Armadillərin əcdadı elə Armadillərdir

Təkamül nəzəriyyəsi tərəfdarları növlər arasındakı keçidə dair elmi dəlilləri olmamasına baxmayaraq, bəzi növləri “əcdad” bəzilərini də “varis” elan edərlər. Ancaq təkamülçülərin xəyal gücü ilə formalaşan və elmi hər hansı bir fakta əsaslanmayan belə ssenarilər daha diqqətçəkici olanı tapana qədər gündəmdə saxlanılır. Buradakı vasitəçilər isə ümumiyyətlə informasiya agentlikləridir. Cəmiyyətin gözündə müəyyən bir yerə sahib bir informasiya agentliyi bu kimi xəbərlər ilə təkamülçü ssenarilərin, digər xəbərlər arasında yayılmasında -bilərək, ya da bilməyərək- vasitəçi olur. Bu taktika ilə həqiqəti əks etdirməyən xəbərlər də özünə görə bir etibarlılıq qazanmağa başlayır. Halbuki bir informasiya agentliyinə çatan hər hansı bir məlumat redaktorlar tərəfindən diqqətlə yoxlanmalı və mənbəyi kim olursa-olsun, əvvəl doğruluğu araşdırılmalı, elmiliyi mütləq dəlillər əsasında sorğu-sual olunmalıdır.

Bu məsələyə çox dəqiq bir nümunə ölkəmizdə baş verdi.

Keçdiyimiz günlərdə rəsmi bir qurum olan “Anadolu Agentliyi” tərəfindən verilən bir xəbər mediada geniş yer aldı. Xəbəri cəlbedici edən başlığındakı təkamülü xatırladan ifadə idi: “Armadillərin əcdadı tapıldı” ... (http://aa.com.tr/tr/bilim-teknoloji/armadillolarin-atasi-bulundu/525839) şəklindəki bu başlıq həqiqətlərlə əlaqəsi olmayan, heç düşünülmədən, elmi dəlillərdən istifadə edilmədən yazılmış təəssüratı yaradan bir xəbəri bizə çatdırırdı.

Bu xəbər əslində “Current Biology” jurnalının 22 fevral tarixli sayında yer alan bir araşdırmanın nəticəsinə əsaslanırdı. Sözügedən məqalədə darvinizmin əcdad-varis iddiaları üzərində spekulyasiyalar edilirdi.

Bu məqalənin elmi tənqidini aşağıda tapa bilərsiniz, ancaq burada diqqət çəkici olan bir məsələ var: “Anadolu Agentliyi”nin “Current Biology” jurnalından götürdüyü bu xəbərin əslində “Armadillərin əcdadı tapıldı” deyə bir ifadənin olmamasıdır. Bu məqamın da, əlbəttə ki, üzərində düşünmək lazımdır.

 

Mozaika canlı: Zirehli balaca - Armadill

Hərfi mənası “Zirehli balaca” olan Armadill, sərt qoruyucu zirehə malik yaşayan tək məməlidir. Hazırda dünyada 20 fərqli növü yaşayır. Uzun dilləri ilə qarışqa, termit və digər həşəratlarla qidalanırlar. Armadillər bir çox canlıya oxşayan fərqli xüsusiyyətlərə malik olduqları üçün “mozaika canlı” olaraq tanınır. Donuz gözlərinə, siçan quyruğuna, qatır qulaqlarına, timsahın zirehli pulcuqlarına və tısbağanın qalın zirehinə malik olub, gövdəsinin alt tərəfi də xəzlə örtülüdür. Bu müxtəlif xüsusiyyətlərinə görə müəyyən bir növ sinfinə daxil edilməsi təkamülçülər üçün həmişə problem olmuşdur.

Canlılardakı növ müxtəlifliyi tarixin ən əvvəlindən etibarən vardır və bu, təkamül ağacını alt-üst edən bir haldır çünki növlərin təsnifatı (taksonomiya) təkamül baxımından çox zəruridir. Belə bir təsnifat əsasında hazırlanan nəsil ağacında müxtəlif budaqlar ayrılır. Köklər əcdadları, budaqlar isə varisləri təmsil edir. Bu metoddan istifadə edilərək canlıların bir-birlərindən törədiklərini iddia edən təkamülçü düşüncə təsvir edilir. Bircə ədəd fotoşəkildə, növlərin uydurma mənşəyi və aralarında əslində mövcud olmayan qohumluq əlaqələri sanki həqiqət kimi qəbul edilərək, şüur altına təkamül təlqinləri yeridilir.

Darvinistlər “Növlərin zaman ərzində şaxələndiyi” iddialarını belə xəyali rəsmlərlə cəmiyyətə qəbul etdirməyə çalışırlar. Amma bu aldadıcı üsul elmilikdən tamamilə uzaq, real faktlara tamamilə zidd, xəyali ssenarilərin bir portretidir. Çünki paleontologiyanın ortaya qoyduğu faktlar çox aydın və birmənalıdır: Növ müxtəlifliyi ibtidai hüceyrə və ya canlıdan törəyərək milyonlarla il ərzində tədricən artmamış, bunun tam əksinə, müxtəliflik həyat tarixinin ən başında, Kembri dövründə bir anda ən zəngin halı ilə ortaya çıxmış və hətta zaman ərzində azalmışdır.

İngiltərə Bath Universitetində aparılan tədqiqatın “PNAS” jurnalında dərc olunan nəticələri təkamül nəzəriyyəsinin onsuz da xəyali olan soyağacının alt-üst olduğu həqiqətini belə sübut edir:

 

“Geniş yayılmış fikrin əksinə heyvan qruplarının hamısı yeni anatomik xüsusiyyətlərini zaman ərzində qazanmayıblar. Əksəriyyət bir-birindən fərqləndirən xüsusiyyətlərinə tarixlərinin ən başında onsuz da malikdirlər. “Erkən başlayan fərqlilik” deyə bilinən bu mənzərə, təkamülün ənənəvi V şəklindəki konus modelini başıaşağı çevirmişdir”.

(Martin Hughes, Sylvain Gerber, and Matthew Albion Wills, Clades reach highest morphological disparity early in their evolution, PNAS 2013 110 (34) 13875-13879; July 24, 2013, doi:10.1073/pnas.1302642110)

Armadill: Yaşayan fosil

Armadillər də sahib olduqları müxtəlif xüsusiyyətləri, hər hansı bir əcdadı olmadan tarix səhnəsində bir anda ortaya çıxmış canlılardır. Armadillər ilk olaraq 130 milyon il əvvəl Cənubi Amerikada Ərincək və Qarışqa-yeyən ilə birlikdə ortaya çıxmışdır.

(Dawkins, R. The Armadillo’s Tale. In “The Ancestor's Tale”, 2004, Houghton Mifflin Company, New York, New York, pp.180-181).

Hazırda yaşayan Armadillər milyonlarla il əvvələ aid fosil nümunələri ilə müqayisə edildikdə, kiçik variasiyalardan başqa heç bir fərqin olmadığı görünür, bu səbəbdən Armadillər, “yaşayan fosil” deyə tanınmışdır.

(Lampe, D. 1977. Unloved and Unloving, the Armadillo Blunders on. National Wildlife. Feb./Mar. 15 (2):35-37)

Yer üzündə ortaya çıxışından daha əvvəl, ona az da olsa bənzəyən və darvinistlər tərəfindən “əcdadı” kimi irəli sürülə biləcək bir oxşar növ olmadığı üçün bu canlının mənşəyinə dair hər hansı bir ssenari də hazırlanmamışdır.

Elmi həqiqətlər belə Current Biologiya jurnalında söz oyunları aparılaraq nəsli kəsilmiş Qliptodon adlı bir canlı, nəhəng Armadil kimi tanıdılmış və bu şəkildə təkamül soyağacına material təmin etmək üçün qohumluq əlaqəsi yaratmaq nəzərdə tutulmuşdur.

Qliptodonlar Armadillərin əcdadı deyildir

Qliptodon Armadillərdən daha sonra ortaya çıxmış və birlikdə yaşamış, onlardan daha böyük bir canlı növüdür. Fosil elmi 130 milyon il yaşında armadil fosilləri təqdim edərkən, qliptodonların ən erkən 35 milyon il əvvələ aid daşlaşmış qalıqları tapılmışdır. Armadillərdən daha gənc olan qliptodonların armadillərə əcdad kimi irəli sürülə bilməyəcəyi çox açıqdır.

3 min il əvvələ qədər Cənubi Amerikada yaşayan və bu gün nəsli kəsilmiş olan bu canlı, 1,5 tonluq nəhəng bədəni bir avtomobil böyüklüyündə olub, Armadildən fərqli olaraq zirehli qabığı oynaqsız bir quruluşa malik idi və iynələrlə örtülmüş toppuz formasında bir quyruğu vardı. Qliptodonlar həmişə ayrıca bir qrup kimi qəbul edilmişlər, məsələn, günbəz formalı monolit sərt qabığı, oynaqlı quruluşa malik Armadillərin qabığından tamamilə fərqlidir. İlk anda darvinizm üçün uyğun bir ssenari imkanı verirmiş görünsə də bu iki canlının fərqləri o qədər aydındır ki, elm dünyasında heç kim bu nəhəng nəsli kəsilmiş canlıların başqa bir növə əcdad olduğunu iddia etmir.

Nəticəsi əvvəlcədən təyin edilmiş bir tədqiqat: Mitoxondri DNT-si və qohumluq əlaqəsi

Bəs aralarında qohumluq əlaqəsi olmadığı çox açıq olmasına baxmayaraq, bir-birinə bənzəyən bu canlılar arasında darvinistlər nəyə görə bir əlaqə qurmağa çalışmışdılar?

Darvinistlər üçün çıxış yolu “Qliptodon və Armadill eyni ailənin qohumlarıdır” demək və onları xəyali nəsil ağacında qohum kimi göstərmək olmuşdur. Bu iki canlı, eyni dövrdə bərabər yaşadıqları üçün bir-birlərinin əcdadı olduqları yox, ancaq “bacı” ola biləcəkləri irəli sürülmüşdür. C 4 - Oxlu toppuz quyruqları ilə təmsili Qliptodonlar.

Bu iddianı elmi kimi görünən göstəricilərlə bəzəmək isə darvistlərin adətkar olduqları və göz boyama məqsədli istifadə edilən bir mərhələdir. Bunun üçün Qliptodon fosilinin qabığından bir parça toz halına gətirilmiş, uzun əməliyyatlar nəticəsində mitoxondrial DNT parçaları əldə edilmişdir. Bu parçalar yaşayan bir Armadil RNT-si ilə müqayisə edilərək müəyyən bölgələrdə oxşarlıq görülmüş, bu şəkildə genetik bir tədqiqat aparılmışdır. Ancaq burada arzu olunan nəticəni əldə etmək üçün xüsusi hazırlanmış bir metoddan istifadə edilmişdir. Bu metod tədqiq edildikdə, həmin tədqiqatın başqa canlılar arasında da oxşar nəticələri verəcəyi ortaya çıxır.

Mitoxondridə olan DNT nüvədəki DNT-dən fərqli olaraq bir xromosoma malik dairəvi bir genomdur. Bu tək xromosom çox qısa olub yalnız mitoxondridəki metabolik proseslərdə istifadə edilən spesifik zülalların istehsalını kodlayır. Bədənə aid fiziki xüsusiyyətlər bu DNT-də yerləşməz. Kodlanmış halda bu zülallar yağ turşuları metabolizmi, sitrik turşu dövriyyəsi, ATF sintezi kimi ortaq kimyəvi proseslərdə istifadə ediləcək olan zülallardır. Bir-birinə heç bənzəməyən ayrı canlılarda belə bu metabolizmlərin tamamilə eyni olduğunu unutmamaq lazımdır. Bu təqdirdə müxtəlif növlərin eyni zülallara malik olması çox təbiidir. Aparılan bu tədqiqatda isə, tətbiq edilən metod etibarilə, fərqlər deyil, yalnızca eyni genlər müəyyən edilmişdir. Eyni genlərin olması, yuxarıda da qeyd etdiyimiz kimi, eyni atmosfer şərtlərində, eyni metabolik proseslərə malik canlılar üçün son dərəcə təbii bir nəticədir.

Əldə, fərqliliklərin də dəyərləndirilə biləcəyi, tam bir Qliptodon mitoxondrial DNT-si və ya nüvə DNT-si yoxdur, ancaq darvinistlərə görə qohumluq iddiasını təsdiq etməyə çalışmaq üçün seçilmiş bir metod və nəticəsi əvvəlcədən təyin edilmiş bir tədqiqat işi vardır.

NƏTİCƏ

Yer üzünün demək olar ki, bütün qatları araşdırılmış, 700 milyona qədər fosil çıxarılmış, amma BİRCƏ DƏNƏ BELƏ ARA FOSİLƏ RAST GƏLİNMƏMİŞDİR. Yerin daxili qatlarında milyardlarla olmalı olan bu ara keçid fosillərindən BİR DƏNƏ BELƏ YOXDUR.

Qısacası, fosil elmi bu iki növü bir-birinə bağlayacaq ara növlər ortaya qoymur. Hətta, iki növün də nəsil ağacında özlərinə aid hər hansı bir əcdadları yoxdur. Bu həqiqətlərə baxmayaraq, darvinist ideologiyanı əsaslandırmaq üçün elmi metoda zidd bir tədqiqat işi aparılmışdır. Burada genetika elminin darvinist gözboyamalarla xalqı aldatmaq üçün istifadə edildiyi açıq şəkildə görünür.  

“Anadolu Agentliyi” tərəfindən belə bir tədqiqatın elmi dəyərinin araşdırılmadan dərc olunması da düzəldilməli olan əhəmiyyətli bir xətadır.

Növlər bir-birindən ayrı olaraq, ayrı-ayrı vaxtlarda tamamilə nöqsansız və qüsursuz quruluşları ilə bir anda ortaya çıxıblar, yəni yaradılıblar. Elmin hər bir sahəsində olduğu kimi, fosil elmi də Allahın sonsuz gücünü və yaratma sənətini göstərir.

2018-06-24 02:01:11

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net