İmmun Sistemi Möcüzəsi

KİTABI ENDİRİN

Download (DOC)
Şərhlər

KİTABIN BÖLÜMLƏRİ

< <
1 / total: 11

Önsöz

Ölkələrin mövcudluqlarını davam etdirə bilmək üçün ən çox əhəmiyyət verməli olduqları şey müdafiəyə hazırlıqlı olmaqdır. Dövlətlər xarici və daxili təhlükələrə hər an hazır olmalıdırlar. Çünki bir ölkə nə qədər inkişaf etsə də, əgər özünü qoruya bilmirsə, ən kiçik xarici hücum, ən kiçik terror aktı o ölkənin fəlakətinin başlanğıcı olar. Belə təhlükə qarşısında bu ölkənin sahib olduğu resursların, texnologiyanın və iqtisadi qüvvənin əhəmiyyəti qalmaz. Əgər ölkə özünü qoruya bilmirsə, acizdirsə, varlığını davam etdirə bilməz.

Bu səbəbdən ölkələr maddi gəlirlərinin çox hissəsini müdafiəyə ayırırlar. Ordularını inkişaf etmiş texnologiya vasitələri ilə, silahlarla təchiz edərək və əsgərlərinin təhsillərinə diqqət edərək ölkələrini yüksək səviyyədə qoruyurlar.

Eyni vəziyyət fərdlər üçün də keçərlidir. Onlar da həyatlarını sağlam və rahatlıq içində davam etdirmək üçün öz müdafiələrinə əhəmiyyət verməlidirlər. Canlarını və mallarını oğurluq, cinayət kimi təhlükələrdən, qəza, yanğın, zəlzələ, sel kimi təbii fəlakətlərdən qorumağa məcburdurlar.

Ancaq insanların görmədikləri, çox vaxt fərqində belə olmadıqları düşmənləri vardır. Həmçinin bu düşmənlər digərlərindən daha çox təhlükəlidir. Bunlardan qorunmaq üçün ciddi tədbirlərə ehtiyac var.

Bəs insanları hər an təhdid edən bu düşmənlər kimdir?

Bunlar aldığımız havada, içdiyimiz suda, yediyimiz yeməkdə, evimizdə, işimizdə qisası, yaşadığımız hər yerdə olan bakteriya, virus və bunun kimi mikroskopik canlılardır.

Ancaq necə qəribədir ki, ətrafımızda bizə qarşı belə böyük təhlükə olmasına baxmayaraq, biz bunlardan qorunmaq üçün səy göstərmirik. Çünki bunu bizim əvəzimizə və bizə hiss etdirmədən edən, bizi qoruyan bir sistem var. Bu, müdafiə sistemimizdir.

İnsan bədəninin ən əhəmiyyətli və təəccübləndirən sistemlərindən biri olan müdafiə sisteminin çox vacib vəzifəsi var. İnsan fərqində olsa da, olmasa da bu sistemin bütün “işçiləri” onun bədənini qoruyur. Bakteriya, virus və bunun kimi düşmənlərə qarşı bədəni qoruyan hüceyrələrin mükəmməl qabiliyyətləri var. Bu hüceyrələrin bədəndə apardıqları mübarizə zamanı göstərdikləri zəka, əmək və fədakarlıqlar bunları öyrənən hər insanı heyrətə gətirər.

Hər insanın xəstələnməsinə səbəb olan şeyin nə olduğunu, bunun necə bütün bədənə təsir etdiyini, niyə temperaturumuzun qalxdığını, halsızlaşdığını, sümüklərinin, oynaqlarının ağrıdığını və bədənində hansı fəaliyyətlərin baş verdiyini bilmək istəyər.

Bu saytın əsl məqsədi də insanı belə nizamlı, intizamlı bir ordu ilə qoruyan sistemin necə yarandığını və nə cür işlədiyini aydınlaşdırmaqdır.

Bu iki cəhət bizi çox əhəmiyyətli nəticələrə gətirib çıxaracaq. İkinci olaraq isə təkamül nəzəriyyəsi kimi saxta, batil inancın öz içində belə necə anlaşmazlıqların yaşandığını, bu batil inancın necə çürük təmələ əsaslandığını görəcəyik

Ancaq bu mövzuya keçməzdən əvvəl vacib bir cəhəti də bildirməkdə fayda vardır:

Müdafiə sistemi ilə bağlı oxuyacağımız yazılarda tez-tez qarşılaşacağımız bəzi ifadələr olacaq:

“Bunun necə olduğunu hələki bilmirik...”

“ Səbəbi hələ də bilinmir...”

“ Mövzu ilə bağlı tədqiqatlar hələ də davam edir...”

“ Bu nəzəriyyəyə görə...”

Bu cümlələr əslində onların etirafıdır. Bu, 21-ci əsrdə yaşayan insanın sahib olduğu texnologiya və bilgiyə baxmayaraq, bapbalaca hüceyrələrin bacardıqları möcüzəvi işlərin qarşısında düşdükləri acizliyin etirafıdır. Bu mikro canlıların etdikləri işlər elə mükəmməldir ki, insan ağlı bu sistemin detallarını başa düşməyə çətinlik çəkir. Çünki müdafiə sistemində insanın anlaya bilməyəcəyi bir ağıl gizlidir.

Bu saytdakı yazıları oxuduqca həm hüceyrələrinizdə, həm də bədəninizdə gizlənən üstün bir ağlın olduğuna şahid olacaq, dolayısı ilə bunun ancaq üstün bir Yaradıcının ağlı olduğunu görəcəksiniz.

Bəlkə də elm bir neçə əsr sonra müdafiə sisteminə aid bütün sirrləri aydınlaşdıra bilər, hətta bu hüceyrələrin etdiyi hər şeyi təqlid edərək bənzər bir sistemi süni yolla əldə edər. Şübhəsiz bu, yüksək təhsil alan mütəxxəssislər tərəfindən üstün texnologiyanın məhsulu olan bir çox alətin bir yerə toplandığı çox inkişaf edən bir laborotoriyada, nəzarət altında əldə ediləcək. Ancaq bir şeyə diqət etmək lazımdır: belə bir şeyi bacarmaq, təkamül nəzəriyyəsinin etibarsızlığını bir daha sübut edərək belə bir sistemin təsadüfən olmayacağını sübut edir.

Həmçinin dövrümüz üçün müdafiə sisteminə bənzər bir sistemin qurulma ehtimalı çox azdır. Bu gün alimlər müdafiə sisteminin sirlərini öyrəndikcə qarşılaşdıqları mənzərə qarşısında heyrətə düşürlər. Çünki tapılan cavablar başqa bir çox sualın yaranmasına səbəb olur, hüceyrədəki ağıl və şuur getdikcə daha çox ortaya çıxır və müdafiə sisteminin, təkamül nəzəriyyəsinin irəli sürdüyü kimi təsadüflərlə mərhələ - mərhələ inkişaf etməyəcəkləri də aydın olur.

Bu saytın məqsədi bir tərəfdən sizi içinizdəki bu cəsur döyüşçülərlə tanış etmək, digər tərəfdən möcüzəvi sistemin bir Yaradılış dəlili olduğunu ortaya qoymaqdır. Bu mövzu ilə bağlı olaraq təkamül nəzəriyyəsinin uydurduğu ssenarinin necə bir- bir çökdüyünü və gerçəklər qarşısında necə mənasız hala gəldiyini görəcəyik. Bu səbəbdən burada xüsusilə vurğulanmağa çalışılan mövzu müdafiə sisteminin bir çox biologiya, ya da tibb kitablarında rahatlıqla tapdığımız bioloji xırdalıqları deyil, sistemin möcüzəvi cəhətidir. Saytda danışılanları hər yaşda, hər peşədən insan rahatlıqla qavramağı üçün biologiya və fiziki terminlərin istifadə edilməyib.

Əsas mövzuya keçməzdən əvvəl xatırladaq ki, indi də ətrafınızda mikroblardan təsirlənmədən bu saytdakı yazıları rahatlıqla oxumağınızı bədəninizdəki sistemə borclusunuz. Əgər bədəninizdə müdafiə sistemi olmasaydı, bu yazını heç vaxt oxumayacaq, hətta oxumaq-yazmaq öyrənəcək yaşa belə gəlmədən həyata vida edəcəkdiniz.

 

1 / total 11
"Harun Yəhyanın İmmun Sistemi Möcüzəsi kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net