Misir rəhbərliyinin Qəzza mövzusundakı mövqeyinin səbəbi darvinizmdir

Uzun zamandır Qəzzada çətin şərtlər altında yaşayan Fələstin xalqına istiqamətli keçdiyimiz günlərdə Türkiyənin də iştirakıyla kömək cəhdi reallaşdırıldı. İngiltərənin paytaxtı Londondan yola çıxan 500 nəfərlik Azadlıq Konvoyu, Fransa, İtaliya və Yunanıstan üzərindən Türkiyəyə gəldi. Bir araya gələn konvoy, Türkiyədən yola davam edərək Misir üzərindən Qəzzaya keçəcəkdi. Ancaq Misir hökumətinin maneələri konvoya böyük çətinliklər yaşatdı. 500 nəfərlik qrupun yalnız tək bir yoldan və Türk bayraqlarıyla keçməsinə icazə verən Misir hökuməti, sərhəddə bu qərarından da imtina etdi və konvoy, Əl Ariş limanında günlərlə gözlədildi. Ardından rəhbərliyin əmriylə limanda gözləyən konvoya həmişə çətinlik çıxaran, pasportlara əl qoyan Misir polisi Türk Xarici işlərin cəhdi ilə bir az yumşalma göstərdi. Ancaq bir neçə gün sonra gündəlik paltarla 100 Misir polisi tərəfindən daşlanan və yenə Misir polisi tərəfindən bibər qazı ilə hücuma məruz qalan konvoyda təxminən 40 adam yaralandı. Həm də Misir rəhbərliyi yaralananların xəstəxanaya getməsinə də icazə vermədi. Yaralılara müdaxilə ancaq əldəki imkanlarla edilə bildi. 10 gün boyunca Misir rəhbərliyi tərəfindən maneə törədilən konvoy Türkiyədən gələn millət vəkillərini, siyasətçilərin və bürokratların cəhdiylə Qəzzaya ancaq qısa bir müddət üçün girmə icazəsi ala bildi.

Edilən bu tətbiq, olduqca düşündürücü bir həqiqəti yenidən gözlər önünə sərmişdir. Keçdiyimiz aylarda beynəlxalq təkamül konfransına ev sahibliyi edən ilk müsəlman ölkə olan Misirin Qəzzaya köməkləri əngəlləmə yönündəki bu diqqət çəkici və təəccüblü rəftarı, ölkədəki darvinist mərkəzlərin fəaliyyətləriylə şübhəsiz ki, yaxından əlaqəlidir.

Misirdə illərlə davam edən darvinist diktatorluq

1950-ci və 60-cı illərdə Ərəb dünyasını dərindən təsirləyən “Ərəb sosializmi”, həddindən artıq milliyyətçiliyi, mövhumatçı olan üçüncü dünya solçuluğu ilə birləşdirən, əsas olaraq da dövrün kommunist Sovetlər Birliyindən dəstək görmüş olan hərəkətdir. Dərin Ərəb xalqçılığı ilə birləşən Ərəb sosializmi, əvvəl Misirdə iqtidara gəlmişdir. Misir kralını devirən zabitlər arasından yüksələn Camal Abdül Nasır, qısa zaman içərisində müsəlman xalqa təzyiq edən rəhbərlik anlayışı ortaya qoymuşdur. Misiri, Suriya və İraqı izləmiş və bütün bu ölkələrdə solçu rejimlər qanlı zərbələrlə iqtidarı ələ keçirmişlər.

Ərəb sosialistlərinin proqramında sülh, sükunət, mülayimlik kimi anlayışlar yer almır. Əksinə, marksist və darvinist ideologiyanın təməlində dayanan “qarşıdurma” anlayışı onlar üçün daha çox əhəmiyyətlidir. Bu ortam içində o illərdə Ərəb dünyasındakı gərginlik gedərək artmışdır.

Misirdə, General Abdül Nasır, “Azad Zabitlər Komitəsi” adı altında 1952-ci ildə 9 zabitlə birlikdə qiyam etmiş, Kral Faruku devirmiş və 20 il boyunca ölkəni şiddətə əsaslanan kommunist diktatorluqla idarə etmişdir. Nasır, Ərəb sosialist hərəkətinin qiyamçı üzvlərindəndir. Nasırizm adında darvinist-stalinist milliyətçilik ideologiyası yaratmışdır. Üzvü olduğu Azad Zabitlər Komitəsi də kommunist təşkilatdır,  qiyam əvvəlində və sonrasında Kommunist Partiya ilə çox yaxın əlaqələr içində olmuşdur.

Nasır dövrü tam olaraq diktatorluq və zülm dövrüdür. Nasır, qurduğu kəşfiyyat təşkilatı vasitəsilə bütün müxaliflərini ortadan qaldırmış, çox qısa müddətdə zalım diktator halına gəlmiş, darvinist sistemin bütün azğınlığını dövlət işlərində tətbiq etmişdir. Nasır dövründə təhsil tədris planında kommunist və darvinist görüşlər üstünlük qazanmışdır. Xüsusilə 1962-ci ildən etibarən kommunizmə bağlı və Nasır tərəfindən dilə gətirilən kommunist ifadələr çox böyük sürət qazanmışdır. Milli Birlik Partiyasının adı Ərəb Sosialist Birliyinə çevrilmişdir. Nasır, dövrün kommunist Sovetlərindən gələn istək üzərinə həbsdəki bütün kommunist quldurları bağışlamış, Misir mətbuatını bu şəxslərin idarəsinə vermişdir.

 

Kommunistlərin idarəsinə keçən Misir mətbuatı uzun illər boyunca İslam dininə, İslam alimlərinə və İslami camaatlara qarşı çox böyük hücum, böhtan kampaniyası icra etmişdir. Nasır, SSCB-nin ən yüksək dərəcəli qürur medallarından olan və milyonlarla insanı vəhşicə qətl edən kommunist lider Stalinə də verilən Sovetlər Birliyi qəhrəmanı medalının da sahibidir. 1965-ci ildə tək namizəd olaraq seçkilərə qatılan Nasır, təzyiq və şiddət altında reallaşan, şübhəli seçkinin nəticəsində səslərin  99%-ni aldıqdan sonra Müsəlman Qardaşlar Cəmiyyətinə qarşı təzyiqini daha da artırmışdır. Çox sayda İslam alimi həbs olunmuş, edam edilmişdir. Həsən-el Benna, Seyid Kutub, Məhəmməd Kutub, Əbdülqadir Udeh kimi İslam alimləri edam edilənlər arasındadır. Minlərlə müsəlman işgəncə görmüş, şəhid edilmişdir. O dövrdə həbs olunan müsəlmanlar ancaq Nasırın ölümündən sonra həbsdən çıxa bilmişlər. Nasırın kommunist təlqini altında 50.000 Müsəlman Qardaşlar Cəmiyyəti üzvü zindanlarda ağır işgəncə görmüşdür. Onun dövrü bir çox müsəlman tarixçi tərəfindən Mussolininin İtaliyasına bənzədilir.

Nasır dövründə reallaşdırılan və Sinanın İsrailə təslim edildiyi Altı Gün döyüşlərində, Nasırın müsəlmanlara xəyanət etdiyi bir çox tarixçi tərəfindən bu gün açıq şəkildə dilə gətirilir.

Nasırdan sonra Misir dəyişdimi?

1970-ci illərdən sonra İslami şüur Misirdə böyük yüksəliş göstərmiş olsa da, ölkə rəhbərliyindəki darvinist hakimiyyət sona çatmamışdır. Nasırdan sonra hakimiyyətə gələn Ənvər Sədat da, ilk başlarda mülayim kimi görünsə də, eyni Nasır kimi müsəlmanlara qarşı zülm və şiddətə üz tutmaqda geri qalmamışdır.

İndi bəhsi keçən darvinist təlqinin Misirdə artıq sona çatdığını iddia etmək isə olduqca çətindir. İllərlə darvinist, marksist və kommunist ideologiyanın idarəsi altında idarə olunmuş, uşaqlarını darvinist təhsil ilə yetişdirmək məcburiyyətində buraxılmış olan Misir xalqının bir qismi, hələ darvinist təlqinin təzyiqi altındadır. Misir rəhbərliyinin bir qismi üzərində təsirli olan darvinist, kommunist ideologiyanın son dövrlərdəki ən dəqiq təzahürlərindən biri, Fələstinli zərər çəkmiş, məzlum, dindar qardaşlarımıza ediləcək olan təcili köməyin səbəbsiz olaraq əngəllənməyə çalışılmasıdır. Bu, zəifləin yox olması məntiqinin dayaq nöqtəsi olan darvinizmin gətirdiyi şiddətli və böyük bəladır. Bilindiyi kimi, bu azğın məntiq, I və II Dünya müharibələrində 350 milyondan çox insanın ölümünə və şəhid edilməsinə səbəb olmuş və milyonlarla insanın aclıq, səfalət, qorxu və dəhşət içində yaşamasına gətirib çıxarmış olan darvinizmə əsaslanır. Fələstin xalqı, aclıq, yoxluq və ağlasığmaz çətinliklər içindəykən, qadınlar və uşaqlar yemək və dərmana möhtackən, edilən bu insani köməyi əngəlləmək səyləri, darvinizm bəlasının nə qədər qorxunc ölçülərə qədər çata bildiyini açıq şəkildə göstərir.

Keçmişdə Misirə hakim olan darvinizm-kommunist təlqinin təsirini itirməməsini istəyən darvinist mərkəzlər, bilindiyi kimi keçdiyimiz aylarda bu ölkədə beynəlxalq təkamül konfransı təşkil etmişlər. İştirakçıların dünyada darvinizmin çöküşünü təəssüflə və ağılarla elan etdikləri bəhs olunan konfransın Misirdə reallaşdırılmasının məqsədi isə şübhəsiz, öz ağıllarına görə darvinizmi msəlman ölkələrdə yenidən “qəbul edilə bilər” hala gətirə bilməkdir. İştirakçıların özlərinin də açıq şəkildə dilə gətirdikləri kimi, başda müsəlman ölkələr olmaq üzrə bütün dünyada cənab Adnan Oktarın (Harun Yəhya) fəaliyyətlərindən sonra təkamül saxtakarlığının tamamilə çöküşə məruz qaldığı artıq hər kəs tərəfindən bilinir. Məhz darvinistləri, keçmişdə darvinist təlqin rəhbərliyinin sıx hakim olduğu ölkələrdən biri olan Misirə yönəldən şey, bu böyük və köklü məğlubiyyətdir.

Lakin burada bu əhəmiyyətlə ifadə edilməlidir: Misir rəhbərliyi üzərində, hər nə qədər darvinist təlqinin təsiri görülsə və buna görə bəzi insanlıqdan uzaq tətbiqlərə üz tutulsa da, bütün dünyada olduğu kimi Misirdə də böyük İslami oyanış vardır. Misir xalqı, darvinizm fitnəsinin böyüklüyünü, təkamül saxtakarlığının ölçülərini, həm özlərinə təqdim edilən açıq elmi dəlillərdən, həm də keçmişdə yaşadıqları zülm sisteminə görə, artıq çox yaxşı anlamış vəziyyətdədir. Bu böyük oyanış sonrasında Misir xalqının, Uca Rəbbimizə olan imanları güclənmiş və  Quran əxlaqına olan bağlılıqları artmışdır. Allahın icazəsiylə, bütün dünya ölkələri kimi, Misir də, çox yaxında darvinizm fitnəsindən tamamilə təmizlənəcək.

Allahın icazəsiylə hz. Mehdi (ə.s)-ın gəlişiylə, dünyada davam edən zülm sistemindən əsər qalmayacaq. Bolluq və bərəkətin hakim olduğu bu dövrdə, Fələstin xalqı bütün çətinliklərdən təmizlənəcək, Fələstin də, İsrail də, Misir də, təhlükəsizlik, hüzur və bolluq içində yaşayacaq. Hz. Mehdi (ə.s) dövrü, Allahın icazəsiylə darvinizm fitnəsinin tamamilə ortadan qalxdığı, döyüşlərin, qorxuların, zülm və haqsızlıqların tamamilə sona çatdığı dövr olacaq.

 

Mövzuyla əlaqədar cənab Adnan Oktarın şərhləri belədir:

Aparıcı: Fransadan Mert Aslanın sualı var. Adnan hocam, Qəzza konvoyu Türkiyənin cəhdləriylə Misirə girməyi bacardı. Bunu necə qiymətləndirirsiniz?

Adnan Oktar: Halal olsun deyirəm. Belə bir mövzu niyə var ki? Yəni çox qəribədir. Fələstinli bacı-qardaşlarımız, o uşaqlar onsuz da çox çətin vəziyyətdədirlər. O insanlar. Hamilə analar var. Uşaq doğmuş analar var. Kiçik uşaqlar var. Onsuz da ac, səfil, pərişandırlar. Bunlara çox rahatlıqla dərman çatdırılsın. Yemək çox rahatlıqla çatdırılsın. Biz silah, bomba çatdırılsan demirik ki. Kitab çatdırılsın, paltar, geyim vəsaitləri çatdırılsın. Bu mövzuda heç bir problem çıxmasın istəyirik. O tunellər deyilən hadisələr, o tunelləri açsınlar, qanuni hala gəlsin, nə istəyirlərsə aparsınlar.

Onsuz da bir hadisə çıxmır, yəni getdikcə yaxşıya doğru gedir. Fələstinlə İsrailin arası da düzələcək. Çünki biri İsmayıloğulları, hz. İbrahimin oğullarından İsmayıloğulları, biri də Yaquboğullarıdır. Yəni hər ikisi də eyni Allaha inanır. Tək Allaha inanırlar. Bu səbəbdən eyni peyğəmbərlərə inanırlar, keçmiş peyğəmbərlər olaraq. Əlbəttə ki, onlar hz. Məhəmmədə tabe deyillər, amma musəvilərin belə gözəl, yaxşı bir xüsusiyyəti var, xristianlar kimi deyillər. Bəzi xristianlar, müsəlmanları kafir olaraq görərlər. Bu pisdir. Hətta dəccal tərəfdarları olaraq görərlər. Musəvilər müsəlmanları haqq əhli olaraq görərlər. Yəni Bəni Nuh olaraq görərlər. Hətta əksəriyyəti də Quranı haqq qəbul edirlər. Yəni haqq, doğru kitabdır deyirlər. Amma biz musəviyik deyirlər. Yəni Allah bizə Tövratı mühafizə vəzifəni verdi deyirlər, lakin Quran da haqdır deyirlər. Hz. İsa (ə.s)-ın zamanında onsuz da hamısı müsəlman olacaqlar. Hz. İsa (ə.s)-ın gəlişinə onsuz da çox az bir müddət var. Onların narahat olacaqları heç bir şey də yoxdur. Bu səbəbdən fələstinlilərlə ərəb qardaşlarımızla, oradakı qardaşlarımızla musəviləri barışdırmaq, onların hüzur içində yaşaması lazımdır. Bu mövzuda Türkiyənin çox gözəl hərəkəti var. Türkiyə hər yeri sülhə, sevgiyə, dostluğa, demokratiyaya, qardaşlığa çəkir. O istiqamətiylə Türkiyəmizi təbrik edirəm. Millətimizi təbrik edirəm. Allah onları hər yerdə belə qabaqcıl və gözəlliklərin sahibi olaraq yaradır. Türk İslam Birliyinin lideri olduğunu bir daha gördükmü? Gördük. Başqa ölkələr bunu edə bildimi? Edə bilmədi. Kim etdi? Türkiyə etdi. Niyə? Sevilən ölkə olduğu üçün. Sevilən millət.

Oktar Babuna: Bu söylədiyiniz istiqamətdə də yenə xəbərlər var, hocam. Eyni şəkildə sizin dediyiniz kimi, Türkiyənin liderliyi, Türkiyənin çox güclü ölkə olduğu istiqamətində. Baş nazirimiz Fələstin birləşsin bayram edək deyib.

Adnan Oktar: Kim?

Oktar Babuna: Fələstin birləşsin bayram edəcəyik deyib. Baş nazirimiz Rəcəb Tayyib Ərdoğan, hocam.

Oktar Babuna: Bunu, Fələstin Prezidenti Mahmud Abbas ilə danışığında söyləyib.

Aparıcı: Bəli, hocam bu mövzuyla əlaqədar bir sual var.

Aparıcı: İstəsəniz, gözəl şərhinizdən əvvəl mən sualı yönəldim hamısını birlikdə yığmış olarıq.

Adnan Oktar: Yaxşı.

Aprıcı: Hülya Ayyılmaz Ankaradan soruşub, cənab hocam, Fələstin prezidenti Mahmud Abbas və baş nazir Ərdoğanın bir araya gəlməsi sizin üzərində dayandığınız əhəmiyyətli mövzuların danışılmasına vəsilə oldu deyə düşünürəm. Ərdoğan bu danışıqda, “siz fələstinlilər, öz aranızda birləşdiyiniz zaman, ixtilaflarınızı həll etdiyiniz zaman, biz burada bayram edəcəyik” deyə danışdı. Hocam, siz müsəlmanların birlik olmaları lazım olduğuna, əvvəlcə daxili qarşıdurmaların dayandırılmasının çox əhəmiyyətli olduğuna daha əvvəl toxunmuşdunuz. Bu mövzunun təkrar gündəmə gəlməsi çox yaxşı hadisədir deyə düşünürəm, siz nə deyirsiniz? Deyə soruşub.

Adnan Oktar: Əlbəttə ki, çox gözəldir. İlk növbədə Fələstində torpaq bölünmələri var. Deyilmi, ayrı-ayrı, çox kiçik, belə parçalar halındadırlar. Onların birləşməsi lazımdır. Bir. Çünki indi çox əhəmiyyətli bir şeydir, Allah göstərməsin Konya bizdən ayrı, arada başqa bir şey var, olmaz. Hamısını birləşdirmək lazımdır. İkincisi də mənəvi bölünmə qalxmalıdır. Hamasla, məhz əl-Fəth.

Adnan Oktar: Bəli, Fələstin Qurtuluş Təşkilatı. Tək bədən olmalıdır, çünki Allahımız bir, kitabımız bir, dinimiz bir, qardaşıq. Hətta irq olaraq belə birdirlər, hamısı İsmayıloğullarından, bu səbəbdən bölünmə qalxacaq. Amma birləşmə bu problemi həll etməz, nə olmalıdır? Türk İslam Birliyi olmalıdır. Əsl hadisə budur. Türk İslam Birliyidir. Türk İslam Birliyi olmadan, Fələstin birləşsə belə, fitnə qalxmaz, qarışıqlıq bitməz, dayanmaz və rahatlıq olmaz. Birləşmə heç bir şeyi həll etməz. Hətta başqa hadisələr də meydana gətirə bilər və birləşməsindən də bərəkət çıxmaz.

Adnan Oktar: Tək həll yolu Türk İslam Birliyidir. Türk İslam Birliyi, Türkiyənin liderliyində, bölgədə böyük təşkilat meydana gəlməsi və bu gözəllikdə də Avropa Birliyinə girməyimiz. Avropa Birliyi də bizim Türk İslam Birliyimizə daxil olacaq çox şahanə bir şey olacaq.

Adnan Oktar: Bəli, dünyanın sonu gözəl bitir. İnşaAllah.

(Cənab Adnan Oktarın 7 yanvar 2010 tarixli Çay TV və Maraş Aksu TV reportajından)

2018-06-24 22:37:50

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net