< <
2 / total: 7

I Hissə : Kimya Mühəndisləri ilə Yarışan Canlılar

Dərmanlar barədə məlumat sahibi olmaq istədiyinizdə bir əczaçıya müraciət edərsiniz. Çünki əczaçı bu sahədə müəyyən müddət təhsil almış, bir çox kitab oxumuş və təcrübə toplamışdır. Dərmanların tərkiblərini, nə işə yaradıqlarını, əks təsirlərini çox yaxşı bilir və lazımi təcrübəyə malikdir. Ancaq yenə də bir əczaçı və ya kimyəvi maddələr barəsində dərin biliyə malik bir insanın belə, heç tanımadığı bir bitkinin tərkibindəki faydalı maddələri, yalnız onlara baxaraq müəyyənləşdirməsi qeyri-mümkündür. Məsələn, bir bitkiyə baxıb; "bu bitkidə bu canlının zəhərinə qarşı padzəhər kimi istifadə ediləcək bir maddə var" deməsi və ya başqa bir zəhəri təsirsiz hala gətirmək üçün qayaları dərman kimi istifadə edə biləcəyini təxmin etməsi bir insan üçün olduqca çətindir. Bunun üçün ya bu barədə məlumat sahibi və təcrübəli şəxslərə müraciət etməli, ya da bəzi təcrübələr, araşdırmalar və s. aparmalıdır.

Yalnız təxminlə hərəkət etmək olduqca təhlükəlidir. Məsələn, zəhərli ilanın sancdığı insan dərhal müalicə olunmalıdır. Bir az yubandırdıqda belə insanın ölə bildiyi belə ciddi vəziyyətdə ehtimallara görə hərəkət edilməyəcəyi, sınaq-yanılma üsulundan istifadə edilməyəcəyi aydındır.

İnsanların hər hansı bir təcrübə aparmadan müvəffəqiyyət qazana bilməyəcəyi bu çətin əməliyyatı, təbiətdəki bir çox canlı milyonlarla ildir ki, yerinə yetirir. Məsələn, bu hissədə ətraflı şəkildə nəzərdən keçirəcəyimiz bezoar keçiləri ilan zəhərini necə təsirsiz hala gətirəcəklərini bilirlər. Ağılsız və şüursuz bir canlının gördüyü anda bir bitkinin tərkibində olan bir maddənin tərkibini bilməsi, bunun nə işə yaradığı barədə doğru nəticəyə gələrək, bunu hansı hallarda istifadə edəcəyini bilməsi, üstəlik, bu məlumatın həmin bu canlı növünün bütün üzvlərində olması bizə tək bir həqiqəti sübut edir:

Bu canlıya hökm edən, ona lazımi məlumatları ilham edən və hərəkətlərini idarə edən bir güc var: Bu güc uca Allaha məxsusdur.

Bezoar Keçilərinin Kimya Bilikləri

Bezoar keçisi olduqca dik, divar kimi qayalara dırmaşa bilən keçi növüdür. Dırnaqlarının altının nahamar olması və ayaqlarının altındakı yumşaq yastıqlar sayəsində, asanlıqla çevik hərəkətlər edirlər. Lakin bu keçi növünün əsil qəribə xüsusiyyəti sahib olduğu təəccüb oyandıran kimya bilikləridir. Adları farsca dərman mənasını verən bir kökdən törəmiş bezoar keçiləri öz-özlərini müalicə etmə mövzusunda ixtisaslaşmışdırlar.

Bezoar keçisi nə vaxt bir ilan tərəfindən sancılsa dərhal yaşadığı yerin ətrafında bitən südləyən bitkisi növlərindən birini yeməyə başlayır.

Bu olduqca heyrətamiz davranışdır. Çünki həqiqətən də südləyən bitkisinin tərkibindəki mayedə olan "eforbin" maddəsi, qana qarışan ilan zəhərini təsirsiz hala gətirir.(3)

Belə olduqda şüurlu və diqqətcil bir insanın ağlına dərhal bu suallar gəlir; gündəlik otlamaları əsnasında südləyənlərə ağızlarını belə vurmayan keçilərin, bu bitkilərdən müalicə məqsədiylə istifadə etmələrini nə təmin edir? Bu canlılar ilan zəhərinə qarşı padzəhər təsirinə malik, bir ot axtarmalı olduqlarını haradan bilirlər? Bezoar keçiləri südləyənlərin tərkibində hansı kimyəvi maddələrin olduğunu və bu kimyəvi maddələrin ilan zəhərini müalicə edici təsirə sahib olduğunu necə öyrəniblər?

Keçilərin, bir ilan tərəfindən sancıldıqları vaxt, qarşılarına çıxan bütün otları yeyərək, yəni sınaq-yanılma metodundan istifadə edərək hansı otun zəhərlənməni aradan qaldırdıqlarını öyrənmələri qeyri-mümkündür. Yaşadığı ərazidə lazımi otu tapmağa çalışarkən, yüzlərlə ot növünü yeyərək sınaqdan keçirməyə başlayan keçinin ehtimal ki, ancaq bir neçə sınaq keçirməyə vaxtı olacaq. Üstəlik, həmin anda müvəffəqiyyət qazansa belə, hər dəfə ilan sancdıqda eyni məqsədəuyğun seçimi etməli olacaq. Hər şeyi bir kənara qoyaraq, keçinin bunu bacardığını düşünək. Lakin bu da kifayət etməyəcək. Çünki bu keçi növünün nəslinin tükənməməsi üçün, bütün bezoar keçiləri bu davranış xüsusiyyətinə sahib olmalıdır.

Dolayısilə müvəffəqiyyət qazanan ilk keçi, apardığı təcrübəni digərlərinə ötürməlidir. Lakin bir canlının sonradan qazandığı bir biliyi özündən sonrakı nəsillərə genetik cəhətdən ötürməsi qeyri-mümkündür. Buna belə bir nümunə verək: Çox çalışaraq universitet imtahanında birincilik qazanan bir insanı düşünək. Bu insanın uzun illər ərzində çalışıb öyrəndiklərinin və ya göstərdiyi səyin doğulacaq uşağına və ya nəvəsinə heç bir faydası olmayacaq. Qazanılan biliklər və ya davranışlar yalnız o canlıya məxsusdur. Bunların canlının genlərinə kənardan müdaxilə ilə yerləşdirilməsi və dolayısilə digər nəsillərə ötürülməsi qeyri-mümkündür. Hər nəsil eyni bilikləri ən başdan öyrənərək qazanmağa məcburdur.

Bu cür nümunələr üzərində dərindən düşünmək canlıların davranışlarının təsadüfən meydana gələ bilməyəcəyini anlamaq üçün kifayətdir. Bütün canlılar ehtiyacları olan məlumatlara Allahın özlərinə ilham etməsi, öyrətməsi sayəsində sahib olurlar. Heç bir canlı özbaşına, sahibsiz və uydurma təsadüflərin axarına buraxılmamışdır. Bir Quran ayəsində Allahın bütün canlılar üzərindəki mütləq nəzarət və hakimiyyəti belə xəbər verilir:

Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

Göklerin ve yerin yaratılması ile onlarda her canlıdan türetip-yayması O'nun ayetlerindendir. Ve O, dileyeceği zaman onların hepsini toplamaya güç yetirendir.
(Şura Suresi, 29)

Qarışqalar Turşu Zavodu Inşa Edə Bilərlərmi?

(FA). Formik Asit

Qarışqaların bədənlərində, qarışqa turşusu (H2CO2) adlı kimyəvi maddəni sintez vəzlər var.(4) Qarışqalar antibiotik təsirinə malik bu maddəni müntəzəm surətdə bədənlərinə sürtərlər. Beləliklə həm yuvalarında, həm də öz üzərlərində bakteriya və göbələklərin yaranmasına mane olarlar.

Qarışqaların bədənlərindən ifraz olunan bu turşudan xəbərdar olmaları və bunu necə istifadə edəcəklərini bilmələri heyrət vericidir. Lakin insanı bundan daha da heyrətləndirən şey, başqa canlıların da qarışqaların bu xüsusiyyətindən xəbərdar olmasıdır.

Bəzi quş növləri də qarışqalardakı bu turşudan istifadə edərlər. Quşlar qarışqalar kimi kimyəvi maddələr ifraz etməzlər. Ancaq tez-tez qarışqa yuvalarının təpəsinə qonub, qarışqaların tüklərinin arasında gəzmələrinə imkan verərək, onların ifraz etdikləri turşudan bəhrələnərlər. Bu üsul sayəsində bədəni qarışqa turşusuna bulanan quş, üzərindəki bütün parazitlərdən xilas olar.

Qarışqa, göbələyə qarşı qarışqa turşusunun fayda verdiyini və ya bu turşunun formulunu haradan bilir? Bədənlərində belə təhlükəli turşu ifraz olunmasına baxmayaraq, qarışqalar niyə bundan zərər görmürlər? Üstəlik, quşlar qarışqalarda qarışqa turşusu olduğunu və bundan parazitlərindən xilas olmaq məqsədiylə istifadə edə biləcəklərini haradan bilirlər?

Əvvəlcə bu kimyəvi maddənin necə əmələ gəldiyi sualı cavablandırılmalıdır. Müəyyən xüsusiyyəti olan, faydalı bir kimyəvi maddənin öz-özünə əmələ gəlməsi qətiyyən mümkün deyil. Qarışqa turşusunu düşünək. Bu turşunun yanlış şəkildə sintez olunması, kimyəvi antibiotik xüsusiyyətini itirməsi deməkdir. Həmçinin ortaya başqa zərərli maddələrin də çıxma ehtimalı var.

Vəziyyət belə olduqda, bu maddəni qarışqanın sintez etdiyini və ya bu turşunun qarışqanın bədənində təsadüfən əmələ gəldiyini iddia etmək çox məntiqsiz olar. Bunu bir kənara qoyaraq, turşunun formulunun tam lazım olduğu ortaya çıxdığını düşünək. Bu da heç nəyi dəyişdirməyəcək, çünki qarışqanın bədənində həm turşu ifraz edəcək, həm də qarışqanın bundan zərər görməsinə mane olacaq müdafiə sisteminə də ehtiyac olacaq. Dolayısilə qarışqa bunların hamısına eyni anda sahib olmaq məcburiyyətindədir. Bu vəziyyət qarışqadakı vəzlərin, təkamülçülərin iddia etdikləri kimi, yavaş-yavaş əmələ gəlməsinin qeyri-mümkün olduğunu açıq şəkildə göstərir.

Bu canlılardan heç birinin bu əməliyyatları öz-özlərinə yerinə yetirmələri mümkün deyil. Həqiqət budur ki, qarışqalar hazırkı xüsusiyyətləriylə birlikdə bir anda yaranıblar. Həm qarışqa turşusunu, həm bunları ifraz edə biləcək xüsusiyyətdəki vəzləri, həm də qarışqaları, sonsuz elm sahibi olan Allah yaratmışdır.

Quşlara, qarışqa yuvalarına qonaraq qarışqa turşusundan bəhrələnmələrini ilham edən də Allahdır. Allah bütün canlıların ehtiyaclarını bilən və bunları əskiksiz şəkildə yaradandır. Allah, hər şeyi əhatə etdiyini bir ayəsində belə bildirir:

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

1. Bu resimde karıncalardaki formik asitten faydalanan bir kuş görüyorsunuz.
2. Altta ise kimyasal madde üretimi yapan kapsamlı bir fabrika.
3. Bazı karıncalar formik asidi düşmanlarına karşı kimyasal bir silah olarak da kullanırlar. Ortadaki resimde birbirlerine formik asit püskürten iki karınca görülüyor.

Böcəklər Arasındakı Kimyəvi Əlaqə: Feromonlar

Qarışqalar yuvalarını, bal arıları da şanlarının yerini, çox uzaq məsafələr getsələr də, yollarını azmadan taparlar. Bəzi böcək sürfələri təhlükə anında dərhal bir yerə toplanaraq qorunarlar. Bir çox heyvanlar da yaşadıqları sahə üzərində bariz hakimiyyət sahibdirlər. Deyilənlərlə yanaşı, bütün böcək növlərində cütləşmək istəyən erkəklər və dişilər bir-birlərindən uzaqda olsalar belə, bir-birlərini asanlıqla tapırlar. Bu davranışlardakı ortaq nöqtə; bütün bunların bir növ ünsiyyət sayəsində baş verməsidir.

Bir çox canlı növü bir-biriylə ünsiyyət yaratmaq üçün, bir cür işarədən istifadə edir. Böcəklərin istifadə etdiyi bu işarənin adı “feromon”dur. Feromon sözü “hormon daşıyıcıları” mənasını verir və eyni növün nümayəndələri arasında istifadə edilən kimyəvi maddələrdir. Ümumiyyətlə xüsusi vəzlər tərəfindən ifraz edilərək ətraf mühitə yayılarlar. Böcəklərin davranışlarının dəyişməsinə səbəb olarlar.

Feromonlar, əvvəllər hormonlarla ekvivalent hesab edilmişdir. Hormonlar kimi az miqdarda ifraz olunmalarına və müəyyən həyati funksiya yerinə yetirmələrinə görə, bədəndən kənara ifraz olunmaları onları hormonlardan fərqləndirir. Feromonlar əsasən növə görə fərqlənir. Çox müxtəlif funksiyalar yerinə yetirən və müxtəlif tərkibli olan feromonlar da var. Yayılma qabiliyyətləri olduqca yüksək olan feromonlar, 7-8 km kimi xeyli uzaq məsafədə belə öz təsirlərini göstərə bilirlər. Uzaqlıq, istilik, külək və rütubət kimi amillər də feromonların təsir gücünü azaldıb çoxalda bilər.

Feromonlardan, iz buraxma-işarələmə, siqnal verilməsi, toplanma, birlikdə yaşayan böcəklərdə kraliça yetişdirilməsi və ya cinsi yetkinliyə nəzarət kimi fəaliyyətlərdə istifadə olunar. Həmçinin qoxu yolu ilə də, öz təsirini göstərən cinsi feromonlar da var.

Feromondan istifadə edərək bir-biriylə ünsiyyət yaradan canlılar barədə veriləcək məlumatlar oxunarkən çox mühüm bir xüsus unudulmamalıdır. Hər canlı növü özünəməxsus feromon növündən istifadə edir ki, bu feromonların tərkibində olan kimyəvi maddələr bir-birindən fərqlənir. Həm bu maddəni ifraz edən, həm də ifraz olunan bu maddə ilə çatdırılmaq istənilən xəbərdarlığı qəbul edən canlı, bu formuldan xəbərdardır. Həmçinin sonrakı səhifələrdə görüləcəyi kimi, başqa feromon növlərinin formullarından xəbər tutan və bunları təqlid edən canlılar da var.

Sol: Kullandığınız parfümü elinize alıp koklayın ve içinde ne gibi maddeler bulunduğunu anlamaya çalışın. Sonra bu maddelerin her birini teker teker üreterek parfümü, aynı kokuya ve aynı kaliteye sahip olacak şekilde kendiniz oluşturmaya çalışın. Bunların hiçbirini -bu konuda özel bir eğitiminiz ya da iş tecrübeniz yoksa, bir laboratuvarda değilseniz ya da uzman kişilerden yardım almıyorsanız- elbette ki yapamazsınız. Böceklerin haberleşmek için kullandıkları feromonları üretenler de böceklerin kendileri değildir. Böceklere bütün bunları ilham eden Allah'tır.

Sağ: Kiraz sineği

Feromonlarla Ünsiyyət Yaratma

Feromonları izləyərək ünsiyyət yaratma formasına daha çox arı, qarışqa, termit kimi birlikdə yaşayan böcəklərdə rast gəlinir. Böcəklərin hərəkət etdiyi bütün mühitlərdə, ağaclarda, budaqlarda, yarpaqlarda və meyvələrdə kimyəvi izlər buraxılar. Havada isə, uçan böcəklər tərəfindən izlər buraxılar və bunlar daim yenilənməlidir. Qoxu yolu ilə öz təsirini göstərən cinsi feromonlar bu qrupa daxildir.

Böcəklər kiçik olduqları, uçduqları və sürətli hərəkət etdiklərindən ötrü, çox geniş ərazilərə yayıla bilərlər. İlk baxışda bu xüsusiyyətlərinin, çoxalmalarına problem yaradacağı düşünülə bilər. Ancaq bu problem, feromonlar sayəsində aradan qalxmışdır.

Sol: Feromon kullanarak haberleşen canlılara en önemli örneklerden biri de karıncalardır. Karıncalarda, yuvadan çıkan ilk birey belirli aralıklarla feromon bırakır. Arkasından gelen diğerleri de bu sayede onun izini kolaylıkla takip eder. Bir bireyin bıraktığı kimyasal izlerin diğer bireyler tarafından algılanması; koklama ya da tatma duyusu ile gerçekleşir.

Sağ: Bagworm güvesi ve çantası

Qoxu yolu ilə öz təsirini göstərən cinsi feromonlar erkək və dişi böcəklərin bir-birlərini tapmalarını təmin edər. Məsələn, Limantridae ailəsinə məxsus kəpənək növündə, dişinin vücudunun qurtaracağından havaya buraxdığı qoxunu erkək güclü antenaları vasitəsiylə hiss edər. Heç bir qoxu, erkəyin 8 kilometr kimi, xeyli uzaq məsafədən belə, hiss edə bildiyi bu cəlbedici qoxuya üstün gələ bilməz. Bu növün dişisi qanadsız olduğundan hərəkət edə bilməz. Erkək dişini, yalnız qoxusu vasitəsiylə tapar və onunla cütləşər.(5)

Feromonlarla ünsiyyət yaratmaq məsələsində, təəccüb oyandıran digər bir nümunəyə də albalı milçəyinə (rhagoletis ceras) rast gələrik. Albalı milçəyi, yumurtalarını albalının üstünə qoyduqdan sonra, bədənindən ifraz etdiyi feromonu meyvəyə buraxaraq yumurtalarını qoruyar. Bu meyvəyə sonradan gələn ikinci bir milçək, feromonu görər və xəbərdarlığı başa düşər. Yumurtalarını qoymaq məqsədiylə, başqa bir albalı ağacı axtarmaq üçün dərhal uzaqlaşar.(6)

Sol: Barred Sulphur Kelebeği

Torbalı güvələrin (ing. bagworm moth) isə feromonları olmadan nəsillərini davam etdirməsi qeyri-mümkündür. Bu güvə növü düşmənlərindən qorunmaq məqsədiylə, sürfə fazasında olarkən, özü üçün bir cür kamuflyaj çantası (barama) əmələ gətirər. Sürfə bu işi görərkən üzərində yaşadığı bitkidən topladığı yarpaqlardan və şaxlardan da istifadə edər. Torbalı güvələr (ing. bagworm moth) ömür boyu baramalarında yaşayarlar. Belə ki, bəslənərkən belə baramalarından çıxmazlar. Xüsusilə də, dişilər yetkinləşsələr belə qanadları və ayaqları olmadığı üçün baramalarından çıxa bilməzlər.

Io Güvesi

Cütləşmə də bu baramanın içində, dişilərin ifraz etdiyi xüsusi bir feromon sayəsində reallaşar. Dişi cütləşməyə hazır olduqda baramasını yumşaldıb genişləndirən kimyəvi bir maddə ifraz edər. Bu maddə erkək güvənin baramanın içinə girməsini asanlaşdırar. Dişinin ifraz etdiyi cinsi feromonu görən erkək güvə, yumşalmış baramanın içində kiçik bir dəlik açar və heç görmədiyi dişiylə cütləşər. Sonra da, dişi baramanın içinə öz yumurtalarını qoyar. Dişi, erkəyin açdığı dəliyi bağlamaq üçün, bədənində başqa bir maddə sintez edər. Bu əməliyyatlardan qısa müddət sonra isə ölər. Tırtıllar yumurtalarından çıxdıqdan sonra baramanı yonub dəlik açaraq çölə çıxar və yeni baramalar əmələ gətirməklə, inkişaf etməyə davam edərlər.(7)

Bu ana qədər verilən nümunələrdə çox açıq şəkildə görülən bir həqiqət var. Bu canlılar mükəmməl işlər görməyi bacarırlar. Öz növlərinə məxsus qoxunu dərhal tanıyır, hətta kilometrlərlə uzaqda belə olsalar, bu qoxunu hiss edə bilirlər. Bugünkü texnologiyalar vasitəsiylə bir insanın və ya bir maşının kilometrlərlə uzaqdakı qoxunu hiss etməsi qeyri-mümkündür. Buna baxmayaraq, 1-2 sm-lik böcəklər, bədənlərindəki xüsusi dizayn olunmuş reseptorlardan istifadə edərək qoxuları hiss edə bilərlər. Allah bu canlıları mükəmməl sistemlərlə birlikdə yaratmışdır. Bənzərsiz şəkildə yaradan Allah çox ucadır.

Olduqca aydın cizgiləriylə seçilən eurema daira növü, Floridanın ən məşhur kəpənəklərindən biridir. Erkəyin ön qanadlarının yuxarı hissəsinin kənarlarında qara cizgi var. Bu cizgi dişilərdə yoxdur. Erkək kəpənəklərdəki bu qara cizgi üzərində, qoxuları hiss edən pulcuqlar yerləşir. Bu pulcuqlar, dişini valeh edən və onu erkəyin olduğu yerə cəlbedən xüsusi ətir yayır.(8)

Erkək İo güvəsinin başında tükə bənzər antenalar var. Güvə bu antenalar vasitəsiylə qoxuları mükəmməl şəkildə hiss edər və bu antenalar onun 1,5 kilometrdən daha uzaq məsafədən yoldaşının varlığından xəbərdar olmasını və yerini müəyyənləşdirməsini təmin edər.(9)

Feromonların Ümumi Xüsusiyyətləri

Bəzi böcəklər cinsi hormonlarını günün müəyyən vaxtlarında sintez edərlər. Məsələn, sparganothis pilleriana kəpənəkləri, cinsi feromonlarını daim gündüzlər 13.00-18.00 radələrində yayarlar. Apis mellifera növü bal arılarında isə, dişilər bütün ömürləri boyu cinsi feromon ifraz edər. Bu arı növünün cütləşdikdən sonra ifraz etdiyi feromon, şanda qarışıqlığın çıxmasına səbəb olacaq yeni bir ana arının yetişməsinə mane olar.

Bir yerdə yaşayan böcəklərdə feromonlar qida alış-verişində də fayda verər. Həmçinin koloniyanın müdafiəsinə kömək edən feromonlar da var. Koloniya fərdləri bu feromonları sayəsində bir-birlərini tanıyar və bu qoxuya sahib olmayan digər canlıların koloniyaya daxil olmasına imkan verməzlər.

Məsələn, bal arıları (lat. halictidae növü) koloniyanın bütövlüyünü özlərinə məxsus bir feromon sayəsində qoruyarlar. Onlar yuvalarının girişindəki torpaq hissəyə və əsas yuvanın yuxarı hissələrinə xüsusi ifrazat yayarlar. Bu arı növünün ifrazatı "makrosiklik lakton (ing. macrocyclic lacton)" adlanan kimyəvi qarışıqdan ibarətdir. Koloniyadakı hər bir fərd özünəməxsus lakton qarışığına sahibdir və bu qarışıq həmin fərdin bir növ kimyəvi “barmaq izi”dir.

Koloniyadakı işçi arılar, yuvanın girişinə və yuxarıdakı tunel formalı boşluqlara bədənlərindən maye ifraz edərlər. Bu yolla koloniyadakı bütün fərdlərin lakton qarışıqları bir yerdə toplanar. Bu da girişə xüsusi və özünəməxsus yuva qoxusu verər. Bu mühüm əməliyyatdır, çünki bal arılarının (lat. halictidae növü) yaşadıqları ərazilərdə yüzlərlə yuva mövcud olar. Girişdəki bu qoxu, geri qayıdan işçilərin yüzlərlə yuva arasından öz yuvalarını tapmalarını təmin edər. Həmçinin şanı qoruyan gözətçi arılar da, yuva yoldaşlarını qayıtdıqlarında bu qoxu sayəsində tanıyarlar. Göründüyü kimi, bu kiçik arılar, insan burnunun kimyəvi analiz və qoxuları ayırd etmə potensialından olduqca üstün ayırd etmə qabiliyyətinə sahibdirlər.(10)

Təqlid Edilən Feromonlar

Feromonlar barəsindəki ən təəccüblü xüsuslardan biri də, bəzi canlıların başqa canlıların istifadə etdikləri feromonları təqlid etməyi bacarmalarıdır. Məsələn, bəzi çiçəklər böcəklərin feromonlara qarşı həssaslığından faydalanır və onları bənzər maddələr ifraz edərək aldadırlar.

Polyphemus güvesinin erkekleri geniş, tüylü duyargalara sahiptir. Bu duyargalar bir dişi güvenin kokusunu birkaç kilometre uzaktan fark edecek kadar hassastır. Hatta dişi saatte yalnızca 1 gramın milyarda biri kadar koku salgılasa bile erkek güveler bunu fark etmekte zorlanmazlar. Güvenin koku alma duyusunun bu kadar etkili olmasının bir nedeni, her bir duyarganın yaklaşık 17.000 tüycüğe sahip olmasıdır. Her bir tüycük de, binlerce koku alma gözeneğine sahiptir. İşte bu özel tasarım güvelerin koku alma duyarlılığını son derecede artırır.

Güveler bu kusursuz algılama yeteneğini nasıl kazanmışlardır?

Küçücük bir güvenin bedeninde 17.000 tüycüklü ve her bir tüycükte binlerce gözenek olan bu yapı nasıl ortaya çıkmıştır?

Tesadüflerin bir böcekte böylesine gelişmiş koku algılayıcı bir sistem var etmesi imkansızdır. Düşünme yeteneği olan, akıl sahibi her insan böyle bir iddianın mantıksızlığını hemen anlayacaktır. Allah güveleri bu benzersiz özellikleriyle birlikte yaratmıştır.

Bununla yanaşı feromonlar nəsli davam etdirmə xüsusiyyətinə də sahibdirlər. Mərkəzi Amerikada yaşayan "Florida kraliçası" adlı kəpənək növünün qanadlarının rəngi və naxışı başqa bir kəpənək növünün qanadlarının rəngi və naxışı ilə çox oxşardır. Bu iki növ, bəzən özlərinə yoldaş tapmağa çalışarkən bir-birlərinin rənglərinə aldansalar da, erkək öz növünə məxsus dişini qoxusundan tanıyar. Erkəyin, öz feromonunun qoxusunu almasını asanlaşdırmaq üçün dişi, qanadlarından yelpik kimi istifadə edərək, qoxunu erkəyə doğru istiqamətləndirər. Bu sayədə nəslinin davamı zəmanət altına alınar.(11)

Toplanma Vaxtı Gəldikdə...

Toplanma feromonları böcəklərin istirahət vaxtlarında ifraz olunar və növün digər nümayəndələrini bir yerə toplayar. Arı, qarışqa və termit kimi böcəklərin bir yerdə yaşamasını təmin edən şey, məhz bu feromonlardır.

Qabıqqurdu böcəkləri də (lat. Ipidae və scolytidae növləri) qidalanmaq və yumurta qoymaq üçün əlverişli ağac gövdəsi tapdıqları vaxt, feromon ifraz edərək, koloniyanın digər fərdlərinin burada toplanmasını təmin edərlər.(12)

Feromonların böcəklər üzərində nə qədər təsirli olduqlarını görmək üçün atəş qarışqalarını (lat. solenopsis) nümunə verək. Atəş qarışqaları koloniya fərdlərinin arxalarınca gəlmələri üçün iynələrini yerə sürtərək qoxu izi buraxarlar. Bu mövzuda ixtisaslaşmış Harvard Universitetindən E. O. Wilson bu qoxunun təsiri ilə əlaqədar belə demişdir:

"Qarışqanın iz buraxmaq üçün işlətdiyi 1 milliqramlıq feromon, bir koloniyaya dünyanı üç dəfə dolandıra bilər".(13)

Sol: Bazı feromon formülleri

Sağ: Böceklerin bir çoğu birbirleriyle haberleşmek için feromon olarak adlandırılan kimyasal maddeler kullanırlar.  Her böcek kendi türüne ait feromonu tanır ve bununla  bildirilen mesajı tam olarak uygular. Oysa böceklerde ne bir laboratuvar mevcuttur ne de bir kimya mühendisi gibi eğitim görmüşlerdir. Onlar yine de bu salgıların ne anlama geldiğini bilirler, çünkü Yüce Allah onları, bu feromonları teşhis etmelerini sağlayacak sistemlerle birlikte yaratmıştır.

Feromonların bu mükəmməl təsiri barədə düşündükdə, onların bir yerdə yaşayan böcəklər üçün nə qədər əhəmiyyətli olduğu dərhal aydın olar. Xüsusilə də, təhlükə anlarında hər hansı ünsiyyət probleminin yaşanması ciddi problemlər yarada bilər. Bu anlarda ifraz edilən feromonlar, bütün koloniya fərdlərini həyəcan vəziyyətinə keçirəcək xüsusiyyətdədir.

Uçucu xüsusiyyətə və qısamüddətli təsirə malik xəbərdarlıq feromonları əksər növdə eynidir. Hər hansı təhlükə anında, qarışqalarda bədənin qurtaracağındakı vəzlərdən, bal arılarında iynə vəzlərindən, bəzi digər böcək növlərində isə, ağız hissəsində yerləşən vəzlərdən feromon ifraz olunar. Qarışqalar xəbərdarlıq feromonlarını hücum məqsədiylə toplanmaq üçün də ifraz edərlər. Feromon koloniya fərdlərinin bir yerə toplanmasını və çox sayda fərdin müdafiə əməliyyatına qoşulmasını təmin edər.

Məsələn, bəzi aphids növlərinin böcəklərin hücumuna məruz qaldıqları vaxt, ifraz etdikləri xəbərdarlıq feromonu, yaxınlıqda qidalanan digər yarpaq bitlərinin uzaqlaşmasına səbəb olar. Yarpaq bitləri, özlərinə həyəcan siqnalı verən bu kimyəvi ifrazatları antenalarının üzərindəki xüsusi bığcıqlar sayəsində qəbul edərlər.

Bundan savayı termitlər də qurduqları təpələrdə yarıq olduğunu gördükdə, həyəcan siqnalı verən bir qoxu yayaraq digər termitləri, dəliyi örtməyə və yuvanı hücumlardan qorumağa çağırarlar.

Bu ana qədər verilən nümunələrdə diqqətçəkən ortaq məqam, bütün canlıların öz növlərinə məxsus feromonun formulunu bilmələri və bu feromonla bildirilən əmri tam şəkildə yerinə yetirmələridir. Bir böcəyin müxtəlif kimyəvi maddələr arasından özünə lazım olan kimyəvi maddələri seçə bilməsi və bu maddənin formulunu tapa bilməsi, əlbəttə ki, üzərində düşünülməli məsələdir. Böcəklər bu mükəmməl işi necə bacararlar?

Bunun üçün əvvəla ifrazatın tərkibini bilməli, belə ki, onu analiz etməlidirlər. Analiz əməliyyatı üçünsə, lazımi təchizatla təmin olunmuş laboratoriyaya ehtiyac var, həmçinin bu mövzuda məlumat sahibi olmaq da lazımdır. Ancaq böcəklərin bədənlərində nə lazımi təchizatla təmin olunmuş laboratoriyalar, nə də başqa bir texniki avadanlıq var... Yenə də böyük müvəfəqqiyyətlə analiz işləri aparar və feromonlarla çatdırılmaq istənilən xəbərdarlıqları tam şəkildə anlayaraq lazımi əməliyyatları yerinə yetirərlər.

Bir insanın bunları edə bilməsi üçün, kimya mühəndisliyi ixtisası üzrə təhsil almalı və müəyyən təcrübəyə sahib olmalıdır. Amma böcəklərin nə təhsilə, nə də təcrübəyə ehtiyacları var. Onlar ifrazatların hansı məlumatı çatdırmaq istədiyini anlamaq üçün təhsil almağa ehtiyac duymazlar, çünki yarandıqları andan etibarən bu məlumatına sahibdirlər. Öz növləri ilə başqa növlərin ifrazatlarını bir-biriylə qarışdırmazlar (təqlid edilərək aldadılanlar istisna olmaqla), çünki onları, bu feromonları analiz etmələrini təmin edəcək sistemlə birlikdə Uca Allah yaratmışdır.

Allah Yusif surəsindəki ayələrdə göylərdə və yerdə yaratdıqlarına diqqət çəkir və belə buyurur:

Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər. Onların çoxu ancaq şərik qoşar və Allaha iman gətirməzlər. (Yusif surəsi, 105-106)

Əhəmiyyətli Bir Mənbə: Diatomlar

Diatomlar, mikroskopik bitki mənşəli yosunlardır. Ən böyükləri 1 millimetr diametrində olan bu kiçik canlılardan 1 sm3 dəniz suyunda, təxminən 10 min ədəd mövcuddur. Ancaq bütün diatomlar suda yaşamazlar. Bəziləri torpağın üstündə, yosunlara yapışmaqla ağaclarda və hətta kifayət qədər rütubət olduqda divarlarda belə yaşaya bilərlər. Bu qızıl sarısı, qəhvəyi rəngli yosunlar işıq, su, karbondioksid və lazımi qidaların olduğu hər yerdə yaşayırlar.

Həm quruda yaşayan canlılar, həm də insanlar, həyatlarını bir mənada diatomlara borcludurlar. Etdikləri fotosintez sayəsində, tənəffüs olunan oksigenin böyük hissəsini diatomlar əmələ gətirər. Diatomların üzərində çox sayda məsamə var. Bu məsamələr qidaların içəriyə daxil olmasına və qaz alış-verişinə imkan verir. Diatomlar oksigen istehsal edən mikrofabriklər kimi çalışırlar. Trilyonlarla diatom, bu qaz alış-verişi nəticəsində öz ehtiyaclarından qat-qat artıq oksigen əmələ gətirərək atmosferdəki oksigen miqdarına olduqca böyük töhfə verərlər.

Bundan savayı, dənizlərdəki qida zəncirində də çox mühüm rol oynayarlar. Diatomlar, zooplanktonları əmələ gətirən kiçik canlıların əsas qida mənbəyidir. Zooplanktonlar da, daha böyük növlər üçün qida mənbəyi olan, siyənək kimi balıqlar tərəfindən yeyilir. Məsələn, olduqca böyük canlı olan qozbel balina kimi canlılar diatomlarla qidalanar. Bir balinanın bir neçə saat tox qala bilməsi üçün, ona bir neçə yüz milyard diatom lazımdır.

Diatomların ən diqqətçəkici xüsusiyyətləri isə, özlərinin əmələ gətirdikləri qabıqlarıdır. Diatomlar əla memarlardır. Özləri üçün dənizdə opaldan evlər inşa edərlər. Bu evlər bəzən parıldayan bir qozanı, bəzən bir spiralı, bəzən də işıldayan kristal bir çilçırağı xatırladar. Qəribə olan budur ki, iyirmi beş mindən çox diatom növü olmasına baxmayaraq, heç birinin qabığı başqasınkına bənzəmir. Diatomlar da, eynilə bir qar dənəsinin digərinə bənzəməməsi kimi, fərqli görünüşlərə sahibdirlər.

Diatomlar suda həll olmuş silisiumu, qiymətli bir daş olub, opala bənzəyən silisium-dioksidə çevirməklə qabıq əmələ gətirərlər. Bu çevrilmə nəticəsində əmələ gələn şüşə bənzəri qabıqlar inanılmaz müxtəlifliyə və mükəmməl arxitekturaya sahibdirlər. Diatomların üzərində yerləşib, qidaların içəriyə daxil olmasına və qaz alış-verişinə imkan verən məsamələr, eyni zamanda quruluşu da nazildərlər. İndi çox mükəmməl dizayn etmə qabiliyyətinə malik bir memarı düşünün. Ancaq bu memar nələrdən istifadə edəcəyini tam bilməsin və ya arxitektura dizaynı etməsi üçün lazımi vəsaitləri tapa bilməsin. Təkcə dizayn etmə qabiliyyətinə malik olmağın heç bir əhəmiyyət kəsb etməyəcəyi çox aydındır. Halbuki diatomlar həm dizayn etmə qabiliyyətinə malik, tayı-bərabəri olmayan memarlar kimi hərəkət edər, həm də kiçik bədənlərində bəzi kimyəvi tənzimləmələr apararaq mükəmməl əsərlər meydana gətirərlər. Diatomlar təxminən sancaq başı böyüklüyündə olan, sinir sisteminə və ya beyinə malik olmayan mikroskopik canlılardır. Bu canlıların kimya və ya memarlıq təhsili almış kimi, əmələ gətirdikləri olduqca estetik qabıqların təsadüflər nəticəsində meydana gələ bilməyəcəyi çox aydındır. Üstəlik, bütün diatomlar eyni vəsaitdən istifadə edərək, eyni xüsusiyyətlərdə və eyni mükəmməllikdə, lakin görünüş etibarilə bir-birindən tamamilə fərqlənən qabıqlar əmələ gətirərlər. Diatomlardakı bu əla memarlıq qabiliyyəti və sonsuz müxtəliflik, əlbəttə ki, Allahın bənzərsiz sənətinin təcəllisidir.

Oksijen üretmesinden birçok canlının temel besini olmasına, hatta insanlık icin çok önemli bir enerji kaynağı olan petrolün oluşum sebebi olmasına kadar pek çok hayati fonksiyonu bulunan diatomlar, Allah'ın, canlılık için "olmazsa olmaz" derecede öneme sahip olarak yarattığı mikroskobik canlılardandır.

Dəqiq Planlama

Diatomlar üzərində tədqiqatlar aparan elm adamlarının izləyə biləcəyi ən möhtəşəm anlar, çoxalma zamanlarıdır. Əvvəlcə diatomların kapsula bənzəyən qabıqları iki yerə ayrılar. Daha sonra diatomun nüvəsi iki yerə ayrılaraq hər biri yarım qabığın içinə girər. Yeni diatomlar daha sonra yarımçıq qalan hissələrini bərpa etməyə başlayarlar. Qabığın bir yarısından ibarət diatomlar bir az daha kiçikdirlər. Onlar bölündükcə daha da kiçilərlər.

Diatomlar çox böyük sürətlə, bəziləri səkkiz hətta dörd saatdan bir bölünərək çoxalarlar. Bundan ötrü də, 10 gün ərzində bir diatomdan təxminən 1 milyard diatom əmələ gələ bilər. Şübhəsiz ki, bu olduqca mühüm planlamadır. Diatomların dünyadakı ən mühüm oksigen mənbələrindən biri olmalarına baxmayaraq, sürətli çoxalma xüsusiyyətlərindən məhrum olduqlarını düşünün. Şübhəsiz ki, bu təqdirdə əmələ gətirilən ümumi oksigen miqdarı heç vaxt kifayət etməyəcəyi üçün diatomların bu xüsusiyyətləri heç bir məna ifadə etməyəcək.

Ən sadə fabrikdə belə malların istehsal həcmi və istehsal sürəti üçün müəyyən plan qurulmalıdır. Əks halda fabrik bazara ya normadan az, ya da normadan çox mal çıxardacaq. Dolayısilə bir müddət sonra istehsal üçün lazım olan yeni xammal mənbələri yarada bilməyəcək. Sırf bu səbəbdən ötrü, universitetlərdə istehsal prosesinin təşkilatlanması və planlaşdırılması təhsili verilir.

Bu vəziyyət ağla diatomların bu planı necə qurduqları sualını gətirir. Diatomlar dünyadakı oksigen ehtiyacını qarşılamaq üçün saylarını nə qədər və hansı sürətlə artırmalı olduqlarını öz-özlərinə bilərlər mi? Üstəlik, bir istehsalat mühəndisi kimi istehsalın artım tempini, bir sənaye mühəndisi olaraqsa bir istehsal üsulunu meydana gətirə bilərlərmi? Şübhəsiz ki, xeyr! İnsanların belə uzunmüddətli ixtisas təhsilindən sonra qazandığı bilikləri, diatomların öz-özlərinə qazanmaları qeyri-mümkündür.

Diatomlara, digər canlıların oksigen ehtiyaclarını qarşılamaq üçün lazım olan çoxalma sürətini və üsulunu ilham edən "iradə sahibi" var. Bu iradə sahibi; hər şeyin sahibi olan, hər şeyə gücü çatan, bütün canlıları yönləndirən, görmələri lazım olan işləri onlara ilham edən uca Rəbbimizdir.

İnsanların Istifadə Etməsi Üçün Yaradılmış Ideal Xammal

Diatomların fosilleşmesi sonucu oluşan diatomidler, son derece hafif ve gözenekli yapıları nedeniyle ideal bir filtre yapısına sahiptirler. Bu yapı diatomların uzay endüstrisi, böcek öldürücü ve boya dolgusu üretimine kadar farklı amaçlarla kullanılabilmesine imkan tanımaktadır.

Diatomların öz qidaları da bəşəriyyət üçün əhəmiyyət kəsb edir. Bu canlılar fotosintez sayəsində əmələ gətirdikləri kiçik yağ hissəcikləri formasındakı qidalarını hüceyrələrində saxlayarlar. Bu kiçik yağ hissəcikləri zamanla bir yerə toplanar, geoloji və bioloji qüvvələrin də təsiriylə neft ehtiyyatlarının yaranmasına səbəb olarlar. Hazırda istismar etdiyimiz neft ehtiyyatının böyük hissəsi, ibtidai-icma quruluşu dövründə dənizlərdə ölən diatomlar sayəsində əmələ gəlmişdir.(14)

Şimali Sakit okean və Antarktik okeanının (Cənub okean) təxminən 30 mln. km2-lik sahəsinin dibi ölü diatom təbəqələri ilə örtülmüşdür. Bu təbəqələr zamanla daşlaşaraq diatomit yosunları meydana gətirər. Diatomit yosunlar sənayedə istifadə olunarlar. Diatomit yosunlar yüngül çəkiləri və məsamələrindən ötrü, ideal filtr quruluşuna malikdirlər. Bu xüsusiyyətlərinə görə kosmos sənayesində istifadə oluna bildikləri kimi, həşərat əleyhinə dərmanların istehsalından mastika (tr. boya dolgusu) hazırlanmasına qədər fərqli məqsədlərlə də istifadə olunurlar.

İnsanların bir çoxu diatomların varlığından və nə fayda verdiklərindən belə xəbərsizdir, lakin bu vəziyyət, diatomların canlıların yaşaması üçün kəsb etdikləri əhəmiyyəti dəyişdirməz. Diatomlar xüsusi olaraq yaradılmış canlılardır və yer üzündəki müxtəlif tarazlıqların təmin edilməsində əhəmiyyətli rola malikdirlər.

Bu canlıların xüsusi kimyəvi əməliyyatlar yerinə yetirərək, mükəmməl gözəlliyə və arxitektur formaya sahib qabıqlar əmələ gətirməsi isə, Allahın insanlar üçün yaratdığı gözəlliklərdən biridir. Tanıdığımız və tanımadığımız canlıların sahib olduqları bu kimi xüsusiyyətlər, Allahın sonsuz gücünü daha yaxşı qavramaq üçün bir vəsilədir. Allah bir ayədə belə buyurur:

Sizin üçün yerdə olanların hamısını yaradan Odur... (Bəqərə surəsi, 29)

Bir Çox Mövzuda Ixtisaslaşmış Mütəxəssislər: Koalalar

Koala Avstraliyada yaşayan ən geniş yayılmış kisəli heyvanlardan biridir. Bu canlılar həyatlarının böyük hissəsini evkalipt ağaclarının üstündə keçirərlər.

Koalaların bədən quruluşu bu ağacların üzərində rahat yaşamalarını təmin edəcək xüsusiyyətlərə malikdir. Məsələn, qolları və pəncələri yoğun gövdəli evkaliptlərə asanlıqla dırmaşmalarını təmin edər, ön ayaqlarındakı ilk iki barmaqları isə, digər üçündən aralıdır. Öz əlimizi düşünsək, iki baş barmaqlarının olduğu deyilə bilər. Arxa ayaqlardakı baş barmaqlar da digərlərindən aralıdır və digər dörd barmaq kimi kəskin pəncələrə sahib deyil. Digər barmaqlardan fərqlənən bu baş barmaqlar daha nazik budaqlardan yapışmağa kömək edir.

Koalanın pəncələri ağacların yumşaq və düz olan gövdələrinə çəngəl kimi keçər. Heyvan bu sayədə budaqlardan yapışar. Dörd ayağı da, eynilə bizim bir çubuğu tutmağımız kimi, ağac budaqlarını asanlıqla tuta bilər və budaqlara sarılaraq dırmanmasını təmin edər.(15)

Koalanın evkaliptlərdə yaşamasını təmin edən başqa bir xüsusiyyəti də, xüsusi mədə quruluşuna sahib olmasıdır. Evkalipt ağacının yarpaqları zəhərlidir və koala xüsusi mədə quruluşu sayəsində bu yarpaqlarla qidalana bilər. Su ehtiyacını da yenə bu ağaclar vasitəsiylə təmin edər. Koala bütün bunları edərkən bir tərəfdən tibbi biliklərdən faydalanar, digər tərəfdən də bədənindəki biokimyəvi fabrikdən yararlanar.

Sol:
1. ince Bağırsak

2. Kalın Bağırsak
3. Yemek Borusu

4. Mide
5. Duodenum

6. Körbğırsak
7. Rektum

Koalaların bu xüsusiyyətlərini ardıcıllıqla nəzərdən keçirək:

Koalanın Tibbi Biliyi

Avstraliyada evkalipt ağacının 600-dən artıq növü bitir. Ancaq koalalar bunların yalnız 35-ə qədər növündən istifadə edərlər. Evkalipt ağacı koalalar üçün yalnız sığınacaq deyil, eyni zamanda əhəmiyyətli qida mənbəyidir. Hətta evkalipt yarpaqlarının koalanın yeganə qidası olduğunu demək səhv olmaz. Bütün bunlarla yanaşı evkalipt yarpaqları koalalar üçün dərman funksiyası da yerinə yetirir.

Evkalipt yarpaqları müəyyən dərman təsirinə malikdir. Yarpaqlarında efir yağı var. Bu yağ bir çox heyvan üçün öldürücü xüsusiyyət daşıyan kimyəvi maddələrdən ibarətdir. Buna baxmayaraq, koalanın qaraciyəri bu maddənin zəhərini təsirsiz hala gətirəcək sistemə malikdir. Koalaların özlərinə məxsus qoxuya malik olmalarının səbəbi də bu yağdır.

Bütün bədənə sürtülən yağın bir hissəsi havaya qarışır, bir hissəsi isə, bədənə daxil olur. Yağ, heyvanın bədəninə yerləşən parazit həşəratların kürkün arasından yerə tökülmələrinə imkan verir.

Koala və evkalipt ağacları arasındakı birgəlik bununla bitmir. Koala bədən temperaturunu evkalipt ağacının yarpaqları sayəsində tənzimləyər.

Evkalipt yarpaqlarının tərkibindəki kimyəvi maddələr ağacdan-ağaca fərqlənir. Hətta bir evkalipt ağacında, iki fərqli növdə yarpaq ola bilər. Koala tibbi təhsil almış kimi, ağacdakı yüzlərlə yarpaq arasından, tam özünə lazım olanları seçər. Məsələn, bədən temperaturu aşağıdırsa, yəni üşüyürsə o zaman tərkibində "fellandren" yağı olan yarpaqları, əks vəziyyətdə, yəni hərarəti yüksək olanda isə, tərkibində yüksək miqdarda "sineol" maddəsi olan yarpaqlarını çeynəyərək bədəninin sərinləməsini təmin edər. Bunlardan savayı evkalipt yarpaqlarında olan digər yağlar da qan təzyiqini aşağı salar və koalanın əzələlərini rahatladar.(16)

Bütün bunlar mütəxəssislik tələb edən davranışlardır. Koala ehtiyac duyduğu maddənin, hansı növ evkalipt ağacında olduğunu haradan bilir?

Bir insanın bir yarpağın tərkibindəki maddələri, yalnız ona kənardan baxaraq bilməsi qətiyyən mümkün deyil. Həmçinin koala yalnız yarpaqları tanımaqla kifayətlənmir nəyi, harada işlədəcəyini də çox yaxşı bilir.

Yarpaqlarda hansı maddələrin olduğunu hər hansı yolla bildiyimizi fərz etsək belə, təhsil almadan və ya mövzuya dair bir kitab oxumadan bu maddələrin nə işə yaradıqlarını öyrənməyimiz qeyri-mümkündür. Bu təqdirdə sınaq-yanılma üsulundan istifadə etmək də, olduqca riskli olacaq. Çünki yarpaqlarda zəhərli maddələrin olma ehtimalı var.

Necə ki, evkalipt ağacının yarpaqları zəhərlidir. Bu təqdirdə koala yalnız evkalipt yarpaqlarının tərkibindəki maddələri tapmaqla kifayətlənməyib, eyni zamanda yarpaqların zəhərini bədəni üçün təsirsiz hala gətirəcək mexanizmi də dizayn etməlidir. Sonra da bu mexanizmin bədənində hər hansı yolla əmələ gəlməsini təmin etməlidir. Əks təqdirdə öləcək. Bu vəziyyət koalanın sınaq-yanılma üsulu ilə bunu bacardığı kimi, ağılsız bir fikri tamamilə ortadan qaldırır.

Bir koalanın yaşaya bilməsi üçün, hazırkı bədən quruluşuyla bir anda yaranması vacibdir. Əks təqdirdə öləcək. Bütün bunlar koalaların bu xüsusiyyətlərlə birlikdə yarandıqlarını sübut edən aydın dəlillərdir. Nə elmi həqiqətlərlə, nə də ağıl və məntiqlə əlaqəsi olan xəyal məhsulu ssenarilərlə hər hansı nəticə əldə olunmayacağı çox aydındır. Bu canlıların bədən quruluşları (sonrakı səhifələrdə təfərrüatlı şəkildə bəhs ediləcəyi kimi) çox xüsusi bir dizaynın məhsuludur.

Koalanı, üzərində yaşadığı evkalipt yarpaqlarını çox məqsədli istifadə edəcəyi xüsusiyyətlərlə birlikdə Allah yaratmışdır. Allah hər cür elmin sahibidir. Bu canlının harada, hansı xüsusiyyətlərə sahib olaraq yaradılacağını, hansı görünüşə malik olacağını və daha bir çox təfərrüatı Rəbbimiz müəyyən etmişdir.

Allahın yaratma sənəti mükəmməl və bənzərsizdir. Quranda belə buyurulur:

Qeybi və aşkarı bilən, qüdrətli və rəhmli olan Odur. Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmişdir. (Səcdə surəsi, 6-7)

Koalaların ön ayaklarında içteki iki parmak ve arka ayaklarında içteki bir parmak diğerleriyle, tıpkı bizim elimizdeki başparmaklar gibi, belirli bir açı yapar. İşte koalanın iyi bir tırmanıcı olmasını sağlayan da bu mükemmel tasarlanmış yapıdır. Bu özelliklerin tümünün koalalarda var olması elbette ki bir tesadüf değil, özel bir tasarımın sonucudur.

Koalaların uyguladıkları türden tedavi yöntemlerine ancak bu konuda uzman olan doktorlar karar verebilir. Bilgisi olmayan bir insan bu konuda fikir bile yürütemez. Bakar bakmaz hangi ağaçta ne maddeler var, bu maddeler hangi hastalıklara iyi gelir anlayamaz. Bir insan için verilmesi mümkün olmayan bu kararları koalalar doğdukları andan itibaren verebilecek bilgiye sahiptirler. Bu bilgiyi koalalara öğreten herşeyin hakimi olan Allah'tır.

Kiçik Bir Biokimyəvi Fabrik

Evkalipt yarpaqlarının tərkibində yüksək miqdarda lif və çox az miqdarda zülal vardır. Bu yarpaqlarda kəskin iyli yağlar, fenol birləşmələri və bir çox məməli üçün yeyilməz, hətta zəhərli olan sianid xüsusiyyətinə sahib maddələr də var. Başqa heyvanlar üçün zərərli olan bu maddələr koalaların bədənində zəhərli təsirini itirir. Çünki koala, çox xüsusi anatomik quruluşa və fiziologiyaya malik həzm sisteminə sahibdir.

Eynilə digər otyeyən məməlilər kimi koala da, evkaliptlərin əsas maddəsi olan sellülozanı həzm edə bilməz. Ancaq onun üçün bu əməliyyatı, sellülozanı həzm edə bilən və koalanın kor bağırsağında yaşayan mikroorqanizmlər yerinə yetirərlər.

Koalanın kor bağırsağı, yoğun bağırsağına açılır və çox böyükdür. Belə ki, kor bağırsaq, bağırsağın ümumi uzunluğunun təxminən 20%-ni təşkil edir. Uzunluğu 1,8 metrlə 2,5 metr arasındadır.

Kor bağırsaq koalanın həzm sisteminin ən qəribə hissəsidir. Yarpaqların həzm sistemindən keçişi burada gecikdirilir. Bu gecikmə sayəsində kor bağırsaqlardakı mikroorqanizmlər fəaliyyətə keçərək sellülozanı koalanın faydalanacağı hala gətirirlər. Bu xüsusiyyətinə görə koalanın kor bağırsağı biokimyəvi bir fabrikə bənzədilə bilər. Sellüloza bu fabrikdə emal olunarkən, yağlar və zəhərli xüsusiyyətə malik kimyəvi maddələr (fenol birləşmələri) digər bir fabrikdə, yəni qaraciyərdə süzülür və təsirsiz hala gəlirlər.

Koalanın yeganə qida mənbəyi evkalipt yarpaqlarıdır. Bu isə heyvanın karbohidrat ehtiyacını tamamilə mikroorqanizmlərin sellülozanı həzm etməsi sayəsində ödəməsi deməkdir. Bu vəziyyət, mikroorqanizmlər olmadan koalaların yaşamasının qeyri-mümkün olduğunu açıq şəkildə göstərir. Dolayısilə bu iki canlı eyni anda yaradılmalıdırlar. Bu birgəlik, koalalar və mikroorqanizmlərini tək bir Yaradıcının yaratdığına dəlilidir. Bu iki canlını bir-biriylə uyğun yaradan Allahdır.

Allah yaratdığı bütün varlıqların bütün ehtiyaclarından xəbərdardır və əskiksiz yaradandır. Belə nümunələr Allahın sonsuz gücünü bizə sübut edir. Ağlını işlədən insanların bu həqiqəti anlayacaqları bir ayədə belə bildirilir:

“Əgər ağlınızını işlədə bilirsinizsə, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!” (Şuəra surəsi, 28)

Koala və Su Balansı

Avstraliyanın yerli əhalisi olan aborigenlərin dilində "koala" sözü, su içməyən mənasını verir, çünki koalalar heç vaxt su içmirlər. Koalanın bu xüsusiyyətinin səbəbi evkalipt yarpaqları ilə qidalanmasıdır.

Evkalipt yarpaqlarının tərkibindəki sabit su göstəricisi 40%-lə 65% arasında tərəddüd edir. Bu göstərici 40%-dən aşağı düşməz. Çünki belə olsa, həmin yarpaqlar quruyaraq ölər. Bu xüsusiyyətləri sayəsində, evkalipt yarpaqları təbii olaraq koalanı kifayət miqdarda su ilə təmin edir.

Şübhəsiz ki, təkcə yarpaqların tərkibində bol miqdarda su olması kifayət etmir. Koalanın evkalipt ağacındakı sudan istifadə edə biləcəyi bədən quruluşuna sahib olması da olduqca əhəmiyyətlidir. Koalanın bədənində mükəmməl dizayn olunmuş "su itkisinə nəzarət sistemi" var.

Koalalardakı su itkisinə böyrəklər nəzarət edir. Ancaq daha əhəmiyyətlisi, koalanın həzm sisteminin su tutma xüsusiyyətinə malik olmasıdır. Bu sayədə koalaların bədəninə daxil olan suyun olduqca az hissəsi bədəndən kənarlaşdırılır.(17)

Həzm sisteminin su tutma xüsusiyyəti sayəsində, tərkibində az su olan lakin bol miqdarda tapılan evkalipt yarpaqları koalaya kifayət edir. Əgər koalanın həzm sistemi bu xüsusiyyətə sahib olmasaydı, heyvan daim yerə enib su axtarmaq məcburiyyətində qalacaqdı. Bu da yerdə yaşamaq üçün uyğun xüsusiyyətlərə sahib olmayan bu canlının bir çox təhlükə ilə qarşılaşması deməkdir. Ancaq koala xüsusi bədən quruluşu sayəsində heç vaxt belə çətinliklə üzləşməz.

Koalanın Qoruyucu Kürkü

Koalanın bədən temperaturunu müəyyən edən əsas faktor kürküdür. Heyvanın kürkü istiliyi mükəmməl saxlayacaq xüsusiyyətdə yaradılmışdır:

Kürkün hər kvadrat millimetrində təxminən 55 tük var. Heyvanın kürək kürkü, bədən səthinin 77%-ni təşkil edir. Qarın tüklərinin sıxlığı isə kürək kürkünün ancaq yarısı qədərdir və bədən səthinin 13%-ni təşkil edir.

Koaladakı tüklərin uzunluğunda da fəsillərə bağlı bəzi fərqlər yaranır. Yaz aylarında uzun tüklərlə, qısa tüklər arasındakı fərq daha çoxdur.

Qalın kürək kürkündəki tüklər, qarın nahiyəsindəki seyrək tülklərdən daha tünddür; koala bu sayədə, günəşin istiliyini toplayaraq, istiliyi izolə edə bilir. Qarın tüklərinin seyrək olmasına baxmayaraq, bunları dikləşdirərək izolyasiya dərəcəsini tənzimləyə bilir.

Küləkli günlərdə ağac üzərindəki koalalar, küləyin sürəti artdıqca yalnız kürəklərinin orta nahiyəsini küləyə verirlər. Getdikcə daha çox büzülərək yupyumru bir topa çevrilirlər. Küləyin sürəti daha da artdıqda, qulaqlarını da önə doğru qıvırırlar. Beləliklə hava axının daxil olacağı heç bir açıq yerləri qalmır. Koalanın kürək kürkü ən yüksək izolyasiya dəyərinə malikdir. Belə ki, bu dəyər şimal qütbündə yaşayan heyvanlarda müəyyənləşdirilmiş dəyərlərə olduqca yaxındır.

Küləyin, bu qalın və döşək bənzəri kürək kürkü üzərindəki təsiri azdır. Külək yüksək sürətlə əsdiyi vaxtlarda kürk, bədən temperaturunu qoruya bilir. Soyuq günlərdə və şiddətli küləklərdə belə kürkün temperaturu qoruma gücündəki azalma 14% kimi, az bir göstəricidir. Bu məlumatlar, kürkün olduqca yüksək sürətli küləklərdə belə meşədə ağac təpələrində yaşayan bir heyvanın, bədən temperaturunu mükəmməl şəkildə qoruyacağını göstərir.

Koalanın maddələr mübadiləsi sürəti də, kürkün istilik tənzimləmə təsirini tamamlayacaq şəkildə nizamlanmışdır. Koalanın maddələr mübadiləsi olduqca yavaş işləyir. Belə ki, bu, digər kisəli heyvanların maddələr mübadiləsi sürətinin 74%-i qədərdir. Bu aşağı sürətdəki maddələr mübadiləsi də, heyvanın su itkisinin az olduğunu göstərən göstəricilərdən biridir.(18)

İndi koalanın sahib olduğu xüsusiyyətləri xatırlayaq:

➢Koalalar ağaclara dırmanmalarını və burada asanlıqla yaşamalarını təmin edəcək bədən quruluşuna sahibdirlər.

➢ Həzm sistemlərinin xüsusi quruluşu sayəsində, bu ağaclarda çox olan evkalipt yarpaqlarından kifayət qədər qida və su götürə bilərlər.

➢Evkalipt yağlarının zəhərləyici təsirini yox edən xüsusi fizioloji sistemə də sahibdirlər.

➢ Bəzi evkalipt yarpaqlarından, bədənlərindəki müxtəlif natarazlıqları yox etmək \ məqsədiylə dərman kimi istifadə edə bilərlər.

➢Yarpaqlardan aldıqları sudan maksimum istifadə etmələrini təmin edəcək fiziologiyaya da sahibdirlər.

Bütün bunlar koala kimi bir canlının ağac üzərində yaşaması üçün lazım olan şərtlərdir. Koala üçün bu qədər əhəmiyyət kəsb edən bu xüsusiyyətlər təsadüfən yaranmış ola bilərmi? Bu suala qərəzsiz və obyektiv düşünən hər ağıllı insan tək bir cavab verəcək; əlbəttə ki, xeyr. Koalanı mükəmməl xüsusiyyətləri ilə birlikdə yaradan üstün güc sahibi Allahdır. Allah, yaratdığı bütün canlılara verdiyi bu kimi xüsusiyyətlərlə sonsuz şəfqət və mərhəmətini göstərir.

 

Qeydlər

3. Bilim ve Teknik Dergisi, TÜBİTAK, Ocak 1992, cilt 25, sayı 290, s. 49 ve Bilim ve Teknik, Nisan 1993, cilt 26, sayı 305, s.283

4. http://ant.edb.miyakyo-u.ac.jp/INTRODUCTION/Gakken79E/Page_10.html

5. Bilim ve Teknik Dergisi, Zuhal Özer, "Feromonlar", TÜBİTAK, Ağustos 1996, s.45

6. Bilim ve Teknik Dergisi, Zuhal Özer, "Feromonlar", TÜBİTAK, Ağustos 1996, s.45

7. Florida's Fabulous Butterflies & Moths (Florida's Fabulous Series Vol 2), by Thomas C. Emmel, Brian Ph. Kenney (Editor), ISBN: 0911977155, s.76

8. Florida's Fabulous Butterflies & Moths (Florida's Fabulous Series Vol 2), by Thomas C. Emmel, Brian Ph. Kenney (Editor), ISBN: 0911977155, s.76

9. Christopher O'Toole, Anthony Raw, Bees of The World, ISBN 0-8160-1992-4, 1992, s.101

10. Bilim ve Teknik Dergisi, Zuhal Özer, "Feromonlar", TÜBİTAK, Ağustos 1996, s.46

11. Bilim ve Teknik Dergisi, Zuhal Özer, "Feromonlar", TÜBİTAK, Ağustos 1996, s.47

12. National Geographic, Eylül 1986

13. James L. Gould & Carol Grant Gould, Olağan Dışı Yaşamlar, TÜBİTAK Popüler Bilim Kitapları, 5. Basım, s.170

14. National Geographic, Haziran 1979, s.871-878.

15. Bilim ve Teknik Dergisi, "Hasta hayvanlar nasıl şifa bulur?", TÜBİTAK, , Sinan Erten, Ocak 1996, s.99.

16. James L. Gould & Carol Grant Gould, Olağan Dışı Yaşamlar, TÜBİTAK Popüler Bilim Kitapları, 5. Basım, s.137

17. Robert Degabriale ve T. J. Davson, "Metabolism and heat balance in arboreal marsupial, The Koala (Phascolarctos cinerus)", Journal of Comparative Physiology, 1979, sayı: 134, ss.293-301

18. Denis Dreves, Creation, Haziran-Ağustos 1996, 18:3, ss.26-28

2 / total 7
"Harun Yəhyanın Təbiətdəki Mühəndislik kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net