Hüceyrə bütöv olaraq var olmadan zülal yarana bilməz

Darvinistlər istədikləri qədər içi düsturlarla dolu hiyləli kitablar yazsınlar, istədikləri qədər saxta fosil gətirsinlər, Yaradılışa dair elmi dəlillərə istədikləri qədər demaqoq hücumlar etsinlər, istədikləri qədər hər tərəfə xəyali şəkillərlə doldurduqları kartondan afişalar yapışdırıb bunu təkamül sərgisi deyə tanıtsınlar, daha əvvəldən məğlub olmuş olduqları gerçəyini dəyişdirə bilməyəcəklər. Çünki darvinistlərin ən böyük kabusu hələ daha canlılığın başlanğıcıdır. Darvinistlər hələ bir ədəd zülalın necə meydana gəldiyinə dair TƏK AÇIQLAMA DA VERƏ BİLMƏMİŞLƏR. Bu vəziyyət, Dokinzin, Futuymanın, Tim Uaytın və digər bütün darvinistlərin içinə düşdüyü ürək ağrıdan vəziyyəti ifadə edər. Etdikləri heç bir demaqoqluq, tək bir zülal qarşısındakı bu böyük və görkəmli məğlubiyyətin önünə keçə bilmir. TƏK BİR ZÜLAL, DARVİNİZMİ TAMAMİLƏ ALT-ÜST ETMİŞDİR.

Darvinist demaqoqluğun əhəmiyyətli xüsusiyyəti bütün kompleksliyinə baxmayaraq, həyatdakı hər şeyi sadə göstərməyə çalışmaq olduğundan, darvinistlər, həyatın başlanğıcı mövzusunu da həmişə sadələşdirmə meylində olmuşlar. “Palçıqlı suda hüceyrə yarandı”, “DNT öz-özünə meydana gəlib çoxalmağa başladı” kimi hekayələrin təməlində yatan səbəb də budur. Darvinistlər bu yolla insanları daha asan aldada biləcəklərini düşünürlər. Lakin özləri də çox yaxşı görmüşlər ki, hadisə artıq bu aldatma mərhələsini çoxdan keçmişdir. İnsanlar artıq, yalnız tək bir zülalın belə öz-özünə meydana gələ bilməyəcək qədər üstün kompleksliyə sahib olduğunu bilməklə qalmır, eyni zamanda zülalın, DNT-nin və ya RNT-nın, ya da hüceyrənin kiçik-böyük hər hansı başqa bir parçasının HÜCEYRƏNİN HAMISI OLMADAN HEÇ BİR İŞƏ YARAMADIĞINI DA bilirlər.

Bu həqiqət, darvinist məğlubiyyət baxımından çox əhəmiyyətlidir:

-       Tək bir zülalın meydana gəlməsi üçün DNT lazımdır

-       Zülal olmadan DNT yarana bilməz

-       DNT olmadan zülal yarana bilməz

-       Zülal olmadan zülal yarana bilməz

-       Tək bir zülalın meydana gəlməsi üçün 60 ayrı zülal lazımdır

-       Bu zülalların biri belə əskik olsa zülal mövcud ola bilməz

-       Ribosom olmadan zülal yaranmaz

-       RNT olmadan da zülal yaranmaz

-       ATP olmadan zülal yaranmaz

-       ATP-i çıxaracaq mitoxondri olmadan da zülal yaranmaz.

-       Hüceyrə nüvəsi olmadan zülal yaranmaz

-       Sitoplazma olmadan da zülal yaranmaz

-       Hüceyrədəki orqanoidlərdən biri əskik olsa zülal yarana bilməz

-       Hüceyrədəki bütün orqanoidlərin var olması və fəaliyyəti üçün də zülallar lazımdır

-       Bu orqanoidlər olmadan da heç bir şəkildə zülal olmaz.

 

Bu sistem, bir yerdə işləmək məcburiyyətində olan iç-içə sistemdir. Biri olmadan digəri ola bilməz. Tək bir parçası var olsa belə, sistemin digər parçaları olmadan bu parça heç bir işə yaramaz.

Qısacası,

BİR ZÜLALIN MÖVCUD OLMASI ÜÇÜN HÜCEYRƏNİN HAMISI LAZIMDIR. Hüceyrə, bu gün araşdırdığımız və çox az bir qismini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə var olmadığı müddətcə, TƏK BİR ƏDƏD BELƏ ZÜLAL YARANA BİLMƏZ.  

Bu zülal öz-özünə yaransa belə (ki, bu qeyri-mümkündür), heç bir işə yaramaz. Tək başına ətrafda dolanar və ölər. 

Bu səbəbdən, Dokinzin “öz-özünü nüsxələyən molekul” iddiası, çox axmaqcadır və yalnız insanları aldatmağa yönəlmişdir. İNSAN HÜCEYRƏSİNDƏKİ HEÇ BİR MOLEKUL, BAŞQA HEÇ BİR KÖMƏYƏ EHTİYAC DUYMADAN, ÖZ-ÖZÜNÜ NÜSXƏLƏYƏRƏK ÇOXALA BİLMƏ QABİLİYYƏTİNƏ SAHİB DEYİL.  

Kembric Universitetindən elm fəlsəfəsi professoru Stiven C. Mayer, “Signature en the Cell” (Hüceyrədəki İşarə) kitabında bunu belə izah etmişdir:

DNT-nin quruluşunun və funksiyasının ortaya çıxdığı 1950-ci illəri və 1960-cı illərin əvvəllərində, həyata dair yeni radikal anlayış inkişafa başladı. Molekulyar bioloqların kəşfi, DNT-nin yalnız məlumat daşımadığı idi. Bioloqlar DNT haqqındakı bu kəşfin dərhal sonrasında, canlı orqanizmlərin genetik məlumatı işləyə bilməsi üçün sistemlərə sahib olmalı olduğundan şübhələndilər. Bir diskin içinə saxlanmış olan digital məlumatın o diski oxuyan cihaz olmadan işə yaramaz olması kimi, DNT-nin içindəki məlumat da hüceyrə məlumat əməliyyat sistemi olmadan işə yaramazdır. (Darvinist) Riçard Levontinin ifadə etdiyi kimi “Heç bir canlı molekul (yəni biomolekul) öz-özünə çoxala bilməz... Hüceyrələr ancaq bütöv olaraq öz-özünə çoxalmaq üçün lazımi maşınlara sahib ola bilərlər... DNT kömək alaraq və ya almayaraq, yalnız öz-özünün nüsxəsini çıxara bilməməklə qalmaz, eyni zamanda başqa heç bir şey “çıxara bilməz”... Hüceyrənin içindəki zülallar başqa zülallardan düzəldilmişdir və bu zülal yaradan maşın olmadan heç bir şey edilə bilməz.”1

 

Bu şərhlərdən, son vaxtlarda kosmos dininə girən Dokinzin şərhlərinin əsassızlığı da bir daha ortaya çıxmışdır. Dünya, canlı hüceyrənin yaşaması üçün kosmosdakı ən uyğun mühitdir. Ancaq bu uyğun şərtlər belə, canlı hüceyrənin öz-özünə  yarana bilməsinə imkan vermir. Dokinz, bu gerçək qarşısında yeni bir həll yolu axtarışına girmiş və öz-özünə çoxala bilən molekulun kosmosda meydana gəldiyini və daha sonra dünyaya gəldiyini iddia etmişdir. Buradakı birinci çıxılmaz vəziyyət, belə bir canlı molekulun öz-özünə meydana gələ bilməyəcəyidir. İkincisi isə yuxarıda ifadə etmiş olduğumuz kimi, canlı molekulun dünyada da öz-özünə çoxala bilmə qabiliyyətinə sahib olmadığıdır.

Necə ki, bütün bu çıxılmaz vəziyyətlərin fərqində olan Dokinz də ən sonunda belə bir molekulun üstün ağıl tərəfindən yaradılmış olduğunu qəbul etmək məcburiyyətində qalmışdır. 2

 

1 Stephen C. Meyer, Signiture en the Cell, Harper Ona, 2009, s. 132-133

2 Ben Stein, Expelled “No Intelligent Allowed”, 2008, movie

2018-06-24 22:45:33

Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net