Darvinistlər, ara fosil varmış təlqini edərlər

150 il boyunca bir yalanı doğru kimi göstərməyi məqsəd qoymuş, təkamül nəzəriyyəsinin saysız saxtakarlığını həqiqət kimi insanlara təqdim etmiş, saxta fosilləri onlarla il sərgiləmiş və bu yalanı məktəb tədris planına daxil edib həqiqət kimi oxutmuş olan darvinistlər üçün, darvinizmin ara fosillərlə dəstəklənildiyi kimi yalana da insanları inandırmaq çətin deyil. Darvindən bəri davam edən bu yalan, şəxsən Darvinin, gələcəkdə ara fosillərin tapılacağına dair boş vədləri ilə başlamışdır. Əslində Darvin, günümüzdən 150 il əvvəl olduqca əhəmiyyətli kəhanət etmiş və bu kəhanəti doğru çıxmışdır.

Əgər həqiqətən, növlər o biri növlərdən yavaş inkişaflarla törəmişdirsə, niyə saysız aralıq-keçid formasına rast gəlmirik? Niyə bütün təbiət qarışıqlıq halında deyil , tam olaraq təyin olunmuş və yerli yerindədir? Saysız aralıq-keçid forması olmalı, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər çox layında basdırılmış olaraq tapa bilmirik? Nə üçün hər geoloji quruluş və hər təbəqə belə əlaqələrlə dolu deyil? Geologiya yaxşı dərəcələndirilmiş proses ortaya çıxarır və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq.

Darvinin kəhanəti doğru çıxmışdır. Öz dövründə tapıla bilməyən ara fosillər sonrakı illərdə də tapılmamışdır və bu həqiqət, Darvinin nəzəriyyəsini qəti olaraq çökdürmüşdür. Darvinistlər də bu müddətdə 150 il əvvəl var olmayan xəyali ara fosillərin mütləq günün birində tapılacağı inancını insanlara təlqin etməyə çalışmışlar. Texnologiya və inkişaf edən elm, ara fosillərin varlığını zəruri etdiyində isə həlli saxtakarlıqda tapıblar. Bu gün təkamül nəzəriyyəsinin oxudulduğu bütün biologiya dərs kitabları, bütün darvinist nəşrlər, darvinizm tərəfdarı mətbuat, təkamül nəzəriyyəsi üçün həyati əhəmiyyəti olan ara fosil nağılını izah edərkən bu saxta dəlillərə yer verir. Bu nəşrlər hələ Archaeopteryxi, Coelacanthı, Haeckelin saxta embrion şəkillərini, ağac gövdəsinə yapışdırılmış sənaye kəpənəklərini, insan kəlləsinə oranqutan çənəsinin yapışdırıldığı  Piltdaun Adamını, çöl donuzunun azı dişindən yola çıxaraq ailəsiylə birlikdə təsvir edilən Nebraska adamını, meymun adam şəklində təsvir edilən, amma insan irqi olduğu aydın olan Neandertal Adamını, meymun olduğu elmi olaraq isbat edilmiş olan Lusini və saxtakarlıq olduğu aydın olduğu üçün ədəbiyyatdan çıxarılmış olan kəllələri dəlil olaraq göstərirlər. Darvinizmin 21-ci əsrdə qarşı-qarşıya qaldığı aciz vəziyyət budur.

Darvinist qaynaqlarda bu ifadəyə tez-tez rast gələrsiniz: “təkamülü isbat edən ara fosillər o qədər çoxdur ki...” Bu ifadə çox böyük yalandır. Yalnız oxuyan şəxslərin zehinlərinə verilməyə çalışılan təlqindir. Bir başqa sözlə, klassik darvinist metod tətbiq olunur və yalan, inandırıcı qılınmaq üçün yüksək səslə və təkidlə dəfələrlə deyilir.

Halbuki, təkamül nəzəriyyəsini isbat edən tək bir ədəd belə ara fosil yoxdur. Darvinist elm adamları, əlbəttə, elmin göstərmiş olduğu bu açıq həqiqəti çox yaxşı bilərlər. Ara fosil olmadığına görə təkamül nəzəriyyəsinin içində olduğu çıxılmaz vəziyyətin də fərqindədirlər. Lakin mövhümatçı baxış bucaqları darvinistlərə nə bahasına olursa olsun təkamül nəzəriyyəsinə dəstək olma məcburiyyətini gətirər.

Necə ki, darvinistlərə yaxın keçmişdə buna dair çağırış edilmiş, sahib olduqları tək bir ara fosili dünyanın ən məşhur meydanlarında sərgiləmələri tələbi edilmişdir. Amma buna verilən qarşılıq hər zamanki kimi böyük səssizlik olmuşdur. Halbuki əgər iddiaları doğru olsaydı, əgər canlı növləri bir-birlərindən yavaş inkişaflarla təsadüfi mərhələlərlə milyonlarla illik bir müddət nəticəsində təkamülləşmişsə, bu vəziyyətdə darvinistlərin əllərində tək bir ədəd deyil, milyonlarla hətta trilyonlarca ara fosil olmalı idi. Amma darvinistlər “tək bir ara fosil gətirin” çağırışına belə cavab verə bilmirlər. Çünki əllərində heç ara fosil yoxdur. Darvinistlərin şövqlə və coşğuyla ortaya çıxıb tək bir ədəd belə ara fosil ortaya qoya bilməmələrindəki səbəb də budur.

Təkamülçü paleontoloq Mark Juneski mövzuyla əlaqədar bu etirafı edir:

Nəzəriyyəni (təkamülü) isbat etmənin önündəki böyük əngəl həmişə fosil qeydləri olmuşdur... Bu qeydlər heç bir zaman Darvinin fərz etdiyi aralıq formaların izlərini ortaya qoymamışdır. Növlər birdən meydana gələrlər və yenə birdən yox olarlar. Və bu gözlənilməz vəziyyət, növləri Allahın yaratdığını müdafiə edən düşüncəyə dəstək vermişdir.

 

Təkamülçü geoloq Karlton E. Bretin etirafı isə belədir:

Yer üzündə həyat zaman içində, yavaş-yavaş və addım-addımmı inkişaf etdi? Fosil qeydlərinin bu suala cavabı; “Xeyr”dir.

Darvinizm cadusu 150 il boyunca o qədər sistemli şəkildə insanlar üzərində təsirli qılınmışdır ki, insanlar olmayan bir şeyin varlığına inandırılmışlar. Heç kim “milyonlarla ara fosil olmalıdır, bunlar haradadır?” deyə soruşmamışdır. Heç kim “qazıntılarda ortaya çıxan 250 milyondan çox fosil həmişə mükəmməl görünüşlü tam inkişaf etmiş canlılara aid, lakin bunların tək biri belə ara fosil deyil” deməmişdir. Heç kim niyə ara fosil görünüşü altında həmişə müəyyən bir neçə canlının rəsmi ilə qarşılaşdıqlarını, ən məşhur elm adamlarının belə bu uydurma fosillərdən başqa göstərəcək bir şeyləri olmadığını, doktorantura tezisləri üçün hazırlanan kitablarda belə yalnız niyə bunların mövzu edildiyini araşdırmamışdır. Həm də yenə heç kim, ön plana çıxarılan bu bir neçə fosilin də aralıq forma xüsusiyyəti göstərmədiyini və bunun elmi olaraq isbat edilmiş olduğunu bilməzlər. Xülasəylə, darvinizm cadusuna qapılan haradasa heç kim, darvinizmi dəstəkləyən tək bir ədəd belə dəlil olmadığının fərqində deyil. Çünki bu həqiqət, bu cadunun memarı olan darvinistlər tərəfindən ustaca və hiyləgərcə saxlanmağa çalışılmışdır.

Lakin “ara fosil vardır” yalanı, nə qədər uzun müddətli və nə qədər təkidlə deyilirsə deyilsin, əgər insanlar ələ keçirilən həqiqi fosillərin varlıqlarından xəbərdar edilsələr, bunların bu gün yaşayan canlılardan heç bir fərqi olmadığını anlayarlarsa, şübhəsiz, o zaman yalanın təkrarının heç bir dəyəri qalmaz. İndi vəziyyət dəccalın oyunu olan darvinizm üçün belədir. Darvinistlər, insanları, ara fosillərin var olduğu yalanına inandırmaq üçün çırpınarkən, tam və mükəmməl görünüşdəki milyonlarla illik canlıları göstərən fosillər insanlara açıq-açıq göstərilir, fosil sərgiləri, internet və Yaradılış Atlası yoluyla sərgilənir. İnsanlar gözləriylə gördüklərinə inanır, illərcə aldıqları darvinist təlqindən şübhə duyurlar. Artıq darvinistlərin “ara fosil var” israrları heç bir işə yaramır. Dəccalın oyununa gələn darvinistlərin insanları aldatdıqları, artıq bütün dünya səviyyəsində açıq şəkildə aydın olmuşdur. Bu yalanın davam etdirilməsi artıq mümkün deyil. Uca Rəbbimiz ayəsində belə buyurur:

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (. (Ənbiya surəsi, 18)

2018-06-24 22:40:43

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top