Prion zülalı haqqındakı yalanlar, çarəsiz darvinistlərin vəziyyətini qurtara bilməyəcək

Ötən günlərdə BBC, Science, Scientific American, Discover, CBS kimi müxtəlif internet saytlarında nəşr olunan bir xəbərdə, “cansız prionların təkamülləşdiyi” iddia edilirdi. Bu fövqəladə dərəcədə məntiqsiz iddia, bəhsi keçən xəbərlərdə sanki əhəmiyyətli elmi icadmış kimi verilmiş, elmi terminlərlə bəzənmiş şərhlər sanki həqiqətmiş kimi ard-arda sıralanmışdı. Məqsəd hər zamanki kimi, prionların nə olduğundan da xəbərsiz olan olduqca geniş seqmenti qarışıq ifadə və izahatlarla aldatmağa çalışa bilməkdi.

Həyatın mənşəyi mövzusu, darvinistlərin ən əhatəli və ən təməldən çöküşlərinin elanıdır. Eyni zamanda bu mövzu, darvinist məğlubiyyətin ən böyük dəlilini təşkil etdiyindən, darvinistlər bu mövzuda həqiqətən, olduqca çarəsiz vəziyyətdədirlər. Bu çarəsiz vəziyyəti düzəldə bilmək üçün uzun zamandır özlərinə görə həll yolu axtarışındadırlar. İllərcə virusların təkamülləşdiyini iddia edən və dəfələrlə yalanlanan darvinist seqment, indi də viruslardan daha kiçik cansız quruluşlar olan “prionları” saxta nəzəriyyələrinə dəlil olaraq verməyə çalışırlar. Bu iddianın etibarsızlığını xülasəylə bu şəkildə açıqlaya bilərik:

Prionlar, qısaca zülal ehtiva edən olduqca kiçik quruluşlardır. Bu quruluşlar canlı hüceyrə içində olmadıqları müddətcə tamamilə cansızdırlar. Prionlar bir hüceyrəyə girdiklərində, zərərsiz ola bildikləri kimi, müxtəlif xəstəliklərə də səbəb olarlar. Dəli dana xəstəliyi bu şəkildə yaranan xəstəliklərdəndir. Prionlar ümumiyyətlə, viruslara bənzədilsələr də, əslində viruslardan fərqlidirlər. Prionlar, virusların əksinə zülalların və fermentlərin quruluşunu təyin edən, beləliklə şəkil və inkişafı nəzarət edən DNT-yə sahib deyildirlər. Ən kiçik viruslardan belə ən az 100 qat kiçikdirlər.

Eynilə, virusların təkamül keçirmədikləri kimi prionlar da təkamül keçirməzlər. Darvinistlər illərcə virusların quruluşlarında meydana gətirdikləri dəyişiklikləri təkamül olaraq irəli sürməyə çalışmışlar və bunu həyatın mənşəyinə dəlil olaraq təqdim etməyə cəhd etmişlər. Halbuki, bütün darvinist elm adamları çox yaxşı bilirlər ki, virus canlı quruluş göstərmədiyi üçün meydana gələn mutasiyalardan mənfi şəkildə təsirlənməz. Eyni şəkildə meydana gələn mutasiyalar virusu inkişaf etdirməz də. Virus, heç bir zaman mutasiyalar nəticəsində başqa bir quruluşa çevrilməmiş, yeni orqanoidlərə sahib olmamışdır. Virus, içinə girdiyi hüceyrəni pozar, öldürər, lakin heç bir zaman o hüceyrəyə yeni və o hüceyrəni inkişaf etdirən genetik məlumat əlavə edə bilməz. Viruslar milyonlarla ildir virusdur, məruz qaldıqları saysız mutasiyaya baxmayaraq, milyonlarla ildir heç bir dəyişiklik keçirməmişlər.

Viruslar mövzusunda böyük məğlubiyyətə uğramış olan darvinistlər bu dəfə də heç bir genetik məlumat saxlamayan prionları saxta iddialarına dəlil olaraq istifadə etməyə çalışırlar. Halbuki bu iddia, daha çox böyük qeyri-mümkünlüklər ehtiva edir. Prion zülalları, girdikləri hüceyrənin xromosomlarında olan genetik məlumata görə sintez edilərlər. Bu səbəbdən hüceyrə olmadan prionların varlıqlarını davam etdirməsi mümkün deyil. Açıqca görüldüyü kimi DNT-si də olmayan tamamilə, cansız quruluş haqqındakı təkamülləşmə iddiası fövqəladə dərəcədə məntiqsiz iddiadır. Bir hüceyrə içində zülallar necə sintez edilər və dözərlərsə, prionlar da hüceyrə içində eyni üsulla sintez edilər və dözərlər. Öz başlarına varlıqları, dəyişmə qabiliyyətləri yoxdur.

Xəstəlik yayılması təkamülləşmə deyil

Bəzən xəstə prion zülalları, sağlam prion zülallarıyla qarşılaşdıqlarında, müxtəlif reaksiyalar meydana gəlir. Bunun nəticəsində xəstəlik sağlam prionlara bulaşar və eyni zamanda yeni çıxarılan prionlar da xəstəlik daşıyıcı vəziyyətə gələrlər. Bu, xəstəliyin yayılmasıdır. Beyindəki xəstə prion zülalları alınıb bir başqa toxumaya nəql edilsə, o toxumadakı sağlam prion zülallarına da təsir edəcək və onları xəstə hala gətirəcək. Darvinistlər prionlarla əlaqədar saxta iddialarına, çarəsizlikdən, bu xəstəlik yayılması hadisəsini dəlil göstərməyə çalışarlar. Halbuki, burada mutasiya və ya təkamülləşmə mümkün deyil, yalnız xəstə prionun xəstəliyi yayması vəziyyəti vardır.

Prion zülallarının bu baxımdan viruslara bənzədiyi iddiası da eyni şəkildə yalandır. Viruslar hüceyrənin nüvəsində genetik məlumata müdaxilə edərək özlərini çoxaldarlar. Halbuki, xəstə prion zülalları, genetik məlumata təsir edərək çoxala bilməzlər. Onlar yalnız sağlam prion zülallarının strukturlarını pozar və onları xəstə hala gətirərlər. Bu vəziyyət təkamül deyil, yalnız sağlam prion zülalı xəstə hala gəlmişdir, o qədər. (Daha əvvəl ifadə etdiyimiz kimi virusların bəhs olunan fəaliyyətləri də təkamülləşmə deyil)

Prion zülalının necə sintez ediləcəyi, onsuz da insan hüceyrəsinin 20-ci xromosomundakı genlərdə şifrələnmiş vəziyyətdədir. Yəni Uca Allah, hüceyrəni də, onun içindəki zülalın sintez ediləcəyi məlumatı da birlikdə yaratmışdır. Darvinistlər, hüceyrənin içindəki kodlu bu məlumatın ən kiçik zərrəsini də açıqlaya bilmirlər. Darvinistlər, hüceyrənin içindəki tək bir zülalın necə ortaya çıxdığını açıqlaya bilmirlər. Darvinistlər, prion zülalları haqqında çəkinmədən saxta iddialar edərkən, HƏLƏ PRİON ZÜLALININ ORTAYA ÇIXIŞINI BELƏ AÇIQLAYA BİLMİRLƏR.

Bu səbəbdən “darvinistlərin DNT olmadan təkamülü isbat etdik” sayıqlamaları çox ciddi məğlubiyyətin, müdhiş çarəsizliyin ifadəsidir, çox böyük yalandır. Darvinistlər belə bir iddia üçün əvvəl zülalın, DNT-nin necə ortaya çıxdığını göstərməlidirlər. BUNU ƏSLA EDƏ BİLMƏDİKLƏRİNDƏN, TƏK BİR ZÜLAL ONLARI TAMAMİLƏ ÇIXILMAZ VƏZİYYƏTDƏ BURAXDIĞINDAN, ancaq yalana dayanarlar. Bu, darvinistlərin 150 ildir istifadə etdikləri ikiüzlü üsulun başqa nümunəsidir.

Elmin darvinizmi ortadan qaldırışı dünya səviyyəsində darvinizm tərəfdarlarını olduqca yazıqlaşdırmışdır. Darvinist nəşrlərin çarəsiz çırpınışları da bu batil dinin sonunun gəldiyini sənədləşdirir. Darvinistlərin; prionlar, zülallar, DNT-lər üzərindən bir şeylər isbat etməyə çalışmaları artıq onları olduqca gülməli vəziyyətə salır. Həyatın möhtəşəm, sənətkaranə varlığı, daim bu azğın dinin təqibçilərini məğlubiyyətə məruz qoyacaqdır. RƏBBİMİZ OLAN ALLAHIN ÜSTÜN SƏNƏTİNDƏKİ TƏK BİR İNCƏLİK DƏ, BATİL BÜTÜN ŞƏRHLƏRİ YERLƏ BİR EDƏCƏK MÖHTƏŞƏMLİKDƏ VƏ GÜCDƏDİR.

Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. (Sad surəsi, 27)

2018-06-24 22:36:39

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net