< <
5 / total: 6

Passiv İnsanlarin Xüsusiyyətləri

Ağıllarından Passiv Şəkildə Istifadə Etmələri

Müsəlmanların ən əhəmiyyətli xüsusiyyətlərindən biri ağıl sahibi olmalarıdır. Ağıl, zəkadan fərqli olaraq, yalnız səmimi iman edən insanlarda Quranla hökm vermələri nəticəsində yaranan məqsədəuyğun hiss etmə və qərar vermə qabiliyyətidir. Ancaq passiv kəslər, Quran əxlaqından çox kənar bir düşüncəyə sahib olduqlarından ötrü nə qədər təqlid etməyə çalışsalar da ağıllı davranışlar edə bilməzlər.

Əksər rəftarlarından, zehinlərində ciddi bir anlaşılmazlıq olduğu, hadisələri sağlam düşünən bir insan kimi qavrayıb başa düşə bilmədikləri diqqət çəkər. Üz-üzə gəldikləri hadisələrdən, müsəlmanların Quran anlayışı daxilindəki diaqnoz və anlayış formalarından xeyli fərqli nəticələr çıxararlar. Səmimi möminlər kimi diqqətcil olmadıqlarından, hadisələrin Qurana görə daşıdığı hikmətləri düşünüb ortaya çıxarmağa ağılları kifayət etməz.

Əqli bir passivlik içində yaşayan insanların bu vəziyyətlərini aşkar edən ən əhəmiyyətli dəlillərdən biri də çox vaxt üzlərində mənasız, donuq və boş ifadələrin olmasıdır. Diqqətcil, normal şüura sahib heç bir insan üzünə boş və mənasız bir ifadə vermək istəməz. Ancaq bəhsi keçən insanlar, bu ciddi keylik üzündən çox vaxt üzlərində mənasız bir ifadə ilə gəzərlər.

Müsəlmanlar arasında yaşayan passiv insanların şuurlarındaki anlaşılmazlıq, özləriylə dialoq içinə girən insanlar tərəfindən də hiss edilə bilər. Məsələn, özlərinə yönəldilən suallara verdikləri cavablar çox vaxt tam bir dəqiqlik daşımaz. Sualın qarşılığı olan cavab ya əskik olaraq alınar ya da heç alına bilməz. Həmçinin bu insanların danışarkən diqqətlərini danışdıqları mövzulara verməyi bacara bilmədikləri də dərhal aydın olar. Allah Quranda ağılsız insanların bu hallarına belə diqqət çəkir:

Yoxsa elə hesab edirsən ki, onların əksəriyyəti eşidəcək və ya anlayacaq? Onlar heyvan kimidirlər, hətta, haqq yoldan daha çox uzaqlaşmışlar. (Furqan surəsi, 44)

Bəhsi keçən insanlar hadisələri həqiqi mənada başa düşmək qabiliyyətindən məhrum olduqları üçün üzlərində həmişə bir çaşqınlıq, çaxnaşma və şübhə ifadəsi də diqqətə çarpar. Özlərindən olduqca asan bir iş görmələri tələb olunduqda belə təşvişə düşmələri, bu işi müvəffəqiyyətlə başa çatdırmalarına mane olar. Sadə bir işi görərkən belə diqqətcil olmadıqları üçün, özlərinə və ətraflarındakı insanlara ya da əşyalara asanlıqla zərər verə bilərlər. Allah bir ayəsində, azğınlıq içində olanların çaşqınlığına da belə diqqət çəkmişdir:

...Onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edərik. (Ənam surəsi, 110)

Səmimi müsəlman olmaq üçün Allaha dua etməyən, ürəklərində bu mövzuda bir istək olmayan insanlar, möminlərlə uzun və hikmətli söhbətlər də apara bilməzlər. Diqqətləri tez dağıldığından dərhal özlərində bir sıxıntı və narahatlıq hiss olunar. Allah, həqiqi mənada iman etməyən insanların sahib olduqları bu ruh halını belə bildirir:

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar. (Ənam surəsi, 125)

Pasifizmi müdafiə edən insanlar, xüsusilə də Allahın ayələri oxunarkən və ya Allah xatırlanarkən tezliklə mövzunu dəyişdirməyə, diqqətləri başqa bir yerə çəkməyə çalışarlar. Ağıllı surətdə Allahın bütün varlıqlar və hadisələr üzərindəki mütləq nəzarətini lazım olduğu kimi qavramadıqlarından ötrü söhbət mövzusu seçməkdə də çətinlik çəkərlər. Halbuki bir müsəlman baxdığı hər şeydə Allahın sonsuz dəlillərini görə bilər. Ağıllı olduğundan insanlarla asan və səmimi bir dialoq qura bilər, Allahın yaratdığı hər gözəlliyi, hər neməti görüb şövqlə bu nemətləri yada sala bilər. Ayələr əsasında hikmətli və əsaslı söhbətlər edə bilər. Bu kəslər isə ağıllarındakı durğunluq üzündən ancaq süni mövzular tapa bilərlər və bunlar barəsində danışa bilərlər. Məsələn, geyim, musiqi, maqazin, siyasət mövzularındakı məlumatları və ya qəzetlərdən oxuduqları yazıları və xəbərləri nəql etməkdə çətinlik çəkməzlər. Amma Allahı yad etməkdə, Quran ayələrinin hikmətlərini izah etməkdə, iman həqiqətlərini dilə gətirməkdə bitərəf davranarlar. Əlbəttə ki, bir insanın ictimai, siyasi, aktual hər mövzuda söhbət apara bilməsi, ünsiyyətcil olması yaxşı şeydir. Ancaq burada normal olmayan, bəhsi keçən insanların bu mövzuları Allahı yad etməyə dəyişdirmələri və bir qaçış yolu kimi istifadə etmələridir.

Quranı Həyatlarına Tətbiq Etməkdə Passiv Davranmaları

Müsəlmanlar içində həmişə passiv bir ruh halı yaşatmağa çalışan və bu cəhətləriylə tanınan kəslər Quran ayələri və Allahın əmrlərini bilirlər. Ancaq möminlərdən fərqli olaraq bu onlarda yalnız məlumat kimi olar. Müsəlmanlara aid inanc formasını və gözəl əxlaq xüsusiyyətlərini tam olaraq qəbul etməz və yaşamazlar.

Bu kəslərin Qurana uyğun bir əxlaqa sahib olmamaları, müsəlmanlar arasında həmişə bu cəhətləriylə diqqət çəkmələrinə, pis əxlaq və xarakterləriylə ön plana çıxmalarına səbəb olar. Passivlikdə israr edən bu insanlar, əslində ən başından bəri din əxlaqını əsl mənada və səmimi olaraq yaşamaq niyyətində olmamışlar. Bu, onların əvvəldən bəri Quran hökmlərini və möminlərə xas əxlaq xüsusiyyətlərini mənimsəmələrinə də mane olmuşdur. Allahın əmr və qadağalarına tabe olurmuş kimi görünsələr də, əslində əvvəldən bəri gətirmiş olduqları cahiliyyə məntiqlərini həyatlarından çıxarmazlar. Quran ayələrini, əsassız cahiliyyə qaydalarıyla birlikdə izah etmək kimi azğın bir yola düşərlər. Buna görə də müsəlmanların ümumi inanc və anlayışlarından çox fərqli bir anlayışa sahib olarlar. Mənfəətlərinə zidd olan, əhval-ruhiyyələrini pozan bir hadisəylə qarşılaşdıqları vaxt dərhal təvəkkülsüz, səbirsiz, qorxaq, təşvişə düşmüş, həyasız bir ruh halına bürünərlər. Din əxlaqını həqiqi müsəlmanlar kimi, Quranda bildirildiyi həqiqi halıyla yaşamağa razı olmazlar. Onsuz da əxlaqlarına və həyat tərzlərinə baxdıqda, müsəlmanların ümumi hallarından çox fərqli olduqları dərhal görülə bilər. Qurana tabe olan müsəlmanların səmimi, təslimiyyətli, ağıllı davranışları, hikmətli söhbətləri və Allaha yaxınlıqları bu kəslərdə hiss olunmaz. Əksinə ətraflarındakı insanlara din əxlaqını mənimsəmiş bir adamın yaşaması qeyri-mümkün olan bir soyuqluq, ciddilik, səmimiyyətsizlik, sünilik və gərginlik hissi verərlər.

Quranda, Peyğəmbərimiz (s.ə.v)-in yanında olan insanların arasında da bu xarakterdə kəslər olduğuna işarə edilir. Bu kəslər Peyğəmbərimizin çox yaxınlığında olduqları, Onunla danışa bildikləri, Onun təbliğinə şahid olduqları halda, Quran əxlaqına uyğun yaşamaq mövzusunda ciddi bir passivlik göstərmişlər. Hətta Peyğəmbərimiz (s.ə.v) kimi mübarək bir insana qarşı yalan danışmaqda heç bir problem görməmişlər. Allah münafiq xarakterli insanların bu əxlaqlarını bu yolla ifşa edərək bizlərə bildirir:

Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!” – deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar. (Münafiqun surəsi, 1)

Bu kəslər Peyğəmbərimiz (s.ə.v)-i yaxından tanımalarına və Quran ayələrini bilmələrinə baxmayaraq, hz. Məhəmməd (s.ə.v)-in haqq peyğəmbər olduğuna qəlbən inanmamışlar. Ancaq özlərini müəyyən bir müddət müsəlmanlardan gizlətmək və onların özlərinə təmin etdiyi imkanlardan faydalanmaq məqsədiylə Peyğəmbərimiz (s.ə.v)-ə qarşı yalan danışmaqda bir problem görməmişlər.

Bu insanlar səbirlilik, təvazökarlıq, fədakarlıq, sədaqət, vəfa və buna bənzər mömin xüsusiyyətlərini yaşamaq mövzusunda da həmişə geridədirlər. Hərəkətlərində cahiliyyə xarakteri, vərdişləri, reaksiyaları və rəftarları hakimdir. Məsələn, təvazökarlığın necə olmalı olduğunu bilmələrinə baxmayaraq qürurlu, öz ağlını üstün görən, yanına yaxınlaşıb səmimi ünsiyyət qurula bilməyən bir insan olarlar. Necə səbir göstərmələri lazım olduğunu bilmələrinə baxmayaraq, olduqca tələskən, gözləməkdə çətinlik çəkən, tələblərinin dərhal reallaşmasını istəyən səthi bir xarakter göstərərlər. Eynilə təvəkküllü və taleyin yaşandığını bilən bir insanın ümumi halını çox yaxşı bilmələrinə baxmayaraq, həmişə bu məsələdə problem yaşayan, hadisələrin nəticəsini gözləməyə dözə bilməyən, yaşadıqlarını xeyir gözüylə qiymətləndirməkdə çətinlik çəkən bir xarakter nümayiş etdirərlər. Dərhal təşvişə düşər, şübhəyə qapılar və qorxarlar. Allahın, baş verən bütün hadisələrdəki mütləq nəzarətini dərk edə bilmədikləri etirazlarıyla açıq bir şəkildə hiss etdirərlər.

Hər mövzuda vicdanla hərəkət etmək gözəl əxlaqın əsasıdır və müsəlman xüsusiyyətidir. Müsəlmanların arasındakı passiv insanlar isə tam olaraq vicdanla hərəkət etmirlər. Özlərinə asan gələn mövzularda vicdanla tabe olar, nəfslərinə ağır gələn, mənfəətləriylə zidd düşən və ya ərindikləri mövzularda tabe olmazlar. Məsələn, bu insanlar əfvi, mülayim bir əxlaqı izah edə bilər, mövzuyla əlaqədar ayələri də deyə bilərlər. Lakin, belə bir əxlaqın göstərilməsi lazım olan bir an gəldikdə nəfslərinə tabe olarlar. Məsələn, vicdanları digər müsəlmanlar kimi aktiv olmağı, hər mövzuda tam bir müsəlman şövqü içində yaşamağı deyərkən bu insanlar nəfslərinə tabe olaraq fəaliyyətləri zəiflətməyi, ləngitməyi mənfəətlərinə daha uyğun görərlər. Halbuki həqiqi bir müsəlmanın vicdanı, nəfsinə daim üstün gələr. Allah bir ayəsində müsəlmanların bu əxlaq xüsusiyyətini belə bildirmişdir:

İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər... (Bəqərə surəsi, 207)

Müsəlman qəzəbini boğar, kin saxlamaz. Nəfsindəki pislikləri məğlub etməkdən də böyük bir zövq alar. İnsanları əfv etməkdən, bağışlamaqdan, onlara qarşı tolerant olmaqdan xoşu gələr. Çünki Allah Quranda müsəlmanlara belə əmr etmişdir:

Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir. (Nur surəsi, 22)

Din əxlaqını yaşamaqda passiv davrananlar bu mövzulara da lazımi qədər əhəmiyyət verməz, nəfslərinə zidd düşən hallarda bir anda bütün kinlərini və qəzəblərini ortaya büruzə verə bilər. Bəzən də müsbət ya da mənfi heç bir reaksiya verməyərək hərtərəfli passiv bir rəftar göstərərlər. Beləcə müsəlmanlar üçün əhəmiyyətli olan mövzuların özlərini maraqlandırmadığı mesajını vermiş olarlar. Mənəvi dəyərlərə qarşı aparılmış fikri bir hücum qarşısında belə haqlı bir qəzəb duymazlar. Məqsədləri, bu biganə hallarıyla, laqeyd, reaksiyasız olmağın məqbul olduğunu ətraflarındakı zəif kəslərə hiyləgərcəsinə hiss etdirməkdir. Bu metodla başqa insanları da passivləşdirməyi düşünərlər. Halbuki bu tərz reaksiyaların nə mənaya gəldiyini çox yaxşı bilən bəsirət sahibi müsəlmanlar, ətraflarında din əxlaqını yaşamaq mövzusunda bitərəf qalan, münafiq xarakterli insanları gördükcə daha diqqətli və təmkinli hərəkət etməyə başlayarlar.

Burada vurğulanmalı olan əhəmiyyətli bir məqam da bu insanların gözəl əxlaq nümayiş etdirməməyə xüsusilə etina etmələridir. Daha əvvəl də ifadə etdiyimiz kimi bu kəslər insanpərvərliyi, fədakarlığı, sədaqəti, mərhəməti, səbri, bir sözlə, gözəl əxlaqı bilməyən insanlar deyillər. Əksinə bunların hər birini çox yaxşı bilir, soruşulduğu təqdirdə Quranda olan ayələrlə izah edə bilərlər. Lakin həm imani cəhətdən zəif olduqları, həm də müsəlmanlara öz aləmlərində əhəmiyyət vermədiklərini vurğulamaq üçün bunları qəsdən tətbiq etməzlər. Yoxsa bu insanlar bunun qarşılığında böyük bir maddi mənfəət əldə edəcəklərini bilsələr, lazım olan hər cür fədakarlığı edərlər. Özlərindən istənilən əxlaqı qüsursuz deyiləcək bir şəkildə yerinə yetirərlər. Məsələn, mənfəət əldə edəcəkləri adam bir şirkətin yüksək vəzifəli işçisi isə o adamın hər dediyini əskiksiz yerinə yetirər, olduqca uyğun bir rəftar nümayiş etdirər, o adamın hər cür rəftarına qarşı dözməyə çalışar, itaətli və təvazökar bir rəftar göstərərlər. Əlbəttə ki, bunları etmələri onların gözəl əxlaqlı olduğunu göstərməz. Əksinə lazım gəldikdə gözəl davranmağı bildikləri halda, bunu tətbiq etməmələri, bu kəslərin hiyləgərliyinin aydın bir dəlilidir.

Bu kəslərdə diqqət çəkən əhəmiyyətli bir məqam da Quran əxlaqından olduqca uzaq yaşamalarına baxmayaraq, nəfslərinə ağır gələn bir vəziyyət meydana gəldikdə, ayələri müsəlmanlara qarşı istifadə edərək özlərini müdafiə etməyə cəhd etmələridir. Bu vəziyyətdə qarşı tərəfə, etdiklərinin taledə olduğunu, səhvləri öz istəkləriylə etmədiklərini, özlərinə qarşı mütləq bir hüsnü-zənlə yaxınlaşılmasının lazım olduğu istiqamətində öyüd-nəsihət verərlər. Məqsədləri qarşı tərəfin təbliğinə mane olmaq, insanı danışa bilməz, Quranla öyüd-nəsihət verə bilməz hala gətirməkdir. Halbuki müsəlmanlar hər şeyin taledə olduğunu və Allahın izniylə meydana gəldiyini onsuz da bilirlər. Ancaq dünyadakı imtahanlarının bir tələbi olaraq hadisələri görünən hallarıyla və Quranda verilənlər istiqamətində qiymətləndirərlər. Buna görə də müsəlmanları passivləşdirmək məqsədi daşıya biləcək hər cür rəftara və münafiq əlamətlərinə qarşı hər an diqqətli olmaq və lazımi tədbirləri görmək vəziyyətindədirlər.

Allah Quranda, “ayələrimizi qüvvədən salmağa cəhd göstərənləri isə ən pis, ağrılı-acılı əzab gözləyir...” (Səba surəsi, 5) ayəsiylə bu kəslərin həqiqətləri ört-basdır etmək və müsəlmanların fəaliyyətlərini zəiflədib onları passivləşdirmək məqsədiylə “acizliyə salan səylər göstərdiklərini” bildirir. Ümumi əxlaqlarından ötrü, yanlarında oxunan ayələri və bunlara aid şərhləri gələcəkdə özlərini təmizə çıxarmaları lazım gəldikdə istifadə etmək məqsədiylə dinləyən və yadda saxlayan bəhsi keçən kəslərin bu şeytani səyləri heç bir şəkildə fayda verməz. Bu kəslərin, ayələri öz yanlış zehniyyətləri daxilində şərh etməyə cəhd etmələri bir ayədə belə xəbər verilmişdir:

Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər. (Ali İmran surəsi, 7)

Saleh Əməllər Etmək Barəsində Şövqsüz və Həvəssiz Olmaları

Allah Quranda bir çox ayədə saleh əməllər etməyin əhəmiyyətini bizlərə xatırlatmışdır. Bu ayələrdən bəziləri belədir:

İman gətirib yaxşı əməl işləyənləri tükənməz nemətlər gözləyir”. (Fussilət surəsi, 8)

İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbbi onları Öz mərhəmətinə nəsib edəcəkdir. Bu, açıq-aşkar müvəffəqiyyətdir. (Casiyə surəsi, 30)

Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar. (Beyyinə surəsi, 7)

Din əxlaqını tam olaraq qəbul etməyən insanların ən diqqət çəkən xüsusiyyətlərindən biri isə, saleh əməl etmək mövzusundakı həvəssizlikləri və tənbəllikləridir. Allah “...cihada çıxdıqda özlərini yubandırar...” (Nisa surəsi, 72) ayəsiylə müsəlmanlar arasındakı bu cür şəxslərə diqqət çəkmişdir. Bu insanlar yaxşı işlər görmək mövzusunda olduqca bitərəf bir münasibət göstərərlər. Öz mənfəətlərinə xidmət etmədiyi müddətcə müsəlmanlara fayda verəcək bir iş görməyə çalışmazlar. Allah ayəsində saleh əməllər edənlərlə bitərəf davranan insanlar arasındakı fərqi belə bildirmişdir:

İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün istədiyi qədər artıracaqdır. Allaha ibadət etməyi özlərinə ar bilənləri və təkəbbürlük göstərənlərə gəlincə, Allah onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar. (Nisa surəsi, 173)

Bəhsi keçən insanlar hər an möminləri tərk edib, cahiliyyə həyatlarına geri qayıtma qapısını açıq qoyub getdiklərindən, edəcəkləri saleh əməlləri öz aləmlərində itkiyə gedən bir vaxt kimi görərlər. Əgər çox çalışar və zəhmət çəkərlərsə gələcəkdə peşmanlıq çəkə biləcəklərini hesablayar və buna görə də xidmət məsələsində olduqca zəif və həvəssiz olarlar.

Allaha qəti olaraq inanan bir insan isə Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq üçün əlindən gələnin ən çoxunu etmək istəyər. Bir işi başa çatdırıb tezliklə başqa bir xeyirli işə keçər, mümkün ola biləcək ən sürətli, ən geniş və ən doğru şəkildə dinə xidmət edər. Allaha olan bağlılığını əlindən gələn ən xeyirli xidmətləri ömrünə sığdıraraq göstərmək üçün ciddi səy göstərər. Daima İslamın, müsəlmanların xeyri üçün düşünər, bütün insanların sülh, dostluq, etibar və hüzur içində yaşamaları üçün fikirlər gətirər və bunları həyata keçirər. Buna görə də həqiqi dindarlığın vacib əlamətlərindən biri Allah rizası üçün edilən xidmətlərdəki şövq və həvəsdir.

Ancaq qəlbində xəstəlik olan insanlar, qarşılıqsız olaraq faydalı bir xidmət etmək istəməzlər. Qəlblərində onları qarşılıqsız xidmətə sövq edəcək qədər Allah sevgisi və qorxusu yoxdur. Buna görə də qarşılıqsız olaraq yorulmaq, lazım gəldikdə yuxusuz qalmaq, fədakarlıq göstərmək onlara çətin gələr. “Əgər dünyəvi bir mənfəətim olmayacaqsa niyə özümü yorum” şəklində azğın düşündükləri üçün daima özlərində bir tənbəllik olar. Maddi qazanc əldə etmə ehtimalı olan işlər üçün gecə-gündüz yuxusuz qalarkən, yorularkən hətta hər cür fədakarlığı gözə alarkən, Allah rizası üçün ediləcək bir xidməti öz aləmlərində böyük bir yük olaraq görər və gördükləri hər işdə möminlərə minnət qoymaq istəyərlər. Ancaq, əlbəttə ki, bu heç bir iş görməzlər mənasına da gəlməz. Bu hiyləgər xarakterli insanlar özlərini ətrafdakılara dindar göstərəcək, diqqət çəkməyəcək qədər xidmət göstərər və minimum zəhmət sərf edərək həyatlarını davam etdirmək istəyərlər. Çox vaxt da özlərini bildirməmək üçün müxtəlif hiyləgərliklər edərlər. Xəstəlik, qabiliyyətsizlik, bacarıqsızlıq, qavramaqda çətinlik çəkmək kimi bəhanələrlə özlərini həmişə geridə tutarlar. Beləcə müsəlmanları, yaxşı iş görmək istədiklərinə, lakin bunu bacara bilmədiklərinə və əqli cəhətdən də qavraya bilmədiklərinə inandırmağa çalışarlar. Allah bu hiyləgər məntiqdən istifadə edən insanlara, Əsri-Səadət dövründə yaşayan münafiqlərin Peyğəmbərimiz (s.ə.v) ilə birlikdə döyüşə getməkdən necə qaçdıqlarını bildirərək diqqət çəkmişdir:

Və münafiqləri bəlli etsin. Onlara: “Gəlin, Allah yolunda döyüşün, yaxud heç olmasa müdafiədə durun!” – deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik” – dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir. (Ali İmran surəsi, 167)

Münafiq xarakterə sahib bu insanların cahiliyyəyə olan sevgiləri Allaha olan sevgilərindən daha güclüdür. Buna görə də cahiliyyə əxlaqının yaşandığı mühitlərdə aktiv, gümrah, şad olduqları halda, möminlərin arasında olarkən bezgin, ərincək və tənbəl olarlar. Bu xarakterdəki insanların Allah tək olaraq xatırlandığı vaxt qəlblərini nifrət bürüdüyü, Ondan qeyriləri yad edildiyi vaxt isə sevindikləri bir ayədə belə bildirilmişdir:

Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər. (Zumər surəsi, 45)

Həqiqi dindarlar isə, Allahın rizasını, rəhmətini və cənnətini qazanmağın ümidi və sevinciylə hər anlarında çox şövqlü, gümrah və çalışqandırlar. Allah ayələrdə möminlərə belə buyurmuşdur:

İşlərini qurtaran kimi Allah yolunda çalış! Ancaq Rəbbinə üz tut! (İnşirah surəsi, 7-8)

Allah başqa bir ayəsində isə möminlərə “…yaxşı işlər görməkdə bir-birinizlə yarışın...” (Bəqərə surəsi, 148) deyə əmr edir. Bu ayələrə əməl edən möminlər, bir an belə boş durmadan, gün ərzində həmişə yaxşı işlərin arxasınca qaçarlar. Hər mövzuda bir-birlərinə üstünlük verən, əsla rəqabət aparmayan möminlər, yaxşı işlər görmək və yaxşılıq etmək mövzusunda bir-birləriylə yarış içindədirlər. Hər an bir savab qazanmaq üçün fürsət axtarır, heç vaxt ruhdan düşmədən, başqasına həvalə etmədən, ləngimədən qarşılarına çıxan hər saleh əməli yerinə yetirərlər. Yorulduqda isə, bunu dilə belə gətirmədən başqa bir işlə yorulmağa davam edərlər. Etdiklərindən ötrü isə heç kimə minnət qoymaz, heç kimə yaxşılıq edirmiş görünüşü verməzlər. Əksinə Allaha, Allahın rizasına və rəhmətinə, ölmədən əvvəl qazanacaqları savablara möhtac olduqlarını bilərək təvazökarlıq və qənaətkarlıqla, heç kimdən tək bir təşəkkür belə gözləmədən saleh əməllər edərlər.

Göründüyü kimi din əxlaqını mənimsəməyən, “…Allaha şübhə ilə ibadət edir…” (Həcc surəsi, 11) insanlarla, həqiqi səmimi möminlərin halları, rəftarları və dünyagörüşləri tamamilə bir-birindən fərqlidir. İlk baxışda hər ikisi də müsəlmandır, hər ikisi də dindar olduğunu, Allaha və axirət gününə iman etdiyini deyir. Ancaq Qurana görə qiymətləndirən bir insan üçün, dini əsl mənada yaşayan və özünü tamamilə Allaha təslim etmiş bir adamla, saxta dindarlıq göstərən adam arasındakı fərq aydındır.

Çətin Vaxtlarda Bəhanələr Gətirərək Geri Qalmaları

Passivlik tərəfdarları islamı və müsəlmanları maraqlandıran mövzularda geridə qalmağı seçən insanlardır. Həmişə kənardan, hiyləgər bir gözlə səssiz bir şəkildə prosesləri izləməyi seçərlər. Heç vaxt hadisələrə müdaxilə edən, zərəri və ya təhlükəni aradan qaldırmaq üçün ağıldan istifadə edən kəslər olmazlar. İslamın mənfəətini qorumağa meyil etməzlər. Bir insanın əbədi cənnət həyatını itirməsinə, imanının yox olmasına hiyləgərcəsinə tamaşa edərlər. Müsəlmanların faydalı işlərinə və gözəl səylərinə şahid olduqları halda, özləri tənbəlcəsinə oturmağı seçərlər. Tətbiq etdikləri sistem, ya asan işlərə nail olmaq ya da bəzi əsassız bəhanələr ortaya ataraq saleh əməllərdən uzaq durmaqdır. Allah onların cahilanə bir sayıqlıq içində tətbiq etdikləri bu siyasətlərinə qarşı müsəlmanları xəbərdar edər. Onların, Öz qatında, çalışqan, hər işi qüsursuz deyiləcək bir diqqət və səylə tamamlayan müsəlmanlarla eyni olmadıqlarını xəbər verir:

Doğrudanmı siz hacılara su verməyi və Məscidulharamı abadlaşdırmağı Allaha və Axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Allahın yanında bərabər sayılmırlar. Allah zalım qövmü doğru yola yönəltməz. (Tövbə surəsi, 19)

Möminlərdən – üzürlülər istisna olmaqla – evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri evdə oturanlardan dərəcə etibarilə üstün etdi. Allah onların hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri evdə oturanlardan böyük bir mükafatla üstün etmişdir. (Nisa surəsi, 95)

Müsəlmanları cahilanə üsullarla aldadacaqlarını güman edən bu xarakterdəki kəslər üçün əldə etdikləri kiçik bir mənfəətin ya da qazancın əhəmiyyəti çox böyükdür. Onlar bir qədər də çox oturmaq, bir qədər də az iş görmək ya da gördüyü işi bir qədər də az vaxt sərf edərək başdan sovdu bir şəkildə başa çatdırmaqla xeyir qazanacaqlarını zənn edərlər. Ən əhəmiyyətlisi də bu yolla öz aləmlərində ayıq-sayıq olduqlarını, özlərini yormayaraq, səmimi müsəlmanlar kimi diqqət və ya iradə sərf etməyərək ən doğru işi gördüklərini zənn edərlər.

Bu kəslərin əsl məqsədləri müsəlmanlar arasında passiv bir hərəkata liderlik etmək olduğundan, bu məqsədlərinə uyğun hər cür əxlaqi zəifliyi göstərərlər. Məsələn, müsəlmanlar Quran əxlaqının təbliğ edilməsi, insanların qəlbinin İslam əxlaqına isinişdirilməsi üçün var gücləriylə çalışarkən, onlar əksinə, müsəlmanların bu işlərindən qaçmaq yolları axtararlar. Bu məqsədlə ağlasığmaz bəhanələr ortaya atmaqda da bir problem görməzlər. Allah, müsəlmanlarla bu kəslər arasında ən fərqləndirici xüsusiyyətlərdən birinin iki qrup arasındakı bu fərq olduğunu xəbər verir:

Allaha və Axirət gününə iman gətirənlər Allah yolunda malları və canları ilə cihad etmək üçün səndən izin istəməzlər. Allah müttəqiləri tanıyır. Ancaq Allaha və Axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər döyüşə getməmək məqsədilə səndən izin istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər. (Tövbə surəsi, 44-45)

Ayələrdən də aydın olduğu kimi bu insanlar müsəlmanların etdiyi kimi səmimi bir səy göstərmək niyyətində olmadıqlarından dərhal ortaya bəhanələr ataraq qaçmağa meyil edərlər. Quranda Peyğəmbərimiz (s.ə.v)-in dövründə də yaşamış bəzi zəif xarakterli kəslərin ortaya atdıqları bəzi bəhanələr belə bildirilir:

Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!” – dedilər. De: “Cəhənnəm odu bundan da hərarətlidir!” Kaş anlayaydılar. (Tövbə surəsi, 81)

“...İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb” – deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər”. (Əhzab surəsi, 13)

“…Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!...” (Tövbə surəsi, 42)

Cahiliyyə həyatını tərk edə bilməyən, dünya həyatına duyduqları ehtiraslı bağlılıqdan uzaqlaşa bilməyən bu insanlar, dünyanı axirətdən üstün tutduqlarını açıq şəkildə ifadə edə bilməzlər. Buna görə də niyyətlərini, ortaya atdıqları müxtəlif bəhanələrlə iman edənlərə hiss etdirərlər. Yuxarıdakı ayələrdə bildirildiyi kimi, bəziləri fiziki olaraq digər müsəlmanlar kimi güclü və sağlam olmadığı, bəziləri havanın isti olmasının sağlamlığına mənfi təsir etdiyi kimi bəhanələr ortaya ataraq, bəziləri də sosial vəziyyətinin islam əxlaqını lazım olduğu kimi yaşamasına mane olduğunu, digər müsəlmanlar kimi səy göstərməsinə imkan vermədiyini iddia edərək qaçarlar.

Bu kəslər izin istəyərkən ortaya atacaqları bəhanəni və istifadə edəcəkləri ifadələri də hiyləgərcəsinə seçərlər. Ortaya atdıqları bəhanələrlə müsəlmanları passivləşdirə biləcəklərini, onların özlərinə haqq verəcəklərini zənn edərlər. Necə ki, Quranı yaxşı bilməyən bir insan bu kəslərin izin istəyərlərkən istifadə etdikləri məntiqi ya da ortaya atdıqları bəhanələri normal qarşılaya bilər. Halbuki, Quranda izah edilən münafiq xarakterini çox yaxşı bilən müsəlmanlar, bəhsi keçən kəslərin din əxlaqından uzaqlaşmaq məqsədiylə istifadə etdikləri bu ifadələrin, onların həqiqi niyyətlərini ortaya qoyduğunu görərlər. Bu əsnada Allahın adını zikr edərək guya səmimiymiş kimi görünməyə çalışmaları, həmişə and içmələri də müsəlmanlar üçün əhəmiyyətli bir dəlildir. Çünki Allah Quranda bu cəhətlərinə də diqqət çəkmişdir.

Peyğəmbərimiz (s.ə.v)-in dövründə də münafiqlər buna bənzər taktikalara müraciət etmişlər. Bu insanlar öz aləmlərində hz. Məhəmməd (s.ə.v)-i səmimi olduqlarına inandıraraq, özlərini haqlı kimi görməsini təmin etməyə çalışmışlar:

Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!” – deyə Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir. (Tövbə surəsi, 42)

Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!” – deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar. Onlar andlarını sipər edib insanları Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir! (Münafiqun surəsi, 1-2)

Ayələrdən də aydın olduğu kimi münafiq xarakterli insanlar, and içməklə və cəlbedici ifadələrdən istifadə etməklə özlərini yaxşı niyyətli və imanlı göstərməyə çalışarlar. Ancaq Allah, verdiyi bu nümunələrlə onların həqiqi niyyətlərini bütün müsəlmanlara göstərərək bildirir.

Sevgi Və Hörmət Göstərməkdə Passiv Olmaları

Passiv şəxsiyyətləriylə müsəlmanlar arasında ayrı bir xarakter və mədəniyyət meydana gətirməyə səy göstərən bu kəslərin tanınmasında başqa bir təyin edici amil də, bu şəxslərin iman edənlərə qarşı soyuq davranmalarıdır.

İman edənlər axirətdə əbədiyyən bir yerdə yaşamağı ümid edən insanlardır. Onların bu həyəcanları hələ dünyada olarkən əhval-ruhiyyələrində hiss olunar və Onları bir-birlərinə bağlayar. Allah möminlərin, “bir-birlərinə birləşmiş bir bina kimi saf bağladıqlarını” (Saf Surəsi, 4) bildirərək, iman edənlər arasındakı yaxınlıq, səmimiyyət və dostluğa diqqət çəkmişdir. Allah müsəlmanlar arasındakı bu güclü əlaqəni Quranda belə ifadə edir:

Möminlər, həqiqətən də qardaşdırlar... (Hucurat surəsi, 10)

Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz... (Ali İmran surəsi, 103)

Müsəlmanların arasındakı bu dərin və Allaha olan imanlarına əsaslanan güclü əlaqə, özüylə bərabər bir-birlərinə sıx bağlılıq, sevgi və hörmət gətirər. Ancaq müsəlmanlar arasındakı sevgi və hörmət cahiliyyə insanlarında müşahidə olunan müvəqqəti və zəif təməllərə əsaslanan sevgi kimi deyil. Yaşanılan sevgi, tamamilə Allaha olan dərin sevgi və qorxuya əsaslanan olduqca güclü bir hissdir. Müsəlmanlar Allaha olan iman və sədaqətlərindən qaynaqlanan bir sevgiylə bir-birlərini sevərlər. Qarşılarındakı insanlarda gördükləri iman əlamətləri nə qədər güclüdürsə, o insanlara olan etibarları, sevgi və hörmətləri də o qədər güclü olar.

Allah Quranda şəfqət hissinə sahib olmağı üstün bir fəzilət olaraq bildirir:

Üstəlik Öz tərəfimizdən bir şəfqət və paklıq da bəxş etdik… (Məryəm surəsi, 13)

Ancaq qarşısındakı insanlara iman gözüylə baxmayan, müsəlmanların Allahın rizasını qazanmaq üçün göstərdikləri səmimi səyi qiymətləndirməkdən məhrum olmuş kəslər, onlara qarşı sevgi ya da sadiqlik hiss etməzlər. Bu cür insanlar maddi mənfəət əldə edə bilmədikləri bir insana sadiq olmağı ağılsızlıq kimi görərlər.

Bu kəslər yalanlarıyla sevgisizliklərini nə qədər gizlətməyə çalışsalar da soyuq və sevgisiz baxışları və müsəlmanlarla səmimi ünsiyyət qura bilməmələriylə əsl niyyətlərini göstərmiş olarlar. Xüsusilə də şəxsiyyətlərində hakim olan soyuq, biganə və insanlardan uzaq xarakter, bu insanların həqiqi xarakterləri haqqında müsəlmanlara ciddi əlamətlər verir. Müsəlmanların daxilində hakim olan isti, mehriban, səmimi dostluq, əvəzinə bu kəslərdə soyuq, tərs, uzaq və fərqli bir şəxsiyyət hakimdir. Sevgilərini ifadə etmək qabiliyyətlərinin olmamasından ötrü normal insanların gözlərində yaranan sevgini ifadə edən isti və dostyana məna bu kəslərdə meydana gəlməz. Əksinə hiyləgər, çoxbilmiş, ciddi, mənasız, soyuq və əsrarəngiz baxışlarıyla müsəlmanları izləyərlər. Hz. Məhəmməd (s.ə.v)-in dövründə yaşayan bəzi kəslərin, Quranı dinləyərkən Peyğəmbərimiz yönəltdikləri baxışları bu vəziyyətin nümunələrindəndir. Rəbbimiz, bu əxlaqdakı kəslərin baxışlarına belə diqqət çəkmişdir:

Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!” – deyirlər. Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir. (Qələm surəsi, 51-52)

Ümumi mənada baxdıqda heç bir müsəlmanla səmimi bir ünsiyyət qura bilmədikləri, yaxın deyə biləcəkləri bir dostlarının olmadığı görülər. Bu kəslərin qurduqları dostluqlar sonrakı səhifələrdə də qeyd edəcəyimiz kimi, özləri kimi zəif gördükləri kəsləri öz tərəflərinə çəkərək passivləşdirmək məqsədi daşıyır. Allah qəlbində xəstəlik olan insanların bir-birlərini tanıyıb müdafiə etdiklərinə və bir-birlərinə yaxınlıq göstərdiklərinə ayələrdə belə diqqət çəkir:

Onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər, öz ailələrinin yanına fərəhlə qayıdırdılar, (Mutaffifin surəsi, 30-31)

Saleh müsəlmanların Qurana əsaslanan əxlaq anlayışlarında sevginin, səmimiyyətin axirətə istiqamətli güclü bir dostluğun olduqca əhəmiyyətli yeri vardır. Müsəlmanlar səmimi bir insanı gözəl baxışlarından, sevgiyə olan həssaslıqlarından və yaxınlığından müəyyənləşdirə bilərlər. Bu dəyərlərə sahib olmayan insanlara, yəni yuxarıda saydığımız şəkildə soyuq, uzaq, sevgisini hiss etdirməyən bir xarakter göstərənlərə isə haqlı olaraq şübhəylə baxarlar. Onların bu soyuq rəftarlarının altında din əxlaqına və müsəlmanlara qarşı kin və nifrət bəslədiklərindən şübhələnərlər. Allah müsəlmanlara, bu kəslərə etibar edib onları sirdaş tutmamalarını əmr edir və qəlblərində olan nifrətin göstərdiklərindən daha böyük olduğunu xəbər verir:

Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik. (Ali İmran surəsi, 118)

Allahı Zikr Etməmələri

Müsəlmanların ən əhəmiyyətli xüsusiyyətlərindən biri həmişə Allahı zikr etmələridir. Onlar danışdıqlarında daim Allahı tərifləyər, Onu dərin bir hörmətlə ucaldarlar. Müsəlmanlar arasında passivliyi yaymağa çalışan kəslər isə Allahı mümkün olduğu qədər az zikr edərlər. Hətta Allahın zikr edildiyi mühitlərdən mümkün olduğu qədər uzaqlaşmağa çalışarlar. Bir ayədə belə buyurulmuşdur:

Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər. (İsra surəsi, 46)

Allahın ayədə bildirdiyi kimi şeytan bu insanları üstələmiş və onlara Allahı zikr etməyi unutdurmuşdur. (Mücadilə surəsi, 19) Yemək, içmək, geyim, musiqi, idman kimi mövzularda olduqca şən və həvəsli söhbətlər aparan bu insanlar, Allahın xatırlandığı söhbətlərdə eyni gümrahlığa və şövqə sahib olmazlar. Olduqca durğun və qorxaq bir üslubdan istifadə edərlər. Lakin tamamilə səssiz qalmaqdan da çəkindiklərindən mümkün olduğu qədər əzbərdən söhbətlər aparar, söhbəti tezliklə başqa istiqamətlərə çəkərək dəyişdirməyə çalışarlar. Bu insanların səmimi olaraq Allahın Zatını təriflədiklərini, ucalığını izah etdiklərini eşitmək demək olar qeyri-mümkündür. Söhbətləri müsəlmanlardan fərqli olaraq səmimiyyətdən uzaq, süni bir üslubla dini mövzular haqqında öz aləmlərində çoxbilmişlik etməyə (İslam dinini tənzih edirik) yönəlmişdir. Allahın adını zikr etməkdən, imani mövzuları, gözəl əxlaqı danışmaqdan qəsdən çəkinirlər. Çünki səmimi qəlbdən tam olaraq mənimsəmədikləri bir inancı müdafiə etmək və izah etmək nəfslərinə ağır gəlir. Buna görə də Allahı xatırlayarkən çox vaxt yaddaşlarında gizli qalan məlumatları, başqalarından eşitdikləri müəyyən qəliblərlə dilə gətirər, səmimi bir söhbət apara bilməzlər.

Müsəlmanların isə qəlblərində və düşüncələrində həmişə Allah olduğu üçün dilə gətirdikləri düşüncələri də həmişə səmimi qənaətlərdir. Allah Quranda möminlərin bu düşüncə tərzlərini, “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!” (Ali İmran surəsi, 191) ayəsiylə xəbər verir. Başqa bir ayəsində isə Allah, möminlərin qəlbinin ancaq Allahı zikr etməklə rahatlıq tapacağını bildirir:

Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 28)

Müsəlmanların Allaha olan sevgisi, passivliyi müdafiə edən insanların ticarətə, həyat yoldaşlarına, dostlarına, ailələrinə, ya da hər hansı bir mövzuya duyduqları aludəçilik və sevgiylə müqayisə edilə bilməyəcək qədər böyükdür. Buna görə də Allahı həmişə düşüncələrində və dillərində zikr edərlər. Allah bir ayəsində həqiqi dindarların Allaha duyduqları sevginin gücünü belə bildirir:

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür... (Bəqərə surəsi, 165)

Həqiqi dindarların əksinə passiv bir xarakter göstərən kəslər, özləri Allahı zikr etməkdən uzaq olduqları kimi, başqalarını da uzaqlaşdırmağa çalışarlar. Allah, “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər?...” (Bəqərə surəsi, 114) ayəsiylə bəhsi keçən insanların bu cəhətlərinə Quranda diqqət çəkər.

Bu kəslər Allahın “...sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan” (Məhəmməd surəsi, 30) ayəsində bildirdiyi kimi müsəlmanlardan tamamilə fərqlənən danışıq üslublarıyla tanınarlar. İstifadə etdikləri forma, onların müsəlman əxlaqında olmadığı hissini verər. Müsəlmanların əsla fikir verməyəcəkləri sadə şeylərə çox əhəmiyyət verdiyi hissi oyandıran, hadisələrin Allahın nəzarəti altında olduğunu unutmuş bir insanın istifadə edə biləcəyi bir danışıq üslubları vardır. Bir neçə kitab və ya qəzet oxuyaraq əldə etdikləri məlumatları qarşı tərəfə bəzədilmiş cümlələriylə, imani sevgi və təvazökarlıqdan uzaq soyuq və saxtakar üslublarıyla izah edərlər. Onlar bunu müsəlmanlara qarşı bir “göstəriş etmək” vəsiləsi, ya da bir üstünlük olaraq görsələr də bunların heç biri qəlblərinə, gözlədikləri rahatlığı və hüzuru verməz. Onların vicdanlarındakı güclü təzyiqi və sıxıntını aradan qaldırmaz. Əksinə daim narahatçılıq və qorxu içində yaşamalarına səbəb olar.

Mənfi Təlqin və Vəsvəsələrə Açıq Olmaları

Din əxlaqını tam mənasıyla yaşamaqda bitərəf davranan kəslərin imani zəiflikləri, cahillik inancına sahib insanların mənfi təlqinlərinə də açıq olmalarına səbəb olar. Özlərinə dinin lazım olmadığı, yalnız dünyaya bağlı bir həyat tərzinin kifayət edəcəyi istiqamətində azğın şərhlər edilsə, bunu sevə-sevə təsdiqləyə bilərlər. Ya da bir adam gedib bu kəslərə “mən inkarçı oldum, artıq dinə və ibadətlərin vacibliyinə inanmıram, cahillik məntiqində bir həyat yaşayacağam” desə, bu da onların xoşuna gələr. Bu və bənzər təlqin və təkliflər qarşısında bu kəslərin iradəsi dərhal yox olar və din əxlaqından uzaq yaşayan insanlara asanlıqla uyğunlaşarlar. Bu cür insanların, namaz qıldıqları və ya bəzi ibadətləri yerinə yetirdikləri üçün müsəlman olduqlarını və belə qeyri-ilahi çağırışları yaxşı qarşılamayacaqlarını düşünmək isə avamca bir düşüncə olar.

Bu kəslər ətraflarında gördükləri ənənələrin təsiriylə birbaşa dini inkar etməkdən bəlkə də çəkinə bilər. Və buna görə də “Quran əxlaqından uzaq bir həyat yaşa” deyən adama qarşı rəsmi olaraq reaksiya verə bilərlər. Amma rəsmi olaraq qarşı çıxsalar da, praktikada cahillikdəki kimi bir həyat tərzi gördükləri təqdirdə bunu sevinclə qarşılayarlar. Belə bir həyat yaşamaq üçün güclü bir istək duyarlar. Açıq şəkildə “biz inkarçı olduq, dinə və Qurana inanmırıq” deməsələr də, bu həyatın içində yaşayan insanların göstərdikləri cahillik əxlaqını, çirkin davranış formalarını, batil inancları mənimsəyən və dəstəkləyən bir həyata müsbət baxarlar. Ətraflarındakı insanların axirətin varlığını tamamilə unudub dünyaya bağlanmalarından, saleh əməllər etmək əvəzinə boş və məqsədsiz bir həyat yaşamalarından, ehtirasla dünya mallarını çoxaltmalarından, etibar qazanmaq üçün həyasızca işlər görmələrindən, yaxud Allahı razı salmaq əvəzinə insanları razı salacaq bir həyat yaşamalarına narahat olmazlar. Hətta qəlbində xəstəlik olan insanlar, belə bir həyat tərzi yaşayan insanların bu azğın anlayışlarını və dünyagörüşlərini dəstəklədiklərini müxtəlif yollarla onlara bildirərlər. Allah Quranda belə insanların vəziyyətini bu cür izah edir:

Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır. Bu ona görədir ki, onlar dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah kafirləri doğru yola yönəltmir. (Nəhl surəsi, 106-107)

Allah iman etdikdən sonra şeytanın təlqinlərə aldanaraq cahillik inancına qayıdan insanların hər dövrdə müsəlmanların arasında ola biləcəklərinə bir çox ayəsində diqqət çəkər. Quranda diqqət çəkilən bu insan cəmiyyətlərindən biri də hz. Musanın qövmü içində yaşayan zəif iradəli insanlardır. Bunlar, Allahın sevdiyi və seçdiyi, üstün və gözəl əxlaqlı hz. Musanın təbliğini və mənəvi təlimini tam olaraq alan, göstərdiyi möcüzələrə şahid olan insanlardır. Hz. Musa bu insanları, Allahın izniylə “özlərini dözülməz işgəncələrə məruz qoyan” Fironun əlindən xilas etmiş, onlara Allahın ayələrini təbliğ etmiş və hidayət gətirmələrinə vəsilə olmuşdur. Lakin hz. Musa Allahdan gələn vəhy üçün qövmündən ayrıldıqda bu insanlar, hz. Musanın yoxluğunu fürsət bilib Samiri adındakı azğın inancları olan birinin şeytani təlqinlərinə qapılmışlar. Özünü son ana qədər dindar biri kimi tanıdan Samirinin azğın təlqinləri, bir çox insana təsir etmiş və onları Allaha şərik qoşmağa yönəltmişdir.

Allah hz. Musaya qövmünün bu vəziyyətini, “Allah buyurdu: “Səndən sonra qövmünü sınağa çəkdik. Samiri onları yoldan çıxartdı”” (Taha surəsi, 85) deyə buyuraraq xəbər vermiş və bununla da hz. Musa öz qövmünün geri qayıtmışdır. Bundan sonra baş verənləri Allah ayələrində belə xəbər verir:

... “Ey qövmüm! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Doğrudanmı bu vaxt sizə uzun gəldi? Yoxsa Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?”

Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o xalqın zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Biz onları oda atdıq. Həmçinin Samiri də onu oda atdı”.

Samiri onlar üçün böyürən bir buzov heykəli düzəltdi. Buzova məftun olanlar: “Sizin də məbudunuz, Musanın da məbudu budur. Lakin o bunu unutmuşdur” – dedilər. (Taha surəsi, 86-88)

Göründüyü kimi bu insanlar, verdikləri vədə öz ixtiyarlarıyla xilaf çıxmadıqlarını, Samirinin təsiriylə bunu etdiklərini dilə gətirmişlər. Samirinin azğın təlqinləriylə imanlarından dönüb böyürən bir buzov heykəli düzəltmişlər. Samiri deyilən azğın adam isə “...Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim məni buna sövq etdi” (Taha surəsi, 96) ifadəsindən də başa düşüləcəyi kimi nəfsinə tabe olan bir adamdır. Bu qövm vicdanlarından istifadə etmədiklərindən bir adamın təlqinlərinin vəsiləsiylə Allaha qulluqdan imtina edib öz əlləriylə düzəltdikləri böyürən bir buzov heykəlinə meyil etmək azğınlığına düşmüşlər. Ancaq hz. Musa aralarına qayıtdıqda, düşdükləri vəziyyəti başa düşmələrinə vəsilə olmuşdur.

Hz. Musanın qövmünün başqa bir azğınlığı da, Allah özlərini dənizdən keçirərək, Fironu suda boğduqdan sonra, yenə doğru yoldan azıb cahil insanların həyat tərzlərini nümunə götürməyə başlamalarıdır. Bu ədabazlıqları o qədər yüksək bir səviyyəyə çatmışdır ki, bütlərə tapınan bir qövm gördükləri vaxt, hz. Musadan özlərinə məbud düzəltməsini istəyəcək qədər çirkin bir cəsarət və əxlaqsızlıq göstərə bilmişdirlər. Mövzuyla əlaqədar Quranda bildirilən ayələr belədir:

...Onlar öz bütlərinə tapınan bir qövmə rast gəldilər. Onlar dedilər: “Ey Musa! Onların məbudları olduğu kimi, bizim üçün də bir məbud düzəlt”. Musa dedi: “Həqiqətən, siz cahil bir tayfasınız.

Şübhəsiz ki, bunların etiqad etdikləri əqidə məhvə məhkumdur, gördükləri işlər isə batildir”.

Musa dedi: “O, sizi aləmlərdən üstün etdiyi bir halda, mən sizin üçün Allahdan başqa məbudmu axtaracağam?”

Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq var idi. (Əraf surəsi, 138-141)

İmanları zəif olan bu insanların bütlərə ibadət edən bir qövmü görmələri doğru yoldan sapmalarına səbəb olmuşdur. Tezliklə bu azğın inanca meyil etməyə başlamışlar. Din əxlaqından uzaqlaşdıran təlqinlərin təsirinə düşmək, tarix boyu passivliyi müdafiə edən bütün insanların ortaq bir xüsusiyyətidir.

Allah, Quranda bu insanların fitnəkar xarakterlərini, “əgər Mədinənin hər tərəfindən üstlərinə hücum edilsəydi, sonra da onlardan fitnə törətmək (imandan dönmək) tələb olunsaydı, onu mütləq edər və cüzi şey istisna olmaqla bunda ləngiməzdilər (Əhzab surəsi, 14) ayəsiylə bildirmişdir. Başqa bir ayədə isə Allah “...Onlar hər dəfə fitnəyə qaytarıldıqda gözüyumulu ona qoşularlar...” (Nisa surəsi, 91) buyurur.

Bu insanların bu qədər fitnəyə meyilli şəxsiyyətlərinin əsasında, əsasən şeytanın təlqininə meyilli olmaları durur. Allaha iman və itaətdən uzaqlaşan bu kəslər, Allahın “insanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir asi şeytana itaət edir (Həcc surəsi, 3) ayəsində bildirdiyi kimi şeytanın iziylə gedərlər. Ayədə bildirilən “hər bir asi şeytana itaət edir” ifadəsi isə çox diqqət çəkicidir. Çünki bu kəslər, həyatlarının məqsədi yalnız Allahın rizası, rəhməti və cənnəti olan müsəlmanların arasında yaşayarkən, onlara bənzəmək və Quran əxlaqına tabe olmaq imkanları olduğu halda, bilə-bilə, azğınlıq yolunu seçərlər. Allah bu vəziyyətlərini bir ayəsində “...Onlar bütün möcüzələri görsələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular” (Əraf surəsi, 146) deyə buyuraraq bildirir.

Buna görədir ki, bu insanların zehinləri həmişə şeytanın fısıldamaları və onun təlqin etdiyi vəsvəsələrlə doludur. Allahın “Şeytan onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir” (Nisa surəsi, 120) ayəsində bildirdiyi şeytani vədlər, bu insanları Allahın yolundan sapdıracaq din əxlaqından uzaq bir həyat tərzinə çəkir. Buna görə də bəzi dünyəvi narahatlıqlar daşıyaraq din əxlaqını yaşamaqdan uzaqlaşıb cahillik həyatını mənimsəyən bu insanlar, əslində şeytanın bu yalan vədlərinə aldanan insanlardır. Allah bu həqiqəti, “hidayət yolunu tanıdıqdan sonra haqdan dönüb geriyə üz tutanlara şeytan günah işləri gözəl göstərdi və onlara uzun ömür vəd etdi” (Məhəmməd surəsi, 25) ayəsində də açıq şəkildə bildirir.

Vəsvəsələrə olduqca açıq olduqlarından, cahillik əxlaqı içində yaşayan insanlardan iş, nikah, təhsil kimi maraqlarına daha uyğun olacağını düşündükləri bir təklif aldıqları vaxt dərhal ona yönələr, Allahı və din əxlaqını unudarlar. Halbuki əgər bu təkliflər Allahın rizasına uyğundursa onsuz da müsəlmanca bir əxlaq göstərərək də bu imkanı qiymətləndirə bilərlər. Ancaq onlar, özlərinə din əxlaqının yaşandığı mühitdən uzaqlaşmaq üçün bir bəhanə axtardıqlarına görə, bu vəsiləylə dərhal müsəlmanların arasından uzaqlaşarlar. Eynilə bu kəslər tətil, alış-veriş, əyləncə kimi mövzularda da yenə cahil cəmiyyətin təlqinlərinə çox açıqdırlar. Allah rizasına uyğun olan bir iş görmək və ya ibadət etmək əvəzinə rahatlıqla əylənməyi seçə bilərlər. Peyğəmbərimiz (s.ə.v)-in dövründə, bir əyləncə gördükləri vaxt Peyğəmbərimiz (s.ə.v)-i tərk edib, cahil insanlarla birlikdə boş işlər görənlərin rəftarları bu insanlarla böyük oxşarlıq təşkil edir. Allah bu insanların vəziyyətini belə xəbər vermişdir:

Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni minbərdə ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”. (Cümə surəsi, 11)

Şübhəsiz ki, bu insanların şeytanın təlqin etdiyi fikirlərə bu qədər açıq olmaları Allahın bir hikmətidir və bunda müsəlmanlar üçün böyük xeyirlər vardır. Çünki qəlbində xəstəlik olan insanlarla Allahdan qorxan səmimi insanlar bu vəsiləylə bir-birindən ayrılır və müsəlmanlar bu insanları tanıya bilirlər. Allah bu həqiqəti “Belə edər ki, şeytanın gizli təlqini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bır sınaq vasitəsinə çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər”. (Həcc surəsi, 53) ayəsiylə xəbər verir. Başqa bir ayəsində isə Allah, “Allah murdarı pakdan ayırsın, murdarları bir-birinin üstünə qoyub bir yerə yığsın və onları Cəhənnəmdə yerləşdirsin...” (Ənfal surəsi, 37) deyə buyurur və bunun müsəlmanlara yüngüllük verən bir təmizlik olduğuna işarə edir.

Rəftar və Danışıqlarının Səmimiyyətə Deyil, Təqlidə Əsaslanması

Müsəlmanlar arasında yaşayan passivlik tərəfdarı kəslərin ən diqqət çəkici xüsusiyyətlərindən biri də, səmimiyyətsizliklərdir. Bu, danışıqlarında və rəftarlarında asanlıqla hiss edilə bilən bir vəziyyətdir. Müsəlmanların arasında özlərini dindar kimi göstərə bilmək məqsədiylə bəzi ibadətləri yerinə yetirər, müsəlmanlar kimi rəftarlar göstərərlər, onlar kimi danışarlar. Lakin bütün bunları inandıqları üçün deyil, müsəlmanlar arasında özlərinə bir yer tuta bilmək üçün təqlidi olaraq həyata keçirərlər. Bütün hal və rəftarlarında müsəlmanları təqlid etdiklərindən ötrü, kənardan baxan bir insan ilk baxışda bu kəsləri müsəlmanlardan hər hansı biri kimi zənn edə bilər. Bu kəslər Allahın, “Vay halına namaz qılanların, o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar” (Maun surəsi, 4-6) ayələrində bildirdiyi kimi namaz qılar, “Onların sərf etdiklərinin qəbul olunmasına yalnız o mane olur ki, onlar Allaha və Onun Elçisinə küfr edir, namaza tənbəlliklə qalxır və mallarını könülsüz xərcləyirlər”. (Tövbə surəsi, 54) ayəsində bildirildiyi kimi mallarından ehtiyac içində olan insanlara göstəriş üçün də olsa bəzən kömək edə bilərlər. Ancaq yenə ayələrdə aydın şəkildə göründüyü kimi, Rəbbimiz səmimiyyətsizlikləri üzündən onların ibadətlərini qəbul etməyəcək.

Formal xarakterli ibadətlərlə yanaşı müsəlmanların rəftar və danışıqlarındakı bir çox təfərrüatı da təqlid edə bilərlər. Müsəlmanların bir mövzunu dilə gətiriş formalarından, istifadə etdikləri üslubdan, oturub-durmalarına qədər bir çox zahiri xüsusiyyətlərini təqlid edə bilərlər. Münafiq xarakterli insanların bu xüsusiyyətlərini Allah Quranda “Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər...” (Münafiqun surəsi, 4) ayəsiylə xəbər vermişdir.

Halbuki səmimiyyətin təqlidi yoxdur. Bir insanın zahiri xüsusiyyətləri təqlid edilə bilər, lakin səmimiyyət tam olaraq yaşanmadan adamın göstərə biləcəyi bir xüsusiyyət deyil. Buna görə də onların həqiqi üzlərini ancaq möminlər Quranın özlərinə yol göstərməsiylə hiss edib görə bilərlər. Allah Quranda Peyğəmbərimiz (s.ə.v)-in dövründə də din əxlaqını yaşamaqda qəsdən passiv davranan bu tip insanların olduğunu bildirir. Bu kəslər müsəlmanları təqlid edərək hz. Məhəmməd (s.ə.v)-in yaxınlarının arasına qədər girə bilmişdirlər. Allah istədiyi təqdirdə bu cür insanları Peyğəmbərimizə üzlərindən tanıdacağını xəbər vermişdir:

Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan... (Məhəmməd surəsi, 30)

Bu insanlar səmimiyyətsiz və süni rəftarlarla özlərini müsəlman kimi tanıtmağa çalışarkən əslində içlərində fırtınalar qopar. Qəlbən inanmadıqları, təsdiq etmədikləri bir həyatı yaşamaq, həmişə təqlid etmək məcburiyyətində olmaq onlar üçün bir növ əzabdır. Göstəriş üçün namaz qılmaq, gözəl söz danışmaq, təvazökar görünmək, sevirmiş kimi etmək, içindən gəlmədiyi halda, islamın xeyri naminə faydalı fəaliyyətlər göstərmək dinə və müsəlmanlara qarşı daxilən kin bəsləyən bu insanlar üçün heç də asan deyil. Yenə də mənfəətlərinə daha uyğun olduğunu düşünərək, nəfsləriylə zidd düşən bir mühit yaranana qədər öz-özlərinə meydana gətirdikləri bu saxta şəxsiyyətdə yaşamaqdan imtina etməzlər. Ancaq nəfslərinə xeyli ağır gələn böyük bir çətinliklə qarşılaşdıqları təqdirdə artıq təqlid edəcək gücləri qalmaz və yavaş-yavaş həqiqi üzləri aşkara çıxarmağa başlayar. Ümid etdikləri kimi mənfəət əldə edə bilmədiklərini gördükləri vaxt əvvəllər təqlidi olaraq etdiklərini də etməməyə və kinlərini aşkara çıxartmağa başlayarlar.

Din əxlaqını yaşamaqda passiv davranan bu kəslər bəzən də insanların diqqətini özlərindən yayındırmaq üçün təqlid qabiliyyətlərindən istifadə edərlər. Xüsusilə etdikləri səmimiyyətsiz rəftarlar müsəlmanlar tərəfindən başa düşüldükdə, insanların diqqətini özlərindən yayındırmaq üçün düşdükləri vəziyyətə uyğun gördükləri bir şəxsiyyəti təqlid edərlər. Yerinə görə özlərini saf, uşaq kimi, hadisələri qavraya bilməyən kəslər olaraq tanıdar, yerinə görə də bunun tam əksi yırtıcı, mübahisəçi olduqca tərs və təcavüzkar bir şəxsiyyətə bürünərlər. Bunu edərkən öz aləmlərində müsəlmanları aldatdıqlarını zənn edərlər. Halbuki Allahı və iman edənləri aldatdığını düşünən kimsə, yalnız öz özünü aldadır:

Münafiqlər, həqiqətən də, Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər. (Nisa surəsi, 142)

Üzlərinin Nursuz Olması

Özlərini müsəlman kimi tanıtmalarına baxmayaraq əslində dinə və müsəlmanlara qarşı nifrət bəsləyən insanların üzləri səmimi müsəlmanlarda olduğu kimi təmiz və nurlu olmaz. Allah Quranda müsəlmanlar üçün “...Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir...” (Fəth surəsi, 29) buyurur və üzlərindən müsəlman olduqlarının başa düşüldüyünə diqqət çəkir. Başqa bir ayədə isə, müsəlmanların cənnətdə də üzlərində parlaqlıq və nurlu bir ifadə olacağı belə bildirilmişdir: “Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən”. (Mutaffifin surəsi, 24)

Bəhsi keçən insanların üzlərindəki ifadə isə bunun tam əksinə olduqca əsrarəngiz və qaranlıqdır. Üzlərində səmimi, etimad təlqin edən, parlaq bir ifadə meydana gəlməz. Bunun səbəbi əslində bu insanların ruhlarında yaşadıqları qaranlıqdır. Pis işlər görmələrinə və müsəlmanlara qarşı yalan danışdıqlarına görə Allah bu insanların qəlbinə sıxıntılı, narahat və həyəcan dolu bir qaranlıq çökdürər. Qəlblərindəki bu güclü təzyiq isə üzlərində nursuzluq kimi əks olunar. Allah ayəsində bu insanlardakı nursuzluğu belə bildirmişdir:

Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar. (Yunis surəsi, 27)

Peyğəmbərimiz (s.ə.v) də bu cür insanların nursuzluqlarına diqqət çəkmiş və yalan danışdıqlarından ötrü inanclarını itirdiklərini ifadə etmişdir:

Qul yalan danışmağa və yalan danışmaq niyyətini davam etdirdikdə bir vaxt gələr ki, qəlbində əvvəlcə qara bir nöqtə əmələ gələr. Sonra bu nöqtə böyüyər və qəlbinin hamısı qapqara olar. (Muvatta, Kelam 18- 2, 990)

Həqiqi bir müsəlmanın üzü isə, “Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar.” (Yunis surəsi, 26) ayəsində bildirildiyi kimi həmişə nurludur, ətraflarındakı insanlara da yüngüllük verər. Ayədə işarə edildiyi kimi yaxşı işlər görənlərə buna uyğun gözəl bir qarşılıq vardır. Bəhsi keçən insanlara da yenə öz əxlaqsızlıqlarına uyğun bir qarşılıq var. Allah bir ayəsində dünyada etdiklərindən ötrü üzləri qaralan bu insanların axirətdə də bənzər bir vəziyyətdə olacaqlarını bildirir:

O gün neçə-neçə üzlər ağaracaq, neçə-neçə üzlər də qaralacaqdır. Üzləri qaralan kəslərə: “İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, küfrünüzə görə dadın əzabı!” – deyiləcəkdir. (Ali İmran surəsi, 106)

Bu kəslərin baxışlarındakı pozuqluğun ortaya çıxdığı anlardan biri də, özlərində İslama xidmət etmələrinin istəndiyi və ya onlara görə rahatlıqlarının pozulacağını düşündükləri anlardır. Hz. Məhəmməd (s.ə.v) dövründə yaşayan bənzər əxlaqdakı insanlardan, Peyğəmbərimiz (s.ə.v.)-lə birlikdə döyüşə çıxmaları istəndiyində baxışlarında olan ifadə bu vəziyyətin nümunələrindən biridir. Ayədə belə bildirilmişdir:

Möminlər: “Kaş cihada dair bir surə nazil olaydı!”- deyirlər. Hökmü bəlli bir surə nazil olub orada döyüş yada salınan kimi qəlbində xəstəlik olanların sənə ölüm ayağında bayılan kimsənin baxışı ilə baxdıqlarını görərsən... (Məhəmməd surəsi, 20)

"Mallar və oğullar ehtirası" ilə din əxlaqından güzəştə getmələri

Allah dünyada qullarını bir çox mövzu ilə sınayır. Allahın dünyada yaratdığı bu imtahan mövzularından biri də mal və uşaq sahibi olma istəyidir. Allah malların və oğulların dünyaya aid müvəqqəti bəzəklər olduğunu ayədə belə bildirir:

Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir. (Kəhf surəsi, 46)

Peyğəmbərimiz (s.ə.v) bir hədisində bu həqiqətə belə işarə etmişdir:

Hər ümmət üçün bir fitnə vardır, mənim ümmətimin fitnəsi də mal-dövlətdir.

Rəbbimiz, mal-dövlətin və uşaqların insanlar üçün bir imtahan olduğunu bildirmişdir. (Ənfal surəsi, 28) Buna görə də, möminlər Allahın dünya həyatında özlərinə verdiyi nemətlərin bir imtahan olduğunu bilər və buna görə davranarlar. Allah özlərinə nemət verdikdə buna sevinər, şükür edər və bu nemətlərdən Allah yolunda ən yaxşı şəkildə istifadə etməyə çalışarlar. Əgər Allah mal-dövlət verirsə, bu mal-dövləti islamın xeyri üçün ən yaxşı şəkildə istifadə etməyə yol axtararlar. Allahın özlərinə uşaq vermədikdə isə, uşaqlarını səmimi bir mömin olaraq böyütmə mövzusunda əllərindən gələni edərlər. Bütün bunları edərkən həmişə ilk növbədə Allahın rizasını qazanmağa çalışar və həmişə İslama xeyir verəcək şəkildə fəaliyyət göstərərlər. Bundan əlavə, əgər Allah onlara verdiyi bu nemətləri müəyyən bir səbəblə onlardan almalı olsa, yenə çox təslimiyyətli və təvazökar davranar, Allahın yaratdığı hər şeydə bir xeyir olduğunu bilərlər.

Quran əxlaqını yaşamaq mövzusunda bitərəf davranan kəslər isə, Allahın onlara nəsib etdiyi mal-dövlət və uşaqlar mövzusunda çox fərqli bir rəftar göstərərlər. Mal-dövlətə qarşı duyduqları hərislik və düşgünlük, hadisələrə baxışlarında tamamilə öz əksini tapmışdır. Allahın özlərinə nəsib etdiyi mal-dövləti dünya həyatının keçici bir zinəti kimi qiymətləndirmədikləri üçün, sahib olduqlarını zənn etdikləri hər şeyi hərisliklə qorumağa çalışarlar. Bu qoruyuculuq xəsisliyə qədər gedib çatır. Bu əsnada sahib olduqlarını özlərinə verənin Allah olduğunu ağıllarına gətirməz, müxtəlif hiylələr quraraq əllərindən gəldiyi qədər bunları özlərinə saxlamağa çalışarlar. Allah onların bu xəsisliklərini Quranda belə bildirir:

Budur, siz Allah yolunda malınızdan xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız... (Məhəmməd surəsi, 38)

Özlərinə aid əşyaları diqqətlə qoruyar, ancaq başqa bir möminin malını heç də özlərininki kimi diqqətlə qorumazlar. Öz əşyalarına olan qoruma hissi onlarda bir cür refleks kimi işləyər. Digər şəxslərin mallarına qarşı isə diqqətdən kənar, hətta bədxərc deyilə biləcək bir tərzdə yanaşarlar. Bunlardan olduqca nifrətlə istifadə edər, möhkəm və təmiz qalmalarına diqqət yetirməzlər.

Eyni münasibəti özləriylə əlaqədar digər mövzularda da göstərərlər. Öz yeyib-içmələrinə, sağlamlıqlarına çox diqqət göstərər, amma möminlərin bu ehtiyacları üçün heç bir səy göstərməzlər. Bir insanın öz sağlamlığını qoruması, yeməyinə, içməyinə diqqət yetirməsi, xəstələnməmək üçün səy göstərməsi olduqca ağıllı bir davranışdır. Ancaq möminlər Allahdan qorxduqları və vicdanlı olduqları üçün mömin qardaşlarını da özləri qədər hətta özlərindən daha çox bir həssaslıqla qoruyar və nəzarət edərlər. Allah möminlərin bu rəftarını Quranda belə bildirir:

...Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar... (Həşr surəsi, 9)

Ancaq bu kəslər həmişə ilk növbədə özlərini qoruyar, hətta özləri üçün möminlərin həyatını təhlükəyə atmaqdan belə çəkinməzlər.

Bu kəslərin uşaqlarına göstərdikləri qayğı və diqqət isə Allaha şirk qoşmağa qədər gedib çıxa bilər. Allah bir müsəlmana bir uşaq nəsib etsə, o uşağına faydalı və təmiz bir həyat təqdim etməli, onun Allaha iman edən səmimi bir mömin olması üçün səy göstərməlidir. Ancaq bu kəslər həm uşaqlarının saleh bir müsəlman olması üçün lazım gələn diqqəti göstərməz, həm də onları özlərinin mübarizədən geri qalmalarına bir bəhanə kimi göstərmək istəyərlər. Allah Quranda, Peyğəmbərimiz (s.ə.v)-in dövründə də münafiqlərin bənzər yolla öz sosial vəziyyətlərini irəli sürdüklərini bildirmişdir:

Geri qalan bədəvilər sənə: “Var-dövlətimiz və ailələrimiz bizi döyüşə getməkdən yayındırdı. Allahdan bizim üçün bağışlanma dilə!” – deyəcəklər. Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər... (Fəth surəsi, 11)

...İçərilərindən bir qismi isə: “Evlərimiz nəzarətsiz qalıb” – deyərək Peyğəmbərdən izin istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar sadəcə olaraq qaçmaq istəyirdilər. (Əhzab surəsi, 13)

Qısqanc və Təkəbbürlü Olmaları

Allah hər insana anadangəlmə bəzi xüsusiyyətlər və qabiliyyətlər vermişdir. Bu xüsusiyyətlər mövcud olan digər hər şey kimi, bir tale əsasında yaradılmışdır. Hər kəsin gözəlliyi, zəkası, qabiliyyətləri və digər bütün xüsusiyyətləri Allahın dilədiyi taledədir. Bu aydın həqiqətə baxmayaraq bəzi insanlar xüsusiyyətlərinin özlərinə məxsus olduğunu bilərlər. Böyük bir cəhalətlə, “...Onlar özləri haqqında yüksək fikirdə oldular...” (Furqan surəsi, 21)ayəsində xəbər verildiyi kimi, bu xüsusiyyətlərindən ötrü özləri haqqında yüksək fikirdə olarlar. Məsələn, bəzən unutduğu üçün qurduğu cümləni belə tamamlaya bilməyən və Allah diləməyi təqdirdə əsla xatırlamayacaqlarına baxmayaraq, sahib olduqları biliklərin özlərinə məxsus olduğunu zənn edərlər. Ya da bunun əksinə digər insanlara nəzərən daha qüsurlu görünən bir cəhətlərini problem halına gətirərlər. Beləliklə də, Allahın hər şeyin yaradıcısı və hakimi olduğunu unudaraq, özlərini müstəqil bir varlıqmış kimi (Allahı tənzih edirik) qiymətləndirərlər. Onların bu yanlış məntiqlərinin əsasında isə eqoizm durur. Halbuki, Allah bütün varlıqlar kimi özlərini də yoxdan var etmişdir, onlar da bütün varlıqlar kimi xeyli acizdirlər. Onların da, bütün aləmlərin də sahibi Allahdır. Özü dərk etsə də, etməsə də Allaha boyun əymişdir və Onun diləməsi istisna olmaqla tək bir addım atması, tək bir söz belə deməsi qeyri-mümkündür. Ağlından keçən hər düşüncəni, gizlədiyi və ya aşkara çıxartdığı hər mövzunu, çəkdiyi hər əziyyəti, yaşadığı hər çətinliyi, ürəyinə gələn hər vəsvəsəni, etdiyi hər duanı, hiss etdiyi hər sevinci, xoşbəxtliyi, hüzuru yaradan Allahdır və bunları bütün incəlikləriylə birlikdə bilir. Hud surəsinin 56-cı ayəsində bildirildiyi kimi Allahın,”... Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın...”

Bu şəxslərin bu həqiqətləri bildikləri halda görməzlikdən gəlmələrinin səbəbini Allah ayəsində belə bildirər:

Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 14)

Müsəlmanlar bu kəsləri daima həqiqətlərə dəvət etmələrinə baxmayaraq, onlar Allahın “ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər...” (Loğman surəsi, 7) ayəsində xəbər verildiyi kimi haqdan üz döndərərlər. Öz-özlərini gözlərində elə böyüdərlər ki, Allahın, “...Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!” (Qamər surəsi, 24) ayəsində bildirdiyi həm bir təkəbbür, həm də səmimi iman gətirənlərə qarşı qısqanclıq içindədirlər.

Müsəlmanları passivləşdirməyi qarşılarına məqsəd qoyan bu kəslər qürurlu və qısqanc rəftarlarıyla diqqət çəkən insanlardır. Bu insanlar, kitabın əvvəlindən bəri bildirdiyimiz kimi, müsəlmanlara qarşı qəlblərində nifrət gizlədən və onlara gələcək hər cür xeyirə mane olmağı qarşılarına məqsəd qoyan kəslərdir. Müsəlmanların sahib olduqları gözəllik və nemətlərdə bir artım olması bu insanlara ciddi bir çətinlik verər. Müsəlmanlara qarşı duyduqları qısqanclıq elə bir səviyyəyə çatır ki, möminlərin yaşadıqları yerlərin gözəlləşməsi, sahib olduqları imkanların artması onlarda böyük narahatlıq meydana gətirər. Hətta bu nemət artışı onları o qədər narahat edər ki, buna görə də aralarında fiziki çətinliklər çəkənlər belə olar.

Allah, bu kəslərin möminlərin xeyrinə baş verən hadisələrdən keçirdikləri narahatlıq hissini, “Sənə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sənə bir müsibət üz versə: “Biz ehtiyat tədbirimizi əvvəlcədən görmüşük!” – deyər və sevinə-sevinə çıxıb gedərlər” (Tövbə surəsi, 50) ayəsiylə möminlərə xəbər vermişdir. Kiçik-böyük, maddi-mənəvi bütün gözəlliklərin və nemətlərin artması müsəlmanlara şükür və sevinc vəsiləsi olarkən, bu insanların qısqanclıqlarının daha da artmasına səbəb olur.

Allahın “...Rəbbinizdən bir xeyir nazil olmasını istəmirlər. Allah isə mərhəmətini istədiyi şəxsə məxsus edir...” (Bəqərə surəsi, 105) ayəsində bildirdiyi kimi, Allahdan müsəlmanlara xeyir və mərhəmət nazil olmasını istəməzlər. Hətta istəməməkdən də əlavə, “Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və Allahdan qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz...” (Ali İmran surəsi, 120) ayəsində bildirildiyi kimi, müsəlmanların arasında yaşamalarına baxmayaraq onlara fəlakət üz verməsinə sevinərlər. Bu ruh halları onların həqiqi niyyətlərini göstərən açıq bir dəlildir.

 

5 / total 6
"Harun Yəhyanın Dində Pasifizm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net