Saxtakarlıqlara səs çıxarmayan darvinist elm adamları

Darvinizm cadusunun insanlar üzərində təsirli olması üçün inkişaf etdirilən darvinist elm adamları arasındakı gizli ittifaq da olduqca diqqət çəkicidir. Bir neçə batıq səsdən başqa haradasa heç kim, təkamül nəzəriyyəsini müdafiə etmək məqsədiylə inkişaf etdirilən, elmlə uyğun gəlməyən, uşaq kimi, məntiqsiz və əsassız şərhlərə səs çıxarmır.

Ancaq bəzən təqdim edilən təkamülçü iddialar darvinist elm adamları üçün də o qədər böyük və ictimai utanc vəsiləsi olar ki, ətrafın reaksiyasından çəkinərək özlərini bunlara etiraz etmək məcburiyyətində hiss edərlər. Məsələn, şəxsən Darvinin, Şimal Amerikada qara ayının ağzını geniş şəkildə açaraq sudakı böcəkləri tutması nəticəsində balinaya çevrildiyi; və ya çırpınan üzgəclərinin köməyiylə yüksələn, çevrilən, havada uzaqlara doğru süzülən balığın, mükəmməl qanadları olan heyvanlar halına gəldiyi iddiaları, hələ də bəzi mühafizəkar darvinistlər tərəfindən müdafiə olunmasına baxmayaraq, bir çox darvinist tərəfindən utancverici olaraq görülür. 124 Son olaraq 2009-cu ildə guya “insanın (xəyali) təkamülünün ən böyük dəlili”, “tapıla bilməyən itkin halqa” deyilərək başlıqlarda həftələrlə yer alan, haqqında darvinistlər adına utancverici təbliğat reallaşdırılan lemur fosili də, bəzi darvinist elm adamlarından eyni qarşılığı almışdır. Darvinist elm adamlarının bəziləri bunu “sirk”, bəziləri “məsxərəlik” adlandırmış, bəzisi də itkin halqa iddiasıyla yaxından uzaqdan əlaqəsi olmayan bu fosil haqqında başladılan səs-küyə görə nə qədər utanc duyduğunu açıqca ifadə etmişdir.

Lakin yenə də bu utancın fərqində olan darvinistlərin də reaksiyaları cılız qalar. Çünki öz ideologiyalarına görə, darvinizmin bəsit dünyasını - məntiqsiz də olsa - sonuna qədər müdafiə etmək məcburiyyətindədirlər. Təkamül, Darvinə görə havada uçan balıq kimi elmi baxımdan heç bir etibarlılığı olmayan varlıqları çıxarmışdır. Onu izləyən darvinistlər də eyni fikrin müdafiəsini etmək məcburiyyətində hiss edərlər özlərini.

Bristol Universiteti inorqanik kimya hissəsindən D. T. Rosevear, darvinizmin bu bəsit məntiqini və elm adamlarının göz görə-görə bu oyuna alət olmalarını bu sözlərlə ifadə edər:

Təkamül heç bir dəlilə əsaslanmayan fərziyyədir və həqiqətlərlə uyğunlaşdırıla bilməz. Bu klassik təkamül nəzəriyyələri, həddindən artıq dərəcədə kompleks və qarışıq həqiqət yığınını olduqca bəsitə sadələşdirir. Və bunun uzun zamandır, tək bir etiraz səsi belə gəlmədən, olduqca çox saydakı elm adamı tərəfindən tənqid olunmadan və etirazsız şəkildə həzm edilməsini heyrətlə qarşılayıram.

Darvinistlər, canlılığa dilədikləri qədər özlərinə görə “bəsit” yaraşdırması etməyə çalışsınlar, canlı aləminin fövqəladə və heyrət oyandırıcı komplekslik təqdim etdiyi onların da inkar edə bilmədikləri açıq həqiqətdir. Dünya, bir-birindən fərqli milyonlarla heyvan və bitki növü ehtiva edir. Bunların hər birinin sahib olduğu ən kiçik quruluş belə fövqəladə kompleksliyə malikdir. İndiki vaxtda, canlıların sahib olduqları quruluş və orqanların funksiyalarını bir az olsun “anlaya bilmək”, laboratoriyalarda bunu araşdırıb kəşf edə bilmək müvəffəqiyyət sayılır. Ağıllı varlıq olan insan, öz hüceyrəsinin nəyə bənzədiyini, ancaq keçdiyimiz əsrdə yalnız ümumi xətləriylə anlaya bilmişdir. Üstəlik, deyil bu hüceyrəni, bu hüceyrənin yüz minlərlə zülalından tək birini belə hələ meydana gətirə bilmiş deyil. Darvinistlər tərəfindən ən “bəsit” canlı olaraq tanıdılmağa çalışılan bakteriya, sahib olduğu orqanoidləri, DNT və hüceyrə pərdəsi, antibiotiklərə qarşı möhtəşəm müqavimət qabiliyyəti və üstün xüsusiyyətləriylə fövqəladə komplekslik nümunəsidir. İngilis zooloq Sir Ceyms Qreyin ifadəsiylə bakteriya, laboratoriyanın fəaliyyətlərindən daha çoxunu reallaşdırır. Təkamülçü Ceyms A. Şapiro isə, bakteriyanın sahib olduğu bu xüsusiyyətlər səbəbi ilə son dərəcə kompleks canlı olduğunu bu şəkildə etiraf edir:

Bakteriyalar çox kiçik olmalarına baxmayaraq, elmi təsvirlərdən çox uzaq gedən biokimyəvi, struktur və davranış şəklində kompleksliklər göstərərlər. Günümüzün mikroelektronik inqilabına uyğun olaraq, bakteriyaların böyüklüyünü bəsitlikdən çox kompleksliklə bərabər saymaq daha məntiqli ola bilər... Bakteriyalar olmadan yer üzündə həyat indiki halıyla var ola bilməzdi.

Vəziyyət belə ikən, canlılıq üçün “bəsitlikdən” bəhs etmək şübhəsiz ki, mümkün deyil. Canlı bədəni, üstün Yaradıcının, bütün varlıqlara hakim olan Azim bir Gücün varlığını və üstünlüyünü göstərir. O Yaradıcı, varlıqlara can verən, onların hər vəziyyətini bilən, hər şeyi yoxdan yaradan, yaradıcıların ən gözəli olan Allahdır. Allahın bənzərsiz yaratması, Rəbbimizin yalnız “Ol” əmriylə reallaşar. Uca Allah üçün, ən möhtəşəm varlıqları dilədiyi anda dilədiyi şəkildə yaratmaq şübhəsiz ki, çox asandır. O, hər şeyin sahibidir, hər şeyə hökm edəndir. Rəbbimiz ayələrində belə buyurar:

Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi bilir. Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. Bütün işlər ancaq Allaha qaytarılacaqdır. (Hədid surəsi, 2-5)

2018-06-24 22:41:58

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net