Təkamül nağılı yenidən başlayır: “Canlılıq zülalsız başlasın, amma şəkərsiz olmasın”

Darvinistlərin səsləri hər nə qədər əvvəlki kimi güclü çıxmasa da, zamanla sınaqlar etməyə davam edirlər. Necə ki, keçdiyimiz aylarda darvinist yanılmalara yenisi əlavə olundu. Bu, “hüceyrə içindəki zəncir reaksiyaların fermentlər olmadan da meydana gələ biləcəyi” iddiası idi.

Bu yazımızda sözü keçən iddianın elmlə heç bir əlaqəsinin olmadığı, hətta bunun əksinə, təməl biologiya məlumatına sahib insanların da fərq edə biləcəyi şəkildə həvəskar kimi hazırlanmış, maraqlı aldatma olduğunu ortaya qoyacağıq.

Əvvəlcə, ifadə etməyimiz lazımdır ki, təkamülçülər də, hər biri işləyən nano-maşınlar olan zülalların varlığının canlılıq üçün əsas şərt olduğunun fərqindədirlər. 100 ildən çox müddətdir ki, laboratoriyada kimyəvi molekulları bir yerə gətirərək işlər görür və öz ağılları ilə hüceyrədəki həyatın davamını təmin edən zülalların təsadüfən meydana gələ biləcəyinə bəzilərini inandırmağa çalışırlar. Ancaq bu səyləri nafilədir. Aleksandr Oparin tərəfindən nəzəriyyə halına gətirilən daha sonra Urey-Miller qurğusu ilə sübut edilməyə çalışılan, ancaq həmişə nəticəsiz qalan səydir bu. Məhz, zülallar olmadan həyatın da ola bilməyəcəyinin fərqində olan təkamülçülər son bir iddia ilə qarşımıza çıxmışlar: Canlılığın başında zülallara ehtiyac olmadığı xəyali…

 

“Zülalsız olsun, amma şəkərsiz olmasın”

Aşağıdakı darvinist ssenariyə ilham verən, hüceyrəyə və fermentlərə ehtiyac olmadan, qlükozanı məhv edib piruvata çevirən kimyəvi zəncir reaksiyaların kəşfidir. Bu ssenari “təkamülün zülalın çıxılmaz vəziyyətinin həll edildiyi” fərz edilərək hazırlanmışdır, çünki sözü keçən əfsanəvi izahatda canlılığın mənşəyi üçün zülala ehtiyac olmadığı iddia edilir.

Bu inanması çətin hekayəni sözü keçən darvinizm tərəfdarı qaynaqdan şişirtmə və şərh əlavə olunmadan eynilə izah edirik:

1.  Əvvəlcə, metabolik zəncir reaksiyalar onsuz da okeanların dərinliklərindəki isti su qaynaqlarının olduğu mühitdə, metal ionları sayəsində reallaşırdı.

2. Sonra, hüceyrə deyə bilməyəcəyimiz, amma yağ şarından başqa bir şey olmayan bir “şey” gəlib onu içinə almış ola bilər.

3. Beləcə ilk şeylər bu “metabolik yollar”' pərdələriylə bürümüş və sahiblənmiş ola bilərlər.

4. Özləri də beləcə ibtidai “ilk hüceyrə” olmuş ola bilər.

5. Bu metabolik yollar eyni mühitdə fermentlər -guya- (vurğu bizə aiddir) təkamülləşdikcə daha da həssaslaşmış və daha yaxşı hala gəlmiş ola bilərlər.

(izahat təkamülçü qaynaqdan şişirtmələr əlavə olunmadan eynilə alınmışdır, Baxın: http://www.newscientist.com/article/dn25471-spark-of-life-metabolism-appears-in-lab-without-cells.html#.VWBxpmCFbzL)

Tamamilə fərziyyələr üzərinə qurulmuş, “olmuş olabilər”lərdən ibarət olan bu izahat aydındır ki, elmi gerçəklərdən uzaqdır. Digər bütün nümunələrində olduğu kimi, “metabolik zəncir reaksiyaları” hazır tapıb, “tam da axtardığım şey”dir deyə sahiblənən yağ şarı nağılıyla təkamülçülər xəyal dünyalarının genişliyini bir daha sübut edirlər. Sözü keçən izahatlar ilk anda birbaşa yola çıxılaraq yaradılmış kimi zənn edilə bilər, halbuki saysız nağıl törətməyə, yəni aldatmağa əsaslanır.

 

Aldatmaya diqqət!

Bəli son tədqiqatlar, şəkər, dəmir kimi metal ionları və fosfat olan təcrübə mühitinə istilik tətbiq olunduğunda, qlükoza molekulunun məhv olduğu və eynilə qlikoliz və pentoza-fosfat yolunda olduğu kimi yan məhsullarla birlikdə, son məhsul olan Piruvatın əldə edildiyini göstərmişdir. (Bilindiyi kimi piruvat, oksigenli ya da oksigensiz tənəffüsün qlikoliz mərhələsində yaranan son məhsulun adıdır və piruvik turşu olaraq da adlandırılır.) Buna görə, qlükoza kimi molekul isti suda, müxtəlif metal ionlarının da varlığında pozulur.

 

Qəhrəmanımız şəkərin qaynağı, fotosintezdir

Diqqət yetirilsə, sözü keçən nağılın ən başında karbohidrat istehsalına ehtiyac olub, istifadə edilən ilk kimyəvi qlükozadır. Halbuki qlükoza kainatda ancaq fotosintez ilə çıxarılması lazım olan karbon tərkibidir.

Bitki hüceyrəsi və ya yosun günümüzün ən inkişaf etmiş laboratoriyalarında belə təqlidi mümkün olmayan fotosintez sayəsində şəkər çıxararlar. Fotosintez edən, tam və qüsursuz hüceyrə olmadan, bir qlükoza molekulunun varlığından danışmaq tamamilə ağılsızlıq olacaq. Qısaca bu qüsursuz hüceyrələr varsa fotosintez və şəkər vardır, yoxsa yoxdur.

Bugün dünyada həyatın ilk olaraq fotosintez edən yosun ilə başladığı aydın olmuşdur. 3.2 milyard il əvvəl yaşamış və günümüzə qədər pozulmadan gələn mavi-yaşıl yosun hüceyrələrinə aid fosillər, həyatın o dövrdə yer kürəsində bir anda başladığını, canlıların günümüzə qədər dəyişmədən gəldiyini bizə göstərir.

 

Təkamül nağılının sonu

Bir daha yekunlaşdırmaq lazım olsa, darvinistlər “şəkəri məhv etmək üçün fermentlərə ehtiyac yoxdur” fikri ilə ortaya çıxmışlar, yəni hüceyrə olmadan da şəkərin məhv ola biləcəyini iddia etmişlər. Ancaq bu elmi həqiqəti unutmuşlar: Şəkər yalnız və yalnız fotosintezlə meydana gələ bilər, yəni ilk başda şəkərdən bəhs edə bilmək üçün fotosintez edən hüceyrəyə ehtiyac vardır. Fotosintez isə bir çox mərhələsi hələ həll edilə bilməmiş son dərəcə kompleks əməliyyatdır.

Görüldüyü kimi darvinist nağıl təkamülün öz-özünü çürüdən aldatma olduğunu ortaya qoyur.

Cansız maddələr canlılığı meydana gətirə bilməzlər, canlılıq ancaq canlılıqdan davam edə bilər. Açıqdır ki, hüceyrə və həyat sonsuz güc sahibi, hər şeyin məlumatına sahib Allahın yoxdan var etməsiylə, ən kompleks halıyla, bir anda bütün infrastrukturlarıyla birlikdə, əksiksiz olaraq yaradılmışdır.

 

Qaynaqlar:

Non‐enzymatic glycolysis and pentose phosphate pathway‐like reactions en a plausible Archean ocean, Markus A Keçəllər, Alexandra V Turchyn, Markus Ralser, Molecular Systems Biology (2014) 10: 725 (http://msb.embopress.org/content/10/4/725)

Spark of lifü: Metabolism appears en lab without cells, Linda Geddes, NewScientist, 25 april 2014

(http://www.newscientist.com/article/dn25471-spark-of-life-metabolism-appears-in-lab-without-cells.html#.VWBZImCFbzJ

2018-06-24 02:08:00

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net