< <
6 / total: 6

Nəticə

Müsəlmanların şövqünü yox etməyi qarşılarına məqsəd qoyan, xüsusilə özlərini yubandıraraq dinin lehindəki fəaliyyətləri ləngitmək istəyən kəslər bu məqsədlərinə heç vaxt nail olmayacaqlarını yaxşı bilməlidirlər. Kainat və içindəki bütün varlıqlar, Allahın müəyyənləşdirdiyi taleyə görə yaşayarlar. Dənizin dibindəki tək bir qum dənəsindən, bir meteorun kosmosdakı yeri və hərəkət sürətinə qədər irili-xırdalı hər şeyin keçmişi, indiki halı və gələcəyi əvvəldən müəyyənləşdirilmiş bir taleyə görədir. Buna görə də Rəbbimiz bəhsi keçən insanların qurduqları planları və bu planları həyata keçirmək üçün tətbiq etdikləri hiyləgər üsulları bilir və Rəbbimiz “inkar edənlərə möminləri məğlub etməyə əsla yol verməyəcəyini” vəd etmişdir. Bu insanların, müsəlmanları çətin vəziyyətə salmaları da, Allahın izniylə, mümkün ola bilməz. Rəbbimizin vədinə görə, Quran əxlaqı yayılacaq və yer üzünə bu əxlaqın nəticəsi olan sülh, hüzur və təhlükəsizlik hakim olacaq. Müsəlmanları hiyləgərcəsinə qurduqları planlarla passivləşdirməyə çalışan bu kəslər də gözlədikləri nəticəyə çata bilməyəcəklər.

Peyğəmbərimiz (s.ə.v)-in, “Kim möminə zərər versə Allah da onu ziyana uğradar. Kim də möminə əziyyət versə, Allah da ona əziyyət verər”. (Tirmizi, Birr 27-1941) hədisində buyurduqları kimi, Allah pis niyyətləri müqabilində bu insanların özlərini ziyana uğradacaq.

Unudulmamalıdır ki, bu kəslərin müsəlmanlarla birlikdə fikri mübarizədə iştirak etməmələrinin çox xeyir və hikməti vardır. Bu kəslərin passivləşmələri əslində onların düşündüyü kimi din əxlaqının yayılmasını ləngidən və müsəlmanların fəaliyyətlərinə mane olan bir səbəb deyil, əksinə onların fəaliyyətlərini sürətləndirən, yol açan bir təsirə malikdir.

Allah bir ayəsində, “Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, ancaq işinizdə qarışıqlığı artırar və sizi fitnəyə məruz qoymaq üçün tez aranıza girərdilər…” (Tövbə surəsi, 47) deyə bildirərək bu həqiqətə diqqət çəkmişdir. Beləcə Allah, müsəlmanları onların səbəb olacağı pislik, zərər və fitnədən qoruyur. Başqa bir ayədə isə Allahın səmimi müsəlmanları hər cür tələdən qoruduğu belə bildirilmişdir:

Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edir. Həqiqətən, Allah heç bir nankor xaini sevmir. (Həcc surəsi, 38)

Bununla yanaşı müsəlmanlar, özlərini passivləşdirməyi qarşılarına məqsəd qoyan, şövqlərini və əzmlərini yox etmək istəyən insanların təlqinlərinə qarşı çox diqqətcil olmalıdırlar. Unudulmamalıdır ki, bu cür insanlar çox vaxt açıq şəkildə fəaliyyət göstərmir, “yaxşılıq etdikləri” iddiasıyla ortaya çıxaraq gizli və məkrli təlqinlər edirlər. Özlərinə Qurani Kərimi və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsini rəhbər tutan saleh müsəlmanlar isə, Allahın izniylə, bu təlqinlərin təsiri altında qalmayacaq, böyük bir şövq və həyəcanla Allah yolunda fəaliyyətlərinə davam edəcəklər. Allah, səmimi möminləri özlərindən əvvəlkilər kimi müvəffəqiyyətə çatdıracağını vəd etmişdir və bu vəd, möminlərin şövqlərini, əzmlərini və qətiyyətlərini gücləndirən çox əhəmiyyətli bir müjdədir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)

 

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

 

6 / total 6
"Harun Yəhyanın Dində Pasifizm kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net