsi də banandır:

Dünyada cənnət meyvəsinə bənzəyən şey təkcə banandır. Çünki Allah (cənnətdəki meyvələr haqqında), "onun meyvələri tükənməzdir" deyə buyurmuşdur. Sən isə bananı yay və qış da daxil olmaqla ilin hər fəslində tapa bilirsən. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 312-313)

Necə ki, cənnətin təsvir olunduğu ayələrdə, Allah bu meyvədən belə bəhs edir:

Yüklü qolları bükülmüş albalı (ağacları), üst-üstə yerləşən meyvələri sallanmış banan ağacları, yayılıb uzanmış kölgələr, dayanmadan axan su(lar) və (daha) bir çox meyvələr arasında. Tükənib azalmayan və qadağan edilməyən (meyvələr). (Vaqiə surəsi, 28-33)

Banan özünəməxsus gözəl qoxusuyla, bənzərsiz ləzzəti və saysız faydasıyla bir çox insanın sevdiyi bir nemətdir. Şübhəsiz ki, cənnətdəki banan da digər bütün nemətlər kimi, dünyadakına görə olduqca qüsursuz, olduqca ləzzətli və gözəl qoxulu olacaq (doğrusunu Allah bilər)

Ət

Ayə və hədislərdə meyvədən başqa bəhs olunan nemətlərdən biri də ətdir. Allah bir ayəsində: "Onlara istədikləri meyvədən və ətdən bol-bol verdik" (Tur surəsi, 22) deyə buyuraraq ətin bir cənnət neməti olduğunu xəbər verir.

Peyğəmbərimiz (s.ə.v) də bir hədisdə ət haqqında belə buyurmuşdur:

Cənnət xalqının çörəkdən sonra, ikinci ən dəyərli və ən ləzzətli qidası ətdir. Aləmlərin Rəbbi olan Allaha həmd olsun. [Tezkireti'l Kurtubi, səh. 363/654]

Quranda və hədislərdə xüsusən diqqət çəkilən ət növü isə quş ətidir. Quranda "istədikləri quş əti" (Vaqiə surəsi, 21) ayəsiylə xəbər verilən quş əti bir hədisdə belə vurğulanmışdır:

Cənnətdə sənin ürəyin quş əti istəyəcək. Dərhal qızardılmış halda önünə gətirilib qoyulacaq. [Büyük Hadis Külliyatı-5, səh. 414/10123]

Ət növləri arasında Quranda bəhs edilənlərdən xüsusən "bildirçin əti" bəyənilən bir yeməkdir. Bu nemət cənnətdə bol-bol olacaq, müsəlmanlara ən gözəl şəkildə təqdim ediləcək (doğrusunu Allah bilər).

insan

... Allah onlardan razı oldu, onlar da O'ndan razı olmuşlardır.
İşte büyük 'kurtuluş ve mutluluk' budur.
(Maide Suresi, 119)

Cənnətdəki Insan Gözəlliyi

Dünyadakı ən böyük nemətlərdən biri də insan gözəlliyidir. İnsan ən gözəl evlərə sahib olsa, ən gözəl qidaları yesə və mükəmməl yerlərdə gəzsə belə, tənha olduğu müddətcə bunlardan tam mənasıyla zövq ala bilməyəcək. Çünki, bütün bu nemətlər insanın ətrafındakı yaxınları və dostlarıyla birlikdə olduğu vaxt məna qazanar. Allahın ruhundan üfürdüyü bir varlıq olan insan, şəxsiyyəti, təqvası və gözəl əxlaqı ilə çox qiymətlidir. Bir də bu xüsusiyyətlərinin üstünə qüsursuz fiziki gözəlliyin də əlavə olunması, şübhəsiz ki, hər kəsin sahib olmaq istəyəcəyi böyük nemətdir.

Cənnətdəki insan gözəlliyinin təsvir edildiyi hədislərdən biri belədir:

Cənnətdəki hurilər yaqut və mərcan kimidirlər. İnsan onlardan birinin üzünə baxar ki, özünü onun yanağında, aynada gördüyündən daha aydın görər. Onların mirvarilərinin ən kiçiyi şərqlə qərbi işıqlandırar. [Ramuz el-Ehadis-2, səh. 337/7]

Cənnətdəki hurilərin gözəlliyi yaqut kimi nadir ləl-cəvahirata, mərcan kimi özünəməxsus görünüşə sahib təbii gözəlliyə bənzədilmişdir. Həmçinin baxan insanın özünü aynada gördüyündən daha aydın gördüyü bənzətməsiylə üz dərilərinin hamar olmasına və üzlərindəki aydınlığa diqqət çəkilmişdir.

Dünya şərtlərində üz dərisinin gərginliyi, şəffaflığı çox qısa müddət davam edər. Kiçik yaşlardakı dəri hamarlığı və gözəlliyi yaş irəlilədikcə bəzi dəri problemləri, korlanma və qırışma ilə yox olar. Dolayısilə bu gözəllik dünya şərtlərində daimi deyil. Lakin Allah razı qaldığı bəndələrinə cənnətdə qüsursuz və əbədi gözəlliyi vəd edir. Peyğəmbərimiz (s.ə.v) də bir hədisdə cənnətdəki gözəlliyin və gəncliyin daimiliyindən belə bəhs edir:

Cənnət əhlinin vücudu tüksüz, üzü saqqalsız, gözləri sürməlidir, gənclikləri zail olmaz (tükənməz), paltarları köhnəlməz. [(Tirmizi), Kutubu Sitte-14, səh. 451/6]

Cənnət əhli cənnətə, otuz və ya otuz üç yaşında saqqalsız, tüksüz və gözləri sürməli halda girəcəklər. [Büyük Hadis Külliyyatı-5, səh. 411/10109]

...Ona girən nemətə nail olar, əziyyət görməz, əbədiyyət qazanar, ölümlə qarşılaşmaz. Paltarı köhnəlməz, gəncliyi yox olmaz. [(Tirmizi), Kutubu Sitte-14, səh. 451/6]

Hədislərdə cənnət əhlinin gözlərinin yaradılışdan sürməli olduğundan da bəhs edilir. Sürmə, göz rəngini və formasını ön plana çıxardan bir bəzəkdir. Dünya şərtlərində süni yolla əldə edilməyə çalışılan, lakin yenə də mükəmməl olmayan bu gözəllik, axirətdə möminlərin təbii halı olacaq.

Peyğəmbərimiz (s.ə.v)-in cənnətdəki insan gözəlliyi ilə əlaqədar özünə verilən suallara belə cavab verdiyi rəvayət olunmuşdur:

"Ey Rəsulullah! Allahın: “İri gözlü hurilərdir” (Vaqiə surəsi, 22) sözünü mənə izah et" dedim.
"Onlar ağ vücudlu, iri gözlü, qara quşun qanadları kimi sürməlidirlər" dedi.
"Ey Rəsulullah! Allahın: “Sanki o qadınlar yaqut və mərcandırlar” (Rəhman surəsi, 58) ayəsini izah et" dedim.
"Onlar əl dəyməmiş istiridyədəki mirvari kimi gözəldirlər" dedi.
"Ey Rəsulullah! Allahın: “O cənnətlərdə gözəl əxlaqlı, gözəl qadınlar vardır” (Rəhman surəsi, 70) ayəsini izah et" dedim.
"Onlar çox gözəl xasiyyətli və gözəl üzlüdürlər" deyə buyurdu.
"Ey Rəsulullah! Allahın: “Onlar, toz qonmamış yumurta kimidirlər” (Saffat surəsi, 49) ayəsini izah et" dedim.
"Onlar yumurtanın pərdəsi kimi ağ və incədirlər" dedi.
"Ey Rəsulullah! Allahın: “Ərlərini sevəndirlər, həmyaşıddırlar” (Vaqiə surəsi, 37) ayəsini mənasını söylə" dedim.
"Onlar dünyada qoca, gözləri iltihablı, saçları ağarmış və zəif halda öldükləri halda, Allah onları cənnətdə bakirə, ərlərinə sevən, aşiq və bir-birinə bağlı, bir-birlərinin həmyaşıdı edəcək" deyə buyurdu.
"Ey Rəsulullah! Dünya qadınlarımı üstündür, yoxsa iri gözlü hurilərmi?" dedim.
"Paltarın üzü astarından qiymətli olduğu kimi, dünya qadınları da hurilərdən qiymətlidirlər" dedi.
"Niyə ey Rəsulullah?" dedim, belə izah etdi:
"Namazları, orucları və Allaha olan ibadətlərindən ötrü, Allah onların üzlərini nurlandırar, özlərinə ipək paltarlar geydirər. Onların vücudları ağ, paltarları yaşıl, zinətləri sarı, buxurdanları mirvari və daraqları qızıldır. Onlar belə deyərlər:
"Biz burada əbədi qalacağıq. Biz sevimli və xoşbəxtik. Əsla kədərlənib sıxılmarıq. Başqa aləmə köçməyəcəyik, həmişə burada qalacağıq. Biz bu halımızdan məmnunuq və hər şeydən razıyıq. Heç kimə qəzəblənməz və hirslənmərik. Müjdə özlərinin həyat yoldaşı olduğumuz və həyat yoldaşlarımız olan kəslərədir". [Genclik ve Ölüm, səh. 422-423]

Diqqət yetirilsə Quranda (Rəhman surəsi, 70) və hədislərdə cənnət qadınlarının gözəl xasiyyətli olmalarına da diqqət çəkilmişdir. Digər bir hədisdə isə cənnətdəki insanların və yaşadıqları mühitin gözəlliyi belə təsvir edilmişdir:

Orada gözəl xasiyyətli, gözəl üzlü qadınlar vardır. (Rəhman surəsi, 70)

Başqa bir hədisdə isə cənnətdəki insan gözəlliyi belə təsvir edilmişdir:

...Hər bir hurinin əynində yetmiş qat paltar vardır ki, birinin rəngi digərində yoxdur. Həmçinin özünə digərində olmayan yetmiş fərqli rəngdəki ətir verilər. Hər biri huri üçün, mirvari ilə bəzənmiş qırmızı yaqutdan yetmiş taxt, hər taxtın üstündə yetmiş döşək, hər döşəyin üstündə isə kreslo vardır. Hər bir hurinin ehtiyacının ödənilməsi və ona xidmət göstərilməsi üçün yetmiş min xidmətçi qız və yetmiş min xidmətçi oğlan vardır. Hər bir xidmətçinin yanında, içində müxtəlif yeməklər olan qızıldan sinilər vardır ki, möminlərdən biri bir qabdakı yeməyin dadının və ləzzətinin digərindəkindən fərqli olduğunu görər... [Tezkireti'l Kurtubi, səh. 333/591]

Bir çox hədisdə isə cənnət əhlinin xüsusən üz gözəlliyinə diqqət çəkilmiş, hətta bu gözəlliklərinin həmişə artdığı xəbər verilmişdir:

Cənnət əhlinin bir bazarı vardır. Hər cümə oraya gələrlər. Birdən şimal küləyi əsər, beləliklə də, paltarlarını və üzlərini oxşayar. Bunun təsiri ilə hüsn (gözəllik) və camalları (üz gözəlliyi) artar. Beləliklə ailələrinə, daha da gözəlləşmiş halda qayıdarlar. Həyat yoldaşları:

"Vallah, bizim yanımızdan ayrıldıqdan sonra sizin camal və gözəlliyiniz artmış!" deyərlər. Ərləri də:
"And olsun Allaha, siz də bizdən sonra olduqca gözəlləşmisiniz" deyərlər. [(Müslim), Kutubu Sitte-14, səh. 433/16]

insan

Bu, Allah'ın yaratmasıdır. Şu halde, O'nun dışında olanların yarattıklarını Bana gösterin.
Hayır, zulmedenler, açıkça bir sapıklık içindedirler.
(Lokman Suresi, 11)

Allah gökleri ve yeri hak olarak yarattı. Şüphesiz, bunda iman edenler için bir ayet vardır.
(Ankebut Suresi, 44)

Cənnət qadınlarının nurlu gözəlliklərindən başqa bir hədisdə də belə bəhs edilir:

...Əgər cənnət qadınlarından biri yer əhlinə görünsəydi, dünyanı və içindəkiləri işıqlığa qərq edər və ikisinin arasını da gözəl qoxu ilə doldurardı... [(Tirmizi), Büyük Hadis Külliyyatı-5, səh. 409/10095]

Tanınmış İslam alimi Bədiüzzaman həzrətləri isə özündən hədislərdə təsvir edilən bu gözəlliyin necə olduğu soruşulduqda belə cavab vermişdir:

Mənası, çox gözəldir və gözəlliyi şirindir. Belə ki, bu çirkin, ölü, camid (donuq, cansız) və çoxu qışır (qabıq, xarici görünüş) olan dünyada; hüsn (gözəllik) və camal (üz gözəlliyi), təkcə gözə gözəl görünüb ülfətə (vərdiş) mane olmazsa kifayət edər. Halbuki gözəl, həyatdar (canlı), rövnəqdar (gözoxşayan gözəllik), tamamilə qışırsız (qabıqsız), lüb (öz) və qabıqsız iç olan cənnətdə; göz kimi insanın bütün duyğuları, lətifələri (xoş sözləri), cinsi-lətif (yumşaq, xoş) olan hurilərdən, hurilər kimi və daha gözəl, dünyadan gələn cənnətdəki nisayi-dünyəviyyədən (dünya qadınlarından), ayrı-ayrılıqda hissi-zövqlərini, cürbəcür ləzzətlərini almaq istəyərlər... Deməli, hurilər cənnətin əqsamı (hissələri) zinətindən yetmiş tərzini, təkcə bir növdən olmadığından bir-birini sətrətməyəcək (örtməyəcək, qapamayacaq) surətdə geydikləri kimi; öz vücudlarından, nəfs və cisimlərindən, bəlkə, yetmiş mərtəbədən əlavə ayrı-ayrı hüsn (gözəllik) və camal (üz gözəlliyi) əqsamını (hissələrini) göstərirlər. [Sözler, səh. 469-470]

Geyimlərin Gözəlliyi Və Müxtəlifliyi

Keyfiyyətli parçalardan hazırlanmış rahat və gözəl paltarlar geymək hamının xoşuna gələr. Cənnətdəki müxtəlif rəng və gözəllikdəki paltarlar da insanın bu zövqünə xitab edəcək. Dünya şəraitində paltarlar nə qədər gözəl olsalar da, həmişə onlarda natamamlıq olar. Bütün geyimlər zaman keçdikcə köhnələr, rəngləri solar və insanda ilk geyindiyi vaxtlardakı kimi rəğbət hissi oyandırmamağa başlayar. Bir insanın dünyada çox sayda geyimə sahib olması da, bir əhəmiyyət kəsb etməz, çünki bu geyimdən alınan zövq insanın ömrü ilə məhdudlaşır. Ölümlə birlikdə digər bütün əşyalar kimi bunlar da geridə qoyular. Halbuki cənnət geyimləri həm qüsursuz gözəllik və müxtəliflikdə, həm də əbədidirlər. Peyğəmbərimiz (s.ə.v)-in cənnət geyimlərinin bu xüsusiyyətlərinə diqqət çəkdiyi bir hədisi belədir:

...Orada böyük köşklər, enli çaylar, bol və yetişmiş meyvələr, gözəl və dilbər zövcələr (qadın, həyat yoldaşı), bir çox daimi və gözəl rəngli paltarlar vardır. Ora uca, gözəl və qüsursuz bir yurd olub, təmiz həyat yaşanılan yerdir... [Ramuz el-Ehadis-1, səh. 170/1]

Həmçinin bu paltarlar elə boldur ki, heç kim əskiklik və ehtiyac hiss etməyəcək. Bir hədisdə bu vəziyyətə belə diqqət çəkilmişdir:

...Onların içində hər hansı şeyi əskik olan bir nəfər yoxdur ki, gördüyü insanın əynindəki bəzəkli paltarlardan ötrü narahatçılıq hissi keçirsin. Sözünü bitirmədən əyni daha gözəl paltara bürünər... [Tezkireti'l Kurtubi, səh. 325-326/563]

Cənnət əhlinin geyimləri də ən rahat olacaqları şəkildə yaradılmışdır. Geyilən paltarlar, cənnətdəki qüsursuzluq və gözəllik içində heç bir narahatlığa səbəb olmaz. Cənnətdə dünyaya məxsus nöqsanlar (paltarın rənginin solğunlaşması, qırışması, çirklənməsi, köhnəlməsi və s.) da yoxdur. Həmçinin cənnətdə paltarların toxunması, tikilməsi kimi hazırlıq mərhələləri də yoxdur. Cənnətdə Allahdan bir nemət olaraq hər şey həmişə ən mükəmməl halıyla mövcuddur. Cənnətdəki möminlərin paltarları ilə əlaqədar xəbər verilən digər təfərrüatlar belədir:

...Cənnət geyimləri toxunmaz. Cənnətin meyvələri yarılar və ondan paltar çıxar... [Tezkire-i Kurtubi-1, səh. 21]

Cənnətdəki xurma ağaclarının qolları yaşıl zümrüddür. Budaqları qırmızı qızıldır. Yarpaqları cənnət əhli üçün geyiləcək paltarlardır. Onun bir qismi qısa (alt), bir qismi də içi astarlı üst paltarlarıdır... [Tezkireti'l Kurtubi, səh. 314]

...Əynində yetmiş qat paltarı olar. Ən aşağısı Tuba ağacından hazırlanmış, lalə kimi... [Ramuz el-Ehadis-1, səh. 99/8]

Ayələrdə də cənnətdəki paltarların ipəkdən hazırlandıqları və bəzəkli olduqları belə xəbər verilmişdir:

Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. (İnsan surəsi, 21)

Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədilər, libasları da ipəkdən olar. (Həcc surəsi, 23)

Cənnətdəki Təbiət Gözəlliyi

İnsan ruhu estetikadan, simmetriyadan, gözəllikdən, təmizlikdən, nizamdan, rəng uyğunluğundan, bir sözlə, mükəmməllikdən zövq alacaq şəkildə yaradılmışdır. Necə ki, təbiətdəki bütün rənglər və təsvirlər də insanın ruhundakı bu zövqə xitab edən ən yaxşı uyğunluğa və gözəlliyə sahibdirlər.

İnsanlar dincəlmək üçün həmişə təbii gözəlliklərlə əhatələnmiş məkanları seçərlər. Yaşıllıq, meşəlik, dəniz kənarı və ya çay sahili kimi yerlərdə təmiz hava, torpaq və su ilə yaxın təmasda olmaq insanlara hüzur və xoşbəxtlik gətirər.

Günəş şüalarının, təmiz havanın daxil olmadığı, təbii gözəlliklərdən uzaq mühitlər isə adətən insanların xoşuna gəlməz.

İnsanın təbii gözəllik axtarmasının səbəblərindən biri, Allahın insanı cənnət gözəlliklərindən zövq alacaq şəkildə yaratmış olmasıdır. İnsan xəbəri olsa da, olmasa da əslində cənnət nemətlərinə qovuşmağı ümid edər. Ayələrdə cənnətin təbii gözəlliklərlə dolu olacağı belə xəbər verilir:

Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün altından çaylar axan cənnətlər vardır. Məhz, bu, böyük “qurtuluş və xoşbəxtlik”dir. (Büruc surəsi, 11)

Cürbəcür “incəliklərə və gözəlliklərə” (və ya hər növdə olan sıx ağaclara) sahibdirlər. (Rəhman surəsi, 48)

Cənnət Ağacları

Ağaclıq məkanlar, insanların içində olmaqdan zövq aldıqları yerlərdəndir. Onlar hər nə qədər binaların sıx yerləşdiyi şəhər mərkəzlərində yaşasalar da, adətən ağaclıq, yaşıllıq yerlərdə olmaq istəyərlər. Ağaclıq bir yerə aid mənzərəni izləmək və ya belə bir fotoşəklə, hətta portretə baxmaq belə insanlar üçün zövqdür. Dünyada bir çox faydası ilə birlikdə yaradılmış ağaclar, Rəbbimizin insanlara bəxş etdiyi nemətlərdəndir. Ağaclar, möhtəşəm görünüşləri, bənzərsiz növləri, müxtəlif rəngləri, sərinlik verən kölgələriylə, insanlara zövq verəcək şəkildə yaradılmışlar. Allahın; "boyları bir-biriylə yarışan və sıx ağaclı bağçalar" (Əbəsə surəsi, 30) ayəsiylə bildirdiyi ağaclar, axirətdə cənnətə məxsus üstün xüsusiyyətlərlə yaradılmışlar. Ağaclar da solmadan, qurumadan, yarpaqları tökülmədən, ehtişamlı görünüşləriylə birlikdə cənnətdə qüsursuz şəkildə yaradılmışlar. Aşağıdakı hədislərdə isə ağacların xüsusən kölgəsindən bir cənnət neməti olaraq tez-tez bəhs edilir:

Cənnətdə elə bir ağac vardır ki, bir atlı onun kölgəsi altında yetmiş yaxud yüz il qədər gedər (yenə də onun sonuna çata bilməz). O əbədiyyət ağacıdır... Cənnətdə bir ağac vardır ki, bir şəxs dörd yaşındakı bir dişi dəvə balasına, yaxud beş yaşındakı bir dişi dəvəyə minsə, sonra da ağacın dib tərəfindəki gövdəsinin ətrafında dolanmağa başlasa, hərəkətə başladığı yerə çatmadan dəvə yaşlanaraq yerə yıxılar... Onun körpə qolları cənnətin qala divarlarını aşar. Şübhəsiz ki, cənnətdəki hər bir çay o ağacın dibindən başlayır... [Tezkireti'l Kurtubi, səh. 311/513]

Cənnətdə bir ağac vardır ki, minik üstündə olan bir şəxs bir əsr boyu onun kölgəsi altında hərəkət etsə onun sonuna çata bilməz. İstəyirsinizsə bu ayəni oxuyun: "Daimi kölgəliklərdə və çağlayan suların başındadırlar". [(Tirmizi), Kütüb-i Sitte-14, səh. 427/9]

Quranda "kölgə altında olmaq"dan bir cənnət neməti olaraq belə bəhs edilir:

İman gətirib saleh əməllər işləyənləri isə altından çaylar axan, içində əbədi məskunlaşacaqları cənnətlərə daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları “nə isti, nə də soyuq tam ölçüsündə kölgəliklərdə” yerləşdirəcəyik. (Nisa surəsi, 57)

Təqva sahiblərinə vəd edilmiş cənnətin vəsfi belədir; onun ağacları altından çaylar axar və onun meyvələri də, kölgəsi də daimidir. Bu qorxub-çəkinənlərin (xoşbəxt) aqibətidir, inkar edənlərin aqibəti isə oddur. (Rad surəsi, 35)

Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. (Yasin surəsi, 56)

Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başındadırlar. (Mürsəlat surəsi, 41)

Onlar orada taxtlara söykənəcəklər. Orada nə (yandırıcı) günəş, nə də dondurucu soyuq görərlər. (İnsan surəsi, 13)

Təhrif olunmuş İncildə də cənnətdən bəhs edilərkən Qurandakı təriflərə uyğun olan; "...onları nə gün, nə də yandırıcı istilik vuracaq" cümləsi qeyd olunur. (Yuhanna'ya Gelen Esinleme, 7-ci hissə, 16)

Cənnətdəki təbii gözəlliklərin təsvir edildiyi bir çox hədisdə tuba ağacından və onun xüsusiyyətlərindən bəhs edilir. Peyğəmbərimiz (s.ə.v) bu ağacı belə təsvir edir:

...Tuba cənnətdə olan bir ağacdır. Yüz illik bir ağacın tutduğu qədər yer tutar və cənnət paltarları da onun tumurcuqlarından hazırlanar. [Ramuz el-Ehadis-2, səh. 313/7]

Tuba ağacı bənzərsiz xüsusiyyətlərə və görünməmiş enliyə malikdir. Bununla yanaşı dünyadakı səbəblərin hakim olmadığı cənnət mühitində cənnət paltarlarının da bu ağacdan hazırlandığı ifadə edilir. Peyğəmbərimiz (s.ə.v) başqa hədislərində cənnətdəki ağacları belə təsvir edir:

...Cənnət ağaclarının dib gövdəsi mirvari və qızıl, yuxarısı da meyvədir. [Tezkireti'l Kurtubi, səh. 315/523]

Cənnətdə elə bir ağac yoxdur ki, qızıl gövdəli olmasın. [(Tirmizi), Kütüb-i Sitte-14, səh. 427/10]

Cənnətdə Allahın bənzərsiz, sonsuz yaratmasına şahid olacağımız üçün hər şey mümkün ola bilər. Məsələn, cənnət ağaclarının meyvələri yaqut, almaz, sapfir kimi qiymətli daşlar formasında görünüb, ələ alındığı vaxt yeyiləcək hala gələ bilər.

Cənnətdəki ağacların mahiyyətini soruşan bir səhabəyə Peyğəmbərimiz (s.ə.v)-in belə dediyi rəvayət edilmişdir:

Bu ağacların qolları qurumaz, yarpaqları tökülməz, suyu çəkilib getməz, meyvəsi tükənməz. [İlahi Dinlerde Cennet İnancı, səh. 54]

Cənnətdəki Çaylar Və Dənizlər

Su mənbələri olduqları əraziyə bərəkət gətirər, oranı canlandırıb təmizləyərlər. Həmçinin suya yaxın məkanlarda iqlim şəraiti də həm yaşamaq üçün daha əlverişlidir, həm də insanların xoşlayacağı mülayimlikdədir. Məhz buna görə də, insanların istirahət etmək üçün seçdikləri yerlər də dəniz, göl və ya çay kənarlarına yaxın yerlər olar. Necə ki, Quranda təqvalı insanların Allahdan bir nemət olaraq; "cənnətlərdə və çeşmələr başında" (Hicr surəsi, 45) olduqları bildirilmişdir.

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində cənnətdəki çaylardan tez-tez bəhs edilir:

Cənnət çayları, müşk dağlarının yaxud müşk təpələrinin altından başlayar. [Tezkireti'l Kurtubi, səh. 307/501]

Cənnətdə, bal dənizi, şərab dənizi, süd dənizi və su dənizi vardır. Digər çaylar bunlardan başlayacaq. [(Tirmizi), Büyük Hadis Külliyatı-5, səh. 409/10097]

Hədisdə cənnətdə baldan, süddən, şərabdan dənizlərin olacağından bəhs edilir. Lakin burada bəhs edilən süd, bal və şərab dünyadakından çox fərqli, cənnətə məxsus xüsusiyyətlərlə yaradılıb. Cənnətdə bunların hər biri tərtəmiz, ləzzətli və rahatlıq verən içkilərdir. Məsələn, cənnətdə təqdim edilən şərab dünyadakı şərablara bənzəmir. Cənnət əhlini sərxoş etməyəcək və içənlərin şüurunu bulandırmayacaqdır. Allahın cənnət üçün hazırladığı içki, "ağappaq, içənlərə ləzzət verən (bir içki)dir. O nə narahatlıq verər, nə də ondan məst olarlar" (Saffat surəsi, 46-47) ayələriylə Quranda təsvir edilir.

Həmçinin bu nümunələr (süd, bal və şərabdan olan çaylar) cənnətdə Allahın özlərindən razı qaldığı qullarını gözləyən çox fərqli gözəlliklərin ola biləcəyinə işarə edir. Süd tez xarab olan bir qida olmasına baxmayaraq, cənnətdə süddən dəniz və çayların olması oradakı nemətlərin mükəmməliyinə aid diqqətçəkən bir nümunədir. Cənnət əhli istədiyi təqdirdə belə təsvirlərin yaradılması Allah üçün çox asandır.

Bu nemətlər təsvir edilərkən çay və dəniz ifadələrindən istifadə edilməsi də xüsusən cənnətdəki bolluğu vurğulayır. İnsanlar bu nemətləri dünya həyatında daim az miqdarda görürlər. Bankalarda, şüşə qablarda və ya fərqli qablarda satın aldıqları bu məhsulların cənnətdə ehtiyyat şəklində qarşılarına çıxması, xarab olmadan, çirklənmədən, mümkün ola biləcək ən mükəmməl ləzzətdə özlərinə bol-bol şəkildə verilməsi həyəcan verən bir nemət və gözəllikdir.

Quranda da bu çayların xüsusiyyətlərindən ətraflı şəkildə bəhs edilir:

manzara

Takva sahiplerine va'dedilen cennetin misali (şudur):
İçinde bozulmayan sudan ırmaklar, tadı değişmeyen sütten ırmaklar, içenler için lezzet veren şaraptan ırmaklar ve süzme baldan ırmaklar vardır ve orda onlar için meyvelerin her türlüsünden ve Rablerinden bir mağfiret vardır...
(Muhammed Suresi, 15)

Təqva sahiblərinə vəd edilən cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Allah tərəfindən bağışlanma gözləyir… (Məhəmməd surəsi, 15)

Ayədə süd, bal, şərab kimi bir neçə nemət nümunə kimi verilmişdir. Lakin insanın xoşladığı hər hansı bir nemətin çay halında axması, su kimi bol və təmiz olması, xarab olmadan qalması da mümkün ola bilər. Həmçinin Allah cənnətdə içkilərin qədəhlərlə təqdim edildiyini və bu içkinin cənnət əhlinin başlarını ağrıtmayacağını, bundan məst olmayacaqlarını bildirir.

Allah digər bir ayədə; "çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır" (Saffat surəsi, 45) deyə buyurur. Möminlər üçün cənnətdə; "sonu müşk, qatışığı isə təsnim bulağından olan, möhürlü, xalis bir şərab" (Mutaffifin surəsi, 25-27) hazırlanmışdır (təsnim: cənnətdəki bulaqlardan birinin adıdır).

Ayələrdə də bildirildiyi kimi bu içkilər eyni zamanda gözəl iyə də malikdir. Eyni zamanda cənnətdə dənizlərin altında, çayların dibində bizim təssəvvür edə bilmədiyimiz fövqəladə gözəlliklər ola bilər. Allah istəyən şəxsin nəfəs alma problemi olmadan suya daxil olmasına, çılpaq gözlə aydın şəkildə dəniz altındakı gözəllikləri görməsini mümkün edə bilər. Dünyada təkcə sənədli filmlər sayəsində öyrənilən dənizaltı gözəlliklər, cənnətdə möminlərin asanlıqla görə biləcəkləri və çox zövq alacaqları şəkildə ola bilər.

Cənnət Torpağının Gözəlliyi

Cənnət torpağının gözəlliyi Peyğəmbərimiz (s.ə.v)-in hədislərində belə ifadə edilmişdir:

Cənnətin əkiləcək ağaclarını çox əkin. Çünki onun suyu şirin, torpağı gözəldir... [Ramuz el-Ehadis-1, səh. 72/14]

Cənnət binalarının bir kərpici qızıl, bir kərpici gümüş, qarışığı müşk, çınqılı isə mirvari və yaqut, torpağı isə zəfərandandır... [Ramuz el-Ehadis-1, səh. 200/6]

Hədisdə cənnət torpağı, zəfəran adlı, qiymətli bir bitkidən əldə edilən bir ədviyyata bənzədilmişdir. Bu bitki vanilinə bənzər ətri, canlı, parlaq qızıl sarısı rəngi ilə ədviyyatlar arasında olduqca xüsusi yerə malikdir. 1 kq zəfəran əldə etmək üçün 70.000-250.000 çiçək toplamaq lazımdır. Hal-hazırda zəfəran istehsalı hər keçən gün azalır. Buna təsir edən ən mühüm amil isə bitkinin yetişdirilməsindəki çətinlikdir. Çünki zəfərandan 3-4 il kimi müddətdə məhsul götürülür. Dünya şəraitində yetişdirilməsi çox çətin və zəhmətli olan bu qiymətli bitkinin, cənnətdə torpağı meydana gətirəcək qədər bol miqdarda olması orada nemətin bol şəkildə olacağına işarə edir (doğrusunu Allah bilər).

Cənnətdəki Genişlik

Allah cənnət əhlini cənnətdə yerləşdirdiyi vaxt, geridə geniş məkan qalar. Allah orada, hər biri, yaradıldığından yox olacağı günə qədər, dünyadan daha böyük olan, üç yüz altmış aləmi yerləşdirər. [Ramuz el-Ehadis-1, səh. 30/5]

Peyğəmbərimiz (s.ə.v)-in bu hədisində diqqət çəkdiyi kimi cənnətdə genişlik, rahatlıq vardır. Quranda cəhənnəm üçün təsvir edilən dar yerlərin, izdihamın tam əksinə cənnət geniş məkanlardan ibarətdir. Çünki insan ruhu, ətrafının açıq olmasından, rahat məkanlardan xoşlanacaq şəkildə yaradılmışdır. Quranda cənnətin genişliyindən belə bəhs edilir:

Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə qovuşmaq üçün yarışın. (Ali İmran surəsi, 133)

Cənnətdəki Gözəl Qoxular

Gözəl qoxu Allahın insanlara verdiyi çox böyük nemətdir. Lakin dünyada ən gözəl qoxunun təsiri belə, çox qısa müddət davam edər. Qoxu molekullarının havada yayılması və burnun da bir müddət sonra bu qoxuya alışması bu nemətdən alınan zövqü məhdudlaşdırar. Dolayısilə qoxunun gözəlliyi qədər, öz təsirini saxlaması da əhəmiyyətlidir. Peyğəmbərimiz (s.ə.v) hədislərində cənnətdəki qoxuların gözəlliyinə və təsirinə belə işarə etmişdir:

Cənnət qadınlarından biri yer üzünə baxsa, yer üzü müşk qoxusuyla dolar və üzünün nuru Günəş və Ayın işığını söndürər. [Ramuz el-Ehadis-2, səh. 355/5]

Əgər bir huri barmaqlarından birini dünyaya göstərsə (yer-göy əhli) hər bir canlı, onun qoxusunu hiss edərdi. [Ramuz el-Ehadis-2, səh. 355/4]

Cənnətin qoxusu beş yüz illik yerdən hiss edilər. Axirət əməli ilə dünyanı tələb edən bir kimsə cənnətin bu qoxusunu hiss edə bilməz. [Ramuz el-Ehadis-1, səh. 292/3]

Peyğəmbərimiz (s.ə.v): “qidalar ən təravətli və ən gözəl qoxulara malikdir" hədisiylə də cənnətdəki qidaların qoxularındakı gözəlliyi xəbər verir. [Kütüb-i Sitte-14, səh. 448/3]

Qidaların ləzzətini hiss etməyimizdə qoxunun çox böyük payı vardır. Məsələn, bişən bir kakaolu keksin cəlbedici olmasının səbəbi, ətrafa yayılan kakao və vanil qoxusudur. Eynilə manqalda bişən ətdən, portağaldan, pomidordan, qəhvədən və ya başqa bir qida və içkidən zövq almağımızdakı səbəblərdən biri bu qida və içkilərdəki qoxudur. İybilmə duyğumuz olmasaydı yediklərimizi bir-birindən ayırd etməyimiz, hər birindən ayrı-ayrı ləzzət almağımız da mümkün olmazdı. Bu baxımdan qoxunun nemətlərin ləzzətindən alınan zövqü tamamlayıcı cəhəti vardır.

Cənnətdəki qoxuların gözəlliyindən bəhs edilən digər bir hədis isə belədir:

...Birdən şimal küləyi əsər ki, onların üzlərinə və paltarlarına ən gözəl qoxuları yayar. [Tezkireti'l Kurtubi, səh. 325/562]

Bir hədisdə də qoxusuyla diqqət çəkən bitkilərdən belə bəhs edilir:

Şübhəsiz ki, xına (boyası və qoxusu) cənnətdəki qoxuların şahıdır... Allah cənnəti yaratdığı vaxt onu (gözəl) reyhan qoxusu ilə bürüdü, reyhan qoxusunu da hər tərəfdən xına (qoxusu) ilə bürüdü... [Tezkireti'l Kurtubi, səh. 342/619]

Hədislərdə bəhs edilən reyhan gözəl qoxusuyla tanınan bir bitkidir. Lakin bizim bildiyimiz, tanıdığımız qoxular da cənnətdə xeyli fərqli, çox xoşlayacağımız şəkildədir (doğrusunu Allah bilər).

Həmçinin cənnət mühitindəki qoxular insanlara zövq verən bir nemət olmaları üçün yaradıldıqlarından, dünyada tez-tez təmasda olduğumuz xoşagəlməz qoxuların heç biri orada olmayacaq. Bu cür qoxular insanlara dünyanın çatışmazlıqlarını xatırladan, onların cənnət mühitini arzulamalarına vəsilə olan dünyaya məxsus qüsurlardır. Cənnətdə bu cür qüsurlar aradan qaldırıldığı kimi, hər yeri də insan ruhunun zövq alacağı xoş qoxular bürüyəcəkdir. Necə ki, Peyğəmbərimiz (s.ə.v) bir hədisində cənnət üçün; "...hər tərəfindən gözəl qoxular yayılır..." deyə bildirmişdir. [Ramuz el-Ehadis-1, səh.170/1]

Cənnətdə Səs Və Söhbətlərdəki Gözəllik

Dünyada Quran əxlaqından uzaq yaşayan insanların keçirdikləri kədər, narahatlıq hislərinin yaranma səbəblərinin başında hər an qarşılaşdıqları ürəksındıran, alçaldıcı, vəsvəsə verən, ümidsizliyə sövq edən, dürüst olmayan, neqativ söhbətlər gəlir. Necə ki, söhbətlərdəki ən kiçik mənfi hal belə, ən gözəl mühiti narahatedici hala gətirə bilər. Eyni zamanda səmimi-qəlbdən deyilən xoş bir söz, söylənilən qürurlandırıcı, şövqləndirici, cəsarət və ümid verici bir söz, edilən səmimi və dürüst bir söhbət, bəzən insanın ətrafındakı maddi nemətlərdən xeyli əhəmiyyət kəsb edər. İnsanlar dünya həyatında narahatlıq hissi keçirəcəkləri söhbətlərlə tez-tez qarşılaşarlar. Halbuki Allah cənnətdə bunun olmadığını, möminlərin olduqca rahat mühitlərdə qarşılıqlı söhbət etdiklərini bizə xəbər verir. Allahın sevdiyi və cənnətinə qəbul etdiyi səmimi qullarıyla söhbət etməklə yanaşı, hər cür yalandan, boş və pis söhbətlərdən uzaq olmaq möminlər üçün çox böyük nemət olacaq. Allah bir ayədə bunun bəndələri üçün çox böyük lütf olduğunu bildirir:

Onlar orada nə “boş və mənasız söz”, nə də yalan eşidərlər. Bu Rəbbindən verilən əvəz olaraq yetərli lütfdür. (Nəbə surəsi, 35-36)

Peyğəmbərimiz (s.ə.v) də cənnətdəki söhbətlərin gözəlliyinə belə diqqət çəkmişdir:

Cənnət əhli elə bir kimsədir ki, Allah onun iki qulağını insanların özünə dediyi tərifiylə doldurar və o da onu eşidər. Cəhənnəm əhli isə elə bir kimsədir ki, Allah onun iki qulağını insanların özünə dedikləri pis sözləriylə doldurar və o da bunu eşidər. [Ramuz el-Ehadis-1, səh. 155/2]

Həmçinin hədislərdə möminlərin dünyadakı səmimi söhbətlərinin axirətdə də davam etdiyi bildirilir. Cənnətdə möminlərin öz aralarında söhbət edərkən dünya həyatlarında etdiklərini yada saldıqlarından bir hədisdə belə bəhs edilir:

Cənnət əhli cənnətdə yerləşdiyi vaxt qardaşlardan bəziləri digərlərini görmək istəyər. Birinin taxtı digərinin taxtının yanına, yaxınlıqdakının taxtı da digərinin taxtının yanına gedər. Onlar görüşdükdə hər ikisi də yaslanar və dünya həyatında aralarında keçən şeyləri qarşılıqlı surətdə danışmağa başlayarlar. Biri belə deyər: "ey qardaşım, yadındadırmı biz dünyada filan məsciddə olarkən Allaha dua etmişdik, məhz Allah da bizi bağışladı". [Ramuz el-Ehadis-1, səh. 29/12]

Cənnətdəki Səs Gözəlliyi

Cənnətdə, səs gözəlliyi də möminlərə ayrı bir nemət olaraq verilir. Həddindən artıq gur səs, cırıltılı musiqi, gurultulu mühit, çox uca səslə işləyən bir mühərrikin səsi və ya bir siqnal səsi qısa müddət davam etsə belə içində olduğumuz mühiti narahatedici hala gətirər. Necə ki, qışqırıq, fəryad, güclü əzab və ya ağrının təsiriylə çıxan səslər də insanlara cəhənnəmi xatırladan səslərdir. Peyğəmbərimiz (s.ə.v)-in hədislərdə bildirdiyinə görə cənnətdə, həm hər kəsin öz səsi çox gözəl olacaq, həm də qulaqlarına gələn hər səs özlərinə xoş gələcək (doğrusunu Allah bilər). Hədislərdə cənnətdəki səs gözəlliyinə belə diqqət çəkilmişdir:

Cənnətdə hurilərin toplanma yerləri vardır. Səslərini qaldıracaqlar və varlıqlar onlarınkı qədər gözəl səsi o vaxta qədər heç eşitməmiş olacaqlar... [(Tirmizi), Büyük Hadis Külliyatı, səh. 409/10099]

Cənnətə girən hər kəsin baş və ayaq ucunda iki huri dayanar və insanların və cinlərin eşitdiyi ən gözəl səslə şeir oxuyarlar... [Ramuz el-Ehadis-2, səh. 384/7]

Cənnətdəki Əbədi Həyat Və Gənclik

İnsanın ömrü orta hesabla 60-70 ildir. Bu olduqca qısa müddətdir. Necə ki, Quranda axirət günü dünya həyatları haqqında açıqlama verən kəslərin ifadələri də bu istiqamətdədir.

Dedi: “Yer üzündə neçə il qaldınız?”. Dedilər: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən sayanlardan soruş”. (Muminun surəsi, 112-113)

Halbuki insanlar cənnətdə əbədi yaşayacaqlar. Allahın; "onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar..." (Duxan surəsi, 56) ayəsində bildirdiyi kimi adam həm ölümsüz olacaq, həm də içində olduğu nemətlər əsla tükənməyəcək. Əbədi sözüylə asanlıqla ifadə etdiyimiz bu anlayış üzərində yaxşı şəkildə düşünmək lazımdır. Çünki nəzərdə tutulan yüz, min və ya milyon il deyil, sonu olmayan bir müddətdir. Dolayısilə cənnətdə heç kimin dünyada olduğu kimi vaxtla əlaqədar hesabı, düşüncəsi olmayacaq. Bitən və ya azalan bir ömür də olmayacaq. Allah bu həqiqəti bir ayədə belə bildirir:

Xoşbəxtlərə gəldikdə isə, onlar cənnətdədirlər. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, tükənməz bir sovqatdır. (Hud surəsi, 108)

Başqa bir ayədə isə Allah cənnət əhli üçün; "ətraflarında əbədi yaşayan gənclər fırlanar" (Vaqiə surəsi, 17)deyə buyuraraq gəncliyin və ölümsüzlüyün cənnətdə bir nemət olaraq yaşandığına diqqət çəkir.

Cənnətdəki əbədi həyat hədislərdə belə xəbər verilir:

Cəhənnəm əhlinə deyilsəydi ki, "dünyadakı daşların sayı qədər cəhənnəmdə qalacaqsınız" buna sevinərdilər. Cənnət əhlinə də deyilsəydi ki, "daşların sayı qədər qalacaqsınız" kədərlənərdilər. Lakin onlara əbədiyyət layiq görüldü. [Ramuz el-Ehadis-2, səh.358/6]

...Oraya girən insana nemətlər ehtiyacı olmadan gələr. Orada əbədi yaşayar. Ölməz, paltarı köhnəlməz və gəncliyi də əldən getməz. [Ramuz el-Ehadis-1, səh. 200/6]

...Ora girən xoşbəxt olar, ümidsiz olmaz, əbədi yaşayar, ölməz. Nə geydikləri köhnələr, nə də gənclikləri tükənər. [Büyük Hadis Külliyatı-5, səh. 408/10088]

İncildə isə əbədi həyatla bağlı belə yazılmışdır:

Canını sevən, onu itirər. Lakin bu dünyada canını gözdən çıxaran, onu əbədi həyat üçün qoruyacaq. (Yuhanna, 12-ci hissə, 25)

...Özünüzü olduqca müqəddəs olan imanınız əsasında inkişaf etdirin... Sizi əbədi həyata qovuşduracaq olan mərhəmətini gözləyərkən özünüzü Allahın sevgisində qoruyun. Bəzi qərarsız kəslərə mərhəmət edin. Bəzilərini oddan çəkib xilas edin... Xilaskarımız olan vahid Allah, sizi düşməkdən qoruyacaq və Öz uca hüzuruna böyük sevinc içində təmiz halda çıxardacaq gücdədir... (Yahuda'nın Mektubu, 20-24)

...Aranızda geyimlərini ləkələməmiş bir neçə insan var ki, onlar ağ geyimlər içində mənimlə birlikdə yeriyəcəklər. Çünki buna layiqdirlər. Qalib gələn, beləcə ağ geyimlər geyəcək. Beləsinin adını ömür kitabından heç silməyəcəyəm... (Yuhanna'ya Gelen Esinleme, 3-cü hissə, 4-5)

...Dünya yaranandan bəri sizin üçün hazırlanmış olan azadlığı miras götürün... Bunlar əbədi əzaba düçar olacaq, dürüstlər isə əbədi həyata qovuşacaqlar. (Matta, 25-ci hissə, 34-46)

Bir insan dünyada nə qədər gözəl, nə qədər zəngin, nə qədər sağlam olsa da ölümdən qaça bilməyəcəkdir. Dolayısilə insan dünya şəraitində hər şeyə hər kəsdən çox sahib olsa da bunların yox olacağı, onları əskik hala gətirər. Dünyadakı nemətlərin müvəqqəti olmasının bir hikməti də bu nemətlərin cənnətdəki əslini istəməyimiz üçündür. Dünyada gördüyümüz bütün gözəlliklər, aldığımız bütün zövqlər həm qüsurlu, həm də müvəqqətidir. Halbuki cənnətdəki bu nemətlər zamandan və səbəblərdən asılı olmadan yaradılmışdır. Dolayısilə cənnətdəki nemətlər daimi olacaq. Allah ayələrdə cənnətdə yaşanılan bu əbədiliyi belə müjdələyir:

Rəbbi Öz tərəfindən onları mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələyir. Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, ən böyük mükafat Allahın yanındadır. (Tövbə surəsi, 21-22)

Onlar orada əbədi qalacaq və oranı tərk etmək istəməyəcəklər. (Kəhf surəsi, 108)

Cənnətdəki Əbədi Gənclik

Quran əxlaqından uzaq yaşayan kəslər hələ gənclik illərindən etibarən yaşlanma qorxusu içində yaşayarlar. Bir tərəfdən yaşlılığın gətirdiyi xəstəlikləri, acizlikləri düşünər, digər tərəfdən də bu vəziyyətdə özlərinə baxacaq birinin olub-olmayacağı mövzusunda narahatlıq hissi keçirərlər. Bu və bənzəri narahatlıqlar keçirən çox sayda insan yaşlılıq mövzusuna çox bədbin baxar.

İnsan vücudunda 20-li yaşlardan etibarən hüceyrələrin yenilənmə sürəti zəifləyər və dəri əvvəlki elastikliyini itirməyə başlayar. Sonrakı illərdə də bu köhnəlmə gözlə görülən hala gələr. Bu vəziyyət insanlarda ciddi narahatlıq meydana gətirər. Gəncliklərinin əllərindən getməsinə tamaşaçı qalmaqdan ötrü kədərlənərlər. Əlbəttə ki, iman etməyən kəslər bu vəziyyətə düşər. Çünki möminlər müvəqqəti dünya həyatında qarşılaşa biləcəkləri bütün çatışmazlıqlar, xəstəliklər və acizliklər qarşısında Allaha təvəkkül edərlər. Bir ibadət olaraq mümkün olan hər səbəbə sarılar, din əxlaqından uzaq yaşayan insanların əksinə hər cür qorxu və narahatlıqdan uzaq həyat yaşayarlar. Həmçinin dünyadakı gözəlliklərin xüsusən əskik və qüsurlu yaradıldıqlarını, əsil həyatın axirətdəki sonsuz həyat olduğunu bilər, cənnətə qovuşmaq üçün səy göstərər və bunu ümidi edərək yaşayarlar.

Dünya həyatı müvəqqəti yurddur. Allah bütün nemətlərin əslini axirətdə yaradacaq və səmimi qullarına verəcək. Cənnətdə insanlar həmişə gənc, gözəl, sağlam və gümrah olacaqlar.

Üstəlik bir insan dünya şəraitində nə qədər uzun yaşasa, yaşlanma əlamətləri nə qədər gec başlasa və ya nə qədər sağlam olsa da bir gün mütləq öləcək. Halbuki həm Quran ayələrində, həm də Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, cənnət neməti olaraq gəncliyin əbədiyyən davam edəcəyi vurğulanmışdır:

Cənnətə sürməli və saqqalsız olaraq Yusif (ə.s) kimi gözəl, Əyyub (ə.s) kimi mehriban və otuz yaşlarındakı gənclər olaraq girəcəksiniz. [Ramuz el-Ehadis-1, səh. 249/15]

Kiçik yaşlı uşaqdan başlamış yaşlılara qədər bütün insanlar, otuz üç yaşındakı övladları olaraq, Adəm (ə.s) yaradılışında və Yusif (r.ə) gözəlliyində, Əyyub (ə.s) əxlaqında sürməli və bəzəkli halda həşr edilər (və bu vəziyyətdə cənnətə girərlər). [Ramuz el-Ehadis-2, səh. 507/6]

Otuzlu yaşlar insanın kamilləşdiyi, üz ifadəsi, danışıq, hal və rəftar baxımından gəncliyin mümkün ola biləcək ən gözəl dövrüdür. Lakin unutmamaq lazımdır ki, cənnətdəki gümrahlıq və gənclik də dünyadakından çox fərqlidir. Çünki dünya şəraitində gənc bir insan da bir çox acizlik içində yaşayar. Allah cənnət əhlini axirətdə hər cür nöqsandan, qüsurdan uzaq yeni bir yaradılışla yaratmışdır. Allah bu cənnət nemətini bir ayədə belə bildirmişdir:

Ətraflarında həmişə gənc və gümrah olan cavanlar fırlanar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını güman edərsən. (İnsan surəsi, 19)

Çevrelerinde (gençlikleri ve dinçlikleri) ebedi kılınmış civanlar dolaşır-durur; sen onları gördüğün zaman saçılmış birer inci sanırsın.
(İnsan Suresi, 19)

Cənnət Əhlinin Həmyaşıd Olması

Cənnət əhlinin həmyaşıd olması Allahdan verilən böyük nemətdir. Yaş fərqi din əxlaqından uzaq yaşayan insanlar arasında çox vaxt yola getməzliyə və ünsiyyətsizliyə səbəb olar. Çox vaxt bir-birləriylə eyni yaşda olan insanlar öz aralarında daha rahat olduqları üçün qruplar əmələ gətirərlər. Əlbəttə ki, bu vəziyyət müsəlmanlara aid deyil. Müsəlmanlar hansı yaşda olsalar da bir-birləriylə olduqca yaxşı yola gedər, özlərindən kiçik və ya böyük hər yaşdakı insanla asanlıqla dostluq əlaqəsi qura bilərlər. Müsəlmanların cənnətdə bir-birləriylə həmyaşıd olaraq yaradılmaları isə Allahdan verilən ayrı nemət və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) bir hədisində cənnət əhlinin yaşlarının əbədiyyən dəyişməyəcəyini xəbər verir:

Bir kəs behiştlik olaraq öldükdə, böyük və ya kiçik, yaşı nə olsa da, otuz yaşında biri olaraq cənnətə girər və artıq bu yaş əbədiyyən dəyişməz. Cəhənnəmə girəcək kəslər üçün də vəziyyət belədir. [(Tirmizi), Kütüb-i Sitte-14, səh. 450/5]

Quranda cənnətdəkilərin həmyaşıd olduqlarına diqqət çəkilən digər ayələr isə belədir:

Onları bakirə qızlar etdik, ərlərini sevən, həmyaşıdlar. (Vaqiə surəsi, 36-37)

Cənnətdə Istənilən Hər Şeyin Olması

Kainatda mövcud olan hər şey Allahın sonsuz gücünü və sonsuz ağlını əks etdirir. Allah dünyada imtahanın bir tələbi olaraq hər şeyi bir qanun əsasında yaradır və bütün olub bitənləri insan ağlının qavraya biləcəyi məqbul səbəb-nəticə əlaqələri içində göstərir. Buna görə insanlar bir meyvə gördükləri vaxt bunun bir toxumdan əmələ gələn ağacın müəyyən vaxtdan sonra verdiyi meyvə olduğundan şübhə etməzlər. Əlbəttə ki, Allahın qanununa görə meyvənin dünyadakı mövcud olma səbəbi budur, lakin unutmamaq lazımdır ki, Allah istədiyi təqdirdə bütün kainatı səbəblərdən asılı olmadan da yarada bilər.

Allah istədiyini istədiyi formada və zamanda, nümunəsiz olaraq yaradan və heç nəyə ehtiyacı olmayandır. Dolayısilə Allahın yaratması üçün heç bir səbəbə, vasitəyə, mərhələyə ehtiyac yoxdur. Dünyada hər şeyin müəyyən səbəblərdən, təbiət qanunlarından asılı olması insanları təəccübləndirməməlidir. Allah bütün bu səbəblərin yaradıcısı olub, bunlardan tamamilə uzaqdır. Necə ki, cənnətdə hər şey səbəbsiz olaraq yaradılacağı üçün ağacdan qopan meyvənin yerinə dərhal yenisi gələcək, heç bir azalma olmayacaq. Səbəbləri də, nəticələri də yaradan Allahdır. Məsələn, bir ağacın kölgəsinə baxdığımız vaxt, bu kölgənin yaranma səbəbinin Günəş şüalarının əks olunma bucağı olduğunu bilərik. Kölgə Günəşin nəticəsidir, lakin Günəşi kölgənin yaranmasına səbəb edən Allahdır. Bu vəziyyət bir ayədə belə bildirilir:

Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər O istəsəydi, onu hərəkətsiz halda saxlayardı. Sonra Biz günəşi onun bələdçisi etdik. Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik. (Furqan surəsi, 45-46)

Dünyadakı hər şeyi bu şəkildə səbəb-nəticə əlaqəsi içində yaratması Allahın sənətidir və Rəbbimizin bu təcəllaları sonsuzdur. Allah hər şeyi istədiyi anda, istədiyi şəkildə yarada bilər və ya istədiyi hər formaya sala bilər. Kainatı yoxdan yaradan Allah, istədiyi vaxt da dünyada qavramağa çalışdığımız qanunları və səbəbləri aradan qaldıracaqdır. Saleh müsəlmanlar cənnətdə ağıllarına gələn, xoşladıqları hər şeyi istəyə biləcək, istəmələriylə yanaşı Allahın icazəsi ilə bunlara dərhal sahib olacaqlar. İstər özləri, istərsə də ətrafları istədikləri forma və surətdə olacaq, istədikləri hər şeyi edib, ən zövq alacaqları nemətlər içində yaşayacaqlar. Üstəlik bunların heç biri bir ehtiyacı ödəmək, bir çatışmazlığı aradan qaldırmaq, bir qüsuru örtmək məqsədiylə olmayacaq, yalnız Allahdan bir nemət və gözəllik olaraq cənnət əhlinin zövq almaları üçün olacaq (doğrusunu Allah bilər).

Bu mövzuda hədislərdə verilən nümunələrdən bir qismi belədir:

Bir insan Rəsulullah əleyhissalatu vəssəlama: "Cənnətdə at vardırmı?" deyə sual verdi. Əleyhissalatu vəssalam da:
"Allah səni cənnətə qoyduğu təqdirdə, orada qırmızı yaqutdan olan bir at üstündə gəzmək istəsən, o səni istədiyin hər yerə uçurub aparacaq" deyə buyurdu. Bundan sonra başqa biri də:
"Cənnətdə dəvə vardırmı?" deyə sual verdi. Lakin əleyhissalatu vəssalam bu insana əvvəlkinə dediyindən fərqli bir şey dedi. Belə buyurdu:
"Əgər Allah səni cənnətə qoysa, orada ürəyinin istədiyi hər şey, gözüyə xoş gələn hər şey olacaq". [(Tirmizi), Kütüb-i Sitte-14, səh. 431/14]

Hədisdə bildirilən "ürəyinin istədiyi hər şey, gözüyə xoş gələn hər şey" bizim dünyadakı baxış prizmamızla, təxəyyül gücümüzlə məhdudlaşmır. Allah Quranda; "...orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız" (Zuxruf surəsi, 71) ayəsiylə bu nemətlərin bolluğuna diqqət çəkmişdir. Bu mövzuyla əlaqəli olan digər ayələr isə belədir:

 

...Orada nəfsinizin arzuladığı və istədiyiniz hər şey sizindir. (Fussilət surəsi, 31)

...Onlar nəfslərinin arzuladıqları (saysız nemət) arasında əbədi qalacaqlar. (Ənbiya surəsi, 102)

manzara

Hamımızın dünyada istəyib də, bəzən vaxt ayıra bilməməkdən, bəzən də riskli olmasından ötrü edə bilmədiyimiz bir çox şey var. Məsələn, bəziləri üçün avtomobil və ya motosikleti yüksək sürətlə idarə etmək həyəcan verici bir zövq ola bilər, bəziləri isə uzun müddət suyun dərinliklərinə dalmaq və ya yüksək dağlarda xizək sürmək, paraşütlə yüzlərlə metr hündürlükdən tullanmaq kimi təhlükəli idmanlar etmək istəyə bilər. Lakin bütün bunlar insanın həyatını təhlükə altına salan idman növləridir.

Bir çox insan da professional surətdə musiqi aləti çala bilmək, rəsm çəkə bilmək kimi xüsusi qabiliyyətlərə sahib olmaq istəyə bilər. Bu kimi şeylər qabiliyyətlə yanaşı, bəzi hallarda bilik və uzunmüddətli təhsil tələb edir. Cənnətdəki biri isə istədiyi hər şeyə sahib ola biləcəyi üçün istədiyi anda heç bir səy göstərmədən, qabiliyyət kimi bir səbəbdən asılı olmadan belə bir imkana sahib ola bilər (doğrusunu Allah bilər).

Bir hədisdə cənnətdəki istəklərin sonsuzluğu belə vurğulanmışdır:

Rəbbi də belə buyuracaq: "...Bura, sizə bolluca nemət verəcəyim bir yerdir. Məndən nə istəyirsinizsə istəyin!"

Ondan razılıq istəyəcəklər. O da belə buyuracaq: "Onsuz da sizi bura yerləşdirən Mənim razılığımdır. Sizə daha bolluca nemət verəcəyəm, istəyin!" Arzuları bitənə qədər dayanmadan istəyəcəklər.

Quran ayələrində və hədislərdə cənnətdə Allahın istəməsi ilə nəfsin arzuladığı hər şeyin mümkün olacağı bildirilir. Dolayısilə insanların təkcə xəyal edə biləcəkləri, lakin dünyada reallaşması mümkün olmayan şeyləri yaşamaları da mümkün ola bilər. Məsələn, at üstündə uçmaq dünya şəraitində qeyri-mümkündür, lakin hədislərdə diqqət çəkildiyi kimi bu da Allahın istəyi ilə cənnətdə mümkündür. Bir hədisdə istəyən insanın uça biləcəyindən belə bəhs edilir:

Əgər sənə cənnətə girmək nəsib olsa, "qırmızı yaqutdan bir ata minim" desən minərsən. "Uçum desən uçarsan". [Ramuz el-Ehadis-1, səh. 149/5]

Digər bir hədisdə isə cənnətdəki nemət bolluğu haqqında Peyğəmbərimiz (s.ə.v) belə buyurub:

"Allah belə buyurdu: "Mən şanı böyük olan Allah, saleh bəndələrim üçün gözlərin görmədiyi, qulaqların eşitmədiyi, insanın təsəvvüründən və ağlından heç keçməyən nemətlər hazırladım". [(Buhari, Müslim, Tirmizi), Kütüb-i Sitte-14, səh. 4419/1]

Cənnətdə Istənilən Şeylərin Dərhal Olması

Dünyada gözəl bir yemək istəyən kəs, bunun üçün zəhmət çəkməli və vaxt sərf etməlidir. Heç bir səy göstərmədən, hələ ağlından keçirdiyi anda bu yeməkləri qarşısında hazır vəziyyətdə görmə ehtimalı isə nəfsinin çox xoşlayacağı şeydir. Lakin bu dünya şəraitində qeyri-mümkündür. Lakin vəd edilən cənnət mühitində satın almaq, zəhmət çəkmək və vaxt sərf etmək kimi bir çox səbəb və mərhələ aradan qalxaraq, nemətlər insanın ən çox xoşlayacağı şəkildə təqdim edilər. Bir hədisdə bu vəziyyət belə bir nümunə ilə nəql edilmişdir:

Cənnətdə sənin ürəyin quş əti istəyəcək. Dərhal qızardılmış halda qabağına gətirilib qoyulacaq. [Büyük Hadis Külliyatı-5, səh. 414/10123]

Bir rəvayətdə Peyğəmbərimiz (s.ə.v)-in belə bir hədisi xəbər verilir:

...O insanın ağlına quş ətindən yemək gələr və beləliklə də dərhal müxtəlif ət yeməkləri halında onun qabağına çatar. Cənnət əhli ondan istədiyi qədər yeyər. Doyduğu vaxt quşun sümükləri toplanar, sonra da uçar və istədiyi kimi qidalanmağa başlayar. [Tezkire-i Kurtubi-1, səh. 58]

Eyni zamanda cənnət mühitindəki biri, istədiyi hər şeyi edə biləcəyi üçün hədisdə də bildirildiyi kimi istədiyi təqdirdə işə ehtiyacı olmadığı halda, zövq üçün əkinçiliklə də məşğul olması mümkündür:

Peyğəmbərimiz (s.ə.v)-in səhrada yaşayan bir insanla danışarkən, suallarına belə cavab verdiyi rəvayət olunur:

Bir insan (cənnətdə) əkinçiliklə məşğul olmaq üçün Rəbbindən icazə istəyəcək. Rəbbi isə ona: "Sən istədiyin vəziyyətdə deyilsənmi?” deyəcək. O da belə deyəcək: "Bəli. Lakin, mən əkinçiliklə məşğul olmağı sevirəm". Ona icazə veriləcək, dərhal toxum əkəcək bir anda cücərəcək, böyüyəcək, dənələri sünbüllərdən ayrılıb, dağlar kimi məhsul yığılacaq... [(Buhari), Büyük Hadis Külliyatı-5, səh. 413/10119]

İstənildiyi Kimi Surət Dəyişdirə Bilmək

İnsanlara üzləri və fiziki görünüşləriylə əlaqədar seçim imkanı verilsə, şübhəsiz ki, hər kəs qüsursuz görünüşə sahib olmağı istəyər. Çünki insan ruhu gözəllikdən zövq alacaq şəkildə yaradılmışdır və həmişə ən qüsursuz olanı, ən mükəmməl olanı axtarar. Ən kiçik bir təfərrüatdakı qüsur belə gözünə çarpar, diqqətini çəkər. Lakin insan axtardığı qüsursuz gözəlliyi heç vaxt dünyada tam olaraq tapa bilməz. Bir insan dünyanın ən gözəl insanı da olsa, onun qaçılmaz surətdə yaşadığı acizliklər, xəstəliklər və ən əhəmiyyətlisi də bir gün öləcək olması onun bu gözəlliyinə kölgə salar. Çünki imtahanın bir tələbi olaraq dünyada demək olar ki, hər şey çatışmazlıq və qüsurlarla birlikdə yaradılmışdır. Bu çatışmazlıq və qüsurların insanların axirətə yönəlmələri və cənnət həyatını arzulamaları baxımından çox böyük xeyir və hikmətləri vardır. İnsanın xoşladığı qüsursuzluğun və gözəlliyin həqiqi yeri isə cənnətdir.

Allah insanı cənnətdə qüsursuz gözəllikdə və ən xoşlayacağı surətdə yaradacaq. Üstəlik bu gözəllik təkcə bir surətlə məhdudlaşmır. Üstün güc sahibi olan Rəbbimiz olan Allah cənnətdəki bəndələrinə istədikləri vaxt istədikləri surəti seçə biləcəkləri bir imkan verəcək, beləliklə də, cənnət əhli hər istədiyi vaxt fərqli gözəlliyə sahib ola biləcək.

Peyğəmbərimiz (s.ə.v) möminlərin cənnətdəki bazarlarda bəyəndikləri surətə girəcəklərini bir hədisində belə xəbər verir:

Cənnətdə bir bazar vardır. Lakin orada nə alış, nə də satış vardır. Yalnız kişi və qadın surətləri vardır. İnsan bu surətlərdən hansına girmək istəsə girə bilər. [(Tirmizi), Kütüb-i Sitte-14, səh. 434/17]

İstəyən Insanın Uşaq Sahibi Olması

Bir kəs uşaq sahibi olmaq istəsə, bu da yenə cənnətə uyğun asanlıq və mükəmməllik içində baş verər:

Mömin cənnətdə uşaq sahibi olmaq istədiyi vaxt; onun hamilə qalması, doğması və uşağının bir yaşının tamam olması bir anda baş verər. [Tezkire-i Kurtubi-1, səh. 55]

Bundan başqa cənnətdə uşaqların vəziyyəti ilə əlaqədar hədislərdə bunlar bildirilir:

Möminlərin övladları cənnətdəki bir təpədədir. Onlar, qiyamətə qədər İbrahim (ə.s) ilə arvadı Saranın tərbiyəsi altındadırlar. [Ramuz el-Ehadis-1, səh. 73/2]

Gecənin Olmaması

Gecə dünya həyatında insanlar üçün dincəlmə vaxtı olaraq yaradılmışdır. Cənnətdə yatmağa və dincəlməyə ehtiyac qalmayacağı üçün, gecənin qaranlığına da ehtiyac qalmayacaq. Cənnətdə gecənin olmadığı hədislərdə belə bildirilir:

Cənnətdə gecə yoxdur. O, işıq və nurdan ibarətdir... [Ramuz el-Ehadis-2, s.əh 366/4]

Yuxunun Olmaması

Yuxu insanın dünyada yaşadığı acizliklərdən biridir. Bütün insanlar yuxuya ehtiyac duyacaq şəkildə yaradılmışdır və nə qədər istəsələr də buna qarşı müqavimət göstərə bilməzlər. Üstəlik bədən yuxusuz qaldığı təqdirdə, həm xəstəliklərə qarşı müqaviməti azalar, həm də yorğun kimi görünər. Eyni zamanda yuxuya ayrılan vaxt da az hesab edilə bilməyəcək qədər çoxdur. İnsan ömrünün təxminən üçdə bir hissəsini yuxuda keçirər. Bu həmçinin dünya həyatında onsuz da qısa olan ömrünün çox böyük hissəsini müəyyən mənada ölü kimi keçirdiyi mənasını verər. Necə ki, Quranda; "Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alar. Ölümünə hökm veriləni(n ruhunu) saxlayar, digərini isə müəyyən olunmuş vaxtadək buraxar. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır..." (Zumər surəsi, 42) ayəsiylə yuxunun bir növ ölüm olduğu xəbər verilmişdir. Lakin cənnətdə yuxu və yorğunluq kimi acizliklər yoxdur. Allah; "onlara orada heç bir yorğunluq toxunmayacaq..." (Hicr surəsi, 48) ayəsiylə bu həqiqəti bəndələrinə bildirmişdir. Bir hədisdə isə cənnətdə yuxunun olmadığı belə qeyd olunmuşdur:

Peyğəmbər səllallahu əleyhi və səlləmdən: "Cənnət əhli yatarmı?" deyə soruşdular. O belə buyurdu: "Yuxu, ölümün qardaşıdır. Cənnət əhli yatmaz". [Büyük Hadis Külliyatı-5, səh. 414/10125]

Mübahisənin Olmaması

Cənnət əhlinin ən mühüm xüsusiyyətlərindən biri də əxlaqlarının çox gözəl olmasıdır. Bir hədisdə cənnətdəki möminlərin əxlaqlarının gözəlliyinə belə diqqət çəkilmişdir:

Mən cənnət bağçalarında, cənnətin üst və alt tərəfində yerləşən bir köşkə bu insan üçün zaminəm ki, o haqlı olduğu halda mübahisəni tərk edər, zarafat üçün də olsa yalan danışmaz və insanlar(a nümunə olması) üçün əxlaqını gözəlləşdirər. [Ramuz el-Ehadis-1, səh. 152/6]

Vicdanından istifadə edən, Allahdan qorxub çəkinən kəslərin olduğu bir mühitdə hər kəs rahat olar. Gözəl əxlaqın yaşanmadığı bir yerdə isə mübahisə, qısqanclıq, döyüş, qəzəb, kin, istehza, küsəyənlik hakimdir. Quran əxlaqından uzaq yaşayan kəslər, bu pis əxlaq xüsusiyyətlərindən ötrü, öz əlləriylə cəhənnəmi xatırladan bir mühit meydana gətirərlər. Hüzurlu, xoşbəxt, təhlükəsiz bir mühit içində dostcasına, qardaşcasına, tolerantlıqla yaşaya biləcəkləri halda, dünyəvi ehtirasların arxasınca qaçıb, öz istək və ehtiraslarına qapılaraq çox böyük nemət itkisinə məruz qalarlar. Müsəlmanlar üçünsə dünyada səbirli, etidallı, ağıllı, məntiqli, stabil, bağışlayıcı, şəfqətli, sevgi dolu, gözəl əxlaqlı olmağın verdiyi dərin imani zövq vardır. Bir mömin bu gözəl xüsusiyyətləri özündə gördükdə ayrı həzz alar, başqa möminlərdə gördükdə bunlardan da ayrı zövq alar. Əbədiyyən davam edəcək bu məmnunluq, zövq və gözəlliklər cənnətdə də artaraq davam edər. Peyğəmbərimiz (s.ə.v)-in hədislərindən birində cənnətdəki bu mühit belə təsvir edilir:

...Ürəkləri, tək bir nəfərin ürəyi kimidir. Aralarında mübahisə, düşmənçilik yoxdur... [Kütüb-i Sitte-14, səh. 449/3]

Buna bənzər digər bir hədisdə isə cənnət əhlinin əxlaqından belə bəhs edilir:

Onların əxlaqı tək bir insanın əxlaqı kimidir. [Tezkireti'l Kurtubi, səh. 329/579]

Necə ki, Allah Quranda cənnətinə layiq gördüyü mömin bəndələri üçün; "Biz onların köksündəki kin-küdurəti çıxartdıq. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşdırlar" (Hicr surəsi, 47) deyə buyuraraq, onların yaşadıqları mehriban və səmimi dostluğa diqqət çəkir.

Kədər Və Sıxıntı Kimi Mənfi Halların Olmaması

Kədər, sıxıntı kimi insanlara əzab verən ruh halları din əxlaqından uzaq yaşayan kəslərdə tez-tez müşahidə olunar. Allahın hər şeyi bir tale əsasında, xeyirlə yaratdığını görmək istəməyən bu kəslər xoşagəlməz hal, çətinlik kimi görünən hadisələr qarşısında qorxu və təşvişə qapılarlar. Allaha təvəkkül etmədikləri üçün sıxılar, heyiflənər, hətta sağlamlıqlarına zərər gələcək dərəcədə xeyli kədərlənərlər. Halbuki insan özü üçün nəyin xeyir, nəyin şər olacağını bilməz, təkcə Allah bilər. Bir ayədə bu həqiqət belə bildirilir:

...Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilər, lakin siz bilməzsiniz. (Bəqərə surəsi, 216)

Dünyada çətinlik, sıxıntı kimi görünən bir vəziyyət axirətdə insanın cənnətə qovuşmasına vəsilə olacaq gözəlliyə çevrilə bilər. Bunu dərk edən möminlər, dünyada qarşılaşdıqları sıxıntı və çətinlik kimi görünən mənfi halları imanlarının gücü ilə özlərindən uzaqlaşdırarlar. Allaha təslim olmağın, yaratdığı hər şeydən razı qalmağın rahatlığı və hüzuru içində, qarşılaşdıqları hər hadisəni Allahın yaratdığı gözəllik kimi qiymətləndirərlər. Buna görə də cənnətə daxil olmaq ümidi ilə yaşayan möminlər dünyəvi olan heç nəyi mənfi hal kimi qiymətləndirməzlər. Cənnətdə isə Allahın rəhməti sayəsində, əbədiyyən kədər, sıxıntı, narahatlıq kimi hislərdən uzaq yaşayacaqlar. Hədislərdə cənnətdəki bu nemət belə xəbər verilir:

...Hər bir narahatlığın ardı kəsiləcək. Cəhənnəm əhlinin narahatlığı müstəsnadır... [Ramuz el-Ehadis-2, səh. 342/15]

...Onlar belə deyəcəklər: "Biz əbədi yaşayanlarıq, əsla həlak olmarıq, biz xoşbəxt insanlarıq, əsla kədərlənmərik... [(Tirmizi), Büyük Hadis Külliyatı-5, səh. 409/10099]

...Orada heç bir dərd və təhlükə yoxdur... [Ramuz el-Ehadis-1, səh. 170/1]

İncildə isə bu mövzu haqqında bunlar deyilir:

..."Ağ xalat geyinmiş bu kəslər kimlərdir?, haradan gəldilər?" ...Mənə: "Bunlar, o böyük sıxıntıdan keçib gələnlərdir” dedi... Bunun üçün Allahın taxtının qarşısında dayanırlar... Taxtın üzərində oturan, çadırını onların üstünə uzadacaq... Allah onların gözlərindən axan bütün yaşları siləcək". (Yuhanna'ya Gelen Esinleme, 7-ci hissə, 13-17)

Allah Quranda möminlərin bu hüzurlu ruh hallarını belə bildirir:

Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəsləri isə heç bir qorxu ilə qarşılaşmayacaqları və kədərlənməyəcəkləri barədə müjdələmək istəyirlər. (Ali İmran surəsi, 170)

Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir. (Fatir surəsi, 34)

Artıq Allah, onları belə bir günün şərindən qorumuş, onlara parıltılı aydınlıq və sevinc bəxş etmişdir; (İnsan surəsi, 11)

Nemətin parıltılı sevincini sən onların üzlərində tanıyarsan. (Mutaffifin surəsi, 24)

Daha əvvəl də ifadə etdiyimiz kimi, demək olar ki, dünyada olan hər şey imtahanın bir tələbi olaraq xüsusən əskik və qüsurlu yaradılmışdır. Möminlər dünyada qarşılaşdıqları bütün çətinlik və sıxıntılar qarşısında gözəl şəkildə səbir edər və Allaha təvəkkül edərlər. Peyğəmbərimiz (s.ə.v) hədislərində insanın təkcə cənnətə girdiyi vaxt həqiqi mənada rahatlığa qovuşduğunu xəbər vermişdir:

Təkcə cənnətə girən şəxs rahatlığa qovuşar. [Ramuz el-Ehadis-1, səh. 138/13]

Peyğəmbərimiz (s.ə.v) başqa bir hədisində isə cənnətdəki bu hüzurlu mühiti belə təsvir edir:

Cənnət əbədi iqamət halında parıldayan nur, yayılmış qoxu, çox yaxşı inşa edilmiş köşk, axan çay, yetişmiş meyvə, yaşıllıq, sevinc, sərinlik, təravət yeridir. [Ölümden Sonra Diriliş, səh. 47]

Cənnət Əhlinin Allaha Olan Yaxınlığı

Cənnətdəkilərin Allahın Uca Zatının Təcəllasını Görə Bilmələri

İndiyə qədər sadaladığımız bütün bu nemətlərlə yanaşı, Allaha olan yaxınlıqları, cənnət əhlinin sahib olacağı ən böyük və ən mühüm nemət olacaq. Peyğəmbərimiz (s.ə.v)-in bir çox hədisində, cənnətdəki möminlərin Allahdan lütf olaraq Onun Zatının təcəllasını görə biləcəklərindən bəhs edilir:

Cənnət əhli cənnətə girdiyi vaxt, Allah Təbarəkə və Təala belə buyuracaq: "Sizin üçün əlavə olaraq etməyimi istədiyiniz başqa şey vardırmı?"
"Sən bizim üzlərimizi dümağ etmədinmi? Bizi cəhənnəmdən xilas edib, cənnətə daxil etmədinmi; (bundan daha yaxşı və çox nə ola bilər ki?)" deyəcəklər.
Bundan sonra pərdə qaldırılacaq, onlara özlərinin Rəbbini görməkdən daha gözəl şey verilmədiyini başa düşəcəklər. [Büyük Hadis Külliyyatı-5, səh. 415/10130]

"Ey Allahın Rəsulu! Rəbbimizi görəcəyikmi?"
"Buludsuz bir havada ay işığında ayı görmək üçün bir-birinizi itələyərsinizmi?"
"Xeyr".
"Buludsuz bir gündə günəşi görmək üçün bir-birinizi itələyib bir-birinizə çətinlik törədərsinizmi?"
"Xeyr".
"Rəbbinizi də belə zəhmətsiz, problemsiz və açıq-aşkar şəkildə görəcəksiniz".… [(Buxari, Müslim, Tirmizi), Büyük Hadis Külliyyatı-5, səh. 416/10133]

Bir rəvayətə görə isə Peyğəmbərimiz (s.ə.v) bu mövzu ilə əlaqədar bu sözləri demişdir:

Cənnət əhli cənnətə girdikləri zaman, əməllərinin dərəcələrinə görə oraya yerləşəcəklər. Sonra onlara dünyadakı günlərdən cümə günü qədər bir müddətdə özlərinin Rəbbini ziyarət etmələrinə icazə veriləcək. Onlara Allahın ərşi göstəriləcək. Onlara cənnət bağçalarından bir bağçada görünəcək. Onlar üçün nur minbərləri, mirvari minbərləri, yaqut minbərləri, zəbərcəd (zümrüdə bənzəyən, parlaq, yaşıl rəngli qiymətli daş) minbərləri, qızıl minbərləri və gümüş minbərləri ortaya qoyulacaq. Ən aşağı dərəcəli kəsləri belə (belə ki, içlərində aşağı dərəcəli biri yoxdur) müşk yığını üzərində oturacaq. Kürsü sahiblərinin onlardan daha üstün məclisləri olduğunu görməzlər... O məclisdə Allahın yanında olub, Onunla ünsiyyətdə olmayacaq heç kim yoxdur… [(Tirmizi), Büyük Hadis Külliyyatı-5, səh. 409-410/10100]

…Ədn cənnətində behiştliklərlə özlərinin Rəbbini görmələri arasında Allahın vəchindəki (üzündəki) böyüklük pərdəsindən başqa şey yoxdur. [(Buxari, Müslim, Tirmizi), Cennet 3, 2530]

Cənnət əhlinin Allahın hüzurunda olmaqdan ötrü duyduqları xoşbəxtlik isə bir hədisdə bu sözlərlə vurğulanmışdır:

Cənnət əhli Allahın hüzuruna iki dəfə daxil olar... Onlardan hər biri o məclisdə əməllərinə görə mirvari, yaqut, zümrüd, qızıl və gümüş minbərlər üzərində oturar. Gözləri heç vaxt bu qədər aydın olmamışdır... Bunu yenidən yaşamaq ümidi ilə sabahısı günü gözləyən halda yerlərinə qayıdarlar. [Ramuz el-Ehadis-1, səh. 120/3]

Allahın rizasını qazanmış olmaları

Allah cənnətdə özündən razı qaldığı bəndələrinə sonsuz nemət bəxş edir. Lakin iman edən möminlər üçün hər şeydən əhəmiyyətli olan, Allahın rizasını qazana bilmiş olmalarıdır. Möminlər dünyada mallarını, canlarını, sahib olduqları bütün imkanları Allaha yaxınlaşa bilmək və Onun rizasını qazana bilmək üçün ortaya qoymuş, bütün həyatlarını Ona həsr etmişlər. Cənnətdə isə həyatlarının bu məqsədinə nail olmağın təsviredilməz xoşbəxtliyini yaşayarlar. Bir ayədə Allahın rizasını qazanmağın nə qədər böyük nemət olduğundan belə bəhs edilir:

Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahın rizası isə daha böyükdür. Məhz böyük “qurtuluş və xoşbəxtlik” budur. (Tövbə surəsi, 72)

Quranda möminlərin cənnətdə hər şeydən razı qalacaqları isə bu ayələrlə bildirilir:

Ey mutmain (qane olmuş) nəfs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Artıq bəndələrimin cərgəsinə keç! Cənnətimə daxil ol! (Fəcr surəsi, 27-30)

Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən “içi titrəyərək qorxanlar” üçündür! (Beyyinə surəsi, 8)

Bir hədisdə cənnət əhlinin Allahdan razı qaldıqlarından belə bəhs edilir:

"Ey Rəbbimiz, buyur! Əmrinə hazırıq! Xeyir Sənin əlindədir!" deyərlər. Allah:
"Razı qaldınızmı?" deyə soruşar. Onlar:
"Ey Rəbbimiz! Razı qalmamaq nə həddimizə! Sən bizə başqa məxluqatına vermədiyin nemətlər verdin!" deyərlər. [(Buxari, Müslim, Tirmizi), Kütüb-i Sitte-14, səh. 456-457/13]

Cəhənnəmdən Xilas Olmağın Sevinci

Şübhəsiz ki, cənnət nemətlərinin hər biri ayrı-ayrılıqda çox mübarək və qiymətlidir. Xüsusən cəhənnəmin varlığı, cənnət əhlinin bu nemətlərdən aldıqları zövqü qat-qat artırar. Çünki axirətdə cənnət və cəhənnəmdən başqa insanların gedəcəyi başqa yer yoxdur. Dolayısilə Allahın cənnətinə qəbul etmədiyi bir insanın gedəcəyi yer cəhənnəmdir.

Allah dünyada insanlara yaxşı ilə pisi, gözəl ilə çirkini, xeyir ilə şəri eyni anda göstərir. Bu da iman edənlərin müqayisə aparmalarına və gözəllikdən aldıqları zövqün artmasına vəsilə olur. Allah, cənnət əhlinə, istədikləri təqdirdə, cəhənnəmdəkilərin vəziyyətini göstərərək, onların cənnətdən aldıqları zövqü artıra bilər (doğrusunu Allah bilər). Necə ki, cənnət əhlinin cəhənnəm əzabından Allahın rəhməti sayəsində xilas olmalarından duyduqları sevinc bir hədisdə belə xəbər verilir:

Cənnət əhlindən hər kəs cəhənnəmdəki yerini görüb; "ya, Allah mənə hidayət verməsəydi?" deyər və bu onun şükür etməsinə vəsilə olar... [Ramuz el-Ehadis-2, səh. 342/1]

Möminlərin içində olduqları bu böyük rəhməti və neməti xəbər verən digər bir hədis isə belədir:

...Cənnətə girib, cəhənnəmdən xilas olmaq, nemətin hamısındandır. [Ramuz el-Ehadis-2, səh. 449/6]

Cənnət əhlinin bu sevincləri Quranda belə xəbər verilir:

...Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət verməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Andolsun, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara belə xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!” (Əraf surəsi, 43)

Həmçinin möminlər istədikləri zaman cəhənnəm əhlinin ibrətamiz vəziyyətini, dünyada etdikləri əməllərin qarşılığını necə aldıqlarını görə də bilər. Allah Quranda cənnət əhli cəhənnəm əhli ilə arasında keçən danışıqları belə bildirir:

Onlar cənnətlərdə bir-birlərindən günahkarlar barəsində soruşacaqlar. Sizi cəhənnəmə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik. Kasıbı da yedizdirməzdik. (Batilə və ehtiraslara) Dalanlarla biz də dalardıq; din gününü (haqq-hesab və cəza) yalan hesab edirdik. Nəhayət qəti həqiqət olan ölüm bizə gəlib çatdı". (Müddəssir surəsi, 40-47)

Cənnət Allahın Ədalətinin Təcəllisidir

Hər Kəsin Dünyada Etdiyi Əməllərin Qarşılığını Alması

Allah bir ayəsində: "O, əməl (davranış və hərəkət) baxımından hansınızın daha yaxşı olacağını sınamaq üçün ölümü və həyatı yaratdı..." (Mülk surəsi, 2) deyə buyuraraq insanın yaradılmasındakı məqsədi bildirir. Başqa bir ayəsində də bu məqsədi dərk etməyən, boş və məqsədsiz həyat yaşamaq amalında olan insanları; "yoxsa Bizim sizi boş bir məqsəd uğruna yaratdığımızı və həqiqətən Bizə qaytarılmayacağınızı zənn etmişdiniz?" (Muminun surəsi, 115) deyə sorğu-sual etdiyini bildirir. İnsan dünyada olduğu müddətdə Qurana inanmaqla, hər düşüncəsində və rəftarında Allahın rizasını axtarmaqla, vicdanından istifadə etməklə, gözəl əxlaqı yaşamaqla, saleh əməllər etməklə məsuldur. Bu açıq həqiqətə baxmayaraq, yaradılış məqsədindən uzaq yaşayan insanların məqsədləri fərqli olar. Halbuki insanın etdiyi hər şey, söylədiyi hər söz, hətta ağlından keçən bütün düşüncələr, axirətdə qabağına qoyulması üçün əməl dəftərinə yazılır. Allahın Quranda: "...Şübhəsiz ki, etdiklərinizdən məsul olacaqsınız" (Nəhl surəsi, 93)"etdikləri əməllərdən ötrü hər biri üçün dərəcələr vardır..." (Ənam surəsi, 132) ayələriylə bildirdiyi kimi insanlar etdikləri bütün əməllərin qarşılığını axirətdə mütləq alacaqlar. Bu həqiqət bir hədisdə belə xəbər verilir:

Peşman olan kimsə, Allahın rəhm etməsini gözləyər. Özünü bəyənən də Allahın qəzəbini gözləyər. Hər kəs Allahın hüzuruna, ölümündən əvvəl etdiyi əməllə gələr və mütləq onların arasında əməllərinə hökm verilər... Kim zərrə qədər yaxşılıq etsə onu görər. Kim də zərrə qədər pislik etsə onu görər. [Ramuz el-Ehadis-1, səh. 237}

Quranda bu mövzunun xəbər verildiyi ayələrdən bir neçəsi belədir:

Mələklər xoşluqla canlarını alıb: “Sizə salam olsun!” deyərlər. “Əməllərinizə görə cənnətə girin!” (Nəhl surəsi, 32)

Hər kəsin etdiyi yaxşı əməlləri qarşısında hazır şəkildə görəcəyi və etdiyi hər bir pis əməli ilə özü arasında çox böyük məsafə olmasını istəyəcəyi o günü (düşünün)... (Ali İmran surəsi, 30)

Sizin yanınızda olan tükənər, Allah yanında olan isə əbədi qalar. Səbir edənləri etdikləri ən yaxşı əmələ görə mükafatlandırarıq. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə ki, gözəl həyat bəxş edər və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandırarıq. (Nəhl surəsi, 96-97)

İncildə də hər kəsin etdiyi əməlin qarşılığını alacağı yazılmışdır:

Allah "hər kəsə etdiyi əməllərin qarşılığını verəcək". Dayanmadan yaxşılıq edərək ucalıq, möhtərəmlik və ölümsüzlüyü axtaranlara sonsuz həyat bəxş edəcək. Lakin eqoist olanlara, həqiqəti inkar edənlərə və haqsızlıq edənlərə isə qəzəblənəcək və hirslənəcək. (Pavlusun romalılara Mektubu, 2-ci hissə, 6-8)

Allah yerdə və göydə olub bitən hər şeyi görər, hər söhbəti, pıçıltını eşidər və bütün insanların etdiyi əməllərdən xəbərdardır. Heç nə Ondan gizli qalmaz. Allahın bizə şah damarımızdan daha yaxın olduğunu, hər söhbətimizi, içimizdən keçən hər şeyi bildiyini, baxdığımız, gördüyümüz hər şeyi Allahın hər an hər cəhətdən gördüyünü yaxşı qavramaq lazımdır. Çünki Allah axirət günü insanların "heç güman etmədikləri şeyləri" (Zumər surəsi, 47)də ortaya çıxardacaq. İnsanların izdihamlı mühitdə və ya tək olduqları zaman, etdikləri hər şeyin, ağızlarından çıxan hər sözün, ağıllarından keçən hər düşüncənin, bəlkə də içlərində gizli qalacağını zənn etdikləri hər şeyin axirətdə müəyyən qarşılığı var. Bu, Allahın sonsuz ədalətinin təcəllasıdır. Bu həqiqəti bildirən ayələrdən biri belədir:

Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini tam versin. Onlara əsla zülm edilməz. (Əhqaf surəsi, 19)

Cənnətin Dərəcə-Dərəcə Olması

Quranda bildirilən; "onlar Allah yanında müxtəlif dərəcələrə sahibdirlər..." (Ali İmran surəsi, 163) ayəsindən də aydın olduğu kimi, cənnətə girəcək kəslər də yenə təqvalarının dərəcəsinə görə qarşılıq görərlər. Bu vəziyyətdən bir hədisdə belə bəhs edilir:

...Cənnəti də əməllərə görə bölərlər (çox əməli olan çox pay alar). [Ramuz el-Ehadis-1, səh. 198/17]

Əlbəttə ki, bir insan cənnətin hansı dərəcəsində olsa da, bundan mütləq razı qalacaq, çünki, Allah cənnətdəki bütün bəndələrinə razılıq vəd etmişdir. Rəbbimiz səmimi qullarının Özündən razı qalaraq cənnətə girəcəklərini bildirir (Beyyinə surəsi, 8). Lakin, necə ki, dünyada eyni nemətdən hər kəs fərqli dərəcədə zövq və ləzzət alırsa, bənzər şəkildə axirətdə də nemətlərdən alınan zövqün dərəcəsi fərqli ola bilər (doğrusunu Allah bilər). Məsələn, hər kəs gözəl mənzərəyə baxdığı zaman, gördüklərindən zövq alar, lakin içlərində Allaha ən yaxın olan, Allahın qədrini daha layiqincə təqdir edə bilən kəslər, bu gözəllikdən daha çox zövq ala bilərlər. Allah yüksək dərəcələrə layiq olacaq bəndələrinin xüsusiyyətlərini bir ayəsində belə bildirir:

İman edənlər, hicrət edənlər və Allah yolunda öz malı və canı ilə cihad edənlərin (səy göstərənlərin) Allah yanında yüksək dərəcələri vardır. Məhz bu kəslər “qurtulan və xoşbəxt olanlar”dır. (Tövbə surəsi, 20)

Hədislərdə isə cənnətdəki dərəcələrə belə diqqət çəkilmişdir:

Cənnətdə yüz dərəcə vardır. Biri bütün aləmləri içinə alar. [Ramuz el-Ehadis-1, səh. 125/8]

Cənnət yüz dərəcədir. Doxsan doqquzu ağıl sahiblərinə məxsusdur. Geriyə qalan biri isə digər əhaliyə. [Ramuz el-Ehadis-1, səh. 200/11]

Cənnət əhli qurfələrdə (cənnət köşklərində) qalanları (əhli quraf) görərlər. Eynilə üfüqdə şərqdən qərbə doğru hərəkət edən mirvari tək parlaq ulduzları gördüyünüz kimi. Aralarındakı fəzilət fərqi (qurfə əhlini) belə yuxarıda göstərər. [Buhari, Müslim, Cennet 11, 2831]

Yenə hədislərdə bildirildiyinə görə bu dərəcələrdən ən yüksək olanı Firdovs cənnətidir:

Cənnət yüz dərəcədir. Ardıcıl iki dərəcənin arası, yerlə göy arasındakı məsafə kimidir. Firdovs ən yüksəyi olub, cənnətin orta hissəsində yerləşər və onun üstü Rəhmanın ərşidir. Cənnətin çayları buradan başlayar. Allahdan istədiyiniz zaman, Firdovs cənnətini istəyin. [Ramus el-Ehadis-1, səh. 200/4]

Həmçinin hədislərdə Ədn cənnətindən də bəhs edilir. Peyğəmbərimiz (s.ə.v) bir hədisində Ədn cənnəti ilə əlaqədar bunları bildirir:

Dörd Firdovs cənnəti vardır: ikisinin zinətləri, qab-qacaqları və içindəkilər qızıldandır. İkisinin zinətləri, qab-qacaqları və içindəkilər isə gümüşdəndir. (Ədn) Cənnətindəkilərlə Allahın vəchi (üzü) arasında, təkcə böyüklük pərdəsi vardır və bu çaylar (süddən, baldan, şərabdan və sudan olan çaylar) Ədn cənnətindən başlayar, sonra isə digərlərinə paylanar. [Ramuz el-Ehadis-1, səh. 272/4]

Peyğəmbərimiz (s.ə.v) digər bir hədisində isə Ədn cənnətinin ehtişamını belə təsvir edir:

...Bir kərpici ağ mirvaridən, bir kərpici qırmızı yaqutdan, bir kərpici də zəbərcəddəndir (zümrüdə bənzəyən, parlaq, yaşıl rəngli qiymətli daş). Palçığı xalis müşk, çınqılları parlaq, qiymətli, otları isə zəfərandandır. [Dünya Ötesi Safer, səh. 295]

Cənnətin hər dərəcəsindəki insan özünə görə zövq alacaq. Lakin cənnət əhlindən olan bir insan, yuxarı dərəcədəki insanın aldığı zövqdən ötrü özündə çatışmazlıq hiss etməyəcək. Allah Quranda möminlərin cənnətdə "razı" (Fəcr surəsi, 28) qaldıqlarını, Allahdan "razı" (Beyyinə surəsi, 8) olduqlarını və "kədərlənməyəcəklərini" (Ali İmran surəsi, 170) bildirir. Necə ki, cənnət əhlinin hər dərəcəsindəki insanın nə qədər çox nemətə sahib olduğu bir hədisdə belə təsvir edilir:

Cənnət əhlinin ən aşağı dərəcəsində olan insanın səksən min xidmətçisi, yetmiş iki zövcəsi olacaq. Həmçinin onun üçün mirvari, zəbərcəd (zümrüdə bənzəyən, parlaq, yaşıl rəngli qiymətli daş) və yaqutdan düzəldilmiş bir çadır qurulacaq və bunun uzunluğu Cabiyə (Şam torpaqlarında bir şəhər adı) ilə Səna (Yəməndə bir şəhər adı) arasındakı məsafə qədər olacaq. [(Tirmizi), Büyük Hadis Külliyyatı-5, səh. 412/10114]

Aşağıdakı hədisdə cənnətdəki dərəcələrlə əlaqədar belə bildirilmişdir:

Cənnətdə ən aşağı dərəcəyə sahib olan insan cənnətlərinə, zövcələrinə, nemətlərinə, xidmətçilərinə və yataqlarına baxar. Min illik yoldan görüb bunları seyr edə biləcək. Allah dərgahında olanların ən dəyərliləri isə, səhər-axşam Allahın camalını görə bilənlərdir. [(Tirmizi), Büyük Hadis Külliyyatı-5, səh. 412/10115]

İslam alimi Bədiüzzaman Səid Nursi cənnətlə əlaqəli bir düşüncəsində, insanın təkcə “imanı” sayəsində cənnətdəki yüksək dərəcələrə sahib olmağı ümid edə biləcəyinə diqqət çəkmişdir:

...İnsan nuru-iman ilə (imanın nuruyla), əlayi-illiyyinə (cənnətdəki ən yüksək dərəcəyə) sahib olar; cənnətə layiq dəyər qazanar. [Gençlik ve Ölüm, səh. 435]

Səmimi müsəlman həmişə Allah dərgahında, cənnətdəki ən yüksək dərəcəyə layiq ola bilmək üçün səy göstərməlidir. Kamil iman sahibi olmaq və Allaha xeyli yaxın olmağı istəmək, Allahın rizasına uyğundur.

Cənnət Əhlinin Xüsusiyyətləri

Bir çox ayə namaz, oruc, zəkat kimi müəyyən ibadətlərlə yanaşı, gözəl əxlaqla əlaqəlidir. Allah insanlara həm özlərinin gözəl əxlaqla yaşamalarını, həm də digər insanlara bunu tövsiyə etmələrini əmr edir. Allahın əmr və tövsiyələrinə iman edildiyi və hər kəsin gözəl əxlaq sahibi olduğu cəmiyyətlərdə cənnət həyatındakına bənzər ruh halı yaşanar.

Müsəlmanlar Allahın səmimi qullarıdır. Bütün düşüncələrində, rəftarlarında və söhbətlərində Allahın rizasını güdər və Ondan qorxub çəkinərək hərəkət edərlər. Şeytanın təlqin etdiyi gizli və açıq heç bir mənfi şey əsla icazə verməyən, ağlı və vicdanı təmiz kəslərdir. Axirətə də bu təmiz vicdanla gedərlər.

Allah: "Bir zaman o, öz Rəbbinin yanına pak qəlblə gəldi" (Saffat surəsi, 84) ayəsiylə müsəlmanların ruhlarındakı bu təmizliyi bildirərkən; "içlərində əbədi qalacaqları ağacları altından çaylar axan Ədn cənnətləri də (onlarındır). Bu, təmizlənənlərin mükafatıdır" (Taha surəsi, 76) ayəsiylə bu bəndələrinə cənnətini vəd etmişdir.

Səmimi müsəlmanlar qəzəb, kin, qısqanclıq kimi çirkin əxlaq xüsusiyyətlərindən təmizlənmiş, qəlbən Allaha bağlanmış şəkildə yaşayarlar. Bunlar, Allahın: "Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır..." (Rad surəsi, 28) ayəsiylə bildirdiyi kəslərdir və "iman gətirib saleh əməllər edənlər və Rəblərinə qəlbləri razı qalmış halda bağlananlar, məhz bunlar cənnət sakinləridir. Bunlar orada əbədi qalacaqlar" (Hud surəsi, 23) ayəsində bildirdiyi kimi cənnətlə müjdələnirlər. Allah başqa ayələrdə isə; "ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Artıq qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol!" (Fəcr surəsi, 27-30) deyə buyurur və dünyada təmizlənərək nəfsi mutmain (qane olmuş) qullarını cənnətinə çağırır.

Allahın razı olduğu bu xüsusiyyətlərə sahib olan iman sahiblərinin düşüncələri və hərəkətləri imanlarının dərinliyini əks etdirər. Allah sevgisi və qorxusuyla hərəkət etdikləri üçün bütün halları gözəldir. Sahib olduqları bu gözəllik Allaha səmimi surətdə qulluq etmələrindən irəli gələn bir nurdur. Bu kəslər Allahın: "...Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir..." (Fəth surəsi, 29) ayəsində bildirdiyi kimi üzlərindəki səcdə izindən tanınırlar.

Baxışları Allahın lütfü sayəsində olduqca gözəl və mənalıdır. Söhbətləri Allahın rizasına uyğundur və sözləri həmişə gözəldir. Allahın: "Allahın necə bir məsəl çəkdiyini görmədinmi? Gözəl söz kökü yerdə möhkəm olan, qolları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz meyvəsini daim verir..." (İbrahim surəsi, 24-25) ayələrində bildirdiyi kimi dedikləri sözlər həmişə gözəl nəticələr doğurar. İtaətkar, həlim, yolagedən, mehriban, səmimi və istiqanlıdırlar. Bu səbəblə də gözəl həyat içində, dostluğu, sevgini ən çox yaşayan insanlardır. Onlara dünya həyatında bu nemət və gözəllikləri yaşadan Allahdır. Onun axirətdə verəcəyi bu nemətlər isə əbədi olacaq.

Peyğəmbərimiz (s.ə.v) də bir çox hədisində cənnətə girən kəslərin gözəl əxlaqlarına diqqət çəkmişdir. Bu hədislərdən biri belədir:

...Cənnətə girmələrini ən çox təmin edən şeylər nələrdir? Allah qorxusu və gözəl əxlaqdır... [Ramuz el-Ehadis-1, səh. 12/8]

Peyğəmbərimiz (s.ə.v) bir hədisdə cənnətə layiq ola bilmək üçün yadda saxlanılması lazım olan mövzuları da belə bildirmişdir:

...Allah qorxusundan ötrü günahlardan çəkinməyiniz, qəbirlərdə çürüməyi, daxilinizi və daxilinizdəkiləri, başı və başdakıları unutmamağınızdır. Kim axirət nemətini istəsə, dünya zinətini tərk etsin. Onda qul "həqiqi mənada Allah qorxusundan ötrü günahlardan çəkinmiş" olar. O zaman Allahın dostluğuna nail olmuş olar. [Ramuz el-Ehadis-2, səh. 343/2]

Gözəl əxlaq xüsusiyyətləri olaraq Peyğəmbərimiz (s.ə.v), "ədalətli"; "mərhəmətli", "səbirli"; "əliaçıq"; "nəzif" (təmiz); "iffətli, namuslu" və "doğruçu" olmağı hədislərində tez-tez xatırlatmışdır.

Həmçinin Peyğəmbərimiz (s.ə.v) cənnəti qazana bilmək üçün "gizlində və aşkarda xeyirxahlıq" etməyi; "xoş söz deməyi"; "bolluqda da, qıtlıqda da Allaha şükür" etməyi; "sədəqə verməyi"; "Allaha heç nəyi şirk qoşmamağı"; "elm arxasınca getməyi"; "Allahdan qorxmağı"; elçiyə "itaət" etməyi; "təkəbbürlü olmaqdan"dan çəkinməyi; "kasıb olduğu halda iffətli olub, dilənçilik və üzsüzlük etməməyi", "dürüst tacir" olmağı, Rəbbimiz olan Allahdan "razı qalmağı", "Allah üçün, dini üçün xeyirxahlıq etməyi" xatırlatmışdır.

Peyğəmbərimiz (s.ə.v)-in diqqət çəkdiyi bütün bu mövzular Quranda Allahın rizasını, sevgisini qazanmaq üçün sahib olunması lazım olan mömin xüsusiyyətləri kimi bildirilir.

İncildə isə cənnətə layiq olanların xüsusiyyətlərindən belə bəhs edilir:

...Göylərin hökmranlığı onlara məxsusdur... Onlara təsəlli veriləcəkdir. Müjdə həlim xasiyyətli olanlaradır! Onlar yer üzünün varisi olacaqlar. Müjdə doğruluğa acıb susayanlaradır! Onlar doyurulacaqlar. Müjdə mərhəmətli olanlaradır! Onlara rəhm ediləcək. Müjdə qəlbi təmiz olanlaradır! Onlar Allahı görəcəklər. Müjdə sülhü təmin edənlərədir!... Müjdə haqq-ədalət uğrunda zülmə məruz qalanlaradır! Göylərin hökmranlığı onlara məxsusdur. Sevinin, sevinib coşun! Çünki göylərdəki mükafatınız böyükdür... (Matta, 5-ci hissə, 2-12)

Başqa İncil hissələrində isə cənnətə girəcək kəslərin xüsusiyyətləri belə ifadə edilir:

İsa yola düşərkən, biri qaça-qaça yanına gəldi. Qarşısında diz çöküb ondan: "Ey mənim yaxşı müəllimim, mən əbədi həyata qovuşmaq üçün nə etməliyəm?" deyə soruşdu. İsa ona: "Mənə niyə yaxşı deyirsən?" dedi. "Yaxşı olan təkcə biri var, o da Allahdır. Onun əmrlərini bilirsən; "adam öldürmə, zina etmə, oğurluq etmə, yalançı şahidlik etmə, heç kimin haqqını yemə, ata-anana hörmət et". Həmin insan: "Müəllimim, bunların hamısına gəncliyimdən bəri əməl edirəm" dedi. Ona sevgiylə baxan İsa: "Etmədiyin bir şey var" dedi. "Get nəyin varsa sat, pulunu yoxsullara ver; beləcə göydə xəzinən olar. Sonra gəl, məni izlə". (Markos, 10-cı hissə, 17-21)

...Bir-birinizi qardaşcasına sevin. Şəfqətli və təvazökar olun. Pisliyə pisliklə, söyüşə söyüşlə deyil, əksinə xeyir-dua ilə cavab verin. Çünki, üstünlüyü, xeyir-duanı miras almaq üçün çağırıldınız. Belə ki, "həyatı sevmək və yaxşı günlər görmək istəyən kəs, dilini pislikdən, dodaqlarını da hiyləli sözlərdən uzaq tutsun. Pis əməllərdən çəkinsin və yaxşılıq etsin. Rifahı axtarıb onun ardınca getsin. (Petrusun Birinci Mektubu, 3-cü hissə, 8-11)

...Dürüstlüyün, Allah yolunun, imanın, sevginin, səbrin və itaətkarlığın arxasınca qaç. İman uğrunda uca mübarizəni davam etdir. Əbədi həyatdan möhkəm yapış. Bunun üçün çağırıldın və bir çox şahid qarşısında uca inancı açıq şəkildə mənimsədin. İndiki dövrdə zəngin olanlara lovğalanmamalarını, müvəqqəti zənginliyə bel bağlamamalarını əmr et. Zövq almağımız üçün bizə hər şeyi bol şəkildə verən Allaha bel bağlasınlar. Onlara yaxşılıq etmələrini, yaxşı əməl baxımından zəngin olmalarını, əliaçıq və paylaşmağa istəkli olmalarını əmr et. Beləliklə də həqiqi həyata qovuşmaq üzrə gələcək üçün özlərinə möhkəm təməl olacaq bir xəzinə toplamış olarlar. (Pavlusun Timoteyusa Birinci Mektubu, 6-cı hissə, 11-19)

Cənnət Sevincini Yaşamaq

Müsəlmanlar üçün dünyada ən mühüm nemətlərdən biri axirətdə cənnəti qazanmağı ümid edə bilmələridir. Allah dünyanı müsəlmanların cənnətə qovuşmağı arzulayacaqları şəkildə yaratmışdır. Allahın və axirətin varlığına iman edən hər kəs, dünyada mövcud olan nemət və gözəlliklər qarşısında həmişə cənnəti xatırlayacaq, bu nemətlərin müvəqqəti olduğunu bilərək cənnətdəki əsillərini istəyəcək. Necə ki, belə bir insanın cənnətə qovuşma istəyi və bundan ötrü keçirdiyi həyəcan hissi, rəftarlarından, danışıqlarından, din əxlaqını yaşamasındakı səmimi səyindən hiss ediləcək.

Möminlər cənnətə qovuşmağı ümid etdiklərindən ötrü həmişə həyəcan içindədirlər. Həyəcan və şövqləriylə yanaşı, Rəbbimizin bənzərsiz nemətlərinə varis edəcəyi kəslərə vəd edilən cənnətlə sevinc içindədirlər.

İncildə cənnət sevincindən belə bəhs edilir:

O gün sevinin, coşğuyla atılıb düşün! Çünki göydəki mükafatınız böyükdür... (Luka, 6-cı hissə, 23)

İncilin başqa bir yerində isə çox az insanın cənnətə layiq olacağından bəhs edilir:

Biri ona; "xilas olanların sayı azmı olacaq?" deyə sual verdi. İsa oradakılara belə dedi: "Dar qapıdan girməyə cəhd edin. Sizə bunu deyim ki, çoxu içəri girmək istəyəcək, lakin girə bilməyəcək. (Luka, 13-cü hissə, 23-24)

İmanın qazandırdığı ağıl və vicdanla, cənnəti lazım olduğu kimi düşünə bilən bir insan, mənəvi dərinliyi ölçüsündə də bu nemətdən xəbərdar olaraq yaşayacaq. Cənnətin əhəmiyyətinə, heç nə ilə müqayisə edilə bilməyəcək dəyərinə diqqət çəkilən hədislərdən bir hissəsi belədir:

Cənnətdəki bir qamçılıq yer dünya və dünyadakı şeylərdən xeyirlidir. [Ramuz el-Ehadis-1, səh. 132/9]

Cənnətdə yay qədər bir yer var, Günəşin üstündə doğduğu və ya batdığı şeydən (dünyadan) daha xeyirlidir. [(Buxari, Müslim, Tirmizi), Kütüb-i Sitte-14, səh. 429/2]

Kitab boyunca Quran ayələri və hədislər vasitəsilə verilən təsvirlərlə qeyd etdiyimiz kimi, cənnətə aid hər şey dünyadakılarla müqayisə edilə bilməyəcək qədər mükəmməldir. Cənnətdəki bu üstünlük və qüsursuzluq insanın ömrü boyu axtardığı və yaşaya bilmədiyi gözəllikdir. Dolayısilə cənnətə qovuşmağı arzulamaq, ona layiq ola bilmə ümidini hiss edə bilmək və Rəbbimizin cənnət vədinin sevincini yaşamaq ayrıca çox böyük nemətdir.

Nəticə

Kitab boyunca bəhs etdiyimiz bütün bu gözəlliklər hamımıza bir an sonrası qədər yaxındır. Ölümlə hər an başa çata biləcək dünya həyatı, axirətdəki əbədi həyatın başlanğıcıdır. Dolayısilə hər an, hər saniyə axirətə keçilə biləcəyini unutmamaq, cəhənnəmə getmə ehtimalından qorxmaq və buna görə də, cənnətdəki əbədi nemətə qovuşmaq üçün hazırlıq görmək hər kəs üçün çox əhəmiyyətlidir.

Lakin şeytan, insana, Allahın cənnətdə vəd etdiyi gözəllikləri, əbədi həyatı unutdurmaq, düşündürməmək istər. Əksinə qüsur və çatışmazlıqlarla dolu olan dünya nemətlərinə razı olmağı, bunlarla bir neçə on il yaşamağı yaxın fayda kimi göstərər. Halbuki şeytana qarşı tam əks rəftarla, cənnətin çox yaxın olduğu həqiqətini unutmayaraq səmimi səy göstərmək lazımdır.

Bütün səmimi müsəlmanlar sonsuz mərhəmət, sonsuz rəhmət, sonsuz ağıl və güc sahibi olan, qullarını sevən, onları himayə edən, dünyada və axirətdə onların yaxşılığını istəyən, onlara dünyada gözəl və şərəfli həyat, axirətdə də cənnəti istəyən Allahın zəmanəti altındadırlar. Dolayısilə bu sevinc dolu neməti müsəlmanlar heç vaxt unutmamalı və bir-birlərinə bu yaxın nemətlə müjdələməlidirlər. Necə ki, Allah Quranda möminlərin bu mövzuda bir-birlərini müjdələmələrini əmr edir:

...(Bu,) Tövratda, İncildə və Quranda Öz üzərinə götürdüyü həqiqi vəddir. Allahdan daha çox əhdə vəfa edən kimdir? O zaman etdiyiniz bu alış-verişdən ötrü sevinib bir-birinizi müjdələyin. Məhz “böyük qurtuluş və xoşbəxtlik” budur. (Tövbə surəsi, 111)

 

1 / total 3
"Harun Yəhyanın İmanın Gözəllikləri kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net