< <
3 / total: 17

Mehdinin Müxtəlif Xüsusiyyətləri

Cənnətlə Müjdələməsi

...Ənəs ibn Malik (r.ə)-dən, belə rəvayət olunur: Mən Rəsulullah (s.ə.v)- dən eşitdim ki, biz Əbdülmuttalibin uşaqları cənnət xalqının böyükləriyik. Mən, Həmzə, Əli, Cəfər, Həsən, Hüseyn və ...(Mehdi Sünen-i İbni Mace, 10/349)

Zamanin Ən Xeyirlisi Olmasi

İbni Cərir, Tehzibil Asar da belə rəvayət etdi: Məhəmməd ümmətinin ən xeyirlisi və sizin çətinliklərinizi aradan qaldıran vəliniz olan insana qatılın.. O, Mehdidir. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 57 )

Dövründə yer üzünün ən xeyirlisi Mehdi özü olacaq. (əl-Kavlul Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, 27)

Naim ibn Hammad Kabdan rəvayət etdi, buyurdu ki:
Mehdi (zamanındakı) insanların ən xeyirlisidir. (Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, 58)

Adinin Peyğəmbərlərə Gələn Kitablarda Keçməsi

Naim buyurdu ki: Mən Mehdini peyğəmbərlərin suhufunda (səhifələrində) belə görərdim: "Mehdinin əməlində nə zülm, nə də ayıb yoxdur". (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 21)

Peyğəmbərlərə aid olan kitablarda "Mehdinin işi zülm və pislik deyil" şəklində işarə edilmişdir. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, 27)

Naim ibn Hammad, Kabın belə buyurduğunu rəvayət etdi: Mehdi (dövründəki) insanların ən xeyirlisidir. ( Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 58)

İbn Münavi "Danyel (ə.s )-ın kitabında belə buyurduğunu deyir: "Süfyanlar 3 nəfərdir, Mehdilər də 3 nəfərdir. 1-ci Süfyan çıxanda və adı-sanı yayıldığı zaman ona qarşı 1-ci Mehdi çıxacaq, 2-ci Süfyana qarşı 2-ci Mehdi, 3-cü Süfyana qarşı hz. Məhəmməd Mehdi (3-cü Mehdi) çıxacaq və Allah Təala əvvəllər fəsada uğrayanları və iman əhlini onun vəsiləsi ilə qurtaracaq. Sünnələr onun vəsiləsi ilə canlandırılacaq, bidət (yalan) atəşləri də onun vasitəsi ilə sönəcək. Onun zamanında insanlar əziz olacaq və öz müxaliflərinə qalib gələcəklər. Gözəl bir həyat yaşayacaqlar, yer və göy bərəkətini artıracaq, bu vəziyyət 7 il davam etdikdən sonra Mehdi vəfat edəcək. (*)
((*)Bu hədis "Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman" adlı kitabın Süleymaniyə Kitabxanasında olan əl yazılı bir nüsxəsində mövcuddur.

Peyğəmbərimiz (s.ə.v) səhabələrinin (r.ə) Tövrat və İncildə müjdələndikləri kimi, Mehdi (ə.s) da digər peyğəmbərlərə endirilmiş kitablarda müjdələnmişdir, ondan təriflə bəhs edilmişdir.

Gözəl Əxlaqli Olmasi

Mehdi Allaha qarşı olduqca itaətkar olar. Əxlaq cəhətdən peyğəmbərə oxşayar. (Kıyamet Alametleri, səh.163)

İbni Məsudun rəvayətində, Rəsulullah belə buyurdu: Əxlaqı mənim əxlaqım olan bir övladım çıxacaq. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman,21 )

İşarəvi (mütəşabeh) mənada ayələr:

(Ya Rəsulum!) Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş ürəkli və sərt olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar...(Ali-İmran surəsi, 159)

Şübhəsiz, sən çox böyük əxlaq sahibisən. (Qələm surəsi, 4).

Hz. Mehdinin Hər Kəs Tərəfindən Çox Sevilməsi

Allah (c. c.) bütün insanların ürəklərini onun məhəbbəti ilə, sevgisi ilə dolduracaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, 42)

Ümmətin, Məhəmməddən (hz.Mehdi ə.s –dan) məmnun qalmayacaq heç bir fərdi olmayacaq. (Kıyamet Alametleri, 163)

Mehdi zühur edər, hər kəs yalnız ondan danışar, onun sevgisini hiss edərlər və ondan başqa heç bir şey haqqında danışmazlar. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 33)

Onun xilafətindən (idarəçiliyindən) yer və göy əhli, hətta havadakı quşlar belə razı olacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, 29 )

Mübariz Olmasi

Mehdi işi möhkəm tutacaq (yəni tutduğu yoldan əl çəkməyəcək). (Kıyamet Alametleri , 175 )

İnsanlar haqqa dönənə qədər mübarizəsinə davam edəcək. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, 23)

Fitnələrin qarşısını almaq onun üçün çətin olmayacaq və öldürüdüyünü bilsə belə bu yoldan dönməyəcək , Əhli-Beytimə mənsub olan biri (Mehdi) sahib olmadan günlər gecələr bitməyəcək. (Kitabül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 12 )

Mehdi hesabını çox ardıcıl bir şəkildə görəcək və vədindən dönməyəcək. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 24 )

Mehdi Şərq tərəfdən çıxacaq. Qarşısına dağlar da çıxsa, onları əzib keçəcək, o dağlarda belə özünə yol tapacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, 39)

Bu mövzuya işarə edən ayələr:

Sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər! (Hicr surəsi, 94)

Kafirlərə itaət etmə və onlara qarşı (Quranla) böyük bir cihad et! (Var gücünlə vuruş!) (Furkan surəsi, 52)

Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir! (Ali-İmran surəsi, 172)

Mehdinin İrşadi (Təbliğ Gücü)

Hz. Mehdi quru bir ağacı əkəndə də ağaç dərhal yaşıllanıb yarpaqlanacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, 43)

O,(Mehdi) quru bir qamış ağacını quru bir yerə əkəcək, dərhal yaşıllanıb yarpaqlanacaq. (Kıyamet Alametleri, 165)

Mehdi bir yerə quru bir budağı əkər və budaq yarpaqlanıb yaşıllanar. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 67)

Ayələrin şərhi belədir:

Burada hz. Mehdi (ə.s)-ın quru bir ağaca bənzədilən bir insanı yönəltməyi ilə və onu irşad etməyi ilə (doğru yolu göstərməyi ilə) əvvəllər quru bir ağac kimi ətrafına faydasız olan insanın, yaşıllanmış və bar vermiş bir ağac kimi ətrafına, yəni dininə və bütün insanlara faydalı hala gətirəcəyinə işarə edilmişdir. (Allahu aləm)

Aşağıdakı hədisi-şərifdə də bənzər bir şəkildə əvvəllər cahil, xəsis və qorxaq olan bir insanın, Axırzamanın böyük mürşidinin irşad və tədrisi ilə məlumatlı, comərd və cəsur bir hala gələcəyinə, sanki əvvəllər quru və faydasız olan bir ağacın sonradan yaşıllaşıb yarpaq verməyi kimi şəxsiyyətini dəyişdirəcəyinə işarə edilmişdir. (Allahu aləm)

Dövründə (yəni hz.Mehdi (ə.s)-ın dövründə) cahil, xəsis və qorxaq olan bir adam dərhal alim, comərd və cəsur olacaq. (Kıyamet Alametleri, 186)

İmam Rəbbani həzrətləri də irşada başlayanda (təbliğin başlanğıcında) özünə verilən gücü eyni təşbehlə ifadə edir.

Allah Təala hidayət işində mənə böyük bir güc verdi. (Bu) o qədər (böyük bir güc idi, təbliğ etmək bacarığı idi) ki, quru bir ağaca təvəccöh (təbliğ etsəydim, yönəlsəydim) etsəydim, o quru ağac dərhal cücərərdi. (Mektubat-i Rabbani, 1/18)

İşarə edən ayələr:

(İnsanları) Rəbbinin yoluna (İslama) hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır! (Nəhl surəsi, 125)

Bir zaman Biz İsrail oğulları ilə: "Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrəbaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz!"– (deyə) əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla, (haqdan) üz çevirib döndünüz və hələ də üz döndərirsiniz (Bəqərə surəsi, 83)

İkiniz Fironun yanına gedin. O (Allahlıq iddiasına düşməklə) həqiqətən də azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!" (Taha surəsi, 43-44)

Vəhbi Elmi

Kabdan belə rəvayət edildi: O (Mehdi) heç kimin bilmədiyi gizli bir gücə sahib olduğuna görə ona Mehdi deyilmişdir. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman)

Bunun şərhi belədir:

Bütün zahiri elmlər, istənilən vaxt hər kəs tərəfindən oxuyaraq, araşdırılaraq öyrənilə bilər. Bir də çalışılaraq əldə edilə bilməyən, ancaq hz. Allahın bir lütfü olan və onu istədiyi quluna verdiyi "Vəhbi" elm vardır. Yuxarıdakı rəvayətdə də "heç kimin bilmədiyi" yalnız, Mehdinin belə bir elmə sahib olacağı bildirilmişdir. (Allahu aləm)

Bu elm "Ledün elmi" də ola bilər. Kəhf surəsində hz. Musa (ə.s.) ilə adı bildirilməyən mübarək bir şəxs arasında keçən hekayədə, buna bənzər bir elmdən bəhs edilir. (Rəvayətlərdə bu şəxsin adı hz. Xızır (ə.s.) olaraq verilir.)

Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz (ledun elmi) qullarımızdan birinə rast gəldilər. (Kəhf surəsi, 65)

Musa ona dedi: "Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?" (Kəhf surəsi, 66)

Xızır dedi: "Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən. (Kəhf surəsi, 67)

Axı sən səbəbini bilmədiyin bir şeyə necə səbir edə bilərsən?" (Kəhf surəsi, 68)

Musa dedi: "İnşaAllah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam". (Kəhf surəsi, 69)

Xızır dedi: "Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma". (Kəhf surəsi, 70)

Ledün - qəribə bir elm adıdır. Ona vəqf olan (bu elmdən xəbəri olan) şəxs, sirləri Allahın icazə verdiyi qədər kəşf edəcəyi kimi, müxtəlif ilahi sirlərdən də xəbəri olar. (TÜR-DAV, Böyük Lüğət , 558)

Bu hekayədə hz. Musa (ə.s)-ın birlikdə yaşadığı üç hadisədən bəhs edilir. Hz. Musa, bu elmi bilmədiyinə görə Xızır (ə.s)-ın ilk baxışda səhv və qəribə kimi görünən üç davranışına etiraz edərək ona qarşı çıxır. Lakin ayrılacaqları vaxt Xızır (ə.s.)-dan etdiklərinin mənasını öyrəndikdə (Kəhf surəsi-78-82 ayələr) etirazlarında tələsik davrandığını anlayaraq, ona haqq verir.

Bu hekayənin Kəhf surəsində izah edilməsi çox məna kəsb edir. Çünki bu surədə izah edilən digər iki hekayənin (Əshabi-Kəhf və Zülqərneyn haqqında hekayələrdə) Mehdi ilə əlaqədar işarələr var və Peyğəmbərimiz (s.ə.v) bu işarələrə müxtəlif hədisləri ilə diqqət çəkmişdir. Musa (ə.s.) və Xızır (ə.s) hekayəsinin xüsusilə bu surədə verilməsi, aralarında keçən hadisələrin yuxarıdakı hədislərdə olduğu kimi Mehdi ilə əlaqədar ola biləcəyinə, həm də Xızır (ə.s)-ın elminin Mehdidə də ola biləcəyinə işarədir.

Muhyiddin Ərəbi aşağıdakı izahında Mehdinin 9 xüsusiyyətini sadalayaraq bildirmişdir. Əgər diqqət yetirilsə, bunların heç birinin nəql elminə aid olmadığını, daha çox hikmət, anlayış, ledün kimi vəhbi elmə aid xüsusiyyətlər olduğunu görərik.

◉ 1. Bəsirət sahibi olması

◉ 2. İlahi kitabı anlaması

◉ 3. İlahi kəlamın mənasını bilməsi

◉ 4. Təyin edəcəyi kəslərin hal və hərəkətlərini bilməsi

◉ 5. Hirslənəndə belə mərhəmət və ədalətdən ayrılmaması

◉ 6. Varlıqların siniflərini bilməsi

◉ 7. İşlərin dolaşıq tərəflərini bilməsi

Çünki bunlardan xəbəri olan bir lider verəcəyi hökmlərdə səhvə yol verməz. Mehdi müqayisə elmini onunla hökm etmək üçün deyil, ondan uzaqlaşmaq üçün bilər. Çünki verdiyi hökm doğru bir ilham nəticəsində olacaq. Yəni Məhəmməd (s.ə.v)-in gətirdiyi şəriət üzrə hökm verəcək. Çünki Peyğəmbər (s.ə.v) onu vəsf edərkən (onun haqqında məlumat verərkən) "Mənim izimi izləyəcək, səhvə yol verməyəcək" demişdir. Bundan anlayırıq ki, Mehdi şəriət sahibi deyil şəriətə tabe olmayacaq.

◉ 8. İnsanların ehtiyacını yaxşı bilməsi

Çünki onların hər cür işlərini görmək üçün Allah onu digər insanların üzərinə seçmişdir. Liderlərin davranış və fəaliyyətləri də özlərindən çox xalqın mənfəətinə görə olmalıdır..

◉ 9. Xüsusilə, öz zamanında ehtiyac hiss edilən qeybi elmlərdən xəbərdar olması. Çünki ancaq bunun sayəsində yeni zühur ediləcək məsələləri (gələcəkdə baş verəcək hadisələri) həll edə bilər. (Kıyamet Alametleri, 189 )

Mehdinin vəhbi elmə aid bir başqa xüsusiyyəti də əbcəd hesabını (ərəb hərfləri üzrə hesablama) və ona aid sirləri bilməsidir.

Cifr (Əbcəd) Elminin Bilinməsi

Taşköprülüzadə Əhməd Əfəndi "Mevzuatul-Ulum" adlı əsərində (11/246) Mehdinin cifr (rəqəm və hərflərlə hesablama) elmini biləcəyini bildirmişdir:

Bəziləri dedilər ki, bu kitabı kamalı vüquf (anlayan, qavrayan) Axırzamanda hurucu muntazar (Axırzamanda çıxışı gözlənilən) hz. Mehdinin çıxışına aiddir ki, onlar cifr elmini bilən və sirlərinə arif olarlar. Kitabı-ənbiyanı salifedən də bu elm varid olmuşdur (yəni bu elmi peyğəmbərlərdə də bilmiş və bu onlardan keçmişdir). (Mehdilik və İmamıya , 252)

İslah Edilməsi

Hz. Əlinin rəvayətinə görə Rəsulullah (s.ə.v) belə buyurdu:
Mehdi bizdən, Əhli-Beytdəndir. Allah onu bir gecədə islah edər (yəni tövbəsini qəbul edər və ya feyzlər (elmindən) və hikmətlərlə təchiz edər.) (Sünen-i İbni Mace, 10/348)

Naim, Əbu Səid-əl Hudridən rəvayət edərək, Peyğəmbər (s.ə.v)-in belə buyurduğunu dedi:
Allah Mehdini bir gecədə islah edər. (Yetkinləşdirər). ( Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman,54/19 )

Əbu Nuaymın rəvayətində Rəsulu Əkrəm (s.ə.v) belə buyurmuşdur:
Ey Əhli-Beyt! Mehdi bizdəndir. Əziz və Cəlil olan Allah onu bir gecədə islah və irşad (doğru olan yolu göstərəcək) edəcək. (Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, 437)

İşarə edən ayə:

Səni yol bilməz ikən düzgün yola yönəldib çatdırmadımı? (Duha surəsi, 7)

Peyğəmbərlik Yolunda Olmasi

Hz. Hüzeyfədən belə rəvayət edilmişdir:
Aranızda "peyğəmbərlik" Allahın istədiyi qədər davam edər, sonra onu ortadan qaldırmaq istədiyi zaman qaldırar və sonra Allahın arzu etdiyi qədər davam edən "şiddətli bir məliklik" idarəsi (hakimiyyəti) gələr. Sonra onu ortadan qaldırmaq istədiyi zaman qaldırar. Sonra zorba bir idarə gələr. Ondan sonra da, "peyğəmbərlik yolu üzrə bir xilafət" gələr. (Ramuz El-Ehadis, 1/257 (Ebu Davud "Tayalisi" -Ahmet ibn Hanbel "Müsned"inden)

İsa əleyhissalam və Mehdi aleyhirridvan isə birinci yolda qovuşacaqlar. Birinci yolu peyğəmbərliyə yaxındır. Burada bir vasitəcilik rəftarı yoxdur. Hər kəs bu yolla gedərsə, onun üçün arada bir pərdə və bir vasitə yoxdur. Hətta o, feyzləri və bərəkətləri hər hansı birinin vasitəçiliyi olmadan alar. Çünki maneə və vasitəçi ancaq digər yoldadır. Bu yerin rəftarı isə, digərlərindən fərqlidir. (Mektubat-i Rabbani, 534 Mektup, 2/763-76)

Sual: Mücəddid üçün belə necə deyilə bilər? Çünki hz. İsa göydən enəcək və mücəddid olacaq. Hz.Mehdi də çıxacaq və mücəddid olacaq. Bunların, verəcəkləri bolluqları və bərəkətləri hər hansı bir kəsin vasitəsi olmadan olacaq. Çünki vasitəçi və pərdə ancaq digər yoldadır. Bu yerin rəftarı isə digərindən fərqlidir.

Cavab: Bolluğa çatmaq üçün vasitəçi olmaq, yuxarıda bildirdiyimiz iki yoldan yalnız ikincisindədir. Birinci yolda, yəni (peyğəmbərliyə yaxınlıq) deyilən yolda, bolluq və hidayət, vasitə ilə gəlməz. Bu yolda yüksələn, arada vasitə olmadan nazil olar. Kimsə vasitəçilik olmadan bolluqlara və bərəkətlərə qovuşmaz. Vasitə olmaq və pərdə olmaq (Kurbu vilayət) yoldadır. Bu iki yolu bir-birinə qarışdırmaq olmaz. Həzrəti İsa (ə.s) və həzrəti Mehdi (ə.s) isə peyğəmbərlik yolu ilə nail olarlar. Seyhayn, yəni həzrəti Əbu Bəkr ilə həzrəti Ömər (r.ə) də peyğəmbərlik yolu ilə qovuşmuşdular. Rəsulullah (s.ə.v)-in himayəsi altında idilər. Şanları çox ucadır. (Saadet-i Ebediye H.Hilmi Isik, 836 (Mektubat-i Rabbani'den 123.Mektup) )

Nübüvvət "nəbi" kökündən gəlir, peyğəmbərlərin, Allahın əmri ilə vəzifəli olaraq insanları doğru yola dəvət etmələri ilə əlaqədar vəzifələrini təsvir edir.

Allah istədiyi quluna peyğəmbərlik vəzifəsi verər. Peyğəmbərliyə çalışmaqla və istəməklə nail olmaq olmaz. Mehdilik vəzifəsi də, eyni şəkildə, Allahın diləməsi ilə onun istədiyi şəxsə verilər. Mehdi bu mövqeyinə öz səyi ilə gəlməyəcək. Vəlayət mövqeyinə çatmaq üçün səy və cəhd etmək lazımdır, amma peyğəmbər olmaq üçün belə bir şərt yoxdur, burada əsas şey seçilmiş olmaqdır.

Peyğəmbərlik yolunun vəlayət (vəlilik) yolundan digər fərqləri:

◉ 1. Bu yolda hidayətlər, (nemətlər) arada hər hansı bir vasitə (mürşid) olmadan birbaşa onlara verilər.

◉ 2. Nübuvvət yolu peyğəmbərlərin yoludur, onların təbliğ metodu və mübarizə tərzi bu söz ilə ifadə edilir. Mehdi də bu yolda olacağına görə onun mübarizə tərzi də eynilə peyğəmbərlərdəki kimi olacaq.

◉ 3. Peyğəmbərlik yolunda, ümumiyyətlə, özünəqapanıq bir quruluş mövcuddur. Təriqətlər bu qrupa daxil olarlar. Bu təriqətlərə bağlı olanların əsas işi öz nəfslərini islah etməkdir. Peyğəmbərlik yolu isə peyğəmbər yolu olduğuna görə daim mübarizə və təbliğ ilə, yəni bütün insanlara istiqamətlənmiş ictimai bir quruluşla qarşımıza çıxar.

Əziyyət və Çətinliklərlə Qarşilaşmasi

Mehdi bizdən, Əhli-Beytdəndir.
...Abdullah ibn Məsud (r.ə)-dən Rəsulullah (s.ə.v)-in belə buyurduğu rəvayət olunur:
...Biz elə bir ev xalqıyıq ki, Allah bizim üçün axirəti dünyadan üstün tutmuşdur. Mənim Əhli-Beytim, şübhəsiz, məndən sonra bəla, qaçırılma və sürgünə uğrayacaq. Məndən sonra Əhli-Beytim bəla və əziyyətlərlə qarşılaşacaqlar və zərbələrə məruz qalacaqlar. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 14 )

Bütün peyğəmbərlər (ə.s) və övliyalar (r.ə) Allah Təalanın göndərdiyi dini, təbliğ etmək və yaymağa görə insanlar tərəfindən başa düşülməmiş, onların müxtəlif ittiham və böhtanlarına məruz qalmışlar.

Allahu aləm, Əhli-Beytdən gələcək hz. Mehdi (ə.s.) də bu cür əziyyət və çətinliklərlə qarşılaşacaq. Peyğəmbərimizin aşağıdakı hədisi belə bir vəziyyəti "Mehdinin beyət əsnasında (insanların onu qəbul etdiyi zaman) özünün bir çox əziyyətlərə və haqsızlığa uğradığını insanlara açıqlayacağını" xəbər vermişdir.

Naim ibn Hammad hz. Əli (r.ə)-dən belə rəvayət etmişdir:

...Mehdi Rəsulullahın bayrağı ilə insanların başlarına bəla üstündən bəla yağdığı və çıxışından ümid kəsildiyi bir vaxtda çıxar. İki rükət namaz qılar. Namazdan dönəndə belə deyər: "Ey insanlar! Məhəmməd ümməti və xüsusilə, onun Əhli-Beyti çox bəlalar gördü və bizlər əziyyət və haqsızlığa məruz qaldıq". ( Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 55 )

Rəsulullah (s.ə.v) belə buyurmuşdur:

◉ Dinində güclü olanın başına gələcək bəlalar da böyük olar. (1)

◉ Haqq Təala bir qulunu sevər və ya özünə yaxınlaşdırmaq istəsə, ona bəla və müsibətləri ard-arda göndərər. (2)

◉ Haqq Təala kiməsə bir xeyir diləsə, ona bəla və müsibət verər (3)

(1) Ibn Hibban (2) Ibn Ebi'd Dünya (3) Imam Malik ve Buhari)

Aşağıdakı hədisi-şərifdə də İstanbulu fəth edəcək hz. Mehdi (ə.s) və köməkçilərinin də fəthdən əvvəlki dövrdə xəstəliklərə, çətinliklərə, kədərə düçar olacaqları sonra isə bu çətinliyin ortadan qaldırılacağı bildirilmişdir.

Allah Konstantinopolu (İstanbulu) çox sevdiyi dostlarının əhlinə fəth edəcək... Onlardan xəstəliyi və kədəri qaldıracaq (Kıyamet Alametleri, 181 )

Allah Təala Qurani-Kərimdə bir çox peyğəmbərin yalanlanmaq, dəlilik və cadugərlikdə günahlandırmalar, xəstəlik, haqsız yerə zindana atılmaları və s. kimi müxtəlif çətinliklərlə və əziyyətlərlə qarşılaşacaqlarını, lakin bütün bunlara səbir etməli olduqlarını xəbər vermişdir.

İşarə edən ayələr:

Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbir etdilər (dözdülər)....(Ənam surəsi, 34).

Onlar ondan üz çevirib: "Öyrədilmiş bir dəlidir!"– dedilər. (Duxan surəsi, 14)

Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: "Sehrbazdır, ya da dəlidir!" – deməsinlər. (Zariyət surəsi, 52)

Bu ancaq cinli bir adamdır. Odur ki, ona münasibətdə bir müddət gözləyin!" (Muminun surəsi, 25)

Firon dedi: "Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!" (Şuəra surəsi, 29)

Ey iman gətirənlər! Musanı incidən şəxslərə oxşamayın. Allah onu onların dediklərindən təmizə çıxartdı. O, Allahın yanında çox ehtiram edilən şəxsdir. (Əhzab surəsi, 69)

Onlar dedilər: "Bunun (İbrahim) üçün bir bina tikin, (içərisini odunla doldurub) özünü də oda atın!" (Saffat surəsi, 97)

Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yesinlər. Onlar (sənin barəndə): "O divanədir!" - deyirlər. (Qələm surəsi, 51)

Elçilərdən möhkəm iradə sahiblərinin səbir etdiyi kimi, sən də səbir et! Onlara əzabın tez gəlməsini istəmə. Onlar vəd olunduğunu görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını sanacaqlar. Bu, bir təbliğatdır. Heç fasiq adamlardan başqası məhv edilərmi? (Əhqaf surəsi, 35)

Müşahidə Olunmasi–İzlənilməsi

Əbu Səid əl-Hudri (r.ə)-nin rəvayətində Rəsulullah (s.ə.v)-in belə buyurduğu nəql olunur:
Dəccal çıxanda ona qarşı möminlərdən bir adam (Mehdi) çıxar, o möminə bir çox silahlılar, Dəccalın mərkəzlərdə müşahidə edən silahlıları qarşı çıxarlar. (Mehdilik ve Imamiye 37, (Sahih-i Müslim, 11/393'den nakil))

Qeyd: Bu hədis uzun bir hədisdir, bütövlükdə sonrakı səhifələrdə izah ediləcək.

Hədisin başlanğıcında Mehdinin Dəccalın silahlı adamları tərəfindən müşahidə olunduğu və izlənildiyi bildirilir. Əvvəlki dövrlərdə də tövhid (Allahın birliyini tanımaq) mübarizəsində olmuş bəzi peyğəmbərlərin də buna oxşar hallarda izlənildiyini, beləliklə, nəzarətdə saxlanılmaq istənildiyini Qurani-Kərimdən öyrənirik.

Bu adamda sadəcə olaraq bir dəlilik var. Hələ bir müddət gözləyin (müşahidə edin)!" (Muminun surəsi, 25)

"Mehdilik və İmamiyə" adlı araşdırmanın sahibi bu hədis haqqında növbəti şərhlər etmişdir.

Əbu İshak və Mamer kimi rəvayətçilər bu şəxsin hz.Xızır (ə.s.)-ın olduğunu desələr də, biz hz. Mehdi (ə.s)-ın olduğunu düşünürük. Hədisi-şərifin (qara və sibaki) əvvəli də, sonu da, bunu göstərir. Hədisi-şərifin əvvəlində dəccalın, mərkəzdə müşahidə edən silahlı əsgərlərindən bəhs edilir. Buradan dəccalın böyük bir orduya və ya hökumət gücünə sahib olacağını anlayırıq. Ona qarşı çıxan Mehdiyə gücünü göstərərək əziyyət vermək və təsirsiz hala gətirməyə çalışır. Hədisi-şərifin ifadəsinə görə artıq o şəxsin kürəyi və qarnını döyə-döyə genişləndirdilər. Yəni dayanmadan ətrafa elan vurulub yayılır. Bu vaxt Mehdini təsirsizləşdirdiyini zənn edən Dəccal qarşısında Mehdinin ordusunun qüvvətlə gəlişini görər. Artıq Dəccal Mehdini məhkum edə bilmir, bu vəziyyət hədisi-şərifdə belə bildirilir:

"Ey insanlar şübhəsiz ki, artıq Dəccal mənə etdiyi bu işləri insanlardan daha heç bir kimsəyə edə bilməyəcək. Elə bu zaman o möminin boynu ilə körpücük sümüyü arası bir mis lövhə halına gələr, artıq Dəccal onun boynunu vurmaq üçün heç bir yol tapa bilməz".

Bu son ifadələr diqqəti çox cəlb edir. Boyun ilə körpücük sümüyünə gəldikdə isə, hamımız bilirik ki, edam ediləcək adamın cinayətləri bir kağıza yazılıb boynuna asılar. Bu vəziyyət hədisdə bu hissə mis lövhə halına çevrildiyinə görə Dəccal Mehdiyə artıq qılınc keçirə bilmir (ona heç bir xətər yetirə bilmir (Mehdilik ve Imamiye 39)

Dəccalin Mehdiyə Əziyyət Verməyə Çalişmasi

Əbu Səid əl-Hudri (r.ə)-nin rəvayətində Rəsulullah (s.ə.v) belə buyurur: Dəccal çıxanda ona qarşı (onun əleyhinə) möminlərdən bir adam (Mehdi) çıxar. O möminə bir çox silahlılar― Dəccalın mərkəzlərini qoruyan silahlıları qarşı çıxarlar və ondan: "Hara getməyi nəzərdə tutursan?" deyə soruşarlar. O da:" Bu çıxan kəsə (yəni Dəccala) qarşı getməyi nəzərdə tuturam" deyər. Dəccalın tərəfdarları ona: "Sən bizim Rəbbimizə inanmırsan?" deyərlər. O da: "Bizim Rəbbimizdə, heç bir gizlilik yoxdur" deyər. Onlar da: "Bunu öldürün", deyərlər. Bu sözdən sonra tərəfdarların bir qismi digərlərinə: "Sizin Rəbbiniz öz icazəsi olmadan bir kimsəni öldürməkdən sizləri məhrum etmişdir, elə deyilmi?" Ardınca o şəxsi Dəccalın yanına apararlar... (Mehdilik və Imamiyə 37)

Dəccal öz fikrinə qarşı çıxan Mehdini öldürmək istəməz, ona çətinlik verər, əziyyət verər. Əvvəl onu insanların gözündə qaralayaraq təsirsiz hala gətirməyə çalışar, müvəffəqiyyətsiz olduğunu gördükdə isə bu səfər onu insanlardan ayıraraq uzaqlaşdırar, hədisin ifadəsiylə desək "firladıb atar".

"Mehdilik və İmamiyə"-ni yazan izahına belə davam edir:

Həmçinin də onu (Mehdi ə.s -ı) zindanlarına atmaqla bir atəş içinə atdığını zənn edər. Halbuki, onu cənnətə atmışdır. Çünki mömin cəhənnəmdə olsa belə, könlü cənnətdədir. Müslimi-Şərifin tərcüməçisi Məmməd Sofuoğlu buradakı cənnətin dünya bağçalarından bir bağça olduğunu söyləyir. Buradan da aydın olur ki, Dəccal Mehdini (heç kimi olmadığı yerlərə) (izsiz) atacaq, amma onun atdığı yerlər bağlıq yerlər olacaq. (Mehdilik ve Imamiye 40)

Haqqinda Mənfi Təbliğatin Aparilmasi

Mömin şəxs (Mehdi) Dəccalı görəndə:
Ey insanlar! Rəsulullahın zikr etdiyi Dəccal bax budur, deyər. Dəccal dərhal onunla əlaqədar əmrini verər, o şəxs qarnı üzərinə uzadılar və ardından: "Onu tutun və yaralayın!" deyər. Artıq o şəxsin kürəyi və qarnı döyə-döyə genişlədilər. Bu səfər onu iki əli və iki ayağı ilə yaxalayar və firladıb atar. İnsanlar Dəccalın onu bir atəş içinə atdığını düşünərlər. Halbuki , o bir cənnət içinə atılmışdır. (Mehdilik ve Imamiye 40)

Hədisdə Mehdinin "kürəyi və qarnından döyülə-döyülə genişləndirilməsi" təşbehli olaraq (bənzətmə edilərək) deyilmişdir. "Mehdilik və İmamiyə" kitabının müəllifi bununla əlaqədar belə izah verir: "Mehdinin şanı (şayiələr) dayanmadan ətrafa yayılar" deməkdir. Lakin bunu Dəccal tərəfdarları edəcəyi üçün bu təbliğatın Mehdini pisləmə şəklində olacağını söyləyə bilərik.

Peyğəmbərimiz dövründə İslam düşmənləri onu pisləmək üçün o dövrün nəşr orqanı sayılan şairlərdən istifadə edirdi. Şairlər dükanlarda, bazarlarda peyğəmbərin ünvanına müxtəlif təhqirlər edir, ona "dəli", "cadugər", "kahin" deyirdilər. İndi də İslam düşməni olan Dəccal tərəfdarları yazılı və şifahi nəşr vasitələri ilə Mehdini pisləyəcəklər, xalqın nəzərində etibarını qırmağa çalışacaqlar. (Allahu aləm)

Hədislərdə Mehdinin başlanğıc illərinin əziyyət və çətinliklərlə dolu mübarizə illəri olduğunu gördük. "Qızıl Dövr" olaraq bəhs etdiyimiz dövr isə Mehdinin xəlifə olacağı son dövrlərinə aiddir. Mehdi və müsəlmanlar ancaq bu dövrdə rahatlığa, bolluğa, hüzura qovuşacaqlar və sevgiyə, sülhə, qardaşlığa əsaslanan bir həyatı bu dövrdə yaşayacaqlar.

Buna işarə edən ayə:

Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir! Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər bəxş edəcək və sən (Ondan) razı qalacaqsan! (Zuha surəsi, 4-5)

Hicrəti

O,Qüdsdə hicrət edəcək. Bu hicrətdən sonra Mədinə korlanıb vəhşilərin sığınacağı olacaq. (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh.1699, səh.174)

Simasi

O, açıq alınlı, kiçik burunlu, iri gözlü, dişləri seyrək və parlaq bir adamdır. Sağ yanağında, incini xatırladan, bir ulduz kimi üzünü işıqlandıran bir işarə vardır.... (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh.1699, səh.174)

Danişiği

Dilində ağırlıq vardır. Yavaş və ağır danışdığı zaman sağ əlini sol dizinə vurar. Qırx yaşındadır. (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh.1699, səh.174)

 

3 / total 17
"Harun Yəhyanın Mehdi ve Qızıl Dövr kitabını online oxuya bilər, facebook, twitter kimi ictimai şəbəkələrdə paylaşa bilər, kompüterinizə endirə bilər, dərs və tezislərinizdə istifadə edə bilər və saytı istinad göstərmək şərtiylə müəllif haqqı ödəmədən sayt və bloqlarınızda nəşr edə bilər və köçürüb çoxalda bilərsiniz."
Harun Yəhya əsərlərinin nəticəsi| Sayt haqqında | Açılış səhifəsi et | Favoritlərə əlavə et | RSS Xidməti
Bu saytda yayımlanan bütün materiallar sayta istinad edilərək qonorar ödənilmədən köçürülə və çoxaldıla bilər.
© Saytımızda və digər bütün Harun Yəhya əsərlərində mövcud olan hörmətli Adnan Oktara aid şəxsi fotoşəkillərin müəllif hüquqları Qlobal Nəşriyyat Ltd. şirkətinə aiddir. Qismən də olsa icazəsiz istifadə edilə bilməz və nəşr oluna bilməz.
© 1994 Harun Yəhya. www.harunyahya.org
page_top
iddialaracevap.blogspot.com ahirzamanfelaketleri.blogspot.com ingilizderindevleti.net